Azərbaycan Respublikasında
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının
yaradılması haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan
Respublikasının ali və orta ixtisas təhsili
məktəblərində qəbul imtahanlarını
mərkəzləşdirilmiş qaydada keçirmək
məqsədilə qərara alıram:
1.
Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası yaradılsın.
2.
Vurğun Əliş oğlu Əyyubov Azərbaycan
Respublikasında Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının sədri təyin edilsin.
3.
Azərbaycan Respublikasında Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının
maliyyə və təşkilat məsələlərinin
həll edilməsi Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın.
Azərbaycan
Respublikasının Prezidenti
Əbülfəz
ELÇİBƏY.
Bakı
şəhəri, 21 iyul 1992-ci il.
¹ 74.