"Azərbaycan Respublikasının yanacaq-enerji
kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə
Dövlət Proqramı"nın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan
Respublikasının iqtisadiyyatında və sosial həyatında
müstəsna əhəmiyyətə malik olan yanacaq-enerji
kompleksinin daha da inkişaf etdirilməsi, əhalinin və
iqtisadiyyatın enerji resursları ilə təminatının
yaxşılaşdırılması və
enerjidaşıyıcılardan istifadənin səmərəsinin
artırılması məqsədi ilə qərara alıram:
1.
"Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin
inkişafı (2005-2015-ci illər) üzrə Dövlət
Proqramı" təsdiq edilsin (əlavə olunur).
2.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin
əlaqələndiricisi Azərbaycan Respublikasının Energetika
Nazirliyi
müəyyən edilsin. [1]
3.
Azərbaycan Respublikasının Energetika Nazirliyi,
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti,
“Azərenerji” Səhmdar Cəmiyyəti,
digər aidiyyatı mərkəzi və yerli icra hakimiyyəti
orqanları öz səlahiyyətləri daxilində Dövlət
Proqramının icrasını təmin edən zəruri tədbirləri
həyata keçirsinlər. [2]
4.
Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan
Respublikasının Energetika Nazirliyi bu Sərəncamdan
irəli gələn məsələləri həll etsinlər.
5.
Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 14 fevral 2005-ci il
¹ 635
|
Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 14 fevral
tarixli 635 nömrəli Sərəncamı ilə TƏSDİQ
EDİLMİŞDİR |
AZƏRBAYCAN
RESPUBLİKASININ YANACAQ-ENERJİ KOMPLEKSİNİN
İNKİŞAFI (2005-2015-ci İLLƏR) ÜZRƏ
DÖVLƏT PROQRAMI
Giriş
Məlum olduğu kimi, Azərbaycan
Respublikasının ərazisi karbohidrogen ehtiyatları ilə
zəngindir. Abşeron yarımadasında və Xəzər dənizinin
Azərbaycan sektorunda iri həcmli neft və qaz yataqları və
strukturları mövcuddur.
Onlardan istifadə bütün
dövrlərdə aktual olmuş və xüsusilə Azərbaycan
Respublikası özünün dövlət müstəqilliyini
bərpa etdikdən sonra ölkənin təbii
ehtiyatlarından xalqın rifahının
yaxşılaşdırılması və iqtisadiyyatın
yüksəlişi naminə səmərəli istifadə daha
böyük əhəmiyyətə malik olmuşdur.
Azərbaycan xalqının
ümummilli lideri, Prezident Heydər Əliyevin qətiyyətli
siyasəti nəticəsində 1994-cü ildən
başlayaraq həyata keçirilən yeni neft strategiyası
Azərbaycanın beynəlxalq iqtisadi sistemə
inteqrasiyasında və ölkəyə xarici
investisiyaların gətirilməsində mühüm rol
oynamışdır. Onun şəxsi təşəbbüsü
və bilavasitə rəhbərliyi altında Xəzər dənizinin
Azərbaycan sektorunda yerləşən karbohidrogen
yataqlarının işlənilməsinə dair
dünyanın qabaqcıl neft şirkətləri ilə
bağlanmış”Əsrin müqaviləsi” müasir
dövrdə ölkənin neft-qaz sənayesinin
inkişafına yeni təkan vermişdir.
Azərbaycan
Respublikasının sosial-iqtisadi inkişafında yanacaq-enerji
kompleksinin müstəsna rolu vardır. Bu gün ölkənin
yanacaq-enerji kompleksinin qarşısında duran əsas vəzifə
son on ildə qazanılmış uğurları möhkəmləndirməkdən,
iqtisadiyyatın və əhalinin enerji resurslarına olan tələbatını
daha dolğun ödənilməsini təmin etməkdən ibarətdir.
Bu mühüm vəzifənin yerinə yetirilməsi məqsədilə
hazırlanmış “Azərbaycan Respublikasının
yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər)
üzrə Dövlət Proqramı”nda qarşıdakı on
illik dövrdə bu kompleksə daxil olan sahələrin
inkişaf istiqamətləri müəyyənləşdirilmiş
və onların reallaşması üçün konkret tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Dövlət Proqramının
məqsədi və əsas vəzifələri
Dövlət Proqramının
məqsədi qarşıdakı on ildə Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksini inkişaf etdirməklə,
əhalinin və iqtisadiyyatın elektrik enerjisinə, qaza və
digər enejidaşıyıcılarına olan tələbatının
daha dolğun ödənilməsinə nail olmaqdan ibarətdir.
Dövlət Proqramının əsas
vəzifələri aşağıdakılardır:
- Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksinin müasir tələblərə
uyğun inkişafının əsas istiqamətlərini
müəyyənləşdirmək;
- yanacaq-enerji kompleksinə daxil
olan sənaye sahələrinin fəaliyyətinin səmərəliliyinin
artırılması üçün müvafiq elmi-texniki və
təşkilati tədbirlər həyata keçirmək;
- enerji resurslarının
istehsalı, emalı, nəqli, saxlanması, uçotu və
istehlakı üzrə mütərəqqi texnoloji tədbirlərin
həyata keçirilməsini təmin etmək;
- yanacaq-enerji sektorunda sağlam
rəqabət mühitini formalaşdırmaq;
- yanacaq-enerji kompleksinin
inkişafına cəlb edilən sərmayələrin həcmini
artırmaq;
- yanacaq-enerji kompleksində
ekoloji təhlükəsizliyi təmin etmək;
- yanacaq-enerji
resurslarının (elektrik enerjisi və təbii qaz)
istehlakına görə ödənişlərin daha
dolğun yerinə yetirilməsini təmin etmək.
Azərbaycan
Respublikasının neft və qaz sektorunun inkişaf istiqamətləri
Azərbaycan Respublikası ərazisində
indiyədək 71 neft və qaz yatağı
açılmışdır. Onlardan 43 quru sahələrdə,
28 isə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir.
Hazırda 54, o cümlədən quruda 36, dənizdə 18
yatağın işlənməsi (istismarı) davam etdirilir, 9
yataq isə kəşfiyyat mərhələsindədir.
Azərbaycanda yataqların
istismara (işlənməyə) başlanmasından hazırki
dövrədək 1,5 milyard ton neft (kondensatla birlikdə) və
480 milyard kub metrdən çox qaz hasil edilmişdir, o cümlədən
dəniz sahəsindəki yataqlardan 0,5 milyard ton neft (kondensatla
birlikdə) və 352 milyard kub metr qaz
çıxarılmışdır.
Ölkədə fəaliyyət
göstərən Heydər Əliyev adına Bakı Neft
Emalı və “Azneftyağ” zavodlarında ildə 6,2 milyon ton
neft emal edilir. İstehsal olunan yanacaq ölkənin
ehtiyaclarını ödəməklə bərabər qismən
də ixrac olunur.
Son illər neft emalı
zavodlarının hər ikisində istehsalatın yenidən
qurulması istiqamətində əsaslı işlər
görülmüşdür: neft məhsullarının
saxlanılması üçün yeni çənlər
parkı, eləcə də Heydər Əliyev adına Neft
Emalı Zavodunda benzinin və dizel yanacağının yüklənməsi
üçün müasir terminal istismara verilmişdir.
