Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq barəsində[1]

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası 1999-cu il sentyabrın 15-də Pekin şəhərində imzalanmış Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna bəyanatla (bəyanatın mətni əlavə olunur) qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2004-cü il

¹ 701-IIQ

 

ÜMUMDÜNYA POÇT KONVENSİYASI

 

İttifaqın üzvü olan ölkələrin Hökumətlərinin aşağıda imza etmiş Səlahiyyətli nümayəndələri Ümumdünya Poçt İttifaqının Vyanada 1964-cü il iyulun 10-da qəbul edilmiş Nizamnaməsinin 22-ci maddəsinin 3-cü paraqrafına əsasən bu Konvensiyada beynəlxalq poçt xidmətinə tətbiq edilən qaydaları, qarşılıqlı razılaşma ilə və xatırladılan Nizamnamənin 25-ci maddəsinin 4-cü paraqrafında göstərilən şərt daxilində işləyib hazırlamışlar.

 

Birinci hissə

 

BEYNƏLXALQ POÇT XİDMƏTİNƏ TƏTBİQ EDİLƏN ÜMUMİ QAYDALAR

 

Müstəsna fəsil

 

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1

Universal poçt xidməti

 

1.  İttifaqın poçt ərazisinin vahidliyi anlayışının möhkəmləndirilməsi məqsədilə üzv ölkələr, onların bütün ərazisində göstərilən əsas poçt xidmətləri təklifinə uyğun olan universal poçt xidmətini bütün istifadəçilərin (müştərilərin) əlverişli qiymətlərlə ala bilməsi hüququna malik olmalarına böyük diqqət yetirirlər.

2.  Bunun üçün üzv ölkələr öz milli poçt qanunvericiliyi çərçivəsində və ya digər adi vasitələrlə müvafiq poçt xidmətlərinin əhəmiyyətini, eləcə də əhalinin tələbatını və öz milli şəraitini eyni vaxtda nəzərə almaqla, keyfiyyət və münasib qiymət şərtlərini müəyyənləşdirir.

 

3. Üzv ölkələr universal poçt xidmətinin göstərilməsi həvalə olunmuş operatorlar tərəfindən xidmətin göstərilməsinə və keyfiyyət standartlarına əməl edilməsinə xüsusi diqqət yetirirlər.

 

Maddə 2

Tranzit azadlığı

1.  Tranzit azadlığı prinsipi Nizamnamənin birinci maddəsində şərh olunmuşdur. Bu prinsipə görə hər bir Poçt müdiriyyəti həmişə ən sürətli yollarla və öz göndərişləri üçün tətbiq etdiyi ən etibarlı vasitələrdən istifadə etməklə, digər Poçt müdiriyyəti tərəfindən ona ötürülən bağlı depeşləri və açıq tranzitlə göndərilən məktub korrespondensiyası göndərişlərini təyinatı üzrə göndərməyə borcludur.

2.  İçərisində tezkorlanan bioloji və radioaktiv maddələr olan məktubların mübadiləsində iştirak etməyən üzv ölkələr, belə göndərişləri öz ərazisindən buraxmamaq hüququna malikdir. Bu müddəa eləcə də məktublar, poçt kartları və sekoqramlar istisna edilməklə, nəşr olunma və ya keçdiyi ölkədə dövriyyə şərtlərini müəyyənləşdirən qanuni əsasları kifayət qədər olmayan məktub korrespondensiyası göndərişlərinə aid edilir.

3.  Yerüstü və dəniz yollan ilə göndərilən poçt bağlamalarının tranzit sərbəstliyi bu xidmətdə iştirak edən ölkələrin əraziləri ilə məhdudlaşdırılır.

4.  Aviabağlamaların tranzit sərbəstliyinə İttifaqın bütün ərazisində zəmanət verilir. Lakin poçt bağlamaları xidmətində iştirak etməyən üzv ölkələr aviabağlamaların yerüstü yolla göndərilməsini təmin etməyə borclu ola bilməzlər.

5.  Əgər hər hansı bir üzv ölkə tranzit azadlığı barədə müddəalara əməl etmirsə, qalan üzv ölkələr bu ölkə ilə poçt əlaqələrini dayandırmaq hüququna malikdir.

 

Maddə 3

Poçt göndərişlərinin mənsubiyyəti

 

1. Hər bir poçt göndərişi, təyinat ölkəsinin qanunvericiliyi əsasında bu göndərişin tutulub saxlanılması halları istisna edilməklə, ünvan sahibinə çatdırdığı ana qədər göndəriciyə məxsusdur.

 

Maddə 4

Yeni xidmətin təşkili

 

1. Ümumi razılıq əsasında, Poçt müdiriyyətləri İttifaq Aktları ilə konkret nəzərdə tutulmamış yeni xidmət təşkil edə bilər. Yeni xidmətə aid tariflər, hər bir maraqlı Müdiriyyət tərəfindən, xidmətin istismar xərcləri nəzərə alınmaqla təyin edilir.

 

Maddə 5

Pul vahidi

 

1. Nizamnamənin 7-ci maddəsində nəzərdə tutulmuş və Konvensiyada, digər İttifaq Aktlarında istifadə edilən pul vahidi Xüsusi Alğı Hüququ (XAH) adlanır.

 

Maddə 6

Poçt markaları

 

1.  Yalnız Poçt müdiriyyətləri İttifaq Aktlarına uyğun olaraq ödənişi təsdiq edən poçt markaları buraxır. Poçt ödəniş nişanları, frankirə maşınlarının ottiskləri, mətbəə ottiskləri və ya məktub korrespondensiyası Reqlamentinə uyğun olan digər çap və ştempelləmə üsulları ilə alınan ottisklər yalnız Poçt müdiriyyətinin icazəsi əsasında işlədilə bilər.

2.  Poçt markalarının mövzu və süjetləri ÜPİ Nizamnaməsinin preambulasının ruhuna və İttifaq orqanlarının qəbul etdikləri qərarlara uyğun olmalıdır.

 

Maddə 7

Tariflər

 

1.  Müxtəlif beynəlxalq və xüsusi Poçt xidmətlərinə aid olan tariflər Poçt müdiriyyətləri tərəfindən, Konvensiya və Reqlamentlərdə şərh olunmuş prinsiplərə uyğun olaraq müəyyənləşdirilir. Tariflər, prinsipcə, bu xidmətlərin göstərilməsinə uyğun olan dəyərlərlə bağlı olmalıdır.

2.  Aktlarda oriyentir kimi göstərilən tariflər daxil olmaqla, tətbiq edilən tariflər, eyni xüsusiyyətlərə (kateqoriya, miqdar, işlənilmə müddəti və s.) malik daxili rejim göndərişlərinə tətbiq edilən tariflərə, ən azı bərabər olmalıdır.

3.  Poçt müdiriyyətlərinə Aktlarda göstərilən bütün tarifləri, oriyentir kimi göstərilməyən tariflər də daxil olmaqla, qaldırmağa icazə verilir:

3.1.  Əgər eyni xidmətlər üçün onların daxili rejimdə tətbiq etdikləri tariflər təyin olunmuş tariflərdən yüksəkdirsə;

3.2.  Əgər bu, xidmətin istismar xərclərinin bağlanılması üçün və ya hər hansı digər bir məntiqi səbəbə görə zəruridirsə.

4.  Tariflərin, 2-ci paraqraf üzrə təyin edilmiş minimal həddə əlavə olaraq, Poçt müdiriyyətləri öz ölkələrində qəbul edilmiş məktub korrespondensiyası göndərişləri üçün daxili qanunvericiliyə əsaslanmış daha aşağı tariflər tətbiq etmək hüququna malikdir. Xüsusi halda onlar böyük poçt mübadiləsinə malik olan müştərilərinə güzəştli tariflər təqdim etmək hüququna malikdir.

5.  Müştərilərdən, Aktlarda nəzərdə tutulduğundan başqa, hər cür poçt tariflərinin alınması qadağandır.

6.  Hər bir Poçt müdiriyyəti almış olduğu tarifləri, Aktlarda nəzərdə tutulmuş hallar istisna olunmaqla, öz xeyrinə saxlayır.

 

Maddə 8

Pulsuz göndərilmə

 

1.   Prinsip

1.1. Pulsuz göndərilmənin konkret halları Konvensiyada nəzərdə tutulmuşdur.

2.   Xidməti yazışma

2.1. Xidməti yazışmaya aid olan, Poçt müdiriyyətləri və ya onların müəssisələri tərəfindən aviayolla, yerüstü yolla, yaxud yerüstü olaraq aviayolla (S.A.L.) göndərilən məktub korrespondensiyası göndərişləri bütün poçt rüsumlarından azaddır.

2.2. Poçt xidmətinə aid aşağıdakı məktub korrespondensiyası göndərişləri, əlavə aviatariflər istisna olmaqla, bütün poçt tariflərindən azaddır:

2.2.1.  Ümumdünya Poçt İttifaqı orqanları və regional İttifaqların orqanları arasında mübadilə olunan göndərişlər;

2.2.2.  bu ittifaqların orqanları arasında mübadilə olunan göndərişlər;

2.2.3.  göstərilən orqanlar tərəfindən Poçt müdiriyyətlərinə və ya onların müəssisələrinə göndərilən göndərişlər.

2.3. Aşağıda adları çəkilən təşkilatlar arasında mübadilə olunan poçt xidmətinə aid bağlamalar bütün poçt tariflərindən azad edilir:

2.3.1.  Poçt müdiriyyətləri;

2.3.2.  Poçt müdiriyyətləri və Beynəlxalq büro;

2.3.3.  üzv ölkələrin poçt müəssisələri;

2.3.4.  poçt müəssisələri və Poçt müdiriyyətləri.

2.4. Beynəlxalq bürodan göndərilənlər istisna olmaqla, aviabağlamalara əlavə aviatariflər tətbiq edilmir.

3. Hərbi əsirlər və internə edilmiş mülki şəxslər

3.1.  Hərbi əsirlərə ünvanlanan və ya onlar tərəfindən bilavasitə və ya məktub korrespondensiyası Reqlamentində nəzərdə tutulmuş təşkilatların vasitəçiliyi ilə göndərilən məktub korrespondensiyası göndərişləri, poçt bağlamaları və poçt maliyyə xidmətlərinin göndərişləri, əlavə aviatariflər istisna olmaqla, bütün poçt tariflərindən azad edilir. Müharibə aparan tərəfə mənsub, neytral ölkədə qəbul və internə edilmiş şəxslər, əvvəlki müddəaların onlara tətbiq edilməsi zamanı, bu sözün birbaşa mənasında hərbi əsirlərə bərabər tutulur.

3.2.  3.1-ci paraqrafda nəzərdə tutulmuş müddəalar, digər ölkələrdən göndərilən və müharibə vaxtı mülki əhalinin qorunması barədə 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasında nəzərdə tutulmuş internə edilmiş mülki şəxslərə ünvanlanan və ya bu şəxslər tərəfindən bilavasitə, yaxud məktub korrespondensiyası Reqlamentində göstərilmiş təşkilatların vasitəçiliyi ilə göndərilən məktub korrespondensiyası göndərişlərinə, poçt bağlamalarma və poçt maliyyə xidmətləri göndərişlərinə də tətbiq edilir.

3.3.  Məktub korrespondensiyası Reqlamentində nəzərdə tutulmuş təşkilatlar 3.1 və 3.2-ci paraqraflarda göstərilən şəxslərə aid olan məktub korrespondensiyası göndərişlərini, poçt bağlamalarını və poçt maliyyə xidmətləri göndərişlərini, onların bu göndərişləri bilavasitə və ya vasitəçi kimi almasından və ya göndərməsindən asılı olmayaraq, həmçinin pulsuz göndərmək hüququna malikdir.

3.4.  Çəkisi 5 kq-a qədər olan bağlamaların pulsuz göndərilməsinə icazə verilir. Tərkibi bölünməz olan və eləcə də bir düşərgəyə və ya onun vəkalətli şəxslərinə, əsirlər arasında bölüşdürmək üçün ünvanlanan göndərişlərin maksimum çəkisi 10 kq-a qədər artırılır.

4. Sekoqramlar

4.1. Sekoqramlar, əlavə aviatariflər istisna olmaqla, bütün poçt rüsumlarından azad edilir.

 

Maddə 9

Poçtun təhlükəsizliyi

 

1.  Poçt xidmətinə münasibətdə müştəri inamını saxlamaq və yüksəltmək, bununla da bazarda rəqabət üstünlüyünə nail olmaq üçün, Poçt müdiriyyətləri poçt istismarının bütün səviyyələrində təhlükəsizlik sahəsində fəaliyyət strategiyasını təsdiq edir və həyata keçirir.

2.  Bu strategiyanın məqsədləri aşağıdakılar olmalıdır:

2.1.  istismar xidmətinin keyfiyyətini bütövlükdə yaxşılaşdırmaq;

2.2.  təhlükəsizliyin əhəmiyyətini əməkdaşların daha çox dərk etmələri;

2.3.  təhlükəsizlik xidmətini yaratmaq və ya gücləndirmək;

2.4.  istismara, təhlükəsizliyə və bu sahədə aparılan tədqiqatlara dair məlumatın vaxtlı-vaxtında yayılmasını təmin etmək;

2.5.  dünyada poçt xidmətinin keyfiyyətinin yüksəldilməsinə və təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəldilmiş qanunların, qayda və xüsusi tədbirlərin qanunvericilər tərəfindən qəbul olunması üçün şərait yaratmaq.

 

İkinci hissə

 

MƏKTUB KORRESPONDENSİYASINA VƏ POÇT BAĞLAMALARINA TƏTBİQ EDİLƏN QAYDALAR

 

Fəsil 1

 

XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ

 

Maddə 10

Əsas xidmətlər

 

1.  Poçt müdiriyyətləri məktub korrespondensiyası göndərişlərinin qəbulu, işlənilməsi, daşınması və çatdırılmasını təmin edirlər. Onlar eyni xidmətləri poçt bağlamaları üçün də, Konvensiya müddəaları əsasında, yaxud öz müştərilərinə daha sərfəli olan hər hansı digər vasitədən istifadə etməklə, çıxan bağlamalar üçün ikitərəfli saziş əsasında göstərirlər.

2.  Məktub korrespondensiyası göndərişləri aşağıdakı iki sistemdən birinə uyğun olaraq təsnifləndirilir. Hər bir Poçt müdiriyyəti öz çıxış mübadiləsinə tətbiq etmək üçün sistem seçməkdə sərbəstdir.

3.  Birinci sistem göndərişlərin işlənilmə sürətinə əsaslanır. Bu halda göndərişlər aşağıdakılara bölünür:

3.1. prioritet göndərişlər: ən tez yolla (hava və yerüstü) prioritet qaydada daşınan göndərişlər; çəki limitləri: adətən 2 kq; lakin Müdiriyyətlər öz müştərilərindən bu kateqoriyalı göndərişləri qəbul etdiyi hallarda - 5 kq; kitab və broşürlərdən ibarət göndərişlər üçün - 5 kq (fakültativ xidmət), sekoqramlar üçün - 7 kq;

3.2. qeyri-prioritet göndərişlər: göndəricinin seçdiyi daha aşağı tariflərə görə, daha uzun çatdırma müddəti olan göndərişlər; çəki limitləri 3.1-ci paraqrafda göstərilənlərlə eynidir.

4. İkinci sistem göndərişlərin tərkibinə əsaslanır. Bu halda göndərişlər aşağıdakılara bölünür:

4.1.  birgə olaraq "LC" adlanan məktub və poçt kartları; çəki limiti: 2 kq, lakin Müdiriyyətlər öz müştərilərindən bu kateqoriyalı göndərişləri qəbul etdiyi hallarda - 5 kq;

4.2.  bütövlükdə "AO" adlanan çap nəşrləri, sekoqramlar və kiçik paketlər; çəki limitləri: kiçik paketlər üçün - 2 kq, lakin Müdiriyyətlər öz müştərilərindən bu kateqoriyalı göndərişləri qəbul etdiyi hallarda - 5 kq; çap nəşrləri üçün - 5 kq, sekoqramlar üçün - 7 kq.

5.  İçərisində çap nəşrləri (qəzetlər, dövri nəşrlər, kitablar və digər nəşrlər) olan eyni bir alıcıya ünvanlanan eyni təyinatlı xüsusi kisələr hər iki sistemdə "M kisələr" adlanır; çəki limiti: 30 kq.

6.  Hər birinin çəkisi 20 kq-dan artıq olan bağlamaların mübadiləsi fakültətivdir (könüllüdür) və bu zaman hər bir bağlamanın maksimal çəkisi 50 kq-dan artıq ola bilməz.

7.  Bir qayda olaraq, bağlamalar ünvançılara ən qısa müddətdə və təyinat ölkəsində qüvvədə olan qaydalara uyğun olaraq verilir. Əgər bağlamalar evdə verilmirsə, onların daxil olması barədə ünvan sahibləri, qeyri-mümkün hallar istisna olmaqla, dərhal xəbərdar edilməlidir.

8.  Poçt müdiriyyəti bağlamaların daşınmasını üzərinə götürməyən hər hansı ölkə, Konvensiya müddəalarının yerinə yetirilməsini nəqliyyat müəssisələrinə həvalə edə bilər. Eyni zamanda o, həmin xidmətin dairəsini bu müəssisələrin xidmət göstərdikləri yaşayış məntəqələrindən çıxan və ya ora daxil olan bağlamalarla məhdudlaşdıra bilər. Poçt müdiriyyəti Konvensiya və poçt bağlamaları Reqlamentinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.

 

Maddə 11

Ödəniş tarifləri və aviatariflər

 

1.  Qəbul Müdiriyyəti məktub korrespondensiyası göndərişlərinin İttifaqın bütün ərazisində göndərilməsi üçün ödəniş tariflərini təyin edir. Əgər təyinat ölkələrində müvafiq göndərişlərin evə çatdırılma xidməti təşkil edilmişdirsə, ödəniş tariflərinə göndərişlərin ünvan sahiblərinə evdə çatdırılma haqqı da daxil edilir.

2.  Prioritet məktub korrespondensiyası göndərişlərinə tətbiq olunan tariflərə sürətli göndərilmə üçün əlavə dəyər daxil edilir.

3.  Məktub korrespondensiyası göndərişlərinin tərkibinə əsaslanmış sistemi tətbiq edən Müdiriyyətlər aşağıdakı hüquqlara malikdir:

3.1.  məktub korrespondensiyası aviagöndərişləri üçün əlavə tariflər götürmək;

3.2.  hava yolu ilə məhdud prioritetlə daşınan yerüstü göndərişlər ("S.A.L." göndərişləri) üçün, aviagöndərişlər üçün nəzərdə tutulduğundan aşağı əlavə tariflər götürmək;

3.3.  aviagöndərişlərin və S.A.L. poçtunun ödənilməsi üçün onların poçt xidmətləri dəyərini və aviadaşınma xərclərini nəzərə almaqla, kombinə edilmiş tariflər təyin etmək.

4.  Müdiriyyətlər aviabağlamalar üçün götürülməli olan əlavə tarifləri müəyyən edir.

5.  Əlavə tariflər aviadaşınma xərclərinə uyğun olmalı və istifadə edilən istiqamətdən asılı olmayaraq eyni bir təyinat ölkəsinin bütün ərazisi üçün vahid olmalıdır; məktub korrespondensiyası aviagöndərişləri üçün əlavə tariflərin hesablanması zamanı Müdiriyyətlərə, müştərilərin istifadə etdikləri əlavə blankların çəkisini də nəzərə almağa icazə verilir.

6.  Qəbul Müdiriyyəti aşağıdakı tərkibli məktub korrespondensiyası göndərişlərinə güzəştli tarif təyin etmək hüququna malikdir:

6.1.  öz ölkəsində dərc olunan qəzetlərə və dövri nəşrlərə, prinsipcə, müvafiq kateqoriyalı göndərişlərə tətbiq edilən tariflərin 50%-dən çox olmayaraq güzəştlər;

6.2.  elan və reklam xarakterli olmayan (üz qabığındakı və titul vərəqlərindəkilər istisna olmaqla) kitab və broşürlərə, not və coğrafi xəritələrə 6.1-ci paraqrafda eyni ilə nəzərdə tutulmuş güzəştlər.

7.  Qəbul Müdiriyyəti qeyri-standart göndərişlərə, məktub korrespondensiyası Reqlamentində müəyyənləşdirilmiş standart göndərişlərə tətbiq olunan tariflərdən fərqli tariflər tətbiq etmək hüququna malikdir.

