"Şəkərli diabet
xəstəliyinə tutulmuş şəxslərə
göstərilən illik tibbi yardımın (0
cümlədən zəruri olan müayinələrin)
həcmi, inyeksiya vasitələrinin, insulin və digər
şəkərsalıcı dərman preparatlarının,
özünənəzarət vasitələrinin
siyahısı və miqdarı"nın və
"Şəkərli diabet xəstəliyinə tutulmuş
şəxslərin insulin və digər
şəkərsalıcı dərman preparatları, inyeksiya
və özünənəzarət vasitələri ilə
təminatı Qaydası"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Şəkərli diabet
xəstəliyinə tutulmuş şəxslərə
dövlət qayğısı haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral
tarixli 32 nömrəli Fərmanının 1.5-ci bəndinin
icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. "Şəkərli diabet
xəstəliyinə tutulmuş şəxslərə
göstərilən illik tibbi yardımın (o
cümlədən zəruri olan müayinələrin)
həcmi, inyeksiya vasitələrinin, insulin və digər
şəkərsalıcı dərman preparatlarının,
özünənəzarət vasitələrinin
siyahısı və miqdarı" təsdiq edilsin (1
nömrəli əlavə).
2. "Şəkərli diabet
xəstəliyinə tutulmuş şəxslərin insulin
və digər şəkərsalıcı dərman preparatları, inyeksiya
və özünənəzarət vasitələri ilə
təminatı Qaydası" təsdiq edilsin (2 nömrəli
əlavə).
3. Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyinə tapşırılsın ki,
şəkərli diabet xəstəliyinə tutulmuş
şəxslərin dərman preparatları, inyeksiya və
digər özünənəzarət vasitələri ilə
təminatı ilə əlaqədar tələb olunan
xərclər barədə dəqiq
hesablamaları Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə təqdim etsin.
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi 2006-cı ilin dövlət büdcəsinin
layihəsinin tətbiqi zamanı müvafiq vasitələrin
nəzərdə tutulmasını təmin etsin.
4. Bu qərar imzalandığı
gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı
şəhəri, 13 may 2005-ci
il
¹ 87
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2005-ci
il 13 may tarixli 87 nömrəli qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
1 nömrəli əlavə
Şəkərli diabet
xəstəliyinə tutulmuş şəxslərə
göstərilən illik tibbi yardımın (o
cümlədən zəruri olan müayinələrin)
həcmi, inyeksiya vasitələri, insulin və digər
şəkərsalıcı dərman preparatlarının,
özünənəzarət vasitələrinin
SİYAHISI VƏ MİQDARI
|
İllik tibbi yardım |
Şəkərli diabet tip 1 |
Şəkərli diabet tip 2
insulinə ehtiyacı olmayanlar |
Şəkərli diabet tip 2
insulinə ehtiyacı olanlar |
|||||
|
1 |
2 |
3 |
4 |
|||||
|
KONSULTASİYALAR * |
||||||||
|
Endokrinoloq |
ayda 1 dəfə |
2 ayda 1 dəfə |
ayda 1 dəfə |
|||||
|
Okulist |
ildə 2 dəfə |
ildə 2 dəfə |
ildə 2 dəfə |
|||||
|
Nevropatoloq |
ildə 2 dəfə |
ildə 2 dəfə |
ildə 2 dəfə |
|||||
|
Kardioloq |
ildə 1 dəfə |
ildə 1 dəfə |
ildə 1 dəfə |
|||||
|
ÖZÜNƏNƏZARƏT
KURSU |
||||||||
|
Birinci kurs |
1 dəfə |
1 dəfə |
1 dəfə |
|||||
|
Təkrar kurslar |
ehtiyac olanda 1-2 ildən bir |
ehtiyac olanda 1-2 ildən bir |
ehtiyac olanda 1-2 ildən bir |
|||||
|
LABORATOR VƏ İNSTRUMENTAL MÜAYİNƏLƏR |
||||||||
|
Qanda şəkərin
təyini |
ayda 1 dəfə |
3 ayda 1 dəfə |
ayda 1 dəfə |
|||||
|
Sidikdə asetonun təyini |
ayda 1 dəfə |
dekompensasiya vəziyyətində |
dekompensasiya vəziyyətində |
|||||
|
Sidikdə şəkərin
təyini |
özünənəzarət
çərçivəsində sutkalıq qlikemik profili yoxlamağa imkan olmadıqda |
özünənəzarət
çərçivəsində sutkalıq qlikemik profili yoxlamağa imkan olmadıqda |
özünənəzarət
çərçivəsində sutkalıq qlikemik profili yoxlamağa imkan olmadıqda |
|||||
|
Qlikohemoqlobinin təyini (HbALc) |
ildə 4 dəfə |
ildə 4 dəfə |
ildə 4 dəfə |
|||||
|
Qanda lipidlərin təyini |
ildə 1 dəfə** |
ildə 1 dəfə** |
ildə 1 dəfə** |
|||||
|
Qanda qaraciyər Sınaqlarının
təyini |
ildə 1 dəfə** |
ildə 1 dəfə** |
ildə 1 dəfə** |
|||||
|
Qanda böyrək Sınaqlarının
təyini |
ildə 1 dəfə*** |
ildə 1 dəfə*** |
ildə 1 dəfə*** |
|||||
|
Mikroalbuminuriyanın təyini |
makroproteinuriya olmadığı halda |
makroproteinuriya olmadığı halda |
makroproteinuriya olmadığı halda |
|||||
|
EKQ |
ildə 1 dəfə ildə 1 dəfə** |
ildə 1 dəfə ildə 1 dəfə** |
ildə 1 dəfə ildə 1 dəfə** |
