Əlavə dəyər vergisi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
M a d d ə 1. Ümumi
müddəalar
Əlavə dəyər vergisi malların,
işlərin, xidmətlərin istehsalı prosesində yaranan
və onlar satıldıqca büdcəyə,
keçirilən dəyər artımının bir
hissəsinin büdcəyə alınması formasıdır.
M a d d ə 2. Vergi
ödəyiciləri
Əlavə dəyər vergisinin
ödəyiciləri aşağıdakılardır:
a)Azərbaycan Respublikasının qanunvericiliyinə
müvafiq surətdə hüquqi şəxs statusu olan,
istehsal və başqa kommersiya fəaliyyəti
göstərən müəssisələr və
təşkilatlar, o cümlədən xarici investisiyaların
qoyulduğu müəssisələr;
b) malları,
işləri və xidmətləri öz adından satan
qeyri-məhdud ortaqlıqlar;
v) istehsal və
başqa kommersiya fəaliyyəti göstərən fərdi
(ailəvi) xüsusi müəssisələr;
q) Azərbaycan
Respublikasının ərazisində yerləşən
müəssisələrin müstəqil surətdə mallar,
işlər və xidmətlər satan filialları,
şöbələri və başqa ayrıca
bölmələri;
q) Azərbaycan
Respublikasının ərazisində istehsal və başqa
kommersiya fəaliyyəti göstərən beynəlxalq birliklər
və xarici hüquqi şəxslər;
d) hüquqi şəxs
statusuna malik olmayan, sahibkarlıq fəaliyyəti ilə
məşğul olan və qanunvericiliklə müəyyən
edilmiş qaydada sahibkar kimi qeydə alınan şəxslər.
M a d d ə 3. Vergitutma
obyekti
1.
Azərbaycan Respublikasının ərazisində
malların (idxal mallarından başqa), o cümlədən
istehsal-texniki təyinatlı malların,
görülmüş işlərin və göstərilmiş
xidmətlərin satışı üzrə
dövriyyələr vergitutma obyektidir.
2.
Bu Qanuna uyqun olaraq həm özünün istehsal
etdiyi, həm də kənardan alınmış bütün
malların satışı üzrə dövriyyələr,
habelə aşağıdakı dövriyyələr vergitutma
obyektləri sayılır:
a) müəssisə daxilində xərcləri
istehsal (tədavül) məsrəfləri-nə aid
edilməyən malların (işlərin, xidmətlərin)
xüsusi istehlak üçün, habelə öz
işçilərinə satışı üzrə
dövriyyələr;
b) dəyəri
ödənilmədən malların (işlərin,
xidmətlərin) başqa mallar (işlər, xidmətlər)
müqabilində satışı üzrə
dövriyyələr;
v) malların (işlərin, xidmətlərin)
əvəzsiz olaraq və ya dəyəri qismən
ödənilməklə başqa müəssisələrə
və ya fiziki şəxslərə verilməsi üzrə
dövriyyələr.
M a d d ə 4. Vergi
tutulan dövriyyənin müəyyən edilməsi
1. Vergi tutulan dövriyyəni
müəyyənləşdirmək üçün
satılan malların (işlərin, xidmətlərin)
tətbiq edilən qiymətlər və ta-riflər əsasında,
əlavə dəyər vergisi daxil edilməmiş
dəyəri əsas götürülür.
Aksizlər tutulan mallar üzrə
vergi tutulan dövriyyə hesablanarkən aksizlərin
məbləği də dövriyyəyə daxil edilir.
Mallar (işlər, xidmətlər) mübadilə
edilərkən, əvəzsiz olaraq və ya dəyəri qismən
ödənilməklə verilərkən Vergi tutulan
dövriyyə mübadilə və ya verilmə anında
təşəkkül tapmış qiymətlər
səviyyəsi əsas götürülməklə
müəyyən edilir.
