Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə Mərkəzi seçki komissiyasının tərkibi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Milli Məclisi «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq qərara alır:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə Mərkəzi seçki komissiyasının üzvü seçilsinlər:

Abbasquliyev Arif Cəmil oğlu

Abdullayev Fərhad Sahib oğlu

Burcayev Ramazan hacı oğlu

Qasımova Svetlana Çingiz qızı

Jidkova Tatyana Timofeyevna

Zeynalov Məmmədbağır Mustafa oğlu

Məmmədəliyev İsa Məcid oğlu

Məmmədli Əli Cəmil oğlu

Muradov Şahbaz Musa oğlu .

Rzayeva Zemfira Süleyman qızı

Səlimov Təvəkkül Qafar oğlu

Səfərov Nizami Abdulla oğlu

Xəndan Rəfiq Zəka Cəfər oğlu

Hüseynov Azər Qəmbər oğlu

2. Cəfər Cəbrayıl oğlu Vəliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə Mərkəzi seçki komissiyasının tərkibi təsdiq edilsin.

3. Azərbaycan Respublikasının xalq deputatları seçkiləri üzrə Mərkəzi seçki komissiyasının səlahiyyətinə xitam verilsin.

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri

R. QULİYEV.

 

Bakı şəhəri, 18 avqust 1995-ci.

№ 1084.