Azərbaycan
Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər
edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN
QƏRARI
"Azərbaycan Respublikası
Vergi Məcəlləsinə əlavə və dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 30 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
I. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin bəzi qərarlarına
aşağıdakı dəyişikliklər edilsin:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1999-cu il 11 avqust tarixli 128 nömrəli qərarı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi
Komissiyasının Əsasnaməsi"nin 3-cü bəndinin
yeddinci abzasından "dövlət yol fondu və" sözləri,
7-ci bəndinin yeddinci abzasından "Yol Fondu"nun vəsaitlərinin
yerlərdə istifadə edilməsi üçün və" sözləri
çıxarılsın.
2. "Vergi ödəyicilərinə
eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq
edilməsi Qaydasının təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 21
dekabr tarixli 222 nömrəli qərarının 4-cü bəndindən
"və "Vergi ödəyicilərinə eyniləşdirmə
nömrəsinin verilməsi və tətbiq edilməsi
qaydası"na" sözləri çıxarılsın.
3.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 13 yanvar tarixli 13
nömrəli qərarı ilə təsdiq edilmiş
"Xronometraj metodu ilə müşahidə aparılması Qaydaları"nın
2.18-ci bəndində "aylıq gəlirin vergi tutulmayan məbləğinin
1250 mislindən" sözləri "şərti maliyyə
vahidinin 22500 mislindən" sözləri ilə əvəz
edilsin.
4. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 46 nömrəli qərarı
ilə təsdiq edilmiş "Binalar üzrə əmlak vergisinin
hesablanması Qaydaları"nın 1.4-cü bəndində
"aylıq gəlirin vergi tutulmayan məbləğinin 300
mislinədək olduqda vergi tutulmur, 300 mislindən çox olan məbləğdən
isə" sözləri "şərti maliyyə vahidinin 6000
mislinədək olduqda vergi tutulmur, 6000 mislindən çox olan məbləğdən
isə" sözləri ilə, 2.7-ci bəndində
"aylıq gəlirin vergi tutulmayan məbləğinin 1,5
misli" sözləri "şərti maliyyə vahidinin 30
misli" sözləri ilə əvəz edilsin.
II. "Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının
Siyahısı" təsdiq edilsin (əlavə olunur).
III. Bu qərar
imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri
A. RASİZADƏ
Bakı şəhəri, 13
aprel 2004-cü il
№ 47
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2004-cü il 13 aprel tarixli 47 nömrəli
qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
qüvvədən
düşmüş hesab edilən bəzi qərarlarının
S İ Y A H I S
I
1. "Azərbaycan
Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən
məhsulların ixracı zamanı kontrakt qiyməti ilə
(ixrac xərcləri çıxılmaqla) respublika daxili müəssisə
topdansatış qiyməti arasındakı fərqin büdcəyə
alınan hissəsinin müəyyən edilməsi haqqında"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 10 aprel
tarixli 64 nömrəli qərarı.
2. "Vergi ödəyicilərinə
eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq
edilməsi Qaydasının təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 21
dekabr tarixli 222 nömrəli qərarının 1-ci bəndi.
3. "Aksiz markası ilə markalanmalı
olan markalanmamış malların siyahıya alınması və
məsul saxlamaya qoyulması Qaydalarının təsdiq edilməsi
barədə" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 25 dekabr tarixli 228 nömrəli qərarı.
4. "İcarəyə
götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin
gəlirdən çıxılması Qaydalarının təsdiq
edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 4 yanvar tarixli 3 nömrəli qərarı.
5. "Köhnəlməyə məruz
qalmayan aktivlərin Siyahısının təsdiq edilməsi
barədə" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 4 yanvar tarixli 5 nömrəli qərarı.
6. "Malın (işin, xidmətin)
bazar qiymətinin müəyyən edilməsi Qaydaları
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 4 yanvar tarixli 6 nömrəli qərarı.
7. "Əlavə dəyər
vergisinin məqsədləri üçün qeydiyyata alınmayan vergi
agenti tərəfindən əlavə dəyər vergisinin məqsədləri
üçün qeydiyyatdan keçməyən qeyri-rezidentə ödənməli
olan məbləğdən əlavə dəyər vergisinin
tutulması və ödənilməsi Qaydasının təsdiq
edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 13 yanvar tarixli 12 nömrəli qərarı.
