Normativ-hüquqi
aktlar haqqında[1]
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1.
Bu Qanunun vəzifəsi
Bu
Qanun Azərbaycan Respublikasının qanunlarının və
başqa normativ-hüquqi aktlarının hazırlanması,
dərci, qüvvəyə minməsi, izahı və bunlarla
əlaqədar müvafiq dövlət orqanlarının
qarşılıqlı fəaliyyət qaydalarını
müəyyən edir.
Maddə 2. Azərbaycan
Respublikasının normativ-hüquqi aktı
anlayışı
Azərbaycan
Respublikasının normativ-hüquqi aktı (bundan sonra normativ-hüquqi
akt) səlahiyyətli dövlət orqanı
tərəfindən qəbul edilmiş,
göstərişləri ümumi xarakter daşıyan və
hüquq normalarını müəyyən edən,
dəyişdirən və ya ləğv edən,
dəfələrlə tətbiq olunmaq üçün
nəzərdə tutulmuş rəsmi yazılı
sənədə deyilir.
Azərbaycan
Respublikasının normativ-hüquqi aktları
aşağıdakılardır:
—Azərbaycan
Respublikasının Konstitusiyası;
—Azərbaycan
Respublikasının qanunları;
—bu
maddənin birinci hissəsinin tələblərinə cavab
verən Azərbaycan Respublikası Ali Sovetinin qərarları,
Azərbaycan Respublikası Prezidentinin fərmanları,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarları, Azərbaycan Respublikası nazirliklərinin,
dövlət komitələrinin və başqa mərkəzi
icra hakimiyyəti orqanlarının aktları.
Maddə 3. Azərbaycan
Respublikası Konstitusiyasının və referendum yolu ilə
qəbul edilmiş aktların normativ-hüquqi aktlar
sistemində yeri
Azərbaycan
Respublikasının Konstitusiyası normativ-hüquqi aktlar
sistemində ali hüquqi qüvvəyə malikdir.
Referendum
yolu ilə qəbul edilmiş normativ-hüquqi aktlar başqa
normativ-hüquqi aktlara nisbətən daha yüksək
hüquqi qüvvəyə malikdir və bu cür aktlar
yalnız referendum yolu ilə ləğv edilə və ya dəyişdirilə
bilər.
Maddə 4. Normativ-hüquqi
aktlar qəbul etmək səlahiyyətinin hüquqi
əsası
Normativ-hüquqi
aktlar qəbul etmək səlahiyyəti olan orqanlar və bu
səlahiyyətin hüdudları Azərbaycan
Respublikasının Konstitusiyası və digər qanunları
ilə müəyyən edilir.
Maddə 5. Normativ-hüquqi
aktların daha yüksək hüquqi qüvvəsi olan
normativ-hüquqi aktlara uyğunluğu
Normativ-hüquqi
aktlar Azərbaycan Respublikasının Konstitusiyasına və
onlardan daha yüksək hüquqi qüvvəsi olan başqa
normativ-hüquqi aktlara uyğun olmalıdır.
Naxçıvan
Muxtar Respublikasının qanunları və digər
normativ-hüquqi aktları Azərbaycan Respublikasının
qanunlarına uyğun ol-malıdır.
Maddə 6. Normativ-hüquqi aktlar qəbul
etmək səlahiyyətinin aşağı orqanlara
verilməsi
Azərbaycan
Respublikasının normativ-hüquqi aktlar qəbul etmə
səlahiyyəti olan dövlət orqanları bu
səlahiyyətin bir hissəsini, qanunla başqa hal
nəzərdə tutulmazsa, aşağı dövlət
orqanlarına verə bilərlər.
Səlahiyyəti
vermə aktında verilən səlahiyyətin həcmi,
müddəti və səlahiyyəti alan orqan
göstərilməlidir.
Azərbaycan
Respublikasının Ali Soveti Azərbaycan Respublikasının
Konstitusiyasında müəyyən edilmiş müstəsna
səlahiyyətlərini başqa orqanlara verə bilməz.
Bu
maddənin birinci abzasında göstərilən qaydada
səlahiyyət almış orqan bu səlahiyyəti ayrı
orqana verə bilməz.
Verilmiş
səlahiyyətin həyata keçirilməsi
məqsədilə normativ-hüquqi akt qəbul edən orqan
həmin səlahiyyətin verilməsi haqqında
normativ-hüquqi akta istinad etməlidir.
Verilmiş
səlahiyyətin həyata keçirilməsi
məqsədilə normativ-hüquqi akt qəbul etmiş orqan
onu qəbul edildiyi andan etibarən 24. saat ərzində (qeyri-iş
günləri nəzərə alınmır)
səlahiyyəti verən orqana təqdim edir. Səlahiyyəti
vermiş orqan aktı ləğv edə və ya
dəyişdirə bilər.
Səlahiyyəti
vermə aktında başqa hal nəzərdə
tutulmamışdırsa, verilmiş səlahiyyəti həyata
keçirən orqan bununla bağlı məsrəfləri
özünün büdcə vəsaitləri həcmində
müəyyən etməlidir.
