İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun
Azərbaycan Respublikasının ərazisində
istehlakçılar üçün bərabər
şərait yaradılması məqsədi ilə
alqı-satqı prosesində, iş görülməsində
və xidmət göstərilməsində istehlakçı
ilə istehsalçı, satıcı və icraçı
arasında münasibətlərin eyni cür
tənzimlənməsinin, habelə istehlakçıların
hüquqlarının müdafiəsinin ümumi hüquqi,
iqtisadi və sosial əsaslarını və mexanizmini
müəyyənləşdirir.
Qanun
BMT-nin Baş Assambleyası tərəfindən qəbul
edilmiş “İstehlakçıların maraqlarını
müdafiə etmək üçün rəhbər
prinsiplər” əsasında işlənmiş və
Azərbaycan Respublikasında belə münasibətlərin
dünya təcrübəsinə uyğunlaşdırılmasına
yönəldilmişdir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə
1. Əsas anlayışlar
Bu
Qanunda istifadə edilən anlayışlar:
istehlakçı —
şəxsi tələbatını ödəmək
məqsədi ilə mal, iş və xidmətlərdən
istifadə edən, onları alan, sifariş verən, yaxud almaq
və ya sifariş vermək niyyəti olan şəxs;
istehsalçı —
mülkiyyət formasından və təşkilati-hüquqi
formasından asılı olmayaraq satış
üçün mal istehsal edən müəssisə,
idarə, təşkilat və ya sahibkar;
icraçı —
iş görən, yaxud xidmət göstərən
müəssisə, idarə, təşkilat və ya sahibkar;
satıcı —
alğı-satqı əməliyyatı aparan, mal satan
müəssisə, idarə, təşkilat və ya sahibkar;
normativ sənəd —
malların (işlərin, xidmətlərin) keyfiyyətinə
və təhlükəsizliyinə Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun məcburi tələbləri
müəyyənləşdirən dövlət
standartları, farmakoloji, sanitariya və tikinti normaları,
qaydaları və digər sənədlər;
qüsur — malın
(işin, xidmətin) normativ sənədlərin
tələblərinə, müqavilə
şərtlərinə, yaxud irəli sürülən
başqa tələblərə, habelə icraçı
və ya satıcının mal (iş, xidmət) haqqında
verdiyi məlumata uyğunsuzluğu;
mühüm qüsur —
maldan (işdən, xidmətdən) onun məqsədli
təyinatına müvafiq surətdə istifadə
olunmasını qeyri-mümkün və ya yolverilməz
edən, istehlakçı üçün aradan
qaldırıla bilməyən, aradan qaldırılması
üçün çoxlu əmək və vaxt
məsrəfi tələb edən, malı (işi, xidməti)
müqavilədə nəzərdə tutulduğundan başqa
şəklə salan, ya da aradan qaldırıldıqdan sonra
yenidən üzə çıxan qüsur;
uyğunluq sertifikatı (sertifikat) —
sertifikatlaşdırma sisteminin qaydaları üzrə
sertifikatlaşdırılmış malın
(xidmətin, işin), prosesin, idarəetmə sisteminin və
işçi heyətinin müvafiq standartda, texniki
reqlamentdə və digər normativ hüquqi aktda
müəyyən olunmuş tələblərə
uyğunluğunu təsdiq etmək üçün
verilmiş sənəd;
uyğunluq nişanı — malın
(xidmətin, işin), prosesin, idarəetmə sisteminin və
işçi heyətinin müvafiq standartda, texniki
reqlamentdə və digər normativ hüquqi aktda
müəyyən olunmuş tələblərə
uyğunluğunu göstərən, sertifikatlaşdırma
sisteminin qaydalarına uyğun verilən və tətbiq
edilən, müəyyən olunmuş qaydada qeydiyyata alınan
nişandır;[1]
malın (işin, xidmətin)
təhlükəsizliyi — maldan (işin, xidmətin
nəticələrindən) istifadə edilməsinin, onun
saxlanmasının, daşınmasının,
işlədilməsinin adi şəraitində və ya
işin görülməsi (xidmət göstərilməsi)
prosesində istehlakçının həyatına,
sağlamlığına, əmlakına, habelə ətraf
mühitə zərər vurulmasının istisna olunması;
zəmanət müddəti —
müvafiq normativ sənədlərdə nəzərdə
tutulmuş zəmanət öhdəliklərinin
qüvvədə olduğu müddət.
nəzarət markası —
audiovizual əsərin, fonoqramın, kompyuter proqramının,
məlumat toplusunun, kitabın nüsxələrinin və
digər müəlliflik və əlaqəli hüquq
obyektlərinin müəlliflik hüququ və əlaqəli
hüquqlara əməl edilməklə
hazırlandığını (istehsal olunduğunu),
həmçinin satışı üçün müvafiq
dövlət orqanından razılığın
alınması tələb olunan malların, məmulatların
və məlumat materiallarının satışına
belə razılığın verilməsini təsdiq edən
və həmin nüsxələri yaymaq hüququ verən,
nüsxələrə yapışdırılan
hərf-rəqəm kodu və holoqrafik müdafiə
vasitəsi olan və birdəfəlik istifadə
üçün nəzərdə tutulan vahid nümunəli
xüsusi nişan.[2]
Maddə 2. İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Mülki Məcəlləsindən, bu
Qanundan və bu Qanuna müvafiq qəbul edilmiş digər
normativ-hüquqi aktlardan ibarətdir.[3]
Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrində
müəyyənləşdirilmiş qaydalar bu Qanunda
nəzərdə tutulanlardan fərqli olarsa, beynəlxalq
müqavilələrin qaydaları tətbiq edilir.
Ələt azad iqtisadi zonasında
istehlakçıların hüquqlarının
müdafiəsi sahəsində münasibətlər
“Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olaraq
tənzimlənir.[4]
II fəsil
İSTEHLAKÇILARIN HÜQUQLARI
Maddə 3. İstehlakçıların hüquqları
Azərbaycan
Respublikası ərazisində istehlakçılar
aşağıdakı hüquqlara malikdir:
malların
(işlərin, xidmətlərin) və onların
istehsalçısının, icraçısının
və satıcısının sərbəst
seçilməsinə;
istehlak
etdikləri malların (işlərin, xidmətlərin)
lazımi keyfiyyətdə olmasına;
malların
(işlərin, xidmətlərin)
təhlükəsizliyinə;
malların
(işlərin, xidmətlərin) miqdarı, çeşidi
və keyfiyyəti haqqında dolğun və düzgün
məlumat əldə etməyə;
qanunvericilikdə
nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan,
habelə insanların sağlamlığına,
həyatına təhlükəli olan malların
(işlərin, xidmətlərin) vurduğu zərərin
ödənilməsinə;
öz
hüquqlarının və qanuni mənafelərinin
müdafiəsi üçün səlahiyyətli
dövlət orqanlarına və məhkəməyə
müraciət etməyə;
ictimai
təşkilatlarda (istehlakçılar birliyində)
birləşməyə.
Maddə 4. Zəmanətli istehlak
səviyyəsi
Zəmanətli
istehlak səviyyəsi aşağıdakı formalarda
təmin edilir:
hər
bir istehlakçının azad şəkildə mal
almasına zəmanət olmadığı hallarda, malların
normalaşdırılmış formada bölünməsinin
tətbiqi ilə;
vətəndaşlara
kompensasiya ödənişləri, müxtəlif
müavinət və güzəştlər verməklə.
Maddə 5. İstehlakçının
malların (işlərin, xidmətlərin) lazımi
keyfiyyətdə olmasına hüququ
1. İstehlakçı
satıcıdan (istehsalçıdan, icraçıdan)
alınmış malın (görülmüş işin,
göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə,
müqavilə şərtlərinə uyğunluğu
barədə və həmçinin mal (iş, xidmət)
haqqında satıcının (istehsalçının,
icraçının) təqdim etdiyi məlumata cavab
verməsini tələb etmək hüququna malikdir.
2. İstehlakçıların
həyatının, sağlamlığının və
əmlakının, habelə ətraf mühitin
təhlükəsizliyinə dair mala (işə,
xidmətə) aid tələblər normativ
sənədlərlə müəyyən edilir.
Ayrı-ayrı
mal qrupları (işlər, xidmətlər) üçün
yuxarıda göstərilən tələblər Azərbaycan
Respublikasının qanunvericilik aktları ilə müəyyən
edilir.
3. Satıcı (istehsalçı,
icraçı) istehlakçıya keyfiyyəti normativ
sənədlərə, müqavilə
şərtlərinə və həmçinin mal (iş,
xidmət) haqqında istehsalçının
(icraçının) təqdim etdiyi məlumata uyğun olan
mal verməlidir.
Azərbaycan
Respublikası ərazisinə idxal olunmuş malların
(işlərin, xidmətlərin) lazımi keyfiyyətini
təsdiq edən, qanunvericiliklə nəzərdə
tutulmuş sənəd olmalıdır.
4. İstehsalçı
(icraçı) normativ sənəddə nəzərdə
tutulan və ya istehlakçı ilə müqavilə
əsasında malın (görülən işin, xidmətin
nəticələrinin) xidmət müddəti ərzində,
belə müddətin olmadığı halda isə 10 il
müddətində təyinatı üzrə istifadə
edilməsinə təminat verməlidir.
İstehsalçı,
mallara texniki xidməti və onların zəmanətli
təmirini, habelə texniki təmir və xidmət
göstərən təşkilatlar üçün lazım
olan həcmdə və çeşiddə ehtiyat
hissələri ilə təchizini bütün istehsal müddəti
ərzində, mal (iş, xidmət) istehsaldan
çıxarıldıqdan sonra isə xidmət
müddəti ərzində, bu müddət nəzərdə
tutulmayan hallarda isə 10 il ərzində təmin etməlidir.
Maddə 6. Zəmanət
öhdəlikləri
1. İstehsalçı
(icraçı) malın (işin, xidmətin),
həmçinin komplektləşdirici məmulatların
qanunvericilikdə nəzərdə tutulan zəmanət
müddəti ərzində, bu müddətlərin
olmadığı hallarda isə müqavilə ilə
müəyyənləşdirilmiş qaydada normal işini
(tətbiqini və istifadəsini) təmin edir.
Komplektləşdirici
məmulatların zəmanət müddəti
qanunvericilikdə və ya müqavilədə ayrı cür
göstərilməyibsə, malın (işin, xidmətin)
özünün zəmanət müddətindən az
olmamalıdır.
2. Zəmanət müddəti
malın (işin, xidmətin) pasportunda və ya nişanlama
kağızında (yarlıqda), yaxud mala (işə
xidmətə) əlavə olunan digər sənəddə
göstərilir.
