İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Azərbaycan SSR Ali Sovetinin 1984-cü il dekabrın 13-də qəbul etdiyi İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1984-cü il, № 23, maddə 198; 1985-ci il, № 9, maddə 112, № 11, maddə 130; 1986-cı il, № 5—6, maddə 24, № 13, maddə 93; 1987-ci il, № 15—16, maddə 153, № 21, maddə 215, № 24, maddə 250; 1988-ci il, № 1, maddə 1, № 5—6, maddə 35, № 8, maddə 58, № 15, maddə 139, № 16, maddə 150, № 18—19, maddə 173, № 22—23, maddə 220; 1989-cu il, № 9, maddə 69; 1990-cı il, № 8, maddə 55, № 12, maddə 155; 1991-ci il, № 14, maddə 236) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. Məcəllənin 27-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“Maddə 27. Cərimə

İnzibati hüquqpozmalara görə, bir qayda olaraq, vətəndaşlar Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqı məbləğinin yarısından, vəzifəli şəxslər isə minimum əmək haqqı məbləğinin bir mislindən artıq cərimə oluna bilməzlər.

İnzibati hüquqpozmalara görə vətəndaşlardan alınan cərimə minimum əmək haqqı məbləğinin iyirmidə bir miqdarından, vəzifəli şəxslərdən isə minimum əmək haqqı məbləğinin onda bir miqdarından az ola bilməz.

İnzibati hüquqpozmaların ayrı-ayrı növlərinə görə məsuliyyəti artırmaq zəruri olduqda, Azərbaycan Respublikasının qanunvericilik aktları ilə vətəndaşlar barəsində minimum əmək haqqı məbləğinin bir mislinədək, vəzifəli şəxslər barəsində minimum əmək haqqı məbləğinin iki mislinədək, tamah məqsədilə törədilmiş inzibati hüquqpozmalara və ictimai qaydaya qəsd edilməsi ilə əlaqədar pozuntulara görə isə minimum əmək haqqı məbləğinin uç mislinədək cərimə müəyyən edilə bilər.

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrdən irəli kələn öhdəliklərin. yerinə yetirilməsi və inzibati məsuliyyəti gücləndirməyin son dərəcə zəruriliyi ilə əlaqədar olaraq müstəsna hallarda Azərbaycan Respublikasının qanunvericilik aktları ilə bu maddədə nəzərdə tutulan məbləğdən daha böyük məbləğdə cərimə müəyyən edilə bilər.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati hüquqpozmalara görə cərimələrin başqa meyarları da (vəzifə maaşları, lisenziya haqqı, gəlir məbləği və s.) müəyyən edilə bilər”.

2. Məcəllənin 48-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“Maddə 48. Torpaqların özbaşına tutulması və özbaşına tutulmuş torpaq sahələrində  tikinti işləri aparılması

Torpaq sahələrinin özbaşına tutulmasına görə—

vətəndaşlar minimum əmək haqqı məbləğinin bir mislinədək, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin iki mislinədək cərimə edilir.

Özbaşına tutulmuş torpaq sahələrində tikinti işləri aparılmasına görə—

vətəndaşlar minimum əmək haqqı məbləğinin iki mislinədək, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin üç mislinədək cərimə edilir”.

3. Məcəllənin 53, 54-cü maddələri aşağıdakı redaksiyada verilsin:

“Maddə 53. Torpaqlardan təsərrüfatsızcasına istifadə

Torpaqlardan təsərrüfatsızcasına istifadə etməyə, torpaqları yaxşılaşdırmaq, külək, su eroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən qorumaq üçün məcburi tədbirlərin görülməməsinə görə—

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin iki mislinədək cərimə edilir.

Maddə 54. Kənd təsərrüfatı torpaqlarının və başqa torpaqların zibillənməsi, korlanması

Kənd təsərrüfatı torpaqlarının və başqa torpaqların zibillənməsinə görə—

vətəndaşlar minimum əmək haqqı məbləğinin yarısınadək, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin bir mislinədək cərimə edilir.