Texnologiyanın təkmilləşdirilməsi və yenidənqurma
işlərinin intensivləşdirilməsi nəticəsində
neft emalı zavodlarında istehsal olunan məhsulun keyfiyyəti
əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Ölkənin yanacaq-enerji
kompleksini daha da inkişaf etdirmək məqsədilə
qarşıdakı illərdə neft və qaz hasilatı sahəsində
aşağıdakı istiqamətlərdə işlərin
aparılması nəzərdə tutulur:
- yeni yataqların
axtarışı və kəşfiyyatı;
- aşkar edilmiş
yataqların tammiqyaslı işlənməyə cəlb edilməsi;
- işlənmədə olan
yataqlarda yeni quyuların qazılması və fəaliyyətsiz
quyuların bərpası;
- işlənmədə olan
yataqlar üzrə neftvermə əmsalının
artırılması məqsədi ilə yeni texnika və
texnologiyaların tətbiqi;
- neft-qaz hasilatı, nəqli və
emalı sistemlərinin tikilməsi, yenidən qurulması və
modernləşdirilməsi;
- elm və texnikanın nailiyyətlərindən
və qabaqcıl təcrübədən geniş istifadə
edilməsi. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli”
yatağının dərin hissəsinin işlənməsinə
dair dünyanın qabaqcıl neft şirkətləri ilə
müqavilənin bağlanmasından ötən illər ərzində
neft və qaz yataqlarının kəşfiyyatına və
işlənməsinə dair daha 23 saziş imzalanmış və
bu günə kimi ölkənin neft-qaz sənayesinin inkişafına
13 milyard ABŞ dollarından artıq xarici sərmayə
qoyulmuşdur.
Hazırda Azərbaycan
Respublikasının neft-qaz sektoru üzrə 4 mühüm
layihə həyata keçirilir:
- “Azəri”, “Çıraq” və
“Günəşli” (AÇG) yatağının dərin hissəsinin
tammiqyaslı işlənməsi;
- “Şahdəniz” qaz-kondensat
yatağının işlənməsinin birinci mərhələsi;
- Bakı-Tbilisi-Ceyhan (BTC)
Əsas İxrac Boru Kəmərinin tikintisi;
- Bakı-Tbilisi-Ərzurum
(BTƏ) Cənubi Qafqaz Boru Kəmərinin tikintisi.
AÇG üzrə ilkin neft
layihəsi çərçivəsində “Çıraq-
Azərbaycan Respublikasında
2005-2008-ci illərdə neft hasilatının gözlənilən
həcmi aşağıdakı cədvəldə
verilmişdir:
|
2005 |
2006 |
2007 |
2008 |
Azərbaycan Respublikasında neft hasilatı, min tonla
o cümlədən: |
20750 |
30050 |
30750 |
46750 |
-
SOCAR [3] |
8750 |
8750 |
8750 |
8450 |
- ABƏŞ |
1200 |
21300 |
22000 |
38000 |
2005
2006 2007 2008 Azərbaycan
Respublikasında
neft
hasilatı,
min
tonla
o
cümlədən:
- ARDNŞ
-ABƏŞ
207508750 12000 300508750 21300 307508750 22000 467508750 38000
”Şahdəniz”
qaz-kondensat
yatağının
işlənməsinin
birinci
mərhələsi
üzrə
tikinti
işlərinə
2003-cü
ildən
başlanılmış
və
ilkin
qazın
çıxarılması
2006-cı
ilin
sentyabrında
gözlənilir.
Birinci
mərhələdə
ildə
8,8 milyard
kub
m
qaz
və
2 milyon
ton
kondensat
hasilatı
planlaşdırılır.
Sonrakı
mərhələdə
isə
yataqdan
ildə
16 milyard
kub
m
qaz
və
4 milyon
ton
kondensat
çıxarılması
proqnozlaşdırılır.
Beynəlxalq
müqavilələr
üzrə
2005-2008-ci
illərdə
aşağıdakı
istiqamətlərdə
işlərin
davam
etdirilməsi
nəzərdə
tutulur:
-
Bakı-Tbilisi-Ceyhan
Əsas
İxrac
Boru
Kəmərinin
tikilib
istismara
verilməsi;
-
Bakı-Tbilisi-Ərzurum
Cənubi
Qafqaz
Boru
Kəmərinin
tikilib
istismara
verilməsi;
-
“Mərkəzi
Azəri”
platformasının
tikintisi
və
neft
hasilatına
başlanılması;
-
“Çıraq-
-
Səngəçal
terminalından
qazın
Səngəçal
Baş
Qurğularına
çatdırılması
üçün qaz kəmərinin
tikilib
istifadəyə
verilməsi;
-
“Azəri”
yatağından
sahilə
qaz
və
neft
kəmərlərinin
tikintisi;
-
“Azəri”
yatağında
kompressor
və
suvurma
platformasının
tikintisi;
-
“Azəri”
yatağından
hasil
olunacaq
neftin
qəbulu
üçün Səngəçal
terminalında
2 neft
çəninin
və
yardımçı
obyektlərin
tikintisi;
-
“Qərbi
Azəri”
platformasının
tikintisi
və
neft
hasilatına
başlanılması;
-
“Şərqi
Azəri”
platformasının
tikintisi
və
neft
hasilatına
başlanılması;
-
“Faza-
-
“Şahdəniz”
yatağından
Səngəçal
terminalına
qaz
və
kondensat
kəmərlərinin
tikilib
istifadəyə
verilməsi;
-
“Şahdəniz”
yatağında
TPG-500
platformasının
tikilib
istismara
verilməsi;
-
“Şahdəniz”
yatağından
ilkin
qaz
və
kondensatın
Səngəçal
terminalına
nəqli.
Təbii
qaz təchizatı sisteminin inkişaf istiqamətləri
Hazırda
Azərbaycanın
qaz
təchizatı
sistemi
özündə
aşağıdakıları
birləşdirir:
-
-
36 min
km-dən
çox
orta
və
aşağı
təzyiqli
qaz
kəmərləri;
-
ümumi
gücü
200 Mvt
olan
7 ədəd
qaz
kompressor
stansiyası;
-
150 qazpaylayıcı stansiya;
-
aktiv həcmi 3,0 milyard kub metrə
qədər olan 2 yeraltı qaz anbarı. Təbii qaz təsərrüfatının
hazırkı vəziyyəti aşağıdakı kimidir:
-
nəqletmə sisteminə qəbul
edilən təbii qazın orta illik həcmi - 8,0 milyard kub metr,
o cümlədən yerli qazın həcmi - 4,0 milyard kub metr,
idxal qazın həcmi - 4,0 mlrd.kub metr;
-
bütün iri şəhərləri
və 32 rayon mərkəzini qazla təmin edən sistem fəaliyyət
göstərir;
-
təbii qazdan istifadə edən əhali
abunəçilərinin mənzillərində artıq 67,0
min ədədə qədər sayğac
quraşdırılıb və bu iş davam etdirilir;
-
digər istehlakçılarda
sayğaclar quraşdırılır və bu iş davam
etdirilir.
