Əhalinin
bəzi təbəqələrinə dövlət
özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi işinin təşkili
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasında
dövriyyəyə buraxılmış dövlət
özəlləşdirmə paylarından
(çeklərindən) istifadənin müddətinin
uzadılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli
75 nömrəli Fərmanının icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1.
"Əhalinin bəzi təbəqələrinə
dövlət özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi
Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2.
Dövlət özəlləşdirmə
paylarının (çeklərinin) verilməsi işinin
təşkili üzrə aşağıdakı
tərkibdə komissiya yaradılsın:
Komissiyanın
sədri M.Cabbarov -
Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin
müavini Komissiyanın
sədr müavinləri: N.Süleymanov -
Birləşmiş Universal Səhmdar Bankının
əməliyyat blokunun
baş direktoru K.Həsənov - İqtisadi
İnkişaf Nazirliyinin Dövlət əmlakının
idarə
olunması və özəlləşdirilməsi departamentinin direktoru Komissiyanın
üzvləri: V.İbrahimov - Maliyyə
Nazirliyinin Daxili borclanma şöbəsi müdirinin
müavini R.Mustafayev -
Ədliyyə Nazirliyinin Qanunvericilik və hüquqi
təbliğat idarəsinin baş mütəxəssisi Ə.Axundov -
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlil, tənha və
ahıllara sosial xidmətin təşkili şöbəsinin
müdiri E.Nadirov - İqtisadi
İnkişaf Nazirliyinin Hüquq departamentinin direktoru S.Məmmədov -
Müdafiə Nazirliyinin Maliyyə idarəsinin pul təminatı
şöbəsinin rəisi İ.Salmanlı - Daxili
İşlər Nazirliyinin Maliyyə-plan idarəsinin rəisi Ə.Nağıyev -
Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisinin müavini C.Əliyev -
Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsinin Qiymətli kağızların
tədavülünün tənzimlənməsi
şöbəsinin müdiri N.Süleymanov
- Dövlət
Statistika Komitəsinin Milli hesablar statistikası şöbəsinin
müdiri Ü.Mürşüdov
- Dövlət
Sosial Müdafiə Fondunun Pensiya təminatı departamentinin direktoru E.Cəfərov - Milli
Bankın Monetar təhlil və proqnozlaşdırma
şöbəsinin rəisi S.Sadıqov -
Birləşmiş Universal Səhmdar Bankının Xəzinədarlıq departamentinin qiymətli
kağızlar şöbəsinin
rəisi A.Əhmədov -
Respublika Auksion Mərkəzinin baş direktoru, komissiyanın katibi |
3.
Dövlət özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi işinin təşkili
üzrə komissiya:
dövlət
özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi işinin təşkili
üçün Azərbaycan Respublikasının şəhər
və rayonlarında, Naxçıvan Muxtar Respublikasında paylama
məntəqələrini yaratsın, onların
fəaliyyətinə rəhbərlik etsin, paylama məntəqələrinin fəaliyyətinin
təmin edilməsi üçün zəruri tədbirlər
həyata keçirsin;
öz
ünvanı, telefonları, vətəndaşları qəbul
etmə saatları və məntəqələrin iş
qrafiki barədə məlumatları 5 (beş) gün
müddətində mətbuatda dərc etsin;
dövlət
özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi ilə əlaqədar zəruri
olan digər işləri
görsün;
işini
başa çatdırdıqdan sonra 10 (on) gün
müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ətraflı
hesabat təqdim etsin.
4.
Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi, Daxili
İşlər Nazirliyi və Milli
Təhlükəsizlik Nazirliyi "Azərbaycan
Respublikasında dövriyyəyə buraxılmış dövlət
özəlləşdirmə paylarından
(çeklərindən) istifadənin müddətinin
uzadılması haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 11 iyun
tarixli 75 nömrəli Fərmanının 2.2.2-ci və
2.3-cü bəndlərində, Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar
Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi),
Dövlət Sərhəd Xidməti və Xüsusi
Dövlət Mühafizə Xidməti
isə həmin Fərmanın 2.2.2-ci bəndində
nəzərdə tutulan siyahıları bir həftə ərzində Dövlət
özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi işinin təşkili
üzrə komissiyaya təqdim etsinlər.
