Məhkəmə-Hüquq
Şurası haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ
QANUNU
I fəsil.
ÜMUMI MÜDDƏALAR
Maddə 1.
Məhkəmə-Hüquq Şurasının təyinatı
Məhkəmə-Hüquq
Şurası Azərbaycan Respublikasında məhkəmə
sisteminin təşkilinin, hakimlərin və məhkəmə sisteminin müstəqilliyinin təmin
edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan
namizədlərin (bundan sonra - "hakim vəzifəsinə
namizədlər") seçilməsinin təşkili,
hakimlərin fəaliyyətinin qiymətləndirilməsi,
onların iş yerinin dəyişdirilməsi,
vəzifədə irəli çəkilməsi, intizam
məsuliyyətinə cəlb edilməsi, habelə
məhkəmələr və hakimlərlə bağlı
digər məsələləri səlahiyyəti daxilində
həll edən məhkəmə hakimiyyətinin
özünüidarə funksiyalarını həyata
keçirən orqandır.[1]
Maddə 2. Məhkəmə-Hüquq Şurasının
fəaliyyətinin hüquqi əsasları
Məhkəmə-Hüquq
Şurasının fəaliyyətinin əsaslarını
Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr, bu qanun,
"Məhkəmələr və hakimlər haqqında"
Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının
digər normativ hüquqi aktları təşkil edir.
Maddə 3. Məhkəmə-Hüquq Şurasının
fəaliyyətinin əsas prinsipləri
Məhkəmə-Hüquq
Şurası öz fəaliyyətini müstəqillik,
qanunçuluq, kollegiallıq, qərəzsizlik və obyektivlik
prinsipləri əsasında qurur.
Maddə 4. Məhkəmə-Hüquq
Şurasının müstəqilliyi
4.1.
Məhkəmə-Hüquq Şurası daimi fəaliyyət
göstərən müstəqil orqandır və
təşkilati, maliyyə, habelə hər hansı başqa
cəhətdən qanunvericilik, icra və məhkəmə
hakimiyyəti orqanlarından, yerli özünüidarə
orqanlarından, habelə hüquqi və fiziki
şəxslərdən asılı deyildir.
4.2.
Məhkəmə-Hüquq Şurası qanunvericilik, icra və
məhkəmə hakimiyyəti orqanları, Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası, elmi
təşkilatlarla qarşılıqlı fəaliyyət
göstərir.
Maddə 5. Məhkəmə-Hüquq Şurasının
maliyyələşdirilməsi və atributları
5.1. Məhkəmə-Hüquq
Şurasının fəaliyyəti dövlət
büdcəsindən maliyyələşdirilir. Məhkəmə-Hüquq
Şurasının fəaliyyətinin
maliyyələşdirilməsi üçün ayrılan
illik vəsaitin tərkibində cari xərclərin
məbləği əvvəlki maliyyə ilində bu
məqsəd üçün nəzərdə tutulmuş
məbləğdən az ola bilməz. [2]
5.2. Məhkəmə-Hüquq
Şurası ona həvalə edilən vəzifələrin
həyata keçirilməsi üçün qanunvericilikdə
nəzərdə tutulmuş digər mənbələrdən
də maliyyələşə bilər.
5.3.
Məhkəmə-Hüquq Şurası müstəqil balansa,
dövlət mülkiyyətində olan əmlaka,
üzərində Azərbaycan Respublikasının
Dövlət gerbinin təsviri və öz adı olan
möhürə, müvafiq ştamplara, emblemə, blanklara,
xəzinə və bank hesablarına malikdir.
II Fəsil.
Məhkəmə-Hüquq Şurasının
təşkili
Maddə 6. Məhkəmə-Hüquq Şurasının
tərkibi
6.1.Məhkəmə-Hüquq
Şurası 15 üzvdən ibarət tərkibdə
fəaliyyət göstərir.
6.2.
Məhkəmə-Hüquq Şurasının tərkibi
əsasən hakimlərdən, habelə icra, qanunvericilik,
prokurorluq orqanları və Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının
nümayəndələrindən ibarət olmaqla
aşağıdakı şəxslərdən təşkil
olunur:
6.2.1. Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri;
6.2.2. Azərbaycan
Respublikası Ali Məhkəməsinin sədri;
6.2.3. Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təyin edilən şəxs;
6.2.4. Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən
təyin edilən şəxs;
6.2.5. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi
tərəfindən təyin edilən hakim;
6.2.6. hakim
assosiasiyaları tərəfindən təklif olunmuş
namizədlər sırasından Azərbaycan Respublikası Ali
Məhkəməsinin seçdiyi kassasiya instansiyası məhkəməsinin iki
hakimi;[3]
6.2.7. hakim
assosiasiyaları tərəfindən təklif olunmuş
namizədlər sırasından Məhkəmə-Hüquq
Şurasının seçdiyi apellyasiya
məhkəmələrinin iki hakimi;[4]
6.2.8. hakim
assosiasiyaları tərəfindən təklif olunmuş
namizədlər sırasından Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin hakimi;[5]
6.2.9. hakim
assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər
sırasından Məhkəmə-Hüquq Şurasının
seçdiyi birinci instansiya məhkəməsinin iki hakimi;[6]
6.2.10. Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi
şəxs;
6.2.11. Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının Rəyasət
Heyəti tərəfindən təyin edilən vəkil;
6.2.12. Azərbaycan
Respublikasının Baş Prokurorluğu tərəfindən
təyin edilən şəxs.
6.3. Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri
və Azərbaycan Respublikası Ali Məhkəməsinin
sədri vəzifəyə görə
Məhkəmə-Hüquq Şurasının üzvləri
hesab edilirlər.
6.4. Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı,
Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı və
Azərbaycan Respublikasının Baş Prokurorluğu
tərəfindən Məhkəmə-Hüquq Şurasına
üzv təyin edilən şəxslər ali hüquq
təhsilinə və hüquqşünas ixtisası
üzrə beş ildən artıq iş stajına malik olmalıdırlar.
6.5. Hakim
assosiasiyaları hər bir Məhkəmə-Hüquq
Şurası üzvü yerinə ən azı iki namizəd
təklif etməlidirlər. Məhkəmə-Hüquq
Şurası üzvlüyünə təklif olunmuş
namizədlərin siyahısına onları seçən orqan tərəfindən yalnız bir
dəfə etiraz edilə bilər. İkinci dəfə
təqdim olunmuş namizədlər sırasından
Məhkəmə-Hüquq Şurasının üzvü seçilməlidir. [7]
6.6.
Məhkəmə-Hüquq Şurası üzvlərinin
səlahiyyət müddəti beş ildir.
6.7.
Vəzifəyə görə Məhkəmə-Hüquq
Şurasının üzvü olan şəxslər istisna
olmaqla eyni şəxs ardıcıl olaraq iki dəfədən
artıq Məhkəmə-Hüquq Şurasının
üzvü təyin edilə bilməz. [8]
Maddə 7. Məhkəmə-Hüquq Şurası
üzvlərinə aid tələblər
Məhkəmə-Hüquq
Şurasının tərkibinə ikili
vətəndaşlığı, başqa dövlətlər
qarşısında öhdəliyi olan, elmi, pedaqoji və
yaradıcılıq fəaliyyəti istisna olmaqla,
sahibkarlıq və kommersiya fəaliyyəti ilə
məşğul olan şəxslər, din xadimləri daxil
edilə bilməzlər.
Maddə 8. Məhkəmə-Hüquq Şurası üzvlərinin
təminatı
8.1.
Məhkəmə-Hüquq Şurası üzvlərinin
şuranın üzvü olduqları müddət
ərzində iş yerləri üzrə
əməkhaqları saxlanılır. Əməkhaqqı
almayan və ya işəmuzd əməkhaqqı alan
Məhkəmə-Hüquq Şurasının
üzvlərinə şuranın iclaslarında iştirak
etdikləri günlər üçün
Məhkəmə-Hüquq Şurası tərəfindən
onların son iki ildə orta illik gəliri əsasında
hesablanmış gündəlik haqq ödənilir.
8.2.
Məhkəmə-Hüquq Şurasının
üzvlərinə səlahiyyətlərinin yerinə
yetirilməsi ilə bağlı təmsilçilik xərclərinin
ödənilməsi üçün Azərbaycan
Respublikası Ali Məhkəməsinin hakimlərinin
əmək haqqının 25 faizi məbləğində
aylıq əlavə pul təminatı verilir. Əlavə pul
təminatı Məhkəmə-Hüquq Şurası
tərəfindən dövlət büdcəsindən
şuraya ayrılmış vəsait hesabına ödənilir.
Maddə 9. Məhkəmə-Hüquq Şurası üzvlərinin
müstəqilliyi, toxunulmazlığı və
bərabərliyi
9.1.
Məhkəmə-Hüquq Şurasının üzvləri
müstəqildirlər, yalnız Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına
tabedirlər. Məhkəmə-Hüquq Şurasının
üzvü şuradakı fəaliyyətinə,
səsverməyə, söylədiyi fikrə görə
məsuliyyətə cəlb oluna bilməz, ondan bu hallarla
əlaqədar izahat, ifadə tələb edilə bilməz.
9.2.
Məhkəmə-Hüquq Şurasının hakim olmayan
üzvləri hakim statusundan irəli gələn
toxunulmazlığa malikdirlər. Məhkəmə-Hüquq
Şurası üzvünün cinayət təqibi, bununla
bağlı onun səlahiyyətlərinin icrasına
buraxılmaması və bu səlahiyyətlərin sonrakı
bərpası "Məhkəmələr və hakimlər
haqqında" Azərbaycan Respublikası Qanununun 101-ci
maddəsində hakimlər üçün müəyyən
edilmiş qaydada həyata keçirilir.