Tez
xarab olan və insanların sağlamlığına,
həyatına və əmlakına, habelə ətraf
mühitə təhlükə kəsb edən ərzaq
məhsullarının, dərmanların, ətriyyat-kosmetika
vasitələrinin, kimya məhsullarının və başqa
malların (işlərin, xidmətlərin)
üzərində (qablarında) və ya onlara əlavə
edilən müvafiq sənədlərdə yararlılıq
müddəti göstərilməlidir.
Yararlılıq
müddəti ötmüş malların satışı
qadağan edilir.
Zəmanət
müddətləri əgər alqı-satqı
müqaviləsində ayrı müddət nəzərdə
tutulmayıbsa, malın istehlakçıya verildiyi məqamdan,
yararlılıq müddətləri isə
hazırlandığı gündən hesablanır. [5]
3. İstehlakçı satıcı
(istehsalçı, icraçı) qarşısında
zəmanət müddəti müəyyən edilməmiş
mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal
nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının
Mülki Məcəlləsi ilə müəyyən
edilmiş müddətdən gec olmamaq şərti ilə
öz tələblərini irəli sürmək hüququna
malikdir. [6]
4. Zəmanətli təmir
aparılarkən malın (işin, xidmətin) zəmanət
müddəti onun təmirdə olduğu müddət
qədər uzadılır. Göstərilən müddət
istehlakçının qüsurları aradan qaldırmaq
tələbini irəli sürdüyü gündən hesablanır.
Mal dəyişdirildikdə zəmanət müddəti
dəyişdirilmə günündən etibarən yenidən
hesablanır.
Maddə 7. Qüsuru olan mal satılarkən
istehlakçının hüquqları
1. İstehlakçı
müqavilə və ya digər qaydalarla müəyyən
olunmuş zəmanət müddəti ərzində
aldığı malda qüsur və ya saxtalaşdırma
aşkar edərsə, öz istəyinə görə
satıcıdan və ya istehsalçıdan
aşağıdakıları tələb etmək hüququna
malikdir:
lazımi
keyfiyyətli mala dəyişdirməyi;
satış
qiymətini uyğun məbləğdə azaltmağı;
malın
qüsurlarının icraçının
(satıcının, istehlakçının) hesabına aradan
qaldırılmasını və ya qüsurların aradan
qaldırılması üçün
istehlakçının və ya üçüncü
şəxslərin çəkdiyi xərclərin
əvəzinin ödənilməsini;
malın,
həmin mala uyğun digər modelli (markalı, tipli və i.
a.) mal ilə, dəyəri yenidən hesablanma şərti
ilə əvəz edilməsini;
müqavilənin
ləğv edilməsini və çəkdiyi zərərin
ödənilməsini.
2. Satıcı (icraçı)
istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri
götürməyə və bu maddənin birinci
bəndində göstərilən istehlakçının
tələblərindən birini yerinə yetirməyə
borcludur.
İri
qabaritli və ağırçəkili malların
istehlakçıdan satıcıya (icraçıya)
qaytarılması və dəyişdirilərək yenidən
istehlakçıya çatdırılması
satıcının (icraçının) hesabına həyata
keçirilir.
3. İstehlakçının malı
dəyişmək tələbi mal olduqda dərhal yerinə
yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq
tələb verilən andan 14 gün müddətində
yoxlanılmalı və ya tərəflər arasında
razılaşdırılmış müddət
ərzində dəyişdirilməlidir.
İstehlakçının
malı dəyişdirmək tələbi, mal olmadıqda
müvafiq ərizənin verildiyi andan iki ay
müddətində ödənilməlidir.
Göstərilən
müddət ərzində malı dəyişdirmək
mümkün olmadıqda, istehlakçı satıcı
(istehsalçı) qarşısında bu maddənin birinci
bəndinin ikinci, üçüncü, dördüncü
və beşinci abzaslarında nəzərdə tutulmuş
digər tələblərin yerinə yetirilməsini
tələb edə bilər.
4. Qüsurlu mal lazımi
keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala
dəyişdirilərkən qiymət dəyişərsə,
istehlakçı qiymət fərqini ödəmir.
Qüsurlu
mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin
başqa modelli (markalı, tipli və i. a.) mala
dəyişdirilərkən qiymətlər
dəyişdikdə, malın dəyəri göstərilən
malın alındığı vaxt qüvvədə olmuş
qiymətlər əsas götürülməklə
yenidən hesablanır.
Müqavilə
ləğv edildikdə, istehlakçı ilə hesablamalar
mala qiymətlər artan hallarda eyni dərəcəli
malların qiymətlərinin artması nəzərə
alınmaqla, qiymətlər aşağı
düşdükdə isə malın alındığı
vaxt dəyəri əsas götürülməklə
aparılır.
5. İstehlakçıya
keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik
malın yararlılıq müddəti ərzində aşkar
olunubsa, satıcı həmin malı keyfiyyətli mala
dəyişdirməli və ya malın dəyərinin
məbləğini qaytarmalıdır.
Belə
hallarda istehlakçı ilə hesablaşma bu maddənik
4-cü bəndində göstərilən qaydada
aparılır.
6. İstehlakçı malın
qüsurunun əvəzsiz olaraq aradan
qaldırılmasını tələb edərsə, qüsur
14 gün ərzində və ya tərəflərin
razılığı ilə başqa müddətdə aradan
qaldırılmalıdır.
İstehlakçının
tələbi ilə satıcı (icraçı)
məişət texnikasının və nəqliyyat vasitələrinin
təmir edildiyi və ya dəyişdirildiyi müddət
üçün ona əvəzsiz olaraq (evinə
çatdırmaqla) oxşar mal verməlidir.
Təmir
(dəyişdirmə), habelə malın qüsurlarının
aradan qaldırıldığı və ya
dəyişdirildiyi müddət üçün oxşar
malı vermək tələbinin yerinə yetirilməsi (14
gün) ləngidildikdə satıcı (icraçı)
istehlakçıya mal verməklə bir vaxtda,
müəyyən edilmiş müddətin
ötürüldüyü hər gün üçün ona
malın satış qiymətinin bir faizi
məbləğində dəbbə pulu ödəyir.
7. İstehlakçının
tələbinə, qəbz, mal və ya kassa çeki,
zəmanət müddəti olan mallar üzrə isə texniki
pasport və ya onu əvəz edən digər sənəd
təqdim edildikdə baxılır.
Satıcı
istehlakçıya mal satarkən ona qəbz, mal, kassa
çeki və ya digər yazılı sənəd
verməlidir.
İstehlakçı
ona verilən texniki pasportu və ya onu əvəz edən
digər sənədi itirərsə, onların bərpası
qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll
edilir.
8. İstehsalçı
istehlakçının mala olan iddiasını aradan
qaldırmaq üçün satıcının sərf etdiyi
xərcləri ödəməlidir.
9. Azərbaycan Respublikasından kənarda
istehsal olunmuş və ya vasitəçilərdən
alınmış mallar barəsində bu maddənin birinci
bəndində müəyyən edilmiş tələblər
satıcının hesabına ödənilir.
10. Əgər satıcı,
istehsalçı (onların funksiyalarını yerinə
yetirən müəssisələr) malın
qüsurlarının istehlakçı tərəfindən
istifadə və ya saxlanma qaydalarının pozulması,
üçüncü şəxslərin
hərəkətləri və ya təbii fəlakət
nəticəsində əmələ gəldiyini sübuta
yetirərsə, istehlakçının bu maddədə
nəzərdə tutulan tələbləri təmin
olunmamalıdır.
İstehlakçı
malın keyfiyyətinin yoxlanmasında şəxsən, yaxud
öz nümayəndəsi vasitəsilə iştirak etmək
hüququna malikdir.
Maddə 8. İş görülməsi
və xidmət göstərilməsi üçün
müqavilə bağlanmasında icraçının
vəzifələri
Bazarda
hökmran mövqe tutan istehsalçı və ya
icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud
istehsal imkanlarından kənara
çıxdığını sübut etdiyi hallar istisna
olmaqla) istehlakçı ilə işlərin icra edilməsi
və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif
etmədən müqavilə bağlamağa borcludur. Bu
halda o, öz istehsalat, yaxud digər təsərrüfat
fəaliyyətini elə təşkil etməlidir ki,
əhalinin ehtiyacları lazımi səviyyədə və
fasiləsiz təmin edilsin. İcraçının
əsassız olaraq, müqavilə bağlamaqdan imtina
etməsi nəticəsində o, işlərin yerinə
yetirilməsindən və xidmətlərin
göstərilməməsindən istehlakçıya
dəyən ziyanın əvəzini ödəməyə
borcludur. [7]
Maddə 9. İş
görülməsinə və xidmət
göstərilməsinə dair müqavilələrin
şərtləri pozularkən istehlakçıların
hüquqları
1. İcraçı
iş görülməsinə və xidmət
göstərilməsinə dair müqavilənin icrasına
vaxtında başlamırsa və ya çox ləng
işləməsi işin vaxtında başa
çatmamasına dəlalət edirsə,
istehlakçının müqavilədən imtina etmək
və itkilərin ödənilməsini tələb etmək
hüququ vardır.
2. İşlərdə
(xidmətlərdə) müqavilə
şərtlərindən əhəmiyyətli
dərəcədə kənara çıxıldıqda,
yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı
həmin qüsurları aradan qaldırmaq üçün
icraçıya əlavə müddət verərsə, bu
müddətdə də iş (xidmət) yerinə
yetirilməzsə, müqavilənin ləğv olunmasını
və itkilərin ödənilməsini tələb etmək
və ya icraçının hesabına qüsurların aradan
qaldırılmasını üçüncü şəxslərə
tapşırmaq hüququ var.
3. İcraçı müqavilənin
şərtlərindən kənara çıxaraq, işi
(xidməti) pisləşdirmişsə, yaxud işdə
(xidmətdə) başqa qüsurlara yol vermişdirsə,
istehlakçının istəyinə uyğun olaraq,
göstərilən qüsurların icraçının
hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan
qaldırılmasını və ya işin (xidmətin)
qüsurlarını öz vəsaitləri ilə aradan
qaldırarkən çəkdiyi zəruri xərclərin
ödənilməsini, yaxud işin (xidmətin) haqqının
müvafiq surətdə azaldılmasını tələb
etmək hüququ var.
4. İstehlakçının
materiallarından görülmüş işlərdə
(xidmətlərdə) müqavilə
şərtlərindən əhəmiyyətli
kənaraçıxma və ya digər mühüm
qüsurlar aşkar edilərsə, istehlakçının
istəyinə uyğun olaraq, bu işlərin
icraçının eyni cinsli və keyfiyyətli
materialından hazırlanmasını, yaxud müqavilənin
ləğv olunmasını və itkilərin
ödənilməsini tələb etmək hüququ vardır.
