Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Maddə 1.
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi
Azərbaycan
Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi).
Xarici
dövlətlərlə müvafiq beynəlxalq müqavilə
bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən
həmin dövlətlərdə də vətəndaşın
şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən
getmək və ölkəyə gəlmək hüququnun həyata
keçirilməsi üçün nəzərdə tutulan sənəd
kimi istifadə oluna bilər. [1]
Azərbaycan
Respublikasının hər bir vətəndaşı 15 yaşı
tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına
qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət
vəsiqəsi almalıdır. 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının
vətəndaşı şəxsiyyət vəsiqəsini onun
valideyninin, vətəndaşı övladlığa götürənin,
vətəndaşın qəyyumunun və ya himayəçisinin
(bundan sonra – qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin
notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında
təyin olunmuş şəxsin müraciəti əsasında
almaq hüququna malikdir.[2]
Hər
bir vətəndaş və ya vəsiqə sahibinin qanuni nümayəndəsi
və ya onun qanuni nümayəndəsi şəxsiyyət
vəsiqəsini möhkəm saxlamağa borcludur. [3]
Şəxsiyyət
vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən
imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən
qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət
vəsiqəsi itdikdə, onun sahibi və ya vəsiqə
sahibinin qanuni nümayəndəsi və ya vəsiqə
sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət
orqanına dərhal müraciət etməlidir. [4]
Şəxsiyyət
vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini
müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.[5]
Maddə
2. Şəxsiyyət vəsiqəsinin növləri[6]
Şəxsiyyət
vəsiqəsinin bu növləri vardır:
1) 16
yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət
vəsiqəsi;
2) 16
yaşına çatdıqdan sonra vətəndaşa verilən
şəxsiyyət vəsiqəsi.
Şəxsiyyət
vəsiqəsi növlərinin nümunələrini Azərbaycan
Respublikasının Ali Soveti təsdiq edir.
[7] Maddə 3. Şəxsiyyət
vəsiqəsinin məlumatları [8]
Şəxsiyyət vəsiqəsinin məlumatları
onun üzərində, elektron daşıyıcısında və
“Giriş-çıxış və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sistemində
(bundan sonra ─ İAMAS) olan
məlumatlardan ibarətdir.
Şəxsiyyət vəsiqəsinin üzərində
vətəndaşın soyadı, adı, atasının adı,
vətəndaşın cinsi, doğulduğu tarix, vətəndaşlığı,
doğulduğu yer, ünvanı (yaşayış yeri), qan qrupu,
fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi,
verilmə tarixi və etibarlılıq müddəti göstərilir,
həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi
imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının
tələblərinə uyğun fotoşəkli yerləşdirilir.
Şəxsiyyət vəsiqəsinə yerləşdirilən
elektron daşıyıcıya (çipə) aşağıdakı
məlumatlar daxil edilir:
bu maddənin ikinci hissəsində göstərilən
məlumatlardan vətəndaşın soyadı, adı, atasının
adı, fərdi identifikasiya nömrəsi, vəsiqənin verilmə
tarixi, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası
və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə
uyğun fotoşəkli;
vətəndaş soyadını və (və
ya) adını dəyişdiribsə, əvvəlki soyadı və
(və ya) adı;
vətəndaşın əl-barmaq izləri;
şəxsiyyət vəsiqəsini verən
orqanın adı;
“Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulduğu halda
digər məlumatlar.
Vətəndaşın şəxsiyyət
vəsiqəsi ilə bağlı İAMAS-da olan və müvafiq
dövlət informasiya sistemlərindən (ehtiyatlarından) ötürülən
məlumatlardan aşağıdakılar İAMAS-da kriptoqrafik vasitələrlə
mühafizə olunaraq saxlanılır:
vətəndaşın ailə vəziyyəti,
boyu, gözlərinin rəngi və hərbi vəzifəsi;
vətəndaşın valideynlərinin
soyadı, adı, atasının adı, vətəndaşın
qanuni nümayəndəsinin soyadı, adı, atasının adı
və əlaqə məlumatları;
vətəndaşın ərinin (arvadının)
soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə,
nikahdan əvvəlki soyad da göstərilir);
vətəndaşın uşaqlarının
soyadı, adı, doğum tarixi və cinsi.
Bu maddədə nəzərdə tutulmuş
məlumatları şəxsiyyət vəsiqəsinə, şəxsiyyət
vəsiqəsinin elektron daşıyıcısına və müvafiq
dövlət informasiya sistemlərinə (ehtiyatlarına) daxil edən
vəzifəli şəxs onların düzgünlüyünə
görə cavabdehdir.
Şəxsiyyət vəsiqəsinin məlumatları
Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim
edilə (əldə edilə) bilər. Şəxsiyyət vəsiqəsinin
məlumatlarının Elektron Hökumət İnformasiya Sistemi
üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin
təqdim edilməsinə bərabər tutulur.