8. "Gəlirdən
çıxılmalı olan təmir xərclərinin məhdudlaşdırılan
həddi barə də" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 13 yanvar tarixli 14 nömrəli qərarı.
9. "Əlavə dəyər
vergisi ödəyicilərinin dövlət reyestrinin aparılması
Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 42
nömrəli qərarı.
10. "Səyyar vergi yoxlaması
zamanı əşyaların nümunə kimi götürülməsi
Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 43
nömrəli qərarı.
11. "Vergi öhdəliyinin yerinə
yetirilməsi müddətinin uzadılması Qaydalarının təsdiq
edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 23 fevral tarixli 44 nömrəli qərarı.
12. "Birbaşa və dolayı
qiymətləndirmə metodlarının tətbiq edilməsi
Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 47
nömrəli qərarı.
13. "Fiziki şəxslərin gəlir
vergisindən azad olunan kompensasiya xarakterli ödəmələrinin
Siyahısının təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 49
nömrəli qərarı.
14. "Vergi ödəyicilərinin
vahid dövlət reyestrinin aparılması Qaydalarının təsdiq
edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 23 fevral tarixli 50 nömrəli qərarı.
15. "Vergi ödəyicisi tərəfindən
verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarının
verilmədiyi hallarda verginin əlaqəli məlumata əsasən
hesablanması Qaydasının təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23
fevral tarixli 51 nömrəli qərarı.
16. "Azərbaycan
Respublikasında istehsal olunan içməli spirtin, pivənin, spirtli
içkilərin və tütün məmulatlarının aksiz dərəcələri
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 7 mart tarixli 61 nömrəli qərarının 1-ci bəndi.
17. "Ümumi qaydalara əsasən
vergitutma bazasının müəyyənləşdirilməsi çətin
olan sahələr üzrə əlavə dəyər vergisinin
hesablanması Qaydalarının təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 8 avqust
tarixli 135 nömrəli qərarı.
18. "Vergi ödəyicisinin
siyahıya alınmış əmlakının açıq hərraclarda
satılması Qaydalarının təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 26
oktyabr tarixli 170 nömrəli qərarı.
19. "Azərbaycan Respublikası
Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər
və əlavələr edilməsi barədə" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 28 fevral tarixli 34
nömrəli qərarının 1-3-cü, 5-ci, 8-ci və 9-cu bəndləri.
20. "İri vergi ödəyiciləri
və xüsusi vergi rejimli müəssisələrin mərkəzləşdirilmiş
uçota alınması Qaydalarının təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 29 iyun tarixli 100 nömrəli qərarı.
21. "Əvvəlki vergi ilində
fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət
göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini
hüquqi şəxs yaratmadan həyata keçirək fiziki şəxslərin,
habelə yeni yaradılmış və fəaliyyət göstərən
vergi ödəyicilərinin cari vergi ödənişləri
Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 iyun tarixli 101 nömrəli
qərarı.
22. "Azərbaycan
Respublikasının tərəfdar çıxdığı ikiqat
vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq
müqavilələrə əsasən xarici dövlətin rezidentinin
Azərbaycan Respublikasında fəaliyyət göstərən və
daimi nümayəndəlik yaratmayan bölmələrinin, habelə
idarəetmə yerinə görə rezident sayılan hüquqi şəxsin
vergi orqanında uçota alınması Qaydalarının təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 8 oktyabr tarixli 153 nömrəli qərarı.
23. "Azərbaycan
Respublikasının dağ rayonlarının
siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2003-cü il 15 fevral tarixli 25
nömrəli qərarı.
24. "Azərbaycan Respublikası
Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr
və dəyişikliklər edilməsi və bəzi qərarlarının
qüvvədən düşmüş hesab edilməsi barədə"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 4 aprel
tarixli 42 nömrəli qərarının 1-3-cü, 5-ci, 6-cı, 8-ci
və 11-ci bəndləri.
25. "Əlavə dəyər
vergisindən azad olunan əməliyyatların müxtəlif mərhələlərdə
rəsmiləşdirilməsi Qaydası"nın təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2003-cü il 2 iyun tarixli 72 nömrəli qərarı.
26. "Azərbaycan Respublikası
Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2003-cü il 16 iyul tarixli 90 nömrəli qərarının
3-cü bəndi.