Azərbaycan Respublikasının
Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi
haqqında Azərbaycan Respublikası ümumxalq
səsverməsinin (referendumunun) keçirilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ
MƏCLİSİNİN QƏRARI
Azərbaycan
Respublikasının Prezidenti Əbülfəz Elçibəy 1993-cü il
iyunun 17-dən 18-nə keçən gecə qəflətən,
dövlət orqanlarının rəhbərlərinə
xəbər vermədən Bakı şəhərindən
Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki
kəndinə getmişdir. Belə şəraitdə
Azərbaycan
Respublikasının Milli Məclisi 1993-cü il 21 iyun tarixli
qərarı ilə Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz Elçibəyə Bakı şəhərinə
təcili olaraq qayıtması barədə müraciət
etmişdir. Lakin Əbülfəz Elçibəy bu müraciətə
əhəmiyyət verməyərək paytaxta
qayıtmamış və heç bir təsirli tədbir
görməmişdir. Bununla Əbülfəz Elçibəy Azərbaycan
Respublikasının Prezidenti vəzifələrini icra
etməsini qeyri-mümkün etmişdir.
1993-cü il iyunun
24-də Azərbaycan Respublikası Milli Məclisinin
qərarı ilə Azərbaycan Respublikası
Konstitusiyasının 121-7-ci maddəsinə əsasən
Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin)
Azərbaycan Respublikası Prezidenti vəzifələrini daha
icra edə bilmədiyi təsdiq olunmuş və onun
səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin
sədri Heydər Əlirza oğlu Əliyevə keçmişdir.
Eyni zaman-da Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz Elçibəy də 1993-cü il 24 iyun tarixli Fərmanla
öz səlahiyyətlərini Azərbaycan Respublikası Ali
Sovetinin sədrinə vermişdir.
Azərbaycan
Respublikası Milli Məclisinin 1993-cü il 24 iyun tarixli
iclasında və ondan sonra keçirilən bütün iclaslarında Milli
Məclisin üzvləri, həmçinin digər millət
vəkilləri Azərbaycan Respublikası Konstitusiyasının
121-7-ci maddəsinə əsasən Əbülfəz Elçibəyin
Azərbaycan Respublikasının Prezidenti
vəzifəsindən kənarlaşdırılmasını
təkidlə tələb etmişlər.
Milli Məclisin 1993-cü
il iyulun 1516-da keçirilən iclasında 1993-cü il iyunun 4-də
Gəncə şəhərində baş vermiş
hadisələri təhqiq edən deputat-istintaq komissiyasının
işinin yekunu barədə məsələ müzakirə
olunarkən Milli Məclisin üzvləri tərəfindən
həmin tələb daha kəskin şəkildə
qoyulmuşdur.
Bununla yanaşı həmin iclasda deputat-istintaq
komissiyasının təqdim etdiyi rəydə,
çıxışlarda və 1993-cü il iyunun 4-də Gəncə
şəhərində baş vermiş hadisələri
təhqiq edən deputat-istintaq komissiyasının işinin
yekunu barədə Azərbaycan Respublikası Milli
Məclisinin 1993-cü il 16 iyul tarixli qərarında 1993-cü il
iyunun 4-də Gəncə şəhərində baş
vermiş qanlı hadisələr Azərbaycan
Respublikasının Prezidenti Əbülfəz Elçibəy
tərəfindən Azərbaycan Respublikası
Konstitusiyasının və qanunlarının kobud
surətdə pozulması kimi qiymətləndirilmişdir.
Azərbaycan
Respublikasının Milli Məclisi qeyd edir ki, Azərbaycan
Respublikasının Prezidenti Əbülfəz Elçibəy artıq
bir aydan çoxdur ki, Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun
Kələki kəndində yaşayır və dövlət
idarəetmə orqanlarının rəhbərləri ilə
bilavasitə əlaqə saxlaya və Prezident
vəzifələrini icra edə bilmir. Belə bir
şəraitdə Azərbaycan dövlətçiliyi təhlükə qarşısında
qoyulmuş, dövlət hakimiyyət qurumlarının və
idarəetmə sisteminin dağılmasına gətirib
çıxarmış, iqtisadiyyatda və sosial həyatda
gərginlik daha da dərinləşmiş, hərbi
münaqişə bölgələrində, Qarabağda və
xüsusən Ağdamda vəziyyət son dərəcə
kəskinləşmişdir.