5. Bu maddənin 2-ci bəndində
göstərilmiş qüsurlar, müəyyən edilmiş
müddətdə aradan qaldırılmadıqda, habelə
işlərin (xidmətlərin) yerinə yetirilməsi
ləngidildikdə, icraçı işin (xidmətin)
qəbul edilməsi zamanı istehlakçıya
gecikdirilmiş hər gün üçün işin və ya
xidmətin dəyərinin (əgər dəyər ayrıca
müəyyən edilməmişdirsə, sifarişin
dəyərinin) bir faizi məbləğində dəbbə
pulu ödəyir, bu şərtlə ki, müqavilədə
dəbbə pulunun başqa məbləği nəzərdə
tutulmuş olmasın.
Öhdəliklərin
icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hallar
üçün müəyyən edilmiş dəbbə
pulunun (cərimənin, penyanın) icraçı tərəfindən
ödənilməsi və itkilərin əvəzinin
verilməsi onu öhdəlikləri yerinə yetirmək
vəzifəsindən azad etmir.
6. İcraçı
görülmüş işlərdə və
göstərilmiş xidmətlərdə qüsurların
istehlakçının təqsiri ucbatından
əmələ gəldiyini sübut edərsə, buna
görə məsuliyyət daşımır.
7. İstehlakçının bu
maddənin 2-ci və 5-ci bəndlərində
nəzərdə tutulmuş tələbləri işin
(xidmətin) yerinə yetirilməsi gedişində
istehlakçı tərəfindən qəbul edilməsi
zamanı, habelə zəmanət müddəti ərzində,
belə müddət olmadıqda isə bir il ərzində,
qüsurlar aşkar edilərkən irəli sürülə
bilər.
Zəmanət
müddəti işin (xidmətin) istehlakçı
tərəfindən qəbul olunduğu gündən,
istehlakçının təqsiri üzündən
vaxtında qəbul olunmadıqda isə işin (xidmətin)
icrası üçün müqavilədə
müəyyən edilmiş müddətdən hesablanır.
8. İcraçı
istehlakçıdan qəbul etdiyi əşyanı
(materialı) itirdikdə, korladıqda,
zədələdikdə istehlakçıya özünün
keyfiyyətcə və qiymətcə oxşar
əşyasını qaytarmalı (iş görməli və
xidmət göstərməli), bu mümkün olmadıqda
istehlakçının razılığı ilə
əşyanın (materialın) dəyərini və
dəymiş itkiləri ona bir aydan gec olmamaq şərti
ilə ödəməlidir.
9. İcraçı
əşyanın (materialın) korlanmasına, gətirib
çıxara bilən xüsusi xassələri barədə
istehlakçını xəbərdar etməlidir. Elmi və
texniki biliklərin səviyyəsi əşyanın
(materialın) xüsusi xassələrini üzə
çıxarmağa imkan vermədikdə belə,
icraçı məsuliyyətdən azad edilmir.
İcraçının
iş görmək və xidmət göstərmək
üçün qəbul etdiyi əşyanın
(materialın) dəyərin istehlakçı müqavilə
bağlayarkən, müəyyənləşdirir.
10. İş görülməsində
və xidmət göstərilməsində,
istehlakçının həyatını,
sağlamlığını və ya əmlakının
təhlükəsizliyini təmin etməyən
materialların, avadanlıqların cihazların,
alətlərin, qurğuların və başqa
vasitələrin tətbiqi nəticəsində
vətəndaşın həyatına, sağlamlığına
və ya əmlakına zərər dəyərsə,
icraçı onlar xassələrini bilib-bilmədiyindən
asılı olmayaraq məsuliyyət daşıyır.
Maddə 10. İstehlakçıların
malların (işlərin, xidmətlərin)
təhlükəsiz olmasına hüquqları
1.
İstehlakçı qanunla nəzərdə tutulmuş
hallarda malların, məmulatların və məlumat
materiallarının nəzarət markası ilə
markalanmasının təmin olunması hüququna malikidir.[8]
Malların,
məmulatların və məlumat materiallarının
nəzarət markası ilə markalanması həmin
obyektlərin müəlliflik hüququ və əlaqəli
hüquqlara əməl edilməklə
hazırlandığını, satışı
üçün müvafiq dövlət orqanından
razılıq alınması tələb olunduqda belə
razılığın alınmasını, həmin
nüsxələri yaymaq hüququnun verildiyini təsdiq edir.
Nəzarət
markası ilə markalanma tələbi
istehlakçıların təhrif edilməmiş və
dəyişikliyə məruz qalmamış,
müəyyən edilmiş əxlaqi və mənəvi
dəyərlərə uyğun hazırlanmış mallardan,
məmulatlardan və məlumat materiallarından istifadə
hüququnun təmin edilməsinə xidmət edir.
Nəzarət markasının forması, uçotu,
istifadəsi və verilməsi qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Aşağıdakıların
nəzarət markası ilə markalanması tələb
olunur:
dərman
vasitələri;
audiovizual
əsərin, fonoqramın, kompyuter proqramının,
məlumat toplusunun, kitabın nüsxələri və
digər müəlliflik və əlaqəli hüquq
obyektləri;
dini
təyinatlı ədəbiyyat (kağız və elektron
daşıyıcılarında), audio və video materiallar, mal
və məmulatlar və dini məzmunlu başqa məlumat
materialları.
Satıcı
(istehsalçı, icraçı) istehlakçıya qanunla
nəzərdə tutulmuş hallarda nəzarət markası
ilə markalanmış malları, məmulatları və
məlumat materiallarını verməlidir. Nəzarət
markası ilə markalanmamış malların,
məmulatların və məlumat materiallarının
yayılmasını həyata keçirən
şəxslər qanunla nəzərdə tutulmuş qaydada
məsuliyyət daşıyırlar.
2. İstehlakçı malların
(işlərin, xidmətlərin) adi şəraitdə
istifadə olunmasının, saxlanılmasının və
daşınmasının, onun həyatı, sağlamlığı,
eləcə də ətraf mühit üçün
təhlükəsiz olmasının, həmçinin onun
əmlakına ziyan vurulmamasının təmin olunması
hüququna malikdir.
Əgər
istifadə edilməsi vətəndaşların
həyatına sağlamlığına və əmlakına,
habelə ətraf mühitə zərər vura bilən mala
(işə, xidmətə) aid təhlükəsizlik
tələblərini müəyyənləşdirən
normativ sənəd yoxdursa, onda müvafiq icra hakimiyyəti
orqanları belə normativ sənədlərin təxirə
salınmadan hazırlanmasını və qəbul edilməsini
təmin etməli, icraçı tərəfindən malın
istehsalını və satışını, işin
görülməsini və xidmət göstərilməsini
dərhal dayandırmalıdır.
3. Müəyyən edilmiş vaxtdan
artıq istifadə edilməsi istehlakçıların
həyatına, sağlamlığına, onların
əmlakına və ya ətraf mühitə təhlükə
kəsb edən və ya zərər vura bilən mallara
(işlərə, xidmətlərə) xidmət
müddəti (yararlılıq müddəti)
müəyyən edilməlidir.
İstehsalçı
(icraçı) bu kimi malların təlimatlarında xidmət
(yararlılıq) müddətlərini
göstərməyə borcludur.
4. Malın (işin, xidmətin)
təhlükəsiz istifadə edilməsi və ya
daşınması, saxlanılması üçün
xüsusi qaydalara əməl olunması zəruridirsə, onda
istehsalçı (icraçı) belə qaydaları
müəyyənləşdirməli, satıcı
(icraçı) isə bunları istehlakçının
nəzərinə çatdırmalıdır.
5. Qanunvericilik aktları ilə və
ya digər normativ sənədlərdə
vətəndaşların həyatı,
sağlamlığı və əmlakı, ətraf
mühitin mühafizəsi üçün
təhlükəsizlik tələblərinin müəyyən
edildiyi mallar (işlər, xidmətlər) qüvvədə
olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan
keçirilməlidir. Göstərilən
tələblərə uyğunluğunu təsdiq edən
sertifikat olmadıqda belə malları (o cümlədən xarici
malları) Azərbaycan Respublikasında satmaq və istifadə
etmək qadağandır.
Belə
malların Azərbaycan Respublikasının ərazisinə
idxal edilməsinə razılıq üçün
gömrük orqanlarına təqdim edilən, müvafiq
səlahiyyətli orqan tərəfindən verilmiş və ya
da tanınmış uyğunluq sertifikatı əsas verir.
Bu
bəndlə nəzərdə tutulmuş malların
(işlərin, xidmətlərin) təhlükəsiz
olması barədə tələblərin pozulmasına
görə məsuliyyət bu Qanunla və digər
qanunvericilik aktları ilə müəyyən edilir.
6.
İstehlakçı malın (işin, xidmətin
nəticələrinin) istifadəsi, daşınması və
saxlanılması qaydalarına düzgün əməl
etdikdə, lakin həmin mal (iş, xidmət) onun
həyatına, sağlamlığına, əmlakına
və ya ətraf mühitə zərər vurduqda və ya
zərər vura bilərsə, istehsalçı
(icraçı, satıcı) onun istehsalını
(satışını) zərər vura bilən
səbəblər aradan qaldırılanadək
dayandırmalı, zəruri hallarda isə onun
dövriyyədən çıxarılması və
istehlakçıdan geri qaytarılması üçün
tədbirlər görməlidir.
Zərərin
səbəblərini aradan qaldırmaq mümkün
deyildirsə, istehsalçı (icraçı) belə
malları (işləri, xidmətləri) istehsaldan
çıxarmaqla, dövriyyədən yığmağa
və istehlakçıdan geri almağa borcludur.
İstehsalçı (icraçı) bu vəzifələrini
yerinə yetirmədikdə malları (işləri,
xidmətləri) istehsaldan çıxarmaq,
dövriyyədən yığmaq və istehlakçılardan
geri almaq haqqında qərarı müvafiq dövlət
nəzarət orqanları öz səlahiyyətləri
çərçivəsində qəbul etməlidirlər. Bu
hərəkət nəticəsində ərzaq xammalı
və məhsulları qidalanma üçün yararsız
sayılarsa, onlar məhv və ya təkrar emal
edilməlidirlər.
Malların
(işlərin, xidmətlərin) geri qaytarılması ilə
əlaqə dar istehlakçıya dəyən zərəri
istehsalçı (icraçı) tam həcmdə ödəməlidir.
7. Bu maddənin 4-cü və 5-ci
bəndlərində müəyyən edilmiş
tələblər pozulduqda, malların keyfiyyətinə
dövlət nəzarətini həyata keçirən
orqanların qərarı ilə istehsalçı
(icraçı) həmin qaydalar pozulmaqla satılmış
mallardan əldə etdiyi gəliri dövlət
büdcəsinə köçürür.