8.  6-cı paraqrafa uyğun olaraq tariflərin endirilməsi hava yolu ilə daşman göndərişlərə də tətbiq edilir. Lakin bu nəqliyyat xərclərinin ödənilməsinə gedən tarif payına heç bir endirilmə tətbiq edilmir.

 

Maddə 12

Xüsusi tariflər

 

1.  500 qramdan az çəkisi olan kiçik paketlər üçün ünvançıdan heç bir təslim edilmə tarifi alına bilməz. Əgər 500 qramdan artıq çəkisi olan kiçik paketlər üçün daxili rejimdə təslim edilmə tarifi götürülürsə, eyni tarif xaricdən daxil olan kiçik paketlər üçün də götürülə bilər.

2.  Aşağıdakı hallarda Poçt müdiriyyətlərinə daxili rejimlə eyni olan tarifləri tutmağa icazə verilir:

 

2.1.  iş vaxtının sonunda qəbul edilən məktub korrespondensiyası göndərişi üçün göndəricidən tutulan tarif.

2.2.  Əməliyyat pəncərəsi işini qurtardıqdan sonra qəbul edilən məktub korrespondensiyası göndərişi üçün göndəricidən tutulan tarif.

2.3.  Göndərişin evdə qəbul edilməsi üçün göndəricidən tutulan tarif.

2.4.  Əməliyyat pəncərəsi işini qurtardıqdan sonra götürülən (verilən) məktub korrespondensiyası göndərişi üçün ünvançıdan tutulan tarif.

2.5.  Tələb olunana qədər ünvanlanmış göndəriş üçün ünvançıdan tutulan tarif; bağlamanın göndəriciyə qaytarıldığı və ya yerdən-yerə göndərildiyi halda götürülən məbləğ poçt bağlamaları Reqlamenti ilə təyin edilmiş məbləğdən artıq ola bilməz.

2.6.  Təyin olunmuş müddətlər ərzində ünvançı tərəfindən alınmamış çəkisi 500 qramdan artıq hər hansı məktub korrespondensiyası göndərişinin və hər hansı bağlamanın saxlanılması üçün tarif. Bağlamalar üçün bu tarif bağlamanı verən Müdiriyyət tərəfindən, xidmətində bağlama təyin olunmuş müddətlərdən artıq saxlanılmış Müdiriyyətlərin xeyrinə tutulur; bağlama göndəricisinə qaytarıldığı və ya yerdən-yerə göndərildiyi halda tutulan məbləğ poçt bağlamaları Reqlamentində təyin olunmuş məbləğdən artıq ola bilməz.

3.  Bağlama adətən ünvançıya evində çatdırılırsa, belə hallarda sonuncudan heç bir təslim edilmə tarifi tutula bilməz. Bağlamanın ünvançıya evində çatdırılması adətən həyata keçirilmədiyi hallarda, onun daxil olması barədə bildiriş pulsuz təslim edilməlidir. Əgər bağlama, daxil olma barədə bildirişə cavab olaraq ünvançıya evində seçmə yolu ilə çatdırılırsa, bu halda ünvançıdan təslim edilmə tarifi tutula bilər. Bu tarif daxili xidmətdə tətbiq edilən tarifə bərabər olmalıdır.

4.  Fors-major şəraitinin təsiri nəticəsində dəymiş zərərləri ödəməyə razılaşmış Müdiriyyətlər fors-major şəraitinin təsiri ilə bağlı maksimal məbləği Reqlamantlərdə təyin edilən bağlama üçün riskə görə tarif götürə bilərlər.

 

Maddə 13

Sifarişli göndərişlər

 

1.  Məktub korrespondensiyası göndərişləri sifarişli qaydada göndərilə bilər.

2.  Sifarişli göndərişlər üçün tarif qabaqcadan ödənilməlidir. Bu, ödəniş tarifindən və maksimal məbləği məktub korrespondensiyası Reqlamentində müəyyənləşdirilmiş, sifarişə görə təyin olunmuş tarifdən ibarətdir.

3.  Fövqəladə təhlükəsizlik tədbirləri zəruri olduğu hallarda, Poçt müdiriyyətləri göndəricidən və ya alıcıdan 2-ci paraqrafda göstərilən tarifdən savayı, onların daxili qanunvericiliyində nəzərdə tutulmuş xüsusi tarifləri götürə bilər.

 

Maddə 14

Nəzarətli çatdırılan göndərişlər

 

1.  Məktub korrespondensiyası göndərişləri, bu cür xidmətlərə malik Müdiriyyətlər arasında nəzarətli çatdırılan göndərişlər xidməti vasitəsilə göndərilə bilər.

2.  Nəzarətli çatdırılan göndərişlər üçün tarif qabaqcadan ödənilir. Bu, ödəniş tarifindən və qəbul Müdiriyyəti tərəfindən təyin olunmuş nəzarətli çatdırılmaya dair tarifdən ibarətdir. Bu tarif sifarişli göndəriş üçün tarifdən aşağı olmalıdır.

 

Maddə 15

Qiyməti elan edilmiş göndərişlər

 

1.  İçərisində qiymətli kağızlar, sənədlər və ya qiymətli əşyalar olan prioritet və qeyri-prioritet göndərişlər və məktublar, eləcə də bağlamalar göndəricinin elan etdiyi məbləğlə tərkibi sığortalanmış halda mübadilə oluna bilər. Bu mübadilə, Poçt müdiriyyətləri belə göndərişlərin ikitərəfli və ya birtərəfli mübadilədə qəbulu barədə razılıq əldə etmiş üzv ölkələr arasındakı münasibətlərlə məhdudlaşdırılır.

2.  Elan edilən qiymətin məbləği, prinsipcə, məhdudlaşdırılmır. Hər bir Müdiriyyət öz qərarı ilə qiymət elan edilməsinin yuxarı həddini, bu hədd Reqlamentlərdə müəyyənləşdirilmiş məbləğdən aşağı olmamaq şərti ilə, təyin etmək hüququna malikdir. Bununla belə, daxili xidmətdə qəbul olunmuş qiymət həddi, əgər bu hədd sifarişli məktubun və ya 1 kq çəkili bağlamanın itirilməsinə görə təyin edilmiş kompensasiya məbləğinə bərabər və ya ondan yuxarıdırsa, tətbiq edilə bilər. Maksimal məbləğ XAH-la İttifaqın üzv ölkələrinə bildirilir.

3. Qiyməti elan edilmiş göndəriş üçün tarif qabaqcadan ödənilməlidir. Bu tarif aşağıdakılardan ibarətdir:

3.1.   məktub korrespondensiyası göndərişləri üçün sadə ödəniş tarifindən, 13.2-ci maddə üzrə sifarişə görə təyin edilmiş tarifdən və sığorta rüsumundan;

3.2.   bağlamalar üçün əsas tarifdən, fakültətiv-ekspedisiya rüsumundan və adi sığorta rüsumundan; əsas tariflə yanaşı, zəruri halda, əlavə aviatariflər və xüsusi xidmətlərə görə tariflər götürülə bilər; ekspedisiya rüsumu sifarişli məktub korrepondensiyası göndərişləri üçün Konvensiyada nəzərdə tutulmuş tarifdən artıq ola bilməz.

4.  Sifarişli göndəriş üçün müəyyən edilmiş tarif əvəzinə Poçt müdiriyyətləri, öz daxili xidmətlərinə müvafiq olan tarif və ya müstəsna qaydada, maksimal məbləği məktub korrespondensiyası Reqlamentində təyin olunmuş tarifi tətbiq etmək hüququna malikdir.

5.  Sığorta rüsumunun maksimal məbləği Reqlamentlərdə təyin edilmişdir.

5.1.  Məktub korrespondensiyası üçün bu tarif, təyinat ölkəsindən asılı olmayaraq, hətta fors-major şəraiti ilə əlaqədar riskə məruz qalan ölkələrdə də tətbiq edilir.

5.2.  Bağlamalar üçün fors-major vəziyyətinin təsiri ilə bağlı riskə görə mümkün tarif elə təyin edilməlidir ki, bu tarifdən və sığortaya görə sadə tarifdən ibarət ümumi məbləğ, sığorta rüsumuna görə tarifin maksimal məbləğindən yuxarı olmasın.

6.  Fövqəladə təhlükəsizlik tədbirləri zəruri olduğu hallarda, Müdiriyyətlər göndəricilərdən və ya ünvançılardan 3, 4 və 5-ci paraqraflarda göstərilən tariflərdən savayı, öz daxili qanunvericiliyində nəzərdə tutulmuş xüsusi tariflər götürə bilərlər.

7.  Poçt müdiriyyətləri öz müştərilərinə, bu maddədə göstərilənlərdən savayı, digər şərtlərə uyğun olan qiyməti elan edilmiş göndərişlər xidməti göstərmək hüququna malikdir.

 

Maddə 16

Ödəmə şərtli göndərişlər

 

1. Bəzi məktub korrespondensiyası göndərişləri və bağlamalar ödəmə şərtli göndərilə bilər. Ödəmə şərtli göndərişlərlə mübadilə qəbul və təyinat Müdiriyyətləri arasında qabaqcadan saziş bağlanmasını tələb edir.

 

Maddə 17

Təcili çatdırılan göndərişlər

 

1. Göndəricilərin xahişi əsasında və Müdiriyyətləri tərəfindən bu xidmətin həyata keçirildiyi ölkələrdə bu göndərişlər, çatdırma müəssisəsinə daxil olduqca dərhal xüsusi çatdırıcı (çapar) vasitəsilə ünvançıya evində çatdırılır.

Hər bir Müdiriyyət bu xidməti prioritet göndərişlərlə, aviagöndərişlərlə və ya əgər iki Müdiriyyət arasında istifadə olunan yol yeganədirsə, LC yerüstü göndərişlərlə məhdudlaşdırmaq hüququna malikdir.

2.  Məktub korrespondensiyası poçtunun göndərilməsi üçün bir neçə kanala malik Müdiriyyətlər təcili göndərişləri, bu göndərişlər giriş poçtu üçün mübadilə məntəqəsinə daxil olduqdan sonra, ən sürətli daxili kanalla buraxmalı, sonra isə mümkün qədər tez işləməlidir.

3.  Təcili göndərişlər üçün ödəniş tarifindən başqa, minimum sadə prioritet/-qeyri-prioritet (şəraitdən asılı olaraq) göndərişin və ya sadə məktubun ödəniş məbləğinə və maksimum Reqlamentlərdə təyin edilmiş məbləğə əlavə tarif götürülür. Bu tarif qabaqcadan tam ödənilməlidir. Bağlamalar üçün o, hətta bağlamanın təcili çatdırıla bilmədiyi və yalnız daxil olma barədə bildirişin təcili çatdırıldığı halda da tutulur.

4.  Əgər təcili çatdırma xüsusi çətinliklər yaradırsa, bu halda daxili xidmətdə bu növ göndərişlərə aid müddəalara uyğun olaraq əlavə tarif götürülə bilər. Əlavə tarif eləcə də bağlamalar üçün, hətta onun qaytarıldığı və ya yerdən-yerə göndərildiyi hallarda da alınır; bu hallarda haqqın məbləği poçt bağlamaları Reqlamenti ilə təyin olunmuş maksimum məbləğdən çox ola bilməz.

5.  Təyinat Müdiriyyətinin qaydaları buna imkan verirsə, ünvançılar çatdıran müəssisədən onlara çatacaq göndərişlərin müəssisəyə daxil olduqca özlərinə təcili çatdırılmasını xahiş edə bilər. Bu halda təyinat Müdiriyyəti çatdırma zamanı, öz daxili xidmətində tətbiq etdiyi tarifi götürmək hüququna malikdir.

 

Maddə 18

Alınma barədə xəbərnamə

 

1.  Sifarişli göndərişin, nəzarətli çatdırılan göndərişin, bağlamanın və ya qiyməti elan edilmiş göndərişin qəbulu zamanı göndərici, maksimal məbləği Reqlamentlərlə təyin edilmiş tarifi ödəməklə, göndərişin alınması barədə xəbərnamənin ona göndərilməsini tələb edə bilər. Alınma barədə xəbəmamə göndəriciyə həmişə poçtla və ən tez yolla (avia və ya yerüstü) qaytarılır.

2.  Bununla belə Müdiriyyətlər, bağlamalar üçün bu xidməti qiyməti elan edilmiş bağlamalarla, əgər belə məhdudiyyət onun daxili qaydaları ilə nəzərdə tutulmuşdursa, məhdudlaşdıra bilər.

 

Maddə 19

Şəxsən təslim edilmə

 

1. Göndəricinin xahişi ilə Poçt müdiriyyətləri arasındakı razılıq əsasında sifarişli göndərişlər, nəzarətli çatdırılan göndərişlər və qiyməti elan edilmiş göndərişlər şəxsən ünvan sahibinə təslim edilir. Müdiriyyətlər bu tipli göndərişlərin yalnız alınma barədə xəbərnamə ilə müşayiət edilməsi haqqında razılaşa bilərlər. Bütün hallarda göndərici göndərişin şəxsən təslim edilməsi üçün maksimal məbləği, məktub korrespondensiyası Reqlamentində təyin edilmiş tarifi ödəyir.

 

Maddə 20

Tarif və rüsum alınmadan çatdırılan göndərişlər

 

1.  Poçt müdiriyyətləri arasındakı razılıq əsasında qəbul müəssisəsini qabaqcadan bu haqda xəbərdar etmək şərtilə göndərici məktub korrespondensiyası göndərişlərinin və poçt bağlamalarının təyinat yerində verilməsi zamanı bu göndərişlərə hesablanacaq bütün tarif və rüsumların ödənilməsini öz üzərinə götürə bilər. Məktub korrespondensiyası göndərişi ünvançıya təslim edilməyənə qədər, göndərici qəbuldan sonra onu tarif və rüsum ödənilmədən verilməsi barədə tələb edə bilər.

2.  Göndərici təyinat müəssisəsinin ünvan sahibindən tələb edə biləcəyi bütün məbləği ödəmək öhdəliyini öz üzərinə götürməlidir. Zəruri halda o, qabaqcadan ödənişi həyata keçirməlidir.

3.  Qəbul Müdiriyyəti göndəricidən qəbul ölkəsində ona göstərilən xidmət üçün maksimal ölçüsü Reqlamentlərlə təyin edilmiş tarif götürür.

4.  Məktub korrespondensiyası göndərişi qəbul edildikdən sonra xahiş göndərildiyi halda, qəbul Müdiriyyəti, bundan başqa, maksimal məbləği Reqlamentdə təyin edilmiş əlavə tarif götürür.

5.  Təyinat Müdiriyyəti hər bir göndəriş üçün, maksimal məbləği Reqlamentlərdə təyin edilmiş komission rüsum tutmaq hüququna malikdir. Bu rüsum göndərişin gömrüyə təqdim olunması üçün rüsumdan asılı olmayaraq götürülür. Həmin məbləğ göndəricidən təyinat Müdiriyyətinin xeyrinə olaraq tutulur.

6.  Hər bir Poçt müdiriyyəti tarif və rüsum alınmayan göndərişlər xidmətini sifarişli məktub korrespondensiyası göndərişləri ilə və qiyməti elan edilmiş göndərişlərlə məhdudlaşdırmaq hüququna malikdir.

 

Maddə 21

Cavablı beynəlxalq kommersiya korrespondensiyası xidməti

 

1. Poçt müdiriyyətləri öz aralarında "Cavablı beynəlxalq kommersiya korrespondensiyası" (CBKK/CCRİ) adlanan fakültətiv xidmətdə iştirak barədə razılığa gələ bilərlər. Lakin bütün Müdiriyyətlər CBKK göndərişlərinin qaytarılma xidmətini göstərməyə borcludur.

 

Maddə 22

Beynəlxalq cavab kuponları

 

1.  Poçt müdiriyyətləri Beynəlxalq büro tərəfindən buraxılan beynəlxalq cavab kuponları satmaq və bu satışı öz daxili qanunvericiliyi əsasında məhdudlaşdırmaq hüququna malikdir.

2.  Cavab kuponunun dəyəri məktub korrespondensiyası Reqlamentində təyin edilir. Maraqlı Poçt müdiriyyətləri tərəfindən müəyyən edilən satış qiyməti bu dəyərdən aşağı ola bilməz.

3.  Cavab kuponları istənilən üzv ölkədə xaricə ünvanlanan sadə prioritet məktub korrespondensiyası göndərişinin və ya sadə avia məktubun minimal

ödəniş haqqına bərabər olan poçt markalarına və əgər mübadilə ölkəsinin daxili qanunvericiliyi qadağan etmirsə, eləcə də ödənişin bütöv poçt nişanlarına və poçt ödəniş nişanları və ya ottisklərinə dəyişdirilir.

4. Bundan əlavə, üzv ölkənin Poçt müdiriyyəti cavab kuponlarının mübadiləsində cavab kuponlarmı və ödənilməli olan göndərişləri eyni vaxtda tələb etmək hüququnu özündə saxlaya bilər.

 

Maddə 23

Kövrək bağlamalar. İriölçülü bağlamalar

 

1.  "Kövrək bağlama", içərisində tez sınan əşyalar olan və xüsusi ehtiyatlı davranış tələb edən hər hansı bir bağlamadır.

2.  "İriölçülü bağlama" aşağıdakılara deyilir:

2.1.  ölçüləri, poçt bağlamaları Reqlamentində müəyyən olunmuş və ya Müdiriyyətlərin qarşılıqlı mübadilədə təyin edə bildiyi hüdudlardan kənara çıxan hər cür bağlamaya;

2.2.  öz forması və ya strukturuna görə digər bağlamalarla birlikdə asanlıqla yüklənilə bilməyən və xüsusi ehtiyatlılıq tələb edən bağlamaya.

3.  Kövrək və iriölçülü bağlamalar üçün maksimal məbləği poçt bağlamaları Reqlamentində göstərilən əlavə tarif götürülür. Əgər bağlama kövrək və iriölçülü olarsa, əlavə tarif yalnız bir dəfə tutulur. Lakin bu bağlamalar üçün əlavə aviatariflər heç bir artıma məruz qalmır.

4.  Kövrək və iriölçülü bağlamalar mübadiləsi yalnız belə göndərişlərə yol verən Müdiriyyətlər arasında həyata keçirilir.

 

Maddə 24

Qruplaşdırılmış göndərişlər xidməti "Konsiqnasiya"

 

1.   Poçt müdiriyyətləri öz aralarında, bir göndərici tərəfindən qruplaşdırılmaqla xarici ölkəyə ünvanlanmış göndərişlər üçün "Konsiqnasiya" adı altında qruplaşdırılmış göndərişlər fakültətiv xidmətində iştirak etmək barədə razılığa gələ bilərlər.

2.   İmkan daxilində bu xidmət poçt bağlamaları Reqlamentində müəyyən edilmiş loqotiplə identifikasiya oluna bilər.

3.   Bu xidmət barədə təfərrüatlar Poçt istismarı şurasının təyin etdiyi müddəalar əsasında qəbul və təyinat Müdiriyyətləri arasında ikitərəfli qaydada müəyyənləşdirilir.

 

Maddə 25

Yolverilməz göndərişlər. Qadağalar

 

1.  Konvensiya və Reqlamentlərin tələb etdiyi şərtlərə cavab verməyən göndərişlərə yol verilmir.

2.  Reqlamentlərdə nəzərdə tutulmuş istisnalardan başqa, aşağıda sadalanan əşyaların bütün kateqoriyalı göndərişlərə daxil edilməsi qadağandır:

2.1.  narkotik və psixotrop maddələr;

2.2.  partlayıcı, alovlanan və ya digər təhlükəli maddələr, həmçinin radioaktiv maddələr;

2.2.1. bu qadağaya aşağıdakılar düşmür:

2.2.1.1.  məktub korrespondensiyası göndərişlərində yollanılan 44-cü maddədə nəzərdə tutulmuş bioloji maddələr;

2.2.1.2.  məktub keorrespondensiyası göndərişlərində və poçt bağlamalarında göndərilən 26-cı maddə üzrə nəzərdə tutulmuş radioaktiv maddələr.

2.3.  Ləyaqətsizlik və əxlaqsızlıq təlqin edən əşyalar;

2.4.  canlı heyvanlar (3-cü paraqrafda nəzərdə tutulmuş istisnalardan başqa);

2.5.  təyinat ölkəsinə idxalı və ya istifadəsi qadağan olunmuş əşyalar;

2.6.  xarakteri və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə törədə bilən, digər göndərişləri və ya poçt avadanlığını çirkləndirə və ya korlaya bilən əşyalar;

2.7.  göndərici və ünvançı olmayan, yaxud göndərici və ya ünvaçı ilə birlikdə yaşamayan şəxslərin mübadilə etdikləri cari və şəxsi xarakterli sənədlər, həmçinin bütün növ korrespondensiya.

