Kəndli (fermer) təsərrüfatı
haqqında[1]
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun kəndli (fermer) təsərrüfatlarının* təşkilinin və fəaliyyətinin iqtisadi, sosial və hüquqi əsaslarını
müəyyən edir.
Qanun Azərbaycan Respublikası vətəndaşlarının
kəndli təsərrüfatları yaratmaq
hüququnu elan edir, bu hüquqa təminat verir və təsərrüfatçılığın
digər formaları ilə yanaşı, onların bərabər inkişafı üçün şərait
yaradılmasına yönəlmişdir.
I bölmə
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Kəndli
təsərrüfatı haqqında qanunvericilik
Kəndli təsərrüfatının təşkili
və fəaliyyəti ilə əlaqədar olan münasibətlər bu Qanunla və kəndli təsərrüfatı
haqqında digər qanunvericilik aktları ilə,
eləcə də respublikada onlara uyğun olaraq qəbul edilmiş başqa aktlarla nizama
salınır.
M a d d ə 2. Kəndli təsərrüfatı
anlayışı
Kəndli təsərrüfatı, mülkiyyətinə
verilmiş torpaqda əmtəəlik kənd təsərrüfatı
məhsulları istehsalı ilə, onların emalı və
satışı ilə məşğul olan vətəndaşların
əmək birləşməsi olmaqla, sərbəst sahibkarlıq formasıdır. Kəndli təsərrüfatı
ailə üzvlərinin və
onlarla daimi işləyən digər şəxslərin
ümumi mülkiyyətində olan istehsal alət
və vasitələrinə, əsasən bir ailənin
üzvlərinin əməyinə əsaslanan,
hüquqi şəxs statusuna malik olan müstəqil təsərrüfatçılıq
subyektidir.
Kəndli təsərrüfatı bir nəfərdən
də ibarət ola bilər.
M a d d ə 3. Aqrar-sənaye kompleksində kəndli
təsərrüfatının yeri
1. Kəndli təsərrüfatı respublikanın
aqrar-sənaye kompleksində dövlət,
kollektiv, fərdi və digər müəssisə və təşkilatlarla
yanaşı bərabər hüquqlu subyektdir.
2.
Kəndli təsərrüfatı
öz fəaliyyəti, istehsalın təşkili, quruluşu və həcmi, məhsulun satışı məsələlərini,
habelə təsərrüfatın idarə
edilməsi ilə əlaqədar digər məsələləri
müstəqil həll edir.
3.
Dövlət kəndli təsərrüfatlarının
inkişafına ssudalar və əmanətlər üzrə
faiz dərəcələrindən, vergilərdən, qiymətlərdən
və digər iqtisadi vasitələrdən
istifadə etməklə təsir göstərir.
4. Dövlət kəndli təsərrüfatının əmlak
və digər hüquqlarının və qanuni mənafelərinin müdafiə
olunmasına təminat verir.
II bölmə
KƏNDLİ
TƏSƏRRÜFATININ YARADILMASI
M a d d ə 4. Vətəndaşların
kəndli təsərrüfatı yaratmaq hüququ
1. 18 yaşına çatmış fəaliyyət
qabiliyyətli Azərbaycan Respublikasının
bütün vətəndaşları kəndli təsərrüfatı
yaratmaq və həmin məqsəd üçün torpaq sahəsi
almaq hüququna malikdirlər.
2.
Kəndli təsərrüfatı
ilə məşğul olmaq üçün torpaq sahəsi
almaqda ilk növbədə bu ərazidə daimi
yaşayan, kənd təsərrüfatı işlərində ən azı üç il təcrübəsi
və lazımi peşə vərdişləri olan vətəndaşlara üstünlük hüququ verilir.
Kəndli təsərrüfatı könüllü
qaydada təşkil edilir və ailə üzvləri onun fəaliyyətində
tam və ya qismən iştirak etməsi barədə sərbəst qərar qəbul edirlər.
M a d d ə 5. Kəndli təsərrüfatına
üzvlük və onun tərkibi
Kəndli təsərrüfatına ailə üzvlərindən
başqa, onlarla həmin təsərrüfatda
daimi işləyən digər şəxslər də daxil
ola bilər.
Kəndli təsərrüfatının üzvləri
daimi bir yerdə yaşayan və təsərrüfatda işləyən ər-arvad,
onların valideynləri, 14 yaşından yuxarı uşaqları, eləcə də təsərrüfatda
daimi işləmək üçün könüllü birləşmiş digər şəxslər hesab
edilirlər. Kəndli təsərrüfatında əmək sazişi ilə işləyən şəxslər
kəndli təsərrüfatının üzvü hesab edilmirlər.
M a d d ə 6. Kəndli təsərrüfatının
başçısı
Kənli təsərrüfatının üzvlərindən
biri təsərrüfata başçı seçilir.
Kəndli təsərrüfatının
başçısı dövlət, kooperativ, ictimai və digər müəssisələrlə, eləcə də
vətəndaşlarla olan münasibətlərdə təsərrüfatın adından
çıxış edir və onun mənafeyini təmsil edir.
Torpağın mülkiyyətə, müvəqqəti
istifadəyə və icarəyə verilməsinə dair sənədlər onun adına rəsmiləşdirilir.
O, təsərrüfat üzvlərinin razılığı
ilə təsərrüfat fəaliyyətini təşkil
edir, təsərrüfatın
adından müqavilələr bağlayır, etibarnamə
verir, əmlak və vəsaitlərə
sərəncam vermək hüququndan istifadə edir, eləcə
də təsərrüfatın fəaliyyəti
ilə əlaqədar olan digər hüquqi hərəkətləri
həyata keçirir.
Kəndli təsərrüfatının
başçısı xəstələndikdə, əmək
qabiliyyətini itirdikdə və ya
uzun müddət təsərrüfatdan ayrıldıqda, o,
özünün hüquq və vəzifələrini
yerinə yetirməyi kollektivin razılığı ilə təsərrüfatın üzvlərindən
birinə həvalə edə bilər.
M a d d ə 7. Kəndli təsərrüfatının
təşkili üçün
xüsusi torpaq fondunun yaradılması
Kəndli təsərrüfatının təşkili
üçün rayon, şəhər xalq deputatları Sovetləri ehtiyat torpaqları, eləcə də
kolxozlardan, sovxozlardan və digər
torpaq istifadəçilərindən və ya torpaq sahiblərindən geri alınan torpaqlar hesabına xüsusi torpaq
fondu yaradır. Aşağıdakılar
xüsusi torpaq fonduna daxil edilir:
a) dövriyyədən
çıxarılmış və ya az qiymətli torpaqlar səviyyəsinə düşmüş kənd təsərrüfatı
yerləri;
b) təyinatı
üzrə istifadə edilməyən bütün
kateqoriyalardan olan torpaqlar;
v) üzürlü
səbəb olmadan ,kənd təsərrüfatı məqsədləri
üçün verilmiş
torpaqlar bir il ərzində, qeyri-kənd təsərrüfatı
məqsədləri üçün verilmiş torpaqlar iki il ərzində istifadə edilmədikdə;
q) girov
qoyulmuş və girovdan çıxarılmamış
torpaqlar. Bölüşdürmək
üçün nəzərdə tutulmuş və ehtiyat
fonduna daxil edilmiş torpaqlar
(həmin sahələrin məhsulu yığıldıqdan
sonra) kolxozlardan, sovxozlardan,
idarə, müəssisə və təşkilatların yardımçı kənd təsərrüfatı
müəssisələrindən və digər idarə,
müəssisə və təşkilatlardan
rayon, şəhər xalq deputatları Soveti tərəfindən
kəndli təsərrüfatı
yaratmaq üçün vətəndaşlardan ərizə
daxil olduqca alınır.
Kəndli təsərrüfatlarının təşkili
üçün xüsusi torpaq fonduna sanitar ehtiyaclarını təmin edən, kənd təsərrüfatı
məhsullarının yetişdirilməsinə
yaramayan sahələr daxil edilmir.
M a d d ə 8. Kəndli təsərrüfatının
torpağa mülkiyyət hüququ
Kəndli təsərrüfatı təşkil etmək
istəyən vətəndaşlar qüvvədə olan qanunvericiliyə əsasən mülkiyyətə
torpaq sahəsi ala bilərlər.
Kəndli təsərrüfatı yaratmaq
üçün torpaq sahəsi mülkiyyətə orta torpaq norması hesabı ilə rayon, şəhər
xalq deputatları Soveti tərəfindən pulsuz verilir.
