Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təkmilləşdirilməsi haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunu təkmilləşdirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının say tərkibi 473 ştat vahidindən ibarət müəyyən edilsin və əlavə olunan struktur təsdiq edilsin.[2]

2. Azərbaycan Respublikası Prezidentinin aşağıdakı normativ hüquqi aktları qüvvədən düşmüş hesab edilsin:

- "Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin strukturunun, onun haqqında Əsasnamənin təsdiq edilməsi barəsində" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 1 avqust tarixli 100 nömrəli Fərmanı;

- "Azərbaycan Respublikası Prezidenti Aparatının ştat vahidlərinin ixtisar edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 31 avqust tarixli 757 nömrəli Fərmanı;

- "Azərbaycan Respublikası Prezidenti Aparatının Humanitar siyasət şöbəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 3 noyabr tarixli 7 nömrəli Fərmanı;

- "Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 31 avqust tarixli 757 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 30 noyabr tarixli 54 nömrəli Fərmanı;

- "Azərbaycan Respublikasının Dövlət müşaviri əlavə ştat vahidinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 4 fevral tarixli 106 nömrəli Fərmanı;

- "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tərkibində Dövlət nəzarəti şöbəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 21 iyun tarixli 349 nömrəli Fərmanı;

- "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş şöbəsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 9 iyul tarixli 363 nömrəli Fərmanı;

- "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Kadr məsələləri şöbəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 dekabr tarixli 211 nömrəli Fərmanı;

- "Azərbaycan Respublikası Ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri xidmətinin müşaviri vəzifəsinin təsis edilməsi və N.Ə.Pənahov haqqında" Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 31 oktyabr tarixli 4 nömrəli Sərəncamı;

- "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Nəşr və tərcümə şöbəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 5 fevral tarixli 272 nömrəli Sərəncamı;

- "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi şöbəsinin yenidən təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 22 mart tarixli 524 nömrəli Sərəncamı;

- "Azərbaycan Respublikası Prezidentinin köməkçisi əlavə ştat vahidinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 1 sentyabr tarixli 655 nömrəli Sərəncamı;

- "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşlıq və təltif məsələləri sektorunun yenidən təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 dekabr tarixli 50 nömrəli Sərəncamı;

- "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnformasiya resursları və texnologiyaları mərkəzinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 12 aprel tarixli 777 nömrəli Sərəncamı;

- "Azərbaycan Respublikası Prezidenti Katibliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 25 aprel tarixli 791 nömrəli Sərəncamı;

- "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Hüquq mühafizə orqanları ilə iş şöbəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 25 aprel tarixli 794 nömrəli Sərəncamı;

- "Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi xidmətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 25 aprel tarixli 796 nömrəli Sərəncamı;

-   "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ümumi şöbəsinin yenidən təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli 810 nömrəli Sərəncamı;

- "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsi müdirinin müavini ştat vahidinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 25 oktyabr tarixli 251 nömrəli Sərəncamı;

- "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Müdafiə və Silahlı Qüvvələrlə iş şöbəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 4 iyun tarixli 935 nömrəli Sərəncamı;

- "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 25 oktyabr tarixli 479 nömrəli Sərəncamı;

- "Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 noyabr 525 nömrəli Sərəncamı;

- "Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 10 fevral tarixli 630 nömrəli Sərəncamı;

- "Azərbaycan Respublikasının iqtisadi siyasət üzrə Dövlət müşaviri xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 aprel tarixli 775 nömrəli Sərəncamı.

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyanın rəhbərinə tapşırılsın ki, Administrasiyasının şöbə və xidmətlərinin ştat cədvəllərini təsdiq etsin.

4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinə tapşırılsın ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əsasnaməsinin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinə tapşırılsın ki, İşlər İdarəsinin tabe təşkilatlarının strukturunu hazırlayıb təqdim etsin.[3]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 iyun 2005-ci il

                 ¹ 851

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

9 iyun 2005-ci il tarixli 851 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının

 

STRUKTURU [4]

 

Prezidentin xidməti

Prezidentin köməkçisi

- 3

Prezidentinin Administrasiyası rəhbərinin xidməti

Prezidentinin Administrasiyasının rəhbəri

- 1

Prezidentin Administrasiyası rəhbərinin müavini[5]

 

- 4

Ştat vahidi

- 4

Məsul növbətçilər qrupu (sektor hüququnda)

