Hərbi qulluqçuların pensiya təminatı
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu
Qanun Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanlarının zabit heyəti, gizirləri, miçmanları və müddətindən
artıq xidmət hərbi qulluqçuları, habelə müvafiq icra hakimiyyəti
orqanlarının sıravi və rəis
heyəti*, onların ailələri
üçün Azərbaycan Respublikasının ərazisində
vahid dövlət pensiyaları sistemini müəyyən edir. [1]
Qanun
dolanacaq xərcləri dəyişdikcə pensiya məbləğlərinin
də müntəzəm surətdə dəyişdirilməsi
yolu ilə pensiyaçıların sosial müdafiəsinə
təminat verir.
I. ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Pensiya təminatı hüququ
Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti
orqanlarının, başqa hərbi
birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən
artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti
orqanlarının sıravi və rəis
heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində
hərbi xidmət və orqanlarda xidmət etdikdə
ömürlük pensiya hüququna malik olurlar. [2]
Bu
Qanunda nəzərdə tutulan şəraitdə əlil
olmuş hərbi qulluqçular əlilliyə görə
pensiya almaq hüququna malikdirlər.
Hərbi
qulluqçular həlak olduqda və ya vəfat etdikdə
onların ailələri ailə başçısını
itirməyə görə pensiya almaq hüququna malikdirlər.
Müddətli
xidmət hərbi qulluqçularının və onların
ailə üzvlərinin pensiya təminatı qaydası “Vətəndaşların
pensiya təminatı haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilir.
Başqa
dövlətlərin Azərbaycan Respublikası ərazisində
daimi yaşayan hərbi qulluqçuları pensiya almaq
üçün zəruri olan stajın üçdə iki
hissəsini Azərbaycan Respublikasının ərazisində
toplamışlarsa, pensiya təminatı hüququna malikdirlər.
Bu zaman keçmiş SSRİ respublikalarının ərazisində
1992-ci il yanvarın 1-dək olan xidmət dövrü nəzərə
alınır.
Maddə 2. Pensiya təminatının
şərtləri
Pensiya
təminatı hüququ olan hərbi qulluqçulara pensiya
onlar hərbi xidmətdən buraxıldıqdan sonra bu Qanuna
müvafiq surətdə təyin edilir və ödənilir.
Hərbi
qulluqçulara əlilliyə görə pensiyalar, onların
ailələrinə isə ailə
başçısını itirməyə görə
pensiyalar xidmət müddətindən asılı olmayaraq təyin
edilir.
Maddə 3. Hərbi qulluqçular və onların ailələri ilə
bərabər pensiya almaq hüququna malik olan şəxslər
Partizan
dəstələrində və birləşmələrində
zabit heyəti vəzifələrinə uyğun komandir vəzifələri
tutmuş şəxslərin və onların ailələrinin
pensiya təminatı, zabit heyəti və onların ailələri
üçün bu Qanunda müəyyən edilmiş əsaslarla
həyata keçirilir.
(Çıxarılıb)
[3]
Maddə 4. Hərbi
qulluqçulara və onların ailələrinə
pensiya təyin edilməsi
Hərbi
qulluqçulara və onların ailələrinə (öz
arzusu ilə) “Vətəndaşların pensiya təminatı
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş şərtlərlə və
normalar üzrə pensiyalar təyin edilə bilər. Həm də
pensiya hesablanarkən əmək haqqı ilə bərabər
hərbi qulluqçunun xidmətdən buraxılmazdan əvvəl
aldığı təminat xərcliyinin bütün növləri
nəzərə alınır.
Fəhlə
və qulluqçuların əmək haqqına əmsalların
müəyyən edildiyi yerlərdə xidmət edən hərbi
qulluqçular barəsində qanunvericilikdə həmin yerlərdə
işləyən şəxslər üçün müəyyən
edilmiş yaşa görə pensiya təyin olunmasının
güzəştli şərtləri tətbiq edilir.
Hərbi və ya xüsusi rütbələrdən
məhrum edilmiş hərbi qulluqçulara da pensiya “Vətəndaşların
pensiya təminatı haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş
əsaslarla təyin olunur. [4]
Maddə 5. Vəfat
etmiş
pensiyaçıların ailələri
üçün pensiyalar
Hərbi
qulluqçular sırasından vəfat etmiş
pensiyaçıların ailələri hərbi qulluqçuların
ailələri kimi ailə başçısını itirməyə
görə ümumi əsaslarla pensiya almaq hüququna malikdirlər.
Maddə 6. Pensiya seçmək
hüququ
Eyni
zamanda müxtəlif dövlət pensiyaları almaq hüququ
olan hərbi qulluqçulara və onların ailələrinə
öz arzuları ilə bir pensiya təyin edilir.
Maddə 7. Pensiya ödənilməsi üçün vəsait
Hərbi
qulluqçulara və onların ailələrinə pensiya
ödənməsi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin
edilir. [5]
(Çıxarılıb)
[6]
Maddə 8. Pensiya təminatını həyata keçirən
orqanlar
Bu
Qanun üzrə hərbi qulluqçuların pensiya təminatını
müvafiq icra hakimiyyəti
orqanları həyata
keçirirlər. [7]
Maddə 9.
Pensiyalara xüsusi xidmətlərə görə əlavələr [8]
Azərbaycanın
Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı
adlarına layiq görlmüş, "İstiqlal" ordeni ilə
təltif olunmuş hərbi qulluqçuların
pensiyalarının üzərinə yaşa görə
minimum pensiyanın 150 faizi məbləğində, Sosialist
Əməyi Qəhrəmanı adına layiq
görülmüş, Şöhrət ordeninin, Əmək
Şöhrəti ordeninin və ya "Silahlı Qüvvələrdə
Vətənə xidmət üçün" ordeninin hər
üç dərəcəsi ilə təltif olunmuş, habelə
Azərbaycan Respublikası qarşısında xidmətlərinə
görə fəxri ada, o cümlədən daxili işlər
və təhlükəsizlik orqanlarının fəxri
adlarına layiq görülmüş hərbi
qulluqçuların pensiyaları üzərinə yaşa
görə mininmum pensiyanın 50 faizi məbləğində
əlavə hesablanır.
Maddə 10. Müavinətlərin ödənməsi
Xidmətdən
buraxılan hərbi qulluqçulara, müvafiq kateqoriyalı hərbi
qulluqçuların ailələrinə və ailə
başçısını itirmiş hərbi qulluqçu
ailələrinə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müəyyən etdiyi qaydada və məbləğdə
müavinətlər ödənir.
Maddə 11. Pensiyaçılara sosial yardım
Naxçıvan
Muxtar Respublikasının qanunvericiliyi ilə, rayon (şəhər)
icra hakimiyyəti orqanlarının, müəssisə, idarə
və təşkilatların müdriyyətinin və əmək
kollektivlərinin qərarları ilə “Vətəndaşların
pensiya təminatı haqqında” Azərbaycan Respublikası
Qanununun onlara verdiyi hüquqlar daxilində müvafiq büdcələrin, əmək
haqqı fondlarının vəsaiti hesabına bu Qanuna
uyğun olaraq təyin edilmiş pensiyalara əlavələr,
hərbi qulluqçular sırasından pensiyaçılar və
onların ailələri üçün əlavə maddi təminat
növləri və güzəştlər müəyyən
edilə bilər. [9]
II. XİDMƏT İLLƏRİNƏ GÖRƏ PENSİYALAR
Maddə 12. Pensiyaların təyin
edilməsi şərtləri
Xidmət
illərinə görə pensiya hüququna
aşağıdakılar malikdirlər:
a) xidmətdən buraxılanadək 20 təqvim
ili və daha çox hərbi
xidmət və ya orqanlarda xidmət etmiş hərbi
qulluqçular; [10]
b) xidmətdən yaşa görə
buraxılmış 25 təqvim ili və daha çox ümumi
iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi
xidmətdə və ya orqanlarda xidmətdə
keçirmiş şəxslər; [11]
v) xidmətdən xəstəliyinə və ya səhhətinin
məhdud imkanlarına, habelə ştatların ixtisarına
görə buraxılmış və
buraxıldığı gün 45 yaşı, 25 ,təqvim ili və daha çox ümumi
iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi
xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər;
q) hərbi xidmətdə ,və ya orqanlarda xidmətdə 15 il iş stajı
olan və Çernobıl AES-də qəzanın nəticələrinin
aradan qaldırılması işlərində
köçürmə zonasında iştirak etmiş hərbi
qulluqçular.