Maddə 7. Normativ-hüquqi aktlar
arasında ziddiyyət olduqda məhkəmələrin konkret
işlərə baxma qaydası
Azərbaycan
Respublikasının məhkəmə orqanları konkret
işlərin həlli ilə əlaqədar icra
orqanlarının normativ-hüquqi aktlarının
Azərbaycan Respublikasının Konstitusiyası və ya
qanunlarına zidd olduğunu müəyyən etdikdə
Azərbaycan Respublikasının Konstitusiyası və
qanunları əsasında, qanunlar arasında ziddiyyət
olduğunu müəyyən etdikdə isə zamanca daha sonra
qüvvəyə minmiş qanunlar əsasında qərar
qəbul edirlər.
Maddə 8. Normativ-hüquqi aktların
beynəlxalq hüquqi aktlara uyğunluğu
Normativ-hüquqi
aktların Azərbaycan Respublikasının iştirak etdiyi,
müəyyən edilmiş qaydada bağlanmış
beynəlxalq müqavilələr” və beynəlxalq
hüququn hamılıqla qəbul edilmiş normalarına
və prinsiplərinə zidd olduğu hallarda beynəlxalq
müqavilə və normalarda nəzərdə tutulan qaydalar tətbiq
olunur.
Maddə 9. Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin
bərpası elan edilənə qədər qüvvədə
olmuş aktların hüquqi qüvvəsi
Azərbaycan
Respublikasının dövlət müstəqilliyi elan
edilənədək qüvvədə olmuş, Azərbaycan
Respublikasının suverenliyinə və ərazi
bütövlüyünə zidd olmayan, milli dövlət
quruluşunun dəyişdirilməsinə
yönəldilməmiş aktların hamısı
Azərbaycan Respublikasında hüquqi qüvvəsini
saxlayır.
Azərbaycan
Respublikasının müvafiq qanunları qəbul
edilənədək siyahısı Azərbaycan
Respublikasının Ali Soveti tərəfindən
müəyyən edilmiş SSRİ qanunları Azərbaycan
Respublikası ərazisində hüquqi qüvvəsini
saxlayır.
Maddə 10. Normativ-hüquqi aktların
baxılması və təsdiqinin hüquqi əsasları
Azərbaycan
Respublikası qanunlarının, Azərbaycan Respublikası Ali
Soveti qərarlarının baxılması, qəbul
edilməsi və təsdiqi qaydası Azərbaycan Respublikası
Konstitusiyası, Azərbaycan Respublikası Ali Sovetinin reqlamenti
və bu Qanunla müəyyən edilir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi
aktlarının baxılması, qəbul edilməsi və
təsdiqi qaydası Azərbaycan Respublikası Prezidentinin
təsdiq etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin
reqlamenti ilə müəyyən edilir.
Azərbaycan
Respublikası nazirliklərinin, dövlət
komitələrinin və başqa mərkəzi icra
hakimiyyəti orqanlarının normativ-hüquqi
aktlarının baxılması, qəbul edilməsi və
təsdiqi qaydası bu orqanlar haqqında Azərbaycan
Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası
Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnamələrlə
müəyyən edilir.
Maddə 11. Normativ-hüquqi
aktların hazırlanması haqqında metodik
göstəriş və qaydalar
Bu
Qanun əsasında:
—Azərbaycan Respublikasının
Ali Soveti Azərbaycan Respublikası qanunlarının
hazırlanması qaydası haqqında Metodiki
göstərişləri;
—Azərbaycan
Respublikası Nazirlər Kabineti özünün, habelə
nazirliklərin, dövlət komitələrinin və başqa
mərkəzi icra hakimiyyəti orqanlarının
qərarlarının hazırlanması haqqında Qaydaları
qəbul edirlər.
II
f ə s i l
NORMATİV-HÜQUQİ
AKTLAR QƏBUL ETMƏK SƏLAHİYYƏTİ OLAN ORQANLAR
Maddə 12. Azərbaycan Respublikası
Konstitusiyasının qəbul edilməsi və ona
dəyişikliklər edilməsi
Azərbaycan
Respublikasının Konstitusiyası Azərbaycan Respublikası
Ali Sovetinin qərarı ilə respublikanın bütün
əhalisi arasında ümumxalq səsverməsi (referendum) keçirmək
yolu ilə qəbul edilir.
Azərbaycan
Respublikasının KonstituSiyasına dəyişikliklər
və əlavələr Azərbaycan Respublikasının
Konstitusiyasında nəzərdə tutulmuş qaydada edilir.
Maddə 13. Azərbaycan Respublikası Ali
Sovetinin qəbul etdiyi normativ-hüquqi aktlar
Azərbaycan
Respublikasının Ali Soveti qanun və qərarlar qəbul
edir.
Azərbaycan
Respublikasının qanunları ilə ümumdövlət
əhəmiyyətli ən vacib məsələlər
tənzimlənir:
—Azərbaycan
Respublikası vətəndaşlarının konstitusiya
hüquqlarının, azadlıqlarının həyata
keçirilməsi qaydası;
—Azərbaycan
Respublikası vətəndaşlığı
münasibətləri;
—Azərbaycan
Respublikasının dövlət təhlükəsizliyi
və müdafiəsi ilə bağlı
məsələlər;
—mülkiyyət
münasibətləri;
—xalq
təsərrüfatının, sosial-mədəni
quruculuğun idarə olunma-sının təşkili;
—büdcə
maliyyə sistemi, qiymətqoyma və vergiqoyma;
—əməyin
ödənilməsi;
—cinayət
məsuliyyəti və cinayət prosesi, məhkəmə
icraatı;
—siyasi
partiyaların, həmkarlar ittifaqlarının və ictimai
birliklərin yaranması və fəaliyyətinin əsas
şərtləri;
—kütləvi
informasiya vasitələrinin hüquqi statusu;
—ətraf
mühitin mühafizəsi ilə bağlı
məsələlər yalnız qanunla tənzimlənir.
