Azərbaycan
Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan
Respublikası Milli Məclisi deputatının statusu
haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi
qulluqçuların dövlət icbari şəxsi
sığortası haqqında”, “Məhkəmə və
hüquq mühafizə orqanları işçilərinin
dövlət icbari şəxsi sığortası
haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət
rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərə dövlət
qayğısı haqqında”, “Azərbaycan
Respublikasının diplomatik nümayəndəliklərində
və konsulluqlarında xidmət keçən diplomatik xidmət
orqanı əməkdaşlarının dövlət icbari
şəxsi sığortası haqqında”, “Hemofiliya və
talassemiya irsi qan xəstəliklərinə düçar
olmuş şəxslərə dövlət qayğısı
haqqında”, “Sığorta fəaliyyəti haqqında”,
“İstehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
haqqında”, “Dağınıq skleroz xəstəliyinə
tutulmuş şəxslərə dövlət
qayğısı haqqında”, “Uşaqların icbari
dispanserizasiyası haqqında”, “Gömrük tarifi
haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və
“Əlilliyi olan şəxslərin hüquqları haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci, 15-ci, 16-cı, 25-ci və 27-ci bəndlərini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (I kitab), maddə
583 (Cild I); 2024, ¹ 2, maddə 138, ¹ 4, maddə 365, ¹ 5 (I kitab),
maddə 498, ¹ 6 (I kitab), maddələr 630, 638, ¹ 7, maddə
747, ¹ 8, maddələr 932, 933, 934, ¹ 10, maddə 1118, ¹ 11, maddə
1182, ¹ 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, ¹ 2,
maddə 96, ¹ 3, maddə 214, ¹ 4 (I kitab), maddələr 307, 315,
318, 322, ¹ 5, maddələr 432, 441, ¹ 6, maddələr 524, 536, ¹
7, maddələr 609, 618, ¹ 8, maddələr 743, 744; Azərbaycan
Respublikasının 2025-ci il 24 oktyabr tarixli 277-VIIQD nömrəli
Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 11-ci maddədən “, bu Məcəllədə
başqa hal nəzərdə tutulmamışdırsa,”
sözləri çıxarılsın;
1.2. 13-cü maddə üzrə:
1.2.1. 13.2.49-2-ci maddəyə “yoxlaması”
sözündən sonra “və ya üfüqi monitorinq” sözləri,
“yoxlama” sözündən sonra “(monitorinq)” sözü və
“edilməsi” sözündən sonra “, habelə səyyar vergi
yoxlamasının keçirilməsindən asılı
olmayaraq həmin halların bu Məcəllənin 85.5-ci maddəsində
göstərilən 3 illik müddətdən əvvəlki
dövrlər üzrə könüllü olaraq bəyan edilməsi”
sözləri əlavə edilsin;
1.2.2. 13.2.60-cı maddənin sonunda nöqtəli
vergül işarəsi nöqtə işarəsi ilə əvəz
edilsin və həmin maddəyə aşağıdakı məzmunda
ikinci və üçüncü cümlələr əlavə
edilsin:
“Bu maddənin və bu Məcəllənin 13.2.61-ci
maddəsinin müddəaları
balıqçılığa (balıq
kürüsünün istehsalı istisna olmaqla) da şamil
edilir. Emal əməliyyatlarına məruz qalan balıq məhsulları
istisna olmaqla, balıqyetişdirmə fəaliyyətini həyata
keçirən şəxslər tərəfindən kəsilmə
və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları
bu Məcəllənin məqsədləri üçün kənd
təsərrüfatı məhsullarına bərabər
tutulur;”;
1.2.3. 13.2.68-ci maddə ləğv edilsin;
1.2.4. 13.2.72-ci maddəyə “maddələrində”
sözündən sonra “, habelə “Sosial sığorta
haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.1-1.3-cü
maddəsində” sözləri əlavə edilsin;
1.2.5. 13.2.81-ci maddəyə “rəsmiləşdirilən”
sözündən sonra “uydurma və (və ya) yalan əqd
çərçivəsində aparılan” sözləri əlavə
edilsin;
1.3. 34-cü maddə üzrə:
1.3.1. 34.1-ci maddənin səkkizinci abzasının
birinci cümləsində “formatda” sözü “formada
(uçota alınmaq üçün ərizənin poçt
rabitəsi vasitəsilə göndərilməsi istisna
olmaqla)” sözləri ilə əvəz edilsin;
1.3.2. 34.4-cü maddəyə aşağıdakı məzmunda
ikinci abzas əlavə edilsin:
“Vergi ödəyicisi olan fiziki şəxs uçotdan
çıxarılması üçün forması
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ərizəni
elektron və (və ya) kağız formada (poçt rabitəsi
vasitəsilə göndərilməsi istisna olmaqla) vergi
orqanına təqdim edir.”;
1.3.3. 34.7.4-cü maddə ləğv edilsin;
1.4. 36-cı maddə üzrə:
1.4.1. adına “yoxlamaları” sözündən sonra “,
üfüqi monitorinq” sözləri əlavə edilsin;
1.4.2. aşağıdakı məzmunda 36.6-1-ci maddə
əlavə edilsin:
“36.6-1. Vergi orqanı üfüqi monitorinqə qəbul
edilmiş vergi ödəyicilərinin fəaliyyəti üzrə
bu Məcəllənin 38-1-ci maddəsində nəzərdə
tutulan qaydada üfüqi monitorinq keçirir. Üfüqi
monitorinqə qəbul edilən vergi ödəyicilərində
monitorinqlə əhatə olunan hesabat dövrləri üzrə
səyyar (bu Məcəllənin 38.3.2-ci, 38.3.5-ci, 38.3.6-cı
və 38.3.10-cu maddələrində nəzərdə tutulan
hallar istisna olmaqla) və kameral vergi yoxlamaları
keçirilmir.”;
1.5. 38-ci maddə üzrə:
1.5.1. 38.1-ci maddənin birinci abzasından “, o cümlədən
elektron audit” sözləri çıxarılsın;
1.5.2. aşağıdakı məzmunda 38.3.10-cu maddə
əlavə edilsin:
“38.3.10. Üfüqi monitorinqə qəbul edilən
vergi ödəyicisində transfer qiymətlərinin tətbiqi
üzrə və xarici dövlətlərin səlahiyyətli
orqanlarından sorğu və xaricdən əldə olunan gəlirlər
üzrə müvafiq məlumatlar daxil olduğu halda vergilərin
hesablanması zamanı. Bu halda növbədənkənar səyyar
vergi yoxlaması yalnız transfer qiymətlərinin tətbiqi
və xarici dövlətlərin səlahiyyətli
orqanlarından daxil olmuş sorğu və ya xaricdə əldə
olunan gəlirlər üzrə müvafiq məlumatlarla əhatə
edilən əməliyyatlar üzrə aparıla bilər.”;
1.5.3. 38.8-ci maddə ləğv edilsin;
1.6. aşağıdakı məzmunda 38-1-ci maddə əlavə
edilsin:
“Maddə 38-1.
Üfüqi monitorinq
38-1.1. Üfüqi monitorinq bu Məcəllə və
onun əsasında qəbul edilmiş digər normativ hüquqi
aktlar üzrə həyata keçirilir. Üfüqi
monitorinqin predmeti vergilərin bu Məcəlləyə
uyğun olaraq düzgün hesablanmasına, tam və
vaxtında ödənilməsinə nəzarətdən ibarətdir.
Transfer qiymətlərinin tətbiqi və xarici dövlətlərin
səlahiyyətli orqanlarından sorğu və xaricdən əldə
olunan gəlirlər üzrə müvafiq məlumatların
araşdırılması digər vergi nəzarəti tədbirləri
ilə aparılır və üfüqi monitorinqlə əhatə
edilmir.
38-1.2. Üfüqi monitorinqin əhatə etdiyi dövr
təqvim ili hesab olunur və başladığı tarixdən
əvvəlki bir təqvim ilini əhatə edir. Üfüqi
monitorinq bu Məcəllənin 38-1.7-ci maddəsində
göstərilən vaxtda başlayır və 6 aydan gec
olmayaraq başa çatır. Əlavə araşdırma tələb
edildiyi halda üfüqi monitorinqin keçirilməsi müddəti
vergi orqanının qərarına əsasən iki aya qədər
uzadıla bilər.
38-1.3. Bu Məcəllənin 38-1.4-cü maddəsinin
müddəaları nəzərə alınmaqla üfüqi
monitorinqə qəbul edilmək üçün ərizənin
verildiyi tarixə aşağıdakı bütün şərtlərə
cavab verən vergi ödəyiciləri üfüqi monitorinqə
qəbul edilə bilərlər:
38-1.3.1. vergi ödəyicisi orta və iri sahibkarlıq
subyektidirsə;
38-1.3.2. vergi ödəyicisi mühasibat və vergi
uçotunu mühasibat və (və ya) vergi uçotunun
avtomatlaşdırılması üçün nəzərdə
tutulmuş proqram təminatından istifadə etməklə
aparırsa;
38-1.3.3. vergi ödəyicisi bu Məcəllənin
38-1.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq
daxili nəzarət sistemini tətbiq edirsə.
38-1.4. Barəsində riskli vergi ödəyicisi
olmasına dair qərar qüvvədə olduqda, habelə vergi
qanunvericiliyinin pozulması ilə bağlı cinayət
işi qaldırıldıqda vergi ödəyicisi üfüqi
monitorinqə qəbul edilə bilməz.
38-1.5. Üfüqi monitorinqə qəbul edilmək
üçün müraciət edən vergi ödəyicisi
üfüqi monitorinqin aparılacağı dövrdən əvvəlki
ilin sentyabr ayının 1-dən gec olmayaraq forması və
doldurulma qaydası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq
edilən ərizə və aşağıdakı sənədlərlə
(məlumatlarla) birlikdə vergi orqanına müraciət edir:
38-1.5.1. bu Məcəllənin 38-1.10.1-ci maddəsinə
əsasən təsdiq edilmiş inzibati reqlamentə uyğun
olaraq vergilərin hesablanması və ödənilməsi ilə
bağlı sənədlər və məlumatlar;
38-1.5.2. bu Məcəllənin 38-1.10.2-ci maddəsinə
uyğun olaraq qurulmuş daxili nəzarət sistemi,
mümkün vergi riskləri və həmin risklərə nəzarət
proseduru barədə sənədlər.
38-1.6. Üfüqi monitorinqə qəbul edilmə barədə
ərizənin və ona əlavə edilmiş sənədlərin
bu Məcəllənin 38-1.3-cü maddəsində nəzərdə
tutulmuş şərtlərə uyğunluğuna vergi
orqanı tərəfindən 2 ay müddətində
baxılır və baxılmanın nəticəsi üzrə
vergi ödəyicisinin üfüqi monitorinqə qəbul edilməsi
və ya üfüqi monitorinqə qəbul edilməsindən
imtina edilməsi barədə əsaslandırılmış
qərar qəbul edilir. Vergi ödəyicisinin üfüqi
monitorinqə qəbul edilməsi barədə qərar bir dəfə
qəbul edilir və növbəti illər ərzində də
qüvvədə qalır (vergi ödəyicisi bu Məcəllənin
38-1.12-ci maddəsinə uyğun olaraq üfüqi monitorinqdən
çıxarılmadığı halda).
38-1.7. Üfüqi monitorinqə qəbul edilməsi barədə
qərar çıxarılmış vergi ödəyicisi bu Məcəllədə
nəzərdə tutulmuş müddətdə mənfəət
və gəlir vergisi bəyannaməsinin verilməsinin son
tarixindən (hesabatın təqdim edilməsi müddətinin
uzadılması nəzərə alınmaqla) 30 gün ərzində
monitorinqin aparılması üçün tələb olunan
sənədləri və məlumatları vergi orqanına təqdim
edir. Bu maddədə nəzərdə tutulmuş müddət
başa çatdıqdan sonra növbəti gün vergi
orqanı tərəfindən üfüqi monitorinqin
başlanması barədə qərar qəbul edilir.
38-1.8. Bu Məcəllənin 38-1.5-ci maddəsində nəzərdə
tutulmuş sənədlər və məlumatlar həmin maddədə
müəyyən edilmiş müddətdə təqdim edilmədikdə
və ya təqdim edilmiş sənədlərdə və məlumatlarda
çatışmazlıqlar olduqda, vergi orqanı həmin sənədlərin
və məlumatların, onlar vergi ödəyicisində
olmadıqda isə bu barədə izahatın təqdim edilməsi
üçün vergi ödəyicisinə 5 iş günü
ərzində elektron qaydada sorğu göndərir. Sorğu
göndərildikdən sonra 15 gün ərzində tələb
edilən sənədlər və məlumatlar vergi orqanına
təqdim edilməlidir.
38-1.9. Üfüqi monitorinqin başlama tarixindən 15
gün ərzində vergi ödəyicisi dəqiqləşdirilmiş
vergi bəyannamələrini təqdim edə bilər.
38-1.10. Üfüqi monitorinqə qəbul edilən
vergi ödəyicisinin aşağıdakı vəzifələri
vardır:
38-1.10.1. müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi
inzibati reqlamentə uyğun olaraq vergilərin hesablanması və
ödənilməsi ilə bağlı sənədləri və
məlumatları bu məqsədlə yaratdığı məlumat
mübadiləsi platformasında yerləşdirmək və
vergi orqanının həmin platformaya
çıxışını təmin etmək;
38-1.10.2. müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi
qaydalara uyğun daxili nəzarət sistemini qurmaq və
mümkün vergi riskləri barədə məlumatı və
həmin risklərə nəzarət prosedurunu vergi orqanına
təqdim etmək.
38-1.11. Üfüqi monitorinqin nəticələrinin rəsmiləşdirilməsi,
üfüqi monitorinq zamanı vergi nəzarətini həyata
keçirən vergi orqanının vəzifəli şəxsləri
tərəfindən öz səlahiyyətləri çərçivəsində
vergi ödəyicilərinin ərazilərinə və ya
binalarına (yaşayış binaları (sahələri)
istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına
(yaşayış binaları (sahələri) istisna olmaqla),
habelə sənədlərinə və əşyalarına
baxış keçirilməsi, nümunə kimi əşyaların
götürülməsi, ekspert cəlb edilməsi, mütəxəssis,
tərcüməçi və müşahidəçi dəvət
edilməsi və inventarizasiya aparılması bu Məcəllənin
38.5-ci, 38.6-cı, 39 - 41-ci və 43 - 48-ci maddələri ilə
müəyyən edilmiş qaydada həyata keçirilir.
