Azərbaycan Respublikası Nazirlər Kabinetinin SSRİ Nazirlər Kabineti yanında Daimi nümayəndəliyinin Azərbaycan Respublikasının Moskva şəhərində Səlahiyyətli nümayəndəliyinə çevrilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar olaraq və suveren respublikanı təmsil edən orqan kimi daimi nümayəndəliyin funksiyalarını səmərəli şəkildə həyata keçirmək məqsədi ilə və Azərbaycan Respublikası ilə SSRİ-nin dövlət hakimiyyət və idarəetmə orqanları arasında keyfiyyətcə yeni qarşılıqlı münasibətləri nəzərdə tutaraq qərara alıram:

1. SSRİ Nazirlər Kabineti yanında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Daimi nümayəndəliyi Azərbaycan Respublikasının Moskva şəhərində Səlahiyyətli nümayəndəliyinə çevrilsin.

2. Ümumi say tərkibi və büdcə təxsisatlarının normativləri Azərbaycan Respublikasının. Moskvada Səlahiyyətli nümayəndəliyinin sərəncamında saxlansın.

3. Zaur Paşa oğlu Rüstəmzadə yoldaş Azərbaycan Respublikasının Səlahiyyətli nümayəndəsi təyin edilsin.

4.  Z. P. Rüstəmzadə yoldaşa tapşırılsın ki, Azərbaycan Respublikasının Moskva şəhərində Səlahiyyətli nümayəndəliyi haqqında əsasnamənin layihəsini təsdiq olunmağa təqdim etsin və nümayəndəliyin strukturuna dair təkliflər versin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Moskva şəhərində Səlahiyyətli nümayəndəliyinin maliyyə təminatına və onun fəaliyyətinin başqa məsələlərinə dair təklifləri nəzərdən keçirsin nə yerinə yetirsin.

 

Azərbaycan Respublikasının Prezidenti

A. MÜTƏLLİBOV.

 

Bakı şəhəri, 28 iyul 1991-ci il.

                  278.