Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Maddə 1. Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi
Azərbaycan Respublikasının
ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini
təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət
vəsiqəsi).
Xarici
dövlətlərlə müvafiq beynəlxalq müqavilə
bağlanmış olduğu halda, şəxsiyyət
vəsiqəsindən həmin dövlətlərdə də
vətəndaşın şəxsiyyətini təsdiq
edən, habelə onun ölkədən getmək və
ölkəyə gəlmək hüququnun həyata
keçirilməsi üçün nəzərdə tutulan
sənəd kimi istifadə oluna bilər. [1]
Azərbaycan
Respublikasının hər bir vətəndaşı 15
yaşı tamam olduqdan və ya şəxs Azərbaycan
Respublikası vətəndaşlığına qəbul
edildikdən sonra bir ay müddətində şəxsiyyət
vəsiqəsi almalıdır.
Hər bir vətəndaş
və ya onun qanuni nümayəndəsi şəxsiyyət
vəsiqəsini möhkəm saxlamağa borcludur. [2]
Şəxsiyyət vəsiqəsinin
verilməsindən və ya dəyişdirilməsindən
imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən
qaydalara zidd olaraq onun alınması qəti qadağandır.
Şəxsiyyət vəsiqəsi itdikdə, onun sahibi və
ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi
verən dövlət orqanına dərhal müraciət etməlidir. [3]
Şəxsiyyət
vəsiqəsinin təsvirini, spesifikasiyasını və
nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq
edir.[4]
Maddə 2. Şəxsiyyət
vəsiqəsinin növləri[5]
Şəxsiyyət vəsiqəsinin
bu növləri vardır:
1)
16 yaşına çatanadək vətəndaşa
verilən şəxsiyyət vəsiqəsi;
2)
16 yaşına çatdıqdan sonra vətəndaşa
verilən şəxsiyyət vəsiqəsi.
Şəxsiyyət vəsiqəsi
növlərinin nümunələrini Azərbaycan
Respublikasının Ali Soveti təsdiq edir.
Maddə 3. Şəxsiyyət vəsiqəsində göstərilən
məlumatlar
Şəxsiyyət
vəsiqəsinin üzərində vətəndaşın
soyadı, adı, atasının adı,
vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer,
qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin
nömrəsi və etibarlılıq müddəti
göstərilir, həmçinin şəxsiyyət
vəsiqəsi sahibinin şəxsi imzası və
Beynəlxalq Mülki Aviasiya Təşkilatının
(İCAO-nun) tələblərinə uyğun fotoşəkli
yerləşdirilir. [6]
Şəxsiyyət
vəsiqəsinə yerləşdirilən elektron
daşıyıcıya (çipə) aşağıdakı
məlumatlar daxil edilir:
bu
maddənin birinci hissəsində göstərilən
məlumatlar;
vətəndaş
soyadını və (və ya) adını
dəyişdiribsə, əvvəlki soyadı və (və ya)
adı;
vətəndaşın
doğulduğu yer, yaşadığı yer, ailə
vəziyyəti, boyu, gözlərinin rəngi, əl-barmaq izləri,
hərbi vəzifəsi; [7]
vətəndaşın
valideynlərinin soyadı və adı;
vətəndaşın
ərinin (arvadının) soyadı və adı (nikaha daxil
olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki
soyad da göstərilir);
vətəndaşın
uşaqlarının soyadı və adı;
vətəndaşın
istəyi əsasında onun gücləndirilmiş elektron
imzası ilə əlaqədar sertifikatlar, akkreditə
edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən
verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama
məlumatları (imza yaratma məlumatları oxunuş
üçün bağlıdır);
şəxsiyyət
vəsiqəsini verən orqanın adı və
vəsiqənin verilmə tarixi;
“Azərbaycan
Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi haqqında
Əsasnamə”də nəzərdə tutulduğu halda
digər məlumatlar.
Bu maddədə
nəzərdə tutulmuş məlumatları
şəxsiyyət vəsiqəsinə və ya
vəsiqənin elektron daşıyıcısına daxil
edən vəzifəli şəxs onların
düzgünlüyünə görə cavabdehdir.