38-1.12. Üfüqi monitorinqin keçirilməsi
aşağıdakı hallarda dayandırılır və
vergi ödəyicisi üfüqi monitorinqdən
çıxarılır:
38-1.12.1. vergi ödəyicisi tərəfindən
üfüqi monitorinqdə iştirakın
dayandırılması barədə ərizə təqdim
edildikdə (bu halda vergi ödəyicisi 3 iş günü ərzində
üfüqi monitorinqdən çıxarılır);
38-1.12.2. sənədlərin və məlumatların təqdim
edilməsinə dair vergi orqanının tələbləri
ardıcıl iki dəfə pozulduqda;
38-1.12.3. bu Məcəllənin 38.3.6-cı maddəsinə
uyğun olaraq növbədənkənar səyyar vergi
yoxlamasının keçirilməsi haqqında qərar
çıxarıldıqda;
38-1.12.4. vergi ödəyicisi bu Məcəllənin
38-1.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq
mümkün vergi riskləri barədə məlumatı
açıqlamamışdırsa vergi ödəyicisində
üfüqi monitorinqlə əhatə olunan dövr üzrə
bu Məcəllənin 38.3.5-ci maddəsinə uyğun olaraq
növbədənkənar səyyar vergi yoxlamasının
keçirilməsi haqqında qərar
çıxarıldıqda və ya üfüqi monitorinqlə
əhatə olunmayan dövr üzrə keçirilən səyyar
vergi yoxlaması zamanı bu Məcəllənin 36.3-1.2-ci maddəsində
göstərilən hal üzrə yoxlamanın əhatə
etdiyi dövr artırıldıqda (üfüqi monitorinqlə
əhatə olunan dövr daxil olmaqla);
38-1.12.5. vergi ödəyicisinin riskli vergi ödəyicisi
olması barədə qərar qəbul edildikdə, habelə
vergi ödəyicisinə münasibətdə vergi
qanunvericiliyinin pozulması ilə bağlı cinayət
işi qaldırıldıqda.
38-1.13. Üfüqi monitorinq başa çatdıqdan
sonra onun nəticələri üzrə vergi orqanının rəhbəri
(onun müavini) 10 gün müddətində
aşağıda göstərilən qərarlardan birini
çıxarır:
38-1.13.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin
pozulmasına görə məsuliyyətə cəlb edilməsi;
38-1.13.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin
pozulmasına görə məsuliyyətə cəlb edilməsindən
imtina olunması.
38-1.14. Bu Məcəllənin 38-1.15-ci maddəsində
nəzərdə tutulan hal istisna olmaqla, üfüqi monitorinq
aparılan vergi ödəyicisində vergitutma bazasının
azaldılması və ya verginin düzgün hesablanmaması
aşkar edildikdə, vergi orqanının qərarı ilə
bu Məcəllənin 58.1-1-ci maddəsinə əsasən
maliyyə sanksiyası tətbiq edilir.
38-1.15. Vergi ödəyicisi üfüqi monitorinqlə
aşkar olunmuş kənarlaşmalar barədə məlumatı
üfüqi monitorinqin başlanmasına qədər bu Məcəllənin
38-1.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq
daxili nəzarət sistemi tətbiq etməklə müvafiq
formada açıqlamışdırsa üfüqi monitorinq
keçirilən vergi ödəyicilərinə vergitutma
bazasının azaldılması və ya verginin düzgün
hesablanmamasına görə maliyyə sanksiyası tətbiq
edilmir.”;
1.7. 55.1.6-cı maddənin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin
və aşağıdakı məzmunda 55.1.7-ci maddə əlavə
edilsin:
“55.1.7. bu Məcəllənin 38-1.15-ci maddəsində
nəzərdə tutulan halda vergitutma bazasının
azaldılması və ya verginin düzgün
hesablanmamasının üfüqi monitorinq nəticəsində
aşkar edilməsi.”;
1.8. 58-ci maddə üzrə:
1.8.1. 58.1-1-ci maddədə “vergi ödəyicilərinin
vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar
əsasında” sözləri “üfüqi monitorinq zamanı”
sözləri ilə əvəz edilsin;
1.8.2. 58.2-ci maddədə “və ya” sözləri “ərizənin
verilməməsinə görə 200 manat məbləğində,
bu Məcəllənin” sözləri ilə əvəz
edilsin;
1.8.3. 58.12-ci maddədə “14.5.1-1.9-cu” sözləri
“14.5.1-1.3-cü” sözləri ilə əvəz edilsin;
1.9. 59.2-ci maddənin ikinci cümləsinə
“yoxlaması” sözündən sonra “və üfüqi
monitorinq” sözləri əlavə edilsin;
1.10. 67.15-ci maddənin birinci cümləsinə “nəzarəti”
sözündən sonra “(o cümlədən üfüqi
monitorinq)” sözləri əlavə edilsin;
1.11. aşağıdakı məzmunda 70.1-1-ci maddə
əlavə edilsin:
“70.1-1. Dövlət informasiya ehtiyatlarının,
sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə
daxil edilmiş elektron xidmətlərlə bağlı vergi
ödəyiciləri tərəfindən vergi orqanlarına
göndərilən sənədlər yalnız elektron kabinet
vasitəsilə elektron qaydada təqdim olunur.”;
1.12. 71-1-ci maddə üzrə:
1.12.1. 71-1.1.3-cü maddəyə birinci halda “xidmətlərin”
sözündən sonra “(beynəlxalq daşıma xidmətləri,
habelə müntəzəm və daimi əsaslarda göstərilən
xidmətlər istisna olmaqla)” sözləri əlavə
edilsin;
1.12.2. aşağıdakı məzmunda 71-1.1.3-1-ci və
71-1.1.3-2-ci maddələr əlavə edilsin:
“71-1.1.3-1. beynəlxalq daşıma xidmətlərinin
göstərilməsi üzrə – daşıma xidmətlərinin
başlanıldığı vaxtadək;
71-1.1.3-2. müntəzəm və daimi əsaslarda
göstərilən xidmətlər üzrə – hər təqvim
ayı üçün xidmətlərin göstərilməsinə
başlanıldığı vaxt;”;
1.12.3. 71-1.1.5-ci maddədə “gün” sözü
“vaxtadək” sözü ilə əvəz edilsin;
1.12.4. 71-1.3-cü maddəyə “mallara” sözündən
sonra “, habelə tibb müəssisələri və özəl
tibbi praktika ilə məşğul olan fiziki şəxslər
tərəfindən əcnəbilər və vətəndaşlığı
olmayan şəxslərə göstərilən tibbi xidmətlərə”
sözləri əlavə edilsin;
1.12.5. 71-1.5.12-ci maddədən “alınmış”
sözü çıxarılsın;
1.13. 87.1-ci maddədə “Bu Məcəllənin
191.5-ci maddəsinə əsasən hesablanmış aksiz
vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi
istisna olmaqla, vergilərin” sözləri “Vergilərin”
sözü ilə əvəz edilsin;
1.14. aşağıdakı məzmunda 88.4-cü maddə
əlavə edilsin:
“88.4. Bu Məcəllənin 88.1.1-ci maddəsinin
müddəaları bu Məcəllənin 221.4.7-ci və
221.8.6-cı maddələrində nəzərdə tutulan
hallara şamil edilmir.”;
1.15. 101-ci maddə üzrə:
1.15.1. 101.1-1-ci maddə aşağıdakı
redaksiyada verilsin:
“101.1-1. Neft-qaz sahəsində fəaliyyəti olmayan və
qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində
işləyən fiziki şəxslərin muzdlu işdən
aylıq gəlirlərindən vergi aşağıdakı dərəcələrlə
tutulur:
101.1-1.1. 2026-cı il yanvarın 1-dən 2027-ci il
yanvarın 1-dək aşağıdakı cədvələ
uyğun olaraq:
2-ci cədvəl
|
Vergi tutulan aylıq gəlirin məbləği |
Verginin
dərəcəsi |
|
2500 manatadək |
3 faiz |
|
2500 manatdan 8000 manatadək |
75
manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10
faizi |
|
8000 manatdan çox olduqda |
625
manat + 8000 manatdan çox olan məbləğin 14 faizi |
101.1-1.2.
2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək
aşağıdakı cədvələ uyğun olaraq:
3-cü cədvəl
|
Vergi tutulan aylıq gəlirin məbləği |
Verginin
dərəcəsi |
|
2500 manatadək |
5 faiz |
|
2500 manatdan 8000 manatadək |
125
manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10
faizi |
|
8000 manatdan çox
olduqda |
675
manat + 8000 manatdan çox olan məbləğin 14 faizi |
101.1-1.3.
2028-ci il yanvarın 1-dən aşağıdakı cədvələ
uyğun olaraq:
4-cü cədvəl
|
Vergi tutulan aylıq gəlirin məbləği |
Verginin
dərəcəsi |
|
2500 manatadək |
7 faiz |
|
2500 manatdan 8000 manatadək |
175
manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10
faizi |
|
8000 manatdan çox
olduqda |
725
manat + 8000 manatdan çox olan məbləğin 14 faizi |
1.15.2.
101.2-ci maddənin ikinci abzasında “maddədə” sözü
“maddənin birinci abzasında” sözləri ilə əvəz
edilsin və həmin maddəyə aşağıdakı məzmunda
üçüncü abzas əlavə edilsin:
“Qeyri-rezident
müəssisə tərəfindən ödənilən
dividenddən 5 faiz dərəcə ilə vergi tutulur.”;
1.16.
102-ci maddə üzrə:
1.16.1.
102.1.39-cu maddədə “3” rəqəmi “6” rəqəmi ilə
əvəz edilsin;
1.16.2.
102.1.41-ci maddəyə “özəl” sözündən əvvəl
“ictimai iaşə fəaliyyəti və” sözləri əlavə
edilsin;
1.17.
aşağıdakı məzmunda 104.9-cu maddə əlavə
edilsin:
“104.9.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi meyarlara cavab verən
investisiya layihələri üzrə dövlət müəssisələrinə
dövlət büdcəsinin dövlət investisiya
proqramı çərçivəsində ayrılan və
aktivlərə aid edilən vəsait istisna olmaqla, dövlət
büdcəsindən ayrılan və aktivlərə aid edilən
digər vəsait hesabına alınan və ya
quraşdırılan əsas vəsaitlərə və
qeyri-maddi aktivlərə görə bu Məcəllənin
114-cü maddəsinə uyğun olaraq hesablanmış
amortizasiyanın məbləği (vergi ödəyicisinin
öz vəsaiti hesabına apardığı və əsas vəsaitlərin
dəyərinə aid edilmiş təmir xərcləri üzrə
hesablanmış amortizasiya məbləği istisna olmaqla) qədər
həmin vəsaitin məbləği bu maddənin məqsədləri
üçün vergitutma obyektidir.”;
1.18.
106-cı maddə üzrə:
1.18.1.
106.1.32-ci maddədə “3” rəqəmi “6” rəqəmi ilə
əvəz edilsin;
1.18.2.
106.1.34-cü maddəyə “tibb” sözündən əvvəl
“ictimai iaşə fəaliyyəti ilə məşğul
olan şəxslər və” sözləri əlavə edilsin;
1.19.
114-cü maddə üzrə:
1.19.1.
114.1-ci maddəyə aşağıdakı məzmunda ikinci
cümlə əlavə edilsin:
“Üfüqi
monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən
amortizasiya ayırmaları düz xətt və ya azalan
qalıq dəyəri metodu ilə, digər vergi ödəyiciləri
tərəfindən isə yalnız azalan qalıq dəyəri
metodu ilə (qeyri-maddi aktivlər üzrə amortizasiya
ayırmaları istisna olmaqla) hesablanır.”;
1.19.2.
114.3-cü maddənin birinci abzasına “üzrə”
sözündən sonra “azalan qalıq dəyəri metodu (bu Məcəllənin
114.3.6-cı maddəsinə münasibətdə düz xətt
metodu) ilə” sözləri əlavə edilsin;
1.19.3.
114.3-1-ci və 114.3-2-ci maddələr müvafiq olaraq 114.3-2-ci
və 114.3-3-cü maddələr hesab edilsin və
aşağıdakı məzmunda 114.3-1-ci maddə əlavə
edilsin:
“114.3-1.
Amortizasiya olunan aktivlər üzrə düz xətt metodu ilə
illik amortizasiya normaları aşağıdakı kimi müəyyən
edilir:
114.3-1.1.
torpaqların yaxşılaşdırılması üzrə
kapitallaşdırılmış xərclər, binalar, tikililər
və qurğular – 44 il;
114.3-1.2.
maşın və avadanlıqlar – 14 il;
114.3-1.3.
yüksək texnologiyalar məhsulu olan hesablama texnikası – 11
il;
114.3-1.4.
hava, dəmiryol və su nəqliyyatı vasitələri – 29
il;
114.3-1.5.
istehsalat, idman maşınları, idman motosikletləri, idman
velosipedləri və bu kimi başqa idman nəqliyyat vasitələri
– 9 il;
114.3-1.6.
xidməti nəqliyyat vasitələri – 19 il;
114.3-1.7.
avtonəqliyyat vasitələri – 14 il;
114.3-1.8.
iş heyvanları – 14 il;
114.3-1.9.
geoloji-kəşfiyyat işlərinə və təbii
ehtiyatların hasilatına hazırlıq işlərinə
çəkilən xərclər – 11 il;
114.3-1.10.
qeyri-maddi aktivlər – istifadə müddəti məlum
olmayanlar üçün 10 il, istifadə müddəti məlum
olanlar üçün isə istifadə illərinə
uyğun olaraq;
114.3-1.11.
digər əsas vəsaitlər – 14 il.”;
1.19.4.
114.4-cü maddənin birinci abzasına “üzrə”
sözündən sonra “azalan qalıq dəyəri metodu ilə”
sözləri əlavə edilsin;
1.19.5.