3. Bununla belə, aşağıdakıların göndərilməsinə yol verilir:

3.1. qiyməti elan edilmiş göndərişlər istisna olmaqla, məktub korrespondensiyası göndərişlərində:

3.1.1. arıların, zəlilərin və barama qurdlarının;

3.1.2. rəsmən tanınmış təşkilatlar arasında mübadilə edilən və tədqiqat üçün nəzərdə tutulmuş parazitlərin və ziyanverici həşəratların tələfedicilərinin;

3.2. bağlamalarda, müvafiq ölkələrin poçt qaydaları ilə poçta göndərilməsinə icazə verilən canlı heyvanların.

4. Poçt bağlamalarına aşağıdakı əşyaların qoyulması qadağandır:

4.1.  göndərici və ünvan sahibi arasında və ya onlarla yaşayan şəxslər arasında mübadilə edilən aktual və şəxsi xarakterə malik sənədlər;

4.2.  göndərici və ünvan sahibindən və ya onlarla birlikdə yaşayan şəxslərdən başqa, digər şəxslər arasında mübadilə edilən hər cür xarakterli korrespondensiya.

5. Sikkələrin, bank biletlərinin, kredit biletlərinin və ya təqdim edənin hər hansı qiymətlisinin, yol çeklərinin, məmulatlarda və ya emal olunmamış şəkildə platin, qızıl və ya gümüşün, qiymətli daşların, zərgərlik məmulatlarının və digər qiymətli əşyaların aşağıdakı göndərişlərin içərisinə qoyulması qadağandır:

5.1.  qiyməti elan edilməmiş məktub korrespondensiyası göndərişlərinə; lakin əgər qəbul və təyinat ölkəsinin qanunvericiliyi buna yol verirsə, həmin əşyalar sifarişli göndəriş kimi bağlı zərflərdə göndərilə bilər;

5.2.  qiyməti elan edilmiş bağlamaların yol verildiyi iki ölkə arasında mübadilə olunan qiyməti elan edilməmiş bağlamalarda; bundan əlavə, hər bir Müdiriyyət, onun ölkəsindən çıxan və ya ora daxil olan, yaxud onun ərazisindən keçməklə tranzit göndərilən qiyməti elan olunmuş və ya olunmamış göndərişlərdə külçə şəklində qızıl göndərilməsini qadağan etmək hüququna malikdir; o, bu göndərişlərin həqiqi dəyərini məhdudlaşdıra bilər.

6. Çap nəşrləri və sekoqramların içərisində:

6.1. heç bir annotasiya, cari və şəxsi yazışma xarakterli heç bir sənəd göndərilə bilməz;

6.2. heç bir marka, möhürlü və ya möhürsüz heç bir ödəniş blankı, qiymət kəsb edən heç bir sənəd göndərilə bilməz.

7. Səhvən qəbul edilmiş göndərişlərin işlənilməsi Reqlamentlərdə müəyyənləşdirilir. Bununla belə, içərisində 2.1, 2.2 və 2.3-cü paraqraflarda sadalanmış əşyalar olan göndərişlər heç bir halda nə təyinatı, nə ünvanı üzrə çatdırılmamalı və nə də qəbul yerinə qaytarılmamalıdır.

 

Maddə 26

Radioaktiv maddələr

 

1.  Müvafiq Reqlamentlər əsasında bağlanılmış və qablaşdırılmış radioaktiv maddələrin buraxılması, bu göndərişlərə qarşılıqlı mübadilədə, yaxud bir istiqamətdə yol verilməsi barədə razılıq əldə etmiş Poçt müdiriyyətləri arasındakı əlaqələrlə məhdudlaşdırılır.

2.  Radioaktiv maddələr məktub korrespondensiyası göndərişlərində yollanılarkən, onlar üçün prioritet göndərişlərin tarifi və ya məktuba görə və sifarişə görə tarif tutulur.

3.  İçərisində raioaktiv maddələr olan məktub korrespondensiyası göndərişləri və ya poçt bağlamaları ən tez yolla, müvafiq əlavə aviatariflərin ödənilməsi şərtilə, adətən, aviayolla göndərilməlidir.

4.  Radioaktiv maddələr yalnız müvafiq icazəsi olan göndəricilər tərəfindən göndərilə bilər.

 

Maddə 27

Yerdən-yerə göndərilmə

 

1.  Alıcının ünvanı dəyişdiyi halda göndəriş, Reqlamentlərdə müəyyən edilmiş şərtlər sasında, dərhal ona yerdən-yerə göndərilir.

2.  Lakin aşağıdakı hallarda göndərişlər yerdən-yerə göndərilmir:

2.1.  əgər göndərici göndəriş üzərində təyinat ölkəsində anlaşılan dildə müvafiq qeyd etməklə, onun yerdən-yerə göndərilməsini qadağan edirsə;

2.2.  əgər göndərişin üzərində alıcının ünvanı ilə yanaşı "və ya bu ünvanda yaşayan hər hansı bir şəxsə" qeydi göstərilmişdirsə.

3.  Öz daxili xidmətində yerdən-yerə göndərilmə xahişinə görə rüsum götürən Poçt müdiriyyətlərinə, belə bir rüsumu beynəlxalq xidmətdə də götürməsinə icazə verilir.

4.  Çatdırılmayan məktub korrespondensiyası göndərişlərinin bir ölkədən digər ölkəyə yerdən-yerə göndərilməsi üçün, Reqlamentdə nəzərdə tutulmuş hallar istisna edilməklə, heç bir əlavə tarif götürülmür. Bununla belə, öz daxili xidmətində yerdən-yerə göndərilmə üçün tarif götürən Müdiriyyətlərə, bu cür tarifi onların xidmətlərində yerdən-yerə göndərilən beynəlxalq xidmətin məktub korrespondensiyası göndərişləri üçün də götürməsinə icazə verilir.

 

Maddə 28

Çatdırılması mümkün olmayan göndərişlər

 

1.  Poçt müdiriyyətləri hər hansı səbəbdən ünvançıya çatdırıla bilməyən göndərişlərin qaytarılmasını təmin edir.

2.  Göndərişlərin saxlanılma müddəti Reqlamentlərdə təyin edilir.

3.  Ünvançıya verilə bilməyən və ya xidməti qaydada tutulub saxlanılan hər hansı bağlama göndəricinin müəyyən etdiyi təlimat əsasında poçt bağlamaları Reqlamenti ilə təyin olunmuş qaydalar daxilində işlənilməlidir.

4.  Əgər göndərici ünvan sahibinə verilə bilməmiş bağlamadan imtina edirsə, bu halda təyinat Müdiriyyəti həmin bağlama ilə öz daxili qanunvericiliyinə uyğun rəftar edir. Nə göndərici, nə də Poçt müdiriyyətləri bağlama üçün götürülə bilən (lakin götürülməmiş) poçt tariflərini, gömrük və digər rüsumları ödəməyə borclu deyildir.

5.  Bağlamanın içərisindəki əşyalardan yalnız tez xarab olan və ya çürüyə bilənləri qabaqcadan xəbərdarlıqsız və hüquqi rəsmiyyət yerinə yetirilmədən dərhal satıla bilər. Satış, bu bağlamaya hüququ olan şəxsin xeyrinə olaraq, hətta yolda belə (birbaşa və əks istiqamətlərdə) həyata keçirilir. Əgər satış mümkün deyilsə, xarab və ya çürümüş əşyalar məhv edilir.

6.  Çatdırılması mümkün olmayan, qəbul ölkəsinə qaytarılan məktub korrespondensiyası göndərişləri üçün Reqlamentdə nəzərdə tutulmuş istisnalardan başqa, heç bir əlavə tarif alınmır. Bununla belə, öz daxili xidmətində qaytarılma üçün tarif götürən Müdiriyyətlərə eyni tarifi onlara qaytarılan beynəlxalq rejim göndərişləri üçün də tutmağa icazə verilir.

7.  6-cı paraqrafın müddəalarına baxmayaraq, əgər Müdiriyyət öz ərazisində yaşayan müştərinin kənar ölkədə qəbul edilmiş göndərişini göndəriciyə qaytarılmaq üçün alırsa, bu halda o, göndəricidən və ya göndəricilərdən hər bir göndərişin işlənilməsi üçün tarif götürmək hüququna malikdir. Bu tarif həmin göndərişin, haqqında söhbət gedən Müdiriyyətə çatdırılarkən, alınmalı olan ödəniş tarifindən yuxarı olmamalıdır.

7.1. 7-ci paraqrafın müddəalarına uyğun olaraq, göndərici və ya göndəricilər adları əks ünvanda və ya əks ünvanlarda göstərilən şəxslər və ya təşkilatlardır.

 

Maddə 29

Qaytarılma. Göndəricinin xahişi üzrə ünvanın dəyişdirilməsi və ya düzəliş edilməsi

 

1.  Məktub korrespondensiyasının göndəricisi onun qaytarılması, ünvanın dəyişdirilməsi və ya ona düzəliş olunması barədə Reqlamentdə təyin edilmiş şərtlərlə xahiş edə bilər.

2.  Hər bir Poçt müdiriyyəti, əgər qanunvericiliyi buna yol verirsə, digər Müdiriyyətin xidmətində qəbul olunmuş hər hansı məktub korrespondensiyası göndərişinin qaytarılması, ünvanının dəyişdirilməsi və ya ona düzəliş edilməsi barədə ərizəni qəbul etməyə borcludur.

3.  Hər bir ərizəyə görə göndərici maksimal məbləği Reqlamentlərdə təyin olunmuş xüsusi tarifi ödəməlidir.

4.  Bağlama göndəricisi onun qaytarılmasını və ya üzərində ünvanın dəyişdirilməsini xahiş edə bilər. O, hər hansı yeni göndərilmə üçün tələb edilə biləcək məbləği ödəməyə zəmanət verməlidir.

5.  Bununla belə, Müdiriyyətlər 4-cü paraqrafda göstərilən ərizələri, belə ərizələr onların daxili xidmətlərində qəbul edilmirsə, qəbul etməmək hüququna malikdir.

 

Maddə 30

Reklamasiyalar

 

1.  Reklamasiyalar göndərişin qəbulunun ertəsi günündən hesab olunmaqla 6 ay ərzində qəbul edilir.

2.  Hər bir Poçt müdiriyyəti digər Müdiriyyətin xidmətində qəbul olunmuş istənilən göndəriş barədə reklamasiyaları qəbul etməyə borcludur.

3.  Adi bağlamalara və qiyməti elan olunmuş bağlamalara ayrı-ayrı reklamasiyalar tərtib edilməlidir.

4.  Reklamasiyaların işlənilməsi pulsuz həyata keçirilir. Lakin, əgər EMS xidmətindən istifadə barədə sifariş edilərsə, bu halda əlavə xərclər, prinsipcə, həmin sifarişi verən tərəfindən ödənilir.

 

Maddə 31

Gömrük baxışı

 

1.  Qəbul ölkəsinin Poçt müdiriyyəti və təyinat ölkəsinin Poçt müdiriyyəti öz ölkələrinin qanunvericiliyinə uyğun surətdə göndərişləri gömrük baxışına təqdim etmək hüququna malikdir.

2.  Gömrük nəzarətindən keçməli olan göndərişlər üçün poçtun xeyrinə, maksimal məbləği Reqlamentlərdə təyin edilmiş gömrüyə təqdim edilməyə görə tarif götürülə bilər. Bu tarif yalnız üzərinə gömrük rüsumları və ya bu cür xarakterli hər hansı digər vergi qoyulan göndərişlərin gömrüyə təqdim edilməsi və gömrük baxışı üçün tutulur.

 

Maddə 32

Gömrük baxışı üçün tarif

 

Müştərilər adından gömrük baxışı keçirməyə icazə almış Poçt müdiriyyətləri müştərilərdən əməliyyatın real dəyərinə əsaslanmış tarif götürmək hüququna malikdir.

 

Maddə 33

Gömrük rüsumları və digər haqlar

 

1. Poçt müdiriyyətləri, şəraitdən asılı olaraq, göndəricilərdən və ya göndərişlərin ünvan sahiblərindən gömrük rüsumları və bütün digər mümkün vergiləri götürmək hüququna malikdir.

 

Fəsil 2

 

MƏSULİYYƏT

 

Maddə 34

Poçt müdiriyyətlərinin məsuliyyəti. Kompensasiyalar

1. Ümumi müddəalar

1.1. 35-ci maddədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Poçt müdiriyyətləri cavabdehlik daşıyır:

1.1.1. sifarişli göndərişlərin, adi bağlamaların və qiyməti elan olunmuş göndərişlərin itirilməsi, oğurlanması və ya zədələnməsinə görə;

1.1.2. nəzarətli çatdırılan göndərişlərin itirilməsinə görə.

1.2. Əgər sifarişli göndərişin, sadə bağlamanın və ya qiyməti elan olunmuş göndərişin itkisi, tam oğurlanması və ya tam zədələnməsi kompensasiyaya əsas verməyən fors-major şəraitinin nəticəsidirsə, bu halda göndərici, sığorta rüsumu istisna olmaqla, ödədiyi tariflərin kompensasiyası hüququna malikdir.

2. Sifarişli göndərişlər.

2.1.  Sifarişli göndərişin itkisi, tam oğurlanması və ya tam zədələnməsi halında göndərici məktub korrespondensiyası Reqlamentində təyin edilmiş kompensasiya hüququna malikdir. Əgər göndərici məktub korrespondensiyası Reqlamentində təyin edildiyindən aşağı məbləğ tələb edirsə, bu halda Müdiriyyət həmin aşağı məbləği ödəmək və məsələnin aidiyyəti olduğu digər Müdiriyyətlərdən bu əsasla kompensasiya almaq hüququna malikdir.

2.2.  Sifarişli göndərişin qismən oğurlanma və ya qismən zədələnməsi halında göndərici, dəymiş zərərin həqiqi dəyərinə, prinsipcə, uyğun kompensasiya hüququna malikdir. Bununla belə, bu kompensasiya heç bir halda məktub korrespondensiyası Reqlamenti ilə itki, tam oğurlanma və ya tam zədələnmə halları üçün təyin edilmiş məbləğdən artıq ola bilməz. Dolayısı ilə dəyən ziyanlar və ya realizə edilməmiş mənfəət nəzərə alınmır.

3. Nəzarətli çatdırılan göndərişlər

3.1. Nəzarətli çatdırılan göndərişin itkisi, tam oğurlanması və ya tam zədələnməsi halında göndərici ödənilmiş tariflərin kompensasiyası hüququna malikdir.

4. Sadə bağlamalar

4.1.  Sadə bağlamanın itkisi, tam oğurlanması və ya tam zədələnməsi halında göndərici poçt bağlamaları Reqlamentində təyin edilmiş kompensasiya hüququna malikdir.

4.2.  Sadə bağlamanın qismən oğurlanması və ya qismən zədələnməsi halında göndərici dəymiş zərərin həqiqi dəyərinə, prinsipcə, uyğun kompensasiya hüququna malikdir. Bununla belə, bu kompensasiya heç bir halda poçt bağlamaları Reqlamentində itki, tam oğurlanma və ya tam zədələnmə halları üçün təyin edilmiş məbləğdən artıq ola bilməz. Dolayısı ilə dəyən ziyanlar və ya realizə edilməmiş mənfəət nəzərə alınmır.

4.3.  Poçt müdiriyyətləri öz aralarında çəkidən asılı olmayaraq hər bir bağlama üçün poçt bağlamaları Reqlamentində təyin olunmuş məbləğin ikitərəfli münasibətlərdə tətbiqi barədə razılığa gələ bilərlər.

5. Qiyməti elan edilmiş göndərişlər

5.1.  Qiyməti elan edilmiş göndərişin itkisi, tam oğurlanması və ya tam zədələnməsi halında göndərici elan olunmuş qiymətin XAH-la məbləğinə prinsipcə uyğun olan kompensasiya hüququna malikdir.

5.2.  Qiyməti elan edilmiş göndərişin qismən oğurlanması və ya zədələnməsi halında göndərici dəymiş zərərin həqiqi dəyərinə, prinsipcə, uyğun kompensasiya hüququna malikdir. Bununla belə, bu kompensasiya, heç bir halda, elan olunmuş qiymətin XAH-la məbləğindən artıq ola bilməz. Dolayı ziyanlar və ya realizə edilməmiş mənfəət nəzərə alınmır.

6.  4-cü və 5-ci paraqraflarda baxılmış hallarda, kompensasiya məbləği eyni tipli əşyaların və ya malların göndərilmə üçün qəbul olunduğu yerdə və anda mövcud preyskurant qiymətləri üzrə XAH-a çevirməklə hesablanır. Preyskurant qiymətləri olmadıqda, kompensasiya əşyaların və ya malların adi qiymətləri üzrə, həmin əsaslarla hesablanır.

7.  Əgər kompensasiya sifarişli göndərişin, sadə bağlamanın və ya qiyməti elan edilmiş göndərişin itkisi, tam oğurlanması və ya tam zədələnməsinə görə təyin edilirsə, bu halda göndərici və ya şəraitdən asılı olaraq ünvançı həm də, sifariş və ya sığorta rüsumu istisna olmaqla, ödəmiş olduğu tarif və rüsumların kompensasiyası hüququna malikdir. Eyni qayda pis vəziyyətə düşməsinə görə alıcının imtina etdiyi və bu zədələnməyə görə poçt xidmətinin məsuliyyət daşıdığı sifarişli göndərişlərə, sadə bağlamalara və ya qiyməti elan olunmuş göndərişlərə də tətbiq edilir.

8.  2-ci, 4-cü və 5-ci paraqrafların müddəalarından kənara çıxaraq, ünvan sahibi oğurlanmış və ya zədələnmiş sifarişli göndərişi, sadə bağlamanı və ya qiyməti elan olunmuş göndərişi aldıqdan sonra da kompensasiya hüququna malikdir.

9.  Qəbul müdiriyyəti öz ölkəsində göndəricilərə sifarişli göndərişlər və qiyməti elan edilmiş bağlamalar üçün 2.1 və 4.1-ci paraqraflarda göstərilən məbləğlərdən az olmamaq şərtilə, öz daxili qanunvericiliyində nəzərdə tutulmuş kompensasiyaları ödəmək hüququna malikdir. Bu müddəa, kompensasiya ünvançıya ödənildiyi halda, təyinat Müdiriyyətinə də aiddir. Bununla belə, 2.1 və 4.1-ci paraqraflar üzrə təyin edilmiş məbləğlər aşağıdakı hallarda tətbiq ediləcək qalır:

9.1.  məsul Müdiriyyətə qarşı iddia irəli sürüldüyü halda;

9.2.  göndərici öz hüquqlarından ünvan sahibinin xeyrinə imtina etdiyi və ya əksinə hallarda.

 

Maddə 35

Poçt müdiriyyətlərinin məsuliyyətdən azad edilməsi

 

1. Poçt müdiriyyətləri sifarişli göndərişlərin, nəzarətli çatdırılan göndərişlərin, bağlamaların və qiyməti elan edilmiş göndərişlərin alınıb-verilməsini öz daxili qaydaları ilə uyğun kateqoriyalı göndərişlər üçün təyin olunmuş şərtlər daxilində həyata keçirdikləri hallarda, həmin göndərişlərə görə məsuliyyət daşımaqdan azad edilirlər. Bununla belə, məsuliyyət aşağıdakı hallarda saxlanılır:

1.1. əgər oğurluq və ya zədələnmə, göndəriş təqdim edilənə qədər, yaxud təslim edildiyi anda aşkar edilmişdirsə;

1.2. əgər daxili qanunvericilik buna icazə verirsə, ünvan sahibi və ya lazımi halda, göndəriş qəbul yerinə qaytarıldığı zaman, göndərici oğurlanmış və ya zədələnmiş göndərişi qeyd-şərtlə qəbul edirsə;

1.3. əgər daxili qanunvericilik buna icazə verirsə, sifarişli göndəriş məktublar üçün yeşiyə qoyulur, lakin ünvançı reklamasiya təqdim edərək göndərişi almadığını bəyan edirsə;

1.4. əgər bağlamanın və ya qiyməti elan olunmuş göndərişin ünvan sahibi və ya geri qaytarılma halında onun göndəricisi, göndərişi alarkən düzgün imza verməsinə baxmayaraq, ona göndərişi vermiş Müdiriyyətə zədələnmə aşkar etdiyi barədə dərhal xəbər verirsə; o, oğurluğun və ya zədələnmənin göndərişi aldıqdan sonra baş vermədiyi barədə sübut təqdim etməlidir.

