Auditor xidməti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan
Respublikasında auditor xidmətinin təşkilini, onun
həyata keçirilməsinin hüquqi əsaslarını,
auditorların funksiyalarını, hüquqlarını və
vəzifələrini müəyyən edir,
mülkiyyətçinin əmlak hüquqlarını
müdafiə edən müstəqil maliyyə
nəzarəti-sisteminin yaradılmasını
nəzərdə tutur.
Auditor xidməti
ilə bağlı münasibətlər bu Qanunla, habelə
Azərbaycan Respublikasının digər qanunvericilik
aktları, beynəlxalq müqavilə və sazişləri
ilə tənzimlənir.
I f əsil
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Qanunun tətbiq sahəsi[1]
1.1. Bu Qanun mülkiyyət
formasından və təşkilati-hüquqi tabeliyindən
asılı olmayaraq Azərbaycan Respublikası
ərazisində (Ələt azad iqtisadi zonası istisna olmaqla)
fəaliyyət göstərən bütün müəssisələrə,
təşkilatlara və idarələrə (bundan sonra -
təsərrüfat subyektləri) şamil edilir.
1.2. Ələt
azad iqtisadi zonasında auditor xidməti ilə bağlı
münasibətlər “Ələt azad iqtisadi zonası
haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olaraq tənzimlənir.
Maddə 2. Audit anlayışı
Audit—əmtəə
istehsalı və satışı, xidmət
göstərilməsi və iş görülməsi ilə
məşğul olan təsərrüfat subyektlərində
mühasibat uçotunun dəqiq və dürüst
aparılmasının, mühasibat və maliyyə
hesabat-larının müstəqil yoxlanılmasıdır. [2]
Audit yoxlaması
məcburi və ya könüllü (təsərrüfat
subyektinin öz təşəbbüsü ilə) ola
bilər. Qanuna görə öz
maliyyə hesabatlarını dərc etdirməli olan
təsərrüfat subyektləri üçün, habelə
qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata
keçirilməli olan audit məcburi, digər hallarda isə
könüllüdür.[3]
Maddə 3. Auditor xidməti
Təsərrüfat
subyektlərində müqavilə əsasında
maliyyə-təsərrüfat fəaliyyəti sahəsində
yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy
vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin
dürüstlüyünü təsdiq etmək və auditorun
peşə fəaliyyətinə (auditor
təşkilatının nizamnamə
məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat
münasibətləri sahəsində digər
xidmətləri göstərmək auditor xidməti hesab
edilir.
Auditor xidməti
dövlət orqanlarının öz səlahiyyətləri
daxilində təsərrüfat subyektlərinin
fəaliyyətini yoxlamasını istisna etmir.
Maddə 4. Sərbəst
auditor
Sərbəst auditor
Azərbaycan Respublikası Auditorlar Palatasının (bundan
sonra “Auditorlar Palatası” adlandırılacaqdır) verdiyi
lisenziyaya əsasən respublika ərazisində sərbəst
auditor, xidməti göstərmək hüququnu əldə
etmiş fiziki şəxsdir.
Maddə 5. Auditor təşkilatı
Auditor
təşkilatı Auditorlar Palatasının verdiyi lisenziya
əsasında Azərbaycan Respublikasının
ərazisində auditor xidməti göstərmək
hüququnu əldə etmiş və nizamnaməsinə
görə yeganə fəaliyyət sahəsi bu xidmət
növü olan hüquqi şəxsdir.
Auditor təşkilatı
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
ilə müəyyən edilmiş qaydada bir və daha
artıq təsisçi tərəfindən yaradılır. [4]
Maddə 6. Sərbəst
auditor olmağın şərtləri
Azərbaycan Respublikasında sərbəst auditor
hüququnu əldə etmək üçün
aşağıdakılar tələb olunur:
a) Azərbaycan
Respublikasının vətəndaşı olmaq;
b) məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü ilə maliyyə-təsərrüfat
münasibətləri sahəsində müəyyən
vəzifələr tutma və ya müəyyən
fəaliyyət ilə məşğul olma hüququndan
məhrum edilməmək və ya bu növ cəza ilə
bağlı məhkumluğun qanunvericilikdə
müəyyən edilmiş qaydada ödənilməsi;
v) mühasibat
uçotu, maliyyə, iqtisadçı və
hüquqşünas ixtisasları üzrə ali təhsilə
və ixtisas üzrə azı üç il iş stajına
malik olmaq;
q) sərbəst
auditor imtahanlarını vermək.