Ştat vahidi

- 4

Təhlükəsizlik Şurasının Katibliyi

Təhlükəsizlik Şurasının katibi

- 1

Ştat vahidi

- 5

Azərbaycan Respublikasının iqtisadi siyasət məsələləri üzrə Dövlət müşavirinin xidməti

Dövlət müşaviri

- 1

Ştat vahidi

- 2

İqtisadi siyasət məsələləri şöbəsi

Şöbənin müdiri

- 1

Ştat vahidi

- 5

Sosial siyasət məsələləri sektoru

Ştat vahidi

- 6

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti[6]

Dövlət müşaviri

 

-  1

Ştat vahidi

-  11[7]

Azərbaycan Respublikasının milli azlıqlarla və dini qurumlarla iş üzrə Dövlət müşavirinin xidməti [8]

Dövlət müşaviri

- 1

Ştat vahidi

- 2

Milli azlıqlarla iş sektoru [9]

Ştat vahidi

- 4

Dini qurumlarla iş sektoru

Ştat vahidi

- 4

Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisinin xidməti

Prezidentin köməkçisi

- 1

Ştat vahidi

- 15[10]

Azərbaycan Respublikası Prezidentinin

İqtisadi islahatlar üzrə köməkçisinin xidməti[11]

Prezidentin köməkçisi

-1

Makroiqtisadi vəziyyətin təhlili sektoru

Ştat vahidi

-3

Monetar və fiskal siyasət sahəsində

islahatların təhlili və planlaşdırılması sektoru

Ştat vahidi

-3

Aqrar və sənaye sahələrində islahatların

təhlili və planlaşdırılması sektoru

Ştat vahidi

-6

İqtisadiyyatın digər sahələrində islahatların

təhlili və planlaşdırılması sektoru

Ştat vahidi

-7

İqtisadi islahatların monitorinqi,

koordinasiyası və qiymətləndirilməsi sektoru

Ştat vahidi

-8

Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisinin xidməti[12]

Prezidentin köməkçisi

- 1

Ştat vahidi

- 1

Müdafiə məsələləri şöbəsi

Şöbənin müdiri

- 1

Ştat vahidi

- 7

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş İnspeksiyası (şöbə hüququnda)

İnspeksiyanın rəisi

- 1

İnspeksiya rəisinin müavini

- 1

Ştat vahidi

- 11

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisinin xidməti[13]

Prezidentin köməkçisi

- 1

Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibinin xidməti

Mətbuat katibi

- 1

Ştat vahidi

- 1

Akkreditasiya və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə iş sektoru

Ştat vahidi

- 4

Kütləvi informasiya vasitələri materiallarının təhlili və icmalı sektoru [14]

Ştat vahidi

- 4

Çəkiliş sektoru

Ştat vahidi

- 10

Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti[15]

Protokol xidmətinin rəisi

- 1

Protokol xidməti rəisinin müavini

- 3

Protokol xidməti rəisinin müavini - Protokol - təşkilat sektorunun müdiri

- 1

Ştat vahidi

- 1

Protokol-təşkilat sektoru

Ştat vahidi

-10

Azərbaycan Respublikasının birinci xanımının işlərinin təminatı sektoru

Ştat vahidi

-10

Təminat sektoru

Ştat vahidi

-9

Azərbaycan Respublikası Prezidentinin Katibliyi

Prezidentin Katibliyinin rəisi

 

Prezidentin köməkçisi

- 1

Ştat vahidi

- 1

Analitik xidmət (sektor hüququnda) [16]

Ştat vahidi

- 6

Dəftərxana və arxiv (sektor hüququnda)

Ştat vahidi

- 7

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi[17]

Birinci vitse-prezidentin Katibliyinin rəisi

- 1

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini

- 2

Birinci vitse-prezidentin köməkçisi

- 5

Ştat vahidi

- 12

Azərbaycan Respublikası Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsinin xidməti

Xəzər məsələləri üzrə xüsusi nümayəndə

- 1

Ştat vahidi

- 3

Xarici əlaqələr şöbəsi

Şöbənin müdiri

- 1

Şöbə müdirinin müavini

- 1[18]

Ştat vahidi

- 3

Analitik informasiya sektoru

Ştat vahidi

- 5

Xarici siyasət məsələləri sektoru

Ştat vahidi

- 9

Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsi

Şöbənin müdiri

- 1

Şöbə müdirinin müavini

- 1

Ştat vahidi

- 15[19]

