Azərbaycan Respublikasının Mülki
Məcəlləsində, Azərbaycan Respublikasının
Vergi Məcəlləsində, Azərbaycan
Respublikasının Rəqabət Məcəlləsində,
“Müflisləşmə və iflas haqqında”, “Taxıl
haqqında”, “Beynəlxalq xüsusi hüquq haqqında”,
“Tütün və tütün məmulatı haqqında”,
“Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın
dövlət reyestri haqqında”, “Çayçılıq
haqqında”, “Ailə kəndli təsərrüfatı
haqqında”, “Atçılıq haqqında”, “Bank olmayan kredit
təşkilatları haqqında”, “Pambıqçılıq
haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar
və icazələr haqqında”, “Kənd təsərrüfatı
kooperasiyası haqqında”, “Elm haqqında”, “Kredit
büroları haqqında”, “Nağdsız hesablaşmalar
haqqında”, “Daşınar əmlakın
yüklülüyü haqqında”, “Mikro, kiçik və orta
sahibkarlığın inkişafı haqqında” və “Cinayət
yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci, 10-cu, 11-ci, 13-cü, 15-ci, 20-ci və 27-ci bəndlərini
rəhbər tutaraq qərara
alır:
Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2000, ¹ 4 (I kitab), maddə 250 (Cild I); 2024, ¹ 2, maddə 138, ¹ 4,
maddə 365, ¹ 5 (I kitab), maddə 493, ¹ 7, maddə 744, ¹ 12 (I
kitab), maddə 1281; 2025, ¹ 1, maddə 17, ¹ 3, maddə 216, ¹ 4 (I
kitab), maddələr 315, 318, ¹ 6, maddələr 523, 524, 536, ¹
7, maddələr 610, 626, ¹ 8, maddələr 738, 741, 743, 744, ¹
11, maddə 1004; 2026, ¹ 1, maddə 2; Azərbaycan
Respublikasının 2026-cı il 27 fevral tarixli 366-VIIQD nömrəli
Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1.
aşağıdakı məzmunda 700.4-cü maddə əlavə
edilsin:
“700.4. Maliyyə icarəsi
fəaliyyəti çərçivəsində
daşınar və daşınmaz əmlakın icarəyə
verilməsi ilə bağlı münasibətlər “Maliyyə
icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.”;
1.2. 38-ci fəsil ləğv
edilsin;
1.3. 909.1-ci maddənin
ikinci cümləsində hər iki halda “lizinq” sözü
“maliyyə icarəsi” sözləri ilə əvəz edilsin;
1.4. 912.2-ci maddədə
“lizinq” sözü “maliyyə icarəsi” sözləri ilə,
“lizinqverənin” sözü “maliyyə icarəsi verənin”
sözləri ilə əvəz edilsin.
Maddə
2. Azərbaycan
Respublikasının Vergi Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (I kitab), maddə
583 (Cild I); 2024, ¹ 2, maddə 138, ¹ 4, maddə 365, ¹ 5 (I kitab),
maddə 498, ¹ 6 (I kitab), maddələr 630, 638, ¹ 7, maddə
747, ¹ 8, maddələr 932, 933, 934, ¹ 10, maddə 1118, ¹ 11, maddə
1182, ¹ 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, ¹ 2,
maddə 96, ¹ 3, maddə 214, ¹ 4 (I kitab), maddələr 307, 315,
318, 322, ¹ 5, maddələr 432, 441, ¹ 6, maddələr 524, 536, ¹
7, maddələr 609, 618, ¹ 8, maddələr 743, 744, ¹ 11, maddə
1009, ¹ 12 (I kitab), maddə 1118; 2026, ¹ 1, maddələr 11, 14,
15, 16, 21, ¹ 2, maddə 111; Azərbaycan Respublikasının
2026-cı il 27 aprel tarixli 396-VIIQD nömrəli Qanunu)
aşağıdakı dəyişikliklər edilsin:
2.1. 13.2.14.1-ci maddədə
“lizinqi” sözü “icarəsi” sözü ilə əvəz
edilsin;
2.2. 14-2.1.3.4-cü maddədə
