Veteranlar haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun 1992-ci il
dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 46-cı sessiyasının
qəbul etdiyi prinsiplərə uyğun olaraq müharibə, əmək, silahlı qüvvələr, daxili
işlər, sərhəd xidməti və,
dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları veteranlarının statusunu, veteranlar
barəsində Azərbaycan Respublikası dövlət siyasətinin əsaslarını təsbit edir.
Qanun veteranlara verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsini, habelə
veteran təşkilatlarının fəaliyyət sahəsini tənzimləyir, veteranların öz fiziki
imkanlarından asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak
etməsi üçün təminatları müəyyənləşdirir. [1]
Maddə 1. Veteranlar barəsində dövlət siyasəti
Veteranlar barəsində dövlət
siyasəti aşağıdakı əsaslar üzərində qurulur:
sosial və hüquqi müdafiənin
təmin edilməsi;
əmək haqqının minimum
səviyyəsindən az olmayan dolanacağa təminat verilməsi;
fiziki və ruhi sağlamlıq,
fəal uzunömürlülük üçün şərait yaradılması;
yaşayış sahəsi ilə təminat;
hər bir veterana zəruri
tələbatını təmin edən səviyyədə müxtəlif növ sosial xidmətlər göstərilməsi;
əmək hüququnun heç bir
məhdudiyyət qoyulmadan, sağlamlıq vəziyyətinin imkan verdiyi səviyyədə həyata
keçirilməsi, ictimai faydalı fəaliyyətdə iştirak etmək üçün lazımi şərait
yaradılması;
veteran təşkilatlarının
fəaliyyətinə kömək göstərilməsi, veteranların bütün cəmiyyətə və xüsusən onlara
aid siyasətin və proqramların hazırlanması və həyata keçirilməsi işinə
bilavasitə cəlb edilməsi,
Maddə 2. Veteranlar haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi
Veteranlar haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan
Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım
göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini
müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir.
Maddə 3. Müharibə veteranları
Aşağıdakılar müharibə
veteranları sayılırlar:
İkinci dünya müharibəsi
illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli
fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş,
habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi
münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı
Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin
mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər;
Azərbaycan Respublikasının
ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;
1944-cü il yanvarın 1-dən
1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı
respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak
etmiş şəxslər;
Azərbaycan Respublikasının
ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin
ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist
Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş
əməliyyatlarında iştirak etmiş şəxslər;
İkinci dünya müharibəsi
illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların
əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları
yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri;
1941 — 1945-ci illərdə keçmiş Sovet
ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında
hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi
qulluqçular; [2]
İkinci dünya müharibəsi dövründə
Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və
təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad
mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. [3]
Azərbaycan
Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin
və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına
aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə
veteranlarının vahid
informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.[4]
Qeyd:
Bu
maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan
Respublikasının ərazi bütövlüyü uğrunda
döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər
hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci
il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci
maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna
olmaqla) və ya barələrində cinayət təqibinə
bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş
şəxslərə şamil edilmir.[5]
Maddə
4. Silahlı Qüvvələrin veteranları
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin
və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında
«(SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də
nəzərə alınmaqla) təqvimlə 25 il və daha çox hərbi xidmət keçmiş (hərbi
qulluqçunun şərəfmi ləkələyən
xətalar törədilməsinə və
ya törədilmiş
cinayətə görə məhkəmə
tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu
sıralarından və ya müvafiq
orqanlardan xaric olunanlar istisna olmaqla) Azərbaycan Respublikası
vətəndaşları Silahlı Qüvvələrin
veteranları sayılırlar. [6]
Maddə 5. Əmək veteranları
Dövlət qarşısında xüsusi
xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif
edilmiş uzun illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə
müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı
sayılırlar.
(Çıxarılıb) [7]
Maddə 6. Veteranların pensiya
təminatı
Veteranlara pensiyalar "Əmək pensiyaları
haqqında" Azərbaycan
Respublikasının Qanunu əsasında təyin edilir. [8]
Maddə 7. Veteran adlarının və vəsiqələrinin
verilməsi
Müharibə veteranı, Silahlı
Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Veteranların hər bir kateqoriyası üçün
müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir.
Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim
edildikdə həyata keçirilir.
Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq
icra hakimiyyəti orqanları tərəfindən
verilir.