5.
Bu
qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 15 iyul
2004-cü il
¹ 95
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2004-cü il 15 iyul tarixli 95
nömrəli qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
Əhalinin bəzi
təbəqələrinə dövlət
özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi
QAYDALARI
I. ÜMUMİ MÜDDƏALAR
1.1.
Bu Qaydalar "Azərbaycan Respublikasında
dövriyyəyə buraxılmış dövlət
özəlləşdirmə paylarından
(çeklərindən) istifadənin müddətinin
uzadılması haqqında" Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 11 iyun tarixli 75 nömrəli Fərmanına uyğun
olaraq hazırlanmışdır və əhalinin bəzi
təbəqələrinə dövlət
özəlləşdirmə paylarının
(çeklərinin) (bundan sonra - özəlləşdirmə
payları) verilməsini
tənzimləyir.
1.2.
Dövlət
özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi işinin təşkili
üzrə komissiya
özəlləşdirmə paylarının verilməsini
Azərbaycan Respublikasının şəhər və rayonlarında, eləcə
də Naxçıvan Muxtar Respublikasında
yaradılmış paylama
məntəqələri vasitəsilə təşkil edir.
1.3.
"Azərbaycan
Respublikasında dövriyyəyə buraxılmış
dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadənin
müddətinin uzadılması haqqında" Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 11 iyun tarixli 75 nömrəli Fərmanına uyğun olaraq
aşağıdakı şəxslərə bir
özəlləşdirmə payı verilir:
1.3.1.
Azərbaycan Respublikasının dövlət
əmlakının özəlləşdirilməsi haqqında qanunvericiliyinə
uyğun olaraq vaxtı ilə dövriyyəyə
buraxılmış dövlət
özəlləşdirmə paymı almaq hüququ
verilmiş, lakin hər hansı bir səbəbdən bu
payları ala bilməyən Azərbaycan Respublikasının
vətəndaşlarına;
1.3.2.
Azərbaycan Respublikasının ərazi
bütövlüyü, suverenliyi və dövlət müstəqilliyi
uğrunda mübarizədə şəhid olmuş
vətəndaşların və 20 Yanvar şəhidlərinin qanuni
varislərinə;
1.3.3.
Azərbaycan
Respublikası torpaqlarının azad olunması, ərazi
bütövlüyü və
müstəqilliyi uğrunda aparılan hərbi
əməliyyatlar zamanı yaralanmış və bu əməliyyatlarda iştirak etmiş
Azərbaycan Respublikasının vətəndaşlarına
(müvafiq siyahılar
Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli
Təhlükəsizlik Nazirliyi,
Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respulikası
ərazisində Naxçıvan Muxtar
Respublikasının Ədliyyə Nazirliyi), Dövlət
Sərhəd Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti
tərəfindən təqdim edilir);
1.3.4.
Azərbaycan Respublikasının Milli
Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına,
Sosialist Əməyi Qəhrəmanları və onlara
bərabər tutulan digər şəxslərə;
1.3.5.
20 Yanvar hadisələri zamanı əliliyi
müəyyən edilmiş Azərbaycan Respublikasının
vətəndaşlarına, İkinci Dünya müharibəsi
ilə
əlaqədar əlilliyi olan şəxslərə,
Əfqanıstan müharibəsində həlak olmuş vətəndaşların
ailələrinə və həmin müharibə ilə əlaqədar
əlilliyi olan şəxslərə, Çernobıl qəzasının
nəticələrinin aradan qaldırılması zamanı əliliyi
müəyyən edilmiş Azərbaycan Respublikasının
vətəndaşlarına;[1]
1.3.6.