Maddə 9. Xüsusi
torpaq fondundan kəndli təsərrüfatı yarat-maq
üçün torpaq sahələrinin verilməsi
qaydaları
1. Kəndli təsərrüfatı yaratmaq
üçün kənd yerində yaşayan vətəndaşlar, eləcə də başqa yerlərdən
daimi yaşamağa gəlmək istəyən şəxslər müvafiq rayon, şəhər xalq
deputatları Sovetinə torpaq sahəsi ayırmaq barədə
ərizə ilə müraciət edirlər. Başqa yerlərdən
gəlmiş vətəndaşlara kəndli təsərrüfatı
yaratmaq üçün torpaq ayrılarsa, onların həmin ərazidə
yaşayış evi olmadıqda qanunvericiliklə müəyyən
edilmiş qaydalara əsasən şəxsi ev tikmək
üçün həyətyanı
torpaq sahəsi də verilir.
2.
Ərizədə torpaq
sahəsinin alınmasının məqsədi,
ölçüsü və onun yerləşdiyi
yer, kəndli təsərrüfatının tərkibi göstərilir.
Rayon, şəhər xalq deputatları Soveti torpaq sahəsi
ayrılmasına dair materialları
hazırlamaq üçün sənədləri
özünün torpaq komissiyasına
göndərir.
3.
Torpaq sahəsinin
mülkiyyətə verilməsinə dair məsələyə
rayon, şəhər xalq deputatları
Soveti ərizə və sənədlər daxil olan gündən
başlayaraq ən geci bir ay müddətində
baxır.
4.
Ərizələrin
sayı orta torpaq norması üzrə sahələrin
sayından çox olduqda kəndli
təsərrüfatları üçün torpaq sahəsinin
verilməsi növbə əsasında
bu Qanunun 4-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq həyata keçirilir.
5.
Torpaq sahəsinin verilməsi
barədə qərar qəbul edilməsinə dair müəyyən edilmiş müddət pozulduqda
və ya torpaq fonduna dair mövcud məlumatlar
gizlədildikdə, təqsirkar olan vəzifəli şəxslər
inzibati hüquqpozmalar haqqında Azərbaycan
Respublikasının Məcəlləsində nəzərdə
tutulmuş inzibati qaydada cərimə edilməklə məsuliyyətə cəlb edilirlər. Cərimə aidiyyəti
üzrə xüsusi dövlət torpaq orqanı tərəfindən qoyulur və daxil olan vəsait
torpaqların münbitliyinin
yaxşılaşdırılması işlərinə sərf
edilir.
Maddə 10. Kəndli
təsərrüfatı üçün mülkiyyətə
ayrılan torpaq sahəsinin
ölçüsü
Rayon, şəhər xalq deputatları Soveti müvafiq
kolxozlara, sovxozlara və digər təsərrüfatlara
məxsus olan ümumi torpaq fondunu həmin ərazidə
kənd təsərrüfatında çalışan
adamların sayına (pensiyaçılar
və kənddə sosial sahədə çalışan
şəxslər daxil olmaqla) bölməklə
hər bir kənd və qəsəbə üzrə orta torpaq
normasını müəyyənləşdirir.
Kəndli təsərrüfatı yaradılarkən
ona ayrılan sahə torpaq normasına,
ailənin tərkibinə, təsərrüfatın
ixtisaslaşmasına müvafiq olaraq
müəyyənləşdirilib verilir.
Maddə 11. Kəndli təsərrüfatına torpaq sahəsinin verilməsi şərtləri
1. Torpaq sahəsini kəndli təsərrüfatının
mülkiyyətinə vermək üçün
rayon, şəhər xalq deputatları Soveti qərar qəbul
etməli, torpaq sahəsini naturada
ayırmalı və dövlət aktı verməlidir.
2.
Yaşayış məntəqəsi
yaxınlığında kəndli təsərrüfatı
üçün torpaq sahəsi
ayrılarkən əhalinin istifadə etdiyi ictimai istifadə
torpaqlarına (mal-qara üçün otlaq yerlərinə,
nohurlara, yollara, parklara, idman
qurğularının tutduğu sahələrə və
başqa torpaqlara) toxunulmur.
3.
Kəndli təsərrüfatı
yaratmaq üçün torpaq sahəsi alan vətəndaşların kənd yaşayış məntəqəsindəki
və ya qəsəbədəki həyətyanı
torpaqları saxlanılır.
Maddə 12. Kəndli
təsərrüfatının təsərrüfat
ehtiyacları üçün
əlavə torpaq sahəsi alması
Kəndli təsərrüfatı ilə məşğul
olan vətəndaşlar təsərrüfat ehtiyacları üçün əlavə olaraq icarəyə
və müvəqqəti istifadəyə torpaq sahəsi ala bilərlər.
Torpaq mülkiyyətçiləri müvəqqəti
əmək qabiliyyətlərini itirdikdə, həqiqi hərbi
xidmətə çağırıldıqda, istehsalatdan
ayrılmaqla ali və ya orta ixtisas
məktəblərinə təhsil almağa getdikdə öz mülkiyyətində olan torpaq sahəsini həmin
müddətə icarəyə və ya müvəqqəti istifadəyə verə bilərlər.
Rayon, şəhər xalq deputatları Soveti də öz sərəncamında olan ehtiyat fondu
torpaqlarını icarəyə və ya
müvəqqəti istifadəyə verə bilər.
Torpağı icarəyə və müvəqqəti
istifadəyə götürməyə dair bağlanan müqavilə rayon, şəhər xalq deputatları
Sovetində qeydə alınır.
Maddə 13. Kəndli
təsərrüfatının torpağa mülkiyyət
hüququnun yaranması
Kəndli təsərrüfatı yaratmaq
üçün torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon, şəhər xalq
deputatları Sovetinin qərarı ilə yer
quruluşu sənədlərinə uyğun olaraq
torpaqayırma qaydasında keçirilir.
Torpaq sahəsi naturada ayrılıb, yer quruluşu sənədləri
və kəndli təsərrüfatı
başçısının adına yazılan dövlət
aktı verildiyi gündən torpaq sahəsi
üzərində mülkiyyət hüququ yaranmış
hesab edilir.
Maddə 14. Kəndli
təsərrüfatının qeydə alınması
Kəndli təsərrüfatı rayon, şəhər
xalq deputatları Soveti tərəfindən
torpaq sahəsi üzərində mülkiyyət hüququna
dair dövlət aktı verildikdən sonra qeydə
alınır.
Kəndli təsərrüfatı üçün
torpaq sahəsinin ayrılmasına dair ərizəyə vaxtında baxılmadıqda, habelə
torpaq verməkdən və təsərrüfatı qeydə
almaqdan imtina edildikdə məhkəmə qaydasında
şikayət verilə bilər.
Maddə 15. Kəndli
təsərrüfatının hüquqi şəxs kimi meydana
gəlməsi
Mülkiyyətə torpaq sahəsi aldıqdan sonra kəndli
təsərrüfatının Nizamnaməsi1 müvafiq rayon, şəhər
xalq deputatları Sovetində qeydə alındığı
gündən kəndli təsərrüfatı yaranmış
hesab edilir və həmin gündən o,
təsərrüfatçı subyekt və hüquqi şəxs
kimi çıxış edir: bank
idarələrində hesablaşma hesabı və digər
hesablar açır, onun öz
möhürü olur, digər müəssisə, idarə, təşkilat
və vətəndaşlarla işgüzar münasibətlər
yaradır.
Rayon, şəhər xalq deputatları Soveti kəndli
təsərrüfatının hər birinə qeydiyyat vərəqəsi
açır, icra hakimiyyəti başçısının kənd, qəsəbə inzibati ərazisi üzrə
nümayəndəsi isə onu təsərrüfat kitabında qeydə alır. Qeydiyyat vərəqəsində
və təsərrüfat kitabında kəndli
təsərrüfatının tərkibi, təsərrüfatın
başçısı və yaxud onun vəzifələrini müvəqqəti yerinə yetirən
şəxs barədə məlumat, eləcə də təsərrüfata verilən
torpaq sahəsi və digər əsas məlumatlar yazılır.