Azərbaycan
Respublikasının Konstitusiyası ilə Azərbaycan
Respublikası Ali Sovetinin səlahiyyətinə aid edilmiş
digər məsələlər barəsində də qanunlar
qəbul edilə bilər.
Maddə 14. Azərbaycan Respublikası
Prezidentinin qəbul etdiyi aktlar
Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikasının
Konstitusiyası və qanunları əsasında və
onların icrası üçün fərmanlar, öz
aparatının işinin təşkili, həmçinin
ümumi xarakter daşımayan başqa təşkilati və
operativ məsələlərin həlli üçün
sərəncamlar verir.
Maddə 15. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi aktlar
Azərbaycan
Respublikasının Nazirlər Kabineti Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları,
Azərbaycan Respublikası Ali Sovetinin qərarları,
Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamları əsasında və bunların icrası
üçün qərarlar qəbul edir, operativ və
başqa cari, qeyri-normativ xarakterli məsələlərin həlli
üçün sərəncamlar verir.
Maddə 16. Azərbaycan
Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının qəbul etdiyi aktlar
Azərbaycan
Respublikasının nazirlikləri, dövlət
komitələri və başqa mərkəzi icra hakimiyyəti
orqanları Azərbaycan Respublikasının qanunları,
Azərbaycan Respublikası Ali Sovetinin qərarları,
Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamları, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamları əsasında
və onların icrası üçün öz
səlahiyyəti daxilində əmr və kollegiya
qərarı formasında normativ aktlar qəbul edirlər. Bu
orqanların qəbul etdikləri başqa adlı aktlar
(təlimat, əsasnamə, metodik göstərişlər
və s.) da müvafiq əmrlər və kollegiya
qərarları ilə təsdiqlənir.
Nazirlik,
dövlət komitələri və başqa mərkəzi icra
hakimiyyəti orqanlarının struktur bölmələrinin
normativ-hüquqi aktlar qəbul etmək hüquqları yoxdur.
Nazirlik,
dövlət komitələri və başqa mərkəzi icra
hakimiyyəti. orqanlarının qəbul etdikləri aktlarda
onların hansı aktın icrası üçün verildiyi
göstərilməlidir.
III f ə s i l
NORMATİV-HÜQUQİ AKTLARIN HAZIRLANMASI
PLANLARININ TƏSDİQİ
Maddə 17. Normativ-hüquqi aktların
layihələrinin hazırlanması planlarının
təsdiqi
Azərbaycan
Respublikası qanunları layihələrinin hazırlanması
planları Azərbaycan Respublikası Ali Sovetinin hüquq
siyasəti komissiyası tərəfindən digər
əlaqədar komissiyaların və Ali Sovetin Katibliyinin
iştirakı ilə hazırlanır. Azərbaycan
Respublikasının Ali Soveti və ya onun
tapşırığı ilə Azərbaycan Respublikası
Ali Sovetinin sədri tərəfindən təsdiq olunur.
Azərbaycan
Respublikası Prezidentinin qanunvericilik
təşəbbüsü qaydasında təqdim
edəcəyi qanun layihələrinin, ən vacib
fərmanlarının və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar layihələrinin
hazırlanması planları Azərbaycan Respublikasının
Prezidenti tərəfindən təsdiq edilir.
Azərbaycan
Respublikasının nazirlik, dövlət komitələri
və başqa mərkəzi icra hakimiyyəti orqanları
özlərinin hazırlayacaqları normativ-hüquqi
aktların layihələrinin hazırlanması haqqında
planları təsdiq edirlər.
Bu
planlara hazırlanması həmin mərkəzi icra
hakimiyyəti orqanına tapşırılmış və
yaxud özlərinin hazırlamaq niyyətində olduqları
aktların layihələri daxildir.
Maddə 18. Plan layihələri
hazırlanarkən nəzərə alınan təkliflər
Plan
layihələri hazırlanarkən Azərbaycan
Respublikasının əlaqədar
təşkilatlarının, Naxçıvan Muxtar
Respublikasının və başqa inzibati ərazi
vahidlərinin, xalq deputatlarının, elmi idarələrin
təklifləri, kütləvi informasiya
vasitələrində və əhalinin müraciətlərində
irəli sürülmüş təkliflər
nəzərə alınır.
Maddə 19. Plan layihələrinin
müddətləri
Normativ-hüquqi
aktlar üzrə cari planlar, bir qayda olaraq 1—3 il müddəti
üçün tərtib olunur.