İkinci
Dünya müharibəsində iştirak etmiş
şəxslərə (müvafiq siyahılar Müdafiə Nazirliyi, Daxili
İşlər Nazirliyi və Milli Təhlükəsizlik
Nazirliyi tərəfindən
təqdim edilir).
II.
DÖVLƏT ÖZƏLLƏŞDİRMƏ PAYLARININ
VERİLMƏSİ QAYDALARI
2.1.
Özəlləşdirmə payları
vətəndaşlara (bu Qaydaların III bölməsində
göstərilən hallardan başqa) onların qeydiyyatda
olduqları ərazi üzrə paylama məntəqələrində
verilir. Vətəndaşlar öz
özəlləşdirmə paylarım
şəxsiyyətlərini təsdiq edən sənədi təqdim
etməklə alırlar.
2.2.
16 yaşına çatmayan, habelə müvafiq qaydada
fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və ya fəaliyyət
qabiliyyəti məhdudlaşdırılmış
şəxslərin özəlləşdirmə
paylarını onların qanuni nümayəndələri,
qəyyumları və ya himayəçiləri
özlərinin şəxsiyyətini və
səlahiyyətlərini təsdiq edən sənədi
təqdim etməklə ala
bilərlər.
2.3. Hər hansı
səbəbdən özəlləşdirmə paymı
vətəndaşın şəxsən almaq imkanı
yoxdursa, o, qanunvericiliklə müəyyən olunmuş qaydada
tərtib edilmiş etibarnamə
ilə payının alınmasını
Azərbaycan Respublikasının istənilən vətəndaşına həvalə edə
bilər.
2.4.
Bu Qaydaların 1.3.3-cü bəndində
göstərilən vətəndaşlara
özəlləşdirmə payları Müdafiə Nazirliyinin,
Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin,
Ədliyyə Nazirliyinin (Naxçıvan Muxtar Respublikası
ərazisində Naxçıvan Muxtar Respublikasının
Ədliyyə Nazirliyinin), Dövlət Sərhəd
Xidmətinin və
Xüsusi Dövlət Mühafizə Xidmətinin təqdim
etdikləri siyahı əsasında verilir.
Bu Qaydaların 1.3.6-cı
bəndində göstərilən vətəndaşlara
özəlləşdirmə payları Müdafiə
Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Milli
Təhlükəsizlik Nazirliyinin təqdim etdikləri
siyahı əsasında verilir.
Siyahılarda
adı olmayan şəxslər özəlləşdirmə
paylarının verilməsi ilə əlaqədar paylama
məntəqələrinə müraciət edə
bilərlər.
2.5. Bu Qaydaların 1.3.2-ci,
1.3.4-cü və 1.3.5-ci bəndlərində
göstərilən vətəndaşlar
özəlləşdirmə paylarını almaq
üçün şəxsiyyətlərini təsdiq edən
sənədlə yanaşı
aşağıdakı müvafiq sənədləri də
təqdim edirlər:
Azərbaycan
Respublikasının ərazi bütövlüyü, suverenliyi
və dövlət müstəqilliyi uğrunda
mübarizədə şəhid olmuş vətəndaşların və 20 Yanvar
şəhidlərinin qanuni varisləri - "Şəhid
adının
əbədiləşdirilməsi və şəhid
ailələrinə edilən güzəştlər
haqqında" Azərbaycan Respublikasının Qanununda
göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ verən
vəsiqəni;
Azərbaycan
Respublikasının Milli Qəhrəmanları, Sovet
İttifaqı Qəhrəmanları, Sosialist Əməyi
Qəhrəmanları və onlara bərabər tutulan digər
şəxslər - müvafiq təltifləri təsdiq
edən vəsiqəni;
20 Yanvar hadisələri
zamanı əlilliyi
müəyyən edilmiş Azərbaycan Respublikasının
vətəndaşları
- Tibbi Sosial Ekspert Komissiyasının (1997-ci il 19 avqustadək Həkim
Əmək Ekspert Komissiyasının arayışını)
