Azərbaycan
Respublikası xalq deputatının statusu haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasında xalq dövlət hakimiyyətini azad
surətdə seçdiyi xalq deputatlarının simasında
Sovetlər vasitəsilə həyata keçirir. Seçki
dairəsi əhalisinin səlahiyyətli və məsul
nümayəndələri olan Azərbaycan
Respublikasının xalq deputatları xalq özünüidarəsinin
aparıcı qüvvəsi kimi çıxış
edirlər. Seçicilərin ehtiyaclarına, xalq rifahına,
demokratiyanın möhkəmləndirilməsinə, şəxsiyyətin,
əhalinin ictimai qruplarının və
bütövlükdə cəmiyyətin mənafeyinin
uzlaşdırılmasına hər vasitə ilə
qayğı göstərmək deputat fəaliyyətinin
sarsılmaz prinsipidir.
Bu
Qanunla Azərbaycan Respublikası xalq deputatları statusunun,
onların başlıca səlahiyyətlərinin və
deputatlıq fəaliyyəti təminatlarının,
seçicilər qarşısında məsuliyyətinin
ən mühüm hüquqi əsaslarısəmərəli
deputatlıq işinin zəruri şərtləri təsbit
edilmişdir.
I. ÜMUMİ MÜDDƏALAR
Maddə
1. Azərbaycan Respublikası
xalq deputatının statusu haqqında qanunvericilik
Azərbaycan
Respublikası xalq deputatının statusu Azərbaycan
Respublikasının Konstitusiyası ilə, bu Qanunla,
Azərbaycan Respublikasının digər qanunvericilik
aktları ilə müəyyən edilir.
M
a d d ə 2. Azərbaycan
Respublikası xalq deputatının səlahiyyət
müddəti
Azərbaycan
Respublikası xalq deputatının səlahiyyəti onun
Azərbaycan Respublikası xalq deputatı seçildiyi
gündən başlanır və yeni
çağırış Azərbaycan Respublikası xalq
deputatının seçildiyi gündə, yaxud bu Qanunun 9cu
maddəsində nəzərdə tutulmuş hallarda bitir.
Maddə
3. Azərbaycan Respublikası
xalq deputatının deputat vəsiqəsi və döş
nişanı
Azərbaycan
Respublikasının xalq deputatı səlahiyyət
müddəti ərzində deputat vəsiqəsindən və
" Azərbaycan Respublikasının xalq deputatı"
döş nişanından istifadə edir. Azərbaycan
Respublikası xalq deputatının vəsiqəsi və
döş nişanı haqqında əsasnamələri,
onların nümunələrini və təsvirini Azərbaycan
Respublikası Ali Sovetinin Rəyasət heyəti təsdiq edir.
M
a d d ə 4. Azərbaycan
Respublikası xalq deputatının fəaliyyətinin istehsalat
və ya xidmət
vəzifələrinin yerinə yetirilməsi ilə
əlaqələndirilməsi
Azərbaycan
Respublikasının xalq deputatı Azərbaycan
Respublikasının Ali Sovetində, onun komissiyalarında,
habelə seçicilər arasında deputatlıq
fəaliyyətini həyata keçirmək üçün
ona lazım olan müddətə istehsalat və ya xidmət
vəzifələrini yerinə yetirməkdən azad edilmək
ixtiyarına malikdir.
Azərbaycan
Respublikası Ali Soveti daimi komissiyasının tərkibinə
seçilmiş Azərbaycan Respublikasının xalq
deputatı daimi komissiyanın təqdimatı ilə Ali Sovetin
qəbul etdiyi qərarla komissiyanın müəyyən etdiyi
müddət üçün köçürmə
qaydasında istehsalat və ya xidmət vəzifələrini
yerinə yetirməkdən azad edilir.
Ali
Sovetin daimi komissiyasında, habelə seçki
dairəsində işləmək, Azərbaycan Respublikası
Ali Sovetinin, onun orqanlarının
tapşırıqlarını yerinə yetirmək üçün
və başqa hallarda Azərbaycan Respublikası xalq
deputatının istehsalat və ya xidmət
vəzifələrini yerinə yetirməkdən azad
edilməsi qaydasını Azərbaycan Respublikasının Ali
Soveti müəyyən edir.
M
a d d ə 5. Azərbaycan
Respublikası xalq deputatının seçicilərlə
qarşılıqlı münasibətləri
Azərbaycan
Respublikasının xalq deputatı seçicilər
qarşısında məsuliyyət daşıyır və
onlara hesabat verməlidir.
Azərbaycan
Respublikasının xalq deputatı onu deputatliqa namizəd
göstərmiş seçicilər, kollektivlər və
ictimai təşkilatlarla, öz seçki dairəsinin ərazisində
yerləşən başqa müəssisələrin,
idarələrin, təşkilatların kollektivləri,
habelə dövlət orqanları ilə və ictimai orqanlarla
əlaqə saxlayır.
Respublikanın
ali dövlət hakimiyyəti orqanlarında xalqın
səlahiyyətli nümayəndəsi kimi Azərbaycan
Respublikasının xalq deputatı öz statusundan
vətəndaşların hüquqlarına və qanuni
mənafeyinə təminat yaratmaq, onların
şərəfini və ləyaqətini qorumaq üçün
istifadə edir.
Seçicilər
öz deputatlarına tapşırıqlar verirlər.
Azərbaycan Respublikasının xalq deputatı seçicilərin
tapşırıqlarının həyata keçməsinə
çalışır.
Azərbaycan
Respublikasının xalq deputatı seçicilərin
etimadını doğrultmadıqda qanunla müəyyən
edilmiş qaydada geri çağırıla bilər.
M
a d d ə 6. Azərbaycan Respublikası xalq deputatının
Naxçıvan Muxtar Respublikası Ali Sovetinin,
aşağı Sovetlərin işində iştirakı
Azərbaycan
Respublikasının xalq deputatı Naxçıvan Muxtar
Respublikası Ali Sovetinin, yerli xalq deputatları Sovetlərinin
və onların orqanlarının işində
məşvərətçi səs hüququ ilə
iştirak etmək ixtiyarına malikdir.
M
a d d ə 7. Azərbaycan Respublikası xalq deputatlarının
deputat qruplarında və deputat klublarında
birləşmək hüququ
Azərbaycan
Respublikası xalq deputatlarının könüllülük
əsasında daimi və müvəqqəti deputat
qruplarında, deputat klublarında birləşmək hüququ
vardır.
Deputat
qruplarının təşkili və fəaliyyət
qaydası və onların hüquqları Azərbaycan
Respublikası Ali Sovetinin Reqlamenti ilə, Azərbaycan
Respublikasının deputatlıq fəaliyyəti
məsələlərini tənzimləyən digər
qanunları ilə müəyyən edilir.
