Azərbaycan
Respublikasının Silahlı Qüvvələri
haqqında [1]
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU [2]
Azərbaycan
Respublikası müstəqil dövlət və beynəlxalq
hüququn subyekti kimi Azərbaycan Respublikasının
Konstitusiyasına və “Azərbaycan Respublikasının
dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına
müvafiq olaraq öz silahlı qüvvələrinə
malikdir.
Maddə 1. Azərbaycan
Respublikasının Silahlı Qüvvələri Azərbaycan
Respublikasının suverenliyinin, ərazi
bütövlüyünün, onun
toxunulmazlığının və mənafeyinin silahlı
müdafiəsinə, dövlətə silahlı hücumun
qarşısının alınmasına, təcavüz olarsa
onun dəf edilməsinə xidmət edir.
Maddə 2. Azərbaycan
Respublikasının Silahlı Qüvvələri öz
təyinatı ilə bağlı olmayan vəzifələrin
icrasına Azərbaycan Respublikası Prezidentinin
təqdimatı ilə Azərbaycan
Respublikasının Milli Məclisinin qərarına
əsasən cəlb oluna bilərlər. [3]
Maddə 3. Azərbaycan
Respublikasının Silahlı Qüvvələri
qanunçuluq, nizami ordu, qarışıq
komplektləşdirmə, kadr,
mərkəzləşdirilmiş və vahid rəhbərlik, yüksək
hərbi intizam, daimi döyüş və
səfərbərlik hazırlığı, hərbi
qulluqçuların sosial-hüquqi müdafiəsinin təmin
olunması prinsipləri əsasında qurulur və
fəaliyyət göstərir.
Maddə 4. Azərbaycan Respublikasının Silahlı
Qüvvələri quru qoşunlarından, hava hücumundan
müdafiə və hərbi-hava, hərbi-dəniz
qüvvələrindən ibarətdir.
Təşkilati
cəhətdən Azərbaycan Respublikasının Silahlı
Qüvvələri birliklərdən,
birləşmələrdən, hərbi hissələrdən,
hərbi təşkilatlardan və hərbi təhsil
müəssisələrindən ibarətdir.
Maddə 5. Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin ümumi strukturu
və sayı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq olunur Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin təminatı dövlət
büdcəsindən ayırmalar hesabına həyata
keçirilir. [4]
Maddə 6. Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinə
rəhbərliyi Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Ali baş komandanı kimi Azərbaycan
Respublikasının Prezidenti müvafiq dövlət
orqanlarının qanunvericiliklə
müəyyənləşdirilmiş səlahiyyətləri
hüdudlarında həyata keçirir.
Maddə 7. Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin
komplektləşdirilməsi və hərbi xidmət
keçilməsi “Azərbaycan Respublikasında hərbi
xidmətə çağırışın əsasları
haqqında” və “Hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının qanunlarına və digər qanunvericilik
aktlarına müvafiq surətdə həyata keçirilir.
Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinə
mülki şəxslər Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən müəyyən
edilən ştat sayı hüdudlarında Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin təsdiq etdiyi siyahı
üzrə vəzifələrə
götürülürlər. Hərbi komandanlıqla mülki
şəxslərin əmək münasibətləri
Azərbaycan Respublikasının
əmək və dövlət xidməti haqqında
qanunvericiliyi ilə nizamlanır.
Maddə 8. Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin birlikləri,
birləşmələri və hərbi hissələri
hərbi doktrinanın tələblərinə uyğun olaraq
yerləşdirilir.
Maddə 9. Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçularının hərbi vətənpərvərlik
tərbiyəsi ümumbəşəri dəyərlər
və Azərbaycan xalqının milli-tarixi
ənənələri ruhunda həyata keçirilir.
Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində siyasi
məqsədlər daşıyan hər hansı
təşkilatların və həmkarlar ittifaqlarının
fəaliyyətinə yol verilmir.
Maddə 10. Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində
qanunların icrasına, hərbi qulluqçuların,
onların ailə üzvlərinin, mülki
şəxslərin hüquqi müdafiəsinə
nəzarət Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş qaydada
həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV
Bakı
şəhəri, 9
oktyabr 1991-ci il.
