“Müstəqil Dövlətlər
Birliyinin iştirakçısı olan dövlətlərin
avtomobil yollarında dövlətlərarası
daşımaları həyata keçirən nəqliyyat
vasitələrinin kütlə və ölçüləri
haqqında” Sazişin təsdiq
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli
Məclisi qərara alır:
I. 1999-cu
il iyunun 4-də Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin
iştirakçısı olan dövlətlərin avtomobil
yollarında
dövlətlərarası daşımaları həyata
keçirən nəqliyyat vasitələrinin kütlə
və ölçüləri haqqında” Saziş Azərbaycan Respublikasının ona
dair qeyd-şərti ilə birlikdə (qeyd-şərtin
mətni əlavə olunur) təsdiq edilsin.
II. Bu
Qanım dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 21 may 2004-cü il
¹ 672-IIQ
Müstəqil
Dövlətlər Birliyinin iştirakçısı olan
dövlətlərin avtomobil yollarında
dövlətlərarası daşımaları həyata
keçirən nəqliyyat vasitələrinin kütlə və
ölçüləri haqqında
SAZİŞ
Bundan
sonra “Tərəflər” adlandırılacaq bu Sazişin
iştirakçısı olan dövlətlərin
hökumətləri,
avtomobil
yollarının texnoloji vahidliyinin qorunub saxlanmasına və
avtomobil nəqliyyatı vasitəsilə malların və
xidmətlərin sərbəst şəkildə
yerləşdirilməsi üçün şəraitin
yaradılmasına, bu Sazişin iştirakçısı olan
dövlətlərin avtomobil yolları ilə
dövlətlərarası daşımaların
səmərəliliyinin artırılmasına
çalışaraq,
avtomobil
yollarının qorunub saxlanılmasının və yol
hərəkətinin təhlükəsizliyinin təmin
edilməsi əhəmiyyətini dərk edərək,
aşağıdakılar
barədə razılığa gəldilər:
Maddə
1
Bu
Sazişin məqsədləri üçün
aşağıdakı terminlərdən istifadə
olunmuşdur:
“nəqliyyat
vasitəsi” - avtomobil yollarında yüklərin və ya
sərnişinlərin və ya üzərində qurulmuş
avadanlığın daşınması üçün
nəzərdə tutulmuş qurğu;
“yük
avtomobili” - avtomobil yollarında yüklərin
daşınması üçün nəzərdə
tutulmuş mexaniki ötürücülü nəqliyyat
vasitəsi;
“dartıcı”
- özünəməxsus mühərriklə təchiz
olunmuş və yalnız, yaxud əsasən qoşqu və ya
yarımqoşqunun yedəklənməsi üçün
nəzərdə tutulmuş nəqliyyat vasitəsi;
“qoşqu”
- dartıcı və yük avtomobilinə yedəkləmə
yolu ilə malların daşınması üçün
nəzərdə tutulmuş nəqliyyat vasitəsi;
“yarımqoşqu”
- yük daşımaları üçün xüsusi
təchiz olunmuş, bir hissəsi bilavasitə dartıcı
üzərində yerləşdirilən və öz
çəkisinin əsas hissəsinin ona
ötürülməsini mümkün edən
şəkildə dartıcı ilə birləşdirilmək
üçün nəzərdə tutulmuş nəqliyyat
vasitəsi;
“avtoqatar”
- yük avtomobili və qoşqudan (qoşqulu avtoqatar),
dartıcı və yarımqoşqudan (oturacaqlı
avtoqatardan) ibarət, kombinə edilmiş nəqliyyat
vasitəsi;
“avtobus”
- sərnişinlərin və yüklərin
daşınması üçün nəzərdə
tutulmuş, sürücünün yeri nəzərə
alınmadan 8-dən artıq oturacaq yerindən ibarət
nəqliyyat vasitəsi;
“birləşdirilmiş
avtobus” - biri-birinə şarnirlə birləşdirilmiş,
hər birində sərnişin salonu olan,
sərnişinlərin bir salondan digərinə rahat
hərəkət etdiyi iki və daha artıq bərk
seksiyalardan ibarət avtobus;
“kombinə
edilmiş nəqliyyat vasitəsi” - qoşqu və ya
yarımqoşqu ilə birləşdirilmiş avtomobildən
ibarət olan nəqliyyat vasitələrinin kombinəsi;
“nəqliyyat
vasitəsinin maksimal uzunluğu” - Əlavə 1-də
göstərilmiş göstəricilərdən uzun olmayan
nəqliyyat vasitəsinin uzunluğu;
“nəqliyyat
vasitəsinin maksimal hündürlüyü” - Əlavə
1-də göstərilmiş göstəricilərdən
hündür olmayan nəqliyyat vasitəsinin
hündürlüyü;
“nəqliyyat
vasitəsinin maksimal eni” - Əlavə 1-də
göstərilmiş göstəricilərdən enli olmayan
nəqliyyat vasitəsinin eni;
“nəqliyyat
vasitəsinin maksimal kütləsi” - Əlavə 2-də
göstərilmiş göstəricilərdən ağır
olmayan nəqliyyat vasitəsinin yüklə və ya
yüksüz kütləsi;
“maksimal
ox kütləsi” - Əlavə 3-də göstərilmiş
göstəricilərdən ağır olmayan nəqliyyat
vasitəsinin oxu vasitəsi ilə avtomobil yolunun
üzərinə ötürülən kütlə;
“bölünməz
yük” - avtomobil yolu ilə daşınan zaman iki və ya daha
çox hissələrə artıq vəsait sərf
edilmədən və ya onu xarab etmək riski olmadan
bölünməz yük;
“hava
asqısı” - amortizasiyanın effektliliyinin ən azı 75
faizini təmin edən və havanı amortizasiya elementi kimi
istifadə edən asqı sistemi;
“xüsusi
icazə” - Əlavə 1, 2, 3-də göstərilmiş
göstəricilərdən maksimal qabariti, kütləsi
və oxa olan yükü çox olan yük daşıyan
nəqliyyat vasitəsi üçün birdəfəlik
icazə.