Tamah
məqsədilə cinayət törətmək,
üstündə məhkum olunmuş və məhkumluğu
ödənilməmiş şəxslər auditor ola
bilməzlər.
Öz
ölkəsində auditor xidməti ilə məşğul
olmaq hüququ olan xarici ölkə vətəndaşı
Auditorlar Palatasının rəsmi icazəsi ilə həmin
hüquqdan Azərbaycan Respublikası ərazisində
istifadə edə bilər.
Maddə 7. Auditor
adını almaq üçün imtahanların təşkili
Auditor adı almaq
üçün imtahanlar Auditorlar Palatasının təyin
etdiyi komissiya tərəfindən qəbul edilir.
İmtahanlar Auditorlar
Palatasının Əsasnaməsində nəzərdə
tutulan qaydaya uyğun olaraq təşkil edilir.
Maddə 8. Auditor rəyi
Auditor rəyi auditorun
(auditor təşkilatının) imzası və
möhürü ilə təsdiq olunmuş, audit aparılan
təsərrüfat subyektinin maliyyə vəziyyətinə,
maliyyə-təsərrüfat əməliyyatlarının
qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna,
mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi
qiyməti əks etdirən və bütün hüquqi və
fiziki şəxslər, dövlət hakimiyyəti və
idarəetmə orqanları, habelə məhkəmə
orqanları üçün hüquqi əhəmiyyəti olan
rəsmi sənəddir. [5]
(Çıxarılıb)
[6]
Auditor rəyinin vahid
formasını və onun tərtib edilməsində irəli
sürülən tələbləri Auditorlar Azərbaycan
Respublikası Mülki Məcəlləsinin müvafiq
tələblərini nəzərə almaqla müəyyən
edir. [7]
II
f ə s i l
AZƏRBAYCAN
RESPUBLİKASINDA AUDİTOR XİDMƏTİNİN
TƏNZİMLƏNMƏSİ
Maddə 9. Auditor
xidmətinin tənzimlənməsi
Auditor xidmətinin
dövlət tənzimlənməsini təşkil etmək; bu
sahədə olan və Azərbaycan Respublikasında auditor
xidmətinin inkişafına və təkmilləşdirilməsinə
yönəlmiş normativ aktların layihələrini,
tədbirlər sistemini hazırlamaq; dövlətin,
təsərrüfat subyektlərinin və auditorların
(auditor təşkilatlarının) mənafelərini
müdafiə etmək; öz fəaliyyətində bu Qanundan,
digər qanunvericilik və normativ-hüquqi aktlardan irəli
gələn tələblərə auditorlar (auditor
təşkilatları) tərəfindən riayət
edilməsinə nəzarət etmək məqsədilə
Azərbaycan Respublikasının Auditorlar Palatası
yaradılır. Auditorlar Palatasının fəaliyyəti onun
Əsasnaməsi ilə tənzimlənir.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndinə müvafiq olaraq Auditorlar Palatasının
Əsasnaməsi təsdiq edilir və onun rəhbəri
təyin edilir. [8]
Maddə 10. Auditor xidməti ilə məşğul olmaq üçün lisenziyanın
verilməsi
Sərbəst
auditorlar və auditor təşkilatları
dövlət qeydiyyatına alındıqdan sonra 5 il müddətinə verilən
lisenziya əsasında fəaliyyət göstərirlər. [9]
Maddə 11. Sərbəst auditorların və auditor
təşkilatlarının dövlət
qeydiyyatı
Auditor, auditor
fəaliyyəti ilə məşğul olmaq hüququ
verən lisenziyanı aldığı andan auditor xidməti
ilə məşğul olmaq hüququna malikdir. Sərbəst auditorlar hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən edilmiş qaydada uçota alınırlar.