Maddə 13. Pensiyaların məbləğləri
Xidmət
illərinə görə pensiyalar aşağıdakı məbləğlərdə
təyin olunur:
a) 20 il və daha çox xidmət etmiş hərbi
qulluqçulara (12-ci maddənin “a” bəndi) 20 il xidmət
üçün müvafiq təminat xərcliyinin (40-cı
maddə)-50 faizi, yaşına və ya xəstəliyinə
görə hərbi həkim komissiyaları tərəfindən
hərbi xidmətə yararsız sayılaraq hərbi xidmətdən
buraxılanlara isə 55 faizi; 20 ildən yuxarı xidmətin hər ili
üçün müvafiq təminat xərcliyinin—3 faizi; [12]
b) xidmətdən yaşa görə
buraxılmış 25 təqvim ili və daha çox ümumi
iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi
xidmətdə və ya orqanlarda xidmətdə
keçirmiş şəxslərə (12-ci maddənin “b” bəndi)
müvafiq təminat xərcliyinin – 50 faizi və 25 ildən
yuxarı xidmətin hər ili üçün müvafiq təminat
xərcliyinin 1 faizi;[13]
v) xidmətdən xəstəliyinə və ya səhhətinin
məhdud imkanlarına, habelə ştatların ixtisarına
görə buraxılmış və
buraxıldığı gün 45 yaşı, 25 təqvim ili
və daha çox ümumi iş stajı olan, bu stajın
azı 12 il 6 ayını hərbi xidmətdə və ya
orqanlarda xidmətdə keçirmiş şəxslərə
(12-ci maddənin «v» bəndi)—müvafiq
təminat xərcliyinin 55 faizi və 25 ildən yuxarı xidmətin
hər ili üçün müvafiq təminat xərcliyinin 1
faizi;
q) hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş
stajı olan və Çernobıl AES-də qəzanın
nəticələrinin aradan
qaldırılmasında iştirak etmiş hərbi
qulluqçulara (12-ci maddənin “q” bəndi)—müvafiq təminat
xərcliyinin 50 faizi və 15 ildən yuxarı xidmətin hər
ili üçün müvafiq təminat xərcliyinin 3 faizi.
ğ)
Bu maddədə
göstərilən qaydada hesablanan pensiyaların maksimum məbləği
pensiyanın müəyyən olunması üçün əsas
götürülən təminat xərcliyindən artıq
ola bilməz. [14]
Maddə 14. Pensiyanın minimum məbləği
20
il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət
etməyə görə (xidmət illərinə görə)
pensiyanın minimum məbləği Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilən
minimum əmək haqqının 150 faizi məbləğində
təyin edilir.
Maddə 15. Xidmət illərinə görə pensiyaya əlavələr
Xidmət
illərinə görə hərbi qulluqçuların
pensiyaları (o cümlədən minimum məbləğdə
hesablanmış pensiyalar) üzərinə
aşağıdakı əlavələr hesablanır:
a) öhdəsində ailə
başçısını itirməyə görə pensiya
ilə təmin edilməli şəxslərə aid edilən əmək
qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən pensiyaçılara - ailənin əmək
qabiliyyəti olmayan hər bir üzvü üçün “Vətəndaşların
pensiya təminatı haqqında” Azərbaycan Respublikası
Qanununda müəyyən edilmiş yaşa görə
pensiyanın minimum məbləğinin 50 faizi həcmində
bu halda əlavə yalnız ailənin əmək pensiyası
və ya sosial pensiya almayan üzvləri üçün
hesablanır; ailənin əmək qabiliyyəti olmayan
üzvünün eyni zamanda həm sosial pensiya almaq, həm də
xidmət illərinə görə pensiyaya əlavə almaq
hüququ varsa, pensiyaçının istəyi ilə ailə
üzvünə sosial pensiya təyin edilə bilər, yaxud
ailənin həmin üzvü üçün pensiyaya əlavə
hesablana bilər;
b) 75 yaşına çatmış tənha
pensiyaçılara – onlara qulluq üçün yaşa
görə minimum pensiyanın 50 faizi məbləğində;
v) müharibə əlillərinə və
iştirakçılarına:
I qrup əlillərə—yaşa
görə minimum pensiyanın 300 faizi məbləğində,
II qrup əlillərə—yaşa görə
minimum pensiyanın 250 faizi məbləğində,
III qrup əlillərə—yaşa görə
minimum pensiyanın 150 faizi məbləğində;
q) döyüşən ordunun tərkibində,
partizan dəstələrində xidmət etmiş, beynəlmiləlçilik
borcunun yerinə yetirilməsi ilə bağlı
döyüş əməliyyatlarında iştirak etmiş hərbi
qulluqçular sırasından olan müharibə
iştirakçılarına—yaşa görə minimum
pensiyanın 100 faizi məbləğində.
Bu
maddənin “a”, “b”, “v” bəndlərində nəzərdə
tutulmuş əlavələr eyni vaxtda hesablana bilər.
Maddə 16. Xidmət illərinin hesablanması
Bu
Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin
edil-məsi üçün xidmət illərinin
hesablanması qaydasını Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Döyüş şəraitində
döyüş əməliyyatlarında iştirak edən hərbi
qulluqçuların bir xidmət ili iki xidmət ili kimi
hesablanır. Döyüş şəraitində
döyüş əməliyyatlarında iştirak edən hərbi
qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi
hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı
əsasında həyata keçirilir. Bu halda həmin qərarda
döyüş şəraitinin davam etdiyi müddət
göstərilməlidir. [15]
III. ƏLİLLİYƏ
GÖRƏ PENSİYALAR
Maddə 17. Pensiyaların təyin edilməsi şərtləri
Əlil
olmuş hərbi qulluqçulara əlilliyə görə
pensiyalar, əlillik onların xidmət etdiyi dövrdə və
ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq
üz verdikdə, yaxud əlillik bu müddətdən sonra,
lakin xidmət dövründə alınmış yara,
kontuziya, zədə və ya xəstəlik nəticəsində
üz verdikdə təyin edilir.
Maddə 18. Əlilliyin müəyyən edilməsi
Əlilliyin
qrupları və səbəbləri, habelə onun üz
verdiyi vaxt həkim—əmək ekspert komissiyaları haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi
Əsasnaməyə müvafiq surətdə fəaliyyət
göstərən həkim—əmək ekspert komissiyaları tərəfindən
müəyyən edilir.
Əmək
qabiliyyətinin itirilməsi dərəcəsindən
asılı olaraq əlillər üç qrupa
bölünürlər.