Hüquq mühafizə orqanları ilə iş şöbəsi [20]

Şöbənin müdiri

- 1

Şöbə müdirinin müavini

- 1

Ştat vahidi

- 10

Əfv məsələləri sektoru

Ştat vahidi

- 4

İnsan hüquqlarının müdafiəsi məsələləri sektoru

Ştat vahidi

- 5

Miqrasiya və vətəndaşlıq məsələləri sektoru

Ştat vahidi

- 5

Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektoru[21]

Ştat vahidi

- 3

Humanitar siyasət məsələləri şöbəsi

Şöbənin müdiri

- 1

Şöbə müdirinin müavini

- 2

Ştat vahidi [22]

- 4

Elm, ekologiya, təhsil və mədəniyyət məsələləri sektoru

Ştat vahidi

- 6

Gender siyasəti, səhiyyə və idman məsələləri sektoru

Ştat vahidi

- 3

Təltif və fərdi təqaüd sektoru

Ştat vahidi

- 4

Humanitar siyasət məsələləri şöbəsinin nəzdində Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsinin İşçi Qrupu (sektor hüququnda) [23]

Ştat vahidi

- 4

İctimai-siyasi məsələlər şöbəsi

Şöbənin müdiri

- 1

Şöbə müdirinin müavini[24]

- 3

Ştat vahidi

- 1

İctimai-siyasi təşkilatlarla iş sektoru

Ştat vahidi

- 7[25]

Mətbuat və informasiya orqanları ilə iş sektoru

Ştat vahidi

- 7

Xaricdə yaşayan azərbaycanlılarla iş sektoru

Ştat vahidi

- 4

Xarici kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə iş sektoru [26]

Ştat vahidi

- 6

Gənclər təşkilatları ilə iş sektoru[27]

Ştat vahidi

– 4

Milli azlıqlarla və dini qurumlarla iş sektoru [28]

Sektor müdiri

- 1

 

- 5

Siyasi təhlil və informasiya təminatı şöbəsi[29]

Şöbənin müdiri

- 1

Ştat vahidi

- 1

Analitik təhlil və proqnozlaşdırma sektoru

 

 

Ştat vahidi

- 7

İnformasiya təminatı sektoru

Ştat vahidi

- 6

Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi

Şöbənin müdiri

- 1

Şöbə müdirinin müavini

- 2

Ştat vahidi

- 16

Bələdiyyələrlə iş sektoru

Ştat vahidi

- 4

Regionların sosial-iqtisadi inkişafının analitik sektoru[30]

Ştat vahidi

- 3

Aqrar siyasət məsələləri şöbəsi[31]

Şöbənin müdiri

– 1

Ştat vahidi

– 7

Aqrar siyasət məsələləri şöbəsi[32]

Şöbənin müdiri

- 1

Ştat vahidi

- 7

Dövlət nəzarəti şöbəsi

Şöbənin müdiri

- 1

Şöbə müdirinin müavini

- 1

Ştat vahidi

8

Kadr məsələləri şöbəsi

Şöbənin müdiri

- 1

Şöbə müdirinin müavini

- 1[33]

Ştat vahidi

- 1

Kadr siyasəti məsələləri sektoru

Ştat vahidi

- 6

Kadrlarla iş sektoru

Ştat vahidi

- 9

Şəxsi işlərin aparılması sektoru

Ştat vahidi

- 3

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi

Şöbənin müdiri

- 1

Şöbə müdirinin müavini

- 2

Ştat vahidi

- 1

Dəftərxana (sektor hüququnda)

Ştat vahidi

- 13

Elektron sənəd dövriyyəsinin təşkili sektoru[34]

Ştat vahidi

- 5

Sənədlərin icrasına nəzarət sektoru

Ştat vahidi

- 4

Sənədləri rəsmiləşdirmə və protokollaşdırma sektoru

Ştat vahidi

- 6

Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektoru

Ştat vahidi

- 15

Stenoqrafiya, audioyazı və çap sektoru

Ştat vahidi

- 8

Administrasiyasının arxivi (sektor hüququnda)

Ştat vahidi

- 3

Nəşr və tərcümə sektoru

Ştat vahidi

- 7[35]

 

 

Nəşr və tərcümə şöbəsi[36]

