"İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri"nin təsdiq edilməsi haqqında[1]

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 dekabr tarixli 6 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.  "İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri" təsdiq edilsin (əlavə olunur).

2.  Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi tədbirlərinin həyata keçirilməsində bu meyarlar əsas götürülsün.

3.  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, kiçik sahibkarlıq subyektlərinin uçotunun bu qərarın tələblərinə uyğun olaraq aparılmasını təmin etsin.

4.  Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 20 aprel 2004-cü il

¹ 57

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 20 aprel  tarixli 57 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin

2009-cu il 18 dekabr  tarixli 192 nömrəli qərarı ilə

təsdiq edilmiş yeni redaksiyada

 

İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri [2]

 

Sahibkarlıq kateqoriyası

İşçilərin orta siyahı sayı (nəfər)

İllik dövriyyə

(ƏDV, aksiz daxil olmadan)

Sənaye və tikinti

< 50

≤ 500 min manat

Kənd təsərrüfatı

< 25

≤ 250 min manat

Topdansatış ticarət

< 15

≤ 1 mln. manat

Pərakəndəsatış ticarət, nəqliyyat, xidmət və digər iqtisadi fəaliyyət növləri

< 10

≤ 250 min manat

 

 Qeydlər:

1. Sahibkarlıq subyektinin kiçik sahibkarlıq sektoruna aid edilməsi üçün hər iki göstərici bu sektor üçün müəyyənləşdirilmiş hədlər daxilində olmalıdır.

2. Yeni fəaliyyətə başlayan sahibkarlıq subyektləri üçün 1 il müddətində bu hədlərlə müəyyən edilmiş işçilərin say meyarı əsas götürülür.

3. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin kiçik sahibkar kimi müəyyənləşdirilməsinə illik dövriyyə meyarı əsas götürülür.

 


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

  1. 18 dekabr 2009-cu il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ()
  2. 25 fevral 2016-cı il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 mart 2016-cı il, ¹ 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə 607)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 25 fevral 2016-cı il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 mart 2016-cı il, ¹ 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə 607) ilə ləğv edilmişdir.

 

[2] 18 dekabr 2009-cu il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı () ilə "İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri" yeni redaksiyada təsdiq edilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 20 aprel tarixli 57 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin

 müəyyənləşdirilməsi meyarlarının

HƏDLƏRİ

 

İqtisadi fəaliyyət növləri

İşçilərin sayı

İllik dövriyyə

Sənaye və tikinti

<40

<1 mlrd. man.

Elmi-texniki və konsaltinq xidməti

<20

<750 mln. man.

Kənd təsərrüfatı

<15

<500 mln. man.

Topdan satış ticarəti

<10

<1,5 mlrd. man.

Pərakəndə satış ticarəti, nəqliyyat, xidmət və digər iqtisadi fəaliyyət növləri

<5

 

<500 mln. man.

 

Qeydlər:

1. Sahibkarlıq subyektinin kiçik sahibkarlıq sektoruna aid edilməsi üçün hər iki göstərici bu sektor üçün müəyyənləşdirilmiş hədlər daxilində olmalıdır.

2. Yeni fəaliyyətə başlayan sahibkarlıq subyektləri üçün 1 il müddətində bu hədlərlə müəyyən edilmiş işçilərin say meyarı əsas götürülür.

3. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün bu hədlərlə müəyyən edilmiş illik dövriyyə meyarı əsas götürülür.