Gömrük
tarifi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU[1]
Bu Qanun Azərbaycan
Respublikasında daxili bazarın xarici bazarla səmərəli
əlaqəsini təmin etməklə xarici ticarətin
dövlət tənzimlənməsinin mühüm vasitəsi
olan gömrük tarifinin formalaşdırılması və
tətbiqi, həmçinin Azərbaycan Respublikasının
gömrük sərhədindən keçən mallardan
rüsum tutulması qaydalarını müəyyən edir.
Gömrük tarifinin
əsas məqsədləri aşağıdakılardır:
Azərbaycan
Respublikası üzrə idxalın əmtəə strukturunu
səmərəliləşdirmək;
Azərbaycan
Respublikası ərazisində malların gətirilməsi
və çıxarılmasının, valyuta
gəlirlərinin və xərclərinin əlverişli
nisbətini təmin etmək;
valyuta
sərvətlərinin Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirilməsi və bu
ərazidən çıxarılması üzərində
səmərəli nəzarət etmək;
Azərbaycan
Respublikasında malların istehsal və istehlak strukturunda
mütərəqqi dəyişikliklər üçün
şərait yaratmaq;
Azərbaycan
Respublikasının iqtisadiyyatını xarici rəqabətin
mənfi təsirindən qorumaq;
Azərbaycan
Respublikası iqtisadiyyatının dünya
təsərrüfatı ilə səmərəli
inteqrasiyasına şərait yaratmaq.
Bu Qanunun tətbiq
sahəsi Azərbaycan Respublikasının vahid gömrük
ərazisidir.
I fəsil
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda
aşağıdakı əsas anlayışlardan istifadə
olunur:
gömrük
ərazisi - Azərbaycan Respublikasının quru
ərazisindən, daxili sularından, Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsindən (o cümlədən, orada
yerləşən adalar, süni adalar, qurğular və
tikililər) və onların üzərindəki hava məkanından
ibarət olan ərazi;[2]
Gömrük
sərhədi—Azərbaycan Respublikasının Gömrük
ərazisinin sərhədi;
mal—Azərbaycan Respublikasının
Gömrük sərhədindən keçirilən
istənilən əmlak, o cümlədən istilik, elektrik
enerjisi və enerjinin digər növləri;
hüquqi və fiziki
şəxslər—Azərbaycan Respublikasının
Gömrük sərhədindən malları keçirən
bütün hüquqi və fiziki şəxslər;
rüsum—gömrük
rüsumu və bu Qanunda nəzərdə tutulmuş digər
rüsum növləri. Gömrük rüsumu—mallar
Azərbaycan Respublikasının gömrük ərazisinə
gətirilərkən və ya bu ərazidən
çıxarılarkən Azərbaycan Respublikasının
gömrük orqanları tərəfindən tutulan haqq olmaqla
yanaşı, həm də bu cür idxal və ixracın
mühüm şərtidir;
malın gömrük
dəyəri—malın bu Qanuna uyğun olaraq
müəyyənləşdirilən və
aşağıdakı məqsədlər üçün istifadə
olunan dəyəridir:
—maldan rüsum
tutulması üçün;
—xarici iqtisadi
əlaqələr və gömrük statistikasının
aparılması, ticarət-iqtisadi münasibətlərin
dövlət tənzimlənməsi, o cümlədən xarici
iqtisadi əməliyyatlara, valyuta nəzarəti, bu
sahədə bank hesablaşmalarının həyata
keçirilməsi ilə bağlı tədbirlər
üçün;
deklarant—gömrük
sərhədindən mal keçirən və malı
gömrük rəsmiləşdirilməsi məqsədi
ilə bəyan və təqdim edən şəxs;
tarif kvotası — müəyyən
olunmuş müddətdə idxal edilən ayrı-ayrı
malların (fiziki və ya dəyər ölçüləri
ilə) müəyyən miqdarına daha aşağı idxal
gömrük rüsumunun və müəyyən olunmuş
miqdardan artıq malların idxalı zamanı daha
yüksək idxal gömrük rüsumunun tətbiqini
nəzərdə tutan tənzimlənmə üsulu.[3]
Maddə 2. Gömrük tarifi
1.
Azərbaycan Respublikasının gömrük
tarifi—Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilən mallara tətbiq
edilən və xarici iqtisadi fəaliyyətin Əmtəə
nomenklaturasına (bundan sonra—Əmtəə nomenklaturası
adlandırılacaqdır) uyğun olaraq
sistemləşdirilmiş gömrük rüsumu
dərəcələrinin məcmusudur.
2.
Azərbaycan Respublikasının xarici iqtisadi
fəaliyyətinin Əmtəə nomenklaturası malların
beynəlxalq təcrübədə qəbul olunmuş
təsnifat sisteminə uyğun olaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən olunur.
3.
Gömrük tarifi Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirilən və həmin
ərazidən çıxarılan mallara tətbiq edilir.
Maddə 3. Gömrük rusum dərəcələri və
onların müəyyən edilməsi qaydaları
1. Bu Qanunda
nəzərdə tutulan hallar istisna olmaqla, gömrük
rüsum dərəcələri Azərbaycan
Respublikasının gömrük sərhədindən mal
keçirən hüquqi və fiziki şəxslərdən,
sövdələşmə növlərindən və
digər amillərdən asılı olaraq
dəyişdirilə bilməz.
2.
İdxal gömrük rüsumlarının
dərəcələri Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən təyin edilir.
Azərbaycan Respublikasının əlverişli ticarət
rejimi tətbiq etdiyi ölkələrin malları
üçün idxal gömrük rüsumları
dərəcələrinin son həddi Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən
müəyyən olunur.
Bu Qanunun
müddəalarına uyğun olaraq, Azərbaycan
Respublikası tərəfindən tarif imtiyazları verildiyi
hallar istisna olmaqla, əlverişli ticarət rejimi tətbiq
olunmayan ölkələrin mallarına və ödənsə
ölkəsi müəyyənləşdirilməyən
mallara idxal gömrük rüsumlarının
dərəcələri iki dəfə artırılır.
3. İxrac
gömrük rüsumlarının dərəcələri
və onların tətbiq olunduğu malların
siyahısı, həmçinin xarici iqtisadi
tənzimlənmənin qeyri-tarif tədbirləri Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən olunur. Azərbaycan Respublikasının
əlverişli ticarət rejimi tətbiq etdiyi
ölkələrin malları üçün ixrac
gömrük rüsumları dərəcələrinin son
həddi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
təyin olunur.
Maddə 4. Gömrük rüsumunun
növləri
Azərbaycan Respublikasında aşağıdakı
gömrük rüsumları tətbiq edilir:
advalor—malların
gömrük dəyərinə görə faizlə hesablanan;
spesifik—mal vahidinə görə müəyyən olunmuş
dəyərlə hesablanan; kombinə edilmiş—hər iki növü
birləşdirməklə hesablanan.
II
fəsil
MÖVSÜMİ
VƏ XÜSUSİ RÜSUMLAR
Maddə 5. Mövsümi
rüsumlar
Malların ixracını və idxalını
operativ tənzimləmək üçün bəzi mallara
mövsümi rüsumlar tətbiq oluna bilər. Bu halda
Gömrük tarifində nəzərdə tutulmuş
Gömrük rüsumları dərəcələri tətbiq
olunmur. Mövsümi rüsumların qüvvədə
olduğu müddət ildə altı aydan çox ola
bilməz.
Maddə 6. Xüsusi
növ rüsumlar
Azərbaycan
Respublikasının iqtisadi mənafeyini qorumaq
üçün idxal edilən mallara müvəqqəti olaraq
aşağıdakı xüsusi növ rüsumlar tətbiq
oluna bilər:
—xüsusi rüsumlar;
—antidempinq
rüsumları;
—kompensasiya rüsumları.
Xüsusi növ rüsumların
formalaşması və tətbiqi qaydası Azərbaycan
Respublikasının qanunvericilik aktları ilə
müəyyən olunur.
Maddə 7. Xüsusi
rüsumlar
Xüsusi rüsumlar
aşağıdakı hallarda tətbiq olunur:
—mallar Azərbaycan
Respublikası gömrük ərazisinə bu qəbildən
olan malların yerli istehsalçılarına ziyan vuran və
ya ziyan vura biləcək kəmiyyətdə və
şərtlərlə gətirildiyi təqdirdə
müdafiə tədbiri kimi;
—digər
dövlətlərin və onların ittifaqlarının
Azərbaycan dövlətinin mənafeyinə toxunan
ayrı-seçkilik və digər
hərəkətlərinə cavab tədbiri kimi.
Maddə 8.
Antidempinq rüsumları
Antidempinq rüsumları idxal olunan malların
qiyməti Azərbaycan Respublikası gömrük
ərazisinə gətirildiyi anda ixrac olunduğu
ölkədəki real dəyərindən xeyli aşağı
olduqda və belə bir idxal bu qəbildən olan malların
yerli istehsalçılarına ziyan vurduqda və ya bunal istisna
edilmədikdə, Azərbaycan Respublikasında onların
istehsalının təşkilinə və ya
genişləndirilməsinə maneçilik
törədildikdə tətbiq edilir.
Maddə 9. Kompensasiya
rüsumları
Kompensasiya
rüsumları Azərbaycan Respublikası gömrük
ərazisinə gətirilən malların istehsalı və ya
ixracı zamanı birbaşa və dolayı subsidiyalardan
istifadə olunduqda və belə bir idxal bu qəbildən olan
malların yerli istehsalçılarına ziyan vurduqda və ya
bu hal istisna edilmədikdə, Azərbaycan Respublikasında bu
malların istehsalının təşkilinə və
genişləndirilməsinə maneçilik
törədildikdə tətbiq edilir.