Ölkədə
qaz təsərrüfatının inkişaf etdirilməsi
istiqamətində görülən işlər əsasən
aşağıdakılardan ibarətdir:
-
qaz təsərrüfatının
maddi-texniki bazasının
yaxşılaşdırılması və möhkəmləndirilməsi;
-
qaz təsərrüfatında
maliyyə intizamının gücləndirilməsi;
-
sayğacların
quraşdırılması işlərinin sürətləndirilməsi;
-
yığım, ödəmələr
və qarşılıqlı borcların həlli istiqamətində
tədbirlərin davam etdirilməsi, borcların həcminin
azaldılması və maliyyə intizamının gücləndirilməsi;
-
investisiya proqramı çərçivəsində
Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin respublika daxilində qaz təchizatı
sistemlərinin inkişafı və texniki təminatı
üzrə tədbirlərin həyata keçirilməsi; [4]
-
qazın keyfiyyəti və
satış həcminin artırılması, itkilərin
azaldılması.
Elektrik və istilik enerjisi
istehsalının, ötürülməsinin və
paylanmasının əsas inkişaf istiqamətləri
Azərbaycan Respublikasının elektroenergetika sistemində
iyirminci əsrin 70-80-ci illərində Azərbaycan DRES-i,
Şəmkir SES-i, “Araz”
(Naxçıvan), “Tərtər”
su elektrik stansiyaları tikilib işə salınmış,
Bakıda və Sumqayıtda istilik elektrik mərkəzləri
genişləndirilmişdir. Bu işlərin nəticəsində
Azərbaycanın elektrik enerjisinin istehsal gücü 2 dəfə
artmış və ölkəmizin kənardan enerji
asılılığı aradan
qaldırılmışdır.
Dövlət
müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan
Respublikasında elektrik enerjisinə olan tələbatı
ödəmək üçün 1994-cü ildən
başlayaraq ölkənin elektroenergetika sistemində əsaslı
işlərin aparılmasına başlanılmış və
1996-2003-cü illərdə “Yenikənd”
SES-in tikintisi tam başa çatdırılmış,
Bakı İEM-1-də müasir qaz-turbin generatorları işə
salınmış, Mingəçevir SES-də 4 generator yeniləri
ilə əvəz edilmiş, “Azərikimya”
DŞ-nin “EP-
Eyni
zamanda, əsas elektrik stansiyalarının köhnə
olması səbəbindən onların faktiki istehsal
gücü aşağı düşmüşdür. Belə
ki, mövcud olan istilik elektrik stansiyalarının layihə
üzrə ümumi generasiya gücü 4695 Mvt olduğu halda,
faktiki istifadə olunan gücü 3498 Mvt, su elektrik stansiyalarının
isə layihə üzrə ümumi generasiya gücü 1020
Mvt olduğu halda, faktiki istifadə olunan gücü 771 Mvt təşkil
edir.
Ölkədə
istehsal edilən elektrik enerjisinin ötürülməsi və
paylanmasını təmin etmək üçün yüksək
gərginlikli 500 kilovoltluq xətlərin uzunluğu 450 km-ə,
330 kilovoltluq xətlərin uzunluğu 1200 km-ə, 220 - 230
kilovoltluq xətlərin uzunluğu 1260 km-ə
çatdırılmışdır. Həmçinin 50 min
kilometrdən çox alçaq gərginlikli elektrik
ötürücü və paylayıcı xətləri
istismara verilmiş, Azərbaycanın bütün inzibati
rayonları ikitərəfli 35-110 kilovoltluq elektrik xətləri
və transformator yarımstansiyaları ilə təchiz
olunmuşdur.
Azərbaycan
Respublikasının enerji sistemi Rusiya (330 kv-luq “Dərbənd-Yaşma”
xətti), Gürcüstan (500 kv-luq “AzDRES
– Muxranis Veli, 330 kv-luq Ağstafa – Qardabani”
xətləri), Türkiyə (154/220 kv-luq “İqdır-Babək”
xətti) və İran (230 kv-luq “İmişli-Parsabad”,
220 kv-luq “Astara”,
132 kv-luq “Araz”,
132 kv-luq “Culfa”
yüksək gərginlikli hava xətləri və 11 kv-luq
kabel xətti) enerji sistemləri ilə enerji mübadiləsi
aparır.
Ölkənin
elektroenergetika sistemində yeni istilik və su elektrik
stansiyalarının tikilməsi, mövcud enerji
bloklarının modernizasiyası, alternativ enerji mənbələrindən
(kiçik SES-lər, külək, günəş, termal sular
və s.) istifadə edilməsi hesabına hazırda fəaliyyətdə
olan generasiya güclərinin 2015-ci ildə 6500-7000 meqavata
çatdırılması nəzərdə tutulur.
Elektrik enerjisi istehlakının strukturunda son dövrlərdə
kəskin dəyişikliklər baş verilmişdir. Belə
ki, əgər əvvəllər istehlak edilmiş enerjinin 48
faizi sənayenin, 8,0 faizi isə əhalinin payına
düşürdüsə, hazırda əhali tərəfindən
istehlak edilmiş enerjinin həcmi artaraq 60 faizə
çatmış, sənayenin payı isə 16 faizədək
azalmışdır. Enerji sistemində yük qrafikinin təhlili
göstərir ki, payız-qış aylarında sistemin
gündəlik yük qrafikinin pik saatlarında
istehlakçılar tərəfindən tələb olunan
gücün 30 – 40 faizi yaşayış və inzibati
binaların qızdırılmasına sərf olunur.
Hesablamalara görə 2015-ci ilə qədər olan müddət
ərzində elektrik enerjisinə olan tələbatın hər
il orta hesabla 4,7 faiz, 2015-ci ildə isə 2004-cü ilə nisbətən
1,7 dəfə artacağı gözlənilir. Gələcəkdə
istehsal ediləcək elektrik enerjisinin 15 faizə qədərinin
su elektrik stansiyaları və alternativ enerji mənbələri
hesabına, qalan hissəsinin (85 faizinin) isə istilik elektrik
stansiyalarında istehsal ediləcəyi nəzərdə
tutulur.
Energetika
sektorunda yeni güclərin yaradılması və köhnə
enerji bloklarının xarakteristikalarının
yaxşılaşdırılması hesabına istilik elektrik
stansiyalarında 1 kvts elektrik enerjisinin istehsalına sərf
olunacaq şərti yanacağın 386 qramdan 260 qramadək
endirilməsi istiqamətində iş aparılacaqdır.
Qarşıdakı
dövr əzində stansiyaların fəaliyyətini təmin
etmək məqsədilə əsas yanacaq kimi təbii qazdan
istifadə edilməsi nəzərdə tutulur və buna
görə də təbii qaza olan tələbatın ildə
5,4 – 5,9 milyard kub metr olacağı gözlənilir. Bununla
yanaşı, enerji sisteminin “texniki minimum” saatlarında enerji
bloklarının (“Azərbaycan” DRES-də və Əli
Bayramlı DRES-də) iş rejimini tənzimləmək, qaz təchizatı
sistemində baş verə biləcək qəza hallarında
tədbirlər görmək məqsədilə stansiyaların
yanacaq təchizatının 15-20 faizinin mazut təşkil edəcəyi
proqnozlaşdırılır.