9.3.
Məhkəmə-Hüquq Şurasının
səlahiyyətlərinə aid bütün
məsələlərin həllində Şura
üzvlərinin hüquqları bərabərdir.
9.4.
Məhkəmə-Hüquq Şurasının üzvləri
onların statusunu təsdiq edən xidməti
vəsiqəyə malikdirlər.
Maddə 10. Məhkəmə-Hüquq Şurası
üzvünün səlahiyyətlərinə vaxtından
əvvəl xitam verilməsi
10.1. Məhkəmə-Hüquq
Şurası üzvünün səlahiyyətlərinə
şuranın sədrinin və yaxud onu təyin etmiş (seçmiş) orqanın
müraciətinə əsasən yalnız
Məhkəmə-Hüquq Şurasının qərarı
ilə aşağıdakı hallarda vaxtından əvvəl
xitam verilir: [9]
10.1.1. öz arzusu
ilə Məhkəmə-Hüquq Şurası
üzvlüyündən çıxmaq barədə
yazılı ərizə verdikdə;
10.1.2.
barəsində cinayət işinə bəraətverici
əsaslar olmadan xitam verildikdə, habelə
məhkəmənin qanuni qüvvəyə minmiş ittiham
hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin
tətbiqinə dair məhkəmə qərarı olduqda;
10.1.3.
Məhkəmə-Hüquq Şurası üzvünün bu
qanunun 6.4-cü və 7-ci maddələrinin
tələblərinə cavab vermədiyi aşkar edildikdə;
10.1.4.
Məhkəmə-Hüquq Şurasında müəyyən
məhkəmə instansiyasını təmsil edən hakim
digər məhkəmə instansiyasına işə
keçirildikdə;
10.1.5.
fəaliyyət qabiliyyətsizliyi və ya məhdud
fəaliyyət qabiliyyəti məhkəmə
tərəfindən müəyyən edildikdə;
10.1.6. vəfat
etdikdə;
10.1.7.
məhkəmə tərəfindən ölmüş elan
edildikdə və ya itkin düşmüş hesab
edildikdə;
10.1.8. əmək qabiliyyətinin
fasiləsiz olaraq altı aydan çox müddətə tam
itirilməsi ilə əlaqədar vəzifəsini yerinə
yetirə bilmədikdə;[10]
10.1.9.
üzrsüz səbəbdən ardıcıl üç
dəfə və ya il ərzində üzrsüz
səbəbdən altı dəfə
Məhkəmə-Hüquq Şurasının iclaslarında
iştirak etmədikdə;
10.1.10. bu qanunun
27.2-ci maddəsində göstərilən
vəzifələri icra etmədikdə;
10.1.11.
Məhkəmə-Hüquq Şurası üzvü adına
ləkə gətirən hərəkətə yol
verdikdə.
10.2.
Məhkəmə-Hüquq Şurası üzvünün
səlahiyyətlərinə habelə tutduğu
vəzifədən azad edildikdə xitam verilə bilər.
10.3.
Səlahiyyətlərinə vaxtından əvvəl xitam
verilmiş Məhkəmə-Hüquq Şurası
üzvünün yerinə yeni üzv onun səlahiyyət
müddətinin qalmış hissəsinə bu qanunun 6-cı
maddəsində nəzərdə tutulmuş qaydada təyin
edilir (seçilir). [11]
III Fəsil.
Məhkəmə-Hüquq Şurasının
fəaliyyətinin əsasları
Maddə 11. Məhkəmə-Hüquq Şurasının
vəzifələri
11.0.
Məhkəmə-Hüquq Şurası
aşağıdakı vəzifələri həyata
keçirir:
11.0.1.
məhkəmələrin təşkil olunmasına dair
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verir
(olduğu yer, ərazi yurisdiksiyası və
hakimlərin ümumi sayı); [12]
11.0.1-1.
məhkəmələrin ərazi yurisdiksiyasını
müəyyən edir;[13]
11.0.2. hakim
vəzifəsinə namizədlərin seçilməsi
işini təşkil edir;
11.0.3. hakimlərin
fəaliyyətini və məhkəmə sədrlərinin,
sədr müavinlərinin və məhkəmə
kollegiyaları sədrlərinin məhkəmə
fəaliyyətinin təşkili ilə bağlı işini
qiymətləndirir;
11.0.3-1.
“Məhkəmələr və hakimlər haqqında”
Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə
uyğun olaraq, məhkəmələrin fəaliyyətinin
monitorinqinin aparılması qaydasını Azərbaycan
Respublikası Ali Məhkəməsinin təklifləri
əsasında müəyyən edir;[14]
11.0.4. hakimlərin
iş yerinin dəyişdirilməsinə, onların
vəzifədə irəli çəkilməsinə,
səlahiyyət müddətinin uzadılmasına,
Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin , ağır
cinayətlər məhkəmələrinin sədrləri
istisna olmaqla təyin olunmuş hakimlər sırasından
Azərbaycan Respublikası məhkəmələrinin
sədrlərinin, sədr müavinlərinin və
məhkəmə kollegiyaları sədrlərinin təyin
edilməsinə, habelə bu şəxslərin
vəzifədən azad edilməsinə və ya digər
vəzifəyə keçirilməsinə dair
məsələləri müzakirə edir;[15]
11.0.4-1. hakimlərin öz
razılığı ilə 2 ilədək müddətə
Məhkəmə-Hüquq Şurasının Aparatına,
habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris
fəaliyyətində və ya birinci və apellyasiya
instansiyası məhkəmələrində
“Məhkəmələr və hakimlər haqqında”
Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinin ikinci
hissəsində nəzərdə tutulmuş sahələr
üzrə işin təşkili vəziyyətinin
yoxlanılmasında iştirak etmək üçün
həmin quruma ezam edilməsinə, zərurət olduqda, ezam
edilmiş hakimin razılığı ilə ezam edilmə
müddətinin yenidən 2 ilədək uzadılmasına
dair məsələləri müzakirə edir;
11.0.4-2. ezam edilmiş hakimi
özünün və ya ezam edildiyi qurumun
təşəbbüsü ilə əvvəl işlədiyi
vəzifəyə qaytarır;[16]
11.0.4-3. hakim vəzifəsindən
öz arzusu ilə azad olunaraq ədliyyə orqanlarında
inzibati vəzifədə və ya prokurorluq orqanlarında
prokurorluq işçisi kimi işləyən şəxs
yenidən hakim vəzifəsinə təyin edilmək arzusunu
bildirdikdə, onu müsahibədən keçirmək;[17]
11.0.5. hakimlərin
peşə səviyyəsinin yüksəldilməsi, hakim
vəzifələrinə namizədlərin hazırlanması
üçün tədbirlər görür;
11.0.6. ilkin
uzunmüddətli tədris kurslarına göndərilmiş
hakim vəzifəsinə namizədlərin maddi
təminatını həyata keçirir;
11.0.7. hakimlərin
müstəqilliyinin təmin edilməsi və
məhkəmələrin işinə kənar
müdaxilələrin qarşısının alınması
üçün tədbirlər görür;
11.0.8.
məhkəmə fəaliyyətinin hüquqi və informasiya
təminatını həyata keçirir;
11.0.9.
məhkəmələrin maddi-texniki təchizatı və
maliyyələşdirilməsi üzrə təkliflər
verir;
11.0.10.
Hakimlərin Etik Davranış Kodeksini təsdiq edir;
11.0.10-1.
hakimlərin vəsiqələrinin nümunələrini
təsdiq edir;[18]
11.0.11.
hakimlərin təltif olunması, mükafatlandırılması
və intizam məsuliyyəti məsələlərinə
baxır;
11.0.12.
hakimlərin səlahiyyətlərinə xitam verilməsi
və cinayət məsuliyyətinə cəlb edilməsi
barədə müraciətlərə baxır;
11.0.12-1. “Məhkəmələr
və hakimlər haqqında” Azərbaycan Respublikası
Qanununun 113-cü maddəsinin birinci hissəsində
nəzərdə tutulmuş halda hakimlərin
səlahiyyətlərinə xitam verir,
“Məhkəmələr və hakimlər haqqında”
Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin ikinci
hissəsinin 1-ci və 3-5-ci bəndlərində
nəzərdə tutulmuş əsaslar olduqda, hakimlərin
səlahiyyətlərinə vaxtından əvvəl xitam
verir;[19]
11.0.13. daxil
olmuş ərizə və şikayətlərə, o
cümlədən Hakimlərin Seçki Komitəsinin
qərarlarından verilmiş şikayətlərə
baxır;
11.0.14.
qanunvericiliklə müəyyən edilmiş digər
vəzifələri həyata keçirir.
Maddə 12. Məhkəmə-Hüquq Şurasının
hüquqları
12.0.
Məhkəmə-Hüquq Şurası ona həvalə
edilmiş vəzifələrin həyata keçirilməsi
ilə əlaqədar aşağıdakı hüquqlara
malikdir:
12.0.1. hakim
vəzifəsinə namizədlərin seçilməsi
üçün yazılı və şifahi imtahanların,
uzunmüddətli tədrisin nəticələri üzrə
namizədin qiymətləndirilməsi, yekun müsahibənin
keçirilməsi qaydasını müəyyən etmək;
12.0.2.