Auditor öz
fəaliyyətini sərbəst, yaxud auditor
təşkilatı ilə müqavilə əsasında həyata keçirir.
Onun başqa növ fəaliyyətlə məşğul
olması qadağandır. [10]
Sərbəst
auditorlar öz fəaliyyətini əks etdirən
gündəlikdən istifadə edirlər. Gündəliyi
onların fəaliyyətinə nəzarət və
aparılan auditin keyfiyyətinin yoxlanması üçün
Auditorlar Palatasına təqdim edirlər.
Auditor təşkilatları Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyənləşdirilmiş qaydada müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınırlar.
Qanunvericiliklə
müəyyən edilmiş qaydada dövlət
qeydiyyatından keçmiş auditor təşkilatı Auditorlar Palatasından lisenziya aldığı
andan auditor
xidmətini həyata keçirmək hüququna malik olur. [11]
III
f ə s i l
AUDİTORLARIN
HÜQUQLARI, VƏZİFƏLƏRİ VƏ
MƏSULİYYƏTİ
Maddə 12. Auditorların
hüquqları
Sərbəst auditor
və auditor təşkilatı aşağıdakı
hüquqlara malikdirlər:
bu Qanuna və
sifarişçi ilə bağlanmış müqavilənin
şərtlərinə uyğun olaraq auditin forma və
metodlarını sərbəst
müəyyənləşdirmək;
sifarişçinin
maliyyə-təsərrüfat fəaliyyətinə dair
bütün sənədlərlə (o cümlədən
kənar hüquqi şəxslərdə saxlanılan
sənədlərlə) tanış olmaq və yoxlama
üçün onları almaq, pul məbləğlərinin,
qiymətli kağızların, maddi sərvətlərin
mövcudluğunu yoxlamaq və audit üçün lazım
olan digər məlumatları almaq;
sifarişçinin
rəhbərliyindən və işçilərindən
yazılı izahat almaq;
səlahiyyətli
dövlət orqanlarının sifarişi ilə auditor
xidməti göstərərkən müəyyən
etdikləri pozuntu və nöqsanlar haqqında onlar
qarşısında məsələ qaldırmaq;
auditin
keçirilməsinə müqavilə əsasında başqa
auditorları cəlb etmək;
yoxlanılan
təsərrüfat subyekti tərəfindən audit
üçün lazım olan sənədlərin təqdim
edilməməsi halında audit yoxlamasını
keçirməkdən imtina etmək.
Maddə 13. Auditorların
vəzifələri
Sərbəst
auditorların və auditor təşkilatlarının
vəzifələri aşağıdakılardan ibarətdir:
auditin
aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin
tələblərinə hökmən riayət etmək;
auditor
yoxlamalarını və digər auditor xidmətlərini
keyfiyyətli həyata keçirmək;
bu Qanunun 18-ci
maddəsində göstərilmiş hallara görə auditin
aparılmasında iştirakının
qeyri-mümkünlüyü barədə dərhal
sifarişçiyə (səlahiyyətli dövlət orqanına)
xəbər vermək;
sifarişçinin
mühasibat uçotunun və hesabatının
vəziyyətini, düzgünlüyünü,
qüvvədə olan qanunlara və normativ aktlara
uyğunluğunu yoxlamaq;
auditin
aparılması zamanı aşkar edilmiş bütün
pozuntular, mühasibat uçotunun aparılması və
hesabatların tərtibi ilə bağlı nöqsanlar
haqqında sifarişçinin rəhbərliyinə məlumat
vermək;
sifarişçinin
tələbi ilə aparılan audit zamanı əldə
edilən məlumatı (məhkəmə orqanlarının
tələb etdiyi hallar və “Cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa
əsasən təqdim olunmalı məlumatlar istisna olmaqla)
məxfi saxlamaq; [12]
yoxlama gedişində
alınmış və ya tərtib edilmiş
sənədlərin qorunub saxlanmasını təmin etmək;
təsərrüfat
subyektinin tələbi ilə ona auditin aparılmasına dair
qanunvericiliyin tələbləri, tərəflərin hüquq
və vəzifələri, habelə auditorun rəyində olan
irad və nəticələr üçün əsas olan
normativ aktlar barəsində ətraflı məlumatlar
vermək;
qanunvericiliklə
nəzərdə tutulmuş hallarda vergi hesabatına dair
auditor rəyi vermək. [13]
sığortaçı
ilə mülki məsuliyyətinin icbari sığortası
müqaviləsini bağlamaq.[14]
Ñinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə riayət
etmək, bu sahədə Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş digər
tədbirləri həyata keçirmək.[15]
Maddə 14. Auditorların
məsuliyyəti
Auditorlar və auditor
təşkilatları öz vəzifələrini
lazımınca yerinə yetirmədikdə Azərbaycan
Respublikası qanunvericiliyinə və sifarişçi ilə
bağlanmış müqavilənin şərtlərinə
uyğun olaraq əmlak məsuliyyətinə cəlb edilə
bilərlər.
