“Şəhərlər və digər yaşayış
məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun
olaraq təmizlənməsi, məişət
tullantılarının müvəqqəti saxlanılması,
müntəzəm daşınması
və zərərsizləşdirilməsi Qaydaları”nın təsdiq
edilməsi haqqında[1]
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Tullantılar haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:[2]
1. “Şəhərlər
və digər yaşayış məntəqələri ərazisinin
sanitariya qaydalarına, gigiyena və ekoloji
normativlərə uyğun olaraq təmizlənməsi, məişət
tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması
və zərərsizləşdirilməsi Qaydaları” təsdiq
edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı
gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri
A. RASİZADƏ
Bakı
şəhəri, 21 aprel 2005-ci il
¹ 74
|
|
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli
qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Şəhərlər
və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə
uyğun olaraq təmizlənməsi,
məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm
daşınması və zərərsizləşdirilməsi[3]
QAYDALARI
1.
ÜMUMİ MÜDDƏALAR
1.1.
Bu Qaydalar “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununa
uyğun olaraq hazırlanmışdır və şəhərlər və digər yaşayış
məntəqələri ərazisinin
sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun
olaraq təmizlənməsi,
məişət tullantılarının müvəqqəti saxlanılması,
müntəzəm daşınması və zərərsizləşdirilməsi
qaydalarını müəyyən edir.[4]
1.2.
Şəhərlər
və digər yaşayış məntəqələri ərazisinin təmizlənmə
və yığışdırılma sistemi məişət tullantılarının
(yaşayış sahələrinin ərazisində toplanmış
təsərrüfat-məişət, həmçinin yaşayış və ictimai binaların,
ticarət müəssisələrinin, ictimai iaşə və
mədəni-məişət sahələrinin
tullantılarının, küçə tullantılarının,
süpürüntülərinin və digər məişət tullantılarının)
məqsədyönlü yerləşdirilməsi, tezliklə kənar
edilməsi, zərərsizləşdirilməsi və utilizə
edilməsi tədbirlərini nəzərdə tutur.
1.3.
Yaşayış əraziləri, küçə
və keçidlər, mədəni-məişət obyektləri,
müxtəlif müəssisələrin
və təşkilatların əraziləri, parklar, meydanlar, istirahət
və ictimai istifadə yerləri təmizlənmə
obyektləridir.
1.4. Bu Qaydalarda
aidiyyəti qurumlar dedikdə “Tullantıların idarə
edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin
təkmilləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin 2022-ci il 2 iyul tarixli 1735
nömrəli Fərmanı ilə müəyyən edilən inzibati ərazi
vahidlərində həmin Fərman ilə müəyyən edilmiş
səlahiyyətlərinə uyğun olaraq “Təmiz Şəhər” Açıq Səhmdar
Cəmiyyəti, “İşğaldan
azad olunmuş ərazilərdə tullantılarla bağlı
idarəetmənin təkmilləşdirilməsi və bununla
əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi
fərmanlarında və sərəncamlarında
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 492 nömrəli Fərmanı ilə
müəyyən edilən inzibati ərazi vahidlərində
həmin Fərman ilə müəyyən edilmiş
səlahiyyətlərinə uyğun olaraq həmin
Fərmanın 1.1.1 – 1.1.6-cı yarımbəndlərində
qeyd olunan publik hüquqi şəxslər, digər hallarda isə yerli icra hakimiyyəti orqanlarının
kommunal-təsərrüfat qurumları
nəzərdə tutulur.[5]
2. YAŞAYIŞ
MƏNTƏQƏLƏRİ ƏRAZİSİNİN TƏMİZLƏNMƏSİNƏ
ÜMUMİ TƏLƏBLƏR
2.1. Şəhərlər və digər yaşayış
məntəqələri ərazisində
bərk məişət tullantıları yığılan tutumların
yerləşdirilməsi üçün xüsusi sahələr
ayrılmalıdır. Ayrılan sahələr açıq, döşəməli,
sukeçirməyən örtüklü və imkan daxilində
yaşıllıqla əhatələnmiş olmalıdır. Sahələr elə seçilməlidir
ki, tullantıların iyi yaşayış sahəsinə yönəlməsin.
2.2. Tutumların sayının və həcminin
müəyyən olunması üçün onlardan istifadə
edəcək əhalinin sayı, tullantıların yığılma
norması, tullantıların müvəqqəti saxlanılması müddəti
nəzərə alınmalıdır. Tutumların həcmi tullantıların
daha çox əmələ gəlmə dövründə
faktiki yığıma əsasən hər bir nəfər üçün
gündə azı 0,0042 m3
tullantı nəzərdə tutularaq hesablanmalıdır (tutumların
sayı və həcmi aidiyyəti qurumlar tərəfindən müəyyən
edilir və bu göstərici
əmələ gələn tullantıların həcmindən
asılı olaraq dəyişə bilər). [6]
2.3. Yaşayış sahələrində
sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması
məqsədilə məişət
tullantıları xüsusi avtonəqliyyatla daşınmalıdır.
Yaşayış və ictimai
binaların, mədəni-məişət obyektlərinin tikintisi,
təmiri, bərpası zamanı əmələ gələn tullantılar tikinti
təşkilatlarının nəqliyyatı ilə xüsusi ayrılmış
ərazilərə daşınmalıdır.
Sənaye müəssisələrinin utilizə olunmayan tullantıları
bu tullantılar üçün nəzərdə tutulmuş xüsusi
qurğulara və ya poliqonlara daşınmalıdır.
2.4.
Ayrı-ayrı obyektlərin,
həmçinin müxtəlif yaşayış sahələrinin
sanitar təmizlənməsi müəyyən
yaşayış məntəqəsi üçün qəbul
edilmiş müqavilə-qrafik əsasında
xüsusi təyinatlı avtonəqliyyat vasitələri ilə
həyata keçirilməlidir.
2.5.
Bərk
məişət tullantıları tullantı daşıyan avtomaşınla,
kanalizasiya sistemi olmayan yaşayış
sahələrindən isə maye tullantılar vakuum qurğulu assenizasiya avtomaşını ilə çəkilərək
daşınmalıdır.
2.6.
Tullantılar
yığılan zaman yaxınlıqda yaşayan əhalinin rahatlığı
nəzərə alınmalıdır.
3. MƏİŞƏT TULLANTILARININ MÜVƏQQƏTİ
SAXLANILMASI
3.1. Məişət tullantılarının
əmələ gəlmə yerlərində müvəqqəti
saxlanılması üçün ayrılmış xüsusi
sahələrdə aidiyyəti qurumlar tərəfindən metal tutumlarla təmin olunmuş meydançalar hazırlanmalıdır. [7]
3.1-1.