Maddə 4. Şəxsiyyət vəsiqəsinin verilməsi
Şəxsiyyət vəsiqəsi
Azərbaycan Respublikasının hər bir vətəndaşının
və ya onun qanuni nümayəndəsinin ərizəsi, və müvafiq icra hakimiyyəti
orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də
nəzərdə tutulan digər sənədlər əsasında
müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın
və ya onun qanuni nümayəndəsinin müraciətindən
ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi
on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə
isə qeyri-məhdud müddətə verilir.[8]
Şəxsiyyət
vəsiqəsinin etibarlılıq müddəti bitdikdə,
yaxud vətəndaşın soyadı, adı, atasının
adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi,
o cümlədən onun elektron daşıyıcısı
(çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin
üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə,
şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir.[9]
Bu
maddənin ikinci hissəsində göstərilən hallardan
biri baş verdikdən sonra vətəndaş
şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi
üçün bir ay müddətində vəsiqəni
verən orqana müraciət etməlidir. [10]
Fotoşəkilə
dair tələblər, şəxsiyyət vəsiqəsini verən
orqanın iş qrafiki haqqında məlumatlar, vəsiqənin
verilməsi və dəyişdirilməsi üçün
tələb olunan sənədlərin siyahısı və
ödənilməli olan dövlət rüsumunun
məbləğləri müvafiq icra hakimiyyəti
orqanının rəsmi internet saytında və
vəsiqəni verən yerli qurumlarının
binalarının qarşısında hər kəsin
yaxşı görə biləcəyi
lövhələrdə yerləşdirilməlidir.
Qeyd: 2018-ci il sentyabrın 1-dək verilən şəxsiyyət
vəsiqələri vətəndaş 25, 35, 50 yaşına
çatanadək və ya vətəndaşın soyadı,
adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti,
hərbi vəzifəsi dəyişilənədək, yaxud
şəxsiyyət vəsiqəsi itənədək,
yararsız hala düşənədək və ya vəsiqənin
üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək
qüvvədə qalır.[11]
Maddə 5.
Dövlət rüsumu
Azərbaycan
Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsinin verilməsi
üçün dövlət rüsumunun məbləği
qanunla müəyyən edilir. [12]
Şəxsiyyət
vəsiqəsinin üzərində göstərilən
məlumatlarda səhv müəyyənləşdirildikdə,
həmin vəsiqə təqdim edildiyi vaxtdan 1 (bir) gün müddətində
dövlət rüsumu alınmadan dəyişdirilir.
Şəxsiyyət vəsiqəsinin elektron
daşıyıcısına daxil edilmiş məlumatlarda
səhv müəyyənləşdirildikdə, səhv
məlumatları daxil etmiş orqana vəsiqə təqdim
edildikdən dərhal sonra (ən geci 30 dəqiqə
ərzində) həmin məlumatlar dövlət rüsumu
alınmadan dəyişdirilir.
Maddə 6. Şəxsiyyət
vəsiqəsinin müvəqqəti alınması halları
Vətəndaş müddətli həqiqi hərbi
xidmətə çağırıldıqda müvafiq icra
hakimiyyəti orqanı, hərbi qulluqçu hazırlayan
xüsusi təyinatlı təhsil müəssisəsinə
daxil olduqda isə həmin müəssisənin müdiriyyəti
çağırışçının (kursantın)
şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq hərbi
xidmət başa çatanadək saxlamaq və sonra sahibinə
qaytarmaq üçün müvafiq icra hakimiyyəti
orqanına göndərir.[13]
Barəsində həbs, ev dustaqlığı və
ya girov qətimkan tədbirləri seçilmiş, azadlığın
məhdudlaşdırılması, müəyyən
müddətə azadlıqdan məhrum etmə və ya
ömürlük azadlıqdan məhrum etmə növündə
cəzaya məhkum
olunmuş şəxslərdən şəxsiyyət vəsiqəsi
təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və
cəzanı icra edən orqanlar tərəfindən müvəqqəti
alınır və həmin şəxs haqqında iş
üzrə icraata və ya şəxsi işə əlavə
edilir. Göstərilən əsaslar aradan qalxdıqda şəxsiyyət
vəsiqəsi dərhal sahibinə qaytarılır.[14]
Maddə 7. Şəxsiyyət vəsiqəsinin təhvil verilməsi
və qüvvədən düşmüş hesab edilməsi
Vətəndaş
öldükdə onun şəxsiyyət vəsiqəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət
qeydiyyatını aparan orqana təhvil verilir və həmin orqan vətəndaşın
ölümünü qeydə aldıqdan sonra şəxsiyyət
vəsiqəsi müvafiq icra hakimiyyəti
orqanına
göndərilir. [15]
Tapılmış
şəxsiyyət vəsiqəsi onu verən dövlət
orqanına təhvil verilməlidir.