Zəruri
hallarda 5 il və daha artıq müddət üçün
perspektiv planlar nəzərdə tutula bilər. Bu planlarda
qanunvericiliyin inkişaf istiqamətləri, kodifikasiya və ya
normativ sənədlərin başqa cür qaydaya
salınması üzrə iri tədbirlər
müəyyən olunur, normativ aktların
sistemləşdirilmiş və yaxud yeniləşdirilmiş
nəşrlərinin hazırlanması nəzərdə
tutulur. Perspektiv planlar cari planlarda konkretləşdirilir və
nəzərə alınır.
Maddə 20. Plandankənar
layihələrin hazırlanması
Normativ-hüquqi
aktların layihələrinin hazırlanması planları
ən vacib və iri həcmli aktların
hazırlanmasını nəzərdə tutur və yuxarı
orqanların tapşırığı, habelə başqa
zəruri hallarda plandan-kənar layihələrin
hazırlanmasını istisna etmir.
IV f ə s i l
NORMATİV-HÜQUQİ AKTLARIN
LAYİHƏLƏRİNİN HAZIRLANMASI
Maddə 21. Layihə hazırlamaq
üçün komissiyaların yaradılması
Layihə
hazırlayan orqan, bir qayda olaraq, layihəni hazırlamaq
üçün həmin orqanın
işçilərindən, mütəxəssis və
alimlərdən ibarət komissiya yaradır.
Layihələrin
hazırlanması işinə elmi idarələrin,
marağı olan dövlət və qeyri-dövlət
təşkilatlarının nümayəndələri cəlb
edilirlər.
Layihələrin
hazırlanmasında layihələri tərtib edən orqan
və təşkilatların hüquq bölmələrinin
iştirakı zəruridir.
Maddə 22. Layihələrin
hazırlanması və ya sifariş edilməsi
Normativ-hüquqi
aktın ilkin layihəsinin, o cümlədən alternativ
layihələrin hazırlanması dövlət orqanlarına
və təşkilatlarına, elmi idarələrə,
qeyri-dövlət təşkilatlarına, ayrı-ayrı alim
və mütəxəssislərə və ya onların
kollektivlərinə tapşırıla, yaxud müqavilə
ilə sifariş verilə, habelə ən yaxşı
layihə üçün müsabiqə elan edilə
bilər.
Maddə 23. Dövlət
orqanlarının və inzibati-ərazi vahidləri
nümayəndələrinin layihələrin
hazırlanmasına cəlb edilməsi
Naxçıvan
Muxtar Respublikasının və inzibati-ərazi vahidlərinin
səlahiyyəti və mənafeyi ilə bağlı
layihələr hazırlanarkən onların müvafiq
orqanları bu işə cəlb olunurlar.
İqtisadiyyatın,
dövlət idarəçiliyinin ayrı-ayrı
sahələri üzrə layihələrin
hazırlanmasına bu sahələrin inkişafı və
vəziyyəti üçün cavabdeh olan nazirliklər,
dövlət komitələri və başqa mərkəzi icra
hakimiyyəti orqanları cəlb olunurlar.
Maddə 24. Layihələrin rəy
üçün Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyinə göndərilməsi
Azərbaycan
Respublikası qanunlarının layihələri, Azərbaycan
Respublikası Prezidentinin normativ xarakterli
fərmanlarının layihələri, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ xarakterli
qərarlarının layihələri rəy üçün
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə
göndərilir.
Maddə 25. Layihələrin
yayılması
Azərbaycan
Respublikası qanunlarının layihələri kütləvi
informasiya vasitələri ilə və başqa üsullarla
əhalinin nəzərinə çatdırıla bilər.
Maddə 26. Layihələrin ümumxalq
müzakirəsinə verilməsi
Azərbaycan
Respublikasının Ali Soveti öz təşəbbüsü
və ya Naxçıvan Muxtar Respublikası Ali Sovetinin
təşəbbüsü ilə qəbul etdiyi qərarla
Azərbaycan Respublikasının qanun layihələrini
ümumxalq müzakirəsinə verə bilər.
Maddə 27. Əsas və
konkretləşdirici layihələrə eyni vaxtda
baxılması
Əsas
normativ-hüquqi aktın və onun müddəalarını
inkişaf etdirən və ya konkretləşdirən başqa
aktların layihələri eyni vaxtda hazırlanır və
baxılır, bu mümkün deyilsə əsas
layihədə və ya onun qüvvəyə minməsi
barədə aktın layihəsində bu cür aktların
hazırlanması və qəbul edilməsi
tapşırığı nəzərdə tutulur.
Maddə 28. Layihəyə əlavə
edilən sənədlər
Normativ-hüquqi
aktların layihələri onların işlənib
hazırlanması zərurətini əsaslandırmaqla,
gələcək aktların məqsədlərini, əsas
müddəalarının və qüvvədə olan
qanunvericilik sistemində onların yerinin, onların
tətbiqindən gözlənilən sosial-iqtisadi və başqa
nəticələrin geniş xarakteristikası, habelə bu
layihələrin qəbul edilməsiylə qüvvədə
olan qanunvericiliyə dəyişikliyi nəzərdə tutan
aktın layihəsi ilə birlikdə baxılmaq və
təsdiq üçün təqdim edilir. həm də
layihələrin hazırlanmasında iştirak etmiş və
layihə barədə razılığı
alınmış kollektivlər və şəxslər, ortaya
çıxan ixtilaflar və onlar barədə motivli rəy
göstərilir. həyata keçirilməsi əlavə maddi
və başqa məsrəflər tələb edən
layihə təqdim edilərkən onun maliyyə-iqtisadi
əsasları da əlavə olunur.