Ölkə
əhalisinin və iqtisadiyyatın təbii qaza olan
ehtiyacını daxili mənbələr hesabına tam ödəmək
zərurətini nəzərə alaraq, elektrik stansiyalarına
yuxarıda göstərilən həcmdə (5,4-5,9 milyard kub
m) təbii qazın daxili mənbələr hesabına ödənilməsi
yalnız 2009-cu ildən etibarən həyata keçirilə
bilər. Ona görə də 2009-cu ilədək
stansiyaların qaza olan tələbatının kənar mənbələr
hesabına ödənilməsi nəzərdə tutulur. Eyni
zamanda, elektrik enerjisinə və təbii qaza olan tələbatın
ödənilməsi məqsədilə elektrik və qaz
ötürücü xətlərini, rayon və şəhər
paylayıcı şəbəkələrin genişləndirilməsi
və yenidənqurulması, uçot sisteminin təkmilləşdirilməsi,
itkilərin azaldılması, israfçılığın
qarşısının alınması məsələləri
öz həllini tapacaqdır. İstehlak olunan enerjinin və təbii
qazın dəyərinin tam ödənilməsi, onlardan qənaətlə
istifadə edilməsini təmin edən amillərdən
biridir. Beynəlxalq təcrübə göstərir ki, elektrik
enerjisinin və qazın dəyərinin ödənişi sahəsində
görülən sərt tədbirlər nəticəsində
onlara olan tələbat 15-20 % azalır. Yanacaq-enerji kompleksinin
gələcək inkişafında özəl sektorun rolunun
artacağı və sahəyə qoyulacaq investisiyanın
böyük bir hissəsinin özəl sektorun hesabına həyata
keçiriləcəyi gözlənilir.
*
* * ”Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksinin inkişafı
(2005-2015 illər) üzrə Dövlət Proqramı”
on il ərzində ölkənin yanacaq enerji resurslarına olan
tələbatını tam ödəməklə bərabər
bu sahənin yenidən qurulmasını, müasir
avadanlıqlarla təchizini, habelə bazar iqtisadiyyatı şəraitinə
uyğunlaşmış idarəetmə sisteminin tətbiqini
özündə əks etdirir. Dövlət Proqramının əhatə
etdiyi illər ərzində neft və qaz sənayesinin
inkişafı, emal sənayesinin müasirləşdirilməsi
nəzərdə tutulur. Enerji resurslarının dünya
bazarlarına çıxarılması ilə yanaşı,
ölkə daxilində onlardan daha səmərəli istifadə
olunması üçün tədbirlər həyata
keçiriləcəkdir. Enerji sistemində generasiya güclərinin
bərpa edilməsi əsasən Azərbaycan DRES-də və
Mingəçevir SES-də nəzərdə tutulur. Yeni enerji
bloklarının istifadəyə verilməsi nəticəsində
enerji sistemində güclərin artım dinamikası tələb
olunan enerji istehsalını təmin edəcəkdir.
Hazırda nisbətən güc
çatışmamazlığı ilə üzləşən
enerji sistemi yaxın gələcəkdə kifayət qədər
əlavə güc mənbəyinə malik olan sistemə
çevriləcəkdir. Onun işlək gücü (Əli
Bayramlı DRES-də fəaliyyət göstərən enerji
blokları nəzərə alınmadan) 6000-6500 Mvt təşkil
edəcək, ümumi generasiya imkanları 2010-cu ildə 29-30
milyard kvt saatadək, 2015-ci ildə isə 37-38 milyard kvt.saatadək
artırılacaqdır.
Elektroenergetikada
sistemtəşkiledici elektrik veriliş xətlərinin yenidənqurulması,
müvafiq yarımstansiyaların inşası, ölkə
daxilində paylayıcı elektrik şəbəkələri
tərəfindən elektrik xətlərinin və
yarımstansiyaların tikintisi nəzərdə tutulur.
Bütövlükdə Dövlət Proqramı çərçivəsində
nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsi ölkənin hər bir yaşayış məntəqəsinin
və istehsal obyektinin fasiləsiz və etibarlı enerji ilə
təmin edilməsi imkanı yaradacaqdır.
Azərbaycan Respublikasının
yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər)
üzrə Dövlət Proqramı çərçivəsində
həyata keçirilməsi nəzərdə tutulan
T Ə D B İ R L Ə R
Sıra
¹-si |
Tədbirin
adı |
Əsas
icraçı |
İcra
müddəti |
|
1.
Neft və qaz sənayesi üzrə |
||||
1.1. Geologiya, geofizika və geoloji kəşfiyyat
sahəsində |
||||
1. |
“Əşrəfi” və
“Qarabağ” yataqlarının kəşfiyyatının başa
çatdırılması və sənaye işlənməsinə
hazırlanması |
SEN, SOCAR [5] |
2006-2008 |
|
2. |
“Ümid” və “Babək” perspektiv
strukturlarında axtarış-kəşfiyyat işlərinin
bərpa edilməsi |
SEN, SOCAR |
2008 |
|
1.2.Neft və qaz yataqlarının
işlənməsi |
||||
3. |
“Əşrəfi” və
“Qarabağ” yataqlarının işlənməyə cəlb
edilməsi |
SEN, SOCAR |
2008-2010 |
|
4. |
“Günəşli”
yatağının rasional işlənməsini təmin etmək
məqsədi ilə xüsusi tədbirlər
proqramının hazırlanması |
SEN, SOCAR |
2005 |
|
5. |
İşlənmədə
olan yataqların ehtiyatlarının dəqiqləşdirilməsi,
işlənmə layihələrinin hazırlanması və
müəllif nəzarətinin həyata keçirilməsi[6] |
EN, SOCAR |
2005-2015 |
|
6. |
Horizontal
quyuların qazılması istiqamətində işlərin
aparılması |
EN, SOCAR |
2005-2015 |
|
7. |
Layların
neftveriminin artırılması üçün lay və
quyu dibi zonaya mütərəqqi təsir
üsullarının tətbiqi |
EN, SOCAR |
2005-2015 |
|
1.3. Neft və qaz hasilatı sahəsində |
|
|||
8. |
Dəniz
yataqlarından neft-qaz hasilatının təminatı
üçün hidrotexniki qurğuların tikintisi, təmiri
və yenidən qurulması |
EN, SOCAR |
2005-2015 |
|
9. |
“Günəşli” yatağı
üzrə qazlift sisteminin modernləşdirilməsi,
alçaq təzyiqli qazın yığılması və
sahilə nəql edilməsi sisteminin yenidən qurulması,
yüksək təzyiqli qazın “Neft Daşları”na nəqli
üçün boru kəmərinin tikilməsi, dərin dəniz
stasionar özüllərin elektrik enerjisi ilə təchizatı
sisteminin modernləşdirilməsi |
SEN, SOCAR |
2005-2007 |
|
10. |
Neft və
qazın yığım-nəql proseslərinə nəzarəti
optimallaşdırmaq üçün
avtomatlaşdırılmış neft və qaz hesabatı
qovşaqlarının qurulması və kompüterləşdirilmiş
nəzarət-informasiya şəbəkəsinin təkmilləşdirilməsi |
SEN, SOCAR |
2005-2008 |
|
11. |
“Bahar”
yatağının yeraltı qaz anbarı kimi istifadə olunması
istiqamətində işlərin aparılması |
SEN, SOCAR |
2005-2010 |
|
12. |
Dənizin 200 metrə
qədər dərinliklərində dalğıc işləri
aparmaq üçün “Mobil dərinlik dalğıc kompleksi”nin yenidən
qurulması |
SEN, SOCAR |
2005-2008 |
|
13. |
Dəniz nəqliyyatı
xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədi
ilə “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin
gəmilərinin modernləşdirilməsi və müasir gəmilərlə
təchiz edilməsi[7] |
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
QSC |
2005-2015 |
|
14. |
Heydər
Əliyev adına Bakı Dərin Özüllər Zavodunun texniki-texnoloji
bazasının mütərəqqi dünya standartları səviyyəsində
modernləşdirilməsi |
SEN, SOCAR |
2005-2009 |
|
1.4.Neft emalı sahəsində |
||||
15. |
“Azərneftyağ” Neft Emalı
Zavodu üzrə:Avropa standartlarının (EVRO-2005) tələblərinə
cavab verən dizel və reaktiv mühərrik
yanacağının istehsalı məqsədi ilə
hidrogenlə təmizlənmə kompleksinin tikilməsi |
EN, SOCAR |
2010-2015 |
|
16. |
Yeni tikiləcək
və mövcud qurğuların kimyəvi təmiz su ilə
təchiz olunması məqsədi ilə Avropa
standartlarına uyğun təmizləmə qurğusunun
tikilməsi |
SEN, SOCAR |
2005-2007 |
|
17. |
Neft və neft məhsulları
tutumlarındakı neft şlamlarının emal edilməsi
üçün qurğunun tikilməsi |
SEN, SOCAR |
2005 |
|
18. |
Heydər
Əliyev adına Bakı Neft Emalı Zavodu üzrə:Neftin
ilkin emalı üzrə ELOU-AVT-6 qurğusunun istilik
mübadiləsi sxeminin təkmilləşdirilməsi,
tullantıların zərərsizləşdirilməsi, məhsulların
keyfiyyətinin artırılması və itkilərin
azaldılması məqsədi ilə modernləşdirilməsi |
SEN, SOCAR |
2005-2007 |
|
19. |
Propan-propilen
qazlarından oksigen tərkibli yüksək oktanlı benzin
komponenti diizopropil efirinin alınması qurğusunun tikilməsi |
SEN, SOCAR |
2005-2007 |
|
20. |
Dünya
standartlarının tələblərinə cavab verən
yüksək oktanlı benzinlərin istehsalı məqsədi
ilə butan-butilen qazlarının alkilləşdirilməsi
qurğusunun tikilməsi |
SEN, SOCAR |
2006-2009 |
|
1.5. Qaz emalı sahəsində |
||||
21. |
“Azərbaycan Qaz
Emalı Zavodu” (“AQEZ”) ASC üzrə:Qazın emal dərinliyini artırmaq
məqsədilə propanla soyutma sisteminin tətbiq edilməsi |
SEN, “AQEZ” ASC |
2005-2008 |
|
22. |
Quru qazın təhvili,
ölçü qovşaqlarının və istehsalat sahələrində
avtomatik nəzarət-ölçü sisteminin müvafiq
olaraq tikilməsi və yenidən qurulması |
SEN, “AQEZ” ASC |
2005-2008 |
|
23. |
Qazın emal dərinliyini
artırmaq məqsədi ilə emal gücü 2,5
mlrd.kub.m/il olan müasir tipli qaz emalı qurğusunun tikintisi |
SEN, “AQEZ” ASC |
2008-2010 |
|
24. |
İstehsalın
fasiləsiz və səmərəli iş rejimini təmin
etmək məqsədi ilə emal və əmtəə
parkı qurğularının, suyun dövretmə və
zavodun elektrik təchizatı sistemlərinin modernləşdirilməsi |
EN, “AQEZ” ASC |
2005-2015 |
|
1.6. Texniki təhlükəsizlik və
ekologiya sahəsində |
||||
25. |
Dənizdə
insan həyatının mühafizəsi üzrə treninq (məşq)
mərkəzinin yaradılması |
SEN, SOCAR |
2005-2007 |
|
26. |
İstehsal sahələrində
əsas çirkləndirici tullantıların alternativ
utilizasiya üsullarının işlənməsi və tətbiqi |
EN, ETSN, SOCAR |
mütəmadi |
|
27. |
Abşeron
yarımadasında neft-qaz istehsalı nəticəsində
yaranmış gölməçələrin və cirklənmiş
ərazilərin bərpası tədbirlərinin həyata
keçirilməsi |
EN, ETSN, SOCAR |
Mütəmadi |
|
2.
Qaz təchizatı sahəsində |
||||
28. |
“Azəri”, “Çıraq”, “Günəşli” və “Şahdəniz” yataqlarından
hasil olunan və “Səngəçal” terminalından sonra yüksək təzyiqli
qazın qəbulu, nəqli və paylanması
üçün işlərin icrası |
SEN, SOCAR, “Azəriqaz” QSC |
2005-2008 |
|
29. |
Naxçıvan
Muxtar Respublikasının qaz təchizatının bərpası,
o cümlədən: |
|
|
|
Araz
çayını keçməklə, 530 mm-lik
“Culfa—Naxçıvan” yüksək təzyiqli magistral qaz kəmərinin
tikintisi |
“Azəriqaz” QSC, Naxçıvan MR-ın Nazirlər
Kabineti |
2005 |
||
Culfada qazın qəbulu
məntəqəsində ölçü
qovşağının, qazın keyfiyyətinə nəzarət
laboratoriyasının, operator binasının tikintisi və
rabitə sisteminin qurulması |
“Azəriqaz” QSC, Naxçıvan MR-ın Nazirlər
Kabineti |
2005 |
||
Naxçıvan
şəhərinin qazpaylayıcı şəbəkəsinin
yenidən qurulması |
“Azəriqaz” QSC, Naxçıvan MR-ın Nazirlər
Kabineti |
2005 |
||
Naxçıvan
MR-ın rayon mərkəzlərinin qazpaylayıcı şəbəkələrinin
və qazpaylayıcı sistemlərinin bərpası |
“Azəriqaz” QSC, Naxçıvan MR-ın Nazirlər
Kabineti |
2005 |
||
Azərbaycan
(Astara)—İran sərhədində İrana qazın təhvili
məntəqəsində yeni kompressor stansiyasının,
laboratoriyanın, ölçü qovşağının
tikintisi, rabitə sisteminin qurulması |
“Azəriqaz” QSC |
2005 |
||
30. |
Azərbaycan
Respublikasının qazla təmin edilməyən rayon mərkəzlərinin
qaz təchizatının bərpası |
SEN, “Azəriqaz” QSC, yerli icra hakimiyyətləri |
2005-2008 |
|
31. |
Bakı, Gəncə,
Sumqayıt şəhərlərində çoxmərtəbəli
binaların şaxtalarından keçən qaz
borularının təhlükəsiz yerlərə
çıxarılması |
“SOCAR”, Bakı, Gəncə, Sumqayıt icra
hakimiyyətləri |
2005-2010 [9] |
|
32. |
“Astara—Qazıməmməd” qaz kəmərinin
bərpası |
SEN, “Azəriqaz” QSC |
2005-2008 |
|
33. |
“Qaradağ” və “Qalmaz” qaz
anbarlarının aktiv qaz tutumunun 3,0 mlrd.kub.m-ə qədər
çatdırılması üçün kompleks işlərin
yerinə yetirilməsi |
SEN, “SOCAR” |
2005-2010 |
|
34. |
Azərbaycan
DRES-in və Əli Bayramlı DRES-in yanacaq təchizatının
etibarlılığının artırılması məqsədi
ilə magistral qaz kəmərlərinin və nəzarət-ölçü
qovşaqlarının tikilməsi |
SEN, “Azəriqaz” QSC, “Azərenerji” ASC |
2005-2006 |
|
35. |
Sumqayıt
İEM-in yenidən qurulması ilə əlaqədar
“Digah-Sumqayıt” magistral qaz kəmərinin və nəzarət-ölçü
qovşağının tikilməsi |
SEN, “Azəriqaz” QSC, “Azərenerji” ASC |
2005-2006 |
|
36. |
Nəzarət-ölçü
sistemlərinin və qaz paylayıcılarının
xüsusi proqram təminatı, avadanlıqlar və rabitə
kanalları vasitəsi ilə vahid, çevik nəzarət
sisteminə bağlanması və bunun əsasında ölkədə
avtomatlaşdırılmış Mərkəzi Dispetçer
İdarəsinin yaradılması |
SEN, “Azəriqaz” QSC |
2005-2007 |
|
37. |
Əhali abunəçilərin
mənzillərində qaz sayğaclarının
quraşdırılması |
“SOCAR” |
2005-2010 [10] |
|
3.