2. Poçt müdiriyyətləri aşağıdakı hallarda məsuliyyət daşımır:

2.1.  12.4-cü maddəyə əməl edilməsi şərtilə fors-major şəraitinin təsiri halında:

2.2.  əgər məsuliyyət başqa cür sübut olunmamışsa, fors-major şəraitinin təsiri nəticəsində xidməti sənədlərin məhv olması səbəbindən göndərişin taleyini müəyyənləşdirə bilmədikləri halda;

2.3.  əgər ziyan göndəricinin günahı və ya səhlənkarlığı üzündən, yaxud göndəriş tərkibinin xüsusiyyətləri ilə əlaqədar dəymişdirsə;

2.4.  əgər söhbət, içərisindəkinə 25-ci maddədə nəzərdə tutulmuş qadağaların şamil edildiyi və onların tərkibi ilə əlaqədar, müvafiq hökumətlər tərəfindən müsadirə və ya məhv edilmiş göndərişlərdən gedirsə;

2.5.  təyinat ölkəsinin qanunvericiliyi ilə göndərişin müsadirə edilməsi barədə həmin ölkənin Müdiriyyətindən məlumat alındığı halda;

2.6.  əgər qiyməti bilərəkdən, içərisindəkilərin real dəyərindən yüksək elan edilmiş göndərişlərdən söhbət gedirsə;

2.7.  əgər göndərici göndərişin qəbulunun ertəsi günündən başlamaqla, altı ay müddətində heç bir reklamasiya verməmişdirsə;

2.8.  əgər söhbət hərbi əsirlərin və internə edilmiş mülki şəxslərin bağlamalarından gedirsə.

3. Poçt müdiriyyətləri gömrük bəyannaməsinə görə, onun hansı formada tərtib edilməsindən asılı olmayaraq, heç bir məsuliyyət daşımır. Müdiriyyətlər həmçinin gömrük baxışına məruz qalan göndərişlərin yoxlanılması zamanı gömrük xidmətlərinin qəbul etdiyi qərarlara görə heç bir məsuliyyət daşımır.

 

Maddə 36

Göndəricinin məsuliyyəti

 

1.  Göndərişləri təqdim edən şəxs, göndərilməsinə icazə verilməyən və ya buraxılış şərtlərinə cavab verməyən əşyaları göndərməklə əlaqədar, digər poçt göndərişlərinə vurulmuş bütün zədələnmələrə görə məsuliyyət daşıyır.

2.  Göndərici Poçt müdiriyyətləri ilə eyni dərəcədə məsuliyyət daşıyır.

3.  Qəbul müəssisəsi bu cür göndərişi qəbul etmiş olduğu halda belə, göndərici üzərindən məsuliyyət götürülmür.

4.  Əksinə, Poçt müdiriyyətləri və daşıyıcılar tərəfindən yol verilmiş səhvə və ya laqeydliyə görə göndərici məsuliyyət daşımır.

 

Maddə 37

Kompensasiyaların ödənilməsi

 

1. Məsuliyyət daşıyan Müdiriyyətə iddia irəli sürmə hüququna əməl edilməsi şərtilə kompensasiyanın ödənilməsi, tarif və rüsumların qaytarılması öhdəliyi, şəraitdən asılı olaraq qəbul Müdiriyyətinin və ya təyinat Müdiriyyətinin üzərinə qoyulur.

2. Göndərici öz hüquqlarından ünvan sahibinin xeyrinə imtina etmək hüququna malikdir. Və əksinə, ünvan sahibi öz hüquqlarından göndəricinin xeyrinə olaraq imtina etmək hüququna malikdir. Əgər daxili qaunvericilik buna imkan verirsə, göndərici və ya ünvan sahibi üçüncü bir şəxsə kompensasiyanı almağa icazə verə bilər.

3. Şəraitdən asılı olaraq, qəbul Müdiriyyəti və ya təyinat Müdiriyyəti, daşınmada iştirak edən və müntəzəm məlumatları alaraq iki ay müddətində, yaxud əgər bu məsələ barədə telefaksla və ya reklamasiyanın alınmasını təsdiq etməyə imkan verən hər hansı digər elektron rabitə vasitəsinin köməyi ilə xəbər verilmişdirsə, 30 gündən sonra, sorğuya qəti cavab və ya aşağıdakı məlumatlardan birini verməyən Müdiriyyətin əvəzində şikayətçiyə, ona çatası müvafiq kompensasiyanı ödəyə bilər:

3.1.  göndərişin zədələnmə səbəbi, ehtimal ki, fors-major şəraitinin təsiri ilə bağlıdır;

3.2.  göndəriş, içərisindəkinə görə kompetent orqanlar tərəfindən tutulub saxlanılmış, müsadirə olunmuş və ya məhv edilmişdir, yaxud təyinat ölkəsinin qanunvericiliyinə uyğun olaraq müsadirə edilmişdir.

4. Şəraitdən asılı olaraq, qəbul və ya təyinat Müdiriyyəti, reklamasiya blankı tam doldurulmadığından əlavə məlumat almaq üçün onun qaytarılmasının zəruri olduğu, bunun isə 3-cü paraqrafda təyin edilmiş müddətin artmasını tələb etdiyi halda da, şikayətçiyə ona çatası kompensasiyanı ödəyə bilər.

5. Əgər söhbət ödəmə şərtli göndərişə dair reklamasiyadan gedirsə, qəbul Müdiriyyəti müntəzəm sorğuları alaraq iki ay müddətində bu sorğulara qəti cavab verməyən təyinat Müdiriyyətinin hesabına zərərin məbləği dəyərində kompensasiyanı şikayətçiyə ödəmək hüququna malikdir.

 

Maddə 38

Ödənilmiş kompensasiyanın göndəricidən və ya ünvançıdan geri alınma imkanı

 

1. Əgər kompensasiya ödənişindən sonra əvvəllər itmiş hesab edilən sifarişli göndəriş, bağlama və ya qiyməti elan olunmuş göndəriş və ya içindəkinin bir hissəsi tapılmışdırsa, bu halda göndərici və ya ünvan sahibi ödənilmiş kompensasiyanın geri alınması şərtilə üç ay ərzində göndərişin ona verilə biləcəyi barədə məlumatlandırılır. Eyni zamanda ondan göndərişin kimə təslim edilməli olduğu barədə sorğu edilir. İmtina halında və ya təyin olunmuş müddət ərzində cavab alınmadığı halda göstərilən qayda ünvan sahibi barədə və ya şəraitdən asılı olaraq, göndərici barədə tətbiq edilir.

2.  Əgər göndərici və ünvan sahibi göndərişi almaqdan imtina edirsə, bu zaman həmin göndəriş Müdiriyyətin və ya lazımi halda, ziyan çəkmiş Müdiriyyətlərin mülkiyyətinə çevrilir.

3.  İtmiş hesab olunan qiyməti elan edilmiş göndəriş sonradan tapıldıqda və içindəkinin dəyərinin ödənilmiş kompensasiya məbləğindən aşağı olduğu aşkar edildiyi halda, qəsdən artıq qiymətin elan edilməsindən irəli gələn nəticələrdən asılı olmayaraq, göndərici göndərişin ona təslim edilməsi zamanı kompensasiya məbləğini geri qaytarmalıdır.

 

Maddə 39

Göndərişlərin mübadiləsi

 

1.  Müdiriyyətlər, onlardan birinin və ya bir neçəsinin vasitəçiliyi ilə göndərişləri bir-birinə istər bağlı depeşlərdə, istərsə də açıq tranzitlə Reqlamentlərin müddəalarına uyğun olaraq göndərə bilər.

2.  Əgər fövqəladə vəziyyətlə bağlı hər hansı Poçt müdiriyyəti xidmətin işini müvəqqəti olaraq, tam və ya qismən dayandırmağa məcburdursa, bu halda o, maraqlı Müdiriyyətləri dərhal bu barədə xəbərdar etməyə borcludur.

3.  Əgər poçtun tranzitlə daşınması hər hansı bir ölkədən keçməklə, bu ölkənin Poçt müdiriyyətinin iştirakı olmadan həyata keçirilirsə, həmin Müdiriyyət bu barədə qabaqcadan məlumatlandırılmalıdır. Tranzitin bu cür forması tranzit ölkənin Poçt müdiriyyətinin üzərinə məsuliyyət qoymur.

4.  Müdiriyyətlər öz aralarında müvafiq razılaşma əldə etdikləri şəraitdə yerüstü göndəriş depeşlərini aviayolla məhdud prioritetlə göndərmək hüququna malikdir və onlar bu depeşləri öz ölkələrinin aeroportlarında alırlar.

 

Maddə 40

Hərbi hissələrlə aparılan bağlı depeş mübadiləsi

 

1. Məktub korrespondensiyası bağlı depeşləri ilə mübadilə digər ölkələrin quru, dəniz və hava yolu xidmətlərinin vasitəçiliyi ilə aşağıdakılar arasında həyata keçirilə bilər:

1.1. üzv ölkələrdən birinin poçt müəssisələri ilə Birləşmiş Millətlər Təşkilatının sərəncamında olan hərbi bölmələrin komandanlıqları arasında;

1.2. bu hərbi bölmələrin komandanlıqları arasında;

1.3. üzv ölkələrdən birinin poçt müəssisələri və həmin ölkənin xaricdə yerləşən dəniz və ya hava bölmələrinin, hərbi gəmi və təyyarələrinin komandanlıqları arasında;

1.4. eyni bir ölkənin dəniz və ya hava bölmələrinin, hərbi gəmi və ya təyyarələrinin komandanlıqları arasında.

2. 1-ci paraqrafda göstərilən depeşlərə yığılmış məktub korrespondensiyası göndərişləri yalnız bu depeşləri alan və ya göndərən hərbi bölmələrin və ya qərargahların, eləcə də gəmi və ya təyyarə ekipajlarının üzvləri tərəfindən göndərilə və ya alına bilər. Bu göndərişlərə tətbiq edilən tariflər və göndərilmə şərtləri hərbi bölmənin sərəncamında olduğu və ya gəmi və təyyarələrin məxsus olduğu ölkənin Poçt müdiriyyətlərinin qaydalarına uyğun müəyyən edilir.

3. Xüsusi razılaşma istisna edilməklə, hərbi bölməni öz sərəncamına götürmüş, yaxud hərbi gəmi və ya təyyarənin məxsus olduğu ölkənin Poçt müdiriyyəti depeşlərin tranzit üzrə xərclərini, son xərcləri və aviadaşınma xərclərini müvafiq Müdiriyyətlərə ödəməyə borcludur.

 

Maddə 41

Poçt müdiriyyətləri arasında məsuliyyətin müəyyənləşdirilməsi

 

1.  Əks hal sübut olunmayınca, məsuliyyət, göndərişi qeyd-şərtsiz qəbul edərək təhqiqatın aparılması üçün bütün lazımi vasitələr əlində olmaqla bu göndərişin nə ünvançı sahibinə çatdırılmasını, nə də digər Müdiriyyətə düzgün qaydada ötürülməsini (əgər bu olmuşdursa) müəyyənləşdirə bilməyən Poçt müdiriyyətinin üzərinə qoyulur.

2.  Əgər itki, oğurluq və zədələnmə halları göndərilmə zamanı baş vermişdirsə və bunun hansı ölkənin ərazisində və ya xidmətində baş verdiyini təyin etmək qeyri-mümkündürsə, bu halda müvafiq Müdiriyyətlər ziyanı bərabər hissələrlə ödəyir. Lakin, əgər söhbət sadə bağlamadan gedirsə və kompensasiya məbləği çəkisi 1 kq olan bağlama üçün 34.4.1-ci maddədə hesablanandan artıq deyilsə, həmin məbləğ, aralıq Müdiriyyətlər istisna olmaqla, qəbul və təyinat Müdiriyyətləri tərəfindən bərabər paylarla ödənilir.

3.  Qiyməti elan olunmuş göndərişlərə gəlincə isə bir Müdiriyyətin digər Müdiriyyətlərə görə məsuliyyəti heç bir halda, onun qəbul etdiyi qiymət elanı həddindən artıq ola bilməz.

4.  Qiyməti elan olunmuş göndərişlər xidmətini təmin etməyən Poçt müdiriyyətləri, bağlı depeşlərdə daşınması zamanı belə göndərişlərə görə müvafiq olaraq sifarişli göndərişlər və ya sadə bağlamalar üçün nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Bu müddəa, istifadə etdikləri gəmilərdə və ya təyyarələrdə qiymətli əşyaların daşınmasına görə Poçt müdiriyyətlərinin məsuliyyət daşımadıqları hallara da tətbiq edilir.

5.  Əgər itki, oğurlanma və ya zədələnmə, qiyməti elan edilmiş göndərişlər xidmətini təmin etməyən aralıq Müdiriyyətin ərazisində və ya xidmətində baş vermişdirsə, bu halda qəbul Müdiriyyəti ziyanın aralıq Müdiriyyətin ödəmədiyi hissəsini ödəyir. Ziyan məbləği aralıq Müdiriyyətin qəbul etdiyi qiymət elanı həddindən yüksək olduğu hallara da eyni qayda tətbiq edilir.

6.  Ləğv edilməsi mümkün olmayan gömrük rüsumları və digər vergilər göndərişin itkisi, oğurlanması və ya zədələnməsi üçün məsuliyyət daşıyan Müdiriyyətin hesabına aid edilir.

7.  Kompensasiyam ödəmiş Müdiriyyət bu ödənişi almış şəxsin hüquqlarını ödənişin məbləği hüdudlarında təmsil etməklə, ziyanı ünvançıdan, göndəricidən və ya üçüncü şəxslərdən hər hansı mümkün tutulması halında onu əvəz edir.

 

Fəsil   3

 

MƏKTUB KORRESPONDENSİYASI

GÖNDƏRİŞLƏRİNƏ DAİR MÜDDƏALAR

 

Maddə   42

Xidmətin keyfiyyəti sahəsində məqsədlər

1.  Müdiriyyətlər daxil olan və ya çıxan prioritet və aviagöndərişlərin, eləcə də yerüstü və qeyri-prioritet göndərişlərin işlənilmə müddətini təyin etməlidir. Bu müddət, onların daxili xidmətlərinin müvafiq göndərişlərinə tətbiq edilən müddətlərdən az münasib olmamalıdır.

2.  Qəbul və təyinat Müdiriyyətləri tərəfindən təyin edilmiş müddətləri oriyentir kimi qəbul edərək və daşınma vaxtını nəzərə alaraq, qəbul Müdiriyyətləri xaricə göndərilən prioritet və aviagöndərişlər üzrə xidmətin keyfiyyəti sahəsində məqsədləri dərc etməlidirlər.

3.  Poçt müdiriyyətləri, Beynəlxalq büro və ya Regional ittifaqların təşkil etdikləri sorğular, yaxud ikitərəfli sazişlər əsasında təyin edilmiş müddətlərə əməl olunmasını periodik yoxlayır.

4.  Təyin edilmiş müddətlərə əməl edilməsi üzrə yoxlamaları Poçt müdiriyyətləri tərəfindən periodik olaraq digər nəzarət sistemlərinin köməyi ilə, xüsusi halda isə xarici nəzarət yoxlamaları zamanı həyata keçirmək həmçinin arzuediləndir.

5.  İmkan daxilində Müdiriyyətlər xidmətin keyfiyyətinə nəzarət sistemin beynəlxalq poçt depeşləri üçün (istər daxil olan, istərsə də çıxan) tətbiq edirlər; burada söhbət, imkan daxilində, qəbul anından çatdırma anına qədər aparılan tam nəzarətdən gedir.

6.  Bütün üzv ölkələr Beynəlxalq büroya öz poçt xidmətlərinin istismarında onlar üçün oriyentir olan, nəqliyyat vasitələrinin gəlişinin son müddətləri (NVGSM) barədə aktuallaşdırılmış məlumatı təqdim edirlər. Üzv ölkələr nəzərdə tutduqları mümkün dəyişikliklər barədə Beynəlxalq büroya dərhal xəbər verməlidir ki, bu dəyişikliklər tətbiq edilənə qədər Beynəlxalq büronun həmin dəyişikliklər barədə vaxtında Poçt müdiriyyətlərini məlumatlandırmaq imkanı olsun.

7.  İmkan daxilində məlumatlar prioritet və qeyri-prioritet poçt axınları üçün ayrı-ayrılıqda təqdim edilməlidir.

Maddə   4 3

Öz ölkəsindən kənarda məktub korrespondensiyası göndərişlərinin qəbulu

1. Heç bir üzv ölkə, onun ərazisində yaşayaraq, digər ölkədəki daha münasib tarif şərtlərindən istifadə etmək məqsədilə bu ölkədən göndəriş yollayan və yaxud göndəriş yollanılmasını başqalarına həvalə edən göndəricinin məktub korrespondensiyasını nə göndərməyə, nə də ünvançılara çatdırmağa borclu deyildir.

2.  1-ci paraqrafın müddəaları fərq qoyulmadan, göndəricinin yaşadığı ölkədə hazırlanaraq sonra xaricə aparılmış, yaxud bilavasitə xarici ölkədə hazırlanmış məktub korrespondensiyası göndərişlərinə eyni dərəcədə şamil edilir.

3.  Təyinat Müdiriyyəti göndəricidən, o olmadığı halda isə qəbul Müdiriyyətindən daxili tariflərin ödənilməsini tələb etmək hüququna malikdir. Əgər nə göndərici, nə də qəbul Müdiriyyəti təyinat Müdiriyyəti tərəfindən müəyyən edilmiş müddətdə bu tariflərin ödənilməsinə razı olmazsa, bu halda təyinat Müdiriyyəti qaytarma xərclərini almaq hüququna malik olmaqla, bu göndərişləri qaytara, yaxud öz daxili qanunvericiliyinə uyğun onlarla davrana bilər.

4.  Heç bir üzv ölkə, göndəricinin yaşamadığı ölkədə onun özü tərəfindən və ya başqası vasitəsilə qəbula verilərək ona daxil olmuş böyük miqdarda məktub korrespondensiyası göndərişlərini, müvafiq kompensasiya almadan nə göndərməyə, nə də ünvan sahiblərinə çatdırmağa borclu deyildir (əgər bu göndərişlər üçün son xərclərin məbləği həmin göndərişlərin göndəricinin yaşadığı ölkədən qəbula verilməsi zamanı götürülməli olan müvafiq məbləğdən aşağıdırsa). Təyinat Müdiriyyəti iki aşağıdakı qaydadan biri üzrə hesablanmış maksimum məbləğdən çox olmayaraq, çəkdiyi xərclərin kompensasiyasını qəbul Müdiriyyətindən tələb etmək hüququna malikdir: ekvivalent göndərişlərə tətbiq edilən daxili tarifin 80%-i həcmində, yaxud hər göndəriş üçün 0,14 XAH üstəgəl hər kq üçün 1 XAH həcmində kompensasiya. Əgər qəbul Müdiriyyəti təyinat Müdiriyyəti tərəfindən müəyyən edilmiş müddətdə tələb edilən məbləği ödəməkdən imtina edirsə, bu halda təyinat Müdiriyyəti qaytarma xərclərini almaq hüququna malik olmaqla, bu göndərişləri qaytara, yaxud öz daxili qanunvericiliyinə uyğun onlarla davrana bilər.

Maddə   44

Yol verilən bioloji maddələr

1.  Tez korlanan maddələr, infeksion maddələr və infeksion maddələrin soyudulması üçün istifadə edilən karbon qazı (quru buz) yalnız rəsmən tanınmış kompetent laboratoriyalar arasındakı mübadilə çərçivəsində poçtla göndərilə bilər. Bu təhlükəli malların poçtda aviayolla göndərilməsinə yalnız milli qanunvericiliyin, Beynəlxalq mülki aviasiya təşkilatının (İKAO) qüvvədə olan texniki qaydalarının və təhlükəli mallara dair İATA qaydalarının buna icazə verdiyi şəraitdə yol verilə bilər.

2.  Reqlamentin müvafiq müddəalarına uyğun bağlanılmış və qablaşdırılmış tez korlanan bioloji maddələrin və infeksion maddələrin göndərilməsi üçün prioritet göndərişin və ya sifarişli məktubun tarifi götürülür. Bu göndərişlərin poçtda işlənilməsi üçün əlavə tarif tutmağa icazə verilir.

2.1.  Tez korlanan bioloji maddələrin və infeksion maddələrin buraxılması Poçt müdiriyyətləri bu göndərişləri qarşılıqlı, yaxud birtərəfli qaydada qəbul etməyə razılıq vermiş üzv ölkələrlə məhdudlaşdırılır.

2.2.  Bu maddələr ən tez yolla, müvafiq əlavə aviatariflərin ödənilməsi şərtilə adətən aviayolla və çatdırma zamanı üstünlük verilməklə göndərilir.