Zərərsizləşdirmək məqsədilə məişət
tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların
tutumlardan (urnalardan) kənar yerlərə atılması və
ya basdırılması qadağandır.[8]
3.2. Meydançalar tutumların sayına
və həcminə uyğun olaraq tikilməlidir. Bu zaman tutumlara
əhalinin və tullantı daşıyan avtomaşınların
yaxınlaşmasının
mümkünlüyü, digər nəqliyyat vasitələrinin
və piyadaların hərəkətinə mane olmaması meydançalardakı tutumlardan
tullantıların küləklə sovrularaq ətraf ərazilərə
yayılmaması, həyətlərdə uşaq meydançalarından
və bağçalardan, məktəblərdən,
sağlamlıq və istirahət zonalarından, mədəniyyət
ocaqlarından, ictimai
iaşə obyektlərindən və mağazalardan aralıda yerləşdirilməsi
kimi şərtlər nəzərə alınmalıdır.
3.3. Şəxsi ev ərazilərində
tutumların, həyət ayaqyolularının və çirkab
quyusunun yerləşdirilməsi ev sahibləri
tərəfindən müəyyən olunur.
3.4. Ətraf mühitin mühafizəsi
məqsədilə tullantıların yerləşdirildiyi tutumlar
və meydançalar həmişə
təmiz və səliqəli vəziyyətdə saxlanılmalıdır.
Lazım gəldikdə tutumlar yeniləri ilə
əvəz olunmalı, meydançalar təmir edilməlidir.
3.5. Hər bir hüquqi və fiziki şəxs
tullantıların növlər üzrə xüsusi tutumlarda yığılmasını
təmin etməlidir.
3.6. Müvafiq tələblərə cavab verməyən
tutumlardan istifadə edilməməlidir.
3.7. İstehsalat tullantılarının
(təhlükəli və təhlükəsiz) və təkrar
xammalın məişət
tullantıları üçün nəzərdə tutulmuş
tutulmalarda yerləşdirilməsinə yol verilmir.
3.8. Tullantıların tutumlarda yığılması
zamanı onların daşmasına və ətrafa səpələnməsinə yol verilməməlidir.
3.9. Tullantılar ancaq onlar üçün nəzərdə
tutulmuş tutumlarda müvəqqəti saxlanılmalıdır. Tullantıların
tutumlar qoyulmuş meydançadan kənarda yerləşdirilməsinə,
yandırılmasına yol verilmir.
3.10. Əkin sahəsi və bostanlarda bərk və maye məişət
tullantılarının yerləşdirilməsi
yolverilməzdir.
4.
BƏRK MƏİŞƏT TULLANTILARININ
YIĞILMASI
4.1.
Tullantıların
tutumlarda müvəqqəti saxlanılması zamanı onların
çürüməsinə yol verilməməlidir.
Buna görə də tullantılar bir gündən çox qalmamalı, yəni hər gün daşınmalıdır.
4.2.
Metal tutumlar
müntəzəm olaraq yuyulmalı və dezinfeksiya edilməli
("dəyişilməz" sistemində
10 gün müddətində bir dəfədən az olmamaq şərtilə,
"dəyişilən" sistemdə-boşaldıqdan
sonra), taxta tutumlar isə hər dəfə boşaldıqdan sonra
dezinfeksiya olunmalıdır.
4.3. Tullantıların yığılmasını
səmərəli təşkil etmək məqsədilə qiymətli
komponentlər (yeyinti və toxuculuq məhsullarının
tullantıları, müxtəlif metallar, kağız və s.) ayn-aynlıqda toplanmalıdır.
4.4. Çoxmərtəbəli (5 mərtəbədən
artıq) yaşayış binalarında tullantı borusu quraşdırıla bilər.
4.5. Tullantı qəbuledici kameranın
(kamera-tullantı borusunun çıxışında tutumlar qoyulmuş qapalı sahədir)
girişi binanın və digər otaqların girişindən
təcrid olunmalıdır. Kameranın
döşəməsi su keçirməyən örtüklü
və binaya girişlə eyni
səviyyədə olmalıdır. Kamerada qoyulmuş tutumlar dolduğu
halda tullantıların kameranın döşəməsinə
boşaldılması yolverilməzdir (tullantı qəbuledici kamerada
bir sutka müddət nəzərə alınmaqla ehtiyat tutumlar
olmalıdır). Kameralarda
girişindən tullantıların kənara çıxması,
tutumların tullantı yığan avtomaşınlar gələnə qədər
kameradan çıxarılması yol verilməzdir.
4.6. Tullantı boruları və tullantı qəbuledici kamera
saz vəziyyətdə saxlanılmalıdır.
Boruda kipləşdirmə və səsboğmaq məqsədilə
binaların pilləkən meydançalarındakı tullantı
boşaltma qapaqları rezin materiallı kipləşdiricilərlə
təmin olunmalıdır (kipləşdiricilər
zədələndiyi halda yeniləri ilə əvəz olunmalıdır).
Boruların hər həftə təmizlənməsi, dezinfeksiya
olunması üçün şərait yaradılmalıdır. Dezinfeksiya tədbirləri
Səhiyyə Nazirliyinin təsdiq etdiyi təlimatlar üzrə və Səhiyyə Nazirliyi
tərəfindən icazə verilmiş maddə və məhlullardan istifadə etməklə binaların
istismarı üzrə təşkilatlar, müəssisə və
idarələrin yaşayış
şöbələri, binaların məsul şəxsləri
tərəfindən aparılır.
4.7. Tullantı borularının və tullantı qəbuledici
kameraların ətrafı təmiz saxlanmalı, kamera tikilisindən başqa məqsədlər
üçün istifadə edilməməlidir. Tullantı daşıyan
avtomaşınların kameraya yan almasına maneçilik törədə
bilən əşyalar və tikililər
olmamalıdır.
4.8. Bazarlarda, xəstəxanalarda, məktəblərdə
və uşaq bağçalarında əmələ gələn tullantıların bir gündən
artıq saxlanması xüsusilə yolverilməzdir.
5.
MAYE MƏİŞƏT
TULLANTILARININ YIĞILMASI
5.1.
Kanalizasiya sisteminə birləşdirilməmiş
evlərdə və digər ev təsərrüfatlarında əmələ gələn maye
məişət tullantılarının yığılması
məqsədilə yerüstü hissəsi qapaq və barmaqlıqla (bərk fraksiyaların
ayrılması üçün) təmin olunmuş, divarları və dibi sukeçirməz
olan çirkab quyusu hazırlanır. Həyətdə bir neçə ayaqyolu olduqda çirkab quyusu
ümumi olmalıdır.
5.2. Həyət ayaqyoluları yaşayış
binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları
meydançalarından və əhalinin istirahət yerlərindən
mümkün qədər aralıda,
20-100 metr məsafədə olmalıdır.
5.3.
İctimai ayaqyolularının
çirkab quyusunun dərinliyi qrunt sularının səviyyəsindən asılıdır, lakin
3 metrdən artıq olmamalıdır. Quyunun, yer səthinə
0,35 metr məsafə qalan qədər çirkablarla dolması
yolverilməzdir.
5.4.
Quyu, dolma
həddindən asılı olaraq yarım ildə bir dəfədən
az olmamaq şərtilə təmizlənməlidir.