Torpaqların istehsal və məişət tullantıları, kimyəvi və radio-aktiv maddələr, habelə çirkab suları ilə çirkləndirilməsinə, bakterial-parazitik və zərərli karantin orqanizmlərlə yoluxdurulmasına görə—

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin beş mislinədək cərimə edilir».

4.  Məcəllənin 57-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“Maddə 57. Mərz nişanlarının məhv edilməsi

Mülkiyyətdə, sahiblikdə və istifadədə olan torpaqların hüdudlarının mərz nişanlarının məhv edilməsinə görə—

vətəndaşlar minimum əmək haqqı məbləğinin yarısınadək, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin iki mislinədək cərimə edilir”.

5. Məcəlləyə aşağıdakı məzmunda 99-1 maddə əlavə edilsin:

“Maddə 99-1. Torpaqların dövlət uçotuna, qeydiyyatına və keyfiyyətinə dair          məlumatların təhrif edilməsi

Torpaqların dövlət uçotuna, qeydiyyatına və keyfiyyətinə dair məlumatların təhrif edilməsinə görə—

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin iki mislinədək cərimə edilir”.

6.   Məcəllənin 104, 105, 106, 107-ci maddələri aşağıdakı redaksiyada verilsin:

“Maddə 104. Heyvanların karantin qaydalarının və digər baytar-sanitar qaydalarının pozulması

heyvanların karantin qaydalarının və digər baytarlıq-sanitar qaydalarının, eləcə də rayonların (şəhərlərin) xalq deputatları Sovetlərinin və yerli icra hakimiyyəti orqanlarının epizootiya əleyhinə dair qərarlarının pozulmasına görə—

vətəndaşlar minimum əmək haqqı məbləğinin yarısınadək, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin bir mislinədək cərimə edilir.

Maddə 105. İt və pişik saxlama qaydalarının pozulması

Şəhərlərdə və digər yaşayış məntəqələrində it, pişik və yırtıcı heyvan saxlama qaydalarının pozulmasına görə—

vətəndaşlar minimum əmək haqqı məbləğinin yarısınadək, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin bir mislinədək cərimə edilir.

Vətəndaşların sağlamlığına və ya əmlakına zərər dəyməsinə səbəb olmuş eyni pozuntulara görə—

vətəndaşlar minimum əmək haqqı məbləğinin bir mislinədək, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin iki mislinədək cərimə edilir.

Maddə 106. Vətəndaşların şəxsi təsərrüfatlarında və fermalarda xəzli heyvan saxlama qaydalarının pozulması

Vətəndaşların şəxsi təsərrüfatlarında xəzli heyvan saxlama qaydalarının pozulmasına görə—

vətəndaşlar minimum əmək haqqı məbləğinin yarısınadək cərimə edilir.

Mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatların fermalarında xəzli heyvan saxlama qaydalarının pozulmasına görə—

vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin iki mislinədək cərimə edilir.

Maddə 107. Heyvanlarla amansız rəftar                                        

heyvanlarla amansız rəftar nəticəsində onların tələf və ya şikəst olmasına, habelə heyvanlara əzab verilməsinə görə—

vətəndaşlar minimum əmək haqqı məbləğinin bir mislinədək cərimə edilir”.

7.    Məcəllənin on ikinci fəsli bu cür adlandırılsın: “Ticarət, maliyyə və vergi sahəsində inzibati hüquqpozmalar”.

8.    Məcəllənin 162, 162-1-ci maddələri aşağıdakı redaksiyada verilsin:

“Maddə 162. Sahibkarlıq fəaliyyəti ilə məşğul olma və vergi uçotu qaydalarını pozma

Qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçmədən və lisenziya almadan sahibkarlıqla məşğul olmağa görə—

vətəndaşlar məşğul olduqları sahibkarlıq fəaliyyəti üçün müəyyən edilmiş lisenziyanın bir illik məbləğində cərimə edilir.

Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş pozuntunu il ərzində təkrar törətməyə görə—

lisenziyanın iki illik məbləğində cərimə qoyulur.