Maddə
4. Şəxsiyyət vəsiqəsinin
verilməsi
Şəxsiyyət
vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının
və ya onun
qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin
notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında
təyin olunmuş şəxsin və ya onun qanuni
nümayəndəsinin ərizəsi, və
müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə Əsasnamə”də nəzərdə tutulan digər
sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı
tərəfindən vətəndaşın və ya onun
qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin
notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında
təyin olunmuş şəxsin və ya onun qanuni
nümayəndəsinin müraciətindən ən geci 10 gün
keçənədək verilir. Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsinin verilməsi üçün zəruri olan sənədlərin
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq
dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün
olduqda, həmin sənədlər vətəndaşdan tələb
edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya
Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı
hallarda onların təqdim edilməsi vətəndaşın razılığı
ilə sorğu əsasında müvafiq dövlət orqanından
(qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən
təmin edilir. Şəxsiyyət vəsiqəsi
on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə
isə qeyri-məhdud müddətə verilir. 5 yaşadək olan vətəndaşa
verilən şəxsiyyət vəsiqəsi vətəndaşın
5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa
verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın
15 yaşı tamam olanadək etibarlıdır.[9]
Şəxsiyyət
vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud
vətəndaşın soyadı, adı, atasının adı,
ünvanı (yaşayış yeri) dəyişdikdə
və ya şəxsiyyət vəsiqəsi, o cümlədən
onun elektron daşıyıcısı (çip) yararsız hala
düşdükdə, yaxud vəsiqənin üzərindəki
məlumatların səhv olduğu müəyyənləşdirildikdə,
şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir.[10]
Bu
maddənin ikinci hissəsində göstərilən hallardan biri
baş verdikdən sonra vətəndaş və ya onun qanuni nümayəndəsi şəxsiyyət
vəsiqəsinin dəyişdirilməsi üçün bir ay
müddətində vəsiqəni verən orqana özü və ya vətəndaşın
qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş
etibarnaməsi əsasında təyin olunmuş şəxs vasitəsilə
müraciət etməlidir. [11]
15 yaşı tamam olmamış vətəndaşa
şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi
onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin
notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında
təyin olunmuş şəxsin ərizəsi və müvafiq
icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsi
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə
Əsasnamə”də nəzərdə tutulan digər sənədlər
əsasında həyata keçirilir.
15 yaşı tamam olmamış vətəndaşa
verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli
yerləşdirilir, lakin şəxsi imzası göstərilmir.
15 yaşı tamam olmamış vətəndaşdan
əl-barmaq izləri götürülmür, habelə ona verilən
şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına
vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin
rəngi, hərbi vəzifəsi və bu Qanunun 3-cü maddəsinin
dördüncü
hissəsinin dördüncü və beşinci abzaslarında göstərilən məlumatlar
daxil edilmir.[12]
Fotoşəkilə
dair tələblər, şəxsiyyət vəsiqəsini verən
orqanın iş qrafiki haqqında məlumatlar, vəsiqənin
verilməsi və dəyişdirilməsi üçün tələb
olunan sənədlərin siyahısı və ödənilməli
olan dövlət rüsumunun məbləğləri müvafiq
icra hakimiyyəti orqanının rəsmi internet saytında və
vəsiqəni verən yerli qurumlarının binalarının
qarşısında hər kəsin yaxşı görə biləcəyi
lövhələrdə yerləşdirilməlidir.
Qeyd:
2018-ci il sentyabrın 1-dək
verilən şəxsiyyət vəsiqələri vətəndaş
25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın
soyadı, adı, atasının adı, yaşayış yeri,
ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək,
yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız
hala düşənədək və ya vəsiqənin üzərindəki
məlumatların səhv olduğu müəyyənləşdirilənədək
qüvvədə qalır.[13]
Maddə 5. Dövlət rüsumu
Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsinin verilməsi üçün dövlət rüsumunun
məbləği qanunla müəyyən edilir. [14]
Şəxsiyyət
vəsiqəsinin üzərində göstərilən məlumatlarda
səhv müəyyənləşdirildikdə, həmin vəsiqə