6. MƏİŞƏT TULLANTILARININ DAŞINMASINA
TƏLƏBLƏR
6.1. Məişət tullantılarının
daşınmasını, xüsusiləşdirilmiş avtonəqliyyat
vasitəsilə, aidiyyəti qurumlar, həmçinin müqavilə əsasında tullantıların daşınması və emalı ilə məşğul olan
fiziki və hüquqi şəxslər həyata keçirə
bilər. [9]
6.2. Tullantıların daşınmasını
həyata keçirənlər onun avtomaşınlara yükləndiyi andan qəbul edən hüquqi və
fiziki şəxsə çatdırılana qədər ətraf
mühitin və insanların
sağlamlığının təhlükəsizliyinə görə
məsuliyyət daşıyırlar.
6.3. Tullantılar daşınarkən bu məqsədlə
ayrılmış avtomaşınların yük yerinin üstü tullantılar yükləndikdən
sonra onların ətraf ərazilərə səpələnməsinə
yol verilməməsi üçün
sukeçirməyən örtüklə kip örtülməlidir.
6.4. Məişət tullantılarının
boşaldıldığı yerdə (poliqonda) avtomaşınların
yuyulması və dezinfeksiyası üçün
məntəqə olmalıdır və avtomaşınlar boşaldıqdan sonra məntəqədə onların
yuyulması və dezinfeksiyası təmin edilməlidir.
6.5. Poliqonda məntəqə olmadıqda
avtomaşınlar marşrutdan qayıdan kimi bu
Qaydaların 6.1-ci bəndində nəzərdə tutulan
qurumların və şəxslərin məntəqəsində
(müəssisədə də bu cür məntəqə
nəzərdə tutulmalıdır) yuyulmalı, dezinfeksiya edilməli və
yeni marşruta hazır vəziyyətə salınmalıdır. [10]
6.6. Avtomaşınlar yuyularkən əmələ
gələn tullantı sulara məişət tullantılarının
qalıqlarının düşməməsi üçün
poliqonda avtomaşınlardan yük tam boşalmalıdır. Əmələ gələn
tullantı sulan məntəqənin yaxınlığında hazırlanmış
hovuza yığılmalıdır. Hovuz
torpaqdan təcrid olunmalı və 2-3 pilləli mexaniki çökdürmə sistemi ilə təmin edilməlidir.
Çökdürülən tullantı suları zərərsizləşdirildikdən sonra kanalizasiya xəttinə
axıdılmalı, yığılan çöküntülər
isə poliqona daşınmalıdır.
6.7. Təhlükəli tullantıların daşınmasına
əlavə tələblər müvafiq qanunla müəyyən
edilir. [11]
7. TULLANTILARIN ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ
7.1.
Bərk
və maye məişət tullantılarının zərərsizləşdirilməsi
Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin və Səhiyyə Nazirliyinin icazəsi
əsasında xüsusi ayrılmış
ərazilərdə (poliqonlarda) və ya xüsusi emal və zərərsizləşdirmə
qurğularında həyata keçirilir. Tullantıların istənilən
ərazilərdə yerləşdirilməsinə, həmçinin kənd təsərrüfatı
sahələrində gübrə kimi istifadəsinə yol verilmir.
7.2.
Bərk
məişət tullantılarının saxlanılması və
zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün
yer seçərkən Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin
və yerli icra hakimiyyəti orqanlarının razılığı ilə xüsusi
(geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və
lazım gəldikdə ictimai rəy
nəzərə alınmalıdır.
7.2-1.Tullantıların
zərərsizləşdirilməsi, emalı müəssisələrinin,
habelə bu məqsədlə qurğuların, poliqonların tikinti
layihələrinin “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən olunmuş qaydada ətraf mühitə
təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı
və həmin sənədin dövlət ekoloji ekspertizası
keçirilməlidir.[12]
7.3.
Bərk
məişət tullantıları təkmilləşdirilmiş
poliqonlara, kompostlaşdırma müəssisələrinə, emal və xüsusiləşdirilmiş
yandırma qurğularına, maye məişət tullantıları isə assenizasiya
və ya təmizləyici qurğu stansiyalarına daşınmalıdır.
Nəzarət edilməyən məişət tullantıları
üçün poliqonların təşkili yolverilməzdir.
7.4.
Poliqonlar
üçün ayrılmış sahələr aşağıdakı
tələblərə cavab verməlidir:
- sahənin ərazisi günəş
şüaları və küləyin təsiri üçün
açıq olmalıdır;
- qrunt sularının səviyyəsi
poliqonun təməlindən ən azı 1 metr aşağı
olmalıdır (suların səviyyəsi
yuxarı olduqda, drenaj və sukənarlaşdırıcı qurğular
tikilməlidir);
- çay, göl, açıq su hövzələrinin
sahillərində, kənd təsərrüfatı sahələrinin,
şəhərlər və digər yaşayış
məntəqələrinin və təbii abidələrin yaxınlığında
(sanitar-ekoloji mühafizə zonaları
nəzərə alınmaqla), yaşıllıq ərazilərində,
turizm və rekreasiya zonalarının ərazilərində və meşələrdə poliqonlar
üçün sahələrin ayrılması və təşkili
yolverilməzdir;[13]
- şəhər və digər yaşayış məntəqələri,
meşə-park, kurort, müalicə-sağlamlıq, turizm
və rekreasiya zonalarının ərazisində,
su mənbələrinin və mineral bulaqların sanitar mühafizə
zonalarında, çatlı süxurların və sulu təbəqələrin
səthə çıxdığı yerlərdə, habelə
içməli su təchizatı və təsərrüfat-məişət
ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin
sututar sahələrində, eyni zamanda faydalı qazıntı
yataqlarının olduğu yerlərin çirklənməsinə
və yeraltı işlərin aparılmasına təhlükə
yarandığı hallarda faydalı qazıntı laylarının
olduğu və yeraltı işlərin aparıldığı
yerlərdə tullantıların basdırılması qadağandır.
[14]
7.5. İstifadəyə yararsız məişət
tullantılarının həcminin azaldılması məqsədilə
onların yandırılması üçün
ekoloji-sanitar standartlara cavab verən xüsusi qurğular sobalar quraşdırılmalıdır.
Sobalarda məişət tullantılarının tam yanması
üçün lazımi
temperatur rejiminə riayət olunmalıdır və yandırılan
zaman ətraf mühitə zərərli təsirin qarşısını almaq
məqsədilə soba xüsusi avadanlıqla təmin olunmalıdır.
7.6. Tullantıların yandırılmasından
əmələ gələn qalıqlar (kül) poliqonda basdırılmalıdır.
7.7. Poliqona gətirilən məişət
tullantılarının uçotu poliqonun müvafiq işçiləri tərəfindən aparılır.
Uçotda gətirilən tullantıların həcmi (avtomaşının
tipi və onun yük yerinin həcminə əsasən hesablanır),
tullantıların tərkibi, kim tərəfindən və hansı tarixdə gətirilməsi
və s. məlumatlar göstərilir.