Maddə 16. Kolxoz və sovxozlarda kəndli təsərrüfatının
yaradılması qaydaları
1. İstehsalın səmərəli fəaliyyətini
təmin etməyən kolxoz və sovxozların əsasında
kəndli təsərrüfatları aşağıdakı
qaydada yaradılır:
a) müvafiq
rayon, şəhər xalq deputatları Soveti ilə Kənd Təsərrüfatı və Ərzaq
Nazirliyinin birgə təqdimatına əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti hər il istehsalın səmərəli fəaliyyətini təmin etməyən
kolxoz və sovxozların siyahısını təsdiq edir;
b) kolxoz və
sovxozların fəaliyyətinə rayon, şəhər xalq
deputatları Soveti tərəfindən
xitam verilir;
v) büdcə
təşkilatları ilə, banklarla, digər müəssisə,
idarə və təşkilatlarla
qarşılıqlı haqq-hesab aparmaq, təsərrüfatın
torpaq sahələrinin, əmlakının
bölgüsünü həyata keçirmək və onun fəaliyyətini müvəqqəti idarə
etmək məqsədilə rayon, şəhər xalq deputatları Soveti tərəfindən
xüsusi komissiya yaradılır;
q) komissiya bir ay müddətində
bu təsərrüfatda işləyənlərin, həmin ərazidə kənd təsərrüfatına
xidmət edən sahələrdə çalışanların, əvvəllər təsərrüfatda
işləmiş, hazırda bu ərazidə yaşayan pensiyaçıların və kənddə
sosial sahədə çalışan və yaşayan şəxslərin
ərizələrinə əsasən yaradılacaq kəndli təsərrüfatlarının
sayını müəyyən
edir, torpaq sahələrinin bölgüsü haqda öz təkliflərini hazırlayır və onları
kolxozun ümumi yığıncağı, sovxozun əmək
kollektivi şurası ilə həmkarlar
ittifaqı komitəsinin birgə qərarı ilə rayon, şəhər xalq
deputatları Sovetinə təqdim edir;
ğ) komissiya iki ay müddətində büdcə təşkilatları
ilə, banklarla, digər müəssisə,
idarə və təşkilatlarla qarşılıqlı
haqq-hesab apararaq qalan əmlakda kəndli təsərrüfatı
yaratmaq üçün öz işçilərinin,
bu təsərrüfatda işləyib pensiyaya
çıxanların həmin təsərrüfatda
onların iş stajına və əmək töhfələrinə
müvafiq olaraq paylarını müəyyən
edir, əmlakın bölgüsü haqda təkliflərini hazırlayır, bu təklifləri kolxozun ümumi
yığıncağı, sovxozun əmək kollektivi şurası ilə həmkarlar ittifaqı
komitəsi təsdiq etdikdən sonra rayon, şəhər xalq deputatları
Sovetinə təqdim edir, rayon, şəhər
xalq deputatları Soveti isə kolxozun və ya sovxozun torpağının və əmlakının
bölgüsü haqqında sənədlər daxil olan
gündən başlayaraq ən geci
bir ay müddətində müvafiq qərar qəbul edir və
onu əlaqədar təşkilatlara göndərir;
d) komissiya
torpağın və əmlakın bölgüsünü həyata
keçirir. Kəndli təsərrüfatı yaratmaq məqsədilə
vətəndaşlara verilmiş
əmlak bu təsərrüfat yaradılmadıqda
rayon, şəhər xalq deputatları Soveti tərəfindən geri alınır.
2. İstehsalın səmərəli fəaliyyətini
təmin edən kolxoz və sovxozlarda kəndli
təsərrüfatları aşağıdakı qaydada
yaradılır:
a) kolxozların
və sovxozların torpaqları, onların kollektivlərinin ümumi
yığıncağının qərarı müvafiq rayon,
şəhər xalq deputatları
Soveti tərəfindən təsdiq edildikdən sonra bu
kollektivlərin üzvlərinin
kollektiv-paylı mülkiyyətinə verilir; torpaq payının ölçüsü bu Qanunun
10-cu maddəsində nəzərdə tutulmuş qaydada hesablanır;
b) kolxozun
üzvləri və sovxozun işçiləri onun tərkibindən
çıxıb kəndli təsərrüfatı
yaratmaq arzusunda olduqda, onlar kolxoza, sovxoza ərizə ilə müraciət edərək, gələcək
fəaliyyətinin istiqamətini
göstərirlər;
v) təsərrüfatın
rəhbərliyi ərizə daxil olduqdan sonra 15 gündən gec olmayaraq ərizə ilə əlaqədar
təklifləri (ayrılmaq üçün nəzərdə tutulan torpağın
ölçüsü və əmlak payının
növü, torpağın yerləşdiyi sahə və s.)
haqqında kolxozun ümumi yığıncağı və
sovxozun əmək kollektivi
şurası ilə həmkarlar ittifaqı komitəsinin
müzakirəsinə verir; əmlak payının həcmi təsərrüfatda
yaradılmış xüsusi
komissiya tərəfindən həmin təsərrüfatın
işçilərinin və buradan
pensiyaya çıxmış həmin ərazidə
yaşayan vətəndaşların sayına görə hesablanır;
q) kolxozun
ümumi yığıncağı və sovxozun əmək
kollektivi şurası həmkarlar
ittifaqı komitəsi ilə birlikdə ərizə ilə əlaqədar
təkliflərə baxıb
müvafiq qərar qəbul edir və onu rayon, şəhər
xalq deputatları Sovetinə təqdim
edir;
ğ) kolxoz və ya sovxoz kollektivləri kəndli təsərrüfatı
yaratmaqdan imtina etdikdə, vətəndaşın
müraciəti əsasında rayon, şəhər .xalq deputatları Soveti müvafiq qərar qəbul
edir.
III bölmə
KƏNDLİ
TƏSƏRRÜFATI İLƏ MƏŞĞUL OLAN
VƏTƏNDAŞLARIN
TORPAĞA
DAİR HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ
Maddə 17. Kəndli təsərrüfatının
mülkiyyətində olan torpağa dair
hüquqları
1. Kəndli təsərrüfatına mülkiyyətində
olan istehsalat təyinatlı torpaq üzərində
aşağıdakı hüquqlar verilir:
a) torpaqda
müstəqil təsərrüfatçılıq etmək;
b) kənd
təsərrüfatı bitkilərinin əkinləri və
istehsal edilmiş məhsul
üzərində mülkiyyət hüququ qadağan
edilmiş bitkilərin becərilməsi
istisna olmaqla;
v) torpaq sahəsində
olan meşələrdən, geniş yayılmış
faydalı qazıntılardan
və su ehtiyatlarından öz təsərrüfat
ehtiyacları üçün müəyyən
olunmuş qaydada istifadə etmək;
q) torpağın
itirilmiş təbii münbitliyinin bərpası və digər
səbəblərlə əlaqədar
dövlət torpaq orqanı tərəfindən əkin
dövriyyəsindən müvəqqəti
çıxarılan (dincə qoyulan) torpaq sahələrinə
görə kompensasiya almaq;
ğ) istehsal təyinatlı müvafiq
yardımçı tikililər və qurğular ucaltmaq;
d) torpağın
geri alındığı və torpaq sahəsindən
könüllü imtina edildiyi
hallarda torpağın yaxşılaşdırılmasına
çəkilən xərclərin,
habelə əldən çıxan fayda da daxil olmaqla dəyən
zərərin əvəzini
almaq;
e) qanunla
müəyyən edilmiş qaydada yer quruluşu layihələrinə
və təbiəti mühafizə
tələblərinə uyğun olaraq meliorasiya işləri aparmaq, gölməçələr və
digər sututarları yaratmaq;
ə) bu Qanunun 12-ci maddəsinə uyğun olaraq torpaq
sahələrini müvəqqəti
istifadəyə və icarəyə vermək;
j) müəyyən edilmiş qaydada torpaq sahələrini
dəyişmək, satmaq, bağışlamaq,
girov qoymaq və vəsiyyət etmək.
2. Kəndli təsərrüfatının
torpaqlarından və onun ərazisində olan su mənbələrindən keçməyə, nəqliyyat
vasitələri ilə hərəkət etməyə, çimməyə və balıq
tutmağa, çadırlar qurmağa və həmin
çadırlarda yaşamağa,
tonqallar qalamağa və bu qəbildən başqa hərəkətlərə yalnız həmin təsərrüfatın
razılığı ilə təbii kompleksləri ekoloji cəhətdən saf şəkildə saxlamaq
şərti ilə icazə verilir (bunlar kəndli
təsərrüfatına torpaq sahəsi ayrılması
haqqında rayon, şəhər
xalq deputatları Sovetinin qərarında nəzərdə
tutulmamışdırsa).