114.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“114.5.
Azalan qalıq dəyəri metodu ilə amortizasiya
ayırmaları binalar, tikililər və qurğular (bundan
sonra - tikililər) üçün hər tikili üzrə
ayrılıqda, düz xətt metodu ilə amortizasiya
ayırmaları isə hər bir amortizasiya olunan aktiv üzrə
ayrılıqda aparılır.”;
1.19.6.
114.6-cı maddənin birinci abzasında “Amortizasiya”
sözü “Azalan qalıq dəyəri metodu ilə
amortizasiya” sözləri əvəz edilsin;
1.19.7.
114.8-ci maddədə “İlin” sözü “Azalan qalıq dəyəri
metodu ilə amortizasiya hesablanması zamanı ilin” sözləri
ilə əvəz edilsin;
1.19.8.
114.10-cu maddə aşağıdakı redaksiyada verilsin:
“114.10.
Bu maddənin digər müddəalarından asılı
olmayaraq, dövlət büdcəsinin dövlət əsaslı
vəsait qoyuluşu xərclərindən (investisiya xərcləri)
dövlət müəssisələrinə 2026-cı il 1
yanvar tarixədək ayrılaraq nizamnamə kapitalına aid
edilmiş vəsaitlər, habelə 2026-cı il yanvarın 1-dən
sonrakı dövrdə bu Məcəllənin 104.9-cu maddəsində
müəyyən edilmiş meyarlara cavab verən investisiya
layihələri üzrə dövlət büdcəsinin
dövlət investisiya proqramı çərçivəsində
ayrılan vəsaitlər hesabına alınan və ya
quraşdırılan aktivlər üzrə bu Məcəllənin
114.3-cü maddəsinə uyğun olaraq hesablanmış
amortizasiyanın yalnız 40 faizi gəlirdən
çıxılır.”;
1.19.9.
aşağıdakı məzmunda 114.11-ci maddə əlavə
edilsin:
“114.11.
Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri
tərəfindən amortizasiya ayırmalarının
hesablanması və gəlirdən çıxılması
aşağıdakı qaydada həyata keçirilir:
114.11.1.
üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri
cari il ərzində amortizasiya ayırmalarının
hesablanması üçün iki mümkün amortizasiya
metodundan birini seçir və aprel ayının 15-dək bu
barədə vergi orqanına məlumat verir. Vergi ödəyiciləri
tərəfindən seçilmiş amortizasiya metodu 3 il ərzində
dəyişdirilmir. İl ərzində aprel ayının 15-dək
ləğv edilən vergi ödəyiciləri tərəfindən
əvvəlki ildəki amortizasiya metodu tətbiq edilir;
114.11.2.
azalan qalıq dəyəri metodu ilə amortizasiya
ayırmalarının hesablanması, bu Məcəllənin
115.9-cu maddəsi nəzərə alınmaqla, bu Məcəllənin
114-cü maddəsinə uyğun olaraq həyata keçirilir.
Əsas vəsaitlər üzrə amortizasiyanın azalan
qalıq dəyəri metodundan düz xətt metoduna keçid
zamanı illik amortizasiya məbləği həmin əsas vəsaitlərin
keçid tarixinə olan qalıq dəyərinin həmin tarixə
qalan istifadə müddətinə bölünməsi yolu ilə
hesablanır;
114.11.3.
düz xətt metodu ilə illik amortizasiya məbləğləri
həmin əsas vəsaitlərin ilkin dəyərinin
onların bu Məcəllənin 114.3-1-ci maddəsi ilə
müəyyən olunmuş istifadə müddətlərinə
bölünməsi yolu ilə hesablanır. Bu metodun tətbiqi
zamanı həmin əsas vəsaitlər üzrə bu Məcəllənin
115.9-cu maddəsi ilə müəyyən edilmiş əsaslı
təmir xərcləri və cari təmir xərclərinin məhdudlaşdırmadan
artıq olan hissəsi onların ilkin dəyərinə əlavə
edilir və bu qaydada formalaşan ilkin dəyər əsas vəsaitin
bu Məcəllənin 114.3-1-ci maddəsi ilə müəyyən
olunmuş istifadə müddətinə bölünməklə
əldə olunan məbləğ əsas vəsaitin təmir
olunduğu ildən etibarən hər il üzrə bərabər
hissələrlə gəlirdən çıxılır;
114.11.4.
düz xətt metodundan azalan qalıq dəyəri metoduna
keçid zamanı illik amortizasiya məbləği həmin əsas
vəsaitlərin qalıq dəyərinin bu Məcəllənin
114.3-cü maddəsinə uyğun olaraq müəyyən
edilmiş amortizasiya normasına vurulması ilə
hesablanır;
114.11.5.
vergi ödəyicisində üfüqi monitorinqin keçirilməsi
dayandırıldıqda və ya vergi ödəyicisi
üfüqi monitorinqdən çıxarıldıqda həmin
hesabat ilində amortizasiya ayırmaları bu Məcəllənin
114.11.2-ci maddəsinə uyğun olaraq hesablanır;
114.11.6.
amortizasiyanın düz xətt metodunun tətbiqi zamanı
amortizasiya hesablanması məqsədləri üçün əsas
vəsaitlərin ilkin dəyərinə bu Məcəllənin
115.9-cu maddəsi ilə müəyyən edilmiş əsaslı
təmir xərcləri və cari təmir xərclərinin məhdudlaşdırmadan
artıq olan hissəsi əlavə edilir. Əsas vəsaitlərin
(vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan
artım (yenidən qiymətləndirilmə nəticəsində
yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri
üçün əsas vəsaitlərin (vəsaitin) ilkin dəyərinə
əlavə olunmur.”;
1.20.
115-ci maddə üzrə:
1.20.1.
115.2-ci maddənin üçüncü abzasında “maddəsinə”
sözü “və 114.3-1.1-ci maddələrinə” sözləri
ilə əvəz edilsin;
1.20.2.
aşağıdakı məzmunda 115.9-cu maddə əlavə
edilsin:
“115.9.
Bu Məcəllənin 38-1-ci maddəsinə uyğun olaraq
üfüqi monitorinqə qəbul olunmuş vergi ödəyiciləri
tərəfindən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydada aparılan əsaslı təmir
xərcləri və bu Məcəllənin 115.1-ci maddəsində
müəyyən edilən məhdudlaşdırmadan artıq
olan cari təmir xərcləri üzrə məbləğlər
cari vergi ilinin sonuna əsas vəsaitlərin qalıq dəyərinin
artmasına aid edilir. Həmin vergi ödəyiciləri tərəfindən
norma daxilində çəkilmiş cari təmir xərcləri
bu Məcəllənin 115.1-115.8-ci maddələrinin tələblərinə
uyğun olaraq gəlirdən çıxılır.”;
1.21.
124-cü maddə üzrə:
1.21.1.
adına “icarə” sözündən sonra “(kirayə)”
sözü əlavə edilsin;
1.21.2.
124.1-ci maddə üzrə:
1.21.2.1.
ikinci abzas üçüncü abzas hesab edilsin və
aşağıdakı məzmunda ikinci abzas əlavə
edilsin:
“Fiziki
şəxslərə məxsus yaşayış sahələrinin
(mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən
yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə
kirayəyə verilməsindən əldə olunan gəlirlərdən
ödəmə mənbəyində 10 faiz dərəcə ilə
vergi tutulur.”;
1.21.2.2.
üçüncü abzas aşağıdakı redaksiyada
verilsin:
“İcarə
(kirayə) haqqı vergi ödəyicisi kimi uçotda olmayan
fiziki şəxs tərəfindən ödənildikdə icarəyə
(kirayəyə) verən özü və ya onun təyin etdiyi
vergi agenti bu maddəyə uyğun olaraq 14 faiz (icarəyə
münasibətdə) və ya 10 faiz (kirayəyə münasibətdə)
dərəcə ilə vergini ödəyir və bu Məcəllənin
33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi
uçotuna alınıb bəyannamə verir.”;
1.21.3.
124.2-ci maddəyə “İcarə” sözündən sonra
“(kirayə)” sözü əlavə edilsin;
1.22.
144.1.4-cü maddənin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin
və aşağıdakı məzmunda 144.1.5-ci və
144.1.6-cı maddələr əlavə edilsin:
“144.1.5.
bu Məcəllənin 114.2-ci maddəsinə uyğun olaraq
amortizasiya olunmayan aktivlərin alınması və ya
quraşdırılması məqsədilə dövlət
büdcəsindən ayrılan və aktivlərə aid edilən
subsidiyalar;
144.1.6.
bu Məcəllənin 114.10-cu maddəsi ilə müəyyən
edilmiş qaydada amortizasiya olunan aktivlərin alınması və
ya quraşdırılması məqsədilə dövlət
büdcəsindən ayrılan və aktivlərə aid edilən
subsidiyalar.”;
1.23.
153.3-cü maddədə “mənşəli” sözündən
sonra “(xarici mənşəli balıq məhsulları istisna
olmaqla)” sözləri əlavə edilsin;
1.24.
aşağıdakı məzmunda 155.1-1-ci və 158.2-1-ci maddələr
əlavə edilsin:
“155.1-1.
Bu Məcəllənin 155.1-ci maddəsinə əsasən
vergi tutulan əməliyyatların həcmi müəyyən
edilərkən vergi ödəyicisinin pərakəndə ticarət
və vergi orqanında uçotda olmayan şəxslərə
göstərilən xidmətlər üzrə nağdsız
qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr
əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq
edilməklə nəzərə alınır.”;
“158.2-1.
Bu Məcəllənin 158.2-ci maddəsinə əsasən
vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği
müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə
ticarət və vergi orqanında uçotda olmayan şəxslərə
göstərilən xidmətlər üzrə nağdsız
qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr
əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq
edilməklə nəzərə alınır.”;
1.25.
159.1-ci maddənin ikinci cümləsinə “mənşəli”
sözündən sonra “(xarici mənşəli balıq məhsulları
istisna olmaqla)” sözləri əlavə edilsin;
1.26.
164.1-ci maddə üzrə:
1.26.1.
164.1.8-1-ci maddədə “3” rəqəmi “6” rəqəmi ilə
əvəz edilsin;
1.26.2.
164.1.15-ci maddəyə “əsasında” sözündən
sonra “siyahısı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
təsdiq edilən” sözləri əlavə edilsin;
1.26.3.
164.1.16-cı maddəyə “olunan” sözündən sonra
“siyahısı müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq
edilən” sözləri əlavə edilsin;
1.26.4.
164.1.28-ci maddə aşağıdakı redaksiyada verilsin:
“164.1.28.
gəmiqayırma və gəmi təmiri müəssisələri
tərəfindən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici
sənədi əsasında həmin fəaliyyətin məqsədləri
üçün bütün növ malların idxalı –
2026-cı il mayın 1-dən 3 il müddətinə;”;
1.26.5.
164.1.31-ci maddədən “mineral” sözü
çıxarılsın;
1.26.6.
164.1.32-ci maddəyə “toxumların” sözündən əvvəl
“siyahısı müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq
edilən” sözləri, “o cümlədən” sözlərindən
sonra “bu sahələrdə istifadəsi nəzərdə
tutulmuş” sözləri əlavə edilsin;
1.26.7.
164.1.33-cü maddəyə “kənd” sözündən əvvəl
“siyahısı müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq
edilən” sözləri əlavə edilsin;
1.26.8.
164.1.36-cı maddədə “9” rəqəmi “14” rəqəmləri
ilə əvəz edilsin;
1.26.9.
164.1.41-ci, 164.1.41-3-cü və 164.1.41-4-cü maddələr
aşağıdakı redaksiyalarda verilsin:
“164.1.41.
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənədə
əsasən sənaye parklarının rezidentləri tərəfindən
sənaye istehsalı (yığımı) məqsədilə
oturacaqsız, tutacaqsız və monitoru
quraşdırılmamış yalnız elektrik mühərriki
ilə işləyən avtobusların idxalı və sənaye
parklarının rezidentləri tərəfindən idxal
edilmiş həmin avtobusların oturacağı,
tutacağı və monitoru quraşdırılmaqla
satışı – 2026-cı il yanvarın 1-dən 1 il müddətinə;”;
“164.1.41-3.
tam istehsal formasında sənaye yığımının həyata
keçirilməsi, eyni zamanda boya və qaynaq mərhələləri
üzrə texnoloji əməliyyatların yerinə yetirilməsi
şərtilə Azərbaycan Respublikasının ərazisində
istehsal olunan minik avtomobillərinin satışı – 2027-ci il
yanvarın 1-dən 7 il müddətinə;
164.1.41-4.
Azərbaycan Respublikasının ərazisində istehsal olunan
avtobusların və yük avtomobillərinin satışı,
habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında
hüquqi şəxslər tərəfindən istehsal məqsədilə
avtobusların və yük avtomobillərinin ehtiyat hissələrinin
idxalı – avtobuslara münasibətdə 2025-ci il yanvarın
1-dən 8 il müddətinə, yük avtomobillərinə
münasibətdə 2026-cı il yanvarın 1-dən 7 il
müddətinə;”;
1.26.10.
164.1.52-ci maddədə “5” rəqəmi “8” rəqəmi ilə
əvəz edilsin;
1.26.11.
