Latın qrafikalı Azərbaycan
əlifbasının
bərpası haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Geniş müzakirə və elmi diskussiyaların
nəticəsi olaraq, 1926-cı ildə Bakı
şəhərində keçirilən I Ümumittifaq
Türkoloji qurultayın tövsiyəsi ilə Azərbaycan
xalqı türk xalqları ilə birlikdə latın
qrafikalı əlifbanı qəbul etmişdi. Azərbaycan
dilinin səs quruluşu ilə uzlaşıb orfoqrafiya
qaydalarının sadələşməsinə imkan
açan, qısa müddətdə kütləvi savadlanmaya
səbəb olan və xalqlar arasında elmi, mədəni
əlaqələri genişləndirən Azərbaycan
əlifbası xalqın iradəsinə zidd olaraq,
Mərkəzin təzyiqi ilə 1939-cu ildə kiril
əlifbası ilə əvəz olunmuşdu. Bu akt 30-cu
illərin kütləvi repressiyasının məntiqi
davamı olub, türk xalqlarının milli
özünüdərk prosesinin qarşısını almaq,
onları tədricən yadlaşdırıb bir-birindən
uzaqlaşdırmaq məqsədi güdürdü.
Azərbaycan Respublikası Ali Sovetinin Milli
Şurası yol verilmiş tarixi ədalətsizliyi aradan
qaldırmaq üçün qərara alır:
1.
"Azərbaycan
əlifbasının latından rus əlifbasına
keçirilməsi haqqında" 11 iyul 1939-cu il tarixli
Azərbaycan SSR-in Qanunu bu gündən qüvvədən
düşmüş hesab edilsin.
2.
1940-cı ilə
qədər Azərbaycanda istifadə edilən 32
hərfdən ibarət latın qrafikalı Azərbaycan
əlifbası kicik dəyişikliklərlə bərpa
olunsun.
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV.
Bakı
şəhəri, 25 dekabr 1991-ci il.
№ 33.