¹ 210-XII.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 25 fevral 1992-ci
il tarixli 81 nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, ¹ 05,
maddə 102)
2. 10 iyun 1992-ci
il tarixli 168a nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, ¹ 11,
maddə 409)
3. 26 noyabr
1993-cü il tarixli 743 nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1993-cü il, ¹ 23-24,
maddə 670)
4. 07 oktyabr
1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 01, maddə
15)
5. 14 iyun 2005-ci
il tarixli 938-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 07, maddə 576)
6. 29 dekabr 2017-ci il tarixli 955-VQ nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 yanvar 2018-ci il, ¹ 15, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə 23)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 29 dekabr 2017-ci il tarixli 955-VQ nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 yanvar 2018-ci il, ¹ 15, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə 23)
ilə ləğv edilmişdir.
[2] 26 noyabr 1993-cü il tarixli 743
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1993-cü il, ¹ 23-24, maddə 670)
ilə Qanuna əlavələr və
dəyişikliklər edilmişdir.
Qanunun
əvvəlki redaksiyasında deyilirdi:
1 ÜMUMİ
MÜDDƏALAR
M a d
d ə 1. Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin statusu
Azərbaycan
Respublikasının Silahlı Qüvvələri Azərbaycan
Respublikasının Prezidentinə tabe olan dövlət
silahlı təşkilatıdır və Azərbaycan
Respublikasının mənafeyini, suverenliyini, ərazi
bütövlüyünü və müstəqilliyini
qorumalıdır.
M a d
d ə 2. Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
vəzifələri
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin
vəzifələri
aşağıdakılardır:
başqa
dövlət silahlı təcavüz etdikdə Azərbaycan
Respublikasını
müdafiə etmək;
vacib
dövlət obyektlərini
mühafizə etmək;
Azərbaycan
Respublikasının dövlət sərhədlərini qorumaq;
Azərbaycan
Respublikasının hərbi təhlükəsizliyinin
təmin edilməsi naminə
kəşfiyyat işi aparmaq;
terrorçuluq
əməllərinin və başqa təxribat
əməllərinin qarşısının
alınmasında, quldur dəstələrinin və başqa
cinayətkar birləşmələrin ləğvində
hüquq mühafizə orqanları ilə birlikdə
iştirak etmək;
Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq surətdə
elan olunmuş fövqəladə vəziyyətin həyata
keçirilməsində
iştirak etmək;
təbii
və ekoloji fəlakətlərin, iri qəzaların nəticələrinin
aradan qaldırılmasında dövlət
idarələrinə və ictimai
idarələrə,
habelə əhaliyə
kömək
göstərmək.
Azərbaycan
Respublikasının Silahlı Qüvvələrindən
Azərbaycan Respublikasının xalqına və
konstitusiyalı hakimiyyət və idarəetmə
orqanlarına qarşı hər hansı şəkildə
istifadə etmək
cinayətdir və qanunla təqib olunur.
M a d
d ə 3. Azərbaycan
Respublikasının Silahlı Qüvvələri quruculuğunun təşkilat prinsipləri
Azərbaycan
Respublikasının Silahlı Qüvvələri
rəhbərliyin mərkəzləşdirilməsi,
təkbaşçılıq, kadr təşkili,
yüksək hərbi intizam, döyüşə daim hazır
olmaq prinsiplərinə müvafiq surətdə
təşkil edilir.
M a d
d ə 4. Azərbaycan
Respublikası
Silahlı
Qüvvələrinin fəaliyyətinin hüquqi əsası
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin fəaliyyətinin
hüquqi əsasını Azərbaycan Respublikasının
Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının
digər qanunvericilik aktları, Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin nizamnamələri və təlimatları
təşkil edir.
M a d
d ə 5. Azərbaycan
Respublikası
Silahlı
Qüvvələrinin
tabeliyi
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Baş
komandanı - Azərbaycan Respublikasının Prezidentidir.
Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinə
bilavasitə rəhbərliyi Azərbaycan Respublikasının
müdafiə naziri həyata keçirir. Müdafiə nazirini
Azərbaycan Respublikasının Prezidenti təyin edir.
Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin
formalaşdırılmasına və qurulmasına,
təşkilat-səfərbərlik fəaliyyətinə
və çağırış işinə, maddi-texniki,
sosial-məişət, tibb və maliyyə təminatına,
Azərbaycan Respublikası Silahlı Qüvvələri zabit
və sıravi heyətinin hazırlanmasına rəhbərlik
edir. [2]
M a d
d ə 6. Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin sayı və
strukturu
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin sayını
və strukturunu Azərbaycan Respublikasının Prezidenti
müəyyənləşdirir və təsdiq edir.
II. AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI
QÜVVƏLƏRİNİN FORMALAŞDIRILMASI
(çıxarılıb)
III. AZƏRBAYCAN RESPUBLİKASI
SİLAHLI QÜVVƏLƏRİNİN SIRALARINDA XİDMƏT
M a d
d ə 15. Hərbi
xidmətdə olmaq üçün son yaşlar
Hərbi xidmətdə olmaq
üçün
aşağıdakı
son yaşlar müəyyən edilir:
müddətli xidmətdə olan
sıravi, serjant və
starşina heyəti
üçün - 27 yaş, bağlaşma üzrə 45 yaş;
kiçik zabit
heyəti
üçün - 45 yaş;
böyük zabit
heyəti
üçün - 50
yaş;
ali
zabit heyəti
üçün - 55
yaş.
Son yaşı çatan hərbi
qulluqçular
Azərbaycan
Respublikasının
Silahlı
Qüvvələrindən
buraxılırlar.
Hərbi qulluqçuların
müəyyən edilmiş xidmət vaxtından əvvəl
buraxılmasına aşağıdakı hallarda icazə
verilir:
səhhətinə
görə;
ailə
vəziyyətinə görə;
ştatların
ixtisarına) görə;
xidmətə
uyğunsuzluğuna görə;
məhkəmənin
hökmünə əsasən;
öz
arzusu ilə, ali tədris müəssisələrinin
məzunları isə zabit vəzifəsində 5 il xidmət
etdikdən sonra. [2]
M a d
d ə 16. Hərbi xidmətin
müddətləri
Hərbi
xidmətin müddətləri aşağıdakı kimi
müəyyən edilir:
zabit heyəti
üçün—bağlaşmada müəyyən edilən
müddətdə;
çağırışla
və könüllü surətdə müddətli hərbi
xidmət edən sıravi və serjant heyəti
üçün—18 ay, bağlaşma üzrə serjant heyəti
üçün isə bir qayda olaraq sonra müddəti
uzadılmaqla 2 il;
toplanış
hazırlığı keçən şəxslər
üçün—ixtisaslaşmadan asılı olaraq bir aydan
üç ayadək. [2]
M a d
d ə 17. Hərbi
rütbələr
hərbi
qulluqçular arasında qarşılıqlı
münasibətləri tənzimləmək, onların
xidmət stajını və ixtisasını ifadə
etmək üçün aşağıdakı hərbi
rütbələr
müəyyən olunur:
əsgər matros
sıravi (əsgər) matros
serjant starşina
kiçik serjant II dərəcəli starşina
serjant I dərəcəli starşina
starşina baş starşina
kiçik
zabitlər
leytenant leytenant
baş
leytenant baş leytenant
kapitan kapitan-leytenant
böyük
zabitlər
mayor III dərəcəli kapitan
podpolkovnik II dərəcəli kapitan
polkovnik I dərəcəli kapitan
ali zabitlər
general-mayor kontr-admiral
general-leytenant vitse-admiral
M a d
d ə 18. Hərbi rütbələrin
vəzifələrə uyğunluğu
Serjant
rütbələri, bir qayda olaraq, aşağıdakı
qulluq vəzifələrinə uyğun gəlir:
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin quru
hissələrində və bölmələrində:
kiçik
serjant - manqa komandirinə, tank, top, döyüş
maşını
tuşlayıcısına;
serjant
- tağım komandirinin müavininə, top, döyüş
maşını komandirinə;
starşina
- bölük, batareya starşinasına.