Veteran statusunu təsdiq
edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi
vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.[9]
Maddə 8. Veteran təşkilatlarının yaradılması
Veteran təşkilatları
müvafiq qanunvericilik aktlarına əsasən yaradılır, dövlət qeydiyyatından
keçirilir və fəaliyyət göstərirlər. [10]
Veteran təşkilatı
qeydiyyata alındığı andan hüquqi şəxs hesab edilir.
Dövlət orqanları veteran
təşkilatlarına öz hüquq və vəzifələrini həyata keçirməkdə hərtərəfli kömək
göstərirlər.
Maddə 9. Əmək fəaliyyətinin
davam etdirilməsi
Veteranlar pensiyasını
almaqla əvvəllər işlədikləri müəssisədə, təşkilatda, idarədə, yaxud mülkiyyət
formasından asılı olmayaraq başqa müəssisədə əmək fəaliyyətini davam etdirmək,
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hər hansı təsərrüfatçılıq formasına
əsaslanan müəssisə yaratmaq hüququna malikdirlər.
Qanunda nəzərdə tutulmuş
hallar istisna olmaqla, veteranların əmək, sahibkarlıq və başqa ictimai faydalı
fəaliyyətinin məhdudlaşdırılmasına yol verilmir.
Bu Qanunla müəyyən edilmiş
güzəştlərlə yanaşı, veteranlar pensiyaya çıxdıqdan sonra əmək kollektivinin
qərarı ilə mövcud qanunvericiliyə əsasən həmin müəssisədə, təşkilatda, idarədə
mənzil şəraitinin yaxşılaşdırılması, tibbi yardım göstərilməsi,
sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş
güzəştlərdən istifadə edə bilərlər.
Maddə 10. Veteran
təşkilatlarının istehsal fəaliyyətinə təminat verilməsi
Dövlət orqanları öz
səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada veteran
təşkilatlarına maliyyə yardımı göstərə bilər, onlara müvafiq büdcələrdən vəsait
ayıra bilər, nizamnamə vəzifələrini həyata keçirmək üçün binaları, avadanlığı və başqa əmlakı güzəştli
şərtlərlə onların istifadəsinə və ya mülkiyyətinə verə bilərlər.
Veteran təşkilatları
müəssisələrinin xammal, texnika və tikinti materialları ilə təmin edilməsinə
üstünlük verilir.
(Çıxarılıb) [11]
Maddə 11. Mənzil-məişət şəraitinin yaxşılaşdırılması
Veteranlar Azərbaycan
Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş
güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi
kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq
sahəsində üstünlüklərə malikdirlər.
Müharibə veteranlarının
istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların
şəxsi mülkiyyətinə verilir.
Maddə 12. Mənzil, kommunal və rabitə xidmətləri
haqqının ödənilməsi
İkinci
Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü,
beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul
arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada
və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla)
mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir.
[12]
Maddə 12-1.
(Çıxarılıb)[13]
Maddə 13. (Çıxarılıb)[14]
Maddə 14. Tibbi xidmət
İkinci Dünya müharibəsi iştirakçıları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibb
müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar. [15]
Maddə 15. Dərman və müalicə
vasitələri ilə təminat
İkinci Dünya müharibəsi iştirakçılarına
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə
dərman və müalicə vasitələri almaq üçün müavinət verilir. [16]
Maddə 16. Geriatriya yardımı
Müvafiq icra hakimiyyəti orqanları daimi qulluğa
ehtiyacı olan xroniki xəstələr üçün geriatriya kabinetləri, pansionatları,
xəstəxanaları vasitəsilə geriatriya yardımı şəbəkəsini təşkil edir və
maliyyələşdirirlər. [17]
Maddə 17. Protezləşdirmə
İkinci Dünya müharibəsi iştirakçıları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada
protez-ortopediya məmulatları ilə (qiymətli metallardan hazırlanan protezlər
istisna olmaqla) təmin edilir və diş protezləri düzəltdirirlər. [18]
Maddə 18. İctimai
nəqliyyatdan istifadə sahəsində veteranlara güzəştlər
İkinci Dünya müharibəsi iştirakçılarına
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə
ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək
üçün müavinət verilir. [19]
Maddə
18-1. (Çıxarılıb) [20]
Maddə 19. Müvafiq icra hakimiyyəti
orqanlarının və müəssisələrin veteranlara əlavə güzəşt vermək hüququ
Müvafiq icra hakimiyyəti orqanları, müxtəlif mülkiyyət
növləri əsasında fəaliyyət göstərən müəssisələr öz vəsaitləri hesabına
veteranların maddi
təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər, müalicə olunmaqda,
veteranların həyat və fəaliyyətini asanlaşdıran texniki vasitələr almaqda,
mənzilləri təmir etdirməkdə, başqa ehtiyacları ödəməkdə veteranlara yardım
göstərə bilərlər. Bundan ötrü müvafiq fondlar yaradıla bilər. [21]
Maddə 20. Sosial
xidmət
20.1. Müvafiq icra hakimiyyəti orqanları,
dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün lazımi
şərait yaratmaq məqsədi ilə sosial xidmət müəssisələri, habelə veteranlara
sosial xidmətin göstərilməsini təşkil edirlər.