Maddə 18. Kəndli
təsərrüfatı ilə məşğul olan vətəndaşların torpaqdan istifadə üzrə vəzifələri
1. Kəndli
təsərrüfatı ilə məşğul olmaq
üçün torpaq sahəsinə mülkiyyət hüququna malik olan vətəndaşlar:
a) torpaqdan
təyinatı üzrə səmərəli istifadə etməli,
onun münbitliyini artırmalı, özünün təsərrüfat
fəaliyyəti nəticəsində ərazidə ekoloji şəraitin pisləşməsinə
yol verməməli;
b) torpaqlarda
kompleks mühafizə tədbirlərini həyata keçirməli;
v) torpaq
vergisini vaxtında verməli;
q) digər
torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin
hüquqlarını pozmamalı, torpaq sahəsində olan mərz və geodeziya
nişanlarını qoruyub saxlamalı;
ğ) torpaqdan istifadəyə dair müəyyən
edilmiş məlumatları vaxtında müvafiq təşkilatlara
verməli;
d) Azərbaycan
Respublikasının Torpaq Məcəlləsində nəzərdə
tutulmuş digər vəzifələrə
əməl etməlidirlər.
2.
Kolxoz və
sovxozların torpaqlarında yaradılmış kəndli təsərrüfatları üç il müddətində
həmin təsərrüfatların ixtisaslaşmasına, dövlət ehtiyaclarına və ictimai
ehtiyaclara müvafiq olaraq kənd təsərrüfatı
məhsulları istehsalını təmin etməlidirlər.
3.
Kəndli təsərrüfatı
yaratmaq üçün xüsusi mülkiyyətə
verilmiş torpaq sahəsi
bölünməzdir.
4.
Kəndli təsərrüfatı
torpaqdan istifadə üzrə vəzifələrini pozduqda, onun başçısı qüvvədə
olan qanunvericiliyə uyğun olaraq məsuliyyət
daşıyır.
Maddə 19. Kəndli
təsərrüfatının torpaq sahəsinə mülkiyyət hüquqlarına xitam verilməsi
Kəndli təsərrüfatının torpaq sahəsinə
və ya onun bir hissəsinə
mülkiyyət hüquqlarına bu torpağı vermiş
rayon, şəhər xalq deputatları
Soveti aşağıdakı hallarda xitam verir:
a) torpaq sahəsindən
könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə;
b) kəndli
təsərrüfatının fəaliyyətinə xitam
verildikdə;
v) torpaqdan məqsədli
təyinatına görə istifadə edilmədikdə;
q) müəyyən
edilmiş torpaq vergisi üzürlü səbəb olmadan
ardıcıl olaraq iki il
ödənilmədikdə;
ğ) torpaq sahəsindən
bir il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə;
d) dövlət
ehtiyacları və ya ictimai ehtiyaclar üçün torpaq sahələrinin geri alınması zəruri
olduqda;
e) tikinti və
qurğu üzərində mülkiyyət hüququ
başqasına keçdikdə;
ə) torpaq mülkiyyətçisi
öldükdə;
j) torpaq
müsadirə edildikdə.
Maddə 20. Torpaq sahələri
geri alınarkən torpaq mülkiyyətçilərinin hüquqlarının təminatı
Torpaq mülkiyyətçilərinə verilmiş
torpaq sahəsi dövlət ehtiyacları
və ya ictimai ehtiyaclar üçün yalnız o halda geri
alına bilər ki, müvafiq
rayon, şəhər xalq deputatları Soveti onlara eyni ölçüdə və keyfiyyətdə torpaq sahəsi
ayırsın, xeyrinə torpaq sahəsi alınan müəssisə, idarə və ya təşkilat
torpaq sahəsi ilə birlikdə geri
alınan yaşayış, istehsal və başqa tikililərin
əvəzinə onlar üçün yeni yerdə təzələrini
tiksin və vurulan bütün zərəri, o cümlədən
torpaqların yaxşılaşdırılmasına çəkilən
xərci, eləcə də əldən
çıxmış mənfəəti tam həcmdə
ödəmiş olsun.
M a d d ə 21. Torpağa görə haqq
Torpağa görə haqq, torpaq sahəsinin ölçüsündən,
keyfiyyətindən və yerləşdiyi yerdən
asılı olaraq, kadastr qiyməti nəzərə
alınmaqla müəyyən edilən
torpaq vergisi formasında ödənilir.
Torpaq sahəsinə görə qiymət, vergi və
vergiqoyma qaydaları Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilir.
M a d d ə 22. Torpağa görə haqqın ödənilməsində
güzəştlər
Azərbaycan Respublikasının Nazirlər Kabineti və
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
torpağın mülkiyyətçisi olan kəndli təsərrüfatının torpaq
vergisindən müəyyən müddətə tamamilə və ya qismən azad edilməsində,
torpaq vergisinin ödənilməsi
müddətinin uzadılmasında, yaxud dərəcəsinin
aşağı salınmasında güzəştlər
müəyyən edə bilər.
İlk dəfə təşkil olunan kəndli təsərrüfatları
torpağın verildiyi gündən
başlayaraq üç il müddətinə torpaq vergisindən
azad edilir.
IV bölmə
KƏNDLİ
TƏSƏRRÜFATININ ƏMLAKI
M a d d ə 23. Kəndli
təsərrüfatı əmlakının növləri
Kəndli təsərrüfatının əmlakı,
qanunvericilikdə və ya təsərrüfatın üzvlərinin bağladığı
müqavilədə başqa hal nəzərdə tutulmadıqda, paylar məlum olan ümumi mülkiyyət
(paylı mülkiyyət) hüququ əsasında
onun bütün üzvlərinə aiddir.
Kəndli təsərrüfatının üzvləri
yekdil qərar qəbul etdikdə, onun əmlakı ailənin bütün üzvlərinin
paylar məlum olmayan ümumi mülkiyyətində
(birgə mülkiyyətində) ola bilər.
M a d d ə 24. Kəndli təsərrüfatı əmlakının
dairəsi
Kəndli təsərrüfatının əmlakı
onun Nizamnaməsinə uyğun olaraq
mülkiyyətdə olan torpaq sahəsi, torpaq sahəsindəki
əkililər, təsərrüfat tikililəri,
meliorasiya qurğuları və digər qurğular, mal-qara, quş, əldə edilmiş məhsul, kənd təsərrüfatı
texnikası və ləvazimat, nəqliyyat
vasitələri, təsərrüfat fəaliyyətini həyata
keçirmək üçün
lazım olan əmlak, habelə ümumi vəsait hesabına əldə
edilmiş bütün tikililər, məişət
və şəxsi istehlak mallarıdır.
M a d d ə
25. Kəndli təsərrüfatı əmlakının əmələ
gəlməsi mənbələri
Kəndli təsərrüfatı əmlakının əmələ
gəlməsinin başlıca mənbələri aşağıdakılardır:
a) kəndli təsərrüfatı
üzvlərinin təsərrüfata verdiyi pul və digər maddi vəsaitlər;
b) məhsulun
satışından, işlərin görülməsindən,
xidmətlər göstərilməsindən,
habelə əmək fəaliyyətinin başqa növlərindən
əldə edilən gəlirlər;
v) qiymətli
kağızlardan gəlirlər;
q) kreditlər;
ğ) müəssisələrdən, idarələrdən,
təşkilatlardan, vətəndaşlardan əvəzsiz olaraq daxil olan vəsaitlər və
xeyriyyə yardımları;
d) qanunvericiliklə
qadağan edilməyən digər mənbələrdən
daxil olan vəsaitlər.
M a d d ə
26. Kəndli təsərrüfatının
əmlakına sahiblik, ondan istifadə
və bu əmlak üzərində sərəncam
1. Kəndli təsərrüfatının ümumi
(paylar məlum olan və ya məlum olmayan)
mülkiyyətinə onun hər bir üzvünün şəxsi
mülkiyyətinə aid olan əmlak daxil ola
bilər.
2.
Kəndli təsərrüfatında
əmlak münasibətləri bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi,
Azərbaycan Respublikasının Nikah və
Ailə Məcəlləsi, kəndli təsərrüfatının
Nizamnaməsi ilə və onları
tamamlayan digər aktlarla nizama salınır.
3.