M
a d d ə 8. Deputat etikası
Azərbaycan
Respublikasının xalq deputatı deputat etikası
normalarını közləməlidir. Xalq deputatının
öz statusundan Azərbaycan Respublikasının,cəmiyyətin,vətəndaşların
mənafeyi zərərinə istifadə etməsi
yolverilməzdir.
Deputat
etikasının pozulduğu halda Azərbaycan Respublikası Ali
Sovetinin tapşırığı ilə Deputat etikası
məsələləri daimi komissiyası xalq
deputatının davranışı məsələsinə
baxır,nəticəsi barədə Ali Sovetə məlumat
verir.
M
a d d ə 9. Azərbaycan Respublikası xalq deputatının
səlahiyyətinə vaxtından əvvəl xitam
verilməsi
Deputatın
qanuna görə Azərbaycan Respublikası xalq
deputatının səlahiyyətini yerinə yetirməsi
ilə bir araya sığmayan vəzifəyə
seçilməsi və ya təyin edilməsi ilə
əlaqədar olaraq, yaxud deputat olan şəxs
barəsində məhkəmənin qanuni qüvvəyə minmiş
ittiham hökmü ilə əlaqədar olaraq, habelə
Azərbaycan Respublikası xalq deputatının Azərbaycan
Respublikasının vətəndaşlığını
itirdiyi halda, Azərbaycan Respublikası Ali Sovetinin qəbul
etdiyi qərara əsasən Azərbaycan Respublikası xalq
deputatının səlahiyyətinə vaxtından əvvəl
xitam verilir.
Səlahiyyətini
yerinə yetirməsinə mane olan səbəblərə
görə,yaxud digər şəxsi səbəblərə
görə səlahiyyətinə vaxtından əvvəl
xitam verilməsi haqqında xalq deputatının şəxsi
ərizəsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası
Ali Sovetinin qəbul etdiyi qərara əsasən Azərbaycan
Respublikası xalq deputatının səlahiyyətinə
vaxtından əvvəl xitam verilə bilər .
Azərbaycan
Respublikası xalq deputatının seçicilər
tərəfindən geri çağırılması
nəticəsində də onun səlahiyyətinə
vaxtından əvvəl xitam verilir.
II.
AZƏRBAYCAN RESPUBLİKASININ ALİ SOVETİNDƏ VƏ ONUN
ORQANLARINDA AZƏRBAYCAN RESPUBLİKASI XALQ DEPUTATININ
FƏALİYYƏTİ
M
a d d ə 10. Azərbaycan Respublikası Ali Sovetinin işində
Azərbaycan Respublikası xalq deputatının iştirakı
Azərbaycan
Respublikası Ali Sovetinin iclaslarında Azərbaycan
Respublikasının xalq deputatları Azərbaycan
Respublikası Konstitusiyasına müvafiq surətdə
Azərbaycan Respublikasının səlahiyyətinə aid olan
bütün məsələləri kollektiv və
sərbəst müzakirə əsasında nəzərdən
keçirir və həll edirlər.
Azərbaycan
Respublikasının xalq deputatı Azərbaycan Respublikası
Ali Sovetinin sessiyalarında, Ali Sovetin seçilmiş olduğu
orqanlarının iclaslarında olmalı, onların
işində fəal iştirak etməlidir.
İclasa
kəlməsi mümkün olmadıqda Azərbaycan
Respublikasının xalq deputatı bu barədə
Azərbaycan Respublikası Ali Sovetinin sədrinə və ya
onun müavininə xəbər verir.
M
a d d ə 11. Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında
Azərbaycan Respublikası xalq deputatının
hüquqları
Azərbaycan
Respublikasının xalq deputatı Azərbaycan Respublikası
Ali Sovetinin sessiyasında nəzərdən keçirilən
bütün məsələlər barəsində
həlledici səs hüququna malikdir.Azərbaycan
Respublikası xalq deputatının ixtiyarı var ki:
Azərbaycan
Respublikası Ali Sovetinin orqanlarına seçsin və
seçilsin;
Azərbaycan
Respublikası Ali Sovetinin yaratdığı orqanların
fərdi tərkibi və Azərbaycan Respublikası Ali Sovetinin
seçdiyi, təyin etdiyi və ya təsdiq etdiyi
vəzifəli şəxslərin namizədlikləri
barəsində fikrini bildirsin;
Azərbaycan
Respublikasının Ali Sovetində baxılmaq
üçün məsələlər təklif etsin;
Azərbaycan
Respublikası Ali Soveti sessiyasının gündəliyi,
məsələlərə baxılması qaydası və
müzakirə edilən məsələlərin mahiyyəti
barəsində təkliflərini və qeydlərini bildirsin;
Azərbaycan
Respublikasının Ali Sovetinə hesabat verməli olan və
ya onun nəzarəti altında olan hər hansı orqanın,
yaxud vəzifəli şəxsin hesabatını və ya
məlumatını Azərbaycan Respublikası Ali Sovetinin
sessiyasında dinləmək haqqında təkliflər
irəli sürsün ;
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan
Respublikası Ali Sovetinin seçdiyi, təyin etdiyi və ya
təsdiq etdiyi vəzifəli şəxslərə etimad
məsələsini qoysun;
qanunların
dövlət orqanları və ictimai orqanlar,
müəsissələr, idarələr və
təşkilatlar tərəfindən icrasının
yoxlanması zərurəti haqqında, Azərbaycan
Respublikasının səlahiyyətinə aid olan hər
hansı məsələ üzrə deputat təhqiqatı
aparılması haqqında Azərbaycan Respublikasının
Ali Sovetində və onun orqanlarında, başqa xalq
deputatları sovetlərində təkliflər versin;
müzakirələrdə
iştirak etsin, sorğularla müraciət etsin,
məruzəçilərə, habelə iclasda sədrlik
edənə suallar versin, cavablar tələb etsin və bunlara
qiymət versin;
öz
təkliflərini əsaslandırmaq üçün və
səsvermə barəsində çıxış etsin, arayışlar
versin;
qanunların,
qərarların və Ali Sovetin digər qərarlarının
layihələrinə düzəlişlər haqqında
təkliflər versin;
dərc
edilməzdən əvvəl öz
çıxışlarının mətnləri ilə
Azərbaycan Respublikası Ali Sovetinin və onun
orqanlarının iclaslarının stenoqramlarında və
protokollarında tanış olsun, habelə dərc edilməli
olmayan çıxışların mətnlərini alsın;
vətəndaşların
ictimai əhəmiyyətli müraciətlərini
Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında elan etsin.
Müzakirələrdə
çıxış etməyən Azərbaycan Respublikası
xalq deputatının öz çıxışının
mətnini, habelə Azərbaycan Respublikası Ali Sovetinin
sessiyasında müzakirə olunan məsələ
barəsində yazılı ifadə edilmiş
təkliflərini və qeydlərini sədrlik edənə
vermək ixtiyarı vardır.