Maddə   4 5

Elektron poçtu

1.  Poçt müdiriyyətləri öz aralarında elektron poçt xidmətində iştirak etmək barədə razılıq əldə edə bilərlər.

2.  Elektron poçtu - poçt xidmətinin elə bir növüdür ki, burada göndəricidən fiziki və ya elektron şəkildə qəbul edilmiş məlumatların orijinala uyğun olaraq və bir neçə saniyə ərzində ötürülməsi üçün elektrik kanallarından istifadə olunur və bu məlumatlar ünvançıya fiziki və ya elektron şəkildə çatdırılır. Məlumat göndəricidən fiziki formada qəbul edildiyi halda o, elektron yolu ilə bir qayda olaraq, mümkün qədər ən uzaq məsafələrə ötürülür və ünvançı üçün mümkün qədər ən münasib fiziki formada bərpa edilir. Fiziki formada olan məlumat ünvançıya bağlı qaydada, məktub korrespondensiyası göndərişi kimi təqdim edilir.

3.  Elektron poçtu üçün tariflər Müdiriyyətlər tərəfindən xidmətin dəyərinə və bazar tələblərinə uyğun olaraq təyin edilir.

M addə   4 6

Tranzit xərcləri

1.  52-ci maddəyə əməl olunması şərtilə, iki Müdiriyyət arasında və ya eyni bir ölkənin iki müəssisəsi arasında, bir və ya bir neçə digər Müdiriyyətin xidmətlərinin (üçüncü xidmətlər) vasitəçiliyi ilə mübadilə olunan bağlı depeşlərin daşınmasına görə tranzit xərclərin ödənişi alınır. Bu ödəniş quru yol, dəniz və hava tranzit xidmətlərinin göstərilməsi üçün olan kompensasiyadır.

2.  Açıq tranzitlə yollanılan göndərişlər üçün həmçinin tranzit xərcləri alına bilər.

3.  Tətbiq üsulları və şkalalar məktub korrespondensiyası Reqlamentində şərh edilmişdir.

Maddə   47

Son xərclər. Ümumi müddəalar

1.  52-ci maddəyə əməl etmək şərtilə, digər Müdiriyyətdən məktub korrespondensiyası alan hər bir Müdiriyyət alınmış beynəlxalq poçta görə göndərən Müdiriyyətdən xərclərin kompensasiyasını götürmək hüququna malikdir.

2.  Son xərclərin kompensasiyasına dair müddəaların tətbiq edilməsi üçün Poçt müdiriyyətləri Konqres tərəfindən bu məqsədlə tərtib edilmiş siyahıya uyğun olaraq "sənayecə inkişaf etmiş ölkələr" və ya "inkişaf etməkdə olan ölkələr" kimi təsnifləndirilir.

3.  Son xərclərin ödənişi ilə bağlı bu Konvensiyadakı müddəalar, hər bir ölkəyə xas olan elementləri nəzərə almaqla ödəniş sisteminin qəbul edilməsi yolunda keçid tədbirlərdir.

4.  Daxili rejimə giriş imkanı

4.1. Hər bir Müdiriyyət öz daxili rejimində milli müştərilərinə təklif etdiyi şərtlərlə analoji olaraq, bütün tarifləri, müddətləri və şərtləri digər Müdiriyyətlərə tətbiq edir.

4.2.  Göndərən Müdiriyyət analoji şəraitdə hər hansı sənayecə inkişaf etmiş təyinat ölkəsinin Müdiriyyəti qarşısında, sonuncunun öz milli müştəriləri üçün müvafiq göndərişlərdə nəzərdə tutduğu ilə eyni olan şərtlərdən istifadə etmək barədə tələb qoya bilər.

4.3.  İnkişaf etməkdə olan ölkələrin Müdiriyyətləri 4.1-ci paraqrafda xatırladılan şərtlərə giriş imkanına icazə verib-vermədiklərini bildirməlidir.

4.3.1. Əgər inkişaf etməkdə olan hər hansı ölkənin Müdiriyyəti öz daxili rejimində təklif olunan şərtlərə giriş imkanına icazə verməsi barədə bəyanat verirsə, bu icazə ayrıseçkilik olmadan İttifaqın bütün Müdiriyyətlərinə tətbiq edilir.

4.4. Təyinat müdiriyyəti onun daxili rejiminə giriş imkanının şərtlərinə qəbul Müdiriyyəti tərəfindən riayət olunub-olunmaması barədə qərar vermək hüququna malikdir.

5.  Böyük miqdarda poçta görə son xərclərin tarifləri, son xərclərə dair ikitərəfli və çoxtərəfli sazişlərə uyğun olaraq təyinat Müdiriyyətinin tətbiq etdiyi ən münasib tariflərdən artıq olmamalıdır.

6.  Poçt istismarı şurası 48-51-ci maddələrdə göstərilən kompensasiyanı iki Konqresarası müddətdə dəyişmək hüququna malikdir. Həyata keçiriləcək yenidənbaxılma etibarlı iqtisadi və maliyyə məlumatlarına əsaslanmalı, Konvensiyanın və məktub korrenpondensiyası Reqlamentinin son xərclərə dair bütün müddəalarını nəzərə almaqla həyata keçirilməlidir. Mümkün dəyişiklik barədə qərar Poçt istismarı şurasının müəyyən etdiyi tarixdən qüvvəyə minir.

7.  İstənilən Müdiriyyət 1-ci paraqrafda nəzərdə tutulmuş kompensasiyadan tam və ya qismən imtina edə bilər.

8.  İkitərəfli və ya çoxtərəfli sazişlər əsasında maraqlı Müdiriyyətlər son xərclərlə bağlı hesabların ödənilməsi üçün digər kompensasiya sistemləri tətbiq edə bilər.

Maddə   48

Son xərclər. Sənayecə inkişaf etmiş ölkələr arasındakı mübadilələrə tətbiq edilən müddəalar

1.  Böyük miqdarda poçt daxil olmaqla və "M" kisələri istisna edilməklə, məktub korrespondensiyası göndərişləri üçün kompensasiya, təyinat ölkəsində işlənilmə xərclərini özündə əks etdirən, hər bir göndərişə görə və hər bir kiloqrama görə tariflərin tətbiq edilməsinə oxşar təyin olunur. Tariflərin hesablanması məktub korrespondensiyası Reqlamentində göstərilmiş şərtlər əsasında həyata keçirilir.

2.  2001-2003-cü illər dövrü üçün göndərişə görə və kiloqrama görə tariflər, daxili rejimin 20 qram çəkili məktub tarifinin 60%-i məbləğində hesablanmış tarifdən və aşağıdakı tariflərdən artıq olmamalıdır:

2.1.  2001-ci il üçün - 0,158 XAH göndərişə görə və 1,684 XAH kiloqrama görə;

2.2.  2002-ci il üçün - 0,172 XAH göndərişə görə və 1,684 XAH kiloqrama görə;

2.3. 2003-cü il üçün - 0,215 XAH göndərişə görə və 1,684 XAH kiloqrama görə.

3.  2004-2005-ci illər üçün poçt istismarı Şurası hər bir inkişaf etmiş ölkənin xərcləri və tarifləri arasındakı münasibətə uyğun olaraq həmin ölkələrin hər birinə müvafiq olan tariflərin yekun faizini müəyyən edəcəkdir.

4.  2001-2005-ci illər dövründə tətbiq olunan tariflər, hər bir göndərişə görə 0,147 XAH-dan, hər bir kiloqrama görə 1,491 XAH-dan aşağı olmamalıdır.

5.  "M" kisələr üçün tətbiq edilən tarif hər kiloqrama görə 0,653 XAH-a bərabərdir.

5.1. 5 kiloqramdan aşağı "M" kisələr son xərclərin kompensasiyasında 5 kiloqram kimi götürülür.

6.  Təyinat Müdiriyyəti sifarişli və qiyməti elan edilmiş göndərişlərin çatdırılması üçün uyğun olaraq hər bir sifarişli göndərişə görə 0,5 XAH, hər bir qiyməti elan edilmiş göndərişə görə 1,0 XAH məbləğində əlavə kompensasiya almaq hüququna malikdir.

7.  İnkişaf etmiş ölkələr arasında nəzərdə tutulmuş müddəalar, bu müddəalara əməl etmək istədiyi barədə bəyanat verən və 48-50-ci maddələrin və onlara dair məktub korrespondensiyası Reqlamentinin maddələrinin müddəalarının tətbiq edilməsi ilə bağlı bu ölkəyə inkişaf etmiş ölkə kimi baxılmasını arzu edən inkişaf etməkdə olan hər hansı ölkəyə tətbiq edilə bilər.

Maddə 49

Son xərclər. İnkişaf etməkdə olan ölkələrdən sənayecə inkişaf etmiş ölkələrə göndərilən poçt axınına tətbiq edilən müddəalar

1.   Kompensasiya

1.1.  "M" kisələr istisna olmaqla, məktub korrespondensiyası göndərişləri üçün kompensasiya, hər kiloqrama görə 3,427 XAH təşkil edir.

1.2.  "M" kisələr üçün tətbiq olunan tarif hər kq-a görə 0,653 XAH-a bərabərdir.

1.2.1. 5 kq-dan aşağı çəkili "M" kisələr son xərclərin kompensasiyası üçün 5 kiloqram kimi götürülür.

1.3. Təyinat Müdiriyyəti sifarişli və qiyməti elan edilmiş göndərişlərin çatdırılması üçün hər bir sifarişli göndərişə görə 0,5 XAH, hər bir qiyməti elan edilmiş göndərişə görə 1,0 XAH məbləğində əlavə kompensasiya almaq hüququna malikdir.

2.   Yenidən baxılma mexanizmi

2.1.  İl ərzində 150 tondan artıq poçt axını göndərən Müdiriyyət hər hansı müəyyən bir istiqamətdə göndərilmiş poçtun hər kiloqramındakı göndərişlərin orta miqdarının 14-dən az olduğunu aşkar edirsə, bu zaman o, 1.1-ci paraqrafda göstərilən tarifə yenidənbaxılmaya nail ola bilər.

2.2.  İl ərzində 150 tondan artıq poçt axını qəbul edən Müdiriyyət hər hansı müəyyən bir istiqamətdən alınmış poçtun hər kiloqramındakı göndərişlərin orta miqdarının 21-dən artıq olduğunu aşkar edirsə, bu zaman o, 1.1-ci paraqrafda

göstərilən tarifə yenidən baxılmaya nail ola bilər.

2.3. Yenidənbaxılma, məktub korrespondensiyası Reqlamentində təyin edilmiş şərtlər daxilində həyata keçirilir.

3.   Sistemlərin razılaşdırma mexanizmi

3.1. İl ərzində 50 tondan artıq poçt axını qəbul edən Müdiriyyət bu axının illik çəkisinin, məktub korrespondensiyası Reqlamentində göstərilən şərtlərə uyğun olaraq hesablanmış həddən artıq olduğunu aşkar edirsə, bu zaman o, yenidənbaxılma mexanizmindən istifadə etməmək şərtilə, həmin həddən artıq olan poçta 48-ci maddədə nəzərdə tutulmuş kompensasiya sistemini tətbiq edə bilər.

4.   Böyük miqdarda poçt

4.1. Böyük miqdarda poçt üçün kompensasiya 48.1-ci maddədə nəzərdə tutulmuş hər bir göndərişə görə və hər bir kiloqrama görə tariflərin tətbiqinə uyğun təyin edilir.

Maddə   50

Son xərclər. Sənayecə inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə göndərilən poçt axınına tətbiq edilən müddəalar

1.   Kompensasiya

1.1. "M" kisələr istisna olmaqla, məktub korrespondensiyası göndərişləri üçün kompensasiya hər kq-a görə 3,427 XAH təşkil edir.

1.1.1. 1.1 -ci paraqrafda göstərilmiş tarifin tətbiqi ilə hesablanan son xərclər, inkişaf etməkdə olan ölkələrdə xidmət keyfiyyətinin yaxşılaşdırılmasının maliyyələşdirilməsi üçün fond çərçivəsində 7,5% artırılır.

1.2. "M" kisələr üçün tətbiq olunan tarif hər kq-a görə 0,653 XAH-a bərabərdir.

1.2.1. 5 kq-dan aşağı çəkili "M" kisələr son xərclərin kompensasiyası üçün 5 kq kimi götürülür.

1.3. Təyinat Müdiriyyəti sifarişli və qiyməti elan edilmiş göndərişlərin çatdırılması üçün, hər bir sifarişli göndərişə görə 0,5 XAH, hər bir qiyməti elan edilmiş göndərişə görə 1,0 XAH məbləğində əlavə kompensasiya almaq hüququna malikdir.

2.   Yenidən baxılma mexanizmi

2.1.  İl ərzində 150 tondan artıq poçt axını qəbul edən Müdiriyyət hər hansı müəyyən bir istiqamətdən alınmış poçtun hər kiloqramındakı göndərişlərin orta miqdarının 21-dən artıq olduğunu aşkar edirsə, bu zaman o, tarifə yenidənbaxılmaya nail ola bilər.

2.2.  Yenidənbaxılma məktub korrespondensiyası Reqlamentində təyin edilmiş şərtlər daxilində həyata keçirilir.

3.   Böyük miqdarda poçt

3.1. Daxili rejimində təklif olunan şərtlərə giriş imkanına icazə verməyən Müdiriyyətlər aldıqları böyük miqdarda poçt üçün hər bir göndərişə görə 0,14 XAH və hər bir kiloqrama görə 1 XAH məbləğində kompensasiya tələb edə bilər.

3.2. Daxili rejimində təklif olunan şərtlərə giriş imkanına icazə verən Müdiriyyətlər aldıqları böyük miqdarda poçta, öz milli müştərilərinə bu tipli göndərişlər üçün təklif edilən daxili tariflərə uyğun, lakin 9% artımla kompensasiya tətbiq edə bilər ki, bu kompensasiya 48.2-ci maddədə göstərilən tariflərdən artıq olmamalıdır.

Maddə   5 1

Son xərclər. İnkişaf etməkdə olan ölkələr arasındakı mübadilələrə tətbiq edilən müddəalar

1.   Kompensasiya

1.1. "M" kisələr istisna olmaqla, məktub korrespondensiyası göndərişləri üçün kompensasiya hər kq-a görə 3,427 XAH təşkil edir.

1.2. "M" kisələr üçün tətbiq olunan tarif hər kq-a görə 0,653 XAH-a bərabərdir.

1.2.1. 5 kq-dan aşağı çəkili "M" kisələr son xərclərin kompensasiyası üçün 5 kq kimi götürülür.

1.3. Təyinat Müdiriyyəti sifarişli və qiyməti elan edilmiş göndərişlərin çatdırılması üçün hər bir sifarişli göndərişə görə 0,5 XAH, hər bir qiyməti edilmiş göndərişə görə 1,0 XAH məbləğində əlavə kompensasiya almaq hüququna malikdir.

2.   Yenidənbaxılma mexanizmi

2.1.  İl ərzində 150 tondan artıq poçt axını qəbul edən Müdiriyyət hər hansı müəyyən bir istiqamətdən alınmış poçtun hər kiloqramındakı göndərişlərin orta miqdarının 21-dən artıq olduğu aşkar edirsə, bu zaman o, tarifə yenidənbaxılmaya nail ola bilər.

2.2.  Yenidənbaxılma məktub korrespondensiyası Reqlamentində təyin edilmiş şərtlər daxilində həyata keçirilir.

3.   Böyük miqdarda poçt

3.1. Daxili rejimində təklif olunan şərtlərə giriş imkanına icazə verməyən Müdiriyyətlər aldıqları böyük miqdarda poçt üçün hər bir göndərişə görə 0,14 XAH və hər bir kiloqrama görə 1 XAH məbləğində kompensasiya tələb edə bilər.

3.2. Daxili rejimində təklif olunan şərtlərə giriş imkanına icazə verən Müdiriyyətlər aldıqları böyük miqdarda poçta, öz milli müştərilərinə bu tipli göndərişlər üçün təklif edilən daxili tariflərə uyğun, lakin 9% artımla kompensasiya tətbiq edə bilər ki, bu kompensasiya 48.2-ci maddədə göstərilən tariflərdən artıq olmamalıdır.

Maddə   52

Tranzit və son xərclərin ödənişindən azad edilmə

1. 8.2.2-ci maddədə göstərilmiş məktub korrespondensiyası göndərişləri və bağlı depeşlərdə qəbul yerinə qaytarılan poçt göndərişləri quru yol və ya dəniz tranzit üzrə xərclərin və son xərclərin ödənilməsindən azad edilir. İçərisində boş poçt kisələri olan göndərişlər yalnız son xərclərin ödənişindən azad edilir və bu göndərişlər üçün tranzit xərclərin ödənişi boş kisələrin mənsub olduğu Poçt müdiriyyətinə həvalə olunur.

Maddə   53

Hava yolu daşınması ilə bağlı xərclər

1. Hava yolunun bütün məsafəsi boyu daşınma üzrə xərclər aşağıdakı qaydada ödənilir:

1.1. Əgər söhbət bağlı depeşlərdən gedirsə, qəbul ölkəsinin Müdiriyyəti hesabına;

1.2. Əgər söhbət, səhv göndərilmiş korrespondensiya da daxil olmaqla, açıq tranzitlə göndərilən prioritet və aviagöndərişlərdən gedirsə, bu göndərişləri digər Müdiriyyətə ötürən Müdiriyyətin hesabına.

2.  Bu qaydalar həmçinin, 52-ci maddəyə uyğun olaraq, quru yol və dəniz tranziti üçün rüsumlardan azad edilmiş göndərişlərə də, əgər onlar hava yolu ilə göndərilirsə, tətbiq olunur.

3.  Əgər ölkə daxilində avia daşınmaları üzrə orta-tarazlaşdırılmış keçid məsafəsi 300 km-dən çoxdursa, bu halda öz ölkəsi daxilində beynəlxalq poçtun avia daşınmasını təmin edən hər bir təyinat Müdiriyyəti bu daşınma ilə bağlı əlavə xərclərin kompensasiyasını almaq hüququna malikdir. Əgər pulsuz daşınma barədə razılaşma yoxdursa, bu halda xarici ölkədən daxil olan bütün prioritet depeşlər və aviadepeşlər üçün, onların daxilində hava yolu ilə daşınıb-daşınmamasından asılı olmayaraq, xərclər eyni qaydada olmalıdır.

4.  Bununla belə, əgər təyinat Müdiriyyəti tərəfindən son xərclər üzrə götürülən kompensasiya başlıca olaraq, dəyərə və ya daxili tariflərə əsaslanırsa, bu halda daxili avia daşınma üçün xərclərin heç bir əlavə kompensasiyası həyata keçirilmir.

5.  Təyinat Müdiriyyəti orta-tarazlaşdırılmış məsafənin hesablanması zamanı, son xərclərin kompensasiyası hesabatı başlıca olaraq, dəyərə və ya təyinat Müdiriyyətinin daxili tariflərinə əsaslanmış bütün depeşlərin çəkisini istisna edir.

6.  Maraqlı Müdiriyyətlər arasında xüsusi razılaşma olmadıqda, aviadepeşlərə, onların yerüstü və ya dəniz yolu ilə mümkün daşınması zamanı, Reqlamentdə göstərilən tranzit xərc şkalaları tətbiq edilir. Bununla belə, aşağıdakı işlər üçün quru yol tranzit xərclərin heç bir ödənişi aparılmır:

6.1.  eyni bir şəhərə xidmət göstərən iki aeroport arasında aviadepeşlərin yüklənilib boşaldılması:

6.2.  depeşlərin, şəhərə xidmət göstərən aeroportla, həmin şəhərdə yerləşən anbar arasında daşınması, həmçinin bu depeşlərin yerdən-yerə göndərilməsi məqsədilə qaytarılması.

Maddə   5 4

 Əsas tarif və hava yolu daşınması üzrə xərclərin hesabatı

1.  Müdiriyyətlər arasında hava daşınmaları üçün hesabların ödənişinə tətbiq olunan əsas tarif Poçt istismarı şurası tərəfindən təsdiq edilir. Bu tarif məktub korrespondensiyası Reqlamentində müəyyən edilmiş düstur üzrə Beynəlxalq Büro tərəfindən hesablanır.

2.  Bağlı depeşlərin, açıq tranzitlə göndərilən prioritet və aviagöndərişlərin daşınması üzrə xərclərin hesabatı, eləcə də buna aid olan hesabat metodları məktub korrespondensiyası Reqlamentində şərh edilmişdir.