20.2. Veteranlara
“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
sosial xidmət göstərilir.[22]
Maddə 21. Veteranların sosial
müdafiəsi tədbirlərinin planlaşdırılması və
maliyyələşdirilməsi
Veteranların sosial
müdafiəsi tədbirlərini müvafiq
icra hakimiyyəti
planlaşdırır və veteranların sosial müdafiəsi proqramları respublika dövlət büdcəsinin, müvafiq
icra hakimiyyəti orqanının vəsaiti hesabına maliyyələşdirilir. [23]
Bu Qanunun 3-cü
maddəsinin birinci hissəsinin üçüncü abzasında nəzərdə tutulan şəxslər təhsil
müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil
haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi “Təhsil haqqında”
Azərbaycan Respublikası Qanununun 14.8-1-ci və 14.8-2-ci maddələri ilə
tənzimlənir.[24]
Veteranların respublika
təşkilatlarına dövlət büdcəsindən vəsait ayrılır.
Maddə 22. Veteran
təşkilatlarının beynəlxalq əlaqələri
Veteranların ictimai
təşkilatları öz nizamnamələrinə uyğun olaraq qeyri-hökumət xarakterli
beynəlxalq birliklərə daxil ola bilər, onlarla bilavasitə əlaqə saxlaya və
müqavilələr bağlaya bilərlər.
Dövlət orqanları veteran
təşkilatlarına xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq etməkdə
hərtərəfli yardım göstərə bilərlər.
Maddə 23. Mərasim xidməti
Vəfat etmiş veteranlara
mərasim xidməti qüvvədə olan qanunvericiliyə müvafiq surətdə göstərilir.
Veteranın əvvəl işlədiyi əmək kollektivləri, hərbi komissarlıqlar vəfat etmiş
veteranın dəfnində qohumlarına zəruri yardım göstərməlidirlər. Vəfat etmiş tənha
veteranları müvafiq icra
hakimiyyəti orqanları dövlət büdcəsinin vəsaiti hesabına dəfn edirlər. [25]
Maddə 24. (Çıxarılıb)[26]
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 28 iyun 1994-cü il.
№ 841.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 2 may 1995-ci il
tarixli 1029 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 9, maddə
177)
2. 20 iyun 1995-ci il
tarixli 1067 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 14, maddə
241)
3. 10 oktyabr 1997-ci
il tarixli 380-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998-ci il, № 1, maddə 16)
4. 4 noyabr 1997-ci il
tarixli 395-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 2,
maddə 66)
5. 30 mart 1999-cu il
tarixli 644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5,
maddə 283)
6. 4 iyun 1999-cu il
tarixli 676-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7,
maddə 395)
7. 15 noyabr 2001-ci
il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001-ci il, № 12, maddə 731)
8. 5 mart 2004-cü il
tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004-cü il, № 4, maddə 199)
9. 9 mart 2004-cü il
tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004-cü il, № 4, maddə 202)
10. 30 aprel 2004-cü il
tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004-cü il, № 7, maddə 505)
11. 10 iyun 2005-ci
il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, № 8, maddə 684)
12. 7 aprel 2006-cı il tarixli 90-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-ci il, № 4, maddə 315)
13. 6 mart 2007-ci il
tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, № 5, maddə 401)
14. 19 oktyabr 2007-ci
il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, № 11, maddə 1078)
15. 22 fevral 2013-cü il
tarixli 571-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 mart
2013-cü il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, №
03, maddə 221)
16. 7 aprel 2017-ci il tarixli 558-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 may
2017-ci il, № 107,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 689)
17. 31 may 2017-ci il tarixli 703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyun
2017-ci il, № 135, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1057)
18. 19 may 2020-ci il tarixli 108-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, № 134,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 826)
19. 23
aprel 2021-ci il tarixli 296-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, №
125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I
kitab, maddə 537)
20. 7 may 2024-cü il tarixli 1146-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 501)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 5
mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004-cü il, № 4, maddə 199) ilə Qanunun preambulasında "daxili işlər" sözlərindən sonra ",sərhəd xidməti" sözləri
əlavə edilmişdir.