təqdim edildiyi vaxtdan 1 (bir) gün müddətində dövlət
rüsumu alınmadan dəyişdirilir. Şəxsiyyət vəsiqəsinin
elektron daşıyıcısına və
müvafiq dövlət informasiya sistemlərinə (ehtiyatlarına)
daxil edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarında
səhv müəyyənləşdirildikdə, səhv məlumatları
daxil etmiş orqana vəsiqə təqdim edildikdən dərhal
sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar
dövlət rüsumu alınmadan dəyişdirilir. [15]
Maddə
6. Şəxsiyyət vəsiqəsinin müvəqqəti alınması
halları
Vətəndaş
müddətli həqiqi hərbi xidmətə çağırıldıqda
müvafiq icra hakimiyyəti orqanı, hərbi qulluqçu hazırlayan
xüsusi təyinatlı təhsil müəssisəsinə daxil
olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının
(kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti
alaraq hərbi xidmət başa çatanadək saxlamaq və sonra
sahibinə qaytarmaq üçün müvafiq icra hakimiyyəti
orqanına göndərir.[16]
Barəsində
həbs, ev dustaqlığı
və ya girov qətimkan tədbirləri
seçilmiş, azadlığın məhdudlaşdırılması, müəyyən
müddətə azadlıqdan məhrum etmə və ya ömürlük
azadlıqdan məhrum etmə növündə cəzaya məhkum
olunmuş, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə
göndərilmiş şəxslərdən şəxsiyyət
vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları
və cəzanı icra edən orqanlar və ya qapalı tipli
xüsusi təlim-tərbiyə müəssisəsi
tərəfindən müvəqqəti alınır və həmin
şəxs haqqında iş üzrə icraata və ya şəxsi
işə əlavə edilir. Göstərilən əsaslar aradan
qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə və ya onun
qanuni nümayəndəsinə, habelə qanuni nümayəndəsinin
notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında
təyin olunmuş şəxsə qaytarılır.[17]
Maddə
7. Şəxsiyyət vəsiqəsinin
təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi
Vətəndaş
öldükdə onun şəxsiyyət vəsiqəsi vətəndaşlıq
vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan
orqana təhvil
verilir və həmin orqan vətəndaşın ölümünü
qeydə aldıqdan sonra şəxsiyyət vəsiqəsi müvafiq icra
hakimiyyəti orqanına göndərilir. [18]
Tapılmış
şəxsiyyət vəsiqəsi onu verən dövlət orqanına
təhvil verilməlidir.
Bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş
hallarda və müddətdə vətəndaş şəxsiyyət
vəsiqəsini dəyişmədikdə şəxsiyyət vəsiqəsi
qüvvədən düşmüş hesab edilir.[19]
Maddə
8. Bu Qanunun tələblərini
pozmağa görə məsuliyyət
Bu
Qanunun tələblərinə zidd olaraq şəxsiyyət vəsiqəsinin
verilməsindən imtina edilməsində, onun verilməsi üçün
vətəndaşdan, qanuni nümayəndəsindən, habelə
qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş
etibarnaməsi əsasında təyin olunmuş şəxsdən
nəzərdə tutulmayan sənədlər tələb edilməsində
və ya şəxsiyyət vəsiqəsinin verilməsində
(dəyişdirilməsində), vəsiqənin elektron daşıyıcısındakı
məlumatların dəyişdirilməsində
süründürməçilik edilməsində, habelə şəxsiyyət
vəsiqəsinin itirilməsində, qəsdən korlanmasında,
oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında,
satılmasında və ya ondan qanunsuz istifadə olunmasında
təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş
qaydada məsuliyyət daşıyır.[20]
Maddə
9. Keçid müddəaları
9.1.
15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının
(bundan sonra - 15 yaşı tamam olmamış vətəndaş)
fərdi identifikasiya kartının 2022-ci
il yanvarın 1-dən tətbiq ediləcəyini nəzərə
alaraq, 15 yaşı tamam olmamış vətəndaşlara da
2018-ci il sentyabrın 1-dən
2022-ci il yanvarın 1-dək olan müddətdə
şəxsiyyət vəsiqəsi verilir.
9.2.
15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət
vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun
valideyninin, vətəndaşı övladlığa götürənin,
vətəndaşın qəyyumunun və ya himayəçisinin
(bundan sonra - qanuni nümayəndəsinin) ərizəsi və
müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə Əsasnamə”də nəzərdə tutulan digər
sənədlər əsasında həyata keçirilir.
9.3.
15 yaşı tamam olmamış vətəndaşa verilən
şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir,
lakin şəxsi imzası göstərilmir.
9.4.
15 yaşı tamam olmamış vətəndaşdan əl-barmaq
izləri götürülmür, habelə ona
verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına
vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin
rəngi, hərbi vəzifəsi və bu Qanunun 3-cü maddəsinin
ikinci hissəsinin altıncı-səkkizinci abzaslarında göstərilən
məlumatlar daxil edilmir.
9.5.