|||||
|
İNSULİN VƏ
DİGƏR ŞƏKƏRSALICI DƏRMAN PREPARATLARI, İNYEKSİYA VASİTƏLƏRİ,
ÖZÜNƏNƏZARƏT VASİTƏLƏRİ |
||||||||
|
İnsulin (50% qısa və 50% uzun müddət təsir edən) |
illik 14400 vahid |
tələb olunmur |
illik 14400 vahid |
|||||
|
Şəkərsalıcı
həblər: Sulfanilamidlər 70% Biquanidlər 20% Tiozolidindionlar 2% Qeyri sulfanilamid sekretoqoqlar 2% a-qlükozidazanın ingibitorları 1% kombinəolunmuş preparatlar 5% Birdəfəlik insulin
şprisi və ya insulin şpris- qələmləri
üçün ucluq |
tələb olunmur gündə 2 ədəd
hər 5 gündən bir olmaqla, illik 144 ədəd |
gündə 2 həb hesabı ilə ildə 720 həb tələb olunmur |
gündə 2 həb
hesabı ilə ildə 720 həb gündə 2 ədəd
hər 5 gündən bir olmaqla, illik 144 ədəd |
|||||
|
ÖZÜNƏNƏZARƏT
VASİTƏLƏRİ |
||||||||
|
Qanda şəkəri
təyin etmək üçün vizual test-çubuqlar (1
qutuda 50 ədəd) |
ayda 1 qutu |
2 aya bir qutu |
ayda 1 qutu |
|||||
|
Sidikdə şəkəri
təyin etmək üçün vizual test-çubuqlar (1
qutuda 50 ədəd) |
3 aya 1 qutu |
3 aya 1 qutu |
3 aya 1 qutu |
|||||
|
Sidikdə asetonu təyin
etmək üçün vizual test-çubuqlar (1 qutuda 50
ədəd) |
3 aya 1 qutu |
tələb olunmur |
ildə 1 qutu |
|||||
* Normativlər ağır
fəsadları olmayan xəstələr üçün
nəzərdə tutulub. Ağır fəsadları olan
xəstələrə mütəxəssislərin baxışı
ildə 4 dəfə keçirilməlidir. Böyrək
çatışmazlığı zamanı nefroloqun, irinli
yaralar zamanı cərrahın baxışı
keçirilməlidir.
** Fəsadlar və
müalicə zamanı ildə 4 dəfədən az olmayaraq.
*** Böyrək
çatışmazlığında - ehtiyac olduqda.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 13 may tarixli 87
nömrəli qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
2 nömrəli əlavə
Şəkərli diabet
xəstəliyinə tutulmuş şəxslərin insulin
və digər şəkərsalıcı dərman
preparatları, inyeksiya və özünənəzarət
vasitələri ilə təminatı
QAYDASI
1.
Şəkərli
diabet xəstəliyinə
tutulmuş şəxslər yaşadıqları ərazi
üzrə müalicə-profilaktika
müəssisəsinin endokrinoloji kabinetində və ya
endokrinolqji dispanserində
qeydiyyata alınırlar.
2.
Şəkərli
diabet xəstəliyinə
tutulmuş şəxslər insulin və digər
şəkərsalıcı
dərman preparatlarını, inyeksiya və
özünənəzarət vasitələrini almaq üçün onlara qeydiyyatda olduqları
müalicə-profılaktika müəssisəsi (endokrinoloji dispanser və ya ərazi
poliklinikası) tərəfindən 2 nüsxədən
ibarət resept yazılır.
3.
Pulsuz
dərman Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş
xüsusi formada olan resept nüsxəsində yazılır.
4. Şəkərli diabet xəstəliyinə tutulmuş
şəxslər üçün dərman preparatları təyin olunarkən, terapevtik
doza 30 günlük müalicə kursundan artıq olmamalıdır.
5.
Şəkərli diabet
xəstəliyinə tutulmuş şəxslərin insulin və digər
şəkərsalıcı dərman preparatları,
inyeksiya və özünənəzarət vasitələri ilə təminatı resept
əsasında müalicə-profilaktika müəssisəsinin (endokrinoloji dispanser və ya
ərazi poliklinikası) müqavilə bağladığı
aptek vasitəsilə həyata
keçirilir.
6.
Şəkərli diabet
xəstəliyinə tutulmuş şəxslərin resept əsasında pulsuz aldıqları
insulin və digər şəkərsalıcı dərman preparatlarının, inyeksiya və
özünənəzarət vasitələrinin
dəyəri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.[1]
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
30 noyabr
2020-ci il tarixli 473 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 3 dekabr
2020-ci il, ¹ 253,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il,
¹11, maddə 1416)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 30 noyabr 2020-ci il tarixli 473
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, ¹
253, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹11, maddə
1416) ilə “Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərin insulin və digər
şəkərsalıcı dərman preparatları, inyeksiya
və özünənəzarət vasitələri ilə
təminatı Qaydası”nın 6-cı hissəsində “vətəndaşın
yaşadığı ərazi üzrə səhiyyə
orqanının büdcə vəsaiti” sözləri “Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi üçün nəzərdə
tutulmuş vəsait” sözləri ilə əvəz
edilmişdir.