164.1.63-cü maddə aşağıdakı redaksiyada verilsin:
“164.1.63.
aşağıda göstərilən hallarda və müddətlərdə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında
malların idxalı:
164.1.63.1.
dövlət-özəl tərəfdaşlığı
layihələri çərçivəsində özəl tərəfdaş
və ya layihə şirkəti olan şəxslər tərəfindən
texnikanın, texnoloji avadanlıqların və
qurğuların idxalı – “Dövlət-özəl tərəfdaşlığı
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı
müqaviləsində müəyyən olunan müddətdə,
lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox
olmayaraq;
164.1.63.2.
dövlətin satınalma öhdəliyi ilə bərpa olunan
enerji mənbələrindən istifadə edilməklə,
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdən
aşağı olmayan elektrik enerjisi istehsalı layihələri
üzrə istehsalçı olan şəxslər tərəfindən
texnikanın, texnoloji avadanlıqların və
qurğuların idxalı – “Elektrik enerjisi istehsalında bərpa
olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq
bağlanılmış elektrik enerjisinin satınalma
müqaviləsi ilə müəyyən olunan müddətdə,
lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox
olmayaraq;
164.1.63.3.
dövlət-özəl tərəfdaşlığı
müqaviləsində vergi güzəştlərindən
istifadə etmək hüququ nəzərdə tutulan və belə
müqavilə üzrə özəl tərəfdaşın
və ya layihə şirkətinin tikinti işlərinə cəlb
etdiyi podratçısı tərəfindən texnikanın,
texnoloji avadanlıqların və qurğuların idxalı
(idxal edilən mallar həmin layihənin dəyərinə aid
edildiyi təqdirdə) - dövlət-özəl tərəfdaşlığı
müqaviləsində tikinti işlərinin həyata
keçirilməsi üçün nəzərdə tutulan
müddətdə.”;
1.27.
165-ci maddə üzrə:
1.27.1.
165.1.3-cü maddədən “(o cümlədən əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
tərəfindən Azərbaycan Respublikasının ərazisində
bu Məcəllənin 165.3-cü maddəsinə uyğun
olaraq əlavə dəyər vergisinin qaytarılması
qaydasında satıcı kimi qeydiyyata alınmış vergi
ödəyicilərindən əldə edilmiş istehsal yaxud
kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan malların)” sözləri çıxarılsın və
həmin maddəyə “ixracı” sözündən sonra “,
habelə malların, o cümlədən Azərbaycan
Respublikasının ərazisində istehsal edilən və rüsumsuz
ticarət mağazalarında satılması ilə
bağlı xüsusi nişanı olan aksizli malların
rüsumsuz ticarət mağazalarına təqdim edilməsi”
sözləri əlavə edilsin;
1.27.2.
165.5-ci maddənin birinci cümləsinə “teatr”
sözündən əvvəl “bərbərxanalar, gözəllik
salonları və kosmetoloji mərkəzlər tərəfindən
göstərilən xidmətlərə,” sözləri əlavə
edilsin;
1.28.
174-cü maddə üzrə:
1.28.1.
174.4-cü maddənin birinci cümləsinə “mənşəli”
sözündən sonra “(xarici mənşəli balıq məhsulları
istisna olmaqla)” sözləri əlavə edilsin;
1.28.2.
174.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“174.5.
İctimai iaşə fəaliyyəti ilə məşğul
olan şəxslərin, tibb müəssisələrinin və
özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin
hesabat dövrü ərzində əhaliyə göstərilən
xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə
aparılan ödəmələr əsasında formalaşan
dövriyyəsinin 50 faizi tibb müəssisələri və
özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə
münasibətdə 2024-cü il yanvarın 1-dən 3 il
müddətinə, ictimai iaşə fəaliyyəti ilə
məşğul olan şəxslərə münasibətdə
isə 2026-cı il yanvarın 1-dən 3 il müddətinə
onların vergi tutulan ümumi dövriyyəsindən
çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa
aparatına vahid əməliyyat sistemində inteqrasiya
edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.”;
1.29.
175.6-cı maddənin ikinci cümləsinə “subsidiya”
sözündən sonra “(aktivlərə aid edilən subsidiya
istisna olmaqla)” sözləri əlavə edilsin;
1.30.
185-ci maddə üzrə:
1.30.1.
185.1-ci maddə üzrə:
1.30.1.1.
birinci cümlə ləğv edilsin;
1.30.1.2.
ikinci cümlədən “digər” sözü
çıxarılsın;
1.30.2.
185.2-ci maddənin birinci abzasına “190.1.1−190.1.6-cı”
sözlərindən sonra “və 190.1.13-cü” sözləri əlavə
edilsin;
1.31.
187-ci maddəyə “ixracı” sözündən sonra “və
Azərbaycan Respublikasının ərazisində istehsal edilən,
rüsumsuz ticarət mağazalarında satılması ilə
bağlı xüsusi nişanı olan aksizli malların
rüsumsuz ticarət mağazalarına təqdim edilməsi”
sözləri əlavə edilsin;
1.32.
188.1.1.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 188.1.1.11-ci maddə əlavə
edilsin:
“188.1.1.11.
təqvim ili ərzində 1 ədəd mobil cihaz.”;
1.33.
190-cı maddə üzrə:
1.33.1.
aşağıdakı məzmunda 190.1.9-1-ci maddə əlavə
edilsin:
“190.1.9-1.
dövlət qeydiyyatına alınmalı olan kvadrisikllər;”;
1.33.2.
190.1.12-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 190.1.13-cü maddə əlavə
edilsin:
“190.1.13.
mobil cihazlar.”;
1.33.3.
190.2-ci maddədə “avtobuslar, minik avtomobilləri, motosikletlər,
istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər
üçün nəzərdə tutulan digər üzən
vasitələr, habelə platin, qızıl, ondan
hazırlanmış zərgərlik və digər məişət
məmulatları, emal olunmuş, çeşidlənmiş,
çərçivəyə salınmış və bərkidilmiş
almaz, xəz-dəri məmulatları” sözləri “bu Məcəllənin
190.1.7–190.1.13-cü maddələrində göstərilən
aksizli mallar” sözləri ilə əvəz edilsin;
1.33.4.
190.3.1-ci maddədən “tərkibində 80 faizdən az spirt
olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində
80 faizdən az spirt olan” sözləri
çıxarılsın və həmin maddədə “4,8” rəqəmləri
“5,0” rəqəmləri ilə əvəz edilsin;
1.33.5.
190.3.2-ci və 190.3.3-cü maddələrdə “4,8” rəqəmləri
“5,0” rəqəmləri ilə əvəz edilsin;
1.33.6.
190.3.7-ci və 190.3.8-ci maddələrdə “45,5” rəqəmləri
“55,0” rəqəmləri ilə əvəz edilsin;
1.33.7.
190.3.10-cu maddədə “3,1” rəqəmləri “3,3” rəqəmləri
ilə əvəz edilsin;
1.33.8.
190.3.13-cü maddədə “0,4” rəqəmləri “0,5” rəqəmləri
ilə əvəz edilsin;
1.33.9.
190.3.14-cü maddədən “, istehsal məqsədli
tütünlər istisna olmaqla digər çəkməli
tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa
edilmiş” tütünlər, çeynənilən və ya
buruna çəkilən tütünlər” sözləri
çıxarılsın;
1.33.10.
aşağıdakı məzmundan 190.3.14-1-ci maddə əlavə
edilsin:
“190.3.14-1.
istehsal məqsədli tütünlər istisna olmaqla digər
çəkməli tütünlər, “homogenləşdirilmiş”
və ya “bərpa edilmiş” tütünlər, çeynənilən
və ya buruna çəkilən tütünlər – 162,0
manat;”;
1.33.11.
190.3.15-ci maddədə “16” rəqəmləri “25,50” rəqəmləri
ilə əvəz edilsin;
1.33.12.
190.4-cü maddədə “avtobuslara, minik avtomobillərinə,
motosikletlərə, istirahət və ya idman üçün
yaxtalara və bu məqsədlər üçün nəzərdə
tutulan digər üzən vasitələrə, habelə idxal
olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik
və digər məişət məmulatları, emal
olunmuş, çeşidlənmiş, çərçivəyə
salınmış və bərkidilmiş almaza, xəz-dəri
məmulatlarına” sözləri “bu Məcəllənin
190.1.7–190.1.13-cü maddələrində göstərilən
aksizli mallara” sözləri ilə əvəz edilsin;
1.33.13.
190.4.1-4-cü maddədə “1,2” rəqəmləri “1,5” rəqəmləri
ilə, “1,5” rəqəmləri “2,0” rəqəmləri ilə
əvəz edilsin;
1.33.14.
aşağıdakı məzmunda 190.4.1-6-cı maddə əlavə
edilsin:
“190.4.1-6.
Kvadrisikllərin mühərrikin həcminin hər kubsantimetrinə
görə – 0,5 manat;”;
1.33.15.
190.4.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 190.4.6-cı maddə əlavə
edilsin:
“190.4.6.
mobil cihazların hər bir ədədinə – 20,0 manat.”;
1.33.16.
190.5-ci maddədə “neft məhsullarına, minik avtomobillərinə,
avtobuslara, motosikletlərə və istirahət və ya idman
üçün yaxtalar və bu məqsədlər
üçün nəzərdə tutulan digər üzən
vasitələr” sözləri “bu Məcəllənin 190.1.6 –
190.1.10-cu və 190.1.13-cü maddələrində nəzərdə
tutulan aksizli mallar üzrə” sözləri ilə əvəz
edilsin;
1.34.
191.5-ci maddə ləğv edilsin;
1.35.
199-cu maddə üzrə:
1.35.1.
199.4-cü maddəyə “dəyərində” sözündən
sonra “(bu Məcəllənin 199.4.4-cü maddəsində nəzərdə
tutulmuş əsas vəsaitlərə münasibətdə
onların dəyərinin 75 faizi həddində)” sözləri
əlavə edilsin;
1.35.2.
199.16-cı maddədə “7” rəqəmi “12” rəqəmləri
ilə əvəz edilsin;
1.36.
207.7-ci maddədə “7” rəqəmi “12” rəqəmləri
ilə əvəz edilsin;
1.37.
211.1.2-ci maddənin birinci və ikinci cümlələrində
“0,02” rəqəmləri “0,07” rəqəmləri ilə əvəz
edilsin və həmin maddəyə aşağıdakı məzmunda
ikinci abzas əlavə edilsin:
“Bu
maddə ilə müəyyən edilən yol vergisinin dövlət
büdcəsinin tərkibində məqsədli büdcə
fondları arasında bölgüsü müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.”;
1.38.
216-cı maddə üzrə:
1.38.1.
216.1-ci maddə aşağıdakı redaksiyada verilsin;
“216.1.
Yerin təkindən çıxarılan xam neftə görə
mədən vergisinin dərəcəsi xam neftin hər tonuna
görə 12 manat, təbii qaz və kondensatlara görə isə
təbii qazın və kondensatların hər min kubmetrinə
görə 15 manat məbləğində müəyyən
edilir.”;
1.38.2.
aşağıdakı məzmunda 216.1-1-ci maddə əlavə
edilsin:
“216.1-1.
Yerin təkindən çıxarılan filiz faydalı
qazıntılara (bütün növ metallara) görə mədən
vergisinin dərəcəsi onların topdansatış qiymətinin
3 faizi məbləğində müəyyən edilir.”;
1.39.
217.1-ci maddəyə birinci halda
“çıxarılmış” sözündən sonra “xam
neftin hər tonuna, təbii qaz və kondensatların hər min
kubmetrinə, bu Məcəllənin 216.1-1-ci maddəsində
müəyyən edilmiş faydalı qazıntılar üzrə
yerin təkindən çıxarılmış” sözləri
əlavə edilsin;
1.40.
aşağıdakı məzmunda 218.1-1-ci və 218.2-2-ci maddələr
əlavə edilsin:
“218.1-1.
Bu Məcəllənin 218.1.1-ci və 218.1.2-ci maddələrinə
əsasən vergi tutulan əməliyyatların həcmi müəyyən
edilərkən vergi ödəyicisinin pərakəndə ticarət
və vergi orqanında uçotda olmayan şəxslərə
göstərilən xidmətlər üzrə nağdsız
qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr
əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq
edilməklə nəzərə alınır.”;
“218.2-2.
Bu Məcəllənin 218.2-1-ci maddəsinə əsasən
vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği
müəyyən edilərkən vergi ödəyicisinin bu fəaliyyəti
üzrə nağdsız qaydada POS-terminal vasitəsilə
aparılan ödəmələr əsasında formalaşan
dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə
alınır.”;
1.41.
218-1.1.7-ci maddədə “3” rəqəmi “6” rəqəmi ilə
əvəz edilsin;
1.42.
220.1-1-ci maddəyə “ilə” sözündən sonra “, əhaliyə
göstərilən xidmətlər üzrə nağdsız
qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr
əsasında formalaşan vergitutma obyekti üzrə isə
2026-cı il yanvarın 1-dən 3 il müddətinə 6 faiz dərəcə
ilə” sözləri və aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
“Nağdsız
ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat
sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə
aparılmalıdır.”;
1.43.
221.4.7-ci maddə üzrə:
1.43.1.
birinci abzasın birinci cümləsində “ciddi hesabat
blankı olan” sözləri “müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
informasiya sistemi vasitəsilə elektron qaydada” sözləri ilə
əvəz edilsin;
1.43.2.
ikinci abzas ləğv edilsin;
1.43.3.
üçüncü abzasın birinci cümləsinə
“ödədikdən” sözündən sonra “və həmin
ödənişlər haqqında məlumatlar müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən əldə edildikdən” sözləri
əlavə edilsin;
1.44.
221.4.9-cu maddə üzrə:
1.44.1.
ikinci abzasın birinci cümləsində “orqan (qurum) tərəfindən”
sözləri “orqanın (qurumun) informasiya sistemi vasitəsilə
elektron qaydada” sözləri ilə əvəz edilsin;
1.44.2.
üçüncü abzasda “Xüsusi fərqlənmə
nişanı”nı onu vermiş orqana geri qaytarmalıdır”
sözləri “Xüsusi fərqlənmə
nişanı”nın ləğv edilməsi üçün
elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə
müraciət etməlidir” sözləri ilə əvəz
edilsin;
1.45.
XIX fəsil üzrə:
1.45.1.
adına “ərazilərdə” sözündən sonra “və
Naxçıvan Muxtar Respublikasında” sözləri əlavə
edilsin;
1.45.2.
226-cı maddə üzrə:
1.45.2.1.
226.2-ci maddəyə “ərazilərdə” sözündən
sonra “və ya mərkəzləşdirilmiş qaydada” sözləri
əlavə edilsin;
1.45.2.2.
aşağıdakı məzmunda 226.4-cü maddə əlavə
edilsin:
“226.4.
