Azərbaycan Respublikası Silahlı
Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Qarnizon və
qarovul xidmətləri nizamnaməsi təsdiq edilsin və
1995-ci il yanvarın 1-dən qüvvəyə minsin.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər
ƏLİYEV.
Bakı
şəhəri, 23 sentyabr 1994-cü il
¹ 886.
Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli,
886 saylı Qanunu ilə TƏSDİQ EDİLMİŞDİR |
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin qarnizon və
qarovul xidmətləri
Nizamnaməsi
Bu
Nizamnamədə qarnizon və qarovul xidmətlərinin
təşkili və həyata keçirilməsi qaydaları
izah edilir, həmçinin qarnizonun vəzifəli
şəxslərinin, bu xidmətləri yerinə yetirən
hərbi qulluqçuların hüquqları və
vəzifələri müəyyən olunur.
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin və
Azərbaycan Respublikası qanunvericiliyində
nəzərdə tutulmuş digər qoşunların
bütün hərbi hissələri, hərbi
məktəbləri, qərargahları, idarə,
müəssisə və təşkilatları bu Nizamnaməni
rəhbər tutmağa borcludurlar. [1]
Birinci
bölmə:
Qarnizon
xidmətinin təşkili və yerinə yetirilməsi
I
fəsil.
Ümumi
müddəalar
1.
Qarnizon yaşayış məntəqəsində və ya
ondan kənarda daimi və yaxud müvəqqəti
yerləşən hərbi hissələr, hərbi
məktəblər və müəssisələrdən
təşkil edilir.
Adətən
daha böyük qarnizon tərkibinə ona ən yaxın
yaşayış məntəqələrində
yerləşən bütün hərbi hissələr, hərbi
məktəblər və müəssisələr daxil edilir.
2.
Hər bir qarnizonda qarnizon və qarovul xidmətləri
təşkil edilir.
Qarnizon
xidməti qarnizonun şəxsi heyəti arasında
yüksək hərbi intizamı təmin etmək,
qoşunların gündəlik həyat və
hazırlığı üçün lazımi
şərait yaratmaq, onların iştirakı ilə qarnizon
tədbirlərini keçirmək məqsədini
güdür.
Qarovul
xidməti döyüş bayraqlarının, silahların,
döyüş texnikasının və digər texnikanın,
döyüş sursatının, partlayıcı
maddələrin, başqa əmlakın saxlandığı
yerləri, digər hərbi və dövlət obyektlərini
etibarlı mühafizə və müdafiə etmək
üçün, həmçinin hauptvaxtda və intizam
xarakterli hərbi hissədə saxlanan həbs edilənləri
və məhkumları mühafizə etmək
üçün nəzərdə tutulur.
3.
Qarnizon xidmətinin təşkil edildiyi ərazinin
sərhədləri Azərbaycan Respublikası Silahlı
Qüvvələri Baş Qərargahı (bundan sonra — Baş
qərargah adlandırılacaqdır) rəisinin əmri
ilə müəyyən edilir. Bu sərhədlərə
qoşun hissələrinin yerləşdiyi
məntəqələrdən əlavə, qarnizon hərbi
hissələrinə təsərrüfat və mədəni
xidmət üçün yaxınlıqdakı mühüm
əhəmiyyətli bəzi yaşayış
məntəqələri də daxil edilə bilər.
Qarnizonun
sərhədləri onun bütün şəxsi
heyətinə yaxşı məlum olmalıdır.
4.
Qarnizon ərazisində qarnizon və qarovul
xidmətlərinə qarnizon rəisi rəhbərlik edir.
Daxili qoşunlarda və
sərhəd mühafizə orqanlarında qarovul
xidmətinə bu qoşunların (orqanların) rəisləri
rəhbərlik edirlər. [2]
Tabeliklərində
olan qoşunlarda qarnizon və qarovul xidmətlərinin
vəziyyətinə cavabdehlik bütün birbaşa
rəislərə həvalə edilir.
Bütün
birbaşa rəisləri tabeliklərində olan qoşunlarda
qarnizon və qarovul xidmətlərinin vəziyyətini
müntəzəm yoxlamalı, həmçinin qarnizonların
rəisləri və komendantları ilə qarnizonda hərbi
intizamın və qayda-qanunun hərtərəfli
yaxşılaşdırılmasına yönəldilən
zəruri tədbirlər görməlidirlər.
Qarnizon
rəisinin bu xidmətlər üzrə sərəncamlarını
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
qarnizon ərazisində (qarnizonun sərhədləri
daxilində) yerləşən hərbi hissələri, hərbi
məktəbləri, müəssisələri, komandaları
və ayrı-ayrı hərbi qulluqçuları dəqiq
yerinə yetirməlidirlər.
Hərbi
Dəniz Qüvvələri hissələrinin,
idarələrinin və müəssisələrinin
üstünlük təşkil etdiyi qarnizonlarda qarnizon və
qarovul xidmətlərinə Hərbi Dəniz
Qüvvələrinin komandanı rəhbərlik edir.
5.
Müharibə dövründə hərbi birləşmə
hüdudunda (ərazisində) yerləşən qarnizonlarda
qarnizon və qarovul xidmətlərinə hərbi
birləşmə komandiri rəhbərlik edir.
6.
Qoşunlar təlim mərkəzlərində və
düşərgələrində
yerləşdirilərkən, hərbi intizamın
gözlənilməsi, təlim mərkəzlərinin və
ümumdüşərgə obyektlərinin mühafizəsi
tədbirləri Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin daxili xidmət nizamnaməsinin və bu
Nizamnamənin müddəalarına uyğun surətdə
həyata keçirilir.
7.
Qarnizon və qarovul xidmətlərinə qarnizon
tərkibinə daxil olan hərbi hissələr cəlb
edilirlər.
Qarnizonda
qarnizon və qarovul xidmətlərinə cəlb
edilməyən hərbi hissələrin siyahısını
Baş Qərargah rəisi müəyyənləşdirir.
Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanının
hərbi hissələri qarnizonlarda qarovul xidmətinə
cəlb edilmirlər. [3]
Qarnizondakı
hərbi hissələr arasında qarnizon və qarovul
xidmətlərinin yerinə yetirilməsi növbəsini
qarnizon rəisi onların tərkibindən və
təyinatından asılı olaraq
müəyyənləşdirir.
Hərbi
məktəblər qarnizonda qarnizon və qarovul
xidmətlərinə tədris planında bu məqsəd
üçün nəzərdə tutulan müddətdə
cəlb edilir.
8.
Hər bir hərbi qulluqçu qarnizon və yaxud qarovul
xidməti yerinə yetirən şəxslərə
kömək etməyə borcludur. Patrul yaxud qarovul
heyətində kiminsə xidməti pozduğunu görən
hərbi qulluqçu bu barədə qarnizon komendantına,
qarovullar (hərbi hissə, gəmi, təlim mərkəzi,
düşərgə toplanışı)
növbətçisinə, yaxud qarovul rəisinə və
özünün bilavasitə rəisinə dərhal
məlumat verməlidir.
II
fəsil.
Qarnizonun
vəzifəli şəxsləri və onların
vəzifələri
9.
Hər bir qarnizonda qarnizon rəisi, onun tərbiyə
işləri üzrə müavini və qarnizon hərbi
komendantı təyin edilir və bu, qarnizon üzrə
əmrlə elan olunur.
10.
Qarnizon rəisi Baş Qərargah rəisinin əmri ilə
təyin edilir. Əmri alana qədər onun vəzifəsini
vəzifəcə böyük olan, vəzifələr
bərabərdirsə, hərbi rütbəcə böyük
olan komandir (rəis) yerinə yetirməlidir.
Qarnizon
rəisi öz vəzifəsinin icrasına
başlamasını qarnizon üzrə əmrlə elan edir,
özünün bilavasitə rəisinə məlumat verir,
həmçinin yerli hakimiyyət orqanlarına bu barədə
xəbər verir.
11.
Bakı qarnizonunun rəisi vəzifəsini Baş Qərargah
rəisinin müavini icra edir.
12.
Qarnizon rəisinin tərbiyə işləri üzrə
müavini vəzifəsini həmin qarnizonun rəisi
vəzifəsini yerinə yetirən komandirin (rəisin)
tərbiyə işləri üzrə müavini icra edir.
13.
Ştatda hərbi komendantlıq olmayan qarnizonlarda hərbi
komendant vəzifəsini icra etmək üçün zabit,
onun köməkçiləri vəzifələrini icra
etmək üçün isə bu qarnizonun hərbi
hissələrindən olan zabitlər və gizirlər
(miçmanlar) təyin edilirlər.
14.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir
neçə növünün, müvafiq icra hakimiyyəti orqanının
qoşunlarının hərbi hissələri qarnizonda
birlikdə yerləşdikdə, bu qoşunların hər biri
üzrə hərbi komendantın köməkçiləri
təyin edilir.
[4]
Hərbi
Dəniz Qüvvələri hissələrinin
(gəmilərinin) yerləşdiyi qarnizonlarda Hərbi
Dəniz Qüvvələri komandanının əmri ilə
böyük dəniz rəisi təyin edilir. Öz
fəaliyyətində o, bu Nizamnamənin 18-ci maddəsini
və qarnizon rəisinin göstərişlərini
rəhbər tutur.
15. Qarnizonların
tərkibində bir neçə birləşmə (hərbi
hissə) olduqda müvafiq vəzifəli
şəxslərdən vəzifəcə böyük olanlar
qarnizon rəisinin əmri ilə aşağıdakı
vəzifələrə təyin edilirlər:
qarnizon
rəisinin arxa xidmət üzrə müavini;
qarnizon
hərbi avtomobil müfəttişliyi (HAM) rəisi;
qarnizon
rabitə rəisi;
qarnizonun
radiasiya, kimyəvi və bakterioloji mühafizə xidməti
rəisi;
qarnizon
tibb xidməti rəisi;
qarnizonun
baytar həkimi;
qarnizon
maliyyə xidmətinin baş rəisi;
qarnizon
yanğından mühafizə xidmətinin rəisi;
qarnizonun
hərbi dirijoru.
Hərbi
şəhərcikdə Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin tərkibinə daxil olan bir
neçə hərbi hissə yerləşdikdə, qarnizon
rəisinin əmri ilə hərbi hissə
komandirlərindən hərbi şəhərciyə
böyük təyin edilir. [5]
Qarnizon
hauptvaxtının rəisi vəzifəsinə zabit təyin
edilir. O, eyni zamanda qarnizon hərbi komendantının
köməkçisidir. Bu vəzifə ştatda
nəzərdə tutulmadığı yerlərdə qarnizon
hauptvaxtının rəisi vəzifəsini qarnizon hərbi
komendantının köməkçilərindən biri (zabit)
icra edir.
Qarnizonda
bütün vəzifəli şəxslər bilavasitə qarnizon
rəisinə, qarnizon vaxtının rəisi və hərbi
dirijoru isə qarnizon hərbi komendantına tabedirlər.
16.
Qarnizon hərbi komendantından başqa, qarnizonun bütün
vəzifəli şəxsləri öz vəzifələrini
əvəzlik üzrə yerinə yetirirlər.
Qarnizon
rəisi
17.
Qarnizon rəisi qarnizonda yüksək hərbi intizamın
saxlanmasına, qarovul xidmətinin təşkilinə və
yerinə yetirilməsinə, yerli müdafiə
tədbirlərinin təşkilinə və
keçirilməsinə, qoşun hissələrinin
gündəlik məişəti və hazırlığı
üçün lazımi şəraitin təmin edilməsinə,
yanğından mühafizənin vəziyyətinə,
qoşun hissələrinin iştirakı ilə qarnizon
tədbirlərinin keçirilməsinə cavabdehdir. Onun,
ehtiyac olduqda, özünə həvalə edilmiş
məsələlərin həlli üçün qarnizon
hərbi hissələrinin şəxsi heyətini və
nəqliyyat vasitələrini işə cəlb etmək
hüququ vardır.
Qarnizon
rəisi qarnizon və qarovul xidmətləri
məsələləri üzrə Baş Qərargah
rəisinə tabedir və bu məsələlərin
icrasında qarnizonun tərkibinə daxil olan
birləşmələrin və hərbi hissələrin
komandirləri (hərbi məktəb və müəssisə
rəisləri də daxil olmaqla) qarnizonun bütün hərbi
qulluqçularının birbaşa rəisidir.
18.
Qarnizon rəisinin vəzifəsidir:
qarnizonun
vəzifəli şəxslərinin fəaliyyətinə daim
rəhbərlik etmək;
qarnizon
naryadının maksimum ixtisarına nail olmaqla qarnizon obyektlərinin
mühafizə və müdafiəsini təşkil etmək;
qarnizon
qarovullarının cədvəlini Baş Qərargah
rəisinin təsdiqinə vermək və qarnizonun
sərhədləri haqqında mülahizələrini ona
bildirmək;
qarnizon
qarovullarının cədvəlini Baş Qərargah
rəisinin təsdiqinə vermək və qarnizonun
sərhədləri haqqında mülahizələrini ona
bildirmək;
qarnizonda
hərbi intizamın və qarovul xidmətinin vəziyyətini
müntəzəm təhlil etmək, bunları
yaxşılaşdırmaqdan və baş vermiş
hadisələrin qarşısını almaqdan ötrü
vaxtında tədbirlər görmək,
sayıqlığı artırmaq, hərbi və
dövlət sirlərini qorumaq üçün iş aparmaq;
yerli
hakimiyyət orqanları ilə sıx əlaqə saxlamaq,
qarnizon xidməti və birgə tədbirlərin
keçirilməsi ilə bağlı məsələləri
onlarla birlikdə həll etmək;
Baş
Qərargah rəisinin göstərişi ilə
səfərbərlik elan olunması halı üçün
qarnizonun tədbirlər planını, həmçinin qarnizon
hissələrinin həyəcan siqnalı ilə
qaldırılması və fəaliyyəti planını
işləyib hazırlamaq;
qarnizonda
hava hücumundan müdafiəni və qoşunların
kütləvi qırğın silahlarından
müdafiəsini, həmçinin yanğından
mühafizəni təşkil etmək, onların vəziyyətini
nəzarətdə saxlamaq;
qarnizonun
yerli müdafiə və yanğından mühafizə,
həmçinin mülki müdafiə ilə
qarşılıqlı əlaqə planlarını
işləyib hazırlamaq və Baş Qərargah rəisinin
təsdiqinə vermək;
qarnizon
qarovullarının mühafizə etdikləri saxlanclara (anbarlara)
buraxılma qaydalarını müəyyən etmək;
qarnizon
və daxili qarovulların xidməti yerinə yetirməsini,
həmçinin həbs edilənlərin qarnizon
hauptvaxtında düzgün saxlanmasını ayda bir
dəfədən az olmayaraq şəxsən yoxlamaq;
qarnizona
gələn hərbi hissələri (bölmələri,
komandaları) Baş Qərargah rəisinin göstərişi
ilə yerləşdirmək;
qarnizonun
hərbi hissələri üçün təlim
çöllərindən, atəş meydanlarından,
poliqonlardan, tankodromlardan və başqa təlim
obyektlərindən istifadə qaydalarını
müəyyən etmək, həmçinin orada
təhlükəsizlik tədbirlərinin təşkilini
yoxlamaq;
yerli
hakimiyyət orqanları ilə razılaşaraq açıq
su hövzələrindən qoşunların su
təchizatı üçün istifadə qaydasını,
şəxsi heyətin çimməsi yerlərini,
vaxtını və qaydasını müəyyən
etmək, çimmə vaxtı təhlükəsizlik
tədbirlərinin yerinə yetirilməsinə nəzarət
etmək;
ümumqarnizon
ictimai-siyasi, mədəni-maarif və idman tədbirlərini,
həmçinin mədəni-maarif idarələrinin qarnizon
hissələrinə xidmətetmə planını
nəzərdən keçirib təsdiq etmək;
qarnizon
hərbi avtomobil müfəttişliyinin (HAM) işinə
rəhbərlik etmək;
rayon
(qarnizon) mənzil-istismar hissəsinin hərbi hissələrin
yerləşdirilməsi işinə rəhbərlik etmək
və qarnizonda yaşayış sahəsi
bölgüsünü təsdiq etmək;
binaların,
hərbi şəhərciklərin ərazisinin və
ümumqarnizon istifadəsindəki tikililərin hərbi
hissələr tərəfindən saxlanmasını yoxlamaq,
onlar boşaldıqda isə mühafizəsini təşkil
etmək;
qarnizon
qoşunlarının paradını və qoşunların
iştirakı ilə başqa tədbirləri
keçirmək, zəruri hallarda fəxri qarovullar təyin
etmək;
yanğınları
söndürmək və təbii fəlakətlərə
qarşı mübarizə aparmaq, yaxud yanğından və
təbii fəlakətlərdən zərər çəkmiş
mülki əhaliyə kömək göstərmək
üçün bölmələr (hərbi hissələr)
ayırmaq (360-cı maddə);
qarnizon
hərbi hissələrinin qış və yay geyim formalarına
keçməsi vaxtını təyin etmək;
qarnizon
hərbi hissələrində və idarələrində
binaların qızdırılma vaxtının
başlanğıcını və sonunu elan etmək;
ümumqarnizon
tədbirlərinin, Şəhidlər xiyabanlarında,
döyüş şöhrəti abidələrinin və
qardaşlıq məzarlarının önündə
təntənəli və hərbi mərasimlərin
keçirilməsini təşkil etmək, eyni zamanda
əsgəri qəbirstanların, qardaşlıq
məzarlarının və əsgəri abidələrin
lazımi qaydada saxlanmasına qayğı göstərmək;
qarnizondakı
hərbi hissələrdə xidmət etməyən hərbi
qulluqçuların nalayiq hərəkətlərinə
görə inzibati təhqiqat təyin etmək, onları
intizam məsuliyyətinə cəlb etmək; cinayət
törətdikləri hallarda isə bu barədə dərhal
hərbi prokurora xəbər vermək, Azərbaycan
Respublikası qanunvericiliyində nəzərdə tutulmuş
qaydada cinayət işi qaldıraraq təhqiqat aparmaq. [6]
Səfərbərlik
elan olunması, qarnizon hərbi hissələrinin
həyəcan siqnalı ilə qaldırılması və
hərəkəti, qarnizonda yanğından mühafizə
halları üçün tədbirlər planlarının
işlənib hazırlanmasını, eni zamanda həyəcan
elan olunması, yanğın və təbii fəlakət
baş verməsi halları üçün
təlimatların, həmçinin yerli müdafiə
planının tərtib olunmasını qarnizon rəisi
ştatda tutduğu vəzifəyə görə komandiri
olduğu birləşmənin (hərbi hissənin),
qərargahının qüvvələri ilə həyata
keçirir.
19.
Qarnizon rəisi qarnizona gələn Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanını,
Azərbaycan Respublikası Milli Məclisinin sədrini,
müvafiq icra hakimiyyəti orqanlarının
rəhbərlərini qarşılayır, onlara raport
verir və onları müşayiət edir. Bu
şəxslərin qarşılanması üçün
fəxri qarovul düzülür. [7]
20.
Qarnizon rəisi 19-cu maddədə göstərilən
şəxslərdən əlavə, özünün
bütün birbaşa rəislərini qarşılayır,
onlara raport verir və onları müşayiət edir.
Qarnizon
və qarovul xidmətləri məsələləri
üzrə birbaşa rəislərin xidməti
tapşırıqlarını yerinə yetirmək üçün
zabitlər (generallar, admirallar) qarnizona gəldikdə, qarnizon
rəisi ancaq rütbəcə ondan böyük olanlara
özünü təqdim edir.
21.
Bakı qarnizonunun rəisi 19 və 20-ci maddələrdə
qeyd edilənlərdən əlavə, xüsusi
göstərişləri də yerinə yetirir.
22.
Qarnizon rəisi müvəqqəti olaraq qarnizondan
(məzuniyyətə, uzunmüddətli ezamiyyətə)
gedirsə, öz vəzifəsinin icrasını onun ştat
vəzifəsini müvəqqəti icra edən
şəxsə həvalə edir, bunu qarnizon üzrə
əmrlə elan edir və Baş Qərargah rəisinə
məlumat verir.
Qarnizon
rəisinin tərbiyə işləri üzrə müavini
23.
Qarnizon rəisinin tərbiyə işləri üzrə
müavini qarnizonda hərbi intizamın
möhkəmləndirilməsi üçün tərbiyə
işinin təşkilinə və ümumqarnizon ictimai-siyasi
və mədəni-maarif tədbirlərinin
keçirilməsinə cavabdehdir.
Qarnizon
rəisinin tərbiyə işləri üzrə müavininin
vəzifəsidir:
qarnizonda
baş verə biləcək hadisələrin
qarşısını almaq, hərbi intizamı
möhkəmləndirmək, qayda-qanunu və
mütəşəkkilliyi saxlamaq üçün iş
aparmaq;
təsdiq
edilmiş plana əsasən ümumqarnizon ictimai-siyasi və
mədəni-maarif tədbirlərini təşkil etmək
və həyata keçirmək;
yerli
hakimiyyət orqanları ilə,
müəssisələrlə, idarələrlə və
təşkilatlarla sıx əlaqə yaratmaq və saxlamaq,
həmçinin qarnizon hərbi hissələri şəxsi
heyətinin hakimiyyət orqanlarının həyata keçirdikləri
ictimai-siyasi tədbirlərdə iştirakını təmin
etmək;
qarnizon
mədəni-maarif müəssisələrinin işinə
rəhbərlik etmək; yerli və qarnizon mədəni-maarif
müəssisələri tərəfindən qarnizon hərbi
hissələrinə xidmət planını işləyib
hazırlamaq və qarnizon rəisinin təsdiqinə vermək;
səfərbərlik
elan olunması halı üçün qarnizonun
tədbirlər planının, qarnizon hərbi
hissələrinin həyəcan siqnalı ilə
qaldırılması və fəaliyyəti, həmçinin
qarnizon qoşunlarının və obyektlərinin hava
hücumundan və kütləvi qırğın silahlarından
mühafizəsi üzrə tədbirlər planlarının
işlənib hazırlanmasında iştirak etmək;
qarnizonda
hərbi və dövlət sirlərinin saxlanmasına daim
diqqət yetirmək, sayıqlığı artırmaq
üçün iş aparmaq;
qarnizon
qoşunlarının məişətinə və
yerləşdirilməsinə, onların kazarma fondu ilə,
hərbi qulluqçuların və onların ailələrinin
isə mənzillə təmin edilməsinə daim
qayğı göstərmək;
qarnizon
və daxili qarovulların xidmət çəkmələrini,
həbs edilənlərin qarnizon hauptvaxtında
saxlanmasını vaxtaşırı yoxlamaq, həmçinin
qarovulun şəxsi heyəti və həbs edilənlər
arasında tərbiyə işini təşkil etmək və
həyata keçirmək;
qarnizon
qoşunlarının ictimai-siyasi, mənəvi və hərbi
intizamın vəziyyəti, həmçinin ümumqarnizon
tərbiyə tədbirlərinin keçirilməsi haqqında
qarnizon rəisinə və yuxarı tərbiyə
işləri üzrə orqana vaxtaşırı məlumat
vermək.
Qarnizon
rəisinin arxa xidmət üzrə müavini
24.
Qarnizon rəisinin arxa xidmət üzrə müavini qarnizon
hərbi hissələrinin arxa xidmət üzrə
təminatı tədbirlərinin vaxtında
görülməsinə cavabdehdir.
Qarnizon
rəisinin arxa xidmət üzrə müavininin
vəzifəsidir:
qarnizon
hərbi hissələrinin çörəkbişirmə
müəssisələrindən, soyuduculardan, sallaqxanalardan,
hamamlardan, camaşırxanalardan, tikiş emalatxanalarından
və s. istifadə etməsi, hərbi yüklərin avtomobil
nəqliyyatı ilə mərkəzləşdirilmiş
qaydada gətirilməsi planlarını, hərbi
hissələrdən avtomobil nəqliyyatının və
ekspeditorların ayrılması qrafikini, həmçinin
müəyyən edilmiş qaydada otlaqlar,
biçənəklər və yardımçı
(mətbəxyanı) təsərrüfatlar üçün
müvəqqəti istifadə edilməsinə icazə
verilmiş torpaq sahələrinin qarnizon hərbi
hissələri arasında bölüşdürülməsi
planını qarnizon rəisinin təsdiqinə vermək;
qarnizon
hərbi hissələri üçün maddi
vəsaitlərin mərkəzləşdirilmiş qaydada
gətirilməsini təşkil etmək;
qarnizon
hərbi hissələri üçün gəlmiş
dəmiryol vaqonlarının və gəmilərin
(barjların) vaxtında boşaldılmasına nəzarət
etmək, zərurət olduqda isə onun
sürətləndirilməsi üçün tədbirlər
görmək;
səfərbərlik
və qarnizonda həyəcan elan olunması halları
üçün təsərrüfat tədbirləri
planlarını işləyib hazırlamaq;
hərbi
ticarət orqanlarını qarnizonun
ticarət-məişət xidməti
müəssisələri üçün bina ilə,
yeməkxanalar üçün mebellə və qeyri-istehsal təyinatlı
mexaniki avadanlıqla təmin etmək, həmçinin
onların qızdırılmasını,
işıqlandırılmasını və su
təchizatını təmin etmək; malların gətirilməsi
üçün lazımi nəqliyyat ayırmaq;
qarnizonda
yanğından mühafizə xidmətinin təşkilinə
və qarnizon hərbi hissələrinin yanğından
mühafizə komandalarının daimi
hazırlığına nəzarət etmək;
hərbi
qulluqçulara və onların ailələrinə daha
yaxşı xidmət etmək üçün qarnizon
ticarət-məişət xidməti
müəssisələrinin işinə nəzarət
təşkil etmək, həmçinin qarnizonun tikiş
emalatxanalarında rəsmi geyimlərin və
ayaqqabıların tikilməsinin təşkilinə və
keyfiyyətinə nəzarət etmək;
qarnizon
hərbi hissələrini çörəklə təmin
edən qarnizon və mülki çörəkbişirmə
müəssisələrində bişirilən
çörəyin keyfiyyətinə nəzarət etmək;
arxa
xidmətin və qarnizonun nümunəvi hərbi
hissələrinin hərbi təsərrüfatının
iş təcrübəsini öyrənmək
üçün qarnizon hərbi hissələrinin arxa
xidmət zabitləri ilə iş aparmaq;
yerli
ehtiyatlardan səmərəli istifadə edilməsi
üçün qarnizon hərbi hissələrinin
yerləşdiyi rayonun iqtisadi vəziyyətini
öyrənmək.
Qarnizon
hərbi komendantı
25.
Qarnizon hərbi komendantı hərbi qulluqçuların
ictimai yerlərdə və küçələrdə
yüksək hərbi intizamına, qarnizon qarovullarının
və patrullarının düzgün və sayıq
xidmətinə, həmçinin həbs edilənlərin
qarnizon hauptvaxtında lazımi qaydada saxlanmasına
bilavasitə cavabdehdir. Qarnizon rəisinin qərarlarını
həyata keçirərkən, qarnizon hərbi
komendantının qarnizon rəisi adından sərəncamlar
(əmrlər) vermək hüququ vardır; bu zaman o, ən
vacib sərəncamları (əmrləri) barədə qarnizon
rəisinə məlumat verir.
26.
Qarnizon hərbi komendantının vəzifəsidir:
hərbi
qulluqçular tərəfindən hərbi intizama,
müəyyən edilmiş paltar formasının geyilməsi
və əsgəri salamlaşma qaydalarına riayət
olunmasına nəzarət etmək; qarnizonda hərbi intizamın
vəziyyətini müntəzəm öyrənib onu
yaxşılaşdırmağa, həmçinin intizamın
pozulması səbəblərini aradan qaldırmağa dair
təkliflərini qarnizon rəisinə bildirmək;
qarnizon
rəisinin göstərişi ilə qarnizon qarovulları
siyahısını və naryadının cədvəlini, patrul
naryadını və qarnizon hərbi hissələrindən
növbətçi bölmələrin naryadını və
həmçinin postlar tabellərini (1, 2 və 3 saylı
əlavələr), postların yerləşməsi
sxemlərini, qarovul rəisləri və qarnizon qarovulları
növbətçisi üçün təlimatları, patrul
xidməti sxemini və patrullar üçün təlimatı
tərtib etmək;
qarnizonda
qarovullar siyahısına əsasən ümumqarnizon
obyektlərinin mühafizəsi və müdafiəsi
üzrə qarovul xidmətini, həmçinin patrul
xidmətini təşkil etmək;
qarnizon
naryadı sayının ixtisarına və onların xidmət
etmə qaydasının
yaxşılaşdırılmasına dair təkliflərini
qarnizon rəisinə bildirmək;
qarnizonun
vəzifəli şəxsləri tərəfindən
qarovulların yoxlanması qrafikini tərtib etmək və onun
yerinə yetirilməsinə nəzarət etmək;
şəxsən
və köməkçiləri vasitəsilə qarnizon
qarovullarının xidmətini, mühafizə olunan
obyektlərin xarici vəziyyətini, postların və qarovul
otaqlarının vəziyyətini, qarovul otaqlarında və
postlardakı avadanlığın və inventarın
yerində olmasını və sazlığını ayda iki
dəfədən az olmayaraq yoxlamaq;
hərbi
hissələrdə qarnizon naryadına təyin olunan
bölmələrin və şəxslərin xidmətə
hazırlanmasını və qarnizonun növbətçi
bölməsinin hazırlığını yoxlamaq;
qarnizon
rəisinin göstərişi ilə qarnizon hərbi
hissələrinin həyəcan siqnalı ilə
qaldırılması və hərəkəti, qarnizonda
yanğından mühafizə planlarının,
həmçinin qarnizonda həyəcan elan olunması,
yanğın və təbii fəlakətlərin baş
verəcəyi hallar üçün təlimatların
işlənib hazırlanmasında iştirak etmək;
qarnizonun
yerli müdafiə qüvvələrinin və
vasitələrinin hazırlığına nəzarət
etmək;
qarnizon
qarovulları ilə rabitə vasitələrini, qarovul
rəislərinə əmrlərin ötürülməsi
və onların məlumat verməsi qaydalarını qarnizon
rabitə rəisi ilə birlikdə müəyyən
etmək; rabitə vasitələrindən istifadə zamanı
nəzərdə tutulmuş qaydaların yerinə
yetirilməsini yoxlamaq;
hərbi
hissələrin orkestrlərinin naryad cədvəlinə baxmaq
və onu təsdiq edilməsi üçün qarnizon
rəisinə təqdim etmək;
qarovul
növbətçilərinə və onların
köməkçilərinə naryada başlamazdan qabaq
təlimat vermək; qarovul nöbətçilərinə
parollar yazılmış kağızları vermək;
qarnizon
qarovullarının dəyişməsinin gedişini yoxlamaq;
patrullar
naryadına təlimat vermək; patrul rəislərinə
lazımi sənədlər vermək və qarnizonda patrul
xidmətinə nəzarət etmək;
polis
orqanları ilə sıx əlaqə saxlamaq və ictimai
qaydanın qorunub saxlanmasında onlara zəruri kömək
göstərmək;
hər
gün qarnizon qarovullarının postlar
cədvəllərinə baxmaq və aşkar olunmuş
çatışmazlıqları təxirə salmadan aradan
qaldırmaq;
qarnizon
hauptvaxtının sazlığına və həbs
edilənlərin orada saxlanmasına nəzarət etmək;
həbs edilənlərin işləməyə, hamama və
cinayət prosesini həyata keçirən orqanın
(təhqiqat, istintaq, prokurorluq orqanlarının və ya
məhkəmənin) tələbi ilə prosessual hərəkətlərin
həyata keçirilməsi məqsədilə,
həmçinin xəstələnmiş həbs
edilənlərin müalicə müəssisələrinə
göndərilməsi üçün hauptvaxt rəisinə
yazılı sərəncamlar vermək (4 saylı
əlavə);
qarnizon
şəxsi heyəti tərəfindən hərbi intizamın
pozulmasını və baş vermiş hadisələri
vaxtında aşkar etmək, onların uçotunu aparmaq, onlar
haqqında və görülən tədbirlər
barəsində qarnizon rəisinə baş vermiş
cinayətlər və hadisələr haqqında isə
qarnizon hərbi prokuroruna məlumat vermək;
qoşunların
su təchizatı üçün açıq su
hövzələrini və adamların çimməsi
üçün yerləri qarnizon rəisinin
göstərişi ilə hərbi hissələr arasında
bölüşdürmək;
hərbi
hissələrin sahələrində adamların
çimmə yerlərinin hazırlanmasını,
həmçinin növbətçi üzgüçü
komandalarının və növbətçi
feldşerlərin (sanitar təlimatçılarının)
xidmətinin təşkilini və aparılmasını
yoxlamaq;
qarnizonun
bütün hərbi hissələrinin, əlahiddə
bölmələrin (komandaların), həmçinin
ezamiyyətə və ya məzuniyyətə gələn
hərbi qulluqçuların uçotunu aparmaq və
onların öz xidməti yerlərinə vaxtında
qayıtmalarına nəzarət etmək (5 saylı
əlavə);
tutulmuş
hərbi qulluqçulardan alınan silahların və
döyüş sursatlarının uçotunu aparmaq;
qarnizondan
keçib gedən bölmələri (komandaları) və
ayrı-yarı hərbi qulluqçuları
yerləşdirmək, onları, həmçinin hərbi
nəqliyyatı müşayiət edən qarovulları
attestatlarına uyğun ərzaqla təmin etmək;
qarnizon
ərazisində ezamiyyətdə və məzuniyyətdə
olarkən, xəstələnmiş hərbi qulluqçulara
tibbi yardım göstərmək üçün
tədbirlər görmək;
təlim
mərkəzlərinə və
düşərgələrə getmiş, yaxud qarnizonun
tərkibindən çıxıb getmiş hərbi
hissələrin kazarma binalarının mühafizəsini
yoxlamaq;
hərbi
hissələrin kolonlarının, həmçinin
təkərli və tırtıllı maşınların
hərəkətinin tənzim olunmasını Dövlət
yol polisinin yerli orqanları ilə qarşılıqlı
əlaqədə təşkil etmək;
qarnizon
qoşunlarının paradlara hazırlanmasına
nəzarət etmək və yerli hakimiyyət orqanları
ilə razılaşdırılaraq qoşunların
iştirakı ilə keçirilən paradlar,
nümayişlər, mitinqlər və dəfn
mərasimləri zamanı qayda-qanunu təmin etmək;
qarnizon
rəisinin göstərişi ilə qarnizon hərbi
hissələrindən fəxri qarovullar təyin etmək
və hazırlamaq;
qarnizon
rəisinin göstərişi ilə vəfat etmiş
hərbi qulluqçuların dəfnini təşkil etmək;
qarnizon
sərhədləri daxilində olan əsgəri
qəbiristanlıqların, qardaşlıq
məzarlarının və əsgəri abidələrin
uçotunu aparmaq, onların lazımi qaydada saxlanmasına
nəzarət etmək.
27.
Qarnizon hərbi komendantı şəxsən və
tabeliyində olanlar vasitəsilə hərbi qulluqçulardan
ictimai yerlərdə və küçələrdə
hərbi intizama, eləcə də qayda-qanuna ciddi
surətdə riayət etmələrini cəsarətlə
və qətiyyətlə tələb etməli, onların
heç bir nalayiq hərəkətini cəzasız
qoymamalıdır.
Qarnizon
hərbi komendantının hərbi qulluqçular
tərəfindən hərbi intizamın pozulması
hallarında hərbi rütbəcə özündən
kiçik və özünə bərabər olanlara
xəbərdarlıq etmək, yaxud Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin İntizam nizamnaməsinə
əsasən onları tutub cəzalandırmaq, onlar
sərxoş halda hərbi intizamı pozduqda, ayılana
qədər bir sutkalığa hauptvaxtda (müvəqqəti həbs
edilmişlər kamerasında) saxlamaq, sonra isə bu hərbi
qulluqçuların məsuliyyətləri haqqında
qərar qəbul etmək hüququ vardır.
Qarnizon
hərbi komendantı hərbi rütbəcə ondan
böyük olan hərbi qulluqçular hərbi intizamı
pozduqları hallarda onlara müraciət edir və intizam
pozuntusuna son qoymasını qarnizon rəisi adından
tələb edir. Belə hərbi qulluqçu
tərəfindən hərbi intizamın pozulmasına son qoymaq
üçün daha qəti tədbirlər görmək
zəruri olduğu hallarda qarnizon hərbi komendantı bu
barədə dərhal qarnizon rəisinə məlumat verir
və onun göstərişi ilə hərəkət edir.
Zərurət
olduqda, qarnizon hərbi komendantı hərbi intizamı pozan
hərbi qulluqçudan şəxsiyyətini
müəyyənləşdirən sənədləri
təqdim etməyi tələb edir, belə sənədlər
olmadıqda və ya düzgün tərtib edilmədikdə,
hərbi qulluqçunu tutub müvəqqəti həbs
edilənlər kamerasında yerləşdirir.
Qarnizon
hərbi komendantı müqəssir barəsində
görülən bütün tədbirlər haqqında onun
hərbi hissə komandirinə xəbər və qarnizon
rəisinə məlumat verir.
28.
İntizam qaydasında tutulmuş hərbi qulluqçunun
sənədlərinin yoxluğuna görə onun
şəxsiyyətini tezliklə müəyyən etmək
mümkün olmadıqda, qarnizon hərbi komendantı hərbi
qulluqçunun tutulub saxlanıldığı andan bir sutka
ərzində onun şəxsiyyətinin müəyyən
edilməsi üçün tədbir görməlidir. Bütün
belə şəxslər haqqında qarnizon hərbi
komendantı qarnizon rəisinə və hərbi prokurora
dərhal məlumat verir. Bu şəxslər barəsində
qərar onların tutulduğu andan üç sutkadan gec
olmayaraq qəbul edilməlidir.
29.
Cinayət prosesini həyata keçirən orqan tərəfindən
tutulmuş və ya həbs
edilmiş hərbi qulluqçular Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada saxlanılırlar və
onlar barəsində həmin qanunvericiliklə nəzərdə
tutulmuş tədbirlər görülür.[8]
Belə
şəxslərin uçotu qarnizon hərbi
komendantlığında tutulmuş hərbi
qulluqçuların uçotu kitabında (6 saylı
əlavə), hauptvaxtda isə hauptvaxtda saxlananların
kitabında (4 saylı əlavə) aparılır.
30.
Qarnizon hissələrində, yaxud obyektlərində
yanğın və təbii fəlakət, həmçinin
qarnizon qarovullarında hər hansı bir hadisə baş
verdikdə, qarnizon hərbi komendantı bu barədə dərhal
qarnizon rəisinə məlumat verməli və hadisə
yerinə gələrək lazımi tədbirlər
görməlidir.
31.
Məzuniyyətdə və ya ezamiyyətdə olduğu zaman
hərbi qulluqçu, nəqliyyatdakı nasazlıq və ya
xəstəliklə əlaqədar öz xidmət yerinə
vaxtında gəlib çıxa bilmirsə, qarnizon hərbi
komendantı hərbi qulluqçunun ləngiməsi
səbəbini onun gəldiyi hərbi hissə komandirinə
xəbər verir. Hərbi qulluqçu
xəstələndikdə qarnizon hərbi komendantının
sərəncamı ilə o, həkim müayinəsindən
keçirilir.
Başqa
qarnizondan məzuniyyətə gəlmiş hərbi
qulluqçunun ailə üzvləri (atası, anası,
arvadı, uşaqları, qardaşları və ya
bacıları) vəfat etdikdə və ya ağır
xəstələndikdə, həmçinin hərbi
qulluqçunun ailəsinin başına hər hansı bir
fəlakət gəldikdə, qarnizon hərbi komendantı
hərbi qulluqçunun gəldiyi hərbi hissə komandirini
dərhal xəbərdar etməklə, onun məzuniyyətini
yeddi sutkadan çox olmayaraq artıra bilər.
Qarnizon
hərbi komendantı hərbi qulluqçunun xidmət
yerinə yola düşməsi vaxtı, onun ləngiməsi
müddəti və səbəbi haqqında hərbi
qulluqçunun sənədlərində və uçot
kitabında (5 saylı əlavə) müvafiq qeydlər edir.
Müddətli
xidmət hərbi qulluqçusu məzuniyyətdə və ya
ezamiyyətdə olarkən, hərbi intizamı pozarsa,
bütün hərbi komendantlara, həmçinin hərbi
qulluqçunun məzuniyyətdə və ezamiyyətdə
olduğu yerlərin hərbi komissarlarına belə hərbi
qulluqçunun məzuniyyətini (ezamiyyətini) dayandırmaq
və onu öz hərbi hissəsinə qaytarmaq hüququ
verilir. Eyni zamanda məzuniyyətin (ezamiyyətin)
dayandırılması səbəbləri barədə
hərbi hissə komandirinə xəbər verilir.
32.
Qarnizon hərbi komendantlığının yeri qarnizonun
bütün hərbi hissələrinə,
idarələrinə və müəssisələrinə
yaxşı məlum olmalı və onun qapısı
bütün şəxslərin üzünə açıq
olmalıdır. Qarnizon hərbi komendantlığı yerli
inzibati idarələrdə və ictimai yerlərdə
(teatrlarda, mədəniyyət evlərində, kinoteatrlarda,
klublarda, mehmanxanalarda) öz telefon nömrələri və
ünvanının olmasını təmin etməlidir.
Qarnizon
hərbi komendantlığının yerləşdirilməsi
və avadanlığı haqqında göstərişlər
7 saylı əlavədə şərh edilmişdir.
Qarnizon
hərbi komendantlığı, ştat üzrə
nəqliyyat vasitələri olmadıqda, nəqliyyatla qarnizon
rəisinin təsdiq etdiyi plana əsasən hərbi
hissələrin (təşkilatların, idarələrin)
hesabına təmin olunur.
Qarnizon
hərbi komendantının köməkçisi
33.
Qarnizon hərbi komendantının köməkçisi qarnizon
komendantına tabedir və onun qarnizon və qarovul
xidmətlərinə aid bütün
tapşırıqlarını yerinə yetirir.
34.
Qarnizon hərbi komendantının Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin növləri,
həmçinin Sərhəd Qoşunları və Daxili
Qoşunlar üzrə köməkçiləri öz
fəaliyyətində bu Nizamnamənin 26-cı maddəsini
və qarnizon hərbi komendantının
göstərişlərini rəhbər tuturlar. [9]
Qarnizon
hərbi avtomobil müfəttişliyi (HAM) rəisi
35.
Qarnizon hərbi avtomobil müfəttişliyi rəisi qarnizonda
və qarnizona bitişik yollarda hərbi hissələrin
avtonəqliyyat vasitələri ilə bağlı
hadisələrin qarşısını almaq üçün
tədbirlərin təşkilinə və həyata
keçirilməsinə cavabdehdir.
Qarnizon
hərbi avtomobil müfəttişliyi rəisinin
vəzifəsidir:
qarnizon
hərbi hissələrinin avtonəqliyyat vasitələri
ilə bağlı hadisələrin səbəblərini
müntəzəm təhlil etmək, onların
qarşısının alınması üzrə
tədbirlər planını hazırlayıb qarnizon
rəisinə təqdim etmək və Dövlət yol polisinin
yerli orqanları ilə sıx əlaqə saxlayaraq onun
yerinə yetirilməsinə nail olmaq;
sürücülər
tərəfindən yol hərəkəti qaydalarına
əməl edilməsinə, hərəkət
təhlükəsizliyinin təmin olunmasına dair
əmrlərin tələblərinə, həmçinin
qarnizon hərbi hissələrinin avtonəqliyyat
vasitələrinin texniki vəziyyətinin yoxlanmasına,
onlardan öz təyinatı üzrə istifadə
edilməsinə, yol sənədlərinin olmasına və
düzgün tərtib edilməsinə,
sürücülərin vəziyyətinə və xarici
görkəminə müntəzəm nəzarəti
təşkil etmək;
tabeliyindən
asılı olmayaraq, qarnizon rəisi tərəfindən
təsdiq edilmiş plan üzrə qarnizon hərbi
hissələrinin texniki nəzarət
məntəqələrinin işini yoxlamaq;
hər
ay HAM-nin müfəttişi kimi növbətçiliyə
cəlb edilən zabitlərin və gizirlərin
(miçmanların), qarnizon hərbi hissələrindən
patrulların və nəqliyyatın ayrılması
qrafiklərini tərtib etmək və onu qarnizon rəisinin
təsdiqinə vermək;
HAM-nin
növbətçi müfəttişlərinə təlimat
vermək, onları nəzarət postlarına
paylaşdırmaq, xidmət aparmalarını yoxlamaq, onlardan
yazılı raportlar qəbul etmək, tutulub saxlanmış
avtonəqliyyat vasitələrinin və alınmış
sənədlərin uçotunu aparmaq, onlar barəsində
müvafiq hərbi hissə komandirlərinə xəbər
vermək;
texniki
cəhətdən nasaz və ya qulluq olunmamış
avtonəqliyyat vasitələrini istismardan çıxarıb
hərbi hissələrə, zərurət olduqda isə tutulub
saxlanmış avtonəqliyyat vasitələrini
toplanış məntəqəsinə göndərmək;
hərbi
hissələrin avtonəqliyyat vasitələri ilə
bağlı hadisələrin uçotunu aparmaq, lazımi
tədbirlər görmək üçün tutulub
saxlanmış avtonəqliyyat vasitələri,
sürücülər və baş verən hadisələr
haqqında vaxtında qərar qəbul olunması
üçün qarnizon rəisinə məlumat və qarnizon
hərbi komendantına xəbər vermək;
yol
hərəkəti qaydalarının pozulması və ya
hərbi hissələrdə avtonəqliyyat vasitələrinin
istismarı zamanı adamların həlak və ya
şikəst olmaları ilə nəticələnmiş, yaxud
digər ağır nəticələrə gətirib
çıxaran hallarda dərhal qarnizon rəisinə
məlumat və qarnizon hərbi komendantına,
həmçinin hərbi prokurora xəbər vermək,
hadisə yerlərində onların törədilmə
səbəblərini və şəraitini şəxsən
müəyyən etmək;
hərbi
hissələrin avtonəqliyyat vasitələrinin
sürücülərini sürücülük
vəsiqəsindən məhrum etmək üçün
Dövlət yol polisinin yerli orqanlarına material təqdim
etmək;
qarnizon
hərbi hissələrinin avtonəqliyyat vasitələri
sürücülərinin ixtisasının
artırılması üzrə işi təşkil etmək
və onların Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada Dövlət yol
polisinin yerli orqanları nəzdində ixtisas komissiyası
imtahanlarında iştirak etməsi üçün zəruri
şərait yaratmaq;
hərbi
hissələrin avtonəqliyyat vasitələrinin
hərəkəti üçün ayrılmış yollara
nəzarət qoymaq, hərəkət sürətinin
məhdudlaşdırılması üçün zonaları
müəyyən etmək və Dövlət yol polisinin yerli
orqanlarının icazəsi ilə müvafiq nişanlarla
işarə etmək;
öz
texniki nəzarət məntəqələri olmayan hərbi
hissələrin avtonəqliyyat vasitələrini yoxlamaqdan
ötrü qarnizon texniki nəzarət
məntəqələrinin təşkili barədə qarnizon
rəisinə təkliflər vermək və onların işinə
nəzarət etmək;
başqa
qarnizonların hərbi hissələrinin avtonəqliyyat
vasitələrinin sürücüləri
tərəfindən törədilmiş pozuntular haqqında
sənədləri müvafiq qarnizonun HAM rəisinə
göndərməklə bu barədə həmin hərbi
hissələrin komandirlərinə xəbər vermək.
36.
HAM-nin müfəttişləri və patrulları
növbədə olduqları zaman qarnizon HAM rəisinə
tabedirlər və öz xidmətlərini onun
göstərişlərinə uyğun olaraq yerinə
yetirirlər.
HAM-nin
növbətçi müfəttişlərinin
müəyyən edilmiş sənədləri, geyim
forması və fərdi nömrəli tanınma döş
nişanları, əlində jezl (gecə qırmızı
siqnalı disk və ya işıq əksetdirən)
olmalıdır.
HAM-nin
patrullarının müəyyən edilmiş geyim forması
və qol sarğısı olmalıdır.
Qarnizon
rabitə rəisi
37.
Qarnizon rabitə rəisi qarnizonda rabitənin
təşkilinə və vəziyyətinə cavabdehdir.
Qarnizon
rabitə rəisinin vəzifəsidir:
qarnizondaxili
rabitənin təşkili və təmin edilməsi
planını qarnizon rəisinə təsdiq üçün
təqdim etmək və rabitənin vəziyyətinə
nəzarət etmək;
qarnizonda
səfərbərlik və həyəcan elan edilməsi halları
üçün rabitənin təmin edilməsi
tədbirləri planını işləyib hazırlamaq;
düşmənin
basqın təhlükəsi barədə qarnizonun hərbi
obyektlərinə xəbərdarlıq edilməsi
sistemlərinin təşkilinə və daimi
hazırlığına nəzarət etmək;
dövlət
orqanlarının yerli orqanları ilə onların
rabitə vasitələrindən qarnizon hərbi
hissələrinin mənafeyi üçün istifadə
olunması məsələlərini həll etmək; [10]
qarnizondaxili
və qarnizonlararası rabitəni təmin etməkdən
ötrü lazımi rabitə vasitələri və istismar
materialları barəsində tələbnamələri
yuxarı rabitə rəisinə təqdim etmək;
rabitə
vasitələrinin vaxtında təmir olunması
üçün tədbirlər görmək;
rabitə
vasitələri ilə danışıq aparmaq qaydalarına
riayət olunması tədbirlərini işləyib
hazırlamaq və onların yerinə yetirilməsinə
nəzarət etmək.
Qarnizonun
radiasiya, kimyəvi və bakterioloji mühafizə xidməti
rəisi
38.
Qarnizonun radiasiya, kimyəvi və bakterioloji mühafizə
xidməti rəisi qarnizon rəisinin
göstərişlərinə əsasən radioaktiv və
zəhərləyici maddələrdən mühafizə
sahəsində qarnizon tədbirlərinin təşkilinə
və yerinə yetirilməsinə cavabdehdir.
Qarnizon
radiasiya, kimyəvi və bakterioloji mühafizə xidməti
rəisinin vəzifəsidir:
qarnizon
hərbi hissələrinin və idarələrinin radioaktiv
və zəhərləyici maddələrdən
mühafizə olunması məsələlərinə dair
qarnizon tədbirlərinin işlənib hazırlanmasında
iştirak etmək və bu məsələlər üzrə
zəruri tədbirlərin görülməsinə
rəhbərlik etmək;
qarnizonda
radiasiya, kimyəvi və bakterioloji mühafizə xidməti
məsələləri üzrə yerli müdafiə
tədbirlərinin keçirilməsini təşkil etmək
və yoxlamaq;
radioaktiv
və zəhərləyici maddələrdən
mühafizə məsələləri üzrə yerli
əhali arasında iş aparmaq üçün
təlimatçılar hazırlamaqda mülki müdafiə
qərargahına yardım göstərmək.
Qarnizon
tibb xidməti rəisi
39.
Qarnizon tibb xidməti rəisi müalicə-profilaktika və
epidemiya əleyhinə tədbirlərin təşkilinə
və həyata keçirilməsinə cavabdehdir,
həmçinin qarnizonda sanitariya-gigiyena tələblərinin
yerinə yetirilməsinə nəzarət edir.
Qarnizon
tibb xidməti rəisinin vəzifəsidir:
bütün
qarnizon üçün ümumi olan sanitariya-gigiyena,
müalicə-profilaktika və epidemiya əleyhinə
tədbirlər işləyib hazırlamaq və həyata
keçirmək;
qarnizon
hərbi hissələrinin sanitariya vəziyyətini və
onlarda şəxsi heyətin xəstələnməsini
öyrənmək, həmçinin zəruri tədbirlərin
həyata keçirilməsi üçün qarnizon
rəisinə vaxtında təkliflər vermək;
qarnizonun
sanitariya-epidemioloji vəziyyətini, hərbi hissələrin
yerləşdiyi ərazinin saxlanma şəraitini, suyun
içmək və təsərrüfat məqsədləri
üçün yararlılığını, qarnizon
yeməkxanalarının, çörəkbişirmə
müəssisələrinin, sallaqxanalarının,
soyuducularının (buzxanalarının),
ticarət-məişət müəssisələrinin,
hamamlarının, camaşırxanalarının, dezinfeksiya
kameralarının və qarnizon hərbi hissələrinin
şəxsi heyətinin çimmək yerlərinin sanitariya
vəziyyətini yoxlamaq, aşkar edilən
çatışmazlıqların aradan qaldırılması
üçün tədbirlər görmək;
tərkibində
tibbi heyət olmayan qarnizon hərbi hissələrinin, qarnizonda
müvəqqəti yerləşən bölmələrin
(komandaların) və ayrı-ayrı hərbi qulluqçuların,
həmçinin qarnizon hərbi qulluqçularının
ailə üzvlərinin tibbi təminatını təşkil
etmək;
qarnizon
rəisinin icazəsi ilə qarnizon hərbi hissələrinin
tibb xidməti işçilərinin qarnizonda
müalicə-profilaktika və epidemiya əleyhinə
tədbirlərin həyata keçirilməsinə cəlb
etmək;
paradlara,
nümayişlərə, idman yarışlarına,
həmçinin yanğın və təbii fəlakətə
qarşı mübarizəyə cəlb edilən hərbi
hissələrin tibbi təminatını təşkil
etmək;
qarnizonda
səfərbərlik və həyəcan elan olunması
halları üçün tibbi təminat planını,
həmçinin düşmən tərəfindən
kütləvi qırğın silahı tətbiqinin
nəticələrini aradan qaldırmaq üçün tibbi
xidmət tədbirlərini işləyib hazırlamaq;
qarnizonda
yerli müdafiənin tibbi təminat tədbirlərini
işləyib hazırlamaq və onların yerinə
yetirilməsinə nəzarət etmək;
kütləvi
qırğın silahından əhalinin mühafizəsi
üçün tibbi tədbirlər
görülməsində mülki müdafiə
qərargahına zəruri yardım göstərmək;
qarnizon
hərbi hissələrinin yerləşdiyi rayonların
sanitariya vəziyyətini yaxşılaşdırmaq
üçün yerli səhiyyə orqanları ilə
birlikdə tədbirlər işlənib hazırlanmasında
iştirak etmək;
qarnizon
qospitallarında xəstələrin vəziyyətinə
diqqət yetirmək və vaxtaşırı onlara
baxış keçirmək;
mülki
idarələrin və müəssisələrin,
ambulatoriyaların, xəstəxanaların,
çörəkbişirmə müəssisələrinin,
sallaqxanaların və s. qarnizon hərbi hissələrinə
göstərdikləri xidmətlərə, həmçinin
mülki müalicə müəssisələrində
yerləşdirilmiş xəstə hərbi
qulluqçuların vəziyyətlərinə və
onların vaxtında sağalıb çıxmasına
nəzarət etmək;
qarnizon
hərbi-tibbi idarələrinin işinə nəzarət
etmək və qarnizon hərbi-həkim komissiyasının
fəaliyyətinə rəhbərlik etmək;
qarnizon
qarovullarının və hauptvaxt binalarının sanitar
vəziyyətini ayda bir dəfədən az olmayaraq yoxlamaq;
qarnizon hauptvaxtında saxlanan həbs edilənlərin tibbi
müayinəsini və onlara tibbi yardım
göstərilməsini təşkil etmək;
növbəti
çağırışların tibbi təminat
tədbirlərinin həyata keçirilməsində
iştirak etmək;
ötüb
keçən hərbi eşelonların sanitariya
vəziyyətinin yoxlanmasını qarnizon rəisinin
göstərişi ilə təşkil etmək,
həmçinin vağzallarda hərbi qulluqçuların
gözləmə salonlarının sanitariya vəziyyətini
vaxtaşırı yoxlamaq;
qarnizon
hərbi hissələrinin və idarələrinin tibbi
heyətinin təcrübə mübadiləsi və
əlavə təhsili tədbirlərini qarnizon rəisinin
təsdiq etdiyi plan üzrə həyata keçirmək; [11]
qarnizonda
ehtiyat tibbi heyətin hazırlanmasına nəzarət
etmək;
hərbi
qulluqçuların xəsarət (yaralanma, travma, kontuziya)
almasına və ya həlak olmasına
(ölməsinə)səbəb olan hadisələr, qarnizon
hərbi hissələrində və yerli əhali arasında
yoluxucu xəstəliklərə tutulma halları və bu
xəstəliklərin qarşısını almaq
üçün görülən tədbirlər haqqında
dərhal qarnizon rəisinə məlumat vermək. [12]
Qarnizonun
baytar həkimi
40.
Qarnizonun baytar həkimi şəxsi heyətin insan və
heyvanlar üçün ümumi xəstəliklərdən
qorunmasına kömək edən tədbirlərin,
qoşunların heyvan və bitki mənşəli ərzaqla
təminatı üzərində baytar nəzarətinin,
qarnizon hərbi hissələrində
(birləşmələrində, hərbi
məktəblərində və idarələrində) və
onlara təhkim edilmiş başqa hərbi hissələrdə
baytarlıq-profilaktika, epizootiya əleyhinə və
müalicə tədbirlərinin təşkilinə və
həyata keçirilməsinə cavabdehdir.