Vergi uçotu qaydalarının pozulmasına görə—

hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlar minimum əmək haqqının beş misli məbləğində, vəzifəli şəxslər iki aylıq vəzifə maaşı məbləğində cərimə edilir.

Maddə 162-1. Gəlirin azaldılması, gəlir haqqında deklarasiya təqdim edilməməsi

Gəlirin azaldılmasına və uçotunun olmamasına (sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almış şəxslər istisna olmaqla), yaxud onun müəyyən edilmiş qaydaları pozmaqla aparılmasına, gəlir haqqında deklarasiyanın təqdim edilməməsinə və ya əyyən olunmuş müddətdə təqdim edilməməsinə, yaxud deklarasiyaya təhrif edilmiş məlumatlar daxil edilməsinə görə—

vətəndaşlar iki aylıq gəlir məbləğində cərimə edilir.

İnzibati tənbeh verildikdən sonra il ərzində təkrar törədilmiş eyni hərəkətlərə görə—

beş aylıq gəlir məbləğində cərimə qoyulur”.

9. Məcəlləyə aşağıdakı məzmunda 162-2, 162-3, 162-4-cü maddələr əlavə edilsin:

“Maddə 162-2. Mənfəətin gizlədilməsi (azaldılması, vergi tutma obyektlərinin uçota alınmaması, dövlət qiymət intizamının pozulması

Mənfəətin (gəlirin) gizlədilməsinə (azaldılmasına), yaxud vergitutma və ya digər icbari ödənişlərə cəlbetmə obyektlərinin uçota alınmamasına, habelə dövlət qiymət intizamının pozulmasına görə—

vəzifəli şəxslər iki aylıq vəzifə maaşı məbləğində cərimə edilir.

İnzibati tənbeh verildikdən sonra il ərzində təkrar törədilmiş eyni hərəkətlərə görə—

beş aylıq vəzifə maaşı məbləğində cərimə qoyulur.

Maddə 162-3. Vergilərin düzgün hesablanmaması, tutulmaması, köçürülməməsi, mühasibat uçotunun aparılmaması və ya təhrif edilməsi

Vergilərin və digər icbari ödənişlərin düzgün hesablanmamasına, vətəndaşların gəlirindən vergilərin düzgün tutulmamasına, tutulmuş məbləğlərin vaxtında köçürülməməsinə, habelə mühasibat uçotunun aparılmamasına, yaxud müəyyən edilmiş qaydaları pozmaqla aparılmasına və mühasibat hesabatlarının təhrif edilməsinə görə—

vəzifəli şəxslər iki aylıq vəzifə maaşı məbləğində cərimə edilir.

İnzibati tənbeh verildikdən sonra il ərzində təkrar törədilmiş eyni hərəkətlərə görə—

beş aylıq vəzifə maaşı məbləğində cərimə qoyulur.

 

Maddə 162-4 Mühasibat hesabatlarının, ödəniş sənədlərinin, dövlət qiymət intizamı ilə əlaqədar sənədlərin təqdim edilməməsi

Mühasibat hesabatlarının və balanslarının, ödəniş sənədlərimin, vergi haqq-hesablarının, deklarasiyaların, vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi, dövlət qiymət intizamı ilə bağlı olan digər sənədlərin təqdim edilməməsinə, vaxtında, yaxud müəyyənləşdirilmiş forma üzrə təqdim edilməməsinə görə—

vəzifəli şəxslər iki aylıq vəzifə maaşı məbləğində cərimə edilir.

İnzibati tənbeh verildikdən sonra il ərzində təkrar törədilmiş eyni hərəkətlərə görə—

beş aylıq vəzifə maaşı məbləğində cərimə qoyulur”.

10.  Məcəllənin 163-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

“Maddə 163. Xüsusi icazə alınması tələb olunan və ya qadağan edilmiş fəaliyyətlə məşğul olma

Müəssisənin xüsusi icazə (lisenziya) alınması tələb olunan fəaliyyətlə belə icazə almadan məşğul olmasına görə—

vəzifəli şəxslər iki aylıq vəzifə maaşı məbləğində cərimə edilir.