Maddə 19. Əlilliyin səbəbləri
Hərbi
qulluqçular sırasından olan əlillər əlilliyin səbəblərindən
asılı olaraq aşağıdakı kateqoriyalara
bölünürlər:
a) müharibə əlilləri—əlillik hərbi
xidmət vəzifələrini (xidməti vəzifələri)
yerinə yetirərkən alınmış yara, kontuziya və
ya zədə nəticəsində, yaxud cəbhədə
olmaqla və ya döyüş
əməliyyatları aparan ölkələrdə beynəlmiləl
borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində
üz verərsə;
b) hərbi qulluqçular sırasından dikər əlillər—əlillik
hərbi xidmət vəzifələrini (xidməti vəzifələri)
yerinə yetirməklə bağlı olmayan bədbəxt
hadisə nəticəsində alınmış zədə,
yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları
aparan ölkələrdə beynəlmiləl borcu yerinə
yetirməklə bağlı olmayan xəstəlik nəticəsində
üz verərsə.
Maddə 20. Pensiyanın məbləğləri
Hərbi
qulluqçulara əlilliyə görə pensiyalar
aşağıdakı məbləğlərdə təyin
edilir:
a) I qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri
yerinə yetirərkən əlil olanlara) təminat xərcliyinin—100 faizi, II
qrup müharibə əlillərinə—80 faizi, III qrup
müharibə əlillərinə—55 faizi;
b) I qrup dikər əlillərə (o cümlədən,
xidməti vəzifələri yerinə yetirməklə
bağlı olmayan əlillərə) təminat xərcliyinin—60 faizi, II
qrup əlillərə—55 faizi, III qrup əlillərə—35
faizi.
Maddə 21. Pensiyaların minimum məbləğləri
Əlilliyə
görə pensiyaların minimum məbləğləri
aşağıdakı kimi müəyyən edilir:
a)
I və II qrup müharibə əlillərinə və xidməti
vəzifələrini yerinə yetirərkən əlil
olmuş hərbi qulluqçulara—yaşa görə minimum
pensiyanın 200 faizi, III qrup
əlillərə—yaşa görə minimum pensiyanın 150
faizi;
b)
digər əlillərə, o cümlədən xidməti vəzifələri
yerinə yetirməklə bağlı olmayan hadisə nəticəsində
əlil olmuş şəxslərə:
I
və II qrup əlillərə—yaşa görə minimum
pensiyanın 100 faizi məbləğində;
III qrup əlillərə—yaşa kərə minimum
pensiyanın 50 faizi məbləğində.
Maddə 22. Əlilliyə görə pensiyanın yaşa və
ya xidmət illərinə görə pensiya məbləğində
təyin edilməsi
Yaşa
görə pensiya təyin edilməsi üçün (o
cümlədən güzəştli şərtlərlə)
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan
Respublikası Qanunu ilə müəyyən edilmiş zəruri
iş stajına malik hərbi qulluqçular sırasından
olan I və II qrup əlillərə əlilliyə görə
pensiya müvafiq iş stajı olduqda bu Qanunda nəzərdə
tutulan yaşa görə pensiya məbləğində təyin
edilə bilər.
Xidmət
illərinə görə pensiya təyin edilməsi
üçün zəruri xidmət illərinə malik hərbi
qulluqçular sırasından olan I və II qrup əlillərə
əlilliyə görə pensiya müvafiq xidmət müddəti
olduqda xidmət illərinə görə pensiya məbləğində
təyin edilə bilər.
Maddə 23. Əlilliyə görə pensiyalara əlavələr
Hərbi
qulluqçulara əlilliyə görə təyin edilən
pensiyaların (o cümlədən müvafiq minimum məbləğdə
hesablanmış pensiyaların) üzərinə
aşağıdakı əlavələr hesablanır:
a) öhdəsində ailə
başçısını itirməyə görə pensiya
ilə təmin edilməli şəxslərə aid edilən əmək
qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən
I və II qrup əlillərə—ailənin
əmək qabiliyyəti olmayan hər üzvü
üçün “Vətəndaşların pensiya təminatı
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş yaşa görə minimum
pensiyanın 50 faizi məbləğində. Bu halda
əlavə yalnız ailənin əmək pensiyası və
ya sosial pensiya almayan üzvləri üçün
hesablanır. Ailənin əmək qabiliyyəti olmayan
üzvü üçün eyni zamanda həm sosial pensiya
almaq, həm də əlilliyə görə pensiyaya əlavə
almaq hüququ varsa, əlilin istəyi ilə ailə
üzvünə sosial pensiya təyin edilə bilər və
ya ailənin həmin üzvü üçün pensiyaya əlavə
hesablana bilər;
b) I qrup müharibə əlillərinə—onlara qulluq üçün yaşa
görə minimum pensiyanın 100 faizi məbləğində;
v) I qrup əlillərə (müharibə əlillərindən
başqa) və II qrup müharibə əlillərinə—onlara
qulluq üçün yaşa görə pensiyanın 50 faizi məbləğində;
q) əlilliyə görə pensiya alan müharibə
iştirakçılarına (müharibə nəticəsində
əlilliyə görə pensiya
alanlardan başqa)—yaşa görə pensiyanın 100
faizi məbləğində.
Maddə 24. Əlilliyə görə pensiyaların təyin
edilməsi və ödənilməsi müddətləri
Hərbi
qulluqçulara əlilliyə görə pensiya həkim—əmək
ekspert komissiyasının müəyyən etdiyi bütün əlillik
dövrü üçün, 60 yaşından yuxarı əlil
kişilərə və 55 yaşından yuxarı əlil
qadınlara isə ömürlük təyin edilir və onlar
yalnız öz ərizələrinə əsasən yenidən
müayinədən keçirilir.
Pensiya
yaşına çatmamış pensiyaçı əmək
qabiliyyətli hesab edildiyi halda ona pensiya əmək qabiliyyətli
hesab edildiyi ayın sonunadək, lakin ən çoxu əlilliyin
müəyyən edildiyi günədək ödənilir.
Maddə 25. Əlillik qrupu dəyişdikdə pensiyanın yenidən hesablanması
Pensiya
təyin edildikdən sonra əlillik qrupu dəyişdikdə
pensiyanın məbləği də dəyişir. Bu halda
müharibə əlilinin ümumi xəstəliyi, əmək
zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar
olaraq onun əlilliyi gücləndikdə əlilliyin səbəbi
saxlanmaqla pensiya yeni əlillik qrupu üzrə yenidən
hesablanır.
Maddə 26. Əlillikdə
fasilələr
zamanı pensiya ödənməsinin bərpa
olunması
Hərbi
qulluqçular sırasından olan əlil həkim—əmək
ekspert komissiyasında yenidən müayinə edilmək
vaxtını ötürdükdə ona pensiya verilməsi
dayandırılır, təkrarən əlil hesab edildikdə
isə təkrarən əlil hesab edildiyi kündən bərpa
olunur. Yenidən müayinə edilmək vaxtı
üzürlü səbəbdən ötürülübsə
pensiya həkim—əmək ekspert komissiyasının onu əlil
hesab etdiyi bütün dövr üçün ödənilir.
Həm də yenidən müayinə nəticəsində əlilə
başqa əlillik qrupu müəyyən edildikdə həmin
dövr üçün pensiya əvvəlki əlillik qrupu
üzrə ödənilir.
Maddə 27. Əvvəllər təyin edilmiş
pensiyanın bərpa olunması və yenidən təyin edilməsi
Ümumi
xəstəlik nəticəsində əlilliyə görə
əvvəllər təyin edilmiş pensiya bu şərtlə
bərpa olunur ki, müəyyən edilən əlillik müddəti
qurtardığına görə pensiya ödənilməsinin
kəsildiyi kündən beş ildən çox vaxt keçməsin.
