İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında Azərbaycan
Respublikası Qanununun qüvvəyə minməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
1. İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında Azərbaycan
Respublikasının Qanunu dərc edildiyi gündən
qüvvəyə minsin.
2. Göstərilən Qanunun 7-ci
maddəsinin 1-ci və 2-ci bəndləri dövlət
müəssisələrinə 1996-cı il mayın 1-dən
şamil edilsin. Mülkiyyətin başqa formalarına əsaslanan
müəssisələr (icraçılar) tərəfindən
malların (işlərin, xidmətlərin) qüsurlarının
aradan qaldırılması, habelə malların
dəyişdirilməsi müddətləri istehlakçılar ilə
razılaşmaya görə müəyyən edilsin.
3. Qanunun 10-cu maddəsinin 4-cü bəndi
1996-cı il yanvarın 1-dən qüvvəyə minsin.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
a) üç ay
müddətində:
Azərbaycan
Respublikasının qanunvericilik aktlarının
İstehlakçıların hüquqlarının müdafiəsi
haqqında Azərbaycan Respublikası Qanununa
uyğunlaşdırılmasına dair təkliflərini
Azərbaycan Respublikasının Milli Məclisinə təqdim
etsin;
istehlakçıların
hüquqları sahəsində münasibətləri
tənzimləyən idarə normativ aktlarının, o
cümlədən təlimatların ləğv olunmasını
təmin etsin və Nazirlər Kabinetinin tövsiyə etdiyi normativ
aktları həmin Qanuna uyğunlaşdırsın;
təhlükəsizlik
tələblərinə uyğun gəlməyən
malların Azərbaycan Respublikası ərazisinə
gətirilməsinin qarşısını almaq üçün
tədbirlər kompleksini müəyyənləşdirsin.
b) altı ay müddətində:
malın
(işin, xidmətin) qüsurları nəticəsində
istehlakçıların məruz qaldığı itkilərin
müəssisə (sahibkar) iflas olduqda (müflisləşdikdə),
habelə onun əmlakı istehlakçıların
tələblərini yerinə
yetirməyə kifayət etmədikdə ödənilməsi
qaydası haqqında təkliflər hazırlasın və
Milli Məclisə təqdim etsin;
v) bu Qanundan irəli gələn
vəzifələrin yerinə yetirilməsini təmin etmək
və icra mexanizmini müəyyənləşdirmək
məqsədi ilə lazımi normativ-metodiki
sənədlərin, qaydaların və digər qanunvericilik
aktlarının qəbul edilməsini təmin etsin.
Zərurət
yarandıqda qanunvericilik təşəbbüsü qaydasında
məsələ qaldırsın.
5.
İstehlakçıların hüquqlarının müdafiəsi
haqqında Azərbaycan Respublikasının Qanunu özünün
qüvvəyə minməsindən sonra yaranmış hüquq
münasibətlərinə tətbiq edilir.
Azərbaycan Respublikası Milli
Məclisinin sədri
R. QULİYEV.
Bakı
şəhəri, 19 sentyabr 1995-ci il.
№
1114.