“lizinqindən” sözü “icarəsindən” sözü ilə
əvəz edilsin;
2.3. 30-cu maddə üzrə:
2.3.1. 30.6.7-1-ci maddənin
birinci abzasına “Ödəniş xidmətləri və
ödəniş sistemləri haqqında” sözlərindən
sonra “, “Maliyyə icarəsi haqqında” sözləri əlavə
edilsin;
2.3.2. 30.6.18-ci maddədə
“lizinqinə” sözü “maliyyə icarəsinə” sözləri
ilə əvəz edilsin;
2.4. 58.7-1.2-ci maddədə
“lizinq” sözü “maliyyə icarəsi” sözləri ilə əvəz
edilsin;
2.5. 123.1-ci maddədən
“(maliyyə lizinqini həyata keçirən fiziki şəxslər
istisna olmaqla)” sözləri çıxarılsın və həmin
maddədə “maliyyə lizinqi” sözləri “Azərbaycan
Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə
maliyyə icarəsi” sözləri ilə əvəz edilsin;
2.6. 125.5-ci maddədən
“və ya lizinqə (maliyyə lizinqi istisna olmaqla)” sözləri
çıxarılsın;
2.7. 140-cı maddə
üzrə:
2.7.1. adında “lizinqi”
sözü “icarəsi” sözü ilə əvəz edilsin;
2.7.2. 140.1-ci maddə
üzrə:
2.7.2.1. birinci cümlədə
“lizinqinin” sözü “icarəsinin” sözü ilə əvəz
edilsin;
2.7.2.2. ikinci cümlədə
“lizinqi” sözü “icarəsi” sözü ilə, “ödəmələri”
sözü “ödənişləri” sözü ilə əvəz
edilsin;
2.7.2.3.
üçüncü cümlədə “lizinqi” sözü
“icarəsi” sözü ilə, “lizinq” sözü “maliyyə
icarəsi” sözləri ilə əvəz edilsin;
2.7.3. 140.2-ci maddə
üzrə:
2.7.3.1. birinci abzasda
“lizinqi” sözü “icarəsi” sözü ilə əvəz
edilsin;
2.7.3.2. 140.2.1-ci maddədə
“lizinq” sözü “maliyyə icarəsi” sözləri ilə əvəz
edilsin;
2.7.3.3. 140.2.4-cü maddədə
“haqqının ödəniləcək” sözləri “ödənişlərinin”
sözü ilə əvəz edilsin;
2.7.4. 140.4-cü maddədə
“lizinqi” sözü birinci halda “icarəsi” sözü ilə,
ikinci halda “icarəsi fəaliyyətini” sözləri ilə,
“lizinqi üzrə icarə ödəmələrinin” sözləri
“icarəsi ödənişlərinin” sözləri ilə,
“ödəmələr” sözü “ödənişlər”
sözü ilə əvəz edilsin;
2.7.5. 140.5-ci maddədə
“icarəni” sözü “maliyyə icarəsini” sözləri
ilə əvəz edilsin;
2.7.6. 140.6-cı maddədə
“lizinqi” sözü “icarəsi” sözü ilə əvəz
edilsin;
2.7.7. 140.7-ci maddə
üzrə:
2.7.7.1. birinci cümlədə
hər iki halda “lizinqi” sözü “icarəsi” sözü ilə
əvəz edilsin;
2.7.7.2.
üçüncü cümlədə hər üç
halda “lizinqi” sözü “icarəsi” sözü ilə, hər
iki halda “lizinq” sözü “maliyyə icarəsi” sözləri
ilə əvəz edilsin;
2.8. 164-cü maddə
üzrə:
2.8.1. 164.1.2-ci və
164.1.2-1-ci maddələrdə “lizinqi” sözü “icarəsi”
sözü ilə əvəz edilsin;
2.8.2. 164.1.25-ci maddədə
“lizinq” sözü “maliyyə icarəsi” sözləri ilə əvəz
edilsin;
2.8.3. 164.1.34-1-ci maddədən
“mülkiyyət hüququnun keçməməsi şərtilə”
sözləri çıxarılsın və həmin maddədə
“lizinqə (icarəyə)” sözləri “icarəyə”
sözü ilə əvəz edilsin;
2.8.4. 164.1.50-ci maddədən
“və ya lizinqə” sözləri çıxarılsın.
Maddə
3. Azərbaycan
Respublikası Rəqabət Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024, ¹ 1, maddə 1;
2025, ¹ 6, maddə 524, ¹ 8, maddə 743) 26.1.2.8-ci və
39.2.4-cü maddələrində “lizinq” sözü “maliyyə
icarəsi” sözləri ilə əvəz edilsin.