Əlilliyə görə əvvəllər təyin
edilmiş pensiyanın başqa səbəblər nəticəsində
bərpası müddətlə məhdudlaşdırılmır.
Fasilədən
sonra yenidən əlillik üz verərsə əlilliyə
görə pensiya
(pensiyaçının istəyi ilə) ümumi əsaslarla
təyin edilə bilər.
IV. AİLƏ BAŞÇISINI İTİRMƏYƏ GÖRƏ PENSİYALAR
Maddə 28. Pensiyaların təyin
edilməsi şərtləri
Hərbi
qulluqçuların ailələrinə ailə
başçısını itirməyə görə pensiya
ailə başçısı xidmət etdiyi dövrdə və
ya xidmətdən buraxıldıqdan ən geci üç ay
keçənədək, yaxud bu müddətdən sonra, lakin
xidmət etdiyi dövrdə aldığı yara, kontuziya, zədə
və ya xəstəlik nəticəsində vəfat edibsə
təyin edilir, həmin hərbi qulluqçular
sırasından olan pensiyaçıların ailələrinə
isə ailə başçısı pensiya aldığı
dövrdə və ya pensiya ödənməsinin kəsilməsindən
5 il keçənədək vəfat edibsə təyin edilir.
həm də hərbi əməliyyatlar zamanı itkin
düşmüş hərbi qulluqçuların ailələri
cəbhədə həlak olanların ailələrinə bərabər
tutulur.
Maddə 29. Pensiya almaq hüququ olan ailə üzvləri
Vəfat
etmiş (həlak olmuş) hərbi qulluqçuların
öhdəsində olmuş əmək qabiliyyəti olmayan ailə
üzvləri ailə başçısını itirməyə
görə pensiya almaq hüququna malikdirlər.
Ailə
başçısının öhdəsində
olub-olmamasından asılı olmayaraq
aşağıdakılara pensiya təyin edilir: əmək
qabiliyyəti olmayan uşaqlara; ailə
başçısının ölümündən sonra
yaşayış üçün vəsait mənbəyini
itirmiş əmək qabiliyyəti olmayan valideynlərə və
ər-arvada; cəbhədə, yaxud döyüş əməliyyatları
aparan ölkələrdə beynəlmiləlçilik borcunu
yerinə yetirərkən həlak olmuş, habelə Azərbaycan
Respublikasının müdafiəsi zamanı həlak olmuş
hərbi qulluqçuların əmək qabiliyyəti olmayan
valideynlərinə və arvadlarına.
Ailə
başçısını itirməyə görə pensiya
almaq hüququ müəyyən edilərkən
aşağıdakılar ailənik əmək qabiliyyəti
olmayan üzvləri sayılırlar:
a) 18 yaşına çatmamış və ya həmin
yaşa çatanadək əlil olmuş 18 yaşından
yuxarı uşaqlar, qardaşlar, bacılar və nəvələr,
texniki-peşə, orta ixtisas məktəblərində və
ali təhsil məktəblərində təhsil alanlar isə
bu məktəbləri bitirənədək, lakin ən
çoxu 23 yaşına çatanadək; həm də
qardaşlar, bacılar və nəvələr əmək
qabiliyyətli valideynləri olmadıqda pensiya almaq hüququna malikdirlər;
b) ata, ana və ər(arvad) pensiya yaşına
çatıblarsa: kişilər 60 yaşına, qadınlar 55
yaşına çatıbsa, yaxud əlildirlərsə;
v) yaşından və əmək qabiliyyətindən
asılı olmayaraq ər (arvad) və ya valideynlərdən
biri, yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş
və ya həlak olmuş ailə
başçısının 8 yaşına
çatmamış uşaqlarına, qardaşlarına,
bacılarına və ya nəvələrinə baxırsa və
işləmirsə;
q) baba və nənə—qanunla onları saxlamalı şəxslər
yoxdursa həlak olmuş hərbi qulluqçuların
ayrı-ayrı kateqoriyalarının
valideynləri
və arvadları üçün Azərbaycan
Respublikasının Nazirlər Kabineti ailə
başçısını itirməyə görə pensiya
təyin olunma-sının başqa şərtlərini müəyyən
edə bilər.
Maddə 30. Öhdədə olan ailə üzvləri
Vəfat
edənin ailə üzvləri onun tam təminatında
olublarsa və ya ondan özlərinin yaşayışı
üçün daimi və əsas vəsait mənbəyi
olan kömək alıblarsa, onun öhdəsində olmuş
ailə üzvləri sayılırlar.
Vəfat
edənin köməyi yaşayışları
üçün daimi və əsas vəsait mənbəyi
olan, lakin özləri hər hansı pensiya almış ailə
üzvləri yeni pensiyaya keçmək hüququna malikdirlər.
Maddə
31. Tam dövlət təminatında olan uşaqlara pensiya
ödənməsi
Hər
iki valideynini itirmiş uşaqlara (ata-anadan yetimlərə) tam
dövlət təminatında olduqları dövrdə pensiya
tam məbləğdə ödənilir.
Tam
dövlət təminatında olan başqa uşaqlara təyin
edilmiş pensiyanın 50 faizi ödənilir.
Maddə 32. Övladlığa götürənlərin və
götürülənlərin, ögey atanın, ögey
ananın, ögey oğulun və
ögey qızın pensiya almaq hüququ
Övladlığa
götürənlər valideynlərlə bir səviyyədə,
övladlığa götürülənlər isə
doğma uşaqlarla bir səviyyədə pensiya almaq
hüququna malikdirlər.
Ailə
başçısını itirməyə görə pensiya
almaq hüququna malik olan yetkinlik yaşına çatmayanlar
övladlığa götürüldükdə də bu
hüququ saxlayırlar.
Ögey
ata və ögey ana vəfat etmiş ögey oğlu və ya
ögey qızı azı beş il tərbiyə etmiş və
ya saxlamışsa, doğma ata və ana ilə bir səviyyədə
pensiya almaq hüququna malikdirlər.
Ögey
oğul və ögey qız doğma övladlarla bir səviyyədə
pensiya almaq hüququna malikdirlər.
Maddə 33. Yeni nikah
bağlandıqda pensiyanın saxlanması
Ərin
(arvadın) ölümü ilə əlaqədar təyin
edilmiş pensiya, pensiyaçı yeni nikah bağlayanda da
saxlanılır.
Maddə 34. Pensiyaların məbləğləri
Ailə
başçısını itirməyə görə
pensiyalar aşağıdakı məbləğlərdə təyin
edilir:
a) Azərbaycan Respublikasının müdafiəsi
zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini)
yerinə yetirərkən alınmış yara, kontuziya və
ya zədə nəticəsində, yaxud cəbhədə
olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə
və ya döyüş əməliyyatları aparan ölkələrdə
beynəlmiləlçilik borcunu yerinə yetirməklə
bağlı xəstəlik nəticəsində vəfat
etmiş hərbi qulluqçuların
ailələrinə—ailənin
əmək qabiliyyəti olmayan hər bir üzvünə
ailə başçısının əmək
haqqının 50 faizi; ailə başçısının
ölümünün səbəbindən asılı
olmayaraq müharibə əlilləri sırasından olan vəfat
etmiş pensiyaçıların ailələrinə və tərkibində
hər iki valideynini itirmiş uşaqların (ata-anadan yetimlərin)
olduğu ailələrə də pensiya bu məbləğdə
hesablanır;
b) hərbi xidmət vəzifələrinin (xidmət
vəzifələrinin) yerinə yetirilməsi ilə
bağlı olmayan bədbəxt hadisə zamanı
alınmış zədə nəticəsində və ya cəbhədə
olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə
və ya döyüş əməliyyatları aparan ölkələrdə
beynəlmiləlçilik borcunu yerinə yetirməklə
bağlı olmayan xəstəlik nəticəsində vəfat
etmiş hərbi qulluqçuların ailələrinə—ailənin
əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə
başçısının əmək haqqının 35
faizi.