Bu Qanunun 4-cü maddəsində nəzərdə
tutulmuş hallarda və müddətdə vətəndaş
şəxsiyyət vəsiqəsini dəyişmədikdə
şəxsiyyət vəsiqəsi qüvvədən
düşmüş hesab edilir.[16]
Maddə 8.
Bu Qanunun tələblərini pozmağa görə məsuliyyət
Bu Qanunun tələblərinə
zidd olaraq şəxsiyyət vəsiqəsinin verilməsindən
imtina edilməsində, onun verilməsi üçün vətəndaşdan
nəzərdə tutulmayan sənədlər tələb edilməsində
və ya şəxsiyyət vəsiqəsinin verilməsində
(dəyişdirilməsində) , vəsiqənin elektron
daşıyıcısındakı məlumatların dəyişdirilməsində süründürməçilik
edilməsində, habelə şəxsiyyət vəsiqəsinin
itirilməsində, qəsdən korlanmasında,
oğurlanmasında, qanunsuz hazırlanmasında,
saxtalaşdırılmasında, satılmasında və ya
ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş qaydada məsuliyyət
daşıyır.[17]
Maddə 9. Keçid müddəaları[18]
9.1.
15 yaşı tamam olmamış Azərbaycan Respublikası
vətəndaşının (bundan sonra - 15 yaşı tamam
olmamış vətəndaş) fərdi identifikasiya
kartının 2022-ci il
yanvarın 1-dən tətbiq ediləcəyini
nəzərə alaraq, 15 yaşı tamam olmamış
vətəndaşlara da 2018-ci
il sentyabrın 1-dən 2022-ci il
yanvarın 1-dək olan müddətdə şəxsiyyət
vəsiqəsi verilir.[19]
9.2.
15 yaşı tamam olmamış vətəndaşa
şəxsiyyət vəsiqəsinin verilməsi və ya
dəyişdirilməsi onun valideyninin, vətəndaşı
övladlığa götürənin,
vətəndaşın qəyyumunun və ya
himayəçisinin (bundan sonra - qanuni nümayəndəsinin)
ərizəsi və müvafiq icra hakimiyyəti
orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi barədə Əsasnamə”də nəzərdə
tutulan digər sənədlər əsasında həyata
keçirilir.
9.3.
15 yaşı tamam olmamış vətəndaşa verilən
şəxsiyyət vəsiqəsində onun fotoşəkli
yerləşdirilir, lakin şəxsi imzası
göstərilmir.
9.4.
15 yaşı tamam olmamış vətəndaşdan əl-barmaq izləri
götürülmür, habelə ona verilən şəxsiyyət
vəsiqəsinin elektron daşıyıcısına
vətəndaşın ailə vəziyyəti, boyu,
gözlərinin rəngi, hərbi vəzifəsi və bu
Qanunun 3-cü maddəsinin ikinci hissəsinin
altıncı-səkkizinci abzaslarında göstərilən
məlumatlar daxil edilmir. [20]
9.5. 5 yaşadək olan
vətəndaşa verilən şəxsiyyət
vəsiqəsi vətəndaşın 5 yaşı tamam
olanadək, 5 yaşı tamam olmuş vətəndaşa
verilən şəxsiyyət vəsiqəsi isə
vətəndaşın 15 yaşı tamam olanadək
etibarlıdır.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı
şəhəri, 14 iyun 1994-cü il
¹ 817
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
13
fevral 1998-ci il tarixli 432-IQ nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 3, maddə
142)
2.