Məhkəmə-Hüquq Şurasının Aparatını
formalaşdırmaq;
12.0.3. Hakimlərin
Seçki Komitəsi haqqında Əsasnaməni təsdiq
etmək və Hakimlərin Seçki Komitəsini
formalaşdırmaq;
12.0.3-1.
hakimlərin ümumi sayı çərçivəsində
Azərbaycan Respublikasının məhkəmə sisteminə
daxil olan məhkəmələrdə hakimlərin
sayını müəyyən etmək;[20]
12.0.4. hakimlərin iş yerinin
dəyişdirilməsi, vəzifədə irəli
çəkilməsi, səlahiyyət müddətinin
uzadılması,
Azərbaycan
Respublikasının Ali Məhkəməsinin və Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin , ağır
cinayətlər məhkəmələrinin sədrləri
istisna olmaqla təyin olunmuş hakimlər sırasından
Azərbaycan Respublikası məhkəmələrinin
sədrlərinin, sədr müavinlərinin və
məhkəmə kollegiyaları sədrlərinin təyin
edilməsi, habelə bu şəxslərin vəzifədən
azad edilməsi və ya digər vəzifəyə keçirilməsi
barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif
vermək;[21]
12.0.4-1. hakimləri öz
razılığı ilə 2 ilədək müddətə
Məhkəmə-Hüquq Şurasının Aparatına,
habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris
fəaliyyətində və ya birinci və apellyasiya
instansiyası məhkəmələrində
“Məhkəmələr və hakimlər haqqında”
Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinin ikinci
hissəsində nəzərdə tutulmuş sahələr
üzrə işin təşkili vəziyyətinin
yoxlanılmasında iştirak etmək üçün
həmin quruma ezam etmək, zərurət olduqda, ezam edilmiş
hakimin razılığı ilə ezam edilmə müddətini
yenidən 2 ilədək uzatmaq;
12.0.4-2. ezam edilmiş hakimin
özünün və ya ezam edildiyi qurumun
təşəbbüsü ilə əvvəl işlədiyi
vəzifəyə qaytarılması məsələsini
müzakirə etmək;[22]
12.0.5. hakimlərin
təltif olunmasına dair Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif
vermək;
12.0.6. hakimləri
mükafatlandırmaq;
12.0.6-1. məhkəmə
hakimiyyətinin inkişafı sahəsində
göstərdikləri xidmətə və səmərəli
əməkdaşlığa görə Azərbaycan
Respublikasının və xarici ölkələrin
dövlət və digər qurumlarının, habelə
beynəlxalq təşkilatların
nümayəndələrini və ölkə
vətəndaşlarını fəxri fərman və
fəxri döş nişanı ilə təltif etmək.[23]
12.0.7. hakimləri
intizam məsuliyyətinə cəlb etmək;
12.0.8. hakimlərin
səlahiyyətlərinə xitam verilməsi
məsələsini müzakirə etmək və bu
barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif
vermək;
12.0.8-1. “Məhkəmələr
və hakimlər haqqında” Azərbaycan Respublikası
Qanununun 113-cü maddəsinin birinci hissəsində
nəzərdə tutulmuş halda hakimlərin səlahiyyətlərinə
xitam verilməsinə, “Məhkəmələr və
hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun
113-cü maddəsinin ikinci hissəsinin 1-ci və 3-5-ci
bəndlərində nəzərdə tutulmuş əsaslar
olduqda, hakimlərin səlahiyyətlərinə vaxtından
əvvəl xitam verilməsinə dair məsələləri
müzakirə etmək;[24]
12.0.9. hakimlər
barəsində cinayət təqibinin həyata keçirilməsinə
razılıq vermək, onları səlahiyyətlərinin
icrasına müvəqqəti buraxmamaq;
12.0.10. hakimin
altı aydan artıq müddətdə tibbi
səbəblərə görə vəzifəsinin yerinə
yetirilməsinin qeyri-mümkünlüyünün
müəyyən edilməsi məqsədilə xüsusi
həkim komissiyası təşkil etmək; [25]
12.0.11.
Məhkəmə-Hüquq Şurasında baxılan
məsələlər üzrə
məhkəmələrdən və dövlət
orqanlarından, hüquqi və fiziki şəxslərdən
məlumat və sənədlər almaq;
12.0.12.
dövlət orqanlarının, elmi
müəssisələrin, idarə və
təşkilatların əməkdaşlarını,
mütəxəssislərini və ekspertlərini öz fəaliyyətinə
cəlb etmək;
12.0.13.
Məhkəmə-Hüquq Şurasına həvalə
edilmiş vəzifələrin həyata keçirilməsi
və nizamlanması məqsədi ilə normativ xarakterli aktlar
qəbul etmək;
12.0.14.
Məhkəmə-Hüquq Şurasında baxılan
məsələlər üzrə müvafiq qərarlar
qəbul etmək;
12.0.15. qəbul
etdiyi qərarların icrasına nəzarət etmək;
12.0.16.
hakimlərin fəaliyyətini və məhkəmələrin
təşkilati məsələlərini təhlil etmək;
12.0.17.
Hakimlərin Seçki Komitəsi tərəfindən
təklif olunan namizədlərlə söhbət aparmaq;
12.0.18.
Hakimlərin Seçki Komitəsinin fəaliyyəti ilə
bağlı Komitə sədrinin hesabatını
dinləmək;
12.0.19.
məhkəmələr və hakimlər haqqında
qanunvericiliyin təkmilləşdirilməsi üzrə
təkliflər vermək;
12.0.20.
hakimlərin peşə səviyyəsinin
yüksəldilməsi məqsədilə təhsil müəssisəsində
ixtisasartırma kursları, seminar və
məşğələlər keçirmək; [26]
12.0.21. vakant hakim
vəzifələrinə namizədlər üçün təhsil müəssisəsində
ilkin uzunmüddətli kursları təşkil etmək;
12.0.22.
birinci instansiya məhkəmələrinin sədrlərinə
hakimlər arasında işləri
bölüşdürərkən konkret hakimin
ixtisaslaşmasının nəzərə almasını
təklif etmək; [27]
12.0.23. öz
fəaliyyəti ilə bağlı beynəlxalq
əlaqələr yaratmaq, məhkəmə fəaliyyəti
sahəsində təcrübə mübadiləsini həyata
keçirmək;
12.0.24.
Məhkəmə-Hüquq Şurasına həvalə
edilmiş vəzifələrin həyata keçirilməsi
üçün yerli və xarici təşkilatların vəsaitlərini
cəlb etmək, qrantlar almaq;
12.0.25.
məhkəmə fəaliyyəti barədə ictimaiyyətin
məlumatlandırılması məqsədilə
qeyri-hökumət təşkilatları və kütləvi
informasiya vasitələri ilə əməkdaşlıq
etmək;
12.0.26.
hakimlərin və məhkəmə aparatı
işçilərinin əmək şəraitinin və maddi
təminatının yaxşılaşdırılması
üzrə təkliflər vermək;
12.0.26-1. birinci instansiya və
apellyasiya məhkəmələrinin maliyyə təminatı
üçün nəzərdə tutulan xərclər
barədə təkliflərə onlar müvafiq icra
hakimiyyəti orqanına təqdim edilməzdən əvvəl
rəy vermək;[28]
12.0.27.
qanunvericiliklə müəyyən edilmiş digər
hüquqları həyata keçirmək.
Maddə 13. Hakimlərin fəaliyyətinin
qiymətləndirilməsi
13.1. İlk
dəfə 3 il müddətinə təyin edilmiş
hakimlərin fəaliyyəti həmin müddətin sonunda,
digər hakimlərin fəaliyyəti isə beş ildə bir
dəfədən az olmayaraq Məhkəmə-Hüquq
Şurası tərəfindən qiymətləndirilir.[29]
13.2. Hakimlərin
fəaliyyətinin qiymətləndirilməsi ədalət
mühakiməsinin təkmilləşdirilməsi,
hakimlərlə tədris prosesinin düzgün qurulması,
habelə onların vəzifədə irəli
çəkilməsi, hakimlik və sədrlik
fəaliyyətini davam etdirməyə yararlılıqlarının
müəyyən edilməsi məqsədilə
aparılır.
13.3. Hakimlərin
fəaliyyəti Azərbaycan Respublikasının Ali
Məhkəməsi, müvafiq olaraq apellyasiya
məhkəmələri və Naxçıvan Muxtar
Respublikasının Ali Məhkəməsi, habelə
hakimlərin mənsub olduqları məhkəmələrin
sədrləri tərəfindən vəzifələrinin
icrasına dair verilmiş rəylər əsasında
qiymətləndirilir. Hakimlərin fəaliyyəti
qiymətləndirilərkən həmçinin məhkəmələrin fəaliyyətinin
monitorinqinin nəticələri, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə
müəyyən edilmiş səlahiyyətləri həyata
keçirərkən topladığı və
Məhkəmə-Hüquq Şurasına təqdim etdiyi
məlumatlar nəzərə alınır. Hakimlərin
fəaliyyəti qiymətləndirilərkən
Məhkəmə-Hüquq Şurasının ayrı-ayrı
üzvlərinin malik olduqları məlumatlardan istifadə
oluna bilər.[30]
13.3-1. Hakimin (ilk
dəfə hakim təyin edilmiş şəxslər istisna
olmaqla) fəaliyyətində peşəkar
çatışmazlıqlar, o cümlədən
məhkəmələrin fəaliyyətinin monitorinqi
nəticəsində maddi və prosessual hüquq
normalarının tətbiqində sistemli xarakter daşıyan
nöqsanlar aşkar edildikdə, onun
fəaliyyəti Məhkəmə-Hüquq Şurası
tərəfindən müəyyən olunmuş vaxtda
təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilir.
