Məzuniyyətlər
haqqında [1]
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan
Respublikası vətəndaşlarının konstitusiya
hüququ olan istirahət hüququnun qanunvericiliklə təmin
edilməsi məqsədi ilə bu Qanun işçilərin
normal istirahəti, əmək qabiliyyətinin
möhkəmləndirilməsi, sağlamlığının
mühafizəsi və bərpası, uşaqlarının tərbiyəsi
və fizioloji tələbatının təmin edilməsi,
həmçinin vətəndaşların təhsil
hüququnun həyata keçirilməsi üçün
məzuniyyətlərdən istifadə hüququnu və
qaydasını tənzimləyir.
Qanun Beynəlxalq
Əmək Təşkilatının Konvensiyalarına
uyğun olaraq, bütün növ Məzuniyyətlərin
minimum müddətlərini müəyyən etməklə
yanaşı, kollektiv müqavilələrin (sazişlərin)
və ya əmək müqavilələrinin (bağlaşmalarının)
şərtlərinə əsasən işverənlərə
həmkarlar ittifaqları və ya əmək, sosial, iqtisadi
hüquqlarının müdafiəsi üçün işçilərin
birləşdikləri digər nümayəndəli
təşkilat (bundan sonra “həmkarlar ittifaqı” adlanacaq)
ilə birlikdə işçilərin məzuniyyət
hüquqlarını qanunvericilikdə nəzərdə
tutulan. müddəalara nisbətən genişləndirmək
səlahiyyətlərini təsbit edir.
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
Maddə 1.
Vətəndaşların məzuniyyət hüququ
Mülkiyyət
formasından, təsərrüfatçılıq və
təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq,
bütün idarələrdə,
müəssisələrdə, təşkilatlarda (bundan sonra
“müəssisələr” adlanacaq) işverənlərlə
əmək münasibətlərində olan
işçilər vəzifəsindən, iş rejimindən,
əmək şəraitindən və əmək
müqaviləsinin (bağlaşmasının) müddətindən
asılı olmayaraq, bu Qanunla müəyyən edilmiş
məzuniyyətlərdən istifadə etmək hüququna
malikdirlər.
Əmək
müqaviləsində (bağlaşmada) başqa hal
nəzərdə tutulmayıbsa, Azərbaycan
Respublikasının müəssisələrində
işverənlərlə əmək
münasibətlərində olan əcnəbi vətəndaşlar
və vətəndaşlığı olmayan
şəxslər də məzuniyyət hüququna
malikdirlər.
Qanunvericiliklə
müəyyənləşdirilən hallar istisna olmaqla,
işçilərin məzuniyyət hüququnu
məhdudlaşdırmaq qadağan edilir.
İşçilərin
məzuniyyət hüququnu məhdudlaşdırmağa
yönəldilən əmək müqavilələrinin
(bağlaşmalarının) şərtləri etibarsız sayılır.
Maddə 2. Məzuniyyət hüququndan
istifadə edən işçilərin hüquqi təminatları
Məzuniyyətdə
olduğu müddət ərzində işçinin iş
yeri, vəzifəsi, habelə qanunda nəzərdə tutulan
hallarda orta aylıq əmək haqqı saxlanılır. Həmin
müddət işçinin əmək stajına
(həmçinin ixtisası üzrə) daxil edilir.
Kollektiv
müqavilələrdə (sazişlərdə)
məzuniyyətdə olan işçilər üçün
əlavə maddi, sosial-məişət
təminatlarının verilməsi nəzərdə tutula
bilər.
Müəssisənin
tamamilə ləğv edilməsi halları istisna olmaqla,
işverənin təşəbbüsü ilə
məzuniyyətdə olan işçinin işdən
çıxarılmasına və ya intizam
məsuliyyətinə cəlb edilməsinə yol verilmir.
Maddə 3. Məzuniyyətin növləri
İşçilərin
Məzuniyyət hüququ aşağıdakı
məzuniyyət növləri ilə təmin edilir:
əsas və əlavə
məzuniyyətlərdən ibarət olan əmək
məzuniyyətləri;
anaların və
uşaqların mühafizəsi üçün, habelə
təhsil və yaradıcılıqla əlaqədar sosial
məzuniyyətlər;
ödənişsiz
məzuniyyətlər.
Maddə 4.
İşçilərin ayrı-ayrı kateqoriyalarının
məzuniyyət hüququnun tənzimlənməsi
Bu Qanun kolxozların,
kəndli və fermer təsərrüfatlarının,
kooperativlərin, habelə yaradıcılıq
ittifaqlarının üzvlərinə, onlar qanunvericiliklə
müəyyən edilmiş qaydada sosial sığorta
ayırmalarını ödədikdə şamil edilir. Bu
təşkilatların üzvlərinin əmək
məzuniyyəti hüququnun təmin edilməsi
şərtləri onların nizamnamələri ilə
tənzimlənə bilər.
Hərbi
qulluqçulara məzuniyyətlərin verilməsi onların
xidmət etdikləri hərbi qurumların daxili
nizamnamələri, həmçinin “Hərbi
qulluqçuların statusu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir. Onlara sosial
məzuniyyətlər bu Qanuna və Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarına
əsasən verilir.
Müvəqqəti
və mövsümi işçilərin məzuniyyət
hüququ onlar işdən çıxarkən müqavilə
müddətində işlədikləri vaxta mütənasib
olaraq müvafiq pul əvəzi ödənilməklə
həyata keçirilir.
Əvəzçilik
üzrə işləyənlər əsas iş yerində
verilən məzuniyyətlə bir vaxtda, qulluq etdikləri
əlavə iş yerində də ödənişli
məzuniyyət almaq hüququna malikdirlər.
II
f ə s i l
ƏMƏK
MƏZUNİYYƏTİ
Maddə 5. Əmək məzuniyyəti
anlayışı
Əmək
məzuniyyəti işverənlə əmək
münasibətlərində olan işçinin
əməyinin və istehsalın xarakterinə görə
normal istirahəti, əmək qabiliyyətinin bərpası,
sağlamlığının mühafizəsi və
möhkəmləndirilməsi üçün işdən
ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi
istirahət vaxtıdır.
Əmək
məzuniyyəti hər il müvafiq iş ili
üçün verilir. İş ili işçinin
işə götürüldüyü gündən
başlanır və növbəti ilin həmin günü
başa çatır.