İnzibati tənbeh verildikdən sonra il ərzində təkrar törədilmiş eyni hərəkətə görə—

vəzifəli şəxslər on aylıq vəzifə maaşı məbləğində cərimə edilir.

Qadağan edilmiş, yaxud xüsusi icazə (xüsusi lisenziya) alınması tələb olunan fəaliyyətlə belə icazə almadan məşğul olmağa görə—

vətəndaşlar minimum əmək haqqının on beş misli məbləğində cərimə edilir.

Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş pozuntunu il ərzində təkrar törətməyə görə—

minimum əmək haqqının otuz misli məbləğində cərimə qoyulur”.

11.  Məcəlləyə aşağıdakı məzmunda 163-1, 163-2, 163-3-cü maddələr əlavə edilsin:

“Maddə 163-1. Xammalın, hazır məhsulun və digər sərvətlərin uçotdan gizlədilməsi

Xammal, material, yarımfabrikat, hazır məhsul və başqa sərvətlərin, habelə pul vəsaitinin uçotdan gizlədilməsinə və ya qaydaları pozmaqla uçota alınmasına görə—

vəzifəli şəxslər iki aylıq vəzifə maaşı məbləğində, vətəndaşlar minimum əmək haqqının üç misli məbləğində cərimə edilir.

İnzibati tənbeh tədbirləri tətbiq edildikdən sonra il ərzində təkrar törədilmiş eyni hərəkətlərə görə—

vəzifəli şəxslər beş aylıq vəzifə maaşı məbləğində, vətəndaşlar minimum əmək haqqının beş misli məbləğində cərimə edilir.

Maddə 163-2. Valyuta hesablarının açılması və valyuta vəsaitinin saxlanması qaydalarının pozulması

Valyuta hesablarının açılması və valyuta vəsaitinin saxlanması qaydalarının pozulmasına görə—

vəzifəli şəxslər iki aylıq vəzifə maaşı məbləğində çərimə edilir.

İnzibati tənbeh verildikdən sonra il ərzində təkrar törədilmiş hərəkətlərə görə—

beş aylıq vəzifə maaşı məbləğində cərimə qoyulur.

Maddə 163-3. Dövlət vergi müfəttişliklərinin vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi

Dövlət vergi müfəttişliklərinin və onların vəzifəli şəxslərinin qanunla nəzərdə tutulmuş vəzifə səlahiyyətinin yerinə yetirilməsi ilə əlaqədar tələblərinin yerinə yetirilməməsinə görə—

vəzifəli şəxslər iki aylıq vəzifə maaşı məbləğində, vətəndaşlar minimum əmək haqqının üç misli məbləğində cərimə edilir”.

12.  Məcəllənin 226-cı maddəsi aşağıdakı redaksiyada verilsin;

Maddə 226. Dövlət baytarlıq nəzarəti orqanları

Dövlət baytarlıq nəzarəti orqanları bu Məcəllənin 104, 105, 106, 107-ci maddələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar, haqqında işlərə baxırlar.

İnzibati hüquqpozmalar haqqında işlərə dövlət baytarlıq nəzarəti orqanları adından baxmağa və inzibati tənbeh etməyə aşağıdakıların ixtiyarı vardır:

Azərbaycan Respublikasının Baş dövlət baytar inspektoru və onun müavinləri—vətəndaşları minimum əmək haqqı məbləğinin bir mislinədək, vəzifəli şəxsləri minimum əmək haqqı məbləğinin üç mislinədək cərimə etmək;

Naxçıvan Muxtar Respublikasının, Bakı şəhərinin baş dövlət baytar inspektorları, dəmiryollarının və hövzələrin baş dövlət baytar inspektorları—vətəndaşları minimum əmək haqqı məbləğinin yarısınadək, vəzifəli şəxsləri minimum əmək haqqı məbləğinin iki mislinədək cərimə etmək;

şəhərlərin, rayonların dövlət baytar inspektorları, sərhəd baytarlıq nəzarəti məntəqələrinin rəisləri, dezinfeksiya—yuyub-təmizləmə stansiyalarında və məntəqələrində baytarlıq nəzarəti rəisləri, sahə baytarlıq müalicəxanalarının, baytarlıq sahələrinin müdirləri, nəqliyyat baytarlıq-sanitariya sahələrinin rəisləri, baytarlıq-sanitariya ekspertizası laboratoriyalarının müdirləri—vətəndaşları minimum əmək haqqı məbləğinin iyirmidə bir hissəsinədək, vəzifəli şəxsləri minimum əmək haqqı məbləğinin onda bir hissəsinədək cərimə etmək.