7 aprel 2017-ci il tarixli 558-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 may 2017-ci
il, № 107, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, №
5, maddə 689) ilə preambulasında “və milli təhlükəsizlik” sözləri “, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat” sözləri ilə əvəz
edilmişdir.
[2] 20 iyun 1995-ci il tarixli 1067
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 14, maddə 241) ilə 3-cü
maddənin yeddinci abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1941—1945-ci illərdə keçmiş
Sovet ordusunda (donanmasında) hərbi xidmətdə olmuş, lakin döyüş
əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular;
[3] 2 may 1995-ci il tarixli 1029
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 9, maddə 177) ilə 3-cü
maddənin birinci hissəsinə müvafiq abzas əlavə edilmişdir.
[4] 23
aprel 2021-ci il tarixli 296-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, №
125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I
kitab, maddə 537) ilə 3-cü maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.
[5] 7 aprel 2006-cı il tarixli 90-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-ci il, № 4,
maddə 315) ilə 3-cü
maddəyə aşağıdakı məzmunda ikinci hissə və Qeyd əlavə edilsin.
19 may 2020-ci il tarixli 108-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, № 134,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 826) ilə 3-cü
maddəsinin “Qeyd” hissəsində “əlil olmuş”
sözləri “əlilliyi müəyyən edilmiş”
sözləri ilə əvəz edilmişdir.
[6] 2 may 1995-ci il
tarixli 1029 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 9, maddə
177) ilə 4-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 4. Silahlı qüvvələrin veteranları
“Hərbi qulluqçuların
pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
yaşa və ya xidmət müddətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi
qulluqçular silahlı qüvvələrin veteranları sayılırlar.
Müharibə və silahlı
qüvvələrin veteranlarına veteran adını və sənədlərini müvafiq olaraq Azərbaycan
Respublikasının müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirlikləri
verirlər.
4 noyabr 1997-ci il
tarixli 395-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 2,
maddə 66) ilə 4-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 4. Silahlı
qüvvələrin veteranları
“Hərbi
xidmət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yaşa və ya
xidmət müddətinə görə ehtiyata və ya istefaya buraxılmış, pensiya təminatı
hüququ olan hərbi qulluqçular silahlı qüvvələrin veteranları sayılırlar.
30 mart 1999-cu il tarixli 644-IQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 283) ilə
4-cü maddədə “sıralarında” sözündən
sonra “(SSRİ Silahlı Qüvvələri və digər
silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla)” sözləri əlavə
edilmişdir.
[7] 2 may 1995-ci il
tarixli 1029 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 9, maddə
177) ilə 5-ci maddənin ikinci hissəsi çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Əmək veteranı adının
verilməsi qaydası və şərtləri haqqında Əsasnaməni Azərbaycan Respublikasının
Nazirlər Kabineti təsdiq edir.
[8] 6
mart 2007-ci il tarixli 260-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 6-cı maddədə "Vətəndaşların pensiya təminatı haqqında" sözləri "Əmək pensiyaları haqqında" sözləri
ilə əvəz edilmişdir.
19
oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, № 11, maddə 1078) ilə 6-cı maddəsində “və “Hərbi
qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunları”
sözləri “Azərbaycan Respublikasının
Qanunu” sözləri ilə əvəz edilmişdir.
[9] 7 aprel 2006-cı il
tarixli 90-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-ci il, № 4, maddə 315) ilə 7-ci maddə aşağıdakı redaksiyada verilsin:
Əvvəlki redaksiyada deyilirdi:
Müharibə veteranı,
silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və
şərtləri haqqında Əsasnaməni və müvafiq vəsiqələrin nümunəsini müvafiq icra
hakimiyyəti orqanı təsdiq edir.
Müharibə və silahlı
qüvvələrin veteranlarına müvafiq veteran adını və sənədlərini uyğun olaraq
müvafiq icra hakimiyyəti orqanları
verirlər.
