İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasının ərazisində
istehlakçılar üçün bərabər şərait
yaradılması məqsədi ilə alqı-satqı prosesində,
iş görülməsində və xidmət göstərilməsində
istehlakçı ilə istehsalçı, satıcı və
icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin,
istehlakçıların hüquqlarının
müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını, habelə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını və mexanizmini müəyyənləşdirir.[1]
Qanun BMT-nin Baş Assambleyası tərəfindən
qəbul edilmiş “İstehlakçıların maraqlarını
müdafiə etmək üçün rəhbər prinsiplər”
əsasında işlənmiş və Azərbaycan Respublikasında
belə münasibətlərin dünya təcrübəsinə
uyğunlaşdırılmasına yönəldilmişdir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas
anlayışlar
Bu Qanunda istifadə edilən anlayışlar:
istehlakçı — şəxsi tələbatını ödəmək
məqsədi ilə mal, iş və xidmətlərdən istifadə
edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş
vermək niyyəti olan şəxs;
istehsalçı
— mülkiyyət formasından və təşkilati-hüquqi
formasından asılı olmayaraq satış üçün
mal istehsal edən müəssisə, idarə, təşkilat və
ya sahibkar;
icraçı
— iş görən, yaxud xidmət göstərən
müəssisə, idarə, təşkilat və ya sahibkar;
satıcı — alğı-satqı əməliyyatı
aparan, mal satan müəssisə, idarə, təşkilat və
ya sahibkar;
normativ sənəd — malların (işlərin, xidmətlərin)
keyfiyyətinə və təhlükəsizliyinə Azərbaycan
Respublikası qanunvericiliyinə uyğun məcburi tələbləri
müəyyənləşdirən dövlət standartları,
farmakoloji, sanitariya və tikinti normaları, qaydaları və digər
sənədlər;
qüsur — malın (işin, xidmətin) normativ sənədlərin
tələblərinə, müqavilə şərtlərinə,
yaxud irəli sürülən başqa tələblərə,
habelə icraçı və ya satıcının mal (iş,
xidmət) haqqında verdiyi məlumata uyğunsuzluğu;
mühüm
qüsur — maldan (işdən,
xidmətdən) onun məqsədli təyinatına müvafiq surətdə
istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz
edən, istehlakçı üçün aradan qaldırıla
bilməyən, aradan qaldırılması üçün çoxlu
əmək və vaxt məsrəfi tələb edən, malı
(işi, xidməti) müqavilədə nəzərdə tutulduğundan
başqa şəklə salan, ya da aradan qaldırıldıqdan
sonra yenidən üzə çıxan qüsur;
uyğunluq
sertifikatı (sertifikat) — sertifikatlaşdırma
sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış
malın (xidmətin, işin), prosesin,
idarəetmə sisteminin və fiziki şəxslərin müvafiq
standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda
müəyyən olunmuş tələblərə uyğunluğunu
təsdiq etmək üçün verilmiş sənəd;[2]
uyğunluq
nişanı — malın (xidmətin, işin), prosesin,
idarəetmə sisteminin və fiziki şəxslərin müvafiq
standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda
müəyyən olunmuş tələblərə uyğunluğunu
göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına
uyğun verilən və tətbiq edilən, müəyyən
olunmuş qaydada qeydiyyata alınan nişandır;[3]
malın (işin,
xidmətin) təhlükəsizliyi — maldan (işin, xidmətin nəticələrindən)
istifadə edilməsinin, onun saxlanmasının, daşınmasının,
işlədilməsinin adi şəraitində və ya işin
görülməsi (xidmət göstərilməsi) prosesində
istehlakçının həyatına, sağlamlığına,
əmlakına, habelə ətraf mühitə zərər vurulmasının
istisna olunması;
zəmanət
müddəti — müvafiq
normativ sənədlərdə nəzərdə tutulmuş zəmanət
öhdəliklərinin qüvvədə olduğu müddət.
nəzarət
markası — audiovizual əsərin,
fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın
nüsxələrinin və digər müəlliflik və əlaqəli
hüquq obyektlərinin müəlliflik hüququ və əlaqəli
hüquqlara əməl edilməklə hazırlandığını
(istehsal olunduğunu), həmçinin satışı üçün
müvafiq dövlət orqanından razılığın alınması
tələb olunan malların, məmulatların və məlumat
materiallarının satışına belə razılığın
verilməsini təsdiq edən və həmin nüsxələri
yaymaq hüququ verən, nüsxələrə yapışdırılan
hərf-rəqəm kodu və holoqrafik müdafiə vasitəsi
olan və birdəfəlik istifadə üçün nəzərdə
tutulan vahid nümunəli xüsusi nişan;[4]
əhalinin
ərzaq təhlükəsizliyi - ölkə əhalisinin sağlamlığı və fəaliyyəti üçün vacib olan qida məhsullarına tələbatının təmin edilməsi məqsədi
ilə dövlətin
həyata keçirdiyi iqtisadi, hüquqi və təşkilati tədbirlər sistemi.[5]
Maddə 2. İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
İstehlakçıların hüquqlarının
müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Qida
təhlükəsizliyi
haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan və bu Qanuna müvafiq qəbul
edilmiş digər normativ-hüquqi aktlardan ibarətdir.[6]
Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrində müəyyənləşdirilmiş
qaydalar bu Qanunda nəzərdə tutulanlardan fərqli olarsa, beynəlxalq
müqavilələrin qaydaları tətbiq edilir.
Ələt
azad iqtisadi zonasında istehlakçıların hüquqlarının
müdafiəsi sahəsində münasibətlər “Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.[7]
II fəsil
İSTEHLAKÇILARIN HÜQUQLARI
Maddə 3. İstehlakçıların
hüquqları
Azərbaycan Respublikası ərazisində
istehlakçılar aşağıdakı hüquqlara malikdir:
malların (işlərin, xidmətlərin)
və onların istehsalçısının, icraçısının
və satıcısının sərbəst seçilməsinə;
istehlak etdikləri malların (işlərin,
xidmətlərin) lazımi keyfiyyətdə olmasına;
malların (işlərin, xidmətlərin)
təhlükəsizliyinə;
malların (işlərin, xidmətlərin)
miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun
və düzgün məlumat əldə etməyə;
qanunvericilikdə nəzərdə tutulan
hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına,
həyatına təhlükəli olan malların (işlərin,
xidmətlərin) vurduğu zərərin ödənilməsinə;
öz hüquqlarının və qanuni mənafelərinin
müdafiəsi üçün səlahiyyətli dövlət
orqanlarına və məhkəməyə müraciət etməyə;
ictimai təşkilatlarda (istehlakçılar
birliyində) birləşməyə.
Maddə 4. Zəmanətli
istehlak səviyyəsi
Zəmanətli istehlak səviyyəsi aşağıdakı
formalarda təmin edilir:
hər bir istehlakçının azad şəkildə
mal almasına zəmanət olmadığı hallarda, malların
normalaşdırılmış formada bölünməsinin tətbiqi
ilə;
vətəndaşlara kompensasiya ödənişləri,
müxtəlif müavinət və güzəştlər verməklə.
Maddə 5. İstehlakçının
malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə
olmasına hüququ
1. İstehlakçı satıcıdan (istehsalçıdan,
icraçıdan) alınmış malın (görülmüş
işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ
sənədlərə, müqavilə şərtlərinə
uyğunluğu barədə və həmçinin mal (iş,
xidmət) haqqında satıcının (istehsalçının,
icraçının) təqdim etdiyi məlumata cavab verməsini
tələb etmək hüququna malikdir.
2. İstehlakçıların həyatının,
sağlamlığının və əmlakının, habelə
ətraf mühitin təhlükəsizliyinə dair mala (işə,
xidmətə) aid tələblər normativ sənədlərlə
müəyyən edilir.
Ayrı-ayrı mal qrupları (işlər,
xidmətlər) üçün yuxarıda göstərilən
tələblər Azərbaycan Respublikasının qanunvericilik
aktları ilə müəyyən edilir.
3. Satıcı (istehsalçı, icraçı)
istehlakçıya keyfiyyəti normativ sənədlərə,
müqavilə şərtlərinə və həmçinin mal
(iş, xidmət) haqqında istehsalçının (icraçının)
təqdim etdiyi məlumata uyğun olan mal verməlidir.
Azərbaycan Respublikası ərazisinə
idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi
keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə
tutulmuş sənəd olmalıdır.
4. İstehsalçı (icraçı)
normativ sənəddə nəzərdə tutulan və ya istehlakçı
ilə müqavilə əsasında malın (görülən
işin, xidmətin nəticələrinin) xidmət müddəti
ərzində, belə müddətin olmadığı halda isə
10 il müddətində təyinatı üzrə istifadə
edilməsinə təminat verməlidir.
İstehsalçı, mallara texniki xidməti
və onların zəmanətli təmirini, habelə texniki təmir
və xidmət göstərən təşkilatlar üçün
lazım olan həcmdə və çeşiddə ehtiyat hissələri
ilə təchizini bütün istehsal müddəti ərzində,
mal (iş, xidmət) istehsaldan çıxarıldıqdan sonra
isə xidmət müddəti ərzində, bu müddət nəzərdə
tutulmayan hallarda isə 10 il ərzində təmin etməlidir.
Maddə 6. Zəmanət
öhdəlikləri
1. İstehsalçı (icraçı)
malın (işin, xidmətin), həmçinin komplektləşdirici
məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət
müddəti ərzində, bu müddətlərin olmadığı
hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş
qaydada normal işini (tətbiqini və istifadəsini) təmin
edir.
Komplektləşdirici məmulatların zəmanət
müddəti qanunvericilikdə və ya müqavilədə ayrı
cür göstərilməyibsə, malın (işin, xidmətin)
özünün zəmanət müddətindən az olmamalıdır.
2. Zəmanət müddəti malın (işin,
xidmətin) pasportunda və ya nişanlama kağızında (yarlıqda),
yaxud mala (işə xidmətə) əlavə olunan digər sənəddə
göstərilir.
Tez xarab olan və insanların sağlamlığına,
həyatına və əmlakına, habelə ətraf mühitə
təhlükə kəsb edən qida
məhsullarının, dərmanların, ətriyyat-kosmetika vasitələrinin,
kimya məhsullarının və başqa malların (işlərin,
xidmətlərin) üzərində (qablarında) və ya onlara
əlavə edilən müvafiq sənədlərdə yararlılıq
müddəti göstərilməlidir.[8]
Yararlılıq müddəti ötmüş
malların satışı qadağan edilir.
Zəmanət müddətləri əgər
alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə
tutulmayıbsa, malın istehlakçıya verildiyi məqamdan,
yararlılıq müddətləri isə hazırlandığı
gündən hesablanır.[9]
3. İstehlakçı satıcı (istehsalçı,
icraçı) qarşısında zəmanət müddəti
müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar
barədə, əgər müqavilədə
başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətdən
gec olmamaq şərti ilə öz tələblərini irəli
sürmək hüququna malikdir.[10]
4. Zəmanətli təmir aparılarkən
malın (işin, xidmətin) zəmanət müddəti onun təmirdə
olduğu müddət qədər uzadılır. Göstərilən
müddət istehlakçının qüsurları aradan qaldırmaq
tələbini irəli sürdüyü gündən hesablanır.
Mal dəyişdirildikdə zəmanət müddəti dəyişdirilmə
günündən etibarən yenidən hesablanır.
Maddə 7. Qüsuru
olan mal satılarkən istehlakçının hüquqları
1. İstehlakçı müqavilə və
ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti
ərzində aldığı malda qüsur və ya saxtalaşdırma
aşkar edərsə, öz istəyinə görə satıcıdan
və ya istehsalçıdan aşağıdakıları tələb
etmək hüququna malikdir:
lazımi keyfiyyətli mala dəyişdirməyi;
satış qiymətini uyğun məbləğdə
azaltmağı;
malın qüsurlarının icraçının
(satıcının, istehlakçının) hesabına aradan
qaldırılmasını və ya qüsurların aradan qaldırılması
üçün istehlakçının və ya üçüncü
şəxslərin çəkdiyi xərclərin əvəzinin
ödənilməsini;
malın, həmin mala uyğun digər modelli
(markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən
hesablanma şərti ilə əvəz edilməsini;
müqavilənin ləğv edilməsini
və çəkdiyi zərərin ödənilməsini.