Maddə 35. Pensiyaların
minimum məbləğləri
Hərbi
qulluqçuların ailələrinə ailə
başçısını itirməyə görə təyin
edilən pensiyalar aşağıdakı məbləğlərdən
az ola bilməz:
ailənin
əmək qabiliyyəti olmayan hər bir üzvü
üçün—yaşa görə minimum pensiyanın 75
faizi;
valideynlərinin
ikisini də itirmiş hər uşaq üçün, habelə
hərbi əməliyyatlar zamanı və ya xidmət vəzifələrini
yerinə yetirərkən həlak olmuş hərbi
qulluqçunun ailəsinin əmək qabiliyyəti olmayan hər
bir üzvü üçün—yaşa görə minimum
pensiyanın 100 faizi.
Maddə 36. Pensiyanın təyin
edildiyi müddət
Ailə
başçısını itirməyə görə pensiya
vəfat edənin ailə üzvünün əmək qabiliyyəti
olmayan şəxs hesab edildiyi bütün dövr
üçün (29-cu maddə), ailənin 60 yaşına
çatmış kişi üzvlərinə və 55
yaşına çatmış qadın üzvlərinə isə
ömürlük təyin edilir.
Maddə 37. Ailənin bütün üzvlərinə bir
pensiya təyin edilməsi. Pensiya payının ayrılması
Ailənin pensiya
almaq hüququ olan
bütün üzvlərinə
bir ümumi; pensiya təyin
edilir.
Ailə
üzvünün tələbi ilə onun pensiya payı
ayrılır və ona ayrıca ödənilir. Həmin pay
pensiyadan pay ayrılması haqqında ərizənin verildiyi
aydan sonrakı ayın 1-dək ayrılır.
Maddə 38. Pensiya məbləğinin dəyişdirilməsi
və onun ödənməsinin
dayandırılması
Ailə
başçısını itirməyə görə pensiya
təyin edilmiş ailənin tərkibində ayrı-ayrı
ailə üzvlərinin və ya bütövlükdə ailənin
pensiya almaq hüququnu itirməsinə səbəb olan dəyişiklik
baş verərsə həmin dəyişikliyin baş verdiyi
aydan sonrakı ayın birindən pensiya yenidən hesablanır
və ya onun ödənməsi dayandırılır.
Maddə 39. Ailə üzvlərinin əlilliyinin müəyyən
edilməsi qaydası və müddətləri
Əlilliyin
müəyyən edilməsi qaydası və müddətləri
haqqında bu Qanunun 18, 24 və 26-cı maddələrində
şərh edilmiş qaydalar müvafiq surətdə əlil
olan ailə üzvlərinə də şamil edilir.
V. PENSİYALARIN HESABLANMASI
Maddə 40. Pensiyanın
hesablanması üçün təminat xərcliyi
Hərbi
qulluqçulara və onların ailələrinə pensiya hərbi
qulluqçuların təminat xərcliyindən hesablanır.
Bu zaman onlara pensiya hesablanması üçün vəzifə
maaşı (yeni vəzifə maaşını təşkil
edən bütün artım; növləri və əlavələr
daxil olmaqla), hərbi və ya xüsusi rütbəyə görə
müvafiq maaşlar, xidmət illəri (fasiləsiz iş)
üçün əlavə faiz və ərzaq payı
müqabilində verilən pul kompensasiyası nəzərə
alınır. [16]
Səhhəti
və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi
naminə daha az maaşlı vəzifəyə
keçirilmiş və keçirildiyi gün xidmət illərinə
görə pensiya almaq hüququna malik olan hərbi
qulluqçular xidmətdən buraxılarkən onların
pensiyası bilavasitə göstərilən
köçürməyədək azı bir il
çalışdıqları vəzifə üzrə maaşdan
hesablanır.
Maddə 41. Pensiyaçıların
ailələrinə pensiya hesablanması
Hərbi
qulluqçular sırasından olan pensiyaçıların
ailələrinə ailə başçısını itirməyə
görə pensiyalar ailə başçısının
özünə pensiyanın hesablandığı təminat xərcliyindən
hesablanır.
Maddə 42. Pensiyaların məbləğlərinə
əmsalların tətbiq edilməsi
Fəhlə
və qulluqçuların əmək haqqına əmsalların
müəyyən edildiyi yerlərdə, o cümlədən,
Azərbaycan Respublikasının yüksək dağlıq
yerlərində yaşayan hərbi qulluqçular
sırasından olan pensiyaçılara və onların ailələrinə
həmin yerlərdə yaşadıqları dövrdə bu
Qanuna uyğun olaraq təyin edilən pensiyalar (o cümlədən
minimum məbləğdə) həmin yerlərdə
qeyri-istehsal sahələrinin fəhlə və
qulluqçuları üçün müəyyən
edilmiş, lakin 1,5 əmsalından çox olmayan əmsal tətbiq
edilməklə hesablanır. Bu maddə hərbi
qulluqçuların pensiyaları təyin edilərkən əsas
götürülmüş təminat xərcliyinə həmin
əmsallar daxil edilmədikdə tətbiq olunur.
VI. PENSİYALARIN TƏYİN EDİLMƏSİ
Maddə 43. Pensiya təyin edilməsi
üçün müraciət
Pensiya
təyin edilməsi haqqında ərizələri hərbi
qulluqçular və onların ailə üzvləri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edirlər. [17]
Maddə 44. Pensiya təyin edən orqanlar və pensiya
təyin edilməsi
haqqında sənədlərə baxılması
müddətləri
Hərbi
qulluqçulara və onların ailə üzvlərinə
pensiyalar müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin
edilir. [18]
Pensiya
təyin edilməsi haqqında sənədlərə pensiya təyin
edən orqanlar sənədlərin daxil olduğu kündən
ən geci 10 gün keçənədək baxırlar.
Maddə 45. Pensiyaların təyin
edilməsi müddətləri
Bu
Qanuna uyğun olaraq pensiyalar hərbi qulluqçulara—xidmətdən
buraxıldığı kündən, lakin onlara sonuncu dəfə
təminat xərcliyinin ödəndiyi kündən tez
olmayaraq, həmin hərbi qulluqçuların ailələrinə
və onların sırasından olan pensiyaçıların
ailələrinə isə—ailə
başçısının vəfat etdiyi kündən, lakin
ona sonuncu dəfə təminat xərcliyinin və ya
pensiyanın ödəndiyi kündən tez olmayaraq təyin
edilir, onlara daha gec müddətlərdə pensiya təyin
edildiyi aşağıdakı hallar istisna olunur:
xidmətdən
buraxıldıqdan sonra 3 ay ərzində, yaxud xidmətdən
buraxıldıqdan sonra bədbəxt hadisə və ya xəstəlik
nəticəsində əlil olmuş həmin hərbi
qulluqçulara—əlilliyin müəyyən edildiyi gündən;
[19]
həmin
hərbi qulluqçuların və onların sırasından
olan pensiyaçıların ailə
başçısını itirməyə görə pensiya
hüququ əldə etmiş ailə üzvlərinə—pensiya
almaq hüququnun yarandığı kündən,
yaşayış üçün vəsait mənbəyini
itirdiklərinə görə pensiya almaq hüququ əldə
etmiş valideynlərə və ər-arvada—pensiya almaq
üçün müraciət edildiyi kündən.