Maddə
2
Bu
Sazişlə (Əlavə 1, 2, 3) nəzərdə tutulan
nəqliyyat vasitələrinin maksimal həcmləri və
kütlələri və ox kütlələri
vasitəsilə dövlətlərarası və tranzit
daşımalar həyata keçirilən bu Sazişin
iştirakçısı olan dövlətlərin avtomobil
yolları, o cümlədən MDB-nin beynəlxalq avtomobil
yolları üçün müəyyən edilmişdir.
Yerli avtomobil yollarında Tərəflər nəqliyyat
vasitələrinin icazə verilən kütləsi və son
həcmi üçün digər tələblər
müəyyən edə bilər. Bu halda bu
məhdudiyyətlər onları tətbiq etmiş
Tərəfin nəqliyyat vasitələrinə olduğu kimi,
digər Tərəflərin nəqliyyat vasitələrinə
də eyni dərəcədə tətbiq olunacaqdır.
Tərəflər digər Tərəflərin
daşıyıcılarını yerli avtomobil yolları
üçün müəyyən edilən digər
tələblər haqqında məlumatlandırırlar.
Maddə
3
Ayrı
avtomobil yollarında nəqliyyat vasitələrinin
kütlə və həcmlərinə qoyulmuş
məhdudiyyətlər tətbiq olunanda Tərəflərin
səlahiyyətli orqanları bu məhdudiyyətləri
müvafiq yol nişanları ilə
göstərməlidirlər.
Maddə
4
Tərəflər
öz ərazilərindən, o cümlədən tranzit olaraq,
maksimal qabaritləri, kütlələri və oxa olan
yükləri bu Sazişin ayrılmaz hissələri olan
Əlavə 1, 2, 3-də göstərilmiş
göstəriciləri aşmayan nəqliyyat vasitələrini
xüsusi icazə olmadan buraxmaq öhdəliyini öz
üzərlərinə götürürlər.
Maddə
5
Nəqliyyat
vasitələrinin ölçülmüş xətti
parametrlərdən heç olmazsa biri Əlavə 1-də
göstərilmiş həddini aşırsa, onda onlar
qabaritə uyğun olmayan hesab edilirlər.
Maksimal
kütləsi və/və ya ox kütləsi Əlavə 2,
3-də göstərilmiş həddi aşan nəqliyyat
vasitələri ağırçəkili hesab edilir.
Maddə
6
Qabaritə
uyğun olmayan və ağırçəkili nəqliyyat
vasitələri Tərəflərin ərazisinə ancaq
Tərəflərin səlahiyyətli orqanları
tərəfindən verilmiş xüsusi icazəyə malik
olduqda daxil ola bilərlər və bu xüsusi icazədə
göstərilmiş şərtlər və marşrut
üzrə hərəkət edə bilərlər.
Qabaritə
uyğun olmayan və ağırçəkili yüklərin
öz ərazilərinə buraxılması üçün
Tərəflər milli normativ hüquqi aktlarda
nəzərdə tutulmuş haqq müəyyən edə
bilərlər. Tərəflər bu haqqların miqdarlarmı
bərabərləşdirmək istiqamətində
çalışacaqlar.
