Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrinin bağlanması,
icrası və ləğv edilməsi qaydaları haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I fəsil
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Qanunun
məqsədi
Azərbaycan
Respublikası Konstitusiyasına, hamılıqla tanınan
beynəlxalq hüquq prinsiplərinə və normalarına
müvafiq surətdə qanun, adından asılı olmayaraq,
Azərbaycan Respublikasının bütün yazılı
beynəlxalq müqavilələrinin (müqavilə, saziş,
konvensiya, pakt, protokol, məktubların və ya notaların
mübadiləsi və başqa adlı beynəlxalq
müqavilələr) bağlanması, icrası və
ləğv edilməsi qaydalarını müəyyənləşdirir.
Azərbaycan
Respublikasının beynəlxalq müqaviləsi, adından
asılı olmayaraq, Azərbaycan Respublikasının xarici
dövlətlərlə və beynəlxalq təşkilatlarla
bu Qanunda müəyyənləşdirilmiş qaydada
yazılı şəkildə bağlanan
razılaşmasıdır.
Maddə 2. Azərbaycan
respublikasının beynəlxalq müqavilələri
Azərbaycan Respublikasının xarici
dövlətlərlə və beynəlxalq təşkilatlarla
beynəlxalq müqavilələri Azərbaycan Respublikası
adından (dövlətlərarası müqavilələr)
və Azərbaycan Respublikasının hökuməti
adından (hökumətlərarası müqavilələr)
bağlanır. Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanları
tərəfindən bağlanılan beynəlxalq
müqavilələr də hökumətlərarası
müqavilələr sayılır.[1]
Maddə 3. Beynəlxalq
müqavilələrin Azərbaycan Respublikası
üçün məcburiliyinə razılığın
ifadə edilməsi üsulları
Azərbaycan
Respublikası beynəlxalq müqavilələrin onun
üçün məcburiliyinə
razılığını müqavilənin imzalanması,
müqaviləni təşkil edən sənədlərin
mübadiləsi, müqavilənin ratifikasiyası, qəbul
edilməsi, təsdiq edilməsi, ona qoşulma
vasitəsilə və razılığa gələn
tərəflərin şərtləşdiyi hər hansı
başqa üsulla ifadə edə bilər.[2]
II fəsil
AZƏRBAYCAN
RESPUBLİKASININ
BEYNƏLXALQ
MÜQAVİLƏLƏRİNİN BAĞLANMASI
Maddə 4. Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması haqqında təkliflər [3]
Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması haqqında təklifləri Azərbaycan
Respublikası Prezidentinə Azərbaycan Respublikasının
Nazirlər, Kabineti və Xarici İşlər Nazirliyi
verirlər.
Azərbaycan
Respublikasının nazirlikləri, dövlət
komitələri və idarələri Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması haqqında təklifləri Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi ilə birlikdə və ya onunla
razılaşdırmaqla müəyyən edilmiş qaydada
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verirlər.
Azərbaycan
Respublikasının Nazirlər Kabineti verilmiş
təkliflərə baxıb müvafiq rəylə birlikdə
həmin təklifləri Azərbaycan Respublikasının
Prezidentinə təqdim edir.
Azərbaycan
Respublikasının beynəlxalq müqaviləsinin
bağlanması haqqında təklif verilərkən
beynəlxalq müqavilənin bağlanması zərurəti
əsaslandırılır, onun ehtimal olunan siyasi, iqtisadi,
hüquqi, maddi və maliyyə nəticələri
müəyyənləşdirilir, beynəlxalq
müqavilənin icraçıları göstərilir,
danışıqların aparılması, beynəlxalq
müqavilənin mətninin qəbul edilməsi və ya
əslinə uyğunluğunun müəyyən edilməsi
məqsədi ilə Azərbaycan Respublikasının nümayəndə
heyətinin tərkibi və ya nümayəndəsi təklif
edilir.
Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş qaydalardan fərqli qaydalar nəzərdə tutulan
Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin bağlanması haqqında
təkliflər Azərbaycan Respublikası Prezidentinə
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə
razılaşdırmaqla və müvafiq ekspert rəyi ilə
birlikdə təqdim edilir.