Yuxarıdakıları
nəzərə alaraq, Azərbaycan Respublikasının Milli
Məclisi qərara alır:
1.
1993-cü il avqustun 29-da Azərbaycan Respublikasında
Azərbaycan Respublikasının Prezidenti Əbülfəz
Elçibəyə etimad göstərilməsi haqqında Azərbaycan
Respublikasının ümumxalq səsverməsi (referendumu)
keçirilsin.
2.
Referendumda səsvermə bülleteninə Siz
Azərbaycan Respublikasının Prezidenti Əbülfəz
Elçibəyə etimad göstərirsinizmi? sualı və cavab
variantları hə və yox sözləri daxil edilsin.
3.
Müəyyən edilsin ki, Azərbaycan
Respublikasının ümumxalq səsverməsi (referendumu)
haqqında Azərbaycan Respublikası Qanununun 17 və 18-ci
maddələrinə uyğun olaraq Azərbaycan
Respublikasında 1993-cü il avqustun 29-da keçiriləcək
Azərbaycan Respublikası referendumunun Mərkəzi Komissiyasının
və Respublika (Naxçıvan Muxtar
Respublikası) Komissiyasının səlahiyyətini müvafiq
surətdə Azərbaycan Respublikası xalq deputatları
seçkiləri üzrə Mərkəzi Seçki Komissiyası və
Naxçıvan Muxtar Respublikası xalq deputatları seçkiləri
üzrə Mərkəzi Seçki Komissiyası həyata keçirir.
4. Azərbaycan
Respublikası xalq deputatları seçkiləri üzrə
Mərkəzi Seçki Komissiyasına və Naxçıvan Muxtar
Respublikası xalq deputatları seçkiləri üzrə
Mərkəzi Seçki Komissiyasına tövsiyə olunsun ki,
Azərbaycan Respublikasının ümumxalq səsverməsində
(referendumunda) səsvermənin keçirilməsi üçün rayonların,
respublika tabeli şəhərlərin hüdudları daxilində
müvafiq dairələr təşkil etsinlər.
Yevlax, Lənkəran,
Şəki və Şuşa şəhərlərində
və rayonlarında referendum keçirilməsi üçün iki dairə
(şəhər və rayon dairələri) əvəzinə
bir dairəYevlax, Lənkəran, Şəki və
Şuşa dairələri yaradılır.
5. Müəyyən
olunsun ki, Azərbaycan Respublikası referendumunun dairə
komissiyalarının səlahiyyətlərini Azərbaycan
Respublikası yerli xalq deputatları Sovetləri
deputatlarının sonuncu ümumi seçkiləri vaxtı
yaradılmış seçki komissiyalarıAzərbaycan
Respublikası yerli xalq deputatları Sovetləri
deputatlarının seçkiləri üzrə rayon və
şəhər (Bakı və Gəncə
şəhərlərindən başqa, respublika tabeli
şəhərlər) seçki komissiyaları və Naxçıvan
Muxtar Respublikası yerli xalq deputatları Sovetləri
deputatlarının seçkiləri üzrə müvafiq seçki
komissiyaları həyata keçirirlər.
Yevlax, Lənkəran
və Şəki şəhərlərində dairə
komissiyalarının səlahiyyətlərini sonuncu
çağırış yerli xalq deputatları Sovetləri
deputatlarının seçkiləri üzrə eyni adlı
şəhərlərin və rayonların birləşmiş
şəhər və rayon seçki komissiyaları yerinə
yetirirlər.
6.
Siyasi partiyaların və siyasi
hərəkatların, ictimai birliklərin və
təşkilatların referendum komissiyaları tərkibində
real təmsil olunmaları üçün, lazım gələrsə,
Mərkəzi, respublika (Naxçıvan Muxtar Respublikası) və
dairə seçki komissiyalarının tərkibində
dəyişikliklər edilməsi məqsədəuyğun
sayılsın.
7.