Maddə
7
Bu
Sazişlə müəyyən edilmiş nəqliyyat
vasitələrinin maksimal həcmləri və digər
xətti parametrləri, maksimal kütlələri və
maksimal ox kütlələri onların mövcud avtomobil
yolları ilə maneəsiz və nəzarətsiz
keçmək imkanlarına istinad edərək nəqliyyat
vasitələrinin həcm və kütlələrinə olan
xüsusi tələblər kimi əməl olunur. Bu
məhdudiyyətlər digər sazişlərlə
müəyyən edilən nəqliyyat vasitələrinin
istehsalına aid olan standart və tələblərə aid
edilmir.
Maddə
8
Avtomobil
yolları ilə hərəkət edən zaman
Tərəflərin təyin edilmiş qabaritə uyğun olmayan
və ağırçəkili nəqliyyat vasitələrinin
hərəkətini tənzimləyən hərəkət
qaydalarına əməl olunmalıdır,
Tərəflərin bu məsələ ilə əlaqədar
qəbul etdiyi normativ hüquqi aktlar bu Sazişin
müddəalarmı nəzər almalıdır.
Maddə
9
Tərəflər,
nəqliyyat vasitələrinin həcm və ya
kütlələri üçün ayn avtomobil yollarında
və ya avtomobil yollarının sahələrində hava
və klimatik şəraitlə və ya avtomobil yollarının
texniki vəziyyətinin korlanması ilə əlaqədar
olaraq digər Tərəflərin
daşıyıcılarım qabaqcadan müvəqqəti
məhdudiyyətlərin tətbiqini və vaxtmı
bildirməklə və həmçinin dolayı yolları
göstərməklə müvəqqəti
məhdudiyyətlər qoya bilərlər.
Maddə
10
Nəqliyyat
vasitəsinin qeydiyyata alındığı Tərəf onu bu
Sazişdə verilmiş həcm və kütlə
üçün qoyulmuş məhdudiyyətlərə
nəzarət etmək məqsədilə bu nəqliyyat
vasitəsinin əsas texniki xüsusiyyətlərini
göstərən sənədlə təmin etməlidir.
Tərəflər
qabaritə uyğun olmayan və ağırçəkili
nəqliyyat vasitələrinin buraxılışına
xüsusi icazələrin verilməsi üçün
zəruri olan sənəd və prosedurların uyğunlaşdırılması
yolunda bütün zəruri tədbirləri yerinə
yetirəcəklər.
Maddə
11
Tərəflərin
hər biri onların səlahiyyətli orqanları
vasitəsilə nəqliyyat vasitələrinin həcm və
kütlələrinə, onların qeydiyyata
alındığı yerdən asılı olmayaraq,
nəzarət edə bilər və onları pozanlara
qarşı milli qanunvericilikdə nəzərdə tutulan
cəza tədbirləri tətbiq edə bilər.
Maddə
12
Daşımaları
həyata keçirərkən Tərəflər
çalışmalıdırlar ki, nəqliyyat
vasitələrinin kütlə və qabaritləri bu
Sazişdə nəzərdə tutulan hədləri
aşmasın. Bu tələb bölünməz
yüklərin daşınmasına aid edilmir və onların
buraxılışı xüsusi icazənin verilməsi
ilə həyata keçirilir.
Maddə
13
Tərəflər
bu Sazişin Əlavələrində göstərilən
nəqliyyat vasitələrinin həcm və
kütlələrinin ölçülməsi
üsullarının uyğunlaşdırılmasına
çalışacaqlar.
Maddə
14
Tərəflər
bu Sazişin iştirakçısı olan
dövlətlərin Müstəqil Dövlətlər
Birliyinin iştirakçısı olan dövlətlərin
beynəlxalq avtomobil yolları sisteminə daxil olduğu
avtomobil yollarının bu Saziş ilə müəyyən
edilmiş maksimal həcm və kütləyə malik
nəqliyyat vasitələrinin buraxılışı
tələblərinə tam cavab verməsi üçün
tədbirlər görəcəkdir.
Maddə
15
Bu
Saziş əvvəllər imzalanmış və onların da
iştirakçısı olduqları və həmçinin
Tərəflərin özləri arasında da
imzalanmış beynəlxalq saziş və
razılaşmalardan irəli gələn hüquq və
öhdəliklərə toxunmur və digər beynəlxalq
sazişlərin imzalanmasına mane olmur.
Maddə
16
Bu
Sazişə Tərəflərin ümumi razılığı
ilə protokollarla tərtib edilən dəyişikliklər
və əlavələr edilə bilər.
Maddə
17
Bu
Sazişin tətbiqi və ya şərh olunması ilə
bağlı mübahisəli məsələlər maraqlı
Tərəflərin məsləhətləşmələri
və ya danışıqları ilə həll olunur.
Maddə
18
Bu
Saziş onu imzalamış Tərəflərin
ölkədaxili lazımi prosedurları yerinə yetirməsi
haqqında üçüncü bildirişin depozitariyə
saxlanca verilməsi günündən qüvvəyə minir.