8. Yeni (modernləşdirilmiş) mal
(iş, xidmət) hazırlanarkən istehsalçı
vətəndaşların həyatının,
sağlamlığının, əmlakının,
həmçinin ətraf mühitin təhlükəsizliyi
tələblərinə cavab verməsini, təsdiq etmək
və dövlət ekspertizasından keçirmək
üçün həmin malın normativ sənədlərini
müvafiq orqana təqdim etməlidir.
9. İstehsalçı
(icraçı) malda (işdə, xidmətdə) ehtimal
doğuracaq xətər (risk) və təhlükəsiz
istifadəsi barədə beynəlxalq
təcrübələrdə qəbul edilmiş
işarələr vasitəsi ilə istehlakçıya
məlumat verməyə borcludur.
Maddə 11. Lazımi keyfiyyəti olmayan
malın (işin, xidmətin) vurduğu zərərə
görə əmlak məsuliyyəti [9]
Malın
(işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa
qüsurları nəticəsində istehlakçının
həyatına, sağlamlığına və ya
əmlakına dəymiş zərər, qanunvericilikdə daha
yüksək məsuliyyət nəzərdə tutulmayıbsa,
günahkar tərəfindən istehlakçıya tam
ödənilməlidir.
Malın, işin və ya xidmətin qüsurları
nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq
edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər
vurmuş və həmin digər əmlak öz
təyinatına görə əsasən istehlak məqsədi
üçün istifadə edilmiş olsun.
Maddə 12. Mənəvi ziyanın
ödənilməsi
İstehlakçıların
bu Qanunda nəzərdə tutulan hüquqları
istehsalçı (icraçı, satıcı)
tərəfindən pozularsa, istehlakçıya dəyən
mənəvi ziyan günahkar tərəfindən
ödənilməlidir. Ödənilən ziyanın
dəyəri, qanunla başqa hal nəzərdə
tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən
edilir.
Maddə 13. İstehlakçıların mal
(iş, xidmət) haqqında məlumat almaq hüququ
1. Satıcı (icraçı)
istehlakçını maraqlandıran malın (işin,
xidmətin) qiyməti, istehlak xassələri (ərzaq
malları barəsində isə; həm də tərkibi, yararlılıq
müddəti, kaloriliyi, sağlamlıq üçün
zərərli maddələrin normativ sənədlərin
tələbləri ilə müqayisəli miqdarı),
əldə edilməsi şərtləri, təminat
öhdəlikləri və iddiaların irəli
sürülməsi, malın işlədilməsi,
saxlanılması və təhlükəsiz istifadəsi
üsulları və qaydaları barəsində
istehlakçıya zəruri və düzgün məlumat
verməlidir.
Satıcı
(icraçı) istehlakçıya müəssisənin
satdığı malların ticarət qaydaları və
xidmət növləri barəsində də dolğun və
düzgün məlumat verməlidir.
Azərbaycan
Respublikasının ərazisində istehsal edilən, habelə
ixrac edilən malların üzərindəki etiketlər
və digər yazılar müvafiq xarici dillərlə
yanaşı, dövlət dilində də olmalıdır.
Azərbaycan Respublikasına idxal edilən mal və
məhsulların üzərindəki etiketlər və adlar,
onlardan istifadə qaydaları barədə izahat vərəqələri
başqa dillərlə yanaşı, Azərbaycan dilinə
tərcüməsi ilə müşayiət
olunmalıdır. [10]
Satıcı
(icraçı) Azərbaycan Respublikasının
ərazisində satdığı malların (işlərin,
xidmətlərin) qiymətlərini yalnız manatla
göstərməlidir. [11]
2. Bu maddənin 1-ci bəndində
nəzərdə tutulmuş məlumat, mala əlavə olunan
texniki sənədlər, habelə nişanlanma, hazırlanma
və satış tarixinin göstərilməsi vasitəsilə
və ya ayrı-ayrı xidmət sahələrində
qəbul olunmuş başqa üsulla istehlakçının
nəzərinə çatdırılır.
3. İstehsal edilmiş malın
üzərində istehsal və ya ticarət markası,
əmtəə nişanı və ya coğrafi
göstərici olmalıdır. İstehsal markasında
istehsalçının (icraçının) adı,
mənsubiyyəti, yeri və standartların (normativ
sənədlərin) işarəsi göstərilir
hazırlanmış mal istehsal markasına uyğun
gəlməlidir. Sahibkarlıq fəaliyyəti ilə
məşğul olan şəxsin hazırladığı
malın (işin, xidmətin) etiketi (yarlığı) olmalıdır.
Etiketdə sahibkarlıq fəaliyyəti ilə
məşğul olmaq hüququ verən sənədin
nömrəsi, onu təsdiq edən orqanın adı, zəruri
hallarda onun sertifikatlaşdırılması, xüsusi
tələblərə cavab verən mallar (işlər,
xidmətlər) üçün isə dövlət
standartlarının nömrəsi haqqında məlumat
verilməlidir. [12]
4. Satılan mal barəsində
yanlış məlumatın və ya kifayət qədər
dolğun olmayan məlumatın verilməsi,
istehlakçının lazımi xassələrə malik
olmayan malı (işi, xidməti) almasına səbəb
olmuşdursa, onun müqaviləni ləğv etmək və
itkilərin ödənilməsini tələb etmək
hüququ vardır.
5.
İstehsalı (satışı) lisenziyalaşdırılan,
sertifikatlaşdırılan əmtəələr yalnız
müvafiq təsdiqləyici sənədlər olduqda reklam
edilə bilər. Bu halda reklamda lisenziyanın və
sertifikatın nömrəsi, verilmə tarixi və onu verən
orqanın adı göstərilməlidir.
6.
Haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində
reklam istehlakçısına dəyən zərər
məhkəmənin qərarı ilə təqsirkar
bilinmiş reklam fəaliyyətinin subyekti tərəfindən
ödənilir.[13]
7. Mal
(iş, xidmət) haqqında yanlış və ya
yarımçıq məlumat, yaxud haqsız,
qeyri-dəqiq və gizli reklam nəticəsində
dəyən zərəri ödəmək barəsində
istehlakçının tələblərinə
baxılarkən onun əldə etdiyi malın (işin,
xidmətin) xassələrinə və xarakteristikasına dair
xüsusi biliyinin olmaması ehtimalı əsas
götürülməlidir.[14]
8.
Dövlət istehlakçılara öz hüquqları və
onların müdafiəsi haqqında zəruri məlumat almaq
üçün şərait yaradır.
Maddə 14. Ticarət və başqa xidmət
növləri sahələrində istehlakçıların
hüquqları
1. Bütün vətəndaşlar
ticarət və başqa xidmət növləri
sahəsində tələbatlarının
ödənilməsində bərabər hüquqa
malikdirlər.
Qanunvericilik
aktlarında nəzərdə tutulmuş hallardan başqa,
istehlakçıların hüquqlarına üstünlük
verilməsinə, birbaşa və ya dolayısı ilə
hər hansı şəkildə
məhdudlaşdırılmasına yol verilmir. Sosial
müdafiəyə ehtiyacı olan vətəndaşların
ayrı-ayrı qruplarına ticarət və digər xidmət
növləri sahəsində Azərbaycan Respublikasının
qanunvericilik aktları ilə müəyyən edilmiş
qaydada güzəştlər və üstünlüklər
verilə bilər.
2. İstehlakçı
satıcının (icraçının) iş rejimini
nəzərə almaqla, özü üçün
əlverişli olan vaxtda sərbəst mal və xidmət
seçmək hüququna malikdir.
İstehlakçıya
sərbəst mal və xidmət seçməkdə hər
cür köməklik göstərmək satıcının
(icraçının) borcudur.
İstehlakçını
keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal
almağa və xidmət göstərilməsinə məcbur
etmək qadağan edilir.
3. Satıcı (icraçı)
istehlakçıya öz müəssisəsinin adı,
mənsubiyyəti və iş rejimi barədə düzgün
və başa düşülən məlumat verməlidir.
4. İstehlakçı
aldığı malların keyfiyyətini, komplektliyini,
ölçüsünü, çəkisini və
qiymətini yoxlamaq, malların düzgün və
təhlükəsiz istifadəsini nümayiş etdirmək
hüququna malikdir. Belə hallarda satıcı
istehlakçının tələbi ilə ona
nəzarət-ölçü cihazlarını, malın
qiyməti haqqında sənədləri təqdim etməlidir.
Zəmanət Müddətində malın keyfiyyətinin
itməsi səbəblərini müəyyən etmək
lazım gəldiyi halda satıcı istehlakçının
yazılı ərizəsini aldıqdan sonra 3 gün
ərzində bu malı ekspertizaya göndərməlidir.
Ekspertiza satıcının hesabına aparılır.
5. İstehlakçı
satıcının süni surətdə yaratdığı
dəstdən ona lazım olan malı almaq hüququna malikdir.
6. Ticarət və digər xidmət
növləri müəssisələrində
istehlakçının hüquqları pozularsa, satıcı
(icraçı) və bu müəssisələrin işçiləri
qanunvericiliklə müəyyən olunmuş qaydada
məsuliyyət daşıyırlar.
Maddə 15. İstehlakçının
tələblərini ödəməyən malı lazımi
keyfiyyətli mala dəyişdirmək hüququ
1. Lazımi keyfiyyətli qeyri-ərzaq
malı öz formasına, ölçüsünə,
fasonuna, rənginə görə istehlakçıya
yaramırsa və ya digər səbəblərə görə
təyinatı üzrə istifadə oluna bilməzsə,
istehlakçının onu alındığı yerdə
uyğun mala dəyişdirmək hüququ vardır.
İstehlakçı
malın alınma günü sayılmamaq şərti ilə,
14 gün ərzində həmin malı lazımi keyfiyyətli
mala dəyişdirmək hüququna malikdir. Pərakəndə
satılan malın dəyişdirilməsi üçün
satıcı tərəfindən daha uzun müddət elan
edilə bilər. [15]
İstehlakçı
tərəfindən əldə edilmiş lazımi
keyfiyyətli mal istifadə olunmayıbsa və onun
əmtəə görünüşü, istehlak
xassələri, plombu, yarlığı, həmçinin mal
və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə
verilmiş digər sənədləri saxlanılıbsa, bu
hallarda o dəyişdirilə bilər.
Bu
maddədə göstərilmiş əsaslar üzrə
dəyişdirilməli olmayan malların siyahısı
Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən təsdiq edilir.
2. Malı dəyişdirmə
anında satışda uyğun mal yoxdursa, istehlakçı
dəyəri yenidən hesablamaqla istənilən başqa bir
malı almaq və ya qaytarılan malın dəyəri
məbləğində pulu geri götürmək, ya da
satışa uyğun mal gələn kimi onu
dəyişdirmək hüququna malikdir. Satıcı malın
satışa daxil olduğu gün malın
dəyişdirilməsini tələb edən
istehlakçıya məlumat verməlidir.