Bu fəslin müddəaları (bu Məcəllənin 227.2-ci
maddəsi istisna olmaqla) Naxçıvan Muxtar Respublikasına
münasibətdə də şamil edilir. Bu Məcəllənin
227.1-ci və 227.3-cü maddələrində nəzərdə
tutulan vergi azadolmaları Naxçıvan Muxtar
Respublikasının rezidentlərinə münasibətdə
2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə
tətbiq edilir.
Naxçıvan
Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan
Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş
qaydada vergi uçotuna alınan və bilavasitə
Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət
göstərən hüquqi və fiziki şəxslər
başa düşülür.”;
1.45.3.
aşağıdakı məzmunda 227.2-1 – 227.2-3-cü maddələr
əlavə edilsin:
“227.2-1.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) yaratdığı və
Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən
sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan
hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında
istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor
işlərinin görülməsi məqsədilə xammal və
materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən
10 il müddətinə ƏDV-dən azaddır.
227.2-2.
İnvestisiya təşviqi sənədini almış
Naxçıvan Muxtar Respublikasının rezidenti olan
hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında
istehsal və xidmətlərin göstərilməsi (işlərin
görülməsi) məqsədilə xammal və
materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən
10 il müddətinə ƏDV-dən azaddır.
227.2-3.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) yaratdığı və
Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən
sənaye məhəllələrinin rezidenti olan hüquqi
şəxslər və fərdi sahibkarlar tərəfindən
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında
istehsal məqsədilə texnikanın, texnoloji
avadanlıqların və qurğuların, habelə xammal və
materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən
10 il müddətinə ƏDV-dən azaddır.”.
Maddə 2. “Azərbaycan Respublikası
Milli Məclisi deputatının statusu haqqında”
Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 2, maddə 106
(Cild I) 30-9-cu maddəsinin ikinci hissəsinin dördüncü
abzasında “müharibə ilə əlaqədar əlilliyi
müəyyən edilmiş” sözləri “əlilliyi olan”
sözləri ilə əvəz edilsin.
Maddə 3. “Sosial sığorta
haqqında” Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5,
maddə 348 (Cild I); 2024, ¹ 5 (I kitab), maddə 498, ¹ 6 (I kitab),
maddə 630, ¹ 11, maddə 1182, ¹ 12 (II kitab), maddə 1348; 2025,
¹ 2, maddə 96, ¹ 4 (I kitab), maddələr 307, 322, ¹ 8, maddə
743) aşağıdakı dəyişikliklər edilsin:
3.1.
10-cu maddənin ikinci hissəsinin beşinci və
altıncı abzaslarında “14.5.1-1.10-cu” sözləri
“14.5.1-1.4-cü” sözləri ilə əvəz edilsin;
3.2.
14-cü maddə üzrə:
3.2.1.
14.4-cü, 14.5.1-ci və 14.5.1-1-ci maddələr
aşağıdakı redaksiyada verilsin:
“14.4.
Neft-qaz sahəsində fəaliyyəti olmayan və
qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə
işləyən sığortaolunanların muzdlu işdən
aylıq gəlirlərindən məcburi dövlət sosial
sığorta haqqı aşağıdakı dərəcələrlə
ödənilir:
|
Sığorta haqqına cəlb edilən
aylıq gəlir |
sosial
sığorta haqqı dərəcəsi |
||
|
cəmi |
sığortaolunanın
gəlirlərindən tutulan |
sığortaedənin
vəsaiti hesabına ödənilən |
|
|
200 manatadək |
25 faiz |
3 faiz |
22 faiz |
|
200 manatdan 8000 manatadək |
25 faiz |
6 manat
+ 200 manatdan 8000 manatadək olan hissənin 10 faizi |
44
manat + 200 manatdan 8000 manatadək olan hissənin 15 faizi |
|
8000 manatdan çox
olduqda |
21 faiz |
786
manat + 8000 manatdan çox olan hissənin 10 faizi |
1214
manat + 8000 manatdan çox olan hissənin 11 faizi |
“14.5.1.
sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının
15 faizindən az 100 faizindən çox olmamaq şərtilə,
gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi
miqdarında;
14.5.1-1.
Bu maddədə nəzərdə tutulan fəaliyyət
növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb
etmədən) məşğul olan fiziki şəxslər
üçün:
14.5.1-1.1.
toylarda, şənliklərdə və digər tədbirlərdə
aparıcılıq, çalğıçılıq, rəqqaslıq,
aşıqlıq, məzhəkəçilik və digər
oxşar fəaliyyət, fərdi foto, audio-video xidmətləri
(fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət –
minimum aylıq əməkhaqqının 8 faizi miqdarında;
14.5.1-1.2.
çəkməçi, pinəçi, bərbər, dərzi
fəaliyyəti, saat, televizor, soyuducu və digər məişət
cihazlarının təmiri, nəqqaşlıq
emalatxanalarının fəaliyyəti, fərdi
yaşayış evlərində və mənzillərdə
ev qulluqçusu, xəstələrə, qocalara və
uşaqlara qulluq xidməti, dayə, fərdi
sürücülük, ev təsərrüfatında təmizlik,
bağban, aşpaz, gözətçi və iaşə
obyektlərində müştərilərə xidmət
göstərən (ofisiant), fərdi baytarlıq xidməti
praktikası ilə məşğul olan fiziki şəxslər
– minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;
14.5.1-1.3.
mülkiyyətində olan kənd təsərrüfatına
yararlı torpaqları istifadə edən fiziki şəxslərin
(digər sahələrdə işləyib məcburi dövlət
sosial sığorta haqqı ödəyənlər istisna
olmaqla) və ailə kəndli təsərrüfatlarının
əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100
faiz pozulmasına görə əlilliyi müəyyən
edilmiş şəxslər və əlilliyi olan uşaqlar
istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə
müəyyən edilmiş yaş həddinədək olan
şəxslər) ailə üzvlərinin hər biri
üçün məcburi dövlət sosial sığorta
haqqı torpağın sahəsindən asılı olaraq,
minimum aylıq əməkhaqqının aşağıda
göstərilən dərəcələri üzrə
hesablanır:
5
hektaradək olduqda – 5 faiz miqdarında;
5
hektardan 10 hektaradək olduqda – 7,5 faiz miqdarında;
10
hektardan yuxarı olduqda – 12,5 faiz miqdarında;
14.5.1-1.4.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə
müəyyən olunmuş qaydada “Fərqlənmə
nişanı” almaqla avtomobil nəqliyyatı vasitələri
ilə sərnişin daşımaları – minimum aylıq əməkhaqqının
6 faizi miqdarında.”;
3.2.2.
14.5.1-2-ci maddədə “və 14.5.7-ci maddələrində”
sözləri “maddəsində” sözü ilə,
“14.5.1-1.9-cu maddəsində göstərilənlər”
sözləri “14.5.1-1.3-cü maddəsində göstərilən
fiziki şəxslər” sözləri ilə əvəz
edilsin və həmin maddədən “2026-cı il yanvarın
1-dək” sözləri çıxarılsın;
3.2.3.
14.5.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“14.5.5.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının
üzvləri və sərbəst mediatorlar – gəlirlərinin
(xərclər çıxılmaqla) 15 faizi miqdarında;”;
3.2.4.
14.5.7-ci maddə ləğv edilsin;
3.2.5.
14.6-1-ci maddədə “14.5.1-1.9-cu və 14.5.1-1.11-ci” sözləri
“14.5.1-1.3-cü” sözləri ilə, “14.5.1.1-10-cu” sözləri
“14.5.1-1.4-cü” sözləri ilə əvəz edilsin və
həmin maddədən “2026-cı il yanvarın 1-dək”
sözləri çıxarılsın;
3.3.
14-1-ci maddə üzrə:
3.3.1.
adına “ərazilərində” sözündən sonra “və
Naxçıvan Muxtar Respublikasında” sözləri əlavə
edilsin;
3.3.2.
14-1.1-ci maddənin birinci abzasında “Respublikasının
işğaldan azad edilmiş ərazilərində fəaliyyət
göstərən” sözləri “Respublikası Vergi Məcəlləsinin
226.2-ci maddəsinə əsasən işğaldan azad
edilmiş ərazinin rezidenti hesab edilən,” sözləri ilə,
“haqqının aşağıdakı hissəsi” sözləri
“haqqı aşağıdakı hissə və müddətlərdə”
sözləri ilə əvəz edilsin;
3.3.3.
aşağıdakı məzmunda 14-1.1-1-ci və 14-1.1-2-ci
maddələr əlavə edilsin:
“14-1.1-1.
Naxçıvan Muxtar Respublikasının rezidenti olan,
qeyri-dövlət sektoruna aid edilən və müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) təsdiq etdiyi iqtisadi fəaliyyət növləri təsnifatına
uyğun olaraq bilavasitə istehsal, o cümlədən emal və
hasilat sahəsində (neft-qaz sahəsi istisna olmaqla) fəaliyyət
göstərən sığortaedənlər tərəfindən
bu Qanunun 14.3-cü və 14.4-cü maddələrinə əsasən
ödənilmiş məcburi dövlət sosial sığorta
haqqı aşağıdakı hissə və müddətlərdə
dövlət büdcəsinin vəsaiti hesabına
subsidiyalaşdırılır:
14-1.1-1.1.
2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək –
100 faizi miqdarında;
14-1.1-1.2.
2029-cu il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək – 80
faizi miqdarında;
14-1.1-1.3.
2032-ci il yanvarın 1-dən 2034-cü il yanvarın 1-dək –
60 faizi miqdarında;
14-1.1-1.4.
2034-cü il yanvarın 1-dən 2036-cı il yanvarın 1-dək
– 40 faizi miqdarında.
14-1.1-2.
Naxçıvan Muxtar Respublikasının rezidenti olan və
qeyri-dövlət sektoruna aid edilən (neft-qaz, maliyyə və
avtonəqliyyat vasitələri ilə yükdaşıma sahələrində
fəaliyyət göstərən, eləcə də dövlət
büdcəsinin vəsaiti hesabına malları (işləri
və xidmətləri) təqdim edən podratçılar
(Naxçıvan Muxtar Respublikasında istehsal fəaliyyətini
həyata keçirən rezident podratçılar istisna
olmaqla) sığortaedənlər tərəfindən bu
Qanunun 14.5.1-ci və 14.5.1-1-ci maddələrinə əsasən
ödənilən məcburi dövlət sosial sığorta
haqları 2036-cı il yanvarın 1-dək tam şəkildə
dövlət büdcəsinin vəsaiti hesabına
subsidiyalaşdırılır.”;
3.3.4.
14-1.2-ci maddədə “maddəsinə” sözü “, 14-1.1-1-ci
və 14-1.1-2-ci maddələrinə” sözləri ilə əvəz
edilsin;
3.3.5.
14-1.3-cü maddədə “14.5.1-1.9-cu və 14.5.1-1.11-ci”
sözləri “14.5.1-1.3-cü” sözləri ilə,
“14.5.1-1.10-cu” sözləri “14.5.1-1.4-cü” sözləri ilə
və “30 (otuz) gün” sözləri “45 (qırx beş) iş
günü” sözləri ilə əvəz edilsin.
Maddə 4. “Hərbi qulluqçuların
dövlət icbari şəxsi sığortası haqqında”
Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 399
(Cild I) 8-1.2.3-cü maddəsində “müharibə ilə əlaqədar
əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi
olan” sözləri ilə əvəz edilsin.
Maddə 5. “Məhkəmə və
hüquq mühafizə orqanları işçilərinin
dövlət icbari şəxsi sığortası haqqında”
Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 10, maddə 569
(Cild I) 8-1.2.3-cü maddəsində “müharibə ilə əlaqədar
əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi
olan” sözləri ilə əvəz edilsin.
Maddə 6. “Tibbi sığorta haqqında”
Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 4 (Cild
I); 2024, ¹ 11, maddə 1182, ¹ 12 (II kitab), maddələr 1332,
1348; 2025, ¹ 1, maddə 16, ¹ 3, maddə 218, ¹ 8, maddə 743; Azərbaycan
Respublikasının 2025-ci il 24 oktyabr tarixli 276-VIIQD nömrəli
Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
6.1.
1.1.6-cı maddəyə “şəxs” sözündən sonra
“, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum)” sözləri əlavə edilsin;
6.2.
15-2-ci maddə üzrə:
6.2.1.
aşağıdakı məzmunda 15-2.2.3-1-ci maddə əlavə
edilsin:
“15-2.2.3-1.
“Məşğulluq haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qeyri-formal məşğulluğun təsir dairəsinə
düşən şəxslər sığortalı qismində
özləri çıxış edirlər;”;
6.2.2.
15-2.2.4-cü maddəyə “15-2.2.3-cü” sözlərindən
sonra “və 15-2.2.3-1-ci” sözləri əlavə edilsin və
həmin maddədə “sığortaolunanlar
sığortalı qismində özləri
çıxış edirlər” sözləri
“sığortaolunanların sığortalısı qismində
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) çıxış edir” sözləri ilə
əvəz edilsin;
6.2.3.
aşağıdakı məzmunda 15-2.5-ci maddə əlavə
edilsin:
“15-2.5.
Bu Qanunun 15-2.2.3-1-ci maddəsində nəzərdə
tutulmuş sığortalıların müəyyən edilməsi
qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir;”;
6.3.
15-10-cu maddə üzrə:
6.3.1.
15-10.1.1-ci maddədə “15-2.1-ci” sözləri “15-2.2.4-cü”
sözləri ilə, “90 manat” sözləri “müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilən məbləğdə”
sözləri ilə əvəz edilsin;
6.3.2.
15-10.1.2-ci maddəyə “muzdla” sözündən əvvəl
“bu Qanunun 15-10.1.2-1-ci maddəsinin müddəaları nəzərə
alınmaqla,” sözləri əlavə edilsin;
6.3.3.
aşağıdakı məzmunda 15-10.1.2-1-ci maddə əlavə
edilsin:
“15-10.1.2-1.
neft-qaz sahəsində fəaliyyəti olmayan və
qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə
işləyən şəxslər üzrə –
sığortalı tərəfindən işçinin əməkhaqqının
2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan
yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən
əməkhaqqının 2500 manatadək olan hissəsindən
2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;”;
6.3.4.