Lazımi
prosedurları sonralar yerinə yetirmiş Tərəflər
üçün Saziş müvafiq sənədlərin depozitariyə
saxlanca təqdim edildiyi gün qüvvəyə minir.
Maddə
19
Bu
Saziş qüvvəyə mindiyi gündən etibarən 5 il
ərzində qüvvədə qalır. Bu müddət
bitdikdən sonra Tərəflərin başqa qərarları
olmadıqda, Saziş avtomatik olaraq hər dəfə
növbəti beş il müddətinə uzadılır.
Maddə
20
Tərəflərdən
hər biri çıxmazdan ən azı 6 ay əvvəl
depozitariyə yazılı bildiriş
göndərməklə, bu Sazişdən çıxa
bilər.
Maddə
21
Bu
Saziş onun məqsəd və prinsiplərini
bölüşdürən və bütün
Tərəflərin razılığı ilə belə
qoşulma haqqında sənədləri depozitariyə
təqdim etməklə, dövlətlərin ona
qoşulması üçün açıqdır.
Qoşulma, depozitari tərəfindən belə qoşulmaya
razılıq haqqında sonuncu bildirişin
alındığı gündən qüvvəyə
minmiş sayılır. Minsk şəhərində 4 iyun
1999-cu il tarixində əsli bir nüsxədə rus dilində
tərtib edilmişdir. MDB-nin İcraiyyə Komitəsində
saxlanılan əsl nüsxənin təsdiqlənmiş
surəti mövcud Sazişi imzalayan hər bir
dövlətə göndəriləcəkdir.
Azərbaycan
Respublikası Qırğızıstan Respublikası
Hökuməti adından Hökuməti
adından
A. ABBASOV
V. SİLAYEV
Ermənistan
Respublikası
Moldova Respublikası
Hökuməti adından Hökuməti adından
A. DARBİNYAN
İ. STURZA
Belarus
Respublikası
Rusiya Federasiyası
Hökuməti adından
Hökuməti adından
S. LİNQ
S. STEPAŞİN
Gürcüstan
Hökuməti Tacikistan Respublikası
adından
Hökuməti adından
V. LORDKİPANİDZE
Y. ƏZİMOV
Qazaxıstan
Respublikası Özbəkistan Respublikası
Hökuməti adından Hökuməti adından
N. VALQİMBAYEV
B. XAMİDOV
Saziş
Azərbaycan Respublikası tərəfindən
qeyd-şərtlə imzalanmışdır. Saziş Ermənistan Respublikası,
Qazaxıstan Respublikası, Özbəkistan Respublikası
tərəfindən qeydlərlə imzalanmışdır
(təqdim olunmayıb). Saziş Türkmənistan və Ukrayna
tərəfindən imzalanmayıb.
ƏLAVƏ 1
Nəqliyyat
vasitələrinin maksimal ölçüləri və
başqa xətti parametrləri
1.
Nəqliyyat vasitələrinin maksimal ölçüləri
Sazişin 4-cü maddəsinin müddəalarını
nəzərə alaraq aşağıda verilmiş
göstəriciləri aşmamalıdır:
1.1. Maksimal uzunluq:
yük avtomobili
üçün 12.00 m
avtobus 12.00 m
qoşqu 12.00 m
birləşdirilmiş
nəqliyyat vasitəsi 20.00 m
birləşdirilmiş
avtobus 18.00 m
avtoqatar 20.00 m
1.2. Maksimal
en:
bütün nəqliyyat
vasitələri 2.55 m
nəqliyyat
vasitələrinin izotermik kuzov banı 2.60 m
1.3. Maksimal
hündürlük 4.00
m
2.
Bu Əlavənin 1-ci
bəndində göstərilmiş nəqliyyat
vasitələrinin maksimal ölçülərinə,
çıxanla bilən kuzovların və yük
üçün taralarının, o cümlədən konteynerlərin
ölçüləri də daxildir.
3.
Hər
hansı bir nəqliyyat vasitəsi hərəkət zamanı
xarici radiusu 12.50 m və daxili
radiusu 5.30 m olan bir sahənin çərçivəsi
daxilində dönmək imkanına malik olmalıdır.
4.
Kombinə
edilmiş nəqliyyat vasitəsinin ilişdirici qurğunun ox
bağlantısı və arxa hissəsi arasında
maksimal məsafə 12.00 m-dən çox olmamalıdır.
5.
Avtoqatarın
uzunluq oxu ilə paralel olaraq ölçülmüş kuzovun
xarici ön nöqtəsindən
və ya kabin arxasında yükün
quraşdırılması üçün platformadan qoşqunun arxa xarici nöqtəsinə kimi,
dartıcının arxa hissəsi ilə qoşqunun qabaq hissəsi arasında olan məsafəni
çıxmaq şərtilə maksimal məsafə 17.00
m-dən çox olmamalıdır.