Təkrar qiymətləndirmə zamanı hakimin
fəaliyyətində yenidən peşəkar
çatışmazlıqlar aşkar edildikdə, onun
səlahiyyətlərinə “Məhkəmələr və
hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş qaydada vaxtından
əvvəl xitam verilir. [31]
13.4. Hakimlərin
fəaliyyətinin qiymətləndirilməsinin qaydaları
və metodologiyası Məhkəmə-Hüquq Şurası
tərəfindən müəyyən edilir.
Maddə 14. Hakimlərin Seçki Komitəsi
14.1.
Məhkəmə-Hüquq Şurası hakim
vəzifəsinə namizədlərin seçkisini həyata
keçirmək məqsədi ilə 11 nəfərlik
tərkibdə əsasən hakimlərdən, öz
aparatının, Azərbaycan espublikasının müvafiq icra hakimiyyəti orqanının və
prokurorluğun nümayəndəsindən, vəkil və
hüquqşünas-alimdən ibarət olmaqla
aşağıdakı şəxslərdən Hakimlərin
Seçki Komitəsini formalaşdırır:
14.1.1. Azərbaycan
Respublikası Ali Məhkəməsinin iki hakimi;
14.1.2.
apellyasiya məhkəmələrinin üç hakimi; [32]
14.1.3.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
hakimi; [33]
14.1.4.
Məhkəmə-Hüquq Şurası Aparatının
nümayəndəsi;
14.1.5. Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanının
nümayəndəsi;
14.1.6. Azərbaycan
Respublikası Prokurorluğunun nümayəndəsi;
14.1.7. Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının üzvü;
14.1.8.
hüquqşünas alim.
14.2.
Məhkəmə-Hüquq Şurasının üzvü eyni
zamanda Hakimlərin Seçki Komitəsinin üzvü ola
bilməz.
14.3. Hakimlərin
Seçki Komitəsi vakant hakim vəzifələrini tutmaq
istəyən hakim olmayan şəxslərin
sənədlərini toplayır, bu şəxslərlə
hakim peşəsinə yiyələnmək məqsədi
ilə tədris kurslarına qəbul edilmək
üçün şəffaf surətdə yazılı
və şifahi imtahan təşkil edir, hakim
vəzifəsinə namizədləri ilkin uzunmüddətli
tədris kurslarına cəlb edir, müsahibə yolu ilə
onların peşə yararlılığını
müəyyən edir.
14.4. Hakimlərin
Seçki Komitəsi dövlət büdcəsinin vəsaiti
hesabına maliyyələşdirilir.
Məhkəmə-Hüquq Şurasının üzvləri
üçün bu qanunun 8-ci maddəsində
nəzərdə tutulmuş təminatlar Hakimlərin
Seçki Komitəsinin üzvlərinə də şamil
olunur.
14.5. Hakimlərin
Seçki Komitəsinin qərarından
həmin qərar təqdim edildiyi gündən 10 gün
müddətində Məhkəmə-Hüquq Şurasına
şikayət verilə bilər. Şikayətə daxil
olduğu gündən 1
ay müddətində Məhkəmə-Hüquq
Şurasının iclasında baxılır və Komitənin
qərarı qüvvədə saxlanılır, ləğv
olunur və ya ona dəyişiklik edilir.[34]
Maddə 15. Hakim vəzifəsinə namizədin qulluq yerinin
müəyyən edilməsi
15.1. Hakimlərin
Seçki Komitəsi ilkin uzunmüddətli tədris
kurslarını müvəffəqiyyətlə bitirmiş
və yekun müsahibədən keçmiş hər bir
namizəd barəsində Məhkəmə-Hüquq
Şurasına öz təkliflərini təqdim edir.
Namizəd barəsində təklifdə
aşağıdakı məlumatlar əks etdirilməlidir:
15.1.1. adı,
atasının adı, soyadı;
15.1.2.
tərcümeyi-hal və xarakterizəedici məlumatlar;
15.1.3. ilkin
tədrisin və yekun müsahibənin nəticələri;
15.1.4. hakim
vəzifəsinə uyğunluğu barədə məlumat, o
cümlədən ixtisaslaşdırma haqqında rəy.
15.2.
Məhkəmə-Hüquq Şurası hakim
vəzifəsinə seçilmiş namizəd barəsində
Hakimlərin Seçki Komitəsinin təklifinə baxır,
hakim vəzifəsinə namizədin seçilməsində
qanunvericiliyin və Hakimlərin Seçki Komitəsi
haqqında Əsasnamənin tələblərinin
pozulub-pozulmamasını müəyyən edir və hakim
vəzifəsini tutmaq üçün müəyyən etdiyi
minimum və daha çox bal toplamış namizədin vakant
hakim vəzifələrindən birinə təyin edilməsi
barədə müvafiq təqdimat verir.
Maddə 16. Hakim vəzifəsinə təyin edilmə haqqında
təqdimat
16.0. Məhkəmə-Hüquq
Şurası vakant hakim vəzifəsinə seçilmiş
namizədlərin hakim vəzifəsinə təyin edilməsi
barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdimat verir.
Vakant hakim vəzifəsinə təyin edilmə haqqında
təqdimatda namizəd barəsində aşağıdakı
məlumatlar göstərilir:
16.0.1. adı,
soyadı, atasının adı;
16.0.2.
tərcümeyi-hal və xarakterizəedici məlumatlar;
16.0.3. ilkin
tədrisin və yekun müsahibənin nəticələri;
16.0.4. hakim
vəzifəsinə uyğunluğu barədə məlumat, o
cümlədən ixtisaslaşdırma haqqında rəy;
16.0.5. təyin
edilməsi təklif olunan vəzifə.
Maddə 17. Məhkəmə-Hüquq Şurasının
qərarları
17.1.
Məhkəmə-Hüquq Şurası baxılan
məsələlər üzrə qərarlar qəbul edir.
17.2.
Məhkəmə-Hüquq Şurasının qərarları
açıq səsvermə yolu ilə, bu qanunda
nəzərdə tutulmuş hallar istisna olmaqla iclasda
iştirak edən şura üzvlərinin sadə səs
çoxluğu ilə qəbul olunur.
Məhkəmə-Hüquq Şurasının iclasına
sədrlik edən axırıncı səs verir.
17.3. İntizam
icraatı üzrə qərar qəbul edilərkən
səsvermədə Azərbaycan Respublikası Ali
Məhkəməsinin sədri və məruzəçi hakim
istisna olmaqla Məhkəmə-Hüquq Şurasının
yalnız hakim üzvləri iştirak edirlər.
17.4. Hakim
barəsində cinayət təqibinin həyata
keçirilməsinə razılıq verilməsi
barədə Azərbaycan Respublikası Baş prokurorunun
təqdimatının təmin və ya rədd edilməsi
haqqında qərar qəbul edilərkən səsvermədə
Məhkəmə-Hüquq Şurasının yalnız hakim
üzvləri iştirak edirlər. Məhkəmə-Hüquq
Şurasının bu məsələ üzrə qəbul edilən
qərarı qətidir.
17.5.
Məhkəmə-Hüquq Şurası üzvünün
xüsusi rəyi olduqda həmin rəy qərara əlavə
edilir.
17.6.
Məhkəmə-Hüquq Şurasının intizam icraatı
üzrə qərarları qüvvəyə mindikdən sonra
bir ay ərzində dərc edilir.
Maddə 18. Məhkəmə-Hüquq
Şurasının qərarlarından şikayət
verilməsi
18.1. Hakim və ya
hakim vəzifəsinə namizəd Məhkəmə
Hüquq-Şurası tərəfindən onun barəsində
qəbul edilmiş qərarlardan, o cümlədən intizam
icraatı üzrə qərarlardan (bu qanunun 17.4-cü
maddəsində nəzərdə tutulmuş qərarlar istisna
olmaqla) həmin qərarlar
hakimə və ya hakim vəzifəsinə namizədə
təqdim edildiyi gündən iyirmi gün
müddətində Azərbaycan Respublikası Ali
Məhkəməsinin Plenumuna hüquqi məsələlər
üzrə qanunvericiliyin tətbiqinin
düzgünlüyünə dair şikayət verə
bilər. [35]
18.2. Azərbaycan
Respublikası Ali Məhkəməsinin Plenumu üç ay
müddətində şikayətə baxıb
Məhkəmə-Hüquq Şurasının
qərarını qüvvədə saxlayır, ləğv
edir və ya ona dəyişikliklər edir və öz
qərarını Məhkəmə-Hüquq Şurasına
təqdim edir.[36]
18.3.
Məhkəmə-Hüquq Şurasının qərarından
şikayət üzrə Azərbaycan Respublikası Ali
Məhkəməsinin Plenumunun qərarı qətidir.
18.4. Azərbaycan
Respublikası Ali Məhkəməsinin Plenumu
Məhkəmə-Hüquq Şurasının
qərarlarından şikayətlərə plenumun ümumi
iş qaydasında baxır.
IV Fəsil.
Hakimlərin intizam məsuliyyətinə cəlb
edilməsi
Maddə 19. Hakimlərin intizam məsuliyyətinə cəlb
edilməsi
19.1. Hakimlər
"Məhkəmələr və hakimlər haqqında"
Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş əsaslar olduqda intizam
məsuliyyətinə cəlb edilirlər.
19.2.
"Məhkəmələr və hakimlər haqqında"
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
hakimlər barəsində intizam icraatını həmin
qanunda göstərilmiş şəxslərin
müraciətinə əsasən yalnız
Məhkəmə-Hüquq Şurası başlaya bilər.
19.3.