2. Satıcı (icraçı) istehlakçıdan
lazımi keyfiyyəti olmayan, malı geri götürməyə
və bu maddənin birinci bəndində göstərilən istehlakçının
tələblərindən birini yerinə yetirməyə borcludur.
İri qabaritli və ağırçəkili
malların istehlakçıdan satıcıya (icraçıya)
qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya
çatdırılması satıcının (icraçının)
hesabına həyata keçirilir.
3. İstehlakçının malı dəyişmək
tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət
olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14
gün müddətində yoxlanılmalı və ya tərəflər
arasında razılaşdırılmış müddət ərzində
dəyişdirilməlidir.
İstehlakçının malı dəyişdirmək
tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan
iki ay müddətində ödənilməlidir.
Göstərilən müddət ərzində
malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı
satıcı (istehsalçı) qarşısında bu maddənin
birinci bəndinin ikinci, üçüncü, dördüncü
və beşinci abzaslarında nəzərdə tutulmuş digər
tələblərin yerinə yetirilməsini tələb edə
bilər.
4. Qüsurlu mal lazımi keyfiyyətli, eyni
modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən
qiymət dəyişərsə, istehlakçı qiymət fərqini
ödəmir.
Qüsurlu mal lazımi keyfiyyətli, eyni
əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və
i. a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə,
malın dəyəri göstərilən malın alındığı
vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə
yenidən hesablanır.
Müqavilə ləğv edildikdə, istehlakçı
ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli
malların qiymətlərinin artması nəzərə alınmaqla,
qiymətlər aşağı düşdükdə isə malın
alındığı vaxt dəyəri əsas götürülməklə
aparılır.
5. İstehlakçıya keyfiyyətsiz qida məhsulu satılan halda, keyfiyyətsizlik məhsulun yararlılıq müddəti
ərzində aşkar olunubsa, satıcı həmin məhsulu keyfiyyətli məhsula dəyişdirməli
və ya məhsulun dəyərinin
məbləğini qaytarmalıdır.[11]
Belə hallarda istehlakçı ilə hesablaşma
bu maddənik 4-cü bəndində göstərilən qaydada
aparılır.
6. İstehlakçı malın qüsurunun
əvəzsiz olaraq aradan qaldırılmasını tələb
edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin
razılığı ilə başqa müddətdə aradan
qaldırılmalıdır.
İstehlakçının tələbi
ilə satıcı (icraçı) məişət texnikasının
və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi
müddət üçün ona əvəzsiz olaraq (evinə
çatdırmaqla) oxşar mal verməlidir.
Təmir (dəyişdirmə), habelə
malın qüsurlarının aradan qaldırıldığı
və ya dəyişdirildiyi müddət üçün oxşar
malı vermək tələbinin yerinə yetirilməsi (14 gün)
ləngidildikdə satıcı (icraçı) istehlakçıya
mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin
ötürüldüyü hər gün üçün ona
malın satış qiymətinin bir faizi məbləğində
dəbbə pulu ödəyir.
7. İstehlakçının tələbinə,
qəbz, mal və ya kassa çeki, zəmanət müddəti
olan mallar üzrə isə texniki pasport və ya onu əvəz
edən digər sənəd təqdim edildikdə baxılır.
Satıcı istehlakçıya mal satarkən
ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd
verməlidir.
İstehlakçı ona verilən texniki
pasportu və ya onu əvəz edən digər sənədi itirərsə,
onların bərpası qanunvericilikdə nəzərdə tutulmuş
qaydada həll edilir.
8. İstehsalçı istehlakçının
mala olan iddiasını aradan qaldırmaq üçün satıcının
sərf etdiyi xərcləri ödəməlidir.
9. Azərbaycan Respublikasından kənarda
istehsal olunmuş və ya vasitəçilərdən alınmış
mallar barəsində bu maddənin birinci bəndində müəyyən
edilmiş tələblər satıcının hesabına ödənilir.
10. Əgər satıcı, istehsalçı
(onların funksiyalarını yerinə yetirən müəssisələr)
malın qüsurlarının istehlakçı tərəfindən
istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü
şəxslərin hərəkətləri və ya təbii fəlakət
nəticəsində əmələ gəldiyini sübuta yetirərsə,
istehlakçının bu maddədə nəzərdə tutulan
tələbləri təmin olunmamalıdır.
İstehlakçı malın keyfiyyətinin
yoxlanmasında şəxsən, yaxud öz nümayəndəsi
vasitəsilə iştirak etmək hüququna malikdir.
Maddə 8. İş
görülməsi və xidmət göstərilməsi üçün
müqavilə bağlanmasında icraçının vəzifələri
Bazarda hökmran mövqe tutan istehsalçı
və ya icraçı (qanunda
nəzərdə tutulan hallar istisna olmaqla) istehlakçı
ilə işlərin icra edilməsi və xidmət göstərilməsi
üçün qeyri-bərabər şərt
təklif etmədən müqavilə bağlamağa borcludur.
Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini
elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi
səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının
əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi
nəticəsində o, işlərin yerinə yetirilməsindən
və xidmətlərin göstərilməməsindən istehlakçıya
dəyən ziyanın əvəzini ödəməyə borcludur.[12]
Maddə 9. İş
görülməsinə və xidmət göstərilməsinə
dair müqavilələrin şərtləri pozularkən istehlakçıların
hüquqları
1. İcraçı iş görülməsinə
və xidmət göstərilməsinə dair müqavilənin
icrasına vaxtında başlamırsa və ya çox ləng
işləməsi işin vaxtında başa çatmamasına
dəlalət edirsə, istehlakçının müqavilədən
imtina etmək və itkilərin ödənilməsini tələb
etmək hüququ vardır.
2. İşlərdə (xidmətlərdə)
müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə
kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar
olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq
üçün icraçıya əlavə müddət verərsə,
bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə,
müqavilənin ləğv olunmasını və itkilərin
ödənilməsini tələb etmək və ya icraçının
hesabına qüsurların aradan qaldırılmasını üçüncü
şəxslərə tapşırmaq hüququ var.
3. İcraçı müqavilənin şərtlərindən
kənara çıxaraq, işi (xidməti) pisləşdirmişsə,
yaxud işdə (xidmətdə) başqa qüsurlara yol vermişdirsə,
istehlakçının istəyinə uyğun olaraq, göstərilən
qüsurların icraçının hesabına əvəzsiz
olaraq müvafiq müddətdə aradan qaldırılmasını
və ya işin (xidmətin) qüsurlarını öz vəsaitləri
ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin
ödənilməsini, yaxud işin (xidmətin) haqqının
müvafiq surətdə azaldılmasını tələb etmək
hüququ var.
4. İstehlakçının materiallarından
görülmüş işlərdə (xidmətlərdə)
müqavilə şərtlərindən əhəmiyyətli kənaraçıxma
və ya digər mühüm qüsurlar aşkar edilərsə,
istehlakçının istəyinə uyğun olaraq, bu işlərin
icraçının eyni cinsli və keyfiyyətli materialından
hazırlanmasını, yaxud müqavilənin ləğv olunmasını
və itkilərin ödənilməsini tələb etmək hüququ
vardır.
5. Bu maddənin 2-ci bəndində göstərilmiş
qüsurlar, müəyyən edilmiş müddətdə aradan
qaldırılmadıqda, habelə işlərin (xidmətlərin)
yerinə yetirilməsi ləngidildikdə, icraçı işin
(xidmətin) qəbul edilməsi zamanı istehlakçıya gecikdirilmiş
hər gün üçün işin və ya xidmətin dəyərinin
(əgər dəyər ayrıca müəyyən edilməmişdirsə,
sifarişin dəyərinin) bir faizi məbləğində dəbbə
pulu ödəyir, bu şərtlə ki, müqavilədə dəbbə
pulunun başqa məbləği nəzərdə tutulmuş olmasın.
Öhdəliklərin icra edilmədiyi və
ya lazımınca icra edilmədiyi hallar üçün müəyyən
edilmiş dəbbə pulunun (cərimənin, penyanın) icraçı
tərəfindən ödənilməsi və itkilərin əvəzinin
verilməsi onu öhdəlikləri yerinə yetirmək vəzifəsindən
azad etmir.
6. İcraçı görülmüş
işlərdə və göstərilmiş xidmətlərdə
qüsurların istehlakçının təqsiri ucbatından
əmələ gəldiyini sübut edərsə, buna görə
məsuliyyət daşımır.
7. İstehlakçının bu maddənin
2-ci və 5-ci bəndlərində nəzərdə tutulmuş
tələbləri işin (xidmətin) yerinə yetirilməsi
gedişində istehlakçı tərəfindən qəbul
edilməsi zamanı, habelə zəmanət müddəti ərzində,
belə müddət olmadıqda isə bir il ərzində, qüsurlar
aşkar edilərkən irəli sürülə bilər.
Zəmanət müddəti işin (xidmətin)
istehlakçı tərəfindən qəbul olunduğu gündən,
istehlakçının təqsiri üzündən vaxtında
qəbul olunmadıqda isə işin (xidmətin) icrası üçün
müqavilədə müəyyən edilmiş müddətdən
hesablanır.
8. İcraçı istehlakçıdan
qəbul etdiyi əşyanı (materialı) itirdikdə, korladıqda,
zədələdikdə istehlakçıya özünün keyfiyyətcə
və qiymətcə oxşar əşyasını qaytarmalı
(iş görməli və xidmət göstərməli), bu mümkün
olmadıqda istehlakçının razılığı ilə
əşyanın (materialın) dəyərini və dəymiş
itkiləri ona bir aydan gec olmamaq şərti ilə ödəməlidir.
9. İcraçı əşyanın (materialın)
korlanmasına, gətirib çıxara bilən xüsusi xassələri
barədə istehlakçını xəbərdar etməlidir.
Elmi və texniki biliklərin səviyyəsi əşyanın
(materialın) xüsusi xassələrini üzə çıxarmağa
imkan vermədikdə belə, icraçı məsuliyyətdən
azad edilmir.
İcraçının iş görmək
və xidmət göstərmək üçün qəbul etdiyi
əşyanın (materialın) dəyərin istehlakçı
müqavilə bağlayarkən, müəyyənləşdirir.
10. İş görülməsində və
xidmət göstərilməsində, istehlakçının
həyatını, sağlamlığını və ya əmlakının
təhlükəsizliyini təmin etməyən materialların,
avadanlıqların cihazların, alətlərin, qurğuların
və başqa vasitələrin tətbiqi nəticəsində
vətəndaşın həyatına, sağlamlığına
və ya əmlakına zərər dəyərsə, icraçı
onlar xassələrini bilib-bilmədiyindən asılı olmayaraq
məsuliyyət daşıyır.
Maddə 10. İstehlakçıların
malların (işlərin, xidmətlərin) təhlükəsiz
olmasına hüquqları
1. İstehlakçı qanunla nəzərdə
tutulmuş hallarda malların, məmulatların və məlumat
materiallarının nəzarət markası ilə markalanmasının
təmin olunması hüququna malikidir.[13]
Malların, məmulatların və məlumat
materiallarının nəzarət markası ilə markalanması
həmin obyektlərin müəlliflik hüququ və əlaqəli
hüquqlara əməl edilməklə hazırlandığını,
satışı üçün müvafiq dövlət orqanından
razılıq alınması tələb olunduqda belə razılığın
alınmasını, həmin nüsxələri yaymaq hüququnun
verildiyini təsdiq edir.
Nəzarət markası ilə markalanma tələbi
istehlakçıların təhrif edilməmiş və dəyişikliyə
məruz qalmamış, müəyyən edilmiş əxlaqi və
mənəvi dəyərlərə uyğun hazırlanmış
mallardan, məmulatlardan və məlumat materiallarından istifadə
hüququnun təmin edilməsinə xidmət edir. Nəzarət
markasının forması, uçotu, istifadəsi və verilməsi
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Aşağıdakıların nəzarət
markası ilə markalanması tələb olunur:
dərman vasitələri;
audiovizual əsərin, fonoqramın, kompyuter
proqramının, məlumat toplusunun, kitabın nüsxələri
və digər müəlliflik və əlaqəli hüquq obyektləri;
dini təyinatlı ədəbiyyat (kağız
və elektron daşıyıcılarında), audio və video
materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat
materialları.
Satıcı (istehsalçı, icraçı)
istehlakçıya qanunla nəzərdə tutulmuş hallarda nəzarət
markası ilə markalanmış malları, məmulatları
və məlumat materiallarını verməlidir. Nəzarət
markası ilə markalanmamış malların, məmulatların
və məlumat materiallarının yayılmasını həyata
keçirən şəxslər qanunla nəzərdə tutulmuş
qaydada məsuliyyət daşıyırlar.