6.
Avtoqatarın
uzunluq oxu ilə paralel olaraq ölçülmüş kuzovun
xarici ön nöqtəsindən
və ya kabin arxasında yükün
quraşdırılması üçün platformadan qoşqunun
arxa xarici nöqtəsinə kimi maksimal məsafə 16.40
m-dən çox olmamalıdır.
7.
Nəqliyyat
vasitəsinin kuzovunda quraşdırılmış yük,
avtomobilin arxa xarici nöqtəsindən və
ya qoşqudan 2.00 m-dən çox kənara
çıxmamalıdır.
8.
Yük
avtomobilinin arxa oxu və qoşqunun qabaq oxu arasında
məsafə 3.00 m-dən az
olmamalıdır.
9.
Yarımqoşqunun
şarnirlərlə bərkidilən oxu ilə
yarımqoşqunun hər hansı bir qabaq nöqtəsi arasında üfüqi olaraq
ölçülmüş məsafə 2.04 m-dən çox
olmamalıdır.
10.Nəqliyyat vasitəsinin uzunluğu İSO
612-1978 standartının 6.1-ci
bəndinə
müvafiq olaraq ölçülməlidir. Uzunluğu
ölçərkən nəqliyyat vasitəsinə
bərkidilmiş aşağıdakı qurğular
nəzərə alınmır.
Şüşətəmizləyici
qurğular və suçiləyənlər (brızqovik);
Qabaq və yan markalanma plastinaları;
Plomblama
və onun mühafizəsi üçün qurğular;
Brezent
bərkidilməsi və onun mühafizəsi üçün
qurğular;
İşıqlandırma üçün
avadanlıq;
Arxa tərəfin görünüşü
üçün güzgülər və avtomobilin arxasına
nəzarət üçün qurğular;
Hava ötürən borular;
Qoşqu və ya sökülən kuzovla
birləşmə üçün klapan və
sökülən hissələrin uzunluğu;
Kuzova
qalxmaq üçün pillələr, ehtiyat avtoşin
üçün qaldırıcı;
İşlək halda 200 mm-dən çox
olmayan qaldırıcı platformalar, keçid
üçün pillə və
digər analoji avadanlıqlar elə
hazırlanmışdır ki, onlar avtomobilin istehsalçı
tərəfindən
müəyyən edilmiş icazə verilən yüklənmə
kütləsini artıra bilməsin.
11.Nəqliyyat vasitəsinin hündürlüyü İSO
612-1978 standartının 6.3-cü bəndinə müvafiq olaraq ölçülməlidir.
Hündürlüyü ölçərkən nəqliyyat
vasitəsinə bərkidilmiş
antenna, qaldırılmış vəziyyətdə olan
pantoqraf nəzərə alınmır.
Oxunu qaldırmaq qurğusuna malik olan
nəqliyyat vasitələri üçün belə bir qurğudan
olan effekt nəzərə alınmalıdır.
12. Nəqliyyat vasitəsinin eni İSO 612-1978
standartının 6.2-ci
bəndinə müvafiq olaraq
ölçülməlidir. Eni ölçərkən
nəqliyyat vasitəsinə bərkidilmiş aşağıdakı
qurğular nəzərə alınmır:
Plomb,
möhür və onların
mühafizəsi üçün qurğular;
Brezent
bərkidilməsi və onun mühafizəsi üçün
qurğular;
Avtoşinlərin zədələnməsini
təyin edən qurğu;
Suçiləyənlərin
kənara çıxan hissəsi;
İşıqlandırma qurğusu;
İrəliyə və arxaya
yönəlmiş pilləkənlərin bucaqlarının
çevrilmə radiusu 5 mm-dən
az olmayan, kənar xəttinin çevrilmə radiusu isə 2,5
mm-dən az olmayan, işlək
vəziyyətdə olan nəqliyyat vasitəsinin hər bir
tərəfindən 10 mm-dən çox olmayaraq kənara
çıxan pilləkənləri, asma platformaları və
digər analoji avadanlıqları;
Arxa
tərəfin görünməsi üçün
güzgülər;
Şinlərdə
təzyiq indikatoru;
Hərəkət zamanı yığılan
və ya bağlanılan pillələr və nərdivanlar;
Avtoşinin yolun səthi ilə toxunma
nöqtəsindən kənara çıxan əyilmiş
hissəsi.