Əmək
məzuniyyəti müvafiq vəzifə, peşə, ixtisas
üzrə əmək vəzifələrini yerinə
yetirən işçilərə verilən illik əsas
məzuniyyətdən və istehsalın, əməyin
xarakterinə görə verilən əlavə
məzuniyyətdən ibarət olub, istər birlikdə,
istərsə də ayrılıqda verilə bilər.
Maddə 6. Əsas məzuniyyət və
onun müddətləri
Əsas
məzuniyyət işçinin əmək
müqaviləsində (bağlaşmasında)
göstərilmiş vəzifəsi, peşəsi, ixtisası
üzrə minimum müddəti bu Qanunla müəyyən
edilmiş məzuniyyətdir.
Mülkiyyət
növündən asılı olmayaraq bütün
müəssisələrdə işçilərə əsas
məzuniyyət 21 təqvim günündən az olmayaraq
verilməlidir.
Əmək
stajından asılı olaraq əsas məzuniyyətlər bu
Qanunun 12-ci maddəsində nəzərdə tutulan miqdarda
artırılır.
Aşağıdakı
işçilərə əsas Məzuniyyət 30 təqvim
günü müddətində verilməlidir : .
kənd təsərrüfatı
istehsalında çalışan işçilərə;
müəssisələrin,
idarələrin və təşkilatların rəhbər
işçilərinə və
mütəxəssislərinə;
xüsusi rejimli
tədris müəssisələri istisna olmaqla, tədris
müəssisəsində pedaqoji iş aparmayan rəhbər
işçilərə və inzibati-tədris heyəti işçilərinə;
tədris
müəssisələrinin metodistlərinə,
təlimatçılarına, kitabxanaçılarına,
laborantlarına, emalatxana rəhbərlərinə,
dayələrə, dəyişək
xidmətçilərinə, bədii
rəhbərlərinə;
elmi dərəcəsi olmayan elmi
işçilərə;
həkimlərə, orta tibb
işçilərinə və əczaçılara.
Bu maddənin
dördüncü hissəsinin ikinci abzasında
göstərilən işçilərin siyahısını
Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq
edir.
Natamam iş vaxtı
(natamam iş günü və ya natamam iş həftəsi)
şəraitində işləyən işçilərə
əmək məzuniyyəti heç bir məhdudiyyət
qoyulmadan yerinə yetirdikləri işə və ya
çalışdıqları vəzifəyə uyğun
müddətdə verilir.
Dövlət
qulluqçularının əsas məzuniyyətinin
müddəti dövlət qulluqçularının statusunu
tənzimləyən qanunvericilik aktı ilə
müəyyən edilir.
Maddə 7. Pedaqoji və elmi
fəaliyyətlə məşğul olan
işçilərin əmək
məzuniyyətləri
Pedaqoji və elmi
fəaliyyətlə məşğul olan
aşağıdakı işçilərin əmək
məzuniyyətləri bu maddədə nəzərdə
tutulan müddətdə verilir:
tədris
müəssisələrinin rəhbər
işçilərinə və illik normanın
üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş
aparan inzibati-tədris heyəti işçilərinə;
xüsusi rejimli tədris müəssisələrinin
rəhbər işçilərinə,
tərbiyəçilərinə, dərnək və musiqi
rəhbərlərinə, təlimatçılarına;
bütün ixtisaslardan və adlardan olan
müəllimlərə, uşaq birliyi
təşkilatının rəhbərlərinə,
magistrlərinə, hərbi rəhbərlərinə,
əmək təlimi ustalarına və təlimatçılarına;
sosial təminat orqanlarının və səhiyyə
təşkilatlarının bilavasitə pedaqoji
fəaliyyətlə məşğul olan
işçilərinə — 56 təqvim günü;
uşaq evlərinin,
məktəbəqədər uşaq tərbiyə
müəssisələrinin rəhbər
işçilərinə; tədris
müəssisələrinin tərbiyəçilərinə,
dərnək və musiqi rəhbərlərinə; metodika
kabinetlərinin və mərkəzlərinin
metodistlərinə və təlimatçılarına — 42
təqvim günü;
elmi tədqiqat
müəssisələrinin, habelə ali məktəblərin
elmi tədqiqat bölmələrinin elmlər doktoru (doktor)
elmi dərəcəsi olan əməkdaşlarına,
rəhbərlərinə və onların elmi işlər
üzrə müavinlərinə, elmi katiblərinə;
müvafiq elmi şuranın qərarı əsasında
müstəqil elmi tədqiqat işləri aparan elmi
işçilərə—56 təqvim günü; sadalanan
işçilərin elmlər namizədi (magistr) elmi
dərəcəsi olduqda isə 42 təqvim günü.
Maddə 8. Teatr-tamaşa
və digər müəssisələrin bəzi kateqoriyalardan
olan işçilərinin məzuniyyətlərinin
tənzimlənməsi
Teatr-tamaşa
müəssisələrinin bədii rəhbər və artist
heyətinin, bilavasitə səhnəyə xidmət edən
işçilərinin, televiziya, radio və kinematoqrafiya
qurumlarının bədii rəhbər və artist
heyətinin, habelə Azərbaycan Respublikasının
dövlət müəssisələrinin və birgə müəssisələrinin
xarici ölkələrdə olan işçilərinin
əmək məzuniyyətlərinin müddətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti
müəyyən edir.
Maddə 9. İşçilərin
fizioloji keyfiyyətlərinə görə verilən əsas
məzuniyyətlər və onların müddətləri
Yaşı 16-dan az
olan işçilərə əsas məzuniyyət — 42
təqvim günü, 16 yaşından 18 yaşınadək
işçilərə isə 36 təqvim günü müddətində
verilir.
Əlilliyin qrupundan,
səbəbindən və müddətindən asılı
olmayaraq (Çernobıl AES-də baş verilmiş
qəzanın nəticələrinin aradan
qaldırılmasında iştirak edib əlil olan
şəxslərdən başqa) bütün
işləyən əlillərə əsas məzuniyyət
42 təqvim günündən az olmayaraq verilir. .