Müəssisənin özü istehsal etdiyi və
xərcləri istehsal və tədavül
məsrəflərinə aid olmayan mallardan (işlərdən,
xidmətlər-dən) müəssisə daxilində
istifadə edilərkən vergi tutulan dövriyyəni
müəyyənləşdirmək üçün bu və
ya buna bənzər malların (işlərin,
xidmətlərin) tətbiq edilən qiymətlər
(tariflər) üzrə hesablanmış dəyəri, bunlar
olmadıqda isə faktik maya dəyəri əsas
götürülür.
Sifarişcinin öz xammalından və
materiallarından mallar hazırlanarkən vergi tutulan
dövriyyə onların emalının dəyəridir.
Qaytarılan taranın dəyəri, belə taranın
istehsalçı müəssisələr
tərəfindən satılması halları istisna olmaqla,
vergi tutulan dövriyyəyə daxil edilmir.
2.
Tikinti, tikinti-quraşdırma və təmir
təşkilatları üçün vergi tutulan
dövriyyə yerinə yetirilmiş və sifarişçi
tərəfindən qəbul olunmuş işlərin
dəyəridir.
3.
Müəssisələr vasitəçilik
xidmətləri göstərərkən əlavə haqlar,
mükafatlar və rüsum şəklində
alınmış gəlirin məbləği vergi tutulan
dövriyyədir.
Parakəndə ticarət
müəssisələrində mallar satılarkən vergi
tutulan dövriyyə malların satış qiymətləri
ilə mal göndərənlərə ödənilən
qiymətlər (əlavə dəyər vergisinin
məbləği daxil olmaqla) arasındakı fərq
şəklində müəyyən edilir.
Mallar auksionda satılarkən, habelə
tədarük, təchizat-satış, topdansatış
təşkilatları və başqa təşkilatlar
malları satınalma qiymətindən yüksək
qiymətlərlə satarkən vergi tutulan dövriyyə
həmin qaydada müəyyən edilir.
M a d d ə 5. Vergidən
azadetmə
1. Əlavə dəyər vergisindən
aşağıdakılar azad edilir:
a) manatın tədavüldə olduğu zonanın
hüdudlarından kənara ixrac edilən mallar (işlər,
xidmətlər), habelə ekspeditor və nəqliyyat
xidmətləri, o cümlədən ixrac edilən yüklərə
və tranzitlə daşınan xarici yüklərə
xidmətlə əlaqədar yükvurma və
yükboşaltma işləri;
b) xarici diplomatik nümayəndəliklərin və
onlara bərabər tutulan nümayəndəliklərin
rəsmi istifadəsi, habelə bu
nümayəndəliklərin diplomatik və inzibati-texniki
heyəti üzvlərinin, o cümlədən onlarla birgə
yaşayan ailə üzvlərinin şəxsi istifadəsi
üçün nəzərdə tutulan mallar və
xidmətlər;
v) şəhər sərnişin
nəqliyyatının (taksidən başqa) xidmətləri,
habelə dəniz (çay), dəmiryolu və avtomobil
nəqliyyatı ilə şəhərətrafı sərnişin
daşımaları sahəsində xidmətlər;
q) mənzil kirayəsi;
ğ) özləşdirmə qaydasında
dövlət müəssisələrindən satın
alınan əmlakın dəyəri, habelə dövlət
mülkiyyəti əsasında yaradılmış icarə
müəssisələrindən icarə haqqı;
d) sığorta və yenidən sığorta
əməliyyatları, borcların verilməsi və
keçirilməsi, habelə pul əmanətləri, hesablaşma,
cari və başqa hesablar üzrə aparılan
əməliyyatlar;
e) qanuni tədiyə
vasitələri olan valyutanın pulların, bank-notların
(numizmatika məqsədləri üçün istifadə
edilənlərdən başqa), habelə qiymətli kağızların
(səhmlərin, istiqraz vərəqələrinin, sertifikatların,
veksellərin və başqalarının) tədavülü
ilə bağlı əməliyyatlar;
ə) poçt markalarının (kolleksiya
markalarından başqa), markalanmış
açıqcaların, zərflərin, lotereya biletlərinin
satışı;
j) səlahiyyəti
olan orqanların yerinə yetirdikləri və
müqabilində dövlət rüsumu tutulan
hərəkətlər, habelə vəkillər kollegiyası
üzvlərinin və xarici dil
tərcüməçilərinin göstərdikləri
xidmətlər; .
