"1941-1945-ci illər Böyük
Vətən müharibəsində Qələbənin 60
illiyi" yubiley medalı ilə təltif haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI
Faşizmə qarşı 1941-1945-ci illər
Böyük Vətən müharibəsinin Azərbaycandan olan
iştirakçılarının göstərdikləri
qəhrəmanlıq və şücaətinə
görə, faşizm üzərində Qələbənin 60
illiyi ilə əlaqədar "1941-1945-ci illər
Böyük Vətən müharibəsində
Qələbənin 60 illiyi" yubiley medalının təsis
edilməsi haqqında MDB iştirakçısı olan
dövlətlərin razılığına uyğun olaraq qərara
alıram:
1. Aşağıdakı
şəxslər "1941-1945-ci illər Böyük
Vətən müharibəsində Qələbənin 60
illiyi" yubiley medalı ilə təltif edilsinlər:
SSRİ Silahlı Qüvvələri
sıralarında Böyük Vətən müharibəsi
cəbhələrində döyüş
əməliyyatlarında iştirak etmiş hərbi
qulluqçular və muzdla xidmət etmiş mülki
şəxslər, faşist işğalçılarına
qarşı gizli mübarizə aparan şəxslər,
Böyük Vətən Müharibəsi dövründə
SSRİ Silahlı Qüvvələrində xidmət etmiş
hərbi qulluqçular və muzdla xidmət etmiş mülki
şəxslər, "1941-1945-ci illər Böyük
Vətən müharibəsində Almaniya üzərində
qələbəyə görə", "Yaponiya
üzərində qələbəyə görə"
medalları ilə təltif olunmuş, "1941-1945-ci illər
Böyük Vətən müharibəsində Qələbəyə
görə" medalının vəsiqəsi, yaxud
müharibə iştirakçısı vəsiqəsi olan
şəxslər;
Böyük Vətən müharibəsi
illərində fədakar əməyə görə SSRİ
ordenləri, "1941-1945-ci illər Böyük Vətən
müharibəsində rəşadətli əməyə
görə", "Əmək igidliyinə
görə", "Əməkdə
fərqlənməyə görə", "Leninqradın
müdafiəsinə görə", "Moskvanın
müdafiəsinə görə", "Odessanın
müdafiəsinə görə", "Stalinqradın
müdafiəsinə görə", "Kiyevin
müdafiəsinə görə", "Qafqazın
müdafiəsinə görə", "Sovet Zapolyaryesinin
müdafiəsinə görə" medalları ilə
təltif olunmuş şəxslər, habelə "Blokadada
olan Leninqradın sakininə" nişanı, yaxud
"1941-1945-ci illər Böyük Vətən
müharibəsində rəşadətli əməyinə
görə" medalının vəsiqəsi olan
şəxslər.
2. Bu Sərəncam
imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 27 aprel 2005-ci il
¹ 785