Şöbənin müdiri

- 1

Şöbə müdirinin müavini

- 1

Ştat vahidi

- 9

İnformasiya resursları və texnologiyaları şöbəsi [37]

Şöbənin müdiri

-1

Ştat vahidi

-8

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2005-ci il tarixli 901 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 7, maddə 631)

2.       14 may 2007-ci il tarixli 2164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 501)

3.       18 may 2007-ci il tarixli 2182 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 519)

4.       29 avqust 2007-ci il tarixli 2368 nömrəli Azərbaycan Respublikasının Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 843)

5.       19 dekabr 2007-ci il tarixli 2568 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 12, maddə 1287)

6.       10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, ¹ 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə 80)

7.       24 aprel 2010-cu il tarixli 875 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 4, maddə 345)

8.       24 oktyabr 2011-ci il tarixli 1783 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 25 oktyabr 2011-ci il, ¹ 236; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 10, maddə 935)

9.       12 dekabr 2011-ci il tarixli 1873 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə 1155)

10.    4 sentyabr 2012-ci il tarixli 2410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 5 sentyabr 2012-ci il, ¹ 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 9, maddə 861)

11.    7 sentyabr 2012-ci il tarixli 2425 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 9, maddə 876)

12.    14 sentyabr 2012-ci il tarixli 2435 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 9, maddə 886)

13.    3 oktyabr 2012-ci il tarixli 2472 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 10, maddə 964)

14.    29 noyabr 2012-ci il tarixli 2572 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1183)

15.    29 noyabr 2012-ci il tarixli 2573 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1184)

16.    30 noyabr 2012-ci il tarixli 2578 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1189)

17.    30 noyabr 2012-ci il tarixli 2579 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1190)

18.    26 fevral 2013-cü il tarixli 2740 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 02, maddə 179)

19.    14 yanvar 2014-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 01, maddə 31)

20.    28 fevral 2014-cü il tarixli 292 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 02, maddə 180)

21.    10 aprel 2014-cü il tarixli 368 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04, maddə 383)

22.    18 noyabr 2014-cü il tarixli 868 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1470)

23.    23 fevral 2015-ci il tarixli 1068 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə 200)

24.    13 aprel 2015-ci il tarixli 1170 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə 427)

25.    3 fevral 2016-cı il tarixli 1761 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 2, maddə 281)

26.    17 mart 2016-cı il tarixli 1907 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 3, maddə 547)

27.    20 aprel 2016-cı il tarixli 1972 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 4, maddə 728)

28.    14 dekabr 2016-cı il tarixli 2534 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2159)

29.    24 fevral 2017-ci il tarixli 2692 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 2, maddə 269)

30.    17 mart 2017-ci il tarixli 2755 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 443)

31.    30 may 2017-ci il tarixli 2922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹5 , maddə 944)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, ¹ 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə 80) ilə adında və mətnində "Prezidentinin İcra Aparatının" sözləri "Prezidentinin Administrasiyasının" sözləri ilə, 3-cü bəndində "İcra Aparatının" sözləri "Administrasiyanın" sözü ilə əvəz edilmişdir.

 

[2] 18 may 2007-ci il tarixli 2182 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 519) ilə 1-ci bəndində "379" rəqəmi "383" rəqəmi ilə əvəz edilmişdir.

24 aprel 2010-cu il tarixli 875 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 4, maddə 345) ilə  1-ci bəndində "388" rəqəmi "384" rəqəmi ilə əvəz edilmişdir.

24 oktyabr 2011-ci il tarixli 1783 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 25 oktyabr 2011-ci il, ¹ 236; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 10, maddə 935) 1-ci hissədə “384 rəqəmi “388 rəqəmi ilə əvəz edilmişdir.

4 sentyabr 2012-ci il tarixli 2410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 5 sentyabr 2012-ci il, ¹ 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 9, maddə 861) ilə 1-ci hissədə “388 rəqəmləri “393 rəqəmləri ilə əvəz edilmişdir.

7 sentyabr 2012-ci il tarixli 2425 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 9, maddə 876) ilə 1-ci hissədə “393 rəqəmləri “396 rəqəmləri ilə əvəz edilmişdir.

3 oktyabr 2012-ci il tarixli 2472 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 10, maddə 964) ilə 1-ci hissədə “396 rəqəmləri “397 rəqəmləri ilə əvəz edilmişdir.

