Azərbaycan Respublikasında əhalinin məşğulluğu haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun "Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun əhali üçün dövlət sosial təminatlar sisteminə dair müddəalarının həyata keçirilməsi qaydasında hazırlanmışdır.

 Dolanacaq minimumunun və əmək haqqının aşağı həddinin müəyyən edilməsi, işləmək imkanı olmayan çoxuşaqlı analara və əhalinin digər az təminatlı təbəqələrinə maddi yardım edilməsi, əmək hüququnu həyata keçirməyə kömək göstərilməsi və işsizlik müavinətinin təyin edilməsi dövlət sosial təminatlar sisteminin müstəqil ünsürləridir, bunların hər biri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Bu Qanun əhalinin məşğulluğunun hüquqi, iqtisadi və təşkilati şərtlərini, habelə Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşların əmək hüququnun hə-yata keçirilməsi üçün Azərbaycan Respublikasının təminatlarını müəyyən edir.

 

I b ö l m ə

 

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Vətəndaşların məşğulluğu

1. Məşğulluq - vətəndaşların Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan, onların şəxsi və ictimai tələbatının ödənilməsi ilə bağlı olan və bir qayda olaraq onlara qazanc (əmək gəliri) gətirən hər hansı fəaliyyətidir.

2. Vətəndaşlar öz məhsuldar və yaradıcı əmək qabiliyyətini sərf etməkdə müstəsna hüquqa malikdirlər. Qanunvericilikdə xüsusi müəyyən edilmiş hallardan başqa, əməyin hər hansı formasına məcbur etməyə yol verilmir. Vətəndaşların işlənməməsi onları inzibati məsuliyyətə, cinayət məsuliyyətinə və başqa məsuliyyətə cəlb etmək üçün əsas ola bilməz.

Maddə 2. Məşğul vətəndaşlar

1-ci maddədə nəzərdə tutulan mənada məşğul vətəndaşlara aşağıdakılar aiddir:

muzdla işləyən, o cümlədən tam və ya natamam iş vaxtı şəraitində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar;

əmək iqtidarsızlığı, məzuniyyət, ixtisasartırma, tətil və ya başqa səbəblər üzündən istehsalatın dayanması ilə əlaqədar iş yerində müvəqqəti olmayanlar;

özünü işlə müstəqil əmin edənlər, o cümlədən sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslər, həmçinin fermerlər nə onların istehsalda iştirak edən ailə üzvləri;

haqqı ödənilən vəzifəyə seçilən, təyin nə ya təsdiq edilənlər;

Silahlı Qüvvələrdə, daxili və dəmir yolu qoşunlarında, dövlət təhlükəsizliyi və daxili işlər orqanlarında xidmət edənlər;                                           

ümumtəhsil və texniki peşə məktəblərində təhsil alanlar, habelə ali, orta ixtisas məktəblərində və başqa tədris müəssisələrində əyani təhsil kursu keçənlər;

respublikanın ərazisində müvəqqəti olan və səfirliklərin, nümayəndəliklərin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar olmayan funksiyaları yerinə yetirən başqa ölkələrin işləyən vətəndaşları.

Maddə 3. İşsiz vətəndaşlar

1. Əmək qabiliyyəti yaşında olan o vətəndaşlar işsiz sayılırlar ki, əmək qabiliyyətinə malikdirlər, lakin özlərindən asılı olmayan səbəblərə görə işləri və qazancları(dövlət məşğulluq xidməti idarəsinin göndərişi ilə ictimai işlərin yerinə yetirilməsi üçün haqq istisna edilməklə) yoxdur, münasib iş axtaran, işə başlamağa hazır olan şəxslər kimi dövlət məşğulluq xidməti idarəsində qeydə alınmışlar və həmin idarə onlara münasib iş təklif edə bilməmişdir.

2.      İşsizə münasib iş verilməsi mümkün olmadıqda ona təklif edilə bilər ki, peşə hazırlığı və ya yenidən hazırlıq keçsin, öz ixtisasını artırsın.

3.      İşsizlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydada daimi yaşayış yeri üzrə qeydə alınırlar.

Maddə 4. Münasib iş

1. İşini və qazançını itirmiş vətəndaşlar üçün o iş münasib sayılır ki, onların peşə hazırlığına uyğun gəlsin, yaşı, səhhəti, əmək stajı və əvvəlki ixtisas üzrə təcrübəsi, yeni iş yerinə nəqliyyatla gedib-gəlməyin mümkünlüyü nəzərə alınsın.

2.   İşsizlik müavinəti ödənilməsinin qanunla müəyyən edilmiş müddəti qurtardıqdan sonra peşə (ixtisas) üzrə iş verilmədikdə vətəndaşların göstərilən kateqoriyası üçün o iş münasib sayıla bilər ki, vətəndaşın qabiliyyətini, səhhətini, iş təcrübəsini və ona müyəssər olan tədris vasitələrini nəzərə almaqla peşəsini (ixtisasını) dəyişdirməyi tələb etsin.

3.     Münasib iş yerinin işsizin yaşayış yerindən maksimum uzaqlığını müvafiq yerli xalq deputatları Soveti həmin ərazidə ictimai nəqliyyat şəbəkəsinin inkişafını nəzərə almaqla müəyyən edir.

4.     İlk dəfə iş axtaran, peşəsi (ixtisası) olmayan şəxslər üçün haqqı ödənilən, qabaqcadan hazırlıq keçilməsini (vətəndaşların yaş və başqa xüsusiyyətlərini nəzərə almaqla) tələb edən və ya etməyən iş, o cümlədən əmək qanunvericiliyinin tələblərinə uyğun kələn müvəqqəti xarakterli iş də münasib iş sayılır.

5.     O iş münasib sayıla bilməz ki:

vətəndaşın razılığı olmadan yaşayış yerinin dəyişilməsi ilə bağlı olsun;

əmək şəraiti əməyin mühafizəsi qaydalarına və normalarına uyğun gəlməsin;

əmək haqqı və digər əmək şəraiti, həmin ixtisas (peşə) üzrə və həmin yerdə orta əmək haqqı səviyyəsindən və əmək şəraitindən xeyli aşağı olsun.

6. Yerli xalq deputatları Sovetlərinin qərarı ilə münasib işin zəhmətkeşlərin sosial müdafiəsini gücləndirən başqa meyarları da müəyyən edilə bilər.

Maddə 5. Əhalinin məşğulluğu sahəsində dövlət siyasəti

1.    Dövlət vətəndaşların dolğun, məhsuldar və sərbəst seçilmiş məşğulluq hüququnun həyata keçirilməsinə yardım siyasəti yeridilməsini təmin edir.