15-10.1.5-ci maddədə “15-2.2.4-cü” sözləri
“15-2.2.3-1-ci” sözləri ilə, “minimum aylıq əməkhaqqının
48 faizi” sözləri “müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilən məbləğdə” sözləri
ilə əvəz edilsin və həmin maddənin sonunda
nöqtəli vergül işarəsi nöqtə işarəsi
ilə əvəz edilsin;
6.3.5.
15-10.1.6-cı və 15-10.1.7-ci maddələr ləğv
edilsin;
6.3.6.
aşağıdakı məzmunda 15-10.1-1-ci maddə əlavə
edilsin:
“15-10.1-1.
Dövlət icbari şəxsi sığortası ilə əhatə
olunan şəxslər üçün bu Qanunun 15-10.1.1-ci
maddəsində nəzərdə tutulan adambaşına maliyyələşmə
çərçivəsində dövlət büdcəsindən
vəsait ayrılmır.”;
6.3.7.
15-10.2-ci maddə ləğv edilsin;
6.4.
15-11-ci maddə üzrə:
6.4.1.
15-11.3-ci maddədə “maddəsində” sözü “və
15-10.1.2-1-ci maddələrində” sözləri ilə əvəz
edilsin;
6.4.2.
15-11.7-ci və 15-11.8-ci maddələr ləğv edilsin;
6.4.3.
15-11.10-cu və 15-11.12-ci maddələrdə “15-2.2.4-cü”
sözləri “15-2.2.3-1-ci” sözləri ilə əvəz
edilsin;
6.5.
aşağıdakı məzmunda 15-21.1.3-1-ci maddə əlavə
edilsin:
“15-21.1.3-1.
siyahısı və illik xərci müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
təsdiq edilən səhiyyə sahəsində dövlət
proqramlarına və tədbirlərə;”;
6.6.
16-2-ci maddə ləğv edilsin;
6.7.
16-4.4-cü maddədən “15-10.1.6-cı,” sözləri
çıxarılsın.
Maddə 7. “Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12,
maddə 740 (Cild I); 2024, ¹ 1, maddələr 10, 16, ¹ 6 (I kitab),
maddə 637, ¹ 7, maddələr 747, 751, 775, ¹ 8, maddə 933, ¹
11, maddə 1187, ¹ 12 (II kitab), maddə 1351; 2025, ¹ 1, maddə 1,
¹ 2, maddə 101, ¹ 4 (I kitab), maddələr 318, 322, ¹ 5, maddə
433, ¹ 6, maddələr 521, 524, ¹ 7, maddə 626)
aşağıdakı dəyişikliklər edilsin:
7.1.
2.0.22-ci maddəyə “rüsumu” sözündən sonra “,
aksiz” sözləri əlavə edilsin;
7.2.
33-5-ci maddə üzrə:
7.2.1.
adına və 33-5.1-ci maddənin birinci abzasına
“gömrük rüsumu” sözlərindən sonra “, aksiz”
sözləri əlavə edilsin;
7.2.2.
33-5.1.3-cü maddənin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin
və aşağıdakı məzmunda 33-5.1.4-cü maddə
əlavə edilsin:
“33-5.1.4.
Təqvim ili ərzində 1 (bir) ədəddən artıq istənilən
mobil cihazın hər biri üçün – 100 manat.”.
7.2.3.
aşağıdakı məzmunda 33-5.4-cü maddə əlavə
edilsin:
“33-5.4.
Bu Qanunun 33-5.1.4-cü maddəsində nəzərdə
tutulmuş halda bu Qanunun 33-5.1.1 – 33-5.1.3-cü maddələri
tətbiq edilmir.”.
Maddə 8. “Şəkərli diabet xəstəliyinə
tutulmuş şəxslərə dövlət
qayğısı haqqında” Azərbaycan
Respublikasının Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004, ¹ 2, maddə 54 (Cild I); 2024, ¹ 4, maddə
365) 6-cı maddəsində aşağıdakı dəyişikliklər
edilsin:
8.1.
6.1-ci maddənin birinci cümləsində “dövlət
büdcəsinin vəsaiti” sözləri “icbari tibbi
sığorta vəsaitləri” sözləri ilə əvəz
edilsin;
8.2.
6.2-ci maddədən “icbari tibbi sığorta vəsaitləri,”
sözləri çıxarılsın və həmin maddədə
“qanunvericiliklə qadağan olunmayan” sözləri “qanunla nəzərdə
tutulan” sözləri ilə əvəz edilsin.
Maddə 9. “Azərbaycan
Respublikasının diplomatik nümayəndəliklərində
və konsulluqlarında xidmət keçən diplomatik xidmət
orqanı əməkdaşlarının dövlət icbari
şəxsi sığortası haqqında”
Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 7, maddə 506
(Cild I); 2025, ¹ 2, maddə 96) 11-1.2.3-cü maddəsində
“müharibə ilə əlaqədar əlilliyi müəyyən
edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə
əvəz edilsin.
Maddə 10. “Hemofiliya və talassemiya irsi
qan xəstəliklərinə düçar olmuş şəxslərə
dövlət qayğısı haqqında”
Azərbaycan Respublikasının Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 7, maddə 563
(Cild I) 6-cı maddəsində aşağıdakı dəyişikliklər
edilsin:
10.1.
6.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“6.1.
Talassemiya irsi qan xəstəliyi olan şəxslərin
dövlət tibb müəssisələrində müayinə
və müalicəsi dövlət büdcəsi vəsaiti
hesabına, hemofiliya irsi qan xəstəliyi olan şəxslərə
münasibətdə isə icbari tibbi sığorta vəsaiti
hesabına maliyyələşdirilir.”;
10.2.
6.2-ci maddədən “icbari tibbi sığorta haqları,”
sözləri çıxarılsın və həmin maddədə
“qanunvericiliklə qadağan olunmayan” sözləri “qanunla nəzərdə
tutulan” sözləri ilə əvəz edilsin.
Maddə 11. “Sığorta
fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008, ¹ 3, maddə 144 (Cild I); 2025, ¹ 4 (I
kitab), maddə 318, ¹ 5, maddə 432) 2.6-cı maddəsində
“və dövlət icbari şəxsi” sözləri “,
dövlət icbari şəxsi sığorta və
“İstehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində
nəzərdə tutulan” sözləri ilə əvəz
edilsin.
Maddə 12. “İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında”
Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 7, maddə 572
(Cild I); 2025, ¹ 1, maddə 16; Azərbaycan Respublikasının
2025-ci il 24 oktyabr tarixli 275-VIIQD nömrəli Qanunu)
aşağıdakı dəyişikliklər edilsin:
12.1.
aşağıdakı məzmunda 1.3-cü maddə əlavə
edilsin:
“1.3.
Bu Qanun dövlət icbari şəxsi sığorta münasibətlərinə
şamil edilmir.”;
12.2.
2-ci maddə üzrə:
12.2.1.
2.0.2-ci maddəyə üçüncü halda “icbari”
sözündən əvvəl “bu Qanunun 2-1.2-ci maddəsində
nəzərdə tutulmuş sığorta olunanlar barəsində”
sözləri əlavə edilsin;
12.2.2.
2.0.3-cü maddəyə “olunan –” sözündən sonra “barəsində
bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan icbari
sığorta fəaliyyəti həyata keçirilən və
ya” sözləri əlavə edilsin və həmin maddədə
“bağlanılan və” sözləri “bağlanılmaqla”
sözü ilə əvəz edilsin;
12.2.3.
2.0.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“2.0.4.
sığortalı – bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə
tutulmuş sığorta olunanlar üçün
sığorta haqqı ödəyən dövlət
orqanları, bələdiyyələr, dövlət və ya bələdiyyə
mülkiyyətində olan və ya paylarının (səhmlərinin)
nəzarət zərfi dövlətə və ya bələdiyyəyə
məxsus olan hüquqi şəxslər, o cümlədən
dövlət adından yaradılan publik hüquqi şəxslər
və büdcə təşkilatları, habelə
sığorta olunanın xeyrinə icbari sığorta
müqaviləsi bağlayan Azərbaycan Respublikasında fəaliyyət
göstərən digər hüquqi və fiziki şəxslər;”;
12.2.4.
2.0.5-ci maddəyə “sığortaçı –” sözündən
sonra “bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə
tutulmuş sığorta olunanlara münasibətdə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum), bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə
tutulmuş sığorta olunanlara münasibətdə isə”
sözləri, “almış” sözündən sonra “kommersiya
təşkilatı olan” sözləri əlavə edilsin;
12.2.5.
2.0.6-cı maddədə “müqaviləsindən faydalanan
(sığorta ödənişi verilməli olan)” sözləri
“ödənişi verilməli olan” sözləri ilə əvəz
edilsin;
12.2.6.
2.0.7-ci maddəyə “müqaviləsi –” sözündən
sonra “bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla,” sözləri əlavə
edilsin;
12.2.7.
aşağıdakı məzmunda 2.0.8-1-ci maddə əlavə
edilsin:
“2.0.8-1.
büdcə ili – yanvar ayının 1-dən dekabr
ayının 31-dək olan bir illik dövr;”;
12.2.8.
2.0.10-cu maddəyə “hadisə –” sözündən sonra
“sığorta olunanın” sözləri əlavə edilsin və
həmin maddədən “xeyrinə icbari sığorta
müqaviləsi bağlanılmalı olan şəxsin”
sözləri çıxarılsın;
12.2.9.
2.0.12-ci maddədə “icbari sığorta müqaviləsinin
qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt
hadisə və ya peşə xəstəliyi nəticəsində”
sözləri “istehsalatda bədbəxt hadisə və ya
peşə xəstəliyi nəticəsində (bu Qanunun
2-1.2-ci maddəsində nəzərdə tutulmuş
sığorta olunanlara münasibətdə icbari
sığorta müqaviləsinin qüvvədə olduğu
dövr ərzində)” sözləri ilə əvəz
edilsin;
12.2.10.
2.0.14-cü maddəyə “haqqı –” sözündən sonra
“bu Qanunun 14-cü maddəsində nəzərdə
tutulmuş hallarda və qaydada, habelə” sözləri əlavə
edilsin;
12.2.11.
2.0.15-ci maddədə “icbari sığorta müqaviləsi
üzrə sığortaçının” sözləri
“sığortaçının bu Qanunun 14.4-cü maddəsinə
uyğun olaraq və ya icbari sığorta müqaviləsi ilə
müəyyən olunmuş” sözləri ilə əvəz
edilsin;
12.2.12.
2.0.17-ci maddədən “icbari sığorta müqaviləsi
üzrə” sözləri çıxarılsın;
12.2.13.
2.0.22-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 2.0.24-cü və 2.0.25-ci
maddələr əlavə edilsin:
“2.0.24.
sığorta vəsaiti – bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə
tutulmuş icbari sığorta üzrə fəaliyyətin həyata
keçirilməsi ilə əlaqədar bu Qanunun 20-1-ci maddəsində
nəzərdə tutulan mənbələr hesabına
formalaşan, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən idarə edilən vəsait;
2.0.25.
sığorta ehtiyatı fondu – bu Qanunun 2-1.1-ci maddəsində
nəzərdə tutulmuş icbari sığorta üzrə fəaliyyətin
həyata keçirilməsi ilə əlaqədar
sığorta ödənişlərinin
davamlılığının təmin edilməsi məqsədilə
həmin maddəyə uyğun olaraq ödənilən
sığorta haqlarının 5 faizədək həcmində
müəyyən edilən vəsaitin məcmusu.”;
12.3.
aşağıdakı məzmunda 2-1-ci maddə əlavə
edilsin:
“Maddə 2-1. İcbari sığortanın
aidiyyəti
2-1.1.
Dövlət orqanlarında, bələdiyyələrdə,
dövlət və ya bələdiyyə mülkiyyətində
olan və ya paylarının (səhmlərinin) nəzarət
zərfi dövlətə və ya bələdiyyəyə məxsus
olan hüquqi şəxslərdə, o cümlədən
dövlət adından yaradılan publik hüquqi şəxslərdə
və büdcə təşkilatlarında çalışan
şəxslər, habelə istehsalat təcrübəsi (təlimi)
keçən tələbə və şagirdlər,
könüllü fəaliyyətin iştirakçısı
olan könüllülər bu Qanunla müəyyən
edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanda (qurumda) icbari sığorta
olunurlar.
2-1.2.
Bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş
sığorta olunanlar istisna olmaqla, digər
sığortalılarda çalışan şəxslər,
habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
ilə və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti
ilə məşğul olan fiziki şəxslər bu Qanunun
2.0.5-ci maddəsində nəzərdə tutulmuş yerli
hüquqi şəxslərdə icbari sığorta olunurlar.
2-1.3.
Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulan normativ
hüquqi aktlarda kommersiya hüquqi şəxsi kimi fəaliyyət
göstərən sığortaçılara aid tənzimləmə
və nəzarət tədbirləri bu Qanunun 2-1.1-ci maddəsi
ilə müəyyən edilmiş sığortaçıya
şamil edilmir.”;
12.4.
3-cü maddə üzrə:
12.4.1.
3.1-ci maddənin birinci abzasında “Aşağıdakı”
sözü “Bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə
tutulmuş sığorta olunanlar istisna olmaqla,
aşağıdakı” sözləri ilə əvəz
edilsin;
12.4.2.
3.1.1-ci maddədən “, dövlət orqanında
çalışan dövlət qulluqçuları və digər
işçilər (“Məhkəmə və hüquq
mühafizə orqanları işçilərinin dövlət
icbari şəxsi sığortası haqqında” Azərbaycan
Respublikası Qanununun 2-ci maddəsində nəzərdə
tutulmuş orqanlarda qulluq keçən hərbi və ya
xüsusi rütbəsi olan şəxslər, məhkəmə
hakimləri, habelə “Hərbi qulluqçuların dövlət
icbari şəxsi sığortası haqqında” Azərbaycan
Respublikası Qanununun 2-ci maddəsində nəzərdə
tutulmuş şəxslər istisna olmaqla)” sözləri
çıxarılsın;
12.4.3.
3.1.3-cü maddə ləğv edilsin;
12.4.4.