29 noyabr 2012-ci il tarixli 2572 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1183) ilə 1-ci hissədə “397 rəqəmləri “407 rəqəmləri ilə əvəz edilmişdir.

29 noyabr 2012-ci il tarixli 2573 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1184) ilə 1-ci hissədə "407" rəqəmləri "410" rəqəmləri ilə əvəz edilmişdir.

30 noyabr 2012-ci il tarixli 2578 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1189) ilə 1-ci hissədə "410" rəqəmləri "411" rəqəmləri ilə əvəz edilmişdir.

30 noyabr 2012-ci il tarixli 2579 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1190) ilə 1-ci hissədə "411" rəqəmləri "412" rəqəmləri ilə əvəz edilmişdir.

14 yanvar 2014-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 01, maddə 31) ilə 1-ci hissədə "412" rəqəmləri "417" rəqəmləri ilə əvəz edilmişdir.

28 fevral 2014-cü il tarixli 292 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 02, maddə 180) ilə 1-ci hissədə "417" rəqəmləri "420" rəqəmləri ilə əvəz edilmişdir.

18 noyabr 2014-cü il tarixli 868 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1470) ilə 1-ci hissədə “420 rəqəmləri “426 rəqəmləri ilə əvəz edilmişdir.

23 fevral 2015-ci il tarixli 1068 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə 200) ilə 1-ci hissədə “426 rəqəmləri “427 rəqəmləri ilə əvəz edilmişdir.

13 aprel 2015-ci il tarixli 1170 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə 427) ilə 1-ci hissədə “427 rəqəmləri “428 rəqəmləri ilə əvəz edilmişdir.

3 fevral 2016-cı il tarixli 1761 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 2, maddə 281) ilə 1-ci hissədə “428 rəqəmləri “459 rəqəmləri ilə əvəz edilmişdir.

17 mart 2016-cı il tarixli 1907 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 3, maddə 547) ilə 1-ci hissədə “459 rəqəmləri “448 rəqəmləri ilə əvəz edilmişdir.

20 aprel 2016-cı il tarixli 1972 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 4, maddə 728) ilə 1-ci hissədə “448 rəqəmləri “445 rəqəmləri ilə əvəz edilmişdir.

24 fevral 2017-ci il tarixli 2692 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 2, maddə 269) ilə 1-ci hissədə “445 rəqəmləri “453 rəqəmləri ilə əvəz edilmişdir.

17 mart 2017-ci il tarixli 2755 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 443) ilə 1-ci hissədə “453 rəqəmləri “473 rəqəmləri ilə əvəz edilmişdir.

 

[3] 30 may 2017-ci il tarixli 2922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹5 , maddə 944) ilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 iyun tarixli 851 nömrəli Sərəncamının 1-ci, 3-cü, 4-cü və 5-ci hissələri ləğv edilmişdir.

 

[4] 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, ¹ 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə 80) ilə "Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının strukturu"nun adında, "Prezidentin İcra Aparatı rəhbərinin xidməti" hissəsində ismin müvafiq hallarında "Prezidentinin İcra Aparatı" sözləri ismin müvafiq hallarında "Prezidentinin Administrasiyası" sözləri ilə, "Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi" hissəsində "İcra Aparatının" sözləri "Administrasiyanın" sözü ilə əvəz edilmişdir.

 

[5] 29 noyabr 2012-ci il tarixli 2573 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1184) ilə "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu"nun Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin xidmətinə aid hissəsinə "Prezidentin Administrasiyasının rəhbəri" abzasından sonra yeni məzmunda abzas əlavə edimişdir.

 

30 noyabr 2012-ci il tarixli 2578 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1189) ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu"nun Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin xidmətinə aid hissədə "Prezidentin Administrasiyası rəhbərinin müavini - 3" sözləri "Prezidentin Administrasiyası rəhbərinin müavini -4" sözləri ilə əvəz edilmişdir.

 

                [6] 28 fevral 2014-cü il tarixli 292 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 02, maddə 180) ilə "Azərbaycan Respublikasının iqtisadi siyasət məsələləri üzrə Dövlət müşavirinin xidməti" hissəsindən sonra yeni məzmunda hissə əlavə edilmişdir.

 

[7] 18 noyabr 2014-cü il tarixli 868 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1470) ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti” hissəsində “8 rəqəmi “11 rəqəmləri ilə əvəz edilmişdir.