Maddə 10. Azərbaycan
xalqı qarşısında xüsusi xidmətləri olan
şəxslərin məzuniyyəti
Azərbaycan
Respublikasının azadlığı, suverenliyi və
ərazi bütövlüyü uğrunda xəsarət alan
şəxslərə, o cümlədən Azərbaycanın
Milli Qəhrəmanlarına, Sovet İttifaqı
Qəhrəmanlarına və “İstiqlal” ordeni ilə
təltif olunmuş şəxslərə məzuniyyət 42
təqvim günündən az olmayaraq verilir.
Maddə 11. Əməyin
şəraitinə və xarakterinə görə
əlavə məzuniyyətlər
Yeraltı
işlərdə çalışan, əmək
şəraiti zərərli və ağır olan
işçilərə onların
sağlamlığının qorunması məqsədilə
əsas məzuniyyətlərindən savayı əlavə
məzuniyyətlər verilir.
Əlavə məzuniyyət hüququ
verən, əmək şəraiti zərərli və
ağır olan istehsalatların, iş yerlərinin,
peşə və vəzifələrin siyahısı,
həmin Məzuniyyətlərin minimum müddəti
göstərilməklə, Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Əmək
şəraiti zərərli və ağır olan
işçilərə əlavə məzuniyyət
müvafiq istehsalatda, iş yerində, peşə və ya
vəzifədə iş ili ərzində faktik işlədiyi
vaxta mütənasib olaraq verilir. Tam müddətli
əlavə məzuniyyət hüququ işçi həmin
iş yerlərində üst-üstə azı altı ay
işlədikdə əmələ gəlir.
Əmək
fəaliyyəti yüksək həssaslıq, həyəcan,
zehni və fiziki gərginliklə, səhhətə mənfi
təsir göstərən digər amillərlə
bağlı olan işçilərə işin xüsusi
xarakterinə görə əlavə məzuniyyətlər
verilir.
İşin xüsusi
xarakterinə görə əlavə məzuniyyətin minimum
müddəti iş növləri və işçi
kateqoriyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin
təsdiq etdiyi siyahı ilə
müəyyənləşdirilir.
Bu maddədə
göstərilmiş iş yerlərində
çalışan işçilərə kollektiv
müqavilələrlə (sazişlərlə)
qanunvericilikdə müəyyən edilmiş əlavə
məzuniyyətin minimum müddətindən artıq
əlavə məzuniyyətin verilməsi nəzərdə
tutula bilər. Belə əlavə məzuniyyət
həmçinin işçi işə
götürülərkən bağlanan əmək
müqaviləsi (bağlaşması) ilə də
müəyyən edilə bilər.
Maddə 12. Əmək stajına
görə və uşaqlı qadınlara verilən
əlavə məzuniyyətlər
Əmək stajından asılı
olaraq işçilərə: .
beş ildən çox əmək
stajı olduqda — 3 təqvim günü;
on ildən çox əmək
stajı olduqda — 6 təqvim günü;
on beş ildən
çox əmək stajı olduqda — 9 təqvim günü
müddətində əlavə məzuniyyətlər verilir.
Əmək stajına
görə əlavə məzuniyyətin müddətinin
müəyyən edilməsindən ötrü ümumi
əmək stajı pensiyaların təyin edilməsi üçün
müəyyənləşdirilmiş qaydada hesablanır.
Əsas və
əlavə məzuniyyətlərinin müddətindən
asılı olmayaraq, 14 yaşınadək iki uşağı
olan işləyən qadınlara 3 təqvim günü, bu yaşda
üç və daha çox uşağı olan,
həmçinin 16 yaşınadək əlil uşağı
olan qadınlara isə 6 təqvim günü
müddətində əlavə məzuniyyət verilir.
Bu maddənin
üçüncü hissəsində göstərilən
əlavə məzuniyyət hüququ uşaqlarını
təkbaşına böyüdən atalara, həmçinin
uşaqları övladlığa götürmüş
şəxslərə də şamil edilir.
III f əs i l
ƏMƏK
MƏZUNİYYƏTİ HÜQUQUNUN HƏYATA
KEÇİRİLMƏSİ QAYDASI
Maddə 13. Əmək
məzuniyyətlərinin verilməsi qaydası
İşçinin
birinci iş ili üçün əmək məzuniyyəti
hüququ işverənlə əmək müqaviləsinin
(bağlaşmasının) bağlandığı andan etibarən
altı ay işlədikdən sonra əmələ gəlir.
Müəssisədə
altı ay işlədikdən sonra birinci iş ili
bitənədək işçiyə məzuniyyət öz
arzusu ilə onun üçün əlverişli olan vaxtda
verilməlidir.
İşin ikinci
və sonrakı illəri üçün
məzuniyyətlər iş ilinin müvafiq vaxtında
məzuniyyətlərin verilməsi növbəsində
nəzərdə tutulmuş vaxtda verilə bilər.
Aşağıdakı
şəxslərin işə götürüldüyü
vaxt nəzərə alınmadan işin birinci ili
üçün məzuniyyətdən istifadə etmək
hüququ vardır:
qadınların
hamiləliyə və doğuşa görə — sosial
məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra;
on səkkiz yaşına
çatmamış işçilərin;
müddətli
hərbi xidmətdən buraxıldıqdan üç ay
keçənədək işə götürülən
işçilərin;
əsas iş yerində
məzuniyyətə çıxan əvəzçilik
üzrə işləyənlərin; hərbi qulluqçu
arvadının (ərinin);
təhsil
müəssisələrində oxuyan şəxslərin — kurs
işlərinin və ya imtahanların verildiyi, diplomun
müdafiə edildiyi vaxtda;
qanunvericilikdə
nəzərdə tutulan hallarda müəssisədən
sərbəstləşdirilmiş işçilərin;
əlillərin.
Bilavasitə
təlim-tədris prosesində iştirak edən pedaqoji
işçilərə işə girdikləri vaxtdan
asılı olmayaraq məzuniyyətlər yay tətili
dövründə verilir.