Elektroenergetika sektoru |
||||
3.1. Elektrik stansiyalarının
inşası, yenidən qurulması və əsaslı təmiri |
||||
38. |
Sumqayıtda
gücü 400-500 Mvt olan müasir elektrik stansiyasının
inşası |
SEN, “Azərenerji” ASC |
2005-2007 |
|
39. |
“Şimal” DRES-də
gücü 400 Mvt olan 2-ci enerji blokunun tikintisi |
SEN, “Azərenerji” ASC |
2005-2008 |
|
40. |
Azərbaycan
DRES-in 1-8-ci bloklarının yenidən qurulmasının həyata
keçirilməsi |
SEN, “Azərenerji” ASC |
2005-2008 |
|
41. |
Mingəçevir
SES-in yenidən qurulmasının başa
çatdırılması |
SEN, “Azərenerji” ASC |
2005-2007 |
|
42. |
Şirvan şəhərində
gücü 800-900 Mvt olan elektrik stansiyasının
inşası [11] |
SEN, “Azərenerji” ASC |
1 növbə: 2007-2009 2 növbə:2010-2011 |
|
43. |
380 Mvt-lıq
Tovuz SES-in inşasının səmərəliliyinin öyrənilməsi |
SEN, İİN, “Azərenerji” ASC |
2007 |
|
44. |
Sənqəçalda
müasir tipli İstilik Elektrik Stansiyasının
inşasının səmərəliliyinin öyrənilməsi |
SEN, İİN, “Azərenerji” ASC |
2007 |
|
45. |
Şəmkirdə
Hidroakkumulyasiya Elektrik Stansiyasının inşasının
səmərəliliyinin öyrənilməsi |
SEN, İİN, “Azərenerji” ASC |
2007 |
|
46. |
Azərbaycan
DRES-də 9-cu blokun inşasının səmərəliliyinin
öyrənilməsi |
SEN, “Azərenerji” ASC |
2005-2007 |
|
47. |
Naxçıvan
MR-də 100 Mvt gücündə İstilik Elektrik
Stansiyasının inşasının səmərəliliyinin
öyrənilməsi |
SEN, “Azərenerji” ASC |
2006-2007 |
|
48. |
Naxçıvan
MR-də 36 Mvt-lıq “Ordubad” və 4,5 Mvt-lıq “Vayxır” su elektrik
stansiyalarının inşası |
SEN, “Azərenerji” ASC, Naxçıvan MR-in Nazirlər Kabineti |
2005-2009 2005-2006 |
|
49. |
Naxçıvan
MR-da mövcud İES-nın maye yanacaqdan qaz yanacağına
keçirilməklə işə qoşulması |
SEN, “Azərenerji” ASC,Naxçıvan MR-nın Nazirlər
Kabineti |
2005-2006 |
|
3.2. Yüksək gərginlikli elektrik
şəbəkələrinin inkişaf etdirilməsi |
||||
3.2.1. Həmsərhəd ölkələrin
enerji sistemləri ilə əlaqələrin genişləndirilməsi |
||||
50. |
Dərbənd
(RF) və Yaşma (AR) arasında 330kv-luq ikinci xəttin və
330/110/10 kv-luq “Xaçmaz” y/s-nın inşa edilməsi |
SEN, “Azərenerji” ASC |
2005-2007 |
|
51. |
İran İslam
Respublikasının enerji sistemi ilə enerji mübadiləsinin
artırılması məqsədi ilə “İmişli” y/s-nın 330 kv
hissəsinin yenidən qurulması və 2-ci
“İmişli—Parsabad” 330 kv-luq EVX-nın tikintisi |
SEN, “Azərenerji” ASC |
2005-2006 |
|
52. |
330 kv-luq “Azərbaycan
DRES-İmişli”, 330 kv-luq “Əli Bayramlı DRES—İmişli” EVX-lərinin
tikintisi |
SEN, “Azərenerji” ASC |
2005-2007 |
|
53. |
Əli
Bayramlı DRES—Salyan arasında 220 kv-luq EVX-nin inşası və
gücü 125 Mvt olan bir transformatorlu “Salyan” y/s-nın
inşası və 110 kv-luq EVX-lərlə birləşdirilməsi |
SEN, “Azərenerji” ASC |
2005-2006 |
|
54. |
220 kv-luq
“Salyan—Masallı”, “Masallı—Astara” elektrik verilişi xətlərinin inşası, 220
kv-luq “Masallı” y/s-nın yenidən qurulması |
SEN, “Azərenerji” ASC |
2005-2006 |
|
55. |
“Naxçıvan—Cülfa” 110 kv-luq EVX-ya
birləşdirməklə “Araz” SES-dən 110 kv-luq EVX hissəsinin
tikintisi |
SEN, “Azərenerji” ASC |
2005 |
|
3.2.2. Enerji sisteminin yüksək gərginlikli
şəbəkə təsərrüfatının
inkişafı |
||||
56. |
Elektrikötürücü
sistemlərin reabilitasiyası və Milli Dispetçer Mərkəzinin
yenidən qurulması |
SEN, “Azərenerji” ASC |
2005-2007 |
|
57. |
Əli
Bayramlı DRES və “Yaşma” y/s arasında IV Əli Bayramlı 330
kv-luq EVX-nin 500/330/220 kv-luq “Abşeron” y/s-na
giriş-çıxışının inşası, 330
kv-luq paylayıcı sistemin yenidən qurulması |
SEN, “Azərenerji” ASC |
2005-2006 |
|
58. |
220/110/10 kv-luq
“Böyükşor” y/s-nın, 220/110/10 kv-luq “Şəki” y/s-nın
tikintisi və onun mövcud 110-35 kv-luq EVX-ya birləşdirilməsi |
SEN, “Azərenerji” ASC |
2005-2008 |
|
59. |
“Şimal” DRES-dən
“Hövsan”, “Böyükşor”—“Sənaye qovşağı” y/s arasında
ikidövrəli 220 kv-luq EVX-nin tikintisi |
SEN, “Azərenerji” ASC |
2005-2007 |
|
60. |
330/110 kv-luq “Gəncə”, 220/110/10 kv-luq
“Xırdalan” və “Ağsu”, 110/35/6 kv-luq “Binəqədi”, “Zabrat” və “Əhmədli” y/s-da mövcud
transfarmatorların daha güclüləri ilə əvəz
edilməsi |
SEN, “Azərenerji” ASC |
2005-2006 |
|
3.3. Naxçıvan MR elektrik enerjisi təchizatının
yaxşılaşdırılması |
||||
61. |
Naxçıvan
MR-nın yüksək gərginlikli elektrik şəbəkəsinin
yenidən qurulması və tikintisi üzrə tədbirlərin
həyata keçirilməsi |
SEN, “Azərenerji” ASC |
2005-2006 |
|
3.4. Bakı regionu üzrə elektrik
enerjisi ilə təchizatın
yaxşılaşdırılması |
||||
62. |
Bakı şəhərinin
mövcud 110, 35, 10, 6, 0,4 kv-luq şəbəkələrinin
yenidən qurulması, yeni y/s-ların, EVX-lərin tikintisi,
onların yüksək gərginlikli elektrik şəbəkələri
ilə əlaqələndirilməsi üzrə zəruri tədbirlərin
hazırlanıb həyata keçirilməsi |
EN, aidiyyəti təşkilatları cəlb
etməklə |
2005-2015 |
|
3.5. Sumqayıt regionu üzrə
elektrik enerjisi ilə təchizatın
yaxşılaşdırılması |
||||
63. [12] |
Sumqayıt şəhərinin
və Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Qobustan
rayonlarının elektrik enerji təchizatının
yaxşılaşdırılması üzrə müvafiq tədbirlərin
hazırlanıb həyata keçirilməsi[13] |
EN, “Azərenerji” ASC, “Azərişıq” ASC və digər aidiyyəti təşkilatları
cəlb etməklə |
2005-2015 |
|
3.6. Gəncə və Şirvan
rayonlarının elektrik şəbəkələrində
görüləcək yenidən qurma və bərpa işləri[14] |
||||
64. |
Gəncə
şəhəri və ölkənin qərb bölgəsi
rayonlarının enerji təchizatının
yaxşılaşdırılması məqsədilə yeni
y/s-ların, EVX-lərin tikintisi və yenidən qurulması,
mövcud transformatorların daha güclüləri ilə əvəz
edilməsi üzrə tədbirlərin görülməsi |
EN, “Azərenerji” ASC, “Azərişıq” və digər aidiyyəti təşkilatları