Çıxışın
mətni iclasın stenoqramına daxil edilir və Azərbaycan
Respublikası Ali Soveti sessiyasının stenoqrafik
hesabatında dərc olunur.
Azərbaycan
Respublikası Ali Sovetinin sessiyasında deputatların irəli
sürdükləri təkliflərə və qeydlərə
qanun layihələri işlənib tamamlanarkən və
qəbul edilərkən baxılır və onlar
nəzərə alınır.Bu təkliflər və
qeydlər rədd edilərsə, müvafiq daimi komissiya
deputata əsaslandırılmış cavab verir.
Azərbaycan
Respublikasının xalq deputatı Azərbaycan Respublikası
Ali Sovetinin və ya onun orqanlarının qərarı ilə razılaşmadıqda
özünün xüsusi rəyini iclasda ifadə etmək
üçün üstün hüquqa malikdir.
Bu
maddədə göstərilən hüquqların həyata
keçirilməsi qaydası həmin Qanun, Azərbaycan
Respublikası Ali Sovetinin Reqlamenti, Azərbaycan
Respublikasının digər qanunvericilik aktları ilə
müəyyən edilir.
M
a d d ə 12. Azərbaycan Respublikasının xalq deputatının
qanunvericilik təşəbbüsü hüququ
Azərbaycan
Respublikasının xalq deputatı Azərbaycan Respublikası
Ali Sovetində qanunvericilik təşəbbüsü
hüququna malikdir; bu hüquq yeni qanun hazırlamaq,
Azərbaycan Respublikası Ali Sovetinin müzakirəsinə
Azərbaycan Respublikasının yeni qanunlarının
layihələrini, qüvvədə olan qanunlarının
dəyişdirilməsi haqqında qanun layihələrini
təqdim etmək zərurəti barəsində
məsələ qaldırılması formasında, habelə
Azərbaycan Respublikasının qüvvədə olan
qanunlarında dəyişikliklər edilməsinə dair
təkliflər formasında həyata keçirilə
bilər.
M
a d d ə 13. Deputat sorğusu
Deputat
sorğusu ictimai əhəmiyyəti olan
məsələlər üzrə rəsmi izahat vermək , ya
da rəy bildirmək üçün dövlət
orqanlarına və vəzifəli şəxslərə
sessiyada elan edilən deputat tələbidir.
Azərbaycan
Respublikasının xalq deputatı və ya Azərbaycan
Respublikası xalq deputatları qrupu Azərbaycan Respublikası
Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının,
Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və
idarə orqanlarının qəbul etdikləri
qərarların və başqa aktların pozulması
faktları barəsində, habelə ümumdövlət
əhəmiyyəti olan başqa məsələlər
barəsində Azərbaycan Respublikasının Prezidentinə
,Azərbaycan Respublikası Ali Sovetinin sədrinə,
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ,
Azərbaycan Respublikası Ali Sovetinin təşkil etdiyi və
ya seçdiyi başqa orqanların rəhbərlərinə
Azərbaycan Respublikası Ali Sovetinin sessiyalarında sorğu
ilə müraciət etmək hüququna malikdirlər.
Deputat
sorğusu yazılı şəkildə verilir. Azərbaycan
Respublikasının xalq deputatı və ya onun xahişi
ilə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında
sədrlik edən sorğunu oxuyur.
Sorğu
hansı dövlət orqanına və ya vəzifəli
şəxsə aiddirsə, onlar sorğu ilə
əlaqədar rəsmi cavab verməlidirlər. Sorğuya
yazılı cavab ən keçi üç gün
müddətində və ya Azərbaycan Respublikası Ali
Sovetinin müəyyən etdiyi başqa müddətdə
verilir və Azərbaycan Respublikası Ali Sovetinin həmin sessiyasında
oxunur.
Azərbaycan
Respublikası xalq deputatının ixtiyarı var ki,
vəzifəli şəxsin sorğuya cavabına qiymət
versin.Sorğu ilə əlaqədar müzakirənin
nəticələri üzrə qərar qəbul edilir.
Sorğu,
ona verilən cavab, sorğuya baxılmasının,
nəticələri üzrə Azərbaycan Respublikası Ali
Sovetinin qəbul etdiyi qərar dərc olunur.
M
a d d ə 14. Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında
Azərbaycan Respublikası xalq deputatlarının irəli
sürdükləri təkliflərə və qeydlərə
baxılması qaydası
Azərbaycan
Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan
Respublikası xalq deputatlarının irəli
sürdükləri və ya sədrlik edənə
yazılı şəkildə verdikləri təklifləri
və qeydləri Azərbaycan Respublikasının Ali Soneti
və ya onun daimi komissiyaları nəzərdən
keçirir, yaxud baxılmaq üçün müvafiq
dövlət orqanlarına,ictimai orqanlara və vəzifəli
şəxslərə göndərirlər.
Azərbaycan
Respublikası Ali Sovetinin sessiyasında deputatların irəli
sürdükləri təkliflərin və qeydlərin
göndərildiyi dövlət orqanları və ictimai
orqanlar, habelə vəzifəli şəxslər onlara ən
keçi bir ay müddətində baxmalı və
nəticələr barəsində Azərbaycan
Respublikasının Ali Sovetinə və ya onun müvafiq daimi
komissiyasına, habelə bilavasitə deputata məlumat
verməlidirlər.
Xalq
deputatlarının təkliflərinə və
qeydlərinə baxılmasına və onların həyata
keçirilməsinə Azərbaycan Respublikası Ali Sovetinin
daimi komissiyaları nəzarət edirlər.
M
a d d ə 15. Azərbaycan Respublikası Ali Soveti orqanlarının
işində Azərbaycan Respublikası xalq deputatının
fəaliyyəti
Azərbaycan
Respublikası Ali Soveti orqanlarının tərkibinə daxil
olan xalq deputatının ixtiyarı var ki, istənilən
məsələləri və təklifləri həmin
orqanların müzakirəsinə versin, onların
müzakirəyə hazırlanmasında,
müzakirəsində və onlar barədə qərarlar
qəbul olunmasında iştirak etsin.
Tərkibinə
daxil olduğu Ali Sovet orqanının qərarı ilə
razılaşmadıqda xalq deputatının ixtiyarı var ki,
öz rəyini Ali Sovetin sessiyasında şərh etsin və
ya sədrlik edənə onun barəsində yazılı
məlumat versin.
Ali
Sovetin orqanlarının tərkibinə daxil olan xalq
deputatı onların işində həlledici səs hüququ
ilə iştirak edir.
Ali
Sovetin daimi komissiyasının tərkibinə daxil olmayan xalq
deputatı onun iclaslarında iştirak etmək,
təkliflər vermək, nəzərdən keçirilən
məsələlərin müzakirəsində və
qərarlar qəbul olunmasında məşvərətçi
səs hüququ ilə iştirak etmək ixtiyarına malikdir.