2.    Əhalinin məşğulluğu sahəsində dövlət siyasəti aşağıdakılara yönəldilmişdir:

milliyətindən, cinsindən, yaşından, sosial vəziyyətindən, siyasi əqidəsindən və dinə münasibətindən asılı olmayaraq respublikada yaşayan bütün vətəndaşlara əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində bərabər imkanlar təmin edilməsi;

vətəndaşların. qanunçuluq çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsi, onların məhsuldar və yaradıcı əmək qabiliyyətinin inkişafına kömək göstərilməsi;

əməyin könüllülüyünə, məşğulluq növünün seçil məsində vətəndaşların öz iradəsini sərbəst ifadə etməsinə əməl olunması;

məşğulluq sahəsində sosial müdafiəni təmin edilməsi, iş axtarmaqda çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsinə kömək göstərən xüsusi tədbirlər görülməsi;

məşğulluq sahəsində fəaliyyətin iqtisadi və sosial siyasətin digər istiqamətləri ilə, o cümlədən sosial təminat, gəlirin artırılması və bölüşdürülməsi, inflyasiyanın qarşısının alınması ilə əlaqələndirilməsi;

yeni iş yerləri yaradan, ən əvvəl sosial müdafiəyə xüsusi ehtiyacı olan və iş axtarmaqda çətinlik keçən vətəndaşlar üçün iş yerləri yaradan işverənlərin həvəsləndirilməsi;

əhalinin məşğulluğunu təmin etmək tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində, onların yerinə yetirilməsinə nəzarətdə Azərbaycan Respublikasının dövlət orqanlarının, həmkarlar ittifaqlarının, onların təşkilatlarının, sahibkar assosiasiyalarının (ittifaqlarının) fəaliyyətinin əlaqələndirilməsi;

əhalinin məşğulluğu problemlərinin həllində beynəlxalq əməkdaşlıq.

Maddə 6. Məşğulluq haqqında qanunvericilik

I. Məşğulluq sahəsində münasibətlər bu Qanunla, əmək qanunvericiliyin və Azərbaycan Respublikasının bunlara müvafiq surətdə qəbul edilən başqa qanunvericilik aktları, həmçinin kollektiv sazişlər (müqavilələr) ilə tənzimlənir.

2. Azərbaycan Respublikasının qanunvericilik aktlarından başqa hal irəli gəlmirsə və ya Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində başqa hal nəzərdə tutulmamışdırsa, məşğulluq haqqında qanunvericilik Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə də şamil edilir.

 

 

II bölmə

 

MƏŞĞULLUQ SAHƏSİNDƏ VƏTƏNDAŞLARIN HÜQUQLARI

 

Maddə 7. Vətəndaşların işə düzəlmək hüququ

1.    Vətəndaşların işverənlərə bilavasitə müraciət etmək yolu ilə, yaxud dövlət məşğulluq xidməti idarəsinin pulsuz vasitəçiliyi ilə iş yerini sərbəst seçmək. hüququ vardır.

2.    İşə qəbul etmək haqqında qərar işverənlər ilə işə düzələn vətəndaş arasında əmək müqaviləsi (bağlanması, sazişi) bağlanması yolu ilə rəsmiləşdirilir.

3.    İşədüzəlmə zamanı əmək müqavilələrinin (bağlaşmalarının, sazişlərinin) bağlanması qaydası və şərtləri əmək qanunvericiliyi ilə tənzimlənir.

Maddə 8. Vətəndaşların peşəyönümümə, peşə hazırlığına, yenidən hazırlıq        keçilməsinə dair məsləhət almaq və dövlət əhalinin məşğulluğu xidməti idarəsində məlumat əldə etmək hüququ

İş axtaran şəxslər kimi dövlət əhalinin məşğulluğu xidməti idarəsində qeydə alınmış vətəndaşlar məşğulluq növünü, iş yerini və əmək rejimini seçmək məqsədilə peşə-yönümünə, peşə hazırlığına, yenidən hazırlıq keçilməsinə dair pulsuz məsləhət almaq, habelə müvafiq məlumat əldə etmək hüququna malikdirlər.

Maddə 9. Vətəndaşların xaricdə peşə fəaliyyəti göstərmək hüququ

1. Azərbaycan Respublikasının beynəlxalq sazişlərinə müvafiq surətdə vətəndaşlara xaricdə olduqları dövrdə peşə fəaliyyəti göstərmək hüququ verilir.

2. Vətəndaşların xaricdə müstəqil surətdə iş axtarmaq və işə düzəlmək hüququ vardır.

Maddə 10. Vətəndaşların əmək sahəsində sosial müdafiə hüququ

Vətəndaşların əmək sahəsində sosial müdafiə hüququ vardır.

Müəyyən edilən qaydada işsiz hesab olunmuş vətəndaşların işsizlik müavinəti almaq hüququ vardır.

Maddə 11. Dövlət əhalinin məşğulluğu xidməti idarəsi orqanlarının, onların vəzifəli şəxslərinin hərəkətlərindən vətəndaşların şikayət etmək hüququ

Vətəndaşlar dövlət əhalinin məşğulluğu xidməti idarəsi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən məşğulluq xidməti sisteminin yuxarı orqanına, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət edə bilərlər.

 

III bölmə

 

MƏŞĞULLUQ SAHƏSİNDƏ TƏMİNATLAR

 

Maddə 12. Vətəndaşların əmək , hüququnun həyata keçirilməsi üçün təminatlar

Dövlət Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlar üçün aşağıdakılara təminat verir:

məşğulluq növünün, o cümlədən müxtəlif əmək rejimli işin sərbəst seçilməsi, əsassız işdənçıxarmadan , hüquqi müdafiə;

münasib işin seçilməsinə və işədüzəlməyə pulsuz kömək göstərilməsi;

əvvəlcədən verdikləri sifarişlərə müvafiq surətdə işverənlərin tədris müəssisələri məzunlarına azı üç il müddətində münasib iş verməsi;

dövlət məşğulluq xidməti sistemində və ya onun göndərişi ilə başqa tədris müəssisələrində təqaüd ödənməklə, pulsuz olaraq yeni peşəyə (ixtisasa) yiyələnmə, ixtisasartırma;

dövlət məşğulluq xidməti idarəsinin təklifi ilə başqa yerə işə göndərilməklə əlaqədar maddi məsrəflərin qüvvədə olan qanunvericiliyə müvafiq surətdə kompensasiya edilməsi;

vətəndaşların yaş və başqa xüsusiyyətləri nəzərə alın-maqla təşkil edilən ödənişli ictimai işlərdə iştiraka dair müddətli əmək müqavilələri bağlamaq imkanı.