Maddə 14. Məzuniyyət hüququ
verən əmək stajı hesablanarkən nəzərə
alınan və alınmayan dövrlər
Məzuniyyət
hüququ verən əmək stajına işçinin faktik
işlədiyi vaxtdan savayı aşağıdakı
dövrlər də daxil edilir.
iş yerinin və
qanunvericilikdə nəzərdə tutulan hallarda əmək
haqqının saxlanılması şərti ilə
işçinin işdən ayrıldığı dövr;
qanunsuz və
əsassız işdən çıxarılmaqla, yaxud
başqa işə keçirilməklə əlaqədar
işə bərpa edilən işçilərin əmək
haqqı ödənilməli olan məcburi işburaxma
dövrü;
sosial sığorta
üzrə müavinət verilməklə əmək
qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
qanunsuz və
əsassız həbs edilməklə və ya ittiham
edilərək azadlıqdan məhrum edilməklə və
yaxud azadlıqdan məHrum edilmədən qanunsuz və
əsassız cinayət məsuliyyətinə cəlb
edilməklə işdən kənarlaşdırılan və
müəyyən edilmiş qaydada tam bəraət alaraq
işə bərpa edilən şəxsin məcburi
işburaxma dövrü və ya həbsdə olduğu
dövr.
Uşağa qulluq
etməklə əlaqədar qismən ödənişli sosial
məzuniyyətlərin, bir aydan çox müddətə
verilmiş ödənişsiz məzuniyyətlərin
müddətləri; habelə azadlıqdan məhrum
edilmədən islah işlərinə cəlb edilən
şəxslərin cəza çəkdiyi müddət
məzuniyyət hüququ verən əmək stajına daxil
edilmir.
Maddə 15. Əmək
məzuniyyətlərinin verilməsində növbəlilik
İşçilərə
əmək məzuniyyətləri istehsalın və işin
normal gedişinə xələl gətirilməməsi,
məzuniyyətlərin uçotunun düzgün aparılması
üçün müəyyənləşdirilmiş
növbə ilə verilməlidir.
Məzuniyyətlərin
verilmə növbəsi hər il yanvar ayının sonunadək
həmkarlar ittifaqı ilk təşkilatının rəyi
öyrənilməklə işverən tərəfindən
təsdiq edilir.
Məzuniyyətlər
təsdiq edilmiş növbə ilə
müəyyənləşdirilmiş vaxtda verilməlidir.
Yalnız bu Qanunun
16-cı maddəsində nəzərdə tutulan hallarda
məzuniyyətin verilməsi başqa vaxta keçirilə
bilər. Bu zaman məzuniyyətlərin verilmə
növbəsində əsaslandırılmaq şərti
ilə müvafiq dəyişikliklər edilməlidir.
Aşağıdakı
işçilərə məzuniyyət özlərinin arzusu
ilə onlar üçün əlverişli olan vaxtda
verilməlidir:
14 yaşınadək
iki və daha çox uşağı və ya 16
yaşınadək əlil uşağı olan qadınlara;
16 yaşınadək uşaqları
təkbaşına böyüdən valideynə və ya
qəyyuma;
hərbi qulluqçu arvadına
(ərinə);
əlillərə;
döyüşən
ordunun tərkibində olmuş bütün müharibə
iştirakçılarına;
Çernobıl
AES-də qəzanın nəticələrinin aradan
qaldırılması zamanı radioaktiv şüalanmaya
məruz qalmış və ya şüa xəstəliyinə
tutulmuş şəxslərə;
on səkkiz yaşına
çatmamış işçilərə;
istehsalatdan ayrılmadan təhsil alan
işçilərə;
bu Qanunun 10-cu maddəsində
göstərilmiş şəxslərə.
Maddə 16. Məzuniyyətin başqa vaxta
keçirilməsi şərtləri və qaydası
Əmək
məzuniyyətlərinin verilmə növbəsində
nəzərdə tutulan məzuniyyətin verilmə vaxtı
həm işverənin, həm də işçinin
təşəbbüsü ilə
əsaslandırılmış qaydada yalnız bu
maddədə göstərilən hallarda başqa vaxta
keçirilə bilər.
Məzuniyyətin
başqa vaxta keçirilməsi dedikdə, cari ildə
məzuniyyətin verilmə növbəsində
nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari
iş ilindən növbəti iş ilinə, habelə
növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir.
İşçinin
təşəbbüsü ilə aşağıdakı
hallarda məzuniyyət başqa vaxta keçirilə bilər:
əmək qabiliyyəti
müvəqqəti itirildikdə;
əmək məzuniyyəti ilə
sosial məzuniyyət bir vaxta düşdükdə;
dövlət və ya
ictimai vəzifələrin yerinə yetirilməsinə
cəlb edildikdə;
Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulan digər hallarda.
İşçiyə
məzuniyyətin müəyyən edilmiş
növbədə nəzərdə tutulan vaxtda verilməsinin
istehsalın normal gedişinə xələl gətirə
biləcəyi hallarda işverənin
təşəbbüsü ilə məzuniyyət başqa
vaxta keçirilə bilər. Bu zaman işverən
işçinin və həmkarlar ittifaqı ilk
təşkilatının razılığını
almalıdır.
Məzuniyyətin
başqa vaxta keçirilməsinə həmkarlar ittifaqı
ilk təşkilatı əsaslandırılmış
qərarı ilə imtina edə bilər.
Məzuniyyətin
başqa vaxta keçirilməsi işverənin
əsaslandırılmış əmri (sərəncamı
və ya qərarı) ilə rəsmiləşdirilməli
və bununla işçi imzası qoyulmaqla tanış
edilməlidir. Əmrdə (sərəncamda, qərarda)
məzuniyyətin başqa vaxta keçirilməsinin
səbəbləri və gələcəkdə
veriləcəyi vaxt göstərilməlidir.
Tərəflərin
qarşılıqlı razılığı ilə
məzuniyyətin istifadə edilməyən hissəsi
növbəti iş ili üçün verilən
məzuniyyətlə birləş-dirilə bilər.
Maddə 17. Məzuniyyətlərin
verilməməsinin və başqa vaxta keçirilməsinin
qadağan edildiyi hallar
Əmək
məzuniyyətlərinin dalbadal iki il ərzində
verilməməsi qadağan edilir.
On səkkiz
yaşına çatmamış, habelə zərərli,
təhlükəli və ağır əmək
şəraitinə görə əlavə məzuniyyət
hüququ olan işçilərin əmək
məzuniyyətlərinin hər iş ili verilməməsi
və ya başqa iş ilinə keçirilməsi qadağan
edilir.
Maddə 18. Əsas
və əlavə məzuniyyətlərin cəmlənmə
qaydası
İşçinin
arzusu ilə əsas məzuniyyət (bu Qanunun 6-cı
maddəsi) əlavə məzuniyyəti ilə (bu Qanunun 11-ci
və 12-ci maddələri) cəmlənərək
birlikdə, yaxud ayrılıqda verilməlidir.