Maddə
4. “Müflisləşmə və iflas haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997, ¹ 6, maddə 460 (Cild I)
aşağıdakı dəyişikliklər edilsin:
4.1. 24-1-ci maddə 24-2-ci
maddə hesab edilsin və aşağıdakı məzmunda
24-1-ci maddə əlavə edilsin:
“Maddə
24-1. Maliyyə icarəsi zamanı borclunun əmlak münasibətlərinin
xüsusiyyətləri
24-1.1. Borclu maliyyə icarəsi
alanın öhdəlikləri üzrə kreditorların, o
cümlədən təminatlı kreditorların tələbləri
borclu maliyyə icarəsi alanın sahibliyində və istifadəsində
olan maliyyə icarəsi obyektinə yönəldilə bilməz.
24-1.2. Maliyyə icarəsi
verən borclu maliyyə icarəsi alanın sahibliyində və
istifadəsində olan maliyyə icarəsi obyektini bu Qanunun
22-ci maddəsində nəzərdə tutulmuş bildiriş əsasında
geri götürə bilər. Əmlak inzibatçısı
maliyyə icarəsi verənlə qarşılıqlı
razılaşmaya əsasən maliyyə icarəsi ödənişlərinin
ümumi dəyərinin maliyyə icarəsi müqaviləsi
üzrə ödənilməmiş hissəsinin vaxtından əvvəl
ödənilməsi və maliyyə icarəsi obyektinin borclu
maliyyə icarəsi alanın mülkiyyətinə
keçirilməsi ilə bağlı tədbirlər görə
bilər.
24-1.3. Borclu maliyyə icarəsi
verənin öhdəlikləri üzrə maliyyə icarəsi
alanın sahibliyində və istifadəsində olan maliyyə
icarəsi obyektinə dair kreditorların, o cümlədən
təminatlı kreditorların tələbləri yalnız
maliyyə icarəsi verənin “Maliyyə icarəsi
haqqında” Azərbaycan Respublikasının Qanunundan və
maliyyə icarəsi müqaviləsindən irəli gələn
hüquqlarına yönəldilmiş hesab olunur. Bu halda tələbləri
təmin edilmiş kreditorlara maliyyə icarəsi verənin vəzifələri
də keçir.”.
4.2. 41-ci maddənin 1-ci
hissəsinin “g” bəndində “lizinqdə” sözü “maliyyə
icarəsində” sözləri ilə əvəz edilsin.
Maddə
5. “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 7, maddə 491 (Cild
I); 2024, ¹ 2, maddə 132) 6.6-cı maddəsində “lizinq”
sözü “maliyyə icarəsi” sözləri ilə əvəz
edilsin.
Maddə
6. “Beynəlxalq xüsusi
hüquq haqqında”
Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 10, maddə 708
(Cild I) aşağıdakı məzmunda 25.1.3-1-ci maddə əlavə
edilsin:
“25.1.3-1. maliyyə icarəsi
müqaviləsində - icarəyə verənin;”.
Maddə
7. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, ¹ 9, maddə 568 (Cild I); 2024, ¹ 7, maddə
745; 2026, ¹ 1, maddə 21) 9.3-cü maddəsində “lizinq”
sözü “maliyyə icarəsi” sözləri ilə əvəz
edilsin.
Maddə
8. “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 740 (Cild I); 2024, ¹ 1, maddələr
10, 16, ¹ 6 (I kitab), maddə 637, ¹ 7, maddələr 747, 751, 775, ¹
8, maddə 933, ¹ 11, maddə 1187, ¹ 12 (II kitab), maddə 1351;
2025, ¹ 1, maddə 1, ¹ 2, maddə 101, ¹ 4 (I kitab), maddələr
318, 322, ¹ 5, maddə 433, ¹ 6, maddələr 521, 524, ¹ 7, maddə
626, ¹ 12 (I kitab), maddələr 1118, 1129; 2026, ¹ 1, maddələr
8, 13, 20) aşağıdakı dəyişikliklər edilsin:
8.1.