ƏLAVƏ 2
Nəqliyyat vasitələrinin maksimal
kütlələri
1. Nəqliyyat vasitələrinin maksimal
kütlələri aşağıdakı
göstəriciləri aşmamalıdır:
1.1. Yük
avtomobilləri:
İkioxlu
avtomobil -18 t
Üçoxlu
avtomobil -24 t
Aparıcı
oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent
asqı ilə təchiz
olunmuş iki cüt təkərdən ibarət olan avtomobil -25 t
dördoxlu, iki oxu aparıcı olan, hər
biri iki cüt təkərdən ibarət
olub hava və
ya ona ekvivalent asqıya malik olan avtomobil -32 t
1.2. Kombinə edilmiş nəqliyyat
vasitəsinin bir hissəsini təşkil edən nəqliyyat
vasitələri:
İkioxlu
qoşqu -18 t
Üçoxlu
qoşqu -24 t
1.3. Kombinə
edilmiş nəqliyyat vasitələri:
* 1.3.1.
Yəhərli avtoqatarlar:
ikioxlu
dartıcı ikioxlu yarımqoşqu ilə,
yarımqoşqunun
oxları
arasında məsafəsi 1,3
və ya daha çox, lakin
1,8 m-dən
çox olmayaraq -36 t
ikioxlu
dartıcı ikioxlu yarımqoşqu ilə,
yarımqoşqunun
oxları
arasında məsafəsi 1,8-dən çox olduqda -38 t
ikioxlu
dartıcı üçoxlu yarımqoşqu ilə . -38 t
üçoxlıı
dartıcı ikioxlu yarımqoşqu - 38 t
üçoxlu
dartıcı üçoxlu yarımqoşqu -38 t
Bu Əlavənin 1.3.1-ci bəndinə
əsasən 18 tonluq yük avtomobili və 20 tonluq yarımqoşqudan
ibarət olan nəqliyyat vasitəsinin maksimal kütləsi
onda calanmış təkərlərdən ibarət olan
aparıcı oxun olduğu və hava və ya onun ekvivalenti
olan asqı ilə təchiz olunduğu halda daha 2 ton
artırıla bilər.
** 1.3.2. Qoşqulu avtoqatarlar:
ikioxlu yük
avtomobili ikioxlu qoşqu ilə - 36 t
ikioxlu yük
avtomobili üçoxlu qoşqu ilə -
42 t
üçoxlu
yük avtomobili ikioxlu qoşqu ilə -
42 t
üçoxlu
yük avtomobili üçoxlu qoşqu ilə -
44 t
üçoxlu
yük avtomobili dördoxlu qoşqu ilə -
44 t
Avtobuslar:
İkioxlu -
18 t
Üçoxlu -
24 t
Üçoxlu
şarnirlə birləşdirilmiş -
28 t
Dördoxlu
şarnirlə birləşdirilmiş - 28 t
* 1.3.1.1. Özbəkistan Respublikası
ərazisində dövlətlərarası
daşımaları həyata keçirən
nəqliyyat vasitələri üçün:
Yəhərli avtoqatarlar:
ikioxlu
dartıcı biroxlu qoşqu ilə -
28 t
ikioxlu
dartıcı ikioxlu yarımqoşqu ilə,
yarımqoşqunun
oxları arasında məsafə
1,3 metr və ya daha çox, lakin
1,8 metrdən
çox olmayaraq - 36 t
ikioxlu
dartıcı ikioxlu yarımqoşqu ilə,
yarımqoşqunun
oxlar arasında
məsafə 1,8 metrdən çox olduqda -
40 t
ikioxlu
dartıcı üçoxlu yarımqoşqu ilə -
40 t
üçoxlu
dartıcı üçoxlu yarımqoşqu ilə - 40 t
1.3.1.2. Qazaxıstan Respublikası
ərazisində dövlətlərarası
daşımaları həyata keçirən nəqliyyat
vasitələri üçün və Qazaxıstan Respublikasının bu Sazişin
digər iştirakçısı olan dövlətlərin
ərazisində dövlətlərarası
daşımaları həyata keçirən
nəqliyyat vasitələri üçün:
Nəqliyyat
vasitəsinin maksimal kütləsi -