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin hərbi
dəniz hissələrində
və bölmələrində:
II dərəcəli starşina
- manqa, döyüş postu
komandirinə;
I
dərəcəli starşina - III dərəcəli
gəminin komanda, qrup, qüllə, batareya starşinasına.
baş
starşina - II və I dərəcəli komandiri komanda, qrup,
qüllə, batareya
starşinasına.
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin quru
hissələrində və bölmələrində zabit
rütbələri bir qayda olaraq, aşağıdakı qulluq
vəzifələrinə
uyğun gəlir:
leytenant
- taqım komandirinə;
baş
leytenant - taqım komandirinə, bölük komandirinin
müavininə və ya
eyni dəyərli
başqa
vəzifəyə;
kapitan
- bölük, batareya komandirinə və ya eyni dəyərli
başqa vəzifəyə;
mayor
- tabor (divizion) komandiri müavininə və ya eyni
dəyərli başqa
vəzifəyə;
podpolkovnik
- tabor (divizion) komandirinə və ya eyni dəyərli başqa
vəzifəyə;
polkovnik
- birləşmə komandirinin müavini və ya eyni
dəyərli başqa vəzifəyə;
general-mayor
- birləşmə komandirinə və ya eyni dəyərli
başqa vəzifəyə;
general-leytenant
- Silahlı Qüvvələrinin komandanına, müdafiə
nazirinə.
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin hərbi
dəniz hissələrində və bölmələrində
zabit rütbələri, bir qayda olaraq,
aşağıdakı qulluq vəzifələrinə uyqun gəlir:
leytenant -
III dərəcəli gəminin
qrup, qüllə komandirinə;
baş
leytenant - II dərəcəli gəminin qrup, qüllə
komandirinə;
kapitan-leytenant -
III dərəcəli kominin
komandirinə, II və III
dərəcəli
gəmilərin batareya döyüş hissəsi (xidməti)
komandirinə, I dərəcəli gəminin
qrup komandirinə;
III
dərəcəli kapitan- III dərəcəli kominin
komandirinə, IV dərəcəli gəmilər divizionunun
komandirinə, I dərəcəli gəminin döyüş hissəsi
(xidməti) komandirinə;
II
dərəcəli kapitan- II dərəcəli kominin
komandirinə, III
dərəcəli
gəmilər divizionunun
komandirinə;
I
dərəcəli kapitan - I dərəcəli kominin
komandirinə, II dərəcəli
gəmilər divizionunun
komandirinə;
kontr-admiral
– gəmilər divizionunun komandirinə, gəmilər
tuğayının,
hərbi dəniz bazasının komandirinə;
vitse-admiral
- eskadra komandirinə, donanma komandanına.
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin hərbi hava
hissələrində və bölmələrində hərbi
rütbələrin vəzifələrə uyğunluğu
quru hissələrində və bölmələrində olduğu
kimi müəyyən edilir.
M a d
d ə 19. Hərbi rütbələrin verilməsi
hərbi
rütbələr bu Qanunun 17-ci maddəsində
müəyyən edilmiş növbəliklə verilir. Birinci
zabit rütbəsi hərbi tədris müəssisəsini
və ya kurslarını bitirmiş kursantlara Azərbaycan
Respublikasının müdafiə naziri tərəfindən
verilir.
Zabitlərə
bu Qanunun 18-ci maddəsinə müvafiq növbəlik
qaydasında, daha yüksək rütbələr onlar
aşağıdakı rütbələrdə göstərilən müddətdə xidmət
etdikdə verilir:
leytenant rütbəsində - azı 2 il;
baş leytenant
rütbəsində -
azı 3 il;
kapitan rütbəsində - azı 3 il;
mayor rütbəsində - azı
4 il; 12
podpolkovnik rütbəsində - azı 5 il;
polkovnik rütbəsində - azı 2 il.