Maddə 13. Əhalinin ayrı-ayrı kateqoriyaları üçün məşğulluğun əlavə təminatları

1. Dövlət əlavə iş yerləri və ixtisaslaşdırılmış müəssisələr, təşkilatlar (o cümlədən əlillərin əməyi üçün müəssisə və təşkilatlar) yaratmaq yolu ilə, xüsusi proqramlar üzrə təlim təşkil etməklə və başqa tədbirlər görməklə sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların kateqoriyalarına (gənclərə, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlərə; məktəbəqədər yaşlı uşaqları, əlil uşaqları tərbiyə edam qadınlara; pensiya yaşına az qalmış şəxslərə, əlillərə; cəzanı icra edən müəssisələrdən azad edilmiş şəxslərə, məcburi köçkünlərə) əlavə təminatlar verir.

2. Yerli xalq deputatları Sovetləri vətəndaşlarım göstərilən kateqoriyalarının işə qəbulu üçün özlərinin vəsaiti hesabına, vergi güzəştləri, başqa mənbələr hesabına müəssisə, idarə və təşkilatlar üçün xüsusi iş yerlərinin minimum miqdarını müəyyən edirlər.

 

 

IV bölmə

 

ƏHALİNİN MƏŞĞULLUĞUNUN TƏNZİMLƏNMƏSİ VƏ TƏŞKİLİ

 

Maddə 14. Əhalinin məşğulluğunun tənzimlənməsi

1. Əhalinin dolğun, məhsuldar və sərbəst seçilmiş məşğulluğuna kömək göstərmək məqsədilə dövlət aşağıdakıları nəzərdə tutur:

məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsinə, yeni texnologiyalar yaradılmasına, kiçik müəssisələr yaratmağın və çevik əmək rejimləri tətbiq etməyin həvəsləndirilməsinə yönəldilən maliyyə-kredit, investisiya və vergi siyasəti tədbirləri, iş yerləri sisteminin qorunub saxlanmasına və inkişaf etdirilməsinə kömək göstərən başqa tədbirlər;

işçilərin əmək hüquqlarını və mənafelərini təmin etmək, onlara təminatlar vermək, istehsalatda əlverişli şərait yaratmaq, əhalinin məşğulluğu haqqında qanunvericiliyi və əmək qanunvericiliyini təkmilləşdirmək əsasında məşğulluğun qorunub saxlanlanmasına və ona kömək göstərilməsinə yönəldilən hüquqi tənzimləmə.

dövlət əhalinin məşğulluğu xidməti idarəsinin və dövlət məşğulluq fondunun yaradılması.

Maddə 15. Respublika və ərazi məşğulluq proqramları

Dövlət məşğulluq xidməti orqanları dövlət idarəetmə orqanları, yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri və işverənlər ilə birlikdə bu Qanuna uyqun olaraq əhalinin məşğulluğuna kömək göstərilməsi tədbirlərini nəzərdə tutan respublika və ərazi proqramları hazırlayırlar.

Xalq deputatları Sovetləri proqramları təsdiq edir və onların həyata keçirilməsini təmin edirlər.

Maddə 16. Üstün inkişaf etdirilən ərazilər

1.     Azərbaycan Respublikasının Nazirlər Kabineti üstün inkişaf etdirilən əraziləri müəyyən edir, Azərbaycan Respublikasının Ali Soveti isə belə ərazilərin statusunu təsdiq edir. Üstün inkişaf etdirilən ərazilər dedikdə ən əvvəl o ərazilər nəzərdə tutulur ki, orada əmək ehtiyatları həddindən artıqdır, iş yerlərinin inkişafı xüsusilə həvəsləndirilir.

2.     Göstərilən ərazilərdə iş yerləri, sosial infrastruktur obyektləri yaradan işverənlərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və şərtlərlə mənfəətdən vergi tutulmasında güzəştlər verilir və başqa maliyyə yardımı göstərilir.

Maddə 17. Azərbaycan Respublikasına əcnəbi işçi qüvvəsi cəlb etmək üçün lisenziya verilməsi

Azərbaycan Respublikasına əcnəbi işçi qüvvəsi cəlb etmək Azərbaycan Respublikasının üstün hüququdur.

Əcnəbi işçi qüvvəsi cəlb etmək üçün lisenziyanı dövlət əhalinin məşğulluğu xidməti idarəsinin təklifi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti verir.

Maddə 18. Əhalinin məşğulluğuna kömək göstərən qeyri-dövlət təşkilatları

Xalq deputatları Sovetləri vətəndaşların məşğulluğuna kömək etmək üçün pullu xidmətlər göstərən qeyri-dövlət təşkilatlarının fəaliyyətinə lisenziya vermək hüququna malikdirlər.

Maddə 19. Əhalinin məşğulluğuna kömək göstərən əlaqələndirmə komitələri

1.  Respublika səviyyəsində və yerli səviyyədə əhalinin məşğulluğu siyasətini müəyyən etmək və həyata keçirmək sahəsində razılaşdırılmış qərarların hazırlanması məqsədilə həmkarlar ittifaqlarının, sahibkar assosiasiyalarının (ittifaqlarının), məşğulluq xidməti orqanlarının və sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların mənafeyini təmsil edən ictimai təşkilatların tövsiyə etdikləri nümayəndələrdən əhalinin məşğulluğuna kömək göstərən əlaqələndirmə komitələri yaradılır.

Komitələrin tərkibinə həmkarlar ittifaqlarının və işverənlərin nümayəndələri onları təqdim edən təşkilatlarla razılaşdırıldıqdan sonra bərabər sayda təyin olunurlar.

2.   Respublika səviyyəsində məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin fəaliyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerli səviyyədə isə xalq deputatları Sovetinin icraiyyə komitəsi təşkil edir.

Əlaqələndirmə komitələrinin səlahiyyəti və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 20. Əhalinin məşğulluğuna köməkdə Həmkarlar ittifaqlarının  iştirakı

1.      Həmkarlar ittifaqları dövlət əhalinin məşğulluğu siyasətinin, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarının və yerli xalq deputatları Sovetlərinin müvafiq qərarlarının hazırlanmasında iştirak edə bilərlər.