7.8. Kənar şəxslərin poliqon ərazisinə
daxil olmasının qarşısını almaq məqsədilə ərazi perimetri boyu çəpərlənərək
keçidin qadağan olunduğu barədə xəbərdaredici
qeydləri olan plakatlar qoyulmalıdır. Bu sahədə cavabdeh
- balansında həmin poliqon olan hüquqi
və ya fiziki şəxsdir.
7.9. Tullantıların emalı zamanı
ətraf mühitə və insan sağlamlığına real
və potensial təhlükənin qarşısı alınmalıdır.
8. KÜÇƏLƏRİN
YIĞIŞDIRILMASI
8.1.
Bütün
meydan və küçələrdə, bağlarda, parklarda, şəhər
nəqliyyatı dayanacaqlarında, metro girişlərində
və s. ərazilərdə aidiyyəti qurumlar tərəfindən, vağzallarda,
hava limanlarında, dəniz limanlarında, bazarlarda və
digər yerlərdə isə bu təşkilatların rəhbərliyi
tərəfindən kifayət qədər tutumlar (urnalar) qoyulmalıdır.
Əhali çox olan yerlərdə tutumlar (urnalar) arası məsafə
40 metrdən çox, əhali az olan yerlərdə
isə bu məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərdə və
rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi
vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar)
arası məsafə 100 metrdən çox olmamalıdır. Tutumlar dolma həddindən asılı olmayaraq
sistematik təmizlənməlidir. [15]
8.2.
Ticarət obyektləri
tərəfindən obyektlərin yanında və onlara bitişik
ərazilərdə tutumlar qoyulmuş sahələrə məhsul
ehtiyatlarının yerləşdirilməsinə və anbarlaşdırılmasına yol verilmir.
Ətrafda 5 metr radiusunda ərazinin təmizlənməsini ticarət obyekti həyata keçirir.
8.3.
Yay mövsümündə
təkmilləşdirilmiş örtüklü yolların və
meydanların mexaniki sulanması
və yuyulması şəhər və rayon icra hakimiyyətlərinin
müvafiq qurumları tərəfindən
planlı formada həyata keçirilir.
8.4.
Yol örtükləri
elə yuyulmalıdır ki, yol kənarında yığılmış
çirkablar su şırnağı ilə səkiyə və
yaşıllıq zolağına sıçramasın.
8.5.
Yüksək
intensivli hərəkət olan küçələr (mikroiqlimin
yaxşılaşdırılmasına ehtiyacı olan) ilin isti
vaxtlarında sulanmalıdır.
8.6. Yağış suları üçün kanalizasiya sistemi olmayan yollarda tozu və çirklənməni azaltmaq məqsədilə
süpürən-təmizləyən maşından istifadə
edilməlidir.
8.7. Küçələrdə, parklarda ağaclardan tökülmüş
yarpaqlar vaxtlı-vaxtında yığışdırılmalıdır. Yığışdırılmış
yarpaqlar xüsusi ayrılmış ərazilərə və ya
kompostlaşdırma sahələrinə daşınmalıdır.
Yaşayış sahələrində, park və bağlarda yarpaqların basdırılmasına, yandırılmasına
yol verilmir.
8.9. Buz qırıqlarının, çirklənmiş
qarın səkilərə, yaşıllıq olan ərazilərə,
yaşayış binalarının
qarşısına və s. yerlərə yığılmasına
yol verilmir.
9. XÜSUSİLƏŞDİRİLMİŞ OBYEKTLƏRİN YIĞIŞDIRILMASI
9.1. Çimərlik
9.1.1.
Çimərliyi idarə edən hüquqi
və ya fiziki şəxslər tərəfindən ərazidə
tullantıların çeşidli yığılması üçün
üzərində çimərlik obyektinin adı və ayrı-ayrılıqda
“qida”, “plastik”, “kağız”, “şüşə (metal)” sözləri
və ya şəkilləri əks etdirilmiş xüsusiləşdirilmiş
tutumlar yerləşdirilməli və tullantıların çeşidlənərək
uyğun tutumlara atılması barədə məlumatlandırıcı
lövhələr quraşdırılmalıdır.[16]
9.1.1-1. Tutumlar üçün çimərlik
ərazisinin hər 500 m2 sahəsində bir ədəd hesabı
ilə meydança hazırlanmalı və meydançadakı
tutumların sayı bu Qaydaların 2.2-ci bəndinə uyğun
hesablanmalıdır. Tutumların yerləşdirilməsi üçün
meydançalar Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrdən
az olmayan məsafəsində hazırlanmalıdır. Tullantıların
ətraf ərazilərə səpələnməsinin qarşısının
alınması məqsədilə tutumlar qapaqlı olmalıdır.
Meydançada tullantıların ətrafa səpələnməsinə
yol verilməməsi üçün eyni həcmli və eyni tipli
ehtiyat tutumlar nəzərdə tutulmalıdır.
Tullantıların
atılması üçün zədəli, yaxud kustar üsulla
hazırlanmış tutumlardan və ya başqa məqsədlər
üçün nəzərdə tutulmuş qablardan (məsələn,
çəllək, vedrə, taxta yeşiklər, torbalar və
s.) istifadə olunması qadağandır.[17]
9.1.2.
Çimərlik bağlandıqdan
sonra çimərliyin texniki personalı tərəfindən sahil, soyunub-geyinmə yerləri, yaşıllıq
sahələri təmiz yığışdırılmalı,
tutumlardakı tullantılar götürüldükdən
sonra onlar yuyulmalı
və dezinfeksiya edilməlidir. Gündüz isə ərazinin vaxtaşırı yığışdırılması
həyata keçirilməlidir. Çimərlikdən yığılmış
tullantılar səhər saat
8-dək daşınmalıdır.[18]
9.1.3.
Tullantıların
dənizə (çaya, gölə və s.) atılması, onların
qumda (torpaqda) basdırılması yolverilməzdir.
Bu barədə
çimərliyin girişində və ərazisində məlumatlandırma
lövhələri quraşdırılmalıdır. Lövhələrdə
mətn Azərbaycan Respublikasının dövlət dilində,
həmçinin ingilis və rus dillərində əks etdirilməlidir.
Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən
sonra yerləşdirilməli və dövlət dilində olan
mətnin tutduğu sahədən böyük olmamalıdır.[19]
9.1.4.
Ərazidə
fəaliyyət göstərən ticarət, əyləncə,
tibbi yardım və s. obyektlərdə əmələ gələn
tullantılar həmin obyektlərə məxsus və üzərində
obyektin adı qeyd edilən tutumlarda müvəqqəti
yerləşdirilməlidir.
Bu obyektlər öz tullantılarının
yığılmasına, təhvil verilməsinə və ya daşınmasına
cavabdehdir (bu işləri müqavilə əsasında, çimərlik
balansında olan hüquqi və
ya fiziki şəxslər də görə bilər).