Növbəti hərbi
rütbələri
aşağıdakılar
verirlər:
kiçik serjant
və serjant
rütbələrini- hissə komandiri;
starşina rütbəsini - birləşmə
komandiri;
kiçik
zabit rütbələrini – Azərbaycan Respublikası
Silahlı
Qüvvələrin
komandanı;
böyük
zabit rütbələrini- Azərbaycan Respublikasının
müdafiə naziri;
ali
zabit rütbələrini - Azərbaycan Respublikasının
Prezidenti.
Müstəsna
hallarda hərbi rütbələrin vaxtından əvvəl
və növbədənkənar verilməsi
mümkündür. [2]
M a d
d ə 20. Hərbi
rütbələrdən məhrumetmə və onların
bərpası
Zabit
öz rütbəsindən yalnız məhkəmənin
hökmü ilə və ya Azərbaycan Respublikasının
vətəndaşlığını itirdikdə məhrum
edilə bilər.
Serjant
öz rütbəsindən yalnız məhkəmənin
hökmü ilə, habelə intizam nizamnaməsində
müəyyən edilmiş qaydada məhrum edilə bilər.
Zabit
rütbəsi məhkəmənin qərarı ilə, serjant
rütbəsi isə məhkəmənin qərarı,
habelə yuxarı rəisin qərarı ilə bərpa
edilir.
M a d
d ə 21. Vəzifəyə
təyinat
Bu
Qanunun 18-ci maddəsinə uyğun olaraq zabitləri
aşağıdakılar qulluq vəzifələrinə
təyin edir və qulluq vəzifələrindən azad
edirlər:
(çıxarılıb);
[2]
Azərbaycan
Respublikası Silahlı Qüvvələri Baş
qərargahının rəisini və onun müavinlərini,
birləşmə “(tümən, tuğay) komandirlərini,
eskadra, donanma komandirlərini və daha yuxarı
rütbəliləri-Azərbaycan
Respublikasının
Prezidenti; [2]
birləşmə
komandirlərinin müavinlərindən, gəmilər
divizionunun, gəmilər tuğayının, hərbi dəniz
bazasının komandirlərindən tabor, divizion
komandirlərinə, I və II dərəcəli kəmi
komandirlərinə, II və III dərəcəli
gəmilər divizionu komandirlərinədək - Azərbaycan
Respublikasının müdafiə naziri;
tabor,
divizion komandirlərinin müavinlərindən bölük
komandirlərinə, III dərəcəli gəmi, IV
dərəcəli gəmilər divizionu komandirlərinə, I
dərəcəli gəminin döyüş hissəsi
(xidməti) komandirlərinədək – Azərbaycan
Respublikası Silahlı Qüvvələri Baş
qərargahının rəisi; [2]
bölük
komandirlərinin müavinlərindən, II dərəcəli
gəminin qrup, qüllə komandirlərindən taqım
komandirlərinə, III dərəcəli kəminin qrup,
qüllə komandirlərinə, IV dərəcəli kəmi
komandirlərinə, II və III dərəcəli
gəmilərin batareya döyüş hissəsi (xidməti)
komandirlərinə, I dərəcəli gəminin qrup
komandirlərinədək - birləşmənin, donanmanın,
eskadranın komandiri.
Serjantları
aşağıdakılar qulluq vəzifələrinə
təyin edir və qulluq vəzifələrindən azad
edirlər:
kiçik
serjant heyətini, serjantları, I və II dərəcəli
starşinaları - tabor, gəmilər divizionu komandiri, I
dərəcəli kəmi kapitanı;
starşinanı,
baş starşinanı - birləşmə, eskadra, donanma
komandiri.
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin hərbi hava
hissələrində və bölmələrində
vəzifələrə təyinat və vəzifələrdən
azadetmə bu maddədə müəyyən edilmiş qayda
ilə həyata keçirilir.
M a d
d ə 22. Geyim forması
Hərbi
qulluqçular və toplanışlarda hərbi
vəzifəlilər hərbi xidmət vəzifələrinin
icrası zamanı hərbi rütbə və qoşun
növü üzrə fərqlənmə nişanları olan
hərbi geyim forması
geyinirlər.
hərbi
geyim formasını, hərbi qulluqçuların
fərqlənmə nişanlarını Azərbaycan
Respublikasının Prezidenti müəyyən edir. Onların
geyilməsi və sancılması qaydasını
Azərbaycan
Respublikasının
müdafiə naziri
təsdiq edir.