Xalq
deputatının Ali Sovetdə təşkil olunan daimi və
müvəqqəti deputat qruplarına daxil olmağa və
onların tərkibindən sərbəst surətdə
çıxmağa ixtiyarı var.
M
a d d ə 16. Azərbaycan Respublikası Ali Sovetinin və onun
orqanlarının tapşırıqlarının yerinə
yetirilməsində Azərbaycan Respublikası xalq
deputatının iştirakı
Azərbaycan
Respublikası Ali Sovetinin və ya onun orqanlarının
tapşırığı ilə Azərbaycan
Respublikasının xalq deputatı dövlət orqanları
və ictimai orqanlar, müəssisələr, idarələr,
təşkilatlar və vəzifəli şəxslər
tərəfindən qanunların icrasının
yoxlanılmasında iştirak edir. Xalq deputatı
yoxlamaların nəticələri haqqında Azərbaycan
Respublikasının Ali Sovetinə və ya onun orqanlarına
məlumat verir. Zərurət olduqda, aşkara
çıxarılmış qüsurların aradan
qaldırılması, qanunsuz qərarların ləğv
edilməsi, qanunun pozulmasına, Azərbaycan Respublikası Ali
Sovetinin qərarlarının yerinə
yetirilməməsinə yol vermiş şəxslərin
məsuliyyətə cəlb olunması haqqında
təkliflər verir.
M
a d d ə 17. Deputat
təhqiqatı
Azərbaycan
Respublikasının Ali Soveti öz orqanlarının və ya
Azərbaycan Respublikası xalq deputatlarının azı 30
nəfərdən ibarət qrupunun təşəbbüsü
ilə deputat təhqiqatı təyin olunması barədə
qərar qəbul edə bilər.
Bütün
dövlət orqanları və vəzifəli
şəxslər deputat təhqiqatının
aparılmasına lazımi kömək göstərməli,
təhqiqat aparan Azərbaycan Respublikası xalq
deputatının və ya deputat komissiyasının
tələbi ilə məsələnin obyektiv
öyrənilməsi üçün maneəsiz olaraq
məlumat və sənədlər təqdim
etməlidirlər. Deputat təhqiqatı aparan deputatlara izahat
verməkdən boyun qaçırmağa heç kəsin
ixtiyarı yoxdur.
Deputat
təhqiqatının nəticələri Azərbaycan
Respublikası Ali Sovetinin və ya onun orqanlarının
nəzərinə çatdırılır.
III.
AZƏRBAYCAN RESPUBLİKASI XALQ DEPUTATININ SEÇKİ
DAİRƏSİNDƏ FƏALİYYƏTİ
M
a d d ə 18. Azərbaycan Respublikası xalq deputatının
seçki dairəsində işlə əlaqədar
səlahiyyəti
Seçki
dairəsində öz səlahiyyətini həyata
keçirmək məqsədilə Azərbaycan Respublikası
xalq deputatının hüququ var ki:
seçicilərin
mənafelərinə aid hər hansı məsələnin
dövlət hakimiyyəti və idarə orqanlarında,
müvafiq ictimai təşkilatların orqanlarında
müzakirə olunmasında iştirak etsin;
Azərbaycan
Respublikası qanunlarının, Azərbaycan Respublikası Ali
Sovetinin və onun orqanlarının qərarlarının
icrasının təşkilində və icrasına
nəzarətdə iştirak etsin;
qanunların,
habelə vətəndaşların, müəssisə,
idarə və təşkilatların hüquqlarının
və qanuni mənafelərinin pozulması,
süründürməçilik və bürokratizm
təzahürü haqqında vətəndaşların
müraciətlərindən ona məlum olan məlumatları
öz təşəbbüsü ilə yoxlasın, lazım
olduqda dövlət orqanlarının, ictimai
təşkilatların nümayəndələrini bu
işə cəlb. etsin;
dövlət
orqanlarına və ictimai orqanlara, müəssisə, idarə
və təşkilatlara göndərdiyi təklif,
ərizə və şikayətlərə baxılmasına
nəzarət etsin, bunlara baxılmasında şəxsən
iştirak etsin. Dövlət orqanlarının və ictimai
orqanların, müəssisə, idarə və
təşkilatların vəzifəli şəxsləri
deputatın nəzarət fəaliyyətində ona
kömək göstərməlidirlər;
dairə
seçicilərinin yığıncaqlarını və ya
konfranslarını, əmək kollektivləri və ictimai
təşkilatların yerli orqanları ilə
görüşlər keçirsin;
xalq
deputatlarının, seçicilərin müxtəlif
birliklərinin, ictimai ərazi özünüidarə orqanlarının
işində, əmək kollektivlərinin, yaşayış
yerlərində vətəndaşların və qoşun
hissələrində hərbi qulluqçuların yığıncaqlarının
işində iştirak etsin.
M
a d d ə 19. Vətəndaşların təklif, ərizə və
şikayətlərinə Azərbaycan Respublikasının
xalq deputatı tərəfindən baxılması
Azərbaycan
Respublikasının xalq deputatı ona göndərilmiş
təklif, ərizə və şikayətlərə
qanunvericiliklə müəyyən edilmiş qaydada baxır,
bunların düzgün və vaxtında həll edilməsi
üçün tədbirlər görür;
vətəndaşları qəbul edir, ictimai rəyi öyrənir,
müvafiq xalq deputatları Sovetlərinə, zərurət
olduqda isə Azərbaycan Respublikası Ali Sovetinə,
digər dövlət orqanlarına və ictimai orqanlara
təkliflər verir.
Azərbaycan
Respublikasının xalq deputatı seçiciləri qəbul
edərkən onun xahişi ilə dövlət
orqanlarının və ictimai orqanların,
müəssisə, idarə və təşkilatların
rəhbərləri və digər vəzifəli
şəxsləri qəbulda iştirak edirlər.
M
a d d ə 20. Azərbaycan
Respublikası xalq deputatının seçicilər
qarşısında hesabatı
Azərbaycan
Respublikasının xalq deputatı öz işi. haqqında,
seçkiqabağı proqramının yerinə yetirilməsi
və tapşırıqların həyata keçirilməsi
gedişi haqqında ildə azı bir dəfə dairənin
seçiciləri qarşısında, habelə onu
deputatlığa namizəd göstərmiş kollektivlər
və ictimai təşkilatlar qarşısında hesabat
verməlidir.
Azərbaycan
Respublikası xalq deputatının hesabatı
seçicilərin azı 250 nəfərdən ibarət
qrupunun tələbi ilə də keçirilə bilər.
Yerli
hakimiyyət orqanları, ictimai təşkilatlar,
kütləvi informasiya vasitələri Azərbaycan
Respublikası xalq deputatlarının hesabatlarının
işıqlandırılmasını təmin edirlər.
Maddə
21.