5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət
vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək,
5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət
vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam
olanadək etibarlıdır. [21]
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri,
14 iyun 1994-cü il
¹ 817
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 13 fevral 1998-ci il tarixli 432-IQ nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 3, maddə 142)
2. 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 6 maddə 328)
3. 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7, maddə
505)
4. 22 dekabr 2006-cı il tarixli 210-IIIQD nömrəli
Qanun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1033)
5. 29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 1, maddə 4)
6. 11 may 2010-cu il tarixli 1008-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 may 2010-cu il,
¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 5, maddə 386)
7. 21 dekabr 2010-cu il
tarixli 38-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci
il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 71)
8. 15 noyabr 2011-ci il
tarixli 230-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2011-ci
il, ¹ 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci
il, ¹ 12, maddə 1086)
9. 30 dekabr 2011-ci il
tarixli 282-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci
il, ¹ 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci
il, ¹ 2, maddə 62)
10. 19 aprel 2013-cü il
tarixli 617-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 aprel 2013-cü
il, ¹ 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 05, maddə 466)
11. 21 iyun 2013-cü il
tarixli 704-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 27 iyul 2013-cü
il, ¹ 162, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013-cü il, ¹ 07, maddə 796)
12. 29 dekabr 2015-ci il tarixli 86-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 29
fevral 2016-cı il, ¹ 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 2, maddə 198)
13. 1 dekabr 2017-ci il tarixli 911-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 16
dekabr 2017-ci il, ¹ 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹ 12, I kitab, maddə 2264)
14. 12 oktyabr 2018-ci il tarixli 1285-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
21 oktyabr 2018-ci il, ¹ 237, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 10, maddə 1981)
15. 30 oktyabr 2018-ci il tarixli 1304-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
18 noyabr 2018-ci il, ¹ 260, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 11, maddə 2215)
16. 12 iyul 2019-cu il tarixli 1666-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
27 avqust 2019-cu il, ¹ 186, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹8, maddə 1385)
17. 20 dekabr 2021-ci il tarixli 432-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
31 dekabr 2021-ci il, ¹ 286,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
12, maddə 1328)
18. 20 dekabr 2022-ci il tarixli 717-VIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 fevral 2023-cü il, “Azərbaycan” qəzeti,
9 fevral 2023-cü
il, ¹ 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, ¹ 2, maddə 170)
19. 28 iyun 2024-cü il tarixli 1193-VIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 16 iyul 2024-cü
il, “Azərbaycan” qəzeti, 17 iyun 2024-cü
il, ¹ 148,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il,
¹7, maddə 769)
20. 14 iyul 2025-ci il tarixli 251-VIIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 25 iyul 2025-ci
il, “Azərbaycan” qəzeti, 26 iyul 2025-ci
il, ¹ 153, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 7, maddə
629)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 30 dekabr 2011-ci il
tarixli 282-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci
il, ¹ 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci
il, ¹ 2, maddə 62) ilə 1-ci maddənin ikinci və üçüncü
hissələr müvafiq olaraq dördüncü və beşinci
hissələr hesab edilmişdir və yeni məzmunda ikinci və
üçüncü hissələr əlavə edilmişdir.
[2] 20 dekabr 2021-ci il tarixli 432-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1328) ilə 1-ci maddənin üçüncü hissəyə yeni
məzmunda ikinci cümlə əlavə edilmişdir.
[3] 30 dekabr 2011-ci il
tarixli 282-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci
il, ¹ 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci
il, ¹ 2, maddə 62) ilə 1-ci maddənin dördüncü hissəsindən
“və ya onun qanuni nümayəndəsi”
sözləri çıxarılmışdır.
20 dekabr 2021-ci il tarixli 432-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1328) ilə 1-ci maddənin dördüncü hissəyə “vətəndaş”
sözündən sonra “və ya vəsiqə
sahibinin qanuni nümayəndəsi” sözləri əlavə
edilmişdir.
[4] 30 dekabr 2011-ci il
tarixli 282-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci
il, ¹ 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci
il, ¹ 2, maddə 62) ilə 1-ci maddənin beşinci hissəsindən “və ya vəsiqə sahibinin qanuni
nümayəndəsi” sözləri çıxarılmışdır.
20 dekabr 2021-ci il tarixli 432-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1328) ilə 1-ci maddənin beşinci hissənin ikinci cümləsinə
“onun sahibi” sözlərindən sonra “və
ya vəsiqə sahibinin qanuni nümayəndəsi” sözləri
əlavə edilmişdir.
[5] 30 dekabr 2011-ci il
tarixli 282-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci
il, ¹ 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci
il, ¹ 2, maddə 62) ilə 1-ci maddəyə yeni məzmunda altıncı
hissə əlavə edilmişdir.
[6] 30 dekabr 2011-ci il
tarixli 282-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci
il, ¹ 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci
il, ¹ 2, maddə 62) ilə 2-ci maddə ləğv edilmişdir.
[7] 13 fevral 1998-ci il tarixli 432-IQ nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 3, maddə 142)
ilə 3-cü maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
16 yaşına çatanadək
vətəndaşa verilən şəxsiyyət vəsiqəsində
vəsiqənin seriyası və nömrəsi, vətəndaşın
soyadı və adı, valideynlərinin soyadı və adı,
onun doğulduğu yer və tarix, cinsi, qan qrupu, yaşadığı
yer, şəxsiyyət vəsiqəsini verən orqanın adı
və verilmə tarixi göstərilir; 16 yaşına çatdıqdan
sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsində
isə bu məlumatlardan başqa vətəndaşın milliyyəti,
ailə vəziyyəti və hərbi vəzifəsi, boyu, közlərinin
rəngi haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi
sahibinin şəxsi imzası və fotoşəkli əlavə
edilir, habelə yuxarıda göstərilənlərdən fərqli
olaraq, valideynlərinin soyadı və adı əvəzinə
atasının adı göstərilir.