Maddə 5. Beynəlxalq
danışıqların aparılması və Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin imzalanması
haqqında qərarların qəbul edilməsi
Beynəlxalq danışıqların
aparılması və Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrinin bağlanması
haqqında qərarları müvafiq icra hakimiyyəti
orqanı qəbul edir. [4]
Maddə 6. Beynəlxalq danışıqlar
aparmaq və Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrini imzalamaq səlahiyyəti
Müvafiq icra hakimiyyəti orqanı
beynəlxalq danışıqlar aparmaq və Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrini
imzalamaq səlahiyyətini müvafiq icra hakimiyyəti
orqanlarının və
dövlətə məxsus müəssisələrin rəhbərlərinə verə
bilər. Səlahiyyət verildikdə
danışıqların predmeti və həyata
keçirilməli olan hərəkətlər
göstərilir.[5]
Maddə 7. Xüsusi səlahiyyət olmadan
beynəlxalq danışıqlar aparılması və
Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin imzalanması
Müvafiq icra hakimiyyəti orqanı
Azərbaycan Respublikasının bütün beynəlxalq
müqavilələri barəsində, müvafiq icra
hakimiyyəti orqanlarının rəhbərləri isə bu
Qanunun 8-ci maddəsində göstərilən beynəlxalq
müqavilələr istisna olmaqla Azərbaycan
Respublikasının digər beynəlxalq
müqavilələri barəsində danışıqlar
aparmaq və onları imzalamaq hüququna malikdirlər.[6]
Bu Qanunun 8-ci
maddəsinin ikinci hissəsində göstərilən
Azərbaycan Respublikasının beynəlxalq
müqavilələri barəsində
danışıqların aparılmasına, onların
imzalanmasına dair səlahiyyəti Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikasının
Baş nazirinə, Azərbaycan Respublikasının xarici
işlər nazirinə, habelə müvafiq mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərlərinə
verə bilər. Səlahiyyət verildikdə
danışıqların predmeti və həyata
keçirilməli olan hərəkətlər
göstərilir.[7]
Azərbaycan
Respublikasının xarici dövlətdəki diplomatik
nümayəndəliyinin başçısı və ya
beynəlxalq konfransda, beynəlxalq təşkilatda və ya
onun orqanlarının birində Azərbaycan Respublikası
nümayəndəliyinin başçısı xüsusi
səlahiyyət olmadan müvafiq surətdə qəbuledici
dövlətlə və ya həmin beynəlxalq konfrans,
təşkilat və ya onun orqanlarının biri
çərçivəsində Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması haqqında danışıqlar aparmaq
hüququna malikdirlər.
Maddə 8. Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
ratifikasiyası
Dövlətlərarası və
Azərbaycan Respublikasının qanunlarından fərqli
qaydalar nəzərdə tutan hökumətlərarası
müqavilələri Azərbaycan Respublikasının Milli
Məclisi təsdiq (ratifikasiya) edir.[8]
Maddə 9. Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin bəyənilməsi və ratifikasiya
haqqında təkliflər
Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
bəyənilməsi və ratifikasiyaya təqdim edilməsi
haqqında təklifləri Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi müstəqil surətdə,
yaxud Azərbaycan Respublikasının başqa nazirlikləri,
dövlət komitələri və idarələri ilə
birlikdə və ya bunlarla razılaşdıraraq təqdim
edir.
Azərbaycan
Respublikasının Prezidenti həmin təkliflərə
baxıb müvafiq qərar qəbul edir.
Azərbaycan
Respublikasının Ali Soveti Azərbaycan Respublikasının
iştirak etdiyi ratifikasiyası tələb olunmayan hər bir
beynəlxalq müqavilənin ratifikasiya edilməsi
məsələsini həll edə bilər.
Maddə 10. Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin ratifikasiya edilməsi haqqında
təkliflərə qabaqcadan baxılması
Müvafiq icra hakimiyyəti orqanı
tərəfindən ratifikasiya üçün Azərbaycan
Respublikasının Milli Məclisinə təqdim edilən
beynəlxalq müqavilələrə Milli Məclisin
müvafiq komitələrində qabaqcadan baxılaraq rəy
verilir.[9]
Maddə 11. Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin ratifikasiyası haqqında qanunların qəbul edilməsi[10]
Azərbaycan
Respublikasının Milli Məclisi müvafiq icra hakimiyyəti
orqanı tərəfindən
ratifikasiya üçün təqdim edilmiş Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinə
baxır və müvafiq qanun qəbul edir.[11]
Ratifikasiya
üçün təqdim edilmiş beynəlxalq
müqavilələr dövlət dilində olmalıdır.