2. İstehlakçı malların (işlərin,
xidmətlərin) adi şəraitdə istifadə olunmasının,
saxlanılmasının və daşınmasının, onun həyatı,
sağlamlığı, eləcə də ətraf mühit üçün
təhlükəsiz olmasının, həmçinin onun əmlakına
ziyan vurulmamasının təmin olunması hüququna malikdir.
Əgər istifadə edilməsi vətəndaşların
həyatına sağlamlığına və əmlakına,
habelə ətraf mühitə zərər vura bilən mala (işə,
xidmətə) aid təhlükəsizlik tələblərini müəyyənləşdirən
normativ sənəd yoxdursa, onda müvafiq icra hakimiyyəti orqanları
belə normativ sənədlərin təxirə salınmadan hazırlanmasını
və qəbul edilməsini təmin etməli, icraçı tərəfindən
malın istehsalını və satışını, işin
görülməsini və xidmət göstərilməsini dərhal
dayandırmalıdır.
3. Müəyyən edilmiş vaxtdan artıq
istifadə edilməsi istehlakçıların həyatına,
sağlamlığına, onların əmlakına və ya ətraf
mühitə təhlükə kəsb edən və ya zərər
vura bilən mallara (işlərə, xidmətlərə) xidmət
müddəti (yararlılıq müddəti) müəyyən
edilməlidir.
İstehsalçı (icraçı) bu
kimi malların təlimatlarında xidmət (yararlılıq) müddətlərini
göstərməyə borcludur.
4. Malın (işin, xidmətin) təhlükəsiz
istifadə edilməsi və ya daşınması, saxlanılması
üçün xüsusi qaydalara əməl olunması zəruridirsə,
onda istehsalçı (icraçı) belə qaydaları müəyyənləşdirməli,
satıcı (icraçı) isə bunları istehlakçının
nəzərinə çatdırmalıdır.
5. Qanunvericilik aktları ilə və ya digər
normativ sənədlərdə vətəndaşların həyatı,
sağlamlığı və əmlakı, ətraf mühitin
mühafizəsi üçün təhlükəsizlik tələblərinin
müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə
olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir.
Göstərilən tələblərə uyğunluğunu təsdiq
edən sertifikat olmadıqda belə malları (o cümlədən
xarici malları) Azərbaycan Respublikasında satmaq və istifadə
etmək qadağandır.
Belə malların Azərbaycan Respublikasının
ərazisinə idxal edilməsinə razılıq üçün
gömrük orqanlarına təqdim edilən, müvafiq səlahiyyətli
orqan tərəfindən verilmiş və ya da tanınmış
uyğunluq sertifikatı əsas verir.
Bu bəndlə nəzərdə tutulmuş
malların (işlərin, xidmətlərin) təhlükəsiz
olması barədə tələblərin pozulmasına görə
məsuliyyət bu Qanunla və digər qanunvericilik aktları ilə
müəyyən edilir.
6. İstehlakçı malın (işin,
xidmətin nəticələrinin) istifadəsi, daşınması
və saxlanılması qaydalarına düzgün əməl
etdikdə, lakin həmin mal (iş, xidmət) onun həyatına,
sağlamlığına, əmlakına və ya ətraf mühitə
zərər vurduqda və ya zərər vura bilərsə, istehsalçı
(icraçı, satıcı) onun istehsalını (satışını)
zərər vura bilən səbəblər aradan qaldırılanadək
dayandırmalı, zəruri hallarda isə onun dövriyyədən
çıxarılması və istehlakçıdan geri qaytarılması
üçün tədbirlər görməlidir.
Zərərin səbəblərini aradan
qaldırmaq mümkün deyildirsə, istehsalçı (icraçı)
belə malları (işləri, xidmətləri) istehsaldan çıxarmaqla,
dövriyyədən yığmağa və istehlakçıdan
geri almağa borcludur. İstehsalçı (icraçı) bu
vəzifələrini yerinə yetirmədikdə malları (işləri,
xidmətləri) istehsaldan çıxarmaq, dövriyyədən
yığmaq və istehlakçılardan geri almaq haqqında qərarı
müvafiq dövlət nəzarət orqanları öz səlahiyyətləri
çərçivəsində qəbul etməlidirlər. Bu
hərəkət nəticəsində qida
məhsulları qidalanma üçün yararsız və təhlükəli sayılarsa, onlar məhv və ya utilizasiya
edilməlidirlər.[14]
Malların (işlərin, xidmətlərin)
geri qaytarılması ilə əlaqə dar istehlakçıya
dəyən zərəri istehsalçı (icraçı) tam
həcmdə ödəməlidir.
7. Bu maddənin 4-cü və 5-ci bəndlərində
müəyyən edilmiş tələblər pozulduqda, malların
keyfiyyətinə dövlət nəzarətini həyata keçirən
orqanların qərarı ilə istehsalçı (icraçı)
həmin qaydalar pozulmaqla satılmış mallardan əldə
etdiyi gəliri dövlət büdcəsinə köçürür.
8. Yeni (modernləşdirilmiş) mal (iş,
xidmət) hazırlanarkən istehsalçı vətəndaşların
həyatının, sağlamlığının, əmlakının,
həmçinin ətraf mühitin təhlükəsizliyi tələblərinə
cavab verməsini, təsdiq etmək və dövlət ekspertizasından
keçirmək üçün həmin malın normativ sənədlərini
müvafiq orqana təqdim etməlidir.
9. İstehsalçı (icraçı)
malda (işdə, xidmətdə) ehtimal doğuracaq xətər
(risk) və təhlükəsiz istifadəsi barədə beynəlxalq
təcrübələrdə qəbul edilmiş işarələr
vasitəsi ilə istehlakçıya məlumat verməyə borcludur.
Maddə 11. Lazımi
keyfiyyəti olmayan malın (işin, xidmətin) vurduğu zərərə
görə əmlak məsuliyyəti[15]
Malın (işin, xidmətin) konstruksiya,
istehsal, resept və başqa qüsurları nəticəsində
istehlakçının həyatına, sağlamlığına
və ya əmlakına dəymiş zərər, qanunvericilikdə
daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa,
günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir.
Malın, işin və ya xidmətin
qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız
o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər
əmlaka zərər vurmuş və həmin digər əmlak
öz təyinatına görə əsasən istehlak məqsədi
üçün istifadə edilmiş olsun.
Maddə 12. Mənəvi
ziyanın ödənilməsi
İstehlakçıların bu Qanunda nəzərdə
tutulan hüquqları istehsalçı (icraçı, satıcı)
tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi
ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən
ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa,
məhkəmə tərəfindən müəyyən edilir.
Maddə 13. İstehlakçıların
mal (iş, xidmət) haqqında məlumat almaq hüququ
1. Satıcı (icraçı) istehlakçını
maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak
xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat
öhdəlikləri və iddiaların irəli sürülməsi,
malın işlədilməsi, saxlanılması və təhlükəsiz
istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya
zəruri və düzgün məlumat verməlidir.[16]
“Dərman
vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa
əsasən reseptə yazılmış təsiredici
maddə üzrə aptek təşkilatında mövcud olan
dərman vasitələri və onların qiymətləri
barədə aptek təşkilatının satıcısı
tərəfindən istehlakçıya məlumat
verilməlidir.[17]
Satıcı (icraçı) istehlakçıya
müəssisənin satdığı malların ticarət qaydaları
və xidmət növləri barəsində də dolğun və
düzgün məlumat verməlidir.
Azərbaycan Respublikasının ərazisində
istehsal edilən, habelə ixrac edilən malların üzərindəki
etiketlər və digər yazılar müvafiq xarici dillərlə
yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan
Respublikasına idxal edilən mal və məhsulların üzərindəki
etiketlər və adlar, onlardan istifadə qaydaları barədə
izahat vərəqələri başqa dillərlə yanaşı,
Azərbaycan dilinə tərcüməsi ilə müşayiət
olunmalıdır.[18]
“Dərman
vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa
əsasən dərman vasitələrinin ekspertizası
əsasında qablaşdırılması Azərbaycan,
türk, rus, ingilis, alman, ispan, italyan, fransız və macar
dillərində olan, dərman vasitələrinin
sadələşdirilmiş ekspertizası əsasında
isə beynəlxalq patentləşdirilməmiş adı
və əmtəə nişanı adı latın və ya
kiril əlifbasında olmaq şərtilə
qablaşdırılması hər hansı dildə olan
dərman vasitələri dövlət qeydiyyatına alınmaqla,
dərman vasitələrinin dövlət reyestrinə daxil
edilərək həmin dildə olan qablaşdırma ilə
idxalına, satışına və istifadəsinə yol
verilir.
“Dərman
vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa
əsasən dərman vasitəsinin Azərbaycan dilində olan
istifadə təlimatı qablaşdırmanın
içərisində və ya qablaşdırmanın
yanında dərman vasitəsini müşayiət etmədiyi
təqdirdə istehlakçının tələbi
əsasında aptek təşkilatı tərəfindən
kağız formasında çap edilərək ona təqdim
olunur.
Satıcı (icraçı) Azərbaycan
Respublikasının ərazisində satdığı malların
(işlərin, xidmətlərin) qiymətlərini yalnız manatla
göstərməlidir.[19]
2. Bu maddənin 1-ci bəndində nəzərdə
tutulmuş məlumat, mala əlavə olunan texniki sənədlər,
habelə nişanlanma, hazırlanma və satış tarixinin göstərilməsi
vasitəsilə və ya ayrı-ayrı xidmət sahələrində
qəbul olunmuş başqa üsulla istehlakçının nəzərinə
çatdırılır.
3. İstehsal edilmiş malın üzərində
istehsal və ya ticarət markası, əmtəə nişanı
və ya coğrafi göstərici olmalıdır. İstehsal markasında
istehsalçının (icraçının) adı, mənsubiyyəti,
yeri və standartların (normativ sənədlərin) işarəsi
göstərilir. Hazırlanmış mal istehsal markasına uyğun
gəlməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul
olan şəxsin hazırladığı malın (işin, xidmətin)
etiketi (yarlığı) olmalıdır. Etiketdə sahibkarlıq
fəaliyyəti ilə məşğul olmaq hüququ verən
sənədin nömrəsi, onu təsdiq edən orqanın adı,
zəruri hallarda onun sertifikatlaşdırılması, xüsusi
tələblərə cavab verən mallar (işlər, xidmətlər)
üçün isə dövlət standartlarının nömrəsi
haqqında məlumat verilməlidir. Qida
məhsullarının etiketlənməsinə dair tələblər “Qida
təhlükəsizliyi
haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilir.[20]
4. Satılan mal barəsində yanlış
məlumatın və ya kifayət qədər dolğun olmayan
məlumatın verilməsi, istehlakçının lazımi xassələrə
malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa,
onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini
tələb etmək hüququ vardır.
5.
İstehsalının (satışının)
lisenziyalaşdırılması,
sertifikatlaşdırılması üçün məcburi
tələb olan əmtəələr yalnız müvafiq
təsdiqləyici sənədlər olduqda reklam edilə
bilər. Bu halda reklamda lisenziyanın və (və ya)
sertifikatın nömrəsi, verilmə tarixi və onu verən
orqanın adı göstərilməlidir. Reklam
daşıyıcısının
xüsusiyyətlərinə görə bu məlumatların
göstərilməsi mümkün olmadıqda, müvafiq
lisenziyanın və (və ya) sertifikatın olması
barədə məlumat verilməli və reklam
istehlakçısının müvafiq məlumatla
tanış olması üçün şərait
yaradılmalıdır.[21]
6. Haqsız, qeyri-dəqiq və gizli reklam
nəticəsində reklam istehlakçısına dəyən
zərər məhkəmənin qərarı ilə təqsirkar
bilinmiş reklam fəaliyyətinin subyekti tərəfindən
ödənilir.[22]
7. Mal (iş, xidmət) haqqında yanlış
və ya yarımçıq məlumat, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində dəyən zərəri
ödəmək barəsində istehlakçının tələblərinə
baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin)
xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin
olmaması ehtimalı əsas götürülməlidir.[23]
8. Dövlət istehlakçılara öz
hüquqları və onların müdafiəsi haqqında zəruri
məlumat almaq üçün şərait yaradır.