Kəndli təsərrüfatının
əmlakı təsərrüfatın bütün üzvlərinə məxsusdur; kəndli təsərrüfatı
onun bütün üzvlərinin qərarı ilə sərəncamında
olan ümumi əmlak üzərində mülkiyyət
hüququnun subyekti kimi
çıxış edir.
4.
Kəndli təsərrüfatının
başçısı onun bütün üzvlərinin
razılığı ilə bu təsərrüfatın
adından onun əmlakına idarəçilik qaydasında sahiblik, ondan istifadə və əmlak üzərində
sərəncam hüquqlarını
qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata
keçirir.
5.
Kəndli təsərrüfatının
üzvləri əmlak münasibətlərinin digər qaydası barədə razılığa gələrsə,
onlar əmlaka sahiblik, ondan istifadə və sərəncam
qaydalarını özləri müəyyən edirlər.
6.
Kəndli təsərrüfatı
mülkiyyət hüququ əsasında ona məxsus olan əmlak üzərində sərbəst sərəncam
verir.
7.
Kəndli təsərrüfatının
əmlakına dövlət, təsərrüfat
orqanlarının və digər təşkilatların, vəzifəli
şəxslərin sərəncam verməsi qadağan edilir.
8.
Kəndli təsərrüfatının
əmlakı yalnız məhkəmə qaydasında məcburi alına bilər.
9.
Kəndli təsərrüfatının
üzvləri onun əmlakından istifadəni qarşılıqlı razılıq əsasında həyata
keçirirlər.
10.
Əmlak üzərində
sərəncam üzrə bütün əqdləri təsərrüfatın
başçısı və ya onun vəkil etdiyi şəxslər
bağlaya bilər.
11.
Kəndli təsərrüfatı
müəssisə, idarə, təşkilat və vətəndaşlardan əmlak almaq, icarəyə götürmək və
ya müvəqqəti istifadə etmək
hüquqlarına malikdir.
12.
Kəndli təsərrüfatının
əmlakı qüvvədə olan qanunvericiliyə uyğun olaraq sığorta edilir.
13.
Kəndli təsərrüfatının
əmlak ,hüquqları dövlət tərəfindən və qanunvericiliklə müdafiə edilir.
M a d d ə 27. Kəndli
təsərrüfatı əmlakının bölünməsi
və onun üzvlərinə
payların ödənilməsi
1. Kəndli təsərrüfatının yeni təsərrüfat
yaratmaq istəyən üzvünə ümumi əmlakdan
(torpaq sahəsi istisna olmaqla) onun payına düşən hissə pul və natura formasında kənd
təsərrüfatı maşınları, nəqliyyat vasitələri, mal-qara, quş və
digər əmlak ayrıla bilər.
2. Kəndli təsərrüfatının paylar məlum
olan ümumi mülkiyyətində təsərrüfatın
işində iştirak edən əmək qabiliyyətli
üzvlərinin və vaxtı ilə
iştirak edib, sonradan əmək qabiliyyətini itirdiyinə görə işdən getmiş üzvlərinin,
eləcə də ailənin üzvü kimi təsərrüfatın
işində iştirak edən yeniyetmələrin payı
vardır. Kəndli təsərrüfatının
tərkibindən çıxan üzvünün təsərrüfatdakı
əmlak payı kəndli təsərrüfatı
təşkil edilərkən ona verilmiş əmlak
payından, işlədiyi müddətdən və əmək
töhfəsindən asılı olaraq müəyyən edilir.
3.
Kəndli təsərrüfatının
ayrı-ayrı üzvləri yeni kəndli təsərrüfatı yaratmadan onun tərkibindən
çıxdıqda, kəndli təsərrüfatı və onun ümumi əmlakı bölünmür. Belə
hallarda ümumi mülkiyyətdən onların payına düşən hissənin dəyəri
pul ifadəsində ödənilir.
4.
Təsərrüfatın
tərkibindən çıxan üzvünün ümumi əmlakdakı
payının dəyəri təsərrüfata
müraciət etdiyi gündən üç ildən gec olmayaraq pul ifadəsində ödənilir.
5.
Kəndli təsərrüfatının
üzvü onun tərkibindən çıxarkən təsərrüfatın əmlakından
natura formasında pay almaq hüququ təsərrüfatın bütün əmək
qabiliyyətli üzvlərinin razılığı əsasında
həyata keçirilir.
6.
Əmlakın
bölünməsi və kompensasiyanın ödənilməsi
haqda kəndli təsərrüfatı
üzvlərinin qarşılıqlı
razılığı olmadıqda mübahisə
məhkəmə qaydasında həll edilir.
M a d d ə 28. Kəndli təsərrüfatında torpağın və əmlakın
vərəsəlik üzrə keçməsi və
bağışlanması
1. Kəndli təsərrüfatının
başçısı torpaq sahəsi üzərindəki mülkiyyət hüququnu təsərrüfatın
bütün üzvlərinin razılığı ilə və
müvafiq rayon, şəhər xalq deputatları Sovetinin qərarı
əsasında, torpağın təsərrüfat
təyinatını dəyişdirmədən ailə üzvlərindən
birinin adına keçirə bilər.
2. Əmtəəlik kənd təsərrüfatı
məhsulları istehsalı üçün mülkiyyətə
verilən torpaq sahəsinin satılmasına və ya başqa
cür özgəninkiləşdirilməsinə
həmin sahənin alındığı vaxtdan ən azı 5
il keç-dikdən sonra yol verilir.
3.
Mülkiyyətdə olan
əmlak və torpaq sahələri vərəsələrə
qanun və ya vəsiyyət üzrə
keçə bilər.
4.
Kəndli təsərrüfatının
başçısı öldükdə torpaq üzərində
mülkiyyət hüququ təsərrüfatın
bütün üzvlərinin razılığı ilə,
müvafiq rayon, şəhər xalq
deputatları Sovetinin qərarı əsasında onun üzvlərindən birinin adına keçir və
torpaq sənədləri (dövlət aktı) onun
adına rəsmiləşdirilir.
5.
Vərəsəlik və
ya bağışlama yolu ilə əldə olunan kəndli təsərrüfatının əmlakı onun yeni sahibinə
bu Qanunun 27-ci maddəsində nəzərdə
tutulmuş qaydada verilir.
6.
Vərəsəlik və
ya bağışlama yolu ilə kəndli təsərrüfatını
bütövlükdə əldə edən
vətəndaş kəndli təsərrüfatı ilə məşğul
olmaq istəmədikdə istehsal təyinatlı
torpaqlar bu Qanuna müvafiq olaraq bir ildən
gec olmamaq şərti ilə özgəninkiləşdirilməlidir.
7.
Vərəsəlik və
ya bağışlama yolu ilə kəndli təsərrüfatını
əldə edən vətəndaşlar əmlakın
onların mülkiyyətinə keçməsinə görə
dövlət rüsumundan azad olunurlar.
8.
Qanun və ya vəsiyyət
üzrə vərəsə olmadıqda, eləcə də
mirası qəbul etməkdən
imtina edildiyi və ya kəndli təsərrüfatının
bütün üzvlərinin bu
hüquqdan məhrum edildiyi hallarda kəndli təsərrüfatının
əmlakı və torpağı qanunvericiliklə müəyyən
edilmiş qaydada dövlətə
keçir.
V bölmə
KƏNDLİ TƏSƏRRÜFATININ
FƏALİYYƏTİ
M a d d ə 29. Kəndli təsərrüfatının
istehsal fəaliyyəti
1. Kəndli
təsərrüfatı özünün xüsusi mənafeyini
əsas götürərək fəaliyyətinin
istiqamətlərini, istehsalın həcmini və quruluşunu
müstəqil müəyyən edir (bu Qanunun 18-ci maddəsinin
2-ci bəndinə riayət etmək şərti ilə). O, kənd
təsərrüfatı məhsullarının istehsalı,
emalı və satışı kimi öz fəaliyyətinin
aparıcı növünü saxlamaqla yanaşı, qüvvədə olan qanunvericiliklə
qadağan edilməmiş istənilən fəaliyyət
növləri ilə də məşğul ola bilər.
2.
Kəndli təsərrüfatının
müəssisələrlə, assosiasiyalarla, kooperativlərlə,
digər kəndli təsərrüfatları ilə, habelə
vətəndaşlarla istehsal, kommersiya və
başqa münasibətləri müqavilə əsasında həyata keçirilir. Kəndli təsərrüfatı
təsərrüfat hesabı və özünümaliyyələşdirmə əsasında fəaliyyət
göstərir, öz xərclərini gəliri hesabına ödəyir.