24
may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 6 maddə
328)
3.
30
aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7, maddə
505)
4.
22
dekabr 2006-cı il tarixli 210-IIIQD nömrəli
Qanun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə
1033)
5.
29
dekabr 2006-cı il tarixli 220-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 1, maddə 4)
6.
11 may 2010-cu il tarixli 1008-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 may 2010-cu il, ¹ 108, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 5, maddə 386)
7.
21
dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan”
qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə
71)
8.
15
noyabr 2011-ci il tarixli 230-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2011-ci il, ¹ 276, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1086)
9.
30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 fevral 2012-ci il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 2, maddə
62)
10.
19 aprel 2013-cü il tarixli 617-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 18 aprel 2013-cü il, ¹ 106, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 05, maddə
466)
11.
21
iyun 2013-cü il tarixli 704-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 27 iyul
2013-cü il, ¹ 162,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 07, maddə 796)
12.
29 dekabr 2015-ci il
tarixli 86-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 fevral 2016-cı il, ¹ 38, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 2, maddə 198)
13.
1 dekabr 2017-ci il
tarixli 911-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2017-ci il, ¹ 278, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 12, I kitab, maddə 2264)
14.
12 oktyabr
2018-ci il tarixli 1285-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 oktyabr 2018-ci il, ¹ 237, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə
1981)
15.
30 oktyabr
2018-ci il tarixli 1304-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 noyabr 2018-ci il, ¹ 260, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2215)
16.
12 iyul 2019-cu il tarixli 1666-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 avqust 2019-cu il, ¹ 186, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹8, maddə
1385)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 fevral 2012-ci il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 2, maddə
62) ilə 1-ci maddənin ikinci və
üçüncü hissələr müvafiq olaraq
dördüncü və beşinci hissələr hesab
edilmişdir və yeni məzmunda ikinci və
üçüncü hissələr əlavə
edilmişdir.
[2] 30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 fevral 2012-ci il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 2, maddə
62) ilə 1-ci maddənin dördüncü hissəsindən
“və ya onun qanuni nümayəndəsi”
sözləri çıxarılmışdır.
[3] 30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 fevral 2012-ci il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 2, maddə
62) ilə 1-ci maddənin beşinci hissəsindən “və ya vəsiqə sahibinin
qanuni nümayəndəsi” sözləri
çıxarılmışdır.
[4] 30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 fevral 2012-ci il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 2, maddə
62) ilə 1-ci maddəyə yeni məzmunda altıncı
hissə əlavə edilmişdir.
[5] 30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 fevral 2012-ci il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 2, maddə
62) ilə 2-ci maddə ləğv edilmişdir.
[6] 13 fevral 1998-ci il
tarixli 432-IQ nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 3, maddə
142) ilə 3-cü maddənin birinci hissəsi
yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
16 yaşına çatanadək vətəndaşa
verilən şəxsiyyət vəsiqəsində vəsiqənin
seriyası və nömrəsi, vətəndaşın
soyadı və adı, valideynlərinin soyadı və
adı, onun doğulduğu yer və tarix, cinsi, qan qrupu,
yaşadığı yer, şəxsiyyət vəsiqəsini
verən orqanın adı və verilmə tarixi göstərilir;
16 yaşına çatdıqdan sonra vətəndaşa verilən
şəxsiyyət vəsiqəsində isə bu məlumatlardan
başqa vətəndaşın milliyyəti, ailə vəziyyəti
və hərbi vəzifəsi, boyu, közlərinin rəngi
haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi
sahibinin şəxsi imzası və fotoşəkli əlavə
edilir, habelə yuxarıda göstərilənlərdən fərqli
olaraq, valideynlərinin soyadı və adı əvəzinə
atasının adı göstərilir.