Auditor
xidməti göstərən fiziki və hüquqi
şəxslər mülki məsuliyyətin icbari
sığortası müqaviləsinin bağlanmamasına
görə qanunvericilikdə müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar. [16]
Maddə 15. Auditor xidməti
ilə məşğul
olmaq hüququ verən lisenziyaların
geri alınması
Auditora və ya auditor
təşkilatına Azərbaycan Respublikası
ərazisində auditor xidmətini həyata keçirmək
hüququ verən lisenziya aşağıdakı hallarda
Auditorlar Palatasının qərarı ilə geri alına
bilər:
təqvim ili
ərzində üç dəfə keyfiyyətsiz audit
apardıqda;
audit aparılması
zamanı bu Qanunun və Azərbaycan Respublikası qanunvericiliyinin
tələblərini kobudcasına pozduqda;
sərbəst auditor
haqqında maliyyə-təsərrüfat
münasibətləri sahəsində müəyyən
vəzifələr tutma və ya müəyyən
fəaliyyət ilə məşğulolma hüququndan
məhrumetmə cəzasını, habelə tamah
məqsədilə törədilmiş cinayətə görə
cəzanı nəzərdə tutan məhkəmənin
hökmü qanuni qüvvəyə mindikdə;
lisenziyanın
verilməsindən sonra onun alınması üçün
auditor tərəfindən doğru olmayan məlumatların
təqdim edilməsi faktı aşkar edildikdə;
qanunvericilikdə
nəzərdə tutulmuş hallar istisna olaraq, audit zamanı
əldə edilmiş məlumatlar auditor tərəfindən
təsərrüfat subyektinin rəhbərinin (mülkiyyətçisinin)
razılığı olmadan üçüncü
şəxslərə verildikdə;
bu Qanunun 18-ci
maddəsi ilə nəzərdə tutulan auditin
aparılmasını istisna edən hallar auditor (auditor
təşkilatı) tərəfindən gizlədildikdə.
Auditor
xidməti göstərən fiziki və hüquqi
şəxslər mülki məsuliyyətin icbari
sığortası müqaviləsinin bağlanmamasına
görə qanunvericilikdə müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
IV f ə s i l
AZƏRBAYCAN
RESPUBLİKASINDA AUDİTOR XİDMƏTİNİN
TƏŞKİLİNİN
ÜMUMİ QAYDASI
Maddə 16. Təsərrüfat subyektlərində
auditor xidmətinin təşkili
Auditor xidməti bir
tərəfdən sərbəst auditor və ya auditor
təşkilatı, digər tərəfdən isə
sifarişçi arasında bağlanmış və
yoxlamanın məzmununu, aparılması
müddətlərini, məsləhət xidmətlərinin
həcmini, ödəniş məbləğini və
qaydasını, eləcə də tərəflərin
məsuliyyətini nəzərdə tutan müqavilə
əsasında göstərilir.