Maddə 14. Ticarət
və başqa xidmət növləri sahələrində istehlakçıların
hüquqları
1. Bütün vətəndaşlar ticarət
və başqa xidmət növləri sahəsində tələbatlarının
ödənilməsində bərabər hüquqa malikdirlər.
Qanunvericilik aktlarında nəzərdə
tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına
üstünlük verilməsinə, birbaşa və ya dolayısı
ilə hər hansı şəkildə məhdudlaşdırılmasına
yol verilmir. Sosial müdafiəyə ehtiyacı olan vətəndaşların
ayrı-ayrı qruplarına ticarət və digər xidmət
növləri sahəsində Azərbaycan Respublikasının
qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada
güzəştlər və üstünlüklər verilə
bilər.
2. İstehlakçı satıcının
(icraçının) iş rejimini nəzərə almaqla, özü
üçün əlverişli olan vaxtda sərbəst mal və
xidmət seçmək hüququna malikdir.
İstehlakçıya sərbəst mal
və xidmət seçməkdə hər cür köməklik
göstərmək satıcının (icraçının) borcudur.
İstehlakçını keyfiyyətsiz
və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət
göstərilməsinə məcbur etmək qadağan edilir.
3. Satıcı (icraçı) istehlakçıya
öz müəssisəsinin adı, mənsubiyyəti və iş
rejimi barədə düzgün və başa düşülən
məlumat verməlidir.
4. İstehlakçı aldığı
malların keyfiyyətini, komplektliyini, ölçüsünü,
çəkisini və qiymətini yoxlamaq, malların düzgün
və təhlükəsiz istifadəsini nümayiş etdirmək
hüququna malikdir. Belə hallarda satıcı istehlakçının
tələbi ilə ona nəzarət-ölçü cihazlarını,
malın qiyməti haqqında sənədləri təqdim etməlidir.
Zəmanət Müddətində malın keyfiyyətinin itməsi
səbəblərini müəyyən etmək lazım gəldiyi
halda satıcı istehlakçının yazılı ərizəsini
aldıqdan sonra 3 gün ərzində bu malı ekspertizaya göndərməlidir.
Ekspertiza satıcının hesabına aparılır.
5. İstehlakçı satıcının
süni surətdə yaratdığı dəstdən ona lazım
olan malı almaq hüququna malikdir.
6. Ticarət və digər xidmət növləri
müəssisələrində istehlakçının hüquqları
pozularsa, satıcı (icraçı) və bu müəssisələrin
işçiləri qanunvericiliklə müəyyən olunmuş
qaydada məsuliyyət daşıyırlar.
Maddə 15. İstehlakçının
tələblərini ödəməyən malı lazımi keyfiyyətli
mala dəyişdirmək hüququ
1. Lazımi keyfiyyətli qeyri-qida malı öz formasına,
ölçüsünə, fasonuna, rənginə görə
istehlakçıya yaramırsa və ya digər səbəblərə
görə təyinatı üzrə istifadə oluna bilməzsə,
istehlakçının onu alındığı yerdə uyğun
mala dəyişdirmək hüququ vardır. [24]
İstehlakçı malın alınma günü
sayılmamaq şərti ilə, 14 gün ərzində həmin
malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna
malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi
üçün satıcı tərəfindən daha uzun müddət
elan edilə bilər.[25]
İstehlakçı tərəfindən
əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa
və onun əmtəə görünüşü, istehlak xassələri,
plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi
və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri
saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər.
Bu maddədə göstərilmiş əsaslar
üzrə dəyişdirilməli olmayan malların siyahısı
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
təsdiq edilir.
2. Malı dəyişdirmə anında satışda
uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla
istənilən başqa bir malı almaq və ya qaytarılan malın
dəyəri məbləğində pulu geri götürmək,
ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək
hüququna malikdir. Satıcı malın satışa daxil olduğu
gün malın dəyişdirilməsini tələb edən istehlakçıya
məlumat verməlidir.
Maddə 16. İstehlakçının
hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin
etibarsızlığı
Qanunvericilikdə nəzərdə tutulan
hüquqlarla müqayisədə istehlakçının hüquqlarını
məhdudlaşdıran müqavilə şərtləri etibarsız
sayılır. İstehlakçının hüquqlarını
məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi
nəticəsində istehlakçıya zərər dəyibsə,
onlar təqsirkar şəxs tərəfindən tam həcmdə
ödənilməlidir.
İstehsalçı (icraçı, satıcı)
istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə
üstünlüklərindən istifadə edərək istehlakçıya
zərər vurduqda istehlakçı ona vurulmuş zərərin
ödənilməsi hüququna malikdir.
III fəsil
İSTEHLAKÇILARIN HÜQUQLARININ MÜDAFİƏSİ
Maddə 17. Ticarət
və başqa xidmət növləri haqqında qaydalar
Ticarət, məişət və digər
növ xidmət (iş görülməsi, xidmət göstərilməsi)
qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən
təsdiq edilir. Bu qaydalar “İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və
digər qanunvericilik aktlarına zidd olmamalıdır.
Ticarət, məişət və digər
növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə
hesablaşmaların aparılması, habelə vergilərin və
dövlət orqanları tərəfindən göstərilən
xidmətlərə (işlərə) görə dövlət
rüsumlarının və haqlarının ödənilməsi
üçün müvafiq POS-terminallar quraşdırılmalıdır.
POS-terminallar quraşdırılacaq obyektlərin
müəyyənləşdirilməsi meyarları, ərazilər
üzrə POS-terminalların mərhələlərlə tətbiqi
qaydası və cədvəli müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Bu maddənin ikinci hissəsində nəzərdə
tutulan POS-terminalların quraşdırılmaması Qanunla nəzərdə
tutulmuş məsuliyyətə səbəb olur.[26]
Maddə 18. İstehlakçıların
hüquqlarının müdafiəsi üzrə dövlət
siyasəti [27]
18.0. İstehlakçıların
hüquqlarının müdafiəsi üzrə dövlət
siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının
(istifadəçilərinin) qanuni maraqlarının qorunması
məqsədilə özündə aşağıdakı tələbləri
ehtiva edir:
18.0.1. istehlak bazarında satılan
malların (xidmətlərin, işlərin), o cümlədən
yeyinti məhsullarının və dərman vasitələrinin
qablaşdırılmasının, daşınmasının, saxlanmasının
və satış şəraitinin sanitar-gigiyenik, ekoloji, texniki,
təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida
məhsullarının isə qida təhlükəsizliyi sahəsində
texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət
nəzarətini;[28]
18.0.2. malların (xidmətlərin,
işlərin) bəzi növlərinin istehsalına, idxalına
və satışına xüsusi razılıq (lisenziya) verilməsini;
18.0.3. məcburi sertifikatlaşdırılmalı
olan malların (xidmətlərin, işlərin) müəyyənləşdirilməsi
və onlara uyğunluq sertifikatının və (və ya) uyğunluq
nişanlarının verilməsini;
18.0.4. dərman vasitələrinin
satışı, tibbi xidmətlərin göstərilməsi ilə
məşğul olan şəxslərin müvafiq tibbi təhsilinin
olmasına nəzarəti;
18.0.5. malların (xidmətlərin,
işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti,
yararlılıq müddəti, satış şərtləri,
qiyməti barədə yalan və (və ya) natamam məlumatlar
verməklə, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam vasitəsilə satıcılar
və (və ya) reklamverici, reklam yaradıcısı, reklam
istehsalçısı, reklam yayıcısı,
rəqəmsal platforma təsirçisi və reklam
agenti tərəfindən istehlakçıların
(istifadəçilərin) aldadılmasının qarşısının
alınmasını;[29]
18.0.6. həcmi müvafiq qaydada
müəyyənləşdirilərək, təsdiq olunmuş
maddi və mənəvi zərərin satıcı tərəfindən
(istehsalçı, idxalçı, reklam fəaliyyətinin subyekti) alıcıya (istehlakçıya)
ödənilməsini;[30]
18.0.7. insanların sağlamlığı,
ətraf mühit üçün təhlükəli olan malların
(xidmətlərin, işlərin) istehsalının, idxalının
və satışının qadağan olunmasını;
18.0.8. istehlakçıların
hüquqlarının müdafiəsi sahəsində fəaliyyət
göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı,
ictimai birliklərin fəaliyyəti üçün müvafiq
şəraitin yaradılmasını.
Maddə 19.
İstehlakçıların hüquqlarının və qanuni
maraqlarının dövlət müdafiəsi[31]
19.1. Malların (xidmətlərin, işlərin)
istehlakçılarının hüquqlarının və qanuni
maraqlarının dövlət müdafiəsi ticarət, ictimai
iaşə, məişət və digər xidmət normalarına
və qaydalarına riayət olunmasına müvafiq icra hakimiyyəti
orqanı tərəfindən nəzarət formasında həyata
keçirilir.
19.2. İstehlakçıların
hüquqlarının və qanuni maraqlarının qorunması
funksiyalarını yerinə yetirən müvafiq icra hakimiyyəti
orqanı:
19.2.1. istehsal, idxal edilən və
(və ya) satılan malların (xidmətlərin, işlərin)
müvafiq standartların və texniki şərtlərin tələblərinə
uyğunluğunu müəyyənləşdirir, onlara uyğunluq
sertifikatları və (və ya) uyğunluq nişanları verir;
19.2.2. məcburi sertifikatlaşdırılması
tələb olunan malların (xidmətlərin,
işlərin) siyahısını müəyyənləşdirir
və onların sertifikatı olmadan satışının (icrasının)
qarşısını alır və ticarət dövriyyəsindən
çıxarır;
19.2.3. texniki normativ hüquqi aktların tələblərinə
cavab verməyən, insanların həyat və sağlamlığı,
ətraf mühit üçün təhlükə yaradan malların
(xidmətlərin, işlərin) istehsalının, idxalının
və satışının qarşısını alır;[32]
19.2.4. mənşəyi məlum
olmayan, yararlılıq müddəti ötmüş malların
ticarət dövriyyəsindən çıxarılmamasına,
onların satılmasına yol vermiş şəxslərin müvafiq
qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə
cəlb olunması üzrə tədbirlər görür;
19.2.5. istehsalı, idxalı və
satışı qadağan olunmuş mallar (xidmətlər, işlər)
barədə əhaliyə vaxtında məlumat vermək məqsədilə
mediada məlumatlar dərc edir
və yayır;[33]
19.2.6. satılan xammalın, materialların,
hazır məhsulların müvafiq keyfiyyət və təhlükəsizlik
tələblərinə uyğunluğunun götürülmüş
nümunələr əsasında ekspertizasını (sınağını)
keçirir və onun nəticələrindən asılı olaraq
müvafiq tədbirlər görür. Həmin nümunələrin
dəyəri və ekspertizanın (sınağın) keçirilməsi
xərcləri yoxlanılan təsərrüfat subyekti tərəfindən
ödənilir və onun istehsal-təsərrüfat xərclərinə
aid edilir;[34]
19.2.7. qida məhsullarının
və dərman vasitələrinin, insanların sağlamlığı
və ətraf mühit üçün təhlükə yarada
bilən malların qablaşdırılarkən sanitar-gigiyena və
toksikologiya, möhkəmlik baxımından təhlükəsiz
materiallardan istifadə olunmasına nəzarət edir;[35]
19.2.8. patentləşdirilmiş
dərman vasitələrinin, insanların sağlamlığı
və ətraf mühit üçün təhlükə yarada
bilən malların təhlükəsiz istifadə qaydaları
barədə xəbərdarlıq olmadan satışının
qarşısını alır;
19.2.9. saxtalaşdırılmış
malların ticarət dövriyyəsindən çıxarılmasını,
bu malların istehsalı və satışı ilə məşğul
olan şəxslərin müvafiq qanunvericiliklə nəzərdə
tutulmuş məsuliyyətə cəlb edilməsini təmin edir;
19.2.10. malların (xidmətlərin,
işlərin) müvafiq icra hakimiyyəti orqanının təsdiq
etdiyi, yaxud istehsalçı tərəfindən tövsiyə
olunan qiymətlərlə satılmasına nəzarət edir;
19.2.11. qiymətli metalların,
qiymətli daşların və onlardan hazırlanmış zərgərlik
məmulatlarının müvafiq qanunvericiliklə müəyyən
olunmuş satış qaydalarına riayət olunmasına nəzarət
edir;
19.2.12. satıcılar tərəfindən
çəkidə, qiymətdə, hesablaşmalarda aldadılması,
mallar barədə yalan məlumatlar verilməsi, satış şərtlərinin
pozulması barədə alıcıların müraciətlərinə
baxır və şikayətlərini araşdırır, onların
nəticələri üzrə müvafiq tədbirlər görür;
19.2.13. malların (xidmətlərin,
işlərin) istehsalı, ixracı, idxalı və satışı
ilə məşğul olan şəxslərdən onların
keyfiyyəti, qiyməti, satış şərtləri barədə
məlumatlar alır;
19.2.14. satılan malların (xidmətlərin,
işlərin) keyfiyyətinin yüksəldilməsi, nomenklaturunun
və çeşidinin genişləndirilməsi barədə
təkliflər hazırlayır və müvafiq icra hakimiyyəti
orqanlarına təqdim edir.