qərarını;[2]
İkinci
Dünya müharibəsi ilə əlaqədar əlilliyi olan
şəxslər əlilliyi olan şəxslərin elektron
reyestrindən çıxarışı;[3]
Əfqanıstan
müharibəsində həlak olmuş
vətəndaşların ailələri -
vətəndaşın Əfqanıstanda
həlak olması barədə Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin yerli idarə, şöbə və
bölməsindən
arayışı, həlak olmuş vətəndaşlara
qohumluq dərəcəsini təsdiq edən sənədi; [4]
Əfqanıstan
müharibəsi ilə əlaqədar əlilliyi olan
şəxslər - Əfqanıstanda yaralanması barədə Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin yerli idarə,
şöbə və bölməsindən
arayışı və Tibbi Sosial Ekspert Komissiyasının (1997-ci il 19
avqustadək Həkim Əmək Ekspert Komissiyasının
arayışını) qərarını;[5]
Çernobıl
qəzasının nəticələrinin aradan
qaldırılması zamanı əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikasının
vətəndaşları - Tibbi Sosial Ekspert Komissiyasının (1997-ci il 19 avqustadək Həkim
Əmək Ekspert Komissiyasının arayışını)
qərarını.
III.
BƏZİ QRUP VƏTƏNDAŞLARA DÖVLƏT
ÖZƏLLƏŞDİRMƏ PAYLARININ VERİLMƏSİ
QAYDALARI
3.1. Azərbaycan
Respublikasının aşağıda göstərilən
vətəndaşlarına özəlləşdirmə
paylarının verilməsi fərqli qaydada həyata
keçirilir:
hərbi
xidmətdə olanlara;
məcburi
köçkünlərə;
dövlət
himayəsində olan uşaq və körpələr
evində saxlanılan şəxslərə;
uzun müddət və ya daimi
müalicə müəssisələrində, ahıllar
və əlilliyi olan şəxslər üçün sosial
xidmət müəssisələrində saxlanılan (o
cümlədən fəaliyyət qabiliyyəti olmayan və fəaliyyət qabiliyyəti
məhdud olan) şəxslərə;[6]
daimi yaşayış yeri
olmayan şəxslərə;
istintaq təcridxanalarında
və cəzaçəkmə müəssisələrində
saxlanılan şəxslərə;
Azərbaycan
Respublikasının hüdudlarından kənarda
müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikasının
vətəndaşlarına.
3.2. Hərbi
xidmətdə olan şəxslərə
özəlləşdirmə paylarının
verilməsi aşağıdakı
qaydada həyata keçirilir:
müddətli hərbi
xidmətdə olanlara özəlləşdirmə payları
hərbi hissənin komandanlığı
tərəfindən 2 (iki) nüsxədə təqdim
olunmuş siyahılar əsasında hərbi hissənin
yerləşdiyi ərazi üzrə verilir;
müddətli
hərbi xidmətdə olan vətəndaşlardan başqa,
bütün hərbi qulluqçulara özəlləşdirmə payları daimi
qeydiyyatda olduqları ərazi üzrə verilir.
3.3. Məcburi
köçkünlərə özəlləşdirmə
paylarının verilməsi aşağıdakı qaydada
həyata keçirilir:
məcburi
köçkün statusuna malik olan Azərbaycan
Respublikasının vətəndaşları (hal-hazırda məskunlaşdıqları
ərazidə daimi qeydiyyatı olmayanlar)
özəlləşdirmə paylarını
məskunlaşdıqları ərazi üzrə alırlar;
həmin
şəxslərin siyahıları ərazi üzrə yerli
icra hakimiyyəti orqanları tərəfindən tərtib
olunur və 2 (iki) nüsxədə Dövlət
özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi işinin təşkili
üzrə komissiyaya və müvafiq paylama
məntəqəsinə təqdim edilir.