z) kazinoların, oyun
avtomatlarının dövriyyələri, cıdır
meydanlarında ortaya qoyulan pul üzrə uduşlar;
i) xalq təhsili sahəsində tədris-istehsal
prosesi ilə bağlı xidmətlər, uşaqların
və yeniyetmələrin dərnəklərdə,
bölmələrdə, studiyalarda təhsilinə, idman
qurğularından istifadəyə görə haqq, habelə
uşaqların məktəbəqədər
müəssisələrdə saxlanması,
xəstələrə və qocalara baxılması
sahəsində xidmətlər;
ı) patentlərin, müəlliflik
hüquqlarının, lisenziyaların verilməsi,
güzəşt edilməsi və alınması;
y) dəfn bürolarının və
qəbirstanların mərasim xidmətləri, dini
təşkilatlar tərəfindən ayinlər və
mərasimlər keçirilməsi;
k) mədəniyyət və incəsənət
müəssisələrinin, dini birliklərin
xidmətləri, teatr-tamaşa, idman, mədəni-maarif,
əyləncə tədbirləri, o cümlədən
videonümayiş;
k) Azərbaycan Respublikasının büdcəsi
hesabına görülən elmi-tədqiqat və
təcrübə-konstruktor işləri və xalq təhsili
müəssisələrinin gördüyü
təsərrüfat müqaviləli işlər.
2. Əlavə dəyər vergisindən azad
edilən malların (işlərin, xidmətlərin)
siyahısı Azərbaycan Respublikasının bütün
ərazisində vahiddir.
M a d d ə 6. Vergi
dərəcələri
1. Əlavə dəyər vergisi 28 faiz
dərəcəsi ilə ödənilir. d 2. Azərbaycan
Respublikasının iqtisadi mənafeyini qorumaq
üçün Ali Sovetin Milli Şurasının
razılığı ilə Nazirlər Kabineti Azərbaycan
Respublikasının hüdudlarından kənara - manatın
tədavüldə olduğu zonaya göndərilən bəzi
xammal və material növləri üzrə əlavə
dəyərin başqa vergi dərəcələrini
müəyyən edə bilər.
M a d d ə 7. Verginin
hesablanması qaydası
1.
Əhaliyə mallar (işlər, xidmətlər)
müəyyən edilmiş dərəcə üzrə
əlavə dəyər vergisi məbləğinin daxil
edildiyi qiymətlər və tariflər üzrə
satılır.
2.
İstehsal məqsədləri üçün
istifadə etməkdən ötrü alınan xammaldan,
materiallardan, yanacaqdan, komplektləşdirici və başqa
məmulatdan vergi məbləği istehsal və tədavül
məsrəflərinə aid edilmir.
Büdcəyə ödənilməli olan verginin
məbləği alıcıya satılmış mallar (işlər,
xidmətlər) üçün alınan vergi
məbləğləri ilə malgöndərənlərə
dəyəri istehsal və tədavül
məsafələrinə daxil edilən maddi
ehtiyatlar, yanacaq, işlər, xidmətlər üçün
ödənilmiş vergi məbləğləri
arasındakı fərq kimi müəyyən edilir.
Bu zaman aşağıdakı mallara
(işlərə, xidmətlərə) görə mal
göndərənlərə ödənilmiş vergi
alıcılardan alınmış vergi məbləğindən
çıxılmır:
a) istehsal xarakterli ehtiyaclar üçün
istifadə edilmiş mallara (işlərə,
xidmətlərə), habelə əsas vəsait və
qeyri-maddi aktivlər (əmlak hüquqlarının və
başqa hüquqların, nou-haunun lisenziyaların və i.a.