Maddə 20. İstehlakçıların
hüquqlarının müdafiəsi üzrə yerli icra hakimiyyəti
orqanlarının vəzifələri
Yerli icra hakimiyyəti orqanları istehlakçıların
hüquqlarının müdafiəsi üzrə müvafiq orqanları
yarada bilərlər. İcra hakimiyyəti orqanlarının istehlakçıların
hüquqlarının müdafiəsi üzrə müvafiq orqanları:
istehlakçıların şikayətlərinə
baxır, onların qanunvericiliklə nəzərdə tutulmuş
hüquqlarının müdafiəsi üzrə müvafiq məsləhət
verir;
istehlakçıların hüquqlarını
məhdudlaşdıran şərtləri aşkarlamaq məqsədilə
satıcılarla (istehsalçılarla, icraçılarla) istehlakçılar
arasında bağlanan müqavilələri təhlil edir;
istehlakçıların həyatına,
sağlamlığına, yaxud əmlakına dəyən ziyan
haqqında məlumat toplayır və onu aidiyyəti üzrə
səlahiyyətli orqanlara göndərir;
istehlakçıların mallarda (işlərdə,
xidmətlərdə) nöqsanlar, yaxud təhlükəli mallar
(işlər, xidmətlər) aşkar etdikləri hallarda bunlar
barədə də malların (işlərin, xidmətlərin)
təhlükəsizliyinə nəzarəti həyata keçirən
müvafiq dövlət icra hakimiyyəti orqanlarına xəbər
verir;
istehlakçıların hüquqlarının
müdafiəsi məqsədilə öz təşəbbüsü
və ya istehlakçının (istehlakçılar ittifaqının)
müraciəti əsasında məhkəmə qarşısında
iddia qaldıra bilər.
Maddə 21. İstehlakçıların hüquqlarının pozulmasına
görə məsuliyyət[36]
Bu Qanunun pozulmasına görə təqsirli
şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və
cinayət məsuliyyəti daşıyırlar.
Maddə 22. İstehlakçıların
hüquqlarının müdafiəsini həyata keçirən
dövlət icra hakimiyyəti orqanlarının qərarlarına,
onların vəzifəli şəxslərinin, həmçinin
bu şəxslərin hərəkətlərinə dair şikayətlərə
baxılması
İstehlakçıların hüquqlarının
müdafiəsini həyata keçirən dövlət icra hakimiyyəti
orqanlarının qərarlarına, onların vəzifəli şəxslərinin,
həmçinin bu şəxslərin hərəkətlərinə
qarşı şikayətlərə qanunvericiliklə müəyyən
olunmuş qaydada baxılır.
İstehlakçıların hüquqlarının
müdafiəsini həyata keçirən dövlət icra hakimiyyəti
orqanlarının, onların vəzifəli şəxslərinin
qərarlarının yerinə yetirilməsi, həmçinin bu
şəxslərin hərəkətlərinin icrası şikayətin
verilməsi ilə dayandırılmır.
Maddə 23. İstehlakçıların
hüquqlarının müdafiəsini həyata keçirən
dövlət icra hakimiyyəti orqanlarının hüquq-mühafizə
orqanları ilə əlaqəsi
Hüquq-mühafizə orqanlarının
işçiləri istehlakçıların hüquqlarının
müdafiəsini həyata keçirən dövlət icra hakimiyyəti
orqanlarının vəzifəli şəxslərinə öz
vəzifələrinin yerinə yetirilməsində köməklik
göstərir və bu işlərin görülməsində
onlara maneçilik törədən vətəndaşların
qanunsuz hərəkətlərinin qarşısını alırlar.
Maddə 24. Azərbaycan
Respublikasında istehlakçıların hüquqlarını
müdafiə edən dövlət icra hakimiyyəti orqanlarının
vəzifəli şəxslərinin hüquqi müdafiəsi
İstehlakçıların hüquqlarını
müdafiə edən dövlət orqanlarının vəzifəli
şəxslərinin və mütəxəssislərinin hüquqları
Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları
əsasında təmin edilir.
Onların vəzifələrinin yerinə
yetirilməsinə mane olmaq və ya hər hansı şəkildə
təsir göstərmək, habelə işlərinə müdaxilə
etmək qadağandır.
Belə hərəkətlərə yol verən
orqanlar, vəzifəli şəxslər və vətəndaşlar
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş
qaydada məsuliyyət daşıyırlar.
Maddə 25. İstehlakçıların
hüquqlarının müdafiəsini həyata
keçirən dövlət icra hakimiyyəti orqanları
tərəfindən tətbiq edilən sanksiyalar[37]
1. Azərbaycan Respublikasında
istehlakçıların hüquqlarının
müdafiəsini həyata keçirən dövlət icra
hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində
istehlakçıların hüquqlarının
müdafiəsi haqqında qanunvericiliyi pozduğuna görə
günahkar şəxslərə aşağıda göstərilən
sanksiyaları tətbiq edirlər:
bu qanunun 7-ci maddəsinin birinci
bəndində müəyyən edilmiş
istehlakçıların hüquqlarının yerinə
yetirilməsindən imtina etdikdə—bu malın dəyərinin
beş misli həcmində;
istehlakçıların
hüquqlarının pozulmasının aradan
qaldırılması haqqında müvafiq dövlət
orqanının icrası məcburi olan göstərişi
yerinə yetirilmədikdə—vurulmuş zərəri
ödəməklə onun həcmi miqdarında bu
zərəri müəyyən etmək mümkün
olmadıqda minimum əmək haqqının 100 mislinədək;
normativ sənədlərin
tələblərinə cavab verməyən malların
istehsalına, satılmasına, işlərin yerinə
yetirilməsinə, xidmətlərin göstərilməsinə
görə—satılmış malların, yerinə
yetirilmiş işlərin, göstərilmiş
xidmətlərin qiymətinin 25 faizi miqdarında;
məcburi
sertifikatlaşdırılmalı, lakin
sertifikatlaşdırılmamış malların
satılması, işlərin yerinə yetirilməsi,
xidmətlərin göstərilməsinə görə—satılmış
malların, yerinə yetirilmiş işlərin,
göstərilmiş xidmətlərin qiymətinin 25 faizi
miqdarında;
standartların, digər normativ
sənədlərin tələblərinin pozulması
nəticəsində insanın həyatı,
sağlamlığı və əmlakı və
həmçinin ətraf mühit üçün
təhlükəli məhsulun (işin, xidmətin)
buraxılması (görülməsi) və satılması
üçün—buraxılmış (görülmüş)
və satılmış məhsulun qiymətinin 100 faizi
miqdarında;
insanların həyatının,
sağlamlığının, əmlakının və
ətraf mühitin təhlükəsizliyinə dair
Azərbaycan Respublikasında qüvvədə olan standartların,
digər normativ sənədlərin tələblərinə
uyğun olmayan xaricdən gətirilmiş malın
satılmasına görə—satılmış malların
qiymətinin 50 faizi miqdarında;
buraxılması və satılması
qadağan olunmuş malların satılması, işlərin
yerinə yetirilməsi, xidmətlərin
göstərilməsinə görə—satılmış
malların, yerinə yetirilmiş işlərin,
göstərilmiş xidmətlərin qiymətinin 100 faizi
miqdarında;
lazımi xəbərdarlıq
nişanı olmayan, həmçinin təhlükəsiz
istifadə qaydaları və şəraiti barədə
məlumat vərəqi olmadan satılan təhlükəli
mallara (zəhərlər, kimyəvi preparatlar,
partlayıcı və yanğın təhlükəli
maddələr və s.) görə—satılmış
malların qiymətinin 50 faizi miqdarında;
nəzarət olunmalı məhsulun
müvafiq dövlət nəzarəti orqanlarından
gizlədilməsinə görə—satılmış
malların, görülmüş işlərin, göstərilmiş
xidmətlərin qiymətinin 100 faizi miqdarında;
malların (işlərin,
xidmətlərin) sertifikatlaşdırma qaydalarının
sertifikatlaşdırma üzrə orqan və sınaq
laboratoriyaları (mərkəzləri) tərəfindən pozulmasına
görə—sertifikatlaşdırma üzrə işlərin
qiymətinin 2 misli miqdarında, istehsalçı
(icraçı, satıcı) tərəfindən
pozulmasına görə isə—sertifikatlaşdırma
qaydası pozulmaqla satılmış malların
(işlərin, xidmətlərin) qiyməti miqdarında.
Sertifikatlaşdırma üzrə
müəssisə və orqanların rəhbərləri
yuxarıda göstərilmiş pozuntulara görə
məsuliyyət daşıyır və vəzifə
maaşının 3 misli miqdarında cərimə olunurlar.
Bu maddədə nəzərdə
tutulmuş cərimənin ödənilməsi
istehsalçını (icraçını,
satıcını) standartların, normaların, qaydaların
pozulması, müqavilə şərtlərinin yerinə
yetirilməməsi nəticəsində istehlakçılara
dəymiş ziyanın ödənilməsindən azad etmir.
2. Cərimələrin 50 faizi
dövlət büdcəsinə, 35 faizi yerli
büdcəyə, 15 faizi isə cəriməni tətbiq
edən istehlakçıların hüquqlarının
müdafiəsi üzrə dövlət orqanlarının
hesabına köçürülür.
3. Malların (işlərin,
xidmətlərin) istehsalçıları
(icraçıları, satıcıları)
istehlakçıların hüquqlarının
müdafiəsini həyata keçirən dövlət
orqanları göstərişlərinin tamamilə, yaxud
qismən etibarsız sayılması, ya da cərimə
qoyulması haqqında qərarın ləğvi, yaxud dəyişdirilməsi
barədə məhkəməyə müraciət etmək
hüquqları vardır.
Verilmiş ərizəyə
məhkəmə tərəfindən baxıldığı
dövrdə məhkəmə, göstərilən
aktların icrasının dayandırılması haqqında
qərar çıxarmayıbsa, göstərişlər
və cərimə qoyulması haqqında qərarlar
dayandırılmır.
Maddə 26. İstehlakçıların
hüquqlarının məhkəmə müdafiəsi
İstehlakçıların qanunvericiliklə
nəzərdə tutulmuş hüquqlarının müdafiəsini
məhkəmə həyata keçirir.
İstehlakçının tələblərini
yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin
ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də
ödənilməsini həll edir.
İstehlakçılar hüquqlarının
pozulması barədə qaldırdıqları iddialara görə
dövlət rüsumu verməkdən azad edilirlər.
IV fəsil
İSTEHLAKÇILARIN İCTİMAİ TƏŞKİLATLARI
(İSTEHLAKÇILAR BİRLİYİ)
Maddə 27. İstehlakçıların
ictimai təşkilatları (istehlakçılar birliyi) və
onların hüquqları
1. Azərbaycan Respublikasının vətəndaşları
öz qanuni hüquqlarının müdafiəsi üçün
könüllülük əsasında birləşib istehlakçıların
ictimai təşkilatlarını (istehlakçılar birliyini)
yaratmaq hüququna malikdirlər.