Tutumlarda tullantıların
yanması və ya yandırılması hallarının qarşısının
alınması məqsədilə çimərliyi idarə edən
hüquqi və ya fiziki şəxslər tərəfindən çimərliklər
yanğınsöndürmə vasitələri ilə təmin
edilməlidir.[20]
9.1.5. Çimərlik ərazisində
hər 75 nəfərə 1 ədəd hesabı ilə ictimai
ayaqyolular yerləşdirilməlidir.
Sahildən ayaqyolularına qədər məsafə 50 metrdən
az, 100 metrdən çox olmamalıdır.
Əmələ gələn tullantıların (maye və bərk
fraksiyalar) dənizə (çaya, gölə və s.) axıdılmasına
yol verilmir. Çimərlikdəki
sanitariya qovşaqları axar su ilə təmin edilməli və
mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə
qoşulmalıdır və ya kanalizasiya şəbəkəsi
olmayan çimərlik ərazilərindən kənarda modul tipli
çirkab su təmizləyici qurğu quraşdırılmalıdır.[21]
Çimərlik bağlandıqdan sonra
ictimai tualetlər yuyulmalı və dezinfeksiya edilməlidir.
9.1.6. Ümumi çimərlik
ərazisində təmizlik işlərinə çimərlik
balansında olduğu hüquqi və ya fiziki şəxslər
cavabdehlik daşıyırlar.
9.2.
Hərbi və xüsusi mühafizə olunan
obyektlər
9.2.1. Hərbi obyektlərdə (həmçinin
məxfi və xüsusi mühafizə olunan obyektlər də daxil olmaqla) əmələ
gələn məişət tullantılarının müvəqqəti
saxlanılması, təmizlənməsi,
daşınması və zərərsizləşdirilməsi bu
Qaydalara uyğun həyata
keçirilməlidir.
9.2.2. Qeyd edilən obyektlərdə əmələ
gələn məişət tullantılarının tərkibinə
təhlükəli tullantıların
qarışması yolverilməzdir. Yığılan tullantılar
aidiyyəti qurumlara və ya tullantıların daşınması,
zərərsizləşdirilməsi ilə məşğul olan fiziki və
hüquqi şəxslərə müqavilə əsasında təhvil
verilməlidir. [22]
9.2.3. Bu obyektlər "özüdaşıma"
prinsipi əsasında məişət tullantılarını
kənarlaşdırdıqları halda, tullantıları
fəaliyyət göstərən poliqonlara müqavilə əsasında təhvil verməlidirlər. Təhvil
verərkən tullantıların tərkibi haqqında poliqonun operatoruna dəqiq məlumat verilməli,
lazım gələrsə, gətirilən tullantılara operator tərəfindən baxış
keçirilməlidir.
9.3. Parklar və
digər istirahət yerləri
9.3.1. Parklar və digər istirahət yerlərində
tullantı tutumlarının yerləşdirilməsi üçün ayrılmış
sahələr kütləvi istirahət yerlərindən (rəqs
meydançaları, estradalar,
ictimai-iaşə və ticarət obyektləri, fəvvarələr,
xiyabanlar və s.) 50 metr məsafədən az olmamalıdır.
9.3.2.
Tutumların
sayı parkın 600-800 m2 sahəsinə bir ədəd
hesabı ilə nəzərdə tutulur. Xiyabanlarda
tutumlar arasındakı məsafə 40 metrdən çox olmamalıdır. Hər ictimai iaşə və
ticarət obyektlərinin yanında həcmi 10 litrdən az olmayan tutumlar qoyulmalıdır.
9.3.3.
İstirahət edənlərin
kütləvi yığılma yerlərindən kənarda yerləşən
ərazilərdə tullantıların
yığılmasının rahatlığı üçün
tullantıların və süpürüntülərin müvəqqəti yerləşdirilməsi
məqsədilə ara tutumlar qoyulmalıdır. Tutumların sayı tullantıların 3 gün ərzində
orta yığılma miqdarına əsasən hesablanmalıdır.
9.3.4.
Parklarda və digər
istirahət yerlərində olan yaşıllıq sahəsində
tutumların qoyulmasına yol verilmir.
9.3.5.
Əsas
təmizlənmə parklar bağlandıqdan sonra və ya səhər
saat 8-ə qədər aparılmalıdır. Yerə tökülmüş
yarpaqların və tullantıların yığılaraq yandırılmasına yol verilmir.
9.3.6.
Tutumların
yerləşdirilməsi üçün ayrılmış meydançaların
qarşısı tullantı daşıyan
avtomaşınların yaxınlaşması üçün
boş saxlanmalıdır.
9.4. Müalicə-profilaktiki müəssisələr
9.4.1.
Dəri-zöhrəvi,
infeksion, onkoloji, cərrahiyyə və s. şöbələrin
tullantıları həcmi 50, 100, 120, 240 litr olan və kip bağlanan
qapaqlı hermetik tutumlara yığılmalıdır.
Bu cür tullantıların poliqonlara daşınması yolverilməzdir.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və Səhiyyə Nazirliyi ilə razılışdırıldıqdan
sonra həmin tullantılar xüsusi sobalarda yandırılmalıdır.
9.4.2.
Tutumların
yerləşdirilməsi üçün meydançaların ölçüləri
40 m2-dən az olmamalıdır
və meydançalar müalicə korpuslarından, qida bloklarından
50 metr məsafədən az olmamaq şərtilə
hazırlanmalıdır. Tullantılar ancaq tutumlarda yığılmalıdır.
9.4.3.
Müalicə-profilaktiki
müəssisələrdə ancaq asan dezinfeksiya olunan tullantı tutumlarından istifadə edilməlidir.
Tutumların sayı müalicə müəssisəsinin həyət ərazisinin hər 500-700 m2 sahəsinə
bir tutum hesabı ilə müəyyən edilir.
9.4.4. Bu müəssisələrin texniki
personalı hər gün tutumları və onların altındakı meydançaları təmizləməli,
yumalı və dezinfeksiya etməlidirlər.
9.4.5.
Tullantıların
qazanxanalarda yandırılmasına yol verilmir.
9.4.6.
Əmələ gələn
tullantıların epidemioloji baxımdan çeşidlənərək
növlər üzrə yığılmasına,
zərərsizləşdirilməsinə və dəqiq uçotunun
aparılmasına müəssisənin
məsul şəxsi tərəfindən nəzarət edilməlidir.
10. YAŞAYIŞ VƏ İSTİRAHƏT
YERLƏRİNİN TƏMİZLİYİNƏ GÖRƏ CAVABDEHLİK
10.1.
Küçələrin,
həyətlərin və şəhərlər
və digər yaşayış məntəqələrinin digər ərazilərinin, həmçinin
ümumi istifadə yerlərinin və çimərliklərin
təmiz saxlanılması vəziyyətinə
nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi
və Səhiyyə Nazirliyi həyata
keçirilir.
10.2.