11 may 2010-cu il tarixli 1008-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 may 2010-cu il, ¹ 108, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 5, maddə 386) ilə 3-cü
maddəsinin birinci hissəsində “və verilmə tarixi”
sözləri “, verilmə tarixi və şəxsiyyət
vəsiqəsinin etibarlılıq müddəti”
sözləri ilə əvəz edilmişdir.
30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 fevral 2012-ci il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 2, maddə
62) ilə 3-cü maddənin mətni yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
16
yaşına çatanadək vətəndaşa
verilən şəxsiyyət vəsiqəsində vəsiqənin
seriyası və nömrəsi, vətəndaşın
soyadı və adı, valideynlərinin soyadı və
adı, onun doğulduğu yer və tarix, cinsi, qan qrupu,
yaşadığı yer, şəxsiyyət vəsiqəsini
verən orqanın adı,
verilmə tarixi və şəxsiyyət vəsiqəsinin
etibarlılıq müddəti göstərilir; 16
yaşına çatdıqdan sonra vətəndaşa
verilən şəxsiyyət vəsiqəsində isə bu məlumatlardan
başqa vətəndaşın ailə vəziyyəti və
hərbi vəzifəsi, boyu, gözlərinin rəngi
haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi
sahibinin şəxsi imzası və fotoşəkli əlavə
edilir, habelə yuxanda göstərilənlərdən
fərqli olaraq, valideynlərinin soyadı və adı əvəzinə
atasının adı göstərilir.
Bu məlumatları
şəxsiyyət vəsiqəsinə daxil edən müvafiq
dövlət orqanının məsul əməkdaşı
bunları öz imzası və gerbli möhürlə təsdiqləyir
və məlumatların düzgünlüyünə görə
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyır.
19 aprel 2013-cü il tarixli 617-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 18 aprel 2013-cü il, ¹ 106, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 05, maddə
466) ilə 3-cü maddənin birinci hissəsində “doğulduğu tarix,” sözlərindən
sonra “doğulduğu yer,”
sözləri əlavə edilmişdir.
[7] 19 aprel 2013-cü il tarixli 617-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 18 aprel 2013-cü il, ¹ 106, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 05, maddə
466) ilə 3-cü maddənin ikinci hissənin
dördüncü abzasından “doğulduğu
yer,” sözləri çıxarılmışdır.
30 oktyabr
2018-ci il tarixli 1304-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 noyabr 2018-ci il, ¹ 260, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2215) ilə 3-cü
maddənin ikinci hissəsinin dördüncü abzasında “gözlərinin rəngi,”
sözlərindən sonra “əl-barmaq
izləri,” sözləri əlavə edilmişdir.
[8] 21 iyun 2013-cü il
tarixli 704-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 27 iyul 2013-cü il, ¹ 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2013-cü il, ¹ 07, maddə 796) ilə 4-cü maddənin
birinci hissəsinin birinci cümləsində “qəbz” sözü “sənəd”
sözü ilə əvəz edilmişdir.
30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 fevral 2012-ci il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 2, maddə
62) ilə 4-cü maddənin birinci hissəsində “və ya onun qanuni nümayəndəsinin”
sözləri (hər iki halda) və “16 yaşına çatmış vətəndaşın”
sözləri çıxarılmışdır və yeni məzmunda
ikinci cümlə əlavə edilmişdir.
19 aprel 2013-cü il tarixli 617-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 18 aprel 2013-cü il, ¹ 106, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 05, maddə
466) ilə 4-cü maddədə “, doğum şəhadətnaməsi, fotoşəkli,
dövlət rüsumunun ödənilməsi barədə qəbz
və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını
təsdiq edən sənədlər əsasında,
yaşadığı yerin müvafiq dövlət orqanları”
sözləri “və müvafiq
icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə Əsasnamə”də nəzərdə tutulan digər
sənədlər əsasında müvafiq icra hakimiyyəti
orqanı” sözləri ilə əvəz edilmişdir.
[9] 22 dekabr 2006-cı il tarixli
210-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1033) ilə 4-cü
maddənin ikinci hissəsində "şəxsiyyət vəsiqəsini"
sözlərindən sonra "sadalanan hallardan biri baş
verdikdən sonra bir ay ərzində" sözləri əlavə
edilmişdir.