İşçinin
eyni vaxtda bu Qanunun 11-ci maddəsində nəzərdə
tutulan iki və daha çox əlavə məzuniyyətə
hüququ olduqda onun əsas məzuniyyətinə daha çox
müddətli bir əlavə məzuniyyət
birləşdirilir.
Maddə 19. Məzuniyyətin
hissələrə bölünməsi və
məzuniyyətdən geriçağırma qaydası
Əmək
məzuniyyəti işçinin arzusu ilə
hissələrə bölünərək verilə bilər,
bu şərtlə ki, məzuniyyətin
bölünmüş hissələrindən biri 14 təqvim
günündən az olmasın.
Müstəsna hallarda
— istehsalatda baş vermiş qəzanın
nəticələrinin aradan qaldırılması, habelə
müəssisənin fəaliyyətinin, istehsalın
gedişinin təmin edilməsi üçün
təxirəsalınmaz işlərin görülməsi zərurəti
olduqda məzuniyyətdə olan işçi ancaq öz
razılığı ilə məzuniyyətdən geri
çağırıla bilər. Məzuniyyətdən
geriçağırma bu Qanunun 20-ci maddəsində
nəzərdə tutulan qaydada əmrlə (sərəncamla,
qərarla) rəsmiləşdirilməlidir.
Məzuniyyətdən
geri çağırılan işçiyə işə
başladığı gündən etibarən əmək
haqqı hesablanır və istifadə edilməmiş məzuniyyət
günlərinə düşən məzuniyyət pulunun məbləği
ondan tutulur. Məzuniyyətin istifadə edilməmiş
günləri gələcəkdə müəyyən
edilmiş vaxtda yenidən verilərkən bu Qanunun 27-ci
maddəsində nəzərdə tutulan qaydada
məzuniyyət pulu yenidən hesablanıb
ödənilməlidir.
Maddə 20. Məzuniyyətlərin
verilməsinin rəsmiləşdirilməsi və uçotunun
aparılması
Əmək, sosial
və ödənişsiz məzuniyyətlərin verilməsi
işverənin əmri (sərəncamı, qərarı)
ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda,
qərarda) işçinin adı, atasının adı və
soyadı, vəzifəsi, verilən məzuniyyətin
növü, müddəti, müvafiq iş ili,
məzuniyyətin başlandığı və
qurtardığı il, ay, gün göstərilməlidir.
Məzuniyyətin
verilməsi barədə əmr (sərəncam, qərar)
məzuniyyətin başlanmasına azı on gün
qalmış verilir və işçi onunla tanış olub
imza atır.
Əmr (sərəncam,
qərar) verilərkən müəssisədə təsdiq
edilmiş məzuniyyətlərin verilmə növbəliliyi
və məzuniyyət hüququnu tənzimləyən qanunvericilik
aktları və ya lokal aktlar (əmək bağlaşması,
kollektiv müqavilə, saziş əsas
götürülür.
İşçi bu
Qanunun 15-ci maddəsində göstərilən növbə
üzrə müəyyən edilmiş vaxtda əmək
məzuniyyətindən istifadə etməkdən
müəyyən səbəblərdən imtina edərsə,
onun əsaslandırılmış ərizəsi
əsasında müvafiq əmr (sərəncam, qərar)
verilir.
İşçinin,
iradəsinə zidd olaraq onun məzuniyyətdən imtina
etməsi barədə verilən əmr (sərəncam,
qərar) etibarsız sayılır.
Müəssisədə
məzuniyyətlərin verilməsinin dəqiq uçotu
aparılmalıdır. Məzuniyyətlərin uçotu
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
təsdiq etdiyi formada işçilərin şəxsi
uçot vərəqələrində aparılır.
həmin uçot vərəqələrində
işçilərə verilən bütün növ
məzuniyyətlər barəsində qeydlər əks etdirilməlidir.
İşverən
məzuniyyətlərin uçotunu dürüst və
vaxtında aparmağa borcludur.
IV fəsil
SOSİAL
MƏZUNİYYƏTLƏR
Maddə 21.
Sosial məzuniyyətlərdən istifadə hüququ
Analıq hüququnu
həyata keçirmək, uşaqları sağlam
böyütmək, təhsil almaq və elmi
yaradıcılıqla məşğul olaraq təhsil
səviyyəsini artırmaq üçün
işçilərin sosial məzuniyyətlərdən
istifadə etmək hüququ vardır.
Maddə 22. Hamiləliyə və
doğuşa görə sosial məzuniyyətlər
hamiləlik
dövründə və doğuşdan sonrakı dövr
üçün işləyən qadınlara 126 təqvim
günü (doğuşdan əvvəl yetmiş təqvim
günü və doğuşdan sonra əlli altı təqvim
günü) müddətində ödənişli
məzuniyyət verilir. Doğuş çətin olduqda, iki
və daha çox uşaq doğulduqda məzuniyyət
yetmiş təqvim günü müddətində verilir.
Kənd
təsərrüfatı istehsalında çalışan
qadınlara hamiləliyə və doğuşa görə
məzuniyyət aşağıdakı
müddətlərdə verilir:
normal doğuşda
140 təqvim günü (doğuşdan əvvəl 70
təqvim günü və doğuşdan
sonra 70 təqvim günü);
doğuş
çətin olduqda 156 təqvim günü (doğuşdan
əvvəl 70 təqvim günü və doğuşdan sonra
86 təqvim günü);
iki və daha çox
uşaq doğulduqda 180 təqvim günü (doğuşdan
əvvəl 70 təqvim günü və doğuşdan sonra
110 təqvim günü).
Məzuniyyət
haqqı doğuşdan əvvəl verilmiş
məzuniyyətin faktik istifadə edilən günlərinin
sayından asılı olmayaraq, Azərbaycan
Respublikasının Dövlət Sosial Müdafiə Fondunun
vəsaiti hesabına ödənilir.
Övladlığa
uşaq götürən, yaxud övladlığa
götürmədən uşaq böyüdən şəxslər
doğuşdan sonra; müəyyən edilmiş 56
günlük məzuniyyətdən, həmçinin bu Qanunun
12-ci və 23-cü maddələrində nəzərdə
tutulan məzuniyyətlərdən istifadə etmək
hüququna malikdirlər.