Hərbi
baytar heyətinin olmadığı qarnizonlarda hərbi
hissələrə baytarlıq xidməti müvafiq icra hakimiyyəti
orqanının qoşunlarının baytarlıq
təminatı planına əsasən həyata keçirilir. [13]
Qarnizon
baytar həkiminin vəzifəsidir:
qoşunların
şəxsi heyətinin insan və heyvanlar üçün
ümumi olan yoluxucu xəstəliklərdən,
həmçinin kütləvi qırğın
silahının təsirinə məruz qalmış
ərzaqdan istifadə edilərkən, baş verə bilən
xəstəliklərdən və zədələrdən
qorunması tədbirlərini tibb xidməti ilə birlikdə
təşkil etmək;
qoşunları
ət, süd və balıq məhsulları ilə təchiz
edən sənaye müəssisələrinin baytar-sanitariya
vəziyyətinə nəzarət etmək, anbarlarda (bazalarda)
saxlandıqda və nəql edildikdə ərzaq
məhsullarının ekspertizasını keçirmək;
zərurət
olduqda, hərbi hissələrdə
baytarlıq-sağlamlaşdırma tədbirləri
keçirilməsini təşkil etmək;
hərbi
hissələrin, həmçinin yardımçı
(mətbəxyanı) təsərrüfatların
heyvanlarına və ətlik-südlük mal-qaraya baytarlıq
xidmətini həyata keçirmək;
hərbi
hissələrdə heyvanların çıxdaş
edilməsinə və kəsilməsinə rəy vermək;
baytarlıq-profilaktika,
epizootiya əleyhinə və müalicə tədbirlərini
hazırlayıb həyata keçirmək, hərbi
hissələrin və yerli müdafiə obyektlərinin
epizootik vəziyyətini yoxlamaq, bu məqsədlə qarnizon
rəisinin icazəsi ilə hərbi hissələrin baytar
heyətini cəlb etmək;
qarnizonun
hərbi baytarlıq müəssisələrinin işinə
nəzarət etmək;
hərbi
hissələrin yerləşdiyi rayonda baytarlıq-sanitariya
və epizootik vəziyyətin
yaxşılaşdırılması üçün yerli
mülki baytarlıq orqanları ilə birlikdə
tədbirlərin hazırlanmasında iştirak etmək;
qarnizonda
səfərbərlik və həyəcan elan olunması
halları üçün baytarlıq təminatı
planını, həmçinin düşmən
tərəfindən kütləvi qırğın
silahının tətbiqinin nəticələrini aradan
qaldırmaq üçün baytarlıq xidməti
tədbirlərini işləyib hazırlamaq;
kütləvi
qırğın silahından heyvanları mühafizə
etmək üçün tədbirlər görməkdə
mülki müdafiə qərargahına zəruri yardım
göstərmək;
ötüb
keçən hərbi eşelonların baytarlıq-sanitariya
vəziyyətini qarnizon rəisinin göstərişi ilə
yoxlamaq;
qarnizon
rəisinin təsdiq etdiyi plana əsasən qarnizon hərbi
hissələri və müəssisələrinin baytar
heyətləri ilə iş təcrübəsi
mübadiləsi və əlavə təhsil sahəsində tədbirlər
həyata keçirmək; [14]
qarnizonun
baytarlıq-sanitariya vəziyyəti və onun
yaxşılaşdırılması üçün
zəruri tədbirlər haqqında qarnizon rəisinə
məlumat vermək;
hərbi
hissələrə məxsus olan və mülki baytarlıq
müəssisələrində müalicə edilən
heyvanlara necə xidmət göstərildiyinə
nəzarət etmək;
qarnizon
hərbi hissələrinə və yerli əhaliyə
məxsus heyvanlar arasında yoluxucu xəstəliklər
baş verməsi və bu xəstəliklərin
qarşısının alınması üçün
görülən tədbirlər haqqında qarnizon
rəisinə dərhal məlumat vermək, xidmət edilən
hərbi hissələrin komandirlərinə xəbər
vermək.
Qarnizon
maliyyə xidmətinin baş rəisi
41.
Qarnizon maliyyə xidmətinin baş rəisi qarnizon hərbi
hissələrinin pul vəsaiti ilə vaxtında təmin
olunmasına və qarnizon rəisinin, həmçinin müvafiq icra
hakimiyyəti orqanının maliyyə idarəsi
rəisinin maliyyə məsələlərinə dair
göstərişlərinin vaxtında yerinə
yetirilməsinə cavabdehdir.
Qarnizon
maliyyə xidməti baş rəisinin vəzifəsidir:
qarnizon
hərbi hissələrinin pul vəsaiti üçün
sifarişlərin, tələbnamələrin və
müəyyən edilmiş hesabatın vaxtında təqdim
edilməsinə nəzarət etmək;
hərbi
hissələrin şəxsi heyəti üçün
Dövlət bankının yerli idarələrindən pul
vəsaitinin alınması müddətləri
barəsində qarnizon rəisinə məlumat vermək;
müvafiq icra hakimiyyəti
orqanının maliyyə idarəsinin
göstərişi ilə qarnizon hərbi hissələrinin
şəxsi heyətinə pul paylama cədvəllərini
qabaqcadan yoxlamaq;
qarnizon
rəisinin təsdiq etdiyi plana uyğun olaraq maliyyə
məsələlərinə dair əmrlərin və
göstərişlərin öyrənilməsi
üçün qarnizon hərbi hissələri maliyyə
xidmətinin şəxsi heyəti ilə
məşğələlər aparmaq;
qarnizon
hərbi hissələrinin daxili yoxlama komissiyalarına
təlimat vermək;
qarnizon
rəisinin təsdiq etdiyi planlar üzrə qarnizon hərbi
hissələri kassalarının gözlənilməz
yoxlamalarını keçirmək və qarnizon hərbi
hissələrinin maliyyə təsərrüfatlarında
aşkar edilmiş nöqsanlar haqqında ona, eləcə
də müvafiq
icra hakimiyyəti orqanının maliyyə
idarəsinin rəisinə məlumat vermək;
müvafiq icra hakimiyyəti
orqanının maliyyə idarəsinin
göstərişi ilə qarnizon hərbi hissələrinin
təftiş aktlarında göstərilən
təkliflərin yerinə yetirilməsini yoxlamaq;
qarnizon
hərbi hissələrinin şəxsi heyəti arasında
hərbi qulluqçuların pul və pensiya təminatı
məsələləri haqqında izahat işi aparmaq. [15]
Qarnizon
yanğından mühafizə xidmətinin rəisi
42.
Qarnizon yanğından mühafizə xidmətinin rəisi
qarnizonda yanğından mühafizə xidmətinin
vəziyyətinə və qarnizon hərbi hissələrinin
yanğınsöndürmə komandalarının daimi
hazırlığına bilavasitə cavabdehdir.
Qarnizon
yanğından mühafizə xidməti rəisinin
vəzifəsidir:
qarnizonun
yanğından mühafizə planını işləyib
hazırlamaq, yerli yanğından mühafizə orqanları
ilə razılaşdırmaq, həmçinin yerli
müdafiə planının işlənib
hazırlanmasında iştirak etmək;
yanğından
mühafizənin vəziyyətinə və hərbi
hissələrin yanğınsöndürmə
komandalarının xidmətinə nəzarət etmək;
qarnizon
hərbi hissələrində və obyektlərində
yanğınsöndürmə vasitələrinin saz
saxlanmasına diqqət yetirmək;
yaşayış
və köməkçi binaların, anbarların,
parkların və başqa obyektlərin yanğından
mühafizəsindəki çatışmazlıqları
tezliklə aradan qaldırmaq üçün tədbirlər
görmək; nasaz istilik və işıq cihazlarından,
həmçinin yanğından mühafizə avadanlığı
ilə təchiz edilməmiş tamaşa salonlarından və
başqa binalardan istifadə olunmasını qadağan
etmək;
təlim
mərkəzlərinə və
düşərgələrə getmiş, yaxud qarnizonun
tərkibindən çıxmış hərbi
hissələrin kazarma binalarının, həmçinin
qarnizonun hərbi şəhərciklərində zabitlərin
yaşayış evlərinin yanğından mühafizə
vəziyyətini yoxlamaq;
qarnizon
hərbi hissələrinin yanğından mühafizə xidməti
rəislərinə təlimat vermək və
vaxtaşırı onlarla xüsusi
məşğələlər keçirmək;
qarnizon
rəisinin təsdiq etdiyi plan üzrə qarnizon hərbi
hissələrinin yanğınsöndürmə
komandalarının təlim məşğələlərini
və qarnizon qarovullarının mühafizə etdikləri
obyektlərdə təlim-yanğın həyəcanları
keçirmək;
obyektlərin
yerli müdafiəsi üzrə
yanğınsöndürmə dəstələrinin xüsusi
hazırlığını təşkil etmək və
nəzarətdə saxlamaq, onların
yanğınsöndürmə vasitələri ilə
təmin olunmasına nəzarət etmək;
qarnizon
rəisinin icazəsi ilə qarnizonda yanğından
mühafizə xidmətinin vəziyyətini yoxlamaq
üçün hərbi hissələrin yanğından
mühafizə xidmətindən şəxslər cəlb etmək;
qarnizonda
yanğın baş verdikdə, hərbi hissələrin
və yerli yanğınsöndürmə komandalarını
çağırmaq, yanğının
söndürülməsində onların işinə
rəhbərlik etmək;
qarnizonda
yanğın baş verməsi və onun
söndürülməsi üçün görülən
tədbirlər haqqında dərhad qarnizon rəisinə, o
olmadıqda isə qarnizon hərbi komendantına məlumat
vermək, yanğının başvermə
səbəblərini yerində araşdırmaq;
qarnizonun
yanğından mühafizəsindəki nöqsanlar və
onların aradan qaldırılması üzrə öz
mülahizələri haqqında qarnizon rəisinə
vaxtında məlumat vermək.
Qarnizonun
hərbi dirijoru
43.
Qarnizonun hərbi dirijoru qarnizon üçün ümumi olan
tədbirlərə hərbi hissələrin orkestrləri
tərəfindən xidmət göstərilməsinə
və qarnizonun birləşmiş orkestrinin
hazırlığına cavabdehdir.
Qarnizon
hərbi dirijorunun vəzifəsidir:
qarnizonda
öz orkestrləri olmayan hərbi hissələrə başqa
hərbi hissələrin orkestrləri tərəfindən
xidmət göstərilməsini təşkil etmək və
bu hərbi hissələrin komandirlərinə bölük
təbilçiləri hazırlamaqda yardım
göstərmək;
qarnizon
qarovullarının dəyişməsi və başqa qarnizon
tədbirlərinin keçirilməsi üçün
hərbi hissələrin orkestrlərinin naryad
cədvəllərini tərtib etmək;
qarnizon
rəisinin təsdiq etdiyi plana əsasən qarnizon hərbi
hissələri orkestrlərinin ixtisas hazırlığına
nəzarət etmək; qarnizonun birləşmiş orkestrinin
sıra və ixtisas hazırlığını
keçirmək və ona rəhbərlik etmək.
Qarnizonun
mənzil-istismar hissəsi rəisi
44.
Qarnizonun mənzil-istismar hissəsi rəisi kazarma-mənzil
fondunun istismarının, vaxtında təmir edilməsinin
və uçotunun təşkilinə, həmçinin
mənzil-istismar hissəsində uçotda olan hərbi
hissələrin mənzil təminatının
təşkilinə cavabdehdir. O, müvafiq icra hakimiyyəti orqanının
mənzil-istismar idarəsi rəisinə tabedir. Kazarma fondundan
istifadə olunması, yaşayış sahəsinin
bölüşdürülməsi və qoşunların
məişət şəraitinin
yaxşılaşdırılması məsələləri
üzrə o, mənzil-istismar hissəsinin xidmət etdiyi
qarnizon rəislərinin göstərişlərini yerinə
yetirməlidir.
[16]
45.
Qarnizonun mənzil-istismar hissəsi rəisinin
vəzifəsidir:
qarnizon
rəislərinə qarnizon kazarma-mənzil fondundan istifadə
olunmasına aid təkliflər və hesablamalar,
çatışmayan fondun ayrılması üçün
yerli hakimiyyət orqanlarına göndərilən
tələbnamələr haqqında məlumat vermək;
qarnizonlarda
yaşayış sahələrinin
bölüşdürülməsi planlarını qarnizon
rəislərinin təsdiqinə vermək, qarnizonlara təhkim
olunmuş bütün yaşayış sahəsinin
uçotunu aparmaq;
hərbi
hissələr tərəfindən binalardan, kommunal
qurğulardan, kazarma inventarından və mebeldən
istismarın düzgünlüyünü yoxlamaq, onların
qorunub saxlanması və vaxtında təmiri üçün
tədbirlər görmək;
qarnizonların
hərbi şəhərciklərinin ərazisinin
abadlaşdırılması,
yaşıllaşdırılması, hasarlanması və
təmizlənməsi planlarını hazırlayıb qarnizon
rəislərinin təsdiqinə vermək və onların
yerinə yetirilməsinə nəzarət etmək;
kazarma-mənzil
fondunun, məişət müəssisələrinin və
digər hərbi binaların təmir işlərinə
rəhbərlik etmək və bilavasitə hərbi
hissələrin gördüyü təmir-tikinti
işlərinə nəzarət etmək;
hərbi
hissələri mənzil təminatının bütün
növləri ilə təmin etmək və ondan düzgün
istifadə olunmasını yoxlamaq;
hərbi
hissələrin elektrik enerjisi, su və yerli inşaat
materialları ilə təmin olunmasını təşkil
etmək və onlardan düzgün istifadə olunmasına
nəzarət etmək;
mənzil
təminatı ilə əlaqədar materiallar və pul
vəsaiti üçün hərbi hissələrin
tələbnamələrinin düzgünlüyünü
yoxlamaq, ümumi tələbnamələr tərtib edib
yuxarı təminat orqanlarına təqdim etmək;
mənzil-istismar
hissəsinin xidmət etdiyi hərbi hissələrdə texniki
məsələlər üzrə mənzil-istismar
xidmətinə rəhbərlik etmək;
hərbi
şəhərciklərin, binaların, kommunal
avadanlığın, mənzil təminatının
bütün növlərinin və mənzil təminatına
buraxılan pul vəsaitinin uçotunu aparmaq;
qarnizonlarda
obyektlərin yerli müdafiə planlarının
işlənib hazırlanmasında və müvafiq
tədbirlərin keçirilməsində iştirak etmək;
qarnizonlarda yerli müdafiənin mühafizə və xüsusi
qurğularının uçotunu aparmaq, onların
düzgün istismarına və qorunub saxlanmasına
nəzarət etmək;
qarnizonlarda
səfərbərlik və həyəcan elan olunması
halları üçün mənzil-istismar xidməti
üzrə tədbirlər planlarını işləyib
hazırlamaq.
Dəmiryol
(su yolu) sahəsinin və stansiyasının (limanın),
aeroportun hərbi komendantı
46.
Dəmiryol (su yolu) sahəsinin və stansiyasının
(limanın), aeroportun hərbi komendantı öz sahəsinin
və stansiyasının (limanının), aeroportunun
ərazisi hüdudlarında hərbi qulluqçular arasında
yüksək hərbi intizamın saxlanması üzrə
qarnizon hərbi komendantının vəzifələrini
yerinə yetirir. Bu vəzifələri yerinə
yetirərkən, dəmiryol (su yolu) sahəsinin və
stansiyasının (limanın), aeroportun hərbi komendantı
qarnizon rəisinə tabedir. Hərbi yükdaşıyan
nəqliyyatları müşayiət edən qarovullar isə
ona tabedir.
47.
Dəmiryol (su yolu) sahəsi və stansiyası (limanı),
aeroport hərbi komendantının vəzifəsidir:
dəmiryol
(su yolu) sahəsinin və stansiyasının (limanın),
aeroportun ərazisində hərbi qulluqçular
tərəfindən hərbi intizamın saxlanmasına və
müəyyən edilmiş geyim forması qaydalarına
riayət edilməsinə diqqət yetirmək;
stansiyaya
(limana, aeroporta) gələn sərnişin qatarlarını
(gəmilərini, hava gəmilərini), qarovulların
müşayiət etdiyi hərbi eşelonları və
hərbi yüklü nəqliyyatları qarşılamaq və
ya bu məqsədlə öz köməkçilərini
göndərmək; hərbi intizamın vəziyyətini,
hərbi qulluqçuların maddi-məişət
təminatını, yüklərin, eləcə də material
hissənin bərkidilməsini yoxlamaq;
hərbi
intizamı kobudcasına pozan və ya cinayət
törətmiş hərbi qulluqçuları saxlamaq,
zərurət olduqda isə qatarlardan, dəniz (çay) və
hava gəmilərindən düşürmək;
hərbi
gözləmə salonlarında və hərbi kassalarda
qayda-qanunu müəyyənləşdirmək və saxlamaq,
hərbi qulluqçuların və onların ailələrinin
hərbi bilet almaq növbəsini təyin etmək;
yükləri
almağa və onları yolda qorumağa gedən və ya
öz hərbi hissələrinə qayıdan qarovulları
ləngimədən yola salmaq;
onun
sərəncamına ayrılmış patrullara təlimat
vermək və onların nöqsansız xidmət
etmələrinə diqqət yetirmək;
minikdəyişmə
məntəqələrində tək və ya komanda
tərkibində gedən hərbi qulluqçuların
mədəni-məişət xidmətini və istirahətini
təşkil etmək;
dəmiryol
(su yolu) sahəsinin və stansiyasının (limanın),
aeroportun ərazisində yerləşən qarnizon
qarovullarının, həmçinin hərbi yüklü
nəqliyyatı müşayiət edən qarovulların
xidmətini yoxlamaq;
keçib
gedən hərbi eşelonlarda və hərbi yüklü
nəqliyyatlarda yanğından mühafizə
qaydalarının yerinə yetirilməsini yoxlamaq;
vağzalda
hərbi gözləmə salonlarının və keçib
gedən hərbi eşelonların, qarovulların mindiyi
vaqonların sanitariya vəziyyətinə diqqət
yetirmək, həmçinin yolda xəstələnmiş
və ya zərər çəkmiş hərbi
qulluqçulara tibbi yardım göstərilməsi
üçün tədbirlər görmək;
baş
vermiş bütün hadisələr, hərbi qulluqçular
tərəfindən hərbi intizamın pozulması və
görülən tədbirlər haqqında qarnizon
rəisinə məlumat vermək;
hərbi
qulluqçular tərəfindən törədilmiş və
ya onlara qarşı, həmçinin dövlət və ya
hərbi mülkiyyət əleyhinə edilmiş
cinayətlər və fövqəladə hadisələr
barəsində qarnizon hərbi prokuroruna xəbər
vermək.
48.
Hərbi qulluqçular hərbi intizamı pozduqda, dəmiryol
(su yolu) sahəsinin və stansiyasının (limanın),
aeroportun hərbi komendantı bu Nizamnamənin 27-ci
maddəsinin göstərişlərini rəhbər
tutmalıdır. O, intizamı pozduğuna görə
tutulmuş hərbi qulluqçunu, lazım gəldikdə,
patrul və nəqliyyat çağıraraq qarnizon hərbi
komendantının yanına göndərməlidir.
Hərbi
şəhərciyin böyüyü
49.
Hərbi şəhərciyin böyüyü hərbi
şəhərcik ərazisində hərbi qulluqçular
arasında yüksək hərbi intizamın qaydada
saxlanmasına cavabdehdir.
Hərbi
şəhərcik böyüyünün vəzifəsidir:
hərbi
şəhərcikdə daxili qayda-qanunu
müəyyənləşdirmək və saxlamaq;
zərurət olduqda hərbi qulluqçuların
rəftarına nəzarət etmək üçün
hərbi şəhərciyin hüdudları daxilində daxili
patrullar təyin etmək;
hərbi
şəhərciyin mühafizəsini təşkil etmək,
nəzarət-buraxılış
məntəqələrində naryad xidmətini
şəxsən və öz qərargahı vasitəsilə
yoxlamaq;
hərbi
hissələrə təhkim edilmiş ərazilərin qaydada
saxlanmasına nəzarət etmək.
Bu
məsələlər üzrə hərbi şəhərcik
böyüyünün göstərişləri hərbi
şəhərciyin ərazisində yerləşən
bütün hərbi hissələrin və
bölmələrin komandirləri üçün
məcburidir.
50.
Daxili patrullar qarnizon patrulları üçün
nəzərdə tutulmuş qaydaya uyğun olaraq xidmət
edirlər.
Daxili
patrul rəisi, komandiri hərbi şəhərciyin
böyüyü olan hərbi hissə
növbətçisinə tabedir.
Qarnizon
hauptvaxtı rəisi
51.
Qarnizon hauptvaxtı rəisi hauptvaxtda qayda-qanuna əməl
olunmasına, həbs edilənlərin düzgün saxlanmasına,
həmçinin hauptvaxt əmlakının və
avadanlığının qorunub saxlanmasına cavabdehdir.
Hauptvaxtdakı
qarovul rəisi ona tabedir.
52.
Qarnizon hauptvaxtı rəisinin vəzifəsidir:
həbs
edilənlərin müvafiq sənədlərinin
olmasını və düzgün tərtib edilməsini
yoxlayıb onları hauptvaxta qəbul etmək,
həmçinin həbs edilənlərin siyahısını
tutmaq, onların saxlanması qaydalarına dəqiq əməl
olunmasına nəzarət etmək (4-cü əlavə);
həbs
haqqında sənədləri (cinayət prosesini həyata
keçirən orqanın qərarını) saxlamaq, həbs
edilənlərin sənədlərinin və şəxsi
əşyalarının saxlanmasını təmin etmək;
hauptvaxt
nəzdindəki qarovul rəisinə qarovul xidmət yerinə
gələndə təlimat vermək;
qarovulun
yeni rəisinə hauptvaxtda saxlanan həbs edilənlərin,
ayrıca əsgərlərin (matrosların) və
çavuşların, ayrıca gizirlərin
(miçmanların) və ayrıca zabitlərin ad siyahılarını
təqdim etmək; həbs edilənlərin siyahısında
vaxtında zəruri dəyişikliklər etmək;
kameralar
üzrə həbs edilənlərin səhər
baxışlarının və axşam yoxlamalarının
keçirilməsini vaxtaşırı yoxlamaq;
həbs
edilənlərin əl-üz yuması, təbii
ehtiyaclarını yerinə yetirməsi və gəzintiyə
çıxarılması, həmçinin bu zaman onların
mühafizəsi qaydasını müəyyən etmək;
həbs
edilənlərin həbs müddəti qurtardıqdan sonra
qauptvaxtdan azad etmək barədə, həmçinin həbs
edilənləri qarnizon hərbi komendantının
göstərişi ilə işə, hamama və cinayət
prosesini həyata keçirən orqanın tələbi
ilə prosessual hərəkətlərin həyata
keçirilməsi məqsədilə göndərmək
barədə qarovul rəisinə yazılı
sərəncamlar vermək; həbs edilənlərin iş
vaxtını, yerini və növünü
göstərməklə işinin uçotunu aparmaq;
intizam
qaydasında hauptvaxtda saxlanan zabitlər, gizirlər
(miçmanlar) və çavuşlar, həmçinin
əsgərlər (matroslar) işə cəlb
olunmadıqları vaxt onlarla sıra təliminə və
nizamnamələrin öyrənilməsinə aid
məşğələlər təşkil etmək və
keçirmək; hauptvaxtda saxlanan həbs edilənlərlə
ictimai-siyasi və tərbiyə işi aparmaq;
hauptvaxtın
və qarovul otağının sanitariya və yanğından
mühafizə vəziyyətinə, onların vaxtında
təmizlənməsinə, işıqlandırılmasına
və qızdırılmasına diqqət yetirmək;
xəstələnmiş
həbs edilənlər haqqında qarnizon tibb xidməti
rəisinə xəbər vermək; xəstəni
müalicə müəssisəsinə göndərmək
zərurəti haqqında həkimin rəyi olduqda, bu
barədə qarnizon hərbi komendantına məlumat
vermək;
həbs
edilənlərin kameralarının, hauptvaxtın
avadanlığının və inventarının, qarovul
otağının və postların saz saxlanmasına,
həmçinin onların vaxtında təmir edilməsinə
diqqət yetirmək;
həbs
edilənlərdən şikayətləri
(ərizələri), təklifləri qəbul etmək və
komanda üzrə ötürmək;
hauptvaxt
nəzdindəki qarovulların xidməti düzgün
yerinə yetirmələrini hər gün yoxlamaq və bu
barədə postlar cədvəlində müvafiq qeydlər
etmək;
qarnizon
hərbi komendantına hauptvaxtda hərbi intizamın
vəziyyəti, gün ərzində qəbul olunan və
hauptvaxtda saxlanan həbs edilənlərin sayı və boş
yer olması haqqında hər gün, hadisələr
haqqında isə dərhal məlumat vermək;
nizamnamələrin,
hərbi ədəbiyyatın uçotunu aparmaq, onları
saxlamaq və həbs edilənlərə vermək;
qarnizon
rəisini, onun birbaşa rəislərini, qarnizon rəisi
müavinlərini və qarnizon hərbi komendantını,
həmçinin qoşunlarda təftiş (yoxlama)
aparılmasına rəhbərlik etmək üçün
gələnləri və onların göstərişi ilə
təftiş (yoxlama) aparılmasına rəhbərlik
etmək üçün gələnləri və onların
göstərişi ilə təftiş (yoxlama) qrupu
üzvlərindən olan zabitləri (generalları,
admiralları) qarşılamaq, özünü onlara təqdim
etmək və hauptvaxtda onları müşayiət etmək;
III
fəsil.
Qarnizon
qarovulları növbətçisi və onun
köməkçisi
53.
Qarnizon qarovullarına bilavasitə rəhbərlik etmək
üçün qarnizon hərbi hissələrinin nizami
zabitlərindən vəzifəcə bölük (batareya)
komandirindən kiçik olmayan qarovullar növbətçisi
və kiçik zabitlərindən isə onun
köməkçisi təyin olunur. Qarovulların sayı az,
yaxud onlar bir-birinə yaxın olduqda, qarovullar
növbətçisinin köməkçisi təyin
edilməyə bilər.
Ancaq
bir qarnizon qarovulu təyin olunduğu qarnizonlarda qarnizon
rəisinin əmri ilə qarovullar növbətçisinin
vəzifəsi qarovul təyin edilən hərbi hissənin
növbətçisinə həvalə edilə bilər.
Qarnizon
qarovullarının sayı çox olduqda və onlar
bir-birindən xeyli aralı yerləşdikdə onlar
bölmələrə bölünə bilər. Bu halda
hər bölməyə qarovullar növbətçisi,
zərurət olduqda isə onun köməkçisi təyin
edilir.
54.
Qarovullar növbətçisi qarnizon qarovullarının
düzgün xidmət etmələrinə cavabdehdir. O, qarnizon
rəisinə və hərbi komendanta tabedir.
Qarovullar
növbətçisinin vəzifəsidir:
növbəyə
başlamazdan qabaq hərbi hissə qərargahından onun
qarovullar növbətçisi təyin olunması haqqında
yazılı göstəriş almaq;
təyin
edilmiş vaxtda qarnizon hərbi komendantının yanına
gəlmək, qarovullar növbətçisi təyin
olunması haqqında yazılı göstərişi ona
təqdim etmək, köhnə və təzə parollar
yazılmış kağızları və lazımi
göstərişləri almaq;
köhnə
qarovullar növbətçisinə özünü təqdim
etmək və ona köhnə parolları bildirmək;
qarovullar
naryadı cədvəlini, postların yerləşmə
sxemlərini, postlar tabellərini, qarovul rəisləri
üçün təlimatları və qarovul
növbətçisi üçün təlimatı
öyrənmək;
qarnizon
qarovullarının dəyişməsini keçirmək;
onun
üçün ayrılmış otaqda olmaq; xidməti
işlə əlaqədar başqa yerə gedərkən,
köməkçisini otaqda öz yerinə qoymaq, haraya və
hansı müddətə getdiyini ona bildirmək;
qarnizon
qarovullarının xidmətini, hasarların, qarovul
otaqlarında və postlarda rabitə vasitələrinin,
siqnalizasiyanın, yanğınsöndürmə vasitələrinin
sazlığını gündə azı iki dəfə (bir
dəfə gecə) şəxsən yoxlamaq, nöqsanların
aradan qaldırılması üçün dərhal tədbirlər
görmək;
gecə
vaxtı döyüş texnikası dayanacaqlarını
və yerləşdikləri zonaları, hava tutqun olduqda
isə gündüz də yoxlamaq və yoxlamanın
nəticəsini postlar cədvəlində qeyd etmək;
hava
şəraitindən asılı olaraq qarovulların postda
dayanma müddətinin dəyişdirilməsi barədə
göstərişlər vermək;
qarnizon
rəisini və öz birbaşa rəislərini,
həmçinin qarnizon hərbi komendantını
qarşılamaq, onlara raport vermək, məsələn: «Yoldaş polkovnik. Qarovullarda
növbətçiliyim zamanı hadisə baş verməyib
(yaxud baş verib filan-filan). Qarovullar növbətçisi
kapitan Həsənov»;
qarovulları
yoxlamaq üçün gəlmiş şəxslərin
qabaqcadan şəxsi vəsiqələrini və qarovulları
yoxlamaq hüququ barədə birdəfəlik vəsiqəsini
yoxlayaraq, onları müşayiət etmək, yaxud bunun
üçün öz köməkçisini
göndərmək (244-cü maddə);
qarnizonun
növbətçi bölməsinin həyəcan və ya
çağırış üzrə hərəkətə
hazırlığını yoxlamaq.
55.
Dəyişmə qurtarandan sonra yeni qarovullar
növbətçisi köhnə növbətçidən
siyahıda göstərilən sənədləri qəbul
edir.
Qarovul
rəisləri növbənin dəyişdirilməsi
haqqında məlumat verdikdən sonra qarovul
növbətçiləri qarnizon rəisinə, o olmadıqda
isə qarnizon hərbi komendantına növbətçiliyin
təhvil-təslimi haqqında məlumat verirlər,
məsələn: «Yoldaş
general-mayor. Kapitan Həsənov qarovul
növbətçiliyini təhvil verdi»; «Yoldaş general-mayor.
Kapitan Xəlilov qarovul növbətçiliyini qəbul etdi».
Sonra yeni növbətçi yeni növbəni qəbul
edərkən aşkar edilmiş bütün
çatışmazlıqlar haqqında, köhnə
növbətçi isə qarovulların xidməti zamanı
aşkar edilmiş çatışmazlıqlar və
onların aradan qaldırılması tədbirləri,
həmçinin keçən sutka ərzində baş
vermiş hadisələr haqqında məlumat verirlər.
Məlumatdan sonra yeni növbətçi bu qeydlərlə
növbətçilərin təhvil-təslim kitabını
baxmaq üçün qarnizon hərbi komendantına təqdim
edir.
56.
Qarnizon qarovullarının birində hadisə baş
verdikdə, qarovullar növbətçisi dərhal hadisə
yerinə gedir, zərurət olduqda, qarnizon rəisinin və ya
hərbi komendantın icazəsi ilə növbətçi
bölməni və ya onun bir hissəsini, yanğın zamanı
isə ondan əlavə, yanğınsöndürmə
komandasını çağırır.
Qarovullarda
baş vermiş hadisələr və görülmüş
tədbirlər haqqında qarovullar növbətçisi
qarnizon hərbi komendantına, yaxud qarnizon rəisinə
dərhal məlumat verir, qarovulun təyin olunduğu hərbi
hissə komandirinə xəbər verir.
57.
Qarovullar növbətçisi qəflətən
xəstələnərsə, vəzifəsinin icrasını
müvəqqəti olaraq öz köməkçisinə
həvalə edir, bu barədə qarnizon hərbi
komendantına məlumat verir, sonra isə onun
göstərişlərinə əsasən hərəkət
edir.
58.
Qarovul rəisi qəflətən xəstələndikdə,
qarovullar növbətçisi onu hərbi hissəyə,
təcili tibbi yardım tələb olunduqda isə
yaxındakı müalicə müəssisəsinə
göndərir. Qarovullar növbətçisi qarovul rəisi
vəzifəsinin icrasını qarovul rəisinin
köməkçisinə (dəyişdiriciyə) həvalə
edir və ya xəstələnəni əvəz etmək
üçün hərbi hissədən yeni qarovul rəisi
çağırır, onunla birlikdə qarovul otağına
gedir və qarovulun qəbuluna rəhbərlik edir. Qarovullar
növbətçisi yeni qarovul rəisinə
qüvvədə olan parolu bildirir və bu hadisə haqqında
qarnizon hərbi komendantına dərhal məlumat verir.
59.
Ştat üzrə hərbi komendantın növbətçi
köməkçiləri vəzifəsinin nəzərdə
tutulmadığı qarnizonlarda qarnizon patrullarının
xidmətinə rəhbərlik üzrə onların
vəzifələri qarnizon rəisinin əmri ilə qarovullar
növbətçisinə həvalə edilir.
60.
Qarovullar növbətçisinin köməkçisi qarovullar
növbətçisinə tabedir.
Qarovullar
növbətçisi köməkçisinin
vəzifəsidir:
qarnizon
hərbi komendantından göstərişlər almaq
üçün təyin olunan vaxtda onun yanına
gəlmək;
qarovullar
naryadı cədvəlini, postların yerləşmə
sxemlərini, postlar tabelini, qarovulun rəisləri və
qarovullar növbətçisi üçün
təlimatları öyrənmək;
qarovulları
dəyişmə üçün vaxtında sıraya
düzmək və onların tərkibini yoxlamaq, qarovul
rəislərinin hərbi rütbələrini və
soyadlarını yazmaq, qarovulların şəxsi
heyətinə qarovullar növbətçisinin hərbi
rütbəsini və soyadını, eləcə də öz
soyadını elan etmək;
qarovullar
növbətçisinin otağında olan əmlakı və
avadanlığı siyahı ilə qəbul etmək;
qarovullar
növbətçisinin əmri ilə qarovulların
xidmətlərini yoxlamaq, nöqsanların aradan
qaldırılması üçün tədbirlər
görmək və bu barədə qarovullar
növbətçisinə məlumat vermək;
qarovullar
növbətçisi olmadıqda onun vəzifələrini
yerinə yetirmək.
61.
Qarovullar növbətçisi və onun köməkçisi
qarnizon hərbi komendantlığında, bölmə
qarovulları növbətçisi və onun
köməkçisi isə qarnizon hərbi komendantının
göstərişi ilə öz bölməsinin
qarovullarından birində olmalıdır.
Qarovullar
(bölmə qarovulları) növbətçisi və onun
köməkçisi onların təyin olunduqları hərbi
hissənin nəqliyyat vasitələri ilə təmin
edilirlər.
Qarovullar
növbətçisi və onun köməkçisi
tapança ilə silahlanırlar.
62.
Qarovullar növbətçisinə və onun
köməkçisinə növbətçilik zamanı
qarnizon rəisinin təyin etdiyi vaxtda bir-birini əvəz
etməklə 4 saatdan çox olmayaraq silahını
çıxarmadan və soyunmadan uzanıb dincəlməyə
(yatmağa) icazə verilir.
63.
Daxili qarovullara (gəmi qarovullarına) aid olan qarovullar
növbətçisi vəzifəsini hərbi hissə
(gəmi) növbətçisi, qarovullar
növbətçisinin köməkçisi vəzifəsini
isə hərbi hissə növbətçisinin
köməkçisi yerinə yetirir.
Düşərgə
qarovullarına aid olan qarovullar növbətçisi
vəzifəsini düşərgə toplanışı
növbətçisi yerinə yetirir.
IV
fəsil.
Qarnizonda
patrulluqetmə
64.
Hər bir qarnizonda hərbi qulluqçular arasında
qayda-qanunu və yüksək hərbi intizamı saxlamaq
üçün qarnizon rəisinin əmri ilə
küçələrdə və ictimai yerlərdə,
dəmiryol stansiyalarında, vağzallarda, limanlarda,
aeroportlarda, həmçinin qarnizona bitişik
yaşayış məntəqələrində
patrulluqetmə təşkil olunur, bundan ötrü qarnizon
hərbi hissələrinin, hərbi məktəblərinin
və müəssisələrinin tərkibindən patrullar
təyin edilirlər.
Patrullar
piyada, motosikllərdə, yaxud avtomaşınlarda ola
bilərlər.
65.
Qarnizonda patrulluq etmə qarnizon rəisinin təyin etdiyi
günlərdə və saatlarda həyata keçirilir.
Patrullar
sutkalıq, yaxud günün və ya gecənin
müəyyən vaxtı üçün təyin edilə
bilərlər.
Sutkalıq
təyin edilən patrullar hər 4 saatdan bir hərbi
komendantlıqda iki saat dincələrək növbə ilə
patrulluq edirlər.
66.
Qarnizon patrulları qarnizon hərbi komendantına və
hərbi komendantın növbətçi
köməkçisinə (hərbi komendantın
növbətçi köməkçisi olmayan yerlərdə
qarovullar növbətçisinə) tabedirlər. Dəmiryol
stansiyalarında, dəniz (çay) limanlarında və
aeroportlarda patrulluq etməyə təyin olunan patrullar onlardan
əlavə, dəmiryol (su yolu) sahəsinin və
stansiyasının (limanın), aeroportun hərbi komendantına
tabedirlər.
67.
Patrul patrul rəisindən və iki-üç patrul
nəfərindən ibarətdir.
Patrula
həvalə edilən vəzifələrdən asılı
olaraq, ona zabitlərdən, gizirlərdən (miçmanlardan)
və ya çavuşlardan rəis təyin edilir.
Bakı
qarnizonunda, həmçinin dəmiryol stansiyası (liman,
aeroport) rayonunda patrulluqetmə üçün təyin
edilən patrulun rəisi zabitlərdən təyin edilir.
Patrul
nəfərləri əsgərlərdən (matroslardan) və
ya çavuşlardan təyin olunurlar.
68.
Patrul naryadı şəraitdən asılı olaraq
silahlı və ya silahsız ola bilər. Zabitlərdən
və gizirlərdən (miçmanlardan) təyin edilmiş
patrul rəisləri bütün hallarda iki dolu maqazini olan
tapança ilə silahlanırlar. Patrulun qalan şəxsi heyətinin
silahlanmasını qarnizon rəisi qarnizon üzrə
əmrlə müəyyən edir.
69.
Patrulun şəxsi heyətinin sol qolunda qırmızı
materialdan sarğı olmalıdır. Bu sarğıya ağ
boya ilə «PATRUL» sözü yazılır, yaxud ağ
materialdan tikilir. Sarğının uzunluğu 30-40 sm, eni 10 sm
olmalıdır.
Bakı
qarnizonu patrullarının geyim formasını Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanının
rəhbəri müəyyən edir. [17]
70.
Patrul naryadı cədvəlini, patrulluqetmə sxemini və
patrullar üçün təlimatı qarnizon hərbi
komendantı tərtib edir və qarnizon rəisi təsdiq edir.
Patrul
naryadı cədvəlində patrulların sayı,
tərkibi, silahları, geyim forması, xidmət tarixi və
patrul təyin olunan hərbi hissə (bölmə)
göstərilir.
Patrul
xidməti sxemində patrul nəfərlərinin
hərəkət marşrutları, ictimai yerlər (teatrlar,
mədəniyyət evləri, kinoteatrlar, klublar və s.)
kütləvi gəzinti yerləri, hərbi komendantlıqla
əlaqə saxlamaq üçün telefonlar, həmçinin
polis şöbələrinin, sahə polis
müvəkkillərinin yerləşdikləri yerlər
göstərilir.
Patrullar
üçün təlimatda patrulların
vəzifələri, onların hər bir hərəkət
marşrutunda xidmət xüsusiyyətləri, qarnizon hərbi
komendantlığı, yaxınlıqdakı polis
şöbələri, sahə polis müvəkkilləri
ilə əlaqə üsulları göstərilir.
Qarnizonun
patrul naryadı cədvəlindən
çıxarışlar, yeni ayın başlanmasına 10
gün qalmış patrul xidmətinə cəlb edilən
bütün hərbi hissələrə göndərilir.
71.
Patrul heyəti naryadın başlanmasına ən geci bir
gün qalmış bir qayda olaraq ancaq eyni bölmədən
təyin edilir.
Patrul
heyətinə intizamlı, tələbkar, yaxşı
sıra hazırlığı olan, fiziki cəhətdən
sağlam və yaxşı xidmət edən hərbi
qulluqçular təyin edilirlər.
Qarnizon
patrullarının təyin olunduğu hərbi hissə
komandirləri patrulların şəxsi heyətinin
seçilməsi, onun xidmətə hazırlanması və
vaxtında qarnizon hərbi komendantının yanına
təlimata göndərilməsi üçün
məsuliyyət daşıyırlar.
72.
Qarnizon patrulu rəisinə növbəyə başlaması
ərəfəsində hərbi hissə qərargahı
tərəfindən yazılı göstəriş verilir, bu
göstəriş əsasında qarnizon hərbi komendantı
ona patrulluqetmə hüququ haqqında vəsiqə təqdim
edir. Vəsiqədə hərəkət marşrutu, patrul
xidmətinin vaxtı və xüsusi tapşırıqlar
göstərilir.
73.
Patrul rəisinin vəzifəsidir:
təyin
olunmuş vaxtda qarnizon hərbi komendantının yanına
təlimata gəlmək və zəruri sənədləri
öyrənmək;
patrulun
vəzifələrini bilmək və patrul
nəfərlərinin xidmətinə rəhbərlik etmək;
hərbi
qulluqçular tərəfindən hərbi intizam
tələblərinin yerinə yetirilməsinə və
müəyyən edilmiş geyim forması qaydalarına
əməl edilməsinə diqqət yetirmək;
hərbi
rütbəcə özünə bərabər və
özündən kiçik olan hərbi qulluqçular
hərbi intizamı pozduqda, onlara xəbərdarlıq
etmək, zəruri hallarda onların sənədlərini
yoxlamaq, ehtiyac olarsa onları qarnizon hərbi
komendantlığına göndərmək;
qayda-qanunu
bərpa etməklə rəislərə və
böyüklərə yardım göstərmək və
hərbi intizamı pozan hərbi qulluqçuları onların
tələbi ilə qarnizon hərbi komendantlığına göndərmək;
qarnizon
hərbi komendantlığı (qarovullar
növbətçisi), həmçinin polis postları ilə
əlaqə yaratmaq üçün öz marşrutunda telefon
olan yerləri bilmək və patrulluqetmə haqqında
hərbi komendanta və ya onun köməkçisinə
(qarovullar növbətçisinə) vaxtaşırı
məlumat vermək;
küçələrdə
və ictimai yerlərdə mülki şəxslər
arasında qayda-qanunun saxlanmasında polis
işçilərinə zəruri yardım
göstərmək;
tutulub
saxlanan və qarnizon hərbi komendantlığına
göndərilən hərbi qulluqçuların
siyahısını tərtib etmək (6 saylı
əlavə); patrul xidməti qurtardıqdan sonra
siyahını qarnizon hərbi komendantına təqdim
etmək, patrul şəxsi heyəti ilə birlikdə öz
hərbi hissəsinə qayıtmaq və
tapşırığın yerinə yetirilməsi haqqında
hərbi hissə növbətçisinə məlumat
vermək.
Hərbi
qulluqçu sərxoş halda tutulub saxlandıqda, patrul
rəisi ondan heç bir izahat tələb etməməlidir.
74.
Patrul nəfərinin vəzifəsidir:
sayıq
xidmət etmək, hərbi qulluqçuların
davranışına nəzarət etmək, onlar
tərəfindən hərbi intizamın və ictimai
qaydanın pozulması hallarını gördükdə, bu
barədə patrul rəisinə məlumat vermək;
patrul
rəisinin əmrlərini tez və düzgün yerinə
yetirmək, onun icazəsi olmadan heç yerə
getməmək;
tutulub
saxlananlardan patrul rəisinin əmri olmadan heç bir şey
qəbul etməmək və onlara heç nə
verməmək;
tutulub
saxlananların xahişləri barəsində patrul
rəisinə məlumat vermək;
patrul
növbətçiliyini qurtarandan sonra öz bölməsinə
qayıtmaq və gəlməsi haqqında
növbətçiyə məlumat vermək.
75.
Patrul şəxsi heyəti xidmət vəzifələrini
yerinə yetirərkən, hərbi intizamın saxlanmasında,
geyim forması, hərbi nəzakət və əsgəri
salamlaşma qaydalarının yerinə yetirilməsində
nümunəvi olmalıdır. Xidmət vaxtı ona kənar
şəxslərlə danışmaq və başqa yollarla
öz vəzifəsini yerinə yetirməkdən yayınmaq
qadağandır.
76.
Hərbi rütbəcə özünə bərabər
və ya özündən kiçik olan hərbi
qulluqçulara müraciət etdikdə patrul rəisi onun
hərbi rütbəsini və öz vəzifəsini
deyərək, zəruri tələbləri irəli
sürür, məsələn: «Yoldaş
çavuş. Mən patrul rəisiyəm. Siz geyim
formasını pozmusunuz. Filan-filanı yerinə yetirin».
77.
Müddətli xidmət hərbi qulluqçuları
buraxılmada olduqları zaman müəyyən edilmiş geyim
forması, əsgəri salamlaşma qaydalarını
kobudcasına pozarlarsa, bu və ya başqa şəkildə
intizamsızlıq göstərərlərsə, patrul
rəisi tədbir görülməsi üçün belə
hərbi qulluqçuların buraxılmasını
dayandırıb onları patrulların müşayiəti
ilə hərbi komendantlığa göndərmək və ya
öz hərbi hissələrinə qaytarmaq hüququna malikdir.
Buraxılma vərəqələri ilə başqa qarnizondan
gəlmiş hərbi qulluqçular da tutulub saxlanır və
hərbi komendantlığa göndərilirlər.
Tutulmanın vaxtı və səbəbi barəsində patrul
rəisi hərbi qulluqçunun buraxılma
vərəqəsində müvafiq qeydlər edir.
Hərbi
qulluqçu tutularkən tabe olmadıqda və ya
müqavimət göstərdikdə, patrul rəisinin ona
qarşı güc tətbiq etmək hüququ vardır.
Tutulub
saxlanmış hərbi qulluqçuların soyuq və odlu
silahları, döyüş sursatı, həmçinin
şəxsiyyətini təsdiq edən sənədləri
alınaraq patrul rəisi tərəfindən qarnizon hərbi
komendantına və ya onun köməkçisinə (qarovullar
növbətçisinə) təhvil verilir.
78.
Hərbi rütbəcə böyük hərbi qulluqçu
hərbi intizamı pozduqda patrul rəisi ona
müraciətlə xahiş edir ki, intizamın pozulmasına
son qoysun. Xahiş yerinə yetirilmədikdə patrul rəisi
dərhal bu barədə qarnizon hərbi komendantına və
ya onun köməkçisinə (qarovullar
növbətçisinə) məlumat verməli və
onların göstərişləri ilə hərəkət
etməlidir.
79.
Silah işlətmək son tədbirdir və ancaq
müstəsna hallarda, yəni təxirə salınması
heç cür mümkün olmadıqda, bütün başqa
görülmüş tədbirlər nəticə
vermədikdə və ya şəraitə görə
başqa tədbirlərin görülməsi mümkün
olmadıqda buna yol verilir.
Patrul
rəisi şəxsən, yaxud onun əmri ilə patrul
nəfərləri ancaq aşağıda göstərilən
hallarda silah işlədə bilərlər:
hərbi
qulluqçuları, zərurət olduqda isə mülki
şəxsləri onların həyatı üçün
təhlükə yaradan basqından başqa yolla
müdafiə etmək mümkün olmadıqda;
patrula
basqın nəticəsində patrul rəisinin və ya patrul
nəfərlərinin həyatı bilavasitə
təhlükəyə məruz qaldıqda, habelə
onların silahını almaq cəhdlərini aradan
qaldırmaq lazım gəldikdə;
silahlı
müqavimət göstərən cinayətkarı
tutarkən.
Silah
işlətməzdən əvvəl, şərait imkan
verirsə, patrul rəisi səslə və ya havaya
atəş açmaqla silah işlədiləcək
şəxsə xəbərdarlıq etməlidir. Silah
işlədilməsi haqqında patrul rəisi qarnizon hərbi
komendantına və ya onun köməkçisinə (qarovullar
növbətçisinə) dərhal məlumat verməlidir.
İzdihamlı
küçələrdə, meydanlarda və ictimai
yerlərdə odlu silah işlədilməsindən kənar
şəxslərin zərər çəkə
biləcəyi bütün hallarda patrul heyətinin silah
işlətməsi qəti qadağandır.
Bu
Nizamnamədə göstərilən hallar istisna olmaqla, patrul
heyətindən heç kimin qayda-qanun yaratmaq
məqsədilə silahla hədələmək,
xəbərdarlıq atəşi açmaq hüququ yoxdur.
80.
Hərbi intizamı və ictimai qaydanı pozduğuna
görə qarnizon hərbi komendantlığına
gətirilən hərbi qulluqçular hərbi komendantın
köməkçisi (qarovullar növbətçisi) tərəfindən
qəbul edilir, adları tutulub saxlananların uçotu
kitabına (6 saylı əlavə) yazılır və qarnizon
hərbi komendantı qərar qəbul edənədək bir
sutkaya qədər müvəqqəti tutulub saxlananlar
kameralarına salınırlar.
81.
Hərbi komendantın köməkçisi (qarovullar
növbətçisi) tutulub saxlanmış hərbi
qulluqçuları qəbul edərkən, onların
üst-başını axtarır, bel
qayışlarını, kamerada saxlanmasına icazə
verilməyən qiymətli əşyalarını,
həmçinin bütün xidməti sənədlərini
alır. Silahın və döyüş sursatının,
sənədlərin və qiymətli əşyaların
alınması haqqında protokol tərtib olunur. Protokolu
hərbi komendantın köməkçisi (qarovullar
növbətçisi), tutulanı gətirmiş şəxslər
və tutulanın özü imzalayırlar.
Qarnizon
hərbi komendantlığına sərxoş halda
gətirilmiş hərbi qulluqçular protokolu ayılandan
sonra imzalayırlar.
82.
Müvəqqəti tutulub saxlananlar kameralarında saxlanan
hərbi qulluqçuları qarnizon hauptvaxtının
qarovulları mühafizə edirlər. Qarnizon hauptvaxtı
qarnizon hərbi komendantlığından uzaqda
yerləşirsə, tutulmuş hərbi qulluqçular
xüsusi təyin olunmuş və bu Nizamnamənin 183-cü
maddəsinə uyğun xidmət edən silahlı patrullar
tərəfindən mühafizə edilə bilərlər.
83.
Patrul xidməti qurtardıqdan sonra qarnizon hərbi komendantı
tərəfindən zəruri qeydlər edilmiş
göstəriş hərbi hissə qərargahına
verilmək üçün patrul rəisinə
qaytarılır.
V
fəsil.
Qarnizonun
növbətçi bölməsi
84.
Qarnizonun növbətçi bölməsi qarnizon
qarovullarının gücləndirilməsi və ya qarnizonda
yanğın, təbii fəlakət və başqa
hadisələr baş verdikdə, təcili
çağırılma halları üçün qarnizon
rəisinin əmri ilə təyin olunur.
Böyük
qarnizonlarda qarnizonun bir neçə qarnizon
növbətçi bölməsi təyin oluna bilər.
85.
Növbətçi bölmə, bir qayda olaraq, hər sutka
üçün qarnizon qarovullarının təyin edildiyi
hərbi hissələrdən təyin olunur və qarnizon
rəisinə, qarnizon hərbi komendantına və qarovullar
növbətçisinə tabe olur.
Qarnizon
növbətçi bölməsinin təyin edilməsi
barədə əmrdə onun tərkibi, silahı,
döyüş sursatı, geyim forması və nəqliyyat
vasitələri göstərilir.
86.
Növbətçi bölmə qarnizon rəisi, qarnizon
hərbi komendantı və ya onların icazəsi ilə
qarovullar növbətçisi tərəfindən
çağırılır.
Növbətçi
bölmə çağırılarkən onun haraya, hansı
vaxta və kimin sərəncamına gəlməsi,
həmçinin döyüş sursatının miqdarı və
verilmə qaydası göstərilir.
Növbətçi
bölməyə döyüş sursatı hərbi hissə
komandirinin (qərargah rəisinin) və ya hərbi hissə
növbətçisinin göstərişi ilə verilir.
Növbətçi
bölmənin çağırılması ilə bir vaxtda
əgər zərurət olarsa, qarnizon rəisinin
sərəncamı ilə yeni növbətçi
bölmə təyin edilir.
87.
Hərbi hissə komandiri növbətçi bölmənin
daimi hazırlığı, həmçinin təyin
edilmiş yerə vaxtında getməsi üçün
məsuliyyət daşıyır.
88.
Növbətçi bölmə öz hərbi hissəsinin
yerləşdiyi yerin yaxınlığında
məşğələ keçir. Növbətçi
bölmənin yeri hərbi hissə
növbətçisinə və qarovullar
növbətçisinə dəqiq məlum olmalıdır.
89.
Növbətçi bölmə təyinat yerinə
gəldikdə, qarnizon hərbi komendantının, qarovullar
növbətçisinin və ya sərəncamına
gəldiyi şəxsin göstərişi ilə
hərəkət edir.
VI
fəsil.
Parol
90.
Parol məxfi sözdür: o qarovul rəisi üçün
dəyişməyə gəlmiş qarovulun doğrudan da bu
məqsəd üçün təyin olunmasını
təsdiq edən bir vasitədir.
Bundan
əlavə, parol qarnizon rəisinin (hərbi hissə
komandirinin), qarnizon hərbi komendantının və ya
qarovullar (hərbi hissə) növbətçisinin əmri
ilə gəlmiş şəxsinə həqiqətən
müvafiq rəis tərəfindən nəyə isə
səlahiyyət verildiyini təsdiq etmək vasitəsidir.
91.
Parol Azərbaycan Respublikasının hər hansı bir
şəhərinin və ya rayonunun adı ilə ifadə
edilir və qarnizon qarovulları üçün qarnizon
hərbi komendantı tərəfindən, daxili qarovullar
üçün isə hərbi hissə qərargahı
rəisi tərəfindən hər gün üçün
müəyyən edilir. Hər qarovul üçün ayrı
parol təyin edilir.
92.
Parol 10 gündən artıq olmayaraq qabaqcadan
müəyyən edilir və qarnizon hərbi
komendantının (hərbi hissə qərargahı
rəisinin) seyfində möhürlənmiş qovluqda saxlanan
parol kitabına yazılır.
93.
Təzə və köhnə parollar yazılmış
kağızlar yeni qarovullar (hərbi hissə)
növbətçisinə qarnizon hərbi komendantı
(hərbi hissə qərargahı rəisi) və ya onun
köməkçisi tərəfindən təyin olunmuş
vaxtda qarovulların dəyişməsindən əvvəl
verilir.
Qarovullar
(hərbi hissə) növbətçisi parolların
alınması haqqında parolvermə jurnalında qol
çəkir və öz köməkçisini (əgər
qarovul ona tabedirsə, hərbi hissə üzrə
növbətçinin köməkçisini) parollarla
tanış edir.
Qarnizon
rəisinin (hərbi hissə komandirinin), qarnizon hərbi
komendantının və ya qarovullar (hərbi hissə)
növbətçisinin qarovul rəislərinə
sərəncamlarını aparan şəxslərə də
parol elə bu qaydada verilir.
94.
Parolu bilən bütün şəxslər, onu məxfi
saxlamağa borcludurlar. Sorğu zamanı parol kağıza
yazılmaqla, onu ucadan elan etmədən xəbər verilir,
sonra isə kağız dərhal yandırılır. [18]
Parol
yazılan kağız itirildikdə və ya parol başqa
yollarla açıldıqda, qarovul rəisi və yaxud
qarovullar (hərbi hissə) növbətçisi
tərəfindən parolun qüvvəsi dərhal
dayandırılır, bu barədə dərhal qarnizon
hərbi komendantına (hərbi hissə qərargahı
rəisinə) məlumat verilir. Qarovullar (hərbi hissə) növbətçisi
və ya onun köməkçisi təzə parolu qarovul
rəisinə qarovul otağında şəxsən təqdim
edir.
İkinci
bölmə.
Qarovul
xidmətinin təşkili və yerinə yetirilməsi
VII
fəsil.
Ümumi
müddəalar
95.
Qarovul xidmətini yerinə yetirmək döyüş
vəzifəsini yerinə yetirmək deməkdir və
şəxsi heyətdən bu Nizamnamənin bütün
müddəalarına dəqiq əməl etməyi,
yüksək sayıqlıq, sarsılmaz qətiyyət və
təşəbbüskarlıq göstərməyi
tələb edir.
Qarovul
xidməti tələblərinin pozulmasında təqsirkarlar
intizam və cinayət məsuliyyəti daşıyırlar.
96.
Qarovul xidmətini yerinə yetirmək üçün
qarovullar təyin edilir.
Döyüş
bayraqlarının, hərbi və dövlət obyektlərinin
mühafizəsi və müdafiəsi, həmçinin
hauptvaxtda və intizam taborunda saxlanan şəxslərin
mühafizəsi üzrə döyüş
tapşırığını yerinə yetirməkdən
ötrü təyin edilmiş silahlı bölmə qarovul
adlanır.
Hərbi
and qəbul etməmiş, gənc əsgərin
hazırlıq proqramını mənimsəməmiş,
xəstələnmiş, nalayiq hərəkətlərinə
görə barələrində təhqiqat aparılan,
həmçinin intizam cəzası çəkməkdən
ötrü hərbi qulluqçuların qarovula təyin
olunmaları qadağandır.
97.
Qarnizon (düşərgə) və daxili (gəmi)
qarovulları olur: hər ikisi daimi və müvəqqəti
ola bilər.
Qarnizon
(düşərgə) qarovulları özünün
mühafizə bölmələri olmayan mərkəzi
tabelikdəki ordu obyektlərini, ümumqarnizon
(ümumdüşərgə) əhəmiyyətli
obyektləri, birləşmələrin və ya bir-birinə
yaxın məsafədə yerləşən bir neçə
hərbi hissənin obyektlərini mühafizə və
müdafiə etmək, həmçinin qarnizon hauptvaxtında
saxlanan şəxsləri mühafizə etmək
üçün təyin edilir.
Daxili
(gəmi) qarovulu bir hərbi hissənin (gəminin)
obyektlərini mühafizə və müdafiə etmək
üçün təyin edilir.
Daimi
qarovullar qarovullar cədvəlində nəzərdə tutulur.
Müvəqqəti qarovullar qarovullar cədvəlinə daxil
edilmir; onlar hərbi əmlak dəmiryol stansiyalarında
(limanda, aeroportda) yüklənib boşaldılarkən, yaxud
başqa yerlərdə müvəqqəti anbara
yığılarkən, yanğın və ya təbii
fəlakət zamanı həmin əmlakı mühafizə
və müdafiə etmək, müxtəlif nəqliyyat
növləri ilə daşınan xüsusi yükləri,
həmçinin həbs edilənləri və
məhkumları mühafizə və konvoy müşayiəti
üçün qarnizon (düşərgə toplanışı)
rəisinin və ya hərbi hissə (gəmi) komandirinin
əmri ilə təyin olunurlar.