30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 fevral 2012-ci il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 2, maddə 62)
ilə 4-cü maddənin ikinci hissəsi yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın
soyadı, adı, atasının adı, yaşayış
yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə
və ya onun şəxsiyyət vəsiqəsində olan
yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi
yararsız hala düşdükdə və ya itdikdə vətəndaş
bu maddənin birinci hissəsində nəzərdə
tutulmuş qaydada şəxsiyyət vəsiqəsini sadalanan
hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir.
[10] 30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 fevral 2012-ci il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 2, maddə
62) ilə 4-cü maddəyə yeni məzmunda
üçüncü və dördüncü hissələr
əlavə edilmişdir.
[11] 30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 fevral 2012-ci il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 2, maddə
62) ilə 4-cü maddəyə yeni məzmunda “Qeyd” əlavə
edilmişdir.
[12] 30 aprel 2004-cü il tarixli
643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7, maddə 505) ilə 5-ci maddəsinin birinci hissəsinin
ikinci cümləsi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
16
yaşına çatmış vətəndaşlara şəxsiyyət
vəsiqəsi ilk dəfə verilərkən minimum əmək
haqqının bir misli məbləğində dövlət
rüsumu alınır
30 aprel 2004-cü il
tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7, maddə
505) ilə 5-ci maddənin ikinci, üçüncü və
dördüncü hissələri
çıxarılmışdır.
30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 fevral 2012-ci il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 2, maddə
62) ilə 5-ci maddənin mətni yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
16 yaşına
çatmamış vətəndaşlara şəxsiyyət
vəsiqəsi verilərkən dövlət rüsumu
alınmır. 16 yaşına çatmış Azərbaycan
Respublikasının vətəndaşlarına şəxsiyyət
vəsiqəsi
verilməsi üçün dövlət rüsumunun məbləği
qanunla müəyyən edilir.
Şəxsiyyət vəsiqəsində
göstərilən məlumatlar sahibinin təqsiri olmadan təhrif
edilərsə, yaxud şəxsiyyət vəsiqəsi vətəndaşın
təqsiri olmadan itərsə və ya yararsız hala
düşərsə dövlət rüsumu alınmadan şəxsiyyət
vəsiqəsi onu verən orqan tərəfindən dəyişdirilir.
Vətəndaş 25,
35 və 50 yaşına çatdıqda, həmçinin onun
soyadı, adı, atasının adı, yaşayış
yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdikdə
şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi
üçün bu maddənin birinci hissəsində müəyyənləşdirilmiş
məbləğin yarısı miqdarında, dövlət
rüsumu alınır.
Şəxsiyyət vəsiqəsi
vətəndaşın öz təqsiri üzündən
itdikdə və ya yararsız hala düşdükdə onun dəyişdirilməsi
üçün minimum əmək haqqının iki misli məbləğində
dövlət rüsumu alınır.
[13] 21 dekabr 2010-cu il
tarixli 38-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20
fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 71) ilə 6-cı
maddəsinin birinci hissəsində “tədris” sözü “təhsil”
sözü ilə əvəz edilmişdir.
19 aprel 2013-cü il tarixli 617-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 18 aprel 2013-cü il, ¹ 106, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 05, maddə
466) ilə 6-cı
maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Vətəndaş müddətli həqiqi hərbi xidmətə
çağırıldıqda onun yaşadığı yerin
hərbi komissarlığı, hərbi təhsil müəssisəsinə daxil olduqda isə həmin
müəssisənin müdiriyyəti
çağırışçının (kursantın)
şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq hərbi
xidmət başa çatanadək saxlamaq və sonra sahibinə
qaytarmaq üçün yaşayış yeri üzrə
müvafiq dövlət orqanına göndərir.