 

 

Fəsil  IV

 

POÇT BAĞLAMALARINA DAİR MÜDDƏALAR

Maddə   55

Xidmətin keyfiyyəti sahəsində məqsədlər

1.  Təyinat Müdiriyyətləri öz ölkələrinə göndərilən poçt aviabağlamalarının işlənilməsi müddətini təyin etməlidir. Adətən gömrük nəzarəti üçün tələb edilən vaxt qədər artırılan həmin müddət onların daxili xidmətlərinin müvafiq göndərişlərinə tətbiq edilən müddətlərdən az münasib olmamalıdır.

2.  Təyinat Müdiriyyətləri, imkan daxilində, həmçinin öz ölkələrinə göndərilən yerüstü bağlamaların işlənilməsi üçün müddət təyin etməlidir.

3.  Qəbul Müdiriyyətləri xaricə göndərilmək üçün nəzərdə tutulan avia və yerüstü bağlamaların işlənilməsinin keyfiyyətinə dair məqsədləri müəyyən edir və bu zaman istinad olaraq, təyinat Müdiriyyəti tərəfindən qoyulmuş müddətlər götürülür.

4.  Müdiriyyətlər faktiki nəticələri xidmətin keyfiyyəti üzrə nəzərdə tutulmuş məqsədlərlə müqayisə edərək yoxlayır.

Maddə   56

Daxil olan bağlamalar üçün quru yol tarif payı

1.  İki Poçt müdiriyyəti arasında mübadilə olunan bağlamalara tətbiq edilən quru yol tarif payları daxil olan bağlamalara görə hər bir ölkə üçün və hər bir bağlama üçün ayrılıqda hesablanır və bu hesablama hər bağlamaya görə və hər kiloqrama görə kombinə edilməklə Reqlamentdə göstərilən təqribi tariflər əsasında həyata keçirilir.

2.  Yuxarıda göstərilən istinad tariflərini nəzərə alaraq, Müdiriyyətlər daxil olan bağlamalar üçün öz quru yol tarif paylarını onların xidmət xərclərinə uyğun olmaqla təyin edir.

3.  1-ci və 2-ci paraqraflarda göstərilən tarif payları, əgər bu Konvensiya həmin prinsipdən yayınmaları nəzərdə tutmursa, qəbul ölkəsinin Müdiriyyəti tərəfindən ödənilir.

4.  Daxil olan mübadilə üçün quru yol ayırmaları hər bir ölkənin bütün ərazisi üçün vahid olmalıdır.

Maddə   57

Tranzit üçün quru yol tarif payı

1.  İki Müdiriyyət və ya eyni bir ölkənin iki müəssisəsi arasında bir və ya bir neçə digər Müdiriyyətin yerüstü xidmətinin vasitəçiliyi ilə mübadilə edilən bağlamalar üçün, xidmətləri yerüstü daşınmada iştirak edən ölkələrin xeyrinə, Reqlamentdə təyin edilmiş və məsafə pillələrinə uyğun olaraq, tranzitə görə quru yol ayırmaları hesablanır.

2.  Açıq tranzitlə göndərilən bağlamalarla əlaqədar, aralıq Müdiriyyətlərlə Reqlamentdə təyin edilmiş, hər bir göndəriş üçün müqavilə üzrə tarif payını tələb etməyə icazə verilir.

3. 1-ci və 2-ci paraqraflarda göstərilən tarif payları, əgər bu Konvensiya həmin prinsipdən kənara çıxmaları nəzərdə tutmursa, qəbul ölkəsinin Müdiriyyəti tərəfindən ödənilir.

4.  Poçt istismarı şurası iki Konqres arası müddətdə quru yol tranzit tarif paylarına yenidən baxmaq və onları dəyişdirmək səlahiyyətinə malikdir. Tranzit əməliyyatlarını həyata keçirən Müdiriyyətlərə ədalətli kompensasiyanı təmin edən metodologiyaya müvafiq aparılan yenidənbaxılma etibarlı və mötəbər iqtisadi və maliyyə məlumatlarına əsaslanmalıdır. Mümkün dəyişiklik haqqında qərar Poçt istismarı şurasının müəyyən etdiyi tarixdən qüvvəyə minir.

5.  Aşağıdakı işlərə görə tranzit üçün heç bir quru yol tarif payı hesablanmır:

5.1.  eyni bir şəhərə xidmət göstərən iki aeroport arasında aviadepeşlərin yüklənilib-boşaldılması;

5.2.  depeşlərin, şəhərə xidmət göstərən aeroportla həmin şəhərdə yerləşən anbar arasında daşınması, həmçinin bu depeşlərin yerdən-yerə göndərilməsi məqsədilə qaytarılması.

Maddə   58

Dəniz tarif payı

1.  Bağlamaların dəniz yolu ilə daşınmasında iştirak edən ölkələrin hər birinə, Reqlamentdəki cədvəldə göstərilmiş dəniz paylarını almağa icazə verilir. Bu paylar, əgər bu Konvensiya həmin prinsipdən kənara çıxmaları nəzərdə tutmursa, qəbul ölkəsinin Müdiriyyəti tərəfindən ödənilir.

2.  İstifadə olunan hər bir dəniz daşınması üçün dəniz tarif payı, tətbiq edilən məsafə pillələrinə uyğun olaraq poçt bağlamaları Reqlamentində təyin edilmişdir.

3.  Poçt müdiriyyətləri 58.2-ci maddəyə müvafiq olaraq hesablanmış dəniz tarif payını 50% yüksəltmək hüququna malikdir. Eyni zamanda onlar öz mülahizələri əsasında bu tarifi azalda da bilərlər.

4.  Poçt istismarı şurası iki Konqresarası müddətdə dəniz tarif paylarına yenidən baxmaq və onları dəyişdirmək səlahiyyətinə malikdir. Tranzit əməliyyatlarını həyata keçirən Müdiriyyətlərə ədalətli kompensasiyanı təmin edən metodologiyaya müvafiq aparılan yenidənbaxılma mötəbər və etibarlı iqtisadi və maliyyə məlumatlarına əsaslanmalıdır. Mümkün dəyişiklik haqqında qərar Poçt istismarı şurasının müəyyən etdiyi tarixdən qüvvəyə minir.

Maddə   59

 Aviadaşınma xərcləri

1.  Aviadaşınmalar üçün Müdiriyyətlər arasında hesabların ödənilməsi zamanı tətbiq olunan əsas tarif Poçt istismarı şurası tərəfindən təsdiq edilir. O, Beynəlxalq Büro tərəfindən məktub korrespondensiyası Reqlamentində göstərilən düstur əsasında hesablanır.

2.  Bağlı depeşlərin və açıq tranzitlə göndərilən aviabağlamaların və avia daşınma xərclərinin hesabatı poçt bağlamaları Reqlamentində göstərilmişdir.

3.  Bir neçə ayrı-ayrı aviaxidmətlər tərəfindən ardıcıl olaraq daşınan aviabağlamaların, yol zamanı eyni bir aeroportda yüklənib-boşaldılması ödənişsiz həyata keçirilir.

Maddə   60

Tarif paylarının alınmasından azad edilmə

Xidməti bağlamalar üçün, eləcə də hərbi əsirlərin və internə edilmiş mülki şəxslərin bağlamaları üçün, aviabağlamaların hava yolu ilə daşınması xərcləri istisna olmaqla, heç bir tarif payı götürülmür.

 

Fəsil   V

 

EMS XİDMƏTİ

M a d d ə   6 1

EMS xidməti

1.  EMS xidməti poçt xidmətləri içərisində fiziki cəhətdən ən sürətlisidir və bu xidməti təmin etməyə razılıq vermiş Müdiriyyətlərdə o, digər poçt göndərişləri ilə müqayisədə prioritetə malikdir. Bu xidmət məktub korrespondensiyasının, sənədlərin və ya malların ən qısa müddətlərdə qəbulu, ötürülməsi və çatdırılması proseslərindən ibarətdir.

2.  ESM xidməti ikitərəfli sazişlər əsasında reqlamentləşdirilir. Bu sazişlərlə dəqiq müəyyənləşdirilməyən aspektlər İttifaq Aktlarının müvafiq müddəalarına aid edilir.

3.  Bu xidmət, imkan daxilində, aşağıdakı elementlərdən ibarət olan loqotip üzrə müəyyən edilir:

-  narıncı rəngdə qanad forması;

-  göy rəngdə EMS hərfləri;

-  narıncı rəngdə üç üfqi zolaq.

Loqotip milli xidmətdə istifadə olunan adla tamamlana bilər.

4.  Xidmət tarifləri xərclər və bazarın tələbatı nəzərə alınmaqla, qəbul Müdiriyyəti tərəfindən təyin edilir.

 

Üçüncü   hissə

 

İLKİN VƏ YEKUN MÜDDƏALAR

 

Maddə   62

Poçt bağlamaları xidmətinin təmin edilməsi öhdəliyi

1. 10.1-ci maddədən kənara çıxaraq, bu Konvensiyanın qüvvəyə minməsinə qədər poçt bağlamaları haqqında Sazişi imzalamamış ölkələr poçt bağlamaları xidmətini təmin etməyə borclu deyildir.

M a d d ə   6 3

 Cinayət təqibi tədbirlərinə dair öhdəliklər

1. Üzv ölkələrin hökumətləri aşağıdakı zəruri tədbirləri yerinə yetirməyi və ya həmin tədbirlərin görülməsi barədə öz ölkələrinin qanunverici orqanlarına təklif verməyi öz öhdəsinə götürür:

1.1. poçt markalarının (hətta tədavüldən çıxarılmış) və beynəlxalq cavab kuponlarının saxtalaşdırılmasına görə cəza verilməsi üçün;

1.2. aşağıdakıların istifadə edilməsinə və ya tədavülə buraxılmasına görə cəza verilməsi üçün:

1.2.1. saxta (hətta tədavüldən çıxarılmış) və ya istifadədə olmuş poçt markalarını, eləcə də frankirə maşınlarının və ya mətbəə çap maşınlarının saxta və ya istifadədə olmuş ottisklərinin;

1.2.2. saxta beynəlxalq cavab kuponlarının;

1.3. üzv ölkələrdən birinin Poçt müdiriyyəti tərəfindən buraxılan marka və vinetkalarla asanlıqla qarışıq salına bilinəcək dərəcədə imitasiya edilmiş və ya saxtalaşdırılmış marka və vinetkaların hazırlanması, tədavülə buraxılması və onların poçt xidmətində istifadəsi ilə bağlı hər cür naqis hərəkətlərin qadağan olunması və qarşısının alınması üçün;

1.4. göndərişə qoyulması Konvensiyada birmənalı şəkildə qadağan olunmuş narkotik və psixotrop, eləcə də partlayıcı, tezalışan və ya digər təhlükəli maddələrin göndərilməsinə görə xəbərdarlıq edilməsi, lazımi halda isə cəzalandırılması üçün;

1.5. üzərində pedofiliya və ya pornoqrafiya ilə əlaqəsi olan uşaqlar təsvir olunmuş əşyaların poçt göndərişlərinə qoyulmasına görə xəbərdarlıq edilməsi və cəzalandırılması üçün.

Maddə   64

 Konvensiya və bəzi Reqlamentlərə dair təkliflərin təsdiq edilməsi şərtləri

1.  Bu Konvensiyaya dair Konqresə təqdim edilmiş təkliflərin qüvvəyə minməsi üçün, həmin təkliflər iştirak edən və səs verən üzv ölkələrin əksəriyyəti tərəfindən bəyənilməlidir. Konqresdə təmsil edilmiş üzv ölkələrin ən azı yarısı səsvermədə iştirak etməlidir.

2.  Məktub korrespondensiyası Reqlamentinə və poçt bağlamaları Reqlamentinə dair təkliflərin qüvvəyə minməsi üçün, həmin təkliflər Poçt istismarı şurasının üzvlərinin əksəriyyəti tərəfindən bəyənilməlidir.

3.  İki Konqresarası müddətdə irəli sürülmüş və bu Konvensiyaya və onun Yekun protokoluna dair təkliflər aşağıdakı qaydalar üzrə qəbul olunduğu halda, qüvvəyə minir:

3.1.  səslərin üçdə iki hissəsi ilə; əgər söhbət dəyişikliklərdən gedirsə və əgər İttifaqın üzv ölkələrinin ən azı yarısı sorğuya cavab veribsə;

3.2.  səslərin əksəriyyəti ilə, əgər söhbət müddəaların şərhindən gedirsə.

4.   3.1-ci paraqrafda nəzərdə tutulmuş müddəalara baxmayaraq, milli qanunvericiliyi təklif olunmuş dəyişikliklə hələ bir araya sığmayan hər hansı üzv ölkə Beynəlxalq Büronun Baş direktoruna, bu dəyişikliyi qəbul etməyin onun üçün qeyri-mümkün olduğu barədə yazılı bəyanatla müraciət etmək hüququna malikdir və bu bəyanat məlum dəyişiklik haqqında məlumatın alındığı andan doxsan gün müddətində təqdim edilməlidir.

Maddə  65

 Konvensiyanın qüvvəyə minməsi və qüvvədə qalma müddəti

1.  Bu Konvensiya 2001-ci il yanvarın 1-dən qüvvəyə minir və növbəti Konqres Aktlarının qüvvəyə mindiyi tarixə qədər qüvvədə qalır.

2.  Bunun təsdiqi olaraq, üzv ölkələrin Hökumətlərinin səlahiyyətli nümayəndələri bu Konvensiyanı bir nüsxədə imzaladılar və bu nüsxə saxlanılmaq üçün Beynəlxalq büronun Baş direktoruna veriləcəkdir. Bu nüsxənin surəti hər bir ölkəyə Konqresin keçirildiyi ölkənin Hökuməti tərəfindən çatdırılacaqdır.

1999-cu il sentyabrın 15-də Pekində imzalanmışdır.

 

 

Ümumdünya Poçt Konvensiyasının

YEKUN PROTOKOLU

 

Bugünkü tarixdə yekunlaşdırılmış Ümumdünya Poçt Konvensiyası imzalanarkən Səlahiyyətli nümayəndələr aşağıdakılar barədə razılığa gəldilər:

I   Maddə

 Poçt göndərişlərinin mənsubiyyəti

1.   3-cü maddə aşağıdakı ölkələrə tətbiq edilmir. Antiqua və Barbuda, Avstraliya, Bəhreyn, Barbados, Beliz, Botsvana, Bruney-Darüssalam, Kanada, Honkonq (Çin), Dominikan, Misir, Fici, Qambiya, Qana, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Krallıqdan asılı Dənizarxası ərazilər, Qrenada, Qayana, İrlandiya, Yamayka, Kenya, Kiribati, Küveyt, Lesoto, Malaziya, Malavi, Mavriki, Nauru, Nigeriya, Yeni Zelandiya, Uqanda, Papua-Yeni Qvineya, Sent-Kristofer və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadina, Solomon Adaları, Qərbi Samoa, Seyşel Adaları, Syerra-Leone, Sinqapur, Svazilend, Tanzaniya (Birləşmiş Respublika), Trinidat və Tobaqo, Tuvalu, Vauatu, Zambiya və Zimbabve.

2.   3-cü maddə həmçinin Danimarkaya tətbiq edilmir, çünki bu ölkənin qanunvericiliyi, ünvançıya məktub korrespondensiyası göndərişlərinin onun ünvanına daxil olması barədə xəbər verildiyi andan göndəricinin xahişi ilə həmin göndərişin geri qaytarılmasına və ya ünvanına düzəliş edilməsinə icazə vermir.

II  Maddə

Tariflər

1. 7.5-ci maddədən kənara çıxaraq, Kanada Poçt müdiriyyətinə Reqlamentdə nəzərdə tutulduğundun fərqli poçt tarifləri, əgər bu tariflərə onun ölkəsinin qanunvericiliyində yol verilirsə, götürməyə icazə verilir.

III  Maddə

Sekoqramların pulsuz göndərilməsində istisna

1. 8.4-cü maddədən kənara çıxaraq, daxili xidmətlərində sekoqramların pulsuz göndərilməsini həyata keçirməyən Sent-Vinsent və Qrenadina və Türkiyə

Poçt Müdiriyyətləri sekoqramlar üçün öz daxili xidmətlərində tətbiq etdiklərindən yüksək olmayan rüsum və xüsusi tarifləri götürmək hüququna malikdir.

2. 8.4-cü maddədən kənara çıxaraq, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Kanada, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Yaponiya və İsveçrə Poçt müdiriyyətləri öz daxili xidmətlərində sekoqramlara tətbiq etdikləri xüsusi tarifləri götürmək hüququna malikdir.

IV  Maddə

Əsas xidmətlər

1. 10-cu maddənin müddəalarına zidd olaraq, Avstraliya əsas xidmətlərin poçt bağlamalarına şamil olunmasını qəbul etmir.

V  Maddə

Kiçik paketlər

1. Konvensiyanın 10-cu maddəsindən kənara çıxaraq, Səudiyyə Ərəbistanı Poçt müdiriyyətinə çəkisi 1 kq-dan artıq kiçik paketləri qəbul etməməyə icazə verilir.

VI  Maddə

 Çap nəşrləri. Maksimal çəki

1. 10.4.2-ci maddədən kənara çıxaraq, Kanada və İrlandiya Poçt müdiriyyətlərinə daxil olan və çıxan çap nəşrlərinin maksimal çəkisini 2 kq-a qədər məhdudlaşdırmağa icazə verilir.

VII Maddə

Poçt bağlamaları xidmətinin göstərilməsi

1. Latviya və Norveç poçt bağlamaları xidmətinin göstərilməsini ya Konvensiya müddəalarına uyğun, yaxud çıxan bağlamalar üçün və ikitərəfli saziş bağladıqdan sonra, öz müştəriləri üçün hər hansı digər daha sərfəli vasitədən istifadə edərək tətbiq etmək hüququna malikdirlər.

VIII  Maddə

Bağlamalar. Maksimal çəki

1. 10.6-cı maddədən kənara çıxaraq, Kanada Poçt müdiriyyətinə daxil olan və çıxan bağlamaların maksimal çəkisini 30 kq-a qədər məhdudlaşdırmağa icazə verilir.

IX   Maddə

Qiyməti elan edilmiş göndərişlər üçün maksimal hədlər

1. İsveç Poçt müdiriyyəti sifarişli məktub korrespondensiyası göndərişlərinin, qiyməti elan edilmiş göndərişlərin və həmçinin qiyməti elan edilmiş və edilməmiş bağlamaların içərisindəkilərinin dəyərini aşağıdakı cədvəldə göstərilən maksimal hədlərə uyğun olaraq, məhdudlaşdırmaq hüququnu özündə saxlayır:

1.   Daxil olan məktub korrespondensiyası göndərişləri

Tərkibin maksimal       Maksimal elan         Maksimal

kommersiya dəyəri    olunmuş qiymət    kompensasiya

Sifarişli göndərişlər              500 XAH                                                 30 XAH

                                                                                            ("M" kisələr: 150 XAH)

Qiyməti elan

olunmuş göndərişlər         4000 XAH                4000 XAH                   4000 XAH

 

2. Daxil olan bağlamalar

 

Qiyməti elan olunmamış                                                          40 XAH bağlama

 bağlamalar                        4500 XAH                                               üçün + 4.5

               XAH kiloqram üçün

Qiyməti elan

olunmuş bağlamalar          4500 XAH                   4500 XAH                    4500 XAH

 

Bu məhdudiyyət 4000 XAH-dan (məktub korrespondensiyası göndərişləri üçün) və 4500 XAH-dan (poçt bağlamaları üçün) yuxarı dəyərin qismən elan edilməsi ilə aradan götürülə bilməz. Sifarişli göndərişlərin və qiyməti elan edilmiş göndərişlərin içərisindəkilərinin xüsusiyyəti ilə əlaqədar əlavə heç bir məhdudiyyət yoxdur. Dəyəri bu hədlərdən yuxarı olan göndərişlər qəbul müəssisəsinə qaytarılacaqdır.

X  Maddə

Alınma barədə xəbərnamə

1. Kanada Poçt müdiriyyətinə 18-ci maddəni bağlamalarla əlaqədar tətbiq etməməyə icazə verilir, belə ki, o, öz daxili rejimində bağlamaların alınması barədə xəbərnamə xidmətini təmin etmir.

XI  Maddə

Cavablı beynəlxalq kommersiya korrespondensiyası xidməti

1. 21.1-ci maddədən kənara çıxaraq, Vyetnam Poçt Müdiriyyəti CBKK göndərişlərinin qaytarılma xidmətini təmin etmək öhdəliyini öz üzərinə götürmür.