2.      Həmkarlar ittifaqlarının, onların seçkili orqanlarının bu hüquqları vardır:

işçilərin sərbəstləşdirilməsi ilə əlaqədar tədbirlərin başqa vaxta keçirilməsi və ya müvəqqəti dayandırılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələrinə təkliflər vermək;

qanun vericiliyə müvafiq surətdə məşğulluğun təmin edilməsi, işə (xidmətə) qəbul, işdənçıxarma, güzəştlər və kompensasiyalar verilməsi məsələlərindən zəhmətkeşlərin sosial təminatlarını müdafiə etmək.

3.   İstehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin, onun struktur bölmələrinin ləğv edilməsi, profilinin dəyişdirilməsi, istehsalın tam və ya qismən dayandırılması ilə əlaqədar olaraq idarəetmə orqanının, işverənin təşəbbüsü ilə işçilər yalnız müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı üç ay əvvəl) yazılı məlumat verilməsi şərti ilə kütləvi surətdə sərbəstləşdirilə bilərlər.

4. Həmkarlar ittifaqlarının. təklifi ilə dövlət idarəetmə orqanları, işverənlər məşğulluq problemlərinə dair birgə məsləhətləşmələr keçirirlər. Bu məsləhətləşmələrin yekunlarına əsasən kollektiv sazişlər (müqavilələr) bağlana bilər; həmin sazişlərə (müqavilələrə) məşğulluğa kömək göstərilməsinə və onun qorunub saxlanmasına, sərbəstləşən işçilərin, habelə sosial müdafiəyə ehtiyacı olan zəhmətkeşlərin müdafiəsinə yönəldilən tədbirlər, məşğulluq siyasətinin həyata keçirilməsinin iqtisadi, maliyyə şərtləri barəsində məlumat vermək sahəsində dövlət idarəetmə orqanlarının öhdəlikləri və məşğulluq sahəsində zəhmətkeşlərin mənafelərinə aid başqa məsələlər daxil edilir.

Maddə 21. Əhalinin məşğulluğunun təmin edilməsində işverənlərin iştirakı

1. İşverənlər dövlət məşğulluq siyasətinin həyata keçirilməsinə aşağıdakı əsaslarla kömək göstərirlər:

qanunvericiliyə uyğun olaraq əmək münasibətlərini tənzimləyən müqavilələrin (bağlaşmaların, başqa sazişlərin) şərtlərinə əməl edilməsi;

işsizlik və ya istehsalatın dayandırılması təqdirində zəhmətkeşlərin müdafiəsi üçün . kollektiv müqavilələrdə (başqa sazişlərdə) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi;

işləyənlərin peşə hazırlığı, yenidən hazırlıq keçməsi və ixtisasının artırılması üçün şərait yaradılması; müəssisə, idarə və təşkilatların vergi tutulan mənfəəti hesablanarkən balans mənfəətinin məbləği işverənlərin bu məqsədlər üçün sərf etdikləri vəsaitin məbləği qədərində azaldılır;

yerli xalq deputatları Sovetinin müəyyənləşdirdiyi sayda sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin işə düzəldilməsi.

2.    Sərbəstləşdirmədən əvvəlki iki il ərzində işçilərin ixtisasının artmasını təmin etməyən işverənlər göstərilən işçilərin ixtisasını artırmaq üçün məşğulluq xidməti idarəsinin tədris mərkəzlərinin çəkdikləri xərcləri kompensasiya edirlər.

3.    İşverənlər zəhmətkeşlərin kütləvi surətdə işdən çıxarılması ehtimalı, işdən. çıxarıla biləcək zəhmətkeşlərin sayı və kateqoriyaları, işdənçıxarmanın hansı müddətdə həyata keçiriləcəyi barədə məşğulluq xidməti idarəsinə və həmkarlar ittifaqı orqanına öz vaxtında, azı üç ay əvvəldən tam məlumat verir və yanlış məlumat verilməsinə görə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

4.  İşverənlər həmin istehsalatda peşə xəstəliyinə tutulmuş və ya əlil olmuş işçilərin işə düzəldilməsi ilə əlaqədar xüsusi iş yerlərinin yaradılması və onların peşə hazırlığı keçməsi üçün məşğulluq xidməti idarəsinin çəkdiyi xərcləri məşğulluq fonduna vəsait köçürmək yolu ilə tamamilə ödəməlidirlər.

5.  Müəssisə, idarə və təşkilatlar ali və orta ixtisas məktəblərinin, texniki peşə məktəblərinin qabaqcadan sifariş edilmiş məzunlarını işə qəbul etməkdən imtina etdikdə məşğulluq fonduna həmin kateqoriyalı işçinin illik orta qazançı məbləğində məqsədli maliyyə ayırmaları ödəyirlər.

6. İşverənin aşağıdakı hüquqları vardır:

müəssisəyə bilavasitə müraciət etmiş vətəndaşları məşğulluq xidməti idarəsinin göndərişi ilə gəlmiş vətəndaşlar ilə bərabər əsaslarda işə qəbul etmək;

əmək bazarının vəziyyəti haqqında məşğulluq xidməti idarəsindən pulsuz məlumat almaq.

7.  Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar üçün yerli xalq deputatları Sovetlərinin müəyyən etdikləri minimum miqdardan əlavə iş yerləri yaradan işverənlər bununla bağlı xərclərinin əlavə vergi güzəştləri, başqa kompensasiyalar şəklində qismən ödənməsi hüququna malikdirlər.

Maddə 22. Azərbaycan Respublikasının dövlət əhalinin məşğulluğuna kömək fondu

1. Azərbaycan Respublikasının dövlət əhalinin məşğulluğuna kömək fondu müstəqil maliyyə sistemi kimi respublika səviyyəsində və yerli səviyyədə yaradılır, dövlət əhalinin məşğulluğu siyasətinin həyata keçirilməsi tədbirlərini maliyyələşdirmək üçün istifadə edilir.

 2. Məşğulluq fondunun yaradılması, habelə onun vəsaitinin xərclənməsi qaydası məşğulluq fondu haqqında əsasnamə ilə müəyyən edilir; əsasnamə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunur.

3. Əhalinin məşğulluğu fondu əsasən respublika büdcəsinin və yerli büdcələrin vəsaiti, habelə işverənlərin məcburi ayırmaları, hüquqi şəxslərin və vətəndaşların könüllü verdikləri vəsait

hesabına, məşğulluq fondunun vəsaitindən kommersiya məqsədləri ilə istifadə edilməsindən götürülən gəlir hesabına yaranır.