[14] 24 may 2002-ci il
tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 6 maddə
328) ilə 6-cı maddənin ikinci hissəsinin birinci
cümləsində "azadlıqdan
məhrum edilməyə məhkum olunmuş yaxud mütləq əməyə
cəlb edilməklə azadlıqdan məhrum olunmağa şərti"
sözləri "azadlığın
məhdudlaşdırılması, müəyyən müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük
azadlıqdan məhrum etmə növündə cəzaya"
sözləri ilə, "məhkəmə
qərarlarını" sözləri "cəzanı" sözü
ilə əvəz edilmişdir.
15 noyabr 2011-ci il
tarixli 230-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 dekabr 2011-ci il, ¹ 276, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1086) ilə 6-cı maddəsinin ikinci hissəsindən “azadlığın məhdudlaşdırılması,”
sözləri çıxarılmışdır.
21 iyun 2013-cü il
tarixli 704-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 27 iyul 2013-cü il, ¹ 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2013-cü il, ¹ 07, maddə 796) ilə 6-cı maddənin
ikinci hissəsində “həbsəalma
qəti-imkan tədbiri” sözləri “həbs və ona alternativ qətimkan tədbirləri”
sözləri ilə əvəz edilmişdir.
12 oktyabr
2018-ci il tarixli 1285-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 oktyabr 2018-ci il, ¹ 237, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə
1981) ilə 6-cı maddənin
ikinci hissəsinin birinci cümləsində “və ona alternativ” sözləri “, ev dustaqlığı və ya girov” sözləri
ilə əvəz edilmişdir.
[15] 29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 1, maddə 4)
ilə 7-ci maddəsinin
birinci hissəsində "vətəndaşlıq vəziyyəti
aktlarının qeydiyyatı orqanına " sözləri
"vətəndaşlıq vəziyyəti aktlarının dövlət
qeydiyyatını aparan orqana "
sözləri ilə əvəz edilmişdir.
19 aprel 2013-cü il tarixli 617-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 18 aprel 2013-cü il, ¹ 106, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 05, maddə
466) ilə 7-ci
maddənin birinci hissəsində “onu vermiş müvafiq dövlət orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanına” sözləri
ilə əvəz edilmişdir.
[16] 22 dekabr 2006-cı il tarixli
210-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1033) ilə 7-ci
maddədə maddənin adında "verilməsi"
sözündən sonra "və qüvvədən
düşmüş hesab edilməsi" sözləri əlavə
edilmişdir, yeni məzmunda üçüncü hissə əlavə
edilmişdir;
[17] 1 dekabr 2017-ci il
tarixli 911-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2017-ci il, ¹ 278, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 12, I kitab, maddə 2264) ilə
8-ci maddədən
“itirilməsində, qəsdən
korlanmasında,” sözləri
çıxarılmışdır.
30 dekabr 2011-ci il tarixli 282-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 fevral 2012-ci il, ¹ 33, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 2, maddə
62) ilə 8-ci maddədə “verilməsində (dəyişdirilməsində)”
sözlərindən sonra “, vəsiqənin
elektron daşıyıcısındakı məlumatların dəyişdirilməsində”
sözləri əlavə edilmişdir.
[18] 29 dekabr 2015-ci il
tarixli 86-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 fevral 2016-cı il, ¹ 38, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 2, maddə 198) ilə yeni məzmunda 9-cu maddə əlavə
edilmişdir.
[19] 12 iyul 2019-cu il tarixli 1666-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 avqust 2019-cu il, ¹ 186, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹8, maddə
1385) ilə 9.1-ci maddədə
“2020-ci” sözləri (hər
iki halda) “2022-ci” sözləri
ilə əvəz edilmişdir.
[20] 19 aprel 2013-cü il tarixli 617-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 18 aprel 2013-cü il, ¹ 106, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 05, maddə
466) ilə 3-cü maddənin ikinci hissənin
dördüncü abzasından “doğulduğu
yer,” sözləri çıxarılmışdır.
30 oktyabr
2018-ci il tarixli 1304-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 noyabr 2018-ci il, ¹ 260, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2215) ilə 9.4-cü
maddədə “vətəndaşa”
sözü “vətəndaşdan
əl-barmaq izləri götürülmür, habelə ona”
sözləri ilə əvəz edilmişdir.