3.
Tərkibində yol verilən
normadan artıq zərərli maddələr olan məhsulun istehsal edilməsi və satılması,
habelə qanunvericiliyin kəndli
təsərrüfatı tərəfindən başqa şəkildə
pozulması halları istisna olmaqla, kəndli təsərrüfatının
fəaliyyətinə dövlət, təsərrüfat təşkilatlarının və başqa
orqanların, vəzifəli şəxslərin qarışması qadağandır.
4.
Dövlət təşkilatları
və başqa orqanlar, vəzifəli şəxslər kəndli təsərrüfatının fəaliyyətinə
əsassız olaraq müdaxilə etdikdə qanunla müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar. Belə hallarda kəndli təsərrüfatının
pozulmuş hüquqları bərpa edilir, ona dəyən zərərin
və əldən çıxmış mənfəətin əvəzi
isə zərər vuran şəxs
tərəfindən tam həcmdə ödənilir.
5.
Kəndli təsərrüfatının
fəaliyyəti ilə əlaqədar olan təsərrüfat mübahisələri, zərərin və əldən
çıxmış mənfəətin ödənilməsi
haqqında mübahisələr məhkəmə
qaydasında həll edilir.
6.
Kəndli təsərrüfatı
öz fəaliyyəti ilə əlaqədar
götürdüyü müqavilə
öhdəliklərini pozduqda, qüvvədə olan
qanunvericiliyə əsasən öz əmlakı
ilə cavab verir.
Dövlət kəndli təsərrüfatının
öhdəliklərinə görə, kəndli təsərrüfatları
isə dövlətin öhdəliklərinə görə məsuliyyət
daşımır.
7. Kəndli
təsərrüfatı müstəqil olaraq özünün
əsas və dövriyyə fondlarını
yaradır, avadanlıqların, tikililərin və
qurğuların istismarını
həyata keçirir, təsərrüfatın
aparılması üçün lazım olan torpaq sahəsinin və əmlakın
icarəyə götürülməsinə dair müqavilələr bağlayır.
M a d d ə 30. Kəndli təsərrüfatlarının
birgə fəaliyyəti
Kəndli təsərrüfatları məhsul
istehsalı, emalı və satışı, maddi-texniki təchizat, tikinti, texniki, su təsərrüfatı,
baytarlıq, aqrokimya, məsləhət və digər xidmət
növləri ilə məşğul olan kooperativlərin, assosiasiyaların, ittifaqların və digər
təşkilatların, eləcə də qeyri-kənd
təsərrüfatı müəssisələrinin, birliklərin,
konsorsiumların, bankların,
sığorta müəssisələrinin, o cümlədən
xarici partnyorlarla birgə müəssisələrin
könüllü təsisçiləri və iştirakçıları olmaqla bərabər
qiymətli kağızları ala və sata bilərlər.
Maddə 31. Kəndli təsərrüfatının
əmək fəaliyyəti
1. Kəndli təsərrüfatının fəaliyyəti
əsasən onun üzvlərinin əməyinə əsaslanır.
2.
İstehsalat
ehtiyacları olduğu hallarda (yığım
mövsümü Dövründə təsərrüfatın
bütün üzvlərinin əməyini səfərbər
etməklə işləri vaxtında
görmək mümgün olmadıqda) kəndli təsərrüfatına
qüvvədə olan qanunvericiliyə
uyğun olaraq muzdlu əməkdən istifadə etməyə icazə verilir. Muzdlu əməyin şərtləri
vətəndaşlarla bağlanılan müqavilə ilə tənzim edilir.
3. Müqavilə üzrə işləyən vətəndaşların
əmək haqqı birinci növbədə
ödənilir. Xüsusi razılığa gəlmədikdə,
vətəndaşların əməyinin ödənilməsi kəndli təsərrüfatının
işinin nəticələrindən asılı olmamalıdır.
4.
Kəndli təsərrüfatının
başçısı öz təsərrüfatının
üzvləri və əmək
müqaviləsi bağlamış vətəndaşlar
üçün təhlükəsiz iş şəraiti yaratmağa borcludur.
5.
Kəndli təsərrüfatında
əmək münasibətləri təsərrüfatın
üzvləri tərəfindən müəyyən
edilir və nizama salınır.
6.
Kəndli təsərrüfatının
üzvlərinin və onunla əmək müqaviləsi
bağlamış vətəndaşların əmək
stajı haqqındakı məlumatlar kəndli təsərrüfatının başçısı
tərəfindən onların əmək kitabçasında qeyd edilir və icra hakimiyyətinin
başçısının kənd, qəsəbə inzibati ərazi üzrə nümayəndəsi tərəfindən
təsdiq edilir.
7.
Təsərrüfatın
başçısı ilə kəndli təsərrüfatının
üzvləri və əmək
müqaviləsi üzrə işləyən vətəndaşlar
arasındakı əmək mübahisələrinə
məhkəmədə baxılır.
8.
Əmək müqaviləsində
iş gününün uzunluğu, istirahət günləri,
hər il ödənilən məzuniyyətlər, əməyin
ödənilməsinin formaları və onun həcmi, məişət və əmək şəraitinə
dair digər məsələlər qüvvədə olan əmək qanunvericiliyinə uyğun olaraq müəyyən
edilir.
Kəndli təsərrüfatında əmək
müqaviləsi ilə işləyən şəxslərin əməyinin ödənilməsinin həcmi və
verilən məzuniyyətin müddəti dövlət müəssisəsindəki
müvafiq peşə işçiləri üçün
müəyyən edilmiş əməyin ödənilməsinin
həcmindən və verilən məzuniyyətin müddətindən aşağı olmamalıdır.
Kəndli təsərrüfatına işə cəlb
edilən şəxslərlə bağlanan əmək müqaviləsi müvafiq icra hakimiyyəti
başçısının kənd, qəsəbə inzibati
ərazisi üzrə nümayəndəsi tərəfindən,
kəndli təsərrüfatı göstərilən şəxslər üçün əsas
iş yeri olduğu hallarda isə həm də sahə həmkarlar ittifaqı orqanında qeydə
alınmalıdır.
Əmək
müqaviləsi üzrə işə cəlb edilən şəxsin
kəndli təsərrüfatındakı
iş stajını təsdiq edən sənəd onun əmək
kitabçasındakı qeyddir.
10.
Kəndli təsərrüfatı
üzvlərinin, eləcə də əmək müqaviləsi
üzrə işləyən şəxslərin əmək
hüquqları və vəzifələri bu Qanunla, Azərbaycan Respublikasının Əmək
Qanunları Məcəlləsi və digər aktlarla müəyyən edilir.
11.
Kəndli təsərrüfatı
başçısının razılığı ilə təsərrüfatda
əmək müqaviləsi üzrə işləyən
şəxslər təsərrüfatın əmlakına pul və ya digər formada pay qoya bilər və bu
payın həcminə uyğun olaraq gəlirin
bölüşdürülməsində iştirak edə bilərlər.
M a d d ə 32. Məhsulun kəndli təsərrüfatı
tərəfindən satılması
1. Kəndli təsərrüfatı istehsal etdiyi məhsul
üzərində sərəncam vermək,
onu öz istəyindən asılı olaraq Dövlət tədarük
təşkilatlarında, dövlət və kooperativ ticarət
şəbəkələrində və kolxoz bazarında
müqavilə əsasında və sərbəst satmaq
hüququna malikdir.
2.
Kəndli təsərrüfatı
məhsulun keyfiyyətinə, sanitar və digər tələblərə riayət etməyə borcludur
və buna görə məsuliyyət daşıyır.
3.
Kəndli təsərrüfatı
istehsal etdiyi məhsula müstəqil olaraq qiymət
qoyur.
4.
Dövlət tədarük
təşkilatları və emal müəssisələri kəndli
təsərrüfatı tərəfindən təqdim
edilən məhsulları, ona tələbat varsa və keyfiyyət
standartına uyğundursa, kolxoz və sovxozlardan qəbul etdikləri qiymətə uyğun olaraq götürməyə
borcludurlar.
5. Kəndli təsərrüfatı tərəfindən
istehsal edilən məhsulların ixracı,
eləcə də xarici partnyorlarla haqq-hesab qanunvericiliklə müəyyən edilmiş qaydada həyata
keçirilir.
M a d d ə 33. Kəndli
təsərrüfatının pul vəsaiti
1. Kəndli təsərrüfatının pul vəsaiti
məhsulun satışından, işlərin görülməsindən və xidmətlər
göstərilməsindən, kreditlər, büdcə təxsisatları, bağışlama və digər
gəlirlər hesabına yaranır.