İşverənlərin məcburi ayırmalarının konkret məbləğləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

4.    Məşğulluq fondunun vəsaiti barəsində əhalinin məşğulluğu xidməti idarəsi sərəncam verir.

5.    Məşğulluq fondunun hesabat ilində istifadə edilməmiş vəsaiti ondan alına bilməz və növbəti maliyyə ilinə keirilir.

6.    Məşğulluq fondu kommersiya fəaliyyətindən götürülən gəlirlərdən vergi ödəməkdən, dövlət və gömrük rüsumların dan, habelə fondun hesabları və vətəndaşlara işsizlik müavinətləri ödənməsi üzrə əməliyyatlara görə haqq ödəməkdən azad edilir.

Maddə 23. İşləməyən vətəndaşların peşə hazırlığı, ixtisasının artırılması və yenidən hazırlanması

1.   İş axtaran şəxslər kimi dövlət əhalinin məşğulluğu xidməti idarəsində qeydə alınmış vətəndaşların peşə hazırlığı, ixtisasının artırılması və yenidən hazırlanması məşğulluq xidməti idarəsinin göndərişi ilə o hallarda həyata keçirilə bilər ki:

vətəndaşın lazımi peşə ixtisası olmadığına görə onun üçün münasib iş seçmək mümkün deyildir;

vətəndaşın peşə vərdişlərinə uyqun kələn işin olmaması üzündən onun öz peşəsini (ixtisasını) dəyişdirməsi zəruri olsun;

vətəndaş əvvəlki peşədə (ixtisasda) işləmək qabiliyyətini itirmiş olsun.

2.      Belə vətəndaşlar dövlət məşğulluq xidməti idarəsinin tədris mərkəzlərində və ya məşğulluq xidməti idarəsi ilə bağlanan müqavilələrə uyğun olaraq başqa tədris müəssisələrində peşə hazırlığı keçir, ixtisasını artırır və yenidən hazırlıq keçirlər.

3.      Müavinətinin ödənməsi vaxtı qurtarmış işsiz vətəndaşlar, o cümlədən boş tədris yerləri olmadıqda ödənişli ictimai işlərə göndərilmiş vətəndaşlar üstün qaydada yenidən hazırlıq keçmək, yeni peşəyə (ixtisasa) yiyələnmək hüququna malikdirlər,

Maddə 24. İctimai işlərin təşkili

1. Əhalinin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə dövlət məşğulluq xidməti idarəsinin təklifi və iştirakı ilə yerli xalq deputatları Sovetləri öz mülkiyyətlərində olan müəssisələrdə, idarələrdə, təşkilatlarda və müqavilələr üzrə başqa müəssisələrdə, idarələrdə, təşkilatlarda ödənişli ictimai işlər görülməsinin təşkil edirlər.

2.  İctimai işlərdə iştirak etmək istəyən şəxslərlə müddətli əmək müqaviləsi bağlanır. İşsizlik müavinəti (təqaüd) almayan işsiz vətəndaşlar belə müqavilələrim bağlanmasında üstün hüquqa malikdirlər.

İctimai işlərdə məşğul olan vətəndaşlar faktik yerinə yetirilən işə görə, lakin Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş səviyyədən az olmamaqla əmək haqqı alırlar. Əmək qanunvericiliyi və sosial sığorta haqqında qanunvericilik, habelə işsizlik müavinəti almaq hüququ ictimai işlərdə məşğul olan vətəndaşlara da şamil edilmir.

3.    İctimai işlər bu işləri gördürən müəssisələr, idarələr, təşkilatlar tərəfindən, habelə müvafiq yerli büdcə hesabına və məşğulluq fondu vəsaitinin cəlb edilməsi hesabına maliyyələşdirilir.

4.    İctimai işlərin təşkili və yerinə yetirilməsi şərtləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən müvafiq Əsasnamə ilə müəyyən olunur.

                                              

V  bölmə

DÖVLƏT ƏHALİNİN MƏŞĞULLUĞU XİDMƏTİ

 

Maddə 25. Dövlət əhalinin məşğulluğu xidməti orqanları

1.  Azərbaycan Respublikasının ərazisində əhalinin işə düzəldilməsi, yenidən təlim keçməsi və peşəyönümü sahəsində mövcud mərkəzlərin (əhalini işədüzəltmə bürolarının) bazasında dövlət əhalinin məşğulluğu siyasətinin həyata keçirilməsi və vətəndaşlara müvafiq təminatlar verilməsi üçün dövlət məşğulluq xidməti* yaradılır; onun tərkibinə aşağıdakılar daxildir:

-     xüsusi respublika orqanı;

-     vilayət, rayon, şəhər əhalinin məşğulluğu mərkəzləri (büroları).

2.     Məşğulluq mərkəzləri (büroları) özlərinin fəaliyyətində müvafiq səviyyələrdən olan xalq deputatları Sovetlərinin icraiyyə komitələrinə və məşğulluq xidməti idarəsinin yuxarı orqanlarına tabe olurlar.

3.     Məşğulluq xidməti idarəsinin fəaliyyəti məşğulluq fondunun bu məqsədlər üçün nəzərdə tutulan vəsaiti hesabına maliyyələşdirilir.

Maddə 26. Məşğulluq xidməti idarəsinin vəzifələri

Məşğulluq xidməti idarəsinin vəzifələri aşağıdakılardır:

işçi qüvvəsinə olan tələb və təklifi təhlil etmək, proqnozlaşdırmaq və əmək bazarının vəziyyəti haqqında məlumat vermək;

boş iş yerlərinin və işədüzəlmə məsələləri ilə əlaqədar müraciət edən vətəndaşların uçotunu aparmaq;

dövlət məşğulluq xidməti idarəsinə müraciət edən zəhmətkeşlərə və işverənlərə iş tapmaq və işçi qüvvəsi ilə təmin olunmaq imkanı barəsində bu və ya başqa peşəyə yiyələnmək istəyən vətəndaşlara verilən tələblər barəsində məlumat vermək;

münasib iş, o cümlədən bağlaşma əsasında iş seçməkdə vətəndaşlara və lazımi işçilər seçməkdə işverənlərə kömək göstərmək;

məşğulluq xidməti idarəsinin tədris mərkəzlərində və ya başqa tədris müəssisələrində vətəndaşların peşə hazırlığını, yenidən hazırlanmasını və ixtisasını artırmasını təşkil etmək, təlim və yenidən təlim kurslarını inkişaf etdirilməsinə və məzmununun müəyyən olunmasına kömək göstərmək;

sərbəstləşən işçilərə və əhalinin başqa kateqoriyalarına peşəyönümündə və işə düzəlməkdə xidmətlər göstərmək;

