Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi
haqqında Əsasnamə" və "Azərbaycan Respublikası daxili işlər
orqanlarının embleminin təsviri" təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
30 iyun 2004-cü il
№ 82
|
|
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü
il 30 iyun tarixli 82 nömrəli Fərmanı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında
ƏSASNAMƏ
1.
Azərbaycan Respublikası
daxili işlər orqanlarının emblemi daxili işlər orqanlarının rəmzidir. O,
Azərbaycan Respublikası daxili işlər orqanlarının hər bir əməkdaşına ictimai
qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının
alınması və açılması üzrə öz xidməti vəzifələrini vicdanla, layiqincə yerinə
yetirmək borcunu xatırladır.
2.
Azərbaycan Respublikası
daxili işlər orqanlarının emblemi daxili işlər orqanları əməkdaşlarının,
həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyinə mənsubiyyətini bildirir.
3.
Azərbaycan Respublikası
daxili işlər orqanlarının emblemi Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyinin müəyyən etdiyi qaydada daxili işlər orqanlarının blanklarında,
inzibati binalarının girəcəklərində, fərqlənmə və əməkdaşların fərqləndirmə
nişanlarında, geyim formasında,
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının
Bayrağında yerləşdirilir.[1]
4.
Azərbaycan Respublikası
daxili işlər orqanlarının embleminin təsvirinin istifadəsinə aşağıdakı hallarda
yol verilir:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin çap
məhsullarında, kino, video və fotomateriallarında;
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sifarişi ilə hazırlanan
reklam-informasiya məhsullarında (prospektlər, bukletlər, təqvimlər, nişanlar,
vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları və digər məhsullar).
|
|
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü
il 30 iyun tarixli 82 nömrəli Fərmanı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Azərbaycan Respublikası daxili işlər
orqanlarının embleminin
TƏSVİRİ
Azərbaycan Respublikası daxili işlər
orqanlarının embleminin əsas hissəsi şaquli yerləşmiş, yuxarı tərəfinin
küncləri çevrə ilə kəsilmiş, üfüqi vəziyyətdə olan qövslə əhatə olunmuş, aşağı
hissəsi iti bucaq olan qızılı rəngli qalxandır. Qalxanın eni üzrə ən uzaq
nöqtələr arasındakı məsafə hündürlüyün 3/4 hissəsini təşkil edir.
Qalxanın arxasına tiyələri aşağı baxan,
bir-birinə çarpazlaşdırılmış vəziyyətdə qızılı rəngli iki qılınc
bərkidilmişdir.
Qalxanın ortasında Azərbaycan
Respublikasının Dövlət Gerbi həkk olunmuşdur.

Qalxanın dövrəsi bütün perimetri boyunca
qabartma üsulu ilə lentlə əhatə olunmuş və lentin üzərinə eyni üsulla səkkiz
nöqtə bərkidilmişdir. Lentin yuxarısında qırmızı rəngli hərflərlə
"DİN" akronimi yazılmışdır.
Lentin eni qalxanın eni üzrə ən uzaq
nöqtələrinin bir-birindən məsafəsinin 1/6 hissəsini təşkil edir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 20 iyun 2024-cü il tarixli 110 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 iyun 2024-cü il, “Azərbaycan” qəzeti, 21 iyun 2024-cü il, № 127, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 6, I kitab, maddə 676) ilə “Azərbaycan
Respublikası daxili işlər orqanlarının emblemi haqqında Əsasnamə”nin 3-cü
hissəsinə “formasında” sözündən
sonra “, Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağında” sözləri əlavə
edilmişdir.