Vaxtında
müraciət edilmədikdə keçmiş müddət
üçün pensiya həmin pensiyanı almaq hüququnun
yarandığı kündən, lakin pensiya üçün
müraciət edildiyi kündən ən çoxu 12 ay əvvəl
təyin edilir.
Maddə 46. Təyin edilmiş
pensiyaların yenidən hesablanması müddətləri
Hərbi
qulluqçulara və onların ailələrinə təyin
edilmiş pensiyaların məbləğinin dəyişilməsinə
səbəb olan vəziyyət yarandıqda belə vəziyyətin
yarandığı aydan sonrakı ayın 1-dən bu pensiyalar
yenidən hesablanır. həm də pensiyaçı
pensiyasının artırılması hüququnu əldə
edibsə, keçmiş müddət üçün pensiya
fərqi ən çoxu 12 ay üçün ödənməlidir.
VII. PENSİYALARIN
ÖDƏNMƏSİ
Maddə 47. Pensiya ödəyən
orqanlar
Hərbi
qulluqçulara və onların ailə üzvlərinə
pensiyaları qeydiyyat yerindən asılı olmayaraq
pensiyaçının faktik yaşayış yerindəki əmanət
bankı idarələri müvafiq
icra hakimiyyəti orqanları tərəfindən
tərtib edilmiş müvafiq sənədlər əsasında
ödəyirlər. [20]
Maddə 48. Əmək haqqı və ya digər gəlir olduqda
pensiyaların ödənməsi
Bu
Qanuna müvafiq surətdə təyin edilmiş pensiyalar
pensiyaçının əmək haqqının və ya dikər
gəlirinin olmasından asılı olmayaraq tam ödənilir.
Maddə 49. Keçmiş müddət üçün
pensiyaların ödənməsi
Hərbi
qulluqçulara və onların ailə üzvlərinə
hesablanmış və onlar tərəfindən vaxtında tələb
edilməmiş pensiya məbləğləri pensiyanı
almaqdan ötrü müraciət edildiyi kündən əvvəlki
3 ildən çox olmayan müddət üçün ödənilir.
Pensiya
təyin edən orqanların təqsiri üzündən
pensiyaçının vaxtında almadığı pensiya məbləğləri
keçmiş müddət üçün heç bir məhdudiyyət
qoyulmadan ödənilir.
Maddə 50. İnternat evlərdə yaşayan
pensiyaçılara pensiya ödənməsi
Hərbi
qulluqçular sırasından olub qocalar və əlillər
üçün internat evlərdə (pansionatlarda) yaşayan
tənha pensiyaçılara pensiya ilə internat evdə
(pansionatda) saxlama haqqı arasındakı fərq ödənilir,
lakin bu, təyin edilmiş pensiyanın 25 faizindən və
yaşa görə pensiyanın minimum məbləğinin 20
faizindən az olmamalıdır. Qocalar və əlillər
üçün internat evdə (pansionatda) yaşayan
pensiyaçının öhdəsində ailə
başçısını itirməyə görə pensiya
almalı olan əmək qabiliyyəti olmayan ailə üzvləri
varsa, pensiya belə qaydada ödənməlidir: pensiyanın 25
faizi, lakin yaşa görə pensiyanın minimum məbləğinin
20 faizindən az olmayan hissəsi pensiyaçının
özünə, qalan, lakin təyin edilmiş məbləğin
50 faizindən çox olmayan hissəsi isə göstərilən
ailə üzvlərinə verilir.
hərbi
qulluqçuların ailə üzvləri sırasından olan
pensiyaçılara qocalar və əlillər
üçün internat evlərdə (pansionatlarda)
yaşadıqları dövrdə təyin edilmiş
pensiyanın 10 faizi, lakin yaşa görə pensiyanın
minimum məbləğinin 20 faizindən az olmayaraq ödənilir.
Onların pensiyalarının məbləği internat evdə
(pansionatda) saxlanma haqqından çox olduqda pensiya ilə
saxlanma haqqı arasındakı fərq təyin edilmiş
pensiyanın 10 faizindən, yaşa görə pensiyanın
minimum məbləğinin 20 faizindən az olmayaraq ödənilir.
Stasionar
sosial xidmət müəssisələrində yaşayan
ahılların pensiyalarının verilməsi qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir. [21]
Maddə 51. Stasionar müalicədə olan müddətdə
pensiyaların ödənməsi
Pensiyaçı
stasionar müalicədə (xəstəxanada, klinikada,
qospitalda və başqa müalicə ocaqlarında), habelə
leprozoridə olduğu müddətdə onun pensiyası tam
ödənilir.
Maddə 52. (Çıxarılıb) [22]
Maddə 53. Pensiyalardan pul tutulması
Hərbi
qulluqçulara və onların ailə üzvlərinə təyin
edilmiş pensiyalardan “Vətəndaşların pensiya təminatı
haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən
edilmiş qaydada pul tutulur həm də hərbi qulluqçular
və onların ailə üzvləri tərəfindən
sui-istifadə nəticəsində onlara artıq ödənilmiş
pensiya məbləğləri 47-ci maddədə göstərilmiş
pensiya orqanlarının qərarı ilə tutulur.
Maddə 54. Pensiyaçı vəfat etdikdə pensiyanın
ödənməsi
Hərbi
qulluqçular sırasından olan pensiyaçıya və
onun ailə üzvlərinə çatası və onun vəfatı
ilə əlaqədar alınmamış pensiya məbləğləri
mirasın tərkibinə daxil edilmir və onun ailəsinin ailə
başçısını itirməyə görə pensiya
ilə təmin olunmalı şəxslərə aid edilən
üzvlərinə ödənilir.
Lakin
pensiyaçının vəfat etdiyi günədək onunla
birlikdə yaşamış valideynləri, əri (arvadı),
habelə dikər ailə üzvləri ailə
başçısını itirməyə görə pensiya ilə təmin
olunan şəxslərə aid edilmədikdə də bu məbləğləri
almaq hüququna malikdirlər.
Ailənin
bir neçə üzvü müraciət etdikdə ödənməli
məbləğ onlar arasında bərabər
bölünür.
Yuxarıda
göstərilən məbləğlər
pensiyaçının ölümündən ən geci 6 ay
keçənədək müraciət olunubsa ödənilir.
Pensiyaçının
ölümü ilə əlaqədar dəfn
üçün onun ailəsinə üç aylıq pensiya
məbləğində müavinət verilir.
Pensiyaçını
onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn
edirsə onlara müavinətin göstərilən məbləği
çərçivəsində faktik dəfn xərclərindən
çox olmayan müavinət verilir.
Maddə 55. Pensiyaçının
xaricə köçməsi ilə əlaqədar
pensiyanın ödənməsi
Azərbaycan
Respublikasından daimi yaşayış üçün
keçmiş SSRİ-yə daxil olmuş başqa dövlətlərə
keçən hərbi qulluqçulara və onların ailə
üzvlərinə pensiyalar ümumi əsaslarla təyin edilir
və ödənilir.
Daimi
yaşayış üçün dikər xarici dövlətlərə
köçmüş hərbi qulluqçulara və
onların ailə üzvlərinə Azərbaycan
Respublikasında pensiya təyin edilmir. hərbi qulluqçular
sırasından olan pensiyaçılar və onların ailə
üzvləri daimi yaşayış üçün xaricə
köçdükdə getməzdən əvvəl onlara Azərbaycan
Respublikasında təyin edilmiş pensiyanın 6 aylıq məbləği
qabaqcadan ödənilir.