İstehlakçılar birliyi ictimai təşkilat
olub, öz fəaliyyətini müvafiq qanunvericilik əsasında həyata keçirir.[38]
2. İstehlakçılar birliyi:
malların istehlak xassələrini, ona olan
tələbatı, istehsal olunan və satılan malın keyfiyyətinə
və qiymətinə dair ictimai fikri öyrənmək;
malların (işlərin, xidmətlərin)
ekspertizasını və sınağını aparmaq üçün
müvafiq dövlət nəzarət orqanlarına müraciət
etmək;
müvafiq icra hakimiyyəti orqanlarından
və təsərrüfat subyektlərindən öz məqsəd
və niyyətlərini həyata keçirmək üçün
lazımi məlumat almaq;
malların (işlərin, xidmətlərin)
keyfiyyətinə, ticarət və digər növ xidmət sahələrinə
nəzarət etməkdə müvafiq dövlət orqanlarına
kömək göstərmək;
istehlakçılara qanunvericiliyə uyğun
hüquqi məsləhətlər verilməsini təşkil etmək;
malın (işin, xidmətin) keyfiyyətinə
aid tələbləri müəyyənləşdirən normativ
sənədlərin hazırlanmasına dair təklif və rəy
vermək;
qanunvericiliyə uyğun olaraq, müvafiq
icra hakimiyyəti orqanları qarşısında istehlakçıların
maraqları haqqında məsələ qaldırmaq və onu müdafiə
etmək;
malın (işin, xidmətin) keyfiyyətinin
yaxşılaşdırılması və qiymətqoyma qaydalarına.
əməl edilməsi, müəyyənləşdirilmiş keyfiyyət
tələblərinə uyğun gəlməyən malın (işin,
xidmətin) satışının müvəqqəti dayandırılması,
vətəndaşların həyatı, sağlamlığı
və əmlakı, ətraf mühit üçün təhlükəli
olan malın (işin, xidmətin) istehsalının dayandırılması,
satışdan götürülməsi, əsassız artırılmış
qiymətlərlə məhsul satışının dayandırılması,
habelə mövcud qanunvericiliyi pozmaqla müəyyənləşdirilmiş
qiymətlərin ləğv edilməsi tədbirləri barəsində
müvafiq icra hakimiyyəti orqanlarına, müəssisələrə
və təşkilatlara təkliflər vermək;
istehlakçıların ictimai təşkilatlarının
(istehlakçılar birliyinin) üzvü olmayan vətəndaşların,
qanunvericiliyə uyğun olaraq, hüquqlarını məhkəmədə
müdafiə etmək;
keyfiyyətsiz malın (işin, xidmətin)
istehsalında və satışında təqsiri olan şəxslərin
məsuliyyətə cəlb edilməsi barədə müvafiq
icra hakimiyyəti orqanlarına müraciət etmək;
istehlakçıların hüquqları
haqqında ictimaiyyətə məlumat vermək;
istehlakçıların hüquqlarının
müdafiəsi haqqında beynəlxalq əməkdaşlığın
inkişafına kömək göstərmək hüququna malikdir.
V fəsil[39]
ƏHALİNİN
ƏRZAQ TƏHLÜKƏSİZLİYİ
Maddə 28. Əhalinin
ərzaq təhlükəsizliyinin təmin edilməsi
28.1.
Azərbaycan dövləti beynəlxalq hüquq normalarına
uyğun olaraq əhalinin və hər bir
vətəndaşın ərzaq təhlükəsizliyini
təmin edir.
28.2.
Əhalinin ərzaq təhlükəsizliyinin təmin
edilməsi müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
həyata keçirilir.
Maddə 29. Əhalinin
ərzaq təhlükəsizliyinin təmin edilməsi
sahəsində dövlətin vəzifələri
29.1.
Əhalinin ərzaq təhlükəsizliyinin təmin
edilməsi sahəsində dövlətin vəzifələri
aşağıdakılardır:
29.1.1. qida
məhsullarının istehsalının artırılması
və ərzaq bazarının tənzimlənməsi
sahəsində dövlət siyasətini formalaşdırmaq
və həyata keçirmək;
29.1.2.
əhalinin ərzaq təhlükəsizliyinə dair
məqsədli dövlət proqramları hazırlamaq və
icrasını təmin etmək;
29.1.3. qida
məhsulları üzrə dövlət ehtiyatları yaratmaq,
onların formalaşdırılmasını,
saxlanılmasını, istifadəsini və
tənzimlənməsini təşkil etmək;
29.1.4. qida
məhsullarının istehsalını, istehlakını
və dövriyyəsini özündə əks etdirən
ərzaq balansı hazırlamaq və əhalinin qida
məhsulları ilə təminatını
proqnozlaşdırmaq;
29.1.5.
ərzaq böhranı və fövqəladə
hadisələr zamanı əhalinin qida məhsulları
ilə təchizatını tənzimləmək, o
cümlədən normativ ərzaq bölgüsünü
və digər xüsusi təminat rejimlərini
müəyyən etmək;
29.1.6.
ərzaq bazarının tənzimlənməsi və qida
məhsullarının minimum keyfiyyətinin və
təhlükəsizliyinin təmin edilməsi sahəsində
normativ hüquqi aktlar qəbul etmək;
29.1.7.
əhalinin qida məhsulları ilə təmin
edilməsində dövlət orqanlarının və
bələdiyyələrin fəaliyyətini
əlaqələndirmək;
29.1.8.
əhalinin ərzaq təhlükəsizliyinin təmin
edilməsi sahəsində digər vəzifələri
həyata keçirmək.
Maddə 29-1. Alkoqollu içkilərin
pərakəndə satışının minimum qiymətinin
müəyyən olunması[40]
29-1.1.
Alkoqollu içkilərin pərakəndə
satışının minimum qiyməti müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilir.
29-1.2.
Alkoqollu içkilərin pərakəndə
satışına dair minimum qiymətin müəyyən
edilməsi qaydası müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən təsdiq olunur.
29-1.3. Pərakəndə
satışının minimum qiyməti müəyyən
edilmiş alkoqollu içkilərin həmin qiymətdən
aşağı qiymətə satılması qadağandır.
Maddə 30. Dövlət ərzaq ehtiyatları[41]
30.1.
Dövlət ərzaq ehtiyatları əhalinin ərzaq
təhlükəsizliyinin təmin edilməsi
məqsədilə yaradılır.
30.2.
Dövlət ərzaq ehtiyatları dövlət və səfərbərlik
ehtiyatlarının tərkib hissəsidir və
aşağıdakı məqsədlər üçün
istifadə edilir:
30.2.1.
qanunla müəyyən edilmiş hallarda Azərbaycan
Respublikasının qida məhsullarına olan ehtiyacını
ödəmək;
30.2.2.
iqtisadiyyatın sabitliyini təmin etmək məqsədilə
qida sənayesinə, iqtisadiyyatın digər
sahələrinə, idarələrinə və
təşkilatlarına köməklik göstərmək;
30.2.3.
ölkə əhalisinə, xarici dövlətlərə,
ictimai və dini təşkilatlara humanitar yardım etmək.
30.3.
Dövlət ərzaq ehtiyatlarının bu Qanunun 30.2.1-ci
maddəsi ilə müəyyən edilmiş haldan başqa
məqsədlər üçün istifadəsinə yol
verilmir.
30.4.
Dövlət ərzaq ehtiyatlarının tədarükü
üçün illik büdcə proqnozlarında müvafiq
vəsait həcmi nəzərdə tutulur.
30.5.
Dövlət ərzaq ehtiyatlarına ərzaq
tədarükü müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanlarla (qurumlarla) istehsalçılar
arasında bağlanılmış müqavilələr
əsasında həyata keçirilir.
30.6.
Dövlət ərzaq ehtiyatları müvafiq icra hakimiyyəti
orqanının müəyən etdiyi orqanın (qurumun)
sərəncamında olur.
30.7.
Dövlət ərzaq ehtiyatlarının həcmi,
nomenklaturası, formalaşdırılması,
saxlanılması, istifadəsi və vaxtaşırı
yeniləşdirilməsi qaydaları müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilir.
Maddə 31. Ərzaq
bazarının dövlət tənzimlənməsi
31.1.
Əhalinin ərzaq təhlükəsizliyinin təmin
edilməsi ilə bağlı zəruri tədbirlərin
hazırlanıb həyata keçirilməsi
məqsədilə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən hər
il müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) müəyyən
etdiyi qaydada ərzaq balansı tərtib olunur.
31.2.
Ərzaq balansının tərtibi üçün
fermerlər və tədarükçülər
tərəfindən kənd təsərrüfatı
məhsullarının istehsalına (tədarükünə)
dair məlumatlar ildə bir dəfə, həmin
məhsulların yetişdirildiyi istixanalar,
saxlanıldığı soyuducu anbarlar və taxıl
elevatorları barədə aylıq məlumatlar isə
növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
informasiya sistemində müəyyən edilmiş formada
həmin sistemə daxil edilməlidir.
31.3.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada
müəyyən edilmiş məhsullara dair məlumatları
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) ərzaq balansının tərtibi
ilə bağlı ildə bir dəfə verilən
yazılı sorğusuna əsasən ərzaq
məhsullarının istehsalı, emalı,
saxlanılması, idxalı, ixracı və satışı
sahəsində fəaliyyət göstərən subyektlər
15 iş günü müddətində təqdim
etməlidirlər.
31.4. Bu
Qanunun 31.2-ci və 31.3-cü maddələrində
müəyyən edilmiş məlumatları təqdim
etməyən şəxslər qanunla müəyyən
edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunurlar.
31.5.
Ərzaq bazarının dövlət tənzimlənməsi
iqtisadi yollarla həyata keçirilir və
aşağıdakıları nəzərdə tutur:
31.5.1. qida
məhsulları istehsalının
stimullaşdırılması, minimum keyfiyyət
göstəricilərinin normalaşdırılması və
sertifikatlaşdırılması;
31.5.2. qida
zəncirində fəaliyyətin uçotu və
nizamlanması;
31.5.3.
ərzaq bazarında azad rəqabətin inkişaf
etdirilməsi, haqsız rəqabətə yol verilməməsi
və yerli istehsalçıların hüquq və
mənafelərinin qorunması;
31.5.4.
istehsalçıdan istehlakçılara
çatdırılana qədər qida məhsullarının
minimum keyfiyyətinə və təhlükəsizliyinə
nəzarət;
31.5.5.
ərzaq proqramlarının hazırlanmasının və
həyata keçirilməsinin xarici sərmayələr də
cəlb edilməklə maliyyələşdirilməsi.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 19 sentyabr 1995-ci il
¹ 1113
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci
il, ¹ 11, maddə 676)
2. 5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci
il, ¹ 11, maddə 683)
3. 12 oktyabr 2001-ci il tarixli 193-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci
il, ¹ 11, maddə 686)
4. 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci
il, ¹ 5, maddə 241)
5. 30 aprel 2002-ci il tarixli 317-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü
il, ¹ 1, maddə 1)
6. 5 dekabr 2003-cü il tarixli 538-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü
il, ¹ 1, maddə 6)
7. 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü
il, ¹ 2, maddə 57)
8. 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə 684)
9. 21 oktyabr 2005-ci il tarixli
1030-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 14
dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 12, maddə 1083)
10. 17 aprel 2007-ci il tarixli 315-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, ¹ 8, maddə 745)
11. 30 sentyabr 2011-ci il
tarixli 205-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci
il, ¹ 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, ¹ 262; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci
il, ¹ 11, maddə 984)
12. 29 iyun 2012-ci il tarixli 415-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 8 sentyabr 2012-ci
il, ¹ 200, “Azərbaycan” qəzeti 12 sentyabr 2012-ci il, ¹ 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci
il, ¹9, maddə 842)
13. 30 sentyabr 2014-cü il tarixli 1037-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 09 noyabr 2014-cü
il, ¹ 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹10, maddə 1157)
14. 14 aprel 2017-ci il tarixli 611-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 4
iyun 2017-ci il, ¹ 119, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 5, maddə 722)
15. 4 may 2018-ci il tarixli 1127-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
14 iyun 2018-ci il, ¹ 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, ¹6, maddə 1169)
16. 28 dekabr 2018-ci il tarixli 1414-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
1 fevral 2019-cu il, ¹ 25, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 01, maddə 31)
17. 12 iyul 2019-cu il tarixli 1663-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
16 avqust 2019-cu il, ¹ 177, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹8, maddə 1384)
18. 30 dekabr 2022-ci il tarixli 789-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 21 fevral
2023-cü il, ¹ 39,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 2, maddə 210)
19. 17 fevral 2023-cü il tarixli 817-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel
2023-cü il, ¹ 73,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 4, maddə 455)
20. 19 dekabr 2023-cü il tarixli 1056-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
2 fevral 2024-cü
il, “Azərbaycan” qəzeti, 4 fevral 2024-cü il, ¹ 24,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 2, maddə 132)
21. 23
aprel 2024-cü il tarixli 1142-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 3 iyun 2024-cü il, “Azərbaycan”
qəzeti, 4 iyun 2024-cü il, ¹ 116, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 6, I
kitab, maddə 631)
22. 16 dekabr 2024-cü il tarixli 105-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
27 yanvar 2025-ci il,
“Azərbaycan”
qəzeti, 29 yanvar 2025-ci il, ¹ 19, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 1, maddə 9)
23. 18 mart 2025-ci il tarixli 161-VIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
8 aprel 2025-ci il,
“Azərbaycan”
qəzeti, 9 aprel 2025-ci il, ¹ 68, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 4, I kitab, maddə 318)
24. 22 aprel 2025-ci il tarixli 182-VIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 22 may 2025-ci il, “Azərbaycan”
qəzeti, 23 may 2025-ci il, ¹ 106, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 5, maddə 436)
25.