Hamiləliyə
və doğuşa görə sosial məzuniyyət
müddətində müavinətin hesablanması və
ödənilməsi qaydası müvafiq qanunvericiliklə
tənzimlənir.
Maddə 23. Qismən ödənişli
məzuniyyət hüququ
Mülkiyyət
formasından asılı olmayaraq bütün
müəssisələrdə əmək
münasibətlərində olan, bilavasitə uşağa
qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa
üzvü uşağın üç yaşı tamam
olanadək ona qulluq etmədən ötrü qismən
ödənişli məzuniyyət almaq hüququna
malikdirlər.
Həmin
məzuniyyət dövründə uşağa qulluq edən
şəxsə hər uşaq yaş yarımına
çatanadək respublika üzrə qanunvericiliklə
müəyyən edilmiş minimum əmək haqqının
iki misli, uşaqların yaş yarımdan üç
yaşına çatanadək isə minimum əmək
haqqının bir misli miqdarında müavinət verilir.
Maddə 24.
Yaradıcılıq məzuniyyətləri və onların
müddətləri
İşverənlə
əmək münasibətlərində olmaqla yanaşı
magistraturada (aspiranturada), doktoranturada müvafiq elmi
dərəcə almaq üçün təhsilini davam
etdirən işçilərə dissertasiya işlərini
tamamlamaq, həmçinin müəlliflərə
dərsliklər və ya dərs vəsaiti yazmaq
üçün yaradıcılıq məzuniyyətləri
verilir.
Elmlər namizədi
(magistr) elmi dərəcəsi almaq üçün dissertasiya
işini tamamlamaqdan ötrü üç təqvim
ayınadək, elmlər doktoru (doktor) elmi dərəcəsi
almaq üçün dissertasiya işini tamamlamaqdan
ötrü isə altı təqvim ayınadək
ödənişli yaradıcılıq məzuniyyəti
verilir. Bu yaradıcılıq məzuniyyətlərindən
işçi ixtisaslaşdırılmış elmi
şuranın qərarına uyğun olaraq ona verilən
xüsusi arayış əsasında istifadə edir. Məzuniyyətin
konkret müddəti elmi şuranın qərarı ilə
müəyyən edilir.
Dərəliklər
və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə
Azərbaycan Respublikası Təhsil Nazirliyinin, yaxud müvafiq
dövlət idarəetmə orqanının qərarı
ilə üç ayadək ödənişli yaradıcılıq
məzuniyyəti verilə bilər. Bu məzuniyyət
müvafiq dövlət idarəetmə orqanının
qərarı ilə xüsusi arayış əsasında
verilir. Məzuniyyətin konkret müddəti arayışda
göstərilməlidir.
Maddə 25. Təhsil almaqla əlaqədar
verilən ödənişli məzuniyyətlər
İstehsalatdan
ayrılmadan təhsil alan işçilərə
aşağıdakı ödənişli
məzuniyyətlər verilir:
laboratoriya
işlərinin yerinə yetirilməsi, yoxlamaların və
imtahanların verilməsi üçün;
dövlət imtahanları verilməsi
üçün;
diplom layihəsinin
(işinin) hazırlandığı və müdafiə
edildiyi dövr üçün.
Ali
məktəblərin axşam şöbələrində
müvəffəqiyyətlə oxuyan
tələbələrə laboratoriya işlərini yerinə
yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə
hər il birinci və ikinci kurslarda 20 təqvim günü,
üçüncü və daha yuxarı kurslarda 30 təqvim
günü müddətində məzuniyyət verilir. Orta
ixtisas məktəblərinin axşam
şöbələrində müvəffəqiyyətlə
oxuyan şagirdlərə laboratoriya işlərini yerinə
yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə
hər birinci və ikinci kurslarda 10 təqvim günü,
üçüncü və daha yuxarı kurslarda 20 təqvim
günü müddətində məzuniyyət verilir.
Ali və orta ixtisas
məktəblərinin qiyabi şöbələrində
müvəffəqiyyətlə oxuyan
tələbələrə və şagirdlərə
laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və
imtahan verdikləri dövrdə hər il birinci və ikinci
kurslarda 30 təqvim günü, üçüncü və
daha yuxarı kurslarda 40 təqvim
günü müddətində məzuniyyət verilir.
Ali və orta ixtisas
məktəblərinin axşam və qiyabi
şöbələrində təhsil alan
tələbələrə və şagirdlərə
dövlət imtahanları dövründə 30 təqvim
günü .müddətində məzuniyyət verilir.
Diplom layihəsinin
(işinin) hazırlandığı və müdafiə
edildiyi dövrdə ali məktəblərin axşam və
qiyabi şöbələrinin tələbələrinə 4
təqvim ayınadək, orta ixtisas məktəblərinin
axşam və qiyabi şöbələrinin
şagirdlərinə isə 2 təqvim ayınadək
məzuniyyət verilir.
Texniki peşə
məktəblərində istehsalatdan ayrılmadan
müvəffəqiyyətlə təhsil alan
işçilərə imtahanlara hazırlaşmaq və
imtahanları vermək üçün il ərzində 34
təqvim günü müddətində məzuniyyət
verilir.
Orta ümumtəhsil
məktəblərinin nəzdində axşam
siniflərində və qiyabi qruplarında istehsalatdan
ayrılmadan təhsil alan işçilərə XI
buraxılış siniflərində imtahanları vermək
üçün 20 təqvim günü, IX sinifdə isə 8
təqvim günü müddətində məzuniyyət
verilir.
Məzuniyyətlərdən
həmin müəssisə və təşkilatda əmək
stajından asılı olmayaraq, təhsil proqramında
nəzərdə tutulan dövrlərdə, təhsil
müəssisəsinin verdiyi arayış əsasında
istifadə oluna bilər.
Magistraturaya,
doktoranturaya (aspiranturaya) qəbul imtahanı verən
işçilərə 31 təqvim günü
ödənişli məzuniyyət verilir.
İstehsalatdan
ayrılmadan magistraturada, doktoranturada (aspiranturada) təhsil alan
işçilərin hər il 31 təqvim günü
müddətində ödənişli məzuniyyət almaq
hüququ vardır.