XII  Maddə

Qadağalar (məktub korrespondensiyası)

1. İstisna hal olaraq Livan və Koreya Xalq Demokratik Respublikası Poçt müdiriyyətləri içərisində sikkələr, pul əskinasları və ya təqdim edənin hər hansı qiymətlisi, yol çekləri, emal olunmuş və ya emal olunmamış platin, qızıl, gümüş, qiymətli daşlar, zinət şeyləri və digər qiymətli əşyalar olan sifarişli göndərişləri qəbul etmir. Onlar sifarişli göndərişlərin oğurlandığı və zədələndiyi halda məsuliyyətə dair, eləcə də içərisində şüşə və kövrək əşyalar olan göndərişlərə dair məktub korrespondensiyası Reqlamentinin müddəalarına ciddi əməl etməyə borclu deyildirlər.

2.  İstisna hal kimi Səudiyyə Ərəbistanı, Boliviya Çin Xalq Respublikası, (Honkonq inzibati rayonu istisna olmaqla), İraq, Nepal, Pakistan, Sudan və Vyetnam Poçt Müdiriyyətləri içərisində sikkə, bank biletləri, kredit biletləri və ya təqdim edənin hər hansı qiymətlisi, yol çekləri, məmulatlarda və ya emal olunmamış şəkildə platin, qızıl, gümüş, zərgərlik məmulatları və digər qiymətli əşyalar olan sifarişli göndərişlərə yol vermir.

3.  Myanma Poçt müdiriyyəti içərisində 25.5-ci maddədə göstərilmiş qiymətli əşyalar olan qiyməti elan olunmuş göndərişləri qəbul etməmək hüququnu özündə saxlayır, çünki onun daxili qanunvericiliyi bu kimi göndərişlərə yol vermir.

4.  Nepal Poçt müdiriyyəti, xüsusi olaraq bu məqsədlə bağlanılmış saziş istisna olmaqla, içərisində pul banknotları və ya sikkələr olan sifarişli və qiyməti elan edilmiş göndərişləri qəbul etmir.

5.  Özbəkistan Poçt müdiriyyəti içərisində sikkələr, bank biletləri, çeklər, poçt markaları və ya xarici valyuta olan sifarişli və qiyməti elan edilmiş göndərişləri qəbul etmir və bu tipli göndərişlərin itirildiyi və ya zədələndiyi hallarda hər cür məsuliyyəti öz üzərindən atır.

6.  İran (İslam Respublikası) Poçt müdiriyyəti içərisində islam dini prinsiplərinə zidd əşyalar olan göndərişləri qəbul etmir.

7.  Filippin Poçt müdiriyyəti içərisində sikkələr, pul kupyurları və ya təqdim edənin qiymətli kağızları, yol çekləri, məmulatlarda və ya emal olunmamış şəkildə platin, qızıl və ya gümüş, qiymətli daşlar və digər qiymətli əşyalar olan məktub korrespondensiyası göndərişlərini (sadə, sifarişli və ya qiyməti elan edilmiş) qəbul etməmək hüququnu özündə saxlayır.

8.  Avstraliya Poçt Müdiriyyəti içərisində külçə və ya bank biletləri olan heç bir poçt göndərişini qəbul etmir. Bundan başqa, o, Avstraliyaya ünvanlanmış və ya açıq tranzitlə göndərilən, içərisində zinət şeyləri, qiymətli metallar, qiymətli və azqiymətli daşlar, qiymətli kağızlar, sikkələr və ya satıla bilən digər əşyalar olan sifarişli göndərişləri qəbul etmir. O, göstərilən qeyd-şərtin pozulması il poçtla göndərilmiş göndərişlərlə əlaqədar hər cür məsuliyyəti öz üzərindən atır.

9.  Çin (Xalq Respublikası) Poçt müdiriyyəti, Honkonq xüsusi inzibati rayonu istisna olmaqla, içərisində sikkələr, banknotlar, pul kupyurları və ya təqdim edənin hər hansı qiymətli kağızları, yol çekləri olan göndərişləri öz daxili reqlamentinə uyğun olaraq qəbul etmir.

10. Latviya və Monqolustan Poçt müdiriyyətləri öz milli qanunvericiliyinə uyğun olaraq, içərisində sikkələr, banknotlar, təqdim edənin qiymətli kağızları və yol çekləri olan sadə, sifarişli və ya qiyməti elan olunmuş göndərişləri qəbul etməmək hüququnu özündə saxlayır, belə ki, bu, onların milli qanunvericiliklərinə ziddir.

11. Braziliya Poçt müdiriyyəti içərisində sikkələr, tədavüldə olan bank biletləri və təqdim edənin hər hansı qiymətlisi olan sadə, sifarişli və qiyməti elan olunmuş poçtu qəbul etməmək hüququnu özündə saxlayır.

12. Vyetnam Poçt müdiriyyəti içərisində əşyalar və mallar olan məktubları qəbul etmir.

XIII  Maddə

 Qadağalar (poçt bağlamaları)

1.  Kanada, Myanma və Zambiya Poçt müdiriyyətləri içərisində 25.5.2-ci maddədə göstərilmiş qiymətli əşyalar olan qiyməti elan olunmuş bağlamaları qəbul etməmək hüququna malikdir, çünki bu, onların daxili qanunvericiliyinə ziddir.

2.  İstisna hal olaraq, Livan və Sudan Poçt müdiriyyətləri içərisində monetlər, pul sikkələri və ya təqdim edənin hər hansı qiymətlisi, yol çekləri, emal olunmuş və ya emal olunmamış platin, qızıl və ya gümüş, qiymətli daşlar və digər qiymətli əşyalar olan, maye maddələr və asanlıqla mayeyə çevrilən elementlər və ya şüşə və onlara bərabər tutulan əşyalar, həmçinin kövrək əşyalar olan bağlamaları qəbul etmirlər. Onlar poçt bağlamaları Reqlamentinin müvafiq maddələrini yerinə yetirməyə borclu deyildirlər.

3.  Braziliya Poçt müdiriyyəti içərisində tədavüldə olan sikkə və banknotlar, həmçinin təqdim edənin hər hansı qiymətli kağızları olan qiymətli bağlamaları qəbul etməmək hüququna malikdir, belə ki, bu, onun daxil reqlamentasiyası ilə qadağan olunmuşdur.

4.  Qana Poçt müdiriyyəti içərisində tədavüldə olan sikkə və banknotlar olan qiyməti elan edilmiş bağlamaları qəbul etməmək hüququna malikdir, belə ki, bu, onun daxili reqlamentasiyası ilə qadağan olunmuşdur.

5.  25-ci maddədə sadalanmış əşyalardan savayı, Səudiyyə Ərəbistanı Poçt müdiriyyəti içərisində sikkələr, bank biletləri və ya təqdim edənin hər hansı qiymətlisi, yol çekləri, məmulatlarda və ya emal olunmamış şəkildə platin, qızıl və ya gümüş, qiymətli daşlar və digər yüksək qiymətli əşyalar olan bağlamaları qəbul etmir. O, həmçinin içərisində hər hansı medikamentlər olan, əgər sonuncu ilə birlikdə rəsmi səlahiyyətli orqanın vermiş olduğu həkim təqdimatı yoxdursa, bağlamaları, od söndürülməsi üçün nəzərdə tutulmuş məhsulları, kimyəvi mayeləri və ya islam dininin prinsiplərinə uyğun gəlməyən əşyalar olan bağlamaları qəbul etmir.

6.  25-ci maddədə sadalanmış əşyalardan başqa, Oman Poçt müdiriyyəti içərisində aşağıdakılar olan bağlamaları qəbul etmir:

6.1.  hər hansı növ medikamentlər, əgər onlar səlahiyyətli rəsmi orqan tərəfindən verilmiş tibbi reseptlə müşayiət edilmirsə;

6.2.  od söndrülməsi üçün nəzərdə tutulmuş maddələr və kimyəvi mayelər;

6.3.  islam dini prinsiplərinə zidd olan əşyalar.

7.  25-ci maddədə sadalanmış əşyalara əlavə olaraq, İran (İslam Respublikası) Poçt müdiriyyəti içərisində islam dininin prinsiplərinə zidd əşyalar olan bağlamaları qəbul etmir.

8.  Filippin Poçt müdiriyyəti içərisində sikkələr, pul kupyurları və ya təqdim edənin hər hansı qiymətli kağızları, yol çekləri, məmulatda və ya emal olunmamış şəkildə platin, qızıl və ya gümüş, qiymətli daşlar və ya digər qiymətli əşyalar, maye və asanlıqla mayeyə çevrilən maddələr, şüşə və ya ona bərabər tutulan əşyalar və kövrək əşyalar olan bağlamalara yol verməmək hüququna malikdir.

9. Avstraliya Poçt müdiriyyəti içərisində külçələr və ya bank biletləri olan heç bir poçt göndərişini qəbul etmir.

10. Çin (Xalq Respublikası) Poçt müdiriyyəti içərisində sikkələr, pul banknotları və ya təqdim edənin hər hansı qiymətli kağızları, yol çekləri, məmulatda və ya emal olunmamış şəkildə platin, qızıl və ya gümüş, qiymətli daşlar və ya digər qiymətli əşyalar olan sadə bağlamaları qəbul etmir. Bundan başqa, Honkonq xüsusi inzibati regionu istisna olmaqla, içərisində sikkələr, pul banknotları və ya təqdim edənin hər hansı qiymətli kağızları və yol çekləri olan qiyməti elan edilmiş bağlamalar da qəbul olunmur.

11. Monqolustan Poçt müdiriyyəti içərisində sikkələr, bank biletləri, təqdim edənin qiymətli kağızları və ya yol çekləri olan bağlamaları öz milli qanunvericiliyinə uyğun olaraq qəbul etmir.

12. Latviya Poçt müdiriyyəti içərisində sikkələr, bank biletləri, təqdim edənin qiymətli kağızları (çekləri) və ya xarici valyuta olan sadə və qiyməti elan olunmuş bağlamaları qəbul etmir və belə göndərişlərin itirilməsi və ya zədələnməsi halında məsuliyyət daşımır.

XIV  Maddə

Üzərinə gömrük rüsumları qoyulmalı olan əşyalar

1.  25-ci maddəyə istinadən aşağıdakı ölkələrin Poçt müdiriyyətləri, içərisində gömrük rüsumlarına məruz qalan əşyalar olan qiyməti elan edilmiş göndərişlərə yol vermir: Banqladeş və Salvador.

2.  25-ci maddəyə istinadən aşağıdakı ölkələrin Poçt müdiriyyətləri, içərisində gömrük rüsumlarına məruz qalan əşyalar olan sadə və sifarişli məktubların göndərilməsinə yol vermir: Əfqanıstan, Albaniya, Azərbaycan, Belarus, Kamboca, Çili, Kolumbiya, Kuba, Salvador, Estoniya, İtaliya, Latviya, Nepal, Özbəkistan, Peru, Koreya Xalq Demokratik Respublikası, San-Marino, Türkmənistan, Ukrayna və Venesuela.

3.  25-ci maddəyə istinadən aşağıdakı ölkələrin Poçt müdiriyyətləri içərisində gömrük rüsumuna məruz qalan əşyalar olan sadə məktubların göndərilməsinə yol vermir: Benin, Burkina-Faso, Kot-d' İvuar, Cibuti, Mali, Mavritaniya və Vyetnam.

4.  1-3-cü paraqraflardakı müddəalara baxmayaraq, içərisində zərdab və vaksinlər olan göndərişlərin, eləcə də içərisində təcili zərurətli aztapılan medikamentlər olan göndərişlərin bütün hallarda göndərilməsinə yol verilir.

XV  Maddə

 Qaytarılma. Ünvanın dəyişdirilməsi və ya düzəliş edilməsi

1. 29-cu maddə Antiqua və Barbudaya, Bahama, Bəhreynə, Barbadosa, Belizə, Botsvanaya, Bruney-Darüssalama, Kanadaya, Honkonqa (Çin), Dominikana, Ficiyə, Qambiyaya, Böyük Britaniya və Şimali İrlandiya Krallığına və Birləşmiş Krallıqdan asılı olan Dənizarxası ərazilərə, Qrenadaya, Qayanaya, İraqa, İrlandiyaya, Yamaykaya, Keniyaya, Kiribatiyə, Küveytə, Lesotoya, Malaziyaya, Malaviyə, Myanmaya, Nauruya, Nigeriyaya, Yeni Zelandiyaya, Uqandaya, Papua-Yeni Qvineyaya, Koreya Xalq Demokratik Respublikasına, Sent-Kristofer və Nevisə, Sent-Lüsiyaya, Sent-Vinsent və Qrenadinaya, Solomon adalarına, Qərbi Samoaya, Seyşel adalarına, Syerra-Leoneyə, Sinqapura, Svazilendə, Tanzaniyaya, Trinidad və Tobaqoya, Tuvaluya, Vanuatuya və Zambiyaya tətbiq edilmir, belə ki, bu ölkələrin qanunvericiliyi məktub korrespondensiyası göndərişlərinin göndəricinin xahişi ilə qaytarılmasına və ya ünvanın dəyişdirilməsinə yol vermir.

2. 29-cu maddə Avstraliyaya o halda tətbiq edilir ki, bu, həmin ölkənin daxili qanunvericiliyinə zidd olmasın.

3. 29.4-cü maddədən kənara çıxaraq, Salvadora, Panamaya, Filippinə və Venesuelaya bağlamaları ünvançı onların gömrük baxışından keçirilməsini xahiş etdikdən sonra qaytarmamağa icazə verilir, çünki həmin ölkələrin gömrük qanunvericiliyi buna imkan vermir.

XVI  Maddə

 Reklamasiyalar

1.  30.4-cü maddədən kənara çıxaraq, Səudiyyə Ərəbistanı, Kabo-Verde, Misir, Qabon, Birləşmiş Krallığın Dənizarxası əraziləri, Yunanıstan, İran (İslam Respublikası), Monqolustan, Myanma, Filippin, Koreya Xalq Demokratik Respublikası, Sudan, Suriya (Ərəb Respublikası), Çad, Ukrayna və Zambiya Poçt müdiriyyətləri məktub korrespondensiyası göndərişlərinə dair reklamasiya üçün müştərilərdən tarif götürmək hüququnu özündə saxlayır.

2.  30.4-cü maddədən kənara çıxaraq, Argentina, Avstriya, Sloveniya və Çexiya Respublikası Poçt müdiriyyətləri, reklamasiyaya dair görülmüş tədbirlər nəticəsində həmin reklamasiyanın əsassız olaraq verildiyi aşkar edildiyi halda xüsusi tarif götürmək hüququnu özündə saxlayır.

3.  Əfqanıstan, Səudiyyə Ərəbistanı, Kabo-Verde, Konqo (Respublikası), Qabon, Misir, İran (İslam Respublikası), Monqolustan, Myanma, Sudan, Surinam, Suriya, Ukrayna və Zambiya Poçt müdiriyyətləri bağlamalara dair reklamasiya üçün öz müştərilərindən tarif götürmək hüququnu özlərində saxlayırlar.

XVII  Maddə

Gömrüyə təqdim edilməyə görə tarif

1.  Qabon Poçt müdiriyyəti öz müştərilərindən gömrüyə təqdim edilməyə görə tarif götürmək hüququnu özündə saxlayır.

2.  Konqo (Respublikası) və Zambiya Poçt müdiriyyətləri öz müştərilərindən bağlamaların gömrüyə təqdim edilməsinə görə tarif götürmək hüququnu özlərində saxlayırlar.

XVIII  Maddə

Poçt müdiriyyətlərinin məsuliyyəti

1. Banqladeş, Benin, Burkina-Faso, Konqo (Respublikası), Kot-d' İvuar, Ci-buti, Hindistan, Livan, Madaqaskar, Mali, Mavritaniya, Nepal, Niger, Seneqal, Toqo və Türkiyə Poçt müdiriyyətlərinə 34.1.1.1-ci maddənin sifarişli göndərişlərin oğurlanması və ya zədələnməsinə görə məsuliyyətə dair müddəalarmı tətbiq etməməyə icazə verilir.

2.  34.1.1.1 və 35.1-ci maddələrdən kənara çıxaraq, Çili, Çin (Xalq Respublikası), Kolumbiya və Misir Poçt Müdiriyyətləri sifarişli göndərişlərin yalnız itirilməsinə, tam oğurlanmasına və ya içərisinin tam zədələnməsinə görə məsuliyyət daşıyırlar.

3.  34-cü maddədən kənara çıxaraq, Səudiyyə Ərəbistanı və Misir Poçt müdiriyyətləri içərisində 25.5-ci maddədə göstərilən əşyalar olan göndərişlərin itgisi və zədələnməsinə görə heç bir məsuliyyət daşımırlar.

4.  Hindistan və Nepal Poçt müdiriyyətləri 34.1.1.1-ci maddəni, sadə bağlamaların oğurlanması və ya zədələnməsi hallarındakı məsuliyyətlə əlaqədar tətbiq etməmək hüququna malikdirlər.

XIX  Maddə

Zərərlərin kompensasiyası

1.  34-cü maddədən kənara çıxaraq, aşağıda sadalanan Poçt müdiriyyətləri öz xidmətlərində itirilmiş, oğurlanmış və ya zədələnmiş qiyməti elan edilməmiş bağlamalar üçün zərərlərin kompensasiyasını ödəməmək hüququna malikdir. ABŞ, Anqola, Antiqua və Barbuda, Avstraliya, Baham adaları, Banqladeş, Barbados, Beliz, Boliviya, Botsvana, Bruney-Darüssalam, Kanada, Dominikan Respublikası, Dominika, Salvador, Fici, Qambiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından asılı olan və daxili qaydaları buna imkan verməyən Dənizarxası ərazilər, Qrenada, Qvatemala, Qayana, Kiribati, Lesoto, Malavi, Malta, Mavrikiy, Nauru, Nigeriya, Papua-Yeni Qvineya, Filippin, Sent-Kristofer və Nevis, Sent-Lüsiya, Sent Vinsent və Qrenadina, Solomon adaları, Seyşel adaları, Süerra-Leone, Svazilend, Trinidad və Tabaqo, Zambiya və Zimbabve.

2.  34-cü maddədən kənara çıxaraq, Səudiyyə Ərəbistanı, Argentina, Avstriya, Braziliya, Yunanıstan, Çili, Keniya, Latviya, Meksika, Oman, Özbəkistan, Qatar, Rumıniya, Koreya Xalq Demokratik Respublikası, Türkiyə, Ukrayna və Vyetnam Poçt müdiriyyətləri öz xidmətlərində itirilmiş, oğurlanmış və ya zədələnmiş qiyməti elan edilməmiş bağlamalar üçün bu maddənin 1-ci paraqrafında göstərilən ölkələrə zərərlərin kompensasiyasını ödəməmək hüququna malikdir.

3.  34.8-ci maddədən kənara çıxaraq, Amerika Birləşmiş Ştatlarına, qiyməti elan edilmiş bağlamalar ünvançıya təslim edildikdən sonra da, bu bağlamalar üçün zərərlərin kompensasiyasına göndərici hüququnu saxlamağa icazə verilir və bu zaman göndəricinin öz hüquqlarından ünvançının xeyrinə olaraq imtina etdiyi hallar istisna olunur.

4.  Amerika Birləşmiş Ştatları aralıq Poçt müdiriyyəti rolunda çıxış etdikdə, o, açıq tranzitlə və ya bağlı depeşlərdə göndərilən qiyməti elan olunmuş bağlamaların itirilməsi, oğurlanması və ya zədələnməsi hallarında digər Müdiriyyətlərə zərərlərin kompensasiyasını ödəməmək hüququna malikdir.

5.  34-cü maddədən kənara çıxaraq, Vyetnam Poçt müdiriyyəti, içərisində sikkələr, təqdim edənin qiymətli kağızları, yol çekləri, eləcə də qızıl, gümüş və qiymətli kağızlar olan sifarışli göndəriş və bağlamaların itirilməsi və ya zədələnməsi üçün kompensasiya ödəməmək hüququna malikdir.

6. 34-cü maddənin müddəalarına baxmayaraq, Kanada Poçt müdiriyyəti sadə bağlamalarla əlaqədar kompcnsasiya ödəməmək, itkiyə, oğurlanmaya, qismən və ya tam zədələnməyə görə cavabdehlik daşımamaq, ödənilmiş tarif və rüsumları göndəriciyə qaytarmamaq hüququna malikdir.

XX  Maddə

 Məsuliyyət prinsipindən istisnalar

1.  34-cü maddədən kənara çıxaraq, Səudiyyə Ərəbistanı, Boliviya, Misir, İraq, Filippin, Konqo Xalq Demokratik Respublikası, Sudan, Türkiyə və Yəmən Poçt müdiriyyətlərinə, onların ölkələrinə bütün ölkələrdən daxil olan və içərisində maye və asanlıqla mayeyə çevrilən maddələr, şüşə və ya analoji kövrək və ya korlanan əşyalar olan bağlamaların zədələnməsinə görə heç bır kompensasiya ödəməməyə icazə verilir.