Dövlət baytarlıq nəzarəti orqanlarının vəzifəli şəxsləri aşağıdakı yerlərdə cərimə tuta bilərlər:

1)     bazarlarda—heyvan (o cümlədən quş, balıq, arı), heyvanlardan alınan məhsul və xammal, digər yeyinti məhsulları ticarətinin baytarlıq-sanitariya qaydalarının pozulmasına görə;

2)     dəmir yolu, su və hava nəqliyyatında, şose və torpaq yollarda, heyvanların sürüldüyü yollarda—heyvanların (o cümlədən quşların, balıqların və arılarım), heyvanlardan alınan məhsulların və xammalın daşınmasının baytarlıq-sanitariya qaydalarının, habelə mal-qaranın sürülməsi qaydalarının pozulmasına görə;

3)     dövlət sərhədində—respublikanın ərazisini digər dövlətlərdən yoluxa biləcək heyvan xəstəliklərindən ,(o cümlədən quş, balıq, arı xəstəliklərindən) qorumaq haqqında baytarlıq-sanitariya qaydalarının pozulmasına görə”.

13.  Məcəlləyə aşağıdakı məzmunda 230-1-ci maddə əlavə edilsin:

”Maddə 230-3. Dövlət torpaq orqanları

Torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanlar bu məcəllənin 99-1 maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.

İnzibati hüquqpozmalar haqqında işlərə torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanlar adından baxmağa və inzibati tənbeh etməyə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi sədrinin və onun müavinlərinin ixtiyarı vardır».

14.     Məcəlləyə aşağıdakı məzmunda 233-1-ci maddə əlavə edilsin:

“Maddə 233-1. Dövlət vergi xidməti orqanları

Dövlət vergi xidməti orqanları bu Məcəllənin 162, 162-1, 162-2, 162-3, 162-4, 163, 163-1, 163-2, 163-3-cü maddələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.

İnzibati hüquqpozmalar haqqında işlərə dövlət vergi xidməti orqanları adından baxmağa və tənbeh etməyə dövlət vergi müfəttişlikləri rəislərinin ixtiyarı vardır”.

15.  Məcəllənin 208-ci maddəsinin birinci və ikinci hissəsindən “105, 106, 107, 162, 162-1 163” rəqəmləri, 209-cu maddəsindən “106, 107”, 299-cu maddəsindəki “162, 163” rəqəmləri çıxarılsın.

16.  134-cü maddənin birinci hissəsinin 5-ci bəndində, üçüncü hissəsinin birinci, ikinci, üçüncü, dördüncü, beşinci bəndlərində və dördüncü hissəsində “bir manat”, “iki manat” və “üç manat” sözləri “minimum əmək haqqı məbləğinin iyirmidə biri miqdarında” sözləri ilə;

127-ci maddənin birinci hissəsində, 133-cü maddənin birinci və üçüncü hissəsində, 134-cü maddənin birinci hissəsinin birinci və üçüncü bəndlərində və beşinci hissəsində “beş manat” sözləri “minimum əmək haqqı məbləğinin iyirmidə bir miqdarında” sözləri ilə;

118-1, 167, 168-ci maddələrdə, 142-ci maddənin ikinci hissəsində, 109, 115-ci maddələrin ikinci və dördüncü hissələrində, 99-cu maddənin dördüncü hissəsində, 108-ci maddənin beşinci hissəsində “beş manatadək” sözləri “minimum əmək haqqı məbləğinin iyirmidə biri miqdarınadək” sözləri ilə;