98.
Qarnizon (düşərgə) qarovulları qarnizon
(düşərgə toplanışı) rəisinə,
qarnizon hərbi komendantına, qarovullar (düşərgə
toplanışı) növbətçisinə və onun
köməkçisinə tabedir; qarnizon
(düşərgə) hauptvaxtındakı qarovul onlardan
əlavə, hauptvaxt rəisinə tabedir.
Daxili
(gəmi) qarovulları hərbi hissə (gəmi)
komandirinə, hərbi hissə (gəmi)
növbətçisinə və hərbi hissə
növbətçisinin köməkçisi zabitdirsə, ona
tabedirlər. Hərbi hissə növbətçisinin
gizirlərdən təyin edilən köməkçisinə
rəisləri zabit olmayan qarovullar, hərbi hissə
növbətçisinin çavuşlardan təyin edilən
köməkçisinə isə rəisləri çavuş
olan qarovullar tabedir.
Qarovullar
dəyişmə zamanı qarovullar (düşərgə
toplanışı, hərbi hissə, gəmi)
növbətçisini qarşılamaq üçün
«Farağat» komandasının verildiyi andan bu
şəxslərin tabeliyinə keçirlər.
Qarovullar
növbədən sonra öz hərbi hissəsinə
(bölməsinə) qayıtmaq üçün qarovul
rəisinin «Addımla marş» komandasını verdiyi andan
göstərilən şəxslərin tabeliyindən
çıxırlar.
99.
Qarovulun tərkibinə qarovul rəisi, postların və
növbələrin sayına görə qarovul
nəfərləri, dəyişdiricilər, zərurət
olduqda isə qarovul rəisinin köməkçisi və
nəqliyyat vasitələrinin sürücüləri
təyin edilirlər.
Hauptvaxtdakı
qarovulların tərkibinə göstərilənlərdən
əlavə, əsgərlərdən (matroslardan)
çıxarıcılar da təyin edilirlər.
100.
Obyektlərin bilavasitə mühafizəsi və
müdafiəsi üçün qarovulun tərkibindən
saatdarlar qoyulur.
Saatdar
ona tapşırılmış postu mühafizə və
müdafiə etmək üçün döyüş
tapşırığını yerinə yetirən silahlı
qarovul nəfəridir.
Mühafizə
və müdafiə edilməsi saatdara
tapşırılmış bütün obyektlər,
həmçinin onun öz vəzifəsini icra etdiyi yer və
ya sahə post adlanır.
Saatdarlar
obyektlərin mühafizəsini onun ətrafındakı
bayır və daxili hasarlar arasında və ya bir hasarı
olan obyektin hasarı boyunca daxili tərəfdən patrulluq
etmək, hasarı olmayan anbarların, saxlancların və i.a.
ətrafında dolanmaq, həmçinin müşahidə
qülləsindən müşahidə etmək yolu ilə
həyata keçirirlər. Ayrıca obyektlər
hərəkət etməyən saatdarlar tərəfindən
mühafizə edilə bilər.
101.
Qarnizon rəisləri, birləşmə və hərbi
hissə komandirləri, hərbi obyekt rəisləri,
həmçinin onların bütün birbaşa
rəisləri obyektlərin mühafizəsi və
müdafiəsi üçün lazım olan şəxsi
heyətin sayının daim səmərəli
azaldılmasına çalışmalıdırlar. Bu,
aşağıdakı vasitələrlə əldə edilir:
bir-birinə
yaxın yerləşən və müxtəlif hərbi
hissələrə məxsus olan bütün anbar, saxlanc, park
və başqa mühafizə olunan obyektlərin bir qarovulun
mühafizəsi altında birləşdirilməsi;
texniki
mühafizə və siqnalizasiya vasitələrindən, müşahidə
qüllələrindən, həmçinin qarovul
itlərindən istifadə etməklə bu obyektlərin
ümumi hasara alınması;
hərəkət
etməyən saatdarların dayandığı postların
sayının azaldılması, piyada və nəqliyyat
vasitələrində patrulluqetmə qaydası ilə
obyektlərin mühafizəsinin təşkili.
102.
Patrulluqetmə ilə obyektlərin mühafizəsi
təşkil edilərkən, obyektin hasarlanmasından və
yerin şəraitindən asılı olaraq,
göstərilən vaxt ərzində saatdara mühafizə
və müdafiə üçün gündüz 2 km-dək,
gecə 1 km-dək zolaq təyin edilir. Pis hava
şəraitində (güclü dumanda, yağış, qar
yağanda) obyektlərin mühafizəsini
gücləndirməkdən ötrü qarnizon rəisinin
(hərbi hissə komandirinin) sərəncamı ilə
əlavə qarovul nəfərləri və ya nəqliyyat
vasitələrində patrul nəfərləri təyin oluna
bilər. Bu halda əlavə qarovul nəfərlərinin
xidmət etməsi və patrulluqetmə qaydası qarnizon
rəisi (hərbi hissə komandiri) tərəfindən
təyin edilir.
Saatdarlar
hərəkət marşrutları üzrə obyektlərin
etibarlı mühafizəsini təmin edən
sürətlə piyada hərəkət edir, ərazini və
hasarları gözdən keçirmək, xidmət
çəkməsi barədə qarovul rəisinə rabitə
vasitələri ilə məlumat vermək və siqnalizasiya
məntəqələrindən keçərkən,
müəyyən edilmiş siqnalı vermək
üçün qısa müddətə dayanırlar.
Qış vaxtı onlar xizəklə hərəkət
edə bilərlər.
Ətraf
yaxşı görünəndə ərazi şəraiti
imkan verirsə, saatdarlar mühafizə olunan obyektləri
və onların giriş yollarını xüsusi
hazırlanmış qüllələrdən
müşahidə edə bilərlər.
103.
Saatdarlara kömək məqsədilə bütün qarovul
otaqlarında oyaq və istirahət edən
növbələrin qarovul nəfərlərindən ehtiyat
qrupları təşkil edilir. Döyüş
həyəcanı siqnalı zamanı onlar qarovul rəisinin,
onun köməkçisinin və ya dəyişdiricinin
komandası altında qayda pozulan yerə gəlib
şəraitə görə hərəkət edirlər.
Ehtiyac olduqda, bu qrupları qayda pozulan yerə tez aparmaq
üçün qarovullar nəqliyyatla təchiz edilirlər.
104.
Qarovulun tərkibinə daxil olan şəxslər xidmət
zamanı nalayiq hərəkət etdikdə, onlar intizam məsuliyyətinə
qarovul növbəsindən və ya onlar başqa hərbi
qulluqçularla əvəz edildikdən sonra cəlb edilir.[19]
Hərbi
qulluqçunu nalayiq hərəkətinə görə
xidməti davam etdirməyə buraxmaq qeyri-mümkün olduqda,
o, qarovul (hərbi hissə, gəmi) növbətçisinin
sərəncamına əsasən başqa hərbi
qulluqçu ilə əvəz edilmək üçün
silahsız və döyüş sursatsız hərbi
hissəyə (bölməyə) göndərilir. Onu qarovul
rəisinin köməkçisi (dəyişdirici) və ya
hərbi hissədən (bölmədən) bu məqsəd
üçün çağırılmış şəxs
müşayiət edir.
105.
Qarovulun şəxsi heyəti qarovul geyim formasında
olmalıdır (8 saylı əlavə). Onlar sərrast
atəş üçün sazlanmış avtomat və ya
süngülü karabinlə silahlanmalıdırlar. Qarovul
rəisləri özlərinin ştat silahları ilə
silahlanırlar.
Qarovul
döyüş patronları ilə aşağıdakı
hesabla təchiz olunur: hər avtomata və tapançaya — iki
dolu maqazin, hər karabinə — daraqlarda 30 patron.
Bundan
əlavə, qarnizon rəisinin (hərbi hissə komandirinin)
xüsusi sərəncamına əsasən qarovullar
hərəsi 3 dolu maqazinli pulemyotla və qarovulun bütün
heyətinin hər bir nəfəri 2 əl qumbarası ilə
silahlana bilər.
106.
Silahlar postlara getməzdən əvvəl,
məhkəmədə, istintaqda olanların və ya
məhkumların konvoy müşayiəti və qarovulları
yoxlayan şəxsləri müşayiət üçün
doldurulur, qarovul otaqlarına qayıdan kimi dərhal
boşaldılır və yoxlanılır.
Silahlar
qarovul otağının qabağında xüsusi
hazırlanmış və
işıqlandırılmış, güllətutanı olan
yerdə, növbə maşınla postlara getdiyi halda isə
qarovul rəisi üçün təlimatda
göstərilən, zərurət olduqda bu cür
hazırlanmış yerlərdə və qarovul rəisinin
və ya onun köməkçisinin (dəyişdiricilərin)
komandaları ilə və onların bilavasitə nəzarəti
altında doldurulur və boşaldılır. Silah
doldurularkən və boşaldılarkən, onun lüləsi
45-60 dərəcəli bucaq altında yuxarıya,
ətrafdakı yaşayış binalarından və
mühafizə olunan obyektlərdən yana yönəldilir.
Qarovul otağının yaxınlığında və
ətrafında yaşayış və köməkçi
binalar olduqda silah qarovul otağında güllətutan olan
yerdə doldurulur və boşaldılır.
Silah
gəmilərdə yuxarı göyərtədə —
xüsusi müəyyən edilmiş yerdə doldurulur və
boşaldılır.
Tapançalar
patronlar alınandan sonra bölmədə doldurulur və
qarovul növbəni qurtarıb bölməyə qayıdandan
sonra orada boşaldılır.
107.
Silah müvafiq silahlar üçün atıcılıq
işi üzrə təlimatlarda göstərilən qaydalara
uyğun olaraq doldurulur və bu halda patron patron yuvasına yeridilmir.
Avtomat
dolu maqazinlə doldurulur. O, doldurulmazdan əvvəl
yoxlanılır (bu halda çaxmaq dabanı buraxılır)
və qoruyucuya qoyulur. Maqazini birləşdirəndən sonra
çıxmaq çərçivəsi geri
çəkilməməlidir.
Karabinin
maqazini tamamilə doldurulur. Karabin doldurulduqdan sonra çaxmaq
yavaşca bağlanır (bu zaman patron patron yuvasına
yeridilmir), qoruyucudan çıxarılır, çaxmaq
dabanı buraxılır və karabin qoruyucuya qoyulur.
Tapança
dolu maqazinlə doldurulur, doldurulan zaman çaxmaq geri
çəkilmir. Tapança doldurulmazdan qabaq qoruyucuya qoyulur.
Pulemyotlar
və əl qumbaraları bilavasitə istifadə
edilməzdən qabaq doldurulur.
108.
Qarnizon rəisinin (hərbi hissə komandirinin)
sərəncamı ilə qarovul otağında
döyüş patronları ehtiyatı yaradılır:
hər avtomat və ya karabin üçün — 150 patron,
hər tapança üçün — 16 patron.
Ehtiyat
döyüş patronları xüsusi dəmir və ya
dəmir üzlüklü yeşikdə sink qutuda
saxlanılır.
Qarovullar
əl qumbaraları ilə silahlandıqda, onlar və
onların partladıcıları ayrıca xüsusi
yeşiklərdə saxlanılır, bu halda partladıcılar
əl qumbaralarından ayrı, sukeçirməyən qablarda
saxlanılır.
Döyüş
patronlarının uçotu kitabı (9 saylı
əlavə), əl qumbaralarının və onların
partladıcılarının uçotu kitabı,
həmçinin sink qutuları açmaq üçün
açar həmin yeşiklərdə saxlanılır.
Yeşiklər qıfıllanır, qarnizon hərbi
komendantı (hərbi hissə qərargahı rəisi)
tərəfindən möhürlənir və qarovul
otağında olan qarovulun əmlak və avadanlıq
siyahısına daxil edilir.
Döyüş
sursatı olan yeşiklərin açarı və ona
vurulmuş möhürün surğuc surəti qarovul rəisində
saxlanılır. Açarları başqa
şəxslərə vermək qadağandır.
109.
Qarovul rəisi ehtiyat döyüş patronları, əl
qumbaraları və onların partladıcıları olan
yeşiklərin mühafizəsi üçün
şəxsən məsuliyyət daşıyır.
Ehtiyat
döyüş sursatının yerində olması və
vəziyyəti ayda bir dəfədən az olmayaraq, qarnizon
qarovullarında qarnizon hərbi komendantı, daxili qarovullarda
isə hərbi hissə qərargahı rəisi
tərəfindən yoxlanılır.
Yoxlamanın
nəticələri ehtiyat döyüş sursatının
uçotu kitabına və postlar cədvəlinə
yazılır.
110.
Qarovul otaqlarının və postların avadanlıqla,
siqnalizasiya və rabitə vasitələrilə təmin
edilməsi, həmçinin mühafizə olunan obyektlərin
hasarlanması (10 və 11 saylı əlavələr) və bu
Nizamnamədə nəzərdə tutulmuş inventarla
təmin edilməsi hərbi obyekt rəisinə (hərbi
hissə komandirinə) həvalə edilir.
Hərbi
obyekt rəisi (hərbi hissə komandiri) qarovul
otağının işıqlandırılması, yanacaqla
və qarovulun post geyimi ilə təmin olunması
üçün məsuliyyət daşıyır.
111.
Anbarların (bazaların, arsenalların) texniki ərazilərinə,
həmçinin tezalışan və xüsusi
əhəmiyyətli obyektlərə buraxılış
qaydaları xüsusi əsasnamələrə (təlimatlara)
əsasən müvafiq mərkəzi idarələrin
(şöbələrin) rəisləri tərəfindən
müəyyən edilir.
112.
Qarovulun mühafizə etdiyi saxlancların (anbarların, parkların)
açılmasına və maşınların
(təyyarələrin topların, ya da döyüş
texnikasının) dayanacaq yerlərinə buraxılmasına
qarnizon hərbi komendantı (hərbi hissə qərargahı
rəisi) tərəfindən imzalanmış və gerbli
möhürlə təsdiq edilmiş daimi və ya
birdəfəlik icazə vərəqəsinə (12 saylı
əlavə) əsasən icazə verilir.
Bu
və ya başqa saxlancları (anbarları, parkları)
açmağa və yaxud dayanacaqlarda olan maşınları
(təyyarələri, topları ya da digər döyüş
texnikasını) qarovuldan qəbul etməyə icazəsi olan
şəxslərin siyahısı qarnizon (hərbi hissə)
üzrə əmrlə elan edilir.
Qarnizon
hərbi komendantı (hərbi hissə qərargahı
rəisi) tərəfindən təsdiq edilmiş və
üstündə imzaların əsli olan icazə
vərəqələrinin nümunələri, bu və ya
digər saxlancları (anbarları, parkları) açmağa
və ya bunlara buraxılmağa ixtiyarı olan vəzifəli
şəxslərin siyahısı və möhürlərin
surğuc surətləri (plombların izləri) olan
nümunələr qarovul otaqlarında
saxlanılmalıdır (11 saylı əlavə).
113.
Xüsusi şəraitdə hərbi obyektlərin
mühafizəsi və müdafiəsi üçün qarovul
xidməti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanının rəhbəri tərəfindən
əlavə qaydalarla müəyyən edilir.
VIII
fəsil.
Qarovulların
təyin edilməsi və hazırlanması
Qarovulların təyin edilməsi
114.
Qarovullar cədvəlinə əsasən (1 saylı
əlavə) qarnizon qarovulları qarnizon hərbi komendantı,
daxili qarovullar isə hərbi hissə qərargahı rəisi
tərəfindən təyin edilir.
Qarovullar
hər sutkada dəyişdirilməlidir. Bir qayda olaraq eyni
hərbi qulluqçular ən çoxu iki sutkadan bir qarovula
təyin edilirlər.
115.
Obyektlərin vacibliyini, hasarlanmasını və mümkün
qədər az saylı saatdarlarla etibarlı mühafizəsini
nəzərə alaraq, onların mühafizəsini və
müdafiəsini təşkil etməkdən ötrü
qarnizon rəisinin (hərbi hissə komandirinin)
göstərişinə əsasən qarnizon qarovulları
cədvəlini qarnizon hərbi komendantı, daxili qarovullar
cədvəlini isə hərbi hissə qərargahı
rəisi tərtib edir. Qarovullar cədvəlini tərtib
etməzdən qabaq ərazidə obyektlərin
yerləşmə şəraitini öyrənmək lazımdır.
Ordu
və mərkəz tabeliyində və öz mühafizə
bölmələri olan obyektlərin mühafizəsi
üçün qarovullar cədvəlini hərbi obyektin
(anbarın, bazanın) rəisi tərtib edir.
Azərbaycan
Respublikasının Daxili Qoşunlarından olan qarovullar
qarnizon qarovulları cədvəlinə daxil edilmir.
116.
Qarovullar cədvəli ilə eyni vaxtda hər bir qarovul
üçün postların yerləşmə sxemi, postlar
tabeli (3 saylı əlavə) və qarovul rəisi
üçün təlimat tərtib edilir.
Postların
yerləşmə sxemində postların və qadağan
zonalarının sərhədləri, hasarın növü,
növbələrin və patrulların postlara minik
vasitələrində hərəkət marşrutları,
saatdarların gündüz və gecə vaxtı hərəkət
marşrutları, səngərlərin, müşahidə
qüllələrinin, siqnalizasiya və
yanğınsöndürmə vasitələrinin, qarovul
itləri postlarının yerləri, postlara gələn daha
çox təhlükəli yollar göstərilir.
Postlar
tabelində hər postda nəyin mühafizə və
müdafiə olunması göstərilir. Tabeldə postun
xüsusiyyətini və postda xidmət aparılmasının
konkret şəraitini nəzərə almaqla, saatdarların
vəzifələri, onlara qüllədən
müşahidə aparmasına icazə verilən vaxt,
kənar şəxslərin posta buraxılması qadağan
edilmiş ən yaxın məsafə, posta, yaxud qonşu
postlara basqın və postdan yanğın vaxtı
saatdarların hərəkətləri, onların hansı
hallarda silah işlətməsinə icazə verildiyi
göstərilir.
Təlimatda
qarovula tapşırılmış obyektlərin
mühafizəsi və müdafiəsi üzrə qarovul
rəisinin xüsusi vəzifələri, gecə vaxtı
və pis hava şəraitində mühafizənin
gücləndirilməsi barədə, mühafizə olunan
obyektlərə basqın edildikdə, yanğın və
təbii fəlakət baş verdikdə, döyüş
həyəcanı siqnalları üzrə qarovulun
hərəkətləri barədə
göstərişlər, həmçinin döyüş
sursatı saxlanan yeşiklərin açılması
qaydası göstərilir.
Postların
yerləşmə sxemi, postlar tabeli və qarovul rəisi
üçün təlimat qarnizon rəisi (hərbi hissə
komandiri) tərəfindən təsdiq edilir.
117.
Qarnizon qarovullarının, həmçinin hərbi
məktəblərin daxili qarovullarının
cədvəlləri Baş Qərargah rəisinin, hərbi hissələrin
daxili qarovullarının cədvəli isə
birləşmə komandirinin təsdiqinə verilir.
Hərbi
ali məktəblərin daxili qarovullarının
cədvəlləri onların rəisləri
tərəfindən təsdiq edilir.
Birlik
və yaxud mərkəz tabeliyində olan hərbi
hissələrin daxili qarovullar cədvəli, həmçinin
belə tabelikdə olmaqla öz mühafizə
bölmələri olan obyektlərin mühafizəsi və
müdafiəsi üçün təyin edilən daxili qarovullar
cədvəlləri bilavasitə müvafiq rəislərin
təsdiqinə verilir.
Cədvələ
qarovul postlarının yerləşmə sxemi əlavə
olunur.
118.
Qarnizon hərbi komendantı (hərbi hissə qərargahı
rəisi) qarovullar cədvəlinə əsasən hər ay
üçün qarovullar naryadı cədvəlini (2 saylı
əlavə) tərtib edir və o, qarnizon rəisi (hərbi
hissə komandiri) tərəfindən təsdiq edilir.
Qarovullar
naryadı cədvəlindən çıxarışlar,
həmçinin postların yerləşmə sxemləri,
postlar tabelləri və qarovul rəisləri üçün
təlimatlar qarnizon xidməti aparmağa cəlb edilən
bütün qarnizon hərbi hissələrinə təzə
ayın başlanmasına ən geci 10 sutka qalmış
göndərilir.
Hərbi
hissə qərargahı təzə ayın başlanmasına
5-6 sutka qalmış qarovulların təyin edildiyi
bölmələrin komandirlərinə onların naryada
getmə günlərini və qarovulların tərkibini
bildirir.
Qarovullar
naryadı cədvəlində, postların yerləşmə
sxemində və postlar tabelində edilən hər hansı
bir dəyişikliyi qarnizon hərbi komendantı (hərbi
hissə qərargahı rəisi) vaxtında hərbi
hissələrə (bölmələrə) bildirir.
119.
Qarovul rəisi obyektdə beş və daha artıq post olduqda
zabitlərdən, yaxud gizirlərdən (miçmanlardan), ondan
az post olduqda isə, çavuşlardan təyin edilir.
Xüsusi
əhəmiyyətli obyekti mühafizə edən qarovul
rəisi postların sayından asılı olmayaraq,
zabitlərdən və ya gizirlərdən (miçmanlardan)
təyin edilir.
Hərbi
məktəblərdə postların sayından asılı
olmayaraq, qarovul rəisi yuxarı kurs kursantlarından təyin
edilə bilər.
Qarnizon
hauptvaxtında qarovul rəisi həmişə
zabitlərdən təyin edilir.
Qarnizon
rəisinin (hərbi hissə komandirinin) qərarı ilə
qarovula çavuşlardan qarovul rəisi köməkçisi
təyin oluna bilər. Qarovul rəisi köməkçisinin
təyin edilmədiyi halda onun vəzifəsini birinci
dəyişdirici yerinə yetirir.
Qarovulun
tərkibində qarovul itləri postları olduqda it
bələdçilərinin başçılarından
qarovul rəisinin qarovul itləri xidməti üzrə
köməkçisi təyin edilir (13 saylı əlavə).
120.
Qarovulun heyətinə çavuşlardan, baş
əsgərlərdən (baş matroslardan) və ya
yaxşı hazırlıqlı əsgərlərdən
(matroslardan) dəyişdiricilər təyin edilir.
Postalrın
sayından və yerindən asılı olaraq
dəyişdiricilərin miqdarı elə hesablanır ki,
hər bir dəyişdirici postlara beş nəfərdən
çox saatdar qoymasın, postlara getməyə, saatdarların
dəyişdirilməsinə və qarovul otağına
qayıtmasına bir saatdan çox vaxt sərf edilməsin.
Qarovula
bir neçə dəyişdirici təyin edildikdə, onlar
birinci dəyişdirici, ikinci dəyişdirici və s.
adlanırlar.
Qarovul
ancaq bir postu mühafizə edirsə, dəyişdirici
təyin edilmir, onun vəzifəsini qarovul rəisi yerinə
yetirir.
121.
Qarovul nəfərləri əsgərlərdən (matroslardan)
təyin edilirlər. Əsgərlər (matroslar)
çatışmadıqda müddətli xidmət
çavuşları qarovul nəfəri təyin oluna
bilərlər. Bu halda postun (postların) bütün növbələri
onlardan təşkil edilir və hərbi rütbəsi qarovul
nəfərinin hərbi rütbəsindən aşağı
olmayan hərbi qulluqçu dəyişdirici təyin edilir.
Qarovul
nəfərlərinin sayı həmin qarovul üçün
təyin edilmiş postların sayından asılıdır.
Postların sutka ərzində mühafizəsi
üçün üç növbəli, postlar ancaq gecə
(qaranlıq başlanandan işıqlanana qədər) və
ya bu postun anbarlarının, saxlanclarının
bağlanmasından açılmasına qədər
mühafizə olunduqda isə iki növbəli saatdarlar
təyin edilirlər.
Çıxarıcılar
həbs edilənlərin sayından və hauptvaxtdakı
ümumi istifadə yerlərinin harada
yerləşməsindən asılı olaraq 10-15 həbs
edilənə bir çıxarıcı təyin edilir.
122.
Qarovul heyəti, o cümlədən qarovul rəisi naryadın
başlanmasına ən geci bir sutka qalmış, bir qayda
olaraq, eyni bölmədən, nadir hallarda isə eyni hərbi
hissədən təyin edilir.
Bütün
qarnizon qarovulları, bir qayda olaraq, eyni hərbi hissədən
təyin edilirlər.
Qarovulların hazırlanması
123.
Qarovullar təyin edilən hərbi hissələrin və
bölmələrin komandirləri qarovulların şəxsi
heyətinin seçilməsi və xidmətə
hazırlanması, silahlarının və döyüş
patronlarının saz olması, həmçinin qarovulların
vaxtında dəyişməyə göndərilməsi
üçün məsuliyyət daşıyırlar.
124.
Bölükdən (batareyadan) təyin olunmuş qarovullar
şəxsi heyətinin hazırlanmasını bölük
(batareya) komandiri şəxsən özü, tabordan
(diviziondan) təyin olunmuş qarovullar şəxsi heyətinin
hazırlanmasını şəxsən tabor (divizion) komandiri,
hərbi hissədən təyin olunmuş qarovullar
şəxsi heyətinin hazırlanmasını isə
hərbi hissə komandirinin göstərişi ilə qarovullar
təyin olunan bölmələrin birinin komandiri təşkil
edir.
Hər
bir mühafizə olunan obyektin xüsusiyyətlərini
nəzərə alaraq qarovulun şəxsi heyəti ilə
praktiki məşğələlər xüsusi
hazırlanmış yerlərdə aparılır.
125.
Hərbi hissələrin qərargah rəisləri qarnizon
və daxili qarovulların naryada getmələrinə
üç sutka qalmış qarovullar təyin olunacaq
bölmələrin komandirlərinə postların
yerləşmə sxemlərini, postların tabellərini
və qarovul rəisi üçün təlimatı
qarovulların şəxsi heyətinin öyrənməsi
üçün verməyə borcludurlar.
Öyrənildikdən sonra göstərilən
sənədlər hərbi hissə qərargahına
qaytarılır.
126.
Qarovula təyin olunan hərbi qulluqçular naryada gedəsi
gündən qabaqkı gecə heç bir xidmət yerinə
yetirməməli, yaxud da məşğələyə və
işə cəlb edilməməlidirlər.
Qarovulun
şəxsi heyətinə naryada getdiyi gün, günün
nizam qaydasında göstərilən vaxtda xidməti yerinə
yetirməyə hazırlaşmaq, vəzifələrini
bilməsini, silahla rəftar bacarığını yoxlamaq
və istirahət (yuxu) üçün üç saatdan az
olmayaraq vaxt verilməlidir.
127.
Qarovullar təyin olunan bölük (batareya) və yaxud tabor
(divizion) komandirinin vəzifəsidir:
naryada
getmə ərəfəsində postlar tabelinə
əsasən qarovulun şəxsi heyətinin seçilib
yerləşdirilməsini yoxlamaq;
qarovulun
şəxsi heyətinin hazırlanması üzrə
məşğələ aparmaq və onların öz
vəzifələrini bilməsini yoxlamaq;
qarovulun
şəxsi heyətinin dəyişməyə
göndərilməsindən əvvəl silahlarının
və döyüş patronlarının vəziyyətini,
hər bir hərbi qulluqçunun zahiri görkəmini yoxlamaq,
həmçinin postlar cədvəlini (4 saylı əlavə)
doldurmaq və imzalamaq;
qarovulun
vaxtında dəyişməyə göndərilməsini
təmin etmək;
bölükdən
(batareyadan) və yaxud tabordan (diviziondan) təyin edilmiş
qarovulun xidmətini yoxlamaq;
qarovul
növbəsini qurtardıqdan sonra tapşırığın
yerinə yetirilməsi haqqında qarovul rəisinin
məlumatını dinləmək, postlar cədvəlində
yazılmış bütün qeydlərlə tanış
olmaq, ertəsi gündən gec olmayaraq bütün
bölüyün (batareyanın) tərkibi ilə xidmətin
yerinə yetirilməsini təhlil etmək və iradlar
üzrə görülən tədbirləri qeyd edib, postlar
cədvəlini hərbi hissə qərargahına
göndərmək.
128.
Qarovullar dəyişməyə getməzdən 15
dəqiqə qabaq xidməti yerinə yetirməyə hazır
olmalı və qarovul rəislərinin tabeliyinə qəbul
edilməlidirlər. O vaxta qədər qarovul rəislərinin
vəzifəsidir:
döyüş
patronlarını alıb şəxsi heyətə paylamaq
və maqazinlərin (daraqların) düzgün
doldurulmasını yoxlamaq;
postlar
cədvəli üzrə qarovulun tərkibini yoxlamaq;
silahları
yoxlamaq;
geyimin
və ləvazimatın sazlığını yoxlamaq;
qarovulun
hazırlığı haqqında bölük (batareya) və
yaxud tabor (divizion) komandirinə məlumat vermək.
Qarovullar
(tapança ilə silahlanmış qarovul
rəislərindən başqa) bölmədən
doldurulmamış silahla, maqazinləri (daraqları)
çantalara qoyaraq getməlidirlər.
129.
Hərbi hissələrdən bütün qarnizon
qarovullarını hərbi hissə növbətçisi yola
salır. Qarovulların yola salınması haqqında o,
hərbi hissə komandirinə (qərargah rəisinə)
və qarnizon hərbi komendantına məlumat verməlidir.
IX
fəsil.
Qarovul
nəfərlərinin hüquqları və
vəzifələri
Qarovul
rəisi
Ümumi
vəzifələr
130.
Qarovul rəisi qarovula tapşırılmış obyektlərin
mühafizəsinə və müdafiəsinə, qarovulun
şəxsi heyətinin döyüşə
hazırlığına, onların düzgün xidmət
etməsinə, hasarların, avadanlığın və
aparatların, nəqliyyat vasitələrinin, postlarda və
qarovul otağında rabitə, siqnalizasiya və
yanğınsöndürmə vasitələrinin,
həmçinin siyahıya uyğun qarovul otağında olan
döyüş sursatının və digər əmlakın
saxlanmasına və sazlığına cavabdehdir.
131.
Qarovul rəisinin şəxsən və ya qarovul heyəti
ilə birlikdə mühafizə olunan obyektlərə,
saatdarlara, yaxud qarovul otağına aşkar basqın edildiyi
hallarda xəbərdarlıq etmədən silah
işlətmək hüququ vardır.
Bundan
əlavə, qarovul rəisinin həbs edilənlər
arasında iğtişaşın qarşısını
almaqdan ötrü və ya qaçan həbs edilənə
qarşı silah işlətmək hüququ vardır.
Belə hallarda o, silah işlətməzdən qabaq
səslə və ya havaya atəş açmaqla
əleyhinə silah işlədəcəyi şəxsləri
xəbərdar etməlidir.
132.
Qarovul rəisinin vəzifəsidir:
qarovulun
məqsədini, qarovul rəisi üçün
təlimatı və qarovulun bütün
nəfərlərinin vəzifələrini bilmək;
qarovulun
şəxsi heyətindən öz vəzifələrini
yaxşı bilməyi və dəqiq yerinə yetirməyi,
yüksək sayıqlıq və intizam tələb etmək;
qarovulun
köhnə rəisindən postlar tabelini, postların
yerləşmə sxemini, qarovul rəisi üçün
təlimatı və başqa sənədləri,
döyüş sursatı olan yeşikləri, onların
möhürlərini və açarlarını,
həmçinin rabitə, siqnalizasiya və
yanğınsöndürmə vasitələrini siyahı
ilə qəbul etmək;
qarovulun
köhnə rəisi ilə birlikdə təlimatda
göstərilən mühafizə olunan ən mühüm
əhəmiyyətli obyektləri xaricdən
nəzərdən keçirməklə onların
işıqlandırılmasını, hasarlarının
və səngərlərinin saz olmasını,
həmçinin qarovul otağını və hauptvaxtın
vəziyyətini şəxsən, mühafizə olunan
başqa obyektlərin vəziyyətini isə
dəyişdiricilər və ya öz köməkçisi
vasitəsilə yoxlamaq;
postlarda,
mühafizə olunan obyektlərin hasarlarında, texniki
mühafizə və siqnalizasiya vasitələrində
aşkar edilmiş bütün nasazlıqlar haqqında postlar
cədvəlində qeydlər etmək;
müəyyən
edilmiş vaxtda növbəni postlara göndərmək,
dəyişdiricilərin və qarovul nəfərlərinin
öz vəzifələrini bilməsini yoxlamaq və onlara
hər postda xidmət yerinə yetirmənin
xüsusiyyətlərini xatırlatmaq;
ehtiyat
qrupların döyüşə daim hazır olmasına,
nəqliyyat, mühafizə, siqnalizasiya və rabitə
vasitələrinin, qarovulun şəxsi heyətinin
silahlarının və döyüş patronlarının
sazlığına, təhlükəsizliyi
gözləməklə silahların doldurulması və
boşaldılması qaydalarına riayət edilməsinə, həmçinin
qarovulun postlara gedən bütün nəfərlərində
olan yandırıcı və tütün çəkmə ləvazimatının
qarovul otağına qoyulmasına diqqət yetirmək; [20]
qarovul
otağında müəyyən edilmiş qayda-qanunu saxlamaq
(229-240-cı maddələr);
hər
dəfə növbə postlardan qayıtdıqdan sonra qarovulun
şəxsi heyətini ehtiyat qruplarına ayırmaq və
təlimatın göstərişlərinə uyğun onlara
mühafizə olunan obyektlərə və ya qarovul
otağına basqını dəf etmək və
yanğınsöndürmə halları üçün
tapşırıqlar vermək;
sutkada
iki dəfədən az olmayaraq (bir dəfə gecə)
saatdarların xidmət yerinə yetirmələrini,
mühafizə olunan obyektlərin və hasarların
vəziyyətini, rabitə, siqnalizasiya və
yanğınsöndürmə vasitələrinin
sazlığını postlar cədvəlində müvafiq
qeydlər etməklə şəxsən yoxlamaq;
saatdarların
xidmət yerinə yetirmələrini yoxlamaq üçün
öz köməkçisini və dəyişdiriciləri
vaxtaşırı göndərmək;
saatdar
çağırdıqda və ya ondan müəyyən
olunmuş vaxtda xidməti yerinə yetirməsi haqqında
məlumat (siqnal) alınmadıqda, dərhal dəyişdiricini
(öz köməkçisini) göndərmək və ya
şəxsən posta getmək;
bu
Nizamnamənin 140 və 141-ci maddələrini rəhbər
tutaraq qarovul otağına icazəsi olan
şəxslərdən başqa heç kimi buraxmamaq;
tutulub
saxlanan şübhəli şəxslərlə qısa
sorğu keçirmək, zərurət olduqda isə
axtarış aparmaq və onlar haqqında qarovullar (hərbi
hissə) növbətçisinə dərhal məlumat
vermək;
qarovul
heyətindən xəstələnənləri qarovullar
(hərbi hissə) növbətçisinin və ya onun
köməkçisinin icazəsi ilə hərbi
hissəyə, yaxud yaxınlıqda yerləşən müalicə
müəssisəsinə göndərmək, qarovullar
(hərbi hissə) növbətçisi vasitəsilə
onların dəyişdirilməsini tələb etmək;
qışda
şəxsi heyətin donmasının qarşısını
almaqdan ötrü tədbirlər görmək;
saatdarın
silah işlətdiyi hər bir halı yerindəcə
araşdırmaq və bu barədə qarovullar (hərbi
hissə) növbətçisinə dərhal məlumat
vermək;
qarovulun
dəyişdirilməsi haqqında və dəyişdirilmə
zamanı gözəçarpan bütün nasazlıqlar
barəsində qarovullar (hərbi hissə)
növbətçisinə telefon vasitəsilə məlumat
vermək.
133.
Postda saatdar dəyişdirildiyi zaman hər hansı bir
nasazlıq aşkar edilərsə, qarovul rəisi
çağırışla posta gəlməli,
nasazlığın səbəbini və xarakterini müəyyən
edərək, saatdarın dəyişdirilməsi
üçün əmr verməli, postda aşkar edilmiş
nasazlıq barəsində qarovullar (hərbi hissə)
növbətçisinə dərhal məlumat verməlidir.
134.
Qarovul heyətindən hər hansı şəxs
tərəfindən vəzifə borcu yerinə
yetirilmədikdə, yaxud o, başqa nalayiq hərəkət
etdikdə, qarovul rəisi zəruri tədbir görməli
və bu barədə qarovullar (hərbi hissə)
növbətçisinə məlumat verməlidir. Nalayiq
hərəkət bölmədə təhlil edilir.
135.
Qarovul rəisi qəflətən xəstələndikdə bu
barədə qarovullar (hərbi hissə)
növbətçisinə məlumat verməli sonra onun
göstərişi ilə hərəkət etməlidir.
Dəyişdiricilərdən
biri qəflətən xəstələndikdə qarovul
rəisi onun vəzifəsini öz köməkçisinə
həvalə etməli, yaxud özü şəxsən icra
etməli və bu barədə qarovullar (hərbi hissə)
növbətçisinə məlumat verməlidir.
136.
Qarovul rəisi qarovulu «Silaha» aşağıdakı hallarda
çağırmağa borcludur:
mühafizə
olunan obyektlərə, saatdarlara, qarovul otağına basqın
və ya texniki mühafizə vasitələri ilə
müvafiq siqnallar daxil olduqda;
həbs
edilənlər arasında iğtişaş baş verdikdə
və onların qaçmasının qarşısını
almaqdan ötrü;
mühafizə
olunan obyektlərdə və ya qarovul otağında
yanğın, ya da təbii fəlakət təhlükəsi
baş verdikdə;
qarnizonda
(düşərgədə, hərbi hissədə)
həyəcan elan edildikdə;
qarovulu
yoxlayan şəxslər əmr etdikdə (241 və 242-ci
maddələr).
Daxili
qarovul ümumalay (ümumbriqada) axşam yoxlanışı
zamanı da «Silaha» çağırılır.
Qarovulu
«Silaha» çağırmaq üçün qarovul rəisi «Qarovul-Silaha» komandası verir.
Bu komanda ilə şəxsi heyət 235-ci maddədə
göstərildiyi kimi hərəkət edir.
137.
Saatdarlara, saatdarların mühafizə etdikləri
obyektlərə və ya qarovul otağına basqın
edildikdə, qarovul rəisi təlimata görə
hərəkət etməli və şəraitdən
asılı olaraq, basqını dəf etmək
üçün tədbir görməli, basqın haqqında
qarovullar (hərbi hissə) növbətçisinə
dərhal məlumat verməlidir.
Qarovul
rəisi zərurət olduqda ehtiyat döyüş
patronları, qumbaralar və onların partladıcıları
olan yeşikləri açır. Yeşiklərdən
götürülən döyüş sursatı haqqında
akt tərtib edilir. Akt blankları əvvəlcədən
hazırlanır və yeşiklərdə ehtiyat
döyüş sursatı ilə birlikdə saxlanılır.
138.
Əgər mühafizə olunan obyektlərin və ya qarovul
otağının yaxınlığında ictimai asayiş
pozularsa, qarovul rəisi onun bərpa olunmasından ötrü
qarovulun qüvvəsindən istifadə etməli və bu
barədə qarovullar (hərbi hissə)
növbətçisinə dərhal məlumat verməlidir.
139.
Mühafizə olunan obyektdə və ya qarovul otağında
yanğını söndürmək üçün qarovul
rəisi qarovulun qüvvəsindən istifadə etməli, eyni
vaxtda yanğınsöndürmə komandasını
çağırmalı və əmlakı xilas etmək
üçün tədbir görməli, baş vermiş hadisələr
haqqında qarovullar (hərbi hissə)
növbətçisinə dərhal məlumat verməlidir.
Texniki
ərazidə və ya mühafizə olunan obyektin
yaxınlığında yanğın baş verdikdə,
qarovul rəisi bu barədə qarovullar (hərbi hissə)
növbətçisinə məlumat verməli və onun
göstərişi ilə hərəkət etməlidir.
Mühafizə
olunan obyektdə təbii fəlakət təhlükəsi
gözlənilən hallarda qarovul rəisi dərhal qarovullar
(hərbi hissə) növbətçisinə və mühafizə
olunan obyektin rəisinə məlumat verməli, mühafizə
olunan əmlakı xilas etməkdən ötrü tədbir
görməlidir.
Saatdarların
həyatı yanğın və ya daşqın
təhlükəsinə məruz qaldıqda, qarovul rəisi
onlara elə təhlükəsiz yerlərə keçməyi
əmr edir ki, onlar oradan mühafizə olunan obyektə
nəzarəti davam etdirə bilsinlər, təhlükə
sovuşandan sonra isə onları əvvəlki
yerlərinə qaytarır.
140.
Qarovul rəisi ancaq tabe olduğu (98-ci maddə) və
onların müşayiət etdikləri şəxsləri,
həmçinin qarovul təyin olunan bölük (batareya)
komandirinin bütün birbaşa rəislərini, əgər
onları üzdən tanıyırsa, qarovul otağına
maneəsiz buraxır.
Bu
şəxslərin qarovul otağına gəlməsi
haqqında qarovul rəisi qarovullar (hərbi hissə)
növbətçisinə məlumat verməlidir.
Qarovul
rəisi başqa şəxsləri qarovul otağına
onların gəlişinin məqsədini, müvafiq
sənədlərə əsasən gələnin
şəxsiyyətini və onların buraxılış
vərəqəsi olmasını müəyyən
edəndən sonra buraxa bilər.
242-ci
maddədə adları çəkilmiş rəislərin
göstərişi ilə qarovulu yoxlamaq üçün
gəlmiş şəxslər qarovul otağına ancaq
qarovullar (hərbi hissə) növbətçisinin və ya
onun köməkçisinin (əgər qarovul ona tabedirsə,
hərbi hissə növbətçisi
köməkçisinin) müşayiəti ilə buraxıla
bilər.
Qarovulu
yoxlamaqdan ötrü gəlmiş öz hərbi hissəsinin
zabitləri qarovul rəisi tərəfindən daxili qarovulun
qarovul otağına onların şəxsi
vəsiqəsinə və qarovulu yoxlamağa hüquq verən
birdəfəlik vəsiqəyə əsasən
buraxılırlar.
Qarovul
rəisi düzgün tərtib olunmamış
sənədlərlə gəlmiş şəxsləri
saxlamalı, dərhal onlar haqqında qarovullar (hərbi
hissə) növbətçisinə məlumat verməli
və sonra onun göstərişi ilə hərəkət
etməlidir.
Qarovul
rəisi qarovul otağına qarovulu yoxlamaq məqsədilə
gəlmiş şəxslərin gəlişindən başqa,
hər bir buraxılış haqqında postlar
cədvəlinə qeyd etməlidir.
Qarovullar
dəyişildiyi zaman qarovul otağına və
mühafizə olunan obyektlərə qarovulu yoxlamaq
məqsədilə gəlmiş şəxslərdən
başqa heç kəs buraxılmır.
141.
Qarovula qarovul rəisinin tabe olduğu şəxslər və
ya onların birbaşa rəisləri, qarnizon qarovuluna isə
həmçinin öz hərbi hissəsinin komandiri
gəldikdə, qarovul rəisi onlara raport verir,
məsələn: «Yoldaş
general-mayor. Qarovulda xidmətim zamanı heç bir hadisə
baş verməmişdir (və ya baş verib filan-filan). Qarovul
rəisi leytenant Məmmədov». Qarovul rəisi raport verdiyi
zaman qarovul otağında qarovulun oyaq növbəsi
silahları götürmədən və xüsusi komanda
olmadan «farağat» vəziyyəti alır.
Qarovul
otağına hərbi rütbəcə qarovul rəisinə
bərabər, yaxud ondan böyük başqa
şəxslər gəldikdə, qarovul rəisi
gələnə yaxınlaşır və özünü
təqdim edir, məsələn: «Yoldaş
mayor. Qarovul rəisi leytenant Mirzəyev», sonra 140-cı
maddədə göstərildiyi kimi hərəkət edir.
142.
Qarovul rəisi qarovulun tabe olduğu rəislər adından
başqaları vasitəsilə sərəncam aldıqda,
onlardan parolu soruşmalıdır. Aldığı
sərəncamın düzgünlüyünə
şübhə etdikdə, qarovul rəisinin hüququ var ki,
onun düzgünlüyünü özünün
əlverişli hesab etdiyi hər hansı vasitə ilə
yoxlasın.
143.
Ümumalay (ümumbriqada) axşam yoxlanışı
keçirilərkən, qarovul rəisi göstərilən
vaxtda qarovulu «Silaha» çağırır və onu qarovul
otağının qarşısında sıraya düzür.
Orkestr
«Şəfəq» ifa etməyə başladığı zaman
qarovul rəisi «Farağat» komandası verib sırada öz
yerində dayanır. Tapança ilə silahlanmış
qarovul rəisi sıraya durduqdan sonra sağ əlini baş
geyiminə yapışdırır və orkestr Azərbaycan
Respublikasının Dövlət himnini ifa edib qurtardıqdan
sonra onu aşağı salır.
Orkestr
himni ifa edib qurtardıqdan sonra qarovul rəisi qarovulu qarovul
otağına aparır.
144.
Qarovul rəisinə qadağan edilir:
saatdarları
dəyişmək, onların xidmətini yoxlamaq
üçün və ya saatdarlar çağırdıqda,
həmçinin mühafizə olunan obyekt rayonunda hər
hansı hadisə və ya təbii fəlakət baş verdiyi
hallar istisna olmaqla, qarovul otağından çıxıb
getmək (qarovul otağından çıxıb getdikdə,
öz əvəzinə köməkçisini, o da
olmadıqda, dəyişdiricini və ya qarovul
nəfərlərindən birini qoymalıdır);
telefonla
şəxsi danışıq aparmaq;
qarovullar
(hərbi hissə) növbətçisinin icazəsi olmadan
qarovul heyətindən kimisə buraxmaq;
saatdarların
dəyişilməsi üçün postlar
cədvəlində nəzərdə tutulmuş qaydanı
qarovullar (hərbi hissə) növbətçisinin icazəsi olmadan
pozmaq;
qarovulun
təminatı üçün ayrılmış nəqliyyat
vasitələrindən təyinatına uyğun olmayaraq
istifadə etmək.
Hərbi
hissənin (birləşmənin) Döyüş
bayrağının mühafizəsi üzrə qarovul
rəisinin xüsusi vəzifələri
145.
Qarovul rəisi hərbi hissənin (birləşmənin)
Döyüş Bayrağının mühafizəsi
üçün xüsusi məsuliyyət daşıyır.
Qarovul
dəyişdirildikdə, o, köhnə qarovul rəisindən
möhürlənmiş çexolda və ya
şüşəli şkafda saxlanan Döyüş
Bayrağını şəxsən qəbul etməli və
bu zaman çexolun (şkafın) və möhürün
sazlığını, eləcə də möhürü
onun özündə olan izi ilə tutuşdurmaqla
yoxlamalıdır. Çexolun (şkafın) və
möhürün sazlığına əmin olduqdan sonra o,
dəyişdiriciyə və saatdara Döyüş
Bayrağını mühafizə etmək üçün
qəbul etməyi əmr edir.
146.
Qarovul rəisi Döyüş Bayrağını
çıxarmaqdan ötrü ona hər dəfə hərbi
hissə (birləşmə) komandirinin imzaladığı
icazə vərəqəsi təqdim edildikdə,
Döyüş Bayrağını ancaq hərbi hissə
(birləşmə) qərargahı rəisinə və ya onun
köməkçisinə (müavininə) verir.
Qərargah
rəisi və ya onun köməkçisi (müavini)
Döyüş Bayrağını qəbul edib çexolu
açır. Döyüş Bayrağını
çıxarır və qarovul rəisinin iştirakı
ilə postlar tabelinə uyğun ordenlərin, orden
lentlərinin, qumaşın, ucluğun və ağacın
yerində olmasını və vəziyyətini yoxlayır.
Bundan sonra qarovul rəisi postlar cədvəlində qeyd edir,
məsələn: «Hərbi hissənin Döyüş
Bayrağı filan ildə, ayda, gündə, saatda, filan
ordenlərlə və orden lentləri ilə - ¹-li icazə
vərəqəsinə əsasən verildi».
Döyüş
Bayrağını qəbul etmiş zabit və qarovul rəisi
bu qeydin altında imza edirlər. Yazılı icazə
vərəqəsini qarovul rəisi özündə
saxlayır.
Döyüş
Bayrağı mühafizə edilmək üçün
qarovula qaytarıldıqda, qarovul rəisi postlar tabelinə
uyğun ordenlərin, orden lentlərinin, qumaşın,
ucluğun və ağacın yerində olmasını və
vəziyyətini yoxlayır, Bayrağın bayraqdar və ya
assistentlər tərəfindən düzgün
yığılmasına nəzarət edir. Çexol
Döyüş Bayrağına geydirildikdən (Bayraq şkafa
qoyulduqdan) və çexol (şkaf) gerbli möhürlə
möhürləndikdən sonra qarovul rəisi
möhürü onun özündə olan izi ilə
tutuşdurub dəyişdiriciyə və saatdara
Döyüş Bayrağını mühafizə etmək
üçün qəbul etmək haqqında əmr verir.
Döyüş Bayrağını mühafizə etmək
üçün qəbul edəndən sonra qarovul rəisi
postlar cədvəlində hansı ordenləri, orden
lentlərini və hansı sayda qəbul etdiyi haqqında
müvafiq qeyd edir; bundan sonra qarovul rəisi və
Döyüş Bayrağını təhvil vermiş zabit
həmin qeydin altında imza edirlər.
Qarovul
dəyişiləndən sonra yazılı icazə
vərəqəsi postlar cədvəli ilə birlikdə
təhvil verilir.
Döyüş
Bayrağı verildikdən sonra saatdar postdan
çıxarılarsa, onun postdan çıxarılması
və yenidən bu posta qaytarılması haqqında postlar
tabelində müvafiq qeyd edilir.
147.
Döyüş Bayrağının yanındakı post
üçün təhlükə (yanğın və
təbii fəlakət) yarandıqda qarovul rəisi
şəxsən Döyüş Bayrağını xilas
etməkdən ötrü tədbirlər görməlidir.
Qarovul
rəisi hərbi hissənin Döyüş Bayrağı
üçün yaranmış təhlükə və onun
xilas edilməsi üzrə gördüyü tədbirlər
haqqında hərbi hissə komandirinə dərhal məlumat
verir və sonra onun sərəncamı üzrə
hərəkət edir.
Saxlanclara
(anbarlara) və parklara buraxılış zamanı qarovul
rəisinin xüsusi vəzifələri
148.
Qarovulun mühafizə etdiyi saxlanclara (anbarlara)
buraxılış zamanı qarovul rəisinin
vəzifəsidir:
təqdim
edilmiş buraxılış vərəqəsini qarovul otağında
olan müvafiq nümunə ilə tutuşdurmaq və
gələnin şəxsiyyətini təsdiq edən
sənədi yoxlamaq;
gələnin
soyadının və vəzifəsinin qarovul otağında
olan siyahıya uyğunluğunu yoxlamaq (112-ci maddə);
təqdim
olunmuş möhürü (plombiri) qarovul otağında olan möhürün
(plombirin) izi ilə tutuşdurmaq.
149.
Təqdim edilmiş bütün sənədlər,
həmçinin möhür (plombir) düzgün olduqda,
qarovul rəisi gələnin saxlancları (anbarları)
açmaqdan ötrü buraxılmasını
dəyişdiriciyə əmr edir; təqdim edilmiş
buraxılış vərəqəsini özündə
saxlayır.
Qarovul
dəyişildikdən sonra birdəfəlik
buraxılış vərəqəsi postlar cədvəli
ilə birlikdə təhvil verilir, həmişəlik
buraxılış vərəqəsi isə mühafizə
edilən obyektlər bağlanandan sonra təqdim edənə
qaytarılır.
Qarovul
rəisi postlar cədvəlində göstərilən
tələblərə dəqiq əməl etməklə
saxlanclara (anbarlara) daxil olmağa icazə verir. Qarovul rəisi
tezalışan saxlanclara (anbarlara) ancaq postlar
cədvəlində göstərilən ayaqqabılarla, neft
lampası, odlu və soyuq silahları, ya da yandırıcı
ləvazimatları olmayan şəxslərin
buraxılmasına icazə verir. Bu, postlar cədvəlində
də göstərilir.
150.
Qarovul rəisi saxlancları (anbarları) açdıqda
və ya bağladıqda bu barədə postlar
cədvəlində qeyd edir, məsələn: «Filan ildə,
ayda, gündə, saatda -- ¹-li buraxılış
vərəqəsinə əsasən saxlanc (anbar, pul
yeşiyi) açıldı (bağlandı)», bu qeydin
altında saxlancı (anbarı) açmağa
(bağlamağa) gəlmiş şəxslə birlikdə imza
edir.
Hər
hansı bir saxlanc (anbar) qarovulun dəyişilməsinə
qədər mühafizə olunmaq üçün təhvil
verilməyibsə, bu barədə təzə postlar
cədvəlində qeydlər edilir və altında
köhnə və təzə qarovul rəisləri imza
edirlər, buraxılış vərəqəsi isə təzə
qarovul rəisinə verilir.
151.
Saxlanc (anbar) bir saatdan çox olmayan müddətə
açılırsa, qarovul rəisi saatdarı postda
saxlayır. Saxlanc (anbar) bir saatdan çox müddətə
açılırsa, qarovul rəisi postlar tabelində
göstərilən tələblərə uyğun
hərəkət edir.
Saxlancın
(anbarın) açıldığı müddət
ərzində saatdarın postdan çıxarılması
və onun yenidən həmin posta qaytarılması haqqında
qarovul rəisi postlar cədvəlində müvafiq qeydlər
edir.
152.
Qarovul rəisi saxlanca (anbara) buraxılışa
aşağıdakı hallarda icazə vermir:
buraxılış
vərəqəsində göstərilən şəxs
göstərilmiş gündə və saatda
gəlmədikdə və ya müvafiq sənədləri
olmadıqda;
siyahıda
və ya buraxılış vərəqəsində
göstərilən şəxsin əvəzinə
başqası gəldikdə;
buraxılış
vərəqəsi və ya şəxsiyyəti təsdiq
edən sənəd düzgün tərtib edilmədikdə,
möhürün izi ilə (plombirdə isə plombun izi ilə)
və ya buraxılış vərəqəsi onun qarovul
otağında saxlanan nümunəsi ilə uyğun
gəlmədikdə.
Bütün
göstərilən hallarda qarovul rəisi gələn
şəxsi saxlayır, bu barədə postlar
cədvəlində qeyd edir, qarovullar (hərbi hissə)
növbətçisinə məlumat verir, sonra isə onun
göstərişinə əsasən hərəkət edir.
153.
Qarovulların mühafizə etdikləri parklarda və ya
maşınların (təyyarələrin, topların və
digər döyüş texnikasının)
dayandığı yerlərə 148-152-ci maddələrin
göstərişlərinə əsasən buraxılmağa
icazə verilir.
Hauptvaxt
qarovulu rəisinin xüsusi vəzifələri
154.
Hauptvaxt qarovulu rəisinin vəzifəsidir:
hauptvaxt
rəisinin (hərbi hissə növbətçisinin)
göstərişi ilə həbs kağızına,
cinayət prosesini həyata keçirən orqanın
qərarına əsasən hərbi qulluqçuları
qəbul etmək, həbs edilənləri və tutulanları
müvafiq kameralarda yerləşdirmək (4 saylı
əlavə);
həbs
edilənlərin kameralarının açarlarını
özündə saxlamaq;
zərurət
olduqda oyaq qarovul nəfərlərindən
çıxarıcıya köməkçilər təyin
etmək;
hərbi
komendantın (qarovullar, hərbi hissə
növbətçisinin) göstərişi ilə
sərxoş halda hərbi intizamı pozduqlarına
görə, həmçinin şəxsiyyətini təsdiq
edən sənədləri olmadığına və ya
düzgün tərtib edilmədiyinə görə tutulub
müvəqqəti saxlananlar kamerasında
yerləşdirilmiş hərbi qulluqçuları
mühafizə üçün qəbul etmək;
köhnə
qarovul dəyişilərkən kameralar üzrə həbs
edilənləri hauptvaxt rəisinin (hərbi hissə
növbətçisinin) imzaladığı adlar
siyahısı üzrə şəxsən qəbul etmək;
qarovulun
dəyişildiyi və xidməti zamanı divarların,
tavanın, döşəmənin, pəncərələrin
metal barmaqlıqların və s. bütövlüyünə
diqqət verməklə həbs edilənlərin
kameralarının vəziyyətini yoxlamaq;
həbs
edilənlərin kameralarda hər gün səhər
baxışını və axşam yoxlanışını
keçirmək, onlarda icazə verilməyən
əşyaların olub-olmamasını yoxlamaq;
xəstələnənlər barəsində hauptvaxt
rəisinə (hərbi hissə növbətçisinə)
məlumat vermək; həbs edilənlər üçün
müəyyən edilmiş gün nizam qaydalarına və
onların saxlanması qaydasına dəqiq əməl
edilməsinə diqqət yetirmək;
həbs
edilənləri yalnız hauptvaxt rəisinin (hərbi hissə
növbətçisinin) sərəncamı ilə
işə, hamama və i.a. göndərmək; həbs
edilənlər qayıtdıqdan sonra onlarda icazə
verilməmiş əşyaların olub-olmamasını
yoxlamaq; intizam qaydasında həbs edilmişlərin
doldurulmamış silahla müşayiət olunmasını
həyata keçirmək; cinayət prosesini həyata
keçirən orqan tərəfindən həbs edilmiş
şəxslər silahla müşayiət olunarkən konvoy
nəfərinin silahı doldurmasını şəxsən
yoxlamaq;
həbs
edilənlər arasında baş vermiş
iğtişaşın və onların qaçmasının
qarşısını almaq məqsədilə qarovulu «Silaha»
çağırmaq; zərurət olduqda qarovullar (hərbi
hissə) növbətçisindən əlavə naryad
göndərilməsini xahiş etmək;
xörəyin
vaxtında gətirilməsinə və həbs
edilənlərə paylanmasına diqqət yetirmək;
həbs
edilənlərin xahişlərini, şikayətlərini
(ərizələrini) və təkliflərini qəbul
etmək və hauptvaxt rəisinə (hərbi hissə
növbətçisinə) çatdırmaq;
qarovulda
olan bütün çatışmazlıqlar və onların
aradan qaldırılması üçün görülən
tədbirlər barəsində hauptvaxt rəisinə və
qarovullar (hərbi hissə) növbətçisinə
məlumat vermək; baş vermiş hadisələr
haqqında isə dərhal məlumat vermək.