Maddə 10. Xüsusi
növ rüsumların tətbiqi qaydaları
1. Xüsusi növ
rüsumların (xüsusi, antidempinq və kompensasiya)
tətbiqindən əvvəl Azərbaycan Respublikasının
müvafiq dövlət idarəetmə orqanlarının
təşəbbüsü ilə Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun olaraq on gün müddətində
təhqiqat aparılır.
Təhqiqat zamanı çıxarılan qərarlar
kəmiyyətcə müəyyən edilmiş məlumatlara
əsaslanmalıdır.
2. Hər bir xüsusi
hal üçün aparılan təhqiqatın
nəticələrinə görə rüsum
dərəcələri Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən müəyyən edilir
və onların dərəcələri təhqiqatın
müəyyən etdiyi qiymətlərin dempinq
azaldılmasının, subsidiyanın və aşkar
edilmiş ziyanın məbləğinə mütənasib
olmalıdır.
III fəsil
MALIN
GÖMRÜK DƏYƏRİ
Maddə 11. Gömrük dəyərinin
müəyyən edilməsi sistemi
1.
Malın Gömrük dəyərinin
müəyyən edilməsi (gömrük
qiymətləndirilməsi) sistemi gömrük
qiymətləndirilməsinin beynəlxalq
təcrübədə qəbul olunmuş ümumi
prinsiplərinə əsaslanır və Azərbaycan
Respublikasının Gömrük ərazisinə
gətirilən və bu ərazidən çıxarılan
mallara şamil edilir.
2.
Azərbaycan Respublikasının gömrük
ərazisinə gətirilən və bu ərazidən
çıxarılan malların gömrük qiymətləndirilməsi
sisteminin tətbiqi qaydası Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
Maddə 12. Malın gömrük
dəyərini bəyan etmə
1.
Gömrük
dəyəri mal Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilərkən deklarant
tərəfindən Azərbaycan Respublikasının
gömrük orqanına bəyan edilir.
2. Gömrük
ərazisinə gətirilən və həmin ərazidən
çıxarılan malların gömrük dəyərinin
bəyan edilməsinin qayda və şərtləri, o cümlədən
bəyannamə forması Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi tərəfindən
müəyyən edilir.
3. Gömrük
dəyərinin deklarant tərəfindən müəyyən
edilməsi, bu Qanunda nəzərdə tutulmuş üsullara
uyğun olaraq həyata keçirilir.
4. Gömrük
dəyərinin müəyyən edilməsinin
düzgünlüyünə Azərbaycan Respublikasının
gömrük orqanı nəzarət edir.
Maddə 13. Məlumatın
məxfiliyinin qorunması
1. Gömrük
orqanı malın Gömrük dəyəri bəyan
edilərkən deklarant tərəfindən təqdim
edilmiş məxfi xarakter daşıyan və kommersiya sirri
olan məlumatları gömrük qiymətləndirməsinin
məqsədləri üçün istifadə edə
bilər. Müvafiq
məhkəmə qərarının qəbul olunduğu hallar istisna olmaqla,
deklarantın icazəsi olmadan bu məlumatlar digər
dövlət orqanları da daxil olmaqla üçüncü
şəxsə verilə bilməz.[4]
2.
Məxfi xarakter daşıyan və kommersiya sirri
olan məlumatların yayılmasına görə
Azərbaycan Respublikasının gömrük orqanı və
onun vəzifəli şəxsləri Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq
məsuliyyət daşıyırlar.
Maddə 14. Deklarantın
hüquq və vəzifələri
1. Deklarant
tərəfindən bəyan edilmiş gömrük
dəyəri və onun müəyyən edilməsi ilə
bağlı məlumatlar dəqiq, kəmiyyəti təyin
oluna bilən və sənədlərlə təsdiq
edilmiş məlumatlara əsaslanmalıdır.
2.
Deklarant tərəfindən bəyan edilmiş
malın gömrük dəyərini
dəqiqləşdirmək zərurəti yarandıqda deklarant
gömrük orqanına Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun olaraq əmlak girovu qoymaq və ya
müvəkkil bankın təminatını almaq şərti
ilə bəyan edilən malın istifadə üçün
ona verilməsi barədə müraciət edə bilər,
yaxud keçirilən mal üçün Azərbaycan
Respublikası gömrük orqanı tərəfindən
gömrük qiymətləndirilməsinə uyğun olaraq
gömrük rüsumları ödəməlidir.
3.
Bəyan edilmiş gömrük dəyərinin
dəqiqləşdirilməsi və ya Azərbaycan
Respublikasının gömrük orqanına əlavə
məlumatların təqdim edilməsi ilə bağlı
xərclər deklarant tərəfindən ödəniLməlidir.
Bu zaman gömrük
qiymətləndirilməsi ilə əlaqədar olaraq malın
gömrük rəsmiləşdirilməsi müddətinin
uzadılması deklarant tərəfindən mal üçün
rüsum ödənişinə möhlət almaqdan
ötrü istifadə edilə bilməz.
Maddə 15.
Gömrük orqanının hüquq və vəzifələri
1. Gömrük
orqanlarının gömrük qiymətləndirilməsi
məqsədilə onlara təqdim edilən hər hansı
məlumatın, sənədin və ya bəyannamənin
həqiqiliyini və ya düzgünlüyünü
araşdırmaq hüququ vardır.[5]
Deklarant tərəfindən
bəyan edilmiş malın gömrük dəyərinin
təyin edilməsinin düzgünlüyünü təsdiq
edən məlumat yoxdursa, yaxud deklarantının təqdim
etdiyi sənədlərin düzgün olmadığına
əsas varsa, bu zaman Azərbaycan Respublikasının
gömrük orqanı onda olan məlumatlar (o
cümlədən eyni və eynicinsli malların qiymət
barədə məlumatlar) əsasında gömrük
dəyərinin müəyyən edilməsi
üsullarını ardıcıl tətbiq edərək,
bəyan edilmiş malın gömrük dəyərini
müstəqil şəkildə təyin edə bilər.
2.
Azərbaycan Respublikasının gömrük
orqanı, deklarantın yazılı sorğusuna əsasən malların
gömrük dəyərinin necə müəyyən
edilməsi haqqında ona yazılı izahat verməlidir.[6]
3.
Deklarant Azərbaycan Respublikası gömrük
orqanının malın gömrük dəyərinin
müəyyən edilməsinə dair qərarı ilə
razılaşmadığı halda, Azərbaycan
Respublikasının Gömrük Məcəlləsində
müəyyən olunmuş qaydada şikayət etmək
hüququna malikdir.
Maddə 16. Rüsumun hesablanması,
ödənilməsi və alınması
1.
Azərbaycan Respublikasının Gömrük
Məcəlləsinə uyğun olaraq, mal üçün
rüsum onun gömrük dəyərinə əsasən
hesablanır, ödənilir və. alınır.
2.
Gömrük rüsumu respublika büdcəsinə
mədaxil edilir.
IV
fəsil
GÖMRÜK
DƏYƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ
ÜSULLARI
VƏ
ONLARIN TƏTBİQİ QAYDALARI
Maddə 17. Gömrük
dəyərinin müəyyən edilməsi üsulları
1. Azərbaycan
Respublikasının gömrük ərazisinə
gətirilən malların gömrük dəyəri
aşağıdakı üsullarla müəyyən edilir:
—gətirilən
malların sövdələşmə qiyməti ilə;
—eyni malların
sövdələşmə qiyməti ilə;
—eynicinsli malların
sövdələşmə qiyməti ilə;
—dəyərin
toplanması üsulu ilə;
—dəyərin
çıxılması üsulu ilə;
—ehtiyat üsulu
ilə.
2. Gətirilən
malların sövdələşmə qiymətinə
uyğun olaraq qiymətləndirilməsi gömrük
dəyərinin müəyyən edilməsinin əsas
üsuludur.
Əsas üsuldan
istifadə edilə bilmədiyi halda, bu maddənin 1-ci
bəndində göstərilən üsullardan hər biri
ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı
üsulun tətbiqi gömrük dəyərini əvvəlki
üsulla təyin etmək mümkün olmadıqda həyata
keçirilir.
Dəyərin çıxılması və
toplanması üsullarından deklarantın
xahişi ilə istənilən ardıcıllıqla istifadə
edilə bilər.[7]
Maddə 18. Gətirilən
malların Gömrük dəyərinin
sövdələşmə qiyməti ilə
müəyyən edilməsi
1.
Azərbaycan
Respublikasının gömrük ərazisinə
gətirilən malın gömrük dəyəri həmin mal
Azərbaycan
Respublikasına ixrac olunması üçün
satılarkən gətirilən mal üçün faktiki
ödənilmiş və ya ödənilməli olan
sövdələşmə qiymətidir (limana və ya
digər gətirilmə yerinədək). Gömrük
dəyəri müəyyən edilərkən
sövdələşmə qiymətində nəzərə
alınmayan aşağıdakı xərc maddələri bu
zaman həmin qiymətə əlavə edilir:[8]
a) malın hava və
dəniz limanınadək, yaxud Azərbaycan Respublikasının
gömrük ərazisinə daxil olduğu digər hər
hansı bir yerədək gətirilməsi xərcləri:
—nəqliyyat xərcləri;
—malın
yüklənmə, boşaldılma və yenidən
yüklənmə xərcləri;
—sığorta
xərcləri.
b) alıcının
çəkdiyi xərclər:
—malın
alınması üçün komisyon xərcləri istisna
olmaqla, komisyon və broker mükafatlandırmaları
üzrə xərclər;
—konteynerlərin
və çoxişlənən taranın dəyəri
(əgər Əmtəə nomenklaturasına uyğun olaraq,
onlar qiymətləndirilən mallarla birlikdə tam olaraq
nəzərdən keçirilirsə);
—qablaşdırma
materiallarının və işlərinin dəyəri də
daxil olmaqla qablaşdırma dəyəri.