2.
Kəndli təsərrüfatı
pul vəsaitlərini, o cümlədən valyuta vəsaitlərini
saxlamaq, hesablaşma, kredit və kassa əməliyyatlarının
bütün növlərini həyata keçirmək
üçün bankda hesab açmaq hüququna malikdir.
Kəndli təsərrüfatı bu hesabdakı vəsaitlər
barədə sərbəst sərəncam
verir, hesablaşma hesabındakı vəsaitlərdən həm
nağdsız qaydada və həm də nağd pul ödəməsi
yolu ilə istifadə edir.
3.
Kəndli təsərrüfatının
bütün haqq-hesabları, büdcə ödəmələri də daxil olmaqla haqq-hesab sənədlərinin daxil
olmasının təqvim növbəsi üzrə
ödəmə müddətinin çatması nəzərə
alınmaqla həyata keçirilir.
4.
Kəndli təsərrüfatının
hesablaşma hesabından vəsaitin silinməsinə yalnız onun razılığı ilə
və ya məhkəmə qaydasında yol verilir.
M a d d ə 34. Kəndli
təsərrüfatının kreditləşdirilməsi
1. Kəndli təsərrüfatı müqavilələr
əsasında dövlət, kommersiya, ticarət, kooperativ
banklarının və digər təşkilatların verdiyi
qısa və uzunmüddətli kreditlərdən
istifadə etmək hüququna malikdir. Bu zaman ssudalar üzrə faiz dərəcələri
dövlət müəssisələri üçün müəyyən edilmiş qaydada hesablanır.
2.
Mülki qanunvericiliyə
uyğun olaraq üzərinə həbs qoyula bilməyən əmlakdan başqa borc alınan torpaq sahəsi
(müəyyən edilmiş qaydada), əmtəə-maddi
sərvətlər, istehsal edilən məhsul və qanunvericilikdə nəzərdə tutulmuş digər əmlak
girov kimi qəbul oluna bilər.
3.
Kəndli təsərrüfatının
götürdüyü kreditin qaytarılması girov və
öhdəliyin təmin edilməsinin digər növləri ilə
müəyyən edilir. Kredit vaxtında
qaytarılmadıqda bank müəssisəsi məhkəməyə
müraciət etmədən girov qoyulmuş əmlakı
sata və onun satışından daxil olan vəsaiti
borcun ödənilməsinə yönəldə bilər.
4.
Kəndli təsərrüfatı
təşkil olunan zaman tədiyə qabiliyyətli hüquqi və fiziki şəxslər ona ssuda və
kreditlərin verilməsi üçün zəmanətçi kimi çıxış edə
bilərlər.
Rayon, şəhər xalq deputatları Soveti yerli
büdcənin vəsaiti hesabına
kəndli təsərrüfatlarına əvəzsiz maddi
yardım göstərə bilər.
Kəndli təsərrüfatı ilk dəfə təşkil
edilərkən güzəştli kreditlərdən istifadə edə bilər. Onların
qaytarılmasının müddəti kredit alınmasının altıncı ayından
başlanır. Kreditdən istifadə etdiyinə
görə kəndli təsərrüfatı qüvvədə
olan qanunvericiliyə uyğun olaraq faiz verir.
5.
Kəndli təsərrüfatının
hesabında qalan sərbəst vəsaitdən istifadə etməyə görə bank ona müqavilədə
nəzərdə tutulmuş şərtlərlə faizlər verir.
6.
Kəndli təsərrüfatı
özünün və icarəyə götürdüyü
istehsal vasitələrini, eləcə
də kənd təsərrüfatı bitkiləri əkinlərini,
çoxillik əkmələri
kolxoz və sovxozlar üçün müəyyən
edilmiş şərtlərlə, könüllülük
əsasında sığorta etdirə bilər.
M a d d ə 35. Kəndli təsərrüfatında
uçot və hesabat
Kəndli təsərrüfatı müəyyən
edilmiş qaydada öz işinin nəticələrinin uçotunu aparır və statistika
hesabatı təqdim edir.
Kəndli təsərrüfatının
başçısı dövlət uçotunun təhrif edilməsinə görə qanunvericilikdə müəYYƏn
olunmuş qaydada məsuliyyət daşıyır.
M a d d ə 36. Kəndli
təsərrüfatının dövlət, kooperativ müəssisələri, təşkilatları, idarələri
ilə və vətəndaşlarla qarşılıqlı
münasibətləri
Kəndli təsərrüfatının dövlət
kooperativ və digər ictimai müəssisələrlə, taşkilatlarla, idarələrlə
və vətəndaşlarla qanunla qadağan
edilməməş əqdlər bağlamağa, təsərrüfatın
aparılması üçün lazım
olan əmlakı dövlət, kooperativ və digər ictimai
müəssisələrdən, təşkilatlardan,
idarələrdən və vətəndaşlardan əldə
etməyə, dəyişdirməyə,
satmağa, icarəyə götürməyə, borc almağa
hüququ vardır.
Kəndli təsərrüfatının dövlət,
kooperativ və digər ictimai müəssisələrlə, təşkilatlarla, idarələrlə
və vətəndaşlarla təsərrüfat və istehsal sahəsindəki qarşılıqlı
münasibətləri, eləcə də tədarükçülərlə
maddi-texniki təchizat üzrə münasibətləri, onun bütün
təsərrüfat əməliyyatları (əgər
qüvvədə olan qanunvericiliklə başqa hal nəzərdə tutulmayıbsa) tərəflər
arasında bağlanan müqavilələrlə
tənzim edilir.
M a d d ə 37. Kəndli təsərrüfatının
məsuliyyəti
Müqavilə öhdəliklərini,
kredit-hesablaşma və vergi intizamını, təsərrüfat fəaliyyətinin həyata
keçirilməsinin digər qaydalarını pozmağa görə kəndli təsərrüfatı
qüvvədə olan qanunvericilikdə nəzərdə
tutulmuş qaydada maddi məsuliyyət daşıyır.
Ekoloji cəhətdən çirklənmiş və zərərli
ərzaq məhsullarını satmağa
görə kəndli təsərrüfatının
başçısı maddi və cinayət məsuliyyətinə cəlb edilir.
M a d d ə 38. Kəndli təsərrüfatının
maddi-texniki və digər
vasitələrə ehtiyacının
təminatı
1.
Kəndli təsərrüfatı
normal fəaliyyətini həyata keçirmək
üçün maddi-texniki vasitələri
dövlət təchizat təşkilatlarından, o cümlədən
kəndli təsərrüfatı üçün
ayrılmış xüsusi fondlardan kolxoz və sovxozlar üçün müəyyən
edilmiş qayda və şərtlərlə əldə edir.
2.
Kəndli təsərrüfatı
maddi-texniki ehtiyatları istənilən müəssisələrdən və təşkilatlardan,
kolxoz bazarlarından, əhalidən, eləcə də dövlət və kooperativ
xırda pərakəndə ticarət şəbəkəsindən
əldə edə (satın ala, dəyişdirə, icarəyə
götürə və s.) bilər.
3.
Kəndli təsərrüfatına
satılan məhsulun, malların, əmlakın, enerjinin, yanacaq-sürtkü materiallarının və
eləcə də traktorların, kənd
təsərrüfatı texnikasının və
avadanlığının, avtomaşınların təmiri və onlara texniki xidmət göstərilməsi
üçün haqqın ödənilməsi
dövlət müəssisələri və təşkilatları
tərəfindən kolxoz və
sovxozlar üçün qüvvədə olan qiymətlərə
və tariflərə əsasən, habelə müqavilə qiymətləri üzrə həyata
keçirilir.
4.
İstehsal və sosial-məişət
təyinatlı obyektlərin olmadığı ərazidə kəndli təsərrüfatı təşkil
edilərkən yolların, elektrik xətlərinin,
su təchizatı şəbəkələrinin çəkilişini,
torpaqların meliorasiya işlərini
dövlət öz üzərinə götürür.
5. Torpaq
ayrılması işləri, dövlət aktının rəsmiləşdirilməsi, torpaq kadastrı sənədlərinin
aparılması, yer quruluşu, aqrokimya işləri və torpağın ekoloji
pasportlaşdırılması Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.
M a d d ə 39. Kəndli təsərrüfatı
üzvlərinin və müqavilə üzrə işləyənlərin dövlət sosial
sığortası və sosial təminatı
1.