3.4. Dövlət
himayəsində olan uşaq və körpələr
evində saxlanılanların özəlləşdirmə
paylarının verilməsi aşağıdakı qaydada
həyata keçirilir:
3.4.1.uşaq və körpələr
evində saxlanılanların
qanuni nümayəndələri, qəyyumu və ya himayəçiləri
olduqda özəlləşdirmə paylarının
alınması onlar tərəfindən həyata keçirilir.
Həmin şəxslər özəlləşdirmə paylarını
uşaq evlərinin yerləşdiyi
ərazi üzrə müvafiq paylama
məntəqələrindən ala bilərlər. Bu zaman onların hüququnu təsdiq edən
sənəd təqdim edilməlidir;
3.4.2.uşaq və körpələr
evində saxlanılanların
qanuni nümayəndələri, qəyyumu və ya himayəçiləri
olmadıqda özəlləşdirmə payları uşaq
və körpələr evlərinin müdiriyyəti
tərəfindən (iki) nüsxədə tərtib olunmuş
və Dövlət özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi işinin təşkili
üzrə komissiyaya və paylama
məntəqələrinə təqdim edilmiş siyahılar
əsasında uşaq və körpələr evinin müdirinə
(müdir olmadıqda onun vəzifəsini icra edənə)
və ya baş mühasibə verilir. Həmin şəxslər tərəfindən
yerli icra hakimiyyəti orqanının onların səlahiyyətlərini və
uşaqların siyahısını təsdiq edən məktubu
və uşaqların doğum haqqında
şəhadətnamələri təqdim edilməlidir;
3.4.3.dövlətin himayəsində
olan uşaqların saxlanıldığı uşaq və
körpələr evinin müdiriyyəti orada
saxlanılanların özəlləşdirmə paylarının
saxlanılmasına və qorunmasına
görə məsuliyyət daşıyır.
3.5. Uzun
müddət və ya daimi müalicə
müəssisələrində saxlanılan (o cümlədən fəaliyyət
qabiliyyəti olmayan və fəaliyyət qabiliyyəti
məhdud olan) şəxslərə
özəlləşdirmə paylarının verilməsi
aşağıdakı qaydada həyata keçirilir:
3.5.1. ahıllar
və əlilliyi olan şəxslər üçün sosial
xidmət müəssisələrində, müalicə
müəssisələrində daimi saxlanılan, lakin
fəaliyyət qabiliyyəti olan şəxslərə
özəlləşdirmə payları müdiriyyət
tərəfindən 2 (iki) nüsxədə tərtib
olunmuş, Dövlət özəlləşdirmə
paylarının (çeklərinin) verilməsi işinin
təşkili üzrə komissiyaya
və paylama məntəqələrinə təqdim edilmiş
siyahılar əsasında ahıllar və əlilliyi olan
şəxslər üçün sosial xidmət
müəssisələrinin, müalicə
müəssisəsinin müdirinə
(müdir olmadıqda onun vəzifəsini icra edənə)
və ya baş mühasibə verilir.