16 dekabr 2025-ci il tarixli 313-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 29 dekabr 2025-ci il, “Azərbaycan”
qəzeti, 30 dekabr 2025-ci il, ¹ 274, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2025-ci il, ¹ 12, I kitab, maddə 1129)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 30 dekabr 2022-ci il tarixli 789-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral
2023-cü il, “Azərbaycan”
qəzeti, 21 fevral 2023-cü il, ¹ 39, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 210) ilə preambulada
“habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial” sözləri “istehlakçıların
hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını, habelə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi” sözləri
ilə əvəz edilmişdir.
[2] 16 dekabr 2025-ci il tarixli 313-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 29 dekabr 2025-ci il, “Azərbaycan”
qəzeti, 30 dekabr 2025-ci il, ¹ 274,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
12, I kitab, maddə 1129) ilə 1-ci maddənin birinci hissəsinin
doqquzuncu və onuncu abzaslarında “işçi heyətinin” sözləri “fiziki şəxslərin”
sözləri ilə əvəz edilmişdir.
[3] 14 aprel 2017-ci il
tarixli 611-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2017-ci il, ¹ 119,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
5, maddə 722) ilə 1-ci
maddəsinin doqquzuncu abzasında “məhsulun
müəyyən edilmiş tələblərə”
sözləri və onuncu abzasında “məhsulun, prosesin, yaxud xidmətin təsdiq edilmiş
tələblərə” sözləri “malın (xidmətin, işin), prosesin, idarəetmə
sisteminin və işçi heyətinin müvafiq standartda,
texniki reqlamentdə və digər normativ hüquqi aktda
müəyyən olunmuş tələblərə” sözləri
ilə əvəz edilmişdir.
[4] 29 iyun 2012-ci il tarixli 415-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 8 sentyabr 2012-ci il, ¹ 200,
“Azərbaycan” qəzeti 12 sentyabr 2012-ci il, ¹ 203, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, ¹9, maddə 842)
ilə 1-ci
maddənin birinci hissəsinə on üçüncü
bənd əlavə edilmişdir.
[5] 30 dekabr 2022-ci il tarixli 789-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral
2023-cü il, “Azərbaycan”
qəzeti, 21 fevral 2023-cü il, ¹ 39, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 210) ilə 1-ci
maddənin
on üçüncü abzasının sonunda nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda
on dördüncü
abzas əlavə edilmişdir.
[6]
17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
745) ilə 2-ci maddənin birinci hissəsində "bu
Qanundan" sözlərindən əvvəl "Azərbaycan
Respublikasının Mülki Məcəlləsindən, "
sözləri əlavə edilmişdir.
30 dekabr 2022-ci il tarixli 789-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral
2023-cü il, “Azərbaycan”
qəzeti, 21 fevral 2023-cü il, ¹ 39, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 210) ilə 2-ci maddənin birinci abzasına “Məcəlləsindən,” sözündən sonra “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunundan,” sözləri əlavə edilmişdir.
[7] 28 dekabr 2018-ci
il tarixli 1414-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
1 fevral 2019-cu il, ¹ 25, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə 31) ilə 2-ci maddəyə yeni məzmunda
üçüncü hissə əlavə edilmişdir.
[8] 30 dekabr 2022-ci il tarixli 789-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral
2023-cü il, “Azərbaycan”
qəzeti, 21 fevral 2023-cü il, ¹ 39, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 210) ilə 6-cı maddənin 2-ci hissəsinin ikinci abzasında “ərzaq” sözü “qida” sözü ilə əvəz edilmişdir.
[9] 23
aprel 2002-ci il tarixli 311-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 5, maddə 241) ilə 6-cı maddənin 2-ci
bəndinin sonuncu hissəsində "malın satıldığı gündən"
sözləri "əgər
alqı-satqı müqaviləsində ayrı müddət
nəzərdə tutulmayıbsa, malın istehlakçıya
verildiyi məqamdan" sözləri ilə əvəz
edilmişdir.
[10] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 5, maddə 241) ilə 6-cı maddənin 3-cü
bəndində "3 ildən"
sözləri "Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə
müəyyən edilmiş müddətdən"
sözləri ilə əvəz edilmişdir.
17 aprel
2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
745) ilə 6-cı maddənin 3-cü bəndində
"qüsurlar barədə" sözlərindən sonra
", əgər müqavilədə başqa hal
nəzərdə tutulmayıbsa, " sözləri
əlavə edilmişdir.
[11] 30 dekabr 2022-ci il tarixli 789-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,, 20 fevral
2023-cü il, “Azərbaycan”
qəzeti, 21 fevral 2023-cü il, ¹ 39, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 210) ilə 6-cı maddənin 2-ci hissəsinin ikinci abzasında “ərzaq” sözü “qida” sözü ilə əvəz edilmişdir.
[12] 17 aprel 2007-ci il tarixli 315-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 745) ilə 8-ci maddənin birinci cümləsində
"xidmət göstərilməsi üçün"
sözlərindən sonra "qeyri-bərabər şərt
təklif etmədən" sözləri əlavə
edilmişdir.
18 mart 2025-ci il tarixli 161-VIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
8 aprel 2025-ci il,
“Azərbaycan”
qəzeti, 9 aprel 2025-ci il, ¹ 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2025-ci il, ¹ 4, I kitab, maddə 318) ilə 8-ci maddənin birinci
cümləsində “onun
nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından
kənara çıxdığını sübut etdiyi”
sözləri “qanunda
nəzərdə tutulan” sözləri ilə əvəz
edilmişdir.
[13] 29 iyun 2012-ci il tarixli 415-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 8 sentyabr
2012-ci il, ¹ 200, “Azərbaycan” qəzeti 12 sentyabr 2012-ci il, ¹ 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2012-ci il, ¹9, maddə 842) ilə 10-cu maddəyə 1-ci hissə
əlavə edilmişdir və 1-8-ci hissələr müvafiq
olaraq 2-9-cu hissələr hesab edilmişdir.
[14] 30 dekabr 2022-ci il tarixli 789-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,, 20 fevral
2023-cü il, “Azərbaycan”
qəzeti, 21 fevral 2023-cü il, ¹ 39, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 210) ilə 10-cu maddənin 6-cı hissəsinin ikinci abzasının üçüncü cümləsində “ərzaq xammalı və məhsulları” sözləri “qida məhsulları” sözləri ilə, “təkrar emal” sözləri “utilizasiya” sözü ilə əvəz edilsin və həmin cümləyə “yararsız” sözündən sonra “və təhlükəli” sözləri əlavə edilmişdir.
[15] 17
aprel 2007-ci il tarixli 315-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 745) ilə 11-ci maddəyə aşağıdakı
məzmunda ikinci hissə əlavə edilmişdir.
[16] 30 dekabr 2022-ci il tarixli 789-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral
2023-cü il, “Azərbaycan”
qəzeti, 21 fevral 2023-cü il, ¹ 39, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 210) ilə 13-cü maddənin 1-ci hissənin birinci abzasında “ərzaq malları” sözləri “qida məhsulları” sözləri ilə, “tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı” sözləri “qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi” sözləri ilə əvəz edilmişdir.
[17] 23
aprel 2024-cü il tarixli 1142-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 3 iyun 2024-cü il, “Azərbaycan”
qəzeti, 4 iyun 2024-cü il, ¹ 116, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 6, I
kitab, maddə 631) ilə 13-cü maddəsinin 1-ci hissəsinin
ikinci abzası üçüncü abzas,
üçüncü abzası dördüncü abzas,
dördüncü abzası yeddinci abzas hesab edilmişdir və
həmin hissəyə yeni məzmunda ikinci, beşinci və
altıncı abzaslar əlavə edilmişdir.
[18] 5 dekabr 2003-cü il tarixli 538-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 1, maddə 6) ilə 13-cü maddənin 1-ci
bəndinə üçüncü abzas əlavə
edilmişdir.
[19] 21 oktyabr 2005-ci il tarixli 1030-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
14 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, ¹ 12, maddə 1083) ilə 13-cü
maddənin 1-ci bəndinə dördüncü abzas
əlavə edilmişdir.
[20] 12 oktyabr 2001-ci il tarixli 193-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 11, maddə 686) ilə 13-cü maddənin
3-cü bəndinin birinci cümləsində "mal nişanı və ya xidmət
nişanı" sözləri "əmtəə nişanı və ya coğrafi
göstərici" sözləri ilə əvəz
edilmişdir.
30 dekabr 2022-ci il tarixli 789-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral
2023-cü il, “Azərbaycan”
qəzeti, 21 fevral 2023-cü il, ¹ 39, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 210) ilə 13-cü maddənin 3-cü hissəyə yeni məzmunda beşinci cümlə əlavə edilmişdir.
[21] 22 aprel 2025-ci il tarixli 182-VIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 22 may 2025-ci il, “Azərbaycan”
qəzeti, 23 may 2025-ci il, ¹ 106, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 5, maddə 436) ilə 13-cü maddənin 5-ci hissəsi yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
5. İstehsalı (satışı)
lisenziyalaşdırılan, sertifikatlaşdırılan
əmtəələr yalnız müvafiq təsdiqləyici
sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda
lisenziyanın və sertifikatın nömrəsi, verilmə
tarixi və onu verən orqanın adı
göstərilməlidir.
[22] 4 may 2018-ci il tarixli 1127-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
14 iyun 2018-ci il, ¹ 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹6, maddə 1169) ilə 13-cü maddənin 5-ci və 6-cı
hissələri yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
5. Məcburi sertifikasiya edilməli olan, lakin uyğunluq
sertifikatı olmayan məhsulun reklamı qadağandır.
6. Haqsız reklam olunan malın (işin, xidmətin)
alınması nəticəsində istehlakçıya vurulan
zərər təqsirkar şəxslər tərəfindən
tam həcmdə ödənilməlidir.
[23] 4 may 2018-ci il tarixli 1127-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
14 iyun 2018-ci il, ¹ 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹6, maddə 1169) ilə 13-cü maddənin 7-ci hissəsində
“haqsız”
sözündən sonra “,
qeyri-dəqiq və gizli” sözləri əlavə
edilmişdir.
[24] 30 dekabr 2022-ci il tarixli 789-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral
2023-cü il, “Azərbaycan”
qəzeti, 21 fevral 2023-cü il, ¹ 39, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 210) ilə 15-ci maddənin 1-ci hissəsinin birinci abzasında “qeyri-ərzaq” sözləri “qeyri-qida” sözləri ilə əvəz edilmişdir.
[25] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 5, maddə 241) ilə 15-ci maddənin 1-ci
bəndinin ikinci abzasına ikinci cümlə əlavə
edilmişdir.
[26] 30 sentyabr 2011-ci il
tarixli 205-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr
2011-ci il, ¹ 255; “Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, ¹ 262; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 11, maddə 984) ilə 17-ci maddəsinə ikinci,
üçüncü və dördüncü hissələr
əlavə edilmişdir.
[27] 17
aprel 2007-ci il tarixli 315-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 745) ilə 18-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 18. İstehlakçıların
hüquqlarının dövlət müdafiəsi
1. Dövlət istehlakçıların
mənafelərinin müdafiəsinə təminat verir,
malların (işlərin, xidmətlərin) azad
seçilməsinə imkan yaradır, insanların sağlamlığını
və həyat tərzini lazımi səviyyədə təmin
etmək məqsədi ilə malların alınmasına
və ya digər qanuni yolla təmin edilməsinə
zəmanət verir.