Azərbaycan Respublikası xalq deputatının hesabatlar
və seçicilərlə görüşlər
keçirməsində ona kömək göstərilməsi
Azərbaycan
Respublikası xalq deputatının hesabatlar və dairənin
seçiciləri ilə görüşlər
keçirməsi üçün lazımi şərait
təmin edilir. Onun xahişi ilə müvafiq yerli xalq
deputatları Sovetinin rəyasət heyəti və ya icraiyyə
komitəsi, yaxud ictimai təşkilatın yerli orqanları,
müəssisələrin, idarələrin,
təşkilatların müdiriyyəti bina ayırır,
deputatın hesabatının, seçicilərlə
görüşlərinin keçirilmə vaxtı və yeri
haqqında vətəndaşlara məlumat verir, deputatın
dəvəti ilə öz nümayəndələrini
görüşlərdə iştirak etməyə
göndərir, başqa yardım göstərirlər.
Azərbaycan
Respublikası xalq deputatının xahişi ilə
dövlət orqanları və ictimai orqanlar,
müəssisələr, idarələr, təşkilatlar
hesabat və çıxışlar üçün ona
lazımi arayış və informasiya materialları
verirlər.
IV.
SEÇİCİLƏRİN TAPŞIRIQLARI İLƏ
ƏLAQƏDAR İŞİN TƏŞKİLİ
M
a d d ə 22. Azərbaycan
Respublikasının xalq deputatına verilən
tapşırıqlar
Azərbaycan
Respublikasının xalq deputatına verilən
tapşırıqlar dairə seçicilərinin
yığıncaqlarında və ya konfranslarında
görüşlər zamanı xalq deputatlığına
namizədin qəbul etdiyi tapşırıqlardan ibarətdir.
Yalnız
o tapşırıqlar xalq deputatlarına verilmiş
tapşırıqlar kimi nəzərdən keçirilir ki,
onların həyata keçirilməsi respublikanın
dövlət və ya ictimai orqanlarının
səlahiyyətinə aiddir.
M
a d d ə 23.
Tapşırıqların ümumiləşdirilməsi və
nəzərdən keçirilməsi
Seçicilərin
tapşırıqları Azərbaycan Respublikası Ali
Sovetinin Rəyasət heyəti, Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
ümumiləşdirilir və Azərbaycan
Respublikasının Ali Sovetinə təqdim edilir.
Azərbaycan
Respublikasının Ali Soveti Azərbaycan Respublikası Ali
Sovetinin daimi komissiyalarına, Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə, respublikanın digər dövlət
və ictimai orqanlarına göstəriş verə bilər
ki, tapşırıqları qabaqcadan nəzərdən
keçirsinlər və onlara dair müvafiq təkliflər
hazırlasınlar.
Azərbaycan
Respublikasının Nazirlər Kabineti Azərbaycan
Respublikası Ali Soveti daimi komissiyalarının
rəylərini nəzərə almaqla
tapşırıqların yerinə yetirilməsi
üçün ümumi tədbirlər planını
Azərbaycan Respublikası Ali Sovetinin müzakirəsinə
verir.
Azərbaycan
Respublikasının Ali Soveti ayrı-ayrı
tapşırıqların yerinə yetirilməsinin
məqsədəuyğun və ya mümkün
olmadığı barədə qərar qəbul etdikdə
Azərbaycan Respublikasının xalq deputatı həmin
tapşırıqların əlavə öyrənilməsi
məsələsini qaldırmaq və onları təkrar
müzakirəyə vermək ixtiyarına malikdir.
İqtisadi
və sosial inkişafa dair dövlət planları
hazırlanarkən və Azərbaycan Respublikasının
dövlət büdcəsi tərtib olunarkən
tapşırıqlar nəzərə alınır. Onların
həyata keçirilməsi üçün
görüləsi tədbirlər planlarda və
büdcədə xüsusi bölmədə göstərilir.
Maddə
24. Seçicilərin
tapşırıqlarının yerinə yetirilməsinin
təşkili
Azərbaycan
Respublikası Ali Sovetinin icra üçün qəbul etdiyi
tapşırıqların yerinə yetirilməsini
Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər
dövlət orqanları və ictimai orqanlar təmin
edirlər.
Seçicilərin
tapşırıqlarının yerinə yetirilməsinə
Azərbaycan Respublikasının Ali Soveti, onun daimi
komissiyaları, Azərbaycan Respublikasının xalq
deputatları nəzarət edirlər.
Azərbaycan
Respublikasının Nazirlər Kabineti, digər
dövlət
orqanları və ictimai orqanlar tapşırıqlar
üzrə qərarların yerinə yetirilməsi haqqında
Azərbaycan Respublikasının Ali Sovetinə ildə azı
bir dəfə məlumat verirlər.
Azərbaycan
Respublikası Ali Sovetinin daimi komissiyaları
tapşırıqlar üzrə tədbirlərin yerinə
yetirilməsi ilə əlaqədar məsələləri
nəzərdən keçirir, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin, digər dövlət orqanlarının
rəhbərlərinin və vəzifəli
şəxslərin məlumatını dinləyirlər.
Deputat
seçilməmiş namizədlərə verilmiş
tapşırıqlarda irəli sürülən
təkliflərə, habelə seçkiqabağı
yığıncaqlarda irəli sürülmüş və
respublika orqanlarının, yerli orqanların
səlahiyyətinə aid olan təkliflərə
baxılmasını və onların həyata
keçirilməsini müvafiq respublika orqanları, yerli xalq
deputatları Sovetləri təşkil edirlər. Respublika
orqanları, yerli xalq deputatları Sovetlərinin rəyasət
heyətləri həmin təkliflərə baxılmasının
və onların həyata keçirilməsinin
nəticələri haqqında bilavasitə
seçicilərə məlumat verirlər.
M
a d d ə 25. Azərbaycan Respublikası xalq deputatının
seçicilərin tapşırıqları ilə
əlaqədar işdə iştirakı
Azərbaycan
Respublikasının xalq deputatı tapşırıqların
ümumiləşdirilməsində. onların həyata
keçirilməsi üçün tədbirlər
planının hazırlanmasında və
müzakirəsində iştirak edir, tədbirlərin
icrasına nəzarət edir, tapşırıqların
yerinə yetirilməsi gedişi haqqında
seçicilərə məlumat verir.
Xalq
deputatı Azərbaycan Respublikası Ali Sovetinin və ya onun
orqanlarının tapşırığı ilə, habelə
öz təşəbbüsü ilə
tapşırıqların icrasını yoxlayır,
zərurət olduqda mütəxəssisləri də bu
işə cəlb edir. Xalq deputatı yoxlamaların
nəticələri haqqında Azərbaycan
Respublikasının Ali Sovetinə və ya onun orqanlarına,
habelə seçicilərə məlumat verir.