işsizlərin qeydə alınmasını təmin etmək və omlara öz səlahiyyəti daxilində yardım etmək;

maliyyə təminatı da daxil olmaqla respublika və ərazi məşğulluq proqramlarını və əhalinin müxtəlif qruplarının sosial müdafiəsi sahəsində tədbirləri dövlət idarəetmə orqanları, yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri və işverənlər ilə birlikdə hazırlamaq;

hökumətlərarası sazişlərə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının əməyindən xaricdə və əcnəbi fəhlələrin əməyindən respublika ərazisində istifadə edilməsinə dair təkliflər və rəylər hazırlamaq;

işə düzəlməsi yeni peşəyə (ixtisasa) yiyələnmələrini tələb edən vətəndaşların peşə hazırlığının, yenidən hazırlanmasının dəyərini ödəmək, habelə bütün tədris dövründə onlar üçün bu Qanunla nəzərdə tutulmuş məbləğlərdə təqaüdlər təyin etmək;

qanunla müəyyən edilmiş qaydada vətəndaşlara işsizlik müavinətləri vermək, bu müavinətlərin ödənilməsini dayandırmaq və ona xitam vermək.

2.   Məşğulluq xidməti orqanları işçi qüvvəsinə olan tələb və təklif, işədüzəlmə, peşəyönümü və sosial əmək bərpası imkanları haqqında statistika məlumatının və imformasiya materiallarının dərc olunmasını təşkil edir.

3.   Vətəndaşların məşğulluğunun təmin edilməsi ilə bağlı xidmətləri məşğulluq xidməti idarəsi pulsuz göstərir.

Maddə 27. Məşğulluq xidməti idarəsinin hüquqları

1. Məşğulluq xidməti idarəsinin aşağıdakı hüquqları vardır:

işverənlərdən nəzərdə tutulan struktur dəyişiklikləri və işçilərin sərbəstləşdirilməsinə gətirib çıxara biləcək başqa tədbirlər barəsində məlumat, habelə işçi qüvvəsinə tələbat, sərbəstləşdirilən, işə qəbul və işdən azad edilən işçilərin sayı haqqında məlumat istəmək;

işə düzəlmək üçün məşğulluq xidməti idarəsinə müraciət edən vətəndaşları işçi qüvvəsinə tələbatı olan işverənlərin yanına göndərmək;

sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlara xüsusi iş yerlərinin minimum sayının işverənlər üçün müəyyən edilməsinə dair təklifləri hazırlamaq və yerli xalq deputatları Sovetlərinin müzakirəsinə vermək;

işverənlərin etibarnaməsi ilə onların adından vətəndaşlarla işədüzəlmə (lazım gəldikdə qabaqcadan peşə hazırlığı keçməklə) barəsində müqavilələr bağlamaq, belə vətəndaşların yol pulunu, yolda olduğu hər gün üçün xərcliyini işverənlərin vəsaiti hesabına ödəmək, habelə yeni yaşayış və iş yerinə onlara müavinətlər vermək;

işsiz vətəndaşların arzusu ilə onları müəyyən edilmiş qaydada ödənişli ictimai işlərə göndərmək.

2. Müəssisələrin, idarələrin, təşkilatların qərarı ilə kütləvi surətdə sərbəstləşdirilən işçilərin sonra işə düzəlməsi çətinləşərsə, məşğulluq xidməti idarəsinin və müvafiq həmkarlar ittifaqı orqanlarının təklifi ilə yerli xalq deputatları Sovetləri həmin qərarı 6 ayadək müddətə dayandırıb, eyni zamanda bu təxirəsalma nəticəsində müəssisələrin məruz qaldığı itkilərin əvəzini qismən və ya tamamilə ödəyə bilərlər.

 

VI bölmə

 

SOSİAL TƏMİNATLAR VƏ KOMPENSASİYALAR

 

Maddə 28. Maddi və sosial yardım üçün təminatlar

1. Azərbaycan Respublikası işini və qazançını itirən, ilk dəfə iş axtaran və ya uzun fasilədən sonra yenidən əmək fəaliyyətinə başlamaq istəyən vətəndaşlar üçün aşağıdakılara təminat verir:

müəssisələrdən, idarələrdən, təşkilatlardan sərbəstləşdirilmiş işçilərə komissasiyalar verilməsi;

peşə hazırlığı, yenidən hazırlıq keçilməsi və ya ixtisasın artırılması dövründə təqaüd ödənilməsi;

işsizlik müavinəti ödənilməsi;

ödənişli ictimai işlərdə iştirak etmək imkanı;

məşğulluq xidməti idarəsinin təklifi ilə başqa yerə könüllü köçməklə əlaqədar xərclərin kompensasiya edilməsi;

himayədə qoca və yetkinlik yaşına çatmayan şəxslər olduğunu nəzərə almaqla işsiz vətəndaşa və onun ailə üzvlərinə maddi yardım göstərilməsi.

2.     Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşın təqaüd aldığı, ödənişli ictimai işlərdə iştirak etdiyi müddət, habelə məşğulluq xidməti idarəsinin göndərişi ilə başqa yerə keçmək və işə düzəlmək üçün lazım olan müddət ümumi və fasiləsiz əmək stajına daxil edilir.

3.     İşsizlik müavinəti aldığı dövrdə vətəndaşın fasiləsiz əmək stajı saxlanılır.

4.     İşsizlərə verilən müavinətlərin və başqa ödənişlərin bütün növləri qanunla müəyyən edilmiş qaydada indeksləşdirilməlidir.

Maddə 29. Müəssisə, idarə           təşkilatlardan sərbəstləşdirilən işçilər üçün kompensasiya

1.    Müəssisə, idarə və təşkilatların ləğv edilməsi, yenidən təşkil olunması, işçilərin sayını və ya ştatları ixtisar etmək tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq əmək müqaviləsi pozulduqda müəssisə, idarə və təşkilatlardan sərbəstləşdirilən işçilərə əmək qanunvericiliyinə müvafiq surətdə təminatlar və kompensasiyalar verilir.

2.    Sərbəstləşdirilən işçi qanunla müəyyən edilmiş müddətdə münasib işlə təmin olunmadıqda o, (məşğulluq xidməti idarəsində qeydə alınmaq şərti ilə) işsiz statusu alır.

3. Ləğv edilən müəssisələrdə, idarələrdə, təşkilatlarda sərbəstləşdirilən vətəndaşlarla haqq-hesab çəkmək üçün vəsait olmadıqda kompensasiyalar qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə ödənilir.