11 may 2010-cu il tarixli 1008-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 may 2010-cu il,
¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 5, maddə 386) ilə 3-cü maddəsinin birinci hissəsində
“və
verilmə tarixi” sözləri “, verilmə tarixi və şəxsiyyət
vəsiqəsinin etibarlılıq müddəti” sözləri
ilə əvəz edilmişdir.
30 dekabr 2011-ci il
tarixli 282-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci
il, ¹ 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci
il, ¹ 2, maddə 62) ilə 3-cü maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
16 yaşına
çatanadək vətəndaşa verilən
şəxsiyyət vəsiqəsində vəsiqənin seriyası
və nömrəsi, vətəndaşın soyadı
və adı, valideynlərinin soyadı və adı, onun doğulduğu
yer və tarix, cinsi, qan qrupu, yaşadığı yer, şəxsiyyət
vəsiqəsini verən orqanın adı, verilmə tarixi və şəxsiyyət vəsiqəsinin
etibarlılıq müddəti göstərilir; 16 yaşına
çatdıqdan sonra vətəndaşa verilən
şəxsiyyət vəsiqəsində isə bu məlumatlardan
başqa vətəndaşın ailə vəziyyəti və
hərbi vəzifəsi, boyu, gözlərinin rəngi haqqında
məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi
imzası və fotoşəkli əlavə edilir, habelə yuxanda
göstərilənlərdən fərqli olaraq,
valideynlərinin soyadı və adı əvəzinə atasının
adı göstərilir.
Bu
məlumatları şəxsiyyət vəsiqəsinə daxil edən
müvafiq dövlət orqanının məsul əməkdaşı
bunları öz imzası və gerbli möhürlə təsdiqləyir
və məlumatların düzgünlüyünə görə
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyır.
19 aprel 2013-cü il
tarixli 617-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 aprel 2013-cü
il, ¹ 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 05, maddə 466) ilə 3-cü maddənin birinci hissəsində “doğulduğu tarix,” sözlərindən
sonra “doğulduğu yer,” sözləri
əlavə edilmişdir.
19 aprel 2013-cü il
tarixli 617-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 aprel 2013-cü
il, ¹ 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 05, maddə 466) ilə 3-cü
maddənin ikinci hissənin dördüncü abzasından “doğulduğu yer,” sözləri
çıxarılmışdır.
30 oktyabr 2018-ci il tarixli 1304-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
18 noyabr 2018-ci il, ¹ 260, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 11, maddə 2215) ilə 3-cü maddənin ikinci hissəsinin
dördüncü abzasında “gözlərinin
rəngi,” sözlərindən sonra “əl-barmaq izləri,” sözləri əlavə edilmişdir.
20 dekabr 2021-ci il tarixli 432-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1328) ilə 3-cü maddənin ikinci hissəsinin beşinci abzasında
“soyadı və adı” sözləri “soyadı,
adı, atasının adı, vətəndaşın qanuni nümayəndəsinin
soyadı, adı, atasının adı və əlaqə məlumatları
(poçt ünvanı, telefon nömrələri)” sözləri
ilə əvəz edilmişdir.
28 iyun 2024-cü il tarixli 1193-VIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 16 iyul 2024-cü
il, “Azərbaycan” qəzeti, 17 iyun 2024-cü
il, ¹ 148,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il,
¹7, maddə 769) ilə 3-cü maddəsinə yeni məzmunda dördüncü
hissə əlavə edilmişdir.
[8] 14 iyul 2025-ci il tarixli 251-VIIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 25 iyul 2025-ci
il, “Azərbaycan” qəzeti, 26 iyul 2025-ci
il, ¹ 153, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 7, maddə
629) ilə
3-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
Maddə 3. Şəxsiyyət vəsiqəsində
göstərilən məlumatlar
Şəxsiyyət
vəsiqəsinin üzərində vətəndaşın soyadı,
adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu
tarix, doğulduğu yer, qan qrupu, fərdi
identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və
etibarlılıq müddəti göstərilir, həmçinin
şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası
və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun)
tələblərinə uyğun fotoşəkli yerləşdirilir.
Şəxsiyyət
vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya
(çipə) aşağıdakı məlumatlar daxil edilir:
bu maddənin birinci
hissəsində göstərilən məlumatlar;
vətəndaş
soyadını və (və ya) adını dəyişdiribsə,
əvvəlki soyadı və (və ya) adı;
vətəndaşın
doğulduğu yer, yaşadığı yer, ailə vəziyyəti,
boyu, gözlərinin rəngi, əl-barmaq izləri, hərbi vəzifəsi;
vətəndaşın
valideynlərinin soyadı, adı, atasının
adı, vətəndaşın qanuni nümayəndəsinin soyadı,
adı, atasının adı və əlaqə məlumatları
(poçt ünvanı, telefon nömrələri);
vətəndaşın
ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən
soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir);
vətəndaşın
uşaqlarının soyadı və adı;
vətəndaşın
istəyi əsasında onun gücləndirilmiş elektron imzası
ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat
xidmətləri mərkəzi tərəfindən verilmiş elektron
imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma
məlumatları oxunuş üçün bağlıdır);
şəxsiyyət
vəsiqəsini verən orqanın adı və vəsiqənin
verilmə tarixi;
“Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsi
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında
Əsasnamə”də nəzərdə tutulduğu halda digər
məlumatlar.
