"Azərbaycan Respublikasının "Azərbaycan Hava Yolları" Dövlət Konserni və Ukrayna Nəqliyyat Nazirliyinin Dövlət Aviasiya Nəqliyyatı Departamenti arasında mülki aviasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında Protokol”u imzalamaq səlahiyyətinin verilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1.  "Azərbaycan Respublikasının "Azərbaycan Hava Yolları" Dövlət Konserni və Ukrayna Nəqliyyat Nazirliyinin Dövlət Aviasiya Nəqliyyatı Departamenti arasında mülki aviasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında Protokol"u imzalamaq səlahiyyəti "Azərbaycan Hava Yollan" Dövlət Konserninin Baş direktoru Cahangir Cəlal oğlu Əsgərova verilsin.

2.  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi imzalamaq səlahiyyətinin "Azərbaycan Hava Yollan" Dövlət Konserninin Baş direktoru Cahangir Cəlal oğlu Əsgərova verilməsi barədə Ukrayna tərəfinə müvafiq bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 iyun 2004-cü il

¹ 243