155.
Hauptvaxtda yanğın və ya hauptvaxtın yerləşdiyi
rayonda təbii fəlakət baş verdikdə, qarovul rəisi
qarovulu «Silaha» çağırmağa borcludur; dərhal
yanğınsöndürmə komandasını
çağırmalıdır, cinayət prosesini həyata
keçirən orqan tərəfindən həbs edilmiş
şəxsləri təhlükəsiz yerə
çıxarmalı, onların mühafizəsini
təşkil etməlidir, intizam qaydasında həbs
edilənləri və tutulub saxlananları yanğın
söndürülməsinə (təbii fəlakətlə
mübarizəyə) və əmlakın xilas edilməsinə
cəlb etməlidir; baş vermiş hadisələr
haqqında qarovullar (hərbi hissə)
növbətçisinə və hauptvaxt rəisinə
məlumat verməlidir.
Qarovul
rəisinin köməkçisi
156.
Qarovul rəisinin köməkçisi qarovul rəisinə
tabedir. Qarovul rəisi köməkçisinin
vəzifəsidir:
qarovulun
vəzifəsini, qarovul rəisi üçün
təlimatı və bütün qarovul nəfərlərinin
vəzifələrini bilmək;
qarovul
dəyişdirilərkən qarovul otağını,
həmçinin orada olan avadanlığı və
əmlakı siyahı ilə qəbul etmək;
qarovul
rəisi olmaqdıqda və ya istirahət etdikdə onun
vəzifələrini yerinə yetirmək;
qarovul
rəisinin sərəncamı ilə növbələri
postlara göndərmək və saatdarların xidmətini
yoxlamaq;
qarovul
otağının girəcəyindəki saatdarların
dəyişdirilməsi qrafikini tərtib etmək və
onları dəyişdirmək;
qarovulun
şəxsi heyətinin vaxtında qidalanmasına,
avadanlığın, inventarın və əmlakın saz
saxlanmasına, qarovul otağında və ona yaxın
ərazidə təmizliyə və qayda-qanuna həmçinin
vaxtında sobaların qalanmasına və
işıqlandırmaya diqqət yetirmək;
qarovul
rəisinin sərəncamı ilə saatdarların
xidmətini yoxlamağa gedən şəxsləri
müşayiət etmək.
157.
Hauptvaxt qarovul rəisinin köməkçisi gündə
dörd dəfədən az olmayaraq (onun iki dəfəsi
gecələr) kameraların vəziyyətini və həbs
edilənlərin onlar üçün qəbul olunmuş qaydalara
riayət etməsini yoxlamağa borcludur (4 saylı
əlavə).
158.
Qarovul rəisi ağır xəstələndikdə ,
ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda
və ya həlak olduqda (öldükdə), qarovul rəisinin
köməkçisi onun vəzifəsini icra etməyə
başlayır və bu barədə qarovullar (hərbi
hissə) növbətçisinə məlumat verir. [21]
Dəyişdirici
159.
Dəyişdirici onun tabeliyində olan saatdarların
düzgün və sayıq xidmət etmələrinə,
vaxtında dəyişdirilmələrinə və postlara
qoyulmalarına, postları düzgün qəbul
etmələrinə və təhvil vermələrinə
cavabdehdir. O, qarovul rəisinə və onun
köməkçisinə tabedir və ancaq onların
əmrlərini yerinə yetirir.
160.
Dəyişdirici saatdara, mühafizə olunan obyektə,
qarovulu dəyişmək üçün postlara və ya
qarovul otağına qayıdarkən qarovul növbəsinə
basqını dəf etməkdən ötrü
şəxsən və qarovul növbəsi ilə birlikdə
bu Nizamnamənin 173-174-cü maddələrində
nəzərdə tutulmuş qaydada silah işlədə
bilər.
161.
Dəyişdiricinin ümumi vəzifəsidir:
öz
postlarının sayını, onların yerlərini, onlara
gedən hərəkət marşrutlarını,
mühafizə və müdafiə (müşahidə,
atəşaçma və hasarlama) şəraitini və
hər bir postda saatdarın xüsusi vəzifələrini
bilmək;
köhnə
qarovulun dəyişdiricisindən möhürlərin
(plombların) izlərini, saatdarları postlara qoyduqda isə
mühafizə olunan obyektləri postlar tabelinə uyğun
qəbul etmək, bu barədə qarovul rəisinə
məlumat vermək;
qarovul
nəfərlərini postlara aparmazdan əvvəl onların
öz vəzifələrini bilmələrini, həmçinin
tütün
çəkmə və yandırıcı
ləvazimatlarını qarovul otağında
qoyub-qoymadıqlarını yoxlamaq;
qarovul
nəfərlərini postlara aparmazdan əvvəl silahların
düzgün doldurulmasına, postlardan qayıtdıqdan sonra
isə düzgün boşaldılmasına diqqət
yetirmək (106 və 107-ci maddələr);
hər
növbə qayıtdıqdan sonra qarovul rəisinə
növbənin dəyişilməsi, postların
vəziyyəti, bütün nöqsanlar və onların aradan
qaldırılması tədbirləri haqqında məlumat
vermək;
ona tabe
olan saatdarların xidmətini qarovul rəisinin icazəsilə
yoxlamaq.
Hauptvaxtda
qarovulun dəyişdiricisi bundan əlavə, ona tabe olan
saatdarların mühafizə etdikləri həbs
edilənlərin sayını bilməlidir.
162.
Saatdarların postlara qoyulması və ya dəyişilməsi
zamanı dəyişdiricinin vəzifəsidir:
köhnə
qarovul dəyişdiricisi ilə birlikdə mühafizə
olunan obyektin vəziyyətini, işıqlandırmanın,
hasarların və səngərlərin
sazlığını yoxlamaq;
saatdarın
və postu qəbul edən qarovul nəfərinin postun
təhvilinə və qəbuluna düzgün əməl
etməsinə diqqət yetirmək, saxlanc (anbar, park)
qıfıllarının, möhürlərinin
(plomblarının), qaytanlarının mövcudluğu və
vəziyyətini, pəncərələrin, metal
barmaqlıqların, qapıların və divarların
vəziyyətini mühafizə olunan hərbi texnikanın
sayını, həmçinin rabitə, işıqlanma,
siqnalizasiya, yanğınsöndürmə vasitələrini
və post geyimini şəxsən yoxlamaq;
möhürü
və plombu onların izləri ilə tutuşdurmaq;
dəyişilən
saatdardan postda olduğu zaman bütün gördüklərini
soruşmaq;
postu
qəbul edən saatdara onun nəyə xüsusi diqqət
yetirməsi barədə göstəriş vermək, qonşu
postların harada yerləşməsini və mühafizə
olunan postlara daha təhlükəli giriş yerlərini
başa salmaq; yer sahəsində postun sərhədini və
kənar şəxsləri hansı məsafədən posta
yaxın buraxmaq qadağan olduğunu saatdara
göstərmək; saatdarın ona, mühafizə etdiyi
obyektə və ya qonşu posta basqın edildikdə,
həmçinin yanğın və həyəcan zamanı
nə edəcəyini bilib-bilmədiyini yoxlamaq;
saatdarların
qarovul otağı ilə əlaqə saxlaması
üçün təyin olunmuş siqnalları bilməsini
yoxlamaq.
Postu
qəbul edərkən (təhvil verərkən)
möhürün (plombun) onların izləri ilə və ya
mühafizə olunan maşınların
(təyyarələrin, topların və ya digər
döyüş texnikasının) miqdarı postlar
tabelində göstərilən sayla uyğun
gəlmədikdə, həmçinin hər hansı başqa
nöqsanlar aşkar edildikdə, dəyişdirici 221-ci
maddənin göstərişlərinə uyğun
hərəkət edir.
163.
Döyüş Bayrağı yanındakı postda saatdarı
dəyişdirərkən, dəyişdirici çexolun
(şkafın) sazlığını, onlardakı
möhürləri yoxlamalı və möhürü
özündə olan izi ilə tutuşdurmalıdır.
Çexolun (şkafın) və ya möhürün
nasazlığı aşkar edildikdə, qarovul rəisini
çağırmalı və ona bu barədə dərhal
məlumat verməlidir.
164.
Dəyişdirici saxlancları (anbarları, parkları)
açmaq üçün gəlmiş şəxslərlə
birlikdə parka gəlir, möhürlərin (plombların)
izlərini nəzərdən keçirir. Saatdar postlar
tabelinə uyğun postda qalmalı olduqda, dəyişdirici
postlar tabelində bu vaxt üçün nəzərdə
tutulmuş xüsusi vəzifələri onun yadına
salır.
Dəyişdirici
saxlanclara (anbarlara) girməyə postlar tabelində
göstərilən tələblərə dəqiq
əməl etməklə icazə verir.
165.
Açılmış saxlanclarda saatdar
dəyişilərsə, dəyişdirici posta girmiş
saatdara saxlancın kim tərəfindən
açıldığını və ya maşınların
dayandıqları yerlərə buraxıldığını
bildirir.
Saxlanclar
(anbarlar, parklar) bağlandıqdan sonra dəyişdirici
möhürlərin (plombların) izləri ilə posta
gəlir ki, şəxsən saatdarın iştirakı ilə
saxlancı (anbarı, parkı) mühafizə
üçün təhvil verənlə birlikdə
möhürlərin (plombların) və pəncərələrin,
metal barmaqlıqların, qapıların, divarların
vəziyyətini yoxlasın; dayanacaqlardakı döyüş
texnikasını mühafizə üçün qəbul
etdikdə maşınların, təyyarələrin,
topların sayını yoxlasın, onlarda möhürlər
(plomblar) olduqda isə onların izləri ilə tutuşdursun.
166.
Qarovul rəisi və onun köməkçisi ağır
xəstələndikdə , ağır xəsarət
(yaralanma, travma, kontuziya) aldıqda və ya həlak olduqda
(öldükdə), qarovul rəisi vəzifəsini birinci
dəyişdirici müvəqqəti icra etməyə
başlayır. O, baş vermiş hadisə haqqında qarovullar
(hərbi hissə) növbətçisinə məlumat
verməlidir. [22]
Saatdar
167.
Saatdar toxunulmaz şəxsdir. Saatdarın
toxunulmazlığı aşağıdakılardan
ibarətdir:
hüququnu
və şəxsi ləyaqətinin qanunla xüsusi
qorunmasından;
ancaq
müəyyən şəxslərə — qarovul rəisinə,
qarovul rəisinin köməkçisinə və öz
dəyişdiricisinə tabe olmasından;
vəzifəsi
ilə müəyyən edilmiş tələblərin
bütün şəxslər tərəfindən
sözsüz yerinə yetirilməsindən;
bu
Nizamnamədə göstərilən hallarda və qaydada ona
silah işlətmək hüququ verilməsindən.
168.
Ancaq qarovul rəisinin, qarovul rəisi köməkçisinin
və tabe olduğu dəyişdiricinin saatdarı
dəyişməyə və postdan çıxarmağa
hüququ vardır.
Qarovul
rəisi, onun köməkçisi və dəyişdirici
həlak(öldükdə) olduqda və ya onların öz
vəzifələrini yerinə yetirməyə fiziki
cəhətdən imkanları olmadıqda, saatdarlar qarovullar
(hərbi hissə) növbətçisi tərəfindən
öz bölük (batareya) və yaxud tabor (divizion) komandirinin
iştirakı ilə postdan çıxarılır, yaxud
dəyişdirilir. [23]
169.
Qarovul nəfəri postu qəbul edərkən
dəyişdiricinin (qarovul rəisinin və ya onun
köməkçisinin) və dəyişilən saatdarın
iştirakı ilə şəxsən postlar tabelinə
uyğun mühafizə üçün bütün qəbul
olunanları nəzərdən keçirib onların
mövcudluğunu və sazlığını
yoxlamalıdır; həbs edilənləri mühafizə
üçün postu qəbul edərkən
siyirmələrin, metal barmaqlıqların
sazlığını və kamerada saxlanan həbs
edilənlərin sayını yoxlamalıdır.
170.
Saatdarın vəzifəsidir:
öz
postunu sayıq mühafizə və mətanətlə
müdafiə etmək;
ayıq
xidmət etmək, fikrini yayındırmamaq, silahını
əlindən buraxmamaq və onu tabe olduğu
şəxslər də daxil olmaqla, heç kimə
verməmək;
təyin
olunmuş marşrutla hərəkət edərək, postun
yaxınlığındakı girəcəkləri və
hasarları nəzərdən keçirmək,
həmçinin siqnalizasiya vasitələrinin
sazlığını yoxlamaq;
həyatı
təhlükədə olsa belə,
dəyişilməyincə və postdan
çıxarılmayınca onu tərk etməmək;
(özbaşına postu tərk etmək qarovul xidmətinin
nizamnamə qaydalarını pozduğuna görə hərbi
cinayəti ağırlaşdıran haldır);
postda
tapşırığı yerinə yetirərkən 107-ci
maddədə göstərilən qayda üzrə dolu və
həmişə atışa hazır silahı olmaq;
postlar
tabelində göstərilən və yer sahəsində
işarə qoyulmuş yerdən posta yaxın
məsafəyə qarovul rəisindən, qarovul rəisinin
köməkçisindən, özünün
dəyişdiricisindən və onların müşayiət
etdikləri şəxslərdən, həmçinin 168-ci
maddədə göstərilən hallarda qarovullar (hərbi
hissə) növbətçisindən başqa heç
kəsi buraxmamaq;
qarovulun
nəqliyyat vasitələrinin marşrutunu, hərəkət
qrafikini, həmçinin onların fərqlənmə
nişanlarını və siqnallarını bildirmək;
postdakı
yanğınsöndürmə vasitələrindən
istifadə etməyi bacarmaq;
180-ci
maddədə göstərildiyi kimi əsgəri salam
vermək;
obyektin
hasarında (postda) hər hansı bir nasazlığı
və öz postu, yaxud qonşu postun yaxınlığında
hər hansı qayda-qanun pozuntusunu gördükdə, qarovul
rəisini çağırmaq;
qarovul
itinin hürməsini eşitdikdə, dərhal
müəyyən edilmiş siqnalla qarovul otağına
xəbər vermək.
171.
Saatdar postda süngüsü taxılmış silahla
(süngü-bıçaqsız qundağı
qatlanmış avtomatla, bel qayışından qında olan
süngü-bıçaqla) olmalıdır; gecə vaxtı
ayaqüstə atış üçün hazırlıq
vəziyyətində, gündüz vaxtı «qayışda»
vəziyyətində və ya ayaqüstə atış üçün
hazırlıq vəziyyətində (15 saylı əlavə);
daxili postlarda və Döyüş Bayrağının
yanındakı postda taxta qundaqlı avtomat «qayışda»,
qatlanan qundaqlı avtomat «döşdə», karabin isə «ayaqda»
vəziyyətində; dolu maqazinlər (daraqlar) olan çanta
bağlı olmalıdır.
Saatdara
yanğın söndürdüyü və ya təbii
fəlakətlə mübarizə apardığı vaxtlar
silahı «arxada» vəziyyətində saxlamağa icazə
verilir.
172.
Saatdara yatmaq, oturmaq, nəyə isə söykənmək,
yazmaq, kitab oxumaq, mahnı oxumaq, danışmaq, yemək,
içmək, tütün çəkmək,
təbii ehtiyaclarını yerinə yetirmək,
kimdənsə şey almaq və kiməsə şey
vermək, zərurət olmadıqda patronu yuvasına
yeritmək qadağandır. [24]
Saatdar
ancaq qarovul rəisinin, onun köməkçisinin, öz
dəyişdiricisinin və yoxlamağa gəlmiş şəxslərin
suallarına cavab verməlidir.
173.
Saatdar özünə və ya mühafizə etdiyi obyektə
aşkar basqın olduğu hallarda xəbərdarlıq
etmədən silah işlətməlidir.
174.
Saatdar qarovul rəisindən, qarovul rəisinin
köməkçisindən, öz dəyişdiricisindən
və onların müşayiət etdikləri
şəxslərdən başqa postlara, yaxud
göstəricilərlə işarə qoyulan qadağan
edilmiş sərhədə yaxınlaşan bütün
şəxsləri ucadan «Dayan,
geriyə» və ya «Dayan,
sağdan (soldan) keç» deyib saxlayır.
Posta
və ya qadağan olunmuş sərhədə
yaxınlaşan şəxs bu tələbi yerinə
yetirmədikdə, saatdar onu ucadan «Dayan,
atacağam» deyib xəbərdar edir və dərhal qarovul
rəisini, yaxud dəyişdiricini çağırır.
Qaydanı
pozan şəxs bu tələbi yerinə yetirmədikdə,
saatdar patronu yuvaya yeridir və havaya xəbərdarlıq
atəşi açır. Qaydanı pozan şəxs bu
tələbi də yerinə yetirmədikdə və posta
(qadağan edilmiş sərhədi) keçməyə
cəhd göstərdikdə, yaxud belə cəhddən sonra
qaçmağa üz qoyduqda, saatdar ona qarşı silah
işlədir.
175. Pis
görmə şəraitində postlar tabelində
göstərilən məsafədən posta və ya
qadağan olunmuş sərhədə yaxınlaşanları
görmək mümkün deyilsə, saatdar onu ucadan «Dayan, kim gəlir» deyib
saxlayır. Cavab almadıqda, saatdar «Dayan atacağam» — deyə xəbərdar edir və
qaydanı pozanı yerə uzanmağa məcbur edərək
tutub saxlayır. Saatdar qaydanı pozduğuna görə tutulan
barəsində müəyyən edilmiş siqnalla qarovul
otağına xəbər verir və diqqətini
zəiflətməyərək ona
tapşırılmış obyekti mühafizə
etməkdə davam edir, qaydanı pozanın
davranışına diqqət yetirir.
Qaydanı
pozan dayanmadıqda və mühafizə edilən obyektə
(posta) soxulmağa cəhd göstərdikdə və ya
belə cəhddən sonra qaçmağa üz qoyduqda, saatdar
havaya xəbərdarlıq atəşi açır.
Qaydanı pozan bu tələbi də yerinə
yetirmədikdə, saatdar ona qarşı silah işlədir.
Saatdarın
səsinə «Qarovul rəisi
(qarovul rəisinin köməkçisi, dəyişdirici)
gəlir» cavabı verildikdə, saatdar əmr edir:
«Qarovul rəisi (qarovul rəisinin
köməkçisi, dəyişdirici) yanıma, qalanları
yerində»; zərurət olduqda isə saatdar
yaxınlaşan şəxsin öz üzünü
işıqlandırmasını tələb edir. Adı
çəkilən şəxsin doğrudan da qarovul rəisi
(qarovul rəisinin köməkçisi, dəyişdirici)
olduğuna əmin olandan sonra saatdar bütün gələn
şəxsləri yanına buraxır.
Özünü
qarovul rəisi (qarovul rəisinin köməkçisi,
dəyişdirici) adlandıran naməlum şəxs olduqda
və ya onunla olan şəxslər saatdarın öz
yerində qalmaq tələbini yerinə yetirmədikdə,
saatdar qaydanı pozanlara ucadan «Dayan,
atacağam» deyib xəbərdarlıq etməlidir.
Qaydanı
pozan şəxslər bu tələbi də yerinə
yetirmədikdə, saatdar onlara qarşı silah işlədir.
176.
Zərurət olduqda saatdar özünü və ya
mühafizə etdiyi obyekti müdafiə etməkdən
ötrü əlbəyaxa döyüşə girərək
süngü, yaxud qundaqla cəsarətlə
vuruşmalıdır.
177.
Postda yanğın baş verdikdə, saatdar bu barədə
müəyyən edilmiş siqnalla qarovul otağına
dərhal xəbər verməli və mühafizə etdiyi
obyektdən müşahidəsini yayındırmadan
yanğının söndürülməsindən
ötrü tədbir görməlidir. Mühafizə etdiyi
obyektin texniki ərazisində, yaxud daxili və xarici
hasarları olan obyektdə, həmçinin postun
yaxınlığında yanğın baş verdikdə,
postda öz xidmətini davam etdirərək, bu barədə
qarovul otağına xəbər verməlidir.
178.
Saatdar qəflətən xəstələndikdə ,
xəsarət (yaralanma, travma, kontuziya) aldıqda postda
xidmətini davam etdirərək müəyyən edilmiş
siqnalla dəyişdiricini və ya qarovul rəisini
çağırmalıdır.
179.
Müstəsna, təxirəsalınmaz hallarda, yaxud rabitə
və siqnalizasiya vasitələri nasaz olduqda, saatdar havaya
atəş açmaqla, qarovul rəisini və ya
dəyişdiricini posta çağırmalıdır. [25]
180.
Saatdar özünün tabe olduğu rəislərinə
və onların müşayiəti ilə posta gəlmiş
rəislərə Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Sıra nizamnaməsində
göstərilmiş qayda ilə əsgəri salam
verməlidir. Bu zaman əvvəl avtomat ayaqüstə
atışa hazırlıq vəziyyətindən
«qayışa», karabin isə «ayağa» alınır.
181.
Saatdar Döyüş Bayrağının yanındakı
postda öz vəzifəsini ayaqüstə «azad»
vəziyyətində yerinə yetirir. Hərbi qulluqçular
Döyüş Bayrağına əsgəri salam verdikdə,
saatdar «farağat» vəziyyəti almalıdır.
Döyüş
Bayrağını mühafizəyə qəbul edəndə
saatdar onun çexolunun (şkafın) və ondakı
möhürün izinin sazlığını
yoxlamalıdır. O, Döyüş Bayrağını ancaq
qarovul rəisinin şəxsi əmri ilə və onun
iştirakı ilə postdan verə bilər.
Döyüş
Bayrağının yanındakı posta təhlükə
qorxusu (yanğın, daşqın, yaxud başqa təbii
fəlakət) yarandıqda, saatdar Döyüş
Bayrağını təhlükəsiz yerə
çıxarmalı və qarovul rəisini dərhal
çağırmalıdır.
182.
Saatdar açılmış saxlancda (anbarda, parkda), yaxud
maşınların (təyyarələrin, topların və
ya digər döyüş texnikasının)
dayandığı yerdə iş görüldüyü
hallarda öz vəzifəsini postlar tabelində
göstərilənlərə uyğun yerinə yetirir.
Bunlardan
əlavə alışma təhlükəsi olan saxlancları
(anbarları) mühafizə edən saatdarın
vəzifəsidir:
mühafizə
edilən obyektlərin yanında heç kəsin tütün
çəkməsinə, od qalamasına, atəş
açmasına, həmçinin postlar tabelində
göstərilən məsafədən yaxında
nəzərdə tutulmayan işıqlandırıcı
cihazlardan istifadə etməsinə yol verməmək;
heç
kəsi saxlanca (anbara) postlar tabelində nəzərdə
tutulmayan ayaqqabı və fənərlə, həmçinin
soyuq və odlu silahla buraxmamaq.
183.
Həbs edilənləri hauptvaxtda mühafizə edən
saatdarın vəzifəsidir:
mühafizə
etdiyi həbs edilənlərin sayını bilmək;
kameraların
xaricində qapıların qabağında olmaq və
nəzarət pəncərəsindən həbs
edilənlərin müəyyən edilmiş qaydaları
pozmamalarına, onların hərəkətlərinə və
davranışlarına diqqət yetirmək, həbs
edilənlərin pəncərə
çərçivələrini, metal barmaqlıqları,
döşəməni və divarları xarab
etmələrinə yol verməmək;
həbs
edilənlərin kameralarında gecə vaxtı işıq
olmasına diqqət yetirmək;
qarovul
rəisinin, qarovul rəisi köməkçisinin və öz
dəyişdiricisinin şəxsi sərəncamı olmadan
həbs edilənləri kameralardan bayıra və onların
yanına heç kimi buraxmamaq;
həbs
edilənlərlə danışmamaq, onlara heç nə
verməmək və onlardan heç nə almamaq;
həbs
edilənlərin yoldan keçənlərdən bir şey
almalarına, onların pəncərədən
küçəyə kağız və başqa şey
tullamalarına və kənar adamlarla danışmalarına
yol verməmək;
həbsdə
olan şəxs çıxarıcını
çağırmağı xahiş etdikdə, bu
barədə dəyişdiriciyə, qarovul rəisinə
və ya onun köməkçisinə məlumat vermək;
həbs
edilənlər onun tələblərini yerinə
yetirmədikdə, dərhal qarovul rəisini, onun
köməkçisini və ya dəyişdiricini
çağırmaq;
qaçan
həbs edilənə (həbs edilənlərə) ucadan «Dayan, atacağam» deyib
xəbərdarlıq etmək, bu tələb yerinə
yetirilmədikdə, ona (onlara) qarşı silah
işlətmək.
Həbs
edilənləri bir məntəqədən başqasına
apardıqda, həmçinin hauptvaxtdan kənarda
hərəkət etdikdə, həbs edilənləri
mühafizə edən saatdarın vəzifəsini konvoy
nəfəri yerinə yetirir.
184.
Qarovul otağının girəcəyində saatdar qarovul
otağını mühafizə etməli və oraya
özünün üzdən tanıdığı və
qarovulun tabe olduğu, yaxud onların müşayiət
etdikləri şəxslərdən başqa heç kimi
buraxmamalıdır. Bu şəxslərin
yaxınlaşmasını saatdar müəyyən olunmuş
siqnalla qarovul rəisinə bildirir və onları maneəsiz
qarovul otağına buraxır. Bütün başqa
yaxınlaşan şəxsləri saatdar postlar tabelində
göstərilən məsafədə saxlamalı və
qarovul rəisini, yaxud onun köməkçisini çağırmalıdır.
Pis
görmə şəraitində postlar tabelində
göstərilən məsafədən qarovul otağına
yaxınlaşanları görmək mümkün deyilsə,
saatdar onları ucadan «Dayan»
deyib yerində saxlamalı və qarovul rəisini, yaxud onun
köməkçisini çağırmalıdır.
Qarovul
otağının yaxınlığında baş verən
bütün hadisələr və qarovulun öz
vəzifələrini yerinə yetirməsinə mane ola
bilən bütün nəzərə çarpan
şeylər, həmçinin postlarda eşitdiyi siqnallar
haqqında saatdar qarovul rəisinə, yaxud onun
köməkçisinə məlumat verməlidir.
185.
Saatdarın xüsusi vəzifəsi hər bir obyektin
mühafizə və müdafiə şəraitinə
uyğun olaraq postlar tabelində göstərilir.
Avtonəqliyyat
vasitələrinin sürücüsü
186.
Avtonəqliyyat vasitəsinin sürücüsü qarovul
heyətinin daşınmasından ötrü dərhal
istifadə olunması üçün avtonəqliyyat
vasitəsinin daim hazır olmasına cavabdehdir. O, qarovul
rəisinə və onun köməkçisinə tabedir.
Avtonəqliyyat
vasitəsi sürücüsünün vəzifəsidir:
avtonəqliyyat
vasitəsini işə daim hazır vəziyyətdə
saxlamaq;
qarovul
rəisinin və ya onun köməkçisinin
sərəncamı ilə postların yerləşmə
sxemində göstərilən marşrutla növbələri
və saatdarların xidmətini yoxlayan şəxsləri postlara
aparmaq və postlardan gətirmək;
postlara
gedərkən və postlardan qayıdarkən
dəyişdiricinin komandalarını yerinə yetirmək.
Sürücüyə
avtonəqliyyat vasitəsinin idarə olunmasını
özünün tabe olduğu şəxslər də daxil
olmaqla, başqa şəxsə verməsi qadağan edilir.
Çıxarıcı
187.
Çıxarıcı həbs edilənləri hauptvaxt
hüdudlarında müşayiət edərkən onların
mühafizəsinə cavabdehdir. O, qarovul rəisinə və
onun köməkçisinə tabedir.
Çıxarıcının
vəzifəsidir:
qarovul
rəisinin və ya onun köməkçisinin
sərəncamı ilə həbs edilənlər təbii
ehtiyaclarını yerinə yetirməkdən ötrü,
səhər və axşam tualetinə, gəzintiyə,
həmçinin hauptvaxtın kameralarını və otaqlarını
yığışdırmaq üçün
çıxarıldıqda, onları müşayiət edib
qorumaq;
həbs
edilənləri müşayiət edərkən, silahı
«qayışda» vəziyyətində saxlamaq;
müşayiət
olunan həbs edilənlərin tütün
çəkməməsinə və kənar
şəxslərlə ünsiyyətdə olmamasına
diqqət yetirmək;
qaçan
həbs edilənə (həbs edilənlərə) ucadan
«Dayan, atacağam» deyib xəbərdarlıq etmək, bu
tələb yerinə yetirilmədikdə, ona (onlara)
qarşı silah işlətmək.
188.
Çıxarıcıya həbs edilənləri
müşayiət edərkən onlarla danışığa
girmək, onlardan hər hansı bir şey qəbul etmək,
yaxud onlara bir şey vermək, həmçinin yemək,
içmək, tütün çəkmək,
mahnı oxumaq, oturmaq, təbii ehtiyacını yerinə yetirmək
və başqa vasitələrlə öz vəzifə borcunu
yerinə yetirməkdən yayınmaq qadağan edilir.
Çıxarıcı
həbs edilənləri müşayiət etməkdən
ötrü onları bir-bir kolona düzür və həbs
edilənlərdən (həbs ediləndən) iki-üç
addım sağda (solda) geridə hərəkət edir. Bütün
komandaları çıxarıcı verir.
Həbs
edilənlərin konvoy ilə müşayiətetmə
qaydaları və konvoy nəfərlərinin xüsusi
vəzifələri 4 saylı əlavədə verilib.
X
fəsil.
Qarovulların
dəyişməsi və dəyişilməsi
Qarovulların
dəyişməsi
189.
Qarovulların dəyişməsi, qarovulun xidməti yerinə
yetirməyə hazır olmasını yoxlamaqdan, onların
98-ci maddədə göstərilən şəxslərin
tabeliyinə keçməsindən və qarovullara
köhnə qarovulları dəyişmək hüququnun
verilməsindən ibarətdir. Qarovulların
dəyişməsi 40 dəqiqədən artıq davam
etməməlidir.
190.
Qarnizon qarovullarının dəyişmə yerini və
vaxtını qarnizon rəisi, daxili qarovullarınkını
isə hərbi hissə komandiri müəyyən edir.
Qarovulların dəyişmə yerinə və
dəyişmə yerindən qarovul otağına
getməsinə saat yarımdan artıq vaxt sərf
olunmamalıdır.
Böyük
qarnizonlarda qarovulların dəyişməsi qarnizon rəisinin
sərəncamı ilə ayrı-ayrı yerlərdə
aparıla bilər.
191.
Dəyişmə yerinə və ya dəyişmə
yerindən qarovul otağına piyada getmək
üçün 30 dəqiqədən çox vaxt
tələb olunarsa, qarnizon rəisinin (hərbi hissə
komandirinin) sərəncamı ilə qarovula nəqliyyat
vasitəsi verilməlidir.
192.
Dəyişməyə qarovulların bütün şəxsi
heyəti və orkestr çıxarılır. Onlar
dəyişmə yerinə onun başlanmasına 10
dəqiqə qalmışdan gec olmayaraq
gəlməlidirlər.
Qarnizonlarda
və hərbi hissələrdə orkestr olmadıqda,
həmçinin havanın temperaturu -15o S və ondan aşağı
olduqda, qarovulların dəyişməsinə iki-üç
təbilçi çıxarılır.
193.
Qarnizon (düşərgə) qarovullarının
dəyişməsi qarovullar növbətçisi
(bölmə qarovullar növbətçisi,
düşərgə toplanışı növbətçisi)
tərəfindən aparılır.
Daxili
(gəmi) qarovullarının dəyişməsi hərbi
hissə (gəmi) növbətçisi tərəfindən
aparılır.
Müvəqqəti
qarovulların dəyişməsi daimi qarovullarla birlikdə
aparılır. Müvəqqəti qarovullar daimi qarovulların
dəyişməsindən sonra təyin olunduqda, onların
dəyişməsi ayrıca aparılır.
194.
Hər bir qarovul rəisi dəyişmə yerinə gəlib
yeni qarovul növbətçisinin köməkçisinə
məlumat verir, məsələn: «Yoldaş leytenant. Bir nömrəli qarovul bütün
şəxsi heyəti ilə dəyişməyə gəlib.
Qarovul rəisi leytenant Səmədov».
195.
Yeni qarovul növbətçisinin köməkçisi
qarovulları onların nömrələrinin
ardıcıllığına görə: avtomatlarla
silahlanmışları avtomat «qayışda»,
karabinlərlə silahlanmışları isə karabin «ayaqda»
vəziyyətinə düzür.
Hər
qarovulun sağ cinahında qarovul rəisi, sol cinahında
isə onun köməkçisi dayanır;
dəyişdiricilər öz qarovul nəfərlərindən
sağdan birinci cərgədə dayanırlar. Qarovul
nəfərləri post nömrələrinin
ardıcıllığına görə sağdan sola, növbə
ardıcıllığına görə isə bir-birinin
ardınca, çıxarıcılar isə onlardan solda
dayanırlar. Qarovulların nəqliyyat vasitələri öz
sürücüləri ilə onlar üçün
ayrılmış yerdə yerləşirlər.
Daxili
qarovulların dəyişməsi zamanı qarovullardan solda
yerdə qalan sutkalıq naryad Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Daxili xidmət
nizamnaməsində göstərilən qaydada
düzülür.
Orkestr
(təbilçilər) qarovulların sağ cinahında
qarovullar növbətçisi köməkçisindən
üç addım sağda dayanır.
|
Qarovulu
dəyişmə üçün düzülüşü
196.
Qarovullar növbətçisini qarşılamaq
üçün onun köməkçisi
növbətçinin sıraya çatmasına 40-50 addım
qalmış komanda verir: «Qarovullar
— «DÜZLƏN»,
«FARAĞAT», «DİQQƏT, SAĞA (SOLA, MƏRKƏZƏ)».
Qarovullar (QAROVUL) karabinlə silahlanıblarsa, «QAROVULLAR — «DÜZLƏN», FARAĞAT», «sağdan (soldan,
qarşıdan) qarşılamaq üçün, qarovula — AL».
Hərbi dirijor «DÜZLƏN» komandası üzrə sıra
addımları ilə orkestrin sırasının ortasına
çıxır və birinci cərgənin iki-üç
addımlığında üzü sıraya tərəf
dayanır. Tapançalarla silahlanmış qarovul
rəisləri birinci komandadan sonra əllərini baş
geyimlərinə yapışdırırlar; hamı
başını qarovullar növbətçisi
tərəfə çevirərək, onu nəzərləri
ilə müşayiət etməklə arxasınca
başlarını döndərirlər.
İkinci
komandada bundan başqa, karabinlər «qarovul»
vəziyyətinə alınır. Orkestr «qarşılanma marşı» çalır
(təbilçilər «Səfər
marşı» çalırlar). Qarovullar
növbətçisinin köməkçisi əlini baş
geyiminə yapışdıraraq sıra addımları
ilə qarovullar növbətçisinə yaxınlaşır,
onun iki-üç addımlığında dayanıb raport
verir; məsələn: «Yoldaş
mayor. Qarovullar dəyişmə üçün
düzülüb. Qarovullar növbətçisinin
köməkçisi leytenant Xəlilov». Qarovullar
növbətçisinin köməkçisi raportu
qurtardıqdan sonra əlini baş geyimindən
aşağı salmayıb sol (sağ) ayağı ilə yana
addım ataraq eyni vaxtda sola (sağa) dönür və
qarovullar növbətçisini qabağa buraxaraq, ondan bir-iki
addım məsafədə və sıranın xarici
tərəfində onun ardınca gedir.
Qarovullar
növbətçisinin köməkçisi raport
verməkdən ötrü dayandıqda orkestr
(təbilçi) çalmağı kəsir.
197. Qarovullar
növbətçisi raportu qəbul etdikdən sonra
sıranın qarşısında ortada duraraq qarovulun
şəxsi heyəti ilə salamlaşır: «Salam, yoldaşlar»; salama cavab aldıqdan sonra komanda
verir: «AZAD» və sağ
əlini baş geyimindən aşağı salır. Qarovullar
növbətçisi köməkçisi «AZAD» komandası verir və əlini baş
geyimindən aşağı salır. Qarovul rəisləri
əllərini baş geyimlərindən aşağı
salırlar.
Qarovullar
(qarovul) karabinlə silahlandıqda, qarovullar
növbətçisinin köməkçisi «Ayağa — AL» sonra isə «AZAD» komandası verir.
198.
Qarovullar növbətçisi köməkçisi təyin
olunmadıqda, 195-197-ci maddələrdə
göstərilmiş dəyişmədə onun
vəzifələrini hərbi rütbəcə böyük
olan qarovul rəisi, qarovul rəisləri eyni hərbi
rütbədə olduqda isə bir nömrəli qarovulun
rəisi yerinə yetirir. «AZAD»
komandası verildikdən sonra isə o öz yerində durur.
199.
Qarovullar növbətçisi qarovulları yoxlamaq
üçün, lazım gələrsə,
cərgələri bir-birindən bir addım aralayır və
öz köməkçisi ilə birlikdə qarovulun
tərkibini, şəxsi heyətin zahiri görkəmini,
onların öz vəzifələrini bilmələrini,
həmçinin silahlarının sazlığını
yoxlayır, aşkar olunmuş
çatışmazlıqların aradan qaldırılması
üçün göstərişlər verir.
Qarovullar
növbətçisi qarovula yaxınlaşdıqda, qarovul
rəisi sıradan çıxaraq özünü ona
təqdim edir, öz qarovulunun şəxsi heyəti
yoxlanarkən, qarovullar nöbətçisini
müşayiət edir və sonra icazə alıb öz
yerində durur.
Hər
hansı bir qarovul xidmət etmək üçün hazır
deyilsə, qarovullar növbətçisi onun əlavə
hazırlanması və ya başqası ilə
dəyişdirilməsi üçün təyin olunduğu
hərbi hissəyə qaytarır və bu barədə qarnizon
rəisinə və hərbi komendanta dərhal məlumat verir.
Bu qarovul üçün dəyişmə qarovullar
növbətçisi və ya onun köməkçisi
tərəfindən ayrıca aparılır.
200.
Qarovullar növbətçisi yoxlama qurtardıqdan sonra
sıranın ortasına çıxır və
qarovulların qarşısında üzü onlara
tərəf durur; növbətçinin köməkçisi
qarovullar növbətçisinin arxasında ondan sol tərəfdə,
bir addımlıqda durur. Qarovullar növbətçisi komanda
verir: «Qarovullar, DÜZLƏN»,
«FARAĞAT», «Orkestr, toplanış ÇAL» («Təbilçilər,
toplanış çalın»). «Farağat» komandası
ilə qarovullar növbətçisi, onun
köməkçisi və tapança ilə
silahlanmış hər bir qarovul rəisi sağ əlini
baş geyiminə yapışdırır.
201. «Toplanış»
çalınıb qurtardıqdan sonra qarovullar
növbətçisi, onun köməkçisi və qarovullar
rəisləri əllərini baş geyimlərindən
aşağı salırlar. Qarovullar növbətçisi «Qarovul rəisləri, yanıma
gəl» komandası verir. Qarovul rəisləri sıra
addımları ilə qarovullar növbətçisinə
yaxınlaşır və ondan iki-üç addımlıqda
bir cərgədə (bir addım ara saxlamaqla) durub,
qarovulların sıra nömrələrinin
ardıcıllığı ilə özlərini təqdim
edirlər, məsələn: «Bir
nömrəli qarovul rəisi leytenant Xəlilov».
Qarovullar
növbətçisi hər bir qarovul rəisinə onun
xidmətinin xüsusiyyətini xatırladır və parollar
olan kağızları onlara verir.
202.
Parollar olan kağızları verib, parolların düzgün
başa düşülməsinə əmin olduqdan sonra «Qarovul rəisləri, sıraya
dur» komandası verir. Qarovulun rəisləri bu komanda ilə
sırada öz yerlərini tuturlar; orkestr
(təbilçilər) 10-15 addım qabağa
çıxır və üzü qarovullara tərəf
dayanırlar. Qarovullar növbətçisi komanda verir: «Orkestr, dəyişmə
çal». Orkestr çaldığı vaxt qarovullar
növbətçisi, onun köməkçisi və
tapança ilə silahlanmış hər bir qarovul rəisi
sağ əlini baş geyiminə yapışdırır.
Orkestr
çalıb qurtardıqdan sonra qarovullar
növbətçisi komanda verir: «Qarovullar,
sağa — DÖN», «Addımla — MARŞ». Qarovullar (qarovul)
karabinlə silahlanıblarsa, «Qarovullar,
sağa — DÖN» komandasından sonra «Qayışa — AL» komandaları verilir.
«Marş»
komandasında qarovullar sıra addımları ilə qarovullar
növbətçisinin yanından keçərək öz
mühafizə edəcəkləri obyektlərə
gedirlər; qarovul rəisləri öz qarovullarından iki
addım qabaqda, dəyişdiricilər öz postlarının
qarovul nəfərlərindən bir addım qabaqda, qarovul
rəisinin köməkçiləri öz
qarovullarının arxasınca gedirlər. Orkestr
(təbilçilər) öz yerində qalaraq marş
çalır(lar).
Orkestr
(təbilçilər) qarovullar növbətçisinin
sərəncamı (siqnalı) ilə çalmağı
dayandırır(lar).
203.
Qarovulların dəyişməsi zamanı qarnizon rəisi
qarnizon hərbi komendantı (daxili qarovullarda hərbi hissə
komandiri) və ya onların birbaşa rəisləri,
həmçinin qarnizon hərbi hissələrinə (hərbi
hissəyə) təftiş və yoxlanış
aparılmasına rəhbərlik edən şəxs
gəldikdə, onları qarşılamaqdan ötrü qarovul
(hərbi hissə) növbətçisi «Qarovullar — DÜZLƏN», «FARAĞAT», «Diqqət —
SAĞA (SOLA, MƏRKƏZƏ)» komandaları verir.
Qarovullar (qarovul) karabinlə silahlandıqda isə «Qarovullar — DÜZLƏN»,
«FARAĞAT», «Sağdan
(soldan, qarşıdan) qarşılamaq üçün,
Qarovula — AL» komandaları verir. Orkestr «Qarşılama marşı» (təbilçilər
«Səfər marşı») çalır(lar), qarovullar
(hərbi hissə) növbətçisi sağ əlini
baş geyiminə yapışdıraraq sıra
addımları ilə rəisə yaxınlaşır, ondan
iki-üç addımlıqda dayanıb raport verir,
məsələn: «Yoldaş polkovnik.
Qarovulların (sutkalıq naryadın) dəyişməsi
keçirilir. Qarovullar (hərbi hissə)
növbətçisi mayor Zamanov». Qarovullar (hərbi
hissə) növbətçisi raport vermək
üçün dayandıqda orkestr (təbilçilər)
çalmağı kəsirlər. Qarovullar (hərbi hissə)
növbətçisi rəisin icazəsini aldıqdan sonra: «AZAD», yaxud «Ayağa — AL» və sonra «AZAD» komandaları verir və öz vəzifəsini
yerinə yetirməkdə davam edir.
Böyük
rəisi qarşılamaqdan ötrü dəyişmədə
iştirak edən, lakin onun tərkibinə daxil olmayan
şəxslər orkestrin sağında bir və ya iki
cərgədə düzülürlər.
Qarovulların
dəyişilməsi
204.
Yeni qarovul rəisi dəyişmədən sonra
dəyişiləcək qarovulun yerləşdiyi yerə
gəlib qarovulu mühafizə olunan obyektin
girəcəyində və ya qarovul otağının
qarşısında qarovul rəisi üçün
təlimatda göstərilən məsafədə saxlayır,
özünü dəyişiləcək qarovulun rəisinə
təqdim edir və ona köhnə parolu bildirir; bundan sonra
öz qarovulunu qarovul otağının
qarşısındakı meydançada üzü ona
tərəf düzür.
205.
Köhnə qarovul rəisi ona verilən parolun
düzgünlüyünə əmin olduqdan sonra otaqda öz
köməkçisini və ya dəyişdiricilərdən
birini saxlayaraq öz qarovulunu qarovul otağından
çıxarır və qarovulu meydançada yeni qarovulun
qarşısında altı-səkkiz addımlıqda
düzür. Düzüldükdən sonra qarovul
rəisləri yeni qarovul rəisindən başlayaraq
növbə ilə «Qarovul —
DÜZLƏN», «FARAĞAT» komandaları verirlər.
Tapança
ilə silahlanmış hər bir qarovul rəisi komanda
verərək, sağ əlini baş geyiminə
yapışdırıb, bir-birinə qarşı sıra
addımları ilə irəliləyir, bir-birindən
iki-üç addımlıqda dayanır və yeni qarovul
rəisindən başlayaraq məlumat verirlər,
məsələn: «Yoldaş
leytenant. Yeni qarovul dəyişməyə gəlib. Qarovul
rəisi leytenant İbrahimov», «Yoldaş leytenant. Köhnə
qarovul dəyişilməyə hazırdır. Qarovul rəisi
leytenant Paşayev». Sonra onlar əllərini baş
geyimlərindən aşağı salırlar.
Avtomatlarla
və ya karabinlərlə silahlanmış qarovul
rəisləri əllərini baş geyimlərinə
yapışdırmır və «farağat» komandasından sonra
avtomatlar «qayışda», karabinlər isə «ayaqda»
vəziyyətində olmaqla bir-birinə qarşı
gedirlər.
Qarovul
rəisləri məlumatdan sonra qarovul otağının
qarşısındakı saatdarı dəyişdirir və
bundan sonra öz qarovullarına «Sağa
— DÖN, addımla — MARŞ» komandası verirlər.
Qarovulun
yeni rəisi öz qarovulunu qarovul otağına salır,
köhnə qarovul rəisi isə qarovulu qarovul rəisi
üçün təlimatda göstərilən yerə
aparıb, öz əvəzinə təyin etdiyi
böyüyü qoyub, dəyişdiriciləri ilə
birlikdə qarovul otağına qayıdır.
Havanın
temperaturu — 150 S və ondan aşağı olduqda,
həmçinin hava pis olduqda və bir postu olan qarovullarda
qarovulların dəyişilməsi bu maddədə qeyd olunmuş
qaydaya riayət olunmadan, qarovul otağında aparılır.
Yeni qarovul rəisi köhnə qarovul rəisinə
özünü təqdim etdikdən və köhnə parolu
ona çatdırdıqdan sonra öz qarovullarını
dəyişmək üçün qarovul otağına
aparır.
206.
Yeni qarovulun şəxsi heyəti otağa daxil olduqda,
silahları piramidaya qoyur, bundan sonra yeni və köhnə
qarovul rəisləri öz dəyişdiricilərinə
möhürlərin (plombların) izlərini təhvil
vermək (qəbul etmək) əmri verirlər və
təhvil-təslimin düzlüyünə şəxsən
nəzarət edirlər. Köhnə qarovul rəisi köməkçisi
qarovul otağını və siyahıya əsasən onda olan
avadanlığı, inventarı və əmlakı,
dəyişdiricilər olmadıqda isə möhürlərin
(plombların) izlərini də təhvil verir, yeni qarovul
rəisinin köməkçisi isə onları qəbul edir.
Qarovul rəisinin köməkçisi olmayan qarovullarda qarovul
otağının, avadanlığın, inventarın və
əmlakın təhvil-təslimini qarovul rəisi aparır.
Köhnə qarovul rəisi yeni qarovul rəisinə köhnə
qarovulun aldığı məzəmmət və
göstərişlər barədə məlumat verir.
207.
Yeni qarovul rəisi möhürlərin (plombların)
izlərini qəbul etdikdən sonra «Birinci növbə — DÜZÜL» komandası verir.
Bu komanda ilə birinci növbənin dəyişdiriciləri
və qarovul nəfərləri öz silahlarını
götürərək, postların nömrələrinə görə
sağdan-sola bir cərgə düzülürlər.
Özlərində möhürlərin (plombların)
izləri olan dəyişdiricilər növbələrinin
sağ cinahında dayanırlar.
Köhnə
qarovul dəyişdiriciləri yeni qarovulun müvafiq
dəyişdiricilərinin yanında və sağ
tərəfində dururlar.
Yeni
qarovul rəisi dəyişdiricilərin və qarovul
nəfərlərinin öz vəzifələrini bilməsini
yoxlayır, qarovul nəfərlərinin hər postda silah
işlətmə qaydasına xüsusi fikir verərək,
xidmətin xüsusiyyətlərini onlara başa salır,
növbəni qarovul otağından çıxarır və
silahları doldurmaq üçün meydançaya
düzüb: «Növbə,
sağdan bir-bir — DOLDUR» komandası verir. Bu komanda ilə
hərbi qulluqçular növbə ilə bir addım
qabağa ataraq süngünü taxır və silahı
doldururlar, qarovul rəisi silahın düzgün doldurulmasını
yoxlayır (107-ci maddə). Silahı dolduraraq onların hər
biri məlumat verir: «Silah doldurulub
və qoruyucuya qoyulub», onu sərbəst «qayışa»
vəziyyətinə götürür və geriyə
addım atır.
208.
Növbə silahları doldurandan sonra yeni qarovul rəisi «Növbə, sağa — DÖN»,
«Postlara addımla — MARŞ» komandaları verir. Hər bir
dəyişdirici «Növbə,
arxamca — MARŞ» komandası verir və növbəni
postlara aparır.
Birinci
növbə qarovul otağından gedəndən sonra qarovul
rəisinin köməkçisi qarovulun şəxsi
heyətindən ehtiyat qrupları təşkil edir və
mühafizə olunan obyektlərə, yaxud qarovul otağına
basqının dəf olunması və yanğın zamanı
onun söndürülməsi haqqında onlara
tapşırıq verir.
209.
Növbələr postlara bir-bir kolonla gedir və
qayıdırlar. Dəyişdirici kolonun önündə
gedir. Hərbi hissə (birləşmə) Döyüş
Bayrağının və abidələrin yanındakı
postlara növbələr sıra addımları ilə
gedirlər.
Köhnə
qarovulun dəyişdiricisi yeni qarovulun dəyişdiricisinin
yanında və sol tərəfində gedir.
Bütün
yeni komandalar yeni dəyişdirici tərəfindən verilir.
Qarovullarda
postların sayı çox olduqda, həmçinin onlar
bir-birindən və qarovul otağından çox uzaqda
yerləşdikdə, növbələr postlara qarnizon
rəisinin (hərbi hissə komandirinin) bu məqsəd
üçün ayırdığı maşınlarla
aparılıb-gətirilə bilərlər.
210.
Yeni qarovulun birinci növbəsinin axırıncı qarovul
nəfəri posta qoyulduqdan sonra köhnə qarovul dəyişdiricisi
özü kolonun önündə olmaqla
dəyişdirilmiş qarovul nəfərlərini qarovul
otağına aparır. Yeni qarovul dəyişdiricisi
köhnə qarovul dəyişdiricisindən solda yeriyir.
Bütün
komandalar köhnə qarovul dəyişdiricisi
tərəfindən verilir.
211.
Qarovul növbələri postlara gedərkən və postlardan
gələrkən Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Sıra nizamnaməsinə müvafiq
əsgəri qaydada salamlaşırlar.
212.
Qarovul dəyişdirildiyi zaman yeni qarovul rəisi köhnə
qarovul rəisi ilə birlikdə qarovul rəisi
üçün təlimatda göstərilən,
mühafizə olunan daha vacib obyektlərin vəziyyətini,
onların işıqlandırılmasını, hasarların,
səngərlərin sazlığını, qarovul otağının
və hauptvaxtın vəziyyətini gəzib gözdən
keçirməklə yoxlayır. Bundan sonra ondan siyahı
ilə sənədləri, möhürləri və
açarları ilə birlikdə döyüş sursatı
saxlanan yeşikləri, mühafizə olunan obyektləri
açmaq üçün icazə vərəqələrinin
nümunələrini, həmçinin rabitə və
siqnalizasiya vasitələrini qəbul edir.
213.
Postlardan qayıdan kimi silahlar 106-cı maddədə
göstərilən qaydada boşaldılır. Silahları
əvvəlcə hər iki qarovulun dəyişdiriciləri
boşaldırlar, sonra köhnə qarovul dəyişdiricisi «Sağdan, bir-bir BOŞALT»
komandası verir.
Bu
komanda ilə qarovul nəfərləri növbə ilə
qabağa bir addım ataraq, dəyişdiricinin nəzarəti
altında öz silahlarını boşaldırlar.
Maqazinləri çantaya qoyaraq «Silah
boşaldılıb» deyə məlumat verirlər;
çaxmaq çərçivəsini (çaxmağı)
dala çəkərək silahı yoxlamağa təqdim
edirlər. Dəyişdirici qarovul nəfərlərinin
silahlarını yoxlayır, bundan sonra qarovul nəfərləri
çaxmaq çərçivəsini (çaxmağı)
qabaq vəziyyətə verib, çaxmaq dabanını
buraxır, silahı qoruyucuya qoyur, süngünü
çıxardır (qatlayır), silahı «qayışa»
vəziyyətinə götürür və geriyə bir
addım ataraq öz yerlərində dayanırlar. Sonra qarovul
nəfərləri böyüyün komandası altında
köhnə qarovul olan yerə, dəyişdiricilər isə
qarovul otağına gedirlər.
214.
Köhnə və yeni qarovulların dəyişdiriciləri
dəyişilmə haqqında növbə ilə öz qarovul
rəislərinə məlumat verirlər, məsələn: «Yoldaş leytenant.
Dəyişmə (dəyişilmə) yerinə yetirilib.
Postlar saz vəziyyətdə təhvil verilib (qəbul edilib).
Birinci dəyişdirici çavuş İsmayılov».
Qarovul rəisləri məlumatları qəbul edərək,
köhnə qarovul rəisindən başlayıb, köhnə
qarovulun postlar cədvəlini imzalayırlar və bu zaman yeni
qarovul rəisi dəyişilmə zamanı aşkar edilmiş
bütün çatışmazlıqlar haqqında ora
əlavələr edir.
Qarovulun
dəyişilməsi zamanı onu yoxlamaq üçün
gəlmiş şəxs iştirak edirsə,
dəyişdiricilər ondan icazə alaraq, qarovul
rəislərinə növbənin dəyişilməsi
haqqında məlumat verirlər. Yeni qarovul rəisi
dəyişdiricidən məlumatı qəbul etdikdən sonra
«FARAĞAT» komandası verir və qarovul rəisləri
yoxlamağa gəlmiş şəxsə dəyişilmə
haqqında növbə ilə məlumat verirlər.
Bütün
hallarda qarovul rəisləri dəyişilmə haqqında
öz qarovullar (hərbi hissə) növbətçisinə
telefon vasitəsilə, şəxsən raportla, yaxud
yazılı surətdə qarovul nəfərləri
vasitəsilə məlumat verirlər.
215.
Qarovul dəyişildikdən sonra köhnə qarovul rəisi
qarovulu öz hərbi hissəsinə (bölməsinə)
aparır.
Qarovul
rəisi qarovul dəyişildikdən sonra bölməyə
gəlib, qarovulun şəxsi heyətini sıraya
düzərək bölmə komandirinə
tapşırığın yerinə yetirilməsi haqqında
məlumat verir, məsələn: «Yoldaş kapitan. Qarovul tam heyətdə gəlib.
Xidmətim zamanı heç bir hadisə baş
verməmişdir (və yaxud filan-filan baş vermişdir).
Leytenant İsmayılov». Bundan sonra postlar tabelində qeyd
edilmiş yoxlama nəticələri haqqında məlumat verir
və postlar tabelini başqa sənədlərlə
birlikdə ona təhvil verir. Daha sonra qarovul rəisinin
şəxsi nəzarəti altında qarovul heyəti
silahlarını və döyüş patronlarını
təhvil verir.
Obyektləri
ancaq gecə mühafizə edən qarovul nəfərləri
obyektlərin mühafizəsi vaxtı qurtardıqdan sonra
qarovulların dəyişilməsini gözləmədən
qarovul rəisi tərəfindən təyin edilmiş
böyüyün komandası altında öz hərbi
hissəsinə (bölməsinə) göndərilirlər, bu
barədə qarovul rəisi postlar cədvəlində qeyd edir
və qarovullar (hərbi hissə) növbətçisinə
məlumat verir. Böyük bölməyə
gəlmələri haqqında bölmə
başçavuşuna məlumat verməli, qarovul
nəfərlərinin silahlarını və döyüş
sursatını təhvil vermələrinə nəzarət
etməlidir.
216.
Dəyişilmiş qarovul heyəti dəyişildiyi gün
məşğələlərdən və işdən azad
edilir; obyektləri ancaq gecə mühafizə edən qarovul
nəfərləri bölməyə gələndən sonra
məşğələlərdən və işdən 4 saat
müddətində azad edilirlər.
217.
Mühafizə olunan obyektdən qarovulu götürmək
qarnizon rəisinin (hərbi hissə komandirinin)
möhürlə təsdiq edilmiş yazılı
sərəncamına əsasən qarovullar (hərbi hissə)
növbətçisi tərəfindən mühafizə olunan
obyekt rəisinin iştirakı ilə yerinə yetirilir.
Qarovulun götürülməsi barədə qarovullar
(hərbi hissə) növbətçisinin, qarovul rəisinin
və mühafizə olunan obyekt rəisinin iştirakı
ilə akt tərtib edilir. Aktda mühafizə olunan obyektin,
qarovul otağının və postlarda olan
avadanlığın və inventarın təhvil verilməsi
göstərilir.
Daimi qarnizon
qarovulunu götürmək barəsində qarnizon rəisi
Baş Qərargah rəisinə, daimi daxili qarovulu
götürmək barəsində isə hərbi hissə
komandiri qarovullar cədvəlini təsdiq etmiş rəisə
məlumat təqdim edir.
Saatdarların
dəyişilməsi
218.
Saatdarlar hər 2 saatdan bir, cüt yaxud tək saatların
başlanğıcında dəyişilirlər.