v) alıcı
tərəfindən birbaşa və dolayı yolla pulsuz, yaxud
qiymətləndirilən malların istehsalı və ya
aparılma üçün satılması ilə
əlaqədar istifadə edilməsi üçün
aşağı qiymətə təqdim olunmuş
aşağıdakı malların və xidmətlərin
dəyərinin müvafiq hissəsi:
—xammalın,
materialların, hissələrin, yarımfabrikatların və
qiymətləndirilən malların tərkib hissələri
olan digər komplektləşdirici məmulatların;
—qiymətləndirilən
malların istehsalı zamanı istifadə olunan
alətlərin, ştampların, qəliblərin və
digər bu kimi əşyaların;
—qiymətləndirilən
malların istehsalı zamanı sərf olunan materialların
(sürtkü materiallarının, yanacağın və s);
—Azərbaycan
Respublikası ərazisindən kənarda yerinə yetirilən
və qiymətləndirilən malların istehsalı
üçün bilavasitə lazım olan mühəndis,
təcrübə-konstruktor, dizayn, bədii tərtibat, eskiz.
və çertyoj işlərinin;
q) mallarla
əlaqəli intellektual mülkiyyət obyektlərinin
istifadəsi üçün alıcının qiymətləndirilən
malların satışı üçün şərt kimi birbaşa və
dolayı yolla sərf etməli olduğu lisenziyalaşdırma
xərcləri və digər ödənişlər;[9]
ğ) Azərbaycan
Respublikası ərazisində qiymətləndirilən
malları istifadə olunmasından, verilməsindən və
ya təkrar satışından satıcının birbaşa,
yaxud dolayı yolla əldə etdiyi gəlirin bir hissəsi.
1-1.
Faktiki ödənilmiş və ya ödənilməli
qiymətə əlavələr, bu maddəyə
əsasən və yalnız qərəzsiz və
kəmiyyətlə ifadə oluna bilən məlumat
əsasında edilməlidir. Gömrük dəyəri
müəyyənləşdirilən zaman faktiki ödənilmiş
və ya ödənilməli qiymətə bu maddədə
göstərilməyən əlavələrin
edilməsinə yol verilmir.[10]
2. Bu üsul
aşağıdakı hallarda gömrük dəyərinin
müəyyən edilməsi üçün istifadə oluna
bilməz:
a) aşağıdakılar
istisna olmaqla, alıcının qiymətləndirilən mal
üzrə sərəncam və ya istifadə hüquqları
sahəsində məhdudiyyətlər nəzərdə
tutulduqda:[11]
—Azərbaycan
Respublikası qanunvericiliyində nəzərdə tutulmuş
məhdudiyyətlər;
—malların təkrar
satıla biləcəyi coğrafi bölgə
məhdudiyyətləri;
—malların
qiymətinə əhəmiyyətli dərəcədə təsir
etməyən məhdudiyyətlər;
b) malın
satışı və sövdələşmə qiyməti
təsiri nəzərə alına bilməyən
şərtlərin yerinə yetirilməsindən
asılıdırsa;
v) deklarant
tərəfindən gömrük dəyərinin
müəyyən edilməsi zamanı istifadə olunan
məlumatlar sənədlərlə təsdiq olunmamışsa
və ya kəmiyyətcə təyin edilə bilən,
dəqiq və obyektiv məlumatlara əsaslanmırsa;
q) bu
maddənin 3-cü bəndinə əsasən
sövdələşmə qiyməti gömrük
məqsədləri üçün qəbul edilən
sayıldığı hallar istisna olmaqla, alıcı və
satıcı əlaqəli şəxslər olduqda.[12]
Bu zaman əlaqəli şəxslər
dedikdə, aşağıdakı əlamətlərdən
heç olmazsa birinə malik olan şəxslər
nəzərdə tutulur:[13]
—sövdələşmə
iştirakçılarından biri (fiziki şəxs) və ya
sövdələşmə iştirakçılarından
birinin vəzifəli şəxsi eyni zamanda digər
sövdələşmə iştirakçısının
da vəzifəli şəxsidirsə;
—sövdələşmə
iştirakçıları müəssisənin birgə
sahibləridirsə;
—
sövdələşmə iştirakçıları
bir-birinə münasibətdə işəgötürən
və işçidirlərsə;[14]
—sövdələşmə
iştirakçılarından biri digər
iştirakçının payının və nizamnamə
kapitalının beş faizindən azını təşkil
etməyən səs hüququ verən səhmlərinin
sahibidirsə;
—sövdələşmənin
hər, iki iştirakçısı üçüncü
hüquqi və ya fiziki şəxsin bilavasitə və ya
dolayı nəzarəti altındadırsa;
—sövdələşmə
iştirakçıları birlikdə üçüncü
şəxsə bilavasitə və ya dolayı nəzarət
edirlərsə;
—sövdələşmə
iştirakçılarından biri o biri
iştirakçının bilavasitə və ya dolayı
nəzarəti altındadırsa;
—
sövdələşmə iştirakçıları eyni
ailənin üzvü və ya yaxın qohumdurlarsa.[15]
ğ)
alıcı tərəfindən malların hər hansı
sonrakı satışından, sərəncam
verilməsindən və ya istifadəsindən əldə
edilən gəlirin hər hansı bir hissəsi bilavasitə
və ya dolayı yolla satıcıya keçərsə, bu
şərtlə ki, bu maddənin 1-ci bəndinin
müddəalarına əsasən müvafiq
dəqiqləşmələrin aparılması mümkün
olmasın.[16]
İşgüzar
fəaliyyətdə bir-biri ilə bağlı olan
şəxslərdən biri digərinin yeganə
nümayəndəsi, yeganə distribütoru və ya
yeganə konsessioneri olduğu təqdirdə, bunun təqdim
edilməsi formasından asılı olmayaraq, onlar yuxarıda
göstərilən asılılıq meyarlarına uyğun gəldiyi
halda əlaqəli şəxs hesab edilirlər.[17]
3.
Alıcı və satıcının əlaqəli
şəxslər olması faktı
özü-özlüyündə sövdələşmə
qiymətinin məqbul sayılmaması üçün
əsas deyildir. Bu halda, satışla bağlı
şərait araşdırılmalı və
əlaqələrin qiymətə təsiri olmaması
şərtilə sövdələşmə qiyməti
qəbul edilməlidir. Əgər deklarant tərəfindən
və ya başqa cür təqdim edilmiş məlumata
əsasən gömrük orqanları əlaqələrin
qiymətə təsir etdiyinə dair əsaslara malik olarsa,
onlar deklarantı özlərinin əsasları haqqında
məlumatlandırmalı və cavablandırmaq
üçün ona imkan yaratmalıdırlar. Deklarantın
istəyi ilə belə bir bildiriş yazılı
şəkildə verilə bilər.
Əlaqəli
şəxslər arasında satış zamanı, deklarant
sövdələşmə qiymətinin aşağıda
göstərilənlərlə eyni və ya təxminən
eyni zamanda baş verənlərdən az fərqləndiyini
göstərərsə, belə sövdələşmə
qiyməti qəbul edilməli və mallar bu maddənin 1-ci
bəndinə müvafiq olaraq qiymətləndirilməlidir:
əlaqəli
olmayan satıcı ilə Azərbaycan Respublikasına ixrac
üçün satış zamanı eyni və ya eynicinsli
mallar üçün sövdələşmə qiyməti;
eyni
və ya eynicinsli malların bu Qanunun 21-ci və ya 22-ci
maddələrinin müddəalarına əsasən
müəyyən edilmiş gömrük dəyəri.
Bu
bəndin ikinci hissəsində göstərilən hallar
tətbiq olunan zaman, kommersiya və kəmiyyət
səviyyələri, bu maddənin 1-ci bəndində
göstərilən qiymətə təsir edən əsaslar,
satıcı və alıcı əlaqəli
şəxslər olmayan satışda satıcının
çəkdiyi xərclər arasındakı fərqlər
lazımi qaydada nəzərə alınmalıdır.
Bu
bəndin ikinci hissəsində göstərilən hallar
deklarantın təşəbbüsü ilə və
yalnız müqayisə məqsədləri üçün
istifadə oluna bilər. Həmin müddəalara uyğun
olaraq əvəzedici qiymətlər müəyyən
edilə bilməz.
4.
Mallar üçün ödənilmiş və ya
ödənilməli olan qiymətdən əlavə
vəsaitin məbləği
müəyyənləşdirilərkən aşağıdakı
xərclər gömrük dəyərindən
çıxılmalıdır:
sənaye
qurğuları, maşın və avadanlıq kimi mallar idxal
edildikdən sonra qiymətləndirilən mallarla
əlaqədar tikinti-inşaat, yığılma,
quraşdırma, istismar və texniki yardım
göstərilməsindən yaranan istənilən xərc
və ödənişlər;
qiymətləndirilən
malların gömrük ərazisinə gətirildikdən
sonrakı daşınma və sığorta xərcləri;
gömrük
ərazisində ödənilməli olan rüsum və
vergilər.[18]
Maddə 19. Eyni
malların sövdələşmə qiyməti üsulu.
1. Eyni malların
sövdələşmə qiyməti üsulundan istifadə
olunduqda malın; gömrük dəyərinin
müəyyən edilməsi üçün eyni malların
sövdələşmə qiyməti bu maddədə
göstərilən aşağıdakı şərtlər
nəzərə alınmaqla əsas götürülür.
Eyni mallar dedikdə, qiymətləndirilən mallarla hər
cəhətdən eyni olan mallar başa
düşülür, o cümlədən:
—fiziki xüsusiyyətlərinə görə;
—keyfiyyətinə
və bazardakı nüfuzuna görə;
—malın
mənşə ölkəsinə görə;
—istehsalçısına
görə.[19]
Eyni malların xarici
görünüşündə cüzi fərqlər olduqda,
digər cəhətləri isə bu bəndin
tələblərinə uyğun gəldikdə həmin
fərqlər. malların eyni olduğunu inkar etmək
üçün əsas sayıla bilməz.