"Məhkəmələr və hakimlər haqqında"
Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq
həmin qanunda göstərilmiş səbəblər və
intizam məsuliyyətinə cəlb edilmə
əsaslarının əlamətləri olduqda
səlahiyyətli şəxslər intizam icraatının
başlanılması barədə Məhkəmə-Hüquq
Şurasına müraciət etməyə borcludurlar.
19.4.
Məhkəmə-Hüquq Şurası intizam icraatının
başlanmasına dair müraciətə üç ay müddətində
baxır və intizam icraatının başlanılması
və ya belə icraatın başlanılması barədə
müraciətin təmin edilməməsi haqqında qərar
qəbul edir.[37]
Maddə 20. İntizam məsuliyyətinə cəlb edilən hakimin
hüquqları
20.0. İntizam
məsuliyyəti məsələsinə baxılan hakim:
20.0.1. intizam
icraatının materialları ilə tanış olmaq;
20.0.2.
özünün seçdiyi hakim və ya Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının üzvü
tərəfindən müdafiə olunmaq;
20.0.3.
Məhkəmə-Hüquq Şurasının intizam icraatı
üzrə iclasının tarixi, vaxtı və yeri
barədə xəbərdar edilmək;
20.0.4. bu qanunun
28-ci maddəsində göstərilən əsaslarla
Məhkəmə-Hüquq Şurasının
üzvünə etiraz etmək;
20.0.5. intizam
icraatı üzrə iclaslarda iştirak etmək, izahat,
vəsatət və sənədlər təqdim etmək;
20.0.6. intizam
icraatı üzrə qərarın surətini almaq;
20.0.7. intizam
məsuliyyətinə cəlb edilməsi barədə
qərardan müəyyən edilmiş qaydada şikayət
vermək hüququna malikdir.
Maddə 21. İntizam icraatı
21.1.
Məhkəmə-Hüquq Şurası intizam icraatının
başlandığı gündən üç ay
müddətinə məsələni bir qayda olaraq hakimin
iştirakı ilə araşdırır və qərar
qəbul edir. Hakim üzrlü səbəblərdən intizam
icraatında iştirak edə bilmədikdə və ya icraat üzrə
əlavə araşdırma tələb olunduqda bu müddət
Məhkəmə-Hüquq Şurasının qərarı
ilə uzadılır.[38]
21.2. İntizam
icraatının başlanmasına səbəb olmuş
məsələ üzrə Məhkəmə-Hüquq
Şurasının sədri tərəfindən şuranın
hakim üzvləri sırasından məruzəçi
təyin olunur. Məruzəçi daxil olmuş materialları
Məhkəmə-Hüquq Şurası Aparatının
əməkdaşlarını cəlb etməklə
araşdırır, nəticəsi üzrə
hazırladığı məruzəni və
məsələ ilə bağlı
Məhkəmə-Hüquq Şurasının iclasına
dəvət olunması məqsədəmüvafiq hesab olunan
şəxslər barəsində təklifini şuranın
sədrinə təqdim edir. Sədr məsələni
Məhkəmə-Hüquq Şurasının iclasına
çıxarır.
21.3.
Məhkəmə-Hüquq Şurasının
üzvlərinə və dəvət olunan
şəxslərə iclasa ən geci üç gün
qalmış iclasın tarixi, vaxtı və yeri barədə
xəbər verilir, bu müddətdə
Məhkəmə-Hüquq Şurasının üzvləri
iclasın gündəliyi və baxılması
nəzərdə tutulmuş materiallar ilə tanış
edilirlər.
21.4. İntizam
məsuliyyəti məsələsinə baxılan hakim iclasa
ən geci beş gün qalmış
Məhkəmə-Hüquq Şurasının iclasının
tarixi, vaxtı və yeri barədə xəbərdar edilir. Bu
hakimə iclasın günü barədə müvafiq qaydada
xəbər verilmədikdə və ya o, üzrlü
səbəblərdən Məhkəmə-Hüquq
Şurasının iclasına gəlmədikdə
məsələyə baxılması təxirə
salınır. İclasın günü barədə
müvafiq qaydada xəbərdar edilmiş və materiallarla
tanış edilmiş hakim üzrsüz
səbəblərdən iclasa gəlmədikdə şura
məsələyə onun iştirakı olmadan baxır.
Hakimin materiallarla tanış olmaqdan və ya iclasa
gəlməkdən imtinası rəsmiləşdirilir.
21.5. İntizam
icraatı üzrə Məhkəmə-Hüquq
Şurasının iclası Şuranın
səsvermədə iştirak etmək hüququ olan hakim
üzvlərinin beşi iştirak etdikdə səlahiyyətli
sayılır. Məhkəmə-Hüquq Şurasının
sədri təyin olunmuş vaxtda iclası açır,
gündəliyi elan edir, dəvət olunmuş
şəxslərin gəlmələrini yoxlayır, iştirak
etməyənlərin gəlməmələrinin
səbəblərini araşdırır, materiallara
baxılmasının mümkünlüyü
məsələsini müzakirə edir, şura
üzvlərinə etirazın olub-olmamasını
müəyyənləşdirir.
21.6.
Məhkəmə-Hüquq Şurasının iclasında
intizam icraatı üzrə məsələyə
baxılması materiallar üzrə yoxlama aparmış
məruzəçinin məruzəsi ilə başlanır.
Sonra intizam məsuliyyəti məsələsinə baxılan
hakim və iclasa dəvət edilmiş şəxslər
dinlənilir, verilmiş vəsatətlərə
baxılır, zəruri sənədlər və materiallar
tədqiq edilir, araşdırma aparılır,
nəticələr müzakirə edilərək
"Məhkəmələr və hakimlər haqqında"
Azərbaycan Respublikası Qanununun 112-ci maddəsində
nəzərdə tutulmuş qərarlardan biri qəbul olunur.
21.7.
Məhkəmə-Hüquq Şurası intizam icraatı
üzrə qərar qəbul edərkən faktlara və
əhəmiyyət kəsb edən hallara, hakimin yol verdiyi
hərəkətin xarakterinə, ağırlıq
dərəcəsinə və nəticəsinə
əsaslanır.
Maddə 22. İntizam icraatına xitam verilməsi
22.1.
Məhkəmə-Hüquq Şurası
aşağıdakı hallarda intizam icraatına xitam verir:
22.1.1. hakimin
hərəkətində pozuntu müəyyən
edilmədikdə;
22.1.2. hakim
haqqında intizam icraatı intizam pozuntusunun aşkar edildiyi
gündən keçən bir il və törədildiyi
gündən keçən üç il müddətində
başlamadıqda.
22.2.
İşin halları və qanun pozuntusunun dərəcəsi
nəzərə alınaraq müzakirə ilə
kifayətlənməklə də intizam icraatına xitam
verilə bilər. [39]
22.3. Hakimin
səlahiyyətlərinə xitam verildikdə onun
barəsindəki intizam icraatına da xitam verilir. [40]
22.4. İntizam
məsuliyyəti məsələsinə baxılan hakimin
öz arzusu ilə vəzifəsindən çıxmaq
barədə yazılı ərizəsinə
“Məhkəmələr və hakimlər haqqında”
Azərbaycan Respublikası Qanununun 112-1-ci maddəsində
nəzərdə tutulmuş qaydada baxılır.[41]
Maddə 23. Məhkəmə-Hüquq Şurasının intizam
icraatı üzrə qərarı
23.1.
Məhkəmə-Hüquq Şurasının intizam icraatı
üzrə yazılı formada tərtib edilən
qərarında aşağıdakılar göstərilir:
23.1.1.
şuranın adı və iclasda iştirak edən
üzvləri;
23.1.2.
qərarın çıxarılma yeri və tarixi;
23.1.3. intizam
məsuliyyəti məsələsinə baxılan hakimin
soyadı, adı, atasının adı və vəzifəsi;
23.1.4. intizam
icraatının başlanılması barədə
müraciət etmiş şəxs;
23.1.5. baxılan
məsələnin mahiyyəti;
23.1.6.
məsuliyyət məsələsinə baxılan hakimin
izahatı;
23.1.7.
Məhkəmə-Hüquq Şurasının
müəyyən etdiyi hallar və gəldiyi nəticə;
23.1.8.
qərarın məzmunu;
23.1.9. qərardan şikayət
verilmə qaydası və müddəti.
23.2. İntizam
icraatı üzrə Məhkəmə-Hüquq
Şurasının qərarı səsvermədə
iştirak edən hakim üzvlərinin sadə səs
çoxluğu ilə qəbul edilir. İntizam icraatı
üzrə səsvermə məsuliyyət
məsələsinə baxılan hakimin, intizam icraatının
başlanılması haqqında müraciətlə
çıxış etmiş şəxsin, habelə
dəvət olunmuş şəxslərin iştirakı
olmadan keçirilir. Səslər bərabər
bölündükdə hakim intizam məsuliyyətinə
cəlb edilmir. İntizam icraatı üzrə qərarın
nəticəvi hissəsi dərhal açıq elan edilir. Əsaslandırılmış
qərar isə on gün müddətində tərtib edilir. [42]
23.3. Qəbul
olunmuş qərarın surəti intizam məsuliyyəti
məsələsinə baxılan hakimə və intizam
icraatının başlanılması barədə
müraciət etmiş şəxsə qərar tərtib
olunduqdan sonra üç
gün ərzində təqdim edilir. [43]
23.4. İntizam
məsuliyyəti məsələsinə baxılmış
hakim və intizam icraatının başlanılması
barədə müraciət etmiş şəxs intizam
icraatı üzrə iclasın protokolu ilə onun
tərtibindən sonra tanış ola bilərlər. [44]
Maddə 24. İntizam icraatı üzrə
qərardan şikayət verilməsi
İntizam
məsuliyyətinə cəlb edilmiş hakim intizam icraatı
üzrə qəbul edilmiş qərardan bu qanunun 18-ci
maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Ali
Məhkəməsinin Plenumuna şikayət verə bilər.