2.  34-cü maddədən kənara çıxaraq, Səudiyyə Ərəbistanı və Sudan, içərisində 25.5-ci maddədə göstərilən qadağan olunmuş əşyalar olan bağlamalar üçün kompensasiya ödəməmək hüququna malikdir.

 

XXI Maddə

Poçt müdiriyyətlərinin məsuliyyətdən azad edilməsi

1.  Boliviya Poçt müdiriyyəti, sifarişli göndərişlərin oğurlanması və ya zədələnməsi halında məsuliyyətin saxlanılması ilə bağlı 35.1-ci maddəyə əməl etməyə borclu deyildir.

2.  Nepal Poçt müdiriyyətinə 35.1.4-cü maddəni bağlamalara tətbiq etməməyə icazə verilir.

XXII  Maddə

 Kompensasiyanın ödənilməsi

1.  Banqladeş, Boliviya, Qvineya, Nepal və Nigeriya Poçt müdiriyyətləri, məktub korrespondensiyası poçt göndərişinin tutulub saxlanılması, müsadirəsi və ya kompetent hakimiyyət tərəfindən onun daxili qanunvericiliyinə uyğun olaraq məhv edilməsi və ya götürülməsi barədə qəti qərarın iki ay ərzində təqdim olunması və ya bu qərarın şəraitdən asılı olaraq qəbul və ya təyinat Müdiriyyətinin nəzərinə çatdırılması ilə bağlı 37.3-cü maddəyə riayət etməyə borclu deyildirlər.

2.  Səudiyyə Ərəbistanı, Konqo (Respublikası), Cibuti, Livan və Madaqaskar Poçt müdiriyyətləri məktub korrespondensiyası göndərişi ilə əlaqədar reklamasiya üzrə qəti qərarın iki ay ərzində təqdim olunması ilə bağlı 37.3-cü maddəyə riayət etməyə borclu deyildirlər. Bundan əlavə, onlar yuxarıda göstərilən müddət başa çatmayanadək, onların hesabına digər Müdiriyyət tərəfindən buna hüququ olan şəxsə kompensasiya ödənilməsinə yol vermirlər.

3.  Səudiyyə Ərəbistanı, Anqola, Qvineya və Livan Poçt müdiriyyətləri, bağlama ilə əlaqədar reklamasiya üzrə qəti qərarın iki ay ərzində qəbul olunması ilə bağlı 37.3-cü maddəyə riayət etməyə borclu deyildirlər. Bundan əlavə, onlar yuxarıda göstərilən müddət başa çatmayanadək digər Müdiriyyət tərəfindən buna hüquqi olan şəxsə onların hesabına kompensasiya ödənilməsinə yol vermirlər.

4.   Niger və Tailand Poçt müdiriyyətləri, onlara telefaksla göndərilmiş reklamasiya üzrə qəti qərarın 30 gün ərzində qəbul olunması ilə bağlı 37.3-cü maddəyə riayət etməyə borclu deyildirlər. Bundan əlavə, onlar yuxarıda göstərilən müddət başa çatmayanadək digər Müdiriyyətin onun adından şikayətçiyə kompensasiya ödənilməsinə razılıq vermirlər.

5. 37.3-cü maddəyə baxmayaraq, ABŞ və Malaziya Poçt müdiriyyətləri, hansı vasitə ilə göndərilməsindən asılı olmayaraq təqdim edildiyi tarixdən sonra iki aylıq müddət ərzində reklamasiyalar üzrə qəti qərar qəbul etmək hüququnu özündə saxlayır.

XXIII  Maddə

Məktub korrespondensiyası göndərişlərinin öz ölkəsindən kənarda qəbulu

1.  ABŞ, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və Yunanıstan Poçt müdiriyyətləri ona, qəbul zamanı xidmətləri tərəfindən poçt göndərişləri kimi yola salınmamış göndərişləri 43.4-cü maddəyə uyğun olaraq qaytaran hər hansı Poçt müdiriyyətindən yerinə yetirildiyi işin dəyərinə müvafiq surətdə tarif götürmək hüququnu özündə saxlayır.

2.  43.4-cü maddədən kənara çıxaraq, Kanada Poçt müdiriyyəti belə göndərişlərin işlənilməsi ilə bağlı xərcləri minimal qaydada bağlamağa imkan verən kompensasiyanı qəbul Müdiriyyətindən gömrük hüququnu özündə saxlayır.

3.  43.4-cü maddə öz ölkəsindən kənarda qəbula verilmiş böyük miqdarda məktub korrespondensiyası göndərişlərinin çatdırılması üçün təyinat Poçt müdiriyyətinə qəbul Müdiriyyətindən kompensasiya tələb etməyə icazə verir. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı bu məbləğin ödənilməsini, təyinat ölkəsinin müvafiq göndərişlərə tətbiq etdiyi daxili tariflə məhdudlaşdırmaq hüququnu özündə saxlayır.

4.  43.4-cü maddə öz ölkəsindən kənarda qəbula verilmiş böyük miqdarda məktub korrespondensiyası göndərişlərinin çatdırılması üçün təyinat Poçt müdiriyyətinə qəbul Müdiriyyətindən kompensasiya tələb etməyə icazə verir. Aşağıdakı ölkələr bu məbləğin ödənilməsini, böyük miqdarda qəbula verilmiş göndərişlər üçün Reqlamentdə nəzərdə tutulmuş limitlərlə məhdudlaşdırmaq hüququnu özlərində saxlayırlar: ABŞ, Avstraliya, Baham, Barbados, Bruney-Darüssalara, Çin (Xalq Respublikası), Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallıqdan asılı olan Dənizarxası ərazilər, Qrenada, Qayana, Hindistan, Niderland, Niderland Antili və Aruba, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadina, Sinqapur, Şri-Lanka, Surinam və Tailand.

5. 4-cü paraqrafda göstərilən qeyd-şərtlərə baxmayaraq, aşağıdakı ölkələr Konvensiyanın 43-cü maddəsinin müddəalarını İttifaqın üzv ölkələrindən alınmış poçta tam tətbiq etmək hüququnu özlərində saxlayırlar: Almaniya, Səudiyyə Ərəbistanı, Argentina, Benin, Braziliya, Burkina-Faso, Kamcrun, Kipr, Kot-d'İvuar, Misir, Fransa, Yunanıstan, Qvincya, İsrail, İtaliya, Yaponiya, İordaniya, Livan, Mali, Marokko, Mavritaniya, Monako, Portuqaliya, Seneqai, Suriya , Toqo.

6. 43.4-cü maddənin tətbiqi ilə bağlı Almaniya Poçt müdiriyyəti, göndəricisinin yaşadığı ölkənin Poçt müdiriyyətindən alına bilinəcək məbləğdə kompensasiyanın ödənilməsini göndərən ölkənin Poçt müdiriyyətindən tələb etmək hüququnu özündə saxlayır.

XXIV  Maddə

Son xərclər

1.  49.1.3 və 51.1.3-cü maddələrdən kənara çıxaraq, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Latviya, Küveyt, Oman, Qatar, Suriya (Ərəb Respublikası) və Vyetnam Poçt müdiriyyətləri onların ölkələrindən çıxan sifarişli məktub korrespondensiyası göndərişlərinin çatdırılması üçün əlavə kompensasiya ödəməyə borclu deyildirlər.

2.  49.1.3 və 51.1.3-cü maddələrdən kənara çıxaraq, Cibuti, Qana, Hindistan, Nepal və Yəmən Poçt müdiriyyətləri, onların ölkələrindən çıxan sifarişli və qiymətli məktub korrespondensiyası göndərişlərinin çatdırılması üçün əlavə kompensasiya ödəməyə borclu deyildirlər.

3.  Ölkələr tərəfindən 49.1.3 və 51.1.3-cü maddələrlə bağlı edilən qeyd-şərtlərə baxmayaraq, Avstraliya Poçt müdiriyyəti, çatdırılmasına görə əlavə ödənişin həyata keçirilmədiyi sifarişli göndərişlər üçün imza tələb etmir.

4.  Sifarişli və qiyməti elan edilmiş göndərişlər üçün əlavə kompensasiya nəzərdə tutan 49.1.3 və 51.1.3-cü maddələrdən irəli gələn öhdəliklərə dair qeyd-şərtlər təqdim etmiş ölkələrlə bağlı, ABŞ Poçt müdiriyyəti belə göndərişləri sadə poçt kimi işləmək və bu göndərişlərin onun xidmətində baş verə biləcək itkisi, oğurlanması və ya zədələnməsi halında kompensasiya ödəməmək hüququnu özündə saxlayır.

5.  XXIV maddəyə edilmiş qeyd-şərtlərə baxmayaraq, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və Birləşmiş Krallıqdan asılı olan Dənizarxası ərazilər digər ölkələrlə öz mübadiləsində sifarişli və qiyməti elan edilmiş məktub korrespondensiyası göndərişlərinin çatdırılması üçün əlavə kompensasiya götürülməsi sahəsində Pekin Konqresi tərəfindən bəyənilmiş müddəaları tam həcmdə tətbiq etmək hüququnu özündə saxlayır,

6.  XXIV maddənin 1 və 2-ci maddəsinə edilmiş qeyd-şərtlərə baxmayaraq, aşağıda sadalanan üzv ölkələr bu qeyd-şərtlərə imza etmiş ölkələrlə qarşılıqlı əlaqələrində sifarişli məktub korrespondensiyası göndərişlərinin çatdırılması üçün Pekin Konqresi tərəfindən bəyənilmiş əlavə kompensasiya tətbiq etmək hüququnu özlərində saxlayır: Avstriya, Baham adaları, Barbados, Beliz, Benin, Boliviya, Braziliya, Burkina-Faso, Kamerun, Kanada, Çili, Kosta-Rika, Kot-d'İvuar (Respublikası), Kuba, Dominikan Respublikası, Dominika, Salvador, İspaniya, Estoniya, Finlandiya, Fransa, Qabon, Yunamstan, Qrenada, Qvatemala, Qayana, Qaiti, Qonduras (Respublikası), Yamayka, Mali, Mavritaniya, Meksika, Nikaraqua, Polşa (Respublikası), Sent-Kristofcr (Sent-Kitts) və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadina, Seneqal, Surinam, Trinidad və Tabaqo, Uruqvay, Cənubi Afrika, Bolqarıstan, Kabo-Verde, Misir, Böyük Britaniya və Birləşmiş İrlandiya Krallığı, Birləşmiş Krallıqdan asılı olan Dənizarxası ərazilər, İslandiya, İtaliya, Yaponiya. Lixtenşteyn, Malayziya, Marokko, Moldova, Niderland, Peru, Sinqapur, Slovakiya, Sudan, İsveç, İsveçrə, Çexiya (Respublikası), Tunis, Venesuela.

7.  Konqres özünün C 46/1999 qətnaməsi ilə, Poçt müdiriyyətlərinin daxili tariflərinin və ya xərclərinin son xərclər üzrə tariflərə çevrilməsi düsturunu 2002-ci ilə qədər işləyib hazırlamağı və daxili tariflərin 2004-2005-ci illər üçün tətbiq ediləcək qəti faizini müəyyənləşdirməyi Poçt istismarı şurasına həvalə edir, Direktivin göstərilən müddətlərdə həyata keçirilmədiyi halda, Almaniya 48.3-cü maddəyə və bu maddədə göstərilmiş prinsiplərə uyğun olaraq, 2004-2005-ci illər dövrü üçün faizlərin özü tərəfindən təyin edilməsi hüququnu özündə saxlayır.

8.  Konqres özünün C 46/1999 qətnaməsi ilə, Poçt müdiriyyətiərinin daxili tariflərinin və ya daxili xərclərinin son xərclər üzrə tariflərə çevrilməsi düsturunu 2002-ci ilə qədər işləyib hazırlamağı və daxili tariflərin 2004-2005-ci illər üçün tətbiq ediləcək qəti faizmi müəyyənləşdirməyi Poçt istismarı şurasına həvalə edir. 2004-2005-ci illər üçün bu faizi ölkənin özü tərəfindən müəyyən etmək hüququnu özündə saxlamağa imkan verən XXIV.7-Cİ maddəyə baxmayaraq, 48.3-cü maddəyə uyğun olaraq Poçt istismarı şurası C 46/1999 qətnaməsini yerinə yetirmədiyi halda, ABŞ, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və Niderland 2001-2003-cü illər üçün fəaliyyətdə olan daxili tariflərin son xərc tariflərinə çevrilməsi metoduna və faizinə əsaslanmış son xərc tariflərini tətbiq etməyi davam etdirmək hüququnu özündə saxlayır. Lakin bu 0 şərtlə mümkündür ki, qarşılıqlı razılaşmaya uyğun olaraq son xərclər üzrə müxtəlif tariflərin tətbiqini nəzərdə tutan saziş bağlanmış olsun və ya Poçt istismarı şurası daxili tariflərin 2004-2005-ci illər üçün tətbiq ediləcək yeni faizini müəyyən etmiş olsun.

9.  50.1.1.1-ci maddəyə uyğun olaraq, inkişaf etməkdə olan ölkələrdə xidmət keyfiyyətinin yaxşılaşdırılması Fondunun inzibati, maliyyə və prosessual strukturuna dair Poçt istismarı şurasının təsdiq etdiyi prinsiplər həyata keçirilməyənə qədər, Almaniya Poçt müdiriyyəti bu Fond üçün ayırdığı maliyyə resurslarını özü tərəfindən idarə etmək hüququnu özündə saxlayır.

10. ABŞ 47-51-ci maddələrdə müəyyənləşdirilmiş son xərclər sistemini dəstəkləyir. Bununla belə, ABŞ Ümumdünya ticarət təşkilatı ilə bağlı, son xərclər üzrə bu razılaşmaları gələcək danışıqlarda xidmətlər ticarəti üzrə Baş sazişə aid qəbul ediləcək müddəalara uyğun olaraq tətbiq etmək hüququnu özündə saxlayır.

11. XXIV maddəyə edilən qeyd-şərtlərə baxmayaraq, aşağıda sadalanan üzv ölkələr, bu qeyd-şərtləri imzalamış ölkələrlə öz qarşılıqlı əlaqələrində, son xərclər sahəsində Pekin Konqresi tərəfindən bəyənilmiş müddəaları tam tətbiq etmək hüququnu özlərində saxlayırlar: Avstriya, Baham adaları, Barbados, Beliz, Benin, Boliviya, Braziliya, Burkina-Faso, Kamerun, Kanada, Çili, Konqo (Respublikası), Kosta-Rika, Kot-d' İvuar (Respublikası), Kuba, Dominikan Respublikası, Dominika, Salvador, Ekvador, İspaniya, Estoniya, Finlandiya, Fransa, Qabon, Yunanıstan, Qrenada, Qvatemala, Qayana, Qaiti, Qonduras (Respublikası), Yamayka, Mali, Mavritaniya, Meksika, Nikaraqua, Polşa (Respublikası), Portuqaliya, Sent-Kristofer (Sent-Kitts) və Nevis, Sent-Lüsiya, Sent-Vmsent ve Qrenadina, Seneqal, Surinam, Trinidad və Tabaqo, Uruqvay, Cənubi Afrika, Bolqarıstan, Misir, İtaliya, Keniya, Lixtenşteyn, Marokko, Moldova, Niderland, Peru, Slovakiya, Sudan, İsveç, İsveçre, Çexiya (Respublikası), Tunis, Venesuela.

XXV Maddə

Daxili hava yolu daşınması ilə bağlı xərclər

1.  53.3-cü maddədən kənara çıxaraq, Səudiyyə Ərəbistanı, Baham adaları, Kabo-Verde, Konqo (Respublikası), Kuba, Dominikan Respublikası, Salvador, Ekvador, Qabon, Yunanıstan, Qvatemala, Qayana, Qonduras, Monqolustan, Nepal, Papua- Yeni Qvineya, Peru, Filippin, Koreya Xalq Demokratik Respublikası, Solomon adaları və Vanuatu Poçt müdiriyyətləri beynəlxalq depeşlərin ölkə daxilində hava yolu ilə göndərilməsi üçün müvafiq ödəniş götürmək hüququnu özlərində saxlayırlar.

2.  53.3-cü maddədən kənara çıxaraq, Myanma Poçt müdiriyyəti beynəlxalq depeşlərin ölkə daxilində göndərilməsi üçün, bu depeşlerin yerdən-yerə aviayolla göndərilib-göndərilməməsindən asılı olmayaraq, ödəniş götürmək hüququnu özündə saxlayır.

3.  53.3-cü maddədən kənara çıxaraq, Banqladeş Poçt müdiriyyəti beynəlxalq depeşlərin ölkə daxilində göndərilməsi üçün, bu depeşlərin yerdən-yerə aviayolla göndərilib-göndərilməməsindən və keçid məsafəsindən asılı olmayaraq, xərclərin ödənişini götürmək hüququnu özündə saxlayır,

4.  53.4 və 53.5-ci maddələrdən kənara çıxaraq, ABŞ, Kanada, İran (İslam Respublikası) və Türkiyə Poçt müdiriyyətlərinə, son xərclər üzrə tətbiq etdikləri kompensasiyanın ancaq daxili tariflərə və ya çəkilən xərclərə əsaslanmaqla həyata keçirildiyi istənilən Müdiriyyətdən onlara daxil olan poçtun öz ölkəsi daxilində aviadaşınması ilə bağlı xərclərini, həmin Poçt müdiriyyətlərindən vahid tarif şəklində götürməyə icazə verilir.

5.  Oman Poçt müdiriyyəti yuxarıda göstərilən 1-3-cü paraqraflarda xatırladılan Poçt müdiriyyətlərindən onun ölkəsinə daxil olan məktub korrespondensiyası depeşlərinin öz ölkəsi daxilində aviadaşınması ilə bağlı əlavə xərcləri, bu depeşlərin avia və ya hər hansı digər yolla göndərilib-göndərilməməsindən asılı olmayaraq, bu Poçt müdiriyyətlərindən götürmək hüququna malikdir.

XXVI Maddə

Müstəsna daxilolma quru yol tarif payları

1. 56-cı maddədən kənara çıxaraq, Əfqanıstan Poçt müdiriyyəti daxil olan bağlamalar üçün hər bir bağlamaya görə 7.50 XAH məbləğində əlavə müstəsna quru yol tarif payı götürmək hüququnu özündə saxlayır.

XXVII  Maddə

 Xüsusi tariflər

1. ABŞ, Belçika və Norveç Poçt müdiriyyətləri aviabağlamalar üçün, yerüstü bağlamalarla müqayisədə daha yüksək qum yol tarif payı götürmək hüququna malikdir.

2.  Livan Poçt müdiriyyəti I kq-a qədər çəkili bağlamalar üçün, çəkisi I kq-dan 3 kq-a qədər olan bağlamalar üzrə tətbiq edilən tarifi götürmək hüququna malikdir.

3.  Panama (Respublikası) Poçt müdiriyyətinə. hava yolu ilə daşınan yerüstü (S.A.L.) tranzit bağlamalar üçün hər kiloqrama görə 0,2 XAH məbləğdə tarif götürməyə icazə verilir.

Bunun təsdiqi olaraq, aşağıda göstərilən Səlahiyyətli nümayəndələr, müddəaları Konvensiyanın öz mətninə daxil edildiyi halla müqayisədə eyni qüvvəyə və eyni əhəmiyyətə malik olan bu Protokolu tərtib etdilər və onu bir nüsxədə imzaladılar. Bu nüsxə saxlanılmaq üçün Beynəlxalq büronun Baş direktoruna veriləcəkdir. Nüsxənin surəti hər bir ölkəyə Konqresin keçirildiyi ölkənin Hökuməti tərəfindən çatdırılacaqdır.

1999-cu il sentyabrın 15-də Pekində imzalanmışdır.

 

Azərbaycan Respublikasının Ümumdünya Poçt Konvensiyasına dair

BƏYANATI

 

Azərbaycan Respublikası boyan edir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik rayonların Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilməsi və hazırda həmin işğalın davam etməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ümumdünya Poçt Konvensiyasındakı müddəaları Ermənistan Respublikasına münasibətdə tətbiq etməyəcəkdir.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.                     3 dekabr 2019-cu il tarixli 1725-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2019-cu il, ¹ 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 1911)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 dekabr 2019-cu il tarixli 1725-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2019-cu il, ¹ 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 1911) ilə ləğv edilmişdir.