Rəsmi mətnləri dövlət dilində olmadıqda
beynəlxalq müqavilələr dövlət dilinə
tərcümə edilməli və tərcümə
edilmiş mətnin rəsmi mətnə uyğunluğunu
təsdiq edən sənəd əlavə edilməlidir.
Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrinin ratifikasiyası
haqqında Azərbaycan Respublikasının qanunu
əsasında müvafiq icra hakimiyyəti orqanı ratifikasiya
sənədini (təsdiqnaməni) imzalayır.[12]
Maddə 12. Təsdiqnamələrin mübadiləsi və
onların saxlanmağa verilməsi[13]
Müvafiq icra hakimiyyəti orqanı
və ya həmin orqanın tapşırığı ilə
Azərbaycan Respublikasının müvafiq
dövlətdəki diplomatik nümayəndəliyi və ya
beynəlxalq konfransda, beynəlxalq təşkilatda və ya
onun orqanlarının birindəki nümayəndəliyi
təsdiqnamələri mübadilə edir və onları
saxlanmaq üçün depozitariyə verir.
Maddə 13. Ratifikasiyası
tələb olunmayan Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrinin təsdiq və ya
qəbul edilməsi
Ratifikasiyası tələb olunmayan
Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrini müvafiq icra hakimiyyəti orqanı
təsdiq edir.[14]
Maddə 14. Beynəlxalq
müqavilələrə qoşulma
Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrə
qoşulması haqqında qərarı
aşağıdakılar qəbul edirlər:
1)
ratifikasiyası tələb olunan
müqavilələr barəsində—Azərbaycan
Respublikasının Milli
Məclisi;[15]
2)
ratifikasiyası
tələb olunmayan müqavilələr barəsində —
müvafiq icra hakimiyyəti orqanı. [16]
3)
ratifikasiyası tələb olunmayan müqavilələrə
Azərbaycan Respublikasının hökuməti adından
qoşulduqda—Azərbaycan Respublikasının Prezidenti və ya
onun qərarına əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti və ya Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi. [17]
III
fəsil
AZƏRBAYCAN
RESPUBLİKASININ
BEYNƏLXALQ
MÜQAVİLƏLƏRİNİN İCRASI
Maddə 15. Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinə
əməl edilməsi
Azərbaycan
Respublikası beynəlxalq hüquq normalarına uyğun olaraq
Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinə dönmədən əməl
etməlidir.
Azərbaycan
Respublikası beynəlxalq müqavilələrə vicdanla
əməl edilməsi prinsipinə uyğun olaraq, Azərbaycan
Respublikasının iştirak etdiyi ikitərəfli və
çoxtərəfli beynəlxalq müqavilələrin
digər iştirakçılarının da bu
müqavilələrdən irəli gələn
öhdəlikləri yerinə yetirməsi üçün
səylər göstərir.
Maddə 16. Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin yerinə yetirilməsinin təmin
edilməsi
Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
yerinə yetirilməsini təmin edir.[18]
Maddə 17. Azərbaycan Respublikasının beynəlxalq
müqavilələri üzrə öhdəliklərin
yerinə yetirilməsi
Müvafiq icra hakimiyyəti orqanları və dövlətə məxsus
müəssisələr Azərbaycan
Respublikasının beynəlxalq müqavilələri ilə
tənzimlənən və onların səlahiyyətinə
aid olan məsələlər üzrə Azərbaycan
Respublikasının götürdüyü
öhdəliklərin yerinə yetirilməsini təmin
edirlər. [19]
Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan
Respublikasının beynəlxalq müqavilələri
üzrə öhdəliklərin həm Azərbaycan
Respublikası, həm də həmin müqavilələrin
digər iştirakçıları tərəfindən yerinə
yetirilməsi barədə müvafiq
icra hakimiyyəti orqanına müntəzəm məlumat verir. [20]
Maddə 18. Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin icrası üzərində ümumi
müşahidə
Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
icrası üzərində ümumi müşahidəni müvafiq icra hakimiyyəti orqanı həyata
keçirir.
