“Aqrar islahatın əsasları haqqında” və “Kolxoz və sovxozların islahatı haqqında” Azərbaycan Respublikasının qanun layihələri ilə əlaqədar 1994-cü il dekabrın 23-də keçirilmiş respublika müşavirəsinin yekunları barəsində

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. 1994-cü il dekabrın 23-də keçirilmiş respublika müşavirəsində irəli sürülmüş təkliflər, mülahizələr və tənqidi qeydlərlə əlaqədar “Aqrar islahatın əsasları haqqında” və “Kolxoz və sovxozların islahatı haqqında” Azərbaycan Respublikasının qanun layihələrinin işlənilməsi üzrə aşağıdakı tərkibdə komissiya yaradılsın:

Komissiyanın sədri:

Arif Rəhimzadə — Azərbaycan Respublikası Ali Soveti sədrinin «birinci müavini

Komissiyanın üzvləri:

Abbas Abbasov — Baş nazirin birinci müavini

Vahid Axundov — iqtisadi siyasət üzrə Dövlət müşaviri

İrşad Əliyev — kənd təsərrüfatı naziri

Mürvət Əliyev — Milli Məclisin üzvü

Eldar İbrahimov — Milli Məclisin üzvü :

Yusif Hümbətov — Prezident aparatının şöbə müdiri

Ramiz Mehdiyev — Prezident aparatının şöbə müdiri

Şahin Əliyev — Prezident aparatının şöbə müdiri

Səfa Mirzəyev — Ali Sovetin Katibliyinin baş katibi

Vahid Novruzov — Ali Sovetin şöbə müdiri

Məmməd Abbasov — Naxçıvan MR Baş nazirinin birinci müavini

Əli Babayev —Biləsuvar rayonu İcra hakimiyyətinin başçısı ,

Rəfael Məcidov — Zaqatala rayonu İcra hakimiyyətinin başçısı

Rafiq Niftəliyev — Xaçmaz rayonu İcra hakimiyyətinin başçısı

Bəfadar Muradov — Xızı rayonu İcra hakimiyyətinin başçısı

Tərlan Musayeva — Bərdə Rayon Xalq Deputatları Sovetinin «sədri

Fərhad Əsgərov — Şamaxı Rayon Xalq Deputatları Sovetinin sədri .

İbrahim Məmmədov — iqtisadiyyat nazirinin müavini

Eldar Qəhrəmanov — Dövlət Statistika Komitəsi sədrinin birinci müavini

Aydın Məmmədov — Kənd Təsərrüfatı Akademiyasının kafedra müdiri

Əlibala Səlimov — Neftçala rayonundakı Etibar Əsgərov adına kolxozun sədri, respublika Kolxozlar Şurasının sədri

Əhməd Ağayev — Cəlilabad rayonu “1 May” sovxozunun direktoru

Sərdar Zamanov — Salyan rayon pambıqtəmizləmə zavodunun direktoru    

Binyam Zalov — Qusar rayonundakı “Zalovlar” fermer təsərrüfatının başçısı

Sevil Məhərrəmova — İmişli rayonundakı Əzizbəyov adına kolxozun icarədar pambıqçısı

Nikolay Dubrovin — İsmayıllı rayonundakı Kalinin adaşa kolxozun traktorçular briqadiri

Firudin Abbasov— Masallı rayonundakı fermer təsərrüfatının başçısı

2.    Komİssiyaya tapşırılsın ki, bir həftə müddətində bütün təklifləri, mülahizələri və tənqidi qeydləri təhlil etsin və onlardan istifadə edərək “Aqrar islahatın əsasları haqqında” və “Kolxoz və sovxozların islahatı haqqında” Azərbaycan Respublikasının qanun layihələrini işləyib Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.                                                                           

3.    Komissiyaya tapşırılsın ki, Zaqatala və Xızı rayonlarında aqrar islahatların aparılmasına dair hazırlanmış Proqramların həyata keçirilməsi barədə təklifləri Azərbaycan Respublikasına Prezidentinə təqdim etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

 

Bakı şəhəri, 25 dekabr 1994-cü il.

¹ 139.