V Fəsil.
Məhkəmə-Hüquq Şurasının
fəaliyyətinin təşkili
Maddə 25. Məhkəmə-Hüquq Şurasının
iclasları
25.1.
Məhkəmə-Hüquq Şurasının
səlahiyyətlərinə aid edilmiş
məsələlərə şuranın iclaslarında
baxılır. Məhkəmə-Hüquq Şurasının
iclaslarını onun sədri aparır.
Məhkəmə-Hüquq Şurası Aparatının
əməkdaşı Şuranın iclaslarında katib
funksiyasını yerinə yetirir. Məhkəmə-Hüquq
şurasının iclasları bir qayda olaraq rübdə bir
dəfədən az olmayaraq keçirilir.
25.2.
Məhkəmə-Hüquq Şurasının iclasının
tarixi, vaxtı, yeri və müzakirəyə
çıxarılan məsələlər barədə
şuranın üzvlərinə iclasa ən geci üç
gün qalmış məlumat verilir.
Məhkəmə-Hüquq Şurasının iclasına
şuranın üzvlərindən başqa digər
şəxslər də dəvət oluna bilərlər.
25.3.
Məhkəmə-Hüquq Şurasının iclası bu
qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla
şuranın səkkiz üzvü iştirak etdikdə
səlahiyyətli sayılır.
25.4.
Məhkəmə-Hüquq Şurasının iclasları onun
aparatı tərəfindən ən geci on gün
müddətində protokollaşdırılır. Protokolda
iclasda iştirak edən şura üzvləri və
dəvət edilmiş şəxslər göstərilir,
iclasın gündəliyi, müzakirələrin məzmunu,
səsə qoyulmuş məsələlər, qəbul
edilmiş qərarlar və səsvermənin
nəticələri əks etdirilir. Protokol şuranın
sədri və iclasın katibi tərəfindən
imzalanır. [45]
Maddə 26. Məhkəmə-Hüquq Şurasının sədri
26.1.
Məhkəmə-Hüquq Şurasının sədri onun
tərkibindən şura üzvlərinin sadə səs
çoxluğu ilə seçilir. Məhkəmə-Hüquq
Şurası sədrinin səlahiyyət müddəti beş ildir.[46]
26.2.
Məhkəmə-Hüquq Şurasının sədri:
26.2.1. Məhkəmə-Hüquq
Şurasını təmsil edir;
26.2.2.
Məhkəmə-Hüquq Şurasının işini
təşkil edir;
26.2.3.
Məhkəmə-Hüquq Şurasının
iclaslarını çağırır;
26.2.4.
Məhkəmə-Hüquq Şurasının iclaslarında
sədrlik edir;
26.2.5.
Məhkəmə-Hüquq Şurasının
səlahiyyətlərinə aid məsələləri
baxılmaq üçün şuranın iclaslarına
çıxarır;
26.2.6.
Məhkəmə-Hüquq Şurasının
fəaliyyətinin təmin edilməsi üçün
dövlət büdcəsindən ayrılmış
vəsaitə sərəncam verir;
26.2.7.
Məhkəmə-Hüquq Şurasının Aparatına
ümumi rəhbərliyi həyata keçirir;
26.2.8. Məhkəmə-Hüquq
Şurası Aparatının işçilərini
vəzifəyə təyin edir və vəzifədən azad
edir, mükafatlandırır və onların intizam
qaydasında cəzalandırılması məsələsini
həll edir;
26.2.9. Azərbaycan
Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş
digər səlahiyyətləri həyata keçirir.
26.3.
Məhkəmə-Hüquq Şurasının sədri
səlahiyyətlərini müvəqqəti icra edə
bilmədikdə şura üzvləri öz sıralarından
şuraya müvəqqəti sədr əvəzi
seçirlər. Sədr əvəzi seçildiyi
müddətdə Məhkəmə-Hüquq Şurası
sədrinin səlahiyyətlərini tam həcmdə həyata
keçirir.
26.4.
Məhkəmə-Hüquq Şurasının sədri bu
qanunun 26.2.6-26.2.8-ci maddələrində müəyyən
edilmiş səlahiyyətlərin həyata
keçirilməsini şura üzvlərindən birinə
həvalə edə bilər.
Maddə 27. Məhkəmə-Hüquq Şurası üzvlərinin
hüquq və vəzifələri
27.1.
Məhkəmə-Hüquq Şurası üzvlərinin
aşağıdakı hüquqları vardır:
27.1.1.
Məhkəmə-Hüquq Şurasının iclaslarında
iştirak etmək, iclasın aparılmasına dair
fikirlərini bildirmək;
27.1.2.
Məhkəmə-Hüquq Şurasının
səlahiyyətlərinə aid məsələlərin
həllində iştirak etmək;
27.1.3.
Məhkəmə-Hüquq Şurasında
məsələlərə baxılarkən
məruzəçiyə, şuranın iclasında iştirak
edən digər şəxslərə suallar vermək;
27.1.4. qanunvericilik,
icra və məhkəmə hakimiyyəti orqanlarından, yerli
özünüidarə orqanlarından, həmçinin
hüquqi və fiziki şəxslərdən
Məhkəmə-Hüquq Şurasında baxılmağa
hazırlanan məsələ ilə əlaqədar
sənədləri və başqa məlumatı tələb
etmək;
27.1.5.
Məhkəmə-Hüquq Şurasının iclasında
təqdim edilmiş ərizələr, vəsatətlər
və digər materiallarla tanış olmaq;
27.1.6.
Məhkəmə-Hüquq Şurasının qəbul
ediləcək qərarına dair fikir söyləmək;
27.1.7.
Məhkəmə-Hüquq Şurasının qərarı
ilə tam və ya qismən razı olmadıqda xüsusi
rəy vermək;
27.1.8.
Məhkəmə Hüquq Şurasının
səlahiyyətlərinə aid məsələlərə
şuranın iclasında baxılması üçün
təkliflər vermək;
27.1.9.
Məhkəmə-Hüquq Şurasının qərarları,
protokolları və digər sənədləri ilə
tanış olmaq;
27.1.10.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş digər hüquqları həyata
keçirmək.
27.2.
Məhkəmə-Hüquq Şurasının üzvləri:
27.2.1. öz
fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, bu qanunu, "Məhkəmələr
və hakimlər haqqında" Azərbaycan
Respublikasının Qanununu və Azərbaycan
Respublikasının digər normativ hüquqi aktlarını
rəhbər tutmalı;
27.2.2.
Məhkəmə-Hüquq Şurasının iclaslarında
baxılan məsələlərə hüquq və
ədalət əsasında qərəzsiz yanaşmalı;
27.2.3.
Məhkəmə-Hüquq Şurasının
iclaslarını üzrsüz səbəbdən
buraxmamalı;
27.2.4.
Məhkəmə-Hüquq Şurasında baxılan
məsələlər üzrə səsvermədə
iştirak etməli və ya yazılı xüsusi rəy
bildirməli;
27.2.5.
Məhkəmə-Hüquq Şurası üzvünün
adına xələl gətirə biləcək
hərəkətlərə və çıxışlara
yol verməməli;
27.2.6.
Məhkəmə-Hüquq Şurasında baxılan
məsələlər haqqında qərar qəbul
edilənədək məsələnin mahiyyətinə dair
fikir söyləməməli;
27.2.7. bu qanunun 7-ci
maddəsində nəzərdə tutulmuş
tələbləri pozmamalıdırlar.
Maddə 28. Maraqların toqquşması
28.1.
Məhkəmə-Hüquq Şurasının hər bir
üzvü şuranın iclasında baxılan
məsələlər üzrə şəxsi maraqlarına
toxunan, habelə onun qərəzliliyinə əsas verə
bilən hallar olduqda bu haqda şuranı
məlumatlandırmalı və iclasda iştirak etməmək
üçün şuradan icazə istəməlidir.
28.2. Bu qanunun
28.1-ci maddəsində göstərilən əsaslar olduqda
barəsində məsələyə baxılan şəxs
Məhkəmə-Hüquq Şurasının
üzvünə etiraz edə bilər. Etiraz şuraya
yazılı və ya şifahi formada verilə bilər. Etiraz
əsaslandırılmalıdır.
28.3. Etiraz
Məhkəmə-Hüquq Şurasının iclasında
etiraz məsələsinə baxılan şəxsin
iştirakı olmadan müzakirə edilir. Bu məsələ
üzrə qərar iclasda iştirak edən şura
üzvlərinin sadə səs çoxluğu ilə qəbul
edilir.
Maddə 29. Məhkəmə-Hüquq Şurasının Aparatı
29.1.
Məhkəmə-Hüquq Şurasının
iclaslarının hazırlanmasına dair təşkilati
işlərin həyata keçirilməsi, şuranın iclas
protokolunun aparılması, şuranın qəbul etdiyi
qərarların icrası, habelə şuranın
səlahiyyətləri ilə bağlı digər
məsələlərin həll edilməsi üçün
Məhkəmə-Hüquq Şurasının Aparatı
yaradılır.
29.2. Məhkəmə-Hüquq
Şurası Aparatının statusu Azərbaycan Respublikası
Ali Məhkəməsi Aparatının statusuna bərabər
tutulur. Məhkəmə-Hüquq
Şurası Aparatının fəaliyyəti
Məhkəmə-Hüquq Şurası tərəfindən
təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir.