cəlb etməklə |
2005-2015 |
|
65. |
Ölkənin cənub
bölgəsində rayonların enerji təchizatının
yaxşılaşdırılması məqsədilə yeni
y/s-ların, EVX-lərin tikintisi və yenidən qurulması,
mövcud transformatorların daha güclüləri ilə əvəz
edilməsi üzrə tədbirlərin görülməsi |
EN, “Azərenerji” ASC, “Azərişıq” və digər aidiyyəti təşkilatları
cəlb etməklə |
2005-2015 |
|
4.
Yanacaq-energetika kompleksinin idarə olunması [15] |
||||
66. |
Mövcud normativ
hüquqi sənədlərin təkmilləşdirilməsi,
yenilərinin hazırlanması və tətbiqi |
EN, SOCAR, “ |
Mütəmadi |
|
67. |
Yanacaq-enerji
resurslarının dəqiq uçotunun təmin edilməsi məqsədilə
ölçü qovşaqlarının təkmilləşdirilməsi
və ölçülərin aparılması üzrə tədbirlərin
həyata keçirilməsi |
EN, SOCAR, “ |
Mütəmadi |
|
68. |
Yanacaq-energetika
kompleksinin korporativ kompüter-informasiya şəbəkəsinin
və mərkəzi məlumatlar bankının
yaradılması üzrə tədbirlərin həyata
keçirilməsi |
SEN, SOCAR, “ |
2005-2010 |
|
69. |
Avtomatlaşdırılmış
İnformasiya və Layihələndirmə Sistemlərinin
(ALS-SAPR) və sahələr üzrə informasiya
resurslarının yaradılması üzrə tədbirlərin
həyata keçirilməsi |
SEN, SOCAR, “ |
2005-2011 |
|
A k r o n i m l ə r:
İİN
- Azərbaycan Respublikasının İqtisadi İnkişaf
Nazirliyi, EN - Azərbaycan
Respublikasının Energetika Nazirliyi, ABOEMDA – Azərbaycan
Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyi, ETSN – Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, SOCAR – Azərbaycan Respublikasının Dövlət
Neft Şirkəti[17]
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
6 avqust
2008-ci il tarixli 808 nömrəli
Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 8 avqust
2008-ci il, ¹ 174, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹ 8, maddə 715)
2.
10 noyabr
2009-cu il tarixli 183 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti
11 noyabr 2009-cu il, ¹ 252)
3.
10 noyabr
2009-cu il tarixli 183 nömrəli
Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 noyabr
2009-cu il, ¹ 252, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 11, maddə 886)
4.
13 avqust
2010-cu il tarixli 321 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 15 avqust 2010-cu il, ¹ 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 8, maddə
726)
5.
25 noyabr
2013-cü il tarixli 125
nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
(“Respublika” qəzeti, 26 noyabr
2013-cü il, ¹ 269; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 11, maddə 1450)
6.
10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral
2014-cü il, ¹ 30, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, ¹ 2, maddə 112)
7.
11 aprel
2014-cü il tarixli 376 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 12 aprel
2014-cü il, ¹ 73, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04, maddə
391)
8.
20 aprel 2015-ci il
tarixli 1180 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə 437)
9.
1 iyun 2016-cı il tarixli 2082 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 3 iyun 2016-cı il, ¹ 118, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6, maddə
1085)
10.
22 sentyabr 2020-ci il tarixli 2274 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
(“Xalq” qəzeti, 23
sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə 1185)
SƏRƏNCAMA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 10 fevral 2014-cü
il tarixli 105
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, ¹ 30, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 2, maddə 112) ilə 2-ci, 3-cü və 4-cü hissələrdə
“Sənaye və Energetika
Nazirliyi” sözləri “Energetika
Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[2] 10 noyabr 2009-cu il tarixli 183 nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 11 noyabr 2009-cu il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 11, maddə
886) ilə 3-cü bənddə «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətləri»
sözləri «Azərenerji»
Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz
edilmişdir.
[3] 20 aprel 2015-ci il
tarixli 1180 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə 437) ilə “Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksinin inkişafı
(2005-2015-ci illər) üzrə Dövlət
Proqramı”nın “Azərbaycan Respublikasının neft və
qaz sektorunun inkişaf istiqamətləri” hissəsinin on birinci
bəndindəki cədvəldə “ARDNŞ” abreviaturası “SOCAR” abreviaturası ilə əvəz edilmişdir.
[4] 10 noyabr 2009-cu il tarixli 183 nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 11 noyabr 2009-cu il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 11, maddə
886) ilə «Təbii qaz təchizatı sisteminin inkişaf
istiqamətləri» bölməsinin on yeddinci abzasında «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin»
sözləri «Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin respublika
daxilində qaz təchizatı sistemlərinin» sözləri
ilə əvəz edilmişdir.
[5] 20 aprel 2015-ci il
tarixli 1180 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə 437) ilə “Azərbaycan Respublikasının
yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər)
üzrə Dövlət Proqramı”nın “Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksinin inkişafı
(2005-2015-ci illər) üzrə Dövlət Proqramı
çərçivəsində həyata keçirilməsi nəzərdə
tutulan Tədbirlər”in 1-12-ci, 14-20-ci, 25-28-ci, 31-ci, 33-cü,
36-cı, 37-ci, 66-69-cu sıralarında “Əsas
icraçı” sütununda və “Akronimlər” hissəsində
“ARDNŞ” abreviaturası “SOCAR” abreviaturası ilə əvəz
edilmişdir.