V f ə s i l
MƏZUNİYYƏT
VAXTI ƏMƏK HAQQININ ÖDƏNİLMƏSİ
Maddə 26. Məzuniyyət haqqı
ödənilərkən nəzərə alınan əmək haqqı növləri
Məzuniyyət
vaxtı üçün ödənilən orta əmək
haqqı hesablanarkən əməyin ödənilməsinin
qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər
istisna edilməklə, sosial sığorta ayırmaları
tutulan bütün əmək haqqı növləri, o
cümlədən daxili əvəzçilik üzrə əmək
haqqı nəzərə alınır.
Məzuniyyət
vaxtı üçün orta əmək haqqının
hesablanması zamanı nəzərə alınan və
nəzərə alınmayan ödənişlərin geniş
siyahısını, habelə zəruri hallarda
məzuniyyət vaxtı üçün orta əmək
haqqının əmsallaşdırılması
qaydasını Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırlayıb
təsdiq edir.
Maddə 27.
Məzuniyyət vaxtı üçün orta əmək
haqqının hesablanması qaydası və
ödənilməsi
Məzuniyyət
vaxtı üçün ödənilən orta əmək
haqqı hansı iş ili üçün verilməsindən
asılı olmayaraq Məzuniyyətdən əvvəlki 12
təqvim ayının orta əmək haqqına əsasən
müəyyənləşdirilir.
Müəssisədə,
idarədə, təşkilatda 12 təqvim ayından az
işləyib məzuniyyətə çıxmaq
istəyən şəxslərin orta aylıq əmək
haqqı faktik işlənmiş tam təqvim aylarına
əsasən hesablanır.
Məzuniyyət
günlərinin əmək haqqını müəyyən
etməkdən ötrü məzuniyyətdən
əvvəlki 12 təqvim ayının əmək
haqqının cəmlənmiş məbləğini 12-Yə
bölməklə orta aylıq əmək haqqının
məbləği tapılır və alınan
məbləği ayın təqvim günlərinin orta illik
miqdarına—30,4-ə bölmək yolu ilə bir günlük
əmək haqqının məbləği müəyyən
edilir. Bu qayda ilə müəyyən edilmiş bir
günlük əmək haqqının məbləği
əmək məzuniyyətinin təqvim günlərinin
sayına vurulur.
Məzuniyyət
haqqının ödənilməsi üçün
əmək haqqının hesablanması qaydası işdən
çıxarkən istifadə edilməmiş
məzuniyyətə görə pul əvəzi
ödənilərkən də tətbiq edilir.
Məzuniyyət
vaxtı üçün orta əmək haqqı
məzuniyyətin başlanmasına ən geci üç
gün qalmış ödənilməlidir.
Məzuniyyət
vaxtı üçün orta əmək haqqı
məzuniyyət başlanandan sonra ödənilmişdirsə,
məzuniyyətin başlanma vaxtı əmək
haqqının faktik ödənildiyi gündən
hesablanmalıdır.
Məzuniyyət
vaxtı üçün hesablanmış əmək
haqqı qanunvericilikdə nəzərdə tutulan qaydada
əmsallaşdırılır.
Maddə 28. Məzuniyyət
vaxtı orta əmək haqqını ödəmək
üçün vəsaitin mənbələri
Büdcədən
maliyyələşdirilən idarələrdə və
təşkilatlarda əmək məzuniyyətlərinin
haqqı, onların maliyyələşdirilməsinə
çəkilən xərclərin smetasında əmək
haqqı üçün nəzərdə tutulan vəsait
hesabına, təsərrüfat hesablı, özəl
müəssisələrdə, ictimai təşkilatlarda
(birliklərdə) və digər
müəssisələrdə isə əməyin
ödənilməsi üçün nəzərdə tutulan
vəsait hesabına ödənilir.
VI f ə s i l
ÖDƏNİŞSİZ
MƏZUNİYYƏTLƏR
Maddə 29. Ödənişsiz
məzuniyyətlərdən istifadə hüququ
Qohumluq borcunun
yeridə yetirilməsi ilə bağlı ailə;
məişət və başqa sosial məsələləri
təxirə salmadan həll etmək, təhsil almaq,
yaradıcı elmi işlə məşğul olmaq
üçün, habelə yaşına, fizioloji
keyfiyyətlərinə və digər üzürlü
səbəblərə görə işdən ayrılmaq
zərurəti olduqda işçinin ödənişsiz
məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
Maddə 30. Ödənişsiz
məzuniyyətlərin növləri və
müddətləri
Ödənişsiz
məzuniyyətlər qanunvericilikdə nəzərdə
tutulan hallarda işçilərin arzusu və
tərəflərin qarşılıqlı
razılığı ilə verilir.
İşçilərin
arzusu ilə aşağıdakı hallarda və
müddətdə ödənişsiz məzuniyyətlər
verilməlidir:
həkim
məsləhət komissiyasının rəyi əsasında
xroniki xəstəliyə tutulmuş uşağı olan
valideynlərdən birinə, yaxud uşağa bilavasitə
qulluq edən ailənin digər üzvünə — uşaq
dörd yaşına çatanadək;
arvadları
doğuşla əlaqədar məzuniyyətdə olan
kişilərə—14 təqvim gününədək;
16 yaşınadək
uşağı olan qadınlara və ya tək
valideynlərə, qəyyumlara, himayədarlara — 14 təqvim
gününədək;
əlillik qrupundan
və səbəbindən asılı olmayaraq
əlillərə — bir təqvim ayınadək;
müharibədə, döyüşən ordunun
tərkibində iştirak etmiş şəxslərə— 14
təqvim gününədək;
Azərbaycan
Respublikasının ərazi bütövlüyünün
və suverenliyinin müdafiəsi zamanı zərərçəkən
işçilərə — 14, təqvim gününədək;
qazanılmış
immunitet çaqqışmazlığı sindromu
(QİÇS) xəstəliyinə tutulmuş və ya
immunitet çatışmazlığı virusu (İÇV)
ilə yoluxmuş uşaq böyüdən, həmçinin
16 yaşınadək əlil uşağı olan
valideynlərə—14 təqvim gününədək;
magistraturada,
doktoranturada, aspiranturada təhsil alan işçilərə —
bir təqvim ayınadək;
ali
məktəblərdə qəbul imtahanlarına buraxılan
işçilərə — 15, təqvim günü, orta ixtisas
təhsili müəssisələrinə qəbul
imtahanlarına buraxılan işçilərə — 10
təqvim günü;
müəllifə
ixtirasının və ya səmərələşdirmə
təklifinin işlədiyi müəssisədən kənar
yerdə ilkin tətbiqi zamanı — 14 təqvim
gününədək;
ailənin xəstə
üzvünə qulluq edən qohumlardan birinə —
səhiyyə müəssisələrinin rəyində
göstərilən müddətdə.