42, 69, 71, 72, 75, 76, 77, 78, 100, 101, 109-1, 114-1, 117, 138, 145, 151, 155, 187, 188, 189, 191, 192, 194, 199-cu maddələrdə, 43, 79, 109, 114, 115, 118, 190, 200, 201-ci maddələrin birinci hissəsində, 108-ci maddənin birinci, ikinci və dördüncü hissəsində, 132-ci maddənin birinci, ikinci və üçüncü hissəsində, 133-cü maddənin ikinci hissəsində, 99-cu maddənin üçüncü hissəsində, 156-cı maddənin birinci hissəsində, 224-cü maddənin ikinci hissəsinin birinci və ikinci bəndlərində, 229-cu maddənin ikinci hissəsində, 218-ci maddənin ikinci hissəsinin birinci və ikinci bəndlərində, 219-cu maddənin ikinci hissəsinin ikinci bəndində, 227-ci maddənin ikinci hissəsində “on manatadək” sözləri “minimum əmək haqqı məbləğinin onda biri miqdarınadək” sözləri ilə;

120-ci maddənin birinci hissəsində, 119-cu maddənin birinci və ikinci hissəsində, 134-cü maddənin birinci hissəsinin ikinci, dördüncü bəndlərində “on manat” sözləri “minimum əmək haqqı məbləğinin onda biri miqdarında” sözləri ilə;

224, 225, 134-cü maddələrin ikinci hissəsində “iyirmi manatadək” sözləri “minimum əmək haqqı məbləğinin onda ikisi miqdarınadək” sözləri ilə;

139, 169-cu maddələrdə, 154-cü maddənin ikinci hissəsində “otuz manatdan yüz manatadək” sözləri “minimum əmək haqqı məbləğinin onda üçü miqdarından minimum əmək haqqı məbləğinin bir mislinədək” sözləri ilə;

170-ci maddənin birinci hissəsində, 171-ci maddənin ikinci və dördüncü hissəsində “otuz manatdan əlli manatadək” sözləri “minimum əmək haqqı məbləğinin onda üçü miqdarından minimum əmək haqqı məbləğinin yarısınadək” sözləri ilə;

153, 158, 170-ci maddələrdə, 152, 170-ci maddələrin ikinci hissəsində, 171-ci maddənin üçüncü hissəsində “əlli manatdan yüz manatadək” sözləri “minimum əmək haqqı məbləğinin yarısından minimum əmək haqqı məbləğinin bir mislinədək” sözləri ilə;

111, 114-1, 137, 166-cı maddələrdə, 108, 114, 115-ci maddələrin birinci hissəsində, 108, 114, 132, 181, 199-2, 199-3, 199-4, 199-5-ci maddələrin ikinci hissəsində, 108, 199-6-cı maddələrin üçüncü hissəsində “iyirmi manatdan əlli manatadək” sözləri “minimum əmək haqqı məbləğinin onda ikisi miqdarından minimum əmək haqqı məbləğinin yarısınadək” sözləri ilə;

95, 111, 164, 174, 176, 177-ci maddələrdə, 43, 110, 112, 154, 183-cü maddələrin birinci hissəsində, 43, 110, 118, 200, 201-ci maddələrin ikinci hissəsində, 193-cü maddənin üçüncü və dördüncü hissəsində “on manatdan əlli manatadək” sözləri “minimum əmək haqqı məbləğinin onda biri miqdarından minimum əmək haqqı məbləğinin yarısınadək” sözləri ilə;

95, 102-2, 161-ci maddələrdə “iyirmi manatdan yüz manatadək” sözləri “minimum əmək haqqı məbləğinin onda ikisi miqdarından minimum əmək haqqı məbləğinin bir mislinədək” sözləri ilə;

113-cü maddədə, 156-2, 157-ci maddələrin ikinci hissəsində “yüz manatdan iki yüz manatadək” sözləri “minimum əmək haqqı məbləğinin bir mislindən minimum əmək haqqı məbləğinin iki mislinədək” sözləri ilə;