Şəhər
(rayon) icra hakimiyyətləri tərəfindən:
- maye və bərk məişət tullantılarının
əmələgəlmə norması (1 nəfər/1 il hesabı ilə);
- müəssisə, təşkilat, idarələr
tərəfindən yığışdırılacaq ərazilərin
siyahısı;
- küçələrin, meydançaların və
keçidlərin mexanikləşdirilmiş təmizlənməsi,
həm də onların yay və qış
mövsümlərində təmizlənmə növbəsinin
siyahısı müəyyən
edilir.
10.3. Balansında yaşayış binaları olan müəssisə,
idarə və təşkilatlar, binalar üzrə məsul şəxslər:
cavabdeh olduğu ərazilərin, tullantı
kameralarının təmiz, tutumların saz vəziyyətdə saxlanılmasını təmin etməyə,
bunlar üçün meydançaların müntəzəm yuyularaq
dezinfeksiya edilməsinə;
- tutumlar üçün sukeçirməyən örtüklə
döşənmiş meydançalar hazırlamağa;
- yeyinti tullantılarının, küçə
və həyət süpürüntülərinin yığışdırılıması
üçün inventarlarla
təmin etməyə;
- əhali arasında izahat işləri
aparmağa və onları yaşayış yerlərinin təmiz
saxlanılması qaydalarının
həyata keçirilməsi tədbirlərinə cəlb etməyə;
- məişət tullantılarının
vaxtlı-vaxtında daşınması üçün tədbirlər
görməyə və tullantıların
uçotunun aparılmasına borcludurlar.
10.4. Aidiyyəti qurumlar, həmçinin tullantıların emalı ilə
məşğul olan fiziki və hüquqi
şəxslər: [23]
- yaşayış binalarının,
müəssisə və təşkilatların, meydanların,
küçələrin, bağların və s. ərazilərindən məişət
tullantılarının vaxtlı-vaxtında yığışdırılmasını
və daşınmasını təmin
etməyə;
- hər bir xüsusiləşdirilmiş
avtomaşın üçün marşrut qrafikini tərtib etməyə;
- istismar şəraitinin dəyişməsinə
uyğun olaraq marşrut qrafikində dəyişiklik etməyə;
- təsdiq olunmuş marşrut qrafikinin
dəqiq yerinə yetirilməsini təmin etməyə;
- tullantıların tam yığışdırılmasını
və poliqonlarda yerləşdirilməsini təmin etməyə;
- tullantıların daşınması
üzrə xüsusiləşdirilmiş avtomaşınların
başqa məqsədlər
üçün istifadə edilməməsinə;
- tullantıların qarışmasına
yol verməməyə;
- tullantılar avtomaşınlara yükləndiyi
andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana
qədər tullantıların ətrafa səpələnməsinin
qarşısını almağa,
ətraf mühitin və insanların sağlamlığının
təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməyə;
- məişət tullantılarının
yığışdırılaraq daşınması üçün
bağlanmış müqavilələrin bütün şərtlərini tam şəkildə
yerinə yetirməyə;
- tullantıların uçotunu aparmağa borcludurlar.
10.5. Bələdiyyələr tərəfindən:
- bələdiyyə torpaqlarının
tullantılarla çirklənmədən qorunması;
- əhali arasında yaşayış
yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi
barədə izahat işlərinin aparılması və onların
bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir.
11. MƏİŞƏT
TULLANTILARININ UÇOTUNUN APARILMASI
11.1. Məişət tullantılarının uçotunun aparılması
il ərzində əmələ gələcək tullantıların həcminin əvvəlcədən
proqnozlaşdırılmasına imkan verir. Bu proqnozlar əsasında tullantıların yığışdırılması
ilə məşğul olan avtonəqliyyat müəssisəsinin
gücünün, tutumların
sayının və həcminin, tullantıların zərərsizləşdirilməsi
üçün ayrılan vəsaitin miqdarının, poliqonların
gücünün və s. hesablanmasına şərait yaradır.
11.2. Məişət tullantılarının uçotunun aparılması
üçün aşağıda göstərilən uçot cədvəlindən ibarət
"Məişət tullantılarının uçotu kitabı"
hazırlanmalıdır.
|
Sıra ¹-si |
Tullantının tərkibi* |
Tullantının həcmi, m3 |
Müvəqqəti yerləşdirilmə
vəziyyəti** |
Tullantı yığılan ərazi |
Əhalinin sayı |
Təhvil verildi, m3 |
Kimə təhvil Verildi və müqavilənin tarixi, ¹-si |
Məsul şəxsin imzası |
Qeyd |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
* - tullantılardan yığılarkən çeşidlənmiş
(yeyinti tullantıları, şüşə, metal, taxta və
s.) tullantılar qeyd olunur;
** - tullantıların yığıldığı
tutumlar haqqında məlumat qeyd olunur;
*** - tullantılar yığışdırılan ərazidə
yaşayan əhalinin sayı, müəssisə və təşkilatdırsa-işçilərin
sayı qeyd olunur.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
29
oktyabr 2007-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci
il, ¹ 10, maddə 1027)
2.
25
fevral 2008-ci il tarixli 55 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹ 2, maddə 132)
3.
11
sentyabr 2012-ci il tarixli 194 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 12 sentyabr 2012-ci il, ¹ 203, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 09, maddə 920)
4.
10 aprel 2018-ci il tarixli 140 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 11 aprel 2018-ci il, ¹ 80, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹4, maddə 794)
5.
14
may
2020-ci il tarixli
173 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 20 may 2020-ci il, ¹ 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci
il, ¹ 5, maddə 644)
6.
22
may
2020-ci il tarixli
185 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 5, maddə 656)
7.
15 noyabr
2022-ci il tarixli 413 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 17
noyabr 2022-ci il, “Xalq” qəzeti, 19 noyabr 2022-ci il, ¹ 252, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2022-ci il, ¹ 11, maddə 1350)
8.
20 dekabr
2023-cü il
tarixli 460 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 21 dekabr 2023-cü il, “Azərbaycan”
qəzeti, 23 dekabr 2023-cü il, ¹ 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, ¹ 12, II kitab, maddə 1795)
9.
19 fevral 2025-ci il tarixli 26 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 20 fevral 2025-ci il, “Xalq” qəzeti, 23 fevral 2025-ci il, ¹ 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2025-ci il, ¹ 2, maddə 187)
10.
18 aprel 2025-ci il tarixli 116 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 21 aprel 2025-ci il, “Xalq” qəzeti, 23 aprel 2025-ci il, ¹ 80, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2025-ci il, ¹ 4, I kitab, maddə 404)
11.
17 mart 2026-cı il tarixli 81 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 17 mart
2026-cı il, “Azərbaycan” qəzeti, 20 mart 2026-cı
il, ¹ 52)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 15 noyabr
2022-ci il tarixli 413 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 17
noyabr 2022-ci il, “Xalq” qəzeti, 19 noyabr 2022-ci il, ¹ 252, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 11, maddə 1350) ilə adında
və 1-ci hissəsində “Yaşayış məntəqələri” sözləri “Şəhərlər
və digər yaşayış məntəqələri” sözləri ilə əvəz edilmişdir.