[6] 10 fevral 2014-cü
il tarixli 105
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, ¹ 30, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 2, maddə 112) ilə “Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksinin inkişafı
(2005-2015-ci illər) üzrə Dövlət
Proqramı”nın “Azərbaycan Respublikasının
yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər)
üzrə Dövlət Proqramı çərçivəsində
həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər”
hissəsinin 5-8 ci, 13-cü, 15-ci, 24-cü, 26-cı, 27-ci,
62−67-ci bəndlərində “SEN”
akronimi “EN” akronimi ilə,
“Akronimlər” hissəsində “SEN
- Azərbaycan Respublikasının Sənaye və Energetika
Nazirliyi” sözləri “EN -
Azərbaycan Respublikasının Energetika Nazirliyi” sözləri
ilə əvəz edilmişdir.
[7] 11 aprel 2014-cü il tarixli 376 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 12 aprel
2014-cü il, ¹ 73, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04, maddə
391) ilə “Azərbaycan Respublikasının
yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər)
üzrə Dövlət Proqramı”nın “Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksinin inkişafı
(2005-2015-ci illər) üzrə Dövlət Proqramı
çərçivəsində həyata keçirilməsi nəzərdə
tutulan Tədbirlər” bölməsinin 13-cü hissəsinin “Tədbirin
adı” sütununda “Xəzərdənizneft-donanma”
İdarəsinin” sözləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin” sözləri ilə,
“Əsas icraçı” sütununda “EN, ARDNŞ” abreviaturaları isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC”
sözləri ilə əvəz edilmişdir.
[8] 22 sentyabr 2020-ci il tarixli 2274 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
(“Xalq” qəzeti, 23
sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə 1185) ilə “Azərbaycan Respublikasının
yanacaq-enerji kompleksinin inkişafı (2005–2015-ci illər)
üzrə Dövlət Proqramı”nın “Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksinin inkişafı
(2005–2015-ci illər) üzrə Dövlət Proqramı
çərçivəsində həyata keçirilməsi nəzərdə
tutulan Tədbirlər”in 26-cı, 66-cı və 67-ci hissələrinin
“Əsas icraçı” sütunundan “, ABOEMDA” akronimi çıxarılmışdır.
[9] 10 noyabr 2009-cu il tarixli 183 nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 11 noyabr 2009-cu il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 11, maddə
886) ilə 31-ci və 36-cı bəndlərin «Əsas
icraçı» sütununda «Azəriqaz»
QSC» sözləri «ARDNŞ»
abreviaturası ilə, «İcra müddəti» sütununda «2007» rəqəmi «2010» rəqəmi ilə əvəz
edilmişdir.
[10] 10 noyabr 2009-cu il tarixli 183 nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 11 noyabr 2009-cu il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 11, maddə
886) ilə 33-cü və 37-ci bəndlərin «Əsas
icraçı» sütununda «Azəriqaz»
QSC» sözləri «ARDNŞ»
abreviaturası ilə, «İcra müddəti» sütununda «2008» rəqəmi «2010» rəqəmi ilə əvəz
edilmişdir.
[11] 6 avqust 2008-ci il tarixli 808
nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 8 avqust
2008-ci il, ¹ 174, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹ 8, maddə 715) ilə Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksinin inkişafı
(2005-2015-ci illər) üzrə dövlət
Proqramı”nın “Elektrik və istilik enerjisi
istehsalının, ötürülməsinin və
paylanmasının əsas inkişaf istiqamətləri” hissəsinin
onuncu və on beşinci abzaslarında, “Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksinin inkişafı
(2005-2015-ci illər) üzrə Dövlət Proqramı
çərçivəsində həyata keçirilməsi nəzərdə
tutulan Tədbirlər” cədvəlinin “Tədbirin adı”
sütununun 42-ci bəndində “Əli
Bayramlı” sözləri “Şirvan”
sözü ilə əvəz edilmişdir.
[12] 1 iyun 2016-cı il tarixli 2082 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 3 iyun
2016-cı il, ¹ 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 6, maddə 1085) ilə “Azərbaycan Respublikasının yanacaq-enerji
kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə
Dövlət Proqramı”nın “Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksinin inkişafı
(2005-2015-ci illər) üzrə Dövlət Proqramı
çərçivəsində həyata keçirilməsi nəzərdə
tutulan Tədbirlər”inin 63-65-ci sıralarında “Əsas
icraçı” sütununa “Azərenerji”
ASC” sözlərindən sonra “,
Azərişıq” ASC” sözləri əlavə edilmişdir.
[13] 13 avqust 2010-cu il tarixli 321 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 avqust 2010-cu il, ¹ 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 8, maddə
726) ilə “Azərbaycan Respublikasının yanacaq-enerji
kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə
Dövlət Proqramı”nın “Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksinin inkişafı
(2005-2015-ci illər) üzrə Dövlət Proqramı
çərçivəsində həyata keçirilməsi nəzərdə
tutulan Tədbirlər” bölməsinin 63-cü bəndinin “Tədbirin
adı” sütununda “Dəvəçi”
sözü “Şabran”
sözü ilə əvəz edilmişdir.
[14] 6 avqust 2008-ci il tarixli 808
nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 8 avqust
2008-ci il, ¹ 174, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹ 8, maddə 715) ilə Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksinin inkişafı
(2005-2015-ci illər) üzrə dövlət
Proqramı”nın “Elektrik və istilik enerjisi
istehsalının, ötürülməsinin və paylanmasının
əsas inkişaf istiqamətləri” hissəsinin onuncu və
on beşinci abzaslarında, “Azərbaycan Respublikasının
yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər)
üzrə Dövlət Proqramı çərçivəsində
həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər”
cədvəlinin “Tədbirin adı” sütununun 3.6-cı hissəsinin
adında “Əli Bayramlı”
sözləri “Şirvan”
sözü ilə əvəz edilmişdir.
[15] 10 noyabr 2009-cu il tarixli 183
nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 11 noyabr
2009-cu il, ¹ 252, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 11, maddə 886) ilə 66-69-cu
bəndlərinin «Əsas icraçı» sütunundan «Azəriqaz» QSC,» sözləri
çıxarılmışdır.
25 noyabr 2013-cü il tarixli 125 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 26 noyabr 2013-cü il, ¹ 269; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013-cü il, ¹ 11, maddə 1450) ilə "Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksinin inkişafı
(2005-2015-ci illər) üzrə Dövlət Proqramı
çərçivəsində həyata keçirilməsi nəzərdə
tutulan Tədbirlər" hissəsinin 26-cı, 66-cı və
67-ci bəndlərinə "ABOEMDA"
akronimi əlavə edilmişdir.
[17] 25 noyabr 2013-cü il tarixli 125 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 26 noyabr 2013-cü il, ¹ 269; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 11, maddə 1450) ilə "Akronimlər" hissəsinə
"Energetika Nazirliyi,"
sözlərindən sonra "ABOEMDA
— Azərbaycan Respublikasının Alternativ və Bərpa
Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyi," sözləri əlavə edilmişdir.
22 sentyabr 2020-ci il tarixli 2274
nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
(“Xalq” qəzeti, 23 sentyabr 2020-ci il, ¹
193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1185) ilə “Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksinin inkişafı
(2005–2015-ci illər) üzrə Dövlət
Proqramı”nın “Akronimlər” hissəsindən “, ABOEMDA – Azərbaycan
Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyi” sözləri
çıxarılmışdır.