180-1-ci maddədə, 159, 173-2, 173-3-cü maddələrin ikinci hissəsində “iki yüz manatadək” sözləri “minimum əmək haqqı məbləğinin iki mislinədək” sözləri ilə;

124, 130-cu maddələrin birinci hissəsində, 122-ci maddənin birinci və ikinci hissəsində, 119-cu maddənin dördüncü hissəsində “iki yüz manat” sözləri “minimum əmək haqqı məbləğinin iki misli miqdarında” sözləri ilə;

125-ci maddənin birinci hissəsində və 124-cü maddənin ikinci hissəsində, 122-ci maddənin üçüncü hissəsində “beş yüz manat” sözləri “minimum əmək haqqı məbləğinin beş misli miqdarında” sözləri ilə;

121-ci maddədə, 130-cu maddənin birinci hissəsində, 123, 127, 152-ci maddələrin ikinci hissəsində, 120-ci maddənin ikinci və üçüncü hissəsində “əlli manat” sözləri “minimum əmək haqqı məbləğinin yarısı miqdarında” sözləri ilə;

193-cü maddənin ikinci hissəsində “on manatdan yüz manatadək” sözləri minimum əmək haqqı məbləğinin onda biri miqdarından minimum əmək haqqı məbləğinin bir mislinədək” sözləri ilə;

175-2-ci maddənin birinci hissəsində “üç yüz manatadək” sözləri “minimum əmək haqqı məbləğinin üç mislinədək” sözləri ilə;

102-ci maddənin ikinci hissəsində “beş manatdan on manatadək” sözləri “minimum əmək haqqı məbləğinin iyirmidə biri miqdarından minimum əmək haqqı məbləğinin onda biri miqdarınadək” sözləri ilə;

182, 185-ci maddələrdə, 184-cü maddənin birinci hissəsində “beş manatdan iyirmi manatadək” sözləri “minimum əmək haqqı məbləğinin iyirmidə biri miqdarından minimum əmək haqqı məbləğinin onda ikisi miqdarınadək” sözləri ilə;

128, 129-cu maddələrdə, 123, 157-ci maddələrin birinci hissəsində, 130-cu maddənin birinci və ikinci hissəsində “yüz manat” sözləri “minimum əmək haqqı məbləğinin bir misli miqdarında” sözləri ilə;

44, 49, 50, 51, 51-1, 59, 61, 62, 64, 65, 68, 70, 74, 80, 81, 82, 83, 85, 86, 87-1, 87-2, 87-3, 87-4, 89-1, 90, 92, 96, 97, 98, 102-1, 131, 147, 150, 174-1, 174-2, 174-3, 178, 179, 186-1, 195-ci maddələrdə, 58, 60, 63, 66, 88 156-2, 159, 173-2, 173-3, 175-1, 180-ci maddələrin birinci hissəsində, 58, 60, 63, 66, 79, 88, 91, 99, 116, 149-1, 220-1, 213, 219, 227, 229-cu maddələrin ikinci hissəsində, 58-ci maddənin üçüncü hissəsində “yüz manatadək sözləri “minimum əmək haqqı məbləğinin bir mislinədək” sözləri ilə;

171-ci maddənin birinci hissəsində, 102-ci maddənin ikinci hissəsində “iyirmi manatdan otuz manatadək” sözləri “minimum əmək haqqı məbləğinin onda ikisi miqdarından minimum əmək haqqı məbləğinin onda üçü miqdarınadək” sözləri ilə;

165-ci maddədə, 181-ci maddənin birinci hissəsində, 184-cü maddənin ikinci hissəsində “on manatdan otuz manatadək” sözləri “minimum əmək haqqı məbləğinin onda biri miqdarından minimum əmək haqqı məbləğinin onda üçü miqdarınadək” sözləri ilə;

199-2, 199-3, 199-4, 199-5-ci maddələrin birinci hissəsində, 199-6-cı maddənin birinci və ikinci hissəsində “on manatdan iyirmi manatadək” sözləri “minimum əmək haqqı məbləğinin onda biri miqdarından minimum əmək haqqı məbləğinin onda ikisi miqdarınadək” sözləri ilə;