Maddə 29. Normativ-hüquqi aktların
rekvizitləri
Normativ-hüquqi
aktın aşağıdakı rekvizitləri olmalıdır:
—aktın
formasının adı: qanun, Azərbaycan Respublikası Ali
Sovetinin qərarı, Azərbaycan Respublikası Prezidentinin
fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarı, nazirin əmri və s.
—tənzimləmə
predmetini əks etdirən ad (başlıq)
—aktın
tarixi və qəbul edildiyi yer
—müvafiq
normativ-hüquqi aktı imzalamaq səlahiyyəti olan
şəxsin imzası.
Maddə 30. Normativ-hüquqi aktın
rəsmi mətninin təsdiqi
Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikasının
qanununun və Azərbaycan Respublikası Prezidentinin
fərmanının, Azərbaycan Respublikası Ali Sovetinin
sədri Azərbaycan Respublikası Ali Sovetinin
qərarının, Azərbaycan Respublikasının Baş
naziri Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarının rəsmi mətnlərini, digər
normativ-hüquqi aktların rəsmi mətnlərini isə
onları qəbul etmiş orqanın rəhbəri təsdiq
edir.
Maddə 31. Normativ-hüquqi aktın dili
Aktın
mətni sadə, ədəbi dildə verilməlidir.
Köhnəlmiş, çoxmənalı söz və
ifadələrdən, obrazlı sözlərdən, epitet
və metaforalardan istifadə edilməsinə yol verilmir.
Maddə 32. Normativ-hüquqi aktda
məsuliyyət tədbirlərinin nəzərdə
tutulması
Dövlət
orqanları, müəssisə və təşkilatların,
vəzifəli şəxslərin və
vətəndaşların vəzifələrini
nəzərdə tutan aktlarda, onların pozulmasına
görə qüvvədə olan qanunvericilikdə məsuliyyət
nəzərdə tutulmamışdırsa bu cür
tədbirlər göstərilməlidir.
Maddə 33. Yeni normativ-hüquqi aktın
qəbul edilməsi ilə əlaqədar qüvvədə
olan aktların öz qüvvəsini itirməsi və ya onlara
dəyişikliklər və əlavələr edilməsi
Yeni
aktın qəbul edilməsi ilə yeni normativ
göstəricilərə zidd olan və ya yeni aktla tam
əhatə olunan, yaxud formal olaraq qüvvədən
düşməmiş, lakin faktik əhəmiyyətini
itirən əvvəllər qəbul edilmiş bütün
aktlar, yaxud onun hissələri bu Qanunla müəyyən
edilmiş qayda-da qüvvəsini itirmiş hesab olunur.
Yeni
normativ-hüquqi aktın qəbul edilməsi ilə
əlaqədar olaraq zəruri hallarda qüvvədə olan
normativ-hüquqi aktlara onları qəbul etmiş orqan
tərəfindən müvafiq dəyişikliklər və
əlavələr edilir.
Maddə 34. Normayaradıcı orqanın
ləğvi və ya yenidən təşkili hallarında onun
aktlarının qüvvədən düşməsi,
yayılması, onlara dəyişiklik və əlavələr
edilməsi
Normayaradıcı
orqanın ləğvi və ya yenidən təşkili
zamanı onun aktlarının qüvvədən
düşmüş hesab edilməsi, onların
yayılması, onlara dəyişiklik və əlavələr
edilməsi məsələləri həmin orqanın
hüquqi varisi və yaxud yuxarı orqan tərəfindən
həll edilir.
V f
ə s i l
NORMATİV-HÜQUQİ AKTLARIN
MÜSTƏQİL ELMİ EKSPERTİZASI
Maddə 35. Layihələrin elmi
ekspertizası və onun məqsədi
Baxılmaq
və təsdiq olunmaq üçün təqdim edilmiş
normativ-hüquqi akt layihəsinin keyfiyyətinin
qiymətləndirilməsi üçün müstəqil elmi
(hüquqi, iqtisadi, maliyyə, texniki, ekoloji və s.) ekspertiza
keçirilir.
Elmi
ekspertizanın əsas məqsədi:
—hazırlanan
layihələrin yüksək keyfiyyətinin,
əsaslılığının, qanuniliyinin və
aktuallığının təmin edilməsi;
—qəbul
edilən normativ-hüquqi aktların elmi əsaslandırılmış
sisteminin yaradılması;
—qəbul
edilən aktların mümkün neqativ, sosial, iqtisadi,
hüquqi, ekoloji və digər nəticələrinin
aşkarlanmasıdır.
Maddə 36. Mütləq hüquqi
ekspertiza
Dövlət
büdcəsi, vətəndaşların konstitusiya hüquq,
azadlıq və vəzifələrinin təminatı,
dövlət orqanları, siyasi partiyalar, ictimai birliklər
və həmkarlar ittifaqları, vergi sistemi və ekologiya
məsələləri ilə bağlı bütün
normativ-hüquqi aktlar hüquqi ekspertizadan
keçirilməlidir.