2. Eyni malların
sövdələşmə qiyməti gömrük
dəyərini müəyyən etmək üçün o
vaxt əsas götürülə bilər ki, bu mallar:
a) Azərbaycan Respublikasına ixrac
üçün satılsın;[20]
b) qiymətləndirilən
malların idxalı ilə eyni və
ya təxminən eyni bir vaxtda və ya 90 gündən artıq olmamaqla,
həmin vaxtdan əvvəl gətirilsin;[21]
v) qiymətləndirilən
mallarla eyni kommersiya səviyyəsində və təxminən eyni
miqdarda satılsın.[22]
Eyni
malların eyni kommersiya səviyyəsində və/və ya
əsas etibarilə eyni miqdarda olan heç bir
satışı müəyyən edilmədikdə,
müxtəlif kommersiya səviyyələrində
və/və ya müxtəlif miqdarda satılmış eyni
malların, səviyyə və miqdar fərqləri
nəzərə alınaraq düzəlişlər edilmiş
sövdələşmə qiyməti istifadə edilir.
Düzəlişlər, dəyərin artması və ya
azalmasına səbəb olub-olmamasından asılı
olmayaraq, onların ağlabatanlığını və
düzgünlüyünü aydın şəkildə
müəyyən edən sübut olunmuş dəlillər
vasitəsilə əsaslandırıla bilən
olmalıdır.[23]
3. Eyni malların
sövdələşmə qiyməti üsulu ilə
müəyyən edilən gömrük dəyəri bu Qanunun
18-ci maddəsinin 1-ci bəndinin “a”
yarımbəndində göstərilən çatdırılma
xərcləri qiymətləndirilən mallar və eyni mallar
arasında belə xərc və məsafələrdə
əhəmiyyətli fərqlər mövcud olduğu halda
və əgər fərqlər məsafə və
nəqliyyat vasitələrinin növlərinin
müxtəlifliyindən irəli gələrsə, nəzərə
alınaraq təshih edilməlidir.[24]
Təshih
etmələr sənədlərlə təsdiq olunmuş
dəqiq məlumatlara əsasən aparılmalıdır.[25]
4. Əgər bu
üsuldan istifadə olunarkən malların bir neçə
sövdələşmə qiyməti aşkar olunarsa, bu zaman
idxal edilən malların Gömrük dəyərini
müəyyən etmək üçün həmin
qiymətlərin ən aşağı səviyyəyə
malik olanı əsas götürülür.
Maddə 20. Eynicinsli
malların sövdələşmə qiyməti üsulu
1.
Malın Gömrük dəyərini müəyyən
etmək üçün eynicinsli malların
sövdələşmə qiyməti üsulu istifadə
edildiyi halda, bu maddədə göstərilmiş
şərtlərə riayət edilməklə
gətirilən mallarla eynicinsli malların
sövdələşmə qiyməti əsas
götürülür. Bu zaman eynicinsli mallar dedikdə,
bütün xüsusiyyətlərinə görə eyni,
olmasa da, onlara qiymətləndirilən
mallarla eyni funksiyaları yerinə yetirmək imkanı
verən oxşar xüsusiyyətlərə və tərkib
materiallara malik olan və kommersiya baxımından bir-birini əvəz
edə bilən mallar başa düşülür. Malların
eynicinsli olması onların keyfiyyətinə,
əmtəə nişanının olmasına və
bazardakı nüfuzuna görə müəyyən edilir.[26]
2.
Eynicinsli malların sövdələşmə
qiyməti ilə gömrük dəyərinin
müəyyən edilməsi üsulundan istifadə olunduqda, bu
qanunun 19-cu maddəsinin 2-4-cü bəndləri
tətbiq edilir.[27]
3.
19-cu maddənin və bu maddənin
müddəalarına əsasən gömrük
qiymətləndirilməsi üsullarından istifadə
edildikdə:
a) qiymətləndirilən
mallarla eyni bir ölkədə istehsal olunmamış mallar
onlarla eyni və ya eynicinsli hesab edilə bilməz;
b) əgər malların
layihələşdirilməsi, onların üzərində
aparılan təcrübə-konstruktor, bədii tərtibat,
dizayn, eskiz və çertyoj işləri Azərbaycan
Respublikasının ərazisində yerinə yetirilibsə,
belə mallar, eyni və ya eynicinsli sayıla bilməz,
v) digər şəxs
tərəfindən istehsal edilmiş mallar, yalnız
qiymətləndirilən malları istehsal edən şəxs
tərəfindən istehsal edilmiş eyni və ya eynicinsli
mallar mövcud olmadığı şəraitdə
nəzərə alınmalıdır.[28]
Maddə 21. Dəyərin
çıxılması üsulu
1.
Dəyərin
çıxılması üsulu ilə gömrük
dəyərinin müəyyən edilməsi
qiymətləndirilən eyni və ya eynicinsli mallar
Azərbaycan Respublikasının ərazisində öz ilkin
vəziyyətini dəyişdirmədən satıldıqda
tətbiq olunur.
2.
Dəyərin çıxılması üsulu
ilə malın gömrük dəyərini müəyyən
etmək üçün mal vahidinin o qiyməti əsas
götürülür ki, bu qiymətlə
qiymətləndirilən malın gətirildiyi eyni
və ya təxminən eyni tarixdə Azərbaycan
Respublikası ərazisində qiymətləndirilən idxal
edilmiş mallarla eyni və yaxud eynicinsli malların ən
böyük məcmu miqdarı satıcı ilə
əlaqəli olmayan sövdələşmə
iştirakçısına satılsın.[29]
3.
Mal vahidinin qiymətindən aşağıdakı
xərc maddələri çıxılır:
a) idxal edilmiş eyni sinif və ya
növ malların Azərbaycan Respublikasında
satışı ilə əlaqədar adətən
ödənilən və ya ödənilməli olan komissiyalar
və ya gəlir və ümumi xərclər
üçün adətən ödənilən
əlavələr;[30]
b) malların
idxalı və satışı ilə əlaqədar
Azərbaycan Respublikasında ödənilməli olan idxal
Gömrük rüsumlarının, vergilərin,
yığımların və digər
ödənişlərin məbləği; ,
v) Azərbaycan
Respublikasında daşınma, yüklənmə,
boşaldılma işlərinə, sığortaya
adətən sərf olunan xərclər.[31]
q)
müvafiq hallarda bu Qanunun 18-ci maddəsinin 1-ci bəndinin “a”
yarımbəndində qeyd olunan xərclər və
yığımlar.
Əgər qiymətləndirilən
malların idxalı ilə eyni və ya təxminən eyni
vaxtda belə bir satış həyata
keçirilməyibsə, gömrük dəyəri, bu
maddənin 1-3-cü bəndlərində başqa qayda
nəzərdə tutulmayıbsa, idxal olunan mallarla eyni və ya
eynicinsli olan malların Azərbaycan Respublikasında 90
gündən artıq olmamaq şərtilə ən tez
satıldığı satış qiymətinə
əsaslanmalıdır[32]
4. Qiymətləndirilən
eyni və eynicinsli malların gətirilmə anındakı
vəziyyətdə satılması halları olmayıbsa,
deklarantın xahişinə əsasən, bu maddənin 2-ci
və 3-cü bəndlərinin müddəalarına riayət
etmək şərti ilə, emal mərhələnin keçmiş
mal vahidinin qiymətindən-istifadə etməklə
əlavə dəyərə düzəliş edilməlidir.
Maddə 22. Dəyərin
toplanması üsulu
1. Gömrük
dəyəri bu üsulla müəyyən edilərkən,
malın aşağıdakıların toplanması yolu
ilə hesablanmış qiyməti əsas
götürülür:
a) idxal edilən malların
hazırlanmasında istifadə edilən materiallara, həmin
malların istehsalına və ya digər emalına
çəkilən xərclər və ya bunların
dəyəri;[33]
b) bu
Qanunun 18-ci maddəsinin 1-ci bəndinin “a”
yarımbəndində göstərildiyi kimi nəqliyyat,
yüklənmə yerinədək sığorta
xərcləri və dəyərləri və s;[34]
v) Azərbaycan Respublikasına ixrac
etmək məqsədilə ixrac ölkəsində
istehsalçılar tərəfindən hazırlanan və
qiymətləndirilən mallarla eyni sinif və ya növdən
olan malların satışı zamanı adətən
nəzərə alınan mənfəətə və
ümumi xərclərə bərabər mənfəət
və ümumi xərclərin həcmi.[35]
2. Azərbaycan Respublikasının
rezidenti olmayan hər hansı bir şəxsdən
hesablanmış qiymətin müəyyən edilməsi
üçün hesabat sənədləri tələb edilə
bilməz. Lakin bu maddənin tələblərinə uyğun
olaraq gömrük dəyərinin təyin edilməsi
məqsədi ilə malların istehsalçısı
tərəfindən təqdim edilən məlumatlar,
istehsalçının razılığı və müvafiq
ölkənin aidiyyəti orqanlarına
əvvəlcədən bildirişin verilməsi və
həmin orqanların araşdırmaya etiraz etməməsi
şərtilə həmin ölkədə Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən yoxlanıla bilər.[36]
Maddə 23. Ehtiyat
üsulu
1. Əgər
Gömrük dəyəri bu Qanunun 18—22-ci
maddələrində göstərilən üsulların
ardıcıl tətbiqi nəticəsində deklarant
tərəfindən müəyyən edilə bilmirsə
və ya Gömrük orqanları Gömrük dəyərinin
müəyyən edilməsində bu üsullardan istifadə
oluna bilməməsini əsaslandırırlarsa, onda qiymətləndirilən
malların gömrük dəyəri 1994-cü
il Tarif və Ticarət üzrə Baş Sazişin (GATT) VII
maddəsinin və GATT-ın VII maddəsinin Tətbiq
edilməsinə dair Razılaşmanın prinsip və
müddəalarına müvafiq olan ağlabatan
vasitələrlə və Azərbaycan Respublikasında
mövcud olan məlumatlardan istifadə etməklə müəyyən
edilir.[37]
Ehtiyat üsulu
tətbiq olunarkən Azərbaycan Respublikasının gömrük
orqanı onun sərəncamında olan bütün qiymət
məlumatlarını deklaranta təqdim edir.