M a d
d ə 23. Ehtiyata daxiletmə
və ehtiyatdan
çağırma
hərbi
xidmətdə olan şəxs bu Qanunun 12-ci maddəsinin
"a", "b", "v" bəndlərində və
ya 13-cü maddəsinin "q" bəndində
nəzərdə tutulmuş şərtlərin biri
yarandıqda ehtiyata buraxılır.
Bu
Qanunum 12-ci və 13-cü maddələrində
sadalanmış və hərbi xidmət keçməsinə
möhlət verilmiş şəxslər 25 yaşına
çatanadək hərbi xidmətə
çağırılmazsa, ehtiyata daxil edilirlər.
Azərbaycan
Respublikasının və ya başqa dövlətin Silahlı
Qüvvələri sıralarında hərbi xidmət
etmiş vətəndaşlar, habelə bu Qanunun 12-ci
maddəsinin "a" bəndində və 13-cü
maddəsinin "b" və "q" bəndlərində
göstərilən səbəblərə görə
müddətli xidmətə çağırılmayanları
istisna etməklə hərbi xidmətdə olmamış
şəxslər ehtiyatdan çağırılmalı
olan şəxslər
sayılırlar.
M a d
d ə 24. Səfərbərlik
Dövlətin
və onun vətəndaşlarının
təhlükəsizliyi üçün qorxu
törətdikdə, ekoloji qəzalar, təbii
fəlakətlər baş verdikdə Azərbaycan Respublikası
Prezidentinin Formanı ilə Azərbaycan Respublikasının
18 yaşından yuxarı kişi vətəndaşları
Azərbaycan Respublikasının Silahlı
Qüvvələrində
hərbi xidmətə
səfərbər edilirlər.
IV. SOSİAL
TƏMİNATLAR
Maddə
25. Hərbi qulluqçuların, fəhlə və qulluqçuların
pul ödəncləri
Hərbi
qulluqçuların pul ödənclərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti, fəhlə və
qulluqçuların pul ödənclərini isə onların
iş stajını nəzərə almaqla Azərbaycan
Respublikasının müdafiə naziri təyin edir. [2]
M a d
d ə 26. Pensiya təminatı
hərbi
xidmətdən buraxıldıqdan sonra hərbi
qulluqçuların və onların ailə üzvlərinin
pensiya təminatı hüququ dövlət
tərəfindən təmin olunur və Azərbaycan
Respublikasının qanunvericilik aktları, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin bunlara müvafiq
surətdə qəbul olunmuş qərarları ilə müəyyən edilir.
M. a
d d ə 27. Sosial sığorta
hərbi
qulluqçular , habelə Azərbaycan Respublikasının
Silahlı Qüvvələrində toplanış
keçən hərbi vəzifəlilər hərbi xidmət
vəzifələrinin icrası dövründə
bədbəxt hadisələr və ya hərbi xidmətlə
əlaqədar xəstəliklər nəticəsində,
həlak olmaq (vəfat etmək), xəsarət almaq (yaralanmaq,
kontuziya almaq), sağlamlığı itirmək ehtimalına
qarşı hərbi xidmətə (toplanışa)
çağırıldıqları (daxil olduqları) andan
dövlət tərəfindən məcburi sığorta
olunmalıdırlar.
hərbi
xidmət zamanı əmək qabiliyyətini itirmiş
şəxslərin sosial
təminatına dövlət
zəmanət verir.
Sığortalanma
qaydasını, şərtlərini və ödənilən
sığorta haqqının məbləğlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
M a d
d ə 28. Yaşayış
sahəsi ilə təminat
Xidmət
yerində yaşayış sahəsi olmayan zabitlər,
bağlaşma üzrə xidmət edən hərbi
qulluqçular xidməti mənzillərlə təmin olunur,
belə mənzillər olmadıqda isə onlara Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi
qaydada pul kompensasiyası
ödənilir.