36 t
** 1.3.2.1. Belarus Respublikası
ərazisində dövlətlərarası
daşımaları həyata keçirən nəqliyyat vasitələri
üçün və Belarus Respublikasının bu Sazişin
digər iştirakçısı olan dövlətlərin
ərazisində dövlətlərarası
daşımaları həyata keçirən nəqliyyat
vasitələri üçün:
Qoşqulu avtoqatarlar:
İkioxlu
yük avtomobili ikioxlu qoşqu ilə - 36 t
Digər
avtoqatarlar - 38 t
ƏLAVƏ 3
Nəqliyyat vasitələrinin maksimal ox
kütlələri***
1. Nəqliyyat vasitələrinin maksimal ox
kütlələri aşağıdakı
göstəricilərdən çox olmamalıdır:
1.1. Bir oxlu
üçün:
aparılan -
10.0 t
ikimeylli təkərlərlə
aparılan -
10.0 t
1.2. Cütlənmiş oxlar, ikimeylli
təkərlərə malik qoşqular və ya
yarımqoşqular
üçün ox kütlələrinin cəmi oxlararası
aşağıdakı məsafələrə uyğun olaraq
aşağıdakı göstəriciləri
aşmamalıdır:
0.5 m-dən 1
m-ə qədər -
12.0 t
1 m-dən 1.3 m-ə
qədər -
14.0 t
1.3 m-dən 1.8 m-ə
qədər - 16 .0 t
1.8 m-ə bərabər və
ya çox -
18.0 t
1.3. Cütlənmiş oxlar, birmeylli
təkərlərə malik qoşqular və ya
yarımqoşqular
üçün ox kütlələrinin cəmi oxlararası
aşağıdakı məsafələrə uyğun olaraq
aşağıdakı göstəriciləri aşmamalıdır:
0.5 m-dən 1
m-ə qədər -
11.0 t
1 m-dən 1.3 m-ə
qədər -
13.0 t
1.3 m-dən 1.8 m-ə
qədər -
15 .0 t
1.8 m-ə bərabər və
ya çox -
17.0 t
1.4. Üçoxlu
oxlar, ikimeylli təkərlərə malik qoşqular və ya
yarımqoşqular üçün ox
kütlələrinin cəmi oxlararası
aşağıdakı göstəriciləri
aşmamalıdır:
0.5 m-dən 1
m-ə qədər -
16.5 t
1 m-dən 1.3 m-ə
qədər -
19.5 t
1.3 m-dən 1.8 m-ə
qədər -
22.5 t
1.8 m-ə bərabər və
ya çox - 25.5 t
1.5. Üçoxlu
oxlar, birmeylli təkərlərə malik qoşqular və ya
yarım qoşqular
üçün
oxlararası məsafə:
0.5 m-dən 1
m-ə qədər -
15.0 t
1 m-dən 1.3 m-ə
qədər -
18.3 t
1.3 m-dən 1.8 m-ə
qədər - 21.0 t
1.8 m-ə bərabər və
ya çox -
24.0 t
1.6. İkimeylli təkərləri olan
yük avtomobili və ya avtobusun cütlənmiş
aparıcı ox kütlələrinin cəmi
aşağıda göstərildiyindən çox
olmamalıdır:
0.5 m-dən 1
m-ə qədər -
12.0 t
1 m-dən 1.3 m-ə
qədər -
14.0 t
1.3 m-dən 1.8 m-ə
qədər -
16.0 t
1.8 m-ə
bərabər və ya çox -
18.0 t
və
eləcə də hava asqısı və ya ekvivalenti ilə
bərkidiləndə -
19.0 t
1.7. Birmeylli
təkərləri olan yük avtomobili və ya avtobusun
cütlənmiş aparıcı
oxları üçün ox kütlələrinin cəmi
aşağıdakı göstərildiyindən çox
olmamalıdır:
1 m-ə qədər - 11.0 t
1 m-dən 1.3
m-ə qədər -
13.0 t
1.3 m-dən 1.8
m-ə qədər -
15.0 t
2.
Avtomobilin və ya kombinə edilmiş nəqliyyat
vasitəsinin aparıcı oxu və ya oxları üzərinə düşən
ağırlıq avtomobilin və ya kombinə edilmiş
nəqliyyat vasitələrinin ümumi çəkisinin
25%-dən az olmamalıdır.