3.1.4-cü maddəyə “şagirdlər” sözündən
sonra “, könüllü fəaliyyətin
iştirakçısı olan könüllülər”
sözləri əlavə edilsin;
12.4.5.
3.1.5-ci maddə ləğv edilsin;
12.5.
4-cü maddə üzrə:
12.5.1.
4.0-cı maddənin birinci abzasında “icbari sığorta
müqaviləsi bağlamaq vəzifəsi
daşıyırlar” sözləri “sığortalı hesab
edilir” sözləri ilə əvəz edilsin;
12.5.2.
4.0.1-ci maddəyə birinci halda “Azərbaycan” sözündən
əvvəl “bu Qanunun 4.0.2-ci maddəsi nəzərə
alınmaqla,” sözləri əlavə edilsin;
12.5.3.
4.0.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“4.0.2.
dövlət orqanları, bələdiyyələr, dövlət
və ya bələdiyyə mülkiyyətində olan və
ya paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə və ya bələdiyyəyə məxsus
olan hüquqi şəxslər, o cümlədən dövlət
adından yaradılan publik hüquqi şəxslər,
büdcə təşkilatları;”;
12.5.4.
4.0.4-cü maddə ləğv edilsin;
12.6.
6-cı maddə üzrə:
12.6.1.
6.1.4-cü maddəyə birinci halda “Azərbaycan”
sözündən əvvəl “bu Qanunun 2-1.2-ci maddəsində
nəzərdə tutulan sığorta olunanlara münasibətdə”
sözləri əlavə edilsin və həmin maddənin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin;
12.6.2.
aşağıdakı məzmunda 6.1.4-1-ci maddə əlavə
edilsin:
“6.1.4-1.
bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan
sığorta olunanlara münasibətdə Azərbaycan
Respublikasının Əmək Məcəlləsində nəzərdə
tutulmuş digər hüquqları həyata keçirmək.”;
12.6.3.
6.2.4-cü maddəyə birinci halda “Azərbaycan”
sözündən əvvəl “bu Qanunun 2-1.2-ci maddəsində
nəzərdə tutulan sığorta olunanlara münasibətdə”
sözləri əlavə edilsin və həmin maddənin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin;
12.6.4.
aşağıdakı məzmunda 6.2.4-1-ci maddə əlavə
edilsin:
“6.2.4-1.
bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan
sığorta olunanlara münasibətdə Azərbaycan
Respublikasının Əmək Məcəlləsində nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirmək.”;
12.7.
7-ci maddə üzrə:
12.7.1.
7.1.6-cı maddədə ikinci halda “və” sözü “bu
Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan
sığorta olunanlara münasibətdə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) və ya” sözləri ilə əvəz edilsin;
12.7.2.
7.1.7-ci maddəyə birinci halda “Azərbaycan” sözündən
əvvəl “bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə
tutulan sığorta olunanlara münasibətdə” sözləri
əlavə edilsin və həmin maddənin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilsin;
12.7.3.
aşağıdakı məzmunda 7.1.7-1-ci maddə əlavə
edilsin:
“7.1.7-1.
bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan
sığorta olunanlara münasibətdə Azərbaycan
Respublikasının Əmək Məcəlləsində nəzərdə
tutulmuş digər hüquqları həyata keçirmək.”;
12.7.4.
7.2.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“7.2.1.
bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan
sığorta olunanları icbari sığorta etdirmək;”;
12.7.5.
aşağıdakı məzmunda 7.2.1-1-ci maddə əlavə
edilsin:
“7.2.1-1.
bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulmuş
sığorta olunanlar barəsində bu Qanunla müəyyən
edilmiş qaydada sığortaçı ilə icbari
sığorta müqaviləsi bağlamaq;
12.7.6.
7.2.2-ci maddəyə “icbari” sözündən əvvəl “bu
Qanunla və ya” sözləri əlavə edilsin;
12.7.7.
aşağıdakı məzmunda 7.2.2-1-ci maddə əlavə
edilsin:
“7.2.2-1.
bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş
sığorta olunanların uçotunu aparmaq və bu Qanunun
9-1-ci maddəsində nəzərdə tutulmuş qaydada
sığortaçıya bu barədə məlumat vermək;”;
12.7.8.
7.2.3-cü maddəyə “müddətində” sözündən
sonra “, bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə
tutulmuş sığorta olunanlara münasibətdə isə
5 iş günü müddətində müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş
elektron informasiya sistemi vasitəsilə” sözləri əlavə
edilsin;
12.7.9.
7.2.12-ci maddəyə “sığortaçıya”
sözündən sonra “bu Qanunun 2-1.1-ci maddəsi ilə
müəyyən edilmiş sığorta olunanlarla
bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş
elektron informasiya sistemi vasitəsilə, digər sığorta
olunanlarla bağlı isə” sözləri əlavə
edilsin;
12.7.10.
7.2.14-cü maddəyə birinci halda “Azərbaycan”
sözündən əvvəl “bu Qanunun 2-1.2-ci maddəsində
nəzərdə tutulan sığorta olunanlara münasibətdə”
sözləri əlavə edilsin və həmin maddənin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin;
12.7.11.
aşağıdakı məzmunda 7.2.14-1-ci maddə əlavə
edilsin:
“7.2.14-1.
bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan
sığorta olunanlara münasibətdə Azərbaycan
Respublikasının Əmək Məcəlləsində nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirmək.”;
12.7.12.
7.3-cü maddədə “sığorta müqaviləsi
bağlanmalı” sözləri “icbari sığorta fəaliyyəti
həyata keçirilməli” sözləri ilə əvəz
edilsin;
12.8.
8-ci maddə üzrə:
12.8.1.
8.1.5-ci maddəyə birinci halda “Azərbaycan” sözündən
əvvəl “bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə
tutulan sığorta olunanlar barəsində” sözləri əlavə
edilsin və həmin maddənin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz
edilsin;
12.8.2.
aşağıdakı məzmunda 8.1.5-1-ci maddə əlavə
edilsin:
“8.1.5-1.
bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan
sığorta olunanlara münasibətdə Azərbaycan
Respublikasının Əmək Məcəlləsində (bu
Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş
faydalanan şəxslərə münasibətdə) nəzərdə
tutulmuş digər hüquqları həyata keçirmək.”;
12.8.3.
8.2.1-ci maddəyə “sığortaçıya” sözündən
sonra “, bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə
tutulan sığorta olunanlar tərəfindən isə
sığortalıya” sözləri əlavə edilsin;
12.8.4.
8.2.2-ci maddədən “icbari sığorta müqaviləsində
və ya annuitet müqaviləsində göstərilmiş məlumatların
dəyişməsi haqqında, habelə” sözləri
çıxarılsın və həmin maddəyə
“sığortaçıya” sözündən sonra “, bu Qanunun
2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta
olunanlara münasibətdə isə sığortalıya”
sözləri əlavə edilsin;
12.8.5.
8.2.4-cü maddəyə birinci halda “Azərbaycan”
sözündən əvvəl “bu Qanunun 2-1.2-ci maddəsində
nəzərdə tutulan sığorta olunanlar barəsində”
sözləri əlavə edilsin və həmin maddənin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin;
12.8.6.
aşağıdakı məzmunda 8.2.4-1-ci maddə əlavə
edilsin:
“8.2.4-1.
bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan
sığorta olunanlara münasibətdə Azərbaycan
Respublikasının Əmək Məcəlləsində (bu
Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş
faydalanan şəxslərə münasibətdə) nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirmək.”;
12.9.
9-cu maddə üzrə:
12.9.1.
aşağıdakı məzmunda 9.1.1-1-ci maddə əlavə
edilsin:
“9.1.1-1.
sığortalıdan bu Qanunun 7.2.2-1-ci maddəsinə
uyğun olaraq sığorta olunanlar barəsində məlumatlar
almaq;”;
12.9.2.
9.1.4-cü maddəyə “orqanlarına” sözündən
sonra “(qurumlarına), sığortalılara” sözləri əlavə
edilsin;
12.9.3.
aşağıdakı məzmunda 9.1.4-1-ci maddə əlavə
edilsin:
“9.1.4-1.
bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan
sığortalılar tərəfindən bu Qanunun tələblərinə
əməl edilməsinin təhlilini aparmaq və nəticəsi
barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) məlumat vermək;”;
12.9.4.
9.1.5-ci maddəyə “etmək” sözündən sonra
“(“İnzibati icraat haqqında” Azərbaycan Respublikası
Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə
alınmaqla)” sözləri əlavə edilsin;
12.9.5.
9.1.8-ci maddəyə birinci halda “Azərbaycan” sözündən
əvvəl “bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə
tutulan sığorta olunanlara münasibətdə” sözləri
əlavə edilsin;
12.9.6.
aşağıdakı məzmunda 9.2.2-1 – 9.2.2-3-cü maddələr
əlavə edilsin:
“9.2.2-1.
sığortalıya və sığorta olunana icbari
sığorta ilə bağlı hüquq və vəzifələrini
izah etmək;
9.2.2-2.
bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan
sığortalıların təqdim etdiyi məlumatlar əsasında
sığortalıların və sığorta olunanların
uçotunu aparmaq;
9.2.2-3.
bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan icbari
sığorta üzrə fəaliyyətə uyğun olaraq
sığorta vəsaitlərini idarə etmək;”;
12.9.7.
9.2.3-cü maddəyə “səbəbləri” sözündən
sonra “, eləcə də qəbul edilmiş qərarla
razılaşmadığı halda həmin qərarı
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq inzibati qaydada və məhkəmədə
mübahisələndirmək hüququnun olması” sözləri
əlavə edilsin;
12.9.8.
9.2.4-cü maddəyə birinci halda “Azərbaycan”
sözündən əvvəl “bu Qanunun 2-1.2-ci maddəsində
nəzərdə tutulan sığorta olunanlara münasibətdə”
sözləri əlavə edilsin;
12.9.9.
9.3-cü maddəyə “üçün” sözündən
sonra “bu Qanunun 2-1-ci maddəsinə uyğun olaraq aidiyyəti
üzrə” sözləri əlavə edilsin;
12.10.
aşağıdakı məzmunda 9-1-ci maddə əlavə
edilsin:
“Maddə 9-1. Sığorta olunanların və
sığortalıların uçotu qaydası
Bu
Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş
icbari sığorta üzrə fəaliyyətin həyata
keçirilməsi ilə əlaqədar
sığortalıların təqdim etdiyi məlumatlar əsasında
sığorta olunanların və sığortalıların
sığortaçıda uçotu qaydası müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilir.”;
12.11.
10.1.1-ci maddədə “xeyrinə icbari sığorta müqaviləsi
bağlanılmalı şəxslə” sözləri
“sığorta olunanla” sözləri ilə əvəz edilsin;
12.12.
14-cü maddə üzrə:
12.12.1.
14.1-ci maddədə “xeyrinə icbari sığorta müqaviləsi
bağlanılmalı olan şəxslərin” sözləri
“sığorta olunanların” sözləri ilə əvəz
edilsin;
12.12.2.
14.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“14.2.
Sığorta haqqı sığortalı tərəfindən
bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan
sığorta olunanlara münasibətdə hər il büdcə
ilinin əvvəlində, lakin mart ayının 31-dən gec
olmayaraq birdəfəlik, digər sığorta olunanlara
münasibətdə isə müqavilə ilinin əvvəlində
icbari sığorta müqaviləsində nəzərdə
tutulmuş qaydada hissə-hissə və ya birdəfəlik
ödənilir.”;
12.12.3.
14.3-cü maddədə “İcbari sığorta müqaviləsinin
qüvvədə olduğu müddət” sözləri
“Büdcə ili və ya müqavilə ili” sözləri ilə
əvəz edilsin və həmin maddəyə “müvafiq”
sözündən sonra “büdcə və ya” sözləri əlavə
edilsin;
12.12.4.
14.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“14.4.
Bu Qanunun məqsədləri üçün sığorta məbləğinin
müəyyənləşdirilməsi qaydası icbari
sığorta müqaviləsi üzrə Mərkəzi Bank tərəfindən,
bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan
sığorta olunanlara münasibətdə isə müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilir.”;
12.13.
16-cı maddə üzrə:
12.13.1.
16.1-ci maddədə “Qanuna uyğun olaraq” sözləri “Qanunun
16.4-1-ci maddəsi nəzərə alınmaqla” sözləri
ilə əvəz edilsin;
12.13.2.
aşağıdakı məzmunda 16.4-1-ci maddə əlavə
edilsin:
“16.4-1.
Bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan
sığorta olunanların icbari sığortası üzrə
sığorta ödənişinin məbləği və
verilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən olunur.”;
12.13.3.
16.5-ci maddədə “Sığortaçı” sözü “Bu
Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulan
sığortaçı” sözləri ilə əvəz
edilsin;
12.14.
17.4-cü maddədə “17.7-ci maddəsində müəyyən
edilmiş hal” sözləri “16.4-1-ci və 17.7-ci maddələri
ilə müəyyən edilmiş hallar” sözləri ilə
əvəz edilsin;
12.15.
18-ci maddənin adına “Sığorta” sözündən
sonra “müqaviləsi üzrə sığorta” sözləri
əlavə edilsin;
12.16.
aşağıdakı məzmunda 20.0.2-1-ci, 20.0.2-2-ci, 20-1-ci və
20-2-ci maddələr əlavə edilsin:
“20.0.2-1.
bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş
sığorta olunanlara münasibətdə baş vermiş
hadisə bu Qanunla müəyyən edilmiş sığorta
hadisəsi hesab edilmədikdə;
20.0.2-2.
bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş
sığorta olunanlara münasibətdə bu Qanunun 18.6-cı
maddəsində nəzərdə tutulmuş sənədlər
təqdim edilmədikdə, yaxud təqdim edilmiş sənədlərin
və məlumatların tam və ya düzgün
olmadığı müəyyən edildikdə (bu Qanunun
2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta
olunanlara münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan
Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə
alınmaqla);”;
“Maddə 20-1. Sığorta vəsaitləri
20-1.1.