M
a d d ə 26. Tapşırıqlarla
əlaqədar işdə aşkarlıq
Tapşırıqlar
üzrə Azərbaycan Respublikası Ali Sovetinin qəbul
etdiyi qərarlar dərc edilməlidir.
Kütləvi
informasiya vasitələri seçicilərin
tapşırıqlarının yerinə yetirilməsi
gedişini işıqlandırırlar.
V.
DEPUTATLIQ FƏALİYYƏTİ ÜÇÜN ƏSAS
TƏMİNATLAR
M
a d d ə 27. Qanunvericilik
təşəbbüsü hüququnun həyata
keçirilməsi üçün təminatlar
Azərbaycan
Respublikası xalq deputatının qanunvericilik
təşəbbüsü hüququ
aşağıdakılarla təmin edilir:
qanunvericilik
təşəbbüsü qaydasında irəli
sürülmüş təklifin Azərbaycan Respublikası
Ali Sovetinin iclasında hökmən müzakirə olunması
və aşağıdakı qərarlardan birinin qəbul
edilməsi: qanun qəbul edilməsi; yeni qanun layihəsinin
hazırlanmasına başlanması haqqında qərar
qəbul edilməsi; təklif edilmiş qanun layihəsinin
işlənib tamamlanmaq üçün müvafiq daimi
komissiyalara göndərilməsi; qanunvericilik
təşəbbüsünün rədd edilməsinin əsaslandırılması;
Azərbaycan Respublikası xalq deputatının irəli
sürdüyü təkliflərin, habelə qanuna aid bütün
düzəlişlərin mütləq səsə
qoyulması.
M
a d d ə 28. Azərbaycan Respublikası xalq deputatının
vəzifəli şəxslər tərəfindən
təxirə salınmadan qəbul olunmaq hüququ
Deputatlıq
fəaliyyəti məsələləri ilə əlaqədar
olaraq Azərbaycan Respublikasının xalq deputatı rəhbər
işçilər və digər vəzifəli
şəxslər tərəfindən təxirə
salınmadan qəbul olunmaq hüququna, habelə deputat
vəsiqəsini göstərməklə bütün
dövlət orqanlarına və ictimai orqanlara,
müəssisələrə, idarələrə,
təşkilatlara maneəsiz buraxılmaq hüququna malikdir.
M
a d d ə 29. Azərbaycan Respublikası xalq deputatının
müraciətlərinə baxılması sahəsində
vəzifəli şəxslərin borcu
Azərbaycan
Respublikasının xalq deputatı deputatlıq
fəaliyyəti ilə əlaqədar məsələlər
barəsində bütün dövlət orqanlarına və
ictimai orqanlara, müəssisə, idarə və
təşkilatlara, vəzifəli şəxslərə
müraciət etmək və qaldırılmış
məsələlərə baxılmasında iştirak
etmək ixtiyarına malikdir; onlar deputatın
müraciətinə təxirə salmadan, müvafiq
məsələni əlavə öyrənmək və ya
yoxlamaq lazım gəldikdə isə bir aydan keç olmayaraq
cavab verməlidirlər.
Xalq
deputatları Sovetlərinin və onların orqanlarının,
Azərbaycan Respublikası və Naxçıvan Muxtar
Respublikası nazirliklərinin, dövlət
komitələrinin və baş idarələrinin, Nazirlər
Kabinetlərinin səlahiyyətinə daxil olan
məsələlər ilə əlaqədar Azərbaycan
Respublikası xalq deputatının müraciətlərinə
həmin orqanlar tərəfindən baxılmalıdır.
Məsələlərə baxılacağı gün
barəsində deputata qabaqcadan məlumat verilməlidir.
M
a d d ə 30. Azərbaycan Respublikası xalq deputatının
qanunçuluğun pozulması halının aradan
qaldırılmasını tələb etmək hüququ
Dövlət
hakimiyyətinin nümayəndəsi kimi Azərbaycan
Respublikası xalq deputatının yerlərdə pozuntunun
dayandırılmasını tələb etməyə,
zəruri hallarda isə qanunun, vətəndaşların
hüquqlarının və qanuni mənafelərinin
pozulması hallarına son qoymaq barəsində müvafiq
orqanlara və vəzifəli şəxslərə
tələblə müraciət etməyə ixtiyarı
vardır.
Azərbaycan
Respublikası xalq deputatının tələblə
müraciət etdiyi dövlət orqanlarının və
ictimai orqanların, müəssisə, idarə və
təşkilatların vəzifəli şəxsləri
pozuntunun aradan qaldırılması üçün,
zərurət olduqda isə müqəssirlərin məsuliyyətə
cəlb olunması üçün dərhal tədbirlər
görməli, sonra da bu barədə deputata məlumat
verməlidirlər.
Maddə
31. Azərbaycan
Respublikası xalq deputatının məlumat almaq və yaymaq
hüququ
Azərbaycan
Respublikası Ali Sovetinin Katibliyi Azərbaycan
Respublikasının xalq deputatını Azərbaycan
Respublikası Ali Sovetinin sənədləri ilə, habelə
hökumət və dikər dövlət orqanları və
ictimai orqanlar tərəfindən rəsmən yayılan
məlumat və sorğu materialları ilə təmin edir.
Azərbaycan
Respublikasının xalq deputatı müraciət etdikdə
Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Rəyasət
heyəti, yerli xalq deputatları sovetlərinin rəyasət
heyətləri və icraiyyə komitələri, digər
dövlət orqanları və ictimai orqanlar, habelə
vəzifəli şəxslər deputatlıq fəaliyyəti
ilə əlaqədar məsələlər barəsində
ona mütəxəssislərin məsləhətlər verməsini
təmin etməli, təxirə salmadan lazımi məlumat
verməlidirlər.
Deputatlıq
fəaliyyətinin təmin olunması üçün
Azərbaycan Respublikası xalq deputatının seçki
dairəsinin ərazisində yerləşən
müəssisələrin və təşkilatların
surətçıxarma-çoxaltma və hesablama
texnikasından istifadə etməyə hüququ vardır.
Azərbaycan
Respublikasının xalq deputatı özünün
deputatlıq fəaliyyəti məsələləri
barəsində mətbuat orqanlarında, televiziya və radio
ilə çıxış etməkdə üstün
hüquqa malikdir. Deputatın təqdim etdiyi materialların onun
razılığı olmadan redaktə edilməsinə yol
verilmir.
M
a d d ə 32. Azərbaycan
Respublikasının xalq deputatına hüquqi kömək
göstərilməsi
Xalq
deputatları sovetlərinin rəyasət heyətləri,
onların icra və sərəncam orqanları,
müəssisələrin, təşkilatların, elmi
hüquq idarələrinin, tədris
müəssisələrinin müdiriyyəti, hüquq
mühafizə orqanları Azərbaycan Respublikası xalq
deputatının deputatlıq fəaliyyətində
qarşıya çıxan hüquqi
məsələlərdə ona yardım
göstərirlər.