aşağıdakı məzmunda 2.0.8-4-cü və
23-4-cü maddələr əlavə edilsin:
“2.0.8-4. maliyyə icarəsi
fəaliyyəti ilə məşğul olmaq istəyən
şəxslərin maliyyə icarəsi verənlərin
reyestrinə daxil edilməsi;”;
“Maddə
23-4. Maliyyə icarəsi fəaliyyəti ilə məşğul
olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin
reyestrinə daxil edilməsi üçün dövlət
rüsumunun dərəcəsi
|
Dövlət
rüsumu tutulmalı olan hərəkətlər |
Dövlət
rüsumunun məbləği |
|
Maliyyə icarəsi fəaliyyəti
ilə məşğul olmaq istəyən şəxslərin
maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi |
550 manat |
8.2. 26.2-ci və 26.4-cü
maddələrdə “lizinq” sözü “maliyyə icarəsi”
sözləri ilə əvəz edilsin.
Maddə
9. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 1, maddə 8 (Cild
I); 2024, ¹ 7, maddə 743, ¹ 12 (I kitab), maddə 1281; 2025, ¹ 1, maddə
16, ¹ 4 (I kitab), maddə 318, ¹ 5, maddə 432, ¹ 7, maddə 609, ¹
8, maddə 741; 2026, ¹ 2, maddə 103) 15.9.3-1-ci maddəsinə
“İnvestisiya fondları haqqında” sözlərindən sonra
“, “Maliyyə icarəsi haqqında” sözləri əlavə
edilsin.
Maddə
10. “Banklar haqqında”
Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 3, maddə 130 (Cild
I); 2024, ¹ 2, maddə 138; 2025, ¹ 1, maddə 1, ¹ 4 (I kitab), maddə
318, ¹ 5, maddə 432; 2026, ¹ 2, maddə 111) 32.1.2-ci, 75.1.2-ci maddələrində
və 79.1-ci maddəsinin birinci cümləsində “lizinq”
sözü “maliyyə icarəsi” sözləri ilə əvəz
edilsin.
Maddə
11. “Daşınmaz əmlakın dövlət reyestri
haqqında”
Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 603
(Cild I); 2025, ¹ 1, maddə 16, ¹ 2, maddə 100, ¹ 6, maddə 536, ¹
7, maddə 630, ¹ 8, maddələr 738, 744; 2026, ¹ 1, maddə 13)
6.1.2-ci, 6.1.4-cü və 13.9.3-cü maddələrində
“lizinq” sözü “maliyyə icarəsi” sözləri ilə əvəz
edilsin.
Maddə
12. “Çayçılıq haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004, ¹ 11, maddə 881 (Cild I); 2024, ¹ 4, maddə
365) 5-ci və 9.4-cü maddələrində “lizinq”
sözü “maliyyə icarəsi” sözləri ilə əvəz
edilsin.
Maddə
13. “Ailə kəndli təsərrüfatı
haqqında”
Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 11, maddə 992
(Cild I) 10.2.3-cü maddəsində “lizinq” sözü “maliyyə
icarəsi” sözləri ilə əvəz edilsin.
Maddə
14. “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 5, maddə 399 (Cild
I) 32.4-cü maddəsində “lizinq” sözü “maliyyə icarəsi”
sözləri ilə əvəz edilsin.
Maddə
15. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010, ¹ 2, maddə 72 (Cild I); 2025, ¹ 4 (I kitab),
maddə 318, ¹ 5, maddə 432) 15.2.2-ci maddəsində “lizinq”
sözü “maliyyə icarəsi” sözləri ilə əvəz
edilsin.
Maddə
16. “Pambıqçılıq haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010, ¹ 7, maddə 576 (Cild I); 2024, ¹ 4, maddə
365; 2025, ¹ 7, maddə 612) 4-cü və 20.1.2-ci maddələrində
“lizinq” sözü “maliyyə icarəsi” sözləri ilə əvəz
edilsin.
Maddə
17. “İcbari sığortalar haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, ¹ 9, maddə 788 (Cild I); 2025, ¹ 1, maddə
16, ¹ 4 (I kitab), maddə 315) 53.2-ci maddəsində hər iki
halda “lizinq” sözü “maliyyə icarəsi” sözləri ilə
əvəz edilsin.