Maddə 30. Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara     verilən təqaüdlərin miqdarı

1. Məşğulluq xidməti idarəsinin göndərişi ilə vətəndaşların peşə hazırlığı, yenidən hazırlıq keçdikləri, ixtisası artırdıqları dövrdə onlara aşağıdakı məbləğdə təqaüd verilir:

bir ildən yuxarı fasiləsiz əmək stajı olanlar üçün axırıncı iş yerindəki orta aylıq qazançın 75 faizi məbləğində, lakin Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş minimum əmək haqqının* 120 faizindən az olmamaqla və respublika üzrə orta qazancdan çox olmamaqla;

ilk dəfə iş axtaranlar, uzun fasilədən sonra yenidən əmək fəaliyyətinə başlamaq istəyənlər, habelə bir ildən az fasiləsiz əmək stajı olanlar üçün - minimum əmək haqqının 120 faizi məbləğində;

istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticə-sində əvvəlki işi görmək qabiliyyətini itirənlər üçün axırıncı iş yerindəki orta qazancın 100 faizi məbləğində, lakin minimum əmək haqqının 120 faizindən az olmamaqla;

2. himayəsində başqa adamlar olan vətəndaşların təqaüdünün məbləği himayədə olan hər nəfər üçün 10 faiz artırılır.

Maddə 31. İşsizlik müavinətinin miqdarının müəyyənləşdirilməsi qaydası

1.   İşini və qazançını itirmiş vətəndaşlar üçün işsizlik

müavinəti axırıncı iş yerindəki orta illik əmək haqqının faizi ilə, lakin minimum əmək haqqından az olma-maqla və həmin ərazidəki orta qazancdan çox olmamaqla müəyyən edilir.

Bütün başqa hallarda işsizlik müavinəti minimum əmək haqqı məbləğində müəyyən edilir.

2.     İşsiz vətəndaşın öhdəsində əmək qabiliyyəti olmayan adamlar olduqda müavinətin məbləği öhdədə olan hər nəfər üçün 10 faiz artırılır, lakin onun maksimum məbləği axırıncı iş yerindəki orta qazancı məbləğindən çox ola bilməz.

3.     Qazanca rayon əmsalları qoyulmuş regionlarda yaşayan vətəndaşların işsizlik müavinətlərinin məbləği onların həmin rayonlarda yaşadığı dövr üçün, həmin rayonda qeyri-istehsal sahələrinin işçiləri üçün təlim edilmiş əmsal tətbiq olunmaqla müəyyən edilir.

4.     Məhkəmənin hökmü və ya qətnaməsi ilə tutulmalı olan məbləğlərin bütün növləri (alimentlər, ziyanın ödənilməsi və i.a.) işsizlik müavinətindən tutulur.

Maddə 32. İşsizlik müavinəti ödənilməsini şərtləri və müddətləri

1.    İşsizlik müavinəti müəyyən edilmiş qaydada işsiz sayılmış vətəndaşlara verilir.

2.    İşsizlik müavinəti almaq hüququ vətəndaşın məşğulluq xidməti idarəsinə müraciət etdiyi andan ən geci 11 gün sonra başlayır və onun işə düzəlmək məsələsi həll olunanadək davam edir.

3.    Müavinətin ödənilməsi müddəti qanunda nəzərdə tutulmuş hallardan başqa, 12 aylıq dövr ərzində 26 təqvim həftəsindən çox ola bilməz.

4.    Müəssisə, idarə və təşkilatların ləğv edilməsi, yenidən təşkil olunması və ya başqa struktur dəyişiklikləri ilə əlaqədar olaraq sərbəstləşdirilmiş və işdən azad edildikdən sonra iki həftə ərzində məşğulluq xidməti idarəsində qeydə alınmış, lakin üç ay ərzində işə düzəldilməmiş vətəndaşlara işsizlik müavinəti bu müddətin qurtardığı birinci gündən başlayaraq verilir.

5.    İşini və qazançını itirmiş vətəndaşlara işsizlik müavinəti o halda verilir ki, işsizliyin başlanmasından əvvəlki 12 ay ərzində onlar iş gününü (həftəsini) tam işləmək şərti ilə azı 12 təqvim həftəsi müddətində, yaxud iş gününü (həftəsini) natamam işləmək şərti ilə tam iş günlü (həftəli) 12 təqvim həftəsinə bərabər müddətdə haqqı ödənilən işə (gəlirə) malik olsunlar.

6.    Axırıncı iş yerindən əmək intizamını pozmaq üstündə azad edilmiş vətəndaşlara işsizlik müavinəti ödənilməsinin şərtləri  müddətləri hər bir konkret halda məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsi tərəfindən müəyyən edilir.

7.    İşsizlik müavinəti işsizin ayda azı iki dəfə yenidən qeydə alınması şərti ilə ayda azı iki dəfə ödənilir.

8.    Yerli xalq deputatları Sovetləri müvafiq büdcələri vəsaiti hesabına müavinətlərin ödənilməsinin daha uzun müddətlərini do təyin edə bilər, yaxud müavinətlərin ödənilməsi müddətlərinin uzadılması şərtlərini nəzərdə tuta b i l ə r.

Maddə 33. Qocalığa görə (yaşa görə) pensiya almaq hüququ verən iş stajı olan vətəndaşlara işsizdik müavinətinin ödənilməsi müddətlərinin uzadılması qaydası

1.    Ümumi əmək stajı qanunvericiliyə müvafiq surətdə qocalığa görə pensiya (o cümlədən güzəştli şərtlərlə pensiya) almaq hüququ verən vətəndaşlara işsizlik müavinəti ödənilməsinin müddəti müəyyən edilmiş 26 təqvim həftəsindən əlavə olaraq, tələb edilən stajdan artıq hər iş ili üçün iki təqvim həftəsi artırılır.

2.    Ümumi əmək stajı 52 təqvim həftəsi ərzində işsizlik müavinəti almaq hüququ verən işsizlərin vaxtından əvvəl (qanunvericilikdə müəyyən edilmiş vaxta iki il qalmış) pensiyaya çıxmaq hüququ vardır.

Maksimum müddətli müavinətin ödənilməsi başa çatdıqdan sonra vətəndaşlar onların vaxtından əvvəl pensiyaya çıxmasını təmin edən yaşa çatmadıqda müavinəti ödənməsi müddəti müvafiq surətdə uzadılır, işsizlik müavinətinin məbləği isə sosial təminat orqanlarının qanunvericiliyə müvafiq surətdə müəyyən etdikləri əmək pensiyası məbləğində təyin edilir.