Müddətli
xidmət hərbi qulluqçuları kazarmalarda
yerləşdirilir.
20 il
və daha artıq xidmətdə olmuş zabitlər,
bağlaşma üzrə xidmət edən hərbi
qulluqçular seçdikləri daimi yaşayış
yerində yerli icra hakimiyyəti orqanları vasitəsilə 3
ay ərzində daimi
mənzillə təmin
edilirlər.
15
təqvim ili və daha çox fasiləsiz hərbi
xidmətdə olan, mənzil-tikinti kooperativlərinə daxil
olan və ya fərdi yaşayış evi tikən (satın
alan) və xidmət yerində başqa daimi yaşayış
sahəsi olmayan hərbi qulluqçulara mənzilin
dəyərini və ya fərdi mənzil tikintisi
üçün alınmış bank kreditini
ödəməkdən ötrü 50 faiz
məbləğində təmənnasız maliyyə
yardımı göstərilir.
M a d
d ə 29. Hərbi
qulluqçuların tibbi təminatı
hərbi
qulluqçuların, habelə toplanışda olan Hərbi
vəzifəlilərin pulsuz tibb və dərman təminatı
hüququ vardır.
hərbi
qulluqçuların xidmət yerində hərbi-tibb
müəssisələri olmadıqda onlara idarə
mənsubiyyətindən asılı olmayaraq mülki
səhiyyə müəssisələrində pulsuz tibbi
yardım göstərilir.
M a d
d ə 30. Hərbi
qulluqçuların
məzuniyyəti
hərbi
qulluqçulara növbəti və qısamüddətli
məzuniyyətlər verilir.
Növbəti
məzuniyyətlər ildə bir dəfə, zabitlərə
45 günlüyə, bağlaşma üzrə hərbi
qulluqçulara 30 günlüyə, müddətli xidmət
əsgərlərinə və serjantlarına 10
günlüyə verilir; məzuniyyətin keçirildiyi
yerə getmək və geri qayıtmaq üçün
lazım olan vaxt buraya daxil deyildir.
Qısamüddətli
məzuniyyətlər ailə vəziyyətinə
görə bütün hərbi qulluqçulara, habelə
mükafatlandırma qaydasında müddətli xidmət
hərbi
qulluqçularına
10 günlüyə verilir,
M a d
d ə 31. Xüsusi
şəraitdə güzəştlər
Bu
Qanunla Azərbaycan Respublikasının Silahlı
Qüvvələrinə həvalə olunmuş
vəzifələrin yerinə yetirilməsi üçün
döyüş əməliyyatlarında iştirak edən
hərbi qulluqçuların xidmət müddəti və
gündəlik
əmək haqqı üçqat hesablanır.
V.
YEKUN MÜDDƏALARI
M a d
d ə 32. Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin maliyyə
və maddi təminatı
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin maliyyə və
maddi təminatı Azərbaycan Respublikası Dövlət
büdcəsinin vəsaiti hesabına, habelə vətəndaşların,
idarələrin, təşkilatların və
müəssisələrin könüllü verdikləri
vəsait hesabına
həyata keçirilir.
[3] 07 oktyabr 1997-ci il tarixli
378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 01, maddə 15) ilə 2-ci maddədə
“Azərbaycan Respublikasının Ali Soveti” sözləri
“Azərbaycan Respublikasının Milli Məclisi”
sözləri ilə
əvəz
edilmişdir.
[4] 07 oktyabr 1997-ci il tarixli
378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 01, maddə 15) ilə 5-ci
maddədə “Azərbaycan Respublikasının
Ali Soveti” sözləri “Azərbaycan Respublikasının
Milli Məclisi” sözləri ilə əvəz
edilmişdir.
14 iyun 2005-ci
il tarixli 938-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 07, maddə 576) ilə 5-ci maddədə “strukturu,
sayı, silahları Azərbaycan Respublikası Prezidentinin
təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi” sözləri
“ümumi
strukturu və sayı müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə
əvəz edilmişdir.