Azərbaycan Respublikasının və Naxçıvan
Muxtar Respublikasının rayon və şəhər xalq
deputatları Sovetləri və onların rəyasət
heyətləri Azərbaycan Respublikasının ümumxalq
səsverməsi (referendumu) haqqında Azərbaycan Respublikası
Qanununa uyğun olaraq ən geci 1993-cü il avqustun 7-dək
səsvermə məntəqələrinin və
məntəqə referendum komissiyalarının
təşkilini təmin etsinlər.
Bakı və
Gəncə şəhərlərindəki xalq deputatları
Sovetlərinin səlahiyyətinə xitam verilmiş rayonlarda
Azərbaycan Respublikası referendumu səsvermə
məntəqələrini və məntəqə referendum
komissiyalarını rayonların icra hakimiyyəti
başçıları Azərbaycan Respublikasının mövcud
qanunvericiliyinə uyğun surətdə təşkil
edirlər.
8. Azərbaycan Respublikasının qoşun
hissələrində bir qayda olaraq səsvermə
məntəqələri yaradılmır.
Respublika silahlı
qüvvələrində xidmət edən Azərbaycan
Respublikası vətəndaşları özlərinin referendumda
iştirak etmək hüququnu hərbi hissələrin olduqları
şəhərlərin və rayonların ərazisindəki
səsvermə məntəqələrində həyata
keçirirlər. Dairə və məntəqə referendum
komissiyaları həmin şəxslərin
siyahılarını qoşun hissələrinin komandanlığı
ilə birlikdə müəyyənləşdirməli və
onların referendumda iştirak etməsinə lazımi
şərait yaratmalıdırlar.
9. Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının
hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası
vətəndaşlarının respublika referendumunda iştirakından
ötrü Azərbaycan Respublikasının xaricdəki
səfirliklərində və səlahiyyətli nümayəndəliklərində
səsvermə məntəqələrinin və
məntəqə referendum komissiyalarının vaxtında
təşkili məsələlərini Azərbaycan
Respublikasının Mərkəzi referendum komissiyası
ilə birlik-də həll etsin.
10. Respublikanın
şəhər, rayon xalq deputatları Sovetləri, onların rəyasət
heyətləri, rayon və şəhər icra hakimiyyəti
başçıları respublikanın səsvermə hüququ olan
vətəndaşlarınınhələ mənzil
qeydiyyatı olmayan qaçqınların və məcburi
köçkünlərin referendumda iştirakını təmin
etsinlər. Azərbaycan Respublikası Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsi və Qaçqınlar Cəmiyyəti mənzil
qeydiyyatı olmayan qaçqınların və məcburi
köçkünlərin siyahılarının 10 gün müddətində
müəyyənləşdirilməsi üçün dairə referendum
komissiyalarına əməli kömək etsinlər.
11. Azərbaycan
Respublikasının Mətbuat və İnformasiya Nazirliyi bu
referendumun keçirilməsilə əlaqədar kitabça, plakat və
materialların çapını vaxtında təmin etsin.
12.. Respublika yerli xalq
deputatları Sovetləri və icra orqanları bu referendumun
respublikanın bütün ərazisində lazımi
səviyyədə hazırlanıb keçirilməsi üçün
təxirəsalınmaz tədbirlər görsünlər.
13.
Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi bu referendumun keçirilməsi gedişini
və ona yekun vurulmasını müşahidə etmək üçün
xarici dövlətlərin parlamentlərinə,
hökumətlərinə, ictimaiyyətinə, beynəlxalq
təşkilatlara müraciət edib, onların
nümayəndələrini respublikaya dəvət etsin.
14.
Azərbaycan Respublikası Nazirlər Kabinetinə
tapşırılsın ki, bu referendumun hazırlanması
və keçirilməsi üçün lazımi vəsait ayırsın,
habelə nəqliyyat və rabitə müəssisələri,
idarələri və təşkilatları
tərəfindən lazımi xidmət göstərilməsi
məsələlərini həll etsin.
Azərbaycan
Respublikası Ali Sovetinin sədri
Heydər
ƏLİYEV.
Bakı
şəhəri, 29 iyul 1993-cü il.
№ 667.