 

[8] Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2005-ci il tarixli 901 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 7, maddə 631) ilə Azərbaycan Respublikasının azsaylı xalqlarla və dini qurumlarla iş üzrə Dövlət müşavirinin xidmətinin adı yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının azsaylı xalqlarla və dini qurumlarla iş üzrə Dövlət müşavirinin xidməti

 

24 aprel 2010-cu il tarixli 875 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 4, maddə 345) ilə "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu"nun "Azərbaycan Respublikasının milli azlıqlarla və dini qurumlarla iş üzrə Dövlət müşavirinin xidməti" hissəsi çıxarılmışdır.

 

[9] Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2005-ci il tarixli 901 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 7, maddə 631) ilə Azərbaycan Respublikasının azsaylı xalqlarla və dini qurumlarla iş üzrə Dövlət müşavirinin xidmətində “Azsaylı xalqlarla iş sektoru”nun adı dəyişdirilərək “Milli azlıqlarla iş sektoru” adlandırılmışdır.

 

                [10] 14 yanvar 2014-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 01, maddə 31) ilə "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını strukturu"nun "Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidməti" hissəsində "10" rəqəmləri "15" rəqəmləri ilə əvəz edilmişdir.

 

[11] 3 fevral 2016-cı il tarixli 1761 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 2, maddə 281) ilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nun “Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələləri üzrə köməkçisinin xidməti” hissəsindən sonra yeni məzmunda hissə əlavə edilmişdir.

 

17 mart 2016-cı il tarixli 1907 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 3, maddə 547) ilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nun “Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinin xidməti” hissəsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinin xidməti

Prezidentin köməkçisi - 1

Makroiqtisadi təhlil şöbəsi

Şöbənin müdiri - 1

Makroiqtisadi vəziyyətin təhlili sektoru

Ştat vahidi - 3

Büdcə gəlirlərinin və xərclərinin təhlili sektoru

Ştat vahidi - 5

İdxal-ixrac əməliyyatlarının təhlili sektoru

Ştat vahidi - 2

Beynəlxalq təcrübənin təhlili sektoru

Ştat vahidi - 5

Maliyyə-kredit siyasətinin təhlili şöbəsi

Şöbənin müdiri - 1

Bank sektorunun və pul-kredit siyasətinin təhlili sektoru

Ştat vahidi - 3

Uçot və statistika sektoru

Ştat vahidi - 2

İqtisadi qiymətləndirmə sektoru

Ştat vahidi - 2

Dövlət proqramları və investisiya layihələrinin təhlili şöbəsi

Şöbənin müdiri - 1

Dövlət proqramlarının icrasının təhlili sektoru

Ştat vahidi - 3

İnvestisiya layihələrinin icrasının təhlili sektoru

Ştat vahidi - 2

 

14 dekabr 2016-cı il tarixli 2534 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2159) ilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nun “Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinin xidməti” hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinin xidməti

Prezidentin köməkçisi

- 1

Makroiqtisadi təhlil şöbəsi

Şöbənin müdiri

- 1

Makroiqtisadi proqnozlaşdırma və təhlil sektoru

Ştat vahidi

- 3

Büdcə gəlirlərinin və xərclərinin təhlili sektoru

Ştat vahidi

- 3

Bank sektorunun və pul-kredit siyasətinin təhlili sektoru

Ştat vahidi

- 2

Beynəlxalq təcrübənin təhlili sektoru

Ştat vahidi

- 3

Aqrar və sənaye məsələləri şöbəsi

Şöbənin müdiri

- 1

Aqrar məsələləri sektoru

Ştat vahidi

- 3

Sənaye məsələləri sektoru

Ştat vahidi

- 4

Dövlət proqramları və investisiya layihələrinin təhlili şöbəsi

Şöbənin müdiri

- 1

Dövlət proqramlarının təhlili sektoru

Ştat vahidi

- 3

İnvestisiya layihələrinin təhlili sektoru

Ştat vahidi

- 3

 

[12] 3 oktyabr 2012-ci il tarixli 2472 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 10, maddə 964) ilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nun “Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisinin xidməti" hissəsində “7 rəqəmi “8 rəqəmi ilə əvəz edilmişdir.

 

30 noyabr 2012-ci il tarixli 2578 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1189) ilə "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu"nun Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisinin xidmətinə aid hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisinin xidməti

Prezidentin köməkçisi

- 1

Ştat vahidi

- 8

 

 

[13] 23 fevral 2015-ci il tarixli 1068 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə 200) ilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nun “Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisinin xidməti” hissəsindən sonra yeni məzmunda hissə əlavə edilmişdir.