Əmək veteranlarına veteran adını və sənədlərini
müvafiq icra hakimiyyəti orqanları
verirlər.
[10] 10 iyun 2005-ci
il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, № 8, maddə 684) ilə 8-ci maddəsinin birinci hissəsindən "İctimai birliklər haqqında" Azərbaycan Respublikasının Qanununa və
digər" sözləri çıxarılmışdır.
[11] 10 oktyabr 1997-ci il tarixli
380-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1,
maddə 16) ilə 10-cu maddəsinin üçüncü hissəsi çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Müharibə, əmək, silahlı
qüvvələr veteranlarının müəssisələrində işləyənlərin sayının 70 faizi
veteranlardan ibarət olduqda həmin müəssisələr mənfəət vergisi ödəməkdən azad
edilir.
30 aprel 2004-cü il
tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004-cü il, № 7, maddə 505) ilə 10-cu
maddənin dördüncü hissəsi çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Veteran təşkilatları
qeydiyyata alınarkən dövlət rüsumu ödəməkdən azad edilirlər.
[12] 2 may 1995-ci il tarixli 1029
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 9, maddə 177) ilə 12-ci
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 12. Mənzil,
kommunal və rabitə xidmətləri haqqının ödənilməsi
Uşaqları olmayan, habelə
uşaqlarından və başqa qohumlarından ayrı yaşayan müharibə veteranlarına,
işlƏməyən əmək və silahlı qüvvələr veteranlarına (kişilər 60, qadınlar 55
yaşına çatdıqda) qanunvericiliklə müəyyən edilmiş normalar daxilində mənzil
haqqının, telefon çəkilməsi, telefondan istifadə haqqının (şəhərlərarası və
beynəlxalq danışıqlar istisna olmaqla) və kommunal xidmətlərin (istilik, qaz,
su, elektrik enerjisi) haqqının ödənilməsində 50 faiz güzəşt, mərkəzi isitmə
sistemi olmayan evlərdə yaşayanlara isə əhaliyə satmaq üçün müəyyənləşdirilmiş
normalar daxilində əldə edilən yanacağın dəyərinin ödənilməsində 50 faiz güzəşt
verilir.
Mənzil haqqının, kommunal
xidmətlərin, telefondan istifadə haqqının, yanacağın dəyərinin ödənilməsində
fərq dövlət büdcəsinin vəsaitindən verilir.
20 iyun 1995-ci il
tarixli 1067 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 14, maddə
241) ilə 12-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 12. Mənzil,
kommunal və rabitə xidmətləri haqqının ödənilməsi
Müharibə
veteranlarına, habelə uşaqlarından və başqa qohumlarından ayrı yaşayan və
işləməyən silahlı qüvvələr veteranlarına və əmək veteranlarına qanunvericiliklə
müəyyən edilmiş normalar daxilində mənzil, telefon çəkilməsi, telefondan
istifadə (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və kommunal
xidmətlər (istilik, qaz, su, elektrik enerjisi) üçün haqqın ödənilməsində 30
faiz güzəşt, mərkəzi isitmə sistemi olmayan evlərdə yaşayanlara isə, əhaliyə
satmaq üçün müəyyənləşdirilmiş normalar daxilində əldə edilən yanacağın
dəyərinin ödənilməsində 50 faiz güzəşt edilir.
Mənzil, kommunal
xidmətlər, telefondan istifadə üçün haqqın və yanacağın dəyərinin ödənilməsində
fərq dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
15 noyabr 2001-ci
il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 12-ci maddənin mətni yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Müharibə
veteranları, həmçinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul
arvadları, onlarla birgə yaşayan və yaşayış yeri üzrə qeydiyyatda olan ailə
üzvləri ilə birlikdə mənzil, kommunal xidmətlər, telefon çəkilməsi, telefondan
istifadə (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) haqqını
ödəməkdən azad edilirlər.