Maddə 19. Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin digər iştirakçılar
tərəfindən pozulmasına görə
görülən tədbirlər
Azərbaycan Respublikasının beynəlxalq
müqavilələri üzrə öhdəliklər həmin
müqavilələrin digər iştirakçıları
tərəfindən pozulduqda müvafiq icra hakimiyyəti orqanları müvafiq icra
hakimiyyəti orqanına beynəlxalq hüquq normalarına uyğun olaraq
lazımi tədbirlər görülməsi haqqında
təkliflər verirlər.[21]
Azərbaycan
Respublikasının beynəlxalq müqavilələri
digər iştirakçılar tərəfindən
əhəmiyyətli dərəcədə pozulduqda, habelə
beynəlxalq hüquq normaları ilə nəzərdə
tutulmuş başqa hallarda həmin müqavilələrə
bu Qanunun 22—24-cü maddələrində müəyyən
edilmiş qaydada xitam verilir.
[22]
Maddə 20. Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin
bağlanması ilə əlaqədar Azərbaycan
Respublikasının qanunvericiliyinə dəyişikliklər
edilməsi haqqında təkliflər
Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrinin yerinə yetirilməsi
məqsədi ilə Azərbaycan Respublikasının normativ
hüquqi aktlarının qəbul edilməsi lazım
gəldikdə, müvafiq icra hakimiyyəti orqanları
qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq
aktın qəbul edilməsi haqqında təkliflər
verirlər. [23]
IV fəsil
AZƏRBAYCAN
RESPUBLİKASININ
BEYNƏLXALQ
MÜQAVİLƏLƏRİNİN LƏĞV
EDİLMƏSİ
Maddə 21. Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
ləğv edilməsi haqqında təkliflər
Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
ləğv edilməsi haqqında təklifləri
müəyyənləşdirilmiş qaydada Azərbaycan
Respublikasının Nazirlər Kabineti, habelə Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi
müstəqil surətdə və ya digər nazirliklər,
dövlət komitələri və idarələri ilə
birlikdə, yaxud onlarla razılaşdırmaqla Azərbaycan
Respublikasının Prezidentinə təqdim edirlər.
Maddə 22. Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
ləğv edilməsi[24]
Ratifikasiya edilmiş Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrini
müvafiq icra hakimiyyəti orqanının təklifinə
əsasən Azərbaycan Respublikasının Milli Məclisi
ləğv edir. [25]
Maddə 23. Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
ləğv edilməsi haqqında təkliflərə qabaqcadan
baxılması
Bu Qanunun 22-ci
maddəsinə əsasən ləğv edilən Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
ləğvi Haqqında təkliflərə Azərbaycan
Respublikası Milli
Məclisinin müvafiq komitələri qabaqcadan baxıb rəy verirlər. [26]
Maddə 24. Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin müvafiq
icra hakimiyyəti orqanı tərəfindən ləğv
edilməsi[27]
Ratifikasiyası tələb olunmayan
Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrini müvafiq icra hakimiyyəti orqanı
ləğv edir. [28]
V fəsil
YEKUN
MÜDDƏALARI
Maddə 25. Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
dərc edilməsi
Ratifikasiya edilmiş,
habelə bu Qanuna müvafiq təsdiq edilmiş , qəbul
edilmiş və ya Azərbaycan Respublikasının
qoşulduğu Azərbaycan Respublikasının beynəlxalq
müqavilələri “Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu”nda və Azərbaycan
Respublikasının rəsmi dövlət qəzetində
dərc edilir. [29]
Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
əslinə uyğun mətnləri xarici dillərdə
tərtib olunduqda, həmin müqavilələr Azərbaycan
dilinə rəsmi tərcümə ilə birlikdə bu
dillərin birində çap edilir.
Maddə 26. Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
rəsmi qeydiyyatı
Azərbaycan
Respublikasının bütün beynəlxalq
müqavilələri müvafiq
icra hakimiyyəti orqanında Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrinin reyestrində qeydə
alınır.[30]
Azərbaycan Respublikasının bütün
beynəlxalq müqavilələrinin Birləşmiş
Millətlər Təşkilatının Katibliyində və
ya digər beynəlxalq təşkilatların müvafiq
orqanlarında qeydiyyatı müvafiq
icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 13 iyun 1995-ci
¹ 1057
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589)
2.
24
iyun 2011-ci il tarixli 170-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 iyul 2011-ci
il, ¹ 159, “Azərbaycan” qəzeti, 31 iyul 2011-ci il, ¹ 166,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹
7, maddə 609)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 2-ci maddənin
mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Azərbaycan
Respublikasının xarici dövlətlərlə və
beynəlxalq təşkilatlarla beynəlxalq
müqavilələri:
Azərbaycan
Respublikası adından;
Azərbaycan Respublikasının
hökuməti adından;
Azərbaycan
Respublikasının nazirlikləri, dövlət
komitələri və idarələri adından
bağlanır.