Havanın
temperaturu -20oS və daha aşağı şaxtada, habelə
külək vaxtı, bayır postlarda, eləcə də
qızdırılmayan binalarda duran saatdarlar bir saatdan bir
dəyişilirlər. Havanın temperaturu kölgədə +30oS
və ondan yuxarı olduqda da saatdarlar bir saatdan bir
dəyişilirlər. Bu hallarda saatdarların bir saatdan bir
dəyişilməsi haqqında göstərişi qarovullar
(hərbi hissə) növbətçisi verir.
Saatdarlar
bir saatdan bir dəyişildikdə qarovul rəisi postlar
cədvəlində qeyd edir ki, saatdarlar filan saatdan sonra bir
saatdan bir və filan saatdan filan növbəyə qədər
isə iki saatdan bir dəyişilmişlər.
Qarovul
otağının girəcəyində saatdarlar hər 30
dəqiqədən bir qarovul rəisi tərəfindən
dəyişilirlər.
219.
Növbə saatdara 10-15 addımlığa qədər
yaxınlaşdıqda yeni qarovul dəyişdiricisi «Növbə — DAYAN»
komandası verir və qarovul nəfərlərinin birinə
posta və onun giriş yerlərinə nəzarət etmək
(növbə maşınla gəldikdə isə silahı
doldurmaq və nəzarət etmək) əmri verir.
Növbə
yaxınlaşarkən saatdar üzü
gələnlərə tərəf durur və müstəqil
surətdə avtomatı «qayışa» (karabini «ayağa»)
vəziyyətinə alır. Köhnə qarovulun
dəyişdiricisi saatdara yaxınlaşaraq ona «FARAĞAT» komandası verir.
Sonra yeni qarovulun dəyişdiricisi «Əsgər Vəliyev, posta addımla — MARŞ»
komandası verdikdə saatdar bir addım sağa
çəkilir və qarovul nəfəri saatdara
yaxınlaşır, karabin ayağının yanında olmaqla
üzü saatdara tərəf onun yerində dayanır.
Köhnə
və yeni qarovulların dəyişdiriciləri saatdarın
və qarovul nəfərinin hər iki tərəfində
bir-iki addımlıqda üz-üzə dayanırlar.
Köhnə
qarovul dəyişdiricisinin «Saatdar,
postu təhvil ver» komandası ilə saatdar postu təhvil
verir. Bu zaman saatdar və qarovul nəfəri
başlarını bir-birinə tərəf
çevirirlər. Saatdar postunun nömrəsini deyib, postu
qəbul edən qarovul nəfərinə postlar tabelinə
əsasən bütün mühafizə edilən
şeyləri sadalayır və eyni zamanda növbə
çəkərkən post yaxınlığında
gördüklərini söyləyir.
Post
təhvil verildikdən sonra qarovul nəfəri öz
dəyişdiricisinin «Qarovul
nəfəri, postu qəbul et» komandası ilə qarovul
dəyişdiricisi ilə birlikdə saatdarın və
köhnə qarovul dəyişdiricisinin iştirakı ilə
mühafizə olunan obyekti dolanaraq onun hasarlarının, qapılarının
(darvazalarının), saxlancların (anbarların, parkların)
pəncərə və divarlarının
sazlığını, yeşiklərin miqdarını və
vəziyyətini, maşınların, təyyarələrin,
topların və ya döyüş texnikasının
sayını yoxlamağa borcludur. Təhvil verilənlər
arasında qıfıllar, plomblar və möhürlər
olduqda, onların bütövlüyünü və
qaytanların sazlığını baxmaqla yoxlayır.
Həbs
edilənlər olan kameraların yanındakı postu qəbul
etdikdə qarovul nəfəri bundan əlavə, orada olan
həbs edilənlərin sayını da yoxlamalıdır.
Zərurət
olduqda, postu qəbul edən qarovul nəfəri
dəyişdiricinin köməyi ilə post paltarını
geyinir (8 saylı əlavə).
220.
Saatdarların birinci növbəsini postlara qoyarkən hər
iki dəyişdirici dəyişilən saatdarın postu
qəbul edən qarovul nəfərinə düzgün
təhvil verməsinə və onu hasarların,
siqnalizasiyanın və postun giriş yerləri, eləcə
də başqa xüsusiyyətləri ilə tanış
etməsinə nəzarət edir; post paltarını qəbul
etdikdə isə onun sazlığını yoxlayır.
221.
Postun təhvil-təslimi zamanı hər hansı bir
nasazlıq (hasarların, yaxud möhürlərin,
plombların, qıfılların, qaytanların,
qapıların, pəncərələrin zədələnməsi)
və ya möhürlərin (plombların) onların
izlərinə, postlar tabelində göstərilən
saylarına uyğunsuzluq, həmçinin mühafizə olunan
döyüş texnikasının sayının
uyğunsuzluğu aşkar edilərsə dəyişdirici
postun təhvilini dayandırır və qarovul rəisini
çağırır; postları yeni qarovul qəbul etdiyi
zaman belə hallar baş verdikdə, köhnə və yeni
qarovul rəisləri çağırılırlar.
222.
Postun təhvil-təslimi qurtardıqdan sonra saatdar və postu
qəbul etmiş qarovul nəfəri mühafizə olunan
obyektin əks tərəfinə üzlərini tutaraq
dayanır və növbə ilə məlumat verirlər,
məsələn: «Yoldaş
çavuş. Əsgər Piriyev filan nömrəli postu
təhvil verdi»;
«Yoldaş başçavuş.
Əsgər Vəliyev filan nömrəli postu qəbul etdi».
Məlumat verib dəyişdiricidən göstəriş
aldıqdan sonra saatdar silahını 171-ci maddədə
göstərildiyi kimi götürür və postda
vəzifəsini yerinə yetirməyə başlayır.
223.
Qarovul nəfərinin saatdar (saatdarın qarovul nəfəri)
vəziyyətinə keçməsi onun postun qəbulu
(təhvili) haqqında məlumatı ilə müəyyən
edilir.
224.
Köhnə qarovul dəyişdiricisinin komandası ilə
məsələn: «Əsgər
Piriyev, postdan addımla — MARŞ» dəyişilmiş
qarovul nəfəri növbənin arxasında dayanır və
sərbəst olaraq karabini «qayışa» vəziyyətinə
götürür. Bundan sonra yeni qarovulun dəyişdiricisi «Növbə, ardımca addımla
— MARŞ» komandası verir və növbəni o biri posta
aparır.
225.
Daxili postlarda saatdarlar dəyişildikdə, dəyişdirici
növbəni binanın girişinə gətirir və «Növbə — DAYAN»
komandası verir, qarovul nəfərlərindən birini
böyük qoyur və komanda verir, məsələn: «Əsgər Səmədov və
Mikayılov, ardımca — MARŞ».
Dəyişdirici
qarovul nəfərləri ilə binaya daxil olduqdan sonra
219-224-cü maddələrdə
göstərilənlərə əsasən saatdarları
dəyişdirir.
226.
Postlar qarovul otağının hər iki tərəfində
yerləşdikdə, dəyişdirici əvvəl qarovul
otağının bir tərəfindəki postların
saatdarlarını dəyişdirir və sonra
dəyişilənləri qarovul otağında saxlayır, bu
növbənin qalan qarovul nəfərlərini sıraya
düzür və postlara aparır.
Növbə
postlardan qayıtdıqdan sonra dəyişdirici onlara
silahları piramidaya qoymağı əmr edir.
227.
Yeni qarovulun ikinci və sonrakı növbələrinin
sıraya düzülüb postlara göndərilməsi və
saatdarların dəyişilməsi, həmçinin
silahların doldurulması və boşaldılması birinci
növbə üçün göstərilən qaydada
yerinə yetirilir.
228.
Saatdarların yeni postlara qoyulması, həmçinin
ləğv edilmiş postlardan saatdarların
çıxarılması qarnizon rəisinin (hərbi hissə
komandirinin) möhürlə təsdiq edilmiş yazılı
sərəncamına əsasən, qarovul rəisi
tərəfindən qarovullar (hərbi hissə)
növbətçisinin və mühafizə olunan obyekt
rəisinin iştirakı ilə həyata keçirilir;
saatdarların qoyulması (çıxarılması)
haqqında postlar cədvəlində müvafiq qeydlər
edilir.
XI
fəsil.
Qarovullarda
daxili qayda
229.
Qarovul heyətindən heç kəsin qarovul rəisinin
icazəsi olmadan qarovul otağını tərk etməyə
ixtiyarı yoxdur.
230.
Qarovul otağında sakitliyə və qayda-qanuna əməl
olunmalıdır. Oxumaq və çalğı
alətlərində çalmaq qadağandır. Radio
verilişlərinə ancaq qulaqlıq vasitəsilə qulaq
asmağa, kitab oxumağa, yazmağa, şahmat və dama
oynamağa icazə verilir. Tütün çəkməyə
və ayaqqabı təmizləməyə bu məqsəd
üçün ayrılmış xüsusi yerlərdə
icazə verilir.
[26]
231.
Avtomatlar və pulemyotlar piramidalara çaxmaqları qabağa
vəziyyətində olmaqla maqazinsiz qoyulur. Karabinlər
doldurulmamış, çaxmağı bağlı və
çaxmaq dabanı buraxılmış halda piramidalara qoyulur.
Qarovul otağında piramidalar qıfılla
bağlanmamalıdır. Pulemyotun maqazinləri piramidanın
xüsusi qıfılla bağlı yeşiyində
saxlanır, açarı isə qarovul rəisində olur.
Doldurulmuş avtomat maqazinləri (karabin daraqları) olan
çantalar və bel qayışındakı qınlar
çıxarılmır.
Tapança
ilə silahlanmış qarovul rəisləri qarovul
otağında silahlarını çıxarmırlar.
Piramidalardan
silahlar ancaq qarovul rəisinin və yaxud onun
köməkçisinin icazəsi ilə
götürülür. Silahlar onların rəhbərliyi
və bilavasitə nəzarəti altında təmizlənir.
Silahı təmizləmək üçün onu
sökməyə icazə verilmir.
232.
Qarovulun şəxsi heyətinə qarovul otağında
başıaçıq və şinelsiz olmağa o
şərtlə icazə verilir ki, ləvazimatları
üstlərində olsun. Çıxarılan şinellər
və baş geyimləri paltarasılandan
asılmalıdır.
233.
Qarovulun şəxsi heyətinə, qarovul rəisi və onun
köməkçisi istisna olmaqla, qarovul otağına
gələnlərlə danışığa girmək
qadağandır; ancaq qarovulu yoxlayan şəxslərin
suallarına cavab verməyə icazə verilir.
234.
Ancaq yaxasını açmaqla və bel
qayışını boşaltmaqla soyunmadan və ləvazimatı
çıxarmadan uzanaraq istirahət etməyə (yatmağa)
aşağıdakılara icazə verilir:
qarovul
rəisinə — təlimatda müəyyən edilmiş qaydada
gündüz (hauptvaxtda gecə) 4 saatdan çox olmayaraq;
qarovul
rəisinin köməkçisinə — qarovul rəisinin
icazəsi ilə 4 saatdan çox olmayaraq;
dəyişdiricilərə,
çıxarıcılara və nəqliyyat
vasitələrinin sürücülərinə — qarovul
rəisinin icazəsi ilə vəzifələrini icra
etmədikləri boş vaxtlarda;
qarovul
nəfərlərinin bir növbəsinin tərkibinə —
postlara getməzdən qabaq, postlardan dəyişilmiş
növbə qarovul otağına gəldikdən və qarovulun
döyüş heyəti təyin edildikdən (132-ci maddə)
sonra;
ancaq
gecələr obyektləri mühafizə edən qarovul
nəfərlərinə — qarovul otağına
qayıtdıqdan sonra və yenidən postlara gedənə
qədər olan vaxtda.
İstirahət
edən qarovul nəfərlərinə və
dəyişdiricilərə ayaqqabılarını və ayaq
dolaqlarını çıxarıb qurutmağa icazə
verilir.
235.
Qarovulu «silaha» çağırdıqda qarovul otağında
olan qarovulun şəxsi heyəti, həmçinin istirahət
edən növbə baş geyimlərini geyərək, hər
kəs silahını götürüb qarovul
otağının içində öz nömrələri
ardıcıllığında sıraya
düzülürlər.
Şinellər
qarovul rəisinin xüsusi göstərişi ilə geyinilir.
Qarovulun
qarovul otağından çıxarıldığı
bütün hallarda (yanğın və ya təbii
fəlakət baş verdiyi hallardan başqa) orada qarovul
rəisinin köməkçisi və ya dəyişdiricilərdən
biri, onlar olmayan qarovullarda isə qarovul
nəfərlərindən biri qalmalıdır.
236.
Hərbi hissənin yerləşdiyi yerdə olmayan qarnizon
qarovullarına, həmçinin daxili qarovullara xörək
onların göndərildiyi bölmələrin
komandirlərinin və ya hərbi hissə
növbətçisinin göstərişləri ilə
gətirilir.
Hərbi
hissə daxilində yerləşən qarovulun şəxsi
heyətinə xörək qarovul rəisinin
göstərişi ilə oyaq növbənin qarovul
nəfərləri tərəfindən gətirilir.
237.
Qarovul otağında, qarovulu sıraya düzmək
üçün meydançada və ayaqyolunda təmizliyi
və qaydanı gözləmək, həmçinin
sobaları qalamaq və lampalara qulluq etmək qarovul
heyətinə həvalə olunur. Qarovulun bu
vəzifələri yerinə yetirməsinə,
həmçinin avadanlığın, inventarın və
əmlakın salamatlığına nəzarət etmək
qarovul rəisinin köməkçisinə, o, təyin
edilməyən qarovullarda isə qarovul rəisinə həvalə
olunur.
238.
Gündəlik təmizləmədən əlavə, ayda bir
dəfədən az olmayaraq, qarnizon hərbi
komendantının (hərbi hissə qərargahı
rəisinin) müəyyən etdiyi gündə qarnizon
(hərbi hissə) tibb xidməti rəisinin
sərəncamına əsasən qarovul otağında
dezinfeksiya aparılır.
239.
İlin soyuq vaxtlarında qarovul otağının sutkada
dörd dəfədən az olmayaraq havası
dəyişdirilir. İsti vaxtlarda nəfəslik və ya
pəncərə otağın bir tərəfində
açıq saxlanır. Qış vaxtı qarovul
otağının temperaturu +18oS-dən az olmamalıdır.
Sobaların qızdırılması qarnizon rəisinin
müəyyən etdiyi vaxta qədər davam etdirilməlidir.
Qarovul heyəti üçün xörək
qızdırmaqdan ötrü pilətənin və qurutmaxana
sobasının yandırılmasına qarovul rəisi buna
ehtiyac olduqda icazə verir. İsti çay bütün sutka
ərzində olmalıdır.
Qaranlıq
düşərkən, qarovul otağı, koridorlar və
ayaqyolu tam işıqlandırılmalı, növbənin
istirahət etdiyi otaqda isə növbətçi işıq
yanmalıdır.
Hərbi
şəhərcikdən kənarda olan qarovul otaqlarının
pəncərələri gecə vaxtı içəridən
pəncərə qapısı ilə bağlanır.
240.
Qarovulların tərkibində beşdən az olmayaraq
üçnövbəli post olduqda qarovul otağını
mühafizə etməkdən ötrü qarovul
otağının girəcəyində oyaq qarovul
nəfərlərindən saatdar qoyulur.
Xüsusi
əhəmiyyətli obyektləri mühafizə edən və
öz tərkibində beşdən az
üçnövbəli postu olan qarovullarda qarovul
otağını mühafizə etməkdən ötrü
xüsusi qarovul nəfərləri təyin edilə bilər.
Qarovul
otağı hərbi hissə ərazisində (mühafizə
olunan obyektdə) yerləşdikdə adətən qorunmur.
Qarovul
otağının girəcəyində saatdar
qoyulmadığı hallarda qarovul otağının giriş
qapısında nəzarət pəncərəsi
düzəldilir və o, daim içəridən bağlı
saxlanmalıdır.
XII
fəsil.
Qarovulların
yoxlanması
241.
Tabe olduqları şəxslərdən əlavə (98-ci
maddə) qarovulları təyin olunduqları
bölüklərin (batareyaların) komandirləri,
həmçinin onların müavinləri və bu
komandirlərin bütün birbaşa rəisləri
yoxlamalıdırlar.
Qarnizonun
(hərbi hissənin) vəzifəli şəxsləri
tərəfindən qarovulların yoxlanması qarnizon rəisi
(hərbi hissə komandiri) tərəfindən təsdiq
olunmuş qrafik üzrə aparılır.
Dəmiryol
(su yolu) sahəsi və stansiyası (liman), aeroport
ərazisində yerləşən, həmçinin hərbi
yüklə stansiyalardan (limanlardan), aeroportlardan keçən
bütün nəqliyyat vasitələrindəki qarovulları
ondan əlavə, dəmiryol (su yolu) sahəsi və
stansiyası (liman), aeroport hərbi komendantı və ya onun
köməkçisi yoxlamalıdır.
242.
Qarovulları həmçinin yoxlayırlar:
Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanı rəhbərinin,
Baş Qərargah rəisinin, müvafiq icra hakimiyyəti orqanı
rəhbərinin müavinlərinin və silahlı
qüvvələr növlərinin komandanlarının
tapşırıq verdiyi şəxslər; [27]
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin və qoşun
növlərinin komandanlarının (xüsusi qoşun
rəislərinin) və onların müavinlərinin
tapşırıq verdiyi şəxslər — ancaq onlara tabe olan
qoşunlardan təyin edilmiş qarovulları;
müvafiq icra hakimiyyəti
orqanının idarə və şöbə
rəislərinin tapşırıq verdiyi şəxslər —
ancaq bu idarələrin (şöbələrin)
rəislərinin sərəncamında olan obyektləri
mühafizə edən qarovulları; [28]
birləşmə
komandirinin tapşırıq verdiyi şəxslər — ancaq ona
tabe olan hərbi hissələrdən təyin edilmiş
qarovulları;
hərbi
hissə komandirinin tapşırıq verdiyi şəxslər
— ancaq ona tabe olan bölmələrdən təyin edilmiş
daxili qarovulları;
qarnizon
rəisinin tapşırıq verdiyi şəxslər — ancaq bu
qarnizonun qarnizon və daxili qarovullarını;
qarovullarda
təftiş (yoxlama) aparılmasına rəhbərlik
etmək üçün gəlmiş şəxslər
və onların tapşırığı ilə
təftiş (yoxlama) qrupunun üzvlərindən olan
zabitlər (generallar, admirallar) — ancaq onların təftiş
apardıqları (yoxladıqları) hərbi
hissələrdən təyin edilmiş qarovulları.
Qarovulların
yoxlanması böyük rəislər tərəfindən
ancaq bu xidməti yaxşı bilən şəxslərə
tapşırılır. Qarovulları yoxlamaq üçün
təyin edilmiş şəxslərə təlimat
verilməlidir.
243.
242-ci maddədə göstərilən şəxslər
qarovulları yoxlamaq üçün onları
göndərən rəislərin möhürlə təsdiq
edilmiş yazılı sərəncamını qarnizon
rəisinə (hərbi hissə komandirinə) təqdim
etməlidirlər. Bu sərəncamlar əsasında onlara
qarovulları yoxlamağa icazə verən, gerbli
möhürlə təsdiq edilmiş, qarnizon rəislərinin
və ya qarnizon hərbi komendantının (hərbi hissə
komandirinin) imzası ilə birdəfəlik vəsiqə
verilir. Həmin vəsiqə qarovullar (hərbi hissə)
növbətçisinə təqdim olunur.
Göstərilən birdəfəlik vəsiqə qarnizon
rəisi tərəfindən qarnizon qarovullarını,
həmçinin daxili qarovulları yoxlamaq üçün
onun təyin etdiyi, hərbi hissə komandiri
tərəfindən isə daxili qarovulları yoxlayan
şəxslərə verilir.
Birdəfəlik
vəsiqədə onun kimə verilməsi, hansı
qarovulların yoxlanması və yoxlamanın hansı
müddətdə aparılması göstərilir.
Vəsiqənin etibarlılıq müddəti qurtardıqdan sonra
yoxlayıcı onu qarnizon hərbi komendantlığına
(hərbi hissə qərargahına) təhvil verir.
Qarovul
təyin edilmiş bölük (batareya) komandirinə,
həmçinin onun müavinlərinə və bölük
(batareya) komandirinin bütün birbaşa rəislərinə
qarovulları yoxlamağa icazə verən vəsiqə
verilmir.
Dəmiryol
(su yolu) sahəsinin və stansiyasının (limanın),
aeroportun hərbi komendantı və onun
köməkçiləri dəmiryol (su yolu) sahəsi və
stansiyası (liman), aeroport ərazisində yerləşən
qarovulları yoxlamağa icazə verən vəsiqəsiz
yoxlayırlar, onlar ancaq şəxsiyyət
vəsiqələrini təqdim edirlər.
Azərbaycan
Respublikası sərhəd mühafizə orqanlarının
və Daxili Qoşunlarının qarovulları bu orqanların
(qoşunların) vəzifəli şəxsləri
tərəfindən yoxlanılır. [29]
244.
242-ci maddədə göstərilən rəislərin
sərəncamı ilə qarovulları yoxlamağa
gəlmiş bütün şəxslər yoxlamanı
qarovullar (hərbi hissə) növbətçisinin və ya
onun köməkçisinin (qarovul ona tabedirsə hərbi
hissə növbətçisi köməkçisinin)
müşayiəti ilə aparırlar. Qarovullar (hərbi
hissə) növbətçisi bu şəxslərin
şəxsiyyət vəsiqəsini və yoxlamağa icazə
verən birdəfəlik vəsiqəsini yoxlayır.
Öz
hərbi hissəsinin zabitləri hərbi hissə
növbətçisi və ya onun köməkçisi
onları müşayiət etmədən qarovulu yoxlaya
bilərlər.
245.
Saatdarların xidmətini yoxlayan şəxsləri postlara
bir-iki silahlı qarovul nəfəri ilə qarovul rəisi
və ya onun köməkçisi müşayiət edir.
Saatdarların
xidmətini yoxlayan şəxslər (saatdarların tabe
olduqları şəxslər istisna olmaqla) onları
məzəmmət etmirlər; bütün müəyyən
olunmuş çatışmazlıqlar haqqında onları
müşayiət edən şəxslərə
göstəriş verirlər. Yoxlamanın
nəticələrini və öz göstərişlərini
yoxlayıcılar postlar cədvəlində yazırlar.
Saatdarların
xidmətini yoxlama zamanı mühafizə olunan obyektə
nəzarəti gücləndirməkdən ötrü qarovul
rəisi (rəis köməkçisi) onu müşayiət
edən qarovul nəfərini bu işə cəlb edir.
246.
Saatdarların xidmətini posta gizlin yolla yaxınlaşmaq,
saatdardan silahı almağa cəhd etmək vasitəsilə
və bədbəxt hadisə törədə biləcək
başqa üsullarla yoxlamaq qadağandır.
247.
Saatdarların xidmətini yoxlamaq üçün,
həmçinin qarovul rəisi və ya onun köməkçisi
(dəyişdirici) posta çağırıldıqda o,
doldurulmuş silahla və bir-iki silahlı qarovul
nəfərinin müşayiəti ilə posta
gəlməlidir.
248.
Hərbi hissə qərargahı rəisi bir gün
əvvəl dəyişilmiş qarovulun postlar tabelini baxmaq
və qərar qəbul etmək üçün hərbi
hissə komandirinə təqdim edir. Bundan sonra qarnizon qarovulunun
postlar cədvəlində qeyd olunmuş
çatışmazlıqları aradan qaldırmaq
üçün görülməli tədbirlər
göstərilməklə hərbi hissə qərargahı
rəisi onu iki sutkadan gec olmayaraq qarnizon hərbi komendantına
qaytarır.
Qarovulların
postlar cədvəli hərbi komendantlıqda (hərbi hissə
qərargahında) cari ildən sonrakı bir il ərzində
saxlanılır.
XIII
fəsil.
Əlahiddə
yerləşən radiotexniki və başqa xüsusi
bölmələrdə qarovul xidmətinin təşkili
və yerinə yetirilməsi xüsusiyyətləri
249.
Əlahiddə yerləşən radiotexniki və başqa
xüsusi bölmələrin obyektlərinin, döyüş
və digər texnikasının, hərbi əmlakının
mühafizəsinin və müdafiəsinin təşkili
bölmələrin komandirlərinə
tapşırılır və bu bölmələrdən
təyin edilmiş və ştat silahı ilə
silahlanmış patrul nəfərləri tərəfindən
həyata keçirilir.
Patrul
nəfərləri bölmələrin sutkalıq
naryadının tərkibinə daxil olur və bölmə
komandirinə, başçavuşuna və
növbətçisinə tabe olurlar, xidmətlərini
hərbi hissə komandirinin təsdiq etdiyi təlimata
əsasən saatdarlar kimi aparırlar.
250.
Bölmə növbətçisi və patrul
nəfərləri üçün təlimat bölmə
komandiri tərəfindən obyektin xüsusiyyəti və
yerli şərait nəzərə alınmaqla tərtib edilir.
Təlimatda
bölmə növbətçisinin və patrul
nəfərlərinin obyektlərin mühafizəsinə
və müdafiəsinə aid vəzifələri
göstərilir; patrul xidmətinin vaxtı və qaydası,
patrulların sayı, marşrutun ayrı-ayrı
hissələrində patrul nəfərlərinin
vəzifələri, mühafizə olunan obyektə basqın,
yanğın, təbii fəlakət və döyüş
həyəcanı siqnalı zamanı onların
hərəkət qaydası müəyyən olunur; patrul
nəfərlərinin silah işlətməsi halları,
mühafizə olunan obyektlərə, döyüş və
digər texnika, hərbi əmlak saxlanılan yerlərə,
həmçinin mühafizə olunan əraziyə
buraxılış qaydası göstərilir.
Bölmə
növbətçisi üçün təlimata bölmə
komandiri tərəfindən təsdiq edilmiş patrulların
hərəkət sxemi, saxlancları açmağa icazəsi
olan və ya döyüş texnikasını və hərbi
əmlakı qəbul etmək üçün buraxılan
şəxslərin siyahısı, buraxılış
vərəqələrinin nümunələri və
möhürlərin (plombların) izləri əlavə olunur.
251.
Patrul nəfərlərinin xidməti üçün
onların eyni vaxtda eyni hərəkətini istisna edən bir
neçə qrafik tərtib olunur.
Patrul
xidməti qrafiki bölmə komandiri tərəfindən
təsdiq edilir və bağlı yeşikdə (şkafda)
bölmə növbətçisində saxlanılır.
Hər
bir qrafikin qüvvədə olması müddəti
bölmə komandiri tərəfindən müəyyən
edilir.
252.
Patrul nəfərləri 105-ci maddəyə uyğun olaraq
döyüş patronları ilə təmin olunurlar.
Patronlar
ayrı dəmir və ya dəmir üzlüklü
qıfıllanmış yeşikdə bölmə
növbətçisində saxlanılır. Patronlar olan
yeşik bölmənin silahları saxlanılan otaqda
quraşdırılır.
Patrul
nəfərlərinin silahları bölmədə
olduqları zaman ayrı piramidada saxlanılır.
253.
Patrul nəfərlərinin xidmətə hazırlanması
123-127-ci maddələrə əsasən həyata keçirilir.
254.
Patrul nəfəri xidmətini hərəkət sxemində
göstərilən marşrut üzrə bölmənin
ərazisini gəzməklə yerinə yetirir.
Patrul
nəfərlərinin hərəkət marşrutunda patrul
xidmətinin gedişi haqqında növbətçiyə
məlumat verməkdən ötrü texniki rabitə
vasitələri quraşdırılır.
Patrul
nəfərləri gündüz mühafizəni
əlverişli yerlərdən və texniki rabitə
vasitəsi ilə təchiz edilmiş qüllədən
müşahidə etməklə apara bilərlər.
255.
Patrul nəfərinin vəzifəsidir:
obyektləri,
bölmənin döyüş texnikasını və
hərbi əmlakını sayıq mühafizə və
müdafiə etmək, dəyişilənə və ya
çıxarılana qədər qarşısına
qoyulmuş tapşırığı yerinə yetirməyi
dayandırmamaq;
növbətçi
ilə əlaqə saxlamaqdan ötrü müəyyən
edilmiş siqnalları bilmək, obyektin hasarlarında hər
hansı bir nasazlıq və qaydanın hər hansı
tərzdə pozulması aşkar olunduqda,
növbətçini çağırmaq;
onun
üçün müəyyən olunmuş qrafikə və
hərəkət marşrutuna ciddi əməl etmək;
xidmət
zamanı 107-ci maddədə göstərildiyi kimi, silahı
dolu və həmişə işlətməyə hazır
vəziyyətdə saxlamaq (171-ci maddə).
Patrul
nəfərinə xidmət zamanı qarşısına
qoyulmuş tapşırığın yerinə
yetirilməsindən yayınmaq (yatmaq, oturmaq, kitab oxumaq, yazmaq,
yemək, içmək, mahnı oxumaq, tütün
çəkmək, kənar şəxslərlə
danışmaq) qadağandır.
Patrul
nəfəri ancaq bölmə komandirinin və başçavuşunun,
bölmə növbətçisinin və onunla birlikdə
yoxlamağa gəlmiş şəxslərin suallarına cavab
verməlidir.
256.
Patrul nəfərinə və onun mühafizə etdiyi
obyektə basqın edildikdə, həmçinin kənar
şəxs mühafizə olunan və
göstəricilərlə işarələnmiş obyektin
sərhədinə yaxınlaşdıqda, patrul nəfəri
173-176-cı maddələrlə göstərildiyi kimi
hərəkət edir.
257.
Patrul nəfərlərinin xidmətini bölmə komandiri
və onun bütün birbaşa rəisləri, bölmə
komandirinin müavinləri və onların
tapşırığı ilə başqa şəxslər,
həmçinin başçavuş və bölmə
növbətçisi yoxlayırlar.
Patrul
nəfərlərinin xidmətini yoxlayan şəxsi
bölmə növbətçisi növbədə durmayan
növbənin bir patrul nəfəri ilə birlikdə
müşayiət edir.
Yoxlamanın
nəticələri, həmçinin saxlancların
(anbarların) açılması və bağlanması
vaxtları növbətçiliyin təhvil-təslim
kitabına yazılır.
Növbətçi
245-247-ci maddələrin müddəalarını
rəhbər tutaraq, patrul nəfərlərinin xidmətini
sutkada iki dəfədən az olmayaraq (bir dəfə gecə)
yoxlamalıdır.
258.
Patrul nəfərlərinin dəyişdirilməsi naryadın
dəyişdirilməsi zamanı köhnə
növbətçinin iştirakı ilə bölmənin
yeni növbətçisi tərəfindən saatdarların
dəyişdirilməsinə uyğun (218-222-ci
maddələr); sonra isə qrafikə müvafiq surətdə
müstəqil şəkildə bölmə
növbətçisinin müəyyən etdiyi
buraxılış və cavab sözlərinə uyğun
həyata keçirilir.
259.
Bölmə növbətçisi növbəti patrul
nəfərini xidmətə göndərdikdə ona
müəyyən olunmuş qaydada silah və patronlar verir,
silah işlədilməsinə xüsusi diqqət
yetirməklə ona təlimat verir, silahı doldurma və
boşaltma üçün meydançaya çıxarır
və silahın düzgün doldurulmasını yoxlayır.
260.
Patrul nəfəri patrul xidmətindən qayıtdıqda,
bölmə növbətçisini silahı boşaltma və
doldurma meydançasına çağırır, patrul
xidmətinin nəticələri haqqında ona məlumat verir,
onun nəzarəti altında silahı boşaldır, sonra
isə silahı və dolu maqazinləri (daraqları)
növbətçiyə təhvil verir.
Bölmə
növbətçisi silahın və patronların qəbulu
barəsində silahların və döyüş
sursatının verilməsi kitabında müvafiq qeydlər
edir.
261.
Patrul nəfərlərinin istirahət qaydası və yeri
234-cü maddəyə uyğun olaraq yerləşmə
şəraitindən asılı olaraq bölmə rəisi
tərəfindən müəyyən edilir.
XIV
fəsil.
Qoşunların
və hərbi yüklərin daşınması zamanı
qarovul xidmətinin təşkili və yerinə yetirilməsi
xüsusiyyətləri
Dəmiryol
və su nəqliyyatı ilə qoşunların
daşınması zamanı hərbi eşelonların,
döyüş texnikasının və digər texnikanın,
həmçinin başqa maddi vasitələrin
mühafizəsi
262.
Dəmiryol və su nəqliyyatı hərbi eşelonları
ilə daşınan qoşunların döyüş
texnikası və digər texnikası, həmçinin
başqa maddi vasitələri onlarda daşınan hərbi
hissələrdən (bölmələrdən) təyin
edilmiş qarovullarla mühafizə olunurlar.
263.
Qarovulun heyəti hərbi eşelonun tərkibindən və
şəraitindən asılı olaraq müəyyən
edilir.
264.
Hərbi eşelon qarovulu adam daşınan vaqonlarda
(gəmidə yaşayış otaqlarında) və ya
sərnişin vaqonlarının ayrı kupelərində
yerləşir. Bu vaqonda (gəmidə yaşayış
otağında) Döyüş Bayrağına mühafizə
postu qoyulur. Döyüş Bayrağı ilə birlikdə
pul yeşiyi və məxfi sənədlər yeşiyi də
mühafizə oluna bilər.
265.
Qarovullar naryadı cədvəli, postlar tabeli və qarovul
rəisi üçün təlimat hərbi hissə qərargahı
tərəfindən hər bir hərbi eşelondan ötrü
ayrıca işlənib hazırlanır, hərbi hissə
komandiri tərəfindən təsdiq olunur və
daşınmaya hazırlıq zamanı hərbi eşelon
rəisinə təqdim edilir.
266.
Qarovulların dəyişmə və dəyişilmə
qaydası, yeri və vaxtı hərbi eşelon rəisi
tərəfindən müəyyən edilir. Saatdarların
birinci növbəsinin qoyulması, qarovulun
dəyişilməsi və çıxarılması hərbi
eşelon növbətçisinin və ya onun
köməkçisinin iştirakı ilə həyata
keçirilir.
Saatdarların
dəyişilməsi dayanmalardan və imkandan asılı
olaraq həyata keçirilir: yay vaxtı hər 2 saatdan bir,
qış vaxtı isə 1 saatdan bir.
267.
Qarovul rəisi hərbi eşelon rəisinə, hərbi
eşelon növbətçisinə və onun
köməkçisinə tabedir. Bu Nizamnamədə
nəzərdə tutulmuş ümumi vəzifələrini
yerinə yetirməkdən əlavə, onun vəzifəsidir:
hərbi
eşelon növbətçisinin iştirakı ilə
mühafizə olunası döyüş texnikasını
və digər texnikanı, həmçinin qapıların,
lyukların etibarlılığını, vaqonların
banlarının sazlığını və plombların
bütövlüyünü yoxlayaraq vaqonları
(gəmidə yaşayış otaqlarını, göyərtələri)
daşınan bölmənin komandirindən və yaxud
dəyişilən qarovul rəisindən sayla qəbul
etmək;
döyüş
texnikasının və digər texnikanın, başqa maddi
vasitələrin bərkidilməsinin sazlığını,
yerlərin sayını, qablaşmanın sazlığını,
texnikanın üstünə örtmək üçün istifadə
olunan brezentlərin bağlanmasının
etibarlılığını, qapıların və
lyukların yaxşı bağlı olmasını,
həmçinin plombların bütövlüyünü
yoxlamaq;
qatar
dayanarkən, hərbi eşelon növbətçisinin
göstərişi olduqda saatdarları dəyişmək;
dəyişilmiş qarovul nəfərlərini dərhal
qarovul otağına göndərmək; qatarın dayanma
müddəti saatdarların dəyişilməsinə
kifayət etmədikdə, dəyişməni qatarın
növbəti dayanacağına qədər saxlamaq;
dayanmalar
zamanı hərbi eşelonun mühafizəsini
möhkəmləndirməkdən ötrü oyaq qarovul
nəfərlərindən əlavə saatdarlar qoymaq;
mühafizə
olunan vaqonlarda və tormoz meydançalarında,
göyərtələrdə və gəmidə
yaşayış otaqlarında nəqliyyatın hərbi
eşelon növbətçisi tərəfindən icazəsi
olan müvafiq vəzifəli şəxsləri istisna olmaqla,
heç kəsin getməsinə yol verməmək;
dəyişdiricinin
və ya saatdarın müşahidəsi altında nəqliyyat
işçilərini mühafizə olunan vaqonları
yoxlamağa, onların işlək hissələrini yağlamağa
və təmir etməyə, gəmilərdə isə
gəmi yaşayış otaqlarını, göyərtə
mexanizmlərini və yüklərin bərkidilməsini
yoxlamağa buraxmaq;
yanğın
baş verdikdə, hərəkət üçün
təhlükə yaradan hər hansı bir səbəb
aşkar edildikdə, döyüş texnikası və
digər texnika, başqa maddi vasitələr
tərpəndikdə (platformalarda sürüşmə,
tankların qülləsinin, artilleriya sisteminin lüləsinin
dönməsi, taraların nasazlığı, maye
yükün sızması və s.), onların saxlanması
üçün təhlükə yarandıqda qatarın
dərhal dayandırılmasından ötrü
tədbirlər görmək (gəmidə kapitanın vaxta
üzrə köməkçisinə xəbər vermək)
və baş vermiş hadisə haqqında hərbi eşelon
növbətçisinə məlumat vermək;
təyinat
məntəqəsinə gələn kimi hərbi eşelon
növbətçisinin iştirakı ilə mühafizə
olunan döyüş texnikasını və digər
texnikanı, başqa maddi vasitələri və vaqonları
(gəmidə yaşayış otaqlarını və
göyərtəni) hərbi eşelonun bölmə komandirinə
və ya döyüş texnikası və digər
texnikanı və başqa maddi vasitələri
qəbuledənə təhvil vermək və sonra hərbi
eşelon növbətçisinin göstərişi ilə
hərəkət etmək.
268.
Saatdarlar postlar tabelinə uyğun olaraq qatarın
hərəkəti zamanı mühafizə olunan və
onların yaxınlığında olan vaqonların tormoz
meydançalarında (tamburlarda), tormoz meydançaları
(tamburlar) olmayan hallarda isə xüsusi mühəccəri olan
platformalarda, qarovul yerləşən vaqonlarda və ya
yaxındakı sərnişin vaqonunda; qatar
dayandığı zaman mühafizə olunan vaqonların
yanında, hər saatdara qatarın bir tərəfini
mühafizə etmək tapşırılmaqla onların
hər iki tərəfində yerləşdirilirlər. Gəmilərin
hərəkəti zamanı saatdarlar mühafizə olunan
döyüş texnikasının və digər texnikanın
və digər texnikanın, başqa maddi vasitələrin
yanında göyərtələrdə (üst tikilinin
üzərində) və ya gəmidə yaşayış
otaqlarında, dayanma zamanı isə göyərtənin
hər bortunda, traplarda, lazım gəldikdə
körpüdə (sahildə) dayanırlar.
269.
Saatdar qarovul rəisinə və dəyişdiriciyə
(əgər təyin olunubsa) tabedir və 169-180-ci
maddələrdə göstərilənlərin yerinə
yetirilməsindən əlavə, onun vəzifəsidir:
postu
qəbul edərkən xaricdən baxmaqla döyüş
texnikasının və digər texnikanın, başqa maddi
vasitələrin platformalarda və yarımvaqonlarda
(gəmilərin göyərtələrində və
otaqlarında) bərkidilməsinin sazlığını,
yerlərin sayını, qablaşmanın
sazlığını, onların üstünü örtmək
üçün istifadə olunan brezentlərin
bağlanmasının etibarlılığını,
həmçinin bağlı vaqonlarda (gəmi otaqlarında)
plombların bütövlüyünü yoxlamaq;
hərəkət
zamanı və dayanacaqlarda mühafizə olunan vaqonları
(göyərtələri, gəmi otaqlarını)
diqqətlə müşahidə etmək;
yanğın
baş verdikdə, hərəkət üçün və ya
döyüş texnikasının, digər texnikanın,
başqa maddi vasitələrin saxlanması üçün
təhlükə yaradan hər hansı bir səbəb
aşkar edildikdə, qatarın stop-kranla dərhal
dayandırılmasından ötrü tədbir görmək,
bu mümkün olmadıqda, qırmızı bayraq tutmuş
(gecələr qırmızı fənər) əlinin
dairəvi hərəkəti ilə və ya havaya atəş
açmaqla dayanma siqnalı vermək; gəmidə isə
kapitanın vaxta köməkçisinə xəbər
vermək;
mühafizə
olunan vaqonlarda, tormoz meydançalarında,
göyərtələrdə və gəmi otaqlarında,
həmçinin daşınan maşınların
kabinalarında və banlarında qarovul rəisinin icazəsi
olmadan heç kimin getməsinə yol verməmək;
nəqliyyat
işçilərini ancaq qarovul rəisinin və ya
dəyişdiricinin icazəsi ilə mühafizə olunan
vaqonları yoxlamaq, onların işlək hissələrini
yağlamaq və təmir etmək, gəmidə isə
yaşayış otaqlarını, göyərtə
mexanizmlərini və yüklərin bərkidilməsini yoxlamaq
üçün buraxmaq, işlərin görülməsi
zamanı onlara nəzarət etmək.
270.
Qarovul rəisi qatarın (gəminin) hərəkəti
zamanı, bir qayda olaraq, dəyişdirici və ya qarovul
nəfərlərinin biri ilə dəyişilərək,
növbə ilə istirahət edir.
Qarovul
nəfərləri qarovul rəisinin icazəsi ilə
növbə ilə istirahət edirlər.
Hərbi
yüklərin dəmiryol, su, hava və avtomobil
nəqliyyatları ilə daşınması zamanı
mühafizəsi
271.
Hərbi yüklər daşınan nəqliyyatın
mühafizəsini və müdafiəsini hərbi
yükləri mühafizə və müşayiət edən
hərbi hissələrdən və bölmələrdən,
yaxud başqa hərbi hissələrdən təyin edilmiş
qarovullar həyata keçirirlər.
Qarovul
yüklənmə (göndərilmə)
məntəqəsindən qarovul rəisinə
göstərilən məntəqəyə qədər
dəyişilmədən xidmət edir.
272.
Daşınma zamanı qarovullar tərəfindən
mühafizə olunmalı hərbi yüklərin
siyahısı və qarovulların tərkibi müvafiq icra hakimiyyəti
orqanı rəhbərinin əmrləri ilə
müəyyən edilir. [30]
273.
Qarovul hazırlanmış üstüörtülü və
ya xüsusi müşayiət vaqonlarında (gəmidə
yaşayış otaqlarında, hava gəmisi kabinasında)
yerləşdirilir. İsti xörək hazırlamaqdan
ötrü vaqonda dəmiryol orqanları tərəfindən
yanğına qarşı zəruri tədbirlərə
riayət edilməklə soba qoyulur.
Dəmiryol
(su yolu) sahəsi və stansiyası (liman), aeroport hərbi
komendantına eyni istiqamətə gedən bir neçə
qarovulu bir vaqonda (gəmidə yaşayış
otağında, hava gəmisi kabinasında)
yerləşdirməyə icazə verilir. Bu halda o, qarovul
rəislərinin birini böyük təyin edir. Zərurət
olduqda, yükün müxtəlif istiqamətlərə
göndərilməsi üçün hərbi komendantın
sərəncamı ilə qarovulları
yerləşdirməkdən ötrü lazımi qədər
təchiz olunmuş üstüörtülü vaqonlar
(gəmidə yaşayış otaqları, hava gəmisi
kabinaları) ayrılır.
Qatarın
(gəminin) hərəkəti zamanı saatdarların
yerləşdirilməsi, dayanacaqlarda mühafizənin
gücləndirilməsi və saatdarların
dəyişilməsi 266-270-ci maddələrdə
göstərilən qaydada həyata keçirilir.
Hava
nəqliyyatı ilə daşınan yüklərin
mühafizəsi üçün saatdarlar uçuş
zamanı kabinalarda, aeroportda (aerodromda) isə hava gəmisinin
yanında yerləşdirilirlər.
274.
Qarovul rəisi hərbi hissədən
aşağıdakıları almalıdır:
ezamiyyət
vəsiqəsi;
onun
qarovul rəisi təyin olunması, qarovulun şəxsi
heyətinin siyahısı, silahın növü və
nömrəsi arxasında göstərilməklə hərbi
hissə qərargahı rəisi tərəfindən təsdiq
edilmiş müəyyən formalı vəsiqə;
silah
və onun üçün döyüş sursatı;
hərbi
hissənin vəzifəli şəxsinin imzası ilə gerbli
möhürlə təsdiq edilmiş postlar tabeli;
ərzaq
və ya hər iki tərəfə gedib-gəlməkdən
ötrü ərzaq-yol pulu və ərzaq attestatı (hər
qarovul nəfəri üçün ayrıca);
hamamda
çimmək və yolda qəzet almaq üçün pul;
xörək
hazırlamaq və yeməkdən ötrü, həmçinin
içməli su saxlamaq üçün qab-qacaq;
əlavə
alt paltarı dəsti (hər 7 sutkaya 1 dəst hesabı
ilə), post geyimi dəstləri, qarovulun bütün
heyəti üçün yataq ləvazimatı (yolda 1 sutkadan
çox olduqda);
siqnal
üçün qırmızı bayraqcıqlar və
fənərlər;
hərbi
hissəyə qayıtmaq üçün hərbi
daşınma sənədləri.
275. Qarovul
hərbi hissədən göndərilməzdən
əvvəl hərbi hissə növbətçisi qarovulun
tərkibini və təminatını, öz vəzifə
borclarını bilmələrini, silahlarının və
döyüş sursatının vəziyyətini, hər bir
qarovul nəfərinin zahiri görkəmini yoxlayır.
Qarovulun
hazır olması haqqında hərbi hissə
növbətçisi hərbi hissə qərargahı
rəisinə (komandirinə) məlumat verir.
Hərbi
hissə komandiri və ya qərargah rəisi qarovula
baxış keçirir, onun təminatını yoxlayır,
qarovul rəisinə təlimat verir və qarovulun vaxtında
yükün qəbul edilmə yerinə getməsini təmin
edir, zərurət olduqda nəqliyyat ayırır.
276.
Yükgöndərən yükü yolboyu mühafizə
etməkdən ötrü gəlmiş qarovulu
qarşılamalı və onun şəxsi heyətinin
yerləşdirilməsini təmin etməlidir.
277.
Qarovul rəisi nəqliyyatın hərəkəti zamanı
dəmiryol (su yolu) sahələrinin və stansiyalarının
(limanların), aeroportların hərbi komendantlarına və
yükü müşayiət edən zabitə (gizirə,
miçmana) tabedir. Qarovul rəisi nəqliyyat gəmisində
bundan əlavə, gəminin hərbi komendantına, o
olmadıqda isə (gəminin daxili nizam qaydası
məsələlərinə dair və qəza hallarında)
gəmi kapitanına tabedir.
Bu
Nizamnamədə nəzərdə tutulmuş ümumi
vəzifəsini yerinə yetirməkdən əlavə, qarovul
rəisinin vəzifəsidir:
yükgöndərənin
yanına qarovul heyəti ilə birlikdə
yükləməyə ən geci 3 saat qalmış
gəlmək və özünün qarovul rəisi təyin
olunması haqqında vəsiqəsini ona təqdim etmək;
yükgöndərəndən
vaqonların (gəmi otaqlarının, hava gəmisi
kabinalarının), eləcə də platformalarda və
yarımvaqonlarda (gəmi göyərtəsində) olan ayrı-ayrı
yerlərin siyahısının yükün nəql
edilməyə hazır olması haqqında qeyd edilmiş iki
nüsxəsini, postlar tabelini, yükün xüsusiyyəti,
onun daşınması və təhvil verilməsi haqqında
təlimat və göstəriş almaq;
yükgöndərəndən
və ya köhnə qarovuldan siyahı ilə vaqonları
(gəmi otaqlarını, hava gəmisi kabinalarını),
vaqonların (gəmi otaqlarının, hava gəmisi
kabinalarının) nömrələrinin və sayının
siyahıda göstərilənlərə uyğunluğunu
yoxlayaraq qəbul etmək, həmçinin xaricdən baxmaqla
vaqonların (gəmi otaqlarının, hava gəmisi
kabinalarının) vəziyyətini, lyukların,
qapıların, bortların bağlanmasının
etibarlılığını, plombların
yükgöndərənin postlar tabelində
göstərilən kontrol nişanlarına uyğunluğunu
yoxlamaq, platformalarda və yarımvaqonlarda (gəmi
göyərtəsində, hava gəmisi kabinalarında) daşınan
yükləri yerlərin sayına (döyüş
texnikasının miqdarına) görə, xaricdən
nəzər salmaqla örtüklərin vəziyyətini,
qablaşdırmanın və yüklərin
bağlanmasının möhkəmliyini yoxlayaraq qəbul
etmək;
yüklərin
mühafizə olunmasının xüsusiyyətləri və
qaydaları, həmçinin yolboyu təhlükəsizlik
qaydalarına riayət olunması haqqında qarovulun
şəxsi heyətinə təlimat vermək;
saatdarları
postlar tabelinə uyğun olaraq postlara qoymaq və onların
dəyişdirilməsi qaydasını müəyyən
etmək;
qatarın
(gəminin) dayanacaqları və hava gəmisinin enməsi
zamanı yükün mühafizəsini gücləndirmək;
yükün
daşınması üçün müəyyən
olunmuş qaydalara riayət edilməsinə diqqət
yetirmək;
baş
vermiş hadisələr haqqında, daşınma
qaydasının pozulması, yollarda ləngimə,
ərzağın, yanacağın, işıqlandırma
vasitələrinin alınmasının vacibliyi,
nəqliyyatın gedəcəyi məntəqəyə
çatması və yükün təhvil verilməsi
barədə şəxsən və ya telefonla (teleqrafla, radio
ilə) dəmiryol (su yolu) sahələrinin və
stansiyalarının (limanların), aeroportların hərbi
komendantlarına məlumat vermək;
dövlət
əmlakının oğurlanmasına yol verməmək,
həmçinin postlar tabelində göstərilən
yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
mühafizə
olunan vaqonlarda, göyərtələrdə, gəmi
otaqlarında, hava gəmisi kabinalarında hərbi komendant, o
olmayan yerlərdə isə stansiya (liman, aeroport) rəisi
və ya onun növbətçisi tərəfindən
icazə verilən nəqliyyatın vəzifəli
şəxslərindən başqa heç kimin
getməsinə yol verməmək;
saatdarın
müşahidəsi altında nəqliyyat
işçilərini mühafizə olunan vaqonları
yoxlamağa, onların işlək hissələrini
yağlamağa və təmir etməyə, gəmidə
gəmi otaqlarını, göyərtə mexanizmlərini
və yüklərin bərkidilməsini, hava gəmisində
isə kabinanı, mexanizmləri və yükün
bağlanmasını yoxlamağa buraxmaq;
yükalanın
yükalma hüququ verən sənədlərini yoxlamaq,
siyahı ilə yükgöndərənin plombu olan
vaqonları (gəmilərin otaqlarını, hava
gəmilərinin kabinalarını), eləcə də
platformada və yarımvaqonlarda (gəmi
göyərtələrində, hava gəmisi kabinalarında)
yükləri yerlərinin sayına görə,
döyüş və digər texnikanı isə sayla ona
təhvil vermək; yükü qəbuledənin imzası olan
və onun gerbli möhürü ilə təsdiq edilmiş
siyahının bir nüsxəsini özündə saxlamaq;
qatarın
yenidən tərtibi zamanı bütün mühafizə olunan
vaqonların qatara qoşulmasına diqqət yetirmək;
çıxarılan
hərbi avadanlığı nəqliyyat
işçilərindən siyahı ilə və
qəbzlə qəbul etmək, daşımanın sonunda
isə onlara təhvil vermək;
vaqonda
(gəmi otağında, hava gəmisi kabinasında) qarovul
üçün qayda-qanunu və təmizliyi
gözləmək, yanğın təhlükəsizliyini
təmin etmək.
278.
Yanğın baş verdikdə, hərəkətin
(uçuşun) təhlükəsizliyinə və ya
yükün saxlanmasına təhlükə yaradan hər
hansı hadisə aşkar edildikdə, yanğının
söndürülməsi və təhlükənin aradan
qaldırılması üçün qarovul rəisi
bütün zəruri tədbirləri görməlidir.
Bunları qarovulun və qatar briqadasının (gəmi
komandasının, hava gəmisi ekipajının)
qüvvəsi ilə etmək mümkün olmadıqda, qarovul
rəisi hərbi komendant vasitəsilə, o olmayan
yerlərdə isə stansiya (liman, aeroport) rəisi
vasitəsilə zəruri yardım
çağırmalıdır.
279.
Saatdarlar hərbi yüklərin mühafizəsində öz
vəzifələrini 269-cu maddəyə uyğun olaraq
yerinə yetirirlər.
280.
Qarovulun şəxsi heyəti 270-ci maddənin
göstərişlərinə uyğun olaraq istirahət edir.
281.
Texniki nasazlığa görə vaqon açıldıqda,
həmçinin yükün məcburiyyət
qarşısında boşaldılması hallarında qarovul
rəisinin vəzifəsidir: bu barədə iki
nüsxədə akt tərtib etmək və onu hərbi
komendanta, yaxud stansiya rəisinə təsdiq etdirmək;
açılmış vaqonu və boşaldılmış
yükü mühafizə etməkdən ötrü iki qarovul
nəfəri təyin etmək, aktın bir nüsxəsini
onların böyüyünə vermək, ona yükü
mühafizə etmək və təyinat
məntəqəsində təhvil vermək, həmçinin
qarovul nəfərlərinin hərbi hissəyə
qayıtması haqqında təlimat vermək, onları pul
və yeməklə təmin etmək.
Qarovul
rəisi təyinat məntəqəsinə gələndən
sonra açılan vaqonun və ya boşaldılmış
yükün aktının ikinci nüsxəsini yükü
qəbul edənə təqdim edir.
282.
Qarovul rəisinə mühafizə olunan vaqonların (gəmi
otaqlarının, hava gəmisi kabinalarının)
siyahısını dəmiryol (su yolu) sahələrinin və
stansiyalarının (limanların), aeroportların hərbi
komendantları istisna olmaqla bir kəsə göstərmək
qadağandır.
283.
Yükalan hərbi hissə komandirinin vəzifəsidir:
qarovulun
şəxsi heyətinin yerləşdirilməsini və
istirahətini, zərurət olduqda isə onun sanitariya
təmizlənməsini təmin etmək;
zərurət
olduqda, qarovulu əlavə ərzaq-yol pulu ilə təmin
etmək;
qarovulu
dəmiryol stansiyasına (limana, aeroporta) aparmaq və onu öz
hərbi hissəsinə yola salmaq.
284.
Qarovul rəisinə (müşayiət edən zabitə,
gizirə, miçmana) nəqliyyatın mühafizəsi və
hərəkəti üzrə hərbi komendantlara məlumat
verməkdən ötrü nəqliyyatın rabitə
vasitələrindən pulsuz istifadə etmək hüququ
verilir. Qarovul rəisi (müşayiət edən zabit, gizir,
miçman) teleqramlarında özünün imzasından qabaq
ixtisar edilmiş teleqraf ünvanını qoymalıdır:
«QR» («Qarovul rəisi»).
285.
Qarovulun ayrı-ayrı nəfərlərinin və ya
bütün heyətinin dəyişilməsi buna zərurət
yarandığı ərazi qarnizon rəisinin
sərəncamı ilə edilir.
286.
Öz hərbi hissəsinə qayıtdıqda, qarovul
rəisinin vəzifəsidir: qarovulun şəxsi heyətinin
tapşırığı və xidməti yerinə
yetirməsi haqqında hərbi hissə qərargahı
rəisinə (komandirinə) məlumat vermək;
getməzdən əvvəl (aldıqları silahları,
döyüş sursatını və ləvazimatı
təhvil vermək, pul vəsaitinin və ərzağın
məsrəfi haqqında hesabat vermək; yükün
müşayiət edilməsinə aid sənədləri
təhvil vermək.
287.
Avtomobillərlə daşınan yüklərin
mühafizəsi 275-282-ci maddələrdə
göstərilənlərə uyğun olaraq həyata
keçirilir. Daşınma şəraitindən və
yüklərin əhəmiyyətindən asılı olaraq,
bir posta 10-a qədər avtomobil daxil edilə bilər.
Qarovul
rəisi avtomobil kolonunun böyüyünə və
nəqliyyatı müşayiət edən zabitə (gizirə,
miçmana), müşayiət edən təyin
edilmədikdə isə, yükləri daşımaq
üçün təyin olunmuş avtomobil bölməsinin
komandirinə tabedir.
288.
Hərəkət zamanı saatdarlar postun tərkibinə daxil
olan avtomobillərin banlarında: biri qabaqda, o birisi ortada,
üçüncüsü isə axırda gedən
avtomobildə yerləşirlər.
Dayanacaq
zamanı saatdarlar kolonun hər iki tərəfində
nəqliyyatı mühafizə edirlər.
Hərəkət
zamanı və qısamüddətli dayanacaqlarda
saatdarların üçü də bir vaxtda,
uzunmüddətli dayanacaqlarda isə növbə ilə
xidmət aparırlar.
Saatdarın
vəzifəsidir:
daşınan
yüklərin saxlanmasına və hərəkət
istiqaməti tərəflərinə diqqət yetirmək;
qarovul
rəisinin icazəsi olmadan kənar şəxslərin
avtomobillərdə getməsinə yol verməmək;
qarovul
rəisinə və avtomobil sürücülərinə
zəruri hallarda müəyyən olunmuş siqnallar vermək;
kolonun
dayanmaları zamanı mühafizə olunan yüklərə
daim nəzarət etmək, onların yanına kənar
şəxsləri buraxmamaq, postlar tabelində
göstərilən məsafədən yaxında od qalamağa
və tütün
çəkməyə icazə verməmək;
hərbi
qulluqçuları qarovul rəisinin icazəsi ilə
avtomobillərdə təmir işləri aparmaq
üçün buraxmaq.
Üçüncü
bölmə.