Maddə 16. İstehlakçının
hüquqlarını məhdudlaşdıran müqavilə
şərtlərinin etibarsızlığı
Qanunvericilikdə
nəzərdə tutulan hüquqlarla müqayisədə
istehlakçının hüquqlarını
məhdudlaşdıran müqavilə şərtləri
etibarsız sayılır. İstehlakçının
hüquqlarını məhdudlaşdıran müqavilə
şərtlərinin tətbiqi nəticəsində
istehlakçıya zərər dəyibsə, onlar
təqsirkar şəxs tərəfindən tam həcmdə
ödənilməlidir.
İstehsalçı
(icraçı, satıcı) istehsalat və ya ticarət
fəaliyyətində tutduğu vəzifə
üstünlüklərindən istifadə edərək
istehlakçıya zərər vurduqda istehlakçı ona
vurulmuş zərərin ödənilməsi hüququna
malikdir.
III f ə s i l
İSTEHLAKÇILARIN HÜQUQLARININ
MÜDAFİƏSİ
Maddə 17. Ticarət və başqa xidmət
növləri haqqında qaydalar
Ticarət,
məişət və digər növ xidmət (iş
görülməsi, xidmət göstərilməsi)
qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti
tərəfindən təsdiq edilir. Bu qaydalar
“İstehlakçıların hüquqlarının
müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa
və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
Ticarət,
məişət və digər növ xidmətlərin
göstərilməsi zamanı müştərilərlə
hesablaşmaların aparılması, habelə vergilərin
və dövlət orqanları tərəfindən
göstərilən xidmətlərə (işlərə)
görə dövlət rüsumlarının və haqlarının
ödənilməsi üçün müvafiq POS-terminallar
quraşdırılmalıdır.
POS-terminallar
quraşdırılacaq obyektlərin
müəyyənləşdirilməsi meyarları,
ərazilər üzrə POS-terminalların
mərhələlərlə tətbiqi qaydası və
cədvəli müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Bu
maddənin ikinci hissəsində nəzərdə tutulan
POS-terminalların quraşdırılmaması Qanunla
nəzərdə tutulmuş məsuliyyətə səbəb
olur.[16]
Maddə 18. İstehlakçıların
hüquqlarının müdafiəsi üzrə dövlət
siyasəti [17]
18.0. İstehlakçıların
hüquqlarının müdafiəsi üzrə dövlət
siyasəti malların (xidmətlərin, işlərin)
istehlakçılarının (istifadəçilərinin)
qanuni maraqlarının qorunması məqsədilə
özündə aşağıdakı tələbləri
ehtiva edir:
18.0.1. istehlak bazarında satılan malların
(xidmətlərin, işlərin), o cümlədən yeyinti
məhsullarının və dərman vasitələrinin
qablaşdırılmasının, daşınmasının,
saxlanmasının və satış şəraitinin
sanitar-gigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına,
ticarət norma və qaydalarına,
yeyinti məhsullarının isə qida
təhlükəsizliyi sahəsində texniki normativ hüquqi
aktlara uyğun olmasına dövlət nəzarətini;[18]
18.0.2. malların (xidmətlərin, işlərin)
bəzi növlərinin istehsalına, idxalına və
satışına xüsusi razılıq (lisenziya)
verilməsini;
18.0.3. məcburi sertifikatlaşdırılmalı
olan malların (xidmətlərin, işlərin)
müəyyənləşdirilməsi və onlara uyğunluq
sertifikatının və (və ya) uyğunluq
nişanlarının verilməsini;
18.0.4. dərman vasitələrinin satışı,
tibbi xidmətlərin göstərilməsi ilə
məşğul olan şəxslərin müvafiq tibbi
təhsilinin olmasına nəzarəti;
18.0.5. malların (xidmətlərin, işlərin)
mənşəyi, kəmiyyəti və keyfiyyəti,
yararlılıq müddəti, satış
şərtləri, qiyməti barədə yalan və (və
ya) natamam məlumatlar verməklə, yaxud haqsız,
qeyri-dəqiq və gizli reklam
vasitəsilə satıcılar və (və ya) reklamverici,
reklam yaradıcısı, reklam istehsalçısı, reklam
yayıcısı və reklam agenti
tərəfindən istehlakçıların
(istifadəçilərin) aldadılmasının
qarşısının alınmasını;[19]
18.0.6. həcmi müvafiq qaydada
müəyyənləşdirilərək, təsdiq
olunmuş maddi və mənəvi zərərin satıcı
tərəfindən (istehsalçı, idxalçı, reklam
fəaliyyətinin subyekti) alıcıya
(istehlakçıya) ödənilməsini;[20]
18.0.7. insanların sağlamlığı, ətraf
mühit üçün təhlükəli olan malların
(xidmətlərin, işlərin) istehsalının,
idxalının və satışının qadağan
olunmasını;
18.0.8. istehlakçıların
hüquqlarının müdafiəsi sahəsində
fəaliyyət göstərən beynəlxalq
təşkilatlarla əməkdaşlığı, ictimai
birliklərin fəaliyyəti üçün müvafiq
şəraitin yaradılmasını.
Maddə 19. İstehlakçıların
hüquqlarının və qanuni maraqlarının
dövlət müdafiəsi [21]
19.1. Malların
(xidmətlərin, işlərin) istehlakçılarının
hüquqlarının və qanuni maraqlarının
dövlət müdafiəsi ticarət, ictimai iaşə,
məişət və digər xidmət normalarına və
qaydalarına riayət olunmasına müvafiq icra hakimiyyəti
orqanı tərəfindən nəzarət formasında
həyata keçirilir.
19.2. İstehlakçıların
hüquqlarının və qanuni maraqlarının
qorunması funksiyalarını yerinə yetirən müvafiq
icra hakimiyyəti orqanı:
19.2.1. istehsal, idxal edilən və (və ya)
satılan malların (xidmətlərin, işlərin)
müvafiq standartların və texniki şərtlərin
tələblərinə uyğunluğunu
müəyyənləşdirir, onlara uyğunluq
sertifikatları və (və ya) uyğunluq nişanları
verir;
19.2.2. məcburi sertifikatlaşdırılması
tələb olunan malların (xidmətlərin,
işlərin) siyahısını
müəyyənləşdirir və onların sertifikatı
olmadan satışının (icrasının) qarşısını
alır və ticarət dövriyyəsindən
çıxarır;
19.2.3. texniki
normativ hüquqi aktların
tələblərinə cavab verməyən, insanların
həyat və sağlamlığı, ətraf mühit
üçün təhlükə yaradan malların
(xidmətlərin, işlərin) istehsalının,
idxalının və satışının
qarşısını alır;[22]
19.2.4. mənşəyi məlum olmayan, yararlılıq
müddəti ötmüş malların ticarət
dövriyyəsindən çıxarılmamasına,
onların satılmasına yol vermiş şəxslərin
müvafiq qanunvericilikdə nəzərdə tutulmuş
məsuliyyətə cəlb olunması üzrə
tədbirlər görür;
19.2.5. istehsalı, idxalı və satışı
qadağan olunmuş mallar (xidmətlər, işlər)
barədə əhaliyə vaxtında məlumat vermək
məqsədilə kütləvi informasiya
vasitələrində məlumatlar dərc edir və yayır;
19.2.6. satılan xammalın, materialların, hazır
məhsulların müvafiq keyfiyyət və
təhlükəsizlik tələblərinə
uyğunluğunun götürülmüş
nümunələr əsasında ekspertizasını
(sınağını) keçirir və onun
nəticələrindən asılı olaraq müvafiq
tədbirlər görür. Həmin nümunələrin
dəyəri və ekspertizanın (sınağın)
keçirilməsi xərcləri yoxlanılan
təsərrüfat subyekti tərəfindən ödənilir
və onun istehsal-təsərrüfat xərclərinə aid
edilir;[23]
19.2.7. ərzaq məhsullarının və dərman
vasitələrinin, insanların sağlamlığı və
ətraf mühit üçün təhlükə yarada
bilən malların qablaşdırılarkən sanitar-gigiyena
və toksikologiya, möhkəmlik baxımından
təhlükəsiz materiallardan istifadə olunmasına
nəzarət edir;
19.2.8. patentləşdirilmiş dərman vasitələrinin,
insanların sağlamlığı və ətraf mühit
üçün təhlükə yarada bilən malların
təhlükəsiz istifadə qaydaları barədə xəbərdarlıq
olmadan satışının qarşısını alır;
19.2.9. saxtalaşdırılmış malların
ticarət dövriyyəsindən
çıxarılmasını, bu malların istehsalı
və satışı ilə məşğul olan
şəxslərin müvafiq qanunvericiliklə
nəzərdə tutulmuş məsuliyyətə cəlb
edilməsini təmin edir;
19.2.10. malların
(xidmətlərin, işlərin) müvafiq icra hakimiyyəti
orqanının təsdiq etdiyi, yaxud istehsalçı
tərəfindən tövsiyə olunan qiymətlərlə
satılmasına nəzarət edir;
19.2.11. qiymətli metalların, qiymətli
daşların və onlardan hazırlanmış
zərgərlik məmulatlarının müvafiq
qanunvericiliklə müəyyən olunmuş satış qaydalarına
riayət olunmasına nəzarət edir;
19.2.12. satıcılar tərəfindən
çəkidə, qiymətdə, hesablaşmalarda
aldadılması, mallar barədə yalan məlumatlar
verilməsi, satış şərtlərinin pozulması
barədə alıcıların müraciətlərinə
baxır və şikayətlərini araşdırır,
onların nəticələri üzrə müvafiq
tədbirlər görür;
19.2.13. malların (xidmətlərin, işlərin)
istehsalı, ixracı, idxalı və satışı ilə
məşğul olan şəxslərdən onların
keyfiyyəti, qiyməti, satış şərtləri
barədə məlumatlar alır;
19.2.14. satılan malların (xidmətlərin,
işlərin) keyfiyyətinin yüksəldilməsi,
nomenklaturunun və çeşidinin genişləndirilməsi
barədə təkliflər hazırlayır və müvafiq
icra hakimiyyəti orqanlarına təqdim edir.