Bu maddədə nəzərdə
tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə
və ya vəsiqənin elektron daşıyıcısına daxil
edən vəzifəli şəxs onların düzgünlüyünə
görə cavabdehdir.
Şəxsiyyət
vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət
İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə
edilə) bilər. Şəxsiyyət vəsiqəsində göstərilən
məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən
təqdim edilməsi şəxsiyyət vəsiqəsinin təqdim
edilməsinə bərabər tutulur.
[9] 21 iyun 2013-cü il
tarixli 704-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 27 iyul 2013-cü
il, ¹ 162, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013-cü il, ¹ 07, maddə 796) ilə 4-cü maddənin
birinci hissəsinin birinci cümləsində “qəbz” sözü “sənəd”
sözü ilə əvəz edilmişdir.
30 dekabr 2011-ci il
tarixli 282-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci
il, ¹ 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci
il, ¹ 2, maddə 62) ilə 4-cü maddənin birinci hissəsində “və ya onun qanuni nümayəndəsinin”
sözləri (hər iki halda) və “16 yaşına çatmış vətəndaşın”
sözləri çıxarılmışdır və yeni məzmunda
ikinci cümlə əlavə edilmişdir.
19 aprel 2013-cü il
tarixli 617-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 aprel 2013-cü
il, ¹ 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 05, maddə 466) ilə 4-cü
maddədə “, doğum şəhadətnaməsi,
fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə
qəbz və zəruri hallarda Azərbaycan Respublikasının
vətəndaşlığını təsdiq edən sənədlər
əsasında, yaşadığı yerin müvafiq dövlət
orqanları” sözləri “və
müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə Əsasnamə”də nəzərdə tutulan digər
sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı”
sözləri ilə əvəz edilmişdir.
20 dekabr 2021-ci il tarixli 432-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci
il, ¹ 12, maddə 1328) ilə 4-cü maddənin
birinci hissənin birinci cümləsinə “hər bir vətəndaşının”
və “tərəfindən vətəndaşın” sözlərindən
sonra “və ya onun qanuni nümayəndəsinin,
habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq
edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin”
sözləri və həmin hissəyə yeni məzmunda üçüncü
cümlə əlavə edilmişdir.
20 dekabr 2022-ci il tarixli 717-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 fevral
2023-cü il, “Azərbaycan” qəzeti,
9 fevral 2023-cü il, ¹ 29,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il,
¹ 2, maddə 170) ilə 4-cü maddənin birinci hissəsinin
ikinci və üçüncü cümlələri müvafiq
olaraq dördüncü və beşinci cümlələr hesab
edilmişdir, yeni məzmunda ikinci və üçüncü
cümlələr əlavə olunmuşdur.
[10] 22 dekabr 2006-cı il tarixli 210-IIIQD nömrəli
Qanun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1033) ilə 4-cü maddənin ikinci hissəsində
"şəxsiyyət vəsiqəsini" sözlərindən
sonra "sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində"
sözləri əlavə edilmişdir.
30 dekabr 2011-ci il
tarixli 282-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci
il, ¹ 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci
il, ¹ 2, maddə 62) ilə 4-cü maddənin ikinci hissəsi yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
25, 35, 50 yaşına
çatdıqda və ya vətəndaşın soyadı, adı,
atasının adı, yaşayış yeri, ailə vəziyyəti,
hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət
vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət
vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə
vətəndaş bu maddənin birinci hissəsində nəzərdə
tutulmuş qaydada şəxsiyyət vəsiqəsini sadalanan hallardan biri baş verdikdən
sonra bir ay ərzində dəyişdirməlidir.
14 iyul 2025-ci il tarixli 251-VIIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 25 iyul 2025-ci
il, “Azərbaycan” qəzeti, 26 iyul 2025-ci
il, ¹ 153, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 7, maddə 629) ilə 4-cü maddənin
ikinci hissəsinə “atasının
adı” sözlərindən sonra “, ünvanı (yaşayış yeri)” sözləri əlavə
edilmişdir.
[11] 30 dekabr 2011-ci il
tarixli 282-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci
il, ¹ 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci
il, ¹ 2, maddə 62) ilə 4-cü maddəyə yeni məzmunda üçüncü
və dördüncü hissələr əlavə edilmişdir.