İdarələrarası xarakter
daşıyan Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin bağlanması, icrası və
ləğv edilməsi qaydaları Azərbaycan Respublikası
Prezidenti tərəfindən müəyyən edilir.
24
iyun 2011-ci il tarixli 170-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 iyul 2011-ci
il, ¹ 159, “Azərbaycan” qəzeti, 31 iyul 2011-ci il, ¹ 166,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹
7, maddə 609) ilə 2-ci maddəyə yeni məzmunda
ikinci cümlə əlavə edilmişdir.
[2] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 3-cü
maddədə “qəbul edilməsi,”
sözləri, 13-cü maddənin adında “və ya qəbul”
sözləri və 25-ci maddənin birinci hissəsində “,
qəbul edilmiş” sözləri
çıxarılmışdır.
[3] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 4-cü, 9-cu və 21-ci maddələr
çıxarılmışdır.
[4] 18 iyun 2010-cu il
tarixli 1032-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il,
¹ 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010-cu il, ¹ 7, maddə 589) ilə 5-ci maddənin mətni
yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Beynəlxalq
danışıqların aparılması və Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması haqqında qərarları:
1) Azərbaycan
Respublikası adından bağlanan müqavilələrə
dair Azərbaycan Respublikasının Prezidenti;
2) Azərbaycan Respublikası hökuməti
adından bağlanan müqavilələrə
dair—Azərbaycan Respublikasının Prezidenti və ya
Azərbaycan Respublikası Nazirlər Kabinetinin və ya
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
təklifi ilə Azərbaycan Respublikasının Prezidenti
qəbul edir.
[5] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 6-cı maddənin mətni yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Beynəlxalq
danışıqlar aparmaq və Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrini
imzalamaq səlahiyyətini:
1) Azərbaycan
Respublikası adından bağlanan müqavilələr
barəsində—Azərbaycan Respublikasının Prezidenti;
2) Azərbaycan Respublikası
hökuməti adından bağlanan müqavilələr
barəsində—Azərbaycan Respublikasının Prezidenti verir.
24
iyun 2011-ci il tarixli 170-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 iyul 2011-ci
il, ¹ 159, “Azərbaycan” qəzeti, 31 iyul 2011-ci il, ¹ 166, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 7, maddə
609) ilə 6-cı maddənin birinci cümləsində “orqanlarının”
sözündən sonra “və
dövlətə məxsus müəssisələrin”
sözləri əlavə edilmişdir.
[6] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 7-ci maddənin birinci hissəsində “Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikasının
bütün beynəlxalq müqavilələri
barəsində, Azərbaycan Respublikasının Baş naziri
və Azərbaycan Respublikasının xarici işlər naziri
isə bu Qanunun 8-ci maddəsinin ikinci hissəsində”
sözləri “Müvafiq icra hakimiyyəti
orqanı Azərbaycan Respublikasının bütün
beynəlxalq müqavilələri barəsində, müvafiq
icra hakimiyyəti orqanlarının rəhbərləri isə
bu Qanunun 8-ci maddəsində” sözləri ilə
əvəz edilmişdir.
[7] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 7-ci maddənin ikinci hissəsi
çıxarılmışdır və
üçüncü hissə ikinci hissə hesab
edilmişdir.
[8] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 8-ci maddənin mətni yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Azərbaycan
Respublikasının Konstitusiyasına uyğun olaraq
Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrini Azərbaycan Respublikasının Ali
Soveti ratifikasiya edir. Azərbaycan Respublikasının
beynəlxalq müqavilələri ratifikasiya üçün
bir ay ərzində Azərbaycan Respublİkasının Ali
Sovetinə təqdim olunmalıdır.