Maddə 37. Layihəni ekspertizaya
göndərmək səlahiyyəti
Normativ-hüquqi
aktın layihəsi onu qəbul etmək səlahiyyəti olan
orqanın rəhbərliyinin qərarı ilə elmi
ekspertizaya göndərilir.
Azərbaycan
Respublikası Ali Sovetinə baxılmaq üçün
verilmiş qanunun və ya başqa normativ-hüquqi aktın
layihəsi elmi ekspertizaya Azərbaycan Respublikası Ali Soveti
sədrinin, yaxud daimi komissiyanın qərarı ilə
göndərilir.
Zəruri
hallarda daimi komissiyaların və ya azı 10
nəfərdən ibarət xalq deputatının təklifi
ilə layihə təkrar ekspertizaya verilə bilər.
Maddə 38. Ekspertlərin hüquqları
Qanunun
və ya Azərbaycan Respublikasının Ali Sovetinə
baxılmaq üçün verilmiş başqa
normativ-hüquqi aktın layihəsinin ekspertizasında
iştirak edən şəxslərin:
—Azərbaycan
Respublikası Ali Sovetinin Katibliyində, nazirlik, dövlət
komitəsi və başqa dövlət orqanlarındakı
layihənin hazırlanması ilə bağlı material və
sənədlərlə, o cümlədən
razılaşdırma və ümumxalq müzakirəsi
zamanı alınmış təklif, rəy, irad və
başqa materiallarla tanış olmaq;
—müvafiq
layihə müzakirə edilərkən, normativ-hüquqi
aktı qəbul etmək hüququ olan kollegial orqanların
işində iştirak etmək hüquqları var.
Maddə 39. Ekspertlərin
müstəqilliyi
Ekspertlər
normativ-hüquqi aktı qiymətləndirərkən
müstəqildirlər və ekspertiza keçirmə
tapşırığı verən orqandan asılı
deyillər.
Maddə 40. Ekspert rəyinə
baxılması
Qanunun
və ya Azərbaycan Respublikasının Ali Sovetinə
baxılmaq üçün təqdim edilmiş başqa
normativ-hüquqi aktın layihəsi barədə
ekspertlərin rəyinə layihə Azərbaycan
Respublikasının Ali Sovetində müzakirə
edilməmişdən qabaq daimi komissiyaların iclasında
baxılır.
Azərbaycan
Respublikasının Ali Sovetinə təqdim edilmiş və
ekspertizaya göndərilmiş qanunun və ya başqa
normativ-hüquqi aktın layihəsi Azərbaycan
Respublikasının Ali Sovetində yalnız ekspert rəyi
verildikdən sonra müzakirə edilir.
VI
f ə s i l
NORMATİV-HÜQUQİ
AKTLARIN DƏRCİ VƏ BAŞQA FORMADA YAYILMASI
Maddə 41. Normativ-hüquqi aktların
dərci
Özündə
dövlət və xidmət sirrlərini əks etdirən
normativ-hüquqi aktlar istisna olmaqla, bütün
normativ-hüquqi aktlar yalnız rəsmi dərc olunduqdan sonra
qüvvəyə minir.
Özündə
dövlət və xidmət sirrlərini əks etdirən
normativ-hüquqi aktların yayılması və
qüvvəyə minməsi qaydası həmin aktlarla
müəyyənləşdirilir.
Rəsmi
dərc olunmamış qanun əsasında heç kim
məhkum edilə və cəzalandırıla bilməz.
Rəsmi
qaydada dərc olunmuş normativ-hüquqi aktlar
qüvvəyə mindikdən sonra, onların hər hansı
orqan tərəfindən yerlərə göndərilmə
faktından asılı olmayaraq, bütün dövlət
orqanları və vəzifəli şəxslər
tərəfindən tətbiq və icra olunmalıdır.
Maddə 42. Normativ-hüquqi aktın
icraçılarının vəzifələri
Normativ-hüquqi aktın
icrası üçün məsul olan orqan və
vəzifəli şəxslər:
—icraçıları
aktla tanış etməli. (zəruri hallarda iltizamnamə
ilə);
—zəruri
hallarda aktların surətləri, onlardan çıxarışlarla
icraçıları təmin etməli, aktları
görünən yerlərdə asmalı, aktın
qüvvəsi şamil edilən təşkilat, orqan və
şəxslərin nəzərinə çatdırmaq
üçün zəruri tədbirlər
görməlidirlər.
Maddə 43. Azərbaycan Respublikası Ali
Soveti və Azərbaycan Respublikası Prezidentinin
aktlarının dərc olunması
Azərbaycan
Respublikasının qanunları, Azərbaycan Respublikası Ali
Sovetinin qərarları, Azərbaycan Respublikası Prezidentinin
fərmanları və sərəncamları rəsmi nəşrlər
sayılan “Azərbaycan” qəzetində və “Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı”nda dərc olunur. Onlar
həmçinin istənilən kütləvi informasiya
vasitələri və nəşriyyatlar tərəfindən
dərc oluna bilərlər.
Maddə 44. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ xarakterli qərarlarının
dərci
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ xarakterli
qərarları rəsmi nəşr sayılan “Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarları
məcmuəsi”ndə və “Respublika” qəzetində dərc
olunur, zəruri hallarda onların dərhal və geniş
yayımının təmini üçün digər
kütləvi informasiya vasitələrinin köməyi ilə
elan olunur.