Sifarişçi
auditorun öz peşə vəzifələrini tam və
keyfiyyətlə yerinə yetirməsinə bütün
lazımi şəraitin yaradılması üçün
məsuliyyət daşıyır.
Auditor öz
müştərisindən, eləcə də bu işdə
marağı olan hər hansı üçüncü
şəxsdən asılı deyildir.
Auditor və ya auditor
təşkilatı tərəfindən müqavilə
şərtlərinin yerinə yetirilməsi auditor rəyinin
təhvil-qəbul aktı ilə müəyyən olunur.
Auditor rəyi müəyyən olunmuş forma əsasında
tərtib edilir.
Maddə 17. Auditor xidmətindən istifadə üzrə
təsərrüfat subyektinin vəzifələri və
hüquqları
Təsərrüfat
subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin
aparılması üçün zəruri olan bütün
sənədləri, registrləri və hesabatları auditora təqdim
etməlidir və onların düzgünlüyünə
məsuliyyət daşıyır. Ö, auditorun sorğusuna
dair yazılı və şifahi izahatlar verməyə
borcludur.
Təsərrüfat
subyektləri auditor seçməkdə
sərbəstdirlər.
Təsərrüfat
subyektləri maliyyə-təsərrüfat fəaliyyəti
ilə bağlı bütün məsələlər
üzrə sərbəst və ya auditor təşkilatı ilə
hər hansı müddətdə müqavilə bağlamaq
hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama
xarakteri daşıdıqda, auditor yoxlamanın
nəticələrinə görə müəyyən
olunmuş qaydada akt tərtib edir.
V f ə s i l
XÜSUSİ
MÜDDƏALAR
Maddə 18. Auditor xidməti
sahəsində qadağanlar
Yoxlanılan
müəssisədə şəxsi əmlak mənafeyi,
yoxlanılan müəssisənin rəhbərliyindən
hər hansı şəxslə birbaşa qohumluq
əlaqəsi, müəssisənin təsisçisi,
mülkiyyətçisi və ya səhmdarı olduqda,
müəssisədə bundan əvvəl öz peşə
fəaliyyəti ilə bağlı xidmətlər
göstərdikdə auditorlara həmin
müəssisələrdə audit aparmaq qadağandır.
Maddə 19. Mübahisələrin həll edilməsi
Auditorla (auditor
təşkilatı ilə) onların sifarişçiləri
arasında meydana çıxan əmlak xarakterli bütün
mübahisələr Auditorlar Palatasında həll edilə bilmədikdə
məhkəmə tərəfindən həll olunur.
Auditor (auditor təşkilatı)
müəyyən edilmiş qaydada Auditorlar Palatasının
ona lisenziyanın verilməməsi və ya geri alınması barədə
qərarlarından, habelə auditor təşkilatının
hüquqi şəxs kimi dövlət qeydiyyatına
alınmasından imtinadan inzibati qaydada və (və ya)
məhkəməyə şikayət edə bilər. [17]
Maddə 20. Auditor
təşkilatlarının yoxlanılması
Auditorlar Palatası
auditor təşkilatlarının
maliyyə-təsərrüfat fəaliyyətinin bu Qanunun
müddəalarına uyğunluğunu yoxlayır və
onların işinə nəzarət edir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı
şəhəri, 16 sentyabr 1994-cü il.
¹ 882.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
5
noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 3, maddə
226)
2.
5
oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
683)
3.
23
noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
736)
4.
23
aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə
241)
5.
24
dekabr 2002-ci il tarixli 407-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1,
maddə 21)
6.
5
mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3,
maddə 133)
7.
10 iyun 2005-ci il tarixli 925-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə 684)
8.
9 oktyabr 2007-ci il tarixli 430-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1053)
9.
1
fevral 2008-ci il tarixli 535-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 3, maddə
152)
10.
30
iyun 2009-cu il tarixli 856-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyul 2009-cu il, ¹ 160, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 07, maddə
517)
11.