20 dekabr 2021-ci il tarixli 432-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1328) ilə 4-cü maddənin üçüncü hissəyə
“vətəndaş” sözündən sonra “və ya onun qanuni nümayəndəsi”
sözləri, “vəsiqəni verən orqana” sözlərindən
sonra isə “özü və ya vətəndaşın qanuni
nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş
etibarnaməsi əsasında təyin olunmuş şəxs vasitəsilə”
sözləri əlavə edilmişdir.
[12] 20 dekabr 2021-ci il tarixli 432-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1328) ilə 4-cü maddənin dördüncü hissə yeddinci hissə
hesab edilmişdir və yeni məzmunda dördüncü-altıncı
hissələr əlavə edilmişdir.
14 iyul 2025-ci il tarixli 251-VIIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 25 iyul 2025-ci
il, “Azərbaycan” qəzeti, 26 iyul 2025-ci
il, ¹ 153, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 7, maddə
629) ilə
4-cü
maddənin altıncı hissədə “ikinci hissəsinin altıncı─səkkizinci” sözləri “dördüncü hissəsinin
dördüncü və beşinci” sözləri ilə əvəz
edilmişdir.
[13] 30 dekabr 2011-ci il
tarixli 282-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci
il, ¹ 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci
il, ¹ 2, maddə 62) ilə 4-cü maddəyə yeni məzmunda “Qeyd” əlavə
edilmişdir.
[14] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7, maddə
505) ilə 5-ci maddəsinin
birinci hissəsinin ikinci cümləsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
16 yaşına çatmış vətəndaşlara
şəxsiyyət vəsiqəsi ilk dəfə verilərkən
minimum əmək haqqının bir misli məbləğində
dövlət rüsumu alınır
30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7, maddə
505) ilə 5-ci maddənin ikinci, üçüncü və dördüncü
hissələri çıxarılmışdır.
30 dekabr 2011-ci il
tarixli 282-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci
il, ¹ 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci
il, ¹ 2, maddə 62) ilə 5-ci maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
16
yaşına çatmamış vətəndaşlara şəxsiyyət
vəsiqəsi verilərkən dövlət rüsumu alınmır.
16 yaşına çatmış Azərbaycan Respublikasının
vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilməsi
üçün dövlət rüsumunun məbləği qanunla
müəyyən edilir.
Şəxsiyyət
vəsiqəsində göstərilən məlumatlar sahibinin təqsiri
olmadan təhrif edilərsə, yaxud şəxsiyyət vəsiqəsi
vətəndaşın təqsiri olmadan itərsə və ya
yararsız hala düşərsə dövlət rüsumu alınmadan
şəxsiyyət vəsiqəsi onu verən orqan tərəfindən
dəyişdirilir.
Vətəndaş
25, 35 və 50 yaşına çatdıqda, həmçinin onun
soyadı, adı, atasının adı, yaşayış yeri,
ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdikdə
şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün
bu maddənin birinci hissəsində müəyyənləşdirilmiş
məbləğin yarısı miqdarında, dövlət rüsumu
alınır.
Şəxsiyyət
vəsiqəsi vətəndaşın öz təqsiri üzündən
itdikdə və ya yararsız hala düşdükdə onun dəyişdirilməsi
üçün minimum əmək haqqının iki misli məbləğində
dövlət rüsumu alınır.
[15] 14 iyul 2025-ci il tarixli 251-VIIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 25 iyul 2025-ci
il, “Azərbaycan” qəzeti, 26 iyul 2025-ci
il, ¹ 153, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 7, maddə
629) ilə
5-ci maddənin
ikinci hissəsinin ikinci cümləsində “daxil edilmiş məlumatlarda” sözləri “və müvafiq dövlət informasiya
sistemlərinə (ehtiyatlarına) daxil edilmiş şəxsiyyət
vəsiqəsi məlumatlarında” sözləri ilə əvəz
edilmişdir.
[16] 21 dekabr 2010-cu il
tarixli 38-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci
il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 71)
ilə 6-cı maddəsinin birinci hissəsində “tədris” sözü “təhsil” sözü ilə əvəz
edilmişdir.
19 aprel 2013-cü il
tarixli 617-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 aprel 2013-cü
il, ¹ 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 05, maddə 466) ilə 6-cı maddənin birinci hissəsi
yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Vətəndaş
müddətli həqiqi hərbi xidmətə çağırıldıqda
onun yaşadığı yerin hərbi komissarlığı,
hərbi təhsil müəssisəsinə daxil olduqda
isə həmin müəssisənin müdiriyyəti çağırışçının
(kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti
alaraq hərbi xidmət başa çatanadək saxlamaq və sonra
sahibinə qaytarmaq üçün yaşayış yeri üzrə
müvafiq dövlət orqanına göndərir.