Maddə 45. Mərkəzi icra
hakimiyyəti orqanlarının normativ aktlarının dərc
olunması
Azərbaycan
Respublikası nazirliklərinin, dövlət
komitələrinin və başqa mərkəzi icra
hakimiyyəti orqanlarının normativ-hüquqi aktları
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
tərəfindən. rəsmi nəşr olunan “Azərbaycan
Respublikası nazirliklərinin, dövlət komitələrinin
və başqa mərkəzi icra hakimiyyəti
orqanlarının normativ aktlarının bülleteni”ndə
dərc olunur.
VII
fəsil
NORMATİV-HÜQUQİ AKTLARIN ZAMAN,
MƏKAN VƏ SUBYEKTLƏRƏ
GÖRƏ QÜVVƏSİ
Maddə 46. Azərbaycan
Respublikası qanunlarının, Azərbaycan Respublikası
Prezidentinin fərmanlarının və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarlarının
qüvvəyə minməsi müddəti
Azərbaycan
Respublikası qanunları, Azərbaycan Respublikası
Prezidentinin fərmanları və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarları, onların
özündə və ya onların qüvvəyə
minməsi haqqında aktda ayrı müddət nəzərdə
tutulmamışdırsa, bu Qanunun 41-ci maddəsində
nəzərdə tutulan hallar istisna olunmaqla, rəsmi dərc
edildikdən on gün sonra qüvvəyə minir. Aktın
dərc edildiyi gün göstərilən müddətə
daxil olmur.
Maddə 47. Mərkəzi icra
hakimiyyəti orqanlarının aktlarının
qüvvəyə minməsi müddəti
Nazirlik,
dövlət komitələri və başqa mərkəzi icra
hakimiyyəti orqanlarının normativ-hüquqi aktları
müəyyən edilmiş qaydada dövlət
qeydiyyatından keçdikdən və bu Qanunun 41-ci
maddəsində nəzərdə tutulan hallar istisna olunmaqla,
dərc olunduqdan sonra, onların özlərində ayrı
müddət nəzərdə tutulmamışdırsa on
gün sonra qüvvəyə minir.
Maddə 48. Məsuliyyət
müəyyən edən aktların qüvvəyə
minməsi
Əvvəllər
məsuliyyətə səbəb olmayan hərəkətə
görə məsuliyyət müəyyən edən və ya
eyni hərəkətə görə əvvəlkinə
nisbətən daha ciddi məsuliyyət, nəzərdə
tutan aktların geriyə qüvvəsi yoxdur və onlar
dərc olunduğu kündən azı on gün sonra
qüvvəyə minir.
Maddə 49. Normativ-hüquqi aktın
qüvvədə olma müddəti
Normativ-hüquqi
aktın özündə ayrı hal nəzərdə
tutulmamışdırsa o müddətsiz qüvvədə
olur.
Akt
bütövlükdə, yaxud onun bir hissəsi
müvəqqəti qüvvədə ola bilər. Bu halda aktda
onun və ya onun müvafiq hissəsinin qüvvədə olma
müddəti göstərilir. Göstərilən
müddət qurtaran kimi akt, yaxud onun müvafiq hissəsi
əlavə elan olmadan qüvvədən düşür.
Göstərilən müddət qurtaranadək aktı
qəbul etmiş orqan aktın qüvvədə olma müddətinin
artırılması və ya ona müddətsiz xarakter
verilməsi haqqında qərar qəbul edə bilər.
Maddə 50. Normativ-hüquqi aktın
öz qüvvəsini itirməsi
Normativ-hüquqi
akt aşağıdakı hallarda öz qüvvəsini itirir:
1) müvəqqəti
aktın müəyyən etdiyi müddət başa
çatdıqda;
2) məzmunu
əvvəllər qəbul edilmiş aktlara zidd olan yeni
aktın qəbul edilməsi, müəyyən edilmiş
qaydada beynəlxalq müqavilənin bağlanması.
Normativ-hüquqi
akt onu qəbul etmiş orqanın aktı ilə və ya bunun
üçün qanunvericiliklə müvəkkil edilmiş
yuxarı orqanın aktı ilə
qüvvədən düşmüş hesab edilir.
Maddə 51. Normativ-hüquqi aktların
məkana və subyektlərə görə qüvvəsi
Normativ-hüquqi
aktlar müvafiq olaraq, Azərbaycan Respublikasının
bütün ərazisində və ya inzibati-ərazi vahidinin
ərazisində qüvvədə olur.
Normativ-hüquqi
aktların qüvvəsi qanunla müəyyən edilmiş
hallar istisna olmaqla Azərbaycan Respublikasının
vətəndaşlarına, Azərbaycan Respublikasının
ərazisində olan xarici vətəndaşlara və
vətəndaşlığı olmayan
şəxslərə, habelə konkret şəxslərə,
orqanlara və təşkilatlara tətbiq edilə bilər.
VIII
fəsil
NORMATİV-HÜQUQİ AKTLARIN İZAHI
Maddə 52. Normativ-hüquqi aktların
izahını zəruri edən hallar
Normativ-hüquqi
aktın məzmununun müəyyən edilməsinə,
məna və məqsədlərinin, qanunvericinin istifadə
etdiyi istilahların aydınlaşdırılmasına onun izahı
deyilir.