Ahıllar
və əlilliyi olan şəxslər üçün sosial
xidmət müəssisəsinin, müalicə müəssisəsinin
müdiri (müdir olmadıqda onun vəzifəsini icra
edən) və ya baş mühasib
özəlləşdirmə paylarını aldıqdan sonra 5
(beş) gün müddətində orada saxlanılan şəxslərə
özəlləşdirmə paylarım verir və onların
imzaları olan siyahını
müvafiq məntəqəyə təqdim edir;[7]
3.5.2. ahıllar
və əlilliyi olan şəxslər üçün sosial
xidmət müəssisəsində, müalicə müəssisələrində daimi
saxlanılan, lakin fəaliyyət qabiliyyəti olmayan və yaxud məhdud olan (o
cümlədən uzun müddət xəstəxanalarda,
müalicə-əmək
müəssisələrində və ruhi xəstəxanalarda
müalicədə olan) şəxslərin
özəlləşdirmə paylarmı həmin
şəxslərin qəyyumları və yaxud
himayəçiləri onların hüquqlarını
təsdiq edən sənədləri təqdim etməklə
müalicə müəssisəsində saxlanılan qohumlarının
özəlləşdirmə payını
müalicəxanaların yerləşdiyi ərazi üzrə məntəqədən ala
bilərlər.[8]
3.6. Daimi yaşayış yeri olmayan
şəxslərə özəlləşdirmə
paylarının verilməsi aşağıdakı
qaydada həyata keçirilir:
daimi yaşayış yeri
olmayan Azərbaycan Respublikası vətəndaşları
özəlləşdirmə
paylarını almaq üçün müvəqqəti
yaşadıqları ərazidəki məntəqədə
şəxsiyyətlərini təsdiq edən
sənədi təqdim etməklə (uşaqlar
üçün doğum haqqında şəhadətnaməni)
ayrıca siyahıya daxil edilirlər. Bundan sonra
özəlləşdirmə payının verilməsi ümumi qaydada həyata
keçirilir.
3.7. Özəlləşdirmə
payı almaq hüququ olan azadlıqdan məhrumetmə və
azadlığın
məhdudlaşdırılması növündə cəzaya məhkum olunan, habelə
həbs qətimkan tədbiri
qismində istintaq təcridxanalarında saxlanılan
şəxslərə özəlləşdirmə paylarının verilməsi
cəzanı icra edən müəssisələrdə
cəzaçəkmə müəssisəsinin və istintaq
təcridxanasının müdiriyyəti tərəfindən
2 (iki) nüsxədə təqdim edilmiş siyahılar əsasında xüsusi qaydada
təşkil edilmiş paylama məntəqələri vasitəsilə
həyata keçirilir. Azadlığa buraxılarkən
həmin şəxslərin buraxılması haqqında arayışa
müəssisənin rəisi tərəfindən
özəlləşdirmə payının verilməsi
barədə qeyd edilir.[9]
3.8. Azərbaycan
Respublikasının hüdudlarından kənarda
müvəqqəti və ya daimi yaşayan Azərbaycan
Respublikasının vətəndaşlarına
özəlləşdirmə paylarının verilməsi
aşağıdakı qaydada həyata keçirilir:
Azərbaycan
Respublikasının hüdudlarından kənarda
müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikasının
vətəndaşları özəlləşdirmə
paylarmı şəxsən ala bilərlər. Gəlmək
imkanı olmadıqda həmin şəxslər Azərbaycan
Respublikasının diplomatik
nümayəndəliklərində və yaxud notariat
qaydasında təsdiq olunmuş etibarnamə ilə
özəlləşdirmə paylarının alınmasını Azərbaycan Respublikasının istənilən
vətəndaşına həvalə edə bilərlər.
IV. PAYLAMA
MƏNTƏQƏLƏRİNİN
FƏALİYYƏTİNİN TƏŞKİLİ
4.1.
Dövlət özəlləşdirmə payları
Birləşmiş Universal Səhmdar Bankı tərəfindən dislokasiya üzrə
müvafiq filiallara verilir. Birləşmiş Universal
Səhmdar Bankının
filialları dövlət özəlləşdirmə
paylarının saxlanmasına və qorunmasına görə
məsuliyyət daşıyırlar.