30
sentyabr 2010-cu il tarixli 1080-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti
14 noyabr 2010-cu il ¹252, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə 938)
12.
11
fevral 2011-ci il tarixli 65-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti
15 aprel 2011-ci il ¹79, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹04, maddə 246)
13.
28
dekabr 2018-ci il
tarixli 1408-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 yanvar 2019-cu il, ¹ 23, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
25)
14.
3
may 2019-cu il
tarixli 1585-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 6, maddə 993)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 28
dekabr 2018-ci il
tarixli 1408-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 yanvar 2019-cu il, ¹ 23, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
25) ilə 1-ci
maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Bu Qanun mülkiyyət formasından və
təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq
Azərbaycan Respublikası ərazisində fəaliyyət
göstərən bütün müəssisələrə,
təşkilatlara və idarələrə (bundan sonra
“təsərrüfat subyektləri” adlandırılacaqdır)
şamil edilir.
[2] 3
may 2019-cu il
tarixli 1585-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 6, maddə 993) ilə
2-ci maddənin birinci hissəsindən “, mühasibat” sözü
çıxarılmışdır.
[3] 11 fevral 2011-ci il tarixli 65-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 aprel 2011-ci il ¹79, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹04, maddə
246) ilə 2-ci
maddəsinin ikinci abzasının ikinci cümləsi yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Qanunvericiliyə görə öz maliyyə
hesabatlarını dərc etdirməli olan təsərrüfat
subyektləri üçün, habelə qanunvericilik aktları
ilə bilavasitə nəzərdə tutulmuş hallarda və
ya səlahiyyətli dövlət orqanının müvafiq
qərarına əsasən (sifarişi ilə) həyata
keçirilən audit məcburi, digər hallarda isə
könüllüdür.
[4] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 241) ilə 5-ci
maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Auditor
təşkilatının yaradılması üçün
azı üç sərbəst auditor olmalıdır.
[5] 3
may 2019-cu il
tarixli 1585-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 6, maddə 993) ilə
8-ci maddənin birinci hissəsində “mühasibat” sözü (birinci halda) “maliyyə” sözü ilə
əvəz edilmişdir.
[6] 5 mart 2004-cü il tarixli 598-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3, maddə 133) ilə 8-ci maddəsinin ikinci hissəsi çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Səlahiyyətli
dövlət orqanlarının qərarına əsasən
keçirilmiş yoxlamanın nəticələrini əks
etdirən auditor rəyi Azərbaycan Respublikası prosessual qanunvericiliyinə
uyğun olaraq təyin edilmiş ekspertizanın rəyi ilə
bərabər tutulur.
[7] 23 aprel 2002-ci il
tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 241) ilə 8-ci
maddənin üçüncü hissəsində "Palatası"
sözündən sonra "Azərbaycan
Respublikası Mülki Məcəlləsinin müvafiq
tələblərini nəzərə almaqla"
sözləri əlavə edilmişdir.
[8] 24 dekabr 2002-ci il tarixli 407-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1, maddə 21) ilə 9-cu
maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan
Respublikasının Ali Soveti Auditorlar Palatasının
Əsasnaməsini təsdiq edir və onun rəhbərini
təyin edir.
[9] 5 noyabr 1996-cı il tarixli
188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 3, maddə 226) ilə 10-cu maddədə “təşkilatları” sözündən sonra “dövlət qeydiyyatına alındıqdan sonra” sözləri əlavə edilmişdir.
[10] 23 aprel
2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə
241) ilə 11-ci maddənin ikinci hissənin birinci cümləsində
"auditor təşkilatının
üzvü kimi" sözləri "auditor təşkilatı ilə müqavilə əsasında"
sözləri ilə əvəz edilmişdir.
[11] 5 noyabr 1996-cı il tarixli
188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 3, maddə 226) ilə 11-ci maddənin adında “təşkilatlarının” sözündən sonra “dövlət” sözü əlavə edilmiş, birinci hissədən “və auditorların reyestrində qeydiyyata götürüldüyü” sözləri çıxarılmış və hissənin sonuna yeni cümlə əlavə edilmişdir.