İşləməyən silahlı
qüvvələr veteranlarına, həmçinin ali və orta peşə-ixtisas təhsili
müəssisələrinin əyani şöbələrində təhsil alanlar istisna edilməklə, əmək
qabiliyyəti uşaqlarından və başqa qohumlarından ayrı yaşayan və işləməyən əmək
veteranlarına qanunvericiliklə müəyyən edilmiş normalar daxilində mənzil,
kommunal xidmətlər, telefon çəkilməsi, telefondan istifadə (şəhərlərarası və
beynəlxalq danışıqlar istisna olmaqla) haqqının ödənilməsində 50 faiz güzəşt,
mərkəzi isitmə sistemi olmayan, evlərdə yaşayanlara isə əhaliyə satmaq üçün
müəyyənləşdirilmiş normalar daxilində əldə edilən yanacağın dəyərinin
ödənilməsindən 50 faiz güzəşt edilir. [12]
Mənzil, kommunal
xidmətlər, telefondan istifadə haqqının və yanacağın dəyərinin ödənilməsində
fərq dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
[13] 20 iyun 1995-ci il tarixli 1067
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 14, maddə 241) ilə
Qanuna 12-1 maddə əlavə edilmişdir.
30 aprel 2004-cü il
tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004-cü il, № 7, maddə 505) ilə 12-1-ci
maddə çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 12-1. Rüsumların
ödənilməsində güzəştlər
Müharibə
veteranları, həmçinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul
arvadları mülki-hüquqi əqdlərin bağlanması zamanı və “Dövlət rüsumu haqqında”
Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulan hallarda
dövlət rüsumlarını ödəməkdən azad edilirlər.
[14] 15 noyabr 2001-ci il tarixli
214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12,
maddə 731) ilə 13-cü maddə çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 13. Ticarət-məişət xidmət
Veteranlara ən zəruri
sənaye və ərzaq malları ilə ticarət-məişət xidmətini təşkil etmək üçün yerli
icra hakimiyyəti orqanları xüsusi mağazalar, bölmələr, şöbələr yaradır,
malların müəyyən qismini məqsədli təyinatla buraya göndərir, hərəkət imkanları
məhdud olan veteranlara isə evdə xidməti təşkil edirlər.
Kolxozların idarə heyəti,
sovxozların müdiriyyəti əmək qabiliyyəti olmayan tənha veteranlara zəruri ərzaq
mallarının alınmasında, mal-qaranın yemlə təmin edilməsində, habelə
mənzillərin, təsərrüfat binalarının təmirində və yanacaq gətirilməsində kömək
göstərmək üçün tədbirlər görürlər.
[15] 15 noyabr 2001-ci il tarixli
214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12,
maddə 731) ilə 14-cü maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Veteranlar işlədikləri (xidmət etdikləri) dövrdə
təhkim olunduqları səhiyyə müəssisələrində tibbi yardım almaq hüququnu, habelə
sanatoriya-kurort müalicəsi hüququnu pensiyaya çıxdıqdan sonra da saxlayırlar.
Sanatoriya-kurort
müalicəsinin qaydasını səhiyyə, sosial təminat orqanları və ictimai təşkilatlar
müəyyənləşdirirlər.
Tibb müəssisələrinin rəyinə
əsasən veteranlar dövlət büdcəsinin vəsaiti hesabına xüsusi bərpa mərkəzlərində
bərpa müalicəsi hüququna malikdirlər.
[16] 15 noyabr 2001-ci il tarixli
214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12,
maddə 731) ilə 15-ci maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Bu Qanunun 3-cü maddəsində
sadalanan müharibə veteranlarına dərman və müalicə vasitələri həkimin nüsxəsi
əsasında pulsuz verilir.
Digər veteranlara (kişilər
70, qadınlar 60 yaşına çatdıqda) dərman və müalicə vasitələri həkimin nüsxəsi
əsasında 50 faiz güzəştlə verilir.
Ödənişdəki fərq dövlət
büdcəsinin vəsaitindən verilir.
[17] 30 mart 1999-cu il tarixli
644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5,
maddə 283) ilə 16-cı maddədə “yerli”
sözü “müvafiq” sözü ilə əvəz
edilmişdir.
[18] 15 noyabr 2001-ci il tarixli
214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12,
maddə 731) ilə 17-ci maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Müvafiq icra hakimiyyəti orqanları müharibə veteranlarının
qol-qiçlarinin, ağiz boşluğunun protezləşdirilməsini (qiymətli metaldan olan
protezlərdən başqa), eşitmə və görmə orqanlarının protezləşdirilməsini
müəyyənləşdirilmiş qaydada birinci növbədə həyata keçirirlər. [18]
Protezləşdirmənin bu
növləri üçün çəkilən xərclər dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
[19] 15 noyabr 2001-ci il tarixli
214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12,
maddə 731) ilə 18-ci maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Veteranlar şəhər ictimai
sərnişin nəqliyyatının bütün növlərində (taksidən başqa) pulsuz gedib-gəlmək
hüququna malikdirlər.