Məhkəmə-Hüquq Şurası Aparatının əməkdaşları
dövlət qulluqçusudurlar. Məhkəmə-Hüquq
Şurası öz aparatının strukturunu və ştat
vahidlərini dövlət büdcəsindən şuraya
ayrılmış vəsait hüdudlarında
müəyyən edir. [47]
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr
2004-cü il
¹ 818-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
14 iyun
2005-ci il tarixli 939-IIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə
686)
2.
30 dekabr
2005-ci il tarixli 52-IIIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 1,
maddə 4)
3.
10 aprel
2007-ci il tarixli 306-IIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 4, maddə
321)
4.
22 iyun
2010-cu il tarixli 1043-IIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 17 iyul 2010-cu
il, ¹ 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010-cu il, ¹ 7, maddə 596)
5.
21 dekabr
2010-cu il tarixli 38-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20
fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 71)
6.
10 iyun
2011-ci il tarixli 151-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 iyun 2011-ci il, ¹ 139, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 06, maddə
484)
7.
21 dekabr
2012-ci il tarixli 521-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 29 dekabr 2012-ci il, ¹ 292,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹
12, maddə 1228)
8.
22 oktyabr
2013-cü il tarixli 770-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 19 dekabr 2013-cü il, ¹ 280,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 12, maddə 1467)
9.
20 iyun 2014-cü il tarixli 1009-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 11 iyul 2014-cü il, ¹ 146; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07,
maddə 783)
10.
30 dekabr 2014-cü il tarixli 1169-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 13 fevral 2015-ci il, ¹ 034, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
99)
11.
24 fevral
2015-cü il tarixli 1203-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 08 aprel 2015-ci il, ¹ 072, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə 347)
12.
20 oktyabr
2015-ci il tarixli 1394-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 21 noyabr 2015-ci il, ¹ 256, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə 1287)
13.
29 noyabr
2016-cı il tarixli 437-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 dekabr 2016-cı
il, ¹ 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 12, maddə 2032)
14.
16 may
2016-cı il tarixli 670-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, ¹
137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1044)
15.
20 oktyabr
2017-ci il tarixli 812-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 dekabr 2017-ci il, ¹
272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹ 12, I kitab, maddə 2188)
16.
29 iyun
2018-ci il tarixli 1231-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2018-ci il, ¹
156, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab,
maddə 1443)
17.
29 noyabr
2019-cu il tarixli 1715-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, ¹
283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1902)
18.
19 iyun
2020-ci il tarixli 132-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 iyul 2020-ci il, ¹ 130, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
845)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 21
dekabr 2012-ci il tarixli 521-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 29 dekabr 2012-ci il, ¹ 292, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 12, maddə 1228) ilə 1-ci maddədə “təşkilinin”
sözündən sonra “və
hakimlərin müstəqilliyinin” sözləri
əlavə edilmişdir.
29
noyabr 2016-cı il tarixli 437-VQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18
dekabr 2016-cı il, ¹ 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 12, maddə 2032) ilə 1-ci
maddəsində “və
hakimlərin” sözləri “,
hakimlərin və məhkəmə sisteminin”
sözləri ilə əvəz edilmişdir.
[2]
10 aprel
2007-ci il tarixli 306-IIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 4, maddə
321) ilə 5.1-ci maddəsinin ikinci cümləsi
yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Məhkəmə-Hüquq
Şurasının fəaliyyətinin
maliyyələşdirilməsi üçün ayrılan
illik vəsait ötən maliyyə ilinə nisbətən
azaldıla bilməz.
[3] 30
dekabr 2014-cü il tarixli 1169-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 13
fevral 2015-ci il, ¹ 034, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə 99) ilə 6.2.6-cı və 6.2.8-ci maddələrdə “təyin etdiyi” sözləri “seçdiyi” sözü ilə
əvəz edilmişdir.
[4] 30
dekabr 2005-ci il tarixli 52-IIIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 1, maddə 4) ilə 6.2.7-ci maddədə
"apellyasiya instansiyası
məhkəməsinin (Azərbaycan Respublikasının
Apellyasiya Məhkəməsi) hakimi" sözləri "apellyasiya
məhkəmələrinin iki hakimi" sözləri
ilə əvəz edilmişdir.
30
dekabr 2014-cü il tarixli 1169-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 13
fevral 2015-ci il, ¹ 034, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə 99) ilə 6.2.7-ci maddədə “Azərbaycan Respublikası Ali Məhkəməsinin
təyin etdiyi” sözləri “Məhkəmə-Hüquq
Şurasının seçdiyi” sözləri ilə
əvəz edilmişdir.
[5] 30
dekabr 2005-ci il tarixli 52-IIIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 1, maddə 4) ilə 6.2.8-ci maddə
çıxarılmış, 6.2.9 - 6.2.13-cü
maddələr müvafiq olaraq 6.2.8 - 6.2.12-ci maddələr
hesab olunmuşdur.
Əvvəlki
redaksiyada deyilirdi:
6.2.8. hakim assosiasiyaları
tərəfindən təklif olunmuş namizədlər
sırasından Azərbaycan Respublikası Ali
Məhkəməsinin təyin etdiyi apellyasiya instansiyası
məhkəməsinin (Azərbaycan Respublikasının
İqtisad Məhkəməsi) hakimi;
[6] 30
dekabr 2014-cü il tarixli 1169-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 13
fevral 2015-ci il, ¹ 034, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə 99) ilə 6.2.9-cu maddədə “Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanının təyin etdiyi” sözləri “Məhkəmə-Hüquq
Şurasının seçdiyi” sözləri ilə
əvəz edilmişdir.
[7] 20
oktyabr 2015-ci il tarixli 1394-IVQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 noyabr 2015-ci il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1287) ilə 6.5-ci
maddənin ikinci cümləsində “təyin edən” sözləri “seçən” sözü ilə,
üçüncü cümləsində “təyin edilməlidir” sözləri “seçilməlidir”
sözü ilə əvəz edilmişdir.
[8] 22 iyun
2010-cu il tarixli 1043-IIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 17 iyul 2010-cu
il, ¹ 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010-cu il, ¹ 7, maddə 596) ilə
6.7-ci maddə çıxarılmışdır.
[9] 20
oktyabr 2015-ci il tarixli 1394-IVQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 noyabr 2015-ci il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1287) ilə 10.1-ci
maddəyə “təyin etmiş”
sözlərindən sonra “(seçmiş)”
sözü əlavə edilmişdir.
[10] 24
fevral 2015-cü il tarixli 1203-IVQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 08 aprel 2015-ci il, ¹ 072, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
347) ilə 10.1.8-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
10.1.8. tibbi
səbəblərə görə vəzifələrini
altı aydan artıq yerinə yetirə bilmədikdə;
[11] 20
oktyabr 2015-ci il tarixli 1394-IVQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 noyabr 2015-ci il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1287) ilə
10.3-cü maddəyə “təyin
edilir” sözlərindən sonra “(seçilir)” sözü əlavə edilmişdir.
[12] 30
dekabr 2005-ci il tarixli 52-IIIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 1, maddə 4) ilə 11.0.1-ci maddədə
"üzrə fəaliyyət
dairəsi" sözləri "yurisdiksiyası" sözü ilə əvəz
edilmişdir.
16
may 2016-cı il tarixli 670-VQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30
iyun 2017-ci il, ¹ 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1044) ilə
11.0.1-ci maddədən “,
ərazi yurisdiksiyası” sözləri
çıxarılmışdır.
22 iyun
2010-cu il tarixli 1043-IIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 17 iyul 2010-cu
il, ¹ 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010-cu il, ¹ 7, maddə 596) ilə 11.0.1-ci maddədə “və hakimlərin”
sözlərindən sonra “ümumi”
sözü əlavə edilmişdir.
[13] 16
may 2016-cı il tarixli 670-VQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30
iyun 2017-ci il, ¹ 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1044) ilə
11.0.1-1-ci maddə əlavə edilmişdir.
[14] 29 noyabr 2019-cu il tarixli 1715-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1902) ilə yeni məzmunda 11.0.3-1-ci maddə əlavə
edilmişdir.
[15] 30
dekabr 2014-cü il tarixli 1169-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 13
fevral 2015-ci il, ¹ 034, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə 99) ilə 11.0.4-cü maddədə “, apellyasiya məhkəmələrinin,”
sözləri “və”
sözü ilə əvəz edilmişdir, “, ağır cinayətlər
məhkəmələrinin” sözləri isə
çıxarılmışdır.
[16] 22
oktyabr 2013-cü il tarixli 770-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 19 dekabr
2013-cü il, ¹ 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2013-cü il, ¹ 12, maddə 1467) ilə yeni məzmunda 11.0.4-1-ci və 11.0.4-2-ci maddələr
əlavə edilmişdir.
[17] 24
fevral 2015-cü il tarixli 1203-IVQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 08 aprel 2015-ci il, ¹ 072, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
347) ilə yeni məzmunda 11.0.4-3-cü maddə əlavə
edilmişdir.
[18] 10
iyun 2011-ci il tarixli 151-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun
2011-ci il, ¹ 139, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2011-ci il, ¹ 06, maddə 484) ilə yeni məzmunda
11.0.10-1-ci maddə əlavə edilmişdir.
[19] 22
oktyabr 2013-cü il tarixli 770-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 19 dekabr
2013-cü il, ¹ 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2013-cü il, ¹ 12, maddə 1467) ilə yeni məzmunda 11.0.12-1-ci maddə əlavə edilmişdir.
[20] 22 iyun
2010-cu il tarixli 1043-IIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 17 iyul 2010-cu
il, ¹ 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010-cu il, ¹ 7, maddə 596) ilə yeni məzmunda 12.0.3-1-ci
maddə əlavə edilmişdir.