[2] 20 dekabr
2023-cü il
tarixli 460 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 21 dekabr 2023-cü il, “Azərbaycan”
qəzeti, 23 dekabr 2023-cü il, ¹ 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, ¹ 12, II kitab, maddə 1795) ilə preambulada “İstehsalat və məişət tullantıları”
sözləri “Tullantılar”
sözü ilə əvəz edilmişdir.
[3] 29 oktyabr 2007-ci
il tarixli 168 nömrəli Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 10, maddə 1027) ilə adında
və mətnində "yaşayış
məntəqələri" sözləri ismin müvafiq
hallarında "şəhərlər və digər
yaşayış məntəqələri" sözləri
ilə əvəz edilmişdir.
[4] 20 dekabr
2023-cü il
tarixli 460 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 21 dekabr 2023-cü il, “Azərbaycan”
qəzeti, 23 dekabr 2023-cü il, ¹ 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, ¹ 12, II kitab, maddə 1795) ilə “Şəhərlər
və digər yaşayış məntəqələri
ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji
normativlərə uyğun olaraq təmizlənməsi, məişət
tullantılarının müvəqqəti saxlanılması,
müntəzəm daşınması və
zərərsizləşdirilməsi Qaydaları”nın 1.1-ci
bəndində “İstehsalat
və məişət tullantıları” sözləri “Tullantılar” sözü
ilə əvəz edilmişdir.
[5] 15 noyabr
2022-ci il tarixli 413 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 17
noyabr 2022-ci il, “Xalq” qəzeti, 19 noyabr 2022-ci il, ¹ 252, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2022-ci il, ¹ 11, maddə 1350) ilə “Şəhərlər və
digər yaşayış məntəqələri ərazisinin sanitariya
qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi
Qaydaları”na yeni məzmunda 1.4-cü
bənd əlavə edilmişdir.
17 mart 2026-cı il tarixli 81 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 17 mart
2026-cı il, “Azərbaycan” qəzeti, 20 mart
2026-cı il, ¹ 52) ilə “Şəhərlər
və digər yaşayış məntəqələri
ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji
normativlərə uyğun olaraq təmizlənməsi,
məişət tullantılarının müvəqqəti
saxlanılması, müntəzəm daşınması
və zərərsizləşdirilməsi Qaydaları”nın
1.4-cü bəndinə “Təmiz
Şəhər” Açıq Səhmdar Cəmiyyəti,”
sözlərindən sonra “İşğaldan
azad olunmuş ərazilərdə tullantılarla bağlı
idarəetmənin təkmilləşdirilməsi və bununla
əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi
fərmanlarında və sərəncamlarında
dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2025-ci il 29 avqust tarixli 492 nömrəli
Fərmanı ilə müəyyən edilən inzibati
ərazi vahidlərində həmin Fərman ilə
müəyyən edilmiş səlahiyyətlərinə
uyğun olaraq həmin Fərmanın 1.1.1 – 1.1.6-cı
yarımbəndlərində qeyd olunan publik hüquqi
şəxslər,” sözləri əlavə edilmişdir.
[6] 15 noyabr
2022-ci il tarixli 413 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 17
noyabr 2022-ci il, “Xalq” qəzeti, 19 noyabr 2022-ci il, ¹ 252, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 11, maddə 1350) ilə “Şəhərlər
və digər yaşayış məntəqələri ərazisinin sanitariya
qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi
Qaydaları”nın 2.2-ci bəndin ikinci cümləsində “kommunal-təsərrüfat qurumları” sözləri “aidiyyəti qurumlar” sözləri ilə əvəz edilmişdir.
[7] 15 noyabr
2022-ci il tarixli 413 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 17
noyabr 2022-ci il, “Xalq” qəzeti, 19 noyabr 2022-ci il, ¹ 252, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 11, maddə 1350) ilə “Şəhərlər
və digər yaşayış məntəqələri ərazisinin sanitariya
qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi
Qaydaları”nın 3.1-ci bəndində “təşkilatlar” sözü “qurumlar” sözü ilə əvəz edilmişdir.
[8] 11 sentyabr 2012-ci il tarixli 194
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti 12 sentyabr 2012-ci il, ¹ 203, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 09, maddə
920) ilə yeni məzmunda 3.1-1-ci bənd əlavə
edilmişdir.
[9] 15 noyabr
2022-ci il tarixli 413 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 17
noyabr 2022-ci il, “Xalq” qəzeti, 19 noyabr 2022-ci il, ¹ 252) ilə “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya
qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi
Qaydaları”nın 6.1-ci bəndində “yerli icra hakimiyyəti orqanlarının
kommunal-təsərrüfat qurumları, həmçinin müvafiq təşkilatlarla müqavilə bağlamış və” sözləri “aidiyyəti qurumlar, həmçinin müqavilə əsasında” sözləri ilə əvəz edilmişdir.
[10] 15 noyabr
2022-ci il tarixli 413 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 17
noyabr 2022-ci il, “Xalq” qəzeti, 19 noyabr 2022-ci il, ¹ 252, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 11, maddə 1350) ilə “Şəhərlər
və digər yaşayış məntəqələri ərazisinin sanitariya
qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi
Qaydaları”nın 6.5-ci bəndində “müəssisənin” sözü “bu Qaydaların 6.1-ci bəndində nəzərdə tutulan
qurumların və şəxslərin” sözləri ilə əvəz edilmişdir,
həmin bənddən “müəssisədə
də” sözləri çıxarılmışdır.
[11] 29 oktyabr 2007-ci
il tarixli 168 nömrəli Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 1027) ilə 6-cı bəndə yeni məzmunda 6.7-ci
bənd əlavə edilmişdir.
[12] 14
may
2020-ci il
tarixli 173 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, ¹
98, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 5, maddə
644) ilə “Şəhərlər və digər
yaşayış məntəqələri ərazisinin
sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə
uyğun olaraq təmizlənməsi, məişət tullantılarının
müvəqqəti saxlanılması, müntəzəm
daşınması və zərərsizləşdirilməsi
Qaydaları”na yeni məzmunda 7.2-1-ci bənd əlavə edilmişdir.
[13] 18 aprel 2025-ci il tarixli 116 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 21 aprel 2025-ci il, “Xalq” qəzeti, 23 aprel 2025-ci il, ¹ 80, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2025-ci il, ¹ 4, I kitab, maddə 404) ilə “Şəhərlər
və digər yaşayış məntəqələri
ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji
normativlərə uyğun olaraq təmizlənməsi, məişət
tullantılarının müvəqqəti saxlanılması,
müntəzəm daşınması və
zərərsizləşdirilməsi Qaydaları”nın
7.4-cü bəndinin dördüncü abzasına “yaşıllıq
ərazilərində” sözlərindən sonra “, turizm və rekreasiya zonalarının
ərazilərində” sözləri əlavə
edilmişdir.