M
a d d ə 33. Azərbaycan Respublikası xalq deputatının
şərəfinin, ləyaqətinin və
şəxsiyyətinin qorunması
Deputatlıq
vəzifələrinin icrasına mane olmaq, yaxud kiminsə
xeyrinə qərar qəbul edilməsinə nail olmaq
məqsədilə Azərbaycan Respublikasının xalq
deputatına və ya onun yaxın qohumlarına hər hansı
şəkildə təsir göstərilməsi, habelə xalq
deputatının təhqir edilməsi, ona böhtan
atılması Azərbaycan Respublikası qanunvericiliyinə
uyğun surətdə inzibati məsuliyyətə və ya
cinayət məsuliyyətinə səbəb olur.
M
a d d ə 34. Azərbaycan
Respublikası xalq deputatının toxunulmazlığı
Azərbaycan
Respublikasının xalq deputatı Azərbaycan Respublikası
Ali Sovetinin razılığı olmadan cinayət
məsuliyyətinə cəlb oluna bilməz, həbs edilə
bilməz və ya məhkəmə qaydasında tətbiq
edilən inzibati tənbeh tədbirlərinə məruz qoyula
bilməz.
Azərbaycan
Respublikasının xalq deputatı barəsində cinayət
işi yalnız Azərbaycan Respublikasının Baş
prokuroru tərəfindən qaldırıla bilər.
Xalq
deputatının məcburi qaydada gətirilməsinə,
saxlanılmasına,yaxud onun azadlığının hər
hansı formada məhdudlaşdırılmasına, eləcə
də şəxsi əşyasının, baqajının,
nəqliyyatının, yaşayış və ya xidmət
sahəsinin yoxlanılmasına, götürülməsinə
və zəbt edilməsinə yol verilmir.
Azərbaycan
Respublikasının xalq deputatı deputat səlahiyyətinin
icrası dövründə qanunun pozulmasına yol verməsi barədə
ona qarşı irəli sürülmüş ittihama
görə səlahiyyət müddəti qurtardıqdan sonra
məsuliyyətə yalnız Azərbaycan
Respublikasının xalq deputatı barəsində qanunla
nəzərdə tutulmuş qaydada cəlb edilə bilər.
M
a d d ə 35. Azərbaycan Respublikasının xalq deputatını
məsuliyyətə cəlb etmək üçün
razılıq alınması qaydası
Azərbaycan
Respublikasının Baş prokuroru Azərbaycan
Respublikasının xalq deputatını cinayət
məsuliyyətinə cəlb etməyə, həbs
etməyə və ya məhkəmə qaydasında inzibati
tənbeh tədbirləri tətbiq etməyə Azərbaycan
Respublikası Ali Sovetinin razılığını almaq
üçün deputata qarşı ittiham irəli
sürməzdən, onu həbsə almaqdan ötrü sanksiya
verməzdən və ya inzibati hüquq pozuntusu haqqında
işi məhkəməyə göndərməzdən
əvvəl Azərbaycan Respublikasının Ali Sovetinə təqdimat
verir.
Azərbaycan
Respublikasının Ali Soveti təqdimata bir aydan keç
olmayaraq baxır.
Zərurət
olduqda Azərbaycan Respublikasının Baş prokurorundan
əlavə materiallar tələb edilə
bilər.Barəsində təqdimat verilmiş Azərbaycan
Respublikası xalq deputatının məsələyə
baxılmasında iştirak etməyə ixtiyarı vardır.
Azərbaycan Respublikasının Ali Soveti
əsaslandırılmış qərar qəbul edir və onun
barəsində üç gün müddətində
Azərbaycan Respublikasının Baş prokuroruna məlumat
verir.
Əsaslar
olduqda Azərbaycan Respublikasının Ali Soveti öz
qərarını dəyişdirə bilər.
İş
üzrə icraatın qurtardığı gündən sonra
üç gün ərzində Azərbaycan
Respublikasının Baş prokuroru istintaqın və ya
işə baxılmasının nəticələri
haqqında Azərbaycan Respublikasının Ali Sovetinə
məlumat verməlidir.
Maddə
36. Azərbaycan Respublikası xalq deputatının əmək
hüquqları, nizamnamələr və
əsasnamələrlə tənzimlənən
xidmətdəki hərbi qulluqçular və
vətəndaşların digər kateqoriyaları
sırasından olan Azərbaycan Respublikası xalq
deputatının hüquqları üçün təminatlar
Azərbaycan
Respublikasının xalq deputatı öz səlahiyyəti
dövründə, habelə səlahiyyəti qurtardıqdan
sonra iki il ərzində Azərbaycan Respublikası Ali Sovetinin
razılığı olmadan müəssisədə,
idarədə və ya təşkilatda işdən azad
edilə bilməz, kolxozdan, başqa kooperativdən, tədris
müəssisəsindən xaric edilə bilməz və ya
intizam tənbehi qaydasında azmaaşlı işə
keçirilə bilməz.
Nizamnamələr
və əsasnamələrlə tənzimlənən
xidmətdəki hərbi qulluqçular və
vətəndaşların digər kateqoriyaları
sırasından olan Azərbaycan Respublikasının xalq
deputatı öz razılığı olmadan
müdiriyyətin və ya komandanlığın
təşəbbüsü ilə xidmətdən azad edilə
bilməz, vəzifəsi, rütbəsi aşağı
salına bilməz, habelə onun iş yeri
dəyişdirilə bilməz. Ona növbəti zabitlik
rütbəsi və ya tutduğu vəzifəyə
görə zabitlik rütbəsinə bərabər xüsusi
rütbə verilməsi ləngidilə bilməz.
Deputat
səlahiyyətini həyata keçirmək üçün
istehsalat və ya xidmət vəzifələrindən azad
edilmiş Azərbaycan Respublikasının xalq deputatına bu
müddət qurtardıqdan sonra həmin müəssisədə,
idarədə, təşkilatda əvvəlki iş
(vəzifə), belə iş olmadıqda isə onun
razılığı ilə başqa
müəssisədə, idarədə, təşkilatda
əvvəlkinə bərabər başqa iş
(vəzifə) verilir.
Fəaliyyəti
nizamnamələr və əsasnamələrlə
tənzimlənən hərbi qulluqçular və digər
qulluqçular sırasından olan, xidmət
vəzifələrini yerinə yetirməkdən azad edilmiş
Azərbaycan Respublikasının xalq deputatı həqiqi
hərbi və ya digər xidmət yeri saxlanmaqla Azərbaycan
Respublikasının Ali Sovetinə ezam edilir, Azərbaycan
Respublikası Ali Sovetinin orqanlarında maaşlı iş
müddəti qurtardıqdan sonra isə öz
razılığı ilə əvvəllər tutduğu
vəzifədə, ona bərabər və ya daha yüksək
vəzifədə xidməti davam etdirmək üçün
müvafiq nazirliklərin və baş idarələrin
sərəncamına göndərilir.