Maddə 20. İstehlakçıların
hüquqlarının müdafiəsi üzrə yerli icra
hakimiyyəti orqanlarının vəzifələri
Yerli
icra hakimiyyəti orqanları istehlakçıların
hüquqlarının müdafiəsi üzrə müvafiq
orqanları yarada bilərlər. İcra hakimiyyəti
orqanlarının istehlakçıların
hüquqlarının müdafiəsi üzrə müvafiq
orqanları:
istehlakçıların
şikayətlərinə baxır, onların qanunvericiliklə
nəzərdə tutulmuş hüquqlarının
müdafiəsi üzrə müvafiq məsləhət verir;
istehlakçıların
hüquqlarını məhdudlaşdıran
şərtləri aşkarlamaq məqsədilə
satıcılarla (istehsalçılarla, icraçılarla)
istehlakçılar arasında bağlanan
müqavilələri təhlil edir;
istehlakçıların
həyatına, sağlamlığına, yaxud əmlakına
dəyən ziyan haqqında məlumat toplayır və onu
aidiyyəti üzrə səlahiyyətli orqanlara göndərir;
istehlakçıların
mallarda (işlərdə, xidmətlərdə) nöqsanlar,
yaxud təhlükəli mallar (işlər, xidmətlər)
aşkar etdikləri hallarda bunlar barədə də
malların (işlərin, xidmətlərin)
təhlükəsizliyinə nəzarəti həyata
keçirən müvafiq dövlət icra hakimiyyəti orqanlarına
xəbər verir;
istehlakçıların
hüquqlarının müdafiəsi məqsədilə
öz təşəbbüsü və ya
istehlakçının (istehlakçılar
ittifaqının) müraciəti əsasında
məhkəmə qarşısında iddia qaldıra bilər.
Maddə 21.
İstehlakçıların hüquqlarının
pozulmasına görə məsuliyyət [24]
Bu Qanunun pozulmasına görə təqsirli
şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada
mülki, inzibati və cinayət məsuliyyəti
daşıyırlar.
Maddə 22. İstehlakçıların
hüquqlarının müdafiəsini həyata
keçirən dövlət icra hakimiyyəti
orqanlarının qərarlarına, onların vəzifəli
şəxslərinin, həmçinin bu şəxslərin
hərəkətlərinə dair şikayətlərə
baxılması
İstehlakçıların
hüquqlarının müdafiəsini həyata
keçirən dövlət icra hakimiyyəti
orqanlarının qərarlarına, onların vəzifəli
şəxslərinin, həmçinin bu şəxslərin
hərəkətlərinə qarşı
şikayətlərə qanunvericiliklə müəyyən
olunmuş qaydada baxılır.
İstehlakçıların
hüquqlarının müdafiəsini həyata
keçirən dövlət icra hakimiyyəti
orqanlarının, onların vəzifəli
şəxslərinin qərarlarının yerinə
yetirilməsi, həmçinin bu şəxslərin
hərəkətlərinin icrası şikayətin
verilməsi ilə dayandırılmır.
Maddə 23. İstehlakçıların
hüquqlarının müdafiəsini həyata
keçirən dövlət icra hakimiyyəti
orqanlarının hüquq-mühafizə orqanları ilə
əlaqəsi
Hüquq-mühafizə
orqanlarının işçiləri
istehlakçıların hüquqlarının
müdafiəsini həyata keçirən dövlət icra
hakimiyyəti orqanlarının vəzifəli
şəxslərinə öz vəzifələrinin yerinə
yetirilməsində köməklik göstərir və bu
işlərin görülməsində onlara maneçilik
törədən vətəndaşların qanunsuz
hərəkətlərinin qarşısını alırlar.
Maddə 24. Azərbaycan Respublikasında
istehlakçıların hüquqlarını müdafiə
edən dövlət icra hakimiyyəti orqanlarının
vəzifəli şəxslərinin hüquqi müdafiəsi
İstehlakçıların
hüquqlarını müdafiə edən dövlət
orqanlarının vəzifəli şəxslərinin və
mütəxəssislərinin hüquqları Azərbaycan Respublikasının
müvafiq qanunvericilik aktları əsasında təmin edilir.
Onların
vəzifələrinin yerinə yetirilməsinə mane olmaq
və ya hər hansı şəkildə təsir
göstərmək, habelə işlərinə
müdaxilə etmək qadağandır.
Belə
hərəkətlərə yol verən orqanlar,
vəzifəli şəxslər və vətəndaşlar
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilmiş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 25. (Çıxarılıb) [25]
Maddə 26. İstehlakçıların
hüquqlarının məhkəmə müdafiəsi
İstehlakçıların
qanunvericiliklə nəzərdə tutulmuş
hüquqlarının müdafiəsini məhkəmə
həyata keçirir.
İstehlakçının
tələblərini yerinə yetirməklə yanaşı,
məhkəmə həmçinin ona dəymiş
mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini
həll edir.
İstehlakçılar
hüquqlarının pozulması barədə
qaldırdıqları iddialara görə dövlət
rüsumu verməkdən azad edilirlər.
IV f ə s i l
İSTEHLAKÇILARIN
İCTİMAİ TƏŞKİLATLARI (İSTEHLAKÇILAR
BİRLİYİ)
Maddə 27. İstehlakçıların
ictimai təşkilatları (istehlakçılar birliyi) və
onların hüquqları
1. Azərbaycan
Respublikasının vətəndaşları öz qanuni
hüquqlarının müdafiəsi üçün
könüllülük əsasında birləşib
istehlakçıların ictimai təşkilatlarını
(istehlakçılar birliyini) yaratmaq hüququna malikdirlər.
İstehlakçılar
birliyi ictimai təşkilat olub, öz fəaliyyətini müvafiq
qanunvericilik əsasında həyata keçirir. [26]
2. İstehlakçılar birliyi:
malların
istehlak xassələrini, ona olan tələbatı, istehsal
olunan və satılan malın keyfiyyətinə və
qiymətinə dair ictimai fikri öyrənmək;
malların
(işlərin, xidmətlərin) ekspertizasını və
sınağını aparmaq üçün müvafiq
dövlət nəzarət orqanlarına müraciət
etmək;
müvafiq
icra hakimiyyəti orqanlarından və təsərrüfat
subyektlərindən öz məqsəd və
niyyətlərini həyata keçirmək üçün
lazımi məlumat almaq;
malların
(işlərin, xidmətlərin) keyfiyyətinə, ticarət
və digər növ xidmət sahələrinə
nəzarət etməkdə müvafiq dövlət
orqanlarına kömək göstərmək;
istehlakçılara
qanunvericiliyə uyğun hüquqi məsləhətlər
verilməsini təşkil etmək;
malın
(işin, xidmətin) keyfiyyətinə aid tələbləri
müəyyənləşdirən normativ
sənədlərin hazırlanmasına dair təklif və
rəy vermək;
qanunvericiliyə
uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanları
qarşısında istehlakçıların maraqları
haqqında məsələ qaldırmaq və onu
müdafiə etmək;
malın
(işin, xidmətin) keyfiyyətinin yaxşılaşdırılması
və qiymətqoyma qaydalarına. əməl edilməsi,
müəyyənləşdirilmiş keyfiyyət
tələblərinə uyğun gəlməyən malın
(işin, xidmətin) satışının
müvəqqəti dayandırılması,
vətəndaşların həyatı,
sağlamlığı və əmlakı, ətraf mühit üçün
təhlükəli olan malın (işin, xidmətin)
istehsalının dayandırılması, satışdan
götürülməsi, əsassız
artırılmış qiymətlərlə məhsul
satışının dayandırılması, habelə
mövcud qanunvericiliyi pozmaqla
müəyyənləşdirilmiş qiymətlərin
ləğv edilməsi tədbirləri barəsində
müvafiq icra hakimiyyəti orqanlarına,
müəssisələrə və təşkilatlara
təkliflər vermək;
istehlakçıların
ictimai təşkilatlarının (istehlakçılar
birliyinin) üzvü olmayan vətəndaşların,
qanunvericiliyə uyğun olaraq, hüquqlarını məhkəmədə
müdafiə etmək;
keyfiyyətsiz
malın (işin, xidmətin) istehsalında və
satışında təqsiri olan şəxslərin
məsuliyyətə cəlb edilməsi barədə
müvafiq icra hakimiyyəti orqanlarına müraciət
etmək;
istehlakçıların
hüquqları haqqında ictimaiyyətə məlumat
vermək;
istehlakçıların
hüquqlarının müdafiəsi haqqında beynəlxalq
əməkdaşlığın inkişafına kömək
göstərmək hüququna malikdir.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər
ƏLİYEV.
Bakı
şəhəri, 19 sentyabr 1995-ci il
¹
1113
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
5
oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 11, maddə 676)
2.
5
oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci
il, ¹ 11, maddə 683)
3.
12
oktyabr 2001-ci il tarixli 193-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 11, maddə 686)
4.
23
aprel 2002-ci il tarixli 311-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 5, maddə 241)
5.
30
aprel 2002-ci il tarixli 317-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 1, maddə 1)
6.
5
dekabr 2003-cü il tarixli 538-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 1, maddə 6)
7.
30
dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 2, maddə 57)
8.
10 iyun 2005-ci il tarixli 925-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə 684)
9.
21 oktyabr 2005-ci il tarixli 1030-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 12, maddə 1083)
10.
17
aprel 2007-ci il tarixli 315-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 745)
11.
30
sentyabr 2011-ci il tarixli 205-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, ¹ 255;
“Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, ¹ 262; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2011-ci il, ¹ 11, maddə 984)
12.
29
iyun 2012-ci il tarixli 415-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 8 sentyabr 2012-ci il, ¹ 200,
“Azərbaycan” qəzeti 12 sentyabr 2012-ci il, ¹ 203, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012-ci il, ¹9, maddə 842)
13.
30
sentyabr
2014-cü il tarixli 1037-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 09 noyabr 2014-cü
il, ¹ 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹10, maddə 1157)
14.
14 aprel 2017-ci il
tarixli 611-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2017-ci il, ¹ 119,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
5, maddə 722)
15.
4
may 2018-ci il tarixli 1127-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2018-ci il, ¹ 133,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹6, maddə 1169)
16.
28 dekabr 2018-ci il tarixli 1414-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 fevral 2019-cu il, ¹ 25, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
31)
17.
12 iyul 2019-cu il tarixli 1663-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 16 avqust 2019-cu il, ¹ 177,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹8, maddə 1384)
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 14 aprel 2017-ci il
tarixli 611-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2017-ci il, ¹ 119,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
5, maddə 722) ilə 1-ci maddəsinin doqquzuncu abzasında “məhsulun müəyyən
edilmiş tələblərə” sözləri və
onuncu abzasında “məhsulun,
prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə”
sözləri “malın
(xidmətin, işin), prosesin, idarəetmə sisteminin və
işçi heyətinin müvafiq standartda, texniki
reqlamentdə və digər normativ hüquqi aktda
müəyyən olunmuş tələblərə”
sözləri ilə əvəz edilmişdir.
[2] 29 iyun 2012-ci il
tarixli 415-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 8 sentyabr 2012-ci il, ¹ 200,
“Azərbaycan” qəzeti 12 sentyabr 2012-ci il, ¹ 203, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012-ci il, ¹9, maddə 842) ilə 1-ci
maddənin birinci hissəsinə on üçüncü
bənd əlavə edilmişdir.