Eləcə də dördüncü hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan
Respublikası ərazisində auditorları və auditor
təşkilatlarını Auditorlar Palatası qeydiyyata
alır.
Maddənin
beşinci hissəsində isə
“Palatasında qeydiyyatdan keçdiyi” sözləri “Palatasından lisenziya aldığı” sözləri ilə əvəz edilmişdir.
23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 5, maddə 241) ilə 11-ci maddənin beşinci
hissəsində "Auditor xidməti
ilə məşğul olmaq hüququ verən lisenziyaya malik
azı üç auditordan ibarət" sözləri
"Qanunvericiliklə müəyyən
edilmiş qaydada dövlət qeydiyyatından keçmiş"
sözləri ilə əvəz edilmişdir.
[12] 30 sentyabr 2010-cu il tarixli 1080-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 noyabr 2010-cu il ¹252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə
938) ilə
3-cü maddəsinin yeddinci abzasda “Qanununun 7.2-ci maddəsində nəzərdə
tutulmuş” sözləri “Qanununa
əsasən təqdim olunmalı” sözləri ilə
əvəz edilmişdir.
[13] 23 noyabr 2001-ci il tarixli 219-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 736) ilə
13-cü maddəyə onuncu abzas əlavə edilmişdir.
[14] 1 fevral 2008-ci il
tarixli 535-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 3, maddə
152) ilə 13-cü maddənin birinci hissəsinə on
birinci abzas əlavə edilmişdir.
[15] 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 24 iyul 2009-cu il, ¹ 160,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
07, maddə 517) ilə 13-cü maddəsinə yeddinci abzasa
“hallar” sözündən
sonra “və “Cinayət yolu
ilə əldə edilmiş pul vəsaitlərinin və ya
digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun
7.2-ci maddəsində nəzərdə tutulmuş
məlumatlar” sözləri əlavə edilmişdir və
yeni məzmunda on ikinci abzas əlavə edilmişdir.
30 sentyabr 2010-cu il
tarixli 1080-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 14 noyabr 2010-cu il ¹252,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹
11, maddə 938) ilə 3-cü maddəsinin on ikinci abzas yeni
redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Sinayət yolu
ilə əldə edilmiş pul vəsaitlərinin və ya
digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
hallarda və qaydada müştərinin, benefisiarın və
səlahiyyətli nümayəndənin
eyniləşdirilməsi, verifikasiyası, məlumatın
sənədləşdirilməsi, saxlanılması
tələblərinə və həmin Qanunun 7.2-ci
maddəsində nəzərdə tutulmuş
məlumatların təqdim edilməsi ilə bağlı
tələblərə riayət etmək, özünün
daxili nəzarət sistemini hazırlamaq və tətbiq
etmək, bu sahədə Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş digər
tədbirləri həyata keçirmək.
[16] 1 fevral 2008-ci il
tarixli 535-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 3, maddə
152) ilə 14-cü maddəyə ikinci hissə
əlavə edilmişdir.
[17] 5 oktyabr
2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
683) ilə 19-cu maddənin birinci hissəsindən "(arbitraj məhkəməsi)"
sözləri və ikinci hissəsindən "(arbitraj məhkəməsinə)" sözləri
çıxarılmışdır.
10
iyun 2005-ci il tarixli
925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə 684) ilə 19-cu maddəsinin ikinci hissəsində "barədə, habelə auditor
təşkilatının hüquqi şəxs kimi
dövlət qeydiyyatına alınmaması barədə
qərarlarından" sözləri "barədə qərarlarından, habelə auditor
təşkilatının hüquqi şəxs kimi
dövlət qeydiyyatına alınmasından imtinadan"
sözləri ilə əvəz edilmişdir.
9
oktyabr 2007-ci il tarixli
430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1053) ilə 19-cu
maddəsinin ikinci hissəsində “məhkəməyə” sözündən
əvvəl “inzibati qaydada
və (və ya)” sözləri əlavə edilmişdir.