Azərbaycan
Respublikası xalq deputatının səlahiyyət
müddəti ümumi və fasiləsiz iş, xidmət
stajına, əvvəlki ixtisas üzrə iş stajına
daxil edilir.
Azərbaycan
Respublikası xalq deputatının tutduğu
vəzifəyə təyin edilmək qaydasında işə
götürülmüş işçi ilə
müddətli əmək müqaviləsi bağlanır,
deputat əvvəlki işinə qayıtdıqda bu
müqavilə ləğv edilir.
Maddə
37. Azərbaycan Respublikası
xalq deputatının öz səlahiyyətini həyata
keçirməsi üçün maddi-maliyyə
şəraitinin təmin edilməsi
Azərbaycan
Respublikası xalq deputatının deputatlıq
fəaliyyəti ilə əlaqədar xərcləri
Azərbaycan Respublikası Ali Sovetinin müəyyən etdiyi
qaydada və məbləğdə ödənilir.
İstehsalat
və ya xidmət vəzifələrini yerinə
yetirməkdən azad edilmiş və Azərbaycan
Respublikasının Ali Sovetinə,yaxud onun orqanlarına
işə keçirilmiş Azərbaycan Respublikasının
xalq deputatına deputatlıq vəzifələrini yerinə
yetirdiyi müddət üçün Azərbaycan
Respublikası Ali Sovetinin müəyyən etdiyi məbləğdə
əmək haqqı verilir.
Yerli
xalq deputatları sovetlərinin rəyasət heyətləri,
icraiyyə komitələri Azərbaycan Respublikasının
xalq deputatına deputatlıq səlahiyyətini həyata
keçirmək üçün avadanlıqla, rabitə
vasitələri ilə təchiz edilmiş ayrıca otaq verirlər.
Azərbaycan Respublikası xalq deputatının mehmanxanalarda
növbədənkənar yer almağa hüququ vardır.
M
a d d ə 38. Azərbaycan
Respublikası xalq deputatının pulsuz gediş-gəliş
hüququ
Azərbaycan
Respublikası ərazisində Azərbaycan
Respublikasının xalq deputatı bütün daxili dəmir
yolu, hava, avtomobil, su yollarında, şəhər
sərnişin nəqliyyatının bütün
növlərindən (taksidən başqa) pulsuz
gediş-gəliş hüququndan, habelə
növbədənkənar gediş-gəliş
sənədləri əldə etmək hüququndan
istifadə edir. Bu hüquqlar Birinci qrup əlil olan
Azərbaycan Respublikası xalq deputatını
müşayiət edən şəxsə də şamil
edilir. Yerli xalq deputatları Sovetləri,
müəssisələr, idarələr, təşkilatlar
Azərbaycan Respublikasının xalq deputatına deputatlıq
vəzifələrini yerinə yetirərkən gediş-gəliş
üçün nəqliyyat vasitəsi verməlidirlər.
M
a d d ə 39. Azərbaycan
Respublikası xalq deputatlarının məzuniyyətləri
Azərbaycan
Respublikasının xalq deputatına hər il 36 iş
günü müddətində ödənişli
məzuniyyət verilir; qanunvericilikdə daha uzunmüddətli
məzuniyyətin nəzərdə tutulduğu hallar da
vardır. Məzuniyyətin ödənilməsi
qaydasını Azərbaycan Respublikasının Ali Soveti
müəyyən edir.
M
a d d ə 40. Azərbaycan Respublikasının xalq deputatına
xidməti mənzil sahəsi verilməsi
Azərbaycan
Respublikası Ali Soveti daimi komissiyasının tərkibinə
və ya onun digər orqanlarına seçilmiş və
bununla əlaqədar olaraq istehsalat, yaxud xidmət
vəzifələrini yerinə yetirməkdən azad
edilmiş, Bakıda daimi yaşayış yeri olmayan
Azərbaycan Respublikasının xalq deputatına ailə
üzvləri ilə birlikdə yaşamaq üçün
müvəqqəti xidməti mənzil sahəsi verilir.
Deputatın
və onun ailə üzvlərinin daimi yaşayış yerində
tutduqları mənzil sahəsi bu dövrdə
saxlanılır.
M
a d d ə 41. Azərbaycan
Respublikası xalq deputatının köməkçiləri
haqqında
Azərbaycan
Respublikası xalq deputatının deputatlıq
səlahiyyətini həyata keçirməsində ona
təşkilati-texniki yardım və elmi-məsləhət
yardımı göstərilməsi üçün
müəssisələrin, idarələrin,
təşkilatların ştatında olan və ya deputatın
xahişi ilə yerli xalq deputatları Sovetləri icraiyyə
komitələrinin ştatlarına daxil edilən
köməkçi-katiblər saxlamaq hüququ vardır.
Azərbaycan
Respublikası xalq deputatının ictimai əsaslarla
işləyən köməkçiləri də ola
bilər.
Köməkçilərin
iş şərtləri» və qaydası əmək
qanunvericiliyi və Azərbaycan Respublikası xalq
deputatının köməkçiləri haqqında
Azərbaycan Respublikasının Ali Soveti tərəfindən
təsdiq edilən Əsasnamə ilə tənzimlənir.
M
a d d ə 42. Deputatlıq səlahiyyətinin yerinə yetirilməsi
ilə əlaqədar xərclərin ödənilməsi
Bu
Qanunla nəzərdə tutulmuş xərclər, o
cümlədən Azərbaycan Respublikası xalq deputatı
səlahiyyətinin yerinə yetirilməsi ilə
əlaqədar müəssisələrin, idarələrin,
təşkilatların,habelə yerli xalq deputatları
Sovetlərinin çəkdikləri xərclər Azərbaycan
Respublikası Ali Sovetinin büdcəsi hesabına
ödənilir.
M
a d d ə 43. Bu Qanunun tələblərini yerinə yetirməmək
üstündə vəzifəli şəxslərin
məsuliyyəti
Azərbaycan
Respublikası xalq deputatının öz səlahiyyətini
maneəsiz və səmərəli həyata keçirməsi
üçün Azərbaycan Respublikası şərait
təmin edir, onun hüquqlarını, şərəfini
və ləyaqətini qoruyur.
Dövlət
orqanlarının və ictimai orqanların,
müəssisələrin, idarələrin və
təşkilatların xalq deputatı qarşısında
öz vəzifələrini yerinə yetirməyən, onun
işinə mane olan, ona qəsdən yanlış məlumat
verən, deputatlıq fəaliyyəti üçün
təminatları pozan vəzifəli şəxsləri qanuna
müvafiq surətdə məsuliyyət daşıyırlar.
Azərbaycan
Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV.
Bakı
şəhəri, 27 iyun 1991-ci il.
¹ 149-XII.