[14] 29 oktyabr 2007-ci il tarixli 168 nömrəli
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə
1027) ilə 7.4-cü bəndin
beşinci abzası yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
- şəhərlərin və digər şəhərlər
və digər yaşayış məntəqələrinin ərazisində, kurort,
müalicə sağlamlıq,
meşə və rekreasiya zonalarında, yeraltı suların,
təsərrüfat və içməli su tutarlarının
olduğu ərazilərdə, eləcə də faydalı
qazıntılar olan və ya dağ-mədən işləri
aparılan zonalarda tullantıların basdırılmasına
yol verilmir.
25 fevral 2008-ci
il tarixli 55 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 132) ilə
7.4-cü bəndinin beşinci abzasında «və rekreasiya» sözləri « , turizm və rekreasiya» sözləri ilə
əvəz edilmişdir.
[15] 11 sentyabr 2012-ci il tarixli 194
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti 12 sentyabr 2012-ci il, ¹ 203, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 09, maddə
920) ilə 8.1-ci bəndin ikinci cümləsindən sonra
yeni məzmunda üçüncü cümlə əlavə
edilmişdir.
10 aprel 2018-ci il tarixli 140
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 11 aprel 2018-ci il, ¹
80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, ¹4, maddə 794) ilə “Şəhərlər
və digər yaşayış məntəqələri
ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji
normativlərə uyğun olaraq təmizlənməsi, məişət
tullantılarının müvəqqəti saxlanılması,
müntəzəm daşınması və
zərərsizləşdirilməsi Qaydaları”nın 8.1-ci
bəndinin üçüncü cümləsindən “(şəhər rayonları
istisna olmaqla)” sözləri
çıxarılmışdır.
15 noyabr
2022-ci il tarixli 413 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 17
noyabr 2022-ci il, “Xalq” qəzeti, 19 noyabr 2022-ci il, ¹ 252, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 11, maddə 1350) ilə “Şəhərlər
və digər yaşayış məntəqələri ərazisinin sanitariya
qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi
Qaydaları”nın 8.1-ci bəndin birinci
cümləsində “kommunal-təsərrüfat orqanları” sözləri “aidiyyəti qurumlar” sözləri ilə əvəz edilmişdir.
19 fevral 2025-ci il tarixli 26 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 20 fevral 2025-ci il, “Xalq” qəzeti, 23 fevral 2025-ci il, ¹ 41, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 2, maddə 187) ilə “Şəhərlər
və digər yaşayış məntəqələri
ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji
normativlərə uyğun olaraq təmizlənməsi, məişət
tullantılarının müvəqqəti saxlanılması,
müntəzəm daşınması və
zərərsizləşdirilməsi Qaydaları”nın 8.1-ci
bəndinin birinci cümləsində “aeroportlarda” sözü “hava
limanlarında” sözləri ilə əvəz edilmişdir.
[16] 22
may
2020-ci il
tarixli 185 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci
il, ¹ 5, maddə 656) ilə “Şəhərlər
və digər yaşayış məntəqələri
ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji
normativlərə uyğun olaraq təmizlənməsi, məişət
tullantılarının müvəqqəti saxlanılması,
müntəzəm daşınması və
zərərsizləşdirilməsi Qaydaları”nın 9.1.1-ci
yarımbənd yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
9.1.1. Çimərlik kimin
balansındadırsa, həmin hüquqi və ya fiziki
şəxslər tərəfindən
ərazidə istirahət edənlərin sayından asılı
olaraq hər 500-1000 m2 sahəyə
1 ədəd hesabı ilə tutumlar qoyulmalıdır.
[17] 22
may
2020-ci il tarixli
185 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci
il, ¹ 5, maddə 656) ilə “Şəhərlər
və digər yaşayış məntəqələri
ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə
uyğun olaraq təmizlənməsi, məişət
tullantılarının müvəqqəti saxlanılması,
müntəzəm daşınması və
zərərsizləşdirilməsi Qaydaları”na yeni
məzmunda 9.1.1-1-ci yarımbənd əlavə edilmişdir.
[18] 22
may
2020-ci il
tarixli 185 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci
il, ¹ 5, maddə 656) ilə “Şəhərlər
və digər yaşayış məntəqələri
ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji
normativlərə uyğun olaraq təmizlənməsi, məişət
tullantılarının müvəqqəti saxlanılması,
müntəzəm daşınması və
zərərsizləşdirilməsi Qaydaları”nın 9.1.2-ci
yarımbəndin birinci cümləsində “yuyulmalıdır” sözü “yuyulmalı və dezinfeksiya edilməlidir”
sözləri ilə əvəz edilmişdir.
[19] 22
may
2020-ci il
tarixli 185 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci
il, ¹ 5, maddə 656) ilə “Şəhərlər
və digər yaşayış məntəqələri
ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji
normativlərə uyğun olaraq təmizlənməsi, məişət
tullantılarının müvəqqəti saxlanılması,
müntəzəm daşınması və
zərərsizləşdirilməsi Qaydaları”nın
9.1.3-cü yarımbəndə yeni məzmunda ikinci abzas
əlavə edilmişdir.
[20] 22
may
2020-ci il
tarixli 185 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci
il, ¹ 5, maddə 656) ilə “Şəhərlər
və digər yaşayış məntəqələri
ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji
normativlərə uyğun olaraq təmizlənməsi,
məişət tullantılarının müvəqqəti
saxlanılması, müntəzəm daşınması
və zərərsizləşdirilməsi Qaydaları”nın
9.1.4-cü yarımbəndə yeni məzmunda
üçüncü abzas əlavə edilmişdir.
[21] 22
may
2020-ci il
tarixli 185 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci
il, ¹ 5, maddə 656) ilə “Şəhərlər
və digər yaşayış məntəqələri
ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji
normativlərə uyğun olaraq təmizlənməsi, məişət
tullantılarının müvəqqəti saxlanılması,
müntəzəm daşınması və
zərərsizləşdirilməsi Qaydaları”nın 9.1.5-ci
yarımbəndin birinci abzasına yeni məzmunda cümlə
əlavə edilmişdir.
[22] 15 noyabr
2022-ci il tarixli 413 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 17
noyabr 2022-ci il, “Xalq” qəzeti, 19 noyabr 2022-ci il, ¹ 252, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 11, maddə 1350) ilə “Şəhərlər
və digər yaşayış məntəqələri ərazisinin sanitariya
qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi
Qaydaları”nın 9.2.2-ci yarımbəndin ikinci cümləsində “müvafiq təşkilatların aidiyyəti
strukturlarına” sözləri “aidiyyəti qurumlara” sözləri ilə əvəz edilmişdir.
[23] 15 noyabr
2022-ci il tarixli 413 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 17
noyabr 2022-ci il, “Xalq” qəzeti, 19 noyabr 2022-ci il, ¹ 252, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 11, maddə 1350) ilə “Şəhərlər
və digər yaşayış məntəqələri ərazisinin sanitariya
qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi
Qaydaları”nın 10.4-cü bəndin birinci abzasında “Kommunal-təsərrüfat qurumları” sözləri “Aidiyyəti qurumlar”
sözləri ilə əvəz edilmişdir.