Ədliyyə polkovniki N. İ. İbrahimovun
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin
müavini seçilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ
MƏCLİSİNİN QƏRARI
Azərbaycan
Respublikası Konstitusiyasının (Əsas Qanununun) 104-cü
maddəsinin 12-ci bəndinə və Azərbaycan
Respublikasının məhkəmə quruluşu haqqında
Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə müvafiq
olaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara
alır:
Ədliyyə
polkovniki Nazim İbrahim oğlu İbrahimov Azərbaycan
Respublikası Ali Məhkəməsi sədrinin müavini seçilsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
İ. QƏMBƏROV.
Bakı
şəhəri, 9 iyun 1992-ci il.
№ 155.