Şəhid adının
əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan
Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan,
hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş
qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial
müdafiəsini tənzimləmək məqsədinə xidmət edir.
Maddə 1. Şəhid
və şəhid ailəsi anlayışı
Şəhid Azərbaycan
Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan,
hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş
qaydada ölmüş hesab edilən şəxsdir.
Qüvvədə olan
qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab
edilir:
ər-arvad, valideyn, 18
yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından
yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar,
uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali
təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil
müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu
23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.[1]
Maddə 2. Şəhid və şəhid
ailəsi statusu verilməsinin qaydası
Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi
statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət
edir.
Bu məsələyə dövlət orqanının
və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər.
Müvafiq dövlət orqanı
müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və
ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq
məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.[2]
Maddə 3. Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin
hüquqları
Bu Qanunun 1-ci maddəsində göstərilən əlamətlər üzrə həlak olmuş şəxslərin
xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir:
qəbirüstü abidələrin,
xatirə komplekslərinin yaradılması;
şəhid adlarının küçələrə,
meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif
ocaqlarına verilməsi.
Şəhid ailəsi statusunu
almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aşağıdakı təminatlar
verilir:
ailə başçısını
itirməyə görə əmək pensiyası təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun tənzimlənir[3]
Valideynlərdən
biri həlak olduqda onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam
olanadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə
aylıq müavinət təyin edilir.[4]
işçilərin sayı və ya ştatı
ixtisar edilərkən işdə saxlanmaqda onlara üstünlük verilir, müəssisənin,
idarənin, təşkilatın fəaliyyəti dayandırıldıqda isə onlar işlə təmin olunur;[5]
mənzil, kommunal xidmətlərindən, telefondan
(şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin
nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə
müavinət verilir. [6]
resept üzrə dərman almaq üçün müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən olmuş qaydada və məbləğdə
müavinət verilir;[7]
təhsil müəssisələrində ödənişli əsaslarla təhsil
aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına
ödənilməsi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1-ci maddəsi ilə tənzimlənir;[8]
tibb
müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort
müalicəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş
qaydada təmin edilirlər;[9]
sosial iş yerlərinin və işsiz şəxslərin
özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı onlara üstünlük
verilir;[10].
yaşayış sahəsinə ehtiyacı olan şəxs
qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış
sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu
verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan
(qurum)
tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.[11]
Maddə 4. Şəhid ailələrinin
mənzillə təmin edilməsi
Şəhid ailəsinin yaşayış
sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə
respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti
orqanları tərəfindən həyata keçirilir.
Mənzil şəraitini
yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə
təmin olunurlar.
Şəhid ailəsinə onun
arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı
yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi,
habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir.
Şəhid ailəsi xüsusi
mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət
rüsumu ödənilmədən aparılır.
Maddə 5. Şəhid və şəhid
ailələrinin məsələləri ilə məşğul olan dövlət orqanları və onların qarşılıqlı
əlaqəsi
Şəhid və şəhid ailələrinin
məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid
ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və
təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə
düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində
həll edirlər.
Maddə 6. Şəhidlərə və şəhid
ailələrinə xərclənən vəsaitin mənbələri
Şəhidlərə və şəhid
ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif
təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri
və digər mənbələr hesabına yaranan yardım fondlarından, habelə dövlət icbari şəxsi sığorta
vəsaiti hesabına ödənilir.[12]
Bu Qanunla nəzərdə tutulan
pensiya və müavinətlər üçün tələb olunan xərclər Dövlət Sosial Müdafiə Fondu
hesabına ödənilir.[13]
Maddə 7. Qanunun pozulmasına görə
məsuliyyət
Bu Qanunun pozulmasına görə
vətəndaşlar və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 8. Bu Qanunun tətbiqi ilə
əlaqədar məsələlərin həlli qaydası
Bu Qanunun tətbiqi ilə
əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.
Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətini həyata keçirən
Azərbaycan Respublikası Ali
Sovetinin sədri
Heydər ƏLİYEV.
Bakı şəhəri, 3 sentyabr 1993-cü il
№ 697
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
12 mart 1999-cu il tarixli 627-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 282)
2.
23 aprel 1999-cu il tarixli 662-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 293)
3.
15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731)
4.
12 sentyabr 2003-cü il tarixli 499-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 539)
5.
18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 507)
6.
6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401)
7.
17 aprel 2007-ci il tarixli 317-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 561)
8.
13
iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)
9.
14 oktyabr 2016-cı il tarixli 336-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, № 11, maddə 1764)
10.
29 mart 2019-cu il tarixli 1552-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may
2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu
il, № 5, maddə 797)
11.
19
may 2020-ci il tarixli 108-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, №
134, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 826)
12.
23 aprel 2021-ci il tarixli 295-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyun
2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I
kitab, maddə 536)
13.
