"Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiyaya (CITES) və həmin Konvensiyanın iştirakçı dövlətlərinin "Nərə balıqlarının qorunmasına dair" Qətnaməsinə qoşulmaq barədə" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

I. "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiyanın iştirakçısı olan dövlətlərin 2002-ci il noyabrın 3-15-də Santyaqo şəhərində keçirilmiş 12-ci konfransında qəbul olunmuş "Nərə balıqlarının və avarburunların qorunmasına və onlarla ticarətə dair" 12.7 nömrəli Qətnamə ilə "Nərə balıqlarının qorunmasına dair" 10.12 nömrəli Qətnamənin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiyaya (CITES) və həmin Konvensiyanın iştirakçı dövlətlərinin "Nərə balıqlarının qorunmasına dair" Qətnaməsinə qoşulmaq barədə" Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

1. Qanunun adından "və həmin Konvensiyanın iştirakçı dövlətlərinin "Nərə balıqlarının qorunmasına dair" Qətnaməsinə" sözləri çıxarılsın.

2.  1-ci maddədən "və həmin Konvensiyanın iştirakçı dövlətlərinin 1997- ci il iyunun 9-20-də Harare şəhərində keçirilən 10-cu konfransında qəbul olunmuş "Nərə balıqlarının qorunmasına dair" 10.12 nömrəli Qətnaməsinə" sözləri çıxarılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 may 2005-ci il

№ 912-IIQD