 

[14] 19 dekabr 2007-ci il tarixli 2568 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 12, maddə 1287) ilə "Kütləvi informasiya vasitələri materiallarının təhlili və icmalı sektoru" bəndi çıxarılmışdır.

 

[15] 18 may 2007-ci il tarixli 2182 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 519) ilə Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinə aid hissədə "Protokol xidmətinin rəisi - 1" sözlərindən sonra "Protokol xidməti rəisinin müavini - sektor müdiri - 2" əlavə edilmişdir və "Protokol xidməti rəisinin müavini - sektor müdiri - 2" sözlərindən sonra "Ştat vahidi - 1" sözləri "Ştat vahidi - 3" sözləri ilə əvəz edilmişdir.

 

21 iyun 2007-ci il tarixli 2247 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 6, maddə 660) ilə "Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının strukturu"nda Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinə aid hissədə "Protokol xidməti rəisinin müavini - sektor müdiri - 2" bəndindən sonra "Ştat vahidi -3" sözləri "Ştat vahidi - 1" sözləri ilə əvəz edilmişdir.

 

29 noyabr 2012-ci il tarixli 2572 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1183) ilə "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu"nun Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinə aid hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti

Protokol xidmətinin rəisi

- 1

Protokol xidməti rəisinin müavini - sektor müdiri

- 2

 

Ştat vahidi

- 1

Protokol təminatı sektoru

Ştat vahidi

- 10

Azərbaycan Respublikasının birinci xanımının işlərinin təminatı sektoru

Ştat vahidi

- 10

 

26 fevral 2013-cü il tarixli 2740 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 02, maddə 179) ilə ilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nun Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinə aid hissəsində “Protokol xidməti rəisinin müavini” abzasında “2 rəqəmi “3 rəqəmi ilə əvəz edilmişdir və “Protokol xidməti rəisinin müavini -Protokol-təşkilat sektorunun müdiri - 1 abzası ləğv edilmişdir.

 

[16] Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2005-ci il tarixli 901 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 7, maddə 631) ilə Azərbaycan Respublikası Prezidentinin Katibliyində “Prezidentin analitik xidməti (sektor hüququnda)”nin adı dəyişdirilərək “Analitik xidmət (sektor hüququnda)”, eləcə də  Prezidentinin dəftərxanası və arxivi (sektor hüququnda)”nin adı dəyişdirilərək “Dəftərxana və arxiv (sektor hüququnda)”adlandırılmışdır.

 

[17] 17 mart 2017-ci il tarixli 2755 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 443) ilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”na “Azərbaycan Respublikası Prezidentinin Katibliyi” hissəsindən sonra yeni məzmunda hissə əlavə edilmişdir.

 

[18] 13 aprel 2015-ci il tarixli 1170 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə 427) ilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nun “Xarici əlaqələr şöbəsi” hissəsinə “Şöbənin müdiri” abzasından sonra yeni məzmunda abzas əlavə edilmişdir.

 

[19] 18 noyabr 2014-cü il tarixli 868 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1470) ilə “Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsi” hissəsində “12 rəqəmləri “15 rəqəmləri ilə əvəz edilmişdir.

 

[20] 14 may 2007-ci il tarixli 2164 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 501) ilə Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Vətəndaşlıq məsələləri sektoruna aid hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Vətəndaşlıq məsələləri sektoru

Ştat vahidi  - 3

 

[21] 7 sentyabr 2012-ci il tarixli 2425 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 9, maddə 876) ilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nun “Hüquq mühafizə orqanları ilə iş şöbəsi” hissəsində “Miqrasiya və vətəndaşlıq məsələləri sektoru” bəndindən sonra yeni bənd əlavə edilmişdir.

 

[22] 24 oktyabr 2011-ci il tarixli 1783 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 25 oktyabr 2011-ci il, ¹ 236; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 10, maddə 935) ilə “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının strukturu”nda “Humanitar siyasət məsələləri şöbəsi” hissəsində birinci halda “4 rəqəmi “8 rəqəmi ilə əvəz edilmişdir.

12 dekabr 2011-ci il tarixli 1873 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə 1155) ilə humanitar siyasət məsələləri şöbəsinə aid hissədə “8 rəqəmi “4 rəqəmi ilə əvəz edilmişdir.