[3] 17 aprel 2007-ci il
tarixli 315-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 8, maddə 745) ilə 2-ci
maddənin birinci hissəsində "bu Qanundan"
sözlərindən əvvəl "Azərbaycan
Respublikasının Mülki Məcəlləsindən, "
sözləri əlavə edilmişdir.
[4] 28 dekabr 2018-ci il tarixli 1414-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 fevral 2019-cu il, ¹ 25, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
31) ilə 2-ci
maddəyə yeni məzmunda üçüncü hissə
əlavə edilmişdir.
[5] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə
241) ilə 6-cı maddənin 2-ci bəndinin sonuncu
hissəsində "malın
satıldığı gündən" sözləri
"əgər
alqı-satqı müqaviləsində ayrı müddət
nəzərdə tutulmayıbsa, malın istehlakçıya
verildiyi məqamdan" sözləri ilə əvəz
edilmişdir.
[6] 23 aprel 2002-ci il
tarixli 311-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 5, maddə 241) ilə 6-cı maddənin 3-cü
bəndində "3 ildən"
sözləri "Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə
müəyyən edilmiş müddətdən"
sözləri ilə əvəz edilmişdir.
17
aprel 2007-ci il tarixli 315-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 745) ilə 6-cı maddənin 3-cü bəndində
"qüsurlar barədə"
sözlərindən sonra ", əgər
müqavilədə başqa hal nəzərdə
tutulmayıbsa, " sözləri əlavə edilmişdir.
[7] 17 aprel 2007-ci il
tarixli 315-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 8, maddə 745) ilə 8-ci
maddənin birinci cümləsində "xidmət
göstərilməsi üçün"
sözlərindən sonra "qeyri-bərabər şərt
təklif etmədən" sözləri əlavə
edilmişdir.
[8] 29 iyun 2012-ci il
tarixli 415-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 8 sentyabr 2012-ci il, ¹ 200,
“Azərbaycan” qəzeti 12 sentyabr 2012-ci il, ¹ 203, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012-ci il, ¹9, maddə 842) ilə 10-cu
maddəyə 1-ci hissə əlavə edilmişdir və
1-8-ci hissələr müvafiq olaraq 2-9-cu hissələr hesab
edilmişdir.
[9] 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
745) ilə 11-ci maddəyə
aşağıdakı məzmunda ikinci hissə əlavə
edilmişdir.
[10] 5 dekabr 2003-cü il
tarixli 538-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 1, maddə 6) ilə 13-cü maddənin 1-ci
bəndinə üçüncü abzas əlavə
edilmişdir.
[11] 21
oktyabr 2005-ci il tarixli 1030-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 12, maddə 1083) ilə 13-cü maddənin 1-ci
bəndinə dördüncü abzas əlavə
edilmişdir.
[12] 12 oktyabr 2001-ci il
tarixli 193-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 11, maddə 686) ilə 13-cü maddənin
3-cü bəndinin birinci cümləsində "mal nişanı və ya xidmət
nişanı" sözləri "əmtəə nişanı və ya coğrafi
göstərici" sözləri ilə əvəz
edilmişdir.
[13] 4
may 2018-ci il tarixli 1127-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2018-ci il, ¹ 133,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹6, maddə 1169) ilə 13-cü
maddənin 5-ci və 6-cı hissələri yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
5. Məcburi
sertifikasiya edilməli olan, lakin uyğunluq sertifikatı olmayan
məhsulun reklamı qadağandır.
6. Haqsız reklam
olunan malın (işin, xidmətin) alınması
nəticəsində istehlakçıya vurulan zərər
təqsirkar şəxslər tərəfindən tam
həcmdə ödənilməlidir.
[14] 4
may 2018-ci il tarixli 1127-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2018-ci il, ¹ 133,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹6, maddə 1169) ilə 13-cü
maddənin 7-ci hissəsində “haqsız”
sözündən sonra “,
qeyri-dəqiq və gizli” sözləri əlavə
edilmişdir.
[15] 23 aprel 2002-ci il
tarixli 311-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 5, maddə 241) ilə 15-ci maddənin 1-ci
bəndinin ikinci abzasına ikinci cümlə əlavə
edilmişdir.
[16] 30 sentyabr 2011-ci il
tarixli 205-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 noyabr 2011-ci il, ¹ 255;
“Azərbaycan” qəzeti, 27 noyabr 2011-ci il, ¹ 262; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2011-ci il, ¹ 11, maddə 984) ilə 17-ci
maddəsinə ikinci, üçüncü və
dördüncü hissələr əlavə edilmişdir.
[17] 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
745) ilə 18-ci maddə yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Maddə
18. İstehlakçıların
hüquqlarının dövlət müdafiəsi
1. Dövlət
istehlakçıların mənafelərinin
müdafiəsinə təminat verir, malların
(işlərin, xidmətlərin) azad seçilməsinə
imkan yaradır, insanların sağlamlığını
və həyat tərzini lazımi səviyyədə təmin
etmək məqsədi ilə malların alınmasına
və ya digər qanuni yolla təmin edilməsinə
zəmanət verir.
2.
İstehlakçıların hüquqlarının
dövlət müdafiəsini Azərbaycan Respublikasında
istehlakçılar üçün nəzərdə tutulan
malların (işlərin, xidmətlərin)
keyfiyyətinə, təhlükəsizliyinə və
istehlakçıların qanunla qorunan başqa
hüquqlarının müdafiəsinə nəzarət
edən müvafiq icra hakimiyyəti orqanları və
məhkəmə öz səlahiyyətləri
hüdudlarında həyata keçirirlər.
[18] 12 iyul 2019-cu il tarixli 1663-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 16 avqust 2019-cu il, ¹ 177,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹8, maddə 1384) ilə 18.0.1-ci
maddədən “yeyinti
məhsullarının və” sözləri
çıxarılmışdır və həmin
maddəyə “qaydalarına”
sözündən sonra “, yeyinti
məhsullarının isə qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktlara” sözləri
əlavə edilmişdir.
[19] 4
may 2018-ci il tarixli 1127-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2018-ci il, ¹ 133,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹6, maddə 1169) ilə 18.0.5-ci
maddədə “yolverilməz”
sözü “haqsız,
qeyri-dəqiq və gizli” sözləri ilə, “reklamçılar” sözü
“reklamverici, reklam yaradıcısı,
reklam istehsalçısı, reklam yayıcısı və
reklam agenti” sözləri ilə əvəz edilmişdir.
[20] 4
may 2018-ci il tarixli 1127-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2018-ci il, ¹ 133,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹6, maddə 1169) ilə 18.0.6-cı
maddədə “reklamçı”
sözü “reklam
fəaliyyətinin subyekti” sözləri ilə əvəz
edilmişdir.
[21] 17 aprel 2007-ci il
tarixli 315-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 8, maddə 745) ilə 19-cu
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Maddə
19. İstehlakçılar
üçün nəzərdə tutulan malların
(işlərin, xidmətlərin) keyfiyyətinə və
təhlükəsizliyinə nəzarət edən
dövlət orqanlarının səlahiyyətləri
1. Azərbaycan
Respublikasında malların (işlərin, xidmətlərin)
keyfiyyətinə və təhlükəsizliyinə
nəzarəti həyata keçirən müvafiq
dövlət icra hakimiyyəti orqanları malların
(işlərin, xidmətlərin) keyfiyyətini və
təhlükəsizliyini təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
müəyyənləşdirilmiş səlahiyyətlər
çərçivəsində:
malların
(işlərin, xidmətlərin) təhlükəsizliyi
üzrə məcburi tələblər
müəyyənləşdirir və bu
tələblərə riayət olunmasına nəzarəti
həyata keçirirlər;
malların
(işlərin, xidmətlərin) təhlükəsizliyi
üzrə tələblərin pozulmasının aradan
qaldırılması, istehsalatdan çıxarılması,
belə malların (işlərin, xidmətlərin)
istehsalının dayandırılması və realizə
olunması, onların istehlakçıdan geri alınması,
həmçinin istehlakçıya bütün bunlar
haqqında informasiya verilməsi haqqında
göstərişlər verirlər;
istehlak malları
(işləri, xidmətləri) bazarında haqsız
rəqabətin və təsərrüfat subyektlərinin
inhisarçı fəaliyyətinin qarşısını alırlar;
istehlakçıların
hüquqlarının müdafiəsi haqqında Azərbaycan
Respublikası qanunvericiliyinin tətbiq olunması
məsələləri üzrə rəsmi izahatlar
verirlər;
insanların
sağlamlığının təhlükəsizliyini
təmin edən məhsulların xüsusiyyətlərini
və sanitariya-gigiyenik göstəricilərini
normallaşdırırlar;
insanların
sağlamlığı üçün təhlükə
yarada bilən məhsulların normativ-texniki
sənədlərinin razılaşdırılmasını
və istehsal mərhələsində icrası məcburi olan
gigiyenik sertifikasiyasını həyata keçirirlər;
təhlükəsizlik
göstəricilərinə görə normativ-texniki
sənədlərin tələblərinə cavab
verməyən məhsulların sınaq
müayinələrinin cavablarına əsasən sonrakı
istifadəsi barədə müvafiq qərar qəbul
edirlər;
yeni texnoloji
proseslərin, materialların, maddələrin və məmulatların
istehsalını, istifadəsini və satışını
razılaşdırırlar;
məhsulların
(işlərin, xidmətlərin) gigiyenik, ekoloji, seysmoloji,
radioloji, hormonal, farmakoloji və toksikoloji
qiymətləndirilməsinin metodikalarını, eləcə
də zərərli amillərin səviyyəsinin gigiyenik
göstəricilərinin və xüsusiyyətlərinin
tədqiqi üsullarını təsdiq edirlər;
mülkiyyət
formasından asılı olmayaraq Azərbaycan Respublikası
ərazisində ticarət, ictimai iaşə və xidmət
müəssisələrində malların (işlərin, xidmətlərin)
keyfiyyətinə, təhlükəsizlik
tələblərinə, habelə ticarət və xidmət
göstərilməsi qaydalarına düzgün əməl
olunması barədə nəzarəti yoxlamalar aparırlar. Lazım
olan hallarda malların, xammalların, yarımfabrikatların,
komplektləşdirmə materiallarının keyfiyyətini
yerində yoxlayır və ya müvafiq laboratoriyalarda
sərbəst ekspertiza keçirmək məqsədi ilə
onlardan nümunələr götürürlər. Həmin
nümunələrin dəyəri və aparılmış
təhlillərin (ekspertizaların) xərcləri yoxlanılan
təsərrüfat subyektlərinin hesabına ödənilir
və onların istehsal-təsərrüfat
xərclərinə aid edilir;
istehlakçıların
hüquqlarının pozulmasına son qoyulması
barədə təsərrüfat subyektlərinə icrası
məcburi göstərişlər verir, yoxlanılan subyektlərdən
malların keyfiyyətini xarakterizə edən normativ
sənədləri və digər lazım olan
məlumatları alırlar;
aşkar olunmuş
qüsurlar təsərrüfat subyektləri
tərəfindən aradan qaldırılanadək normativ
sənədlərin tələblərinə cavab
verməyən malların (işlərin, xidmətlərin)
göndərilməsini, satışını və
icrasını dayandırırlar;
qanunvericilikdə
nəzərdə tutulmuş hallarda təqsirkar
şəxslərə inzibati tənbeh tədbirləri
tətbiq edirlər, cinayət əlamətləri olan yoxlama
materiallarını hüquq-mühafizə orqanlarına
göndərirlər;
istehlakçıların
hüquqlarının müdafiəsinə dair müvafiq
məhkəmələr qarşısında iddia qaldırırlar.