Qoşunların
iştirakı ilə qarnizon tədbirlərinin
keçirilməsi
XV
fəsil. Qoşunların paradları
Ümumi
müddəalar
289.
Qarnizon qoşunlarının paradları Azərbaycan
Respublikasının dövlət bayramlarını,
eləcə də xüsusi göstərişlərlə
mühüm dövlət və hərbi əhəmiyyətli
hadisələri təntənəli surətdə qeyd etmək
üçün keçirilir.
290.
Paradda iştirak edəcək qoşunların tərkibi,
paradın yeri və vaxtı, geyim forması, hərbi
hissələrin hərəkət marşrutları, onların
düzülmə və keçmə qaydaları bütün
hallarda qarnizon rəisinin əmri ilə müəyyən
edilir. Əgər nəzərdə tutulubsa, əmrdə
həmçinin artilleriya salyutu haqqında
göstərişlər verilir.
291.
Paradda iştirak edəcək qoşunlara komanda vermək
üçün hər dəfə xüsusi əmrlə
paradın komandanı təyin edilir.
292.
Paradda iştirak edən hərbi qulluqçuların,
bölmələrin və hərbi hissələrin
hərəkətləri Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Sıra nizamnaməsində şərh
edilmiş qaydalarla icra olunur.
293.
Qoşunlarla gələn orkestrlər paradın
düzülmə yerinə çatanda çalmağı
dayandırır. Birləşmələr (hərbi
hissələr) yerlərini düzülüş sxeminə
görə tutur. Birləşmə (hərbi hissə)
komandirləri və onların müavinləri öz
birləşmələrinin (hərbi hissələrinin)
sağ cinahında bir cərgə sıraya
düzülürlər; bayraqdar və assistentlər
birləşmənin (hərbi hissənin) Döyüş
Bayrağı ilə müavinlərdən iki addım solda
dururlar.
Hərbi
hissələrin orkestrləri qarnizon hərbi dirijorunun
komandası altında birləşmiş orkestr
şəklində paradı qəbul edənin
önündə və qoşunların çıxış
vəziyyətinə bir qədər yaxın,
şeypurçular birləşmiş orkestrin
önündə düzülürlər. Təyin edilmiş
təbilçilər isə qabaqda gedən bölmənin
arxasında bir, yaxud bir neçə cərgədə dururlar.
294.
Ordenlərlə təltif edilmiş birləşmələrin
(hərbi hissələrin) Döyüş Bayraqları
ordenləri və orden lentləri ilə gətirilməlidir.
295.
Karabinlərlə silahlanmış hərbi hissələr
(bölmələr) parad üçün karabinləri
«ayaqda», avtomatlarla silahlanmışlar isə avtomatları
«döşdə» vəziyyətində
düzülürlər.
Hərbi
hissə komandirləri öz hərbi hissələrinin
gəlməsi və düzülməsi haqqında paradda
iştirak edən birləşmə (hərbi hissə)
komandirlərindən ən böyüyünə məlumat
verirlər.
296.
Hərbi hissələrin düzülmə yerlərini,
onların cinahlarını və sıralarının
dərinliyini, eləcə də qoşunların
təntənəli marşla keçməsi xəttini
göstərmək üçün qarnizon hərbi
komendantının sərəncamına cızıqdarlar
ayrılır. Cızıqdarlar qarnizon hərbi
komendantının xüsusi sərəncamı ilə hər
bir hərbi hissədən zabit komandası altında
gəlirlər.
Qoşun
düzüləcəyi yerdə cızıqdarların
düzülməsi qoşunlar gələnə kimi
qurtarmalıdır. Hərbi hissələrin öz
düzülmə yerlərini tutmasından sonra
cızıqdarlar öz bölmələrində sıraya
dururlar.
297.
Parad üçün düzülmə yerində qoşunlar
paradı qəbul edənin gəlməsinə qədər
ancaq onların düzülmüş sıralarının
önündən keçən hərbi hissələrə
və parad komandanına əsgəri salam verirlər.
Sıradan
kənarda duran hərbi qulluqçular parad komandanına,
paradı qəbul edənə raport verilərkən və
hərbi hissələr təntənəli marşla
keçərkən «farağat» vəziyyəti qəbul edib,
əllərini baş geyimlərinə yapışdıraraq,
onların döyüş bayraqlarına əsgəri salam
verirlər.
Qoşunların
parad komandanını və paradı qəbul edəni
qarşılaması
298.
Parad komandanını qarşılamaq üçün paradda
iştirak edən birləşmələrin (hərbi
hissələrin) komandirlərindən rütbəsinə
görə böyük olanı «DÜZLƏN»,
«FARAĞAT», «Diqqət —
SAĞA (SOLA, MƏRKƏZƏ)» komandaları verib,
qoşunların düzüldüyü haqqında məlumat
verir. Parad komandanı məlumatı dinləyib «AZAD» komandası verir. Parad
komandanını qarşılayanda birləşmiş orkestr
çalmır.
299.
Paradı qəbul edəni qarşılamaq üçün
parad komandanı «DÜZLƏN», «FARAĞAT», «Diqqət, — SAĞA (SOLA, MƏRKƏZƏ)»,
əgər karabinlərlə silahlanmış hərbi
hissələr varsa, onda «DÜZLƏN»,
«FARAĞAT», «Sağdan (soldan, mərkəzdən)
qarşılamaq üçün qarovula — «AL» komandaları verir.
Taqım
komandirləri və onlardan yuxarı vəzifəlilər
əllərini baş geyimlərinə
yapışdırırlar. Birləşmiş orkestr
«Qarşılama marşı» çalır.
300.
Parad komandanı əlini baş geyiminə
yapışdırıb paradı qəbul edənə
yaxınlaşaraq raport verir, məsələn, «Yoldaş general-leytenant. Filan
qarnizonun qoşunları filan bayrama həsr edilmiş parad
üçün düzülüb. Parad komandanı
general-mayor Əlizadə».
Parad
komandanı raport vermək üçün dayananda
birləşmiş orkestr çalmağı kəsir. Raport
qurtardıqdan sonra parad komandanı əlini aşağı salmadan
paradı qəbul edəni sıranın kənarı ilə
ondan bir az geridə yeriyərək müşayiət edir.
301.
Paradı qəbul edən qoşunların önü ilə
gedərək, onlarla salamlaşır və onları təbrik
edir. Birləşmiş orkestr «Qarşılama marşı»
çalır və çalmağı ancaq paradı qəbul
edənin salamlaşma və təbrik üçün
dayandığı vaxtlar kəsir.
Qoşunlar
salam və təbrikə Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Daxili xidmət nizamnaməsinin
göstərişlərinə uyğun cavab verirlər, bu vaxt
«ura» sürəkli və gurultulu səslənməlidir.
302.
Paradı qəbul edən qoşunları dolanıb, paradı
qəbul etmə yerinə qayıtmağa başlayanda
qoşunlar yenidən sürəkli və gurultulu «ura»
deməyə başlayırlar. Birləşmiş orkestr
«Yaşa, Ana Vətən» çalır.
303.
Paradı qəbul edənin göstərişi ilə parad
komandanı «AZAD» komandası
verir. Hərbi hissələrin komandirləri «AZAD» komandasını təkrar edir, yaxud «Ayağa — AL» və sonra «AZAD» komandaları verirlər.
Birləşmiş
orkestrin şeypurçuları «Hamı dinləsin» siqnalı
çalırlar.
304.
«Hamı dinləsin» siqnalı çalındıqdan sonra
paradı qəbul edən nitq söyləyir (əmr oxuyur).
Nitq
(əmri oxuma) qurtardıqdan sonra qoşunlar üç
dəfə «ura» deyirlər, birləşmiş orkestr
Azərbaycan Respublikasının Dövlət Himnini ifa edir,
eyni vaxtda (əgər nəzərdə tutulubsa) toplardan salyut
atəşi açılır, taqım komandirləri və
onlardan yuxarı vəzifəlilər hamısı
əllərini baş geyimlərinə
yapışdırır, qoşunlar isə komandasız
«farağat» vəziyyəti qəbul edirlər.
Orkestr
Dövlət Himnini ifa edib qurtardıqdan sonra
şeypurçular «Qutardı» çalır, bütün
taqım komandirləri və onlardan yuxarı
vəzifəlilər əllərini aşağı salır,
qoşunlar «azad» vəziyyəti qəbul edirlər.
Qoşunların
təntənəli marşla keçmə qaydası
305.
Qoşunlar təntənəli marşla qarnizon üzrə
əmrdə göstərilən sıralarla və
ardıcıllıqla keçirlər.
306.
Təntənəli marşla keçmək üçün parad
komandanı «FARAĞAT»,
«Təntənəli marş üçün
bölüklərlə (batareyalarla, yaxud taborlarla,
divizionlarla), distansiya bir (iki) cızıqdar, birinci
bölük (tabor) düzünə, qalanlar sağa — DÖN»,
«Çiyinə — AL», «Diqqət SAĞA, addımla — MARŞ»
komandaları verir.
Göstərilən
komandalar «farağat» komandasından başqa bütün
hərbi hissə komandirləri tərəfindən təkrar
edilir.
307.
«Təntənəli marş üçün» komandasında
bütün bölmə komandirləri sıradan
çıxıb öz bölmələrinin
önündə, hərbi hissələrin
(birləşmələrin) komandirləri və onların
müavinləri isə qabaqda gedən bölmələrin
(hərbi hissələrin) komandirlərinin önündə
müəyyən edilmiş distansiyalarda dururlar.
Bayraqdar
və assistentlər də irəli çıxır və
müəyyən edilmiş distansiyada dururlar.
Təyin
edilmiş təbilçilər irəli çıxır və
qabaqda gedən birləşmə (hərbi hissə) komandirinin
önündə 15-20 addımlıqda dururlar.
Qoşunların
təntənəli marşla keçəcəkləri
xətti işarə etmək üçün təyin
edilmiş cızıqdarlar yüyürərək (sıra
addımları ilə) xətt boyunca öz yerlərini
bir-birindən 15-20 addımlıqda tuturlar.
Hərbi
hissə komandirinin «Çiyinə
— AL» komandasında karabinlərlə silahlanmış
bölmələr karabinləri «çiyinə»
götürürlər (avtomatların «döşdə»
vəziyyəti dəyişilmir); bayraqdarlar döyüş
bayraqlarını qaldırıb, bayraq dəstəyini
aşırma qayışın ucundakı stəkan formalı
dəri dayağa qoyur və dəstəyi əlləri ilə
tuturlar.
308.
Təntənəli marşla keçmək üçün
parad komandanı komanda verib, qabaqda gedən
birləşmənin (hərbi hissənin) komandirindən 30
addım irəlidə təbilçilərin qabağında
durur. Paradı qəbul edənə bir-iki cızıqdar
qalmış, əlini baş geyiminə
yapışdırıb başını ona tərəf
çevirir; paradı qəbul edənin yanından ötən
kimi o, maşından düşüb paradı qəbul
edəndən sağda və bir az geridə durur.
309.
Parad komandanının «Marş» komandasında qabaqda gedən
bölmə sıra addımları ilə kiçik
təbilçilərin çalğısı ilə yeriyir.
Qalan bölmələr qabaqda gedən bölmənin
durduğu yerə çatıb öz komandirlərinin
komandası ilə sola dönüb düzlənir, distansiya
götürür və «DÜZ
GET» komandası ilə irəlidə gedən
bölmənin arxasınca gedirlər.
Bölmələrin
sağ cinahındakılar cızıqdarlarla
göstərilən xətt boyunca cızıqdarlardan bir
addım aralı gedirlər.
310.
Birləşmələr təntənəli marşla
keçərkən, qabaqda gedən hərbi hissə
bölməsinin önündə ortada birləşmə
komandiri, ondan arxada üç addımlıqda onun
müavinləri (bircərgə), müavinlərin arxasınca
birləşmənin bayraqdarı Bayraq və
assistentlərlə; Bayraqdan dörd addım geridə
birləşmənin hərbi hissələri
(bölmələri) bir-birinin ardınca müəyyən
edilmiş distansiyalarda gedirlər.
311.
Qabaqda gedən bölmənin paradı qəbul edənə
çatmasına dörd-beş cızıqdar qalmış
birləşmiş orkestr marş çalmağa
başlayır; kolonun qabağında gedən
təbilçilər təbil çalmağı
dayandırır, göstərilmiş istiqamətdə
getməyə davam edirlər.
312.
Karabinlərlə «əldə» vəziyyətində
təntənəli marşla keçmək üçün
karabinlər paradı qəbul edənə üç-dörd
cızıqdar qalmış öz komandirlərinin komandası
(siqnalı) ilə «ələ» götürülür.
313.
Təntənəli marşla keçərkən, paradı
qəbul edənə bir-iki cızıqdar qalmış hər
birləşmə, hərbi hissə və bölmənin
komandiri sağ əlini baş geyiminə
yapışdırıb, başlarını paradı qəbul
edənə tərəf döndərirlər;
sıradakıların hamısı, sağ cinahda
gedənlərdən başqa, eyni vaxtda başlarını
həmin tərəfə döndərirlər. Keçən
bölmənin axırıncı cərgəsi paradı
qəbul edənin bərabərindən keçdikdən sonra
komandirlər əllərini aşağı salıb,
başlarını düzünə döndərirlər;
sırada onların hamısı başlarını eyni vaxtda
düzünə döndərirlər.
Əgər
bölmələr karabinlər «əldə»
vəziyyətində keçirlərsə, öz
komandirlərinin komandası (siqnalı) ilə onlar silahı
«çiyinə» vəziyyətinə keçirirlər.
Bayraqdarlar
və assistentlər təntənəli marşla
keçərkən, başlarını paradı qəbul
edənə tərəf döndərmirlər.
314.
Birləşmə (hərbi hissə) komandirləri paradı
qəbul edənin bərabərindən keçən kimi
sıradan çıxır və parad komandanından beş
addım sağda dururlar.
315.
Maşınlarda təntənəli marşla keçən
hər birləşmə və hərbi hissə komandiri
öz birləşmə və hərbi hissələrinin
önündə avtomobildə (tankın
açılmış üst lyukunda, yaxud özü
hərəkət edən artilleriya qurğusunun
qülləsində ayaq üstündə) gedirlər və
paradı qəbul edənə iki-üç cızıqdar
qalmış sağ əlini baş geyiminə
yapışdırıb başlarını paradı qəbul
edənə tərəf döndərməklə
əsgəri salam verirlər.
Qalan
tank və özü hərəkət edən artilleriya
qurğularının üst lyukları bağlı
olmalıdır.
Avtomobillərin
(yedəklərin) kabinalarında olan hərbi qulluqçular
təntənəli marşla keçərkən əsgəri
salam vermirlər.
Maşınların
açıq kuzovunda olan hərbi qulluqçular paradı
qəbul edənə iki-üç cızıqdar
qalmış başlarını ona tərəf
döndərməklə əsgəri salam verirlər.
316.
Hər bir birləşmə (hərbi hissə) paradı
qəbul edənin bərabərindən keçdikdən sonra
həmin düzülüşdə göstərilmiş
yerə qədər gedir və oradan yenidən düzülmədən
sonra yerləşdikləri yerə qayıdırlar.
317.
Axırıncı hərbi hissə paradı qəbul
edənin bərabərindən keçdikdən sonra
birləşmiş orkestr çalmağı dayandırır,
sağa dönüb çıxış
vəziyyətinə gedir və oradan çala-çala
təntənəli marşla keçir.
318.
Bakıda paradlar xüsusi göstərişlərə
(təlimatlara) əsasən bu fəsildə şərh
edilən müddəalara uyğun olaraq keçirilir.
XVI
fəsil.
Qoşunların
nümayiş və mitinqlərdə iştirakı
319.
Qoşunların nümayiş və mitinqlərdə
iştirakı hər bir halda qarnizon, birləşmə və
əlahiddə hərbi hissə üzrə əmrlə
müəyyən edilir.
Hərbi
hissələrin, hərbi təhsil müəssisələri
və idarələrinin hərbi qulluqçuları ancaq
qarnizon hüdudlarında keçirilən mitinq və
nümayişlərə bölmələrin tərkibində
cəlb edilə bilərlər. [31]
320.
Əmrdə aşağıdakılar göstərilir:
nümayişin
(mitinqin) məqsədi;
nümayişdə
(mitinqdə) iştiraka cəlb edilən qoşunun tərkibi;
geyim
forması;
qoşunun
yığılma vaxtı və yeri;
qoşunun
hərəkət marşrutu, düzülüşü və
keçmə qaydaları.
Əmrdə
nümayiş (mitinq) vaxtı asayişi qorumaq
üçün qarnizon hərbi komendantının
sərəncamına ayrılan naryad da göstərilir.
Mitinq
və nümayişlərdə iştirak etmək
üçün qoşunlar silahsız
çıxarılır.
XVII
fəsil.
Fəxri
qarovullar
321.
Əsgəri ehtiram göstərmək üçün
ayrılmış bölmə (komanda) fəxri qarovul
adlanır.
Fəxri
qarovul 19-cu maddədə göstərilən
şəxsləri qarşılamaq üçün,
eləcə də 353-cü maddədə nəzərdə
tutulmuş hallarda təyin edilir.
Bunlardan
başqa, fəxri qarovul aşağıdakı hallarda
təyin edilə bilər:
təntənəli
iclaslara çıxarılan döyüş
bayraqlarının yanında durmaq üçün;
dövlət
abidələrinin açılışı ilə
əlaqədar;
xarici
ölkə nümayəndələrinin qarşılanması
və yola salınması üçün;
hərbi
qulluqçuların və dövlət qarşısında
xüsusi xidmətləri olan mülki şəxslərin
dəfn mərasimi ilə əlaqədar.
322.
Fəxri qarovul qarnizon rəisi, birləşmə yaxud
əlahiddə hərbi hissə komandirinin əmri ilə
təyin edilir. Xarici ölkə nümayəndələrinin
qarşılanması və yola salınması
üçün hər bir ayrı halda fəxri qarovul Baş
Qərargah rəisinin xüsusi göstərişi ilə
ayrılır.
323.
Fəxri qarovulun tərkibinə taqımdan bölüyə
qədər (yaxud başqa qoşun növünün
müvafiq bölməsi piyada sırasında) bölmə
və hərbi orkestr təyin edilir. Fəxri qarovul ancaq
zabitlərlən, zabit və gizirlərdən
(miçmanlardan), yaxud çavuşlardan da təyin edilə
bilər.
Fəxri
qarovulun geyim forması, şəxsi heyətin silahı,
eləcə də saatdarların hər bir hal
üçün vəzifələri qarnizon rəisi
(birləşmə, hərbi hissə komandiri)
tərəfindən müəyyən edilir.
Fəxri
qarovula döyüş sursatı verilmir.
324. Saatdarlar
qoymaq zərurəti olduqda fəxri qarovulların öz
heyətlərindən, bir qayda olaraq, cüt saatdarlar təyin
edilir.
325.
Fəxri qarovullar qarnizon rəisinə və qarnizon hərbi
komendantına (birləşmə, hərbi hissə
komandirinə) tabedir.
326.
Fəxri qarovulların rəisliyinə zabitlər təyin
edilirlər.
327.
19-cü maddədə göstərilmiş şəxsləri
qarşılamaq üçün fəxri qarovul
Döyüş Bayrağı ilə açıq
ikicərgə sıraya düzülür. Bayraqdar və
assistentlər qarovulun sağ cinahında iki addımlıqda,
orkestr Döyüş Bayrağından sağda üç
addımlıqda durur.
Qarşılanan
şəxs 40-50 addımlığa çatanda fəxri qarovul
rəisi karabinlərlə silahlanmış qarovula «Qarovul — DÜZLƏN»,
«FARAĞAT», «Sağdan (soldan, öndən) qarşılamaq
üçün qarovula — AL», avtomatlarla silahlanmış
qarovula isə «Qarovul —
DÜZLƏN», «FARAĞAT», «Diqqət — SAĞA (SOLA,
MƏRKƏZƏ)» komandaları verir.
Bu
komandalar üzrə fəxri qarovul silahı «qarovula» alır,
yaxud ancaq başını qarşılanan şəxsə
tərəf döndərir; orkestr «Qarşılama
marşı» çalır, qarovul rəisi sağ əlini
baş geyiminə yapışdırıb sıra
addımları ilə qarşılanan şəxsə
yaxınlaşır və ona iki-üç addım
qalmış dayanıb raport verir, məsələn, «Yoldaş Azərbaycan
Respublikasının Prezidenti, Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Ali Baş komandanı. Sizin
gəlməyiniz münasibətilə fəxri qarovul
düzülüb. Qarovul rəisi mayor Əliyev».
Qarovul
rəisi raport vermək üçün dayandıqda orkestr
çalmağı dayandırır.
Qarovul
rəisi raportu qurtardıqdan sonra sol (sağ) ayaqla yana bir
addım atıb, eyni vaxtda sağa (sola) dönür. Orkestr
Azərbaycan Respublikasının Dövlət Himnini ifa edir.
Himn ifa
edilib qurtardıqdan sonra qarovul rəisi qarşılanan
şəxsi onun arxasınca bir-iki addım geridə,
sıranın kənar tərəfi ilə gedərək
və sağ əlini baş geyimindən aşağı
salmadan qarovulun önü ilə müşayiət edir.
Salamlaşmadan
və qarovulun önündən keçdikdən sonra qarovul
rəisi sağ əlini baş geyimindən aşağı
salır, karabinlərlə silahlanmışlara «Ayağa — AL» komandası verir
və qarovulu yenidən üç-üç
(dörd-dörd) kolona düzür; sonra qarovul
qarşılanan şəxsin önündən təntənəli
marşla keçir.
328.
Döyüşçülərin abidə və
məzarlarına əklillər qoymaqla, əsgəri ehtiram
göstərmək üçün təyin edilmiş
fəxri qarovullar öz vəzifələrini bu Nizamnamənin
XVIII fəslinə uyğun yerinə yetirirlər.
329.
Abidə açılarkən, fəxri qarovul abidənin
önündə üzü abidəyə ikicərgə
düzülür. Qarovul rəisi abidənin yanlarına iki
cüt saatdar qoyur. Saatdarlar avtomat «döşdə»
(karabinlər «ayaqda») «farağat» vəziyyətində
durmalıdırlar.
Abidəni
açmağa müvəkkil edilmiş şəxs 40-50
addımlığa çatanda qarovul rəisi «Qarovul — DÜZLƏN», «FARAĞAT», «Diqqət — SAĞA
(SOLA, MƏRKƏZƏ) komandaları verir, sağ əlini
baş geyiminə yapışdırır, sıra
addımları ilə ona yaxınlaşır və onun
iki-üç addımlığında dayanıb raport verir,
məsələn: «Yoldaş general-leytenant (yaxud
səlahiyyətli şəxsin vəzifəsini deyir),
filankəsə abidənin açılması
münasibətilə fəxri qarovul düzülüb. Qarovul
rəisi kapitan Hidayətov».
Raportu
qurtardıqda qarovul rəisi sağ əlini baş
geyimindən aşağı salmadan sol (sağ) ayağı
ilə yana bir addım atıb, eyni zamanda sağa (sola)
dönür, abidəni açmağa gəlmiş
səlahiyyətli şəxsi irəli buraxır və ondan
bir-iki addım geridə və sıranın kənar
tərəfində gedərək, onu müşayiət edir.
Səlahiyyətli şəxsin göstərişi ilə
qarovul rəisi «AZAD» komandası
verir və sağ əlini baş geyimindən aşağı
salıb sırada öz yerində durur.
Əgər
abidəni açmağa gəlmiş səlahiyyətli
şəxs hərbi qulluqçudursa, onun salamına fəxri
qarovul heyəti Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Daxili xidmət nizamnaməsinə
müvafiq, mülki şəxsdirsə, onda xüsusi
göstərişlə cavab verir.
Abidənin
örtüyünü açmazdan qabaq qarovul rəisi «Qarovul — FARAĞAT», «Diqqət —
MƏRKƏZƏ» əgər qarovul karabinlərlə
silahlanıbsa, onda «Qarovul —
FARAĞAT», «Diqqət —
MƏRKƏZƏ, qarovula —
AL» komandaları verir. Karabinlərlə silahlanmış
qarovul silahı «qarovula» götürür, orkestr Azərbaycan
Respublikasının Dövlət Himnini ifa edir.
Orkestr
Himni ifa edib qurtardıqdan sonra qarovul rəisi «AZAD» (karabinlərlə silahlanmışlar
üçün «Ayağa — AL»
və sonra «AZAD») komandaları
verir.
Mitinq
qurtardıqdan sonra fəxri qarovul rəisinin komandası
ilə qarovul yenidən üç-üç
(dörd-dörd) kolona düzülür və abidənin
yanından təntənəli marşla keçir. Fəxri
qarovulun saatdarları xüsusi göstərişlə
götürülür.
330.
Qarnizon rəisinin (birləşmə, hərbi hissə
komandirinin) xüsusi sərəncamına görə
Döyüş Bayrağı (bayraqlar) çıxarılan
təntənəli iclaslarda Döyüş Bayrağına
(bayraqlara) fəxri qarovul və saatdarlar növbəsinin
sayından asılı olaraq hər bayrağa iki-üç
bayraqdar təyin edilir.
Fəxri
qarovulun saatdarları avtomatları «döşdə»
(karabinlər «ayaqda») «farağat» vəziyyətində
Döyüş Bayrağının (bayraqların) yanında,
onun hər iki tərəfində dururlar.
Döyüş
Bayrağını iclas keçiriləcəyi yerə və
geriyə — hərbi hissəyə müşayiət etmək
üçün bayraq taqımı təyin edilir.
Döyüş
Bayrağının çıxarılması və
qaytarılması Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Sıra nizamnaməsinin
göstərişlərinə uyğun olaraq yerinə
yetirilir.
331.
Dəfn mərasiminə təyin edilmiş fəxri qarovul
öz vəzifələrini bu Nizamnamənin XVII fəslinin
göstərişlərinə uyğun olaraq yerinə yetirir.
Ayrı-ayrı hallarda bu qarovul fəxri mühafizə
dəstəsinə çevrilə bilər.
332.
Fəxri qarovulların saatdarları və bayraqdarları
hər 15 dəqiqədən gec olmayaraq
dəyişdirilirlər. Burada dəyişilmə
üçün komanda verilmir və post təhvil verilmir.
Fəxri
qarovulun saatdarları və bayraqdarları əsgəri salam
vermirlər.
XVIII fəsil.
Dəfn mərasiminin təşkili və
keçirilməsi zamanı hərbi ehtiramın
göstərilməsi[32]
333.
Aşağıdakı şəxslərin dəfn
mərasiminin təşkili və keçirilməsi zamanı
hərbi ehtiram göstərilir:
333.1.
“Hərbi vəzifə və hərbi xidmət haqqında”
Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə
uyğun olaraq, hərbi xidmət vəzifələrinin
icrası ilə əlaqədar vəfat etmiş (həlak
olmuş) hərbi qulluqçuların və toplanışa
çağırılmış hərbi
vəzifəlilərin;
333.2
ehtiyatda olmağın son yaş həddinə çatmayan,
lakin yaşına, xəstəliyinə və ya
ştatların ixtisarına görə həqiqi hərbi
xidmətdən ehtiyata buraxılmış 20 (iyirmi) təqvim
ili və daha çox xidmət etmiş ali və baş
zabitlərin;
333.3. Azərbaycan
Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Hərbi
xidmətkeçmə haqqında Əsasnamə”yə
uyğun olaraq, hərbi geyim formasını daşımaq
hüququ verilməklə həqiqi hərbi xidmətdən
ehtiyata və ya istefaya buraxılmış ali və baş
zabitlərin;
333.4.
“Azərbaycanın Milli Qəhrəmanı” adına layiq
görülmüş, Azərbaycan Respublikasının
“Şöhrət” ordeni və “Şah İsmayıl” ali
hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi
xidmətdən ehtiyata və ya istefaya buraxılmış
şəxslərin;
333.5.
Azərbaycan Respublikasının qanunlarında
nəzərdə tutulmuş digər şəxslərin.
334. Bu
Nizamnamənin 333-cü maddəsində göstərilən
şəxslərin dəfn mərasiminin təşkili və
keçirilməsi qaydaları bu Nizamnamənin 16 saylı
əlavəsi ilə müəyyən edilir.
335. Bu
Nizamnamənin 333-cü maddəsində göstərilən
şəxslərin dəfn mərasimində hərbi
ehtiramın göstərilməsi üçün təyin
edilmiş bölmələr fəxri mühafizə
dəstəsi adlanır. Taqım və ondan böyük
bölmə heyətində olan fəxri mühafizə
dəstəsi çexolsuz matəm lentləri taxılmış
Döyüş Bayrağı ilə təmin
olunmalıdır. Fəxri mühafizə dəstəsi
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
aşağıdakı tərkibdə təyin edilir:
335.1.
əsgər (matros), çavuş və gizirləri
(miçmanları) dəfn etmək üçün - manqa,
taqım, yaxud bunlara uyğun bölmə;
335.2.
zabitləri dəfn etmək üçün – bölük,
yaxud buna uyğun bölmə;
335.3.
hərbi hissə komandiri vəzifəsində xidmət
keçən, habelə ali zabit heyətindən olan və bu
Nizamnamənin 333.4-cü maddəsində göstərilən
şəxsləri dəfn etmək üçün - qarnizon
rəisinin sərəncamına görə.
336.
Fəxri mühafizə dəstəsindən başqa, bu
Nizamnamənin 333-cü maddəsində göstərilən
şəxslərin vəfat etdiyi (həlak olduğu) yerin
qarnizon rəisinin sərəncamına əsasən
aşağıdakı tərkibdə dəfn dəstəsi
təyin edilir:
336.1.
hərbi orkestr;
336.2.
cənazəyə fəxri qarovul;
336.3. tabutu
(cənazəni) məzara qoymaq üçün
çavuşun rəhbərliyi altında 8-10 nəfər
silahsız əsgər, yaxud matros.
337. Tabutu
(cənazəni) aparmaq üçün avtomobil, yaxud top lafeti
ayrılır.
338.
Azərbaycan Respublikasının hər bir ordeni bir
balışcığa sancılır, medallardan isə hər
balışcığa bir neçəsi sancıla bilər.
Orden və medal sancılmış balışcıqları
aparmaq üçün balışcıqların sayına
uyğun sayda hərbi qulluqçu qarnizon rəisinin əmri
ilə təyin olunur.
339. Tabutun
qapağının üstündə mərhumun baş geyimi
bərkidilir.
340. Qarnizon
hərbi komendantı fəxri mühafizə və dəfn
dəstəsinin təyin edildiyi hərbi hissə komandirini bu
dəstələrin gəlmə yeri, vaxtı və geyim
forması haqqında əvvəlcədən xəbərdar
edir. Dəfn mərasimində iştirak edən generalların,
admiralların, zabitlərin, gizirlərin, miçmanların,
çavuşların, əsgərlərin və matrosların
sol qollarında matəm sarğısı olmalıdır.
341.
Hərbi ehtiramın göstərilməsi məqsədi
ilə cənazə olan tabutun yanına fəxri qarovulun qoyulma
vaxtını qarnizon rəisi (hərbi hissə komandiri)
təyin edir. Fəxri qarovul tabutun yanına öz
heyətindən iki cüt saatdar qoyur. Saatdarlar avtomatları
“döşdə” (karabinləri “ayaqda”) olmaqla “farağat”
vəziyyətində dururlar. Saatdarların bir cütü
tabutun hər iki tərəfində, ondan iki addım yanda
baş tərəfdə, ikinci cütü ayaq
tərəfdə durur. Saatdarların hər bir cütü o
biri cütlə üz-üzə durur. Saatdarların sol qolunda
matəm sarğısı olmalıdır. Tabutun yanında
duran saatdarlar bu Nizamnamənin 332-ci maddəsinə uyğun
qaydada dəyişilirlər. Dəfndə iştirak edən
fəxri qarovul heyətinin hərəkəti və tabutun
məzara qoyulduğu zaman saatdarlar dəyişilmir.
342.
Mərhuma ehtiram göstərmək üçün tabutun
yanına dəfn mərasiminə dəvət olunmuş
müxtəlif dövlət orqanlarının və
qeyri-hökumət təşkilatlarının
nümayəndələrindən ibarət fəxri saatdarlar
qoyula bilər. Onlar silahsız, başıaçıq, sol
qollarında matəm sarğısı olmaqla saatdarların
yanında kənar tərəfdən bir-iki addımlıqda
durur və hər 3-5 dəqiqədən bir
dəyişilirlər.
343.
Fəxri mühafizə dəstəsi cənazənin
götürüləcəyi yerə gəldikdə,
üzü cənazənin çıxarılacağı
qapıya tərəf açıq sırada
düzülür. Orkestr dəstədən üç
addım sağda düzülür. Fəxri mühafizə
dəstəsi və fəxri qarovul dəfn mərasimi vaxtı
əsgəri salam vermir.
344. Tabut
binadan çıxarılarkən irəlidə bir-birindən
üç-beş addımlıq məsafədə biri o
birinin arxasınca əklil aparan hərbi qulluqçular, orden
və medallar sancılmış balışcıqları
aparanlar (orden və medallar böyüklük
dərəcəsi ilə), onlardan sonra tabutu aparan hərbi
qulluqçular, mərhumu müşayiət edənlər
və fəxri qarovul dəstəsinin üzvləri
gedirlər. Tabutun binadan çıxarıldığı
məqamda fəxri mühafizə dəstəsinin komandiri
sırada yerindən çıxmadan “Farağat”
(karabinlərlə silahlanmışlar üçün
“Farağat, qarovula - Al”) komandası və əsgəri salam
verir. Sırada olan hərbi qulluqçuların hamısı
başlarını tabuta tərəf döndərirlər.
Orkestr matəm marşı çalır. Sırada olmayan
hər bir hərbi qulluqçu tabut çıxarılan zaman
“farağat” vəziyyəti qəbul edir və əsgəri
salam verir. Fəxri qarovul mərhumu müşayiət
edənlərin ardınca, onlardan sonra orkestr və sonra isə
fəxri mühafizə dəstəsi gedir. Piyada
gedərkən orkestr hərdən tənəffüs
etməklə matəm marşı çalır.
345.
Fəxri qarovulun saatdarları tabutun hər iki tərəfi
ilə avtomatlar “döşdə”, karabinlər
“çiyində” vəziyyətində gedirlər, tabut avtomobildə
müşayiət edilirsə, saatdarlar oturaraq karabini
dizləri arasında, ayaq üstündə isə “ayaqda”
vəziyyətində saxlayırlar.
346. Qarnizon
rəisi göstəriş verdikdə, tabutun
çıxarıldığı və dəfn yerinə
yaxınlaşdığı yerlərdə mərasimin
keçəcəyi yolun hər iki tərəfində
qoşun bölmələri piyada bir cərgə, yaxud iki
cərgə düzülə bilərlər.
347. Dəfn
yerinə çatanda orkestr çalğını
dayandırır. Fəxri mühafizə dəstəsi və
fəxri qarovulun saatdarları məzarın yanında yer
tuturlar. Cənazənin üzərindəki Azərbaycan
Respublikasının Dövlət bayrağı fəxri qarovul
rəisi tərəfindən götürülür, fəxri
qarovulun üzvlərinin iştirakı ilə aypara və
səkkizguşəli ulduz təsviri yuxarıda olmaqla
düzbucaqlı üçbucaq şəklində qatlanır.
Fəxri qarovulun rəisi Azərbaycan Respublikasının
qatlanmış Dövlət bayrağını mərhumun
ailə üzvlərindən birinə təqdim edir. Sonra
fəxri mühafizə dəstəsinin komandiri “Farağat”
(karabinlərlə silahlanmışlar üçün
“Farağat, qarovula - Al”) komandası və əsgəri salam
verir. Sırada olan hərbi qulluqçuların hamısı
başlarını tabuta tərəf döndərirlər.
Orkestr matəm marşı çalır. Fəxri
mühafizə dəstəsinin tərkibindən təyin
edilmiş bölmə boş patronlarla üç yaylım
atəşi açır, bununla belə əgər sıra
tabordursa bir bölük, bölükdürsə bir taqım,
taqım və ya manqadırsa, bütün bölmə yaylım
atəşi açır. Ayrı-ayrı hallarda xüsusi
göstərişlə toplardan yaylım atəşi
açıla bilər. Birinci yaylım atəşindən
sonra orkestr Azərbaycan Respublikasının Dövlət
himnini ifa etməyə başlayır. Əgər yerin
şəraiti buna imkan verirsə, Dövlət himni ifa
edildikdən sonra fəxri mühafizə dəstəsi
məzarın yanından orkestrin sədaları altında
sıra addımları ilə keçir. Saatdarlar, yaxud
mühafizə dəstəsinin üzvləri məzar
yanından keçdikdən sonra dəfn mərasimini tərk
edir.
348. Bu
Nizamnamənin XVIII fəslində
göstərilənlərdən əlavə, “Şəhid
adının əbədiləşdirilməsi və
şəhid ailələrinə edilən
güzəştlər haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, şəhid
adını almış və ya müvafiq hərbi
hissənin arayışı ilə şəhid olması
təsdiq edilmiş hərbi qulluqçuların və toplanışa
çağırılmış hərbi
vəzifəlilərin xatirəsinə ehtiram əlaməti
olaraq hərbi hissə komandiri şəhidin yas
mərasimində hərbi hissə nümayəndələrinin
iştirakını təmin edir, habelə hərbi
hissələrdə xüsusi guşə yaradılır,
burada şəhid olmuş hərbi qulluqçuların və
toplanışa çağırılmış
vəzifəlilərin şəkli və onlar haqqında
müvafiq məlumat əks etdirilir.
349.
Aşağıdakı şəxslərin tabutu hərbi
ehtiram göstərilməsi zamanı Azərbaycan
Respublikasının Dövlət bayrağı ilə
örtülür:
349.1.
vəfat etmiş (həlak olmuş) ali hərbi rütbələrə
malik olan hərbi qulluqçuların, ehtiyata və ya istefaya
buraxılmış şəxslərin;
349.2.
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı
və ya Azərbaycan Respublikasının “Şah
İsmayıl” ali hərbi ordeni ilə təltif olunmuş
ehtiyata və ya istefaya buraxılmış şəxslərin;
349.3. bu
Nizamnamənin 333.1-ci maddəsində göstərilən
hərbi qulluqçuların və toplanışa
çağırılmış hərbi
vəzifəlilərin.
350. Bu
Nizamnamənin 333-cü maddəsinə uyğun olaraq dəfn
mərasiminin təşkili və keçirilməsi zamanı
hərbi ehtiram göstərilən şəxslərin
uçotunun aparılması qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir. Bu Nizamnamənin 333-cü maddəsində
göstərilən şəxslərin bu Nizamnaməyə
uyğun dəfn mərasiminin təşkili və
keçirilməsi ilə bağlı xərclər
Azərbaycan Respublikasının dövlət
büdcəsindən müvafiq icra hakimiyyəti
orqanının saxlanılması üçün
ayrılmış vəsait hesabına ödənilir.
XIX
fəsil.
Vətənin
azadlığı və müstəqilliyi uğrunda
döyüşlərdə həlak olanların
məzarlarına və abidələrinə əklillər
qoyulması
351.
Vətənimizin azadlığı və müstəqilliyi
uğrunda döyüşlərdə həlak olanların
məzarlarına və abidələrinə Azərbaycan
Respublikasının Dövlət bayramları
günlərində və Azərbaycan Respublikası müvafiq icra
hakimiyyəti orqanı rəhbərinin qərarı
ilə başqa günlərdə hərbi hissələrin
nümayəndə heyəti tərəfindən
əklillər qoyulur.
352.
Bakı şəhərində və «şəhidlər
xiyabanı» olan digər yerlərdə dövlət,
hökumət və ya hərbi nümayəndə heyəti
tərəfindən əklillər qoyulduqda, qarnizon rəisinin
sərəncamı ilə qarnizon hərbi hissələrinin
bir və ya bir neçə Döyüş Bayrağı
ilə silahlı fəxri qarovul və orkestr təyin edilir.
Fəxri
qarovul və orkestr parad, əklil qoymaqda iştirak edən
hərbi qulluqçuları isə parad-bayram geyim formasında
olurlar.
353.
Abidələrə (məzarlara) əklillər qoymazdan qabaq
müəyyən edilmiş vaxtda fəxri qarovulun
tərkibindən oraya bir-iki cüt saatdar qoyulur. Saatdarlar
karabinləri «ayaqda» (avtomatları «döşdə») saxlamaqla
«farağat» vəziyyətində dururlar.
Fəxri
qarovul (abidənin, yaxud məzarın
yerləşməsindən asılı olaraq) abidənin
(məzarın) önündə üzü, yaxud sağ
cinahı ona çevrilməklə ikicərgə
düzülür, döyüş bayraqları fəxri
qarovulun sağ cinahında qoyulur. Orkestr bayraqlardan sağda
düzülür.
354.
Əklillə gəlmiş nümayəndə heyəti
müəyyən edilmiş yerdə düzülür və
fəxri qarovulun sırası qarşısından
keçərək abidəyə (məzara) tərəf gedir.
Nümayəndə heyətinin önündə hərbi
komendant, yaxud fəxri qarovulun zabiti gedir. Onun arxasınca
iki-üç addımlıqda iki adam bir əklil tutmaqla
əklili gətirənlər və onların arxasınca
həmin distansiyada nümayəndə heyəti
üç-üç, dörd-dörd kolonla gedir.
Nümayəndə heyətinin fəxri qarovula
çatmasına 40-50 addım qalarkən, qarovul rəisi
karabinlərlə silahlanmış qarovula «Qarovul, DÜZLƏN», «FARAĞAT», «Sağdan (soldan)
qarşılamaq üçün, qarovula — AL», avtomatları
«döşdə» vəziyyətində olan qarovula isə «Qarovul — DÜZLƏN»,
«FARAĞAT», «Diqqət — SAĞA (SOLA)» komandaları verir.
Fəxri
qarovul komandanı yerinə yetirib, əklil gətirmiş
nümayəndə heyətini başlarını
döndərərək, nəzərləri ilə
müşayiət edir.
Orkestr
təntənəli matəm melodiyaları ifa edir.
Döyüş Bayrağı endirilir.
355.
Nümayəndə heyəti abidəyə (məzara)
çatıb əklilləri qoyur və həlak olanların
xatirəsini bir dəqiqəlik sükutla yad edir. Orkestr musiqini
kəsir.
Bir
dəqiqəlik sükutdan sonra orkestr Azərbaycan
Respublikasının Dövlət Himnini ifa edir. Himn ifa edilib
qurtardıqdan sonra əklil qoymuş nümayəndə
heyəti abidədən (məzardan) aralanır və
üzü qarovulun keçəcəyi tərəfə
düzülür, fəxri qarovul isə qarovul rəisinin
komandası ilə yenidən səfər kolonuna
düzülür, abidənin (məzarın) və əklil
qoymuş nümayəndə heyətinin önündən
təntənəli marşla keçir.
356.
Əklilləri xarici dövlət və hökumət
başçıları, dövlət
nümayəndəlikləri, eləcə də müdafiə
nazirləri və rəsmi hərbi nümayəndələr
qoyduqda 352-355-ci maddələrdə göstərilmiş
qaydalara riayət edilir. Bu halda təntənəli matəm
melodiyası ancaq nümayəndə heyətinin
başçısı ilə razılaşdırılıb
ifa olunur.
Bir
dəqiqəlik sükutdan sonra əklil qoyan
nümayəndə heyətinin dövlət himni və
Azərbaycan Respublikasının Dövlət Himni
(hərəsindən bir bənd) ifa edilir.
Başqa
xarici nümayəndə heyəti tərəfindən
abidə və məzarlara əklillər qoyularkən fəxri
qarovul və orkestr təyin edilmir. Bu halda abidənin
(məzarın) yanına qarnizon rəisinin, yaxud komendantın
sərəncamı ilə bir-iki cüt saatdar qoyulur və
zərurət olduqda, əklilləri onların
qoyulacağı yerə aparmaq üçün bir zabit və
iki nəfər hərbi qulluqçu ayrılır.
357.
Xarici hərbi nümayəndə heyəti abidə və
məzarlara əklil qoyarkən, onları Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanının
nümayəndəsi və hərbi komendant müşayiət
edir.
[33]
358.
Abidə və məzarlar yanına qoyulmuş saatdarlar
əklillər qoyulduqdan sonra qarnizon rəisinin
müəyyən etdiyi vaxtda götürülürlər.
XX
fəsil.
Qoşunların
yanğınlarla və təbii fəlakətlərlə
mübarizəyə cəlb edilməsi
359.
Qoşunlar yanğınlarla və təbii
fəlakətlərlə (daşqınlarla,
zəlzələnin nəticələri ilə,
uçqunlarla, qar yığınları ilə) mübarizəyə,
yaxud yanğından və ya təbii fəlakətdən
zərər çəkmiş mülki əhaliyə
kömək etmək üçün müvafiq icra hakimiyyəti
orqanı rəhbərinin sərəncamı ilə
cəlb olunurlar. Müstəsna hallarda, icazə almağa vaxt
olmadıqda, qonşuları qarnizon rəisi öz
qərarı ilə cəlb edir və bu barədə müvafiq icra
hakimiyyəti orqanının rəhbərinə
dərhal məlumat verir. [34]
360.
Yanğınlarla və təbii fəlakətlərlə
mübarizə, yaxud əhaliyə kömək
üçün ayrılmış qoşunlara qarnizon
rəisi tapşırıq verərkən göstərir:
hansı
hərbi hissə (bölmə) hansı komandirin (rəisin) sərəncamına
keçir;
hərəkət
qaydası;
əlavə
verilən texniki vasitələr;
tapşırığın
yerinə yetirilməsi müddəti;
silah;
geyim
forması;
ərzaqla
təminat qaydası.
361.
Hərbi hissə (bölmə) komandirləri təyin
edilmiş yerə çatdıqda dərhal
sərəncamına göndərildikləri şəxsin
yanına gəlib məlumat verir və onun sərəncamı
ilə verilmiş tapşırığın yerinə
yetirilməsini təşkil edirlər. Əgər
yanğın, yaxud təbii fəlakət yerində sərəncamına
gəldikləri şəxs olmasa, hərbi hissə
komandirləri sərbəst surətdə yerli hakimiyyət
orqanları və onların sərəncamı ilə
ayrılmış qüvvələrlə öz
fəaliyyətini uyğunlaşdıraraq verilmiş
tapşırığı yerinə yetirməyə
başlayırlar.
Verilmiş
tapşırığın yerinə yetirilməsi haqqında
hərbi hissə (bölmə) komandirləri qarnizon
rəisinə və özlərinin bilavasitə
rəislərinə məlumat verirlər.
362.
Yanğın, yaxud təbii fəlakətlə mübarizə
üçün ayrılmış hərbi hissənin
(bölmənin) komandirinin sərəncamı ilə
əmlakı mühafizə etmək üçün
müvəqqəti qarovullar təyin edilir. Bu qarovullar
tərkibində olduqları hərbi hissənin komandirinə,
qarnizon rəisinə və qarnizon hərbi komendantına,
qarovullar (hərbi hissə) növbətçisinə tabe olur
və ümumi əsaslarla xidmət edirlər.
363.
Hərbi hissələri, bölmələri və
komandaları yerli hakimiyyət orqanlarının
nümayəndələrinə tabe etmək qadağandır.
Əlavələr
1 saylı əlavə
MƏXFİDİR
2 saylı əlavə
MƏXFİDİR
3 saylı əlavə
«Təsdiq
edirəm» Qarnizon rəisi (hərbi
hissə komandiri) ______________________________________________ (
hərbi rütbəsi, imzası) «_______»_______________199_____il |
|
__________¹-li
_________________________________________________________qarovulun
(qarnizon, daxili)
Postlar
tabeli
qarovulun heyəti və postların sayı |
dəyişdiricilərin və onların
postlarının nömrələri |
postların nömrələri və
mühafizə olunan obyektlər |
saatdarların xüsusi vəzifələri |
1 |
2 |
3 |
4 |
Qarnizon hərbi komendantı
(hərbi hissə qərargahı rəisi)
|
______________________________________________ (hərbi
rütbəsi, imzası) |
Qeydlər: |
1. |
1-ci sütunda qarovulun
bütün heyəti sadalanır, məs: qarovul rəisi
(zabit, gizir, miçman, çavuş) — 1, qarovul rəisinin
köməkçiləri — 1, dəyişdiricilər — 3 və
s. Sonra üçnövbəli, ikinövbəli postların
və qarovul itləri postlarının sayı
göstərilir. |
|
2. |
3-cü sütunda
obyektlərin adı və onların hansı
möhürlə möhürləndiyi, neçə
möhür və plomb olduğu sadalanır. Əgər post
Döyüş Bayrağını mühafizə edirsə,
bayraqda neçə orden, hansı ordenlər və orden
lentləri olduğu göstərilir. |
|
3. |
4-cü sütunda hər bir
postun mühafizə və müdafiə şəraitinə
müvafiq saatdarın xüsusi vəzifələri, silah
işlətmə və qarovul rəisi ilə rabitə
qaydaları göstərilir. |
4
saylı əlavə
Hauptvaxt
haqqında
Ümumi
müddəalar
1. Hərbi
qulluqçuları həbsdə saxlamaq üçün
xüsusi yer — hauptvaxt hazırlanır. Qarnizon (ümumlager),
yaxud hərbi hissə hauptvaxtı ola bilər.
2. Həbsə
alınmış matroslar və miçmanlar gəmi
karserində, yaxud hauptvaxtda saxlanıla bilərlər.
3. Hauptvaxtda intizam
qaydasında və cinayət prosesini həyata keçirən
orqan tərəfindən tutulmuş və ya həbs edilmiş
hərbi qulluqçular saxlanılırlar (Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş müddətlərdən çox olmamaqla). Cinayət
prosesini həyata keçirən orqan tərəfindən
tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular
üçün hauptvaxtlar müvəqqəti saxlama
yerlərinin funksiyalarını həyata keçirir.[35]
4. Qarnizon
hauptvaxtında boş yer olmadıqda, intizam qaydası ilə
həbs edilmiş müddətindən artıq xidmət
çavuşları, gizirlər (miçmanlar) və
zabitlər qarnizon hərbi komendantlığında (hərbi
hissədə) ayrı otaqda, (gəmidə isə ayrı
kayutda) hərbi komendantın növbətçi
köməkçisinin, yaxud qarovullar (hərbi hissə,
gəmi) növbətçisinin nəzarəti altında
saxlanıla bilərlər. Belə halda müddətindən
artıq xidmət çavuşları həbs edilmiş gizirlərdən
(miçmanlardan) və onlar da zabitlərdən ayrı
saxlanılırlar.
5. Hərbi hissə
hauptvaxtı qarnizon hauptvaxtında lazımi qədər yer
olmadıqda və ancaq həbsə alınmış
əsgərləri (matrosları) və çavuşları
saxlamaq üçün qarnizon hauptvaxtına uyğun olaraq
hazırlanır.
Hərbi hissə
hauptvaxtı qarnizon rəisinin (birləşmə komandirinin)
əmri ilə istifadəyə verilir.
5-1. Azərbaycan Respublikası
İnsan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) və Milli preventiv qrup üzvlərinin
istənilən vaxt, maneəsiz və əvvəlcədən
xəbərdarlıq etmədən qarnizon hauptvaxtlarına
daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə
müvafiq məlumatı verə biləcək istənilən
digər şəxslə təkbətək və ya zəruri
saydığı halda mütəxəssisin və ya
tərcüməçinin iştirakı ilə
görüşmək və söhbət etmək, onların
həmin yerlərdə saxlanılmasının qanuniliyini
təsdiq edən, eləcə də həmin
şəxslərlə rəftara və onların saxlanma
şəraitinə aid olan bütün
sənədlərlə tanış olmaq və
surətlərini almaq, akt tərtib etmək, həyata
keçirdikləri tədbirlərin gedişini və
nəticələrini protokollaşdırmaq, qarnizon
hauptvaxtlarının rəhbərliyi tərəfindən
təxirə salınmadan qəbul edilmək, Azərbaycan
Respublikası İnsan hüquqları üzrə
müvəkkilinin (ombudsmanın) isə həmçinin
qarnizon hauptvaxtlarına müvafiq tövsiyələr
vermək və həmin tövsiyələrə
müəyyən edilmiş müddətdə cavablar almaq
hüququ vardır.[36]
Həbs
edilənlərin hauptvaxta göndərilməsi və
onların konvoy nəfərləri ilə müşayiət
edilməsi
6. İntizam
qaydasında həbs edilmiş hərbi qulluqçular hauptvaxta
həbs kağızı ilə göndərilirlər.
Cinayət prosesini
həyata keçirən orqan tərəfindən tutulmuş
və ya həbs edilmiş hərbi qulluqçular hauptvaxta
həmin orqanın qərarı ilə göndərilirlər.
Hər hansı bir
cinayət etməkdə şübhəli olan hərbi
qulluqçular hauptvaxta istintaq orqanının, yaxud
müstəntiqin qərarı ilə göndərilirlər.
7. İşi
məhkəmədə olan, cinayət prosesini həyata
keçirən orqan tərəfindən tutulmuş və ya
həbs edilmiş hərbi qulluqçular hauptvaxta,
prokurorluğa, məhkəməyə və s. ştat
silahı ilə silahlanmış konvoy nəfərlərinin
müşayiəti ilə göndərilirlər.
8. İntizam
qaydasında həbs edilmiş 5 nəfərdən artıq
əsgəri (matrosu) piyada sırasında hauptvaxta
göndərmək qadağandır. Həbs edilənlər
bir-bir kolonla getməlidirlər. Mühafizə
üçün bir konvoy nəfəri təyin edilir ki, o,
həbs edilənlərdən iki-üç addım geridə
sağdan (soldan) gedərək, silahını «qayışda»
vəziyyətində aparmalıdır. Silah ancaq
mühafizəni təyin etmiş rəisin göstərişi
ilə bu Nizamnamənin 106 və 107-ci maddələrinin
tələblərinə uyğun doldurulur.
9. Böyük
şəhərlərdə və yaşayış
məntəqələrində bazarın içi ilə,
küçə səkiləri ilə həbs
edilənləri müşayiət etmək, eləcə
də onları ictimai nəqliyyatda aparmaq qadağandır.
10. İntizam
qaydasında həbs edilmiş çavuşları hauptvaxta
göndərmək üçün onlardan
rütbəsinə görə böyük, yaxud onlara
bərabər rütbəli müşayiətçi
çavuş təyin edilir. Hər üç, ya daha az
həbs edilmişə bir nəfər hesabı ilə
silahsız müşayiətçi təyin edilir.
Müşayiətçi həbs edilmişin (edilmişlərin)
yanında sağdan (soldan) gedir.
İntizam
qaydasında həbs edilmiş zabitlər və gizirlər
(miçmanlar) hauptvaxta özləri gəlirlər.
Həbs
edilmişləri qarnizon hauptvaxtına göndərmək
üçün qarnizon hərbi komendantının (hərbi
hissə qərargahı rəisinin) sərəncamı ilə
nəqliyyat vasitəsi ayrılır.
Avtomobildə
silahlı müşayiət vaxtı həbs edilənləri
üzvləri hərəkətə əks istiqamətdə
oturdurlar; onlara qalxmaq və hərəkət
istiqamətinə tərəf dönmək qadağandır.
Silahlı konvoy nəfərləri kuzovun qabaq hissəsində
elə yerləşirlər ki, həbs edilənləri daim
müşahidə edə bilsinlər.
11. Cinayət
prosesini həyata keçirən orqan tərəfindən
həbs edilmiş, məhkum olunmuş və
şəxsiyyəti müəyyən edilənədək
tutulub saxlanmış hərbi qulluqçuların silahlı
müşayiətini, eləcə də konvoyun tərkibini
və konvoy nəfərlərinin vəzifələrini qarnizon
hərbi komendantı (hərbi hissə qərargahı
rəisi) hər bir hal üçün ayrıca
müəyyən edir.
12. Konvoy
nəfəri bu Nizamnamənin 183-cü maddəsinin
göstərişinə əsasən silah tətbiq
etməlidir.
Həbs
edilənlərin hauptvaxta qəbulu
13. Həbs
edilənlər qarnizon hauptvaxtına hauptvaxt rəisi, o
olmadıqda qarovul rəisi tərəfindən, hərbi
hissə hauptvaxtına isə hərbi hissə
növbətçisi tərəfindən qəbul
edilirlər.
14. Hauptvaxt rəisi
(hərbi hissə növbətçisi) həbs edilmiş
əsgər (matros) və çavuşları qəbul
edərkən, onlarda olmalı əşyaların
olub-olmadığını yoxlayır, şəxsi
axtarış aparır, bel qayışını, kamerada
saxlamağa icazə verilməyən əşyalarını
və qiymətli şeylərini, eləcə də
bütün xidməti sənədlərini saxlamaq
üçün alır, həbs kağızında
(cinayət prosesini həyata keçirən orqanın
qərarında) olan və başqa lazımi məlumatları
hauptvaxtda saxlananlar kitabına və həbs edilənlərin
ad siyahısına yazır.
Həbs
kağızında yazılmış əşyaların
qarnizon hauptvaxtına göndərilmiş hərbi
qulluqçuların üstündə olub-olmamasını
hauptvaxt rəisi şəxsən həbs edilənin qəbulu
haqqında qəbzin arxasında qeyd edir və imzalayır.
Tapılmış
xidmət sənədləri müvafiq komandirə
göndərilmək üçün qarnizon hərbi
komendantına (hərbi hissə qərargahı rəisinə)
verilir.
İntizam
qaydasında həbs edilənlər şəxsi
sənədlərini özlərində saxlayırlar, yaxud
saxlamaq üçün hauptvaxt rəisinə (hərbi
hissə növbətçisinə) təhvil verirlər.
Hauptvaxt rəisi
alınmış və qəbul edilmiş əşyaları,
sənədləri və pulun məbləğini həbs
edilənin yanında hauptvaxtda saxlananlar kitabına yazır
və onların qəbulu haqqında ona qəbz verir, bundan
sonra həbs edilmiş şəxs həbs kağızı
ilə kameraya salınmaq üçün qarovul rəisinin
yanına göndərilir.