VIII. PENSİYALARIN YENİDƏN HESABLANMASI
Maddə 56. Əvvəllər təyin
edilmiş pensiyaların yenidən
hesablanması
Hərbi
qulluqçulara və onların ailə üzvlərinə əvvəllər
təyin edilmiş pensiyalar bu Qanunun qüvvəyə minməsi
ilə əlaqədar olaraq pensiya işində olan sənədlər
üzrə yenidən hesablanır.
Sonradan
pensiyaçı pensiyanın daha da artırılmasına
hüquq verən əlavə sənədlər təqdim edərsə,
əlavə sənədlərin təqdim edildiyi kündən
əvvəlki 12 aydan çox olmayan və bu Qanunun qüvvəyə
mindiyi kündən tez olmayaraq keçmiş müddət
üçün pensiya yenidən hesablanır.
Maddə 57. Hərbi qulluqçuların təminat xərcliyinin artması ilə əlaqədar pensiyaların yenidən hesablanması
Bu
Qanunun 13, 14, 20-22, 34 və 35-ci maddələrinə uyğun
olaraq hərbi qulluqçulara və onların ailə üzvlərinə
təminat xərcliyindən hesablanmış pensiyalar hərbi
qulluqçuların təminat xərcliyinin orta səviyyəsinin artması
ilə əlaqədar yenidən
hesablanır.
Maddə 58. Dolanacaq xərcləri indeksinin dəyişilməsi
ilə əlaqədar pensiyanın yenidən hesablanması
Hərbi
qulluqçuların və onların ailə üzvlərinin
pensiyaları dolanacaq xərcləri indeksinin dəyişilməsi
ilə əlaqədar Azərbaycan Respublikası Milli
Məclisinin müəyyən
etdiyi qaydada yenidən hesablanır.
[23]
Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətini həyata
keçirən Azərbaycan
Respublikası Ali Sovetinin sədri
Y. MƏMMƏDOV.
Bakı
şəhəri, 29 aprel 1992-ci il.
¹
109.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
7
iyul 1992-ci il tarixli 200 nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Ali Sovetinin Məlumatı, 1992-ci il, ¹ 13,
maddə 491)
2.
2
may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının
Qanunu
3.
30
sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, ¹ 1, maddə
10)
4.
23
noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2001-ci il, ¹ 12, maddə
736)
5.
30
aprel 2002-ci il tarixli 316-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, ¹ 5, maddə
246)
6.
24
may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, ¹ 6, maddə
328)
7.
9
mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, ¹ 4, maddə 202)
8.
30
mart 2004-cü il tarixli 612-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, ¹ 5, maddə 312)
9.
1
sentyabr 2004-cü il tarixli 728-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, ¹ 9, maddə 671)
10.
3
mart 2006-ci il tarixli nömrəli 75-IIIQD Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 4, maddə
312)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 2
may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan
Respublikasının Qanunu ilə giriş hissəsində "praporşikləri"
sözü "gizirləri"
sözü ilə əvəz edilmiş, "Dövlət Sərhədinin Mühafizə Komitəsinin"
sözləri çıxarılmışdır. Əvvəlki
redaksiyada deyilirdi:
“Bu Qanun Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik
Nazirliyinin, Dövlət Sərhədini Mühafizə Komitəsinin
zabit heyəti, praporşikləri, miçmanları və
müddətindən artıq xidmət hərbi
qulluqçuları, habelə Daxili İşlər Nazirliyinin,
Prezidenti mühafizə xidmətinin sıravi və rəis heyəti*), onların ailələri
üçün Azərbaycan Respublikasının ərazisində
vahid dövlət pensiyaları sistemini müəyyən edir.
Qanun
dolanacaq xərcləri dəyişdikcə pensiya məbləğlərinin
də müntəzəm surətdə dəyişdirilməsi
yolu ilə pensiyaçıların sosial müdafiəsinə
təminat verir”.
30
sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, ¹ 1, maddə
10) ilə Preambulada “Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik
Nazirliyinin, Dövlət Sərhədini Mühafizə Komitəsinin” sözləri “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanlarının” sözləri ilə, “habelə Daxili İşlər Nazirliyinin, Prezidenti
mühafizə xidmətinin” sözləri “habelə müvafiq icra hakimiyyəti orqanlarının”
sözləri ilə əvəz edilmişdir.
[2] 2
may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan
Respublikasının Qanunu ilə 1-ci maddənin birinci hissəsində "praporşikləri" sözü "gizirləri" sözü ilə
əvəz edilmiş, "Dövlət
Sərhədinin Mühafizə Komitəsinin" sözləri
çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
“Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin, Milli Təhlükəsizlik
Nazirliyi orqanlarının, Dövlət Sərhədini
Mühafizə Komitəsinin, başqa hərbi birləşmələrin
zabit heyəti, praporşikləri, miçmanları və
müddətindən artıq xidmət hərbi
qulluqçuları, Daxili İşlər Nazirliyi
orqanlarının, Prezidenti mühafizə xidmətinin
sıravi və rəis heyəti bu Qanunla müəyyən
edilmiş müddət ərzində hərbi xidmət və
orqanlarda xidmət etdikdə ömürlük pensiya
hüququna malik olurlar”.
30
sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, ¹ 1, maddə
10) ilə 1-ci maddənin birinci hissəsində “Milli Təhlükəsizlik
Orqanlarının, Dövlət Sərhədini Mühafizə
Komitəsinin” sözləri
“Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanlarının” sözləri
ilə, “Daxili İşlər
Nazirliyinin, Prezidenti mühafizə
xidmətinin” sözləri “müvafiq icra hakimiyyəti orqanlarının”
sözləri ilə əvəz edilmişdir.
[3] 2
may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının
Qanunu ilə 3-cü maddənin
ikinci hissəsi çıxarılmışdır. Əvvəlki
redaksiyada deyilirdi:
“Bağlaşma əsasında xidmət edən
qadın hərbi qulluqçuların və onların ailə
üzvlərinin pensiya təminatı müddətindən
artıq xidmət hərbi qulluqçuları və onların
ailə üzvləri üçün bu Qanunda müəyyən
edilmiş əsaslarla həyata keçirilir”.
[4] 24
may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, ¹ 6, maddə
328) ilə 4-cü maddənin üçüncü hissəsində
"əsgəri"
sözü "hərbi"
sözü ilə əvəz edilmişdir.
[5] 9
mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, ¹ 4, maddə 202) ilə 7-ci maddəsində "respublika" sözü "dövlət" sözü ilə
əvəz edilmişdir.
[6] 23
noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2001-ci il, ¹ 12, maddə
736) ilə 7-ci maddəsinin adından "Pensiyaların vergidən azad edilməsi" sözləri
və həmin maddənin ikinci hissəsi
çıxarılmışdır. Əvvəlki
redaksiyada deyilirdi:
Pensiyalardan vergi tutulmur.
[7] 2
may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan
Respublikasının Qanunu ilə 8-ci maddədən "Dövlət
Sərhədinin Mühafizə Komitəsi" sözləri
çıxarılmışdır. Əvvəlki redaksiyada
deyilirdi:
Bu Qanun üzrə hərbi
qulluqçuların pensiya təminatını Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik
Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhədini
Mühafizə Komitəsi həyata keçirirlər.