2. Bu üsulla
malın Gömrük dəyərini müəyyən
etmək üçün aşağıdakılar əsas
götürülə bilməz;
a) ixrac edən ölkənin daxili bazarında
malın qiyməti;[38]
b) Azərbaycan Respublikasının daxili bazarında
Azərbaycan mənşəli malın qiyməti;
v) ixrac edən ölkənin üçüncü
ölkələrə göndərdiyi malların qiyməti;
q) təsadüfi və ya uydurma
qiymətlər;[39]
d) müqayisə
üçün seçilən iki alternativ
dəyərdən gömrük məqsədləri
üçün ən yüksəyinin qəbul edilməsini
nəzərdə tutan sistem;
e) bu Qanunun 22-ci maddəsinin
müddəalarına əsasən eyni və ya eynicinsli mallar
üçün dəyərin toplanması üsulunda
müəyyən edilməyən fərqli istehsal
xərcləri;
ə) minimum gömrük
dəyərləri.[40]
V
fəsil
MALIN
MƏNŞƏ ÖLKƏSİNİN MÜƏYYƏN
EDİLMƏSİ
Maddə 24. Malın
mənşə ölkəsinin müəyyən
edilməsinin məqsədi
Malın
mənşə ölkəsi malların Azərbaycan
Respublikasının gömrük ərazisinə
gətirilməsi və bu ərazidən
çıxarılmasının tarif və qeyri-tarif
tənzimlənməsini həyata keçirmək
məqsədi ilə müəyyən olunur.
Malın
mənşə ölkəsinin təyin edilməsinin bu Qanunda
göstərilən prinsipləri mövcud beynəlxalq
təcrübəyə əsaslanır. Malın
mənşə ölkəsinin təyin edilməsi qaydası
Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən bu Qanunun müddəaları
əsasında müəyyənləşdirilir.
Maddə 25. Malın
mənşə ölkəsi
Malın
mənşə ölkəsi dedikdə, malın tamamilə
Həmin ölkədə istehsal olunduğu və ya bu Qanunla
müəyyən olunan meyarlar əsasında kifayət
qədər yenidən emala məruz qaldığı
ölkə başa düşülür.
Maddə 26. Müəyyən
ölkədə tam istehsal olunmuş mallar
Müəyyən
ölkədə tam istehsal olunmuş mallar
aşağıdakılardır:
a) onun ərazisində və ya məhəlli
sularında, yaxud qitə şelfində və dənizin
təkində çıxarılan faydalı qazıntılar
(əgər ölkənin bu dəniz təkini istismar etməyə
müstəsna hüququ varsa);
b) onun ərazisində becərilmiş və
yığılmış bitkiçilik məhsulları;
v) orada doğulub və bəslənilmiş
heyvanlar;
q) həmin
ölkədə bəslənilmiş heyvanlardan
alınmış məhsullar;
ğ) orada istehsal
edilmiş ovçuluq, balıqçılıq və
dəniz vətəgəsi məhsulları;
d) dünya okeanında həmin ölkənin
gəmiləri ilə və ya onun icarəyə (fraxta)
götürdüyü gəmilərlə ovlanmış
və istehsal edilmiş dəniz vətəgəsi
məhsulları;
e) həmin ölkədəki istehsalın və
başqa əməliyyatların nəticəsi olan təkrar
xammal və tullantılar;
ə) həmin
ölkəyə məxsus olan və ya onun icarəyə
götürdüyü kosmik gəmilər vasitəsilə
açıq kosmosda alınmış yüksək texnologiya
məhsulları;
j) həmin
ölkədə müstəsna olaraq “a”—”ə”
bəndlərində göstərilən məhsullardan istehsal
edilmiş mallar.
Maddə 27. Malın
kifayət qədər emal edilməsinin meyarları
1. Əgər malın
istehsalında iki və daha çox ölkə iştirak
edirsə, malın mənşə ölkəsi kifayət
qədər emal meyarına uyğun olaraq müəyyən olunur.
2.
Müəyyən bir ölkədə malların
kifayət qədər emalının meyarları
aşağıdakılardır:
a) emal
nəticəsində Əmtəə nomenklaturasında hər
hansı birinci dörd rəqəm səviyyəsində mal
mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi;
b) malın
müəyyən ölkə mənşəli hesab
olunması üçün kifayət edən və ya
etməyən istehsal-texnoloji əməliyyatların yerinə
yetirilməsi;
v) advalor pay
qaydası—istifadə olunmuş materialların dəyərinin
və ya əlavə dəyərin göndərilən
malın qiymətinin faizlə müəyyən edilmiş
həddə çatması ilə əlaqədar malın
dəyərinin dəyişməsi.
Bu zaman
aşağıdakılar kifayət qədər emal
meyarına cavab verməyən hesab olunurlar:
—saxlanma və nəql edilmə zamanı malların
mühafizəsinin təmin edilməsi ilə bağlı
əməliyyatlar;
—malların
satışa və daşınmaya hazırlanması
əməliyyatları (mal partiyasının
bölünməsi, malların göndərilmə
üçün formalaşdırılması, çeşidlənməsi
və yenidən qablaşdırılması);
—sadə yığma əməliyyatları;
—alınmış
məhsula onu əvvəlki xüsusiyyətlərindən
əhəmiyyətli dərəcədə
fərqləndirən yeni əlamətlər vermədən
malların (tərkib hissələrinin)
qarışdırılması.
3.
Konkret mallara və mənşə
ölkəsinə münasibətdə malın
mənşəyi xüsusi olaraq qeyd olunmamışdırsa,
Əmtəə nomenklaturası üzrə malın
mövqeyində ilk dörd rəqəm səviyyəsində
dəyişilmə baş vermişsə, bu zaman malın
kifayət qədər emala məruz qaldığını
nəzərdə tutan ümumi qayda tətbiq olunur.
4.
Konkret mal və ölkə üçün
kifayət qədər emal meyarı bu Qanuna əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən olunur.
Maddə 28. Mallar
partiyalarla göndərilərkən onların
mənşə ölkəsinin müəyyən edilməsi
Malların istehsal
və nəqliyyat şərtlərinə görə bir
neçə partiyadan sökülmüş və ya
yığılmamış şəkildə bir partiyada
göndərilməsi mümkün olmadıqda,
həmçinin səhv nəticəsində bir partiya mal bir
neçə partiyaya bölünmüşsə,
mənşə ölkəsi müəyyən
edilərkən deklarantın istəyi ilə həmin mallar
vahid bir mal kimi götürülməlidir.
Bu qaydanın
tətbiq edilməsi şərtləri
aşağıdakılardır:
—Azərbaycan
Respublikasının gömrük orqanına
sökülmüş və yığılmamış
malın bir neçə partiyaya bölünməsinin
səbəbləri haqqında əmtəə
nomenklaturasına görə kodlar göstərilməklə
hər partiyanın özünəməxsus
cəhətləri, bu partiyaya daxil olan malların
dəyəri və mənşə ölkəsi haqqında
əvvəlcədən xəbərdarlıq edilməsi;
—malın bir
neçə Partiyaya bölünməsinin səhv olduğunu
təsdiq edən sənədlərin olması;
—bütün
partiyaların bir ölkədən bir malgöndərən
tərəfindən göndərilməsi;
—bütün
partiyaların eyni gömrükxanadan (gömrük postunda”)
gətirilməsi;
—malın bütün
partiyalarının gömrük bəyannaməsinin qəbul
olunduğu tarixdən altı aydan gec olmayaraq və ya birinci
partiyaya görə gömrük bəyannaməsinin
verilməsi müddəti keçənə qədər
göndərilməsi.
Maddə 29. Malın
mənşəyinin təsdiqi
1. Malın
mənşəyinin bəyan edilən ölkə olduğunu
müəyyənləşdirmək üçün
Azərbaycan Respublikasının gömrük orqanı
malın mənşəyi haqqında sertifikat tələb
etmək hüququna malikdir.
2.
Azərbaycan Respublikasının gömrük
ərazisindən mal çıxarılarkən malın
mənşəyi haqqında sertifikat zəruri olduqda və bu
müvafiq kontraktlarda, ölkənin qanunvericilik aktlarında
və ya Azərbaycan Respublikasının beynəlxalq
öhdəliklərində nəzərdə tutulmuşsa, bu
zaman o müvafiq dövlət orqanı tərəfindən
verilir.
3.
Azərbaycan Respublikasının gömrük
ərazisinə mal gətirilərkən
aşağıdakı hallarda malın mənşəyi
haqqında sertifikat təqdim olunmalıdır:
—mənşəyi
gömrük tarifinə görə Azərbaycan Respublikasının
imtiyaz verdiyi ölkələrdən olan mallara;
—müəyyən
ölkədən gətirilməsi kəmiyyət
məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi
fəaliyyətin digər üsulları ilə
tənzimlənən mallara;
—əgər (bu,
Azərbaycan Respublikasının iştirakçısı
olduğu beynəlxalq sazişlərdə, həmçinin
Azərbaycan Respublikasında ətraf mühitin
mühafizəsi və əhalinin sağlamlığı,
Azərbaycan istehlakçılarının hüquqlarının
müdafiəsi, ictimai asayişin qorunması, dövlət
təhlükəsizliyinin təmin edilməsi və
Azərbaycan Respublikasının digər həyati
mənafeləri sahəsindəki qanunvericilik aktlarında
nəzərdə tutulmuşsa;
—gömrük
rəsmiləşdirilməsi üçün təqdim olunan
sənədlərdə malların mənşəyi
haqqında məlumat olmadıqda və ya Azərbaycan
Respublikasının Gömrük orqanında malın
mənşəyi haqqında bəyan edilən
məlumatların qeyri-dəqiqliyini təsdiq etmək
üçün əsas olduğu hallarda.