11 iyun 2021-ci il tarixli 345-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2021-ci il, № 145, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, № 7, maddə 706)
14.
22 iyun 2021-ci il tarixli 350-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, № 8, maddə 896)
15.
30 sentyabr 2021-ci il tarixli 381-VIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 oktyabr
2021-ci il, № 228, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, №10, maddə 1093)
16.
30 sentyabr 2021-ci il tarixli 382-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №11, maddə 1200)
17.
5 noyabr 2022-ci il tarixli 630-VIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası
Prezidentinin rəsmi internet saytı 24 noyabr 2022-ci
il, “Azərbaycan” qəzeti, 25 noyabr
2022-ci il, № 257,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1241)
18.
9 iyun 2023-cü il tarixli 910-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 24 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 25 iyul 2023-cü il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2023-cü il, № 7, maddə 897)
19.
7 may 2024-cü il tarixli 1146-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 501)
20.
23 aprel 2024-cü il tarixli 1142-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 iyun 2024-cü il, “Azərbaycan” qəzeti, 4 iyun 2024-cü il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, № 6, I kitab, maddə 631)
21.
28 iyun 2024-cü il tarixli 1199-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 iyul 2024-cü il, “Azərbaycan” qəzeti, 17 iyun 2024-cü il, № 148, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 773)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 13
iyun 2008-ci il tarixli
648-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 1-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında “və ya həmin yaşa çatanadək əlil olmuş 18
yaşından yuxarı uşaqlar” sözləri “uşaqlar,
18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18
yaşından yuxarı əlil uşaqlar” sözləri ilə əvəz edilmişdir.
14 oktyabr 2016-cı il tarixli 336-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, № 11, maddə 1764) ilə 1-ci
maddənin ikinci hissəsinin ikinci abzasında “texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində
təhsil alanlar isə bu məktəbləri” sözləri “ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil
müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi
təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini
və elmi təşkilatın magistratura səviyyəsini” sözləri ilə əvəz edilmişdir.
29 mart 2019-cu il tarixli 1552-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may
2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu
il, № 5, maddə 797) ilə 1-ci maddənin ikinci hissəsinin ikinci abzasında “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.
19
may 2020-ci il tarixli 108-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, №
134, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 826) ilə 1-ci
maddəsinin ikinci hissəsinin ikinci abzasında “əlil uşaqlar” sözləri “əlilliyi
olan övladları” sözləri ilə əvəz edilmişdir.
22 iyun 2021-ci il tarixli 350-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, № 8, maddə 896) ilə 1-ci
maddənin ikinci hissəsinin ikinci abzasında “sağlamlıq imkanlarının məhdudluğu” sözləri “əlilliyi” sözü ilə əvəz edilmişdir.
9 iyun 2023-cü il tarixli 910-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 24 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 25 iyul 2023-cü il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2023-cü il, № 7, maddə 897) ilə 1-ci maddənin ikinci hissəsinin
ikinci abzasından “və müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində”
sözləri və “və elmi təşkilatın
magistratura səviyyəsini” sözləri çıxarılmışdır.
[2] 23 aprel 2021-ci il tarixli 295-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyun
2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I
kitab, maddə 536) ilə 2-ci maddəyə yeni məzmunda dördüncü
hissə əlavə
edilmişdir.
[3] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 3-cü maddəsinin ikinci hissəsinin ikinci
abzası aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
ailə
başçısının itirilməsinə görə pensiya təyin edilərkən pensiyanın məbləği ailənin
əmək qabiliyyəti olmayan hər bir üzvü üçün minimum pensiyanın 100 faizindən az
olmamalıdır;
[4] 23 aprel 1999-cu il tarixli 662-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 293) ilə 3-cü maddəsinin 2-ci hissəsinin 3-cü abzası yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
valideynlərdən biri həlak olduqda onların hər uşağına 16 yaşı
(şagirdlər üçün 18 yaş) tamam olanadək minimum əmək haqqının üçdə bir hissəsi
məbləğində aylıq dövlət müavinəti təyin edilir;
11 iyun 2021-ci il tarixli 345-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2021-ci il, № 145, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, № 7, maddə 706) ilə 3-cü
maddənin ikinci hissəsinin üçüncü abzası ləğv edilmişdir.
[5] 18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 507) ilə 3-cü maddəsinin
ikinci hissəsinin dördüncü abzasından "müəssisənin, idarənin, təşkilatın fəaliyyəti dayandırıldıqda isə onlar işlə təmin olunur" sözləri
çıxarılmışdır.
[6] 30 sentyabr 2021-ci il tarixli 382-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №11, maddə 1200) ilə 3-cü maddəsinin ikinci hissəsinin dördüncü abzası ləğv edilmişdir.
[7] 23 aprel 2024-cü il tarixli 1142-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 iyun 2024-cü il, “Azərbaycan” qəzeti, 4 iyun 2024-cü il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, № 6, I kitab, maddə 631) ilə 3-cü maddəsinin ikinci hissəsinin
dördüncü abzasında “həkim reseptləri” sözləri “resept”
sözü ilə əvəz edilmişdir.