30
sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, ¹ 1, maddə
10) ilə 8-ci maddədə “Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik
Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Sərhədini
Mühafizə Komitəsinin” sözləri “müvafiq icra hakimiyyəti”
sözləri ilə əvəz edilmişdir.
[8] 2 may 1995-ci il tarixli 1030
nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9-cu maddə yeni redaksiyada
verilmişdir. Maddənin əvvəlki redaksiyasında
deyilirdi:
Maddə
9. Pensiyalara xüsusi xidmətlərə
görə əlavələr
Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülmüş hərbi
qulluqçuların pensiyaları üzərinə yaşa
görə minimum pensiyanın 100 faizi məbləğində,
Sovet İttifaqı Qəhrəmanı və ya Sosialist Əməyi
Qəhrəmanı adlarına layiq görülmüş,
Şöhrət ordeninin hər üç dərəcəsi
ilə, Əmək Şöhrəti ordeninin hər
üç dərəcəsi ilə və ya “Silahlı
Qüvvələrdə Vətənə xidmət
üçün” ordeninin hər üç dərəcəsi
ilə təltif olunmuş, habelə Azərbaycan
Respublikası qarşısında xidmətlərinə
görə fəxri ada, o cümlədən “Daxili İşlər
Nazirliyinin əməkdar işçisi”, “Əməkdar
çekist” adına layiq görülmüş hərbi
qulluqçuların pensiyaları üzərinə yaşa
görə minimum pensiyanın 50 faizi məbləğində əlavə
pensiya hesablanır.
[9] 9 mart
2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, ¹ 4, maddə 202) ilə 11-ci maddəsində
"muxtar respublika büdcəsinin
və yerli" sözləri "müvafiq" sözü ilə əvəz
edilmişdir.
[10] 1
sentyabr 2004-cü il tarixli 728-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, ¹ 9, maddə 671) ilə 12-ci maddənin a) bəndində "20 il" sözləri "20 təqvim ili" sözləri
ilə əvəz edilmişdir.
[11] 3 mart 2006-ci il tarixli nömrəli 75-IIIQD Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 4, maddə 312) 12-ci maddəsinin "b" bəndindən "və buraxıldığı gün 50 yaşı" sözləri çıxarılsın.
[12] 2 may 1995-ci il tarixli 1030
nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 13-cü maddənin "a" bəndində
"yaşına və ya xəstəliyinə
görə xidmətdən buraxılanlara isə 55 faizi"
sözləri "yaşına
və ya xəstəliyinə görə hərbi həkim
komissiyaları tərəfindən hərbi xidmətə
yararsız sayılaraq hərbi xidmətdən buraxılanlara
isə 55 faizi" sözləri ilə əvəz
edilmişdir.
[13] 3 mart 2006-ci il tarixli nömrəli 75-IIIQD Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 4, maddə 312) 13-ci maddəsinin "b" bəndindən "və buraxıldığı gün 50 yaşı" sözləri çıxarılsın.
[14] 7
iyul 1992-ci il tarixli 200 nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Ali Sovetinin Məlumatı, 1992-ci il, ¹ 13,
maddə 491) ilə 13-cü maddəyə
“q” yarımbəndindən sonra yeni abzas əlavə
edilmişdir.
[15]
1 sentyabr 2004-cü il tarixli 728-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, ¹ 9, maddə 671) ilə 16-cı
maddənin birinci hissəsində
"Nazirlər Kabineti"
sözləri "müvafiq
icra hakimiyyəti orqanı" sözləri ilə əvəz
edilmiş və yeni ikinci hissə əlavə
edilmişdir.
[16] 24 may 2002-ci il tarixli
333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, ¹ 6, maddə 328) ilə
40-cı maddənin birinci hissəsində "əsgəri" sözü
"hərbi"
sözü ilə əvəz edilmişdir.
[17] 2
may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan
Respublikasının Qanunu ilə 43-cü maddədən "Dövlət Sərhədinin Mühafizə Komitəsinin"
sözləri çıxarılmışdır. Əvvəlki
redaksiyada deyilirdi:
Pensiya
təyin edilməsi haqqında ərizələri hərbi
qulluqçular və onların ailə üzvləri Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik
Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət
Sərhədini Mühafizə Komitəsinin pensiya
orqanlarına təqdim edirlər.
30
sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, ¹ 1, maddə
10) ilə 43-cü maddədə “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli
Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər
Nazirliyinin və Dövlət Sərhədini
Mühafizə Komitəsinin pensiya” sözləri “müvafiq icra hakimiyyəti”
sözləri ilə əvəz edilmişdir.
[18] 2
may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan
Respublikasının Qanunu ilə 44-cü maddədən "Dövlət Sərhədinin Mühafizə Komitəsinin"
sözləri çıxarılmışdır. Əvvəlki
redaksiyada deyilirdi:
Hərbi
qulluqçulara və onların ailə üzvlərinə
pensiyalar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,
Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər
Nazirliyinin və Dövlət Sərhədini Mühafizə
Komitəsinin pensiya orqanları tərəfindən təyin
edilir.
Pensiya təyin
edilməsi haqqında sənədlərə pensiya təyin edən
orqanlar sənədlərin daxil olduğu kündən ən
geci 10 gün keçənədək baxırlar.
30
sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, ¹ 1, maddə
10) ilə 44-cü maddədə “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli
Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər
Nazirliyinin və Dövlət Sərhədini
Mühafizə Komitəsinin pensiya” sözləri “müvafiq icra hakimiyyəti”
sözləri ilə əvəz edilmişdir.
[19] 24 may 2002-ci il tarixli
333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, ¹ 6, maddə 328) ilə 45-ci
maddənin ikinci abzasından "azadlıqdan
məhrum edilənlərə isə - azadlıqdan məhrumetmə
yerlərindən azad edildikdən sonra pensiya üçün
müraciət edildiyi gündən" sözləri
çıxarılmışdır.
[20] 2
may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan
Respublikasının Qanunu ilə 47-ci maddədən "Dövlət Sərhədinin Mühafizə Komitəsinin"
sözləri çıxarılmışdır. Əvvəlki
redaksiyada deyilirdi:
Hərbi qulluqçulara və
onların ailə üzvlərinə pensiyaları qeydiyyat
yerindən asılı olmayaraq pensiyaçının faktik
yaşayış yerindəki əmanət bankı idarələri
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik
Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət
Sərhədini Mühafizə Komitəsinin pensiya orqanları
tərəfindən tərtib edilmiş müvafiq sənədlər
əsasında ödəyirlər.
30
sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, ¹ 1, maddə
10) ilə 47-ci maddədə “Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik
Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Sərhədini
Mühafizə Komitəsinin pensiya” sözləri “müvafiq icra hakimiyyəti” sözləri
ilə əvəz edilmişdir.
[21] 30 aprel 2002-ci il tarixli
316-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, ¹ 5, maddə 246) ilə 50-ci
maddəsinə yeni üçüncü hissə əlavə
edilmişdir.
[22] 30
sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, ¹ 1, maddə
10) ilə 52-ci maddə
çıxarılmışdır. Maddənin əvvəlki
redaksiyasında deyilirdi:
Maddə
52. Azadlıqdan məhrumetmə
müddətində pensiya ödənməsinin
dayandırılması
Pensiyaçı
azadlıqdan məhrum edildikdə azadlıqdan məhrumetmə
müddəti üçün pensiya ödənməsi
dayandırılır.
[23] 30
mart 2004-cü il tarixli 612-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, ¹ 5, maddə 312) ilə 58-ci maddəsində "Ali Sovetinin" sözləri "Milli Məclisinin” sözləri ilə əvəz edilmişdir.