dəyərinə) görə. Qeyri-istehsal ehtiyacları istifadə
edilmiş mallara (işlərə, xidmətlərə)
görə Vergi müvafiq maliyyələşdirmə
mənbələri hesabına ödənilir. Əsas
və-sait və qeyri-maddi aktivlər, ödənilmiş vergi
məbləğini daxil etməklə, alınma dəyəri
üzrə uçotda (müəyyən edilmiş qaydada
aşınma ( amortizasiya) məbləği vasitəsilə
sonradan maya dəyərinə hesabdan silinməklə) əks
etdirilir;
b) bu Qanunun 5-ci maddəsinin 1-ci bəndinin "q"
- "k" yarım-bəndlərinə müvafiq
surətdə vergidən azad edilən əməliyyatlar
həyata keçirilərkən istifadə edilmiş mallara
(işlərə, xidmətlərə) görə. Belə
mallara (işlərə, xidmətlərə) görə mal
göndərənlərə ödənilmiş verginin
məbləğləri istehsal və tədavül məsrəflərinə
aid edilir.
3. Alınmış mal-material
sərvətlərinə görə mal
göndərənlərə ödənilmiş vergi
məbləğləri malların (işlərin,
xidmətlərin) satışı üzrə
hesablanmış vergi məbləğlərindən
yüksək olduqda, yaranmış fərq növbəti
tədiyələrin ödənilməsi zamanı hesaba
alınır, bunlar çatışmadıqda isə
göstərilən fərq həmin Verginin ümumi
mədaxili hesabına hesabat ayından sonrakı ayın
15-dən gec olmayaraq hər ay ödənilir.
Mal göndərənlərə ödənilmiş
vergi məbləğinin hesaba alınmasının və ya
ödənilməsinin eyni qaydası bu Qanunun 5-ci maddəsinin
birinci hissəsinin "a" — "ğ"
yarımbəndlərinə əsasən vergi
ödənilməsindən azad edilmiş malların
(işlərin, xidmətlərin) satışı zamanı da
tətbiq edilir.
M a d d ə 8. Vergini
ödəmə müddətləri
1.
Vergi ötən təqvim ayı ərzində
malların (işlərin, xidmətlərin) satışı
üzrə faktik dövriyyələrə əsaslanmaqla,
hər ay, növbəti ayın 15-dən gec olmayaraq
ödənilir.
2.
Mallar (işlər, xidmətlər)
üçün vəsaitin bank idarələrindəki
hesablara daxil olduğu gün, nağd pulla hesablaşmalar
zamanı isə qazançın kassaya daxil olduğu gün
dövriyyənin başa çatdığı gün
sayılır.
Normativ aktlara uyğun olaraq malların
yüklənib yola salınması (işlərin
görülməsi, xidmətlər göstərilməsi)
üzrə satış müddətinin müəyyən
edildiyi müəssisələr üçün
dövriyyənin başa çatdığı gün bu malların
yüklənib yola salınması (işlərin
görülməsi, xidmətlər göstərilməsi)
və alıcılara hesablaşma sənədlərinin
verilməsi günü sayılır.
Mallar (işlər, xidmətlər) əvəzsiz
verilərkən və ya mübadilə edilərkən
onların verildiyi (görüldüyü, göstərildiyi)
gün dövriyyənin başa çatdığı gün
sayılır.
3. Vergi ödəyiciləri hər təqvim ayı
qurtardıqdan sonra gələn ayın 15-dək olduqları
yerdəki Vergi orqanlarına müəyyən edilmiş formada
hesablaşmalar təqdim edirlər.
M a d d ə 9.
Ödəyicilərin məsuliyyəti və Vergi orqanlarının
nəzarəti
1.
Verginin büdcəyə düzgün və
vaxtında ödənilməsinə görə
məsuliyyət ödəyicilərin və onların
vəzifəli şəxslərinin üzərinə qoyulur.
2.
Verginin ödənilməsinə nəzarəti
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq vergi orqanları həyata keçirirlər.
M a d d ə 10. Qanunun tətbiqinə dair təlimat
Bu Qanunun
tətbiqinə dair təlimatı Azərbaycan
Respublikasının Baş Dövlət Vergi
Müfəttişliyi Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi ilə razılaşdırmaqla qəbul edir.
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV.
Bakı şəhəri, 31 dekabr. 1991-ci il.
№ 42.