94-cü maddədə, 99-cu maddənin birinci hissəsində, 213-cü maddənin ikinci hissəsində “iyirmi beş manatadək” sözləri “minimum əmək haqqı məbləğinin onda ikisi miqdarınadək” sözləri ilə;

169-2-ci maddədə “yüz manatdan üç yüz manatadək” sözləri “minimum əmək haqqı məbləğinin bir mislindən minimum əmək haqqı məbləğinin üç mislinədək” sözləri ilə;

175-4, 175-5-ci maddələrdə, 175-2, 125-ci maddələrin ikinci hissəsində, 124-cü maddənin üçüncü hissəsində “min manat” sözləri “minimum əmək haqqı məbləğinin on misli miqdarında” sözləri ilə;

102-ci maddənin üçüncü hissəsində “on manatdan iyirmi manatadək” sözləri “minimum əmək haqqı məbləğinin onda biri miqdarından minimum əmək haqqı məbləğinin onda ikisi miqdarınadək” sözləri ilə, “qırx manatdan əlli manatadək” sözləri “minimum əmək haqqı məbləğinin yarısınadək” sözləri ilə;

175-3-cü maddədə “on min manatadək” sözləri “minimum əmək haqqı məbləğinin otuz mislinədək” sözləri ilə;

41, 42, 45, 49, 50, 51, 51-1, 52-1, 55, 56, 64, 65, 67, 68, 69, 71, 72, 73, 75, 76, 77, 78, 85, 86, 87, 87-1, 87-2, 87-3, 87-4, 89-1, 90, 93, 94, 98-1, 101, 104-1, 141, 141-1, 143, 145, 146, 148, 149, 150, 151, 155, 156-1, 160, 169-1, 173-1, 175, 178, 186, 194, 195, 197, 198, 202-ci maddələrdə, 58, 60, 63, 66, 79, 88, 91, 99, 135, 142, 149-1, 193-cü maddələrin birinci hissəsində, 66, 79, 88, 99, 116, 136, 144, 175-1, 180, 190, 213, 218, 219, 220, 224, 227, 229-cu maddələrin ikinci hissəsində, 110-cu maddənin üçüncü hissəsində “əlli manatadək” sözləri “minimum əmək haqqı məbləğinin yarısınadək” sözləri ilə;

213-cü maddədə, 229-cu maddənin ikinci hissəsində “qırx manatadək” sözləri “minimum əmək haqqı məbləğinin yarısınadək” sözləri ilə, “doxsan manatadək” və “səksən manatadək” sözləri “minimum əmək haqqı məbləğinin bir mislinədək” sözləri ilə;

220-1-ci maddənin ikinci hissəsində “iki yüz manatadək” sözləri “minimum əmək haqqı məbləğinin iki mislinədək” sözləri ilə;

47, 84, 100, 141, 141-1, 146, 148, 173, 175, 196-cı maddələrdə, 110, 116, 144, 152-ci maddələrin birinci hissəsində, 43, 110, 112, 118, 130, 135, 136, 219, 220, 224, 225, 227, 229-cu maddələrin ikinci hissəsində, 119-cu maddənin üçüncü hissəsində, 110-cu maddənin dördüncü hissəsində “otuz manatadək” sözləri «minimum əmək haqqı məbləğinin onda üçü miqdarınadək» sözləri ilə;

52-ci maddədə “iyirmi manatdan iki yüz manatadək” sözləri “minimum əmək haqqı məbləğinin onda ikisi miqdarından minimum əmək Haqqı məbləğinin iki mislinədək” sözləri ilə;

212-ci maddənin ikinci hissəsinin birinci bəndində, 214, 215, 216-cı maddələrin üçüncü hissəsində “iyirmi manatdan artıq olmayaraq” sözləri “minimum əmək haqqı məbləğinin onda ikisi miqdarından artıq olmayaraq” sözləri ilə əvəz edilsin.

 Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

 

Bakı şəhəri, 18 avqust 1992-ci il.

                   № 273.