"Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin ("Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası" və "Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər"in) təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 18 mart tarixli 48 nömrəli qərarına dəyişiklik edilməsi barədə[1]

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Səhiyyə Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.  "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin ("Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası" və "Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər"in) təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 18 mart tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin maddələrinin tətbiqinə dair İzahatlar"ın 13-cü maddəsinin onuncu, on birinci, on ikinci abzasları (cədvəl 1 daxil olmaqla) qüvvədən düşmüş hesab edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 8 aprel 2005-ci il

№ 66


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 fevral 2008-ci il tarixli 59 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 134)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 fevral 2008-ci il tarixli 59 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 134) ilə ləğv edilmişdir.