Kəndli təsərrüfatının
üzvlərinə, o cümlədən ailənin həmin təsərrüfatda çalışan 14
yaşından yuxarı üzvlərinə, eləcə də
təsərrüfatda əmək
müqaviləsi üzrə işləyən vətəndaşlara
qüvvədə olan; qanunvericiliyə əsasən dövlət
sosial sığortası və sosial təminatı aid edilir,
2.
Kəndli təsərrüfatının
üzvləri sığortaçı kimi rayon həmkarlar ittifaqı orqanında qeydə alınırlar.
3.
Kəndli təsərrüfatı
öz gəlirindən təsərrüfatın üzvləri,
14 yaşından yuxarı olub onun işində
çalışan ailə üzvləri və əmək müqaviləsi üzrə işləyən vətəndaşlar
adından kolxozçular və sovxoz işçiləri
üçün müəyyən edilmiş qaydada dövlət
sosial sığorta fonduna və pensiya
fonduna ayırmalar ödəyir.
4.
Kəndli təsərrüfatı
üzvlərinə, o cümlədən ailənin həmin təsərrüfatda
çalışan 14 yaşından yuxarı üzvlərinə
və müqavilə üzrə işləyən
vətəndaşlara pensiya və müavinətlər Azərbaycan
Respublikasının pensiya qanunvericiliyində
nəzərdə tutulmuş qaydalarla və şərtlərlə təyin edilir.
Kəndli təsərrüfatının üzvlərinə
və müqavilə üzrə işləyən vətəndaşlara əvvəllər təyin edilmiş
pensiya onların gəlirlərindən asılı olmayaraq tam
həcmdə ödənilir.
5.
Kəndli təsərrüfatının
üzvləri, o cümlədən ailənin həmin təsərrüfatda çalışan üzvləri
və təsərrüfatda əmək müqaviləsi üzrə işləyən vətəndaşlar əmək
qabiliyyətini müvəqqəti itirməyə görə və digər müavinətlər, eləcə də
dövlət sosial sığortası üzrə xidmətin başqa növləri ilə fəhlələr,
qulluqçular və kolxoz üzvləri ilə bərabər səviyyədə təmin edilirlər.
Kəndli təsərrüfatının üzvü olan qadınlara, bundan əlavə, hamiləlik və
doğuma görə məzuniyyət və müavinət, işləyən qadınlar
üçün nəzərdə tutulmuş digər məzuniyyətlər və güzəştlər səviyyəsində
verilir.
6.
Pensiya təyin edilərkən
kəndli təsərrüfatının üzvlərinin və müqavilə üzrə işləyən vətəndaşların
təsərrüfatda işlədiyi bütün müddət onların iş stajına daxil
edilir.
7.
Vətəndaşların
kəndli təsərrüfatında işlədikləri
müddət əmək
kitabçasındakı qeydlərə və sosial
sığorta üzrə haqqın verildiyini təsdiq edən sənədlərə əsasən
dövlət sosial sığortası üzrə pensiya və
müavinət verilərkən onların ümumi və fasiləsiz
iş stajına daxil edilir.
8.
Kəndli təsərrüfatı,
onun üzvləri və müqavilə üzrə işləyən
vətəndaşlar vəzifələrini icra edərkən
aldıqları şikəstliyə və sağlamlığın digər formada pozulmasına
görə qüvvədə olan qanunvericiliyə uyğun
maddi məsuliyyət daşıyır.
9.
Kəndli təsərrüfatının
üzvlərinə sosial və mədəni xidmət göstərilməsi öz vəsaitləri və
ictimai istehlak fondlarının vəsaiti hesabına həyata keçirilir. Kəndli təsərrüfatının
üzvləri ictimai xarakterli sosial obyektlərin
xidmətlərindən fəhlə, qulluqçu və kolxoz üzvləri ilə bərabər istifadə
edirlər.
M a d d ə 40. Kəndli təsərrüfatının
vergiyə cəlb edilməsi
Kəndli təsərrüfatı vergiyə Azərbaycan
Respublikasının qanun-vericiliyi əsasında
cəlb edilir. Kəndli təsərrüfatının, onun
üzvlərinin və müqavilə
üzrə işləyən vətəndaşların gəlirləri
deklarasiyada tam əks olunmalıdır.
Kənd təsərrüfatı ilə əlaqədar
olmayan fəaliyyət nəticəsində qazanılmış gəlirlərdən vergi qüvvədə
olan qanunvericiliklə müəyyən edilir.
Maddə 41. Kəndli təsərrüfatının fəaliyyətinə
nəzarət
Kəndli təsərrüfatının torpaqdan,
kreditlərdən istifadə, vergilərin ödənilməsi,
əməyin mühafizəsi, yanğından mühafizə,
heyvanların xəstələnməsinin
profilaktikası, bitkilərin xəstəliklərinə və zərərvericilərinə qarşı
mübarizə, təbiəti mühafizə qanunvericiliyinə riayət edilməsi sahəsindəki və
digər sahələrdəki fəaliyyətləri üzərində
nəzarət buna xüsusi vəkil edilmiş orqanlar tərəfindən həyata keçirilir.
VI bölmə
KƏNDLİ
TƏSƏRRÜFATININ FƏALİYYƏTİNƏ XİTAM
VERİLMƏSİ
M a d d ə 42. Kəndli təsərrüfatının
fəaliyyətinə xitam verilməsinin şərtləri
Kəndli təsərrüfatının fəaliyyətinə
aşağıdakı hallarda xitam verilir:
a) kəndli
təsərrüfatında işləməkdən onun
üzvləri könüllü surətdə imtina etdikdə. Bu barədə kəndli .təsərrüfatının
başçısı ən
azı bir ay qabaq müvafiq rayon, şəhər xalq
deputatları Sovetinə xəbər
verməlidir;
b) kəndli
təsərrüfatının üzvləri öldükdə,
təsərrüfatın fəaliyyətini davam etdirmək arzusunda olan heç bir vərəsə
qalmadıqda və ya həmin
təsərrüfatın üzvləri kəndli təsərrüfatı
ilə məşğul olmaqdan
imtina etdikdə;
v) bu
Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş
hallarda torpaq üzərində
mülkiyyət hüququna xitam verildikdə;
q) kəndli
təsərrüfatı müflisləşdikdə;
ğ) kəndli təsərrüfatı başlıca
olaraq (yarıdan çoxu) daimi muzdlu
işçilərin əməyinə əsaslandıqda.
M a d d ə 43. Kəndli təsərrüfatının
fəaliyyətinə xitam verilməsi qaydası
Kəndli təsərrüfatının fəaliyyətinə
xitam verilməsi barədə qərar rayon, şəhər xalq deputatları Soveti tərəfindən
qəbul edilir.
Kəndli təsərrüfatının ləğv
edilməsinə dair qərar qəbul edildikdən sonra bu barədə icra hakimiyyəti
başçısının kənd, qəsəbə inzibati ərazisi üzrə nümayəndəsi tərəfindən
təsərrüfat kitabında müvafiq qeyd yazır.
Kəndli təsərrüfatının fəaliyyətinə
xitam verildikdə onun əmlakından
təsərrüfatda əmək müqaviləsi üzrə
işləyən şəxslərin əməyinin ödənilməsi üzrə haqq-hesab aparmaq,
büdcə ödəmələrini vermək, bank
ssudalarını qaytarmaq və digər borc verənlərlə
hesablaşmaq üçün istifadə
edilir, əmlakın yerdə qalan hissəsi isə təsərrüfatın üzvləri arasında
bölünür.
Kəndli təsərrüfatının fəaliyyətinə
xitam verildikdə, onun üzvlərinin
yaşayış binasına və həyətyanı sahələrə,
eləcə də mülkiyyətlərində
olan digər əmlaka mülkiyyət hüququ
saxlanılır.
Kəndli təsərrüfatının fəaliyyətinə
xitam verilməsinə və əmlakının bölünməsinə dair mübahisələrə
məhkəmə qaydasında baxılır.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini
həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Y. MƏMMƏDOV.
Bakı şəhəri, 8 aprel 1992-ci il
¹ 102.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə
241)
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
*
Bundan sonra “kəndli təsərrüfatı”.
1 ) kəndli
təsərrüfatının nümunəvi Nizamnaməsini
Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq
edir.
[1] 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 241) ilə qüvvədən
düşmüş hesab edilmişdir.