[17] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 6 maddə 328)
ilə 6-cı maddənin ikinci hissəsinin birinci cümləsində
"azadlıqdan məhrum edilməyə
məhkum olunmuş yaxud mütləq əməyə cəlb edilməklə
azadlıqdan məhrum olunmağa şərti" sözləri
"azadlığın məhdudlaşdırılması,
müəyyən müddətə azadlıqdan məhrum etmə
və ya ömürlük azadlıqdan məhrum etmə növündə
cəzaya" sözləri ilə, "məhkəmə qərarlarını" sözləri
"cəzanı" sözü
ilə əvəz edilmişdir.
15 noyabr 2011-ci il
tarixli 230-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2011-ci
il, ¹ 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci
il, ¹ 12, maddə 1086) ilə 6-cı maddəsinin ikinci hissəsindən
“azadlığın məhdudlaşdırılması,”
sözləri çıxarılmışdır.
21 iyun 2013-cü il
tarixli 704-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 27 iyul 2013-cü
il, ¹ 162, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013-cü il, ¹ 07, maddə 796) ilə 6-cı maddənin
ikinci hissəsində “həbsəalma
qəti-imkan tədbiri” sözləri “həbs və ona alternativ qətimkan tədbirləri”
sözləri ilə əvəz edilmişdir.
12 oktyabr 2018-ci il tarixli 1285-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
21 oktyabr 2018-ci il, ¹ 237, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 10, maddə 1981) ilə 6-cı
maddənin ikinci hissəsinin birinci cümləsində “və ona alternativ” sözləri
“, ev dustaqlığı və ya
girov” sözləri ilə əvəz edilmişdir.
20 dekabr 2021-ci il tarixli 432-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1328) ilə 4-cü maddənin 6-cı maddənin ikinci hissəsinin
birinci cümləsinə “cəzaya məhkum olunmuş” sözlərindən
sonra “, qapalı tipli xüsusi təlim-tərbiyə
müəssisəsinə göndərilmiş” sözləri
və “cəzanı icra edən orqanlar” sözlərindən
sonra “və ya qapalı tipli xüsusi təlim-tərbiyə
müəssisəsi” sözləri, ikinci cümləsinə
isə “dərhal sahibinə” sözlərindən sonra “və ya onun qanuni nümayəndəsinə,
habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq
edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsə”
sözləri əlavə edilmişdir.
[18] 29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 1, maddə 4) ilə 7-ci maddəsinin birinci hissəsində
"vətəndaşlıq
vəziyyəti aktlarının qeydiyyatı orqanına " sözləri
"vətəndaşlıq vəziyyəti aktlarının dövlət
qeydiyyatını aparan orqana "
sözləri ilə əvəz edilmişdir.
19 aprel 2013-cü il
tarixli 617-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 aprel 2013-cü
il, ¹ 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 05, maddə 466) ilə 7-ci maddənin birinci hissəsində
“onu vermiş müvafiq dövlət
orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanına”
sözləri ilə əvəz edilmişdir.
[19] 22 dekabr 2006-cı il tarixli 210-IIIQD nömrəli
Qanun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1033) ilə 7-ci maddədə maddənin adında
"verilməsi" sözündən sonra "və qüvvədən
düşmüş hesab edilməsi" sözləri əlavə
edilmişdir, yeni məzmunda üçüncü hissə əlavə
edilmişdir;
[20] 1 dekabr 2017-ci il tarixli 911-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 16
dekabr 2017-ci il, ¹ 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹ 12, I kitab, maddə 2264) ilə 8-ci maddədən
“itirilməsində, qəsdən
korlanmasında,” sözləri çıxarılmışdır.
30 dekabr 2011-ci il
tarixli 282-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci
il, ¹ 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci
il, ¹ 2, maddə 62) ilə 8-ci maddədə “verilməsində (dəyişdirilməsində)” sözlərindən
sonra “, vəsiqənin elektron daşıyıcısındakı
məlumatların dəyişdirilməsində” sözləri
əlavə edilmişdir.
20 dekabr 2021-ci il tarixli 432-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1328) ilə 8-ci maddəyə “vətəndaşdan” sözündən
sonra “, qanuni nümayəndəsindən, habelə
qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş
etibarnaməsi əsasında təyin olunmuş şəxsdən”
sözləri əlavə edilmişdir.
[21] 29 dekabr 2015-ci il tarixli 86-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 29
fevral 2016-cı il, ¹ 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 2, maddə 198) ilə yeni məzmunda 9-cu maddə əlavə edilmişdir.
12 iyul 2019-cu il tarixli 1666-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
27 avqust 2019-cu il, ¹ 186, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹8, maddə 1385) ilə 9.1-ci
maddədə “2020-ci” sözləri
(hər iki halda) “2022-ci” sözləri
ilə əvəz edilmişdir.
19 aprel 2013-cü il
tarixli 617-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 aprel 2013-cü
il, ¹ 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 05, maddə 466) ilə 3-cü maddənin ikinci hissənin dördüncü
abzasından “doğulduğu yer,”
sözləri çıxarılmışdır.
20 dekabr 2021-ci il tarixli 432-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1328) ilə 9-cu maddə ləğv edilmişdir.