Azərbaycan
Respublikasının rayonlarında,
şəhərlərində, şəhər rayonlarında,
kəndlərində və qəsəbələrində
dövlət hakimiyyət və idarəetmə orqanlarının
strukturunu və fəaliyyətini təkmilləşdirmək
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Dövlət intizamını möhkəmləndirmək,
Azərbaycan Respublikası xalq təsərrüfatının
səmərəli idarə olunmasını təşkil
etmək, Azərbaycan Respublikasında icra hakimiyyəti
orqanlarının fəaliyyətində vəhdəti
təmin etmək məqsədi ilə və
"Respublikanın iqtisadi və ictimai-siyasi
həyatını sabitləşdirmək sahəsində
əlavə tədbirlər haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq qərara alıram:
1. Azərbaycan
Respublikasının rayonlarında,
şəhərlərində, şəhər rayonlarında
icra hakimiyyətinin başçısı vəzifəsi təsis edilsin.
2.
"Azərbaycan
Respublikasının rayonlarında,
şəhərlərində dövlət hakimiyyət və
idarəetmə orqanları haqqında Əsasnamə"-
təsdiq edilsin.
3.
İndiki
çağırış rayon, şəhər (respublika tabeli
şəhərlər) xalq deputatları Sovetləri
"Azərbaycan Respublikasının rayonlarında,
şəhərlərində dövlət hakimiyyət və
idarəetmə orqanları haqqında
Əsasnamə"də müəyyən edilən
səlahiyyətlər hüdudunda fəaliyyət göstərirlər.
4. Şəhər
rayonlarında icra hakimiyyətinin başçısı təyin
edilən kimi şəhərlərdə rayon xalq
deputatları Sovetlərinin və onların icraiyyə
komitələrinin səlahiyyətlərinə xitam verilir.
5. Rayonlarda,
şəhərlərdə icra hakimiyyətinin
başçısı təyin edilən kimi rayonların,
şəhərlərin (respublika tabeli
şəhərlərin) xalq deputatları Sovetlərinin
icraiyyə komitələri öz fəaliyyətlərini
dayandırırlar.
Rayonların, şəhərlərin (respublika tabeli
şəhərlərin), şəhərlərdə
rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin
şöbələri və idarələri icra hakimiyyəti
başçısı aparatının müvafiq struktur
bölmələri yaradılanadək fəaliyyət
göstərirlər.
6. Rayonun,
şəhərin icra hakimiyyətinin başçısı
kəndlərdə, qəsəbələrdə,
şəhərlərdə (rayon tabeli
şəhərlərdə) öz nümayəndələrini
təyin edən kimi həmin inzibati-ərazi vahidlərinin xalq
deputatları Sovetlərinin və onların icraiyyə
komitələrinin səlahiyyətlərinə xitam. verilir.
7. Bu
Fərman dərc edilən kimi qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV.
Bakı şəhəri, 18 oktyabr
1991-ci il.
№
372.