4.2. Paylama
məntəqələrinin tərkibi 5 (beş)
nəfərdən az olmayaraq Azərbaycan Respublikası
İqtisadiyyat və Sənaye
Nazirliyinin,
Dövlət Statistika Komitəsinin, Birləşmiş
Universal Səhmdar
Bankının yerli qurumlarının,
habelə yerli icra hakimiyyəti orqanlarının
nümayəndələrindən ibarət olur və Azərbaycan
Respublikası İqtisadiyyat və
Sənaye Nazirliyinin yerli
qurumlarının rəhbərlərinin
təqdimatına əsasən Dövlət
özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi işinin təşkili
üzrə komissiya tərəfindən təsdiq olunur. Paylama
məntəqələri Birləşmiş Universal Səhmdar
Bankının müvafiq filiallarında
yerləşir. [10]
4.3. Özəlləşdirmə
payları hər gün sayılır, yoxlanılır və
heç bir çatışmazlıq müəyyən
edilmədikdə, Birləşmiş Universal Səhmdar
Bankının yerli filialları və şöbələri ilə paylama
məntəqəsi arasında bu barədə
təhvil-təslim aktı tərtib edilir.
4.4. Hər
hansı səbəbdən qəbul edilməsi mümkün
olmayan (say çatışmazlığı, yararsız
vəziyyətə düşməsi və s.)
özəlləşdirmə payları barədə ayrıca
akt tərtib edilir.
4.5. Özəlləşdirmə
paylarının verilməsi
başa çatdıqdan sonra paylama məntəqələri
verilən özəlləşdirmə paylarının
qeydiyyatı və uçotu kitabını bağlayır və
onları Dövlət özəlləşdirmə
paylarının (çeklərinin) verilməsi işinin
təşkili üzrə komissiyaya təhvil verir.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
19 oktyabr 2011-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 10, maddə
974)
2.
11 dekabr 2012-ci
il tarixli 300 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr
2012-ci il, ¹ 281, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012-ci il, ¹ 12, maddə 1364)
3.
14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral
2014-cü il, ¹ 37, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹02, maddə 201)
4.
13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 20 may 2016-cı il, ¹ 108, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5,
maddə 955)
5. 7
mart 2019-cu
il tarixli 82 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
3, maddə 516)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1]
7
mart 2019-cu
il tarixli 82 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
3, maddə 516) ilə “Əhalinin bəzi
təbəqələrinə dövlət
özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi Qaydaları”nın 1.3.5-ci
yarımbəndində hər iki halda “əlil olmuş” sözləri “əliliyi müəyyən edilmiş” sözləri
ilə, “əlillərinə”
sözü “ilə
əlaqədar əlilliyi olan şəxslərə”
sözləri ilə və “müharibənin
əlillərinə” sözləri “müharibə ilə əlaqədar əlilliyi olan
şəxslərə” sözləri ilə əvəz
edilmişdir.
[2]
7
mart 2019-cu
il tarixli 82 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
3, maddə 516) ilə “Əhalinin bəzi
təbəqələrinə dövlət
özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi Qaydaları”nın 2.5-ci
bəndin dördüncü və səkkizinci abzaslarında “əlil olmuş” sözləri
“əlilliyi müəyyən
edilmiş” sözləri ilə və “(1997-ci il 19 avqustadək Həkim Əmək Ekspert
Komissiyasının) arayışını” sözləri
“(1997-ci il 19 avqustadək
Həkim Əmək Ekspert Komissiyasının
arayışını) qərarını” sözləri
ilə əvəz edilmişdir.
[3]
7
mart 2019-cu
il tarixli 82 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
3, maddə 516) ilə “Əhalinin bəzi
təbəqələrinə dövlət
özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi Qaydaları”nın 2.5-ci
bəndinin beşinci abzas yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
İkinci Dünya müharibəsi əlilləri -
Böyük Vətən müharibəsi əlilinin
vəsiqə-sini;
[4] 11 dekabr 2012-ci il tarixli 300 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 16 dekabr
2012-ci il, ¹ 281, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012-ci il, ¹ 12, maddə 1364) ilə “Əhalinin bəzi
təbəqələrinə dövlət
özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi Qaydaları”nın 2.5-ci
bəndinin altıncı və yeddinci abzaslarında “hərbi komissarlıqdan” sözləri “Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət
Xidmətinin yerli idarə, şöbə və
bölməsindən” sözləri ilə əvəz
edilmişdir.