Ratifikasiya edilməli
olan Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinə aşağıdakılar aiddir:
1) dostluq, əməkdaşlıq və
qarşılıqlı yardım (həmrəylik) haqqında,
dövlətlərarası münasibətlərin
prinsiplərini müəyyən edən müqavilələr;
2)
sülh
müqavilələri;
3)
ərazilərin
bölünməsi, özgəninkiləşdirilməsi
və sərhədlərin dəqiqləşdirməsi
məsələləri istisna olmaqla, ərazi və
sərhəd məsələləri barəsində
Azərbaycan Respublikasının başqa
dövlətlərlə müqavilələri;
4)
müdafiə
xarakterli və hərbi əməkdaşlığa dair
müqavilələr;
5)
hüquqi
yardım haqqında müqavilələr;
6)
Azərbaycan
Respublikasının universal və regional xarakter
.daşıyan beynəlxalq təşkilatlara daxil olması
haqqında müqavilələr;
7)
çoxtərəfli
və ya uzunmüddətli iqtisadi müqavilələr;
8)
Azərbaycan
Respublikasının qanunlarında nəzərdə
tutulmuş qaydalardan fərqli qaydalar müəyyən edən
müqavilələr;
9)
Azərbaycan
Respublikasının qanunlarında, yaxud beynəlxalq
müqavilələrində ratifikasiya edilməsi
nəzərdə tutulan müqavilələr;
10)
kredit
alınması məsələlərinə dair
müqavilələr;
11)
dövlətlərarası
ittifaqlarda və başqa dövlətlərarası
birliklərdə iştiraka dair müqavilələr;
12)
Azərbaycan
Respublikası silahlı qüvvələri kontingentinin
başqa ölkələrə göndərilməsi, yaxud
başqa dövlətlərin silahlı nüvələri
kontingentinin Azərbaycan Respublikası ərazisinə
buraxılması haqqında müqavilələr.
Azərbaycan Respublikasının
başqa beynəlxalq müqavilələri də Azərbaycan
Respublikası Prezidentinin qərarı ilə ratifikasiya
üçün Azərbaycan Respublikasının Ali
Sovetinə təqdim oluna bilər.
[9] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 10-cu maddənin mətni yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Azərbaycan Respublikası Prezidentinin
ratifikasiya üçün Azərbaycan Respublikasının
Ali Sovetinə təqdim etdiyi Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrinə Ali Sovetin müvafiq
komissiyaları qabaqcadan baxaraq rəy verirlər.
[10] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 11-ci maddənin adında “qərarların”
sözü “qanunların” sözü ilə əvəz
edilmişdir.
[11] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 11-ci maddənin birinci hissəsində “Azərbaycan
Respublikasının Ali Soveti Azərbaycan Respublikasının
Prezidenti” sözləri “Azərbaycan Respublikasının
Milli Məclisi müvafiq icra hakimiyyəti orqanı”
sözləri ilə, “qərar” sözü
isə “qanun” sözü ilə əvəz
edilmişdir.
[12] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 11-ci maddənin üçüncü hissəsi
yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrinin ratifikasiyası
haqqında Azərbaycan Respublikası Ali Sovetinin qərarı
əsasında Azərbaycan Respublikasının Prezidenti
ratifikasiya fərmanı imzalayır.
[13] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 12-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Maddə 12. Ratifikasiya
fərmanlarının mübadiləsi və onların
saxlanmağa verilməsi
Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi və ya onun
tapşırığı ilə Azərbaycan
Respublikasının müvafiq dövlətdəki diplomatik
nümayəndəliyi və ya beynəlxalq konfransda,
beynəlxalq təşkilatda və ya onun orqanlarının
birindəki nümayəndəliyi ratifikasiya
fərmanlarını mübadilə edir və Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
ratifikasiya edilməsi haqqında fərmanları saxlanılmaq
üçün depozitariyə verir.
[14] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 13-cü maddənin mətni yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Ratifikasiyası
tələb olunmayan Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrini aşağıdakılar
təsdiq və ya qəbul edirlər:
1)
Azərbaycan
Respublikası adından bağlanan müqavilələri—
Azərbaycan Respublikasının Prezidenti;
2)
Azərbaycan
Respublikasının hökuməti adından bağlanan
müqavilələri—Azərbaycan Respublikasının
Prezidenti və ya onun qərarına əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti və ya Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi.
Azərbaycan Respublikasının
Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti,
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
ratifikasiyası tələb olunmayan Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması haqqında Azərbaycan Respublikasının
Ali Sovetinə məlumat verirlər.
[15] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 14-cü maddənin 1-ci bənddə “Ali
Soveti” sözləri “Milli Məclisi”
sözləri ilə əvəz edilmişdir.
[16] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 589) ilə
14-cü maddənin 2-ci bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
2) ratifikasiyası tələb olunmayan
müqavilələrə Azərbaycan Respublikası adından
qoşulduqda—Azərbaycan Respublikasının Prezidenti;
[17] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 14-cü maddənin 3-cü bəndi
çıxarılmışdır.