[21] 30
dekabr 2014-cü il tarixli 1169-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 13
fevral 2015-ci il, ¹ 034, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə 99) ilə 12.0.4-cü maddənin əvvəlinə “hakimlərin iş yerinin
dəyişdirilməsi, vəzifədə irəli
çəkilməsi, səlahiyyət müddətinin
uzadılması,” sözləri əlavə edilmişdir, “, apellyasiya
məhkəmələrinin,” sözləri “və” sözü ilə
əvəz edilmişdir, “,
ağır cinayətlər məhkəmələrinin”
sözləri isə çıxarılmışdır.
[22] 22
oktyabr 2013-cü il tarixli 770-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 19 dekabr
2013-cü il, ¹ 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2013-cü il, ¹ 12, maddə 1467) ilə yeni məzmunda 12.0.4-1-ci və 12.0.4-2-ci maddələr
əlavə edilmişdir.
[23] 30
dekabr 2014-cü il tarixli 1169-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 13
fevral 2015-ci il, ¹ 034, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə 99) ilə yeni məzmunda 12.0.6-1-ci maddə əlavə
edilmişdir.
[24] 22
oktyabr 2013-cü il tarixli 770-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 19 dekabr
2013-cü il, ¹ 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2013-cü il, ¹ 12, maddə 1467) ilə yeni məzmunda 12.0.8-1-ci maddə əlavə edilmişdir.
[25] 24
fevral 2015-cü il tarixli 1203-IVQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 08 aprel 2015-ci il, ¹ 072, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
347) ilə 12.0.10-cu maddə ləğv edilmişdir.
[26] 21 dekabr
2010-cu il tarixli 38-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20
fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 71) ilə
12.0.20-ci və 12.0.21-ci maddələrində “tədris” sözü “təhsil”
sözü ilə əvəz edilmişdir.
[27] 30
dekabr 2005-ci il tarixli 52-IIIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 1, maddə 4) ilə yeni 12.0.22-ci maddə
əlavə edilmiş və əvvəlki 12.0.22 -
12.0.26-cı maddələr müvafiq olaraq 12.0.23 - 12.0.27-ci
maddələr hesab olunmuşdur.
[28] 24
fevral 2015-cü il tarixli 1203-IVQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 08 aprel 2015-ci il, ¹ 072, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
347) ilə yeni məzmunda 12.0.26-1-ci maddə əlavə
edilmişdir.
16
may 2016-cı il tarixli 670-VQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30
iyun 2017-ci il, ¹ 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1044) ilə
12.0.26-1-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
12.0.26-1. birinci instansiya məhkəmələrinin
maliyyə təminatı üçün nəzərdə
tutulan xərclər barədə müvafiq icra hakimiyyəti
orqanının təkliflərinə rəy vermək;
[29] 21
dekabr 2012-ci il tarixli 521-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 29 dekabr 2012-ci il, ¹ 292, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 12, maddə 1228) ilə 13.1-ci maddədə “, bir qayda olaraq, üç
ildə bir dəfə” sözləri “beş ildə bir dəfədən az olmayaraq”
sözləri ilə əvəz edilmişdir.
29 iyun 2018-ci il tarixli 1231-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan”
qəzeti, 17 iyul 2018-ci il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 7, I kitab, maddə 1443) ilə 13.1-ci
maddə yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
13.1. Hakimlərin fəaliyyəti beş ildə bir dəfədən az
olmayaraq
Məhkəmə-Hüquq Şurası tərəfindən
qiymətləndirilir.
[30] 29 noyabr 2019-cu il tarixli 1715-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1902) ilə 13.3-cü maddənin ikinci cümləsində
“həmçinin”
sözündən sonra “məhkəmələrin
fəaliyyətinin monitorinqinin nəticələri,”
sözləri əlavə edilmişdir.
[31] 29 iyun 2018-ci il tarixli 1231-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2018-ci il, ¹ 156, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab,
maddə 1443) ilə yeni
məzmunda 13.3-1-ci maddə əlavə edilmişdir.
19 iyun 2020-ci il tarixli 132-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyul 2020-ci il, ¹ 130,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
7, maddə 845) ilə 13.3-1-ci maddəsinin
birinci cümləsinə “peşəkar
çatışmazlıqlar” sözlərindən sonra “, o cümlədən
məhkəmələrin fəaliyyətinin monitorinqi
nəticəsində maddi və prosessual hüquq
normalarının tətbiqində sistemli xarakter daşıyan
nöqsanlar” sözləri əlavə edilmişdir.
[32] 30
dekabr 2005-ci il tarixli 52-IIIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 1, maddə 4) ilə 14.1.2-ci maddə yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
14.1.2. Azərbaycan Respublikası
Apellyasiya Məhkəməsinin iki hakimi;
[33] 30
dekabr 2005-ci il tarixli 52-IIIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 1, maddə 4) ilə 14.1.3-cü maddə
çıxarılmış, 14.1.4 - 14.1.9-cu maddələr
müvafiq olaraq 14.1.3 - 14.1.8-ci maddələr hesab
olunmuşdur.
Əvvəlki
redaksiyada deyilirdi:
14.1.3. Azərbaycan
Respublikası İqtisad Məhkəməsinin hakimi;
[34] 21
dekabr 2012-ci il tarixli 521-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 29 dekabr 2012-ci il, ¹ 292, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 12, maddə 1228) ilə 14.5-ci maddədə birinci
cümlədə “qərarlarından”
sözü “qərarından
həmin qərar təqdim edildiyi gündən 10 gün
müddətində” sözləri ilə əvəz
edilmişdir və ikinci cümlədə “10 gün müddətində” sözləri “1 ay müddətində
Məhkəmə-Hüquq Şurasının iclasında”
sözləri ilə əvəz edilmişdir.
[35] 14 iyun
2005-ci il tarixli 939-IIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə
686) ilə 18.1-ci
maddədə "on"
sözü "həmin
qərarlar hakimə və ya hakim vəzifəsinə
namizədə təqdim edildiyi gündən iyirmi"
sözləri ilə əvəz edilmişdir.
[36] 30
dekabr 2005-ci il tarixli 52-IIIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı
il, ¹ 1, maddə 4) ilə 18.2-ci maddədə "bir ay" sözləri "üç ay"
sözləri ilə əvəz edilmişdir.
[37] 14 iyun
2005-ci il tarixli 939-IIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə
686) ilə 19.4-cü
maddədə "20 gün"
sözləri "iki ay"
sözləri ilə əvəz edilmişdir.
21 dekabr
2012-ci il tarixli 521-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 29 dekabr 2012-ci il, ¹ 292,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹
12, maddə 1228)
ilə
19.4-cü maddədə “iki”
sözü “üç”
sözü ilə əvəz edilmişdir.
[38] 14 iyun
2005-ci il tarixli 939-IIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə
686) ilə 21.1-ci
maddənin birinci cümləsində "bir ay" sözləri "üç ay" sözləri ilə əvəz
edilmişdir.
21 dekabr
2012-ci il tarixli 521-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 29 dekabr 2012-ci il, ¹ 292,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹
12, maddə 1228)
ilə
21.1-ci maddənin ikinci cümləsində “bilmədikdə” sözündən sonra “və ya icraat üzrə
əlavə araşdırma tələb olunduqda”
sözləri əlavə edilmişdir.
[39] 30
dekabr 2005-ci il tarixli 52-IIIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 1, maddə 4) ilə 22.0-cı, 22.0.1-ci
və 22.0.2-ci maddələr müvafiq olaraq 22.1-ci, 22.1.1-ci
və 22.1.2-ci maddələr hesab edilmiş və Qanuna 22.2-ci
maddə əlavə edilmişdir.
[40] 20 iyun 2014-cü il tarixli 1009-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 11 iyul 2014-cü il, ¹ 146; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07,
maddə 783)
ilə yeni məzmunda 22.3-cü maddə əlavə
edilmişdir.
[41] 16
may 2016-cı il tarixli 670-VQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30
iyun 2017-ci il, ¹ 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1044) ilə
22.4-cü maddə əlavə edilmişdir.
[42] 14 iyun
2005-ci il tarixli 939-IIQD
nömrəlii Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə
686) ilə 23.2-ci
maddənin beşinci cümləsində "üç" sözü "on" sözü ilə
əvəz edilmişdir.
[43] 14 iyun
2005-ci il tarixli 939-IIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə
686) ilə 23.3-cü
maddədə "24 saat"
sözləri "üç
gün" sözləri ilə əvəz edilmişdir.
[44] 14 iyun
2005-ci il tarixli 939-IIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə
686) ilə 23.4-cü
maddədən "üç
gün müddətində" sözləri
çıxarılmışdır.
[45] 14 iyun
2005-ci il tarixli 939-IIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə
686) ilə 25.4-cü
maddənin birinci cümləsində "üç" sözü "on" sözü ilə əvəz
edilmişdir.
[46] 21
dekabr 2012-ci il tarixli 521-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 29 dekabr 2012-ci il, ¹ 292, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 12, maddə 1228) ilə 26.1-ci maddənin ikinci
cümləsində “iki il
altı aydır” sözləri “beş ildir” sözləri ilə əvəz
edilmişdir.
[47] 20
oktyabr 2017-ci il tarixli 812-VQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9
dekabr 2017-ci il, ¹ 272, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab, maddə 2188) ilə 29.2-ci maddəsin birinci cümləsi
çıxarılmışdır və ikinci
cümləsində “Aparatın”
sözü “Məhkəmə-Hüquq
Şurası Aparatının” sözləri ilə
əvəz edilmişdir.