Sığorta vəsaitləri aşağıdakı mənbələr
hesabına formalaşır:
20-1.1.1.
bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan
sığorta olunanlar üzrə ödənilən
sığorta haqları;
20-1.1.2.
sığorta ehtiyatı fondunu təmin edən vəsaitlərin
təhlükəsizlik göstəriciləri üzrə
meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən
banklarda depozitə yerləşdirilməsindən əldə
edilən gəlirlər;
20-1.1.3.
qanunda nəzərdə tutulan digər mənbələr.
20-1.2.
Sığorta vəsaitləri aşağıdakı istiqamətlərdə
istifadə olunur:
20-1.2.1.
bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan
sığorta olunanlara sığorta ödənişlərinin
verilməsinə;
20-1.2.2.
əmək şəraitinin və əməyin mühafizəsi
səviyyəsinin yüksəldilməsi məqsədilə
Dövlət Əməyin Mühafizəsi Fonduna ayırmalara;
20-1.2.3.
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən
hallarda əlilliyi olan şəxslərin və şəhid
ailələrinin sosial müdafiəsi və sosial təminatı
ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə;
20-1.2.4.
sığorta ehtiyatı fondunun yaradılmasına;
20-1.2.5.
idarəetmə xərclərinə;
20-1.2.6.
qanunla müəyyən edilən digər istiqamətlərə.
20-1.3.
Əmək şəraitinin və əməyin mühafizəsi
səviyyəsinin yüksəldilməsi məqsədilə
Dövlət Əməyin Mühafizəsi Fonduna ayırmalar
bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan
sığorta olunanlar üzrə ödənilən
sığorta haqqının 10 faizi miqdarında müəyyən
edilir.
20-1.4.
İdarəetmə xərcləri bu Qanunun 2-1.1-ci maddəsində
nəzərdə tutulan sığorta olunanlar üzrə
ödənilən sığorta haqqının 5 faizədək
miqdarında müəyyən edilir və bu vəsaitin xərclənməsi
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) təsdiq etdiyi xərclər
smetasına uyğun olaraq həyata keçirilir.
20-1.5.
Sığorta vəsaitindən, o cümlədən
sığorta ehtiyatı fondundan istifadə qaydasını
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) təsdiq edir.
20-1.6.
Sığorta ehtiyatı fondu sığorta haqlarının
illik proqnoz həcminə bərabər olduqda sığorta
ehtiyatı fondunun artırılması dayandırılır,
onun depozitə yerləşdirilməsindən əldə edilən
gəlir isə əmək şəraitinin və əməyin
mühafizəsi səviyyəsinin yüksəldilməsi məqsədilə
Dövlət Əməyin Mühafizəsi Fonduna ayırmalara
yönəldilir.
20-1.7.
Bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan
sığorta olunanlar üzrə sığorta ödənişi
almaq hüququ olan şəxslərin sayında kəskin
artım nəticəsində sığorta ödənişləri
üzrə illik gözlənilən xərclər
sığorta haqları üzrə illik gözlənilən
daxilolmadan artıq olduqda gözlənilən sığorta
ödənişləri üzrə xərclər və
sığorta haqları üzrə daxilolmalar arasındakı
kəsir sığorta ehtiyatı fondunun hesabına maliyyələşdirilir.
20-1.8.
Cari ilin sonunda sığorta vəsaitinin istifadə
olunmamış qalığı, sığorta ehtiyatı
fondunu təmin edən vəsait və onun depozitə yerləşdirilməsindən
əldə edilmiş gəlir növbəti il
üçün xərclərin maliyyələşdirilməsinə
yönəldilir.
Maddə 20-2. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
tətbiq edilən cərimələrdən ayırmalar
Bu
Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığortalılar
tərəfindən bu Qanunun tələblərinin
pozulmasına görə Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq
edilən cərimələrdən toplanan vəsaitin 43 faizi
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) maddi-texniki bazasının
yaxşılaşdırılması və işçilərinin
sosial müdafiəsinin gücləndirilməsi məqsədilə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) hesabına
köçürülür.”;
12.17.
21.1-ci maddədə “Sığortaçıların”
sözü “Bu Qanunun 2-1.1-ci maddəsi ilə müəyyən
edilmiş sığortaçının icbari sığorta
üzrə fəaliyyətinə nəzarət müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən, bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə
tutulan icbari sığortanı həyata keçirən
sığortaçıların” sözləri ilə əvəz
edilsin.
Maddə 13. “Dağınıq skleroz xəstəliyinə
tutulmuş şəxslərə dövlət
qayğısı haqqında” Azərbaycan
Respublikasının Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu 2012, ¹ 4, maddə 272 (Cild I) 5-ci maddəsində
aşağıdakı dəyişikliklər edilsin:
13.1.
5.1-ci maddənin birinci cümləsində “dövlət
büdcəsinin vəsaiti” sözləri “icbari tibbi
sığorta vəsaitləri” sözləri ilə əvəz
edilsin;
13.2.
5.2-ci maddədən “və icbari tibbi sığorta” sözləri
çıxarılsın və həmin maddədə
“qanunvericiliklə” sözü “qanunla” sözü ilə əvəz
edilsin.
Maddə 14. “Uşaqların icbari
dispanserizasiyası haqqında” Azərbaycan
Respublikasının Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu 2013, ¹ 4, maddə 360 (Cild I) 10-cu maddəsində
aşağıdakı dəyişikliklər edilsin:
14.1.
10.1-ci maddənin birinci cümləsində “dövlət
büdcəsinin vəsaiti” sözləri “icbari tibbi
sığorta vəsaitləri” sözləri ilə əvəz
edilsin;
14.2.
10.2-ci maddədən “və icbari tibbi sığorta” sözləri
çıxarılsın və həmin maddədə
“qanunvericiliklə” sözü “qanunla” sözü ilə əvəz
edilsin.
Maddə 15. “Gömrük tarifi haqqında”
Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 7, maddə 779
(Cild I); 2024, ¹ 4, maddə 365, ¹ 6 (I kitab), maddə 630, ¹ 8, maddə
933, ¹ 12 (II kitab), maddə 1349; Azərbaycan
Respublikasının 2025-ci il 24 oktyabr tarixli 277-VIIQD nömrəli
Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
15.1.
11.2-ci maddənin üçüncü cümləsində “ən
geci 24 saat” sözləri “1 (bir) iş günü” sözləri
ilə əvəz edilsin və həmin maddəyə
aşağıdakı məzmunda dördüncü cümlə
əlavə edilsin:
“Əlavə
araşdırma tələb olunduğu halda bəyannaməçiyə
bu barədə bildiriş təqdim edilməklə göstərilən
müddət 1 (bir) iş günü müddətinə
uzadılır.”;
15.2.
20-ci maddə üzrə:
15.2.1.
20.0.18-ci və 20.0.19-cu maddələrə “əsasında”
sözündən sonra “siyahısı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
təsdiq edilən” sözləri əlavə edilsin;
15.2.2.
aşağıdakı məzmunda 20.0.28-1-ci maddə əlavə
edilsin:
“20.0.28-1.
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum), Azərbaycan Respublikası Baş
Prokurorluğunun verdiyi təsdiqedici sənəd əsasında
müdafiə və dövlət təhlükəsizliyi məqsədləri
üçün istifadə olunan bütün növ texnika və
texniki vasitələrin, onların ehtiyat hissələrinin,
xüsusi proqram təminatlarının və silah-sursatın
idxalı;”;
15.2.3.
20.0.29-cu maddə aşağıdakı redaksiyada verilsin:
“20.0.29.
aşağıda göstərilən hallarda və müddətlərdə
“Dövlət-özəl tərəfdaşlığı
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq müəyyən edilmiş dövlət tərəfdaşının
təsdiqedici sənədi əsasında texnikanın, texnoloji
avadanlıqların və qurğuların, habelə xammal və
materialların idxalı:
20.0.29.1.
dövlət-özəl tərəfdaşlığı
layihələri çərçivəsində özəl tərəfdaş
və ya layihə şirkəti olan şəxslər tərəfindən
– “Dövlət-özəl tərəfdaşlığı
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı
müqaviləsi ilə müəyyən olunan müddətə,
lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox
olmayaraq;
20.0.29.2.
dövlət-özəl tərəfdaşlığı
müqaviləsində gömrük güzəştlərindən
istifadə etmək hüququ nəzərdə tutulan və belə
müqavilə üzrə özəl tərəfdaşın
və ya layihə şirkətinin tikinti işlərinə cəlb
etdiyi podratçısı tərəfindən (idxal edilən
mallar həmin layihənin dəyərinə aid edildiyi təqdirdə)
– dövlət-özəl tərəfdaşlığı
müqaviləsində tikinti işlərinin həyata
keçirilməsi üçün nəzərdə tutulan
müddətdə;”;
15.2.4.
20.0.31-ci maddəyə “avtobusların” sözündən sonra
“və yük avtomobillərinin” sözləri əlavə
edilsin və həmin maddədə “2025-ci il yanvarın 1-dən
8” sözləri “avtobuslara münasibətdə 2025-ci il
yanvarın 1-dən 8 il müddətinə, yük avtomobillərinə
münasibətdə 2026-cı il yanvarın 1-dən 7”
sözləri ilə əvəz edilsin;
15.2.5.
20.0.31-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 20.0.32 – 20.0.34-cü maddələr
əlavə edilsin:
“20.0.32.
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) yaratdığı və
Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən
sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan
hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında
istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor
işlərinin görülməsi məqsədilə xammal və
materialların idxalı – 2026-cı il yanvarın 1-dən 10 il
müddətinə;
20.0.33.
investisiya təşviqi sənədini almış
Naxçıvan Muxtar Respublikasının rezidenti olan
hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında
istehsal və xidmətlərin göstərilməsi (işlərin
görülməsi) məqsədilə xammal və
materialların idxalı - 2026-cı il yanvarın 1-dən 10 il
müddətinə;
20.0.34.
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) yaratdığı və
Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən
sənaye məhəllələrinin rezidenti olan hüquqi
şəxslər və fərdi sahibkarlar tərəfindən
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında
istehsal məqsədilə texnikanın, texnoloji
avadanlıqların və qurğuların, habelə xammal və
materialların idxalı - 2026-cı il yanvarın 1-dən 10 il
müddətinə.”.
Maddə 16. “Nağdsız hesablaşmalar
haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12, maddə 2053
(Cild I); 2024, ¹ 12 (II kitab), maddə 1347; 2025, ¹ 1, maddə 6, ¹ 5,
maddə 440, ¹ 8, maddə 743; Azərbaycan Respublikasının
2025-ci il 10 oktyabr tarixli 266-VIIQD nömrəli Qanunu) 3.5.5-ci maddəsinin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 3.5.6-cı maddə əlavə
edilsin:
“3.5.6.
tullantı yağlarının qəbulu.”.
Maddə 17. “Əlilliyi olan şəxslərin
hüquqları haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018, ¹ 7 (I kitab), maddə 1386 (Cild I); 2024, ¹
5 (I kitab), maddələr 501, 503; 2025, ¹ 1, maddə 16, ¹ 4 (I
kitab), maddə 322) 30.1-ci maddəsində “büdcəsi”
sözü “büdcəsinin vəsaiti, dövlət icbari
şəxsi sığorta vəsaiti və qanunda nəzərdə
tutulan digər mənbələr” sözləri ilə əvəz
edilsin.
Maddə 18. Keçid müddəalar
18.1.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155.1-1-ci
və 218.1-1-ci maddələrinin müddəaları
2026-cı il yanvarın 1-dən sonra həyata keçirilən
vergi tutulan əməliyyatlara münasibətdə tətbiq
olunur.
18.2.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin
164.1.41-3-cü maddəsinin 2027-ci il yanvarın 1-dək
qüvvədə olan redaksiyası Naxçıvan Muxtar
Respublikasında minik avtomobillərinin istehsalını həyata
keçirən vergi ödəyicilərinə münasibətdə
2030-cu il yanvarın 1-dək tətbiq edilir.
18.3.
Sığorta hadisəsi hesab edilə bilən hal bu Qanunun
qüvvəyə mindiyi tarixdən sonra baş verdikdə,
sığorta ödənişi almaq hüququ olan şəxslərə
sığorta ödənişi “İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun 2-1-ci maddəsi və bu Qanunun 18.4-cü
maddəsi nəzərə alınmaqla sığorta
haqqının ödənildiyi sığortaçı tərəfindən
ödənilir.
18.4.
Bu Qanunun müddəaları bu Qanun qüvvəyə mindiyi
tarixədək bağlanmış istehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta müqavilələrinə və
həmin müqavilələr üzrə sığorta
olunmuş şəxslərə münasibətdə
müqavilə ili bitənədək tətbiq edilmir.
Maddə 19. Bu Qanunun qüvvəyə minməsi
19.1.
Bu Qanunun 1.26.2-ci, 1.26.3-cü, 1.26.6-cı və 1.26.7-ci maddələri
Azərbaycan Respublikası Vergi Məcəlləsinin
164.1.15-ci, 164.1.16-cı, 164.1.32-ci və 164.1.33-cü maddələrində
nəzərdə tutulan müvafiq siyahılarla eyni gündə
qüvvəyə minir.
19.2.
Bu Qanunun 1.26.4-cü maddəsi 2026-cı il mayın 1-dən
qüvvəyə minir.
19.3.
Bu Qanunun 1.26.9-cu maddəsi (Azərbaycan Respublikası Vergi Məcəlləsinin
164.1.41-3-cü maddəsinə münasibətdə) 2027-ci il
yanvarın 1-dən qüvvəyə minir.
19.4.
Bu Qanunun 1.45.2.1-ci və 3.3.2-ci maddələri 2025-ci il
yanvarın 1-dən tətbiq edilir.
19.5
Bu Qanunun 6.2.1-ci maddəsi “Tibbi sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun 15-2.5-ci maddəsində nəzərdə
tutulan qayda ilə, bu Qanunun 15.2.1-ci maddəsi “Gömrük
tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.18-ci və
20.0.19-cu maddələrində nəzərdə tutulan
müvafiq siyahılarla eyni gündə qüvvəyə
minir.
19.6.
Bu Qanunun 19.1 – 19.5-ci maddələri nəzərə
alınmaqla, bu Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 dekabr 2025-ci il
¹ 297-VIIQD