Qobustan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təqdimatına baxaraq qərara alır:

Qobustan rayonunun Yekəxana kəndi Bədəlli kənd inzibati ərazi vahidindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Yekəxana kənd inzibati ərazi vahidi yaradılsın.

Bədəlli kənd inzibati ərazi vahidinin Təsi kəndi Yekəxana kənd inzibati ərazi vahidi tərkibinə verilsin.

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri

R. QULİYEV.

 

Bakı şəhəri, 31 mart 1995-ci il.

№ 1008.