Azərbaycan
Respublikasının Beynəlxalq Valyuta Fonduna Beynəlxalq
Yenidənqurma və İnkişaf Bankına və onlarla
bağlı təşkilatlara daxil olması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Azərbaycan
Respublikasının Beynəlxalq maliyyə-kredit təşkilatlarına
daxil olmasının onun dünya birliyinin tam hüquqlu
üzvü kimi tanınmasında əhəmiyyətini və
respublikada iqtisadi islahatların keçirilməsində bu təşkilatların
rolunu nəzərə alaraq qərara alıram:
1. Beynəlxalq Valyuta
Fondu (bundan sonra mətndə Fond adlandırılır)
Sazişinin, Beynəlxalq Yenidənqurma və İnkişaf
Bankı (Bank) Sazişinin, Beynəlxalq Maliyyə
Korporasiyası (Korporasiya) Sazişinin, Beynəlxalq
İnkişaf Assosiasiyası (Assosiasiya) Sazişinin
maddələri, İnvestisiyaların hərtərəfli
Təminatı Agentliyinin (Agentlik) əsasları haqqında
Konvensiya və Beynəlxalq İnvestisiya
Mübahisələrinin həlli Mərkəzinin
(Mərkəz) əsasları haqqında Konvensiya və
Azərbaycan Respublikasının bu təşkilatlara
üzvlüyü ilə bağlı Fondun, Bankın,
Korporasiyanın və Assosiasiyalın müdirlərinin
İdarə heyətinin və Agentliyin Müdirləri
Şurasının qərarlarında qeyd olunan qayda və
şərtlər qəbul edilsin.
2. Müəyyən
olunsun ki, Azərbaycan Respublikası Fond
üzvlüyünə qəbul edildiyi andan Fondun
Borcgötürmənin Xüsusi Hüquqları Departamentində
iştirakı ilə bağlı bütün
öhdəlikləri öz üzərinə
götürür.
6. Azərbaycan Respublikası Fond
üzvlüyünə qəbul olunduğu andan Fondun
müdirlərinin İdarə heyətinin 45-3 nömrəli
Qətnaməsi ilə təsdiq olunmuş Fondun Sazişi
maddələrinə 3-cü dəyişikliyi qəbul edir.
4.
Azərbaycan Respublikasının maliyyə
nazirinə Fondun, Bankın, Korporasiyanın və
Assosiasiyanın sazişlərinin maddələrini, Agentlik
və Mərkəzin əsasları haqqında konvensiyaları
imzalamaq, qəbul etmə və iştirak mexanizmlərini,
habelə bu Fərmanın 1, 2 və 3-cü
maddələrindən irəli kələn digər lazımi
sənədləri hazırlayıb və təqdim etmək
səlahiyyəti verilsin.
5.
Azərbaycan Respublikasının maliyyə
nazirinə Fonda, Banka, Korporasiyaya, Assosiasiyaya, Agentlik və
Mərkəzə bu təşkilatların qaydalar
məcəlləsini müəyyən edən
sazişlərin maddələrinə və yaxud konvensiyalara
uyğun şəkildə hər hansı
ödənişlərin verilməsi üçün borc
götürmək, tələb olunan resursları
istənilən müvafiq qaydada əldə etmək və bu
məqsədlərlə faizsiz və dövr etməyən
veksellər buraxmaq səlahiyyəti verilsin.
Fond və Bank
sazişlərinin maddələrində nəzərdə
tutulmuş əməliyyatlarda Azərbaycan Respublikasına
istənilən məbləğdə
ödənişlərin və verilən vəsaitlərin
alınması hüququ Azərbaycan Respublikasının
maliyyə nazirinə verilir.
6. a) Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi:
I. Fond sazişi maddələrinin 5-ci maddəsinin 1-ci
bəndinə uyğun olaraq maliyyə agentliyi,
II. Bank Sazişi maddələrinin 3-cü maddəsinin
2-ci bəndinə uyğun olaraq maliyyə agentliyi,
III.
Korporasiya Sazişi maddələrinin 4-cü
maddəsinin 10-cu bəndinə uyğun olaraq əlaqə
vasitəsi,
IV.
Assosiasiya Sazişi maddələrinin 2-ci
maddəsinin 10-cu bəndinə uyğun olaraq əlaqə
vasitəsi,
V. Agentliyin əsasları haqqında Konvensiyanın
38-ci maddəsinə uyğun olaraq əlaqə vasitəsi
müəyyən edilsin.
b) Azərbaycan Respublikasının
Mərkəzi
Bankı Fondun, Bankın,
Korporasiyanın, Assosiasiyanın və Agentliyin Azərbaycan
Respublikasının milli valyutasında avuarlarının
depozitoru müəyyən edilsin.[1]
7. a) Azərbaycan Respublikasının maliyyə naziri
vəzifəsinə görə Fondda Azərbaycan
Respublikasının müdiri, Azərbaycan
Respublikasının Mərkəzi
Bankının sədri isə vəzifəsinə görə onun
müavini təyin
edilsin.[2]
b) Azərbaycan
Respublikası Milli Bankının prezidenti vəzifəsinə
görə Bankda Azərbaycan Respublikasının müdiri,
Azərbaycan Respublikası Beynəlxalq Bankının prezidenti
isə vəzifəsinə görə onun müavini təyin
edilsin.
[3]
8. Bu Fərman Azərbaycan Respublikası Milli
Məclisinin müzakirəsinə verilsin.
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY.
Bakı
şəhəri, 18 avqust 1992-ci il.
¹
144.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 20 fevral
2003-cü il tarixli 856 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 2, maddə 88)
2. 10 fevral 2010-cu
il tarixli 216 nömrəli
Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral
2010-cu il, ¹ 32, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, ¹ 2, maddə 80)
3. 14 iyul 2010-cu
il tarixli 301 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 iyul
2010-cu il, ¹ 150, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, ¹ 07, maddə 620)
FƏRMANA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 10 fevral 2010-cu
il tarixli 216 nömrəli
Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral
2010-cu il, ¹ 32, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, ¹ 2, maddə 80) ilə 6-cı bəndin
"b)" yarımbəndində "Milli Bankı" sözləri "Mərkəzi Bankı" sözləri ilə
əvəz edilmişdir.
[2] 10 fevral 2010-cu
il tarixli 216 nömrəli
Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral
2010-cu il, ¹ 32, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, ¹ 2, maddə 80) ilə 7-ci bəndin
"a)" yarımbəndində "Milli Bankının prezidenti" sözləri "Mərkəzi Bankının
İdarə Heyətinin sədri" sözləri ilə
əvəz edilmişdir.
14 iyul 2010-cu
il tarixli 301 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 iyul
2010-cu il, ¹ 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010-cu il, ¹ 07, maddə 620) ilə 7-ci bəndinin “a)”
yarımbəndində “Mərkəzi Bankının
İdarə Heyətinin sədri” sözləri “Mərkəzi
Bankının sədri” sözləri ilə
əvəz edilmişdir.
[3] 20 fevral
2003-cü il tarixli 856 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 2, maddə 88) ilə 7-ci bəndin
"b" yarımbəndi qüvvədən
düşmüş hesab edilmişdir.