Maddə 30. Malın
mənşəyi haqqında sertifikat
1. Malın mənşəyi haqqında
sertifikat malın müvafiq ölkəyə mənsub
olmasını birmənalı şəkildə təsdiq
etməli və aşağıdakıları əks etdirməlidir:
a) malgöndərənin malın müvafiq
mənşə meyarına uyğun kəlməsi haqqında
yazılı ərizəsi;
b) sertifikatda göstərilən məlumatların
düzgün olduğu barədə malın
çıxarıldığı ölkənin
səlahiyyətli orqanlarının yazılı şəhadətnaməsi.
2.
Malın mənşəyi haqqında sertifikat
Gömrük bəyannaməsi və Gömrük
rəsmiləşdirilməsi zamanı tələb olunan
digər sənədlərlə birgə təqdim edilir.
Sertifikat itirildikdə onun rəsmi təsdiq edilmiş
surəti qəbul olunur.
3.
Sertifikatın və ya onda olan məlumatların
düzgünlüyünə şübhə yarandıqda,
Azərbaycan Respublikasının Gömrük orqanı
sertifikatı vermiş səlahiyyətli təşkilatlara
və ya malın mənşə ölkəsi kimi
göstərilmiş ölkənin digər səlahiyyətli
təşkilatlarına əlavə və
dəqiqləşdirici məlumatların verilməsinə dair
müraciət edə bilər.
4.
Bu Qanunda müəyyən olunmuş hallarda,
nəzərdə tutulan qaydada rəsmiləşdirilmiş
mənşə sertifikatı və ya tələb edilmiş
məlumatlar təqdim olunmayanadək göstərilən
ölkə malın mənşə ölkəsi hesab edilmir.
5.
Malın
mənşə ölkəsini təsdiq edən sertifikatın
verilməsinə görə dövlət rüsumu
ödənilir. Malın mənşə ölkəsinin
müəyyən edilməsi üzrə ekspertiza
xidmətlərinin tarifləri müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur. [41]
Maddə 31. Malın buraxılmasından imtina
edilməsi üçün əsaslar
1.
Azərbaycan Respublikasının gömrük orqanı
malın buraxılmasından o vaxt imtina edə bilər ki,
həmin malın Azərbaycan Respublikasının
iştirakçısı olduğu beynəlxalq
sazişlərə və ya Azərbaycan Respublikası
qanunvericiliyinə müvafiq olaraq, malları buraxılmayan
ölkəyə mənsub olmasını təsdiq etmək üçün
kifayət qədər əsas olsun.
2.
Tələb olunan qaydada
rəsmiləşdirilmiş sertifikatın və ya malın
mənşəyi haqqında məlumatın təqdim
edilməməsi malın gömrük sərhədindən buraxılmasından
imtina edilməsi üçün əsas ola bilməz.
3.
Mənşəyi dəqiq müəyyən
olunmamış mallar, onlar üçün Azərbaycan
Respublikasının gömrük tariflərinin maksimum
dərəcələri ilə gömrük rüsumları
(ödənildiyi halda buraxılır.
Maddə 32. Malın mənşə
ölkəsinin müəyyən edilməsinə aid olan
əlavə müddəalar
1. Gömrük
rəsmiləşdirilməsi həyata keçirildiyi vaxtdan
bir ildən gec olmayaraq malların mənşəyinin
tələb olunan qaydada təsdiq olunması şərti
ilə həmin mallara ən əlverişli ölkə rejimi
və ya imtiyazlı rejim tətbiq (bərpa) oluna bilər.
2.
Malların mənşə ölkəsi
müəyyən olunarkən onların istehsalı
üçün istifadə olunan elektrik enerjisi, maşın,
avadanlıq və alətlərin mənşəyi
nəzərə alınmır.
3.
Üçüncü ölkələrdən,
Həmçinin Azərbaycan Respublikasının
ərazisində yerləşən azad Gömrük
zonalarının və azad anbarların ərazisindən
gətirilən malların mənşə ölkəsinin
təyin edilməsi, o cümlədən “birbaşa
göndərmə və bilavasitə alınma”
qaydalarını Azərbaycan Respublikasının Nazirlər
Kabineti müəyyən edir.
VI fəsil
TARİF
GÜZƏŞTLƏRİ
Maddə 33. Tarif
güzəştləri
1. Mallar üzrə tarif
güzəştləri (tarif preferensiyaları) bu Qanunla
müəyyən olunur və onun tətbiqi bu Qanunun 35-ci,
36-cı və 37-ci maddələri istisna olmaqla, fərdi
xarakter daşıya bilməz. Gömrük
güzəştləri Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı ilə verilir.
Tarif
güzəştləri (tarif preferensiyaları) dedikdə,
Azərbaycan Respublikasının ticarət siyasəti
həyata keçirilərkən qarşılıqlı
və ya birtərəfli qaydada Azərbaycan
Respublikasının gömrük sərhədindən
keçirilən mallar üzrə əvvəl
ödənilmiş rüsumun qaytarılması, rüsum
ödənişindən azadetmə, rüsum
dərəcələrinin aşağı salınması,
malın preferensial gətirilməsi
(çıxarılması) üçün tarif kvotaları
şəklində verilən güzəştlər başa
düşülür.[42]
2. Bu Qanunda
nəzərdə tutulmuş gömrük
güzəştlərinin verilməsi qaydası Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilir.
Maddə 34. Rüsumlardan
azadetmə
Gömrük
rüsumlarından aşağıdakılar azad edilirlər:
1) yüklərin, baqajın və
sərnişinlərin beynəlxalq daşımalarını
həyata keçirən nəqliyyat vasitələri,
habelə onların yolboyu, dayanacaqlararası məntəqələrdə
normal istismarı üçün lazım olan və ya
həmin nəqliyyat vasitələrinin qəzasının
(sınmasının) nəticələrini aradan qaldırmaq
məqsədi ilə xaricdən alınmış maddi-texniki
təchizat və tədarük malları, yanacaq, ərzaq
və digər əmlak;
2) dənizdə
balıq ovlayan Azərbaycan Respublikası gəmilərinin
və Azərbaycan Respublikasının hüquqi və fiziki
şəxsləri tərəfindən icarəyə (fraxta)
götürülmüş gəmilərin fəaliyyətini təmin
etmək məqsədilə Azərbaycan Respublikasının
gömrük ərazisindən çıxarılan maddi-texniki
təchizat və tədarük malları, yanacaq, ərzaq
və başqa əmlak, habelə həmin gəmilərdə
Azərbaycan Respublikasının gömrük ərazisinə
gətirilən vətəgəçilik məhsulları;
3) rəsmi, yaxud şəxsi istifadə
üçün xarici ölkələrin
nümayəndələri tərəfindən və ya
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə
və Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq!
surətdə bu cür malları rüsumsuz gətirmək
və rüsumsuz çıxartmaq hüququna malik olan fiziki
şəxslər tərəfindən Azərbaycan
Respublikasının gömrük ərazisinə
gətirilən və bu ərazidən çıxarılan
mallar;
4) Azərbaycan Respublikası qanunvericiliyinə
uyğun olaraq, gömrük sərhədi ərazisindən
çıxarılan Azərbaycan Respublikasının
valyutası və bu əraziyə gətirilən xarici
valyutalar (numizmatika məqsədi ilə istifadə olunanlardan
başqa), qiymətli kağızlar;
5) Azərbaycan
Respublikası qanunvericiliyində nəzərdə tutulmuş
hallarda dövlətin mülkiyyətinə keçirilməli
olan mallar;
6) qəza və dağıntıların, təbii
fəlakətlərin nəticələrinin aradan
qaldırılması məqsədi ilə və ya Humanitar
yardım kimi Azərbaycan Respublikasının gömrük
ərazisinə gətirilən və bu ərazidən
çıxarılan mallar, o cümlədən
məktəblər, məktəbəqədər
müəssisələr və müalicə ocaqları
üçün pulsuz dərs vəsaitləri;
7) texniki yardım da daxil olmaqla təmənnasız
yardım və xeyriyyə məqsədi ilə
dövlətlərin, hökumətlərin və beynəlxalq
təşkilatların xətti ilə Azərbaycan
Respublikasının gömrük ərazisinə
gətirilən və ya bu ərazidən çıxarılan
mallar, habelə qrant haqqında müqaviləyə
və ya qərara əsasən qrant kimi alınan pul və
(və ya) digər maddi yardımlar; [43]
8)
üçüncü ölkələr üçün
nəzərdə tutulmuş və Azərbaycan
Respublikasının gömrük ərazisindən tranzit rejimi
ilə gömrük nəzarəti altında keçən
mallar;
9) Azərbaycan Respublikasının Gömrük
Məcəlləsinə uyğun olaraq, Azərbaycan
Respublikasının gömrük ərazisindən fiziki
şəxslər tərəfindən istehsal və kommersiya
təyinatı olmayan və yalnız şəxsi istifadə
üçün çıxarılan mallar;
z)
(Çıxarılıb)[44]
10) Azərbaycan Respublikasının
ərazisinə qaytarılan milli mədəniyyət
sərvətləri. [45]
11) yığma komandaların
hazırlığı ilə bağlı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən ölkəyə gətirilən
idman avadanlığı, texnikası və malları. [46]
12) kütləvi
informasiya vasitələri – kütləvi informasiya
vasitələri məhsullarının ixracına, habelə
fəaliyyətinin təşkili üçün idxal
etdikləri avadanlıq, zəruri xammal və digər
vasitələrə görə. [47]
13) əməkçi miqrantın
qazandığı vəsaitin və bu vəsaitlə
əldə etdiyi əşyaların, məişət
avadanlıqlarının, həmçinin əmək fəaliyyəti
üçün zəruri olan alətlərin,
əməkçi miqrant əmək fəaliyyətinə
başladıqda və əmək fəaliyyəti sonra çatdıqda
Azərbaycan Respublikasına gətirilməsi və
Azərbaycan Respublikasından çıxarılmasına
görə rüsum ödənilmir. [48]
14) mallar (aksizli mallardan başqa)
Azərbaycan Respublikasının gömrük ərazisi
xaricindən xüsusi iqtisadi zonaya idxal edildikdə, habelə
Azərbaycan Respublikasının gömrük ərazisi
xaricindən xüsusi iqtisadi zonaya idxal olunmuş mallar
xüsusi iqtisadi zonadan Azərbaycan Respublikasının
gömrük ərazisi xaricinə ixrac edildikdə, xüsusi
iqtisadi zonada istehsal və ya emal olunmuş mallar Azərbaycan Respublikasının
gömrük ərazisi xaricinə ixrac edildikdə, xüsusi
iqtisadi zonada istehsal və ya emal olunmuş mallar təmir,
yekun-tamamlama işləri, nümunələrin sərgisi və
digər bu kimi məqsədlərlə Azərbaycan
Respublikasının gömrük ərazisinə
müvəqqəti idxal edildikdə, Azərbaycan
Respublikasında mallar xüsusi iqtisadi zonalar arasında
idxal-ixrac edildikdə.[49]
Maddə 35. Tarif
preferensiyalarının verilməsi
Azərbaycan
Respublikasının xarici dövlətlərlə
ticarət-siyasi münasibətləri həyata
keçirilərkən aşağıdakı mallar
üzrə gömrük rüsumlarından azadetmə,
gömrük dərəcələrinin aşağı
salınması, yaxud preferensial idxal üçün tarif kvotaları qoyulması kimi
güzəştlər verilə bilər:[50]
—mənşəcə,
Azərbaycan Respublikası ilə gömrük ittifaqı
və azad ticarət zonası yaratmış və ya bu cür
ittifaqın, yaxud zonanın yaradılmasına dair
müqavilə imzalamış dövlətlərə
mənsub olan mallar;
—mənşəcə,
Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərarından beş ildə bir dəfədən az olmamaq
şərti ilə dövri olaraq yenidən baxılan milli
preferensiya sistemindən istifadə edən inkişaf
etməkdə olan ölkələrə mənsub mallar.