İşverənlə işçinin
qarşılıqlı razılığına əsasən,
həmçinin kollektiv müqavilələrdə
(sazişlərdə) nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi
(bağlaşması) ilə müəyyən edilən
şərtlərlə işçilərə müddəti
tərəflərin mülahizəsinə əsasən
müəyyən edilən ödənişsiz
məzuniyyət verilə bilər.
VII f ə s i l
ƏMƏK
MÜNASİBƏTLƏRİNƏ XİTAM
VERİLƏRKƏN MƏZUNİYYƏT
HÜQUQUNUN
TƏNZİMLƏNMƏSİ QAYDASI
Maddə 31. Əmək
münasibətlərinə xitam verilərkən
məzuniyyət hüququnun həyata keçirilməsi
Müvafiq iş ilinin
(illərinin) məzuniyyətindən istifadə etməmiş
işçi ilə əmək müqaviləsinə xitam
verilərkən (təqsirli hərəkətlərinə
görə işverənin təşəbbüsü ilə
işdən çıxarılma halları istisna olmaqla),
işçinin arzusu ilə həmin iş ili (illəri)
üçün ona məzuniyyət verilir və
işdənçıxma tarixi məzuniyyətin son
günü hesab edilir.
Əmək
müqaviləsində (bağlaşmasında) başqa hal
nəzərdə tutulmayıbsa, müddətli əmək
müqaviləsinin müddətinin bitməsi ilə
əlaqədar əmək münasibətlərinə xitam
verilməsi hallarına da, bu qayda şamil edilə bilər. Bu
zaman əmək müqaviləsinin
(bağlaşmasının) müddəti məzuniyyət
müddəti başa çatanadək uzadılmış
hesab edilir.
İşçi bu
maddədə nəzərdə tutulan hallarda və qaydada
məzuniyyətdən istifadə etmək
istəmədikdə ona bu Qanunun 32-ci maddəsi ilə
müəyyən edilən qaydada və
şərtlərlə istifadə edilməmiş
məzuniyyətə görə pul əvəzi
ödənilir.
Maddə 32. İstifadə
edilməmiş məzuniyyətlər üçün pul
əvəzinin verilməsi
Əmək
münasibətlərində olan işçilərin
Məzuniyyətlərinin pul ilə əvəz edilməsi
qadağandır.
İşçi bu
Qanunun 31-ci maddəsində göstərilən qaydada
məzuniyyətdən istifadə etməklə işdən
çıxarılmağını bildirməyibsə,
təqsirli hərəkətlərinə görə
işdən çıxarılma halları istisna olmaqla,
əmək müqaviləsinə xitam verilməsinin
səbəbindən və əsasından asılı olmayaraq
ona istifadə edilməmiş məzuniyyətlərə
görə pul əvəzi ödənilməlidir.
Əmək
müqaviləsində (bağlaşmasında) istifadə
edilməmiş məzuniyyətə görə pul
əvəzinin ödənilməsinin başqa qaydası da
nəzərdə tutula bilər.
Əmək
münasibətlərinə, xitam verilərkən sosial
məzuniyyətlər pul ilə əvəz edilmir.
Müəyyən iş ilinə görə
əmək məzuniyyətindən istifadə etmiş
işçi ilə həmin iş ili başa
çatanadək əmək müqaviləsinə xitam
verilərkən ödənilmiş məzuniyyət
haqqının müvafiq hissəsi işçidən tutula
bilər.
VIII f ə s u l
YEKUN MÜDDƏALARI
Maddə 33. Kollektiv
müqavilələrlə (sazişlərlə)
məzuniyyətlərin verilməsinin əlavə
qaydalarının tənzimlənməsi
Mülkiyyət formasından
asılı olmayaraq müəssisələrdə
işverənlər həmkarlar ittafaqı ilk
təşkilatı ilə birlikdə müəssisənin
hesabına məzuniyyətlərin başqa növlərini,
onların müddətlərinin artırılmasını,
məzuniyyət dövründə işçilərin ayrı-ayrı
kateqoriyalarına və ya kollektivin bütün
üzvlərinə əlavə maddi-məişət
güzəştlərinin verilməsini kollektiv
müqavilələrdə (sazişlərdə) nəzərdə
tuta bilərlər.
Kollektiv
müqavilələrdə (sazişlərdə)
nəzərdə tutulan şərtlərlə və
qaydalarda, müəssisənin normal fəaliyyətini pozan
amillər — təbii fəlakət, istehsalat qəzaları
və operativ surətdə qarşısı alınmayan
digər hallar mövcud olduqda, işverənin təsiri olmadan
istehsalın, axın xəttinin və işin
dayandırılması ilə əlaqədar olaraq
işçilər qrup halında ödənişli, yaxud
ödənişsiz məzuniyyətə buraxıla
bilərlər.
Maddə 34. Məzuniyyət hüququnun
təmin edilməsinə əməl olunmasına
nəzarət
Məzuniyyət
hüququnun təmin, edilməsinə nəzarəti
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş orqanlar həyata
keçirirlər,
Maddə 35. Məzuniyyət hüququnun
pozulmasına görə məsuliyyət
İşçilərin
məzuniyyət hüququnu, məhdudlaşdıran
işverənlər, digər səlahiyyətli vəzifəli
şəxslər qanunvericilikdə nəzərdə tutulan qaydada
müvafiq məsuliyyətə cəlb edilirlər.
Maddə 36. Məzuniyyət hüququnun
həyata keçirilməsi zamanı meydana çıxan
mübahisələrin həlli
Məzuniyyət
hüququnun həyata keçirilməsi zamanı meydana
çıxan əmək mübahisələrinə həmin
mübahisələrin həlli qaydasını tənzimləyən
Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş qaydada baxılır.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər
ƏLİYEV.
Bakı şəhəri, 19 iyul 1994-cü il.
¹ 854.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
01
fevral
1999-cu il tarixli 618-IQ nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 04, maddə
213)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
01 fevral
1999-cu il tarixli 618-IQ nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 04, maddə
213) ilə qüvvədən düşmüş hesab
edilmişdir.