Maddə 34. İşini və qazancını itirmiş vətəndaşlar üçün işsizlik müavinətinin məbləği

İşini və qazancını itirmiş vətəndaşlara işsiz kimi məşğulluq xidməti idarəsində qeydə alındıqları andan işədüzəlmə məsələsi həll edilənədək aşağıdakı məbləğdə işsizlik müavinəti təyin edilir:

ümumi iş stajı 10 il nə daha çox olduqda: ilk 13 həftə-axırıncı iş yerindəki orta aylıq qazançın 75 faizi, sonrakı 13 həftə - 60 faizi;

ümumi iş stajı 10 ildən az olduqda: ilk 13 həftə - axırıncı iş yerindəki orta aylıq qazançın 70 faizi, sonrakı 13 həftə - 55 faizi; lakin bütün hallarda minimum əmək haqqından az olmamaqla və həmin ərazidəki orta qazancdan çox olmamaqla.

Maddə 35. Silahlı Qüvvələrdən, daxili qoşunlardan və dəmir yolu qoşunlarından, dövlət təhlükəsizliyi və daxili işlər orqanlarından azad edilmiş vətəndaşlar üçün işsizlik müavinətinin məbləği

Silahlı Qüvvələrdən, daxili qoşunlardan və dəmir yolu qoşunlarından, dövlət təhlükəsizliyi və daxili işlər orqanlarından azad edilmiş vətəndaşlar üçün işsizlik müavinətinin məbləği bu Qanunun 34-cü maddəsinə müvafiq surətdə müəyyən edilir.

Maddə 36. İşsiz vətəndaşların başqa kateqoriyaları üçün müavinətin məbləği

İşsiz vətəndaşların başqa kateqoriyalarına, o cümlədən ilk dəfə iş axtaran, habelə uzun (bir ildən çox) fasilədən sonra yenidən əmək fəaliyyətinə başlamağa çalışan vətəndaşlara işsizlik müavinəti minimum əmək haqqı məbləğində verilir.

Maddə 37. Peşə hazırlığını və yenidən hazırlığı başa çatdırmış vətəndaşlar üçün işsizlik müavinətinin  məbləği

Məşğulluq xidməti idarəsinin göndərişi ilə peşə hazırlığını və yenidən hazırlığı başa çatdırdıqdan sonra işsiz hesab olunmuş vətəndaşlar bu Qanunun 34, 35 nə 36-cı maddələrində nəzərdə tutulmuş məbləğdə işsizlik müavinəti almaq hüququna malikdirlər.

Maddə 38. İşsizlik müavinəti       ödənilməsinin dayandırılması və ona xitam verilməsi

Aşağıdakı hallarda işsizlik müavinəti ödənməsi üç ayadək müddətə dayandırıla bilər, yaxud ona xitam verilə bilər:

vətəndaş münasib iş haqqında iki təklifdən, eləcə də məşğulluq xidməti idarəsinin göndərişi ilə peşə hazırlığını (yenidən hazırlığı) başa çatdırdıqdan sonra münasib iş haqqında iki təklifdən imtina etdikdə;

işsizlik müavinəti aldığı dövrdə məşğulluq xidməti idarəsinə bildirmədən müvəqqəti işə düzəldikdə;

vətəndaş bu Qanunun 32-ci maddəsinin 7-ci bəndindəki şərtləri pozduqda;

işsizlik müavinətini aldatma yolu ilə aldıqda;

işsiz statusu olan şəxs azadlıqdan məhrumetmə şəklində cəzaya məhkum edildikdə.

Maddə 39. Maddi yardım

1. İşsizlik müavinəti verilməsinin qanunvericiliklə müəyyən edilmiş müddətinin qurtarması ilə əlaqədar bu müavinəti almaq hüququnu itirən vətəndaşa, habelə vətəndaşın himayəsində olan ailə üzvlərinə mənzildən, kommunal xidmətlərdən, ictimai nəqliyyatdan, səhiyyə və ictimai iaşə xidmətlərindən istifadə etmək üçün dotasiyalar da daxil olmaqla maddi və başqa yardım göstərilə bilər.

2. Respublika büdcəsi və yerli büdcələr hesabına maddi və digər yardım Azərbaycan Respublikasının qanunvericiliyi, yerli xalq deputatları Sovetlərinin qərarları ilə, habelə kollektiv müqavilələrlə (sazişlərlə) nəzərdə tutulmuş qaydada və şərtlərlə göstərilə bilər.

 

VII bölmə

 

"AZƏRBAYCAN RESPUBLİKASINDA ƏHALİNİN MƏŞĞULLUĞU HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN YERİNƏ YETİRİLMƏSİNƏ NƏZARƏT VƏ ONUN POZULMASINA GÖRƏ MƏSULİYYƏT

 

Maddə 40. Nəzarəti həyata keçirən orqanlar

 1. Əhalinin məşğulluğu haqqında qanunvericiliyin yerinə yetirilməsi nə və müəyyən edilmiş sosial təminatlara əməl olunmasına xalq deputatları Sovetləri, müvafiq dövlət orqanları, həmkarlar ittifaqları və başqa ictimai təşkilatlar nəzarət edirlər.

Maddə 41. Qanunun pozulmasına görə məsuliyyət

1.     Azərbaycan Respublikasının qanunvericiliyində bu Qanunun pozulmasına görə intizam məsuliyyəti, inzibati məsuliyyət və cinayət məsuliyyəti müəyyən edilir.

2.     Bu Qanunun 1-ci maddəsinin pozulmasında (əməyə məcburetmə) müqəssir olan şəxslər məhkəmə qaydasında kəsilən min manatdan beş min manatadək çərimə şəklində inzibati məsuliyyət daşıyırlar.

3.     Bu Qanunun 21-ci maddəsinin (4-cü, 5-ci bəndlər) pozulmasında müqəssir olan işverənlər məhkəmə qaydasında kəsilən min manatdan üç min manatadək çərimə şəklində inzibati məsuliyyət daşıyırlar.

4.     Məşğulluq xidməti idarəsinin bu Qanunu poemada müqəssir olan işçiləri işdən azadetmə də daxil olmaqla intizam məsuliyyəti, üç vəzifə maaşınadək məbləğdə çərimə şəklində inzibati məsuliyyət, habelə cinayət məsuliyyəti daşıyırlar.

 

Azərbaycan Respublikasının Prezidenti

A. MÜTƏLLİBOV.

 

Bakı şəhəri, 27 iyun 1991-ci il.

                   ¹ 146-XII.

 



* Bundan sonra – məşğulluq xidməti idarəsi.

* Bundan sonra – minimum əmək haqqı