[5]
7
mart 2019-cu
il tarixli 82 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
3, maddə 516) ilə “Əhalinin bəzi
təbəqələrinə dövlət
özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi Qaydaları”nın 2.5-ci
bəndinin yeddinci abzasda “əlilləri”
sözü “ilə
əlaqədar əlilliyi olan şəxslər”
sözləri ilə və “(1997-ci
il 19 avqustadək Həkim Əmək Ekspert Komissiyasının)
arayışını” sözləri “(1997-ci il 19 avqustadək Həkim Əmək Ekspert
Komissiyasının arayışını) qərarını”
sözləri ilə əvəz edilmişdir.
[6]
7
mart 2019-cu
il tarixli 82 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
3, maddə 516) ilə “Əhalinin bəzi
təbəqələrinə dövlət
özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi Qaydaları”nın 3.1-ci
bəndinin beşinci abzasında “qocalar
(stasionar sosial xidmət müəssisəsində) və
əlillər evində” sözləri “ahıllar və əlilliyi olan şəxslər
üçün sosial xidmət
müəssisələrində” sözləri ilə
əvəz edilmişdir.
[7]
7
mart 2019-cu
il tarixli 82 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
3, maddə 516) ilə “Əhalinin bəzi
təbəqələrinə dövlət
özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi Qaydaları”nın 3.5.1-ci
yarımbəndinin birinci abzasında hər iki halda ismin
müvafiq hallarında “qocalar
(stasionar sosial xidmət müəssisəsində) və
əlillər evi” sözləri ismin müvafiq hallarında
“ahıllar və əlilliyi olan
şəxslər üçün sosial xidmət
müəssisələri” sözləri ilə və ikinci
abzasında “Qocalar və
əlillər evinin (stasionar sosial xidmət
müəssisəsinin)” sözləri “Ahıllar və əlilliyi olan şəxslər
üçün sosial xidmət müəssisəsinin”
sözləri ilə əvəz edilmişdir.
[8]
7
mart 2019-cu
il tarixli 82 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
3, maddə 516) ilə “Əhalinin bəzi
təbəqələrinə dövlət
özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi Qaydaları”nın 3.5.2-ci
yarımbəndində “qocalar
və əlillər evində (stasionar sosial xidmət
müəssisəsində)” sözləri “ahıllar və əlilliyi olan şəxslər
üçün sosial xidmət müəssisəsində”
sözləri ilə əvəz edilmişdir.
[9] 19
oktyabr 2011-ci il tarixli 168
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 10, maddə
974) ilə "Əhalinin bəzi
təbəqələrinə dövlət
özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi Qaydaları"nın 3.7-ci
bəndinin birinci cümləsindən "və azadlığın
məhdudlaşdırılması" sözləri
çıxarılmışdır.
[10] 14 fevral
2014-cü il tarixli 46
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 20 fevral 2014-cü il, ¹ 37, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹02,
maddə 201) ilə “Əhalinin bəzi
təbəqələrinə dövlət
özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi Qaydaları”nın 4.2-ci
bəndinin birinci cümləsində (hər iki halda) “İqtisadi İnkişaf Nazirliyinin” sözləri “Azərbaycan Respublikası
İqtisadiyyat və Sənaye Nazirliyinin” sözləri
ilə əvəz edilmişdir.
13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 20 may 2016-cı il, ¹ 108, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5, maddə 955) ilə Əhalinin
bəzi təbəqələrinə dövlət
özəlləşdirmə paylarının
(çeklərinin) verilməsi Qaydaları”nın 4.2-ci
bəndinin birinci cümləsindən (hər iki halda) “və Sənaye” sözləri
çıxarılmışdır.