Maddə
18. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016, ¹ 4, maddə 632 (Cild I); 2024, ¹ 6 (I
kitab), maddə 631, ¹ 7, maddələr 747, 751, ¹ 8, maddə 933;
2025, ¹ 1, maddə 16, ¹ 3, maddə 215, ¹ 4 (I kitab), maddə 314, ¹
5, maddə 433, ¹ 6, maddə 524, ¹ 7, maddə 626, ¹ 8, maddə
733) 3.4-cü maddəsinə “Qiymətli kağızlar
bazarı haqqında” sözlərindən sonra “, “Maliyyə
icarəsi haqqında” sözləri əlavə edilsin.
Maddə
19. “Kənd təsərrüfatı kooperasiyası
haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016, ¹ 7, maddə 1231 (Cild I); 2024, ¹ 4, maddə
365) 13.1.9-cu maddəsində “lizinq” sözü “maliyyə icarəsi”
sözləri ilə əvəz edilsin.
Maddə
20. “Elm haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016, ¹ 8, maddə 1366 (Cild I); 2024, ¹ 12 (II
kitab), maddə 1339) 1.0.33-cü maddəsində “lizinq”
sözü “maliyyə icarəsi” sözləri ilə əvəz
edilsin.
Maddə
21. “Kredit büroları haqqında”
Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12, maddə 1997
(Cild I); 2024, ¹ 5 (I kitab), maddə 489, ¹ 11, maddə 1193; 2025, ¹ 4
(I kitab), maddələr 318, 323) aşağıdakı dəyişikliklər
edilsin:
21.1. 2.0.4-cü maddədə
“lizinq” sözü “maliyyə icarəsi” sözləri ilə əvəz
edilsin;
21.2. 12-ci maddə üzrə:
21.2.1. 12.1-ci maddəyə
“təşkilatları” sözündən sonra “və maliyyə
icarəsi fəaliyyətini həyata keçirən digər
şəxslər” sözləri əlavə edilsin;
21.2.2. 12.2.1-ci maddədə
“lizinq” sözü birinci halda “maliyyə icarəsi” sözləri
ilə, ikinci halda “icarəyə” sözü ilə əvəz
edilsin;
21.3. 15.5-ci maddəyə
“təşkilatı” sözündən sonra “və ya maliyyə
icarəsi fəaliyyətini həyata keçirən digər
şəxs” sözləri əlavə edilsin;
21.4. 22.6-cı maddəyə
“təşkilatları” sözündən sonra “və maliyyə
icarəsi fəaliyyətini həyata keçirən digər
şəxslər” sözləri əlavə edilsin.
Maddə
22. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016, ¹ 12, maddə 2053 (Cild I); 2024, ¹ 12 (II
kitab), maddə 1347; 2025, ¹ 1, maddə 6, ¹ 5, maddə 440, ¹ 8,
maddə 743, ¹ 10, maddə 895, ¹ 12 (I kitab), maddə 1118) 3.4.1-ci
maddəsində “lizinq” sözü “maliyyə icarəsi”
sözləri ilə əvəz edilsin.
Maddə
23. “Daşınar əmlakın yüklülüyü
haqqında”
Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 5, maddə 753
(Cild I); 2024, ¹ 12 (II kitab), maddə 1334; Azərbaycan
Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli
Qanunu) 4.3.7-ci maddəsində “Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 747.1-ci maddəsinə” sözləri
“Maliyyə icarəsi haqqında” Azərbaycan
Respublikasının Qanununa” sözləri ilə, “lizinqi”
sözü “maliyyə icarəsi” sözləri ilə əvəz
edilsin.
Maddə
24. “Mikro, kiçik və orta sahibkarlığın
inkişafı haqqında”
Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023, ¹ 1, maddə 15
(Cild I); 2025, ¹ 4 (I kitab), maddə 318) 11.2-ci maddəsində
“lizinq” sözü “maliyyə icarəsi” sözləri ilə əvəz
edilsin.
Maddə
25. “Cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında”
Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023, ¹ 1, maddə 37
(Cild I); 2025, ¹ 5, maddə 432, ¹ 7, maddələr 625, 626) 1.1.8-ci
maddəsində “maliyyə lizinqi xidmətləri göstərən
şəxslər” sözləri “maliyyə icarəsi verənlər”
sözləri ilə əvəz edilsin.
Maddə
26. Bu Qanun
“Maliyyə icarəsi haqqında” Azərbaycan
Respublikasının 2026-cı il 26 may tarixli
412-VIIQ nömrəli
Qanunu ilə eyni gündə qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 may 2026-cı il
¹ 413-VIIQD