Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulunun təyin edilməsi və Baş konsulluğun fəaliyyətinin təşkili haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 121-4-cü maddəsinin 12-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının xarici işlər nazirinin təqdimatını nəzərə alaraq qərara alıram:

1. Abbas Abdulla oğlu Acalov Türkiyə Respublikasının İstambul şəhərində Azərbaycan Respublikasının Baş konsulu təyin edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırıl-sın ki, bir ay müddətində Baş konsulluğun fəaliyyətinin təminatı ilə bağlı maliyyə və maddi-texniki təchizat məsələlərini həll etsin.

3. Azərbaycan Respublikasının xarici işlər nazirinə tapşırılsın ki, bir ay müddətində Baş konsulluğun ştat cədvəlini təsdiq etsin, diplomatik və texniki heyətini təyin etsin.

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

 

Bakı şəhəri, 7 avqust 1992-ci il.

№ 114.