[8] 12 sentyabr 2003-cü il tarixli 499-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 539) ilə 3-cü maddəsinin ikinci hissəsinin altıncı abzasından sonra
yeni məzmunda yeni abzas əlavə edilmişdir.
14 oktyabr 2016-cı il tarixli 336-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, № 11, maddə 1764) ilə 3-cü
maddənin ikinci hissəsində “orta
peşə-ixtisas təhsili müəssisələrində” sözləri “orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi elmi təşkilatda” sözləri ilə əvəz edilmişdir.
29 mart 2019-cu il tarixli 1552-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may
2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu
il, № 5, maddə 797) ilə 3-cü maddənin ikinci hissəsinin yeddinci abzasında “və orta ixtisas” sözləri “, orta ixtisas və peşə” sözləri ilə
əvəz edilmişdir.
9 iyun 2023-cü il tarixli 910-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 24 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 25 iyul 2023-cü il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2023-cü il, № 7, maddə 897) ilə 3-cü maddənin ikinci hissəsinin
beşinci abzasından “və müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda” sözləri çıxarılmışdır.
7 may 2024-cü il tarixli 1146-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 501) ilə 3-cü maddəsinin
ikinci hissəsinin beşinci abzası yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada
deyilirdi:
dövlət ali, orta ixtisas və
peşə təhsili müəssisələrində və müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil
alanlar təhsil haqqını ödəməkdən azad olunurlar;
[9] 12 mart 1999-cu il tarixli 627-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 282) ilə 3-cü maddəsinin ikinci hissəsində beşinci, altıncı və
yeddinci abzaslar yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
mənzil haqqının və kommunal xidmətlərin
(istehsal-təsərrüfat fəaliyyəti ilə əlaqədar istifadə xərcləri istisna olmaqla)
ödənilməsində 50 faiz güzəşt müəyyən edilir;
birinci növbədə pulsuz telefon çəkilir və
telefon haqqının ödənilməsində 50 faiz güzəşt müəyyən edilir;
ali
təhsil məktəblərinin hazırlıq şöbələrinə və peşə məktəblərinə güzəştli qəbul
həyata keçirilir, uşaqlar məktəbəqədər tərbiyə müəssisələrinə birinci növbədə
qəbul olunur və burada pulsuz saxlanılır;
15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 3-cü maddəsinin ikinci hissəsinin beşinci, altıncı,
yeddinci, səkkizinci, doqquzuncu abzasları çıxarılmışdır və həmin hissəyə yeni
redaksiyada yeni beşinci, altıncı və yeddinci abzaslar əlavə edilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
mənzil haqqının və kommunal xidmətlərin
(istehsal-təsərrüfat fəaliyyəti ilə əlaqədar istifadə xərcləri istisna olmaqla)
ödənilməsindən azad edilir;
birinci növbədə pulsuz telefon çəkilir
və telefon haqqının ödənilməsindən azad edilir;
dövlət ali və orta peşə-ixtisas təhsili
müəssisələrində təhsil haqqını ödəməkdən azad edilir, uşaqlar məktəbəqədər
müəssisələrə birinci növbədə qəbul olunur və pulsuz saxlanılır;
pulsuz dərman və güzəştli putyovkalar verilir;
şəhər
sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) və kənd yerlərində,
qəsəbələrdə, şəhər tipli qəsəbələrdə ümumi istifadədə olan avtomobil
nəqliyyatından (taksidən başqa) pulsuz istifadə etmək hüququ verilir.
[10] 30 sentyabr 2021-ci il tarixli 381-VIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 oktyabr
2021-ci il, № 228, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, №10, maddə 1093) ilə 3-cü maddəsinin ikinci
hissəsinin səkkizinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilmişdir və yeni məzmunda doqquzuncu abzas əlavə edilmişdir.
[11] 28 iyun 2024-cü il tarixli 1199-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 iyul 2024-cü il, “Azərbaycan” qəzeti, 17 iyun 2024-cü il, № 148, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 773) ilə 3-cü
maddəsinin ikinci hissəsinin yeddinci abzasının sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda səkkizinci abzas əlavə
edilmişdir.
[12] 5 noyabr 2022-ci il tarixli 630-VIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası
Prezidentinin rəsmi internet saytı 24 noyabr 2022-ci
il, “Azərbaycan” qəzeti, 25
noyabr 2022-ci il, № 257,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1241) ilə 6-cı maddəsinə “Azərbaycan Respublikasının” sözlərindən
sonra “dövlət” sözü, “fondlarından” sözündən
sonra “, habelə dövlət icbari şəxsi sığorta vəsaiti
hesabına” sözləri əlavə edilmişdir.
[13] 17 aprel 2007-ci il tarixli 317-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 561) ilə 6-cı maddəsinin ikinci hissəsi çıxarılmışdır.