Maddə 36. Tarif
güzəştlərinin verilməsi
Azərbaycan
Respublikasının ticarət siyasəti həyata
keçirilərkən Azərbaycan Respublikasının
gömrük ərazisi hüdudlarında
aşağıdakı mallar üzrə əvvəl
ödənilmiş gömrük rüsumlarının
qaytarılması, rüsum dərəcələrinin
azaldılması və müstəsna hallarda gömrük
rüsumlarından azadetmə kimi güzəştlər
verilə bilər:
—Azərbaycan
Respublikasının Gömrük Məcəlləsi ilə
müəyyən olunmuş gömrük rejimlərinə
uyğun olaraq gömrük nəzarəti altında
Azərbaycan Respublikasının ərazisinə
müvəqqəti gətirilən və həmin
ərazidən müvəqqəti çıxarıLan mallar;
—Azərbaycan
Respublikasının iştirakçIsı olduğu
hökumətlərarası sazişlərə müvafiq
olaraq xaricdə investisiya əməkdaşlığı
üzrə obyektlərin inşası üçün
dəstlə göndərilən mallar,
—Azərbaycan
Respublikasının qanunvericilik aktlarına olaraq
müəyyən edilən dövlət ehtiyacları
üçün Azərbaycan Respublikasının
gömrük ərazisindən çıxarılan mallar;
—xarici
sərmayənin iştirakı ilə yaradılan,
müəssisələrin və xarici
müəssisələrin nizamnamə fonduna pay
şəklində Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirilən, həmçinin
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq
Azərbaycan Respublikası, hökumətinin və ya onun
səlahiyyətli dövlət orqanlarının
məhsulların bölgüsü barədə
bağladıqları sazişlərdə nəzərdə
tutulmuş hallarda və ya Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən müəyyən
edilmiş qaydada xarici investisiyaların öz xərcini
ödəməsi dövründə həmin
müəssisələrin özü tərəfindən istehsal
edilərək Azərbaycan Respublikası ərazisindən
çıxarılan müxtəlif növ mallar.
VII fəsil
YEKUN
MÜDDƏALAR
Maddə 37. Beynəlxalq
müqavilələr
Əgər
Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrində bu Qanundan fərqli başqa normalar
müəyyən edilmişsə, bu zaman beynəlxalq
müqavilələrdə nəzərdə tutulan normalar
tətbiq edilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV,
Bakı şəhəri, 20 iyun
1995-ci il
¹ 1064
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
11
dekabr 1998-ci il tarixli 583-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 12, maddə
742)
2.
30
mart 1999-cu il tarixli 643-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 4, maddə
225)
3.
20
fevral 2001-ci il tarixli 90-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 3, maddə
145)
4.
6
mart 2001-ci il tarixli 99-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 5, maddə
296)
5.
13
mart 2001-ci il tarixli 100-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 3, maddə
151)
6.
23
mart 2001-cü il tarixli 104-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 5, maddə
299)
7.
30
dekabr 2008-ci il tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57)
8.
4
dekabr 2009-cu il tarixli 925-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr
2009-cu il, ¹289)
9.
22 iyun 2010-cu il tarixli 1053-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 avqust 2010-cu il, ¹ 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 08, maddə
712)
10. 4 mart 2011-ci il tarixli 81-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 aprel 2011-ci il, ¹ 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 4, maddə 256)
11.
13 iyun 2013-cü il tarixli 687-IVQ nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, ¹ 143, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 07,
maddə 779)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 13 iyun 2013-cü il tarixli 687-IVQ nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, ¹ 143, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 07,
maddə 779 ilə
“Gömrük tarifi haqqında” Azərbaycan
Respublikasının 1995-ci il 20 iyun tarixli 1064 nömrəli
Qanunu ləğv edilmişdir.
[2] 4 dekabr 2009-cu il
tarixli 925-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, ¹289) ilə
1-ci maddənin ikinci abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Azərbaycan Respublikasının Gömrük
ərazisi—Gömrük işi sahəsində Azərbaycan
Respublikasının müstəsna yurisdiksiyasında olan
ərazi;
[3] 22 iyun 2010-cu il tarixli 1053-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 avqust 2010-cu il, ¹ 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 08, maddə
712) ilə 1-ci maddənin
onuncu abzasının sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz
edilmişdir və maddəyə on birinci abzas əlavə
edilmişdir.
[4] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 13-cü maddənin
1-ci bəndinin ikinci cümləsində “Azərbaycan Respublikasının müvafiq qanunvericilik
aktlarında nəzərdə tutulan hallar” sözləri “Müvafiq məhkəmə
qərarının qəbul olunduğu hallar” sözləri
ilə əvəz edilmişdir.
[5] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 15-ci maddənin 1-ci
bəndə yeni məzmunda birinci abzas əlavə
edilmişdir
[6] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 15-ci maddənin 2-ci
bənddə “bəyan
edilmiş gömrük dəyərinin rüsum hesablanması
üçün əsas kimi qəbul edilməməsinin
səbəbləri barədə ona üç ay
müddətində” sözləri “malların gömrük dəyərinin necə
müəyyən edilməsi haqqında ona” sözləri
ilə əvəz edilmişdir.
[7] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 17-ci maddənin 2-ci
bəndinin üçüncü abzasında “üsullarından” sözündən sonra “deklarantın xahişi ilə”
sözləri əlavə edilmişdir.
[8] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 18-ci maddənin 1-ci
bəndinin birinci abzasda “Azərbaycan
Respublikasının gömrük sərhədindən
keçirilərkən” sözləri “Azərbaycan Respublikasına ixrac olunması
üçün satılarkən” sözləri ilə, “daxil edilir” sözləri “əlavə edilir”
sözləri ilə əvəz edilmişdir və “(limana və ya digər
gətirilmə yerinədək)” sözləri
çıxarılmışdır.
[9] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 18-ci maddənin 1-ci
bəndinin “q” yarımbəndində “intellektual” sözündən əvvəl “mallarla əlaqəli”
sözləri, “alıcının”
sözündən sonra “qiymətləndirilən
malların satışı üçün şərt kimi”
sözləri əlavə edilmişdir.
[10] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 18-ci maddənin 1-ci
bəndinə 1-1-ci bənd əlavə edilmişdir.
[11] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 18-ci maddənin 2-ci
bəndinin “a” yarımbəndinin birinci abzasında “hüquqları”
sözündən əvvəl “sərəncam
və ya istifadə” sözləri əlavə
edilmişdir.
[12] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 18-ci maddənin 2-ci
bəndinin “q” yarımbəndinin birinci abzası yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
q) qarşılıqlı
asılılığın sövdələşmə
qiymətinə təsir etmədiyi və bunun deklarant
tərəfindən sübut edildiyi hallardan başqa, sövdələşmə
iştirakçıları qarşılıqlı olaraq
bir-birindən asılı şəxslər olarsa.
[13] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 18-ci maddənin 2-ci
bəndin ikinci hissənin birinci abzasda “bir-birindən qarşılıqlı asılı olan”
sözləri “əlaqəli”
sözü ilə əvəz edilmişdir.