Müharibə veteranları
(kişilər 70, qadınlar 65 yaşına çatdıqda) respublika hüdudları daxilində ildə
bir dəfə dəmiryol, hava və dəniz nəqliyyatında pulsuz gedib-gəlmək hüququna
malikdirlər.
Veteranlara verilən
güzəştlərlə əlaqədar nəqliyyat müəssisələrinin xərcləri dövlət büdcəsinin
vəsaiti hesabına ödənilir.
[20] 20 iyun 1995-ci il tarixli 1067
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 14, maddə 241) ilə
Qanuna 18-1 maddə əlavə edilmişdir.
15 noyabr 2001-ci
il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 18-1-ci maddə çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 18-1. İkinci dünya müharibəsi illərində arxa cəbhədə əməyinə görə fərqlənmiş
şəxslərə güzəştlər
1941
1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif
edilmiş şəxslər bu Qanunun 12-ci maddəsinin birinci hissəsində, 12-1-ci və
13—18-ci maddələrində veteranlar üçün nəzərdə tutulan bütün güzəştlərdən və
imtiyazlardan istifadə etmək hüququna malikdirlər.
[21] 30 mart 1999-cu il tarixli 644-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 283) ilə
19-cu maddənin adında və mətnində “yerli”
sözü “müvafiq” sözü ilə əvəz
edilmişdir.
6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 19-cu maddədə "pensiyalarına əlavələr edə bilərlər və bu əlavələrin məbləğini
dolanacaq xərclərinin səviyyəsi ilə əlaqədar dəyişdirə bilər" sözləri
"maddi təminatının
yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər"
sözləri ilə əvəz edilmişdir.
[22] 30 mart 1999-cu il tarixli
644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5,
maddə 283) ilə 20-ci maddənin birinci hissəsində “yerli icra hakimiyyəti orqanları, əhalinin sosial müdafiəsi orqanları”
sözləri “müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilmişdir.
22 fevral 2013-cü il
tarixli 571-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 mart
2013-cü il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, №
03, maddə 221) ilə 20-ci
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 20. Evdə sosial-məişət xidməti, pansionatlar və internat evlər
Müvafiq icra hakimiyyəti orqanları, müəssisələr, təşkilatlar, idarələr, kəndli və fermer
təsərrüfatları, kolxozlar veteranların həyat və məişəti üçün lazımi şərait
yaratmaq məqsədilə sosial-məişət xidməti evləri, pansionatlar, habelə onlara
evdə sosial-məişət xidməti təşkil edirlər.
Başqasının daimi qulluğuna ehtiyacı olan
veteranlar üçün internat evlər təşkil olunur.
[23] 30 mart 1999-cu il tarixli
644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5,
maddə 283) ilə 21-ci maddənin birinci hissəsində “Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerli icra hakimiyyəti”
sözləri “müvafiq icra hakimiyyəti”
sözləri ilə əvəz edilmişdir.
9
mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 21-ci
maddəsinin birinci hissəsində "respublika
büdcəsinin və yerli büdcələrin"
sözləri "dövlət büdcəsinin"
sözləri ilə əvəz edilmişdir.
31 may 2017-ci il tarixli 703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyun
2017-ci il, № 135, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1057) ilə 21-ci maddəsinin
birinci hissəsində “Azərbaycan
Respublikası Sosial Müdafiə Fondunun” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilmişdir.
[24] 7 may 2024-cü il tarixli 1146-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 501) ilə 21-ci maddəsinin
ikinci hissəsi üçüncü hissə hesab edilmişdir və yeni məzmunda ikinci hissə
əlavə edilmişdir.
[25] 30 mart 1999-cu il tarixli
644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5,
maddə 283) ilə 23-cü maddədə “mənzil-kommunal
təsərrüfatı orqanları” sözləri “müvafiq
icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilmişdir.
9
mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 23-cü
maddəsində “yerli büdcənin" sözləri "dövlət büdcəsinin" sözləri ilə əvəz edilmişdir.
[26] 2 may 1995-ci il tarixli 1029
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 9, maddə 177) ilə 24-cü
maddə çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 24. Veteran günü
Hər il 9 may Veteran günü
kimi qeyd edilir.