Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

I. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdikləri şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdikləri misilsiz xidmətlərə görə aşağıdakı hərbi qulluqçulara “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin:

1.   Polkovnik-leytenant Mirzəyev Şirin Vəli oğlu (ölümündən sonra)

2.   Mayor İbrahimov Rasim Səxavət oğlu (ölümündən sonra)

3.   Kapitan Alıcanov Rafiq Cəfər oğlu (ölümündən sonra)

4.   Kapitan Zülfüqarov Elxan Qaçay oğlu (ölümündən sonra)

5.   Kapitan İbrahimov Mirələkbər Ələsgər oğlu (ölümündən sonra)  

6.   Baş leytenant Əhədov Elşad Saday oğlu (ölümündən sonra)

7.   Baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğlu (ölümündən sonra)

8.   Leytenant Rəhimov Koroğlu İsmayıl oğlu (ölümündən sonra)

9.   Sıravi Edilov Yelmar Şahmar oğlu (ölümündən sonra)

10. Sıravi Əhmədov Mübariz Əlizadə oğlu (ölümündən sonra)

II. Azərbaycan Respublikasının torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində göstərdikləri xüsusi xidmətlərə, şəxsi igidlik və şücaətlərə görə aşağıdakı hərbi qulluqçular “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilsinlər:

1. Polkovnik Jeleznov Anatoli Alekseyeviç:

2.   Polkovnik-leytenant Ağayev Eldar Əsgər oğlu

3.   Mayor Bağırov Elxan Balağa oğlu (ölümündən sonra)

4.   Mayor İbrahimov İbrahim Abbas oğlu

5." Kapitan Məmmədzadə Yaşar Çələbi oğlu (ölümündən sonra)

6.   Baş leytenant Qurbanov Vüqar Rüstəm oğlu (ölümündən sonra).

7.   Baş leytenant İslamov Tahir Ağakişi oğlu

8.   Baş leytenant Nəcəfov Taleh Soltan oğlu

9.   Baş leytenant Nuriyev Ceyhun Məmməd oğlu

10. Baş leytenant Paşayev Ədalət Sabir oğlu (ölümündən sonra)

11. Baş leytinant Tahirov Arif Hacıbəy oğlu

12.  Leytenant Məmmədov Rəşid Əhmədoviç (ölümündən sonra)

13.  Leytenant Hüseynov Elnur Yaşar oğlu (ölümündən sonra)

14.  Kiçik leytenant Alıyev Mirsahib Məcid oğlu

15.   Kiçik leytenant Əmiraslanov Etibar Əmiraslan oğlu

16.   Gizir Əsgərov Vilayət Əsgər oğlu (ölümündən sonra)

17.   Gizir İsmayılov Sevindik Baba oğlu

18.   Çavuş Abdullayev Rüfət Həsənağa oğlu

19.   Çavuş Nuriyev Bəhruz Allahverdi oğlu (ölümündən sonra)

20.   Çavuş Həsənquliyev İrşad Cəfər oğlu (ölümündən sonra)

21.   Starşina Əhmədov Daşqın Qonsur oğlu (ölümündən sonra)

22.   Starşina Süleymanov Baloğlan Süleyman oğlu (ölümündən sonra)

23.   Yefreytor Quliyev Bakir Əliqulu oğlu (ölümündən sonra)

24.   Sıravi Azadov İlham Əyyub oğlu (ölümündən sonra)

25.   Sıravi Vəliyev Elmidar Əli oğlu (ölümündən sonra)

26.   Sıravi Dəmirov Babaverdi Dəmir oğlu (ölümündən sonra)

27.   Sıravi Əliyev Habil Mikayıl oğlu (ölümündən sonra)

28.   Sıravi İsmayılov Əkrəm Ərşad oğlu (ölümündən sonra)

29.   Sıravi Səlimov Ceyhun Aqil oğlu (ölümündən sonra)

30.   Sıravi Haqverdiyev Maarif Yaqub oğlu (ölümündən sonra)

31.   Sıravi Hacımuradova Qaratel Şəmi qızı (ölümündən sonra)

III. Erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusilə fərqlənmiş aşağıdakı hərbi qulluqçular “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilsinlər:

1.   Baş leytenant Qocayev Namiq Şahmar oğlu

2.   Leytenant İbrahimov Mahmud Qələndər oğlu (ölümündən sonra)

3.   Kiçik leytenant Əhmədov Yaqub Ağəli oğlu (ölümündən sonra)

4.   Baş çavuş Səmədov Əli Səməd oğlu (ölümündən sonra)

5.   Çavuş Aslanov Zeyqəm Məhəmməd oğlu

6.   Çavuş Cəfərov Fikrət Həmid oğlu

7.   Starşina Quliyev Ramazan Dünyamalı oğlu (ölümündən sonra)

8.   Sıravi Abbasov Pəhlivan İsa oğlu (ölümündən sonra)

9.   Sıravi Ağamalıyev Rövşən Baloğlan oğlu (ölümündən sonra)

10.  Sıravi Alxanov Alxan Əşrəf oğlu (ölümündən sonra)

11.  Sıravi Əliyev Ənvər Bilal oğlu (ölümündən sonra)

12.  Sıravi Əsgərov Səfaləddin Sadəddin oğlu (ölümündən sonra)

13.  Sıravi Zamanov Aydın Əhməd oğlu (ölümündən sonra)

14.  Sıravi Zeynalov Qaryağdı Əşrəf oğlu (ölümündən sonra)

15.  Sıravi Gülməmmədov Elnur Əvəz oğlu (ölümündən sonra)

16.  Sıravi Məmmədov Hüseyn Əbil oğlu (ölümündən sonra)

17.  Sıravi Mənsimov Adil İliç oğlu (ölümündən sonra)

18.  Sıravi Xuduyev Xudu Mustafa oğlu (ölümündən sonra)

19.  Sıravi Hacıyev Müşfiq Zabit oğlu (ölümündən sonra)

20.   Sıravi Cəbrayılov Barat Cəbrayıl oğlu (ölümündən sonra)

21.   Sıravi Şükürov Təhmasib Hadı oğlu (ölümündən sonra)

22.   Sıravi Şükürov Qiyas Əlibala oğlu

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

 

Bakı şəhəri, 16 sentyabr 1994-cü il.

№ 203.