[18] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 16-cı maddədə “Azərbaycan
Respublikasının Prezidenti” sözləri “Müvafiq
icra hakimiyyəti orqanı” sözləri ilə
əvəz edilmişdir.
[19] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 17-ci maddənin birinci hissəsində “Azərbaycan
Respublikasının Nazirlər Kabineti, nazirlikləri,
dövlət komitələri, idarələri və başqa
dövlət orqanları” sözləri “Müvafiq
icra hakimiyyəti orqanları” sözləri ilə
əvəz edilmişdir.
24
iyun 2011-ci il tarixli 170-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 iyul 2011-ci
il, ¹ 159, “Azərbaycan” qəzeti, 31 iyul 2011-ci il, ¹ 166,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹
7, maddə 609) ilə 17-ci
maddənin birinci hissəsində “orqanları” sözündən sonra “və dövlətə məxsus
müəssisələr” sözləri əlavə
edilmişdir.
[20] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 17-ci maddənin ikinci hissəsində “Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi”
sözləri “Müvafiq icra hakimiyyəti
orqanı” sözləri ilə, “Azərbaycan
Respublikası Prezidentinə” sözləri isə “müvafiq
icra hakimiyyəti orqanına” sözləri ilə
əvəz edilmişdir.
[21] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 19-cu maddənin birinci hissəsində “Azərbaycan
Respublikasının Nazirlər Kabineti, Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi və
başqa nazirlikləri, dövlət komitələri və
idarələri Xarici İşlər Nazirliyi ilə
birlikdə və ya onunla razılaşdırmaqla Azərbaycan
Respublikasının Prezidentinə” sözləri “müvafiq
icra hakimiyyəti orqanları müvafiq icra hakimiyyəti
orqanına” sözləri ilə əvəz
edilmişdir.
[22] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 19-cu maddənin ikinci hissədə “
[23] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 589)
ilə 20-ci maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrinin yerinə yetirilməsi
məqsədi ilə Azərbaycan Respublikası
qanunlarının, Azərbaycan Respublikası Ali Soveti qərarlarının
qəbul edilməsi, Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarının, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarının verilməsi lazım
gəldikdə əlaqədar nazirliklər, dövlət komitələri və
idarələr Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi ilə razılaşdırmaqla, qanunvericilikdə
müəyyənləşdirilmiş qaydada müvafiq
aktın qəbul edilməsi haqqında təkliflər
verirlər.
[24] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 22-ci maddənin adında “Ali Soveti”
sözləri “Milli Məclisi”
sözləri ilə əvəz edilmişdir.
[25] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 22-ci maddənin mətni yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Azərbaycan
Respublikası adından bağlanmış və ratifikasiya
edilmiş Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrini Azərbaycan Respublikası Prezidentinin
təklifinə əsasən Azərbaycan Respublikasının
Ali Soveti ləğv edir.
Bu Qanunun V-ci maddəsinin ikinci və
üçüncü hissələrində nəzərdə
tutulmuş hallarda da Azərbaycan Respublikasının
beynəlxalq müqavilələri bu maddənin birinci
hissəsində göstərilən qaydada ləğv edilir.
[26] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 23-cü maddədə “Ali Sovetinin müvafiq
daimi komissiyaları” sözləri “Milli Məclisinin
müvafiq komitələri” sözləri ilə
əvəz edilmişdir.
[27] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 24-cü maddənin adında “Azərbaycan
Respublikasının Prezidenti” sözləri “müvafiq
icra hakimiyyəti orqanı” sözləri ilə
əvəz edilmişdir.
[28] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
589) ilə 24-cü maddənin mətni yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Azərbaycan Respublikası adından
və Azərbaycan Respublikası hökuməti adından
bağlanan və ratifikasiyası tələb olunmayan
Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrini Azərbaycan Respublikasının
Prezidenti ləğv edir.
[29] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 589) ilə 25-ci
maddədə “Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin təqdimatı ilə “Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatlarında”
sözləri “Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu”nda” sözləri ilə
əvəz edilmişdir.
[30] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyul 2010-cu il, ¹ 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 589) ilə 18-ci maddədə, 26-cı maddənin ikinci hissəsində “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə, 26-cı maddənin birinci hissəsində isə “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində” sözləri “müvafiq icra hakimiyyəti orqanında” sözləri ilə əvəz edilmişdir.