 

[23] 12 dekabr 2011-ci il tarixli 1873 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə 1155) ilə humanitar siyasət məsələləri şöbəsinə aid hissədə “Təltif və fərdi təqaüd sektoru” bəndindən sonra yeni məzmunda bənd əlavə edilmişdir.

 

[24] 24 aprel 2010-cu il tarixli 875 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 4, maddə 345) ilə "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu"nun İctimai-siyasi məsələlər şöbəsinə aid hissədə "şöbə müdirinin müavini" abzasında "2" rəqəmi "3" rəqəmi ilə əvəz edilmişdir.

 

[25] 10 aprel 2014-cü il tarixli 368 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04, maddə 383) ilə "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nun "İctimai-siyasi məsələlər şöbəsi" hissəsində “İctimai-siyasi təşkilatlarla iş sektoru” bəndində “11 rəqəmləri 7 rəqəmi ilə əvəz edilmişdir.

 

[26] 14 sentyabr 2012-ci il tarixli 2435 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 9, maddə 886) ilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nun “İctimai-siyasi məsələlər şöbəsi” hissəsində “Siyasi araşdırmalar və analitik təhlil sektoru” sözləri “Xarici kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə iş sektoru” sözləri ilə əvəz edilmişdir.

 

[27] 10 aprel 2014-cü il tarixli 368 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04, maddə 383) ilə "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nun "İctimai-siyasi məsələlər şöbəsi" hissəsində “Xarici kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlan ilə iş sektoru" bəndindən sonra yeni məzmunda bənd əlavə edilmişdir.

 

[28] 24 aprel 2010-cu il tarixli 875 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 4, maddə 345) ilə "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu"nun İctimai-siyasi məsələlər şöbəsinə aid hissədə "Siyasi araşdırmalar və analitik təhlil sektoru" bəndindən sonra yeni bənd əlavə edilmişdir.

 

28 fevral 2014-cü il tarixli 292 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 02, maddə 180) ilə "İctimai-siyasi məsələlər şöbəsi" hissəsində "Milli azlıqlarla və dini qurumlarla iş sektoru"na aid bənd ləğv edilmişdir.

 

[29] 19 dekabr 2007-ci il tarixli 2568 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 12, maddə 1287) ilə "İctimai-siyasi məsələlər şöbəsi" hissəsindən sonra yeni hissə əlavə edilmişdir.

 

[30] 29 avqust 2007-ci il tarixli 2368 nömrəli Azərbaycan Respublikasının Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 843) ilə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının strukturu"nun Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə aid hissədə "Bələdiyyələrlə iş sektoru" bəndindən sonra yeni məzmunda bənd əlavə edilmişdir.

 

[31] 24 fevral 2017-ci il tarixli 2692 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 2, maddə 269) ilə “Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi” hissəsindən sonra yeni məzmunda hissə əlavə edilmişdir.

 

[32] 17 mart 2016-cı il tarixli 1907 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 3, maddə 547) ilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nun “Aqrar siyasət məsələləri şöbəsi” hissəsi ləğv edilmişdir.

 

[33] 20 aprel 2016-cı il tarixli 1972 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 4, maddə 728) ilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nun “Kadr məsələləri şöbəsi” hissəsinə “Şöbənin müdiri” abzasından sonra yeni məzmunda abzas əlavə edilmişdir.

 

[34] 4 sentyabr 2012-ci il tarixli 2410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 5 sentyabr 2012-ci il, ¹ 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 9, maddə 861) ilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nun “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” hissəsində “Dəftərxana (sektor hüququnda)” bəndindən sonra yeni bənd əlavə edilmişdir.

 

[35] 20 aprel 2016-cı il tarixli 1972 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 4, maddə 728) ilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nun “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” hissəsinə “Administrasiyanın arxivi (sektor hüququnda)” bəndindən sonra yeni məzmunda bənd əlavə edilmişdir.

 

[36] 20 aprel 2016-cı il tarixli 1972 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 4, maddə 728) ilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nun “Nəşr və tərcümə şöbəsi” hissəsi ləğv edilmişdir.

 

[37] 19 dekabr 2007-ci il tarixli 2568 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 12, maddə 1287) ilə "İnformasiya resursları və texnologiyaları şöbəsi"nə aid hissə çıxarılmışdır.