[14] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 18-ci maddənin 2-ci
bəndin ikinci hissənin dördüncü abzas yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
—sövdələşmə
iştirakçıları əmək əlaqələri
ilə bağlıdırsa;
[15] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 18-ci maddənin 2-ci
bəndin ikinci hissənin doqquzuncu abzas yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
—sövdələşmə
iştirakçıları və ya onların vəzifəli
şəxsləri yaxın; qohumdurlarsa.
[16] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 18-ci maddənin 2-ci
bəndə “ğ” yarımbəndi əlavə edilmişdir.
[17] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 18-ci maddənin 2-ci
bəndinə üçüncü hissə əlavə
edilmişdir.
[18] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 18-ci maddəyə
3-cü və 4-cü bəndlər əlavə edilmişdir.
[19] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 19-cu maddənin 1-ci
bəndin birinci abzasının ikinci cümləsində “, o cümlədən
aşağıdakı parametrlərə görə
fərqlənməyən mallar başa düşülür”
sözləri “eyni olan mallar
başa düşülür, o cümlədən”
sözləri ilə əvəz edilmişdir və
dördüncü-beşinci abzasları
çıxarılmışdır.
[20] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 19-cu maddənin 2-ci
bəndin “a” yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
a) Azərbaycan Respublikası ərazisinə
gətirilmək üçün satılsın;
[21] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 19-cu maddənin 2-ci bəndin
“b” yarımbəndində “gətirilməsi”
sözü “idxalı”
sözü ilə əvəz edilmişdir, “eyni” sözündən sonra “və ya təxminən eyni” sözləri
əlavə edilmişdir, “və
ya 90 gündən artıq olmamaqla, həmin vaxtdan əvvəl”
sözləri çıxarılmışdır.
[22] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 19-cu maddənin 2-ci
bəndin “v” yarımbəndində “şərtləri ilə” sözləri “səviyyəsində və”
sözləri ilə, “gətirilsin”
sözü isə “satılsın”
sözü ilə əvəz edilmişdir.
[23] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 19-cu maddənin 2-ci
bəndin beşinci abzas yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Əgər eyni mallar başqa miqdarda və ya
başqa kommersiya şərtləri ilə gətirilibsə,
deklarant onların qiymətlərində bu fərqlərə
uyğun olaraq müvafiq düzəlişlər etməli
və bunların əsaslı olduğunu Gömrük
orqanları qarşısında sənədlərlə
təsdiq etməlidir.
[24] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 19-cu maddənin
3-cü bəndin birinci abzasda “maddəsində”
sözü “maddəsinin 1-ci
bəndinin “a” yarımbəndində” sözləri ilə,
“xərclər” sözü
isə “çatdırılma
xərcləri qiymətləndirilən mallar və eyni mallar
arasında belə xərc və məsafələrdə
əhəmiyyətli fərqlər mövcud olduğu halda
və əgər fərqlər məsafə və
nəqliyyat vasitələrinin növlərinin
müxtəlifliyindən irəli gələrsə,”
sözləri ilə əvəz edilmişdir.
[25] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 19-cu maddənin
3-cü bəndin ikinci abzasda “Deklarant
tərəfindən edilən düzəlişlər”
sözləri “Təshih
etmələr” sözləri ilə, “aparıla bilər” sözləri isə “aparılmalıdır”
sözü ilə əvəz edilmişdir.
[26] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 20-ci maddənin 1-ci
bəndin ikinci cümləsində “qiymətləndirilən mallarla eyni vəzifələri
yerinə yetirən” sözləri “onlara qiymətləndirilən mallarla eyni funksiyaları
yerinə yetirmək imkanı verən oxşar
xüsusiyyətlərə və tərkib materiallara malik olan”
sözləri ilə əvəz edilmişdir,
üçüncü cümləsində “, bazardakı nüfuzuna və mənşə
ölkəsinə görə” sözləri “və bazardakı nüfuzuna
görə” sözləri ilə əvəz edilmişdir.
[27] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 20-ci maddənin 2-ci
bənddə “2-ci və 4-cü”
sözləri “2-4-cü”
sözləri ilə əvəz edilmişdir.
[28] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 20-ci maddənin
3-cü bəndə yeni məzmunda “v” yarımbəndi
əlavə edilmişdir.
[29] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 21-ci maddənin 2-ci
bənddə “tarixdən 90
gündən gec olmayaraq” sözləri “eyni və ya təxminən eyni tarixdə”
sözləri ilə, “eyni
və eynicinsli malların ən böyük partiyası
satıcı ilə qarşılıqlı
asılılığı” sözləri “idxal edilmiş mallarla eyni və yaxud eynicinsli malların
ən böyük məcmu miqdarı satıcı ilə
əlaqəli” sözləri ilə əvəz
edilmişdir.
[30] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 21-ci maddənin
3-cü bəndin “a” yarımbəndi yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
a) komisyon mükafatlandırma üçün
ödənilmiş xərclər, mənfəətə
əlavələr və Azərbaycan Respublikasına
gətirilən eyni növ malların satılması ilə
əlaqədar ümumi xərclər;
[31] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 21-ci maddənin
3-cü bəndin “v” yarımbəndində “sığortaya” sözündən sonra “adətən” sözü
əlavə edilmişdir.
[32] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 21-ci maddənin
3-cü bəndə “q” yarımbəndi əlavə
edilmişdir.
[33] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 22-ci maddənin
birinci hissə 1-ci bənd hesab edilmişdir və bu bəndin
“a” yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
a) materialların dəyəri və
istehsalçı tərəfindən
qiymətləndirilən malın istehsal xərcləri;
[34] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 22-ci maddənin “b”
yarımbəndində “ixrac
edən ölkədən eyni növlü malların
Azərbaycan Respublikasına satışı üçün
səciyyəvi olan ümumi xərclər, o
cümlədən” sözləri “bu Qanunun 18-ci maddəsinin 1-ci bəndinin “a”
yarımbəndində göstərildiyi kimi” sözləri
ilə əvəz edilsin, “və”
sözündən əvvəl “və
dəyərləri” sözləri əlavə
edilmişdir.
[35] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 22-ci maddənin “v”
yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
v) Azərbaycan Respublikasına belə malların
göndərilməsi nəticəsində ixrac edənin
əldə etdiyi mənfəət.
[36] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 22-ci maddəyə
2-ci bənd əlavə edilmişdir.
[37] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 23-cü maddənin
1-ci bənddə “beynəlxalq
təcrübəyə əsasən” sözləri “1994-cü il Tarif və Ticarət
üzrə Baş Sazişin (GATT) VII maddəsinin və
GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair
Razılaşmanın prinsip və müddəalarına
müvafiq olan ağlabatan vasitələrlə və
Azərbaycan Respublikasında mövcud olan məlumatlardan
istifadə etməklə” sözləri ilə əvəz
edilmişdir.
[38] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 23-cü maddənin
2-ci bəndin “a” yarımbəndində “Azərbaycan Respublikasının” sözləri “ixrac edən ölkənin”
sözləri ilə əvəz edilmişdir.
[39] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 23-cü maddənin
2-ci bəndin “q” yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
q) malın kortəbii müəyyən edilmiş
və ya dəqiqləşdirilməmiş qiyməti.
[40] 30 dekabr 2008-ci il
tarixli 758-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral
2009-cu il, ¹ 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹02, maddə 57) ilə 23-cü maddənin
2-ci bəndinə “d”, “e” və “ə” yarımbəndləri
əlavə edilmişdir.
[41] 4 mart 2011-ci il tarixli 81-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 aprel 2011-ci il, ¹ 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 4, maddə 256) ilə 30-cu maddəsinə yeni məzmunda 5-ci bənd əlavə edilmişdir.
[42] 22 iyun 2010-cu il tarixli 1053-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 avqust 2010-cu il, ¹ 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 08, maddə
712) ilə 33-cü maddənin 1-ci bəndinin ikinci
abzasından “(çıxarılması)” sözü
çıxarılmışdır.
[43] 6 mart 2001-ci il tarixli 99-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 5, maddə 296) ilə
34-cü maddənin “e” bəndində “mallar” sözündən sonra “, habelə qrant haqqında müqaviləyə və ya
qərara əsasən qrant kimi alınan pul və (və ya)
digər maddi yardımlar;” sözləri əlavə
edilmişdir.
[44] 11 dekabr 1998-ci il tarixli 583-IQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 12, maddə 742) ilə
34-cü maddədən “z” bəndi
çıxarılmışdır. Əvvəlki redaksiyada
deyilirdi:
z) istehsalın təşkili üçün Azərbaycan
Respublikasının gömrük ərazisinə gətirilən
texnika, texnoloji avadanlıq və qurğular, investisiya təyinatlı
digər məhsullar
[45] 30 mart
1999-cu il tarixli 643-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 4, maddə
225) ilə 34-cü maddəyə “i” bəndi əlavə
edilmişdir.
[46] 20 fevral 2001-ci il tarixli 90-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 3, maddə 145) ilə)
34-cü maddəyə “i” yarımbəndi əlavə
edilmişdir.
[47] 13 mart 2001-ci il tarixli 100-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 3, maddə 151) ilə
34-cü maddəyə “k” bəndi əlavə edilmişdir.
[48] 23
mart 2001-cü il tarixli 104-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 5, maddə
299) ilə 34-cü maddəyə “ı” bəndi
əlavə edilmişdir.
[49] 4 dekabr 2009-cu il
tarixli 925-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, ¹289) ilə
34-cü maddənin "a)"-"ı)" bəndləri
müvafiq olaraq 1-13-cü bəndlər hesab edilmişdir
və 14-cü bənd əlavə edilmişdir.
[50] 22 iyun 2010-cu il
tarixli 1053-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 avqust 2010-cu il,
¹ 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010-cu il, ¹ 08, maddə 712) ilə 35-ci maddənin birinci
abzasında “idxal (ixrac) üçün kvotalar”
sözləri “idxal üçün tarif
kvotaları” sözləri ilə əvəz
edilmişdir.