2. İstehlakçıların hüquqlarının
dövlət müdafiəsini Azərbaycan Respublikasında
istehlakçılar üçün nəzərdə tutulan
malların (işlərin, xidmətlərin)
keyfiyyətinə, təhlükəsizliyinə və
istehlakçıların qanunla qorunan başqa
hüquqlarının müdafiəsinə nəzarət
edən müvafiq icra hakimiyyəti orqanları və
məhkəmə öz səlahiyyətləri
hüdudlarında həyata keçirirlər.
[28] 12 iyul 2019-cu il tarixli 1663-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
16 avqust 2019-cu il, ¹ 177, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹8, maddə 1384)
ilə 18.0.1-ci
maddədən “yeyinti
məhsullarının və” sözləri
çıxarılmışdır və həmin
maddəyə “qaydalarına”
sözündən sonra “, yeyinti
məhsullarının isə qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktlara” sözləri
əlavə edilmişdir.
30 dekabr 2022-ci il tarixli 789-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral
2023-cü il, “Azərbaycan”
qəzeti, 21 fevral 2023-cü il, ¹ 39, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 210) ilə 18.0.1-ci maddədə “yeyinti” sözü “qida” sözü ilə əvəz edilmişdir.
[29] 4 may 2018-ci il tarixli 1127-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
14 iyun 2018-ci il, ¹ 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹6, maddə 1169) ilə 18.0.5-ci maddədə “yolverilməz” sözü “haqsız, qeyri-dəqiq və gizli” sözləri
ilə, “reklamçılar”
sözü “reklamverici, reklam yaradıcısı,
reklam istehsalçısı, reklam yayıcısı və
reklam agenti” sözləri ilə əvəz edilmişdir.
22 aprel 2025-ci il tarixli 182-VIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 22 may 2025-ci il, “Azərbaycan”
qəzeti, 23 may 2025-ci il, ¹ 106, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 5, maddə 436) ilə 18.0.5-ci maddəyə “yayıcısı”
sözündən sonra “,
rəqəmsal platforma təsirçisi” sözləri
əlavə edilmişdir.
[30] 4 may 2018-ci il tarixli 1127-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
14 iyun 2018-ci il, ¹ 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹6, maddə 1169) ilə 18.0.6-cı maddədə “reklamçı” sözü “reklam fəaliyyətinin subyekti”
sözləri ilə əvəz edilmişdir.
[31] 17 aprel 2007-ci il tarixli 315-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 745) ilə 19-cu maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 19. İstehlakçılar
üçün nəzərdə tutulan malların
(işlərin, xidmətlərin) keyfiyyətinə və
təhlükəsizliyinə nəzarət edən
dövlət orqanlarının səlahiyyətləri
1. Azərbaycan Respublikasında malların
(işlərin, xidmətlərin) keyfiyyətinə və
təhlükəsizliyinə nəzarəti həyata
keçirən müvafiq dövlət icra hakimiyyəti
orqanları malların (işlərin, xidmətlərin)
keyfiyyətini və təhlükəsizliyini təmin etmək
məqsədilə Azərbaycan Respublikasının Prezidenti
tərəfindən müəyyənləşdirilmiş
səlahiyyətlər çərçivəsində:
malların (işlərin, xidmətlərin)
təhlükəsizliyi üzrə məcburi
tələblər müəyyənləşdirir və bu
tələblərə riayət olunmasına nəzarəti
həyata keçirirlər;
malların (işlərin, xidmətlərin)
təhlükəsizliyi üzrə tələblərin
pozulmasının aradan qaldırılması, istehsalatdan
çıxarılması, belə malların (işlərin,
xidmətlərin) istehsalının dayandırılması
və realizə olunması, onların istehlakçıdan geri
alınması, həmçinin istehlakçıya bütün
bunlar haqqında informasiya verilməsi haqqında
göstərişlər verirlər;
istehlak malları (işləri, xidmətləri)
bazarında haqsız rəqabətin və
təsərrüfat subyektlərinin inhisarçı
fəaliyyətinin qarşısını alırlar;
istehlakçıların hüquqlarının
müdafiəsi haqqında Azərbaycan Respublikası
qanunvericiliyinin tətbiq olunması məsələləri
üzrə rəsmi izahatlar verirlər;
insanların sağlamlığının
təhlükəsizliyini təmin edən məhsulların
xüsusiyyətlərini və sanitariya-gigiyenik
göstəricilərini normallaşdırırlar;
insanların sağlamlığı üçün
təhlükə yarada bilən məhsulların normativ-texniki
sənədlərinin razılaşdırılmasını
və istehsal mərhələsində icrası məcburi olan
gigiyenik sertifikasiyasını həyata keçirirlər;
təhlükəsizlik göstəricilərinə
görə normativ-texniki sənədlərin
tələblərinə cavab verməyən məhsulların
sınaq müayinələrinin cavablarına əsasən
sonrakı istifadəsi barədə müvafiq qərar
qəbul edirlər;
yeni texnoloji proseslərin, materialların,
maddələrin və məmulatların istehsalını,
istifadəsini və satışını
razılaşdırırlar;
məhsulların (işlərin, xidmətlərin)
gigiyenik, ekoloji, seysmoloji, radioloji, hormonal, farmakoloji və
toksikoloji qiymətləndirilməsinin metodikalarını,
eləcə də zərərli amillərin səviyyəsinin
gigiyenik göstəricilərinin və
xüsusiyyətlərinin tədqiqi üsullarını
təsdiq edirlər;
mülkiyyət formasından asılı olmayaraq
Azərbaycan Respublikası ərazisində ticarət, ictimai
iaşə və xidmət müəssisələrində
malların (işlərin, xidmətlərin)
keyfiyyətinə, təhlükəsizlik
tələblərinə, habelə ticarət və xidmət
göstərilməsi qaydalarına düzgün əməl
olunması barədə nəzarəti yoxlamalar aparırlar.
Lazım olan hallarda malların, xammalların,
yarımfabrikatların, komplektləşdirmə
materiallarının keyfiyyətini yerində yoxlayır və
ya müvafiq laboratoriyalarda sərbəst ekspertiza
keçirmək məqsədi ilə onlardan nümunələr
götürürlər. Həmin nümunələrin
dəyəri və aparılmış təhlillərin
(ekspertizaların) xərcləri yoxlanılan
təsərrüfat subyektlərinin hesabına ödənilir
və onların istehsal-təsərrüfat
xərclərinə aid edilir;
istehlakçıların hüquqlarının
pozulmasına son qoyulması barədə təsərrüfat
subyektlərinə icrası məcburi
göstərişlər verir, yoxlanılan subyektlərdən
malların keyfiyyətini xarakterizə edən normativ
sənədləri və digər lazım olan
məlumatları alırlar;
aşkar olunmuş qüsurlar təsərrüfat
subyektləri tərəfindən aradan qaldırılanadək
normativ sənədlərin tələblərinə cavab
verməyən malların (işlərin, xidmətlərin)
göndərilməsini, satışını və
icrasını dayandırırlar;
qanunvericilikdə nəzərdə tutulmuş hallarda
təqsirkar şəxslərə inzibati tənbeh
tədbirləri tətbiq edirlər, cinayət
əlamətləri olan yoxlama materiallarını
hüquq-mühafizə orqanlarına göndərirlər;
istehlakçıların hüquqlarının
müdafiəsinə dair müvafiq məhkəmələr
qarşısında iddia qaldırırlar.
2. Azərbaycan
Respublikasında malların (işlərin, xidmətlərin)
sertifikatlaşdırılması üzrə milli orqan:
malların (işlərin, xidmətlərin)
sertifikatlaşdırılması qaydalarını
müəyyənləşdirir;
məcburi sertifikatlaşdırılmalı malların
(işlərin, xidmətlərin) nomenklaturunu
müəyyənləşdirir;
konkret mal (iş, xidmət) növlərinin
sertifikatlaşdırılması üzrə orqanları,
həmçinin müvafiq sınaqların aparılması
üçün sınaq laboratoriyalarını
(mərkəzlərini) akkreditasiya edir, digər hüquqi
şəxslərə akkreditasiyanı keçirmək
hüququnu həvalə edir;
malların (işlərin, xidmətlərin)
sertifikatlaşdırılmasının aparılmasının
düzgünlüyünə nəzarəti həyata
keçirir;
sertifikatlaşdırılmış malların
(işlərin, xidmətlərin), sertifikatlaşdırma
üzrə akkreditasiya olunmuş orqanların, sınaq
laboratoriyalarının (mərkəzlərinin) dövlət
reyestrini aparır;
xarici və beynəlxalq orqanların verdiyi
sertifikatların tanınması barədə qərar qəbul
edir;
malların (işlərin, xidmətlərin)
sertifikatlaşdırılması məsələləri
üzrə xarici ölkələrlə və beynəlxalq
təşkilatlarla qarşılıqlı
əlaqələrdə Azərbaycan Respublikasını
təmsil edir.
3. Malların
(işlərin, xidmətlərin) keyfiyyətinə və
təhlükəsizliyinə nəzarəti həyata
keçirən dövlət icra hakimiyyəti
orqanlarının bu sahədə fəaliyyətlərini
koordinasiya etmək standartlaşdırma və metrologiya
sahəsində fəaliyyət göstərən müvafiq
dövlət icra hakimiyyəti orqanına həvalə olunur.
[32] 12 iyul 2019-cu il tarixli 1663-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
16 avqust 2019-cu il, ¹ 177, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹8, maddə 1384)
ilə 19.2.3-cü
maddədə “müvafiq
standartların, texniki şərtlərin” sözləri “texniki normativ hüquqi aktların”
sözləri ilə əvəz edilmişdir.
[33] 17 fevral 2023-cü il tarixli 817-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel
2023-cü il, ¹ 73,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 4, maddə 455) ilə 19.2.5-ci maddədə “kütləvi
informasiya vasitələrində” sözləri “mediada” sözü ilə
əvəz edilmişdir.
[34] 30 sentyabr 2014-cü il tarixli 1037-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 09 noyabr 2014-cü il, ¹ 245,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹10, maddə 1157) ilə 19.2.6-cı
maddəsindən ikinci cümlə
çıxarılmışdır.
[35] 30 dekabr 2022-ci il tarixli 789-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral
2023-cü il, “Azərbaycan”
qəzeti, 21 fevral 2023-cü il, ¹ 39, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 210) ilə 19.2.7-ci maddədə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilmişdir.
[36] 5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 11, maddə 676) ilə 21-ci
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 21. İstehlakçıların
hüquqlarının müdafiəsini həyata
keçirən dövlət icra hakimiyyəti
orqanlarının vəzifəli şəxslərinin
vəzifə və məsuliyyətləri
İstehlakçıların hüquqlarının
müdafiəsini həyata keçirən dövlət icra
hakimiyyəti orqanlarının vəzifəli
şəxsləri Azərbaycan Respublikasının
qanunvericiliyini, həmçinin vətəndaşların,
müəssisələrin, idarələrin və
təşkilatların qanunla müdafiə olunan
hüquqlarını qorumalıdırlar.
Onlar öz səlahiyyətlərini yerinə
yetirərkən əldə olunmuş dövlət və
qanunla qorunan digər sirləri yaymamalıdırlar.
Vəzifəli şəxslər öz vəzifələrini
yerinə yetirmədikdə və ya lazımınca yerinə
yetirmədikdə, öz səlahiyyətlərini
aşdıqda qüvvədə olan qanunvericiliyə
əsasən məsuliyyətə cəlb olunurlar.
[37] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 2, maddə 57) ilə 25-ci maddə
çıxarılmışdır.
[38] 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə
684) ilə 27-ci
maddənin 1-ci bəndinin ikinci abzasında "İctimai birliklər
haqqında" Azərbaycan Respublikasının Qanunu"
sözləri "müvafiq
qanunvericilik" sözləri ilə əvəz
edilmişdir.
[39] 30 dekabr 2022-ci il tarixli 789-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral
2023-cü il, “Azərbaycan”
qəzeti, 21 fevral 2023-cü il, ¹ 39, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 210) ilə yeni məzmunda V fəsil əlavə edilmişdir.
[40] 16 dekabr 2024-cü il tarixli 105-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
27 yanvar 2025-ci il,
“Azərbaycan”
qəzeti, 29 yanvar 2025-ci il, ¹ 19, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 1, maddə 9) ilə yeni
məzmunda 29-1-ci maddə əlavə edilmişdir.
[41] 19 dekabr 2023-cü il tarixli 1056-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
2 fevral 2024-cü
il, “Azərbaycan” qəzeti, 4 fevral 2024-cü il, ¹ 24,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 2, maddə 132) ilə 30-cu maddə ləğv edilmişdir.