***Qazaxıstan
Respublikası ərazisində dövlətlərarası
daşımaları həyata keçirən nəqliyyat
vasitələri üçün və Qazaxıstan
Respublikasının bu Sazişin digər iştirakçısı olan dövlətlərin
ərazisində dövlətlərarası
daşımaları həyata keçirən nəqliyyat
vasitələri üçün:
1. Nəqliyyat vasitələrinin maksimal ox
kütləsi aşağıdakı göstəriciləri
aşmamalıdır:
1.1. Biroxlu
üçün:
aparılan - 8.0 t
ikimeylli təkərlərlə
aparılan -
8.0 t
1.2. Cütlənmiş oxlar, ikimeylli
təkərlərə malik qoşqular və ya
yarımqoşqular
üçün ox kütlələrinin cəmi oxlararası
aşağıdakı məsafələrə uyğun olaraq
aşağıdakı göstəriciləri
aşmamalıdır:
0.5 m-dən 1 m-ə
qədər -
12.0 t
1 m-ə
bərabər və ya çox, lakin 1.3 m-dən az olmayan - 13.0 t
1.3 m-ə
bərabər və ya çox, lakin 1.8 m-dən az olmayan - 14 .2 t
1.8 m-ə bərabər və
ya çox -
14.6 t
1.3. Cütlənmiş oxlar. Birmeylli
təkərlərə malik qoşqular və ya
yarımqoşqular
üçün ox kütlələrinin cəmi oxlararası
aşağıdakı məsafələrə uyğun olaraq
aşağıdakı göstəriciləri
aşmamalıdır:
0.5 m-dən 1
m-ə qədər -
11.0 t
1 m-ə
bərabər və ya çox, lakin 1.3 m-dən az olmayan - 12.0 t
1.3 m-ə
bərabər və ya çox, lakin 1.8 m-dən az olmayan - 13 .2 t
1.8 m-ə
bərabər və ya çox -
13.6 t
1.4. Üçoxlu
oxlar, ikimeylli təkərlərə malik qoşqular və ya
yarımqoşqular üçün
ox kütlələrinin cəmi oxlararası
aşağıdakı məsafələrə uyğun
olaraq aşağıdakı
göstəriciləri aşmamalıdır:
0.5 m-dən 1
m-ə qədər -
17.4 t
1 m-ə
bərabər və ya çox, lakin 1.3 m-dən az olmayan - 18.4 t
1.3 m-ə
bərabər və ya çox, lakin 1.8 m-dən az olmayan - 21.2 t
1.8 m-ə
bərabər və ya çox -
21.9 t
1.5. Üçoxlu
oxlar, birmeylli təkərlərə malik qoşqular və ya
yarımqoşqular üçün oxlararası
məsafə aşağıda göstərildiyindən
çox olmamalıdır:
0.5 m-dən 1
m-ə qədər - 15.9 t
1 m-ə
bərabər və ya çox, lakin 1.3 m-dən çox
olmayan - 17.2 t
1.3 m-ə bərabər və
ya çox, lakin 1.8 m-dən az olmayan - 19.7 t
1.8 m-ə bərabər və
ya çox -
20.4 t
1.6. İkimeylli
təkərləri olan yük avtomobili və ya avtobusun
cütlənmiş aparıcı oxları üçün ox
kütlələrinin cəmi aşağıda
göstərildiyindən çox olmamalıdır:
0.5 m-dən
çox, lakin 1 m-dən az olmayan - 12.0 t
1 m-ə bərabər və ya
çox, lakin 1.3 m-dən az olmayan - 14.0 t
1.3 m-ə
bərabər və ya çox, lakin 1.8 m-dən az olmayan - 16.0 t
1.8 m-ə bərabər və
ya çox -
18.0 t
və eləcə də hava
asqısı və ya ekvivalenti ilə bərkidiləndə - 19.0 t
1.7. Birmeylli təkərləri olan yük
avtomobili və ya avtobusun cütlənmiş aparıcı oxları üçün ox
kütlələrinin cəmi aşağıda
göstərildiyindən çox olmamalıdır:
1 m-dən az -
11.0 t
1 m-ə
bərabər və ya çox, lakin 1.3 m-dən az olmayan - 13.0 t
1.3 m-ə
bərabər və ya çox, lakin 1.8 m-dən az olmayan - 15.0 t
2.
Avtomobilin və ya kombinə edilmiş nəqliyyat
vasitəsinin aparıcı oxu və
ya oxları üzərinə
düşən ağırlıq avtomobilin və ya kombinə
edilmiş nəqliyyat vasitələrinin cəmi
çəkisinin 25%-dən az olmamalıdır.
"Müstəqil Dövlətlər
Birliyinin iştirakçısı olan dövlətlərin
avtomobil yollarında dövlətlərarası
daşımaları həyata keçirən nəqliyyat vasitələrinin kütlə və
ölçüləri haqqında Saziş"ə dair
AZƏRBAYCAN
RESPUBLİKASININ QEYD-ŞƏRTİ
1.
Azərbaycan
Respublikası bəyan edir ki, Müstəqil
Dövlətlər Birliyinin iştirakçısı
olan dövlətlərin avtomobil yollarında
dövlətlərarası daşımaları həyata keçirən nəqliyyat
vasitələrinin kütlə və ölçüləri
haqqında Sazişdə göstərilmiş heç bir
hüquq, öhdəlik və müddəalar Azərbaycan
Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə
tətbiq edilməyəcəkdir.
2.
Azərbaycan
Respublikası istənilən vaxt bu qeyd-şərtin 1-ci
bəndindəki müddəanı
dəyişdirmək və çıxartmaq hüququnu
özündə saxlayır və digər Tərəflər
belə dəyişikliklər və ya çıxarılmalar
haqqında yazılı surətdə məlumatlandırılacaqlar.
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini
A. ABBASOV