Rəsmi
izah buna səlahiyyəti olan orqanlar tərəfindən
verilə bilər.
Maddə 53. Azərbaycan Respublikası
Konstitusiyasının və qanunlarının rəsmi
izahının verilməsi
Azərbaycan
Respublikası Konstitusiyasının 104-cü maddəsinə
uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının
və Azərbaycan Respublikasının qanunlarının
rəsmi izahını Azərbaycan Respublikasının Ali
Soveti verir.
Maddə 54. Azərbaycan Respublikası
Prezidentinin fərmanlarının və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarlarının
rəsmi izahı
Azərbaycan
Respublikasının Prezidenti fərmanlarını özü
rəsmi izah edə bilər, yaxud bu səlahiyyəti
Azərbaycan Respublikasının, Nazirlər Kabinetinə
verə bilər.
Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərarlarını
özü rəsmi izah edə bilər, yaxud bu
səlahiyyəti başqa mərkəzi icra hakimiyyəti
orqanlarına verə bilər.
Maddə 55. Azərbaycan
Respublikası Ali Məhkəməsi və Azərbaycan
Respublikası Ali Arbitraj Məhkəməsi Plenumlarının
izah barədə təqdimatlar verməsi
Zəruri
hallarda Azərbaycan Respublikası Ali Məhkəməsinin
və Azərbaycan Respublikası Ali Arbitraj
Məhkəməsinin Plenumları normativ-hüquqi aktları
qəbul etmiş orqana onların qəbul etdikləri
aktların izahının verilməsi haqqında təqdimat,
habelə öz səlahiyyəti dairəsində Azərbaycan
Respublikası qanunvericiliyinin tətbiqi
məsələlərinə dair məhkəmə təfsiri
qaydasında izahatlar verir.
Maddə 56. İzahetmə zamanı akta
dəyişikliklər olunmasının və
konkretləşdirici normaların əlavə edilməsinin
yolverilməzliyi
Normativ-hüquqi
akt izah edilərkən ona dəyişikliklər
edilməsinə, konkretləşdirici normalar əlavə
olunmasına yol verilmir. Genişləndirici və yaxud
məhdudlaşdırıcı təfsirə yalnız
normativ-hüquqi aktın mətni və mənası
arasında açıq-aşkar fərq olanda yol verilir.
IX
f ə s i l
NORMATİV-HÜQUQİ AKTLARIN
SİSTEMLƏŞDİRİLMƏSİ VƏ UÇOTU
Maddə 57. Normativ-hüquqi aktların
məcmuə və topluları
Normativ-hüquqi
aktların məcmuə və topluları həmin aktları
qəbul edən orqanlar, yaxud onların
tapşırığı ilə başqa orqanlar
tərəfindən dərc olunur.
Maddə 58. Azərbaycan
Respublikasının qanunlar toplusu
Azərbaycan
Respublikasının bütün qanunları, Azərbaycan
Respublikası Prezidentinin normativ xarakterli fərmanları
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarları Azərbaycan Respublikasının qanunlar
toplusuna daxil olur.
Azərbaycan
Respublikasının qanunlar toplusu Azərbaycan Respublikası
Ali Sovetinin, Prezidentinin və Nazirlər Kabinetinin rəsmi
nəşridir.
Maddə 59. Azərbaycan
Respublikasının mərkəzi icra hakimiyyəti
orqanlarının normativ-hüquqi aktlar topluları
Azərbaycan
Respublikasının nazirlikləri, dövlət
komitələri, digər mərkəzi icra hakimiyyəti
orqanları qəbul etdikləri normativ-hüquqi aktların
toplularını dərc edir, onları kontrol vəziyyətində
saxlayır.
Maddə 60. Normativ-Hüquqi aktların
dövlət uçotu və dövlət qeydiyyatı
Azərbaycan
Respublikasının bütün normativ-hüquqi aktları
dövlət uçotuna alınmaq üçün,
Azərbaycan Respublikası nazirliklərinin, dövlət
komitələrinin və başqa mərkəzi icra
hakimiyyəti orqanlarının normativ-hüquqi aktları
isə həmçinin dövlət qeydiyyatı
üçün Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyinə göndərilir.
Azərbaycan
Respublikasının normativ-hüquqi aktlarının
dövlət uçotu və qeydiyyatı qaydası
Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyənləşdirilir.
X f
ə s i l
SON MÜDDƏALAR
Maddə 61. Normativ-hüquqi aktların
hazırlanmasının, nəşrinin və
qeydiyyatının maliyyələşdirilməsi
Normativ-hüquqi
aktların müqavilə və ya sifarişlə
hazırlanması, ən yaxşı layihə
üçün müsabiqə keçirilməsi, onların
ekspertizası, nəşri, sair üsulla yayılması,
habelə dövlət qeydiyyatı, ilə əlaqədar
xərclər respublika büdcəsi hesabına
ödənilir.
Azərbaycan Respublikasının
Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 6
sentyabr 1994-cü il.
¹
878.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
26 noyabr
1999-ci il tarixli 761-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə 9)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 26 noyabr 1999-ci il tarixli 761-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə 9) ilə
ləğv edilmişdir.