2. Azərbaycan Respublikasında malların
(işlərin, xidmətlərin)
sertifikatlaşdırılması üzrə milli orqan:
malların
(işlərin, xidmətlərin)
sertifikatlaşdırılması qaydalarını
müəyyənləşdirir;
məcburi
sertifikatlaşdırılmalı malların (işlərin,
xidmətlərin) nomenklaturunu müəyyənləşdirir;
konkret mal (iş,
xidmət) növlərinin sertifikatlaşdırılması
üzrə orqanları, həmçinin müvafiq
sınaqların aparılması üçün sınaq
laboratoriyalarını (mərkəzlərini) akkreditasiya edir,
digər hüquqi şəxslərə akkreditasiyanı keçirmək
hüququnu həvalə edir;
malların
(işlərin, xidmətlərin)
sertifikatlaşdırılmasının aparılmasının
düzgünlüyünə nəzarəti həyata
keçirir;
sertifikatlaşdırılmış
malların (işlərin, xidmətlərin),
sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş
orqanların, sınaq laboratoriyalarının
(mərkəzlərinin) dövlət reyestrini aparır;
xarici və
beynəlxalq orqanların verdiyi sertifikatların
tanınması barədə qərar qəbul edir;
malların
(işlərin, xidmətlərin)
sertifikatlaşdırılması məsələləri
üzrə xarici ölkələrlə və beynəlxalq
təşkilatlarla qarşılıqlı
əlaqələrdə Azərbaycan Respublikasını
təmsil edir.
3. Malların (işlərin,
xidmətlərin) keyfiyyətinə və
təhlükəsizliyinə nəzarəti həyata
keçirən dövlət icra hakimiyyəti
orqanlarının bu sahədə fəaliyyətlərini
koordinasiya etmək standartlaşdırma və metrologiya
sahəsində fəaliyyət göstərən müvafiq
dövlət icra hakimiyyəti orqanına həvalə olunur.
[22] 12 iyul 2019-cu il tarixli 1663-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 16 avqust 2019-cu il, ¹ 177,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹8, maddə 1384) ilə 19.2.3-cü
maddədə “müvafiq
standartların, texniki şərtlərin” sözləri “texniki normativ hüquqi aktların”
sözləri ilə əvəz edilmişdir.
[23] 30
sentyabr
2014-cü il tarixli 1037-IVQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 09 noyabr 2014-cü il, ¹ 245,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹10, maddə 1157) ilə 19.2.6-cı
maddəsindən ikinci cümlə
çıxarılmışdır.
[24] 5 oktyabr 2001-ci il
tarixli 183-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 11, maddə 676) ilə 21-ci
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Maddə
21. İstehlakçıların
hüquqlarının müdafiəsini həyata
keçirən dövlət icra hakimiyyəti
orqanlarının vəzifəli şəxslərinin
vəzifə və məsuliyyətləri
İstehlakçıların
hüquqlarının müdafiəsini həyata
keçirən dövlət icra hakimiyyəti
orqanlarının vəzifəli şəxsləri Azərbaycan
Respublikasının qanunvericiliyini, həmçinin
vətəndaşların, müəssisələrin,
idarələrin və təşkilatların qanunla
müdafiə olunan hüquqlarını qorumalıdırlar.
Onlar öz
səlahiyyətlərini yerinə yetirərkən əldə
olunmuş dövlət və qanunla qorunan digər sirləri yaymamalıdırlar.
Vəzifəli şəxslər öz vəzifələrini
yerinə yetirmədikdə və ya lazımınca yerinə
yetirmədikdə, öz səlahiyyətlərini aşdıqda
qüvvədə olan qanunvericiliyə əsasən
məsuliyyətə cəlb olunurlar.
[25] 30 dekabr 2003-cü
il tarixli 568-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 2, maddə 57) ilə 25-ci maddə
çıxarılmışdır.
Əvvəlki
redaksiyada deyilirdi:
Maddə
25. İstehlakçıların
hüquqlarının müdafiəsini həyata
keçirən dövlət icra hakimiyyəti orqanları
tərəfindən tətbiq edilən sanksiyalar
1. Azərbaycan
Respublikasında istehlakçıların
hüquqlarının müdafiəsini həyata
keçirən dövlət icra hakimiyyəti orqanları
öz səlahiyyətləri çərçivəsində
istehlakçıların hüquqlarının
müdafiəsi haqqında qanunvericiliyi pozduğuna görə
günahkar şəxslərə aşağıda
göstərilən sanksiyaları tətbiq edirlər:
bu qanunun 7-ci
maddəsinin birinci bəndində müəyyən edilmiş
istehlakçıların hüquqlarının yerinə
yetirilməsindən imtina etdikdə—bu malın dəyərinin
beş misli həcmində;
istehlakçıların
hüquqlarının pozulmasının aradan
qaldırılması haqqında müvafiq dövlət
orqanının icrası məcburi olan göstərişi
yerinə yetirilmədikdə—vurulmuş zərəri
ödəməklə onun həcmi miqdarında bu
zərəri müəyyən etmək mümkün
olmadıqda minimum əmək haqqının 100
mislinədək;
normativ
sənədlərin tələblərinə cavab
verməyən malların istehsalına, satılmasına,
işlərin yerinə yetirilməsinə, xidmətlərin
göstərilməsinə görə—satılmış
malların, yerinə yetirilmiş işlərin,
göstərilmiş xidmətlərin qiymətinin 25 faizi
miqdarında;
məcburi
sertifikatlaşdırılmalı, lakin
sertifikatlaşdırılmamış malların
satılması, işlərin yerinə yetirilməsi,
xidmətlərin göstərilməsinə görə—satılmış
malların, yerinə yetirilmiş işlərin,
göstərilmiş xidmətlərin qiymətinin 25 faizi
miqdarında;
standartların,
digər normativ sənədlərin tələblərinin
pozulması nəticəsində insanın həyatı,
sağlamlığı və əmlakı və
həmçinin ətraf mühit üçün
təhlükəli məhsulun (işin, xidmətin) buraxılması
(görülməsi) və satılması
üçün—buraxılmış (görülmüş)
və satılmış məhsulun qiymətinin 100 faizi
miqdarında;
insanların
həyatının, sağlamlığının,
əmlakının və ətraf mühitin
təhlükəsizliyinə dair Azərbaycan Respublikasında
qüvvədə olan standartların, digər normativ
sənədlərin tələblərinə uyğun olmayan
xaricdən gətirilmiş malın satılmasına
görə—satılmış malların qiymətinin 50 faizi
miqdarında;
buraxılması
və satılması qadağan olunmuş malların
satılması, işlərin yerinə yetirilməsi,
xidmətlərin göstərilməsinə
görə—satılmış malların, yerinə
yetirilmiş işlərin, göstərilmiş
xidmətlərin qiymətinin 100 faizi miqdarında;
lazımi
xəbərdarlıq nişanı olmayan, həmçinin
təhlükəsiz istifadə qaydaları və
şəraiti barədə məlumat vərəqi olmadan
satılan təhlükəli mallara (zəhərlər,
kimyəvi preparatlar, partlayıcı və yanğın
təhlükəli maddələr və s.)
görə—satılmış malların qiymətinin 50 faizi
miqdarında;
nəzarət
olunmalı məhsulun müvafiq dövlət nəzarəti
orqanlarından gizlədilməsinə
görə—satılmış malların,
görülmüş işlərin, göstərilmiş
xidmətlərin qiymətinin 100 faizi miqdarında;
malların
(işlərin, xidmətlərin) sertifikatlaşdırma
qaydalarının sertifikatlaşdırma üzrə orqan
və sınaq laboratoriyaları (mərkəzləri)
tərəfindən pozulmasına
görə—sertifikatlaşdırma üzrə işlərin
qiymətinin 2 misli miqdarında, istehsalçı
(icraçı, satıcı) tərəfindən
pozulmasına görə isə—sertifikatlaşdırma
qaydası pozulmaqla satılmış malların (işlərin,
xidmətlərin) qiyməti miqdarında.
Sertifikatlaşdırma
üzrə müəssisə və orqanların
rəhbərləri yuxarıda göstərilmiş pozuntulara
görə məsuliyyət daşıyır və
vəzifə maaşının 3 misli miqdarında
cərimə olunurlar.
Bu maddədə
nəzərdə tutulmuş cərimənin
ödənilməsi istehsalçını
(icraçını, satıcını) standartların,
normaların, qaydaların pozulması, müqavilə
şərtlərinin yerinə yetirilməməsi
nəticəsində istehlakçılara dəymiş
ziyanın ödənilməsindən azad etmir.
2.
Cərimələrin 50 faizi dövlət büdcəsinə,
35 faizi yerli büdcəyə, 15 faizi isə cəriməni
tətbiq edən istehlakçıların
hüquqlarının müdafiəsi üzrə dövlət
orqanlarının hesabına köçürülür.
3. Malların
(işlərin, xidmətlərin) istehsalçıları
(icraçıları, satıcıları)
istehlakçıların hüquqlarının
müdafiəsini həyata keçirən dövlət
orqanları göstərişlərinin tamamilə, yaxud
qismən etibarsız sayılması, ya da cərimə
qoyulması haqqında qərarın ləğvi, yaxud
dəyişdirilməsi barədə məhkəməyə
müraciət etmək hüquqları vardır.
Verilmiş
ərizəyə məhkəmə tərəfindən
baxıldığı dövrdə məhkəmə,
göstərilən aktların icrasının
dayandırılması haqqında qərar
çıxarmayıbsa, göstərişlər və
cərimə qoyulması haqqında qərarlar
dayandırılmır.
[26] 10
iyun 2005-ci il tarixli 925-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə 684) ilə 27-ci maddənin 1-ci bəndinin ikinci abzasında
"İctimai birliklər
haqqında" Azərbaycan Respublikasının Qanunu"
sözləri "müvafiq
qanunvericilik" sözləri ilə əvəz
edilmişdir.