Hauptvaxtda
saxlananlar kitabı
199_____il üçün
Sıra ¹-si |
Vəzifəsi,
hərbi rütbəsi, adı, atasının adı və
soyadı |
Hansı
hərbi hissədəndir (hərbi hissənin şərti
adı) |
Kim
həbs edib |
Həbsin
səbəbi |
Hansı
müddətə və hansı kamerada saxlanmalıdır |
Qəbul
edilmiş əşya, sənəd və pulun məbləti |
Həbsə
qəbul edildiyi vaxt |
Həbs
müddəti nə vaxt qurtarır |
Tibbi
müayinə və hamamda çimmə vaxtı haqqında
qeyd |
Azad
edilmə haqqında qeyd |
Həbs
vaxtı qurtarandan sonra əşya, sənəd və pulun
alınması haqqında imza |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qeyd: |
«Kim
həbs edib» sütununda cinayət prosesini həyata
keçirən orqan tərəfindən tutulmuş və ya
həbs edilmiş şəxslər üçün
cinayət prosesini həyata keçirən orqanın adı
və müvafiq qərarı qəbul edən şəxsin
adı, soyadı və vəzifəsi yazılır. |
|||||||||||
Həbs edilənin qəbulu
haqqında qəbz
Həbs
edilən____________________________________________________________________________________ (hərbi
hissəsi, bölməsi, rütbəsi ______________________________________________________________________________________________ adı,
atasının adı və soyadı) _____________sutkalığa
__________dan__________________kimi _______________hauptvaxta qəbul
edilib, ____________________________________________kamerada
saxlanmalıdır. ___________________________________________________________199______il tarix,
ay, saat, dəqiqə hauptvaxt rəisi (hərbi
hissə növbətçisi)
___________________________________________________________ (hərbi
rütbəsi, imzası) Qəbzin arxasında
yazılır Həbs edilənin
əşyalarının hamısı yerindədir (filan şey artıqdır,
filan şey çatmır) Hauptvaxt rəisi (hərbi
hissə
növbətçisi)___________________________________________________________
(hərbi rütbəsi, imzası) Qarnizon hauptvaxtında həbs
ediləni qarovul rəisi qəbul edirsə, o, həbs
edilənə əşyalarını qəbul etməsi
haqqında qəbz verir. Siyahı ilə əşyaları
və həbs kağızını həbsxana
rəisinə təqdim edir. |
15. İntizam
qaydasında həbs edilən zabit və gizirlərin
(miçmanların) şəxsi əşyalarına
baxılmır, lakin həbs edilənə kamerada nə kimi
şeylərin saxlanıla bilməsi haqqında
xəbərdarlıq edilir.
16. Qarovul rəisi
həbs ediləni qəbul edir, həbs kağızını
imzalayır və onu həbsxana rəisinə (hərbi
hissə növbətçisinə) qaytarır.
Hauptvaxt rəisi
(hərbi hissə növbətçisi) həbs
kağızını özündə saxlayıb konvoy
nəfərinə (müşayiətçiyə) həbs
edilənin qəbulu haqqında qəbz verir ki, bu da həbs
ediləni göndərənə təhvil verilir.
İntizam
qaydasında həbs edilənlərin hauptvaxtda saxlanması
17. İntizam
qaydasında həbs edilmiş əsgərlər (matroslar)
və çavuşlar ümumi, yaxud təkadamlıq kameralarda
və quru taxtlarda yatırlar.
Çavuşlar
hauptvaxtda əsgərlərdən (matroslardan) ayrı, bununla
belə müddətli xidmət çavuşları da
müddətindən artıq xidmət
çavuşlarından ayrı saxlanılırlar.
Həbs edilib
hauptvaxta salınan gizirlər (miçmanlar) həbs edilmiş
çavuş və əsgərlərdən (matroslardan),
zabitlər gizirlərdən (miçmanlardan) və boş
zabitlər kiçik zabitlərdən ayrı
saxlanılırlar.
Zabitlər və
gizirlər (miçmanlar) hauptvaxtda qarovul rəisinin
nəzarəti altında olurlar.
İntizam
qaydasında hauptvaxtda saxlanmaqla həbs edilmiş hərbi
qulluqçular əsas əsgər payı norması ilə
azuqə alırlar.
18. Həbs
edilənlər hauptvaxtda qoyulmuş qaydaları düzgün
yerinə yetirməli, qarovul rəisinin (hərbi hissə
növbətçisinin) və qarovulun şəxsi
heyətinin tələblərini yerinə
yetirməlidirlər.
Qarnizon (hərbi
hissə) hauptvaxtlarında daxili intizam qaydalarını
yerinə yetirməyən həbs edilənlərə qarnizon
hərbi komendantı (hərbi hissə komandiri)
tərəfindən əlavə cəza verilir. Bu şəxslərin
və hauptvaxt rəisinin (hərbi hissə
növbətçisinin) sərəncamı ilə belə
şəxslər ümumi kameradan təkadamlıq kameralara
keçirilə bilər. Belə hallarda hauptvaxt rəisi
(hərbi hissə növbətçisi) həbs
kağızında lazımi qeydlər edir.
Hərbi
qulluqçulara hauptvaxtda verilmiş əlavə həbs yeni
həbs kağızı ilə sənədləşdirilir.
19. Günün nizam
qaydalarını qarnizon hauptvaxtı üçün qarnizon
komendantı, hərbi hissə hauptvaxtı üçün
isə hərbi hissə komandiri müəyyən edir.
İntizam
qaydasına hauptvaxtda ümumi kameralarda saxlanan
əsgərlər (matroslar) sutkada 10 saat
işləməyə cəlb edilirlər.
Ümumi kameralarda
saxlanan müddətli və müddətindən artıq
xidmət çavuşları işləməyə
rəhbər (başçı) kimi cəlb edilirlər.
İntizam
qaydasında hauptvaxtda olan zabitlər, çavuşlar,
gizirlər (miçmanlar), eləcə də
əsgərlər (matroslar) işləməyə cəlb
edilməyirlərsə, onlar üçün hər gün 4
saat müddətində sıra hazırlığından
və nizamnamələrdən məşğələ
təşkil edilir. Məşğələlər vaxtı
onlara bel qayışları verilir.
Təkadamlıq
kameralarda saxlanan həbs edilənlər
məşğələlərə cəlb edilmirlər.
Kameralarda
keçirilən səhər baxışı və axşam
yoxlanışında qarovul rəisi, yaxud onun
köməkçisi həbs edilənlərin yerində
olmasını ad siyahısı ilə yoxlayır.
Bütün həbs
edilənlərin 7 saat yatması (yuxu) nəzərdə
tutulur. Gündüz onların uzanmasına və yatmasına
icazə verilmir. Səhər qalxandan sonra taxtlar
yığışdırılır, qatlanan taxtlar qatlanıb
qıfıllanır.
20. Sutka
ərzində, işləməyə və gəzintiyə
çıxarılan vaxtdan başqa, həbs edilənlər
qıfıllı kameralarda olmalıdırlar. İntizam
qaydasında həbs edilən zabit və gizirlərin
(miçmanların) kameraları qıfıllanmır.
Bütün kameraların qıfılları eyni olmalı
və eyni açarla bağlanmalıdır. Bu açarlardan
ikisi qarovul rəisinin, biri isə hauptvaxt rəisinin
otağında saxlanılır.
21. Həbs
edilmiş əsgər (matros) və çavuşların alt
paltarı, iş geyimi forması və ayaqqabısı kamerada
olmalıdır. Qalan əşyalar kameradan kənarda hauptvaxt
üçün müəyyən edilmiş qaydada
saxlanılır.
Həbs
edilənlərin ad siyahısı
sıra
¹-si |
Hərbi
rütbəsi |
Adı,
atasının adı və soyadı |
Hansı
kamerada saxlanılır |
Vaxtı |
Həbs
edilmişin azad edilməsi haqqında hauptvaxt rəisinin
(hərbi hissə növbətçisinin) imzası |
||
Həbsə
qəbul edilməsi |
Həbsdən
azad edilməsi |
||||||
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
|
Hauptvaxt rəisi (hərbi
hissə növbətçisi)
___________________________________________________________ (hərbi
rütbəsi, imzası) |
|||||||
Qeyd: |
Yeni qarovul rəisi həbs
edilənləri qəbul etdikdən sonra siyahıda qeyd edir:
«Filan tarixdə filan vaxt bu siyahı ilə filan qədər
həbs edilən qəbul etdim». Bu qeydin altında həm
köhnə, həm də yeni qarovul rəisləri imza
edirlər. |
||||||
Həbs
edilənlərə yatmazdan qabaq şinel verilir və
ayaqqabısını çıxarmağa icazə verilir,
kameralarda temperatur +18o S-dən aşağı olanda şinel
gündüz də verilə bilər.
Həbs edilmiş
zabit və gizirlərə (miçmanlara) kameralarda hərbi
kitablarını (əlavənin 31-ci bəndi), pul, yazı
və tualet ləvazimatını saxlamağa icazə verilir.
Yatmazdan qabaq zabit və gizirlərə (miçmanlara) yataq
ləvazimatı (adyal, 2 döşəkağı, balış,
balışüzü və döşək) verilir.
22. Ümumi
kameralarda həbs edilənlərdən təmizliyə və
qaydaya cavabdeh olan kamera böyüyü təyin edilir. O,
həbs edilənləri səhər baxışına,
qarovulların dəyişilməsi vaxtı adbaad
yoxlanışa, axşam yoxlanışına düzür,
diqqət yetirir ki, həbs edilənlər vaxtında
yatıb-dursunlar, divar və pəncərələri xarab
etməsinlər, taxtlarda, divarlarda yazı yazmasınlar və
işıqları söndürsünlər.
23. Həbs
edilənlər işləmədikləri günlərdə,
eləcə də təkadamlıq kameralarda saxlananlar hər
gün çıxarıcıların müşayiəti
ilə 50 dəqiqəlik gəzintiyə
çıxarılırlar.
Həbs edilmiş
əsgərlər (matroslar) çavuşlardan ayrı
çıxarılırlar.
Həbs edilən
əsgər (matros) və çavuşlar səhər və
axşam tualeti üçün
çıxarıcıların müşayiəti ilə,
ümumi kameralarda saxlananlar kameralar üzrə,
təkadamlıq kameralarda saxlananlar isə tək-tək
növbə ilə çıxarılırlar.
Həbs
edilənlər təbii ehtiyaclarını yerinə
yetirmək üçün çıxarıcının
müşayiəti ilə tək-tək, yaxud beş
nəfərə qədər qruplarla, təkadamlıq kameralarda
saxlananlar isə tək-tək çıxarılırlar.
Çıxarıcılar saatdarlar vasitəsilə
çağırılırlar.
24. Həbs edilən
zabitlər və gizirlər (miçmanlar) başqa həbs
edilənlərdən ayrı olaraq günün nizam
qaydaları ilə müəyyən edilmiş vaxtda hər
gün 50 dəqiqəlik gəzintiyə — zabitlər
gizirlərdən (miçmanlardan) ayrı, kiçik
zabitlər də baş zabitlərdən ayrı
çıxırlar. Zabitlər və gizirlər
(miçmanlar) gəzintiyə və təbii
ehtiyaclarını yerinə yetirməyə qarovul rəisinin
icazəsilə sərbəst, çıxarıcısız
çıxırlar.
25. Əsgər
(matros) və çavuşlar hauptvaxt həyətinə
çıxarılarkən, onlara bel qayışları
verilmir, həbs edilənlər hauptvaxtdan kənara (hamama,
işə və s.) getmək üçün forma
üzrə geyinməlidirlər.
İntizam
qaydasında həbs edilmiş əsgərlər (matroslar)
hauptvaxtdan kənarda hərbi hissənin içində sıra
ilə, hər qrupda 15 nəfərdən çox olmamaqla, bir
konvoy nəfərinin müşayiəti ilə gedirlər.
İntizam
qaydasında həbs edilmiş çavuşlar hauptvaxtdan
kənarda hərbi hissənin içində qarovul rəisi
köməkçisinin müşayiəti ilə sıra
ilə gedirlər.
Həbs
edilənləri hauptvaxtdan (hərbi hissədən) kənara
göndərdikdə, qarnizon hərbi komendantının
(hərbi hissə qərargahı rəisinin)
sərəncamı ilə nəqliyyat vasitəsi
ayrılır.
Həbs edilmiş
gizirləri (miçmanları) və zabitləri qarnizon
rəisi, yaxud qarnizon komendantı çağırdıqda,
eləcə də onlar tibb müəssisəsinə, yaxud
hamama göndərildikdə qarovul rəisinin icazəsi ilə
sərbəst gedirlər.
26. Həbs
edilənləri hauptvaxtdan kənara (hamama,
işləməyə və s.) müşayiət etmək
üçün qarovulun heyətindən konvoy
nəfərləri ayrılır. Bunu etmək mümkün
olmadıqda, qarnizon hərbi komendantının (hərbi
hissə qərargahı rəisinin) sərəncamı ilə
əlavə naryad təyin edilir.
27. Həbs
edilənlər işləyərkən konvoy nəfərinin
vəzifəsidir:
həbs
edilənlərin mühafizəsi və müşahidə
olunması çətinləşirsə, onların eyni
zamanda bir neçə yerdə işləməsinə yol
verməmək;
həbs
edilənlərin iş və tənəffüs zamanı
kənar şəxslərlə danışmamasına, tütün
çəkməməsinə və iş yerindən
kənara getməməsinə diqqət yetirmək; [37]
iş qurtarandan sonra
həbs edilənlərin sərəncamında olduqları
şəxslərdən işin yerinə yetirilməsi və
keyfiyyəti haqqında arayış almaq;
hauptvaxta
qayıtdıqda hauptvaxt rəisinə (hərbi hisə
növbətçisinə) həbs edilənlərin
özlərini necə aparmaları haqqında məlumat
vermək və işin yerinə yetirilməsi haqqında
arayışı təqdim etmək.
28. Həbs
edilənlər həftədə bir dəfə qarnizon
hərbi komendantının (hərbi hissə qərargahı
rəisinin) müəyyən etdiyi vaxtda hamamda
çimməlidirlər. Bu günlərdə həbs
edilənlər tibbi müayinədən də
keçirilirlər.
Müalicə müəssisəsinə
göndərilmiş həbs edilənlər sağaldıqdan
sonra öz hərbi hissələrinə qayıdırlar,
həbs müddətinin qalan hissəsinin çəkilib
qurtarması məsələsini həbs elan etmiş
şəxs həll edir.
Hauptvaxtda saxlanan
həbs edilənlərin üzvləri və başları
həmişə səliqə ilə qırxılmış
olmalıdır. Onların baş və üzlərinin
qırxılması qaydasını qarnizon hərbi
komendantı (hərbi hissə qərargahı rəisi) müəyyən
edir.
29. Həbs
edilənlər hauptvaxtda yemək siyahısına onların
ərzaq attestatlarına əsasən daxil edilirlər.
Ərzaq payı almağa,
yaxud pulsuz yeməyə hüququ olmayan zabitlər və
gizirlər (miçmanlar) həbs kağızı
əsasında pullu yemək siyahısına daxil edilirlər.
Əgər
hauptvaxtda xörək hazırlanmırsa, onun həbs
edilənlər üçün gətirilməsi
qaydasını qarnizon hərbi komendantı (hərbi hissə
qərargahı rəisi) müəyyən edir.
Həbs
edilənlər xörəyi kameralarda, yaxud hauptvaxt
yeməkxanasında yeyirlər. Yeməkxanada xörək
ayrı-ayrı vaxtlarda verilir: əsgərlərə
(matroslara) ayrılıqda, çavuşlara və eləcə
də zabitlərə və gizirlərə (miçmanlara)
ayrılıqda.
Təkadamlıq
kameralarda saxlananlara xörək kameralarda verilir.
30. Kameraların
və ayaqyoluların gündəlik və ümumi
(həftədə bir dəfə) təmizlənməsi,
eləcə də döşəmələrin yuyulması
(sürtülməsi), sobaların qalanması və
çıraqların doldurulması qarovul rəisi köməkçisinin
nəzarəti altında hauptvaxtda saxlananlar
tərəfindən yerinə yetirilir.
Kameraların
havası hər gün, həbs edilənlər
işləməkdə, yaxud gəzintidə olduqları vaxt
dəyişdirilir. Hauptvaxt otaqlarında dezinfeksiya ayda iki
dəfədən az olmayaraq, ayaqyolularında isə
həftədə bir dəfə keçirilir. Qaranlıq
düşəndə kameralar, koridorlar və ayaqyolular
işıqlandırılır. Yatmaq vaxtı kameralarda
növbətçi işıq olmalıdır.
İşıqlandırmaya qarovul rəisinin
köməkçisi nəzarət edir.
Qışda
kameralarda +18 S-dən az olmayan temperatur olmalıdır.
31. Həbs
edilənlərə həbsdə olarkən
aşağıdakılar qadağandır: radioya qulaq asmaq,
hər hansı oyun oynamaq, musiqi alətlərində
çalmaq, mahnı oxumaq, pəncərədən
danışmaq, səs salmaq, kameralarda qaydanı pozmaq,
kiminləsə görüşmək, kimdənsə
verilən şeyi qəbul etmək, məktub
göndərmək və almaq.
Həbs
edilənlərə qəzetlər, nizamnamələr,
hərbi ədəbiyyat oxumağa icazə verilir.
Tütün çəkməyə ancaq zabitlərə
və gizirlərə (miçmanlara) bunun üçün
ayrılmış xüsusi yerlərdə icazə verilir.
Hər bir hauptvaxtda
lazımi miqdarda hərbi ədəbiyyat və
nizamnamələr olmalıdır. Hauptvaxt hər gün
təzə qəzetlərlə təchiz edilməlidir.
Həbs edilənlərə hərbi ədəbiyyatı
və qəzetləri qarovul rəisi verir.
Cinayət prosesini
həyata keçirən orqan tərəfindən tutulmuş
(həbs edilmiş) şəxslərin hauptvaxtda
saxlanılması
32. Tutulmuş
və ya həbs edilmiş hərbi qulluqçular Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsi
və “Həbs yerlərində saxlanılan
şəxslərin hüquq və azadlıqlarının
təmin edilməsi haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş hallarda və
müddətlərdə hauptvaxtlarda saxlanılırlar.[38]
Cinayət prosesini
həyata keçirən orqan tərəfindən tutulmuş
(həbs edilmiş) hərbi qulluqçular intizam qaydasında
həbs edilənlərdən və tutulub saxlananlardan ayrı
saxlanılırlar. Bununla belə, məhkum edilmişlər
istintaqda olanlardan ayrı, zabit və gizirlər (miçmanlar)
əsgər (matros) və çavuşlardan ayrı
saxlanılırlar.
32-1. Tutulmuş və həbs
edilmiş hərbi qulluqçuların hauptvaxtlarda
hüquqlarının və qanuni mənafelərinin
qorunmasına, onların üzərinə qoyulmuş
vəzifələrin yerinə yetirilməsinə və
onların təcrid edilməsinə yönəlmiş
qaydaları təmin edən rejim müəyyən edilir.
Hauptvaxtda rejim bu əlavə və “Həbs yerlərində
saxlanılan şəxslərin hüquq və azadlıqlarının
təmin edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.[39]
33. Cinayət
prosesini həyata keçirən orqan tərəfindən
tutulmuş (həbs edilmiş) hərbi qulluqçulara yatmazdan
qabaq şinel, döşək, üzlü balış verilir;
onlara müəyyən edilmiş yerlərdə tütün
çəkməyə icazə verilir.
Tutulmuş və həbs edilmiş
hərbi qulluqçular Azərbaycan Respublikasının
Konstitusiyası, Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsi və “Həbs
yerlərində saxlanılan şəxslərin hüquq
və azadlıqlarının təmin edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş hüquq və azadlıqlardan
istifadə edir və vəzifələr daşıyırlar.[40]
Hauptvaxtın rəisi Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsi
və “Həbs yerlərində saxlanılan
şəxslərin hüquq və azadlıqlarının təmin
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müvəqqəti saxlama yerlərinin müdiriyyəti
üçün müəyyən edilmiş
vəzifələri daşıyır.[41]
34. Cinayət
prosesini həyata keçirən orqan tərəfindən
tutulmuş (həbs edilmiş) hərbi qulluqçuların
cəza çəkmə yerlərinə
göndərilməsinə qədər saxlanması,
mühafizəsi və silahlı müşayiəti
qaydasını qarnizon hərbi komendantı (hərbi hissə
qərargahı rəisi) cinayət prosesini həyata
keçirən orqanla razılaşıb müəyyən
edir.
35. Hərbi
prokurorlar, onların müavinləri və
köməkçiləri qanunların yerinə yetirilməsinə
nəzarət məqsədi ilə, eləcə də
cinayət prosesini həyata keçirən orqanların
əməkdaşları xidməti vəsiqələrini
göstərməklə qarnizon hauptvaxtına onun rəisi
(hərbi hissə növbətçisi) tərəfindən
maneəsiz buraxılırlar. Bu barədə qarnizon hauptvaxt
rəisi qarnizon hərbi komendantına, hərbi hissə
hauptvaxtında isə hərbi hissə növbətçisi
hərbi hissə qərargahı rəisinə xəbər
verir.
Göstərilən
şəxslər müvəqqəti tutulub
saxlanmışların kamerasına da elə bu qayda ilə
buraxılırlar.
Həbs
edilənlərin hauptvaxtdan azad edilməsi
36. İntizam
qaydasında həbs edilmişlər həbs müddəti
qurtardıqdan sonra qarnizon hauptvaxtından hauptvaxt rəisi,
hərbi hissə hauptvaxtından isə hərbi hissə
növbətçisi tərəfindən azad edilirlər.
Bayram və
seçki günlərindən əvvəlki gün intizam
qaydasında həbs edilmişlər qarnizon rəisinin
(hərbi hissə komandirinin) sərəncamı ilə
hauptvaxtdan azad edilirlər.
37. Qanunvericiliklə
müəyyən olunmuş qaydada cinayət prosesini həyata
keçirən orqan tərəfindən tutulmuş (həbs
edilmiş) hərbi qulluqçular qarnizon hərbi komendantı
(hərbi hissə qərargahı rəisi), yaxud hauptvaxt
rəisi tərəfindən cinayət prosesini həyata keçirən
həmin orqanın müvafiq qərarına əsasən,
habelə onların saxlanılma müddəti başa
çatdıqda, dərhal hauptvaxtdan azad edilirlər.
Saxlanılma müddəti başa çatmış
şəxslərin azad edilməsi barədə cinayət
prosesini həyata keçirən müvafiq orqana məlumat
verilir.
Həbs edilənin
həbs müddətinin qurtaracağı gündən bir
gün qabaq hauptvaxt rəisi qarovul rəisinə həbs
edilənin qarnizon hauptvaxtından azad edilməsi haqqında
kağız göndərir və həbs edilənin
azadedilmə vaxtı və onun dalınca nümayəndə
göndərilməsi haqqında bölmə (hərbi
hissə) komandirinə xəbər verir.
Qarnizon
hauptvaxtından azadedilmə kağızı
Qarovul
rəisinə
Həbsdə
olan___________________________________________________________________________________ (hərbi
rütbəsi, ______________________________________________________________________________________________ adı,
atasının adı və soyadı) _____________________________________________________________________________________azad
edin. (saat,
tarix, ay) Əsas:_________________________________________________________________________________________ (həbs
kağızı, qərar, hökm) ______________________________________________________________________________________________ Hauptvaxt
rəisi________________________________________________________________________________ (hərbi
rütbəsi, imzası) |
|
M.Y. |
«_______»____________________199___il |
38. Qarovul rəisi
azadetmə kağızını alıb, həbs ediləni
azad edir və onu hauptvaxt rəisinin yanına göndərir.
Hauptvaxt rəisi hauptvaxtda saxlananlar kitabında və həbs
edilənlərin ad siyahısında həbs edilənin azad
edilməsi vaxtını qeyd edir. Ona hauptvaxtda saxlananlar
kitabında qol çəkdirməklə şəxsi
əşyalarını, pulunu, sənədini, eləcə
də azadedilmə vaxtı qeyd olunmuş həbs
kağızını öz bölmə (hərbi hissə)
komandirinə qaytarmaq üçün verir. Şəxsi
əşyaların, pulun və sənədlərin qəbulu
haqqında əvvəllər həbs edilənə verilmiş
qəbz ləğv edilir.
Azadetmə
kağızını qarovul rəisi postlar
cədvəlinə əlavə edib təhvil verir.
39. Hərbi hissə
hauptvaxtından həbs ediləni azad etmək
üçün hərbi hissə növbətçisi
həbs edilənin həbs müddəti qurtardıqda həbs
kağızında azadedilmə haqqında qeyd edib, onu qarovul
rəisinə göndərir, həbs edilənin bölmə
komandirinə xəbər verir. Qarovul rəisi həbs
kağızını alıb həbs ediləni azad edir, həbs
kağızını isə postlar cədvəlinə
əlavə edib təhvil verir.
40. Cinayət
prosesini həyata keçirən orqan tərəfindən
tutulmuş (həbs edilmiş) şəxsləri azad
edərkən, hauptvaxt rəisi (hərbi hissə
növbətçisi) onlara qarnizon hərbi komendantının
(hərbi hissə qərargahı rəisinin) imzası ilə
azadedilmənin vaxtı və əsası göstərilən
arayış verir.
Hauptvaxt
avadanlığı
41. Qarnizon
hauptvaxtı iki bölmədən: əsgərlərin
(matrosların) və çavuşların
saxlandığı ümumi bölmədən, eləcə
də zabitlərin və gizirlərin (miçmanların)
saxlandığı zabitlər bölməsindən ibarət
olur.
Zabitlər
üçün bölmə ayrı binada, yaxud ümumi
bölmə ilə bir binada, lakin ayrı girişi olmaqla
yerləşə bilər.
Hauptvaxtın
qarovulla bir binada yerləşdiyi halda həbs edilənlərin
qarovul otağından keçməsinə qəti yol
verilməməlidir.
42. Hauptvaxtın
ümumi bölməsində aşağıdakılar
olmalıdır:
intizam qaydasında
həbs edilmiş əsgərlər (matroslar)
üçün ümumi kameralar;
intizam qaydasında
həbs edilmiş çavuşlar üçün ümumi
kameralar;
təkadamlıq
kameralar;
cinayət prosesini
həyata keçirən orqan tərəfindən tutulmuş
(həbs edilmiş) şəxslər üçün
ümumi və təkadamlıq kameralar;
məhkum edilmiş
əsgərlər (matroslar) və çavuşlar
üçün ümumi kameralar.
Ümumi kameralarda
taxtlar, stollar, skamyalar (kətillər), fəvvarəciyi olan
içməli su bakı və tüpürcəkqabları
olmalıdır.
43. Hauptvaxtın
zabitlər bölməsində aşağıdakılar
olmalıdır:
intizam qaydasında
həbs edilmiş gizirlər (miçmanlar), kiçik
zabitlər və baş zabitlər üçün ayrı
ümumi kameralar;
cinayət prosesini
həyata keçirən orqan tərəfindən tutulmuş
(həbs edilmiş) şəxslər üçün
ümumi və təkadamlıq kameralar, məhkum edilmiş
zabitlər və habelə gizirlər (miçmanlar)
üç ayrı ümumi kameralar.
Kameralarda
yarıyumşaq taxtlar, stollar, kətillər, şəxsi
əşyalar və tualet ləvazimatı üçün
dolabçalar, su qrafini, altlıqlı stəkanlar,
paltarasılanlar və tüpürcəkqabı
olmalıdır.
44. Qarnizon
hauptvaxtının aşağıdakı otaqları da
olmalıdır:
cinayət prosesini
həyata keçirən orqan tərəfindən tutulmuş
(həbs edilmiş) şəxslər barəsində prosessual
hərəkətlərin həyata keçirilməsi üçün
otaq;
qarovul otağı;
hauptvaxtın
ştatda olan heyəti üçün iş otağı;
xörəyi
qızdırmaq, yaxud bişirmək üçün
mətbəx və onun köməkçi otaqları;
yeməkxana;
həbs
edilənlərin şəxsi əşyalarını saxlamaq
üçün stellajları (paltarasılanları) olan anbar;
əl-üz yuma
otaqları;
daxili ya da bayır
ayaqyoluları.
45. Hauptvaxt
rəisinin otağında stol, iki-üç stul (kətil),
taxt, paltarasılan, həbs edilənlərdən
alınmış sənədləri, pul və qiymətli
şeyləri saxlamaq üçün dəmir şkaf, yaxud döşəməyə,
ya da divara bərkidilmiş dəmir üzlüklü yeşik
olmalıdır.
46. Bütün
həbs edilənlər kameraları və ümumi istifadə
yerlərinin (əlüzyuma, ayaqyolu otaqlarının)
pəncərələri dəmir barmaqlıqlı,
zərurət olduqda içəridən metal tor
çəkilmiş olmalıdır. Kameraların
qapılarında nəzarət pəncərəsi qoyulur.
Hauptvaxt koridorlarında tualet və ayaqqabı
təmizləmək ləvazimatı, eləcə də şinellər
və baş geyimlərini saxlamaq üçün
qıfıllanan şkaflar olmalıdır. Şkafların
açarları qarovul rəisində olmalıdır.
47. Hər bir
hauptvaxtın həbs edilənlərin gəzintisi
üçün hündürlüyü 2 metrdən az olmayan
möhkəm hasarlı həyəti olmalıdır.
5 saylı əlavə
Qarnizonun
hərbi hissələrinin (hərbi təhsil
məktəblərinin, müəssisələrin qarnizonda
ezamiyyətdə və məzuniyyətdə olan hərbi
qulluqçuların uçotu qaydası
1. Ezamiyyət, yaxud
məzuniyyət yerinə gəlmiş hər bir hərbi
qulluqçu hərbi komendantlıqda (onun olmadığı
yerlərdə ən yaxın hərbi komissarlıqda)
uçota durmalı, getməzdən qabaq isə uçotdan
çıxmalıdır.
Qarnizon hərbi
komendantlığı, yaxud hərbi komissarlıq hərbi
qulluqçunun olacağı yerdən 10 kilometrdən çox
uzaq olduqda, hərbi qulluqçu yerli icra hakimiyyətində uçota
dura (uçotdan çıxa) bilər.
Hərbi
hissəyə ezam edilmiş hərbi qulluqçular
adətən həmin hərbi hissədə uçota dururlar.
Uçota
alındıqda, yaxud uçotdan çıxarıldıqda,
ezamiyyət vəsiqəsində, yaxud məzuniyyət
biletində müvafiq qeyd olunur. Gəlmə haqqında qeyd
gəlmə gününün səhərindən gec
edilməməlidir. Getmə haqqında qeyd isə getmə
günündən əvvəlki gün, yaxud getmə
günü edilməlidir.
2. Qarnizona
gəlmiş generallar (admirallar), polkovniklər (1-ci
dərəcəli kapitanlar) gəlmələri və
getmələri haqqında qarnizon hərbi komendantına, yaxud
hərbi komissara telefonla, ya da yazılı xəbər
verə bilərlər. Onlar gəlmə və getmə
tarixlərini qeyd etdirmək üçün ezamiyyət
vəsiqələrini, yaxud məzuniyyət biletlərini
kuryerlə hərbi komendanta (hərbi komissara)
göndərə bilərlər.
Məzuniyyətə
gəlmiş generallar (admirallar), zabitlər, gizirlər
(miçmanlar) və müddətindən artıq xidmət
hərbi qulluqçularına qarnizon hərbi
komendantlığına (hərbi komissarlığa) mülki
paltarda gəlməyə icazə verilir.
3. Ezamiyyətdə,
yaxud məzuniyyətdə olan bütün hərbi
qulluqçular məzuniyyət biletini, yaxud ezamiyyət
vəsiqəsini həmişə yanında gəzdirməli,
rəislərin və böyüklərin tələbi ilə
təqdim etməlidirlər. Ünvanını
dəyişdirdikdə, ezamiyyət, yaxud məzuniyyətin
uzadılmasına icazə aldıqda, xəstəlik ya da
başqa səbəbdən vaxtında gedə
bilmədikdə, hərbi qulluqçular dərhal bu
barədə qarnizon hərbi komendantlığına, hərbi
komissarlığa, yaxud yerli icra hakimiyyətinə (uçotda
durduqları yerə) xəbər verməlidirlər.
4.
Səfərbərlik elan edildikdə, bütün
məzuniyyətdə (xəstəliyə görə
verilmiş məzuniyyətdən başqa) və
ezamiyyətdə olan hərbi qulluqçular tez uçotdan
çıxıb, xüsusi sərəncam
gözləmədən öz xidmət yerlərinə
qayıtmalıdırlar. Əgər hərbi hissə
özünün əvvəlki yerində olmazsa, onda hərbi
qulluqçu yaxınlıqdakı hərbi komendantlığa,
yaxud hərbi komissarlığa gəlməlidir.
Xəstəliyinə görə məzuniyyətdə olanlar
hərbi komissarlığa gəlib yenidən
müayinədən keçməlidirlər;
səhhətinə görə gəlməyə imkanı
olmayanda, tezliklə bu barədə müalicə edən
həkimin arayışını da əlavə etməklə
yazılı xəbər verməlidirlər.
5. Ezamiyyətə,
yaxud məzuniyyətə gəlmiş hərbi
qulluqçuların uçotu üçün qarnizon
hərbi komendantlığında (hərbi komissarlıqda)
aşağıdakı formada hərbi qulluqçuların
uçotu kitabı aparılır.
Ezamiyyət
və məzuniyyətdə olan hərbi qulluqçuların
uçotu kitabı
Sıra ¹-si |
Hərbi rütbəsi |
Adı, atasının adı
və soyadı |
Hansı hərbi
hissədəndir (hərbi hissənin şərti adı) |
Qarnizona gəlməsinin
məqsədi |
Ezamiyyət vəsiqəsi,
yaxud məzuniyyət biletinin nömrəsi və tarixi |
Məzuniyyət (ezamiyyət)
vaxtı yaşayacağı yerin ünvanı |
Öz hərbi hissəsinə
nə vaxt qayıtmalıdır |
Ləngiməsi haqqında qeyd
və nə qədər ləngiyəcək |
Uçotdan
çıxarılması haqqında qeyd |
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
«______»_____________________________________
tarix, ay
6. Bütün
hərbi hissələrin (müəssisələrin,
idarələrin, əlahiddə bölmələrin,
komandaların) uçotu qarnizon hərbi komendantı
tərəfindən müəyyən edilmiş qayda ilə
aparılır.
Hərbi
hissələri (bölmələri, komandaları) başqa
qarnizona, yaxud onunla qonşu olan məntəqəyə
göndərən komandirlər (rəislər) bu
qarnizonların rəislərini hərbi hissələrin
(bölmələrin) gəlmələri haqqında
xəbərdar etməlidirlər.
Hərbi hissənin
(bölmənin) komandiri, komandanın rəisi hərbi
hissənin (bölmənin, komandanın) göstərilən
məntəqəyə gəlib çatmasını qarnizon
rəisinə gəldiyi gün məlumat verməli və
hərbi hissəni (bölməni, komandanı) qarnizon
komendantlığında uçota almalıdır.
6 saylı əlavə
___________________________________________________________________________________
qarnizonun (qarnizonun
adı) |
tutulub saxlanan hərbi
qulluqçularının
Uçotu
kitabı
Sıra ¹-si |
Hərbi rütbəsi |
Adı, atasının adı və
soyadı |
Hərbi hissənin ¹-si (müəssisə
və idarənin adı), onun poçt ünvanı və
tabeliyi |
Tutulub saxlanma vaxtı, nə
üçün tutulub |
Kimə xəbər verilib, yaxud hansı
tədbir görülüb |
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
|
Qeyd: |
Tutulub saxlananların
uçotu kitabındakı yazılar hər günün
axırında hərbi komendantın növbəti
köməkçisi (qarovullar növbətçisi)
tərəfindən imzalanır. |
|||||
7 saylı əlavə
Qarnizon
hərbi komendantlığının yerləşməsi
və avadanlığı
1. Qarnizon hərbi
komendantlığının yerləşməsi
üçün ayrıca bina, yaxud yer ayrılmalıdır.
Ayrılmış
bina, yaxud yerin ümumi sahəsi Azərbaycan Respublikasının
müvafiq
icra hakimiyyəti orqanının idarələrinin
yerləşdirilməsi üçün müəyyən
edilmiş normalara uyğun olmalıdır.
2. Hərbi
komendantlığın yerləşdirilməsi
üçün ayrılmış binada (yerdə) olan
otaqlardan əlavə, aşağıdakı otaqlar da
olmalıdır:
qarovullar
növbətçisinin və onun köməkçisinin
otağı;
patrul
nəfərləri otağı;
qarnizona
gəlmiş hərbi qulluqçuların qeydiyyatı
otağı;
müvəqqəti
tutulub saxlanmış əsgər və matroslar
üçün ayrıca, çavuşlar, gizir və
miçmanlar üçün ayrıca, eləcə də
zabitlər üçün ayrıca kameralar;
məişət
xidməti otağı.
3. Qarovullar
növbətçisinin və onun köməkçisinin
otağında aşağıdakılar olmalıdır:
sənədləri
saxlamaq üçün dəmir, yaxud dəmir
üzlüklü yeşik;
yazı
ləvazimatı olan dəftərxana stolu;
üç-dörd
stul;
yarıyumşaq
taxt;
saat;
bayır termometri;
üst paltarı
üçün şkaf, yaxud paltarasılan;
su qrafini və
stəkanlar;
qarnizon rəisi,
hərbi komendant, qarovullar, şəhərin yanğından
mühafizə hissələri, hərbi hissə komandirləri
(müəssisə, idarə rəisləri) ilə əlaqə
saxlamaq üçün telefon;
şəhər
telefonlarının nömrələri olan məlumat
kitabı;
növbətçiliyin
qəbulu və təhvili kitabı;
qarovul
növbətçisi üçün təlimat;
qarnizon
qarovullarının postlar tabeli;
qarovulları yoxlamaq
hüququ verən vəsiqələrin nümunələri;
nizamnamələr;
şam, yaxud
ağneft lampası ehtiyatı.
4. Patrul
nəfərləri otağında aşağıdakılar
olmalıdır:
stol;
taxt;
patrul
nəfərlərinin sayı qədər stul (kətil);
üst paltarı
üçün şkaf, yaxud paltarasılan;
altlıq
üstündə qoyulan fəvvarəciklə təchiz
edilmiş və ağzı qıfılla bağlı
içməli su bakı;
qəzetlər
və jurnallar;
hərbi
xidmətçilərin geyim forması olan plakatlar
(şəkillər).
Patrul
nəfərlərinin silahlandıqları qarnizonlarda patrul
nəfərləri otağında silah saxlamaq
üçün piramida və silahı təmizləmək
üçün stol da olmalıdır.
5.
Müvəqqəti tutulub saxlananlar otağında taxtlar və
pəncərələrində dəmir
şəbəkələr olmalıdır.
6. Hərbi
komendantlığın binasına xidmət edilməsi və
onun təsərrüfat təminatı qaydaları qarnizon
rəisi tərəfindən müəyyən edilir.
8 saylı əlavə
Qarovulun
geyim forması
1. Qarovulun geyim
forması şinel (yarımkürk), təmiz və saz paltar
dəsti, ayaqqabı, baş geyimi, bel qayışı və
maqazinlər (daraqlar) üçün çantadan
ibarətdir.
Post geyimi
qışda kürk və keçə
çəkmələr, yay vaxtı başlıqlı
plaş, yaxud plaş-örtük işlədilir.
Kürkdən başqa post geyimi hər post üçün
iki dəst olmalıdır və bunların bir dəsti qarovul
otağında saxlanmalıdır. Bunlardan başqa, qarovul
otağında qarovul rəisi, onun köməkçisi və
dəyişdiricilərin hər biri üçün brezent
plaş, yaxud plaş-örtük olmalıdır.
2. Yayda qarovullar
dəyişmə yerinə lülələnib
çiyindən asılan şinellərlə (zabitlər,
gizir və miçmanlardan başqa), havanın temperaturu +10
S-dən az olanda, eləcə də soyuq külək
əsəndə və yağışda şinelləri
geymiş gəlirlər.
İsti vaxtlarda
qarnizon hərbi komendantının (hərbi hissə
qərargahı rəisinin) göstərişi ilə qarovullar
dəyişmə yerinə şinelsiz gələ
bilərlər.
Şineli geymək
qaydası dəyişmədə qarovullar
növbətçisi tərəfindən,
dəyişmədən sonra öz təyinat yerinə
gedərkən və xidmət vaxtı isə qarovul rəisi
tərəfindən dəyişdirilə bilər.
3. Yayda soyuq
küləkdə və yağış vaxtı
növbələr postlara şinellərini geymiş
göndərilir. Havanın kölgədə temperaturu +15
S-dən çox olduqda növbələrə
şinellərini qarovul otağında paltarasılanda
qoymağa icazə verilir.
4. Post kürkü
ancaq dəyişilmə vaxtı postda
çıxardılır və geyilir.
5.
Yağışlı havada növbələr postlara
plaşlarda (plaş örtüklərdə) göndərilir.
Saatdarlar
plaşı (plaş-örtüyü) postda lazım
gəldikdə çıxardırlar (geyirlər).
Keçə
çəkmələr qarovul otağında geyilir. Kürk
və keçə çəkmələrini bayıra
havanın temperaturu —5o S-dən və aşağı
olduqda və soyuq külək əsdikdə geyməyə
icazə verilir.
6. Kürk şinelin
üstündən, plaş (plaş-örtük) şinelin,
yaxud kitelin üstündən geyilir.
Çıxarılmış kürk və plaşlar (plaş
örtüklər) göbələkvari post örtüyü,
yaxud budkada (müşahidə qülləsində)
asılır.
7.
Qızdırılan daxili postların saatdarları temperatur +18
S-dən aşağı olmadığı bütün
hallarda şinelsiz olmalıdırlar. Postda olduqları vaxt
şinel paltarasılanda, yaxud şkafda asılır.
8. Plaşlar
(plaş-örtüklər) və keçə
çəkmələr postlardan qayıdan kimi
çıxarılır və qurudulur.
9 saylı əlavə
______________________________________________________________________________________________ (hərbi
hissə, müəssisə) |
_________________¹-li Qarovulun
döyüş patronları ehtiyatının
Uçotu kitabı
Patronların daxilolma və sərfolma tarixi |
Döyüş patronlarının sayı |
Patronların götürülməsi və
alınması sənədinin adı və nömrəsi |
Patronların vəziyyətinin yoxlanması |
||||
avtomatlar və karabinlər üçün |
tapançalar üçün |
yoxlamanın tarixi, patronların sayı
və vəziyyəti haqqında yoxlayıcının
qeydləri |
aşkar edilmiş
çatışmazlıqların ləğv edilməsi
haqqında |
||||
______________tarixdə
vardır ____________________ götürülüb |
Qarnizon hərbi komendantı
(hərbi hissə qərargahı rəisi)______________________
(hərbi rütbəsi, imzası) |
||||||
______________tarixdə qalıb ____________________ əlavə edilib |
Qarnizon hərbi komendantı
(hərbi hissə qərargahı rəisi)______________________ (hərbi
rütbəsi, imzası) |
||||||
______________tarixdə
vardır |
Qarnizon hərbi komendantı
(hərbi hissə qərargahı rəisi)______________________ (hərbi
rütbəsi, imzası) |
||||||
Qeydlər: |
1. |
Patron ehtiyatının
uçotu kitabını qarnizon hərbi komendantı
(hərbi hissə qərargahı rəisi) aparır. |
|||||
|
2. |
Patronların
götürülməsi haqqında qarnizon hərbi
komendantının (hərbi hissə qərargahı
rəisinin), döyüş sursatının aid olduğu
hərbi hissənin raket artilleriya xidməti rəisinin,
qarovullar (hərbi hissə) növbətçisinin və
qarovul rəisinin imzası ilə akt tərtib olunur.
Döyüş patronları ehtiyatı normaya qədər
doldurulur, qutu yenidən möhürlənir və saxlanmaq
üçün qarovul rəisinə təhvil verilir. |
|||||
|
3. |
Kitabın vərəqləri
nömrələnir, qaytanla tikilir, möhürlənir
və qarnizon hərbi komendantı (hərbi hissə
qərargahı rəisi) tərəfindən imzalanır. |
|||||
|
4. |
Qumbara və onların
partladıcılarının uçotu da təqribən bu
forma ilə aparılır. Uyğun sütunlarda lazımi
adlar yazılır. |
|||||
10 saylı əlavə
Obyektlərin
hasarlanması və postların avadanlığı
1. Mühafizə
olunan obyektlərin yerləşdiyi ərazi daş, taxta,
məftil və s. ilə hasarlanmalıdır.
Mühüm
əhəmiyyətli obyektlərin (partlayıcı maddə,
sursat, silah və s. anbarlarının) daxili və xarici
hasarları olmalıdır. Daxili və xarici hasarlar
arasındakı məsafə yerli şəraitdən
asılı olaraq
Mühafizə olunan
obyektin ətrafını yaxşı müşahidə
etmək üçün hasarların arasında (xarici
hasarın yanında) rabitə, siqnalizasiya vasitələri
və projektoru olan müşahidə qülləsi tikilə
bilər.
Hasarı olmayan
mühafizə olunan obyektlərin ətrafında gecə
və gündüz yaxşı görünən və
yazısı olan göstəricilər qoyulur,
məsələn, «Keçmək
qadağandır (keçid bağlıdır)». Gediş
yolu oxla göstərilir.
2. Hərbi
hissədən kənarda yerləşən mühafizə
olunan obyektin ətrafında, zərurət olduqda, yerli
hakimiyyət orqanları ilə razılaşıb kənar
adamlar üçün qadağan sahəsi
müəyyənləşdirmək olar. Qadağan
sahəsində hüdudları yaxşı görünən
və «Qadağan sahəsi keçmək qadağandır
(keçid bağlıdır)» yazılmış
göstəricilərlə işarə edilməlidir.
Qadağan sahəsi qoyulması haqqında qarnizon rəisi
(hərbi hissə komandiri, mühafizə olunan obyektin
rəisi) ətraf yaşayış
məntəqələrinin sakinlərini vaxtında
xəbərdar etməlidir. Qadağan sahəsinin
hüdudlarına ümumi işlək yollar, yaşayış
və xidmət tikililəri, əkin sahələri və s.
daxil edilməməlidir.
3. Postun
ərazisində yerli şəraitdən asılı olaraq
saatdar üçün mümkün qədər böyük
görmə və atəşətutma sahəsi (50 m-dən az
olmayan) təmin edilməlidir, bunun üçün postun
ətrafındakı sahə kollardan təmizlənməli,
ağaclar seyrəkləşdirilməli və
Saatdarların öz
xidmətini maneəsiz, postun sahəsini dolanaraq, yaxud
yerindən müşahidə etməklə yerinə
yetirməsi üçün şərait
yaradılmalıdır.
Ərazisində bir
neçə post olan obyektlərdə hər bir postun
hüdudu göstəricilərlə işarə olunur.
4. Mühüm
əhəmiyyətli obyektlərin və hərbi
şəhərcikdən kənarda olan qarovul otaqlarının
mühafizəsi üçün bayır postlarının
yaxınlıqlarında səngərlər qazırlar ki,
onlardan postun (qarovul binasının) girəcək yolları
atəşə tutula bilsin və mümkün qədər
qonşu postlarla atəş əlaqəsi təmin edilsin.
5. Postun və
mühafizə olunan obyektin ətrafı gecə vaxtı
işıqlandırılmalıdır.
İşıqlandırma elə hazırlanmalıdır ki,
saatdar postda durarkən, yaxud hərəkət edərkən
həmişə kölgədə olsun.
6. Post
ikitərəfli rabitəsi olan siqnalizasiya ilə təmin
olunmalıdır ki, saatdar dərhal (ən azı iki
nöqtədən) qarovul rəisini, onun
köməkçisini, yaxud dəyişdiricini
çağıra bilsin.
7. Daxili postlar,
xüsusilə Döyüş Bayrağı yanındakı post
0,7 — 1m hündürlükdə çərçivəli
arakəsmə ilə ayrılmalı və
işıqlandırılmalıdır.
|
Müşahidə
qülləsi
|
Göbələkvari post
örtüyü
|
Post budkası
a — öndən
görünüşü; b — yandan və v — arxadan
görünüşü.
8. Hər bir
bayır postunda (zərurət olduqda içəri postlarda da)
mühafizə olunan anbarlar, saxlanclar və s.-nin bilavasitə
yaxınlığında yanğınsöndürmə vasitələri:
odsöndürən, qum yeşikləri, su
çəlləkləri, vedrə və alətlər (bel,
balta, ling və s.) olmalıdır.
9. Bayır postunda
post paltarını saxlamaq üçün
paltarasılanları olan göbələkvari post
örtüyü, yaxud budka, içəri postlarda isə
şinel üçün şkaf, yaxud paltarasılan
olmalıdır.
Göbələkvari
post örtüyü, yaxud post budkası ya mühafizə
olunan obyektin, ya da ətraf yerin rənginə uyğun
boyanmalıdır.
11 saylı
əlavə
Qarovul
otağının avadanlığı
1. Qarovul
otağı aşağıdakılardan ibarətdir:
qarovul heyəti
üçün ümumi otaq;
qarovul rəisinin
və onun köməkçisinin qarovul heyəti
üçün ümumi otaqla
şüşələnmiş qapı ilə
birləşdirilmiş otağı;
istirahət edən
növbənin qarovul heyəti üçün ümumi otaqla
qapı ilə birləşdirilmiş otağı.
Bunlardan başqa,
qarovul otağında xörəyi qızdırmaq
üçün avadanlığı olan yemək
otağı, əl-üz yuma, tütün çəkmə, silah
və ayaqqabı təmizləmə, paltar qurutma yerləri,
ayaqyolu, yanacaq saxlamaq üçün anbar da olmalıdır. [42]
Azsaylı heyəti
olan qarovullarda qarovul otağında yemək otağı olmaya
bilər. Belə halda qab-qacaq saxlamaq və xörək
qızdırmaq üçün yer olmalıdır.
2. Qarovulun
şəxsi heyəti üçün ümumi otaqda
aşağıdakılar olmalıdır:
portretlər;
hərbi andın
mətni olan plakat;
postlar tabeli;
nizamnamələr;
qəzet və
jurnallar;
qarovul xidmətini
əyani əks etdirən plakat, yaxud şəkillər,
eləcə də saatdarlar, dəyişdiricilər və
qarovul rəislərinin qarovul xidməti vaxtı
göstərdikləri qəhrəmanlıqları əks
etdirən şəkillər;
radioverilişlərə
qulaq asmaq üçün qulaqlıqlar (onların
sayını hərbi komendant, yaxud hərbi hissə komandiri
müəyyən edir);
şahmat və dama;
saat;
dəyişdiricilərin
sayı qədər fənər;
içəri və
bayır termometrləri;
dərman qutusu
və fərdi paketlər;
qarovul heyətinin
şəxsi və tualet əşyalarını saxlamaq
üçün şkaf;
silah
üçün piramida;
oyaq növbə
nəfərləri üçün stol və stullar
(kətillər);
qarovulun bütün
heyətinin üst paltarlarını və post
paltarlarının ikinci dəstini asmaq üçün paltarasılan;
zibilqabı və
tüpürcəkqabı.
Qarovul
binasının yerləşməsindən asılı olaraq
şkaf və paltarasılanı başqa otaqda
(dəhlizdə) qoymağa icazə verilir.
3. Qarovul rəisinin
otağında aşağıdakılar olmalıdır:
qarovul rəisinin
qəbul etdiyi sənədlərin siyahısı;
qarovul
otağında olan avadanlıq, inventar və əmlakın
siyahısı;
postların
yerləşmə sxemi, postlar tabeli;
qarovul rəisi
üçün təlimat;
buraxılış
vərəqəsini imzalamağa hüququ olan
şəxslərin sayı qədər onların imzası
olan buraxılış vərəqələrinin
nümunələri;
qarovulu yoxlamaq
hüququ haqqında birdəfəlik vəsiqənin
nümunəsi;
dəyişdiricilərin
sayı qədər xüsusi qutulara
yığılmış möhürlərin üzlərinin
(plombların izlərinin) nümunələri;
saxlancları
(anbarları, parkları) açmağa hüququ olan, yaxud
dayanacaqdakı maşınları (təyyarələri,
topları ya da başqa texnikanı) qarovuldan qəbul
etməyə icazə verilə bilən şəxslərin
siyahısı (adətən siyahıda şəxslərin
hərbi rütbələri və vəzifələri,
şəxsi vəsiqələrinin (pasportlarının)
nömrəsi, hansı obyekti açmağa (bağlamağa)
icazə verildiyi, obyektin hansı möhürlə
möhürləndiyi, obyekti açma (bağlama) vaxtı
göstərilir);
həbs
edilənlərin kameralarının açarları;
nizamnamələr;
telefon, qarovullar
(hərbi hissə) növbətçisi və postlarla
əlaqə saxlamaq üçün siqnalizasiya
vasitələri;
dəmir, yaxud
dəmir üzlüklü yeşiklərdə saxlanan
döyüş sursatı ehtiyatı və onların
qıfıl və açarları;
yazı
ləvazimatı dəsti;
su qrafini və stəkanlar;
bağlanan
yeşikləri olan stol və iki stul;
paltarasılan;
tüpürcəkqabı;
akkumlyator
fənəri;
yarıyumşaq
taxt.
4. Postlar tabeli,
postların yerləşmə sxemi, buraxılış
vərəqələri və birdəfəlik vəsiqə
nümunələri, eləcə də portret, plakat və
şəkillər çərçivədə
olmalıdır.
5. Qarovulun
istirahət edən növbəsi üçün otaqda qarovul
nəfərlərinin bir növbəsinin qarovulun qalan
heyəti ilə birlikdə dincəlməsi üçün
baş tərəfi örtüklü yarıyumşaq taxtlar
olmalıdır.
6. Yemək
otağında aşağıdakılar olmalıdır:
stollar və qarovul
heyətinin üçdə ikisinin sayı qədər stul
(kətil);
qab-qacaq və
ərzaq üçün şkaf;
xörəyi
gətirmək və yemək üçün qarovulun
bütün heyəti sayında qab-qacaq və
çəngəl-bıçaq;
ağzı
qıfılla bağlı və fəvvarəciyi olan
altlıq üstünə qoyulmuş su qabı, ya da su
kəmərində düzəldilmiş fəvvarəcik;
xörək
qızdırmaq üçün qaz, yaxud elektrik plitəsi;
su qaynatmaq
üçün çaydan, yaxud qaynadıcı;
qabları yumaq
üçün tas.
7. Tütün çəkmə,
silah və ayaqqabı təmizləmə yerlərində silah
təmizləmək üçün stol, əsgilər
üçün dəmir qutu, skamya, su tökülmüş
tüpürcək qabı, ayaqqabı təmizləmək
üçün ləvazimat olmalıdır.
8. Hər bir otaqda
orada olan əmlak və inventarın siyahısı
asılır.
9. Qarovul
otağı otaqların sayı qədər elektrik (ağ
neft) çıraqları, eləcə də
yanğınsöndürmə vasitələri:
yanğınsöndürən, qum yeşiyi, su
çəlləyi, vedrələr və inventarla (bel, balta,
ling və dəstəli qırmaqla) təmin edilməlidir.
Qarovul otağı
hərbi şəhərcikdən kənarda
yerləşəndə onun pəncərələri
içəridən bağlanan taxta pəncərə
qapıları ilə təchiz olunmalıdır.
10.
Ayaqqabıları palçıqdan təmizləmək
üçün qarovul otağının
girəcəyində metaldan, yaxud taxtadan qurğu — metal
çərçivə, yaxud dəmir qövs
düzəldilir; qarovul otağının yanında zibil qutusu
qoyulur.
11. Qarovul
otağının anbarında yanacaq, lampa, ağ neft
ehtiyatı, eləcə də şotka, süpürgə,
balta, bel, əsgi, giriş və pilləkənlərə
səpmək üçün ağac kəpəyi və qum
saxlanılır.
12. Qarovul
otağının önündə qarovulu düzmək
üçün meydança, silahları doldurmaq və
boşaltmaq üçün güllətutanı olan və
gecə vaxtı yaxşı işıqlandırılan yer
hazırlanır.
12 saylı əlavə
Saxlancları açmaq
üçün buraxılış vərəqəsinin Forması
Hərbi hissənin |
Birdəfəlik |
___________¹-li
buraxılış vərəqəsi _____________¹-li qarovul
rəisinə _____________________________________________________________________________ (hərbi rütbəsi,
adı, atasının adı, soyadı) _________________________saat_______dan________saat________kimi (filan tarixdə) _______________________________________________________________________________ (mühafizə olunan obyektin
adı) açmağa ___________________buraxılsın bağlamağa |
Qarnizon hərbi komendantı
(hərbi hissə
qərargahı rəisi)
|
_________________________________ (hərbi rütbəsi,
imzası) |
Hərbi hissənin |
|
Qeyd: |
Əgər
buraxılış vərəqəsi daimidirsə, onda
«Birdəfəlik» yerinə «Daimi» yazılır və onun
etibarlılıq müddəti göstərilir. Tarix
yerində isə saxlancın (anbarın, parkın)
açılmasına icazə verilən həftənin
günləri (yaxud hər gün) göstərilir. |
13 saylı
əlavə
Qarovul
itləri ilə mühafizə
Ümumi
müddəalar
1.
Qarovul itlərindən obyektlərin mühafizəsini
əsasən gecə və pis görmə
şəraitində (yağış, duman və s.)
gücləndirmək üçün istifadə edilir.
2.
Qarovulların dəyişməsinə ancaq qarovul rəisinin
xidmət itləri üzrə köməkçisi gəlir.
3.
Qarovul itinin postda olma müddəti sutkada 12 saatdan çox
olmamalıdır. Temperatur —20o S və
aşağı olduqda itin postda olma müddəti 6 saata
qədər azaldılır, bu barədə qarovul rəisi
qarovul itləri növbəsi jurnalında və postlar
cədvəlində qeyd edir.
4.
Obyektin mühafizəsini gücləndirmək
üçün iti çıxarmaqdan ötrü xüsusi
hazırlanmış yer sahəsinə qarovul itinin postu deyilir.
5.
Qarovul itləri postlarının sayını mühafizə
olunan obyektin rəisi müəyyən edir.
Qarovul
iti postları ən qorxulu yollarda xarici hasarlardan (postlardan) 80
metrə qədər irəlidə elə qoyulur ki, itdən
irəlini atəşə tutmaq mümkün olsun.
6.
Qarovul rəisinin qarovul itləri üzrə
köməkçisi itləri postlara qarovul rəisinin
göstərişi ilə qoyur. O, itləri postlara qoyanda
qarovul rəisinin köməkçisi, yaxud müvafiq
dəyişdirici onu müşayiət edir. Hər bir it
təlimçisi mütləq buruntaqda və ikidən
çox olmayan it aparır.
Post
avadanlığını yoxlayıb sazlığına
əmin olduqdan sonra it təlimçisi zənciri itin
döş halqasına sancır, onun buruntağını
və xalta qayışını açır.
7.
İtləri postlara qoyub qurtardıqdan sonra qarovul rəisinin
qarovul itləri üzrə köməkçisi qarovul
rəisinə bu barədə məlumat verir.
8.
Saatdardan siqnal alanda, yaxud itin hürməsini
eşidəndə, qarovul rəisi qarovul itləri üzrə
köməkçisini və o postun it təlimçisini
dərhal posta vəziyyəti aydınlaşdırmağa
göndərir.
9. Hava
işıqlaşanda, yaxud görmə şəraiti
yaxşılaşandan (yağışdan, dumandan, qardan) sonra
qarovul rəisinin qarovul itləri üzrə
köməkçisi qarovul rəisi köməkçisinin, yaxud
postların müvafiq dəyişdiricisinin müşayiəti
ilə posta gedir və öz itlərini postlardan
götürüb it damına aparır. İtlərin postlardan
götürülməsi, yaxud dəyişilməsi
barədə qarovul rəisi qarovul itləri üzrə
köməkçisinə göstəriş verir.
10.
Qarovul itlərinin təlimi və saxlanması qaydaları,
eləcə də qarovul itləri postlarının
hazırlanması, qarovul itlərinin postlarda işinin
yoxlanması qaydaları xüsusi təlimatlarla
müəyyən edilir.
Qarovul
rəisinin qarovul itləri xidməti üzrə
köməkçisinin vəzifələri
11.
Qarovul rəisinin qarovul itləri xidməti üzrə
köməkçisi baş it təlimçilərindən
təyin edilir. O, itlərin postlara vaxtında qoyulması
və qarovul heyətinin tərkibinə daxil olan qarovul iti
təlimçilərinin xidməti üçün cavabdehdir.
Qarovulun tərkibinə daxil olan it təlimçiləri ona
tabedirlər.
12.
Qarovul rəisinin qarovul itləri xidməti üzrə
köməkçisinin vəzifəsidir:
qarovul
itləri postlarının yerlərini dəqiq bilmək və
itlərin postlara qoyulmasına rəhbərlik etmək;
qarovul
itlərinin təlimçilərini itlərlə postlara yola
salanda təlimçilərin öz vəzifələrini
bilib-bilmədiklərini və itlərin
ləvazimatının sazlığını yoxlamaq;
itlər
postlarda olduğu vaxt bir dəfədən az olmayaraq onları
yoxlamaq;
qarovul
itlərinin növbə jurnalını aparmaq.
Qarovul
itləri təlimçisinin vəzifələri
13.
Qarovul itləri təlimçisi qarovul itləri
postlarının saz saxlanmasına cavabdehdir. O qarovul
rəisinə və onun qarovul itləri xidməti üzrə
köməkçisinə tabedir.
14.
Qarovul itləri təlimçisinin vəzifəsidir:
qarovul
rəisinin qarovul itləri xidməti üzrə
köməkçisinin icazəsi olmadan öz
bölməsindən heç yerə getməmək;
qarovul
itləri postlarının yerlərini və onlarda xidmət
şəraitini bilmək;
öz
növbəsinin qarovul itlərini tanımaq və onların
özlərini postda necə aparmasını bilmək;
qarovul
rəisinin qarovul itləri xidməti üzrə
köməkçisinin əmri ilə itlərin postlarda
davranışını, eləcə də postların
vəziyyətini yoxlamaq;
postlarda
aşkar edilmiş nasazlıqların (trosun, zəncirin
qırılması, itin dolaşması) dərhal aradan
qaldırılması üçün ölçü
götürmək.
14 saylı əlavə
(postlar cədvəlinin 1-ci səhifəsi)
__________¹-li____________________________qarovulunun (qarnizon, daxili) __________________________________________________________________________ (il, ay, gün) __________________________________________________________________________ |
Postlar cədvəli
Bu səhifədə qeyd edilir:
1. Qarovul binasına,
mühafizə obyektlərinə buraxılışlar
haqqında qeydlər, qarovul rəisinin və saxlancların
açılmasına icazə verilmiş şəxslərin
imzaları.
2. Köhnə və
təzə qarovul rəislərinin qarovulun dəyişməsi
barədə imzaları və aşkar edilmiş
çatışmazlıqlar haqqında qeydlər.
Qeyd: |
Postlar cədvəlində
hər şey mürəkkəblə, ləkəsiz və
düzəlişsiz yazılmalıdır. |
(postlar cədvəlinin 2-ci
və 3-cü səhifələri)
________________________________________________________________________¹-li
qarovulun (hərbi hissənin
şərti adı, bölmə) |
Postlar cədvəli
Qarovul
rəisi____________________________________________________________________ (hərbi rütbəsi,
adı, atasının adı, soyadı) Qarovul rəisinin
köməkçisi________________________________________________________ (hərbi rütbəsi,
adı, atasının adı, soyadı) |
Postların
nömrələri |
Dəyişdiricilərin
nömrələri, hərbi rütbələri,
soyadları, inisialları |
Saatdarların hərbi
rütbələri, soyadları, inisialları |
||
1-ci növbə |
2-ci növbə |
3-cü növbə |
Çıxarıcılar______________________________________________________________________ Qarovul nəfərlərinin
postlara qoyulması vaxtı: üçnövbəlilər____________________________________________________________________ ikinövbəlilər____________________________________________________________________ Bölük (batareya)
komandiri_______________________________________________________ (hərbi rütbəsi,
imzası) |
QEYDLƏR: |
1. |
Saatdarlar hər saatdan bir
dəyişilirlərsə, dəyişmə vaxtını
və onları hansı dəyişdiricinin dəyişdiyini
göstərməli. |
|
2. |
Növbələrin
heyətində hər hansı dəyişiklik olsa, bu
barədə müvafiq sütunda qeydlər edilməlidir. |
|
3. |
Əgər qarovulun
tərkibində konvoy nəfərləri təyin
edilibsə, onların soyadları saatdarlardan sonra
yazılır. |
|
4. |
Qarovulun qarovul itləri
postları olsa, ikinci sütunda dəyişdiricilərdən
sonra it təlimçilərinin soyadları yazılır. |
|
5. |
Qarovulun sərəncamına
nəqliyyat vasitəsi ayrılıbsa, maşınların
markası, nömrəsi, sürücülərin hərbi
rütbəsi, soyadı və inisialları çıxarıcılardan
qabaq yazılır. |
(postlar cədvəlinin 4-cü
səhifəsi)
Bu səhifədə qeyd edilir:
1. Qarovulun yoxlanmasının
nəticələri.
2. Saxlanclar bağlananda
(açılanda) saatdarların qoyulması
(götürülməsi) vaxtı.
3. Qarovulda baş vermiş
hadisələr.
4. Həbs edilmişlərə
görüş verilməsi.
5. Qarovul itlərinin postlara
çıxarılması və götürülməsi.
6. Mühafizə olunan
obyektlərin hasarlarında aşkar edilmiş nasazlıqlar
və onların aradan qaldırılması vaxtı.
15 saylı
əlavə
Postda saatdarın
silahının vəziyyəti
|
Saatdarın avtomatının
ayaqüstə atmaq üçün hazır
vəziyyəti. |
|
Saatdarın avtomatının
ayaqüstə qayışdan istifadə etməklə atmaq
üçün hazır vəziyyəti. |
|
Saatdarın karabininin
ayaqüstə atmaq üçün vəziyyəti. |
|
Saatdarın silahının
geyilmiş plaş-örtüklə vəziyyəti. |
Qeydlər: |
1. |
Yeriyərkən saatdar
silahını şəkillərdə göstərildiyi kimi
tutur. |
|
2. |
Saatdara növbə ilə
sağ, ya sol qolunu aşağı salmağa icazə verilir;
karabini olan saatdar sağ əli ilə karabini tətik
dəstəsinin qabağından tutmaqla saxlayır. |
|
3. |
Silah «qayışda»,
«döşdə» və «ayaqda» vəziyyətlərində
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Sıra nizamnaməsində göstərildiyi kimi saxlanılır. |
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul
xidmətləri nizamnaməsi”nə 16 saylı
əlavə[43] |
Dəfn mərasiminin təşkili və
keçirilməsi Qaydaları
Maddə 1. Ümumi müddəalar
1.1 Bu
Qaydalar “Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Qarnizon və qarovul xidmətləri
nizamnaməsi”nin (bundan sonra - Nizamnamə) 333-cü
maddəsində göstərilən şəxslərin
dəfn mərasimlərinin təşkili və
keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Nizamnamənin
333-cü maddəsində göstərilən
şəxslər onların valideynlərinin (yaxın
qohumlarının və ya qanuni nümayəndələrinin)
seçdikləri qəbiristanlıqda dəfn edilirlər.
1.3. Bu
Qaydaların 1.4-cü və 1.5-ci maddələrinə
əsasən müvafiq icra hakimiyyəti orqanı
şəhidin “Şəhidlər Xiyabanı”nda dəfn
edilməsi üçün məzar yerinin ayrılması
ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına
müraciət edir.
1.4.
Aşağıdakı hallarda vəfat etmiş (həlak
olmuş) hərbi qulluqçular və toplanışa
çağırılmış hərbi
vəzifəlilər onların valideynlərinin (yaxın
qohumlarının və ya qanuni nümayəndələrinin)
müvafiq icra hakimiyyəti orqanına müraciəti
əsasında “Şəhidlər Xiyabanı”nda dəfn edilirlər:
1.4.1.
hərbi qulluqçuya və toplanışa
çağırılmış hərbi vəzifəliyə
“Şəhid adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən
güzəştlər haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq “Şəhid” adı
verildikdən sonra;
1.4.2.
həlak olmuş hərbi qulluqçunun və toplanışa
çağırılmış hərbi vəzifəlinin
şəhid hesab edilməsi müvafiq hərbi hissənin
arayışı ilə təsdiq edildikdə. Müvafiq
hərbi hissənin arayışında hərbi
qulluqçunun və toplanışa
çağırılmış hərbi vəzifəlinin
Azərbaycan Respublikasının ərazi
bütövlüyü uğrunda aparılan hərbi
əməliyyatlar zamanı, habelə atəşkəs
dövründə döyüş şəraitində olan
hərbi hissələrdə döyüş
tapşırığının və ya döyüş
təminatı ilə bağlı tapşırıqların
yerinə yetirilməsi, yaxud dövlət sərhədinin
mühafizəsi üzrə xidməti vəzifələrinin
icrası zamanı həlak olması faktı öz əksini
tapmalıdır.
1.5.
“Şəhid adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən
güzəştlər haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, dəfn olunmuş
hərbi qulluqçuya və toplanışa
çağırılmış hərbi vəzifəliyə
“Şəhid” adı verildikdən sonra hərbi qulluqçunun
və toplanışa çağırılmış
hərbi vəzifəlinin valideynlərinin (yaxın
qohumlarının və ya qanuni nümayəndələrinin)
müvafiq icra hakimiyyəti orqanına müraciəti
əsasında cənazənin “Şəhidlər
Xiyabanı”na aparılması və yenidən dəfn
edilməsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir.
1.6.
Nizamnamənin 333-cü maddəsində göstərilən
şəxslərin bu Qaydalara uyğun dəfn mərasiminin
təşkili və keçirilməsi ilə bağlı
xərclər Azərbaycan Respublikasının dövlət
büdcəsindən müvafiq icra hakimiyyəti
orqanının saxlanılması üçün
ayrılmış vəsait hesabına ödənilir.
1.7. Nizamnamənin
333-cü maddəsində göstərilən
şəxslərin valideynlərinə (yaxın qohumlarına
və ya qanuni nümayəndələrinə) yas
mərasimlərinin təşkili üçün müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
və məbləğdə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən maliyyə yardımı
göstərilir.
Maddə 2. Ölümün qeydə alınması
2.1.
Nizamnamənin 333-cü maddəsində göstərilən
şəxslərin ölüm faktı tibb
müəssisəsinin müvafiq sənədi ilə
(ölüm haqqında həkim arayışı, ölüm
haqqında feldşer arayışı ilə) təsdiq
edilməlidir. Bu sənəd əsasında müvafiq icra
hakimiyyəti orqanı ölüm haqqında qeydlər
aparır.
2.2.
Hərbi qulluqçuların və toplanışa
çağırılmış hərbi
vəzifəlilərin vəfat etməsi (həlak olması)
hərbi xidmət dövründə baş verdikdə,
hərbi hissə komandiri ölümün baş verdiyi və
ya meyitin tapıldığı vaxtdan 1 (bir) gündən gec
olmayaraq müvafiq icra hakimiyyəti orqanına ölüm
haqqında yazılı formada məlumatı verir. Müvafiq
icra hakimiyyəti orqanı yazılı formada məlumatı
aldığı andan 1 (bir) gün ərzində ölüm
haqqında məlumatı qeydə alır.
Maddə 3. Vəfat etmiş (həlak olmuş) hərbi
qulluqçular və toplanışa
çağırılmış hərbi
vəzifəlilər barədə məlumatlandırma
3.1.
Hərbi qulluqçuların və toplanışa
çağırılmış hərbi
vəzifəlilərin vəfat etməsi (həlak olması)
haqqında məlumatı əldə etdikdən dərhal sonra
hadisənin tarixi və ilkin səbəbləri barədə
komanda üzrə yuxarı qərargaha və qarnizon
rəisinə məruzə etmək, ərazi hərbi
prokuroruna və müvafiq icra hakimiyyəti orqanına
məlumat vermək hərbi hissə komandirinin
vəzifəsidir.
3.2.
Müvafiq icra hakimiyyəti orqanı hərbi qulluqçunun
və toplanışa çağırılmış
hərbi vəzifəlinin vəfat etməsi (həlak
olması) haqqında hərbi hissə komandiri
tərəfindən verilmiş məlumatı dərhal
hərbi qulluqçunun və toplanışa
çağırılmış hərbi vəzifəlinin
valideynlərinə (yaxın qohumlarına və ya qanuni
nümayəndələrinə) çatdırır, hərbi
qulluqçunun və toplanışa
çağırılmış hərbi vəzifəlinin
valideynlərinin (yaxın qohumlarının və ya qanuni
nümayəndələrinin) müraciəti əsasında
onların hərbi hissəyə gediş-gəlişi
üçün xərclərin ödənilməsini
Azərbaycan Respublikasının dövlət
büdcəsindən müvafiq icra hakimiyyəti
orqanının saxlanılması üçün
ayrılmış vəsait hesabına təmin edir.
3.3.
Hərbi hissə komandiri vəfat etmiş (həlak olmuş)
hərbi qulluqçunun və toplanışa
çağırılmış hərbi vəzifəlinin
valideynlərinin (yaxın qohumlarının və ya qanuni
nümayəndələrinin) müraciəti əsasında
onların, habelə cinayət təqibini həyata
keçirən orqanın əməkdaşlarının
meyitə baxışda iştirakı üçün
şərait yaradır. Meyitlərin tanınması
Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsinin 240-cı və 241-ci maddələri
ilə müəyyən edilmiş qaydada aparılır.
3.4.
Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçunun
və toplanışa çağırılmış
hərbi vəzifəlinin meyitini Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsinin
240-cı və 241-ci maddələri ilə müəyyən
edilmiş qaydada tanımaq mümkün olmadıqda, cinayət
təqibini həyata keçirən orqanın qərarı
əsasında məhkəmə-tibbi ekspertizası
aparılır.
Maddə 4. Vəfat etmiş (həlak olmuş) hərbi
qulluqçuların və toplanışa
çağırılmış hərbi
vəzifəlilərin şəxsi əşyaları
4.1.
Vəfat etmiş (həlak olmuş) hərbi
qulluqçuların və toplanışa
çağırılmış hərbi
vəzifəlilərin şəxsi, o cümlədən
qiymətli əşyaları, sənədləri və
təltifləri yığılaraq
qablaşdırılır, hərbi hissənin
möhürü ilə möhürlənir və bu
barədə iki nüsxədən ibarət akt tərtib
edilir.
4.2.
Aktın ikinci nüsxəsi hərbi hissədə
saxlanılmaqla, vəfat etmiş (həlak olmuş) hərbi
qulluqçuların və toplanışa
çağırılmış hərbi
vəzifəlilərin şəxsi, o cümlədən
qiymətli əşyalarının, sənədlərinin və
təltiflərinin göndərilmə üsulu və vaxtı
haqqında müvafiq qeydlər aparılır, vəfat
etmiş (həlak olmuş) hərbi qulluqçuların və
toplanışa çağırılmış hərbi
vəzifəlilərin valideynləri (yaxın qohumları
və qanuni nümayəndələri) dəfn
mərasimində iştirak etdikdə, şəxsi
əşyalar bilavasitə onlara təhvil verilir.
4.3.
Vəfat etmiş (həlak olmuş) hərbi
qulluqçuların və toplanışa
çağırılmış hərbi
vəzifəlilərin valideynləri (yaxın qohumları
və ya qanuni nümayəndələri) dəfn
mərasimində iştirak etmədikdə, yaxud onların
yaşayış ünvanları məlum olmadıqda, şəxsi,
o cümlədən qiymətli əşyalar,
sənədlər və təltiflər aktın birinci
nüsxəsi ilə birlikdə saxlanılması
üçün müvafiq icra hakimiyyəti orqanına
təhvil verilir, valideynlərin (yaxın qohumların və ya
qanuni nümayəndələrin) yaşayış
ünvanları məlum olduqda isə, onlara poçt vasitəsilə
göndərilir.
4.4.
Vəfat etmiş (həlak olmuş) hərbi
qulluqçuların və toplanışa
çağırılmış hərbi vəzifəlilərin
şəxsi, o cümlədən qiymətli
əşyalarının, sənədlərinin və
təltiflərinin ölüm hadisəsi ilə bağlı
aparılan ibtidai araşdırma üzrə sübut
əhəmiyyətinə malik ola biləcəyinə güman
etməyə kifayət qədər əsas olduqda, onlar
Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsinin 242-ci-247-ci maddələrinə
əsasən götürülür.
Maddə 5. Vəfat etmiş (həlak olmuş) hərbi
qulluqçuların və toplanışa
çağırılmış hərbi
vəzifəlilərin cənazəsinin dəfn yerinə
gətirilməsi
5.1.
Hərbi qulluqçuların və toplanışa
çağırılmış hərbi
vəzifəlilərin cənazəsinin dəfn yerinə
gətirilməsi onların xidmət etdikləri
(toplanışa çağırıldıqları) hərbi
hissənin nümayəndə heyətinin müşayiəti
ilə 24 (iyirmi dörd) saat ərzində həyata
keçirilir. Bu müddət zəruri istintaq
hərəkətlərinin keçirilməsi,
məhkəmə-tibbi ekspertizasının aparılması,
hava şəraitinin mürəkkəb olması və
digər hallar ilə əlaqədar uzadıla bilər.
5.2.
Hərbi qulluqçunun və toplanışa
çağırılmış hərbi vəzifəlinin
cənazəsini göndərməzdən əvvəl
hərbi hissə komandiri cənazəni müşayiət
edən nümayəndə heyətinin
başçısına aşağıdakıları verir:
5.2.1. bu
Qaydaların 4.1-ci maddəsinə uyğun tərtib edilən
aktın birinci nüsxəsi ilə birlikdə hərbi
qulluqçuların və toplanışa
çağırılmış hərbi
vəzifəlilərin şəxsi, o cümlədən
qiymətli əşyalarını, sənədlərini
və təltiflərini;
5.2.2.
ölüm haqqında həkim arayışını və
ya ölüm haqqında feldşer arayışını;
5.2.3.
zabitlərin, gizirlərin, miçmanların,
müddətdən artıq həqiqi hərbi xidmət
hərbi qulluqçularının şəxsi
vəsiqəsini, müddətli həqiqi hərbi xidmət
hərbi qulluqçularının və toplanışa
çağırılmış hərbi
vəzifəlilərin isə hərbi biletini;
5.2.4.
hərbi hissə komandirinin hərbi qulluqçunun və
toplanışa çağırılmış hərbi
vəzifəlinin valideynlərinə (yaxın qohumlarına
və ya qanuni nümayəndələrinə)
ünvanlanmış ölüm hadisəsinin başvermə
tarixini, ilkin səbəblərini, mərhumun hərbi anda sadiq
qalmasını, göstərdiyi igidlik və mətinlik
nümunələrini əks etdirən, baş vermiş
ağır itki və faciə ilə əlaqədar dərin
hüzn və başsağlığı ifadə edən
məktubunu.
5.3.
Cənazənin dəfn yerinə çatdırılması
müvafiq icra hakimiyyəti orqanının
sərəncamında olan nəqliyyat vasitəsilə
həyata keçirilir.
5.4.
Hərbi Dəniz Qüvvələrinin gəmilərində
dənizdə səfərdə olarkən vəfat etmiş
(həlak olmuş) hərbi qulluqçuların və
toplanışa çağırılmış hərbi
vəzifəlilərin cənazələri yalnız sahilə
çatdıqdan sonra bu Qaydalara uyğun olaraq dəfn edilir.
Gəminin sahilə qayıtması mümkün
olmadığı hallarda hərbi qulluqçuların və
toplanışa çağırılmış hərbi
vəzifəlilərin cənazələri gəmiyə ən
yaxın adalardan birində əlverişli vaxtadək
müvəqqəti məzarlarda dəfn edilir.
5.5.
Hərbi qulluqçu və toplanışa
çağırılmış hərbi vəzifəli
hərbi tibb müəssisələrində və ya
yürüş zamanı yolda vəfat etdikdə (həlak
olduqda), həmin müalicə müəssisəsinin rəisi
və ya yürüşə rəhbərlik edən vəzifəli
şəxs dərhal bu haqda hərbi hissəyə məlumat
verir və vəfat etmiş (həlak olmuş) hərbi
qulluqçunun və toplanışa
çağırılmış hərbi vəzifəlinin
dəfnolunma yerinə çatdırılmasını
təmin edir.
5.6.
Hərbi hissə komandiri cənazənin dəfn yerinə
vaxtında gətirilməsini və dəfn mərasimində
nümayəndə heyətinin iştirakını təmin
etməlidir.
5.7.
Hərbi qulluqçuların və toplanışa
çağırılmış hərbi
vəzifəlilərin cənazələri dəfn
olunacağı yerə çatdırılması üçün
tabuta yerləşdirilir. Tabutun üst qapağında vəfat
etmiş (həlak olmuş) hərbi qulluqçuların və
toplanışa çağırılmış hərbi
vəzifəlilərin soyadı, adı, atasının
adı, doğum tarixi və çatdırılacaq ünvan
göstərilir.
5.8.
Həlak olmuş (vəfat etmiş) naməlum hərbi
qulluqçuların və toplanışa
çağırılmış hərbi
vəzifəlilərin dəfn edildikləri məzarlar
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
abadlaşdırılır və hər bir məzarın
üstünə səkkizguşəli ulduzu və ayparası
olan sadə məzar daşı (abidə) qoyulur. Məzar
daşının (abidənin) üz tərəfində “Burada
Vətən uğrunda gedən döyüşlərdə
həlak olmuş naməlum Azərbaycan əsgəri
(əsgərləri) dəfn edilib (gün, ay və il)” və
ya “Burada Vətən uğrunda gedən
döyüşlərdə şəhid olmuş naməlum
Azərbaycan əsgəri (əsgərləri) dəfn edilib
(gün, ay və il)” yazıları həkk olunur.
Maddə 6. Dəfn mərasiminin keçirilməsi
6.1.
Müvafiq icra hakimiyyəti orqanı dəfn mərasiminin
keçirilməsi ilə əlaqədar
aşağıdakı vəzifələri yerinə yetirir:
6.1.1.
Nizamnamənin 333-cü maddəsində göstərilən
şəxslərin valideynləri (yaxın qohumları və
ya qanuni nümayəndələri) ilə birlikdə
mərhumun dəfn olunacağı yeri və vaxtı
müəyyənləşdirir;
6.1.2.
müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə dəfn
və yas mərasimləri ilə əlaqədar
görüləcək tədbirləri
razılaşdırır və həyata keçirir, bu haqda
Nizamnamənin 333-cü maddəsində göstərilən
şəxslərin valideynlərini (yaxın qohumlarını
və ya qanuni nümayəndələrini) ətraflı
məlumatlandırır.
6.1.3.
dəfn və yas mərasimləri ilə əlaqədar
zəruri tədbirləri görür, həmin
mərasimlərin nəticələri barədə müvafiq
icra hakimiyyəti orqanına məruzə edir.[44]
6.2.
Müvafiq icra hakimiyyəti orqanı Nizamnamənin 333-cü
maddəsində göstərilən şəxslərin
valideynlərinə (yaxın qohumlarına və ya qanuni
nümayəndələrinə) onların “Şəhid
adının əbədiləşdirilməsi və
şəhid ailələrinə edilən güzəştlər
haqqında”, “Əmək pensiyaları haqqında” və
“Hərbi qulluqçuların dövlət icbari şəxsi
sığortası haqqında” Azərbaycan
Respublikasının qanunlarında nəzərdə
tutulmuş hüquq və imtiyazları haqqında dolğun
məlumat verir.
Maddə 7. Müharibə dövründə və döyüş
əməliyyatları zamanı vəfat etmiş (həlak
olmuş) hərbi qulluqçuların və toplanışa
çağırılmış hərbi
vəzifəlilərin dəfn mərasiminin təşkili
və keçirilməsi xüsusiyyətləri
7.1.
Müharibə dövründə vəfat etmiş (həlak
olmuş) hərbi qulluqçunun və toplanışa
çağırılmış hərbi vəzifəlinin bu
Qaydalara uyğun dəfn mərasiminin təşkili və
keçirilməsi hərbi hissə komandirinin müraciəti
əsasında müvafiq icra hakimiyyət orqanı tərəfindən
təmin edilir.
7.2.
Döyüş əməliyyatları zamanı mövcud
şəraitə görə bu Qaydaları yerinə
yetirmək və ya hərbi qulluqçuların və
toplanışa çağırılmış hərbi
vəzifəlilərin şəxsiyyətini müəyyən
etmək mümkün olmadığı hallarda, vəfat
etmiş (həlak olmuş) hərbi qulluqçunun və
toplanışa çağırılmış hərbi
vəzifəlinin dəfninin müvəqqəti yeri, o cümlədən
dəfn vaxtı hərbi ehtiramın göstərilməsi
hərbi hissə komandirinin (təşkilat və
müəssisə rəisinin) əmri ilə
müəyyən edilir. Əmrdə dəfnin həyata keçirilməsi
üçün rəhbər və sayı elan
edilməklə hərbi hissənin (təşkilat və
müəssisənin) hərbi qulluqçularından ibarət
dəfn qrupu (komandası) təyin olunur.
7.3.
Döyüş meydanında həlak olmuş
döyüşçülərin meyitlərinin oradan
çıxarılması və dəfn yerinə
çatdırılması ən qısa müddət
ərzində təşkil olunmalı, qoşunlar həmin
ərazidən uzaqlaşdıqdan və ya döyüş
əməliyyatlarında müəyyən fasilə
yarandıqdan sonra həyata keçirilməlidir.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
16
iyun 2007-ci il tarixli 387-IIIQD nömrəli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
754)
2.
19
oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1078)
3.
4
iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, ¹ 176,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹
8, maddə 709)
4.
22
oktyabr 2010-cu
il tarixli 1111-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 dekabr 2010-cu il,
¹ 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010-cu il, ¹ 12, maddə 1056)
5.
21
dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38,
“Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə
71)
6.
20
aprel 2012-ci il tarixli 326-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, ¹ 103,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2012-ci il, ¹
05, maddə 408)
7.
27 dekabr 2013-cü il tarixli 869-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 fevral
2014-cü il, ¹ 29, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2014-cü il, ¹ 02,
maddə 86)
8.
18
dekabr 2015-ci il tarixli 39-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 17 yanvar
2016-cı il, ¹ 11, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 01,
maddə 6)
9.
1
fevral 2017-ci il tarixli 505-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 14 mart
2017-ci il, ¹ 56)
10.
15
dekabr 2017-ci il tarixli 923-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral
2018-ci il, ¹ 23, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə 8)
11.
1 oktyabr 2018-ci il tarixli 1265-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 noyabr 2018-ci il, ¹ 246, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə
1968)
12.
1 fevral 2019-cu il tarixli 1461-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 fevral 2019-cu il, ¹ 44,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹2, maddə 181)
13.
1
fevral 2019-cu il tarixli 1460-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral
2019-cu il, ¹ 45, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹2, maddə
180)
SƏRƏNCAMA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 1
fevral 2019-cu il tarixli 1460-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral
2019-cu il, ¹ 45, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹2, maddə
180) ilə “Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Qarnizon və qarovul xidmətləri
nizamnaməsi”nin preambulanın ikinci abzasından “və Azərbaycan Respublikası
qanunvericiliyində nəzərdə tutulmuş digər
qoşunların” sözləri
çıxarılmışdır.
[2] 1
fevral 2019-cu il tarixli 1460-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral
2019-cu il, ¹ 45, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹2, maddə
180) ilə “Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Qarnizon və qarovul xidmətləri
nizamnaməsi”nin 4-cü maddənin ikinci hissəsində “Daxili və sərhəd
qoşunlarında” sözləri “Daxili qoşunlarda və sərhəd mühafizə
orqanlarında” sözləri ilə əvəz
edilmişdir, “qoşunların”
sözündən sonra “(orqanların)”
sözü əlavə edilmişdir.
[3] 1
fevral 2017-ci il tarixli 505-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 14 mart
2017-ci il, ¹ 56)
ilə 7-ci maddənin
üçüncü hissəsində “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri
“müvafiq icra hakimiyyəti
orqanının” sözləri ilə əvəz edilmişdir.
[4] 1
fevral 2017-ci il tarixli 505-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 14 mart
2017-ci il, ¹ 56)
ilə 14-cü maddədə “milli təhlükəsizlik, daxili
işlər nazirlikləri” sözləri “müvafiq icra hakimiyyəti orqanının”
sözləri ilə əvəz edilmişdir.
[5] 1
fevral 2019-cu il tarixli 1460-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral
2019-cu il, ¹ 45, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹2, maddə
180) ilə “Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Qarnizon və qarovul xidmətləri
nizamnaməsi”nin 15-ci maddənin ikinci hissəsində “Azərbaycan Respublikası
Silahlı Qüvvələri və qoşun növlərinin
müxtəlif birləşmələrinin, eləcə də
xüsusi qoşunların” sözləri “Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin” sözləri ilə əvəz
edilmişdir.
[6] 22 oktyabr 2010-cu il
tarixli 1111-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 dekabr 2010-cu il, ¹ 287, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 12, maddə
1056) ilə Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Qarnizon və qarovul xidmətləri
nizamnaməsi”nin 18-ci maddəsinin iyirmi dördüncü
abzasında “, Azərbaycan
Respublikası qanunvericiliyində nəzərdə tutulmuş
qaydada cinayət işi qaldıraraq təhqiqat aparmaq”
sözləri çıxarılmışdır.
[7] 1
fevral 2017-ci il tarixli 505-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 14 mart
2017-ci il, ¹ 56)
ilə 14-cü maddədə “milli təhlükəsizlik, daxili
işlər nazirlikləri” sözləri “müvafiq icra hakimiyyəti orqanının”
sözləri ilə əvəz edilmişdir.
[8] 27 dekabr 2013-cü
il tarixli 869-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 fevral
2014-cü il, ¹ 29, Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2014-cü il, ¹ 02, maddə 86) ilə 29-cu maddənin
birinci hissəsində “tutulmuş”
sözündən sonra “və
ya həbs edilmiş” sözləri əlavə
edilmişdir.
[9] 1
fevral 2019-cu il tarixli 1460-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral
2019-cu il, ¹ 45, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹2, maddə
180) ilə “Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin
34-cü maddəsindən “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin növləri,
həmçinin Sərhəd Qoşunları və Daxili
Qoşunlar üzrə” sözləri
çıxarılmışdır.
[10] 1
fevral 2017-ci il tarixli 505-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 14 mart
2017-ci il, ¹ 56)
ilə 37-ci maddənin ikinci hissəsinin
beşinci abzasında “Rabitə
Nazirliyinin, digər nazirliklərin və idarələrin”
sözləri “dövlət
orqanlarının” sözləri ilə əvəz
edilmişdir.
[11] 21 dekabr 2010-cu il
tarixli 38-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38,
“Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə
71) ilə 39-cu maddənin ikinci hissəsinin on səkkizinci
abzasında “ixtisasının
artırılması” sözləri “əlavə təhsili” sözləri ilə
əvəz edilmişdir.
[12] 4 iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, ¹ 176, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə
709) ilə 39-cu maddənin ikinci hissəsinin iyirminci
abzasında “yaralanmasına
və ölməsinə” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) almasına və
ya həlak olmasına (ölməsinə)” sözləri
ilə əvəz edilmişdir.
[13] 1
fevral 2017-ci il tarixli 505-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 14 mart
2017-ci il, ¹ 56)
ilə 40-cı maddənin ikinci
hissəsində, 41-ci maddənin birinci hissəsində və
ikinci hissəsinin dördüncü, yeddinci və
səkkizinci abzaslarında, 7 saylı əlavənin 1-ci maddəsinin
ikinci hissəsində “Müdafiə
Nazirliyi” sözləri “müvafiq
icra hakimiyyəti orqanının” sözləri ilə
əvəz edilmişdir.
[14] 21 dekabr 2010-cu il
tarixli 38-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38,
“Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə
71) ilə 40-cı maddənin üçüncü
hissəsinin on üçüncü abzasında “ixtisasartırma” sözü “əlavə təhsil”
sözləri ilə əvəz
edilmişdir.
[15] 19 oktyabr 2007-ci il tarixli 462-IIIQD
nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1078) ilə “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Qarnizon və
qarovul xidmətləri nizamnaməsi”nin 41-ci maddəsinin ikinci
hissəsinin doqquzuncu abzasından “və
pensiya təminatı” sözləri
çıxarılmışdır.
[16] 1
fevral 2017-ci il tarixli 505-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 14 mart
2017-ci il, ¹ 56)
ilə 44-cü maddənin ikinci
cümləsində “Müdafiə
Nazirliyinin” sözləri “müvafiq
icra hakimiyyəti orqanının” sözləri ilə
əvəz edilmişdir.
[17] 1
fevral 2017-ci il tarixli 505-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 14 mart
2017-ci il, ¹ 56)
ilə 69-cu maddənin ikinci
hissəsində və 113-cü maddədə “müdafiə naziri”
sözləri “müvafiq icra
hakimiyyəti orqanının rəhbəri” sözləri
ilə əvəz edilmişdir.
[18] 16 iyun 2007-ci il
tarixli 387-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 754) ilə
94-cü maddəsinin birinci abzasının birinci
cümləsində “ən ciddi
hərbi sirr kimi” sözləri “məxfi” sözü ilə əvəz
edilmişdir.
[19] 15
dekabr 2017-ci il tarixli 923-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral
2018-ci il, ¹ 23, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə 8) ilə “Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Qarnizon və qarovul xidmətləri
nizamnaməsi”nin 104-cü maddəsinin birinci hissəsində “onlara inzibati cəza qarovul
növbəsindən və ya başqa hərbi
qulluqçularla əvəz edildikdən sonra verilir”
sözləri “onlar intizam
məsuliyyətinə qarovul növbəsindən və ya
onlar başqa hərbi qulluqçularla əvəz edildikdən
sonra cəlb edilir” sözləri ilə əvəz
edilmişdir.
[20] 1 oktyabr 2018-ci il tarixli 1265-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 noyabr 2018-ci il, ¹ 246, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə
1968) ilə 132-ci maddənin birinci hissəsinin
səkkizinci abzasında, 161-ci maddənin birinci hissəsinin
dördüncü abzasında “papirosçəkmə”
sözü “tütün
çəkmə” sözləri ilə əvəz
edilmişdir.
[21] 4 iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, ¹ 176, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə
709) ilə 158-ci maddədə “(ağır
yaralandıqda) və ya həlak olduqda” sözləri “, ağır xəsarət
(yaralanma, travma, kontuziya) aldıqda və ya həlak olduqda
(öldükdə)” sözləri ilə əvəz
edilmişdir.
[22] 4 iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, ¹ 176, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə
709) ilə 166-cı maddədə “(ağır yaralandıqda) və ya həlak olduqda”
sözləri “, ağır
xəsarət (yaralanma, travma, kontuziya) aldıqda və ya
həlak olduqda (öldükdə)” sözləri ilə
əvəz edilmişdir.
[23] 4 iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, ¹ 176, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə
709) ilə 168-ci maddənin ikinci hissəsində “həlak olduqda”
sözlərindən sonra mötərizədə “öldükdə” sözü
əlavə edilmişdir.
[24] 1 oktyabr 2018-ci il tarixli 1265-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 noyabr 2018-ci il, ¹ 246, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə
1968) ilə 172-ci maddənin birinci hissəsində, 182-ci
maddənin ikinci hissəsinin ikinci abzasında, 187-ci
maddənin ikinci hissəsinin dördüncü abzasında,
188-ci maddənin birinci hissəsində, 255-ci maddənin ikinci
hissəsində, 288-ci maddənin dördüncü
hissəsinin beşinci abzasında “papiros” sözü “tütün”
sözü ilə əvəz edilmişdir.
[25] 4 iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, ¹ 176, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə
709) ilə 178-ci maddədə “(yaralandıqda)”
sözü “, xəsarət
(yaralanma, travma, kontuziya) aldıqda” sözləri ilə
əvəz edilmişdir.
[26] 1 oktyabr 2018-ci il tarixli 1265-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 noyabr 2018-ci il, ¹ 246, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə
1968) ilə 230-cu maddənin dördüncü
cümləsində “Papiros”
sözü “Tütün”
sözü ilə əvəz edilmişdir.
[27] 1
fevral 2017-ci il tarixli 505-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 14 mart
2017-ci il, ¹ 56)
ilə 242-ci maddənin birinci hissəsinin
ikinci abzasda (hər iki halda) “müdafiə
nazirinin” sözləri “müvafiq
icra hakimiyyəti orqanı rəhbərinin” sözləri
ilə əvəz edilmişdir.
[28] 1
fevral 2017-ci il tarixli 505-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 14 mart
2017-ci il, ¹ 56)
ilə 242-ci maddənin birinci hissəsinin
dördüncü abzasda “Müdafiə
Nazirliyinin” sözləri “müvafiq
icra hakimiyyəti orqanının” sözləri ilə
əvəz edilmişdir.
[29] 1
fevral 2019-cu il tarixli 1460-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral
2019-cu il, ¹ 45, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹2, maddə
180) ilə “Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Qarnizon və qarovul xidmətləri
nizamnaməsi”nin 243-cü maddənin beşinci
hissəsində “Sərhəd
Qoşunlarının”
sözləri “sərhəd mühafizə orqanlarının” sözləri ilə, “qoşunların” sözü “orqanların (qoşunların)”
sözləri ilə əvəz edilmişdir.
[30] 1
fevral 2017-ci il tarixli 505-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 14 mart
2017-ci il, ¹ 56)
ilə 272-ci və 351-ci
maddələrdə “müdafiə
nazirinin” sözləri “müvafiq
icra hakimiyyəti orqanı rəhbərinin” sözləri
ilə əvəz edilmişdir.
[31] 21 dekabr 2010-cu il
tarixli 38-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38,
“Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə
71) ilə 319-cu maddənin ikinci hissəsində “tədris” sözü “təhsil” sözü ilə
əvəz edilmişdir.
[32] 18
dekabr 2015-ci il tarixli 39-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 17 yanvar
2016-cı il, ¹ 11, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 01,
maddə 6) ilə
18-ci fəsil yeni redaksiyada verilmişdir.
XVIII fəsil.
Dəfn mərasimində
əsgəri ehtiram göstərilməsi
333. Hərbi qulluqçuların dəfn
mərasimi üçün təyin edilmiş qoşunlar
fəxri mühafizə dəstəsi adlanır.
Vəfat etmiş (həlak olmuş) hərbi
qulluqçular adətən onların axırıncı
xidmət yerlərində dəfn edilirlər. Sülh vaxtı
əsgəri (mülki) vəzifələrini yerinə
yetirərkən həlak olmuş, yaxud ümumi xəstəliklərdən
vəfat etmiş hərbi qulluqçuların cənazəsi
başqa dəfnetmə (yenidən dəfnetmə) yerinə
müstəsna hallarda müdafiə nazirinin qərarı
ilə dövlət hesabına aparılır.
334. Fəxri mühafizə dəstəsi
həqiqi hərbi xidmət vaxtı vəfat etmiş hərbi
qulluqçuların, toplanışda olan əsgərlərin,
çavuşların, gizirlərin (miçmanların) və
ehtiyatda olan zabitlərin, eləcə də dövlət
qarşısında xüsusi xidmətləri olan
şəxslərin dəfni üçün təyin edilir.
Bunlardan başqa, fəxri mühafizə
dəstəsi hərbi geyim forması geymək hüququ
ilə buraxılmış, ehtiyatda və istefada olan
generalların (admiralların) və baş zabitlərin,
habelə zabitlərdən ehtiyatda və istefada olan milli və
başqa qəhrəman adına, Şöhrət ordeninin
bütün dərəcələrinə layiq
görülmüş digər şəxslərin dəfni
üçün təyin edilir. Həqiqi hərbi xidmət
vaxtı vəfat etmiş hərbi qulluqçuların
dəfni onların birbaşa rəislərinə həvalə
olunur.
Hərbi forma geymək hüququ ilə
buraxılmış, ehtiyatda və istefada olan və vəfat
etdiyi günə kimi mülki təşkilatlarda
xidmətdə olmayan generalların (admiralların) və
baş zabitlərin, habelə ehtiyatda (istefada) olan bütün
milli və başqa qəhrəman adına layiq
görülmüş zabitlərin, eləcə də
mülki və başqa qəhrəman adına və Şöhrət
ordeninin bütün dərəcələrinə layiq
görülmüş digər şəxslərin dəfninin
təşkili qarnizon rəisinə (rayon və
şəhər hərbi komissarlarına) həvalə olunur.
335. Fəxri mühafizə dəstəsi
aşağıdakı tərkibdə təyin edilir:
əsgər (matros), çavuş və
gizirləri (miçmanları) dəfn etmək
üçün — manqa, taqım, yaxud bunlara uyğun
bölmə;
zabitləri dəfn etmək üçün
— taqım, bölük, yaxud bunlara uyğun bölmə;
hərbi hissə və
birləşmələrin komandirlərini, generalları
(admiralları), eləcə də həqiqi hərbi
xidmətdə vəfat etmiş və istefada (ehtiyatda) olan
milli və başqa qəhrəman adına layiq
görülmüş zabitləri, eləcə də milli
və başqa qəhrəman adına və ya
Şöhrət ordeninin bütün
dərəcələrinə layiq görülmüş
digər şəxslərin dəfnində — qarnizon rəisinin
(hərbi komissarın) xüsusi sərəncamına
görə.
Taqım və ondan böyük bölmə
heyətində olan fəxri mühafizə dəstəsi
çexolsuz, matəm lentləri taxılmış
Döyüş Bayrağı ilə olmalıdır.
336. Dəfn mərasimi üçün
fəxri mühafizə dəstəsindən başqa,
aşağıdakılar təyin edilir:
orkestr;
cənazəyə fəxri qarovul;
tabutu (cənazəni) məzara qoymaq
üçün çavuşun komandası altında 8-10
nəfər silahsız əsgər, yaxud matros.
Tabutu (cənazəni) aparmaq üçün
avtomobil, yaxud top lafeti ayrılır.
Orden və medalları aparmağa, hər bir
orden və medal sancılmış balışcıq
üçün bir adam təyin olunur; həm də
nəzərə alınmalıdır ki, bu
balışcıqları aparmağa generallar (admirallar) və
zabitlər dəfn edildikdə generallar (admirallar) və ya zabitlər
təyin edilir, gizirlər (miçmanlar), çavuşlar
və əsgərlər (matroslar) dəfn edildikdə isə
gizirlər (miçmanlar), çavuşlar və
əsgərlər (matroslar) təyin edilirlər.
Azərbaycan Respublikasının hər bir
ordeni bir balışcığa sancılır, medallardan
hər balışcığa bir neçəsi sancıla
bilər.
Tabutun qapağının üstündə
mərhumun baş geyimi, Hərbi Dəniz Donanması Hərbi
qulluqçularının isə bundan başqa kortiki
bərkidilir.
337. Xidmət etdiyi hərbi hissədə
vəfat etmiş hərbi qulluqçunun dəfni
üçün fəxri mühafizə və dəfn
dəstəsini hərbi hissə komandiri təyin edir.
Mərhumun cənazəsinin götürülməsi, dəfn
yeri və vaxtı haqqında hərbi komendanta məlumat
verilir.
Hərbi qulluqçunun öz daimi xidmət
yerindən kənarda vəfat etdiyi hallarda fəxri
mühafizə və dəfn dəstəsini mərhumun
vəfat etdiyi yerin qarnizon rəisi təyin edir.
338. Əgər vəfat etmiş hərbi
qulluqçu başqa şəhər, yaxud kənddə
dəfn ediləcəksə, mərhumun cənazəsi (tabutu)
fəxri mühafizə dəstəsi və orkestrlə
şəhərin kənarına (vağzala, aeroporta, limana,
körpüyə) qədər müşayiət edilir.
Mərhumun cənazəsi olan tabutu yolda
dəfn yerinə qədər müşayiət etmək
üçün hərbi hissə komandirinin, yaxud qarnizon
rəisinin (hərbi komissarın) əmri ilə iki-dörd
nəfər adam ayrılır.
Hərbi qulluqçunun vəfat etdiyi hərbi
hissənin komandiri (qarnizon rəisi, hərbi komissar) tabutun
dəfn yerinə çatması, eləcə də onun yolda
bir nəqliyyat vasitəsindən başqasına
yüklənməsi vaxtları haqqında müvafiq qarnizon
rəisini (hərbi komissarı) ən geci bir sutka qabaqcadan
xəbərdar etməlidir.
Tabutu qarşılamaq və dəfn yerinə
qədər müşayiət etmək üçün
fəxri mühafizə və dəfn dəstələri bu
Nizamnamənin 335 və 336-cı maddələrinə
müvafiq təyin edilir.
339. Hərbi qulluqçunun vəfatı
haqqında onun yaxın qohumlarını elə o gün
xəbərdar etmək hərbi hissə komandirinin (qarnizon
hərbi komendantının) vəzifəsidir.
340. Qarnizon hərbi komendantı fəxri
mühafizə və dəfn dəstələri təyin
edilən hərbi hissə komandirini, bu dəstələrin
gəlmə yeri, vaxtı və geyim forması haqqında
qabaqcadan xəbərdar edir.
Dəfn mərasimində iştirak edən
gizirlər (miçmanlar), zabitlər və generallar (admirallar)
gündəlik geyim formasında və hərbi komendantın
sərəncamı ilə sol qollarında matəm
sarğısı olmalıdır.
341. Cənazə olan tabutun yanına fəxri
qarovulun qoyulma vaxtını qarnizon rəisi (hərbi hissə
komandiri) təyin edir.
Qarovul öz heyətindən iki cüt saatdar
qoyur. Saatdarlar avtomatları «döşdə» (karabinləri
«ayaqda») olmaqla «farağat» vəziyyətində dururlar.
Saatdarların bir cütü tabutun hər iki
tərəfində, ondan iki addım yandı, baş
tərəfdə, ikinci cütü ayaq tərəfdə
durur. Saatdarların hər bir cütü o biri cütlə
üz-üzə durur.
Saatdarların sol qolunda matəm
sarğısı olmalıdır.
Tabutun yanında duran saatdarlar 332-ci
maddədə göstərildiyi kimi dəyişilirlər.
Mərasim hərəkətdə ikən
və tabut məzara qoyulduğu vaxt saatdarlar dəyişilmir.
342. Mərhuma ehtiram göstərmək
üçün hərbi hissələrin
(müəssisələrin, idarələrin) ictimai
təşkilatların nümayəndələrindən
ibarət fəxri saatdarlar qoyula bilər. Onlar silahsız,
başıaçıq, sol qollarında matəm
sarğısı olmaqla saatdarların yanında kənar
tərəfdən bir-iki addımlıqda durur və hər 3-5
dəqiqədən bir dəyişilirlər.
343. Fəxri mühafizə dəstəsi
cənazənin götürüləcəyi yerə
gəldikdə, üzü cənazənin
çıxarılacağı qapıya tərəf açıq
sırada düzülür.
Orkestr dəstədən üç addım
sağda düzülür.
344. Fəxri mühafizə dəstəsi
və fəxri qarovul dəfn mərasimi vaxtı əsgəri
salam vermir.
345. Tabut binadan çıxarılarkən
irəlidə bir-birindən üç-beş addımlıq
distansiyada biri o birinin arxasınca əklil aparan hərbi
qulluqçular, onların arxasınca həmin distansiyalarda
orden və medallar sancılmış
balışcıqları aparanlar (orden və medallar
böyüklük dərəcəsi ilə), onlardan sonra
tabutu aparan hərbi qulluqçular, mərhumu
müşayiət edənlər və fəxri qarovul
nəfərləri gedirlər.
Tabutun binadan
çıxarıldığı məqamda fəxri
mühafizə dəstəsinin komandiri sırada yerindən
çıxmadan «FARAĞAT»
(karabinlərlə silahlanmışlar üçün «FARAĞAT, qarovula — AL») komandası
verir və sağ əlini baş geyiminə
yapışdırır. Sırada olan hərbi
qulluqçuların hamısı başlarını tabuta
tərəf döndərirlər. Orkest matəm marşı
çalır.
Sırada olmayan hər bir hərbi
qulluqçu tabut çıxarılan zaman «farağat»
vəziyyəti qəbul edir və sağ əlini baş
geyiminə yapışdırır.
346. Mərasim 345-ci maddədə
göstərildiyi kimi hərəkət edir. Fəxri qarovul
mərhumu müşayiət edənlərin ardınca, onlardan
sonra orkestr və sonra isə fəxri mühafizə
dəstəsi gedir.
Piyada gedərkən orkestr hərdən
tənəffüs etməklə matəm marşı
çalır.
Fəxri qarovulun saatdarları tabutun hər iki
tərəfi ilə avtomatlar «döşdə», karabinlər
«çiyində» vəziyyətində gedirlər, tabut
avtomobildə müşayiət edilirsə, saatdarlar oturaraq
karabini dizləri arasında, ayaq üstündə isə
«ayaqda» vəziyyətində saxlayırlar.
347. Bəzi hallarda qarnizon rəisinin xüsusi
göstərişilə tabutun
çıxarıldığı və dəfn yerinə
yaxınlaşdığı yerlərdə mərasimin geçəcəyi
yolun hər iki tərəfində qoşun bölmələri
piyada bircərgə, yaxud ikicərgə düzülə
bilər.
348. Dəfn yerinə çatanda orkestr
çalğını dayandırır. Fəxri
mühafizə dəstəsi və fəxri qarovulun
saatdarları məzarın yanında yer tuturlar.
349. Tabutu məzara qoymazdan bir qədər
əvvəl matəm mitinqi açılır. Tabutu məzara
qoyanda Döyüş Bayrağı endirilir, fəxri
mühafizə dəstəsi mərhuma tabut
çıxarılan zaman göstərdiyi (345-ci maddə)
ehtiramı yenidən təkrar edir. Orkestr matəm marşı
çalır. Fəxri mühafizə dəstəsinin
tərkibindən təyin edilmiş bölmə boş
patronlarla üç yaylım atəşi açır,
bununla belə əgər sıra tabordursa bir bölük,
bölükdürsə bir taqım, sırada taqım, ya
manqadırsa, bütün bölmə yaylım atəşi
açır.
Ayrı-ayrı hallarda xüsusi
göstərişlə toplardan yaylım atəşi
açıla bilər.
Birinci yaylım atəşi ilə orkestr
Azərbaycan Respublikasının Dövlət Himnini ifa
etməyə başlayır. Himn ifa edilib qurtardıqdan sonra
əgər yerin şəraiti buna imkan verirsə, qoşunlar
məzarın yanından orkestrin sədaları altında
keçir. Saatdarlar Himn ifa edildikdən sonra, yaxud bölmə
məzar yanından keçdikdən sonra
götürülürlər.
350. Vəfat edənlərin və
vəfatından sonra təltif olunanların Azərbaycan
Respublikası ordenləri, fəxri adlarının döş
nişanları və onların təltif olunma
sənədləri saxlanılır, yaxud onların
ailələrinə yadigar kimi verilir.
Əgər təltif edilmiş mərhumun
ailəsində varisləri yoxdursa, onun mükafatları və
təltif sənədləri Azərbaycan Respublikası
Prezidentinin İcra Aparatına qaytarılır.
[33] 1
fevral 2017-ci il tarixli 505-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 14 mart
2017-ci il, ¹ 56, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə
327)
ilə 357-ci maddədə “Müdafiə Nazirliyinin”
sözləri “müvafiq icra
hakimiyyəti orqanının” sözləri ilə
əvəz edilmişdir.
[34] 1
fevral 2017-ci il tarixli 505-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 14 mart
2017-ci il, ¹ 56, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə
327)
ilə 359-cu maddədə “Müdafiə Nazirinin” və “müdafiə
nazirinə” sözləri
müvafiq olaraq “müvafiq icra hakimiyyəti orqanı
rəhbərinin” və “müvafiq icra hakimiyyəti
orqanının rəhbərinə” sözləri ilə
əvəz edilmişdir.
[35] 27 dekabr 2013-cü
il tarixli 869-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 fevral
2014-cü il, ¹ 29, Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2014-cü il, ¹ 02, maddə 86) ilə “Hauptvaxt
haqqında” 4 nömrəli əlavəsinin 3-cü
maddəsinə ikinci cümlə əlavə edilmişdir.
[36] 20 aprel 2012-ci il
tarixli 326-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, ¹ 103,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2012-ci il, ¹
05, maddə 408) ilə “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Qarnizon və
qarovul xidmətləri nizamnaməsi”nin “Hauptvaxt haqqında” 4
saylı əlavəsinə aşağıdakı məzmunda
5-1-ci maddə əlavə edilmişdir.
[37] 1 oktyabr 2018-ci il tarixli 1265-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 noyabr 2018-ci il, ¹ 246, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə
1968) ilə “Hauptvaxt haqqında” 4
saylı əlavəsinin 27-ci maddəsinin
üçüncü abzasında, 33-cü maddəsinin birinci
hissəsində “papiros”
sözü “tütün”
sözü ilə, 31-ci maddəsinin üçüncü
hissəsində “Papiros”
sözü “Tütün”
sözü ilə əvəz edilmişdir.
[38] 27 dekabr 2013-cü
il tarixli 869-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 fevral
2014-cü il, ¹ 29, Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2014-cü il, ¹ 02, maddə 86) ilə 32-ci maddənin
mətni həmin maddənin ikinci hissəsi hesab edilmişdir
və həmin maddəyə birinci hissə əlavə
edilmişdir.
[39] 27 dekabr 2013-cü
il tarixli 869-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 fevral
2014-cü il, ¹ 29, Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2014-cü il, ¹ 02, maddə 86) ilə 32-1-ci maddə
əlavə edilmişdir.
[40] 27 dekabr 2013-cü
il tarixli 869-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 fevral
2014-cü il, ¹ 29, Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2014-cü il, ¹ 02, maddə 86) ilə 33-cü
maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Qalan
məsələlərdə cinayət prosesini həyata
keçirən orqan tərəfindən tutulmuş (həbs
edilmiş) şəxslər Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsinin
tələblərinə riayət edilməklə, intizam
qaydasında həbs edilənlər kimi saxlanılırlar.
Cinayət prosesini həyata keçirən orqan
tərəfindən tutulmuş (həbs edilmiş)
şəxslərin hüquqi statusundan asılı olaraq,
onların cinayət-prosessual qanunvericiliyi ilə
müəyyən edilmiş hüquqları təmin edilir.
[41] 27 dekabr 2013-cü
il tarixli 869-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 fevral
2014-cü il, ¹ 29) ilə 33-cü maddənin
üçüncü hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Cinayət prosesini
həyata keçirən orqan tərəfindən tutulmuş
(həbs edilmiş) şəxslərlə
görüşə icazəni ancaq işin icrasını
aparan şəxs, yaxud orqan verə bilər. Hauptvaxtda
saxlanmağa məhkum edilmiş hərbi qulluqçularla
görüş qarnizon hərbi komendantının (hərbi
hissə hauptvaxtanda isə hərbi hissə komandirinin)
yazılı icazəsi ilə verilir.
[42] 1 oktyabr 2018-ci il tarixli 1265-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 noyabr 2018-ci il, ¹ 246, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə 1968) ilə “Qarovul otağının
avadanlığı” 11 saylı əlavəsinin 1-ci
maddəsinin ikinci hissəsində “papirosçəkmə” sözü “tütün çəkmə” sözləri ilə,
7-ci maddəsində “Papirosçəkmə”
sözü “Tütün
çəkmə” sözləri ilə əvəz
edilmişdir.
[43] 18
dekabr 2015-ci il tarixli 39-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 17 yanvar
2016-cı il, ¹ 11, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 01,
maddə 6) ilə yeni məzmunda
16 saylı əlavə daxil edilmişdir.
[44] 1 fevral 2019-cu il tarixli 1461-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 fevral 2019-cu il, ¹ 44,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹2, maddə 181) ilə “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Qarnizon və
qarovul xidmətləri nizamnaməsi”nin “Dəfn mərasiminin
təşkili və keçirilməsi Qaydaları” 16 saylı
əlavəsinin 6.1.2-ci maddəsinin sonunda nöqtəli
vergül işarəsi nöqtə işarəsi ilə
əvəz edilmişdir və 6.1.3-cü maddəsi
ləğv edilmişdir.