Nəriman Şamo oğlu İmranovun Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Nəriman Şamo oğlu İmranovun Milli Təhlükəsizlik Nazirliyinin işinin təşkilində ciddi nöqsanlara, öz vəzifə borcunun yerinə yetirilməsində səhlənkarlığa yol verdiyini nəzərə alaraq “Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq qərara alıram:

Nəriman